Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-714/2020 13.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, müdafiəçi, “Fides” Vəkil bürosunun vəkili Müdafiəçi qızının, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, dalan 1, ev 17-də yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 14 radələrində ictimai yer olan Bakı şəhəri Yasamal rayonu, Ə.Əhmədov küçəsi, bina 3-17-nin həyətində heç bir əsaslı səbəb olmadan cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış adət-ənənələrlə və əxlaq normaları ilə qorunan davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, cəmiyyətdə mövcud olan əxlaq və mənəviyyat normalarına açıqca hörmətsizlik ifadə edib qərəzli hərəkətlər edərək bir neçə gün əvvəl aralarında olan telefon danışığı zamanı tanışı Zərərçəkmiş şəxs2 ilə söyüşməsini, eləcə də sonuncunu söyməsi ilə bağlı onunla görüşə gələrək söhbət edən Zərərçəkmiş şəxs1 haqlı iradlarını cüzi səbəb kimi bəhanə edərək, əsassız olaraq Zərərçəkmiş şəxs1 nalayiq ifadələrlə təhqir edib, silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağı ilə xuliqanlıq niyyəti ilə qəsdən onu vuraraq ona sol dirsək oynağının arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran, həmçinin döş qəfəsinin sol yarısının V-Vİ qabırğaarası sahədə yerləşərək 1 ədəd döş boşluğuna nüfuz etmiş həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmuş, həmin an ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərini davam etdirərək ictimai qaydanın pozulmasının qarşısını alan, ictimai borcunu yerinə yetirən, onu sakitləşməyə və münaqişəni dayandırmağa səsləyən Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə təhqir edib onun sinəsinə sağ əlinin yumruğu ilə bir zərbə vurub yerə yıxmaqla ona sol dirsək və sol diz oynağının sıyrıqları, sol əlin arxa səthinin İV-V daraq sümüyü proyeksiyasının şişkinlik halında əzilməsi kimi sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirmiş, həmin an arxa tərəfdən yaxınlaşıb onu tutub sakitləşdirərək ictimai qaydanın pozulmasının qarşısını alan, ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs3 sinəsinə sağ əlinin yumruğu ilə bir zərbə, sağ ayağı ilə onun sol ayağına bir zərbə vurub yerə yıxmaqla ona başın ənsə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 və Firəngiz onun çoxdankı tanışlarıdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 isə bir müddət olar ki, tanıyır, onlarla hər zaman səmimi, mehriban münasibəti olmuş, qərəzçiliyi və ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə təxminən səhər saatlarında o, Firəngizlə birlikdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən parkda birlikdə olarkən Anar Firəngizin mobil telefonuna zəng edərək onunla kobud tərzdə küçə söyüşləri ilə danışmış, o, mobil telefonu Firəngizdən alaraq Anarla danışmış və Anara Firəngizlə söyüşlə danışmasının səbəbini soruşmuşdur. Anar cavab olaraq, Firəngizin ona pul borclu olmasını demişdir. Telefon danışığını bitirdikdən sonra Firəngiz bir neçə gün əvvəl Anardan 30 manat pulu borc olaraq alması, lakin maddi sıxıntısı olduğundan həmin pulu Anara qaytara bilməməsini ona demişdir. O, istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Anarın istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək, Firəngizin imkanının olmadığını, borcu biriki günə özünün qaytaracağını, Firəngizi sıxmamağı Anara demişdir. Telefon danışığı zamanı Anarla onun arasında mübahisə yaranmışdır. Bir qədər sonra Anar öz mobil nömrəsindən onun nömrəsinə nalayiq ifadələrdən ibarət “sms” yazmışdır. O, bundan sonra yenə Anarla telefon bağlantısı yaratmış, Anar ona Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin yaxınlığına gələrək aralarında olan məsələyə aydınlıq gətirməyi təklif etmişdir. Təxminən saat 14 radələrində o, “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısına gələrək Anarla və Anarla birlikdə gəlmiş tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə görüşmüşdür. Anar ona öz avtomobilinə əyləşməyi təklif etmiş, lakin o, etiraz edərək Anara, İsaya və Orxana yaxınlıqda çayçıların birində əyləşərək çay içməyi və söhbətləşməyi təklif etmişdir. Onlar razılaşaraq birlikdə yaxınlıqda olan “Qardaşlar” çay evində əyləşmişlər. Çay evində əyləşən kimi Anar ona Anarın anasını söydüyünü bildirmiş, o isə Anara anasını söymədiyini demişdir. Həmin an İsa Anarın anasının özünün bibisi olduğunu, onun İsanın bibisini söydüyünü demişdir. O, İsaya da belə söyüş söymədiyini demişdir. Anar bir daha inad edərək ona Anarın anasını və həyat yoldaşını söyməsini demiş, Anarın və İsanın suallarından sonra onların arasında gərgin mübahisə yaranmış, o və İsa ilkin olaraq ayağa qalxaraq bir-biri ilə ucadan mübahisə etməyə, ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışlar. Həmin an orada əyləşmiş Orxan və Anar da ayağa qalxmış, o və İsa birbirinin yaxasından tutaraq dartışmağa başladıqda Orxan və Anar müdaxilə edib onları sakitləşdirərərək ayırmışlar. Həmin an kafedə işləyən tanımadığı qadın onlara yaxınlaşaraq çay evini tərk etmələrini tələb etmişdir. Onlar çay evindən çıxmış, o, cəld həmin şəxslərdən aralanaraq təxminən 50 metr məsafə getmiş, Yasamal rayonu, Ə.Əhmədov küçəsi bina 3-17-nin həyətinə girmiş və həmin şəxslər də onun arxasınca həmin binanın həyətinə girmişlər. Binanın həyətində skamyada o, Anar, İsa və Orxan birlikdə əyləşmişlər. Üzbəüz əyləşən İsa ona bir daha bibisini söydüyünü demiş, o isə bir daha İsaya Anarın anasını, yəni İsanın bibisini söymədiyini bildirmişdir. İsa onu nalayiq ifadələrlə söyərək bibisini söyənin anasını ağladar kimi ifadələr işlətmişdir. Həmin an İsanın bu sözündən sonra o və İsa yenidən ayağa qalxaraq bir-birinin yaxasından tutmuşlar, Orxan və Anar skamyadan ayağa qalxmışlar. O, əynindəki gödəkçənin sağ cibində olan qara rəngli qatlanan cib bıçağını çıxararaq əli ilə hərəkət etdirmişdir. Bıçaq heç həmin vaxt açıq da olmamışdır. O, bıçağın kimə dəyməsini də bilməmişdir. Həmin an Anar qorxmuş halda onu sakitləşdirmək üçün ona yaxınlaşdıqda o, sağ əlinin yumruğu ilə Anarın sinəsindən bir dəfə vurub Anarı yerə yıxmışdır. Həmin an kənarda olan Orxan arxa tərəfdən ona yaxınlaşıb sakitləşdirmək üçün onu qucaqlayarkən o, qəzəbli olduğundan səhvən Orxanın onu vurmaq istəməsini güman etmiş, arxaya çevrilib sağ əli ilə Orxanın sinəsinə bir yumruq vurmuş və sağ ayağı ilə Orxanın sol ayağına bir zərbə vurduqda Orxan sürüşərək yerə yıxılmış, başı yerə dəydiyi üçün özündən gedib huşunu itirmişdir. O isə bıçağı cibinə qoyaraq həmin yeri tərk etmişdir. xx.xx.2019-cu il tarixdə təxminən axşam saatlarında o, Yasamal RPİ-nin 29-cu Polis şöbəsinə gələrək İsanı vurarkən istifadə etdiyi bıçağı təqdim etmiş və cinayət törətməsini səmimi olaraq etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, onlara vurulmuş ziyanı tam olaraq ödəmişdir. Etdiyi cinayət əməlindən səmimi peşmandır. Bununla yanaşı, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulan ittiham üzrə özünü tam təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsinin Yasamal rayonu, Ə.Əhmədov küçəsi bina 3-17-nin həyətində baş vermiş hadisə ilə bağlı hissəsində göstərmişdir ki, həmin binanın həyətində skameykada o, Anar, İsa və Orxan birlikdə əyləşmişlər. O və İsa üzbəüz əyləşmişlər. İsa ona bir daha onun İsanın bibisinii söydüyünü dedikdən və mənfi cavab aldıqdan, İsanın onu nalayiq ifadələrlə söyərək bibisini söyənin anasını ağladar ifadəsindən sonra o və İsa yenidən ayağa qalxaraq bir-birlərinin yaxasından tutmuşlar. Orxan və Anar da skameykadan ayağa qalxmışlar. O, əynindəki gödəkçəııin sağ cibində olan, özünə məxsus bir ədəd qara rəngli qatlanan cib bıçağını çıxararaq bir dəfə İsanın sol kürək və bir dəfə sol qol nahiyəsinə vurmuşdur. Bıçaq zərbələrinin təsirindən sonra İsa özünü itirmişdir. Həmin an Anar qorxmuş halda onu sakitləşdirmək üçün yaxınlaşdıqda o, sağ əlinin yumruğu ilə Anarın sinəsindən bir dəfə vurub onu yerə yıxmışdır. Həmin an kənarda olan Orxan arxa tərəfdən ona yaxınlaşıb sakitləşdirmək üçün onu qucaqlayarkən o, qəzəbli olduğundan səhvən Orxanın onu vurmaq istəməsini güman etmiş, arxaya çevrilib sağ əli ilə onun sinəsinə bir yumruq vurmuş və sağ ayağı ilə Orxanın sol ayağına bir zərbə vurduqda Orxan sürüşərək yerə yıxılmış, başı yerə dəydiyi üçün özündən gedib huşunu itirmişdir. O isə bıçağı cibinə qoyaraq həmin yeri tərk etmişdir (cild 3, iş vərəqi 29- 38). Zərərçəkmiş şəxs1 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun 15 illik dostudur. Zərərçəkmiş şəxs3 onun oğlu Yaqubun dostudur, Təqsirləndirilən şəxs isə tanışıdır. Onların hər biri ilə mehriban münasibəti olmuş, qərəzçiliyi və ədavəti olmamışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 14 radələrində o, yaşadığı binanın qarşısında Orxanla dayanaraq söhbətləşərkən Anar istifadəsində olan mobil nömrədən ona zəng edərək hal-əhval tutmuş, 30 manat borcunu geri almaq üçün Ramin adlı şəxslə görüşməyə gediyini bildirmiş və ona birlikdə getməyi təklif etmişdir. O, Anarın yoldaşcasına xahişini nəzərə alaraq razılıq vermiş və bu barədə yanında olan Orxana bildirmiş, Orxan da razılaşaraq birlikdə getməyi təklif etmişdir. Bir neçə dəqiqə sonra Anar özünə məxsus olan avtomobillə onlar dayandığı yerə gəlmiş və onlar Anarın avtomobilinə əyləşmişlər. Avtomobildə Anarla olan söhbət zamanı məlum olmuşdur ki, Anar təxminən oktyabr ayının sonlarında Fira ləqəbli Firəngiz adlı tanışına iki günlük müddətə 30 manat borc pul vermiş, Firəngiz pulu alandan sonra Anara ən geci 2 günə həmin pulu qaytaracağını demiş, lakin Fira verdiyi sözə əməl etməyərək Anarı incitmiş, mobil telefonuna etdiyi zənglərə və yazdığı sms-lərə cavab verməmiş, borcunu qaytarmamışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 14 radələrində Firəngizlə dostluq münasibətində olan Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə Anarla Firəngizin borcu barədə danışaraq mübahisə etmiş, Anarla Raminin arasında söyüşlü mübahisə olmuş və onlar görüşərək məsələni aydınlaşdırmaq qərarına gəlmişlər. Həmin an isə Ramin adlı şəxslə görüşərək borc məsələsini və söyüş məsələsini ayırd etməyə gedir. Bir qədər sonra onlar Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında yolun əks tərəfində avtomobili saxlayaraq düşmüşlər. Anar mobil telefonla danışaraq Raminin harada olmasını dəqiqləşdirmiş, bir az sonra əynində qara rəngli ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli gödəkcə olan Təqsirləndirilən şəxs onlara yaxınlaşıb onlarla normal tərzdə salamlaşmışdır. Anar Raminə avtomobilinə əyləşməyi, Ramin isə Anara yaxınlıqdakı çayçıların birində çay içməyi təklif etmişdir. Onlar yaxınlıqda olan “Qardaşlar” kafesinə girərək əyləşmişlər. Kafedə əyləşən kimi X13 anasını söydüyünü demiş, Ramin isə Anara Anarın anasını söymədiyini bildirmişdir. Həmin an o, yaşca böyük olan şəxs kimi ərk edərək Raminə Anarın onun yaxın dostu olduğunu, Anarın anasını öz bibisi hesab etdiyini bildirmiş və “sən mənim bibimi söymüsən?” deyə Raminə sual vernişdir. Ramin ona heç kimi söymədiyini bildimişdir. Anar bir daha Raminə aralarında olan telefon danışığı zamanı Raminin Anarın anasını və həyat yoldaşını söydüyünü demişdir. Anarın və onun bu məzmunda suallarından sonra aralarında mübahisə yaranmış, Ramin və o, ilkin olaraq stuldan ayağa qalxaraq ucadan mübahisə etməyə başlamışlar. O, Raminə ananın müqəddəs olduğunu, çərçivədən kənara çıxaraq ana söyüşü söyməyin mümkün olmadığını demiş, Ramin isə ağzını və sifətini əyərək ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin an Anar və Orxan da ayağa qalxmışlar. O, Raminin artıq həddini aşaraq ucadan ünvansız söyüş söyməsinə görə ona xəbərdarlıq edərək özünü normal aparmasını bildirdikdə, Ramin hər iki əli ilə onun yaxasından yapışmış, o da Ramini özündən kənara itələyərək ayırmaq üçün onun yaxasından yapışmış və dartışmağa başlamışlar. Orxan və Anar müdaxilə edib onları ayıraraq Ramini sakitləşdirmişlər. Həmin an kafedə işləyən tanımadığı qadın onlara yaxınlaşaraq çay evini tərk etmələrini tələb etmiş, onlar çay evindən çıxmışlar. Ramin cəld onlardan aralanaraq təxminən 50 metr məsafə gedərək Yasamal rayonu, Ə.Əhmədov küçəsi, bina 3-17-nin həyətinə girmiş və onlar da Raminin arxasınca həmin binanın həyətinə girmişlər. Binanın həyətində skameykada o, Anar, Orxan və Ramin birlikdə əyləşmişlər. O, bir daha Raminə onun bibisini söyməsini demiş, Ramin isə mənə cavabında söymədiyini bildirmişdir. O, əsəbi olduğuna görə bir daha söyüş söyməsinə görə məzəmmət edərək Raminə onun bibisini söyənin anasını ağlada biləcəyini demişdir. Həmin an Ramin qəzəbli halda yenidən ayağa qalxmış və o, Raminin yenidən münaqişə yaratmaq istəməsini gördüyündən ayağa qalxdıqda Ramin hər iki əli ilə onun yaxasından tutmuş, həmin an Ramin onu ucadan nalayiq ifadələrlə söyərək sol əlini əynində olan qara rəngli gödəkçənin sol cibinə salmışdır. O, Raminin bıçaq çıxarmaq istəməsindən şübhələnərək sağ əli ilə Raminin sol əlini tutub sıxaraq saxlamışdır. Ramin bundan sonra sağ əlini ani olaraq əynində olan gödəkçənin sağ cibinə salmış, oradan bir ədəd qara rəngli bıçağı çıxararaq hərəkət etdirərkən onun sol qolunu yüngülcə cızmışdır. O, hadisə vaxtı istintaqda yazıldığı kimi kürəyindən daxilə keçən ağır xəsarət almamışdır. Hadisə vaxtı Orxan Ramini sakitləşdirmək istəyərkən ayağı sürüşüb yıxılmış, başı yerə dəydiyindən huşunu itirmişdir. O, Orxanla birlikdə Səhiyyə Nazirliyi Bakı Şəhəri 1 saylı X11 getmiş, Anar da öz avtomobili ilə onların arxasınca gəlmişdir. O, hadisə vaxtı ağır xəsarət almamışdır. Bütün bunlar müstəntiqin yalandan yazdığı sözlərdir. Qeyd edir ki, münaqişə zamanı Raminin Anarı və Orxanı necə, nə cür, hansı şəraitdə vuraraq onlara xəsarət yetirməsi anını görməmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsinin Yasamal rayonu, Ə.Əhmədov küçəsi bina 3-17-nin həyətində baş vermiş hadisə ilə bağlı hissəsində göstərmişdir ki, həmin binanın həyətində skameykada o, Anar, Orxan və Ramin birlikdə əyləşmişlər. Ramin və o, üzbəüz əyləşmişlər. O, Raminə bir daha onun bibisini söydüyünü dedikdən və mənfi cavab aldıqdan, onun Ramini məzəmmət edərək bibisini söyənin anasını ağladar ifadəsindən sonra Ramin yenidən ayağa qalxaraq hər iki əli ilə onun yaxasından tutmuş, o da Raminin yaxasından tutaraq onu sakitləşdirmək istəmişdir. Həmin an Ramin onu ucadan nalayiq ifadələrlə söyərək sol əlini əynində olan qara rəngli gödəkçənin sol cibinə salmış, o, Raminin bıçaq çıxarmaq istəməsindən şübhələnərək sağ əli ilə Raminin sol əlini tutub sıxaraq saxlamışdır. Ramin bundan sonra sağ əlini ani olaraq əynində olan gödəkçənin sağ cibinə salmış, oradan bir ədəd qara rəngli bıçağı çıxararaq həmin bıçaqla onun sol kürək nahiyəsinə bir zərbə vurmuş, o, bıçaq zərbəsindən özünü itirdiyindən sol qolunu yuxarı qaldırdıqda Ramin sağ əlində olan bıçağı onun kürəyindən çıxarıb aşağı endirmiş və onun sol qolunu da bıçaqla kəsmişdir. O, sol kürək və sol qolunun arxa nahiyələrindən bıçaq xəsarətləri aldığından özünü itirib arxaya çevirilmişdir. Sağ əli ilə sol kürək nahiyəsinə və sol qol nahiyəsinə toxunub xəsarət almasına əmin olmuş, həmin nahiyələrdən qan axmışdır. Bir neçə saniyədən sonra araxaya çevrildikdə Anarın axsayaraq onlardan kənarlaşmasını, Orxanın huşsuz vəziyyətdə yerə uzanmasını görmüşdür. Ramin isə həmin yeri tərk etmişdir. O, Orxanı ayıldıb yerdən qaldıraraq Orxana bıçaqla vurulduğunu demişdir. Orxanın da başı yarıldığından qan gəlmişdir. Orxan ona Raminin Orxanı da yumruqla sinəsindən vuraraq və sağ ayağı ilə onun sol ayağına vurub sürüşdürərək onu yerə yıxarkən başı daşa dəydiyindən huşunu itirmiş və başından xəsarət almışdır. O, Orxanla birlikdə xarici əlamətlərini xatırlamadığı taksi avtomobilinə əyləşərək Səhiyyə Nazirliyi Bakı Şəhəri 1 saylı X11 getmişdir. Anar da öz avtomobili ilə onların arxasınca gəlmişdir. Orada Orxana ilkin tibbi yardım göstərdikdən sonra onu evə buraxmışlar. Lakin onu orada cərrahi əməliyyat etdikdən sonra palataların birinə yerləşdirərək stasionar müalicə etmişlər (cild 3, iş vərəqi 60-68). Zərərçəkmiş şəxs2 məhkəmədə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun 15 illik dostudur, İsa və ailə üzvləri ilə hər zaman mehriban, səmimi münasibəti olmuş, qərəzçiliyi və ədavəti olmamışdır. Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və Fira ləqəbli Firəngiz adlı şəxsi bir müddət il olar ki, tanıyır. Onun Orxanla, Raminlə və Firəngizlə də hər zaman mehriban dostluq münasibəti olmuş, aralarında heç zaman qərəzçilik, ədavət olmamışdır. Hadisədən bir neçə gün əvvəl günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında Firəngiz ondan ehtiyacı olduğu üçün iki günə qaytarmaq şərti ilə 30 manat borc pul almışdır. Lakin 2 gün keçsə də, Firəngiz həmin pulu ona qaytarmamış, verdiyi sözə əməl etməyərək onu incitmişdir. Belə ki, o, istifadəsində olan 050/***-***-**-** mobil nömrələri ilə bir neçə dəfə Firəngizin istifadəsində olan ***-***- **-** mobil nömrəsinə zəng etsə də, Firəngiz zənglərə cavab verməmiş və borcu qaytarmamışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 14 radələrində o, Firəngizlə mobil telefon vasitəsi ilə əlaqə saxlayarkən Firəngizdən nə üçün borcu qaytarmamasını soruşaraq Firəngizlə kobud danışmış və söymüşdür. Həmin an Firəngizin yanında olan Təqsirləndirilən şəxs mobil telefonu Firəngizdən alaraq onunla Firəngizin borcu barədə danışaraq mübahisə etmişdir. Telefon danışığı zamanı Raminlə onun arasında söyüşlü mübahisə olmuş və görüşərək məsələni ayırd etmək qərarına gəlmişlər. Bir qədər sonra o, öz mobil nömrəsindən İsanın mobil nömrəsinə zəng edərək, vaxtı varsa onunla birlikdə gedib tanışından borcunu götürməyi təklif etmişdir. İsa etiraz etməyərək yaşadığı binanın həyətində olduğunu, gəlib onu götürə bilməsini demişdir. Telefon danışığından təxminən 5 dəqiqə sonra o, avtomobili ilə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 31 Anın həyətinə gəlmişdir. Həmin an Orxan da İsanın yanında olmuş və Orxan da İsa ilə gələcəyini bildirdikdə o, etiraz etməmişdir. Onlar avtomobilə əyləşdikdən sonra o, Firəngizə borc verməsi, Firəngizin həmin borcu qaytarmaması, telefon danışığı zamanı Raminlə aralarında söyüşlü mübahisə olması və hal-hazırda həmin borcu və söyüş məsələsini aydınlaşdırmaq üçün Raminlə görüşməyə getməsi barədə İsaya və Orxana danışmışdır. Onlar Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Günəş Petrol” yanacaq doldurma məntəqəsinin qarşısında avtomobili saxlayaraq düşmüşlər. O, mobil telefonla danışaraq Raminin harada olmasını dəqiqləşdirmiş, bir az sonra əynində qara rəngli ayaqqabı, qara rəngli şalvar, qara rəngli uzunqol köynək və qara rəngli gödəkcə olan Təqsirləndirilən şəxs onlara yaxınlaşıb onlarla normal tərzdə salamlaşmışdır. O, Raminə avtomobilinə əyləşməyi təklif etmiş, Ramin Anara yaxınlıqdakı çayçıların birində çay içməyi təklif etmişdir. Onlar yaxınlıqda olan “Qardaşlar” kafesinə girərək əyləşmişlər. Kafedə əyləşən kimi o, Raminə Anarın anasını söydüyünü demiş, Ramin isə Anara Anarın anasını söymədiyini bildirmişdir. Həmin an X10 yaxın dostu olduğunu, Anarın anasını öz bibisi hesab etdiyini bildirmiş və “sən mənim bibimi söymüsən?” deyə Raminə sual vernişdir. Ramin ona heç kimi söymədiyini bildimişdir. O, bir daha Raminə aralarında olan telefon danışığı zamanı Raminin Anarın anasını və həyat yoldaşını söydüyünü demişdir. Anarın və onun bu məzmunda aralarında mübahisə yaranmış, Ramin və İsa ilkin olaraq stuldan ayağa qalxaraq ucadan mübahisə etməyə başlamışlar. İsa Raminə ananın müqəddəs olduğunu, çərçivədən kənara çıxaraq ana söyüşü söyməyin mümkün olmadığını demiş, Ramin isə ağzını və sifətini əyərək ucadan ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin an o və Orxan da ayağa qalxmışlar. İsa Raminin artıq həddini aşaraq ucadan ünvansız söyüş söyməsinə görə ona xəbərdarlıq edərək özünü normal aparmasını bildirdikdə, Ramin hər iki əli ilə onun yaxasından yapışmış, o da Ramini özündən kənara itələyərək ayırmaq üçün onun yaxasından yapışmış və dartışmağa başlamışlar. Orxan və o, müdaxilə edib onları ayıraraq Ramini sakitləşdirmişlər. Həmin an kafedə işləyən tanımadığı qadın onlara yaxınlaşaraq çay evini tərk etmələrini tələb etmiş, onlar çay evindən çıxmışlar. Ramin cəld onlardan aralanaraq təxminən 50 metr məsafə gedərək Yasamal rayonu, Ə.Əhmədov küçəsi, bina 3-17-nin həyətinə girmiş və onlar da Raminin arxasınca həmin binanın həyətinə girmişlər. Binanın həyətində skameykada o, İsa, Orxan və Ramin birlikdə əyləşmişlər. O, İsa və Ramin təngənəfəs və qəzəbli olmuşlar. Ramin və İsa üzbəüz əyləşmişlər. İsa bir daha Raminə onun bibisini söyməsini demiş, Ramin isə İsaya cavabında söymədiyini bildirmişdir. İsa bir daha söyüş söyməsinə görə məzəmmət edərək Raminə onun bibisini söyənin anasını ağlada biləcəyini demişdir. Həmin an Ramin qəzəbli halda yenidən ayağa qalxmış və İsa da ayağa qalxdıqda Ramin hər iki əli ilə onun yaxasından tutub dartmağa başlamış, İsa da Raminin yaxasından tutaraq onu sakitləşdirmək istəmişdir. Hadisə vaxtı hamı bir-birinə qarışmış, ortalığa elə qarışıqlıq düşmüşdür ki, o, Raminin bıçaq çıxarmasını, İsaya bıçaq dəyməsini görməmişdir. Həmin vaxt Raminin əlində oynatdığı bıçaq İsanın qoluna dəymiş və onu yüngülcə kəsmişdir. Orxan isə Ramini sakitləşdirmək istəyəndə Ramin onu vurmaq istədiyini zənn edib Orxanı azca itələmiş və Orxanın ayağı yer yaş olduğuna görə sürüşmüş, Orxan yıxılmış və başı yerə dəydiyi üçün özündən gedib huşunu itirmişdir. Ramin isə sağ əlində həmin bıçağı tutmuş halda onlardan kənarlaşaraq getmişdir. Bir neçə saniyədən sonra o, bərk həyəcanlanmış və qorxmuş halda ayağa qalxaraq avtomobilini saxladığı istiqamətə getmiş, geriyə çevrilib baxarkən İsanın əynindəki paltarın qan olmasını, Orxanın isə başının arxa tərəfini tutmasını, onların hər ikisinin taksi avtomobilinə əyləşərək getməsini görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələbi və yoxdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsinin Yasamal rayonu, Ə.Əhmədov küçəsi bina 3-17-nin həyətində baş vermiş hadisə ilə bağlı hissəsində göstərmişdir ki, həmin binanın həyətində skameykada o, İsa, Orxan və Ramin birlikdə əyləşmişlər. Ramin və İsa üzbəüz əyləşmişlər. İsa Raminə bir daha onun bibisini söydüyünü dedikdən və mənfi cavab aldıqdan, İsanın Ramini məzəmmət edərək bibisini söyənin anasını ağladar ifadəsindən sonra Ramin yenidən ayağa qalxaraq hər iki əli ilə onun yaxasından tutmub dartmış, İsa da Raminin yaxasından tutaraq onu sakitləşdirmək istəmişdir. Həmin an Ramin ucadan nalayiq ifadələrlə söyüş söyərək sol əlini əynində olan qara rəngli gödəkçənin sol cibinə salmış, İsa sağ əli ilə Raminin sol əlini tutub sıxaraq saxlamışdır. Ramin bundan sonra sağ əlini ani olaraq əynində olan gödəkçənin sağ cibinə salmış, oradan bir ədəd qara rəngli bıçağı çıxararaq həmin bıçaqla İsanın sol kürək nahiyəsinə bir zərbə vurmuş, İsa bıçaq zərbəsindən sonra özünü itirdiyindən sol qolunu yuxarı qaldırdıqda Ramin bıçağı İsanın sol kürək nahiyəsindən çıxarıb aşağı endirərkən İsanın sol qolunun arxa tərəfini də kəsmişdir. İsa sol kürək və sol qolunun arxa nahiyələrindən bıçaq xəsarətləri aldığından özünü itirib arxaya çevirilmiş, sağ əli ilə sol kürək nahiyəsinə və sol qol nahiyəsinə toxunmuşdur. Ramin isə sağ əlində bıçaqla dayanaraq onlara baxmışdır. Həmin an o və Orxan skameykadan ayağa qalxmışlar, skamekyanın kənarındakı ağacın yanından keçərək Ramini sakitləşdirmək istəmişlər. O və Orxan Raminin əlində bıçaq gördüklərindən özlərini itirmişlər. Raminin onları da bıçaqla vuracağından qorxaraq bir qədər arxaya getmişlər. Ramin isə onun üstünə hücum çəkərək onu nalayiq ifadələlə söyməklə sağ əlinin yumruğu ilə onun sinəsindən vuraraq onu yerə yıxmışdır. O, yerə yıxılarkən sol qolundan və sol ayağından xəsarətlər almışdır. Həmin an Orxan cəld arxa tərəfdən Raminə yaxınlaşıb onu qucaqlayaraq sakitləşdirmək istəyərkən Ramin qəzəbli halda arxaya çevrilib onu da nalayiq ifadələrlə söyməklə sağ əli ilə Orxanın sinəsinə bir yumruq zərbəsi vurmuş və sağ ayağı ilə Orxanın sol ayağına bir zərbə vurduğundan Orxanın ayağı sürüşmüş və o, yerə yıxılmışdır, başı yerə dəydiyi üçün özündən gedib huşunu itirmişdir. Ramin isə sağ əlində həmin bıçağı tutmuş halda onlardan kənarlaşaraq getmişdir (cild 2, iş vərəqi 159-167). Zərərçəkmiş şəxs3 məhkəmədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələri ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları tam təsdiq etdi. Zərərçəkmiş şəxs3, eyni zamanda, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 3-17 ünvanının həyətində düşən mübahisə ilə əlaqədar göstərdi ki, mübahisə zamanı o, Raminə yaxınlaşıb onu qucaqlayaraq sakitləşdirmək istəyərkən yer yağış yağdığına görə nəm olduğundan ayağı sürüşmüş və o, yerə yıxılmış, başı yerə dəydiyi üçün özündən gedib huşunu itirmişdir. O, özünə gələndə İsanın qolunda yüngül cızıq olduğunu görmüşdür. Amma o, hadisə vaxtı Raminin əlində bıçaq olmasını, Raminin İsanı vurmasını görməmişdir. O, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir tələbi və şikayəti yoxdur. Bununla yanaşı, Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsinin Yasamal rayonu, Ə.Əhmədov küçəsi bina 3-17-nin həyətində baş vermiş hadisə ilə bağlı hissəsində göstərmişdir ki, həmin binanın həyətində skameykada o, Anar, İsa və Ramin birlikdə əyləşmişlər. Ramin və İsa üzbəüz əyləşmişlər. İsa Raminə bir daha onun bibisini söydüyünü dedikdən və mənfi cavab aldıqdan, İsa Ramini nalayiq ifadələrlə söyərək bibisini söyənin anasını ağladar ifadəsindən sonra İsa və Ramin yenidən ayağa qalxaraq hər iki əli ilə onun yaxasından tutmub dartmış, İsa da Raminin yaxasından tutaraq onu sakitləşdirmək istəmişdir. Ramin ucadan nalayiq ifadələrlə söyüş söyərək sol əlini əynində olan qara rəngli gödəkcənin sol cibinə salmış, İsa sağ əli ilə Raminin sol əlini tutub sıxaraq saxlamışdır. Ramin bundan sonra sağ əlini ani olaraq əynində olan gödəkçənin sağ cibinə salmış, oradan bir ədəd qara rəngli bıçağı çıxararaq həmin bıçaqla İsanın sol kürək nahiyəsinə bir zərbə vurmuşdur. İsa bıçaq zərbəsindən sonra özünü itirdiyindən sol qolunu yuxarı qaldırdıqda Ramin bıçağı İsanın sol kürək nahiyəsindən çıxarıb aşağı endirərkən İsanın sol qolunun arxa tərəfini da kəsmişdir. İsa sol kürək və sol qolunun arxa nahiyələrindən bıçaq xəsarətləri aldığından özünü itirib arxaya çevirilmiş, sağ əli ilə sol kürək nahiyəsinə və sol qol nahiyəsinə toxunmuşdur. Ramin isə sağ əlində bıçaqla dayanaraq onlara baxmışdır. Həmin an o və Anar skameykadan ayağa qalxmışlar, skamekyanın kənarındakı ağacın yanından keçərək Ramini sakitləşdirmək istəmişlər. O və Anar Raminin əlində bıçaq gördüklərindən özlərini itirmişlər. Raminin onları da bıçaqla vuracağından qorxaraq bir qədər arxaya getmişlər. Ramin isə Anarın üstünə hücum çəkərək onu nalayiq ifadələlə söyməklə sağ əlinin yumruğu ilə onun sinəsindən vuraraq onu yerə yıxmışdır. Həmin an o, cəld arxa tərəfdən Raminə yaxınlaşıb onu qucaqlayaraq sakitləşdirmək istəyərkən Ramin qəzəbli halda arxaya çevrilib onu da nalayiq ifadələrlə söyməklə sağ əii ilə onun sinəsinə bir yumruq zərbəsi vurmuş və sağ ayağı ilə onun sol ayağına bir zərbə vurduğundan ayağı sürüşmüş və yerə yıxıldığından başı yerə dəydiyi üçün özündən gedib huşunu itirmişdir. Bir qədər sonra İsa onu ayıldıb yerdən qaldıraraq Ramin tərəfindən bıçaqla vurulduğu üçün sol kürək nahiyəsindən və sol qolunun arxa tərəfindən xəsarət aldığını demişdir. O, Raminin sol kürək nahiyəsinə və sol qolunun arxa tərəfinə diqqət etdikdə həmin nahiyələrdə iki ədəd dəlib keçən zədə izinin olmasını, İsanın əynində olan boz rəngli pencəyin və ağ rəngli uzunqol köynəyin qana bulanmasını görmüşdür. İsa aldığı zədələrdən taqətsiz hala düşmüşdür. O da ehtiyatla yerdən ayağa qalxıb əli ilə başının arxa tərəfini yoxladıqda həmin yer yarıldığından qan gəlmişdir. Həmin an Anar və Ramin orada olmamış, o və İsa bir-birlərindən tutmaqla köməkli olaraq yaxınlıqda olan xarici əlamətlərini xatırlamadığı taksi avtomobilinə əyləşərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi X11 getmişlər. Orada ona ambulator qaydada ilkin tibbi yardım göstərdikdən sonra evə buraxılmışdır. Lakin İsanı orada palataların birinə yerləşdirib cərrahi əməliyyat edərək stasionar qaydada müalicə etməyə başlamışlar (cild 1, iş vərəqi 100-107). Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə notarial təsdiq edilmiş ərizə və özləri tərəfindən imzalanmış ərizə, Zərərçəkmiş şəxs3 özü tərəfindən imzalanmış ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara vurulmuş ziyanın tam olaraq ödənildiyini və Təqsirləndirilən şəxs qarşı heç bir tələb və şikayətlərinin olmadıqlarını bildirmişlər. Şahid1 məhkəmədə ifadəsində göstərdi ki, o, 1990-cı ildən Daxili İşlər orqanlarında, 2001-ci ildən isə Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin polis sahə müvəkkili vəzifəsində xidmət xidmət edir, polis mayorudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti və qərəzçilyi yoxdur. xx xxxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilərkən o və Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin Cinayət-Axtarış üzrə kiçik inspektoru vəziləsində xidmət edən polis serjantı Şahid2 iştirak etmişlər. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs cinayəti törətməsi mexanizmini ətraflı danışaraq konkret hərəkətləri ilə göstərmişdir. Onlara məlum olub ki, Təqsirləndirilən şəxs tanışları Zərərçəkmiş şəxs1, X7 və Zərərçəkmiş şəxs2 ilə xx xxxxxxx 2019-cu ildə təxminən saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olan ‘‘Qardaşlar" kafesində görüşmüş, onun söyüş söyməsi məsələsinə görə aralarında mübahisə yaranmış, o, kafedə İsa ilə bir-birilərinin yaxasından tutaraq ucadan mübahisə etmiş, daha sonra kafeni tərk edərək Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, bina 3-17-nin həyətinə gəlmişlər. Orada yenidən mübahisə edərək İsa ilə birbirilərinin yaxasından tutmuşlar, o, əynində olan gödəkçənin sağ cibindən olan özünə məxsus bir ədəd qara rəngli bıçağı çıxararaq onunla İsanın sol kürək və sol qolunun arxa tərəfinə vurmuş, bundan sonra sağ əlinin yumruğu ilə onu sakitləşdirmək istəyən Anarın sinəsinə bir zərbə vuraraq onu yerə yıxmış, Orxanın sinəsinə bir yumruq vurmuş və sağ ayağı ilə onun sol ayağına bir zərbə vurduqda Orxan sürüşərək yerə yıxılmış, başı yerə dəydiyi üçün özündən gedib huşunu itirmiş, o isə bıçağı cibinə qoyaraq həmin yeri tərk etmişdir. İstintaq hərəkətinin bir neçə kadrdan ibarət fotosu çəkilmişdir. İstintaq hərəkətinin keçirilməsi ilə bağlı protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir əlavə və qeyd daxil olmadan imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları tam olaraq təsdiq etdi. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərşəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən təqsirləndirilən şəxsin və zərərşəkmiş şəxslərin ifadələrinin yerində yoxlanılması, üzləşdirmə, baxış protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi 3-17-nin həyəti və həmin yerin yaxınlığında olan “Qardaşlar” kafesidir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs2 həmin tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ona, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı törətdiyi əməllərin xüsusatları barədə əyani göstərmişdir (cild 1, iş vərəqi 13-16). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi, cinayət törədərkən alət kimi istifadə etdiyi bir ədəd qara rəngli qatlanan bıçaq götürülmüşdür (cild 1, iş vərəqi 59-60). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş bıçağa baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş cinayət törədərkən alət kimi istifadə etdiyi bıçaq metaldan hazırlanmış, qatlanan, üzəri qara boya ilə rəngələnmiş bıçaqdır. Bıçağın ümumi uzunluğu 15,5 santimetr, dəstək hissəsinin uzunluğu 9 santimetr, tiyə hissəsinin uzunluğu 6,5 sm-dir. Bıçağın dəstək hissəsinin bir tərəfində düymə var. Həmin düyməyə təzyiq etdikdə bıçağın tiyəsi açılır. Bıçağın dəstək hissəsinin digər tərəfində bir ədəd keçəcək var. Bıçaq müəyyən müddət ərzində istifadə edilərək köhnəlmişdir. Bıçağın tiyə hisəsində qara rəngli boyanın bir qismi sürtülərək itmişdir. Bıçağın üzərində heç bir qan izi yoxdur. Baxış zamanı iştirak etmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həmin bıçağı xarici əlamətlərinə görə tanıyaraq bildirmişlər ki, hadisə anında Təqsirləndirilən şəxs məhz həmin bıçaqla Zərərçəkmiş şəxs1 bədən xəsarətləri yetirmişdir (cild 1, iş vərəqi 154-156). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş götürmə keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs1 əynində olmuş bir ədəd boz rəngli pencək və bir ədəd ağ rəngli uzunqol köynək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi X6 götürülmüşdür (cild 1, iş vərəqi 120). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş paltarlara baxış keçirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, istintaq zamanı götürülmüş bir ədəd köynək uzunqoldur, üzərində zolaqlar var. Köynək müəyyən müddət ərzində geyinilməklə köhnəlmişdir. Köynəyin ümumi uzunluğu 74 sm, çiyin hissəsinin eni 50 sm, qollarının uzunluğu 62 sm-dir. Köynəyin ön sol hissəsində bir ədəd döş cibi var. Köynəyin ön hissəsi altı ədəd düymə ilə bağlanır. Yuxandan aşağıya doğru saymaqla düymədən 5-i, yəni 2-6-cı düymələr yerində yoxdur. Həmin düymələrin yerində tikiş sapları var. Köynəyin arxa səthində solda bir ədəd 2,1 sm uzunluğunda dəlib-keçən zədə var. Köynəyin sol qolunun arxa səthində uzunluğu 3,5 sm olan dəlib-keçən zədə var. Götürülmüş bir ədəd pencək boz rənglidir. Pencək müəyyən müddət ərzində geyinilməklə köhnəlmişdir. Pencəyin uzunluğu 76 sm, çiyin hissəsinin eni 44 sm, qollarının uzunluğu 60 sm-dir. Pencək öndən 3 ədəd düymə ilə bağlanır. Pencəyin arxa səthində solda 5 sm uzunluğunda, pencəyin sol qolunun arxa səthində isə 3 sm uzunluğunda dəlib-keçən zədələr var. Pencək və köynək kəskin qoxuludur, nəmdir, üzərilərinə hopmuş halda qırmızı-qəhvəyimtil rəngli qana bənzər ləkələr var. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, həmin pencək və köynək ona məxsus olmaqla hadisə anında əynində olmuş, Təqsirləndirilən şəxs bıçaqla onun sol kürək və sol qolunun arxa nahiyəsinə iki zərbə vurarkən paltarların üzərində həmin zədələr yaranmış və bədən xəsarətləri aldığından bədənindən axan qan paltarlara bulaşmışdır (cild 1, iş vərəqi 149- 153). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakcell MMC"-nin xx.xx.2020-ci il tarixli BKC/LGL-3916/20 nömrəli müşayət məktubu ilə istintaqa təqdim olunmuş bir ədəd diskdə əks edilmiş telefon danışıqlarının məzmununa baxış keçirilməsi haqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2018-ci il tarixədək bir neçə dəfə zəngləşmə olmuş, habelə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bir neçə sayda nalayiq məzmunlu sms yazmış, həmin sms-lərin birində Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirmə cinayəti törətməsini qeyd elmişdir (cild 2, iş vərəqi 139-141). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs hadisə yerinə çıxarılarkən istintaqa verdiyi ifadəsindəki xüsusatları əyani olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 61-66). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadələrini əyani olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 249-252). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2019-cu il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs3 hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadələrini əyani olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 254-258). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə bədən xəsarətləri yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadələrini əyani olaraq təsdiq etmişdir (cild 1, iş vərəqi 259-263). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, şahid X5 hadisə yerinə çıxarılarkən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin xx.xx.2019-cu il tarixdə “Qardaşlar” kafesində ucadan söyüşlər söymələri, özünün həmin şəxsləri kafedən qovması və sair təfərrüatlar barədə istintaqa verdiyi ifadələrini əyani olaraq təsdiq etmişdir (cild 2, iş vərəqi 35-37). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 111- 115). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 157- 162). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ona və digər zərərçəkmiş şəxslərə xəsarət yetirməsinin təfərrüatları barədə istintaqa verdiyi ifadəsini onun üzünə bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 163- 167). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli, 205 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində döş qəfəsinin sol yarısının V-Vİ qabırğaarası sahədə yerləşərək döş boşluğuna nüfuz etmiş 1 (bir) ədəd və sol dirsək oynağının arxa səhtnində yerləşmiş 1 (bir) ədəd deşilmişkəsilmiş yaralar deşici-kəsici əşya (alət) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə ekspertizaya təqdim edilmiş bıçaqla, eləcə də ona oxşar bıçaqla yetirilməsi mümkündür, dərəcəsinə görə döş boşluğuna nüfuz etmiş yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol dirsək oynağı nahiyəsinin yarası isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 2, iş vərəqi 109-111). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2020-ci il tarixli, 05/913 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində başın ənsə nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2019-cu il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (cild 2, iş vərəqi 104-107). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2019-cu il tarixli, 904 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol dirsək və sol diz oynağının sıyrıqları, sol əlin arxa səthinin İV-V daraq sümüyü proyeksiyasının şişkinlik halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 2, iş vərəqi 101-103). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların kompleks (məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik) ekspertizanın xx.xx.2019-cu il tarixli, 568-MTKŞ saylı rəyindən görünür ki: İ.1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus paltarların (uzunqol köynək və pencək) arxa səthində solda 01 (bir) ədəd və sol qolunun arxa səthində 01 (bir) ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücün, küpün və iti ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçaq ilə törənməsi inkar olunmur.
2. Zərərçəkmiş şəxs1 məxsus paltarlarda aşkar edilmiş zədələrə görə o, xəsarətləri alan zaman müxtəlif duruş və xəsarət yetirən şəxslə müxtəlif qarşılıqlı vəziyyətlərdə ola bilərdi, zədə nahiyyələri isə iz törədən alətə doğru yönəlmiş vəziyyətdə olmuşdur.
3. Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthində sağda tikilmiş 6 düymələrdən 5nin (yuxarıdan saymaqla 2-6-cı düymələr) öz yerində olmaması aşkar olundu. Bu düymələrin öz yerində olmaması köynəyin müvafiq nahiyəsinə (yaxasına) küt qüvvə tətbiq etməklə qopub düşməsi ilə izah oluna bilər. Həmçinin, 6-cı düyməyə müvafiq nahiyəsində bir ədəd məhdud cırılma vardır. Bu cırılma küt yaranma mexanizminə malikdir, çox guman ki, köynəyin müfaviq nahyəsinin dartılması nəticəsində əmələ gəlmişdir. İİ. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir (cild 2, iş vərəqi 96-100). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş maddi sübutların ekspertizanın xx.xx.2019-cu il tarixli, 849/2019-MTBŞ saylı rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qrup göstəricisi; AB (İV)-dir. (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən).
2. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 pencəyi, köynəyi üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəriciləri AB0 sistemi üzrə tədqiq olunduqda A və B antigeni alındı. Həmin qan ləkələri AB /İV/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər.
3. Ekspertizaya təqdim olunmuş bıçaq üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmadı.
4. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübut üzərindəki ləkələrin əmələ gələmə müddəti barədə fikir söyləmək mümkün deyil (cild 2, iş vərəqi 90-94). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizanın xx.xx.2019-cu il tarixli, 32084 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçağın üzərində Zərərçəkmiş şəxs1 məxsus geyim paltarlarının lifləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 2, iş vərəqi 113-115). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-ballistik ekspertizanın xx.xx.2020-ci il tarixli, 32083 saylı rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd qatlanan bıçağın səthində əl-barmaq və papilyar naxış izlərinin ayrı-ayrı fraqmentləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Aparılmış tədqiqatın dəyəri 53,70 (əlli üç manat yetmiş qəpik) manat təşkil edir (cild 2, iş vərəqi 117-118). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının xx.xx.2020-cıı il tarixli, 32085 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş geyim əşyalarının 2019-cu ilin oktyabr-noyabr ayına orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir:
1. Bir ədəd üzərində “İNTERMOD" markalanma göstəricisi olan, yun materialdan boz-qara (tvit) kişi pencəyinin istifadəsi nəzərə alınmaqla yararlı vəziyyətdə orta bazara qiyməti təxminən 90 manat, hazırda istifadəyə yararsız olduğundan qiymətsiz hesab edilir.
2. Bir ədəd üzərində ‘M85/108A 18-44" markalanma göstəricisi olan, göy, ağ, boz, qırmızı zolaqlı, yaxalığı düymə ilə bağlanan kişi köynəyinin istifadəsi nəzərə alınmaqla yararlı vəziyyətdə orla bazar qiyməti təxminən 20 (iyirmi) manat, hazırda istifadəyə yararsız olduğundan qiymətsiz hesab edilir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (cild 2, iş vərəqi 120-122). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 2996 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Halhazırda ağ ciyər vərəmi xəstəliyi ilə əlaqədar aldığı spesifik müalicə kursu bitdikdən sonra, həmçinin Təqsirləndirilən şəxs somatik vəziyyətinin yaxşılaşmasından sonra, narkomaniyadan məcburi müalicə olunmasına ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 123-124). İşdə olan və məhkəmədə tədqiq edilmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə müəssisəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən etibarən “Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi, dağılma mərhələsində, sola səpələnmə ilə, VM (+) pozitiv. “C” viruslu hepatit” diaqnozu ilə müalicədə olmuşdur. Xəstə xx.xx.2019-cu il tarixdə 1-ci sıra vərəməleyhi dərmanlarla müalicəyə cəlb edilmiş və xx.xx.2020-ci ildə müalicəsini “sağalıb” nəticəsi ilə başa çatdıraraq kafi vəziyyətdə dinamik müşahidə altında saxlanması üçün dispanser şöbəsinə köçürülmüş, xx.xx.2020-ci il tarixdə saxlandığı çəzaçəkmə müəssisəsinə göndərilmişdir (cild 3, iş vərəqi 225, 265). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 2643 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olumur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hanıs bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin taktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin fakilki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk elmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt halında olmamışdır (cild 2, iş vərəqi 126-128). İşdə olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 25). İşdə olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 43). İşdə olan xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 96). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, bir ədəd pencək, bir ədəd uzunqol köynək və bir ədəd bıçaq maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlama kamerasına verilmişdir (cild 2, iş vərəqi 136-138). İşdə olan maddi sübut kimi tanıma haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, "Bakcell MMC"-nin xx.xx.2020-ci il tarixli, BKC/LGL-3916/20 nömrəli müşayiət məktubu ilə istintaqa təqdim olunmuş bir ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 2, iş vərəqi 153-154). İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 arasında xx.xx.2005-ci ildə nikah bağlanmış, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Ayxan, xx.xx.2011-ci il təvəllüdlü Cəmilə adlı övladları vardır. Təqsirləndirilən şəxs “Ağciyər vərəmi” xəstəliyindən əziyyət çəkir (cild 1, iş vərəqi 129-131, cild 2, iş vərəqi 88). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyə edir ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Məhkəmə hesab edir ki, xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət tərədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir. Ali Məhkəmə Plenumunun qeyd olunan mövqeyini nəzərə alan məhkəmə belə hesab edir ki, həmin tövsiyələr qəsdən adam öldürmə işləri üzrə verilsə də, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri üzrə də xuliqanlıq niyyətinin mahiyyəti eynidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 1 saylı Qərarının 5-ci və 6-cı bəndlərində məhkəmələrə tövsiyə edir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır. Bu səbəbdən, məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bədən xəsarətləri yerinə yetirərəkən gödəkçənin cibindən çıxardığı cib bıçağının həmin vaxt açıq olmaması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 yalnız qolundan xəsarət yetirilməsi barədə məhkəmədə verdikləri ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri Təqsirləndirilən şəxs müdafiəsinə yönəlməklə onun ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və inandırıcı hesab olunmur. Belə ki, məhkəmə həm təqsirləndirilən şəxsin, həm də zərəçəkmiş şəxslərin bu məqamla bağlı ifadələrini qəbul etməyərək hesab edir ki, törədilmiş cinayətin halları ilə bağlı həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri bütün ifadələr, həmçinin şahid ifadələri, ekspertiza rəyləri və sair sübutlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs ona isnad edilən cinayətləri həqiqətən törətmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurması kifayət qədər sübuta yetirilir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, təqsirlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Qarnizonu Hərbi Tribunalının xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in (2000-ci ilədək qüvvədə olmuş) 243-cü maddəsi ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu ildə cəza 6 ilə endirilmiş, xx.xx.2005-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, iş vərəqi 15-16). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edildiyi xx.xx.2005ci il tarixdən 8 ildən çox vaxt keçdiyindən, qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və məhkəmə onu məhkumluğu olmayan şəxs hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, xəstəliyini Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 221.3-cü maddəsinin sanksiyasında isə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər müvafiq olaraq ağır və az ağır cinayət kimi təsnif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə görə cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kateqoriyasına aid olduğundan o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə inzibati qaydada, xx.xx.2019-cu ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən onun barəsində xx.xx.2019cu ildə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmış və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 51-52, 78-79, 146-148, cild 2, 65-66, cild 3, iş vərəqi 4-5, 76-79). Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun inzibati qaydada tutulduğu xx xxxxxxx 2019-cu tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar 267,70 (iki yüz altmış yeddi manat yetmiş qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd pencək, bir ədəd uzunqol köynək və bir ədəd bıçaq məhv edilməli, "Bakcell MMC"-nin xx.xx.2020-ci il tarixli, BKC/LGL-3916/20 nömrəli müşayiət məktubu ilə istintaqa təqdim olunmuş bir ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, işdə olan məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan bir ədəd pencək, bir ədəd uzunqol köynək və bir ədəd bıçaq məhv edilsin. "Bakcell MMC"-nin xx.xx.2020-ci il tarixli, BKC/LGL-3916/20 nömrəli müşayiət məktubu ilə istintaqa təqdim olunmuş bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 267,70 (iki yüz altmış yeddi manat yetmiş qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.