Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-712/2021 26.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi - Salmanov Rahib Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Mikayılov Eldar Əli oğlu və Hacıyev Siyavuş Həbib oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 18.09.1982-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, ünvan 4 -də qeydiyyatda olmaqla yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlayıb daşımışdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda bildirilir ki,Təqsirləndirilən şəxs 18 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində yerləşən «Lökbatan bazarı» deyilən ərazidən istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxil olan iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,503 qram və 2,939 qram olan, ümumi təmiz çəkisi 3,442 qram olan külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 40 manat pul müqabilində əldə edib üzərində saxlayaraq yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və həmin günü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotıklərlə Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin İdarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Qobu qəsəbəsi Məmmədyarov küçəsi ev 1 -də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron rayon RPİ-nin X5 gətirilmiş və xidməti iş otaqlarının birində üzərinə keçirilən şəxsi axtarış zamanı həmin 3,442 qram çəkilə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun üzərində cüzi miqdarda narkotik vasitə olmuş, aşkar olunan narkotik vasitələri isə polis əməkdaşları özləri onun üzərinə qoymuşlar. O, narkotik vasitə istifadəçisi olsa da, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onun heç bir günahı olmamış və ona verilmiş ittiham tamamilə əsassız olmuşdur. O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O ifadəsində göstərmişdir ki, 18 sentyabr 2020-ci il tarixdə saat 12:30 radələrində yaşadığı ünvan 1 ünvanın yaxınlığında dayanan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini ona Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim etmişlər. Onun külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş və üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron RPİ-nin Qobu PB-nə dəvət edilmişdir. PB-də müdafiəçi ilə təmin olunmuş və şübhəli şəxs qismində tutulmuş, şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri izah edilmiş və bu barədə bildiriş verilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi xahiş olunmuş, bu zaman o, əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd qara rəngli siqaret qutusunu çıxardaraq təqdim etmiş, həmin siqaret qutusunun içərisində narkotik maddə olan heroin olduğunu bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun digər ciblərinə də baxış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirilmiş, baxış zamanı həmin siqaret qutusunun içərisində 1 ədəd sellofan büküm, həmin sellofan bükümün içərisində isə 1 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm və 1 ədəd başqa sellefon büküm olmuşdur. Həmin gümüşü rəngli kağızın içərisində sellofan büküm aşkar olunmuş, hər iki sellofan büküm gözünün qarşısında elektron tərəzidə çəkilmiş, bükümlərin birinin 0,7 qram, digərinin isə 3,1 qram olması müəyyən olunmuşdur. Bundan sonra bükümlər siqaret qutusuna daxil edilib 1 ədəd zərfdə qablaşdırılmış, şifahi sorğu zamanı o, həmin narkotik vasitəni özü istifadəsi üçün 18 sentyabr 2020-ci il tarixdə saat 11 radələrində Lökbatan bazarı deyilən yerdən tanımadığı şəxsdən 40 manata aldığını və təxminən 1 il yarım müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini öz istifadəsi üçün üzərində gəzdirmiş, üzərində aşkar olunmuş narkotik vasitədən əlavə, başqa heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamamış və yaşadığı evdə axtarış aparılmasına heç bir etiraz etməmişdir. Narkotik vasitə heroini əldə etməsindən heç kəsin xəbəri olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin XMİÜ baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 18 sentyabr 2020-ci il tarixdə, ünvan 2 ünvanında yaşayan, xx.xx.1982-ci il təvəllüdlü, Abşeron rayonunda anadan olmuş Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, alinmiş məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin hazırlanıb həyata keçirilməsinə dair 18.09.2020-ci il tarixdə tərəfindən qərar qəbul olunmuşdur. Bundan sonra BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid2 iştirakı ilə Abşeron rayon Qobu PB-nin inzibati ərazisində keçirilən əməliyyat tədbirləri zamanı Abşeron rayonu Qobu qəsəbəsi, Məmmədyarov küçəsində Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında dayanması barədə daxil olmuş məlumat əsasında sonuncunu izləməyə başlamışlar. Keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saat təxminən 12:30 radələrində tək dayandığı müəyyən edilmiş və sonuncu özünü şübhəli aparırdığı üçün ona yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nə şübhəli şəxs kimi dəvət etmişlər. Pİ-nin inzibati otağında təhqiqatçı, müdafiəçinin və onların iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan hər hansı bir əşyanın olubolmaması bildirilmiş, sonuncu isə həmin vaxtı əynində olan qara rəngli şalvarının sol yan cibində 1 ədəd qara rəngli siqaret qutusunu çıxardaraq təqdim etmiş, həmin siqaret qutusuun içərisində narkotik maddə vasitə olan heroinin olduğunu və ona məxsus olduğunu bildirmiş, siqaret qutusunun içərisində 1 ədəd sellefona bükülmüş bükümdə narkotik vasitə heroin, 1 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan bükülünün ona məxsus olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini 18.09.2020-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Lökbatan bazarı deyilən ərazidən öz istifadəsi üçün tanımadığı şəxsdən 40 (qırx) manata aldığını qeyd etmiş, içərisində narkotik vasitəyə oxşar kütlələr götürülərək bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzərinə BNMİ-nin “Zərflər üçün”möhürü vurulmuş, şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra tərtib olunmuş protokol ucadan oxunmuş və baxış iştirakçıları həm protokolu həm də möhürlənmiş zərfi imzalarla təsdiq etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılarkən ona qarşı hər hansı bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİNnin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid2 ifadəsində baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatlari mahiyyəti üzrə tam təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində ifadəsində göstərdi ki, oğlu Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamış, aşkar olunan narkotik vasitələri isə polis əməkdaşları onun oğlunun üzərinə qoymuşlar. Cinayət işinin 38-41-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 18.09.2020-ci il tarixli, 6/1928 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7 dairəvi möhür əksi "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə1' sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd kağız pakedə qablaşdırılmış bir ədəd KENT markalı siqaret qutusunda iki ədəd büküımdlə ayrı-ayrılıqda təmiz çəkisi 0,503 qram. 2,939 qram olan ümumilikdə təmiz çəkisi 3.442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» daxildir. Təqdim edilmiş iki ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Cinayət işinin 119-120-ci vərəqlərində olan ambulator məcburi narkoloji tibbi yoxlamanın 01.10.2020-ci il tarixli 2714 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya intisikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq nakomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 49-cu vərəqində olan protokoldan görünür ki,18.09.2020-ci il tarixdə saat 13:50 radələrindən saat 13:58 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Qobu PB-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin keçirildiyi anların köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 18.09.2020-ci il tarixdə saat 12:30 ra dələ rind ə Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron rayon Pİ-nin Qobu PB-nə gətirib üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd qara rəngli siqaret qutusunun içərisində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 18.09.2020-ci il tarixdə saat 12:30 radələrində yaşadığı Qobu qəsəbəsindəki evinin qarşısında olarkən 2 nələr polis əməkdaşı tərəfindən saxlanılıb Pİ-nə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd qara rəngli siqaret qutusunun içərisində narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə maddi subut olan DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir. DVD disklərdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 131-132-ci vərəqlərində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0.503 qram, 2,939 qram olan ümumilikdə 3,442 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından qalıq qalmış 3,382 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd DVD diski isə iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin "satış məqsədi ilə" daşıyıb-daşımaması ilə bağlıdır. Cinayət işinin materiallarına əlavə olunan, Təqsirləndirilən şəxs üzərinə baxışla bağlı videogörüntüləri özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, qeyd olunan istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs üzərindən 3,442 qram heroini satış məqsədilə əldə etməsinə dair hər hansı sübut öz əksini tapmamışdır. Belə ki, heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddə ilə tövsif edilmiş və nəticədə onun üzərinə "özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi" qoyulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". Məhkəmə həmin halları nəzərə almaqla gəldiyi nəticələri tam əsaslı hesab edir. Təqsirləndirilən şəxsin həmin narkotikdən qazanc əldə etmək və ya digər məqsədlə başqasına vermək, göstərmək, satmaq, bağışlamaq niyyəti, fikri olmamışdır. Bu halı təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Bundan başqa «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci bəndinə görə 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə göstərilən cinayət əməli şübhəli vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxsin əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri təqsirləndirilən şəxsin narkotik vasitənin "əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi" barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. İbtidai istintaq orqanı sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin əməli düzgün tövsif olunmamışdır, ittihamın həlli üçün onların məcmusuna düzgün qiymət verməmiş, həmçinin "sübutların kifayət etməsi"ni düzgün qiymətləndirməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin "sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi"ndən bəhs edən 143-145-ci maddələrinə əsasən: - sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. (mad. 143.1). - cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. (mad. 144); - hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. (mad. 145.1); Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (mad. 146.1). Cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. (mad. 146.2) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. İş üzrə toplanmış sübutlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. Halbuki, bunun üçün qanunda nəzərdə tutulmuş qeyd edilən əsaslar olmamışdır. Məhkəmə tərkibi eyni zamanda təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizasının 01.10.2020-ci il tarixli, 2714 №-li rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin CM-nin 234.1-ci maddəsinə uyğunluğunu təsdiq edən mötəbər haldır. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, bu səbəbdən təqsirləndirilən şəxsin heroini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Bundan başqa məhkəmə, qeyd edilən nəticələrə gələndə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin o tələblərini də nəzərə alır ki, - hakim sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. (mad. 145.2); - ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. (mad. 145.3) "Məhkəmənin ittiham hökmü ehtimallara əsalana bilməz və yalnız məhkəmə baxşı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır". (mad. 351.2) Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır və o, həmin əməli törətməkdə təqsirlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Cinayət işinin 19 və 69-71-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 sentyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 sentyabr 2020-ci il tarixdə Abşeron RPİ-nin MSY-dən azad olunaraq, barəsində «polisin nəzarət altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 77-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 20.02.2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.4cü maddəsi ilə təqsirli bilinərək 3500 manat cərimə cəzasına məhkum edilmişdir. Abşeron rayon məhkəməsinin 28.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 2 ay 18 gün islah işləri cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin 04.01.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 28.06.2016-cı il tarixli hökmü ilə məhkum olunduğu islah işləri cəzası Abşeron rayon məhkəməsinin 28 fevral 2018-ci il tarixli 7(012)-97/2018-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Cinayət işinin 80-81-ci vərəqlərində olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 26.08.2015-ci il, 15.09.2016-cı il və 07.07.2019-cu il təvəllüdlü üçazyaşlı uşağı var. Himayəsində 3 azyaşlı uşağının və əməlindən səmimi peşman olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs 18 sentyabr 2020-ci il tarixdən 19 sentyabr 2020-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 4 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübutlar- Abşeron RPİ-nin maddi sübutların saxlancı ambarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,503 qram, 2,939 qram olan ümumilikdə 3,442 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 3,382 qram narkotik vasitə heroin məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməlidir. Bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X1 ödənilməli haqq 240 AZN (iki yüz qırx manat) Bakı şəhəri Mərkəz vəkil bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 sentyabr 2020-ci il tarixdən 19 sentyabr 2020-ci il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertizə tədqiqinə sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Abşeron RPİ-nin maddi sübutların saxlancı ambarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi 0,503 qram, 2,939 qram olan ümumilikdə 3,442 qram, tədqiqata sərf edildikdən sonra qalıq qalan 3,382 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, bir ədəd disk cinayət işi materiallarında saxlanılmalıdır. Bir ədəd DVD disk isə cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə vəkil X1 ödənilməli haqq 240 AZN (iki yüz qırx manat) Bakı şəhəri Mərkəz vəkil bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apelyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Rahib Salmanov
2. Siyavuş Hacıyev
3. Eldar Mikayılov