Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-712/2022 31.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi: «VERDİKTUM» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında 09.08.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 5-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metafetamini əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 01.11.2021-ci il tarixdə təxminən axşam saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən, korpus 108 ünvanın yaxınlığında istintaqa məlum olmayan mənbədən 50 manat müqabilində satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 2,932 qram çəkidə narkotik vasitə heroini və 1,081 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 02 noyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Binəqədi RPİ-nin 4-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətirilmiş və orada saat 20:10 radələrində üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əlində olan tünd qəhvəyi rəngli üzərində «LOUİS VUİTTON» yazısı olan qutunun içərisindən 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,251 qr., 0,428 qr., 0,402 qr ümumi təmiz çəkisi 1,081 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,932 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, təxminən 5-6 ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metafetamindən istifadə etmişdir. 2015ci ildə narkotik istifadə etdiyinə görə Nərimanov RPİ-si tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tutularaq 1 il yarım müddətində azadlıqdan məhrum olunmuşdur. 11 avqust 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Lakin həbsdən çıxdıqdan sonra bir müddət keçmiş yenə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. O, narkotik vasitələri müxtəlif ünvanlarda tanımadığı şəxslərdən müxtəlif qiymətlərə alaraq istifadə etmişdir. Lakin 02.11.2021-ci il tarixdə saat 18:00 radələrində yaşadığı ünvan 5 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanıldıqda onda nə heroin, nə də ki, metafetamin olmamışdır. Sadəcə polis əməkdaşları onun narkotik vasitə istifadəçisi olmasını bildikləri üçün onu Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-nə aparıb, ona eynək qabına oxşar içində həm metafetamin, həm də heroin olan bükümləri ona verərək bildirmişlər ki, onu narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi məsuliyyətə cəlb edəcəklər. O da narkotik vasitə və psixotrop maddələrin istifadəçisi olduğu üçün polis əməkdaşlarının təklifi ilə razılaşmış və üzərinə videoçəkilişlə aparılmış baxış zamanı həmin qanunsuz əşyaların özünə məxsus olmasını, onları saxlanılmamışdan bir gün əvvəl 50 manata tanımadığı şəxsdən əldə etdiyini göstərmişdir. Ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin polis əməkdaşları onu aldadıb olmayan qanunsuz əşyaları üzərinə götürməyi məcbur etmişlər. Məhkəmə iclasnda şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, ona 02 noyabr 2021-ci il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbə sakini Samir adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə edilməklə qrupun üzvü Binəqədi RPİ-nin 4-cü PŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 olmuşdur. Həmin gün saat 18 radələrində əməliyyat tədbiri keçirərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlayaraq 4-cü PŞ-nə gətirmişlər. Orada Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı polis baş leytenantı Nurəddin Firuddinliyə təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək, ona hüquq və vəzifələrini izah etmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət etdikdən sonra, üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və ya qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan tünd qəhvəyi rəngli üzərində “LOUİS VUİTTON” yazısı olan qutunu təqdim edərək içərisində olan 04 ədəd bükülülərdən 02 ədədində metafetamin olduğunu, 01 ədəd şəffaf selofanda bükümün içərisində isə narkotik vasitə olan kakos, yəni heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bükümləri bir gün əvvəl, yəni 01.11.2021-ci il tarixdə Binəqədi rayonu əraizisndə yerləşən Hərbi Hissəsinin yaxınlığında tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılmış, zərf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 173» saylı möhürü ilə möhürlənmiş, baxışın bütün iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin baxışla əlaqədar tərtib olunmuş protokolu təhqiqatçı ucadan oxuduqdan sonra onlar, o cümlədən Təqsirləndirilən şəxs da imzaları ilə təsdiq etmişlər. İstər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixi təzyiq olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həqiqətə uyğun olmayan ifadə verir. Əvvəla o və həmkarı Şahid2 Təqsirləndirilən şəxs saxladıqları zaman üzərinə baxış keçirməmişlər, yalnız onu şöbəyə gətirdikdən sonra baxış onların iştirakı ilə olsa da təhqiqatçı tərəfindən keçirilmiş, heç kəs Təqsirləndirilən şəxs eynək qabına oxşar içində həm metafetamin, həm də heroin olan bükümləri ona verməmiş, onu heç kəs məcbur etməmişdir ki, olmayan şeyləri boynuna alsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmkarı İlham Musayevə 02 noyabr 2021-ci il tarixdə Binəqədi rayonu, Rəsulzadə qəsəbə sakini Samir adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Məlumat əsasında əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik İlham Musayevə həvalə edilmiş, qrupun üzvü isə o olmuşdur. Həmin gün saat 18 radələrində əməliyyat tədbiri keçirərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi ilə piyada hərəkət edən Təqsirləndirilən şəxs saxlayaraq 4-cü PŞ-nə gətirmişlər. Orada Təqsirləndirilən şəxs şöbənin təhqiqatçısı polis baş leytenantı Nurəddin Firuddinliyə təqdim etmişlər. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək, ona hüquq və vəzifələrini izah etmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət etdikdən sonra, üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olması ehtimal edilən narkotik vasitələri və ya qanunla dövriyyəsi qadağan edilmiş əşyaları könüllü surətdə verməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan tünd qəhvəyi rəngli üzərində “LOUİS VUİTTON” yazısı olan qutunu təqdim edərək içərisində olan 04 ədəd bükülülərdən 02 ədədində metafetamin olduğunu, 01 ədəd şəffaf selofanda bükümün içərisində isə narkotik vasitə olan kakos, yəni heroin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilmiş bükümləri bir gün əvvəl, yəni 01.11.2021-ci il tarixdə Binəqədi rayonu əraizisndə yerləşən Hərbi Hissəsinin yaxınlığında tanımadığı şəxsdən 50 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin bükümlər təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılmış, zərf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 173» saylı möhürü ilə möhürlənmiş, baxışın bütün iştirakçıları tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Həmçinin baxışla əlaqədar tərtib olunmuş protokolu təhqiqatçı ucadan oxuduqdan sonra onlar, o cümlədən Təqsirləndirilən şəxs da imzaları ilə təsdiq etmişlər. İstər saxlanılan zaman, istərsə də üzərinə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs qarşı heç bir fiziki zor və ya psixi təzyiq olmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həqiqətə uyğun olmayan ifadə verir. Əvvəla o və həmkarı Şahid2 Təqsirləndirilən şəxs saxladıqları zaman üzərinə baxış keçirməmişlər, yalnız onu şöbəyə gətirdikdən sonra baxış onların iştirakı ilə olsa da təhqiqatçı tərəfindən keçirilmiş, heç kəs Təqsirləndirilən şəxs eynək qabına oxşar içində həm metafetamin, həm də heroin olan bükümləri ona verməmiş, onu heç kəs məcbur etməmişdir ki, olmayan şeyləri boynuna alsın. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış, 02.11.2021-ci il tarixli raportdan müəyyən olunur ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü PB-nin rəisinə ünvanlanan 02.11.2021-ci il tarixli raportdan müəyyən olunur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 02.11.2021-ci il tarixdə, saat təxminən 18:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsində piyada olan zaman saxlanılparaq Binəqədi RPİ-nin 4-cü PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” 02.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu təqdim etdiyi sağ əlində olan tünd qəhvəyi rəngli üzərində LOUİS VUİTTON yazısı olan qutunu içərisində 04 ədəd büküm aşkar edilmiş, həmin bükülülərdən 02 ədəd şəffaf selofana bükülmüş bükümün içərisində ağ rəngli kristal halında psixotrop maddə olan metafetaminə, 01 ədəd şəffaf selofana bükülmüş bükümün içərisində qəhvəyi rəngli toz halında spesifik iyə məxsus narkotik vasitə olan heroinə və 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə ağ rəngli kristal halında olan psixotrop maddə metafetaminə bənzər maddələr aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs onda aşkar edilmiş bükülüləri 01 noyabr 2021-ci il tarixdə Binəqədi rayonu ərazisində yerləşən Hərbi hissənin yaxınlığında tanımadığı şəxsdən ümumilikdə 50 manat pul müqabilində almasını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 02.11.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 04.11.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02.11.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 03.11.2021-ci il tarixli, 6/4867 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “zəfrlər üçün № 173” möhür əksi, «… Təqsirləndirilən şəxs …» və s. yazılar, imzalar olan zəfrdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri– 0,251 qram; 0,428 qram; 0,402 qram; ümumi təmiz çəkisi 1,081 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir; 03 bükümdəki metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 01 ədəd bükümdə təmiz çəkisi 2,932 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. “Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə : Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), Metafetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İİ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının 20.12.2021-ci il tarixli, 5195 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs bildirməsinə görə təxminən 5-6 ildir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə və inyeksiya yolu ilə istifadə edir. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının 06.12.2021-ci il tarixli, 2906 saylı ekspertiza rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur., Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Kobudluq, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Əqli və pisixi inkişafı nəzərə alınmaqla, Təqsirləndirilən şəxs etdiyi hərəkətləri adekvat olaraq qavramaq, mahiyyətini dərk etmək, həmçinin öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Məhkəmədə elan edilib araşdırılmış “CD diskə baxış keçirilməsi haqqında” 05.12.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan +********** saylı GSM nömrəsinə daxil olan mesajların mətnlərində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair yazışmalar müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 30.01.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,991 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin və 2,882 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin saxlanması üçün Bakı şəhəri Binəqədi RPİ-nin MSK-na təhvil verilmiş, CD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan və hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Zaukir oğlu Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11.09.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 11.08.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya qərarının 3-cü bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs barəsində məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs əməlində residiv olmamaqla məhkumluğu ödənilmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutduğu əməli 01 noyabr 2021-ci il tarixdə, yəni məhkumluğu ödənilmiş dövrdə törətmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddənin olmaması, polis əməkdaşları tərəfindən aldadılaraq üzərində olmayan narkotik və psixotrop maddələri üzərinə götürməyi məcbur edilməsinə dair ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, "xxxx" MMC-dən Təqsirləndirilən şəxs istifadə etdiyi nömrəyə narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı mesajlarla, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu -narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və məsuliyyyəti ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 02.11. 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,991 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin və 2,882 qram narkotik vasitə heroinin məhv edilməlidir. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla «VERDİKTUM» Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,991 qram kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin və 2,882 qram narkotik vasitə heroinin məhv edilsin. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 109,90 (yüz doqquz manat doxsan qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 180 AZN (yüz səksən manat) pul «VERDİKTUM» Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-712/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-712/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver