Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-713/2022 11.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili X7, müdafiəçi – “Verdiktum” Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx xxxxxx 1957-ci il tarixdə Zəngilan rayonunun Şayıflı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Zəngilan rayonunun Şayıflı kəndində qeydiyyatda olan, faktiki ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması və qısqanclıq zəminində qisas almaq niyyəti ilə digər şəxsi qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə saat 15 radələrində rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ilə birgə yaşadıqları ünvan 1 ünvanında növbəti dəfə aralarında baş vermiş mübahisə zamanı ona və ailəyə qayğı göstərməməsi, eləcə də guya başqa kişi ilə ona xəyanət etməsinə dair iradlarını bildirərkən arvadı Zərərçəkmiş şəxs onun bu iradlarına kobud cavab verməsindən əsəbləşərək qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə yaşadıqları mənzilin eyvanındakı saxlanc yerindən məişətdə işlədilən, soyuq silah hesab edilməyən, dəstəyi ağac materialdan, başlıq hissəsi isə dəmirdən olan çəkici götürüb həmin vaxt yataq otağında olan Zərərçəkmiş şəxs yaxınlaşıb arxadan sağ əlindəki çəkicin dəmir hissəsi ilə sonuncunun həyat üçün vacib orqanına - baş nahiyəsinə qəfildən bir neçə dəfə ardıcıl zərbələr vurmuş, daha sonra otaqdan çıxmağa çalışan Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün onun baş nahiyəsinə həmin çəkicin dəmir hissəsi ilə zərbələr vurmaqda davam etmiş, bundan sonra isə sonuncunun xilas olmaq üçün onu itələyərək yaşadığı mənzildən çıxdığını və yataqxananın dəhlizi ilə qaçdığını görüb, Zərərçəkmiş şəxs qəsdən öldürməklə bağlı niyyətini başa çatdırmaq məqsədi ilə yataqxananın dəhlizi boyunca təxminən 7-8 metr məsafədə təqib edib ona yetişərək, əlindəki çəkicin dəmir hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir neçə dəfə ardıcıl zərbələr endirmiş, qaçaraq canını qurtarmaq istəyən, eyni zamanda, qışqırıb qonşuları köməyə çağıran Zərərçəkmiş şəxs təqib etməkdə davam edərək binanın 3-cü mərtəbəsindən 2-ci mərtəbəsinə enən pilləkənin üzərində sonuncu dəfə çəkiclə onun baş nahiyəsinə vurub Zərərçəkmiş şəxs dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qapalı kəllə-beyin travması və baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün xarici səthinin basılmış sınığı, habelə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aid olan sol gicgah, sol gicgah-ənsə, sağ və sol təpə nahiyələrinin, alın nahiyəsinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları və həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmayan sağ gicgah və sağ təpə nahiyəsinin əzilmiş yaraları, sağ və sol gicgah nahiyəsinin, sol said nahiyəsinin qançırları, sağ əlin, sağ said nahiyəsinin sıyrıqlarından ibarət çoxsaylı xəsarətlər yetirmiş, lakin həmin vaxt dəhlizə çıxan qonşuları Gülarə Məmmədovanın hadisəyə fəal müdaxilə edib Təqsirləndirilən şəxs qarşısını kəsməsi nəticəsində Zərərçəkmiş şəxs imkan tapıb oradan qaçmağa müvəffəq olmuş və vaxtında xəstəxanaya çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas olunduğundan o, öz iradəsindən asılı olmayan səbəblərə görə qəsdən adam öldürməyə yönəlmiş niyyətini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 1983-cü ildə X13 ilə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı olmuşdur. 2009-cu ildə Hökmə Kərimova ilə boşanmış və sonuncu 2021-ci ildə COVİD-19 virusuna yoluxaraq ölmüşdür. Hökmə ilə birgə nikahdan oğlu Yunus 2005-ci ildə avtoqəza nəticəsində ölmüş, qızı Sevda isə ailə həyatı qurmuşdur. Hökmə ilə boşanmasına səbəb onun əsasən Rusiya Federasiyasında yaşaması və oğlu Yunusun avtoqəza nəticəsində öldükdən sonra evdə yaranmış narazılıq olmuşdur. Hökmə onu ailəsinin üstündə olmamasını bəhanə gətirərək oğlu Yunusun ölümündə psixoloji olaraq onu günahkar saymışdır. Boşandıqdan sonra o, qızı Sevda ilə əlaqə saxlasa da gediş-gəlişləri olmamışdır. 2010-cu ildə Zəngilan rayonundan olan həmyerlisi Gülnarə adlı qadınla tanış olaraq nikaha daxil olmuş, birgə nikahdan 2011-ci ildə qızı Elnarə anadan olmuşdur. Gülnarə ilə nikahda olduğu müddətdə əvvəllər tikintilərdə fəhləlik etməklə ailəsini saxlamışdır. Aralarında ilkin narazılıq övladları Elnarə doğulandan sonra başlamışdır. Narazılığa səbəb yeni doğulmuş övladını onun xəbəri olmadan xəstəxanadan baldızı Gilənin çıxararaq evinə aparması olmuşdur. Gülnarə həmin ərəfədə ona zəng edərək Elnarənin vəziyyətinin ağır olduğunu deyib təcili onu Gilənin evinə çağırmışdır. O, Gilənin evinə gedərək oradan Elnarəni Yasamal rayonu ərazisində yerləşən Pediatriya İnstitutuna aparmış, bağırsaqlarında olan tutulmalarla bağlı reanimasiya şöbəsinə yerləşdirmişdir. Elnarə bir müddət stasionar xəstəxanada qalmış və müalicə olunmuşdur. Elnarəni evə gətirəndən sonra Gülnarə ilə aralarında ona qızıl-zinət əşyalarının alınmaması ilə bağlı mübahisələri olmuşdur. O, Gülnarəyə əsəbləşərək bir ata kimi uşağını xəstəxanadan çıxartma sevincini yaşaya bilmədiyini, ata kimi övladını özü çıxarmaq istəyini bildirmişdir. Gülnarə ilə ilkin mübahisə zamanı onun cərrahi əməliyyat zamanı verilmiş narkozun təsirindən əsəblərini cilovlaya bilmədiyini fikirləşmiş, amma bir müddət sonra onlar barışmışlar. Gülnarə ilə münasibətlərinin pozulmasına səbəb eyni zamanda onda onkoloji xəstəliyin aşkar olunması və keçirdiyi əməliyyatla bağlı olmuşdur. Həmin xəstəlik onda 2015-ci ilin oktyabr ayında aşkar olunmuş, həmin vaxtdan şüa terapiyası qəbul etmiş və 2016-cı ilin aprel ayında əməliyyat olunmuşdur. Bundan başqa 2017-ci ildə prostat vəzidən də əməliyyat olunmuşdur. 2016-cı ilin dekabr ayınadək Gülnarə ona qayğı göstərmiş, 2017-ci ilin əvvəlindən isə artıq ona heç bir diqqət yetirməmiş, həyat yoldaşı kimi davranmamışdır. Ona evdə yemək verilməmiş, paltarları yuyulmamış, özü-özünə qulluq etmişdir. Gülnarə özü 2016-cı ildən bir şirkətə işə qəbul olub orada xadimə kimi işləmişdir. Gülnarə onun xəstə olmasından istifadə edərək artıq onu saymamışdır. X17 rayonunda yerləşən 299 saylı tam orta məktəbin 5-ci sinif şagirdi olmuş, amma son iki ildə pandemiya ilə əlaqədar məktəbə getməmişdir. Daha sonra məktəblər açılmış və Gülnarə Elnarəni məktəbə aparıb gətirmişdir. Gülnarə hər gün səhər saatlarında işə getmiş, günorta fasilədən sonra evə gəlmişdir. Bəzi vaxtlar isə Gülnarə evə gəlməmiş, ya da ona demədən istədiyi vaxt evə gedib-gəlmişdir. Artıq Gülnarənin hərəkətləri onu bezdirmiş, 2016-cı ildən sonra Gülnarənin qohumları belə gəlməmiş, yalnız sonuncu özü qohumlarının evinə gedib-gəlmişdir. Həm də hadisədən bir ay əvvəl Gülnarənin yataqxanada yaşayan, boşanmış Ziya adlı şəxslə əlaqəsinin olmasından şübhələnmişdir. Belə ki, həmin ərəfədə Gülnarə qızı Elnarə ilə bacısının evinə getmək adı ilə evdən çıxaraq getmiş, təxminən 20 dəqiqə sonra dəhlizdən səs eşidib çıxarkən dəhlizdə alaqaranlıqda uşaq görüb yaxınlaşdıqda qızı Elnarənin olduğunu görmüşdür. Elnarəyə yaxınlaşarkən Elnarənin “ana, ana” deyərək səsləməsini və Gülnarə ilə Ziyanın isə dəhlizin baş hissəsində yerləşən sanitar qovşağı tərəfindən birgə çıxdıqlarını görmüşdür. Gülnarə ona yaxınlaşarkən o, əli ilə sonuncunun saçından tutaraq divara söykəyib başını divara vurmaq istəyərkən Elnarə Gülnarənin ayağına sarılmış və «ana» deyib qışqırması onu dayandırmışdır. Gülnarə qorxusundan səsini çıxarmamış, Ziya da kənardan “ay qonşu mənəm” demişdir. O, Ziyanın sözlərinə məhəl qoymamış, Gülnarə isə ona bu barədə artıq bir söz demədən birlikdə evə keçmişlər. Hadisə gününədək evdə vəziyyət bir qədər də kəskinləşmiş, Gülnarənin etdiyi hərəkəti qəbul edə bilməmişdir. Gülnarənin dəqiq Ziya ilə əlaqəsinin olub-olmamasını bilməsə də, lakin şübhələri onu narahat etmiş, özünün aldadıldığını hiss etmişdir. O, yataqxananın dəhlizi qaranlıq olduğundan mənzilin giriş qapısı tərəfdən lampa asmış, lakin Gülnarə dəhlizin qaranlıq qalması üçün həmin lampanı vurub sındırmışdır. Hətta o, dəhlizdə olan yardımçı otağın qapısını düzəltdirib qıfıl vurdurmuş, Gülnarə həmin otaqda olan lampanı da sındırmışdır. Gülnarə paltarları yuyub həmin yardımçı otaqda qurutmuşdur. O, Gülnarəyə yaşadıqları mənzilin eyvanı olduğunu və paltarları eyvanda qurutmasını demişdir. Gülnarənin bu hərəkətləri onun beynini qarışdırmış, özünü ələ ala bilməyərək nə edəcəyini bilməmişdir. 25 oktyabr 2021-ci il tarixdə məktəb pandemiya ilə əlaqədar bağlandığından Gülnarə Elnarəni onlayn dərs keçməsindən ötrü bacısı Rəfiqənin yaşadığı evə aparmışdır. Gülnarə günortadan sonra evə gələndə o, son bir ayda evdə olan hadisələrin, eləcə də evə gecələr gəlməsinin və ya yaşadığı evə gəlməməsinin uşağın tərbiyəsinə pis təsir etdiyini, gələcəkdə övladının ailəsində problemin yaranmasına səbəb olacağını deyib, sonuncuya iradını bildirib Gülnarənin düzəlməsini tələb etmiş, amma Gülnarə yaxşı etdiyini, onun artıq lazım olmadığını deyərək yataq otağına keçmişdir. Həmin vaxt o, əsəblərini cilvolaya bilməyib qonaq otağında olan eyvana çıxaraq oradan çəkici götürüb Gülnarənin olduğu yataq otağına keçmiş və sağ əlində olan çəkiclə Gülnarəyə yaxınlaşıb ondan bu hərəkətlərinə son qoyub-qoymayacağını soruşmuş, Gülnarə əsəbi halda cavab qaytardığı üçün çəkiclə Gülnarəyə ilk zərbəni endirmişdir. Gülnarə həmin vaxt ayaq üstə olmuş, Gülnarə ilə söhbətini apara bilməsi üçün əlindəki çəkiclə əvvəl onu yavaş vurmuşdur. Gülnarə həmin zərbədən sonra onun sifətinə əl atarkən əlindəki çəkiclə ikinci zərbəni vurmuşdur. Gülnarə əli ilə onu özündən itələyib özünü qorumağa çalışsa da o, ardıcıl şəkildə zərbələri sonuncuya vurmaqda davam etmişdir. O, evin qapısında Gülnarənin məhəlləyə düşməməsi və qonşuların bilməməsi üçün sonuncunu əli ilə saxlamağa cəhd etmiş, lakin Gülnarə onu itələyib əlindən çıxaraq mənzilin giriş qapısını açaraq dəhlizə çıxmışdır. Onlar beşmərtəbəli binanın üçüncü mərtəbəsində yaşadıqlarına görə o, Gülnarənin arxası ilə yataqxananın dəhlizinə çıxmış və Gülnarə uzun dəhlizlə təxminən yeddi metr məsafədə qaçmasına baxmayaraq o, sonuncunu dəhlizdə vurmamış, pilləkənin başında çataraq iki dəfə də sağ əlində olan çəkiclə zərbə vurmuşdur. Gülnarənin arxası ilə 3-cü mərtəbədən 2-ci mərtəbəyə düşən pilləkənin yarısınadək qaçmış və Gülnarənin “bacımgilə çatdırın” sözlərini deyərək qışqırdığını, ətrafda yaşayan və səsə çıxan qonşuların Gülnarəyə köməklik etmələrini görüb dayanmışdır. Bundan sonra o, otağa qayıdaraq çəkici qonaq otağının pəncərəsinə qoyub üzünə su vuraraq ayılmağa çalışmışdır. Həmin gün gecə saatlarınadək parkda gəzmiş, daha sonra Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gedib etdiyi cinayəti könüllü etiraf edib təslim olmuşdur. Gülnarəni öldürmək niyyəti olmamışdır. Etdiyi hərəkətlərdən çox peşmandır. Məhkəmədən onun yaşının, xəstəliyinin və uzun illər məcburi köçkün kimi böyük əziyyətlə yaşamısının, ailə vəziyyətinin, polisə könüllü təslim olmasının nəzərə alınaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxsla 2010-cu ildə evlənmişdir. Onların birgə nikahdan 2011-ci ildə Elnarə adlı qızları doğulmuşdur. Sərdar əvvəllər tikintilərdə fəhləlik etməklə ailəni saxlamışdır. Elnarə yeni doğulanda vəziyyəti ağır olduğundan onu Yasamal rayonu ərazisində yerləşən Pediatriya İnstitutuna aparıb bağırsaqlarında olan tutulmalarla bağlı reanimasiya şöbəsinə yerləşdirmişlər. Elnarə bir müddət stasionar xəstəxanada qalaraq müalicə olunmuşdur. Sərdarla münasibətlərinin pozulmasının əsas səbəbi sonuncuda bədxassəli onkoloji xəstəliyin aşkar olunması və həmin xəstəlikdən keçirmiş olduğu əməliyyatlar olmuşdur. Xəstəlik Sərdarda 2015-ci ilin oktyabr ayında aşkar olunmuş, həmin vaxtdan şüa terapiyası qəbul etmişdir. Sərdar 2016-2017-ci illərdə cərrahi əməliyyatlar keçirmişdir. Sərdar xəstəlikdən sonra demək olar ki evə baxmamış, onlarla ümumiyyətlə maraqlanmamış, işi ancaq səhər parka gedib gecə saatlarında evə qayıtmaq olmuşdur. Sərdar evə ərzaq almamış, ümumiyyətlə övladının olmasını sanki unutmuşdur. Ona görə də qızını özü böyüdüb boya-başa çatdırmaq üçün artıq 2016-cı ildə işləmək qərarına gəlmişdir. X17 rayonunda yerləşən 299 saylı tam orta məktəbin 5-ci sinif şagirdidir. Amma son iki ildə pandemiya ilə əlaqədar məktəbə getməmişdir. Daha sonra məktəblər açıldıqda Elnarəni məktəbə aparıb gətirmişdir. Özü həm də səhər saatlarında getmiş, günorta fasilədən sonra evə gəlmişdir. Sərdar yaşadıqları evin qonaq otağında, o isə yataq otağında qızı Elnarə ilə birgə yatmışdır. Bir müddət pandemiya ilə əlaqədar məktəblər bağlı olduğundan Elnarəni bacısı Rəfiqənin evinə aparmış, arada həm də sonuncunun evində qalmışlar. Qohum-əqrəbalarından heç kim onların evinə gəlib-getməmişdir. 25 oktyabr 2021-ci il tarixdə məktəb pandemiya ilə əlaqədar bağlandığından Elnarəni onlayn dərs keçirildiyinə görə bacısı Rəfiqənin evinə aparmışdır. Günortadan sonra evə gələrək yemək yedikdən sonra Elnarənin kitablarını yığıb Rəfiqənin evinə aparması üçün yataq otağına keçmişdir. Qəfildən Sərdar yataq otağına keçərək sağ əlində olan çəkiclə bir söz demədən onun başına vurmuş, ilk zərbədən sonra dizi qatlanmış və başı çarpayının üzərində əyilmiş kimi olmuşdur. Daha sonra özünü toparlayaraq ayağa qalxmış, otaqdan çıxıb həyətə qaçmağa çalışmışdır. O, evin qapısını açıb qaçmaq istəyərkən Sərdar əli ilə ona mane olmağa çalışmış, əlindəki çəkiclə başına ardıcıl zərbələr vurmuşdur. O, Sərdarı özündən itələyib qapını açaraq dəhliz boyu qaçmış, zərbələrin ağrılarından qışqırarkən Sərdar da onun arxasınca qaçıb çəkiclə vurmaqda davam etmişdir. İkinci mərtəbənin pilləkənlərində qonşuluqda yaşayan Gülara yaxınlaşıb müdaxilə edərək araya girmiş və Sərdarın qarşısını ala bilmişdir. O, nəhayət həyətə düşə bilmiş və oradan bacısı Gilənin evinə getmişdir. Bacısı oğlu Orxanın köməkliyi ilə X11, daha sonra isə X19ə yerləşdirilmişdir. Sərdarın ona guya Ziya ilə xəyanət etməsi barədə dedikləri yalandır. Ziya əvvəllər onlarla qonşuluqda yaşasa da, təxminən 2-3 il olar ki, oradan köçmüşdür. Bildiyinə görə Ziya indi Füzulidə yaşayır. Ziyanın qardaşı Rəşad onlarla eyni mərtəbədə ayrı mənzildə yaşamışdır. Ziya 2021-ci ildə dəqiq xatırlamadığı vaxtda evinin açarını müştəri olan zaman göstərilməsi üçün onlara vermişdir. Ziya bir dəfə ona zəng edərək müştərinin gəldiyini, amma özlərinin evdə olmadıqlarını demiş,o da Ziyaya işdə olduğunu, Sərdarın isə səhərlər parka getdiyini bildirmişdir. Bu səbəbdən Ziyanın sözü ilə evə nəzarət olunması üçün mənzilin açarını onun bacısı ilə qonşuluqda yaşayan Ziyagilin gəlini Fatiməyə vermişdir. Onun Ziya ilə bir dəfə bu məsələ ilə bağlı telefon danışığı olmuş, başqa heç bir əlaqələri, qadın-kişi münasibətləri olmamışdır. Sərdarın onun əxlaqı barədə dediklərini qəbul etmir, bu söz-söhbətlərin hamsının uydurma olduğunu vurğulayır. Sərdarı heç bir halda ona qarşı etdiyi belə qəddar hərəkətə görə bağışlamır. Ona görə də məhkəmədən Sərdara ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş X8 qızı göstərdi ki, 299 saylı tam orta məktəbin 5-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə anasıdır. Anası və atası evdə mehriban dolanmamışlar. Atası hər dəfə anasını evdə danlamışdır. Onların arasında tez-tez mübahisələr olduğunu görmüşdür. Atası evə yemək almamış, məktəbə gedəndə ona pul verməmişdir. Anası isə süpürgəçi işləyib ailələyə baxmışdır. Onlara demək olar ki əsasən xalaları baxmış, ən çox da Rəfiqə xalası ona nəvaziş göstərmişdir. Pandemiya ilə bağlı dərslərin onlayn keçirildiyi vaxtda Rəfiqə xalasıgildə qalmışdır. 25 oktyabr 2021-ci ildə səhər vaxtı anası onu onlayn dərsdə iştirak etməsi üçün növbəti dəfə Rəfiqə xalasıgilə aparmış, o da həmin dərsdə iştirak etmək üçün xalasıgildə qalmışdır. Sonradan bilmişdir ki, atası evdə çəkiclə anasının başına dəfələrlə vurmuşdur. Anası bir müddət xəstəxanada qalıb müalicə almışdır. Atasını bağışlamır, anasını çəkiclə döymüş atasının cəzalanmasını istəyir. Məhkəmədə şahid qismində dindirilmiş X10 göstərdi ki, ailədə altı bacı, üç qardaşdırlar. Hər biri ailəlidir və Bakı şəhərində yaşayırlar. Bacısı Gülnarə 2010-cu ildə digər bacısı Gilənin əri Həsən vasitəsilə Təqsirləndirilən şəxsla tanış olmuş və ailə həyatı qurmuşdur. Onların 2011-ci ildə övladları Elnarə anadan olmuşdur. Nikahdan bir müddət sonra onların arasında söz-söhbət başlamışdır. Sərdar heç yerdə işləməmiş və övladına belə baxmamışdır. Artıq Gülnarə məcbur olub özü işləyərək ailəsini dolandırmışdır. Sərdar əvvəllər tikintilərdə fəhlə kimi işləsə də sonradan onkoloji xəstəliyi aşkar edilmiş, guya bu xəstəliyi səbəbindən işləməmişdir. Bütün narazılıqlara baxmayaraq Gülnarə Sərdara qulluq etmişdir. Pandemiya ilə bağlı qızları Elnarə təxminən 2 il məktəbə getməmişdir. Məktəb açıldıqdan sonra Elnarə məktəbə getmiş, bir müddət sonra virusun artması səbəbindən məktəblər təkrar bağlandığına görə Gülnarə Elnarəni onlayn dərs keçməsindən ötrü onun evinə gətirmişdir. Hətta Gülnarənin evində şəraiti olmadığından geyim əşyalarını onun evində yumuş, evinə qış ayları üçün azuqələr hazırlamışdır. Sərdar ilə Gülnarə arasında əsas narazılıq Sərdarın evinə bazarlıq etməməsi və ailəsinə diqqət göstərməməsi olmuşdur. Gülnarə 40 yaşında nikaha daxil olduğuna görə boşanmaqdan utanmış, ona görə də Sərdarın hərəkətlərinə dözmüşdür. 25 oktyabr 2021-ci il tarixdə Gülnarə qızı Elnarəni onun evinə onlayn dərsə gətirmişdir. Həmin gün saat 16-17 radələrində Gilənin oğlu Orxan ona zəng edərək Gülnarənin Sərdar tərəfindən çəkiclə döyüldüyünü və xəstəxanaya aparıldığını bildirmişdir. Hadisənin nə səbəbdən baş verdiyini bilməmiş, eşidən kimi ailəsi ilə birgə xəstəxanaya getmişdir. Başında çoxsaylı çəkic xəsarətləri olduğundan Gülnarənin başına tikişlər qoyulmuş, hadisə vaxtı əynində olan qanlı paltarları bacısı Giləyə verilmiş, Gilə isə həmin paltarlar qanlı olduğuna görə onları zibilliyə tullamışdır. Gülnarə xəstəxanada ayılandan sonra onunla söhbət edərkən bilmişdir ki, hadisə günü Gülnarə yataq otağında Elnarənin kitablarını onlara gətirməsi üçün yığarkən qəfildən Sərdar əlində çəkiclə otağa daxil olaraq sonuncunun baş nahiyəsindən ardıcıl vurmuşdur. Həmin vaxt Gülnarə özünü toparlayıb Sərdarın əlindən qaça bilməsinə baxmayaraq, Sərdar sonadək yataqxanada Gülnarəni təqib edib pilləkənlərədək düşüb sonuncunu baş nahiyəsindən dəfələrlə vurmuşdur. Bacısı ilə qonşuluqda yaşayan Gülaranın müdaxiləsi nəticəsində Gülnarənin həyatı xilas olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 şahid X5 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdi (cild 1, iş vərəqə 123-126). Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, bacısı Gülnarə evdə şəraiti olmadığından digər bacısı Rəfiqənin evində geyim əşyalarını yumuş, evinə qış ayları üçün balonlarda mürəbbələr və kampotlar hazırlamışdır. Gülnarə yaşlı vaxtı nikaha daxil olduğundan boşanmaqdan utandığına görə Sərdarın hərəkətlərinə dözmüşdür. Gülnarə ilə Sərdarın arasında narazılıq Sərdarın evə baxmaması səbəbindən yaranmışdır. Gülnarə xadimə işləyərək qızını böyüdüb boya-başa çatdırmasmdan ötrü əlindən gələni etmişdir. Hadisə barədə sonradan eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, xalası Gülnarə 2010-cu ildə atası Həsən vasitəsilə Sərdarla tanış olub ailə həyatı quraraq onlarla qonşuluqda yaşamışlar. Onların 2011-ci ildə övladları Elnarə doğulmuş, nikahlarından bir müddət sonra aralarında söz-söhbətlər başlamışdır. Sərdar heç bir yerdə işləməmiş, övladına baxmamışdır. Sərdar ilə Gülnarə arasında əsas narazılıq Sərdarın evinə bazarlıq etməməsi və ailəsinə diqqət göstərməməsi ilə əlaqədar olmuşdur. Gülnarə məcburiyyət qarşısında qalıb işləyərək ailəsini dolandırmışdır. Sərdar əvvəllər tikintilərdə fəhlə kimi işləsə də, sonradan onkoloji xəstəliyi olduğu üçün işləməmişdir. Pandemiya ilə bağlı məktəblər bağlandıqda onlayn dərslərin keçirilməsi ilə əlaqədar Gülnarə qızı Elnarəni yaxınlıqda yaşayan böyük xalası Rəfiqənin evinə aparmışdır. 25 oktyabr 2021-ci il tarixdə o, evdə olarkən saat 16-17 radələrində qapı döyülmüş, qapını açdıqda tanımadığı qadının yanında qan içində xalası Gülnarəni görmüşdür. Xalasının vəziyyəti ağır olmuş, Sərdarın çəkiclə onun başından çoxsaylı xəsarətlər yetirdiyini demişdir. O, hadisə barədə valideynlərinə məlumat verdikdən sonra hamısı birlikdə xəstəxanaya getmişlər. Gülnarəni X11 yerləşdirdikdən sonra onun valideynləri gələrək sonuncunu X19ə aparmışlar. Sonradan bilmişdir ki, xalası hadisə vaxtı yataq otağında Elnarənin kitablarını yığarkən qəfildən Sərdar otağa daxil olub əlindəki çəkiclə xalasının başından ardıcıl vurmuşdur. Gülnarə özünü toparlayaraq Sərdarın əlindən qaça bilmiş, amma Sərdar onu təqib edib pilləkənlərədək düşüb Gülnarənin yenə başından vurmuşdur. Daha sonra onların qonşuluğunda yaşayan Gülaranın hadisəyə müdaxiləsi nəticəsində xalası Sərdarın əlindən qaçıb xilas olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ailəsini tanımış və qonşu kimi yaxşı münasibətdə olmuşlar. O, qonşuluqda qardaşları Ziya və Rəşadla birgə, valideynləri isə həmin mərtəbədə ayrı mənzildə yaşamışlar. Qardaşları Ziya və Rəşad Füzuli rayonuna köçüb getmişlər. Ziya ailəsi ilə rayonda yaşamışdır. Onlar yataqxanada yerləşən iki mənzili satışa qoymuş, Ziya həmin mənzillərin açarlarını müştəri gələn zaman evi göstərmək üçün Gülnarəyə vermişdir. Bir dəfə mənzilə baxmaq üçün müştəri gəlmiş, amma Gülnarə həmin mənzilin açarını müştəriyə təqdim edə bilməmişdir. Ziya da Gülnarə ilə əlaqə saxlayaraq açarın onlara evə göndərilməsini istəmiş, Gülnarə də evin açarlarını gətirib onun arvadı Fatiməyə vermişdir. Ziya son 3 ildə Füzuli rayonunda yaşadığına görə Bakı şəhərinə gəlibgetməmişdir. Bildiyinə görə Ziya ilə Gülnarə arasında heç bir şəxsi yaxınlıq, hər hansı başqa əlaqə olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərdi ki, Sərdar və Zərərçəkmiş şəxslarla təxminən 15 ilə yaxındır ki, qonşudurlar. Aralarında qonşu kimi gediş-gəliş olmuş və onların ailəsində hər hansı narazılığın şahidi olmamışdır. Sərdarın arıqlamasını görüb Gülnarədən səbəbini maraqlandıqda sonuncu Sərdarın xəstə olduğunu demişdir. Onların 11 yaşlı qızları vardır.. O, yataqxananın 3-cü mərtəbəsində Gülnarə ilə divar qonşusu olmuş, onlardan başqa həmin mərtəbədə Ziya, sonuncunun qardaşı Rəşad və əslən Şamaxı rayonundan olan ailə yaşamışlar. Lakin hazırda həmin mərtəbədə Gülnarəgil və o, yaşayır. Ziya və Rəşad təxminən 2019-cu ildən orada köçmüşlər. Digər qonşuları da uzun müddətdir ki, oradan köçmüşlər. 25 oktyabr 2021-ci il tarixdə təxminən 14-15 radələrində evdə yatarkən qəfildən səs eşidib ayıldıqda kiminsə qışqırıb «ay camaat kömək edin, qoymayın məni öldürdü» dediyini eşitmiş, dəhlizə çıxanda Sərdarın arvadı Gülnarənin arxası ilə əlində çəkiclə onun başına vura-vura qaçdığının, Gülnarənin də kömək istəməsinin şahidi olmuşdur. O, tez pilləkənlərin yanına çatıb Sərdara həyəcanlı şəkildə «dayı işin olmasın, işin olmasın səni tutarlar» sözlərini demiş, 2-ci mərtəbənin pilləkənlərinin yarısınadək düşmüşdür. Sərdarla Gülnarənin arasına keçmiş, onları aralaya bilmiş və Gülnarəni həyətə düşürtmüşdür. Gülnarə isə qışqıra-qışqıra bacısıgilə getmişdir. O qorxduğu üçün məhəllədə dayanmış, Gülnarənin arxası ilə getməmiş, mənzilə də qalxa bilməmişdir. Sərdar bir qədər vaxtdan sonra qanlı vəziyyətdə olan əllərini yuyub, əynini dəyişib çıxıb getmişdir. Daha sonra bildiyinə görə Gülnarəni xəstəxanaya yerləşdirmişlər. Onun bildiyi qədər Gülnarə Sərdarın ikinci evliliyi olmuş, aralarında yaş fərqi də kifayət qədərdir. Onların arasında başqa narazılıq və ya ədavətin olmasından məlumatı olmamışdır. Gülnarə yaşlı və baxımsız qadın olmuş, Ziyaya gəldikdə isə təxminən iki il əvvəl yataqxanadan köçdüklərinə görə Gülnarə ilə onun əlaqəsinin olması şəxsən ona inandırıcı gəlmir. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid4 göstərmişdir ki, baldızı Gülnarə 2010-cu ildə onun vasitəsilə Təqsirləndirilən şəxsla tanış olaraq nikaha daxil olmuş, birgə nikahlarından 2011-ci ildə övladları Elnarə anadan olmuşdur. Gülnarə Sərdarla nikaha daxil olan vaxtdan onunla yaxın qonşuluqda yaşamışlar. Sərdarın ilkin nikahından iki övladı olmuş, övladlarından biri vəfat etmişdir. Sərdarın deməsinə görə ilkin nikahında olan qadın əxlaqsız olduğundan boşanmışdır. Gülnarə nikaha daxil olarkən 40 yaşı olmuş, həmçinin Sərdarla eyni rayondan olduqlarına görə onların nikahlarına razılıq vermişlər. Bir müddət sonra Sərdarla Gülnarə arasında söz-söhbət başlamış, Sərdar heç bir yerdə işləmədiyinə görə övladına belə baxmamışdır. Bu səbəbdən Gülnarə artıq məcbur olaraq xadimə kimi işləməklə ailəsini dolandırmışdır. Sərdar əvvəllər tikintilərdə fəhlə kimi işləmiş, lakin sonradan onkoloji xəstəliyi aşkar edildiyindən cərrahi əməliyyat keçirmiş və xəstəliklə bağlı işləməmişdir. Lakin bunlara baxmayaraq Gülnarə Sərdara baxmışdır. Pandemiya ilə bağlı qızları Elnarə təxminən iki il məktəbə getməmiş, məktəb açıldıqdan sonra Elnarə məktəbə getmiş, bir müddət sonra virusun artması səbəbindən məktəblər bağlandığından Gülnarə Elnarəni onlayn dərslər keçməsi ilə bağlı digər yaxınlıqda yaşayan böyük baldızı Rəfiqənin evinə aparmışdır. Sərdarla Gülnarə arasında əsas narazılıq Sərdarın evinə bazarlıq etməməsi və ailəsinə diqqət göstərməməsi olmuşdur. X12 yola verməklə sözlərinə məhəl qoymamışdır. Gülnarə özü işləyib qızına və ailəsinə baxmışdır. Sərdar hər dəfə cərrahi əməliyyat olunarkən yanına qohum kimi digər ailə üzvləri və o, baş çəkmişlər. Hadisə günü, yəni 25 oktyabr 2021-ci ildə Gülnarə qızı Elnarəni Rəfiqənin evinə onlayn dərsə aparmış, həmin günü saat 16-17 radələrində Gülnarə onun yaşadığı evə başı və əyni qanlı gəlmiş, evdə olan oğlu Orxan taksi maşını ilə Gülnarəni xəstəxanaya aparmışdır. Orxan ona zəng çalaraq Gülnarənin əri Sərdar tərəfindən çəkiclə vurulmasını demişdir. Bundan sonra onlar xəstəxanaya gəlmiş, orada Gülnarənin əynində olmuş qanlı paltarını arvadı Giləyə vermişlər. Gilə həmin paltarların lazımsız və qanlı olduğuna görə zibilliyə tullamışdır. Sonradan söhbət zamanı ona məlum olmuşdur ki, Gülnarə Elnarənin kitablarını yığıb Rəfiqənin evinə aparması üçün yataq otağına keçmiş, qəfildən Sərdar otağa əlində çəkiclə daxil olaraq Gülnarənin baş nahiyəsindən ardıcıl zərbələr vurmuşdur. Gülnarə özünü toparlayaraq Sərdarın əlindən qaça bilmişdir. Sərdar Gülnarəni sonadək yataqxanada təqib edib pilləkənlərədək düşmüş və Gülnarənin ancaq baş nahiyəsindən zərbələr vurmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Gülaranın hadisəyə müdaxiləsi nəticəsində Gülnarənin həyatı xilas olmuşdur. Belə ki, Gülnarənin deməsinə görə Sərdar arxası ilə qaçaraq çəkiclə baş nahiyəsinə ardıcıl vuran zaman Gülara dəhlizdə qaçaraq Sərdarın hərəkətlərinin qarşısını almış, Sərdara mane olmaqla Gülnarənin oradan qaçmasına səbəb olmuşdur (cild 2, iş vərəqə 2-5). İbtidai istinaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8 göstərmişdir ki, təxminən 3 il olar ki, qardaşı Rəşadla birgə Füzuliyə köçmüş, qardaşı Kənan Biləcəri qəsəbəsi, DSK yolunda fərdi yaşayış evi tikdirməklə orada yaşayır. Bundan başqa yataqxanada yerləşən iki mənzilini satışa qoymuşlar. Həmin mənzillərin qonşuluqda yaşayan Gülnarəyə vermişdir ki, müştəri gələndə evi göstərə bilsin. Sərdar bildiyi qədəri ilə son illər onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Özü ailəli olmaqla ailəsilə birgə rayonda yaşayır. Günlərin birində müştəri gəlmiş və Gülnarə həmin mənzilin açarını müştəriyə təqdim edə bilməmiş və o, həmin günü Gülnarə ilə əlaqə saxlayaraq mənzillərin açarını qardaşı Kənangilə verməsini demişdir ki, müştəri gələndə narazılıq olmasın. Qardaşları və o Gülnarə ilə xala-bala münasibətində olmuş, onların yaşlarında böyük fərq var. Son 3 ildə Füzulidə yaşayır və demək olar ki, Bakı şəhərinə gəlib-getmir. Gülnarə ilə arasında heç bir əlaqə ola bilməzdi. Əgər belə bir hal olsa onların arasında telefon danışıqları olardı. Gülnarə ilə yalnız bir dəfə telefonla mənzillərinə dair danışmış və başqa aralarında heç bir danışıq olmamışdır. 2021ci ilin avqust ayının sonlarında şəhərdə olarkən açarı qonşuluqda yaşayan Sərdarın arvadı Gülnarəyə vermişdir ki, müştəri gələndə mənzili təqdim edə bilsin. Səhəri rayona çıxmış və bir neçə gün sonra isə müştəri gəlib mənzilə baxa bilməyəndə Gülnarə ilə əlaqə saxlamış, ilkin olaraq Gülnarə cavab verməmiş, xatırlamadığı tarixin gecəsi Gülnarə ona zəng çalmış və o, telefon zənginə cavab verməyib Gülnarəyə özü zəng edərək söhbət zamanı Gülnarə ona işlədiyini və işdən saat 18 radələrindən sonra gəldiyini bildirmişdir. Ona görə də o, mənzilin açarlarını qardaşı Kənangilə verməsini Gülnarəyə tapşırmışdır. Gülnarənin işləməsi barədə məlumatı yox idi. Gülnarənin mobil telefon nömrəsini gəlinləri Fatimədən alaraq onunla əlaqə saxlamışdır. Həmin danışıqdan sonra Gülnarə ilə aralarında danışıq olmamış və sonuncu ilə əlaqə saxlamamışdır. Sərdar xəstə olduğuna görə mənzilin açarını ona verməmiş, Sərdarı son zamanlar görəndə artıq onu tanımamış, onkoloji xəstəliyi ilə bağlı şüa terapiyası qəbul etməsi səbəbindən artıq onun yaddaşında problem yaranmışdır. Ona görə də mənzilin açarlarını Sərdara verməmişdir. Sərdarın Gülnarə və onunla bağlı dedikləri tamamilə yalandır (cild 2, iş vərəqə 19-22). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir (cild 1, iş vərəqə 202- 205). Hadisə yerinə baxış keçirilməsi haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi 13, ev 36 ünvanında yerləşən yataqxananın 76 nömrəli mənzilinə baxış keçirilmiş, çarpayının üzərində və döşəmədə qan ləkələri aşkar edilmiş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 4-8). Maddi sübutu götürmə haqqında 26 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında qonaq otağının pəncərəsinin qarşısından bir ədəd üzərində qan ləkələri olan 30 sm uzunluqda, taxta dəstəyi 28,5 sm, dəmir başlığı 11 sm olan çəkic götürülmüş və həmin istintaq hərəkəti zamanı müvafiq fotoşəkil çəkilərək protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 15-16). Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında 03 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsinin faktiki baş vermə hallarını və yerini əyani olaraq bilavasitə yerində ətraflı şəkildə göstərmişdir (cild 1, iş vərəqə 65- 69). Məhkəmə tibbi-kriminalistik və məhkəmə-trasoloji ekspertizasının 01 dekabr 2021-ci il tarixli 727/2021- MTKŞ saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd çəkic - dəstək və metal hissədən ibarətdir, ümumi uzunluğu 320 mm-dir. Çəkic işçi vəziyyətdə, yeni dəstəyi müayinə edənə tərəf, metal hissənin əsası aşağı olmaqla müayinə edilir. Çəkicin dəstəyi sarımtıl-qəhvəyi rəngli taxta materialdandır, sərbəst ucundan 100 mm məsafəyədək olan hissəsi göy rənglə rənglənmişdir, silindrik formalıdır, sərbəst ucunda en kəsiyi oval formalıdır, uzunluğu 292 mm, sərbəst ucunda eni 30 mm, qalınlığı 16 mm-dir, səthi hamardır, üzərində işlənmə izləri qeyd edilir, üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Çəkicin işçi metallik hissəsi - tünd qəhvəyi rəngli metaldandır, əsası kvadrat formalı, zirvəsi üçbucaq formalıdır, hündürlüyü 118 mm, qalınlığı 27 mm, eni əsasında 27 mm, zirvəsində 8 mm-dir. Metal hissənin səthi hamardır, üzərində 25x15 mm ölçülü dəlik vardır və həmin dəliyə çəkicin dəstəyi keçirdilmişdir. Metal hissənin zirvəsi tədricən ensizləşir, sərbəst kənarında səthi dördkünc formalıdır, ölçüləri 7x28 mm-dir, üzərində işlənmə izləri, əzilmələr qeyd edilir. Metal hissənin bir səthində zavod nişanı qeyd edilir, kənarları girdələşmişdir. Təqdim olunmuş çəkicin forma və konstruktiv xüsusiyyətlərinə, hazırlanma materialı və qaydasına, metal hissənin üzərində zavod nişanının olmasına görə demək olar ki, çəkic zavod üsulu ilə hazırlanmışdır. Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus şalvarın ön orta nahiyəsində tikilmiş düymənin olmaması aşkar olundu. Bu da, həmin nahiyəyə küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus jaket üzərində əhəmiyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş çəkic hazırlanmış, təsərrüfat-məişət təyinatlı çəkicdir və soyuq silah hesab edilmir (cild 1, iş vərəqə 194-197). Məhkəmə-bioloji ekspertizasının 29 noyabr 2021-ci il tarixli 825/2021-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qrup göstəricisi: A(İİ) (axtarış vərəqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qrup göstəricisi: 0(İ) (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Ekspertizaya təqdim edilmiş 01 ədəd çəkic, Təqsirləndirilən şəxs məxsus kofta, şalvar, hadisə yerindən götürülmüş yataq örtüyü və 04 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Belə olan halda bu qan ləkələri Abeta/H/(İİ) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs qızma məxsus ola bilər (əgər qanında müşayiətçi “H” antigeni varsa). Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O(İ) qruplu şəxsin, o cümlədən də Təqsirləndirilən şəxs da (əgər hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olubsa) qarışmış qanının olması inkar olunmur (cild 1, iş vərəqə 188-193). Məhkəmə-tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli 1766 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsmn bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması və baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün xarici səthinin basılmış sınığı, sol gicgah, sol gicgah-ənsə, sağ və sol təpə nahiyələrinin, alın nahiyəsinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları, sağ gicgah və sağ təpə nahiyəsinin əzilmiş yaraları, sağ və sol gicgah nahiyəsinin, sol said nahiyəsinin qançırları, sağ əlin, sağ said nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “X19” PHŞ-ə müraciət etdiyi 25 oktyabr 2021-ci il saat 16:27-dən bir qədər əvvəl əmələ gəlmişdir. Qeyd olunan xəsarətlərdən qapalı kəllə-beyin travması və baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan sol təpə sümüyünün xarici səthinin basılmış sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol gicgah, sol gicgah-ənsə, sağ və sol təpə nahiyələrinin, alın nahiyəsinin, ənsə nahiyəsinin əzilmiş-cırılmış yaraları dərəcəsinə görə həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sağ gicgah və sag təpə nahiyəsinin əzilmiş yaraları, sağ və sol gicgah nahiyəsinin, sol said nahiyəsinin qançırları, sağ əlin, sağ said nahiyəsinin sıyrıqları həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni 25 oktyabr 2021-ci il tarixdə çəkiclə endirilmiş çoxsaylı zərbələrin təsirindən əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşmələrinə baxmayaraq şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyildir (cild 1, iş vərəqə 179-182). Məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2021-ci il tarixli 1774 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər - sağ və sol baldır nahiyələrinin səthi əzilmiş yaraları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 6-8 gün əvvəl əmələ gəlmişdir, 25 oktyabr 2021-ci il tarixdə əmələ gələ bilərdilər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alaraq demək olar ki, qeyd olunan xəsarətlər həmin nahiyələrin bərk küt əşyaya və eləcə də bərk küt əşyanın həmin nahiyələrə dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər şəxsin özü tərəfindən yetirilməsi və eləcə də onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilmələri az inandırıcıdır (cild 1, iş vərəqə 176-178). Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 noyabr 2021-ci il tarixli 2812 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, bu barədə düzgün məlumat verə bilər. Emosional sferasında qeyri-sabitliyi, qıcığa qarşı həssaslığı, hövsələsizliyi müşahidə edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, həmin hadisələri qavramaq, yadda saxlamaq və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. İnadkarlıq, emosionallıq, hövsələsizlik, qıcığa qarşı həssaslıqhirslilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əməli törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qəzəb, hirslilik, gərginlik kimi hallar yaranmış, həmin halların yaranma səbəbi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə münasibətlərinin gərgin olması, Gülnarənin öz istədiyini etməsi, ona qarşı diqqət göstərməməsi, evə vaxtlı-vaxtında gedib gəlməməsi, bir müddət əvvəl həyat yoldaşının qonşusu ilə münasibətinin olmasından şübhələnməyə başlaması, hadisə günü onunla bu barədə mübahisə etməsi, mübahisə zamanı Gülnarənin cavab qaytararaq yaxşı etdiyini, onun artıq lazımsız biri olduğunu söyləməsi və s. kimi hallarla əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (cild 1, iş vərəqə 198-201). Diskə baxış keçirilməsi haqqında 14 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-**-** mobil telefon nömrəsi xx.xx.1969-cu il təvəllüdlü Zəngilan rayonu, Şayifli Ərazi Dairəsi, Şayifli kəndi AA******* seriyalı şəxsiyyət vəsiqəsinə məxsus **********50618 İMEİ kodlu mobil telefonda istifadə edilmişdir. 20.07.2021-ci ildən 26.10.2021-ci ilədək olan müddət ərzində olan telefon danışıqlarına nəzər salındıqda müəyyən edilmişdir ki, Şahid8 ilə Zərərçəkmiş şəxs yalnız sorğuda qeyd edilən tarixdə bir dəfə ***-***-**-** mobil telefon nömrəsi ilə 30.08.2021-ci ildə saat 22:16:27-də əlaqə saxlamaqla aralarında 185 saniyə müddətində danışıq olmuşdur. Həmin danışıqdan başqa qeyd edilən nömrələr arasında danışıq qeydə alınmamışdır. Əksər vaxt nömrənin internet sosial şəbəkəsindən istifadə edilmiş, əlaqə saxlanılan şəxslər bacıları, iş yoldaşları və Elnarənin müəllimləri olmuşdur. Başqa əlaqəsinin olması müəyyən edilməmişdir. Gülnarənin Təqsirləndirilən şəxsla 20.09.2021-ci ildən danışıq əlaqələrinin azalması müşahidə edilir, ondan əvvəl ayrı-ayrı vaxtlarda isə danışıqların olması halları müəyyən edilmişdir (cild 2, iş vərəqə 13-15). 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə könüllü gələrək arvadı Zərərçəkmiş şəxs baş nahiyəsinə çəkiclə bir neçə dəfə vurmasını etiraf etmişdir (cild 1, iş vərəqə 11). Zəngilan rayon İcra Hakimiyyyəti Başçısının Şayıflı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir (cild 2, iş vərəqə 7). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 137-138). Məhkəmə, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə vurmamasına dair ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları ilə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə, habelə iş üzrə toplanmış digər çoxsaylı sübutların məcmusu ilə təkzib olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməl qəsdən törədilmişdir, başa çatmayan cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, xəstə olmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin “könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 9-cu bəndindəki tövsiyəyə əsasən cinayətə cəhdə görə cəza təyin edilərkən, təyin olunası cəza müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddindən də az ola bilər. Bu səbəbdən də belə hallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Cəzalar Cinayət Məcəlləsinin 63.3-cü maddəsi ilə müəyyən edilən qaydaya əsasən təyin edildikdə bu, hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmin tövsiyəyə əsasən, başa çatmamış cinayətə - cinayət etməyə cəhdə görə cəza Cinayət Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən, daha ciddi cəza növünün son həddinin dörddə üçü, qanunla cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə cəhdə görə cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «İnsan Hüquqlarının və X6 Haqqında» Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 noyabr 2021-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 35, 96-100). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir.Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübut olub Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan 01 ədəd çəkic, Təqsirləndirilən şəxs məxsus kofta, şalvar, yataq örtüyü və 04 ədəd pambıq məhv edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ibtidai istintaq orqanının qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ibtidai istintaq mərhələsində Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla ibtidai istintaq mərhələsində göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir (cild 2, iş vərəqə 75,103). Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24.12.2021-ci il tarixli 15 saylı, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Binəqədi rayon prokurorluğunda saxlanılan 01 ədəd çəkic, Təqsirləndirilən şəxs məxsus kofta, şalvar, yataq örtüyü və 04 ədəd pambıq məhv edilsin. İbtidai istintaq mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 11 saylı Vəkil Bürosunun hesabına vəkil X2 üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-713/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-713/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver