Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-712/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmə tərkibi sədrlik edən X4, hakimlər Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək ilə məşğul olan, məhkumluğu olmayan, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 13-cü küçə, ev 77 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanında, birlikdə təmir işləri apardıqları fərdi bağ evinin həyətində alkoqol sərxoşluğu vəziyyətində yeznəsi Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, mübahisə zamanı sonuncunun onun fikirləri ilə razılaşmadığını və söyüş söydüyünü cüzi səbəb göstərməklə yeyib-içdikləri masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə daxili eqoizm hisslərinə qapanaraq Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə xuliqanlıq niyyətilə qarın nahiyəsindən qəsdən vuraraq qarının ön divarından daxilə nüfuz edərək qaraciyəri dəlib-keçən, köndələn-çənbər bağırsağın, dalağın, pankreasın, mədənin seroz-subseroz qişasının yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə qəsdən ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, Zaurla neçə ildir ki, dostdur. Bununla yanaşı Zaur bacısının əridir. Elman adlı şəxsin bağında işlədikləri ərəfədə yeyib-isən vaxt santexnika ilə bağlı aralarında mübahisə düşmüş və o, necə olmuşdursa Zauru vurmuşdur. Sonra isə tibbi yardıma zəng vurmuş və oturub polisin gəlməsini gözləmişdir. Məhkəmə iclası zamanı verilən suallara cavab olaraq isə bildirmişdir ki, aralarında mübahisə turbanın çəkilməsinə görə olmuşdur. Mübahisə zamanı Zaur ona söyüş söymüşdür. Əməlindən peşmandır. Təcili yardıma isə Elman müəllim zəng vurmuşdur. Hazırda zərərçəkənlə barışmışlar. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə ifadəsində bildirmişdir ki, o, həqiqətən də xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanında, birlikdə təmir işləri apardıqları Şahid İsa oğluna məxsus fərdi bağ evinin həyətində alkoqol sərxoşluğu vəziyyətində aralarında yaranmış mübahisə zamanı yeyib-içdikləri masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə yeznəsi Zərərçəkmiş şəxs qarın boşluğu nahiyəsindən vuraraq ona bədən xəsarəti yetirmişdir. Həmin vaxt bərk sərxoş olduğundan mübahiəsənin nədən baş verməsini xatırlaya bilmir. Həmin bağa onu yeznəsi Zaur özü ilə aparmışdır, Zaur həmin bağa köhnədən müştərisi olan Şahid dəvəti ilə kombi tipli istilik qurğusunu təmir etmək üçün onunla birlikdə 11,07.2024-cü il tarixdə saat təxminən 20 radələrində yaşadıqları Xırdalan şəhərindən taksi ilə getmişdir. Zaur ilə həmişə mehriban qohum olmuşlar, uşaq vaxtlarından dostluq etmişlər, 30 ilə yaxındır ki, qohumdurlar, aralarında heç vaxt, heç bir münaqişə və ya ədavət olmayıb, hadisə sırf bərk sərxoş vəziyyətdə olmaqlarından baş vermişdir, hazırda törətdiyi əməldən peşmandır. Həmin hadisə ev sahibi Şahid bağ evinin həyətindəki söhbətgahın altında, yeyib-içdikləri masanın arxasında baş vermişdir, bağda Elman onlarla tək olmuşdur, hadisə vaxtı Elmanın hərəkətlərini xatırlaya bilmir. Təxminən xatırlayır ki, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı elə oradaca yerə tullamışdır. Həmin mübahisənin mövzusu dəqiq xatırında qalmayıb, təxmini xatırlayır ki, mübahisə Zaurun onun həmin vaxt bildirdiyi hansısa mövzu ilə bağlı fikirləri ilə razı olmaması, Zaur da bərk sərxoş olduğundan onun fikirlərinə aqressiv şəkildə söyüşlə yanaşması olmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə Vüqarın dediyi kimi olmuşdur. Hadisə zamanı içkili olduğuna görə hadisə tam təfərruatı ilə yadında qalmayıb. Vüqarla barışmış, onu bağışlamışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclası zamanı verilən suallara cavab olaraq isə bildirmişdir ki, çox içkili olduğu üçün hadisənin baş vermə səbəbini dəqiq bilmir. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır, Vüqarla elə uşaq vaxtlarından bir məhəllədə böyümüşlər, son 25 ildir ki, qohumdurlar, aralarında münasibətləri həmişə yaxşı olub, menhriban qohum olublar. Özü ailəsini dolandırmaq üçün fərdi qaydada usta kimi ev təmiri ilə məşğul olur, işi də ona Vüqar öyrədib. Vüqar bir neçə il əvvəl işləmək üçün Rusiya Federasiyasına getmişdir, lakin orada cinayət məsuliyyətinə cəlb olunduğu üçün bir neçə il həbsdə saxlanılmışdır. 2020-ci ildə isə həbsdən buraxıldıqdan sonra Vətənə qayıtmışdır. Vətənə qayıtdıqdan sonra Vüqar həm fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olurmuş, həm də ki, iş olanda ona kömək edirmiş. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Vüqarla birlikdə olarkən ona bir nəfər köhnə müştərilərindən olan Şahid İsa oğlu zəng vuraraq bağda olduğunu, bağın “kombi” tipli istilik sisteminin yaxşı işləmədiyini bildirmiş və xahiş etmişdir ki, bağına gedib təmir işi görsün. O, da razılaşaraq saat təxminən 20 radələrində Vüqarla birlikdə taksiyə əyləşib Elmanın ünvan 2 ünvanında yerləşən bağ evinə getmişdir. Orada bir qədər təmir işləri apardıqdan sonra artıq gecə saatlarında ev sahibi Elman onlar üçün həyətdə süfrə açmış, onlar da oturub yeyib-içərək bərk sərxoşlaşmışlar. Sərxoş vəziyyətdə, hazırda heç cür xatırlaya bilmədiyi səbəbdən qaynı Vüqar ilə aralarında söz mübahisəsi düşmüş, bunu görən bağ sahibi artıq narahat olmağa başlamış və onları şəhərə yola salmaq üçün zəng vurub taksi sifariş etmişdir, bir qədər sonra taksidən geriyə zəng gələrək ünvanın dəqiqləşdirilməsi xahiş olunmuş, Elman da taksini qarşılamaq üçün masadan qalxaraq həyətdən küçəyə çıxmışdır. Bundan sonra da mübahisə davam edən zaman Vüqar qəfildən yeyib-içdikləri masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə onun qarın boşluğu nahiyəsindən vuraraq ona xəsarət yetirmiş, yarasından qan açılmış, həmin vaxt küçədən həyətə qayıdan ev sahibi Elman bunu görüb tez təcili yardıma və polisə zəng vuraraq məlumat vermişdir. Bir qədər sonra həmin ünvana təcili tibbi yardım briqadası gələrək onu xəstəxanaya aparmış, orada onu cərrahi əməliyyat edərək təxminən 10 günlük stasionar müalicədən sonra evə buraxmışlar. Hazırda səhəti yaxşıdır, sağalır, qaynı Vüqarla artıq uzun illərdir ki, həm dost, həm də ki, qohum olduqlarından Vüqara qarşı heç bir şikayəti və tələbi yoxdur, xahiş edir ki, istintaq zamanı bunlar nəzərə alınsın. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində bildirmişdir ki, zərər çəkmiş Zərərçəkmiş şəxs çoxdan tanıyır. Zaur onun evində təmir işləri görüb, təqsirləndirilən Vüqarı isə Zaura görə tanmışdır. O, Zaura kömək etmək üçün gəlmişdir. Hadisə ilə bağlı da onu deyə bilər ki, hadisə baş verən zaman o, taksi çağırmaq üçün küçəyə çıxmış, həyətə qayıdanda hadisənin baş verdiyni görmüşdür. İbtidai araşdırma zamanı Şahid ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanında artıq iki ildir ki, fərdi bağ evi almışdır, təmir işləri gördürür. Hazırda barələrində ifadə verdiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır, belə ki, Zərərçəkmiş şəxs çoxdan tanıyır, ev təmiri ustası olduğundan bir neçə dəfə ona evində təmir işləri gördürmüşdür, onun qaynı Təqsirləndirilən şəxs isə sonradan Zaurun vasitəsi ilə tanımışdır, bir neçə dəfə onlara təmir işləri görməyə gəldikdə birlikdə gəlmişdirlər. xx.xx.2024-cü il tarixdə Pirşağı qəsəbəsindəki bağ evində “kombi” tipli istilik sistemi xarab olduğu üçün zəng vurub Zərərçəkmiş şəxs xahiş etmişdir ki, bağa gəlib kombini təmir etsin. Həmin gün axşam saatlarında Zaur qaynı Vüqar ilə birlikdə bağa gəlmiş və kombini təmir etməyə başlamışdır. İşlərini bitirdikdən sonra artıq gecə saatlarında onlar süfrə açmağını xahiş etmişlər, o da onlarla birlikdə qəsəbədəki marketə gedib bazarlıq etmiş, bağa geri qayıtdıqdan sonra onlara həyətdəki söhbətgahda süfrə açmış, birlikdə oturub yeyibiçmişlər, məclisin sonuna yaxın bərk sərxoşlaşdıqlarını görüb onları evlərinə yola salmaq üçün zəng vurub taksi sifariş vermiş, taksi ünvana çatana yaxın sürücü ünvanı dəqiq tanımadığı üçün o, bayıra çıxıb telefonla sürücüyə yolu izah etməyə başlamış, həyətə geri qayıtdıqda isə görmüş ki, Zaur ayaq üstə dayanaraq əli ilə qarın boşluğunu tutub zarıyır və Vüqardan nə üçün onu vurduğunu soruşur, Vüqar isə susaraq yerindən tərpənmirmiş. Zaur əlini qarnından götürdükdə yarasından qan axmağa başlamışdır. O, tez təcili tibbi yardıma zəng vurub məlumat vermiş, Zauru oradan aralaşdırmaq üçün bayıra çıxartmışdır. Bir qədər sonra təcili tibbi yardım briqadası gəlib Zauru evin qarşısındakı küçədən götürüb xəstəxanaya aparmışdır. O, isə Vüqardan qorxduğu üçün həyətə qayıtmağa ehtiyat etmiş, ona görə də zəng vurub hadisə barədə polisə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları gəlmişlər, hadisə barədə polislərə danışdıqdan sonra onlar həyətə daxil olaraq oradakı söhbətgahda oturan Təqsirləndirilən şəxs tutub aparmışlar. Yalnız bundan sonra o, bağ evinə daxil olmuş, sonradan hadisə yerinin müayinəsi üçün gələn polislərlə birlikdə həyətə baxış keçirərkən müəyyən etmişdir ki, masanın üzərinə qoyduğu mətbəx bıçağının üzərində qan izləri var, ona görə də yəqin etmişdir ki, Vüqar Zauru məhz həmin bıçaqla vurub. Hadisə vaxtı orada onların üçündən başqa kənar şəxs olmayıb, həmin vaxt o, heç bir xəsarət almayıb, həmin vaxt o, həmin şəxslər ilə bir masa arxasında əyləşərkən orada onların arasında heç bir mübahisə və ya dava-dalaş olmamışdır, nə baş vermişdirsə o, taksini qarşılamaq üçün küçəyə çıxdıqdan sonra baş vermişdir, ona görə də o, hadisənin hansı səbəbdən baş verməsini, necə cərəyan etməsini görməmişdir, sonradan da artıq onlar ona heç nə demədikləri üçün hadisənin hansı səbəbdən baş verməsi ona məlum deyil. Həmin vaxt orada elə bir səs-küy olmamışdır ki, kənardan da kimsə eşidib gəlsin. Hadisə zamanı Zaurun Vüqarı vurmasını görməyib, Vüqarın sifətində, üst-başında döyülməyə və dalaşmaya dəlalət edən hər hansı bir iz müşahidə etməyib. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raportdan” görünür ki, Zərərçəkmiş şəxs bıçaqlanması ilə əlaqədar olaraq polis bölməsinə məlumat daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə polis əməkdaşı tərəfindən tutulmuşdur. xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməklə Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 02:10 radələrində qarın boşluğuna nüfuz edən 1 ədəd deşilmiş kəsilmiş yara münasibəti ilə klinikaya daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən bağ evinə keçirilən baxış zamanı, daş hasarla və dəmir darvaza ilə əhatə olunmuş, həyətdə 2 mərtəbəli daş ev və köməkçi tikililər vardır. Giriş darvazasındn sol tərəfdə üstü bağlı söhbətgah yerləşir. Baxışda iştirak edən bağ sahibi Şahid bildirmişdir ki, bıçaqlanma hadisəsi həmin söhbətgahda baş vermişdir. Söhbətgahda bir ədəd masa üzərində yemək, içki qalıqları və qab-qacaq müşahidə olunmuşdur. Söhbətgahın ətrafında qırılmış və yıxılmış vəziyyətdə stulun olması,süfrənin dağınıq vəziyyətdə olması orada dava-dalaşın baş verməsinə dəlalət edir. Ətrafda qan izləri müşahidə olunmur. Söhbətgahla üz-üzə yerləşən su krantının yaxınlığnda yerdə 01 ədəd üzərində qan ləkələri olan mətbəx bıçağı aşkar edilərək götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək ptorokola əlavə olunmuşduir. Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2024-cü il tarixli 2332 nömrəli rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs qarının ön divarının daxilə nüfuz edərək qaraciyəri dəlib-keçən, köndələn-çənbər bağırsağın, dalağın, pankreasın, mədənin seroz-subseroz qişasının yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici alət təsirindən törənmişdir, bıçaqla yetirilə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətin yıxılma nəticəsində törənməsi, eləcə də müayinə olunan şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16- 16/2-3/1243 nömrəli rəyindən qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansısa əlavə və dəyişiklik edilməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 126.2.4-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə görə, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə qeyd edir ki, prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və ağlabatan olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə görə qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma - qəsdən sağlamlığa ağır zərər vurma cinayətini ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətil törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilir. Məhkəmə kollegiyası ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin müəyyən olunmasını iş üzrə qanuni, əsaslı və ədalətli nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanında, birlikdə təmir işləri apardıqları fərdi bağ evinin həyətində alkoqol sərxoşluğu vəziyyətində yeznəsi Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə etmiş, mübahisə zamanı sonuncunun onun fikirləri ilə razılaşmadığını və söyüş söydüyünü cüzi səbəb göstərməklə yeyib-içdikləri masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə daxili eqoizm hisslərinə qapanaraq Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədilə xuliqanlıq niyyətilə qarın nahiyəsindən qəsdən vuraraq qarının ön divarından daxilə nüfuz edərək qaraciyəri dəlib-keçən, köndələn-çənbər bağırsağın, dalağın, pankreasın, mədənin seroz-subseroz qişasının yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyətilə qəsdən ağır zərər vurmuşdur. İbtidai araşdırma materiallarında təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qeyd olunsa da, məhkəmə baxışı zamanı cinayət işinin materiallarında olan sübutların müqayisəli tədqiqi təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin mövcudluğunu təkzib etmişdir. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqaşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı CM-in 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin müddəalar qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. Hazırki işin araşdırılan hallarından, həmçinin zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin ifadələrindən (ibtidai araşdırma və məhkəmə baxışı zamanı verdikləri ifadələrindən) göründüyü kimi təqsirləndirilən şəxslə zərərşəkmiş şəxs usta işlədikləri evdə yemək yeyərkən aralarında boru xəttinin çəkilməsi ilə bağlı (şəxsi münasibətlər-məişət zəmnində) mübahisə olmuşdur. Zərərçəkmiş şəxs isə təqsirləndirilən şəxsin fikirlərinə aqressiv şəkildə söyüşlə cavab vermişdir. Bundan sonra da mübahisə davam edən zaman təqsirləndirilən şəxs yeyib-içdikləri masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə zərərçəkmiş şəxsi vuraraq ona xəsarət yetirmişdir. Bununla yanaşı, ibtidai araşdırma zamanı toplanmış cinayət işinin materiallarından da göründüyü kimi, hadisə zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə söyüş söydükdüən sonra təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirməklə sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Sadalananlardan da göründüyü kimi təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs usta olaraq işlədikləri evdə yemək yeyərkən qohumlar arasında, yəni təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində (məişət zəmnində) başlanmış mübahisə gedişində zərərçəkmiş şəxsin söyüş söyməsindən (nalayiq ifadələr işlətməsindən) sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bundan əlavə, hadisə baş verdiyi vaxt təqsirləndirilən şəxs sağlamlığı qəsdən ağır zərər vurmaya aid olan cinayət əməlini törətsə də, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsi sübut olunmamışdır. Sadalananlara əsasən məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında qeyd olunanları da nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 126.1-ci maddəsinin tərkib əlamətləri vardır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarda qeyd edilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; İkincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; Üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq cinayəti bir başa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Hüquq ədəbiyyatından da müəyyən olunduğu kimi xuliqanlıq cinayəti yəni təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində vəs. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddələrinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi). “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələrini tədqiq edib CPMin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun rəsmi təfsirlərini rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin hazırki cinayət işi üzrə tərətdiyi əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında qeyd göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 3-cü bəndində isə göstərilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. Həmin qərarın 5-ci bəndində isə göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Cinayət işinin materiallarından da göründüyü kimi tərəflər arasında olmuş mübahisə şəxsi münasibətlər (məişət) zəminində, yalnız təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin öz arasında baş vermişdir. Beləliklə, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının CPM-in 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125-cü maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunması, yəni onun zərərçəkmiş şəxsin sağlamlığa ağır zərər vurmasını məhz xuliqanlıq niyyəti ilə törətməsi barədə istintaq orqanının mövqeyi ilə razılaşmayaraq, ibtidai araşdırma orqanının gəldiyi nəticəni işin faktiki hallarına uyğun olmayan hesab edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin cinayətkar davranışa sövq edən səbəb və niyyəti, yəni cinayətin motivini düzgün müəyyən etməmişdir. Yəni cinayət edən şəxsin həmin cinayət hadisəsini törətməyə sövq edilmə səbəbi və niyyəti kifayət qədər araşdırılmamış və bu cinayət işində motiv müəyyən edilmədiyindən təqsirləndirilən şəxsin cinayət əməli düzgün tövsif edilməmişdir. Məhkəmə kollegiyası diqqəti ona yönəldir ki, hər bir cinayət işində motiv müəyyən edilməlidir. Çünki bunsuz nəinki cinayətin düzgün ixtisaslaşdırılması, hətta cəzanın fərdiləşdirilməsi də mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətməsini birbaşa təsdiq edən sübutları əldə etmədən, başqa sözlə, lazımı sübutları toplamadan ona daha ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını mötəbər sübutlar deyil, yalnız ibtidai istintaq orqanının mülahizələri təşkil etmişdir. Ətraflı şəkildə yuxarıda təhlil edilən hallardan görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməmişdir. Bir sözlə, təqsirləndirilən şəxsin xuliqanlıq niyyətilə cinayət əməlini törətməsi qənaətinə gəlmək mümkün deyildir. Əks yanaşma təqsirləndirilən şəxsin hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu isə həm ədalətsiz, həm də yolverilməzdir. Beləliklə, cinayət işi materiallarından müəyyən olunur ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürsə də, həmin ittihamın əsasını təşkil edən sübutlar və hallar tam əsaslandırılmamışdır. Bununla yanaşı, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətləri, baş vermiş hadisənin səbəbləri və hadisənin baş vermə mexanizmi də təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təkzib edir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası əməlin tövsifi ilə razılaşmayaraq qeyd edir ki, irəli sürülmüş ittihama əsasən baş vermiş cinayət hadisəsi və onun əlamətlərinə verilmiş cinayət hüquqi qiymət əsaslı olmamşdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası ibtidai araşdırma orqanının bu hüquqi mövqeyini ağlabatan və obyektiv hesab etmir, əksinə, Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə nəzərdə tutulmuş cinaytəin tərkib əlamətlərinin mövcudluğunun işin faktiki halları ilə də təsdiq olunduğunu hesab edir. Beləliklə, məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə müəyyən olundu ki, təqsirləndirilən şəxsin cinayəti xuliqanlıq niyyəti ilə törətməmişdir, bu barədə ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur. Odur ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiahm olunduğu əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilərək ona cəza təyin edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır. Beləliklə məhkəmənin müəyyən etdiyi iş üzrə mübahisə olunmayan hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:30 radələrində ünvan 1 ünvanında, birlikdə təmir işləri apardıqları fərdi bağ evinin həyətində alkoqol sərxoşluğu vəziyyətində yeznəsi-qohumu Zərərçəkmiş şəxs ilə icra etdikləri təmir işləri ilə əlaqədar boru xəttinin çəkilməsi ilə bağlı (şəxsi münasibətlər-məişət zəmnində) mübahisə etmişlər, mübahisə zamanı sonuncunun ona söyüş söyməsindən sonra yeyib-içdikləri masanın üzərindən götürdüyü soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən qəsdən vuraraq qarının ön divarından daxilə nüfuz edərək qaraciyəri dəlib-keçən, köndələn-çənbər bağırsağın, dalağın, pankreasın, mədənin seroz-subseroz qişasının yaralanmasına səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bununla da, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin Məcəllənin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Cinayət Məcəlləsinin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarından və ifadələrdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin barışmalarını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin əməlini (təqsirini) etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə onun cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlisin. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 64 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 420 manat məbləğində pul ödənilsin və hüquqi yardıma görə pul məbləğinin ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-712/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-712/2025
23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver