Məhkəmə qərarları › İş №1(101)-713/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-713/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-713/2025 01.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Tərcüməçi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Kənd Hövsan yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olan, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-409/2024 saylı hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 08 ay çəkilməmiş cəzası qalmış, ali təhsilli, subay, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryol stansiyası ərazisində gizlədilmiş külli miqdarda 1670 qram qurudulmuş marixuananı əldə etmək üçün Təqsirləndirilən şəxs2 ilə birlikdə özünün idarə etdiyi “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan dəmiryol stansiyası ərazisinə gedib Təqsirləndirilən şəxs2 avtomobildə gözlədiyi vaxt, həmin narkotik vasitə olan qurudulmuş marixuananı stansiya ərazisində əldə edib, üzərində saxlayıb daşıyaraq idarə etdiyi “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmək istəyərkən 30 aprel 2024-cü il tarixdə, saat 22:55-də DYNPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryolu stansiyasında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 192 ünvanındakı X5 İdarəsinin inzibati binasına gətirilmiş və idarənin növbətçi hissəsində 01 may 2024-cü il tarixdə, saat 02:30-da üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli sellofan torbanın içərisindəki külli miqdarda təmiz çəkisi 1670 qram çəkidə olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryol stansiyası ərazisində gizlədilmiş külli miqdarda 1670 qram olan qurudulmuş marixuananı əldə etmək üçün Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idarə etdiyi “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan dəmiryol stansiyası ərazisinə gedib, özü avtomobildə gözlədiyi vaxt, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan qurudulmuş marixuananı stansiya ərazisində əldə edib, üzərində saxlayıb daşıyaraq idarə etdiyi “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmək istəyərkən, 30 aprel 2024cü il tarixdə, saat 22:55-də DYNPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryolu stansiyasında Təqsirləndirilən şəxs1lə birlikdə saxlanılaraq 30 aprel 2024-cü il tarixdə, saat 23:20-də Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov 192 ünvanındakı X5 İdarəsinin inzibati binasına gətirilmiş və idarənin növbətçi hissəsində 01 may 2024-cü il tarixdə, saat 02:30-da Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli sellofan torbanın içərisindəki külli miqdarda təmiz çəkisi 1670 qram çəkidə qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2 qeyd etdiyi kimi 30 aprel 2024-cü il tarixdə Mariya onunla əlaqə saxlamışdır. Mariya ondan birlikdə bir yerə gedə biləcəyini soruşmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün Mariyanı götürmüş və getmişlər. Yolda Mariya ona 10 qram narkotik vasitə arxasınca getdiklərini və ona da həmin narkotik vasitədən 1 dəfə istifadə üçün pay verəcəyini demişdir. Narkotik vasitə olan yerə çatmışlar və o, avtomobildən düşmüşdür. Bağlamanın həmin boyda olduğunu görmüş və polis əməkdaşları onu saxlamışlar. İttiham aktında əvvəlcədən əlbir olub narkotik vasitələrin satışı ilə məşğul olmaqları qeyd olunmuşdur. Onun və Mariyanın telefonu təhvil verilmişdir. Əgər narkotik vasitələrin satışı varsa telefonları araşdırılsın. İbtidai istintaq düzgün aparılmamışdır. O, həmin bağlamanın arxasınca getməmişdir. Həmin bağlama nə onun, nə də Mariyanındır. Mariya 10 qram narkotik vasitə götürməyə gedirdi. O da həmin narkotik vasitədən 1 dəfə istifadə üçün götürəcəkdi. Əgər Mariya ilə qabaqcadan əlbir olub narkotik vasitə satmaq istəsəydilər, bununla bağlı yazışmaları olardı. Onda həmin qədər narkotik vasitənin pulu yoxdur ki, həmin narkotik vasitəni alsın. Onun pulu olsa idi icarəyə taksi fəaliyyəti ilə məşğul olmazdı. Polis əməkdaşları ilk öncə onu, daha sonra isə Mariyanı saxlayıb idarəyə aparmışlar. Hal şahidlərinin iştirakları ilə avtomobilinə və yaşadığı evə baxış keçirilmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, müharibə iştirakçısı olmuş və bununla bağlı sənədləri ibtidai istintaqda təqdim etmişdir. Mariya avtomobilə mindikdən sonra narkotik vasitəni arxasınca getdiklərini bilmişdir. Narkotik vasitəni müharibədən sonra istifadə etməyə başlamışdır. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. O, həmin həcmdə narkotik vasitəni ilk dəfə görürdü. Ona görə də, gördüyü bükümün çəkisinin nə qədər olduğunu bilə bilməzdi, amma 10 qramdan çox olan büküm idi. Həmin vaxtı “sən mənə, mən sənə pul ver, mən sənə pul qarşılığında narkotik vasitə verim” kimi vəziyyət olmamışdır. Bu hadisə vaxtı ilk dəfə idi ki, Mariya ilə görüşürdü. Mariya ona sonuncunu aparmağının qarşılığında narkotik vasitə verəcəyini söz verməmişdir. O, Mariyadan götürəcəyi narkotikdən öz istifadəsi üçün istəmişdir. O, Mariyanın 1 kiloqram narkotik vasitə götürməyə getməyini bilsəydi Mariya ilə getməyə razılaşmazdı. Onların ortaq olan dostları onun mobil telefonu ilə Mariya ilə danışmışdır. Onun nömrəsi də buna görə Mariyanın mobil telefonunda qalmışdır. Mariya da köhnə yazışmalar vasitəsi ilə ona yazmış və onun sonuncunu harasa aparmağını xahiş etmişdir. Mariya onun avtomobilinə əyləşənənə qədər sonucunu harasa aparacağını bilirdi, Mariya avtomobilə əyləşdikdən sonra Mariyanın hara getdiyini bilmiş və götürəcəyi narkotik vasitədən ona da 1 dəfə istifadəlik verməsini istəmişdir. Narkotik vasitəni Mariyanı aparmağının müqabilində istəməmişdir. Mariyadan apardığı məsafə çox yaxın olduğundan pul götürməyəcəkdi. Mariya körpə uşaqla olduğu üçün narkotik vasitəni o, götürməli olmuşdur. Bağlamanı götürən kimi polis əməkdaşları onu saxlamışlar. Bağlamanı pilləkanın altından götürmüşdür. Məkan atılan yerin şəklinə baxmış, amma həmin şəkildə bağlama görsənməmişdir. Əvvəllər narkotik vasitə istifadə edirdi, ya 5-10 qram, ya da 1 kibrit qutusu qədər narkotik vasitə marixuana alırdı və 1 ay ərzində istifadə edirdi. Götürəcəyi bağlama balaca bir bağlamaya oxşamırdı. O, həmin bağlamanı götürmək istəyəndə polis əməkdaşları onun özünü saxlamışlar. Ona qarşı heç bir təzyiq olmamışdır. Mariya ilə əvvəlcədən sonuncunun aparmağı ilə bağlı danışmışlar, amma narkotik vasitə arxasınca getməyini Mariyanı götürdükdən sonra bilmişdir. Özünü CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilmir. Telefonunda heç bir məlumat aşkar olunmamış, telefonu tərtəmiz olmuşdur. Narkotik vasitəni kimə, hara satmağı ilə bağlı sübutlar yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 30 aprel 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamışdır. Parkinson xəstəliyi ilə əlaqədar narkotik vasitə marixuana istifadə edirdi. Həmin xəstəliyin dərmanları ona heç bir köməklik etmirdi. Hadisə günü 10 qram narkotik vasitə marixuana götürməyə getmişdir. Həmin vaxtı qucağında körpə uşağı olmuşdur. Toğrul taksi sürücüsü kimi onunla getmişdir. Toğrul qucağında körpə uşaq olduğu üçün özü düşüb götürəcəyini demişdir. Toğrul düşüb narkotik vasitəni götürəndə polis əməkdaşları onu saxlamışlar. O, suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onları Dəmir yolu nəqliyyatında polis idarəsinə aparmışlar. İdarədə üzərilərinə baxış keçirtmişlər. Baxış zamanı nə onun, nə də Toğrulun üzərindən heç nə aşkar olunmamışdır. Sonra onları 1 gün MSY-də saxlamışlar. Daha sonra onları narkoloji ekspertizaya aparmışlar. Səhhətində olan xəstəliklə əlaqədar İran İslam Respublikasının vətəndaşından narkotik vasitə əldə edirdi. Ona M10 tətbiqi atırdılar, o da pulu M10 mobil tətbiqin vasitəsi ilə göndərirdi. Axırıncı dəfə narkotik vasitəyə görə 100 manat göndərmişdir. 100 manatın qarşılığında 10 qram narkotik vasitə marixuana götürəcəkdi. 7 ildir parkinson xəstəliyindən əziyyət çəkir və 7 ildir ki, xəstəliyi ilə əlaqədar narkotik vasitə marixuana istifadə edirdi. Narkotik vasitəni Əli adlı İran İslam Respublikasının vətəndaşından əldə edirdi, amma artıq heç kimdən narkotik vasitə almır. İran İslam Respublikasının vətəndaşı ilə 10 qram danışılsa da, artıq idi, yəqin polis əməkdaşlarının qurması idi. O, həmin bağlamanı ümumiyyətlə görməmişdir. Toğrul bağlamanı götürməyə gedəndə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona görə də, o, həmin bağlamanı görə bilməmişdir. Onun mobil telefonunda narkotik vasitələrin satışı ilə bağlı heç bir məlumat yoxdur. Toğrulla da aralarında narkotik vasitənin satışı ilə bağlı əlaqə olmamışdır. O, hadisə günü 10 qram narkotik vasitə götürəcəkdi. Həmin narkotik vasitəni 1 ay müddətində istifadə edəcəkdi. Narkotik vasitəni götürməyə körpə uşaqla getmişdir. Saxlanıldıqları yerə Toğrulla getmişdir. Toğrulla heç bir əlaqəsi yoxdur, sadəcə taksi sürücüsü kimi tanımışdır. Körpə uşağa baxan başqa adam olmadığından uşağı özü ilə götürmüşdür. Toğrula 1 dəfə istifadə üçün narkotik vasitə verəcəyini söz vermişdir. Toğrul onun yaxın dostunun dostudur. Toğrulla həmin şəxsin vasitəçiliyi ilə tanış olmuşlar. Əvvəlcədən Toğrula yığıb onu dediyi yerə aparacağını demiş, amma narkotik vasitə arxasınca getməyini deməmişdir. Toğrulun tək getməyinin təhlükəli olduğu və narkotik vasitə ilə bağlı atılan konumun onda olduğu üçün o, Toğrulla getmək qərarına gəlmişdir. Hal-hazırda parkirson xəstəliyi ilə əlaqədar dərmanlar qəbul etmir. O, Toğrula narkotik vasitə götürməyə getməyini avtomobilə mindikdən sonra demişdir. Avtomobildə götürdüyü narkotik vasitədən Toğrula verəcəyini demişdir. Toğrul onu ora pulla aparmamışdır. Götürdüyü narkotik vasitədən 1 dəfə istifadə üçün pay kimi verəcəkdi. Ona qarşı heç bir təzyiq olmamışdır. Hal-hazırda heç bir narkotik vasitə qəbul etmir. O, himayəsinə azyaşlı uşaqlarının olmasının nəzərə alınaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 1-2 il olar ki narkotik vasitə olan marixuananı tüstü yolu ilə qəbul edir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, Kənd Hövsan qəsəbəsindəki tək yaşayır. Bakı şəhərindən müxtəlif yerlərdə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Bir müddət əvvəl Mariya adlı xanımı tanımışdır. xx.xx.2024-cü il tarixində, saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək bir yerə getmək üçün Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindən götürüb ona yolda deyəcəyi yerə aparmasını xahiş etmişdir. O, isə öz növbəsində özünə məxsus “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mariya deyən ünvana, yəni Maştağa qəsəbəsinə gedərək Mariyanı və onun azyaşlı övladını oradan götürmüşdür. Yolda olan zaman Mariya ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ”Zabrat 1” dəmir yol stansiyasına sürsün. Söhbət zamanı Mariya ona tanışının onun üçün narkotik vasitə marixuana göndərdiyini və həmin narkotiki həmin stansiyada gizlətdiyini bildirmişdir. Əgər onunla gedərək narkotik vasitəni götürüb gəlsə, həmin narkotik vasitənin bir qismini birlikdə istifadə edəcəyini demişdir. O, Mariyanın təklifi ilə razılaşmışdır. Deyilən ünvana çatdıqda Mariya ona telefonda narkotik vasitənin olduğu yerin şəklini göstərmiş və yolu tərif etmişdir. O, avtomobildən düşüb Mariyanın göstərdiyi yeri tapıb narkotik vasitəsini götürüb avtomobilə yaxınlaşan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək onu və Mariyanı polis idarəsinə gətirmişlər. Şəxsi axtarış zamanı sol əlində olan içərisində narkotik maddə olan qara sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra isə aşkar edilmiş narkotik vasitə olan marixuana zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O və digər iştirakçılar protokolla tanış olaraq, doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 az müddət olar ki tanımışdır. xx.xx.2024-cü il tarixində, axşam saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 zəng edərək bir yerə getmək üçün onu Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsindən götürüb yolda ona deyəcəyi aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu azyaşlı övladı ilə birlikdə götürmüş,yolda gedən zaman Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmir yol stansiyasına sürməsini xahiş etmişdir. Yolda söhbət zamanı Təqsirləndirilən şəxs1 sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşının narkotik vasitə marixuana göndərdiyini və whatsapp ani mesajlaşma sistemində həmin şəxslə danışıqları əsasında narkotiki həmin stansiyada gizlətdiyini, narkotik miqdarın 10 qram olduğunu, ümumilikdə həmin şəxs narkotik vasitənin müqabilində 100 manat pul verəcəyini vəd vermişdir. Toğrula narkotik vasitəni götürüb gələrsə, onun bir qismini birlikdə istifadə edəcəyi barədə demişdir. Toğrul onun təklifi ilə razılaşmışdır. Onlar hər ikisi Bakı şəhəri,Sabunçu rayonu, Zabrat qəsəbəsi “Zabrat 1” stansiyasına çatdıqda Toğrula telefonda narkotik vasitənin olduğu yerin şəklini göstərmiş, Toğrul avtomobildən düşüb narkotik maddənin yerini tapıb narkotik vasitəsini aşkar edib götürərək avtomobilə yaxınlaşan zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək Təqsirləndirilən şəxs1 və onu azyaşalı övladı ilə birlikdə DYNPİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Onun üzərinə DYNPİ-də şəxsi axtarış zamanı isə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Narkotik vasitəni əldə etməkdə məqsədi satmaq niyyəti olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, daxil olmuş məlumatda 1 nəfər Mariya adlı şəxsin üzərində narkotik vasitə olan zaman Zabrat 1 dəmiryol stansiyasında olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır və onlar həmin qrupa əlavə olunmuşlar. Daha sonra aprel ayında məlumatda qeyd olunan ünvana getmişlər. Zabrat 1 ünvanında Toğrul adlı şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Toğrulun əlində 1 ədəd qutu olmuşdur. Sual-cavab olunduqda həmin yerə Mariya adlı tanışını gətirmək üçün gəldiyini bildirmişdir. Daha sonra saxlanılan şəxslərin hər ikisini idarəyə təhvil vermişlər. Şəxsi axtarış və götürmə zamanı videoçəklişdə də iştirak etmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, tədbirdə 4 nəfər polis əməkdaşı iştirak etmişlər. Daxil olmuş məlumat Mariya barəsində olmuşdur. Daxil olmuş məlmat əsasında yaradılmış qrupun rəhbəri o olmadığı üçün Toğrul barəsində də məlumatın daxil olduğunu bilmir. Toğrul barəsində şəxsən onun özündə heç bir məlumat olmamışdır. Toğrul onlara Mariya istədiyi üçün Mariyanı hadisə baş verən yerə gətirdiyini söyləmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə xx.xx.2024-cü il tarixdə tarixdə baş vermişdir. Onlara etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatda təqsirləndirilən şəxs Mariyanın Zabrat qəsəbəsi ərazisində narkotik vasitə daşınmasında şübhəli olması bildirilmişdir. Məlumat daxil olduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Onlara məlumatlar əksər vaxtlarda Zabrat 1 Dəmir yolu stansiyasındakı pilləkənın aşağısından daxil olur. Daxil olmuş məlumatda göstərilən ünvana getmişlər. Məlumatda qeyd olunan ünvana Toyota Prius markalı avtomobillə təqsirləndirilən şəxslər Toğrul və Mariya yaxınlaşmışdır. Həmin vaxtı Mariyanın yanında uşağı da olmuşdur. Toğrul avtomobildən düşərək narkotik vasitəni götürdükdən sonra gələn şəxslərə yaxınlaşmışlar və idarəyə dəvət etmişlər. Şəxsi axtarış və götürmə zamanı saxlanılan şəxslərdən başqa qanunla qadağan olunmuş başqa əşya, predmet aşkar olunmamışdır. Aşkar olunan bükümlə bağlı isə soruşulduqda kiminsə qoyduğunu və Mariyanın götürəcəyini bildirmişlər. O, suallara cavab olaraq bildirmişdir ki, tədbirdə 4 nəfər polis əməkdaşı iştirak etmişdir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Mariya barəsində məlumat hadisədən əvvəlki günlər daxil olmuşdur. Məlumatda qeyd olunan şəxsin olduğu ünvanla ilə bağlı məlumat isə aprel 30-da daxil olmuşdur. Daxil olmuş məlumatda Mariyanın narkotik vasitənin istifadəsində, daşınmasında şübhəli olması göstərilmişdir. Daxil olmuş məlumatda Mariyanın narkotik vasitələrin satışı ilə məşğul olması göstərilməmişdir. Qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadələrindən görünür ki, DYNPİ-nin CAŞ-nin x.m.i.ü baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 30 aprel 2024-cü il tarixində DYNPİ-nin CAŞ-nə “Mariya” adlı 35-40 yaşlarında olan bir nəfər şəxsin Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmir yolu stansiyasının ərazisinə gəlməsi, bu zaman əksər hallarda onun üzərində narkotik vasitələrin qanunsuz olaraq istifadəsində, üzərində saxlaması, gəzdirməsində şübhəli olması barədə qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Ona görə də, “Mariya” adlı şəxsin cinayət əməlini ifşa edib yaxalanması məqsədi ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,’’Zabrat 1” dəmir yolu stansiyasının ərazisində yaxalanmasından ötrü “Təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsinə dair” qərara əsasən qrup rəhbəri özü, qrup üzvləri isə DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı Kərimov X4 qrup üzvləri təyin edilmişlər. Məlumatda göstərilən şəxsi müəyyən etmək üçün elə həmin gün tədbirlərə başlamışlar Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində qərəzsiz mənbədən daxil olmuş məlumata əlamətləri uyğun gələn “Mariya” adlı şəxs onunla birlikdə olan “Toğrul” adlı bir kişi 30 aprel 2024-cü il tarixində saat 22:55də Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryolu stansiyası ərazisində saxlanılaraq 23:20-də DYNPİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və Şahid4 ilə birlikdə DYNPİ-nin növbətçi hissəsinə gətirilmişlər. DYNPİ-nin növbətçi hissəsində həmin şəxslərin xx.xx.1986-ci ildə Siyəzən şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində, 166 nömrəli avtobus dayancağının sonundakı nömrəsiz yarımtikilidə müvəqqəti yaşayan Təqsirləndirilən şəxs2, digər şəxsin isə xx.xx.1997-ci ildə ünvan 7 ünvanında qeydiyyat olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Kənd Hövsan yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmişdir. DYNPİ-də 01 may 2024-cü il tarixdə, saat 02:30-da Təqsirləndirilən şəxs1 üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara rəngli sellofan torbanı həmin qara rəngli sellofan torbanın içərisində isə şəffaf sellofan bükülü həmin şəffaf sellofan bükülü açıldıqda isə içərisində tünd yaşımtıl rəngli kəskin spesifik iyə malik narkotik vasitə olan marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, aşkar edilmiş yaşımtıl rəngli ot kütləsi narkotik vasitə marixuanadır. Həmin narkotik vasitə olan marixuananı saxlanılmamışdan təqribi 2 saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryol stansiyasında tanışı Təqsirləndirilən şəxs2 tapşırığına əsasən götürüb özündə saxlamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə, axşam saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək Maştağa qəsəbəsindən onu götürərək yolda ona deyəcəyi digər yerə aparmasını xahiş etmişdir. Toğrul isə öz növbəsində etibarnamə əsasında idarəetdiyi **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mariya deyən ünvana yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gedərək Mariyanı və həmin vaxt onunla birlikdə olan azyaşlı uşağını götürmüşdür. Yolda olan zaman Mariya ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryolu stansiyasına sürsün. Söhbət zamanı Mariya ona demişdir ki, tanışı onun üçün narkotik vasitə marixuana göndərib və həmin narkotik vasitəni həmin stansiyada gizlədib. Əgər o düşüb narkotik vasitəni götürüb gəlsə, həmin narkotik vasitəni birlikdə istifadə edəcəklər. “Zabrat 1” dəmiryolu stansiyasına çatdıqda Mariya ona telefonda narkotik vasitənin olduğu yerin şəklini göstərmiş və yolu tərif etmişdir. O, isə avtomobildən düşüb Mariyanın tərif etdiyi yeri tapıb narkotik vasitəni aşkar edib avtomobilə yaxınlaşan zaman polis əməkdaşları onu saxlayaraq Mariya ilə birlikdə DYNPİ-nə gətirmişlər. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən iş üzrə əhəmiyyət kəsb edən başqa əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərində hər hansı qanunsuz predmet əşya aşkar olunmadı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, axşam saat 22 radələrində tanışı Təqsirləndirilən şəxs1 zəng edərək Maştağa qəsəbəsindən onu götürərək yolda ona deyəcəyi digər yerə aparmasını xahiş etmişdir. Toğrul isə öz növbəsində etibarnamə əsasında idarəetdiyi **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə o deyən ünvana yəni Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsinə gələrək və həmin vaxt onunla birlikdə olan azyaşlı uşağını götürmüşdür .Yolda olan zaman Toğrula bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryolu stansiyasına sürsün. Tanışı onun üçün narkotik vasitə marixuana göndərib və həmin narkotik vasitəni həmin stansiyada gizlədib. Əgər Toğrul düşüb narkotik vasitəni götürüb gəlsə, həmin narkotik vasitəni birlikdə istifadə edəcəklər. “Zabrat 1” dəmiryolu stansiyasına çatdıqda Toğrula telefonda narkotik vasitənin olduğu yerin şəklini göstərmiş və yolu tərif etmişdir. Toğrul avtomobildən düşüb Mariyanın tərif etdiyi yeri tapıb narkotik vasitəni aşkar edib avtomobilə yaxınlaşan zaman polis əməkdaşları Toğrulu daha sonra isə azyaşlı övladı ilə birlikdə saxlayaraq DYNPİ-nə gətirmişlər. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 22.55-də saxlanılaraq polis idarəsinə gətirilmişlər. (İ cild, i.v. 8) xx.xx.2024-cü il tarixli raportdan görünür ki, dəqiq və qərəzsiz mənbədən daxil olmuş məlumatda Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi “Zabrat 1” dəmir yolu stansiyasının yaxınlığında “Mariya” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz daşınması barədə bildirilmişdir. (İ cild, i.v. 3) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi “Zabrat 1” dəmir yolu stansiyasının yaxınlığında “Mariya” adlı 35-40 yaşlarında olan bir nəfər şəxsin, qeyd olunan ünvanda “Zabrat 1” stansiyasının qarşısında qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və üzərində gəzdirməsi barədə DYNPİ-yə daxil olmuş məlumat əsasında sonuncunun cinayət əməlinin ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 4-5) İ-5659 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (İ cild, i.v. 11) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 02:15-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 24) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, xx.xx.2024cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş və təklif edilmişdir ki, belə bir əşya vardırsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs1 sol əlində saxladığı qara sellofan torbanı və bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Həmin torba açıldıqda içərisində şəffaf sellofan bükülü aşkar edilmişdir. Həmin bükülü açıldıqda içərisindən tünd yaşımtıl rəngli spesifik iyə malik olan otanənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin onda aşkar edilən qara sellofan torbadakı maddələr narkotik vasitə marixuanadır və həmin marixuananı o, təqribən 2 saat əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 dəmir yol stansiyasından tanışı Təqsirləndirilən şəxs2 tapşırığına əsasən götürüb özündə saxlamışdır. Belə ki, xx.xx.2024-cü il tarixində axşam tərəfi əvvəl tanıdığı tanışı Təqsirləndirilən şəxs2 ona zəng edərək bir yerə getmək üçün Maştağa qəsəbəsindən götürüb bir yana aparmasını xahiş etmişdir. O, isə özünə məxsus “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mariya deyən ünvana, yəni Maştağa qəsəbəsinə gedərək Mariyanı və Mariyanın azyaşlı övladını oradan götürmüşdür. Yolda olan zaman Mariya ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 dəmir yol stansiyasına sürsün. Söhbət zamanı Mariya ona demişdir ki, tanışı onun üçün narkotik vasitə marixuana göndərib və həmin narkotiki həmin stansiyada gizlədib. Əgər o düşüb gedib narkotik vasitəni götürüb gəlsə, həmin narkotik vasitənin bir qismini birlikdə istifadə edəcəklər. O, Zabrat 1 stansiyasına çatdıqda Mariya ona telefonda narkotik vasitənin olduğu yerin şəklini göstərmiş və tərif etmişdir. O, isə avtomobildən düşüb Mariyanın tərif etdiyi yeri tapıb narkotik vasitəsini aşkar edib götürüb avtomobilə yaxınlaşdıqda bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək onu və Mariyanı polis idarəsinə gətirmişlər. (İ cild, i.v. 33, 218) xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 02:50-də CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 58) xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan, xx.xx.2024cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmaması soruşulmuş və təklif edilmişdir ki, belə bir əşya vardırsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qanunsuz əşya və ya sənədin olmadığını bildirərək 1 ədəd “Meizu” markalı mobil telefon və 1 ədəd 4169 7388 9960 2365 nömrəli "1Kart” bank kartını masanın üzərinə qoymuşdur. Bundan əlavə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixində axşam tərəfi əvvəl tanıdığı tanışı Təqsirləndirilən şəxs1 zəng edərək bir yerə getmək üçün onu Maştağa qəsəbəsindən götürüb bir yana aparmasını xahiş etmiş, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun arxası ilə gəlmiş, o, azyaşlı övladı ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə əyləşmiş, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 1 dəmir yol stansiyasına sürməsini xahiş etmişdir, yolda söhbət zamanı Təqsirləndirilən şəxs1 tanışı onun üçün narkotik vasitə marixuana göndərdiyini və həmin narkotiki həmin stansiyada gizlətdiyini, əgər o, gedib narkotik vasitəni götürüb gələrsə, həmin narkotik vasitənin bir qismini birlikdə istifadə edəcəklər. Onlar Zabrat 1 stansiyasına çatdıqda o, Təqsirləndirilən şəxs1 telefonda narkotik vasitənin olduğu yerin şəklini göstərmiş, Təqsirləndirilən şəxs1 avtomobildən düşüb narkotik maddənin yerini tapıb narkotik vasitəsini aşkar edib götürüb avtomobilə yaxınlaşdıqda bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edərək Təqsirləndirilən şəxs1 və onu polis idarəsinə gətirmişlər. (İ cild, i.v. 72, 217) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16-2-7/669 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 götürülmüş...” yazıları və imzalar olan kağız paketdəki 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi-1670 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (İ cild, i.v. 78-80) xx.xx.2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı mobil telefon aparatına baxış zamanı iş üzrə əhəmiyyət edən zəng, yazışma, kontakt məlumatı, video və fotoşəkil aşkar edilməmişdir. Daxil olan və çıxan zənglərin siyahısı zamanı digər Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** sim mobil nömrəsinə 28 aprel 2024-cü il tarixində 4 dəfə zəng edilməsi müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb edən nömrə aşkar edilməmişdir. (İ cild, i.v. 96-99) xx.xx.2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus “Meizu” markalı mobil telefon aparatına baxış zamanı mobil telefonun üzərində ***-***-**-** mobil nömrəsinin olması müəyyən edilmiş, whatsapp ani mesajlaşma sisteminə baxdıqda Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə “Allah” yazısı olan kontakdakı şəxslə narkotik vasitənin haradan və necə əldə edəcəyi barədə danışıqlar mövcuddur. Həmin yazılarda “Allah” yazısı olan kontaktın “yarım kilodu ot götur xeber ele tez”, “noldu götürmədin”, “xeber eledə” kimi yazışmalar vardır. Həmçinin Whatsapp ani mesajlaşma sisteminə baxdıqda Təqsirləndirilən şəxs2 narkotik vasitənin əldə edəcəyi yerləşmə yerinin şəkilləri vardır. (İ cild, i.v. 117-127) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində ***-***-**-** mobil nömrə olan “Meizu” markalı mobil telefonda xx.xx.2024-cü il tarixdə whatsapp ani mesajlaşma sistemi vasitəsilə mobil telefonun yaddaşında “Allah” adı ilə qeyd etdiyi şəxslə aralarında narkotik vasitə əldə etmə barədə səs yazılarına baxış keçirən zaman aydın olur ki, Təqsirləndirilən şəxs2 mobil telefon yaddaşında “Allah” kimi yazdığı şəxsdən səs yazıları şəkilində haradan və necə əldə edəcəyi barədə məlumat alır. Təqsirləndirilən şəxs2 mobil telefon yaddaşında “Allah” kimi yazılan şəxs isə öz növbəsində narkotik vasitənin yerləşdiyi ərazi barədə ona səs yazıları şəkilində göndərərək məlumat verir. (İ cild, i.v. 128) xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 132-133, 150-151) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-217/2024 saylı və 4(006)-218/2024 saylı qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, onun əvvəli xx.xx.2024-cü il tarixdən, saat 22:55-dən hesablanmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-454/2024 saylı və 4(006)-453/2024 saylı qərarları ilə barələrində seçilmiş ev dustaqlığında saxlanılma müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(006)- 581/2024 saylı və 4(006)-582/2024 saylı qərarları ilə barələrində seçilmiş ev dustaqlığında saxlanılma müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 197- 207, İİ cild, i.v. 30-32, 39-41) xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 istintaqda verdiyi ifadəni hadisə yerində təsdiq edərək cinayət hadisəsinin baş verdiyi yeri əyani surətdə göstərmişdir. (İ cild,i.v. 213-214) xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq və saxlanılması üçün verilməsi haqqında qərardan və xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı götürülmüş ümumi xalis çəkisi 1670 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 1669,8 qram hissəsi saxlanması üçün DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd CD disk, sonunculara məxsus 01 ədəd “Meizu”, “Samsung” markalı mobil telefonlar, Təqsirləndirilən şəxs2 whatsapp ani mesajlaşma sistemi vasitəsilə mobil telefonunun yaddaşında “Allah” adı ilə qeyd etdiyi şəxslə aralarında narkotik vasitə əldə etmə barədə səs yazılarını əks etdirən 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 whatsapp ani mesajlaşma sistemi vasitəsilə mobil telefonunun yaddaşında “Allah” adı ilə qeyd etdiyi şəxslə aralarında narkotik vasitə əldə etmə barədə yazışmalar, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 4 dəfə zəng etməsi barədə zəngli çıxarış maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. (İ cild, i.v. 216, 219-220) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamələrindən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-409/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 isə əvvəllər məhkum olunmamışdır. (İ cild, i.v. 242-245, İİ cild, i.v. 49-55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1250 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. T.V.Vəliyevdə həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də T.V.Vəliyev ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. T.V.Vəliyevin məcburi müalicəyə ehtiyacı yoxdur. T.V.Vəliyevin əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. T.V.Vəliyev 30 aprel 2024-cü il tarixdə cinayət hadisəsi törədən zaman öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Hal-hazırda hərəkətlərini qavramaq və anlamaq iqtidarındadır. (İ cild, i.v. 246- 249) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik-Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1251 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 əqli imkanlarında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs2 30 aprel 2024-cü il tarixdə cinayət hadisəsi törədən zaman öz hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur. Həmçinin hazırda hərəkətlərini qavramaq və anlamaq qabiliyyətinə malikdir. (İ cild, i.v. 251-254) xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş diskdən görünür ki, mobil telefon nömrələrinin anten əhatə dairəsi hər iki şəxsin 30 aprel 2024-cü il tarixdə axşam saat 22 radələrində Bakı şəhəri, Sabunçu rayonu, “Zabrat 1” dəmiryol stansiyasında olduğu tam olaraq göstərilmişdir. (İİ cild, i.v. 5) xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. (İİ cild, i.v. 48) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2940 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-ci il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin , habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.3-cü bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs2 azyaşlı uşağının olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 56- 57) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 2932 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 58- 59) Doğum haqqında şəhadətnamənin surətindən, AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2009-cu il təvəllüdlü X10 adlı yetkinlik yaşına çatmayan, xx.xx.2023-cü il təvəllüdlü X6 adlı azyaşlı uşaqları vardır. (İ cild, i.v. 77) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixə cəzasının çəkilməmiş qalan cəza müddəti 1 il 3 gün təşkil edir. Beləliklə də, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlamа, daşımа cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham ona görə irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, saxlama daşıma cinayət əməlini törətmiş, Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib, saxlama daşıma cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 234.4.1-ci maddəsi təqsirli olmaları iş üzrə toplanmış başqa sübutlarla təsdiq edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfindən məhkəməyə təqdim edilən sübutlarla Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satışı barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxs (şəxslər) tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Zabrat 1” dəmiryol stansiyası ərazisində gizlədilmiş külli miqdarda 1670 qram qurudulmuş marixuananı əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 ilə razılığa gəldikdən sonra sonuncu ilə birlikdə özünün idarə etdiyi “Toyota Prius” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan dəmiryol stansiyası ərazisinə gedib aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobildə gözlədiyi vaxt, həmin narkotik vasitə olan qurudulmuş marixuananı stansiya ərazisində əldə edib, üzərində saxlayıb daşıması ittihamını təsdiq edən sübut edən məlumatlar aşkar edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.31-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPM-in 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən, sonuncuların bir-biri ilə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “Təqsirləndirilən şəxs1 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və satışı barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəlməsini (aralarında olan vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobildə gözlədiyi vaxt, həmin narkotik vasitə olan qurudulmuş marixuananı stansiya ərazisində əldə edib, üzərində saxlayıb daşıyaraq)” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Hər iki təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı ifadələrində qeyd etmişlər ki, əvvəlcədən narkotik vasitənin götürülməsi ilə bağlı aralarında razılıq olmamış, yalnız yolda Təqsirləndirilən şəxs2 narkotik vasitə götürməsi ilə bağlı Təqsirləndirilən şəxs1 məlumat vermişdir. Mobil telefona baxış protokollarından da görünür ki, təqsirləndirilən şəxslər arasında narkotik vasitə ilə bağlı heç bir əhəmiyyətli hal, sms yazışmaları müəyyən olunmamışdır. Yalnız xx.xx.2024cü il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 zəng etməsi qabaqcadan əlbir olmaqla cinayət törətməsi halını təsdiq etmir. Ona görə də, cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutan Azərbaycan Respublikasının 234.4.1-ci maddəsi Təqsirləndirilən şəxs2 ittihamından çıxarılmalıdır. Məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilsə də, Təqsirləndirilən şəxs1 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə və cəzalandırıla bilməz. Məhkəmə ilk öncə Təqsirləndirilən şəxs2 cinayət əməlinin hüquqi tövsifi ilə əlaqədar qeyd edir ki, onun CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsi, digər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ona narkotik vasitədən 1 dəfə istifadə üçün pay verəcəyini bildirməsinə dair ifadələri, Təqsirləndirilən şəxs2 özünün də pay kimi Təqsirləndirilən şəxs1 narkotik vasitə verəcəyi ilə bağlı ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokollar, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparıb, sübutlar toplusuna məcmu halında qiymət verərək eyni zamanda belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 cinayət əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı mötəbər sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün vacib məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu halla əlaqədar ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut belə əldə olunmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında Təqsirləndirilən şəxs1 tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə satılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 10-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olmasını müəyyən etmək üçün narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və s. halların da nəzərə alınması tövsiyə edilir. Lakin hazırkı iş üzrə istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi ilə bağlı hər hansı sübut müəyyən edilməmiş, qeyd edilmiş narkotik vasitənin hazırlanması üçün avadanlığın olması da iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma zamanı toplanmaqla mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda 1670 qram qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Lakin ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin satış olmasını müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs1 əməlinin tövsifində həlledici rol oynayır. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddə əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitənin yalnız çəkisinin külli miqdar təşkil etməsi xüsusatı Təqsirləndirilən şəxs1 ittiham edildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitənin yalnız külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 mobil telefonuna baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan da göründüyü kimi sonuncunun telefonunda iş üzrə əhəmiyyəli halın müəyyən olunmaması sonuncunun narkotik vasitəni satış məqsədi ilə əldə etmədiyini bir daha sübut edir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair fikir ibtidai istintaq orqanının mülahizəsidir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar Təqsirləndirilən şəxs1 elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə Təqsirləndirilən şəxs1 yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Bu səbəbdən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 qeyd edilən çəkidə narkotik vasitə qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə yanaşı, onun üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, narkotik vasitənin satışı ilə bağlı heç bir məlumatı olmaması, 10 qram narkotik vasitə üçün getməsi və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməklə, saxlamаqla, daşımаqla CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi təsdiq edildiyindən onun cinayət əməli CM-in həmin maddəsi ilə tövsif olunmalı və ona həmin maddə ilə cəza təyin edilməli, Təqsirləndirilən şəxs2 isə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməklə, saxlamаqla, daşımаqla CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi təsdiq edildiyindən ona həmin maddə ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 CM-in 234.1-1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişlər, həmin əməllər başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlərdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən CM-in 234.1-1-ci maddəsində, Təqsirləndirilən şəxs2 isə qəsdən CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada CM-in 234.1-1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 isə CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 İkinci Qarabağ müharibəsində iştirak etməsi, onun “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsini, əvvəllər məhkum olunmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzalarını yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs1 CM-in 234.1-1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamələrindən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-409/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan cəza müddəti xx.xx.2024-cü il tarixə 01 il 03 gün təşkil edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 hökmlə təyin edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının 08 ayını çəkilməmişdir. CM-in 18.4.4-cü maddəsində qeyd edilmişdir ki, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residiv nəzərə alınmır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş, lakin cinayətin residivini yaratmır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkərkən törətdiyindən, onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi CM-in 67.1-ci maddəsinə müvafiq olaraq hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməlidir. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-in 68.1 və 68.1.1-1-ci maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. CM-in 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ay müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablandıqda 04 ay edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, CM-in 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 ay müddəti, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanaraq 04 ay müddət CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların məcmusuna və cəzasını ağırlaşdıran halların olmamasına, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmədiyinə, və himayəsində bir nəfər 14 yaşına çatmamış olmaqla cəmi 1 uşağı olduğuna görə, Təqsirləndirilən şəxs2 barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi uşağı on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanununun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 71-ci maddəsində isə müəyyənləşdirilmişdir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə qeyd edir ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 20 noyabr 1989-cu il tarixdə qəbul edilmiş, Azərbaycan Respublikasının 21 iyul 1992-ci il tarixli 236 №-li Qanunla ratifikasiya etdiyi “Uşaq Hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsində göstərilmişdir ki, iştirakçı dövlətlər valideynlərin, yaxud qanuna görə uşaq üçün məsuliyyət daşıyan digər şəxslərin bu Konvensiyada tanınan hüquqların onlar tərəfindən həyata keçirilməsində uşağı lazımınca idarə və ona rəhbərlik etmək və bunu uşağın inkişaf etməkdə olan qabiliyyətinə müvafiq surətdə yerinə yetirmək məsuliyyətinə, hüquqlarına və vəzifələrinə hörmət bəsləyirlər. Konvensiyanın 9-cu maddəsinə əsasən, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq öz valideynlərinin arzusuna zidd olaraq onlardan ayrılmasın, bir şərtlə ki, məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanlar tətbiq edilən qanuna və qaydalara müvafiq surətdə müəyyən etsinlər ki, belə ayrılıq uşağın ən yaxşı mənafeləri naminə labüddür. Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun, humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. Uşağın tərbiyəsi ailədə, məktəbdə, məktəbəqədər və məktəbdən kənar uşaq təlim-tərbiyə müəssisələrində aparılır. Həmin Qanunun 4-cü və 5-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini həm də məhkəmə orqanları təmin etməli, məhkəmə öz fəaliyyətində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdır. Məhkəmə qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Bu qərara gələrkən məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs2 hazırda azadlıqdan məhrum ediləcəyi halda himayəsində olan 1 uşağın gələcək həyatı və şəxsiyyət kimi formalaşmasına ciddi şəkildə mənfi təsir göstərə bilər. Odur ki, azyaşlı uşağın mənafeyini və gələcək taleyini nəzərə alaraq məhkəmə bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 cəzasını çəkməsi uşağı on dörd yaşına çatanadək təxirə salınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində qüvvədə olan qətimkan tədbirini müzakirə edərək bununla bağlı belə qənaətə gəlir ki, seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, əvvəli xx.xx.2024-cü il tarixdən, saat 22.55-də hesablanmış, həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş ev dustaqlığında saxlanılma müddəti 02 ay, yəni xx.xx.2024-cü il tarixədək uzadılmış, Həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə seçilmiş ev dustaqlığında saxlanılma müddəti 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin edilməklə həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəyindən, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Habelə, Təqsirləndirilən şəxs1 barəsində seçiləcək həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalarını, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablanmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 78 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, Təqsirləndirilən şəxs2na isə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və DYNPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1669,8 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Meizu”, “Samsung” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra özlərinə (özlərinin razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd CD disk, Təqsirləndirilən şəxs2 whatsapp ani mesajlaşma sistemi vasitəsilə mobil telefonunun yaddaşında “Allah” adı ilə qeyd etdiyi şəxslə aralarında narkotik vasitə əldə etmə barədə səs yazılarını əks etdirən 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 whatsapp ani mesajlaşma sistemi vasitəsilə mobil telefonunun yaddaşında “Allah” adı ilə qeyd etdiyi şəxslə aralarında narkotik vasitə əldə etmə barədə yazışmalar, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 4 dəfə zəng etməsi barədə zəngli çıxarış cinayət işinin materiallarında saxlanılmalıdır. Müdafiəçilər Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 təqdim etdikləri hesabatlara əsasən onlar, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişlər. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 660 manat məbləğində, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 660 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə ona təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin və onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bu hissədə hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 08 (səkkiz) ay hissəsi, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla 04 (dörd) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin başlanğıcı hökmün faktiki olaraq icra edildiyi gündən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs2 himayəsində olan 26 may 2023-cü il təvəllüdlü X6 on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs2 davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış: Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 1669,8 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Meizu”, “Samsung” markalı mobil telefonlar hökm qanuni qüvvəyə mindikdən sonra özlərinə (özlərinin razılığı ilə yaxın qohumlarına) qaytarılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd CD disk, Təqsirləndirilən şəxs2 whatsapp ani mesajlaşma sistemi vasitəsilə mobil telefonunun yaddaşında “Allah” adı ilə qeyd etdiyi şəxslə aralarında narkotik vasitə əldə etmə barədə səs yazılarını əks etdirən 01 ədəd CD disk, Təqsirləndirilən şəxs2 whatsapp ani mesajlaşma sistemi vasitəsilə mobil telefonunun yaddaşında “Allah” adı ilə qeyd etdiyi şəxslə aralarında narkotik vasitə əldə etmə barədə yazışmalar, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 4 dəfə zəng etməsi barədə zəngli çıxarış cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs1 göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 660 (altı yüz altmış) manat, Təqsirləndirilən şəxs2 göstərdiyi cəmi 60 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 660 (altı yüz altmış) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar