Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-713/2024 20.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, X1 və X6, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 04 sentyabr 1988-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 6 nömrəli məhkəmə iclas zalında saat 17:20-də açıq məhkəmədə baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktına görə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 10,013 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivində yerləşən “İsmayıl Market”in yaxınlığına qədər daşımış, xx.xx.2023-cü il tarixdə saat 12:50-də Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin ünvanda saxlanılaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ünvan 3nda yerləşən Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmiş, polis bölməsində onun üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki açıq boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 10,013 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiym ətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, heç vaxt narkotik vasitə istifadə etməmiş, ümumiyyətlə siqaret çəkməmiş, ibadətlə məşğul olmuşdur. O, narkotik vasitə istifadə edən heç kimi tanımır. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün 3 nəfər polis əməkdaşı onu “Niva” markalı avtomobilə əyləşdirib Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə aparmış, həmin polis əməkdaşları ona psixi təzyiqlər edərək Balaxanı qəsəbəsindən tanımadığı şəxsdən 30 manata narkotik vasitə aldığını videoçəkiliş vasitəsilə deməyə məcbur etmiş, demədiyi təqdirdə üzərinə kilo ilə narkotik vasitə əlavə edəcəklərini bildirmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs polis əməkdaşlarının dediklərini etmədiyi təqdirdə fiziki zorakılığa məruz qalacağını düşündüyünü, ilk dəfə saxlanıldığına görə təqdim edilən sənədləri imzaladığını, tutulmasının səbəbini bilmədiyini, heç vaxt Balaxanı qəsəbəsində olmadığını, qohumlarının Kürdəxanı qəsəbəsində yaşadığını, əmisinin həmin qəsəbədəki evinin yaxınlığında yerləşən dükanın qarşısına çıxanda “Niva” markalı avtomobildən bir nəfər şəxsin düşüb həmin dükana girdiyini, digər şəxsin isə ona yaxınlaşıb kim olduğunu soruşduqdan sonra onu avtomobilə əyləşdirib polis bölməsinə apardıqlarını, digər polis əməkdaşının marketdə qaldığını, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində mobil telefonunun olduğunu, həmin şəxslərdən qaçmadığını, avtomobildə olan zaman polis əməkdaşlarının ondan dövlət əleyhinə harada danışdığını soruşduğunu, o isə belə bir halın baş vermədiyini, polis əməkdaşları tərəfindən təxminən saat 10-11 radələrində tutulduğunu, onu saxlayan 3 nəfər şəxsin özlərini təqdim etmədiklərini, mülki geyimdə olduqlarını, polis bölməsinə gətirildikdən sonra onu inzibati otaqların birinə aparıb nalayiq ifadələrdən istifadə edərək danışdıqlarını, təhqiqatçının isə otaqda olmadığını, daha sonra onu şüşəli bir otağa apardıqlarını, şüşəli otağa salınan zaman üzərində olan üzüyü, metrokartı, kəməri və pul qabını götürdüklərini, mobil telefonunun da əvvəlcədən götürüldüyünü, ciblərində olan əşyalarını çıxartdıqlarını, təxminən 1 saat həmin otaqda saxladıqdan sonra yenidən onu saxlayan polis əməkdaşlarının yuxarıdakı otağa apardıqlarını, qeyri-etik ifadələr işlədilərək hədələnib müvafiq istintaq hərəkətində videoçəkilişdən istifadə edilməklə nümayiş etdirməsi üçün narkotik vasitənin təqdim edildiyini, otaqda olan zaman Asif adlı polis əməkdaşının ona cibinə 1 büküm qoyulacağını və videoçəkiliş zamanı həmin narkotik vasitəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini deməli olduğunu, təhqiqatçının otağında həmin istintaq hərəkətinin aparıldığını, bütün proses bitdikdən sonra müdafiəçisinin iştirak etdiyini, saxlanılmazdan əvvəl Beyləqan rayonunda yaşadığını, yaxın qohumları Bakı şəhərində yaşadığı üçün gəldiyini, namaz qıldığını, spirtli içkilərdən istifadə etmədiyini, polis əməkdaşlarının “whatsapp” şəbəkəsində “qaraköynəklilər” qrupuna hansı səbəblə daxil olduğunu soruşduqlarını, həmin qrupa onu digər şəxslərin əlavə etdiyini və heç vaxt həmin qrupa girib bir şey yazmadığını, həmin qrupda kimlərin olduğundan xəbəri olmadığını, ona fiziki zor tətbiq edilmədiyini, lakin psixi təzyiq göstərildiyini, psixi təzyiq göstərilməsi ilə bağlı məhkəmə və prokurorluğa məlumat vermədiyini bildirdi. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ilkin ifadəsində ittihamın məzmununa uyğun ifadə versə də, sonradan məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Qanunsuz olaraq üzərində narkotik maddələr daşıması ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında o və həmin polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupunun tərkibində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2023-cü il tarixdə saat 12:50 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunaraq, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İsmayıl” marketin qarşısında saxlanıldıqdan sonra Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmişdir. Həmin polis bölməsində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü şəkildə şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edib həmin bükümün içərisində narkotik maddə olduğunu bildirərək həmin narkotik maddəni Balaxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi məqsədilə 30 manat müqabilində əldə etdiyini bildirmiş, aşkarlanmış narkotik maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Asif Şıxaliyev saxlanılarkən Təqsirləndirilən şəxs tək olduğunu, polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, o və digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi zor tətbiq edilmədiyini, sonuncunun könüllü şəkildə üzərində olan narkotik maddəni təqdim etdiyini, daxil olmuş əməliyyat məlumatının Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik maddələr daşıması ilə bağlı olduğunu, əməliyyat məlumatının onun tərəfindən rəhbərliyə raportla məruzə edildiyini, Təqsirləndirilən şəxs saxlamaq üçün həmin ünvana “Niva” markalı xidməti avtomobillə getdiyini, Təqsirləndirilən şəxs də həmin xidməti avtomobillə polis bölməsinə gətirdiklərini, saxlanılan vaxt Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmədiyini, polis bölməsinə gətirildikdən sonra təhqiqatçının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxışın keçirildiyini, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmaq hüququ izah edilsə də, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış və baxış keçirilməsinə etiraz etmədiyini, müdafiəçi ilə təmin olunmaq hüququnun Təqsirləndirilən şəxs izah edildiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Qanunsuz olaraq üzərində narkotik maddələrin daşıması ilə bağlı polis bölməsinin əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Şahid1, o isə qrupun üzvü olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 16 may 2023-cü il tarixdə, günorta saatlarında Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunduqdan sonra sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İsmayıl” marketin qarşısında saxlanılararaq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə dəvət edilmişdir. Həmin polis bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilən zaman sonuncu könüllü şəkildə şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edib, içərisində narkotik maddə olduğunu bildirmiş, aşkar olunan narkotik maddə təhqiqatçı tərəfindən qablaşdırılaraq ekspertizaya göndərilmiş, sonradan həmin bükümün içərisində olan maddənin narkotik vasitə hesab edilən heroin olduğu müəyyənləşmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 saxlanıldığı zaman Təqsirləndirilən şəxs tək olduğunu, sonuncunun polis əməkdaşlarına müqavimət göstərmədiyini, o və ya digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi zorakılıq edilmədiyini, əməliyyat-axtarış tədbirindən sonra Təqsirləndirilən şəxs tanıdığını, Təqsirləndirilən şəxs saxlanıldığı vaxtı dəqiq xatırlamadığını, başqa şəxsin əməliyyat qrupunun tərkibində iştirak etmədiyini, müvafiq istintaq hərəkətində müdafiəçisinin iştirak edib-etmədiyini bilmədiyini, videoçəkilişlə aparılan istintaq hərəkəti zamanı nümayiş etdirməsi üçün Təqsirləndirilən şəxs hər hansı əlavə kütlənin təqdim olunmadığını bildirdi. Məhkəmə iclasına müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş əlavə şahid X5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun nəvəsi olmaqla, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 2023-cü ilin may ayının əvvəllərində Təqsirləndirilən şəxs onun Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivi ünvanında yerləşən evinə gəlmiş, oğlu marketdə işlədiyindən Təqsirləndirilən şəxs onun oğluna kömək etmək üçün 16 may 2023-cü il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən “İsmayıl” marketə getmiş, həmin gün təxminən saat 13 radələrində oğlu ona zəng edərək 2 nəfər mülki geyimli şəxsin oraya gəlib Təqsirləndirilən şəxs apardıqlarını demiş, sonradan ona Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması məlum olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq şahid Nəcibə Əliyeva Təqsirləndirilən şəxs Beyləqan rayonunda yaşadığını, Bakı şəhərinə işləmək üçün gəldiyini, müvəqqəti olaraq Kürdəxanı qəsəbəsində yerləşən marketdə əmisinə kömək etdiyini, Təqsirləndirilən şəxs Bakı şəhərində olduğu müddətdə onun yanında yaşadığını, Bakı şəhəri, Balaxanı qəsəbəsində qohumlarının yaşamadığını, Təqsirləndirilən şəxs Bakı şəhərini tanımadığını, Beyləqan rayonundan birbaşa onun yaşadığı evə gəldiyini, başqa heç bir yerə getmədiyini, Təqsirləndirilən şəxs üzərində mobil telefon və əlində gümüş üzüyün olduğunu gördüyünü, Təqsirləndirilən şəxs saxlanıldığını görmədiyini bildirdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və Zabrat qəsəbəsi ərazisində üzərində gəzdirməsi, alğı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 2) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 və Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 3-5) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:50-də Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 6) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 8; 23) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan, xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki açıq boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan heroinə bənzər maddəni çıxardaraq könüllü təhvil verdikdən sonra həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər radələrində Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi tanışından 30 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmiş, aşkar olunan heroinə bənzər maddə kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənmişdir. (Cild 1, iş vərəqə 25; 28-29; 48-49) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-ci il tarixli, 6/2837 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №161” dairəvi möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilən maddə (imza) E.Əlizadə” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 10,013 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi 10,013 qram olmuş, 0,1 qram tədqiqata sərf edildikdən sonra 9,913 qram qalıq qalmışdır. (Cild 1, iş vərəqə 33-36) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin, 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 53-54) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-395/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 70-72) Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(008)-467/2023 nömrəli qərarından görünür ki, 16 may 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın qanuniliyinin yoxlanılmasına dair təqdimat geri qaytarılmışdır. (Cild 1, iş vərəqə 73-74) xx.xx.2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 10,013 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmaqla, ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,913 qram heroin saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmənin aparıldığı videogörüntünü özündə əks etdirən 01 ədəd disk maddi sübüt kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqə 102) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X8 xx.xx.2023-cü il tarixli, 3659 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 106-107) xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, Şahid1 hadisə barədə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 115-117) xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, Şahid2 hadisə barədə Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 118-120) Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli 3-49/2-17421/23 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin mənbəyini və narkotik maddənin alğı-satqısı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqə 130) xx.xx.2023-cü il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 17/23 nömrəli məktubuna əlavə edilmiş 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsində iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkarlanmamışdır. (Cild 1, iş vərəqə 134) xx.xx.2023-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. (Cild 1, iş vərəqə 135-141) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild 1, iş vərəqə 142-143) Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Şəfəq qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqə 145) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-8838/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkarlanmamışdır. Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 4415-xid-23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılıq edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmamışdır. Əməlin tövsifi və hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edildiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və psixi zorakılıq edilmədiyini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona edilmiş psixi zorakılıqla bağlı məhkəməyədək icraat zamanı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə nəzarəti qaydasında şikayət etmədiyini bildirmişdir. Habelə, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 4415-xid-23 nömrəli məktubuna əsasən, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı rayon prokurorluğunda araşdırma aparılmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-8838/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət aşkarlanmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, bu barədə məhkəməyədək icraatda qaldırmadığı halda məhkəmə baxışında bildirmiş, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində heç vaxt narkotik vasitədən istifadə etmədiyini, saxlanıldığı zaman üzərində narkotik vasitə olmadığını, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi içərisində narkotik vasitə olan bükümün polis əməkdaşı tərəfindən verildiyini desə də, şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində sonuncuya qarşı fiziki və ya psixi zorakılıq edilmədiyini, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, açıq qəhvəyi rəngli, spesifik iyə malik olan, narkotik vasitə olan heroinə bənzər maddəni çıxardaraq könüllü olaraq təqdim etdiyini bildirmişlər. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, şahid ifadələrindən, eləcə də məhkəmə baxışı zamanı müvafiq videoçəkilişə cinayət prosesinin tərəflərinin iştirakı ilə baxışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni istintaq hərəkətləri zamanı könüllü olaraq təqdim etmiş, aşkarlanan maddələr kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Həmin protokollardan görünür ki, aşkar olunanlar qablaşdırılaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 nömrəli möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2837 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin № 161” dairəvi möhür əksi olan zərf təqdim olunmuş, həmin zərfin tamlığının pozulması ilə bağlı hər hansı qeyd aparılmamışdır. Ekspertiza nəticəsində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 10,013 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin olması müəyyənləşmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqi tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı Təqsirləndirilən şəxs dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittihamda təsvir olunanlara zidd olaraq məhkəmə istintaqında başqa məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu səbəbdən, məhkəmə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaradaraq, sübutetmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini əsas götürür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrindən başqa, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Bundan başqa, məhkəmə qeyd edir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiə hüquqlarına hörmət edilmiş, vəsatətlərinə qanunamüvafiq qaydada münasibət bildirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan mobil telefon, metrokartı, kəmər və pul qabının götürüldüyünü desə də, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, 49-4/2-4045 nömrəli məktubundan görünür ki, həmin əşyalar polis bölməsinə təqdim edilməmişdir. Göründüyü kimi, müdafiə tərəfinin qeyd etdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin qohumu, yəni nənəsi X5 ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə saat 11 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını desə də, bu hal məhkəmə araşdırması zamanı cinayət işinin materialları və şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq, məhkəmə əlavə şahid qismində dindirilmiş X2 Təqsirləndirilən şəxs qohumu olduğuna görə onun məhkəmədə verdiyi ifadəsini təqsirləndirilən şəxsin vəziyyətini yüngülləşdirmək məqsədilə verilmiş ifadə kimi qəbul edir, hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Bu səbəbdən, məhkəmə X2 verdiyi ifadəni sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini, şahidlər Şahid1 və Şahid2 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə baxışında verdikləri ifadələrini, ekspert rəylərini, digər istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət işinin materiallarından görünür ki, 16 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bir bükümdə narkotik vasitə olan heroinin təmiz çəkisi 10,013 qram təşkil edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” Siyahıların 1-ci Siyahısının 83-cü bəndinə əsasən isə narkotik vasitə olan heroin təmiz halda 2 (iki) qramdan artıq olduqda isə külli miqdar təşkil edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməli məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin dispozisiyasına görə, həmin əməli törətmiş şəxs üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, ondan aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(008)-395/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 16 may 2023cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,913 qram çəkidə narkotik vasitə olan heroin məhv edilməlidir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2-ci maddəsinə əsasən isə şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bununla belə, hazırki iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, cinayət işində olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X8 xx.xx.2023-cü il tarixli, 3659 nömrəli ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsinə ehtiyac yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi Sabunçu Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,913 qram narkotik vasitə heroin məhv edilsin. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlakın olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-713/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-713/2024
20.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver