Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-714/2021 07.07.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X22, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi6, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə,
1. xx xxxx 1976-cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 197.1, 200.2.3, 29, 200.2.3, 320.1 və 320.2-ci maddələri ilə,
2. xx xxxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini vəzifəsində işləyən, əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 sentyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1, 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 62, 38, 70-ci maddələri tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, barəsində 01 il sınaq müddəti təyin edilməklə şərti məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 2 may 2005-ci il tarixli qərarı ilə CM-nin 71-ci maddəsinə əsasən şərti məhkumetmə cəzası ləğv olunmuş, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,
müəyyən etdi:
Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, eyni növlü əmtəənin adına oxşar addan istifadə edib xeyli miqdarda ziyan vurmaqla əmtəə nişanından qanunsuz istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, bilə-bilə saxta rəsmi sənəddən istifadə etmiş, fərdi sahibkar kimi mal satan və əhaliyə xidmət göstərən təşkilatda malın keyfiyyətinə dair istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatmış və eyni əsaslarla malın keyfiyyətinə dair istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatmağa cəhd etmişdir. Belə ki, o, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsində 18 aprel 2018-ci il tarixdə ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə ticarət sahəsində fərdi sahibkar qismində qeydiyyata alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə istintaqla müəyyən edilməyən qaydada əldə etdiyi kimyəvi tərkibi qablaşdırılmasında olan əmtəə göstəricilərinə uyğun olmayan, palma (bitki) mənşəli olmaqla, orqanoleptik göstəriciləri, eləcə də, tərkibi “Kərə yağı” məhsuluna aid standartın (DÜST 32261-2013) tələblərinə və qablaşdırmaları üzərindəki yağın növünü bildirən müvafiq göstəriciyə həmçinin, faktiki yağlılıq faizi (86%) qablaşdırması üzərindəki göstəriciyə (82,5%) uyğun olmayan, tərkibində yüksək miqdarda trans yağ turşularının olmasına görə qida üçün yararsız olan, hər bir qutusu üzərində yeganə rəsmi nümayəndə kimi Zərərçəkmiş şəxs2 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunan Belarus Respublikasının “X21” ASC-nin istehsal etdiyi “Belaya Korova” markalı kərə yağı məhsulunun qanuni əsaslarla Azərbaycanda ticarət dövriyyəsində olan 1000 qramlıq qablaşmasının üzərində olan **********694 ştrix kodu, həmçinin, rus əlifbası ilə hüquqi forması - “xxxx” ASC, “xxxx” ASC, hüquqi ünvanı - “Belarus Respublikası, Brest vilayəti, 225643, Luninets şəhəri, Davıdov küçəsi 2” və əlaqə vasitələri - “t/f. +375 1647 334 70, 3 34 46,” “e-mail: mailto:lncmilk@brest.byElektron ünvan , www.lncmilk.by” yazılan, lakin həmin ASC tərəfindən istehsal edilməyən eynicinsli əmtəənin adına oxşar addan - “Belorusskaya Korova” əmtəə nişanından istifadə etməklə, 5 kiloqramlıq qutularda olmaqla cəmi 2860 qutudan ibarət, ümumilikdə 14300 kiloqram yağ məhsulunun istintaqla müəyyən edilməyən ayrı-ayrı fiziki və hüquqi şəxslərə guya əsl kərə yağı məhsuluna aid standartlara və sanitar-epidemioloji qaydalara uyğun istehsal edilməklə tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə cavab verən məhsul kimi təqdim edilərək mal satan və əhaliyə xidmət göstərən Zərərçəkmiş şəxs1 (VÖEN **********) Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən filiallarında satışının təşkil edilməsi üçün, həmin Cəmiyyətin məsul şəxslərinə təqdim edib inandırmaq məqsədilə istintaqla müəyyən edilməyən şəraitdə əldə etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 19500 kiloqram spred (bitki-piy tərkibli yağ) məhsullarının ölkəyə idxal edilərək ticarət dövriyyəsinə buraxılmasına icazə verilməsini təsdiq edən Azərbaycan Respublikasının X11 tərəfindən qanuni əsaslarla verilmiş 3 dekabr 2019-cu il tarixli 00034709 nömrəli məsul şəxs tərəfindən imzalanmış və “Azərbaycan Respublikasının X11 Bakı regional bölməsi” məzmunlu dairəvi möhürlə təsdiq edilmiş rəsmi sənəd olan X4 istifadə etmək məqsədilə 3 dekabr 2019-cu il tarixdən 9 dekabr 2019-cu ii tarixədək olan müddət ərzində istintaqla müəyyən edilməyən yerdə və şəraitdə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında texniki qurğu vasitəsilə kompüterə köçürüb xüsusi proqram təminatı vasitəsilə montaj edilərək sonradan surətini çıxarmaqla həmin sənədin “Ölkə” qrafasında “Rusiya” sözünü “Belorusiya” sözü ilə, “İdxalçı müəssisənin adı və ünvanı” qrafasında ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri, Keşlə qəsəbəsi, İİ Eninə 2” sözləri və rəqəmini ““xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı şəhəri, Keşlə qəsəbəsi, İl Eninə 5” sözləri və rəqəmi ilə, “Göndərən müəssisənin adı və ünvanı” qrafasında “OOO “xxxx” Rusiya” sözlərini “OAO Lunineskiy M3” Belorusiya" sözləri ilə, “Mənşə ölkəsi” qrafasında “Rusiya/Russian” sözlərini “Belorusiya/Belarus” sözləri, “RU” hərf birləşməsini “BLR” hərf birləşməsi ilə, “Yüklənmə yeri” qrafasında “Rusiya” sözünü “Belorusiya” sözü ilə, “Məhsulun adı” qrafasında “Spred (bitki-piy tərkibli yağ)” sözlərini “Kərə yağı” sözləri ilə, “İstehsalçı adı və ünvanı” qrafasında “f/ş X8” sözlərini “OAO Lunineskiy M3” Belorusiya” sözləri ilə əvəz edib çap qurğusu (printer) vasitəsilə üzərində həmin sertifikat üzrə əsas rekvizitİər, rəsmi şəxsin imzası və möhür əksi qalmaqla kağız daşıyıcı üzərində surətini çıxarmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdıraraq qanunsuz hazırlayıb, qeyd edilən yağ məhsullarını satın alması üçün həmin saxta X4 Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 4 ünvanında olan ofisində həmin Cəmiyyətin satınalmalar üzrə direktoru Şahid4 3 dekabr 2019-cu il tarixdən 9 dekabr 2019-cu il tarixədək olan müddət ərzində təqdim edib bilə-bilə qeyd edilən saxta rəsmi sənəddən qanunsuz olaraq istifadə edərək, sonuncunu təklif edilən kərə yağı məhsullarının həqiqiliyinə və keyfiyyətinə inandırmaqla, təklif edilən kərə yağı məhsulunun bir kiloqramının 9 manata olmaqla, ümumilikdə 14300 kiloqramını 128.700,03 manata satışını təşkil etməyə razılaşıb, Şahid4 yağ məhsulunun dəyərinin nağd formada yox hər hansı müəssisənin bank hesabına ödəniləcəyi təqdirdə bu əqdin baş tutacağını bildirməsi ilə əlaqədar cinayətdən xəbərsiz olan tanışı Şahid5 müraciət edib kərə yağı məhsulunu tam qanuni əsaslarla ölkə ərazisinə idxal etdiyini bildirib formal olaraq alqı-satqı müqaviləsinin tərəfi kimi iştirak etməsi məqsədilə müvafiq bank hesabı olan hər hansı hüquqi şəxsin tapılmasına köməklik etməsini xahiş etdikdə, sonuncu bu barədə eyni məqsədlə köməklik etməsi üçün cinayətdən xəbərsiz olan tanışı X26, o da öz növbəsində həmin məqsədlə bu barədə cinayətdən xəbərsiz olan tanışı X23 bildirib köməklik etməsini xahiş etdikdən sonra, sonuncu bu haqda "xxxx” MMC-nin (VÖEN **********) faktiki rəhbəri, eyni zamanda direktor müavini - qeyd olunan kərə yağı məhsulunun keyfiyyətsiz və saxta sənəd əsasında satışının təşkil edilməsindən xəbərsiz olan tanışı Təqsirləndirilən şəxs2 həmin prosesdə müqavilə tərəfi kimi iştirak etməsi barədə bildirdikdə, sonuncu yaranacaq müvafiq vergi borcunun qarşılanacağı və ona mənfəət şəklində əlavə pul veriləcəyi təqdirdə rəhbərlik etdiyi müəssisənin adından müvafiq müqavilə əsasında qeyd edilən kərə yağı məhsulunun satılmasına razılığını bildirməsindən sonra Təqsirləndirilən şəxs2 ilə kərə yağı məhsulunun keyfiyyətsiz və saxta sənəd əsasında satışının təşkil edilməsindən xəbərsiz olan Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Şahid3 arasında 9 dekabr 2019-cu il tarixli 1521 nömrəli “malların alqı-satqı müqaviləsi”nin bağlanmasına nail olub, həmin müqavilə əsasında qeyd edilən 14300 kiloqram saxta yağ məhsulunu 9 dekabr 2019-cu il tarixdə özü şəxsən Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 5 ünvanında fəaliyyət göstərən “xxxx” filialının anbarına təhvil verərək, həmin MMC tərəfindən əvvəlcədən razılaşdıqları qaydada 11 dekabr 2019-cu il tarixli 10825 nömrəli ödəniş tapşırığı əsasında 109.067,82 manat pul vəsaitinin “xxxx” MMC-nin “xxxx” QSC-nin “xxxx” filialında olan AZ06ACAB******************** nömrəli hesabına, həmin tarixli 10826 nömrəli “A” formatlı ödəniş tapşırığı əsasında 19.632,21 manat pul vəsaitinin isə ƏDV qismində X5 AZ07NABZ******************** saylı müxbir hesabına köçürülməsinə nail olub, Təqsirləndirilən şəxs2 tərəfindən həmin hesabdakı 109.067.82 manat pul vəsaiti hesabdan çıxarılıb özünə verildikdən sonra həmin pul vəsaitinin 7.000 manatını Təqsirləndirilən şəxs2 verib, qalan pul vəsaitini öz şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə külli miqdarda ziyan vurmaqla 128.700,03 (bir yüz iyirmi səkkiz min yeddi yüz manat üç qəpik) manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib, keyfiyyətsiz kərə yağı məhsulunun 9 dekabr 2019-cu il tarixdən 27 dekabr 2019-cu il tarixədək olan müddət ərzində mal satan və əhaliyə xidmət göstərən təşkilat olan Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 6 ünvanında fəaliyyət göstərən “Suraxanı” filialında 6,497 kiloqram, Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr. 105/1 ünvanında fəaliyyət göstərən “Xəzər" filialında 15,371 kiloqram, ünvan 8 ünvanında fəaliyyət göstərən “İnşaatçılar” filialında 46,374 kiloqram, Bakı şəhəri Yasamal rayonu, Talıblı 19 ünvanında fəaliyyət göstərən “Yeni Yasamal-1” filialında 14,384 kiloqram, ünvan 10 ünvanında fəaliyyət göstərən “Yeni Yasamal- 2” filialında 10,224 kiloqram, Bakı şəhəri, Xətai rayonu, xxxx pr. 52c ünvanında fəaliyyət göstərən “Maşın bazarı” filialında 1,514 kiloqram, ünvan 11 ünvanında fəaliyyət göstərən “Badamdar” filialında 17,367 kiloqram, ünvan 12 ünvanında fəaliyyət göstərən “Günəşli” filialında 14,045 kiloqram, ünvan 13 ünvanında fəaliyyət göstərən “Xalqlar” filialında 16,684 kiloqram, ünvan 14 ünvanında fəaliyyət göstərən “Radiozavod” filialında 10,415 kiloqram, ünvan 15 ünvanında fəaliyyət göstərən “Əhmədli 1” filialında 23,882 kiloqram, ünvan 16 ünvanında fəaliyyət göstərən “Əhmədli 2” filialında 13,038 kiloqram, ünvan 5 ünvanında fəaliyyət göstərən “xxxx” filialında 39,321 kiloqram və ünvan 17 ünvanında fəaliyyət göstərən “Xırdalan” filialında 18,284 kiloqram olmaqla, ümumilikdə həmin 14 filial üzrə cəmi 247,41 kiloqram yağ məhsulunun saxta sənədlər əsasında satışa çıxarılıb hər kiloqramının 12,99 manata olmaqla, istintaqla müəyyən edilməyən ayrı-ayrı istehlakçılara ümumilikdə 3.213,86 (üç min iki yüz on üç manat səksən altı qəpik) manata satılmasına nail olub vahid niyyətlə mal satan və əhaliyə xidmət göstərən təşkilatda malın keyfiyyətinə dair istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatmış, Zərərçəkmiş şəxs1 MMC-nin mağazalar şəbəkəsində saxta yağ məhsullarının satışının təşkil edilməsi barədə Zərərçəkmiş şəxs2 MMC-nin rəhbərliyinin 20.12.2019-cu il tarixli 1912/20-01 saylı məktubu əsasında qəbul edilmiş Azərbaycan Respublikası X11nin Bakı Regional Bölməsinin rəisinin “yoxlamanın aparılması haqqında” 1/00811 nömrəli, 27 dekabr 2019cu il tarixli qərarına uyğun olaraq həmin Bölmənin əməkdaşlarının Zərərçəkmiş şəxs1 MMC-nin mağazalar şəbəkələrində keçirdikləri plandankənar yoxlamanın nəticəsində bir kiloqramı 12,99 manata satışda olan ünvan 18 ünvanında fəaliyyət göstərən “Suraxanı” filialında 5 kiloqramlıq qutuda 74 ədəd, 18 kiloqram bölünmüş halda, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr. 105/1 ünvanında fəaliyyət göstərən “Xəzər” filialında 5 kiloqramlıq qutuda 102 ədəd, 66,2 kiloqram bölünmüş halda, ünvan 8 ünvanında fəaliyyət göstərən “İnşaatçılar” filialında 5 kiloqramlıq qutuda 346 ədəd, 39 kiloqram bölünmüş halda, Bakı şəhəri, Yasamal rayonu, Talıblı 19 ünvanında fəaliyyət göstərən “Yeni Yasamal-1” filialında 5 kiloqramlıq qutuda 216 ədəd, 69,6 kiloqram bölünmüş halda, ünvan 24 ünvanında fəaliyyət göstərən “Yeni Yasamal-2” filialında 5 kiloqramlıq qutuda 67 ədəd, 41 kiloqram bölünmüş halda, Bakı şəhəri, Xətai rayonu, xxxx pr. 52c ünvanında fəaliyyət göstərən “Maşın bazarı” filialında 5 kiloqramlıq qutuda 73 ədəd, 3 kiloqram bölünmüş halda, ünvan 11 ünvanında fəaliyyət göstərən "Badamdar” filialında 5 kiloqramlıq qutuda 102 ədəd, 17 kiloqram bölünmüş halda, ünvan 12 ünvanında fəaliyyət göstərən “Günəşli” filialında 5 kiloqramlıq qutuda 243 ədəd, 38 kiloqram bölünmüş halda, ünvan 13 ünvanında fəaliyyət göstərən “Xalqlar” filialında 5 kiloqramlıq qutuda 157 ədəd, 54 kiloqram bölünmüş halda, ünvan 26 ünvanında fəaliyyət göstərən “Radiozavod” filialında 5 kiloqramlıq qutuda 117 ədəd, 31,2 kiloqram bölünmüş halda, ünvan 15 ünvanında fəaliyyət göstərən “Əhmədli Q” filialında 5 kiloqramlıq qutuda 249 ədəd, 182,5 kiloqramlıq bölünmüş halda, ünvan 16 ünvanında fəaliyyət göstərən “Əhmədli 2” filialında 5 kiloqramlıq qutuda 103 ədəd, 48,09 kiloqram bölünmüş halda, ünvan 27 ünvanında fəaliyyət göstərən “xxxx” filialında 5 kiloqramlıq qutuda 358 ədəd, 144 kiloqram bölünmüş halda və ünvan 28 ünvanında fəaliyyət göstərən “Xırdalan” filialında 5 kiloqramlıq qutuda 443 ədəd, 51 kiloqram bölünmüş halda olmaqla, ümumilikdə həmin 14 filial üzrə 14052,59 kiloqram “Belorusskaya Korova” əmtəə nişanlı yağ məhsulunun “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” 27 dekabr 2019-cu il tarixli, 1/00811 saylı qərarla satışı qadağan edilib dövriyyədən çıxarıldığına görə ümumilikdə 14.052,59 kiloqram keyfiyyətsiz kərə yağı məhsulunun mal satan və əhaliyə xidmət göstərən Zərərçəkmiş şəxs1 MMC-nin yuxarıda qeyd olunan filiallarında satılmasına nail olmayıb, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək mal satan və əhaliyə xidmət göstərən təşkilatda 185.757 (bir yüz səksən beş min yeddi yüz əlli yeddi) manat dəyərdə malların keyfiyyətinə dair istehlakçıları vahid niyyətlə külli miqdarda aldatmağa cəhd etmiş, həmin hərəkətləri ilə eynicinsli əmtəənin adına oxşar addan istifadə etməklə Zərərçəkmiş şəxs2nə 185.757 (bir yüz səksən beş min yeddi yüz əlli yeddi) manat dəyərdə, yəni xeyli miqdarda ziyan vurmaqla əmtəə nişanından qanunsuz istifadə etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 26 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin (hazırkı adı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin) Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X24 Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmış “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 17 dekabr 2013-cü ildən direktor müavini, faktiki olaraq isə direktoru vəzifəsini icra etməklə, müəssisənin Nizamnaməsinə əsasən, müəssisənin adından etibarnaməsiz (vəkalətnaməsiz) fəaliyyət göstərmək, müəssisənin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən, məhkəmədə müəssisəni təmsil etmək, ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, müəssisənin adından əqdlər bağlamaq, etibarnamələr vermək, rəsmi sənədləri imzalamaq və digər təşkilati-sərəncamverici funksiyalara malik rəhbər vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək 2019-cu ilin dekabr ayının birinci yarısında tanışı X20 özünə müraciət edərək Zərərçəkmiş şəxs1nə (VÖEN **********) Təqsirləndirilən şəxs1 tərəfindən 14300 kiloqram Belarus Respublikası istehsalı olan “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağı məhsulunun satılmasına dair razılığa gəlindiyini, həmin yağ məhsulunun özünün rəhbəri olduğu “xxxx” MMC ilə Zərərçəkmiş şəxs1 MMC arasında formal olaraq bağlanacaq müqavilə əsasında sonuncuya təqdim edilməsi və bununla əlaqədar yaranacaq müvafiq öhdəliklərin, o cümlədən vergi və digər xərclərin Təqsirləndirilən şəxs1 tərəfindən qarşılanacağını bildirməsi ilə əlaqədar rəhbəri olduğu həmin MMC-nin ticarət dövriyyəsinin rentabelli olmaqla sahibkarlıq subyekti kimi etibarlı müəssisə görüntüsü yaratmaq məqsədilə Səməd Qasımova razılıq verib, müvafiq müqavilənin tərtib edilməsi üçün rəhbərlik etdiyi Cəmiyyətin zəruri rekvizitlərini sonuncuya verdikdən sonra Səməd Qasımov tərəfindən 9 dekabr 2019-cu il tarixdə özünə təqdim edilmiş eyni tarixli 1521 nömrəli “malların alqı-satqı müqaviləsi’ni müqavilənin predmetini təşkil edən yağ məhsulunu və onun X4 görmədən, onun insan istehlakı üçün yararlı olub-olmaması barədə maraqlanmadan, malın özü tərəfindən satışının həyata keçirilməməsinə baxmayaraq formal olaraq həmin müqaviləni “xxxx” MMC-nin ünvan 29 ünvanında yerləşən ofisində “xxxx” qrafasında imza edib MMC-nin möhürü ilə təsdiq etməklə, müqaviləyə əsasən verilmiş sifarişə tam uyğun gələn malı sifarişdə müəyyən edilmiş müddətdə və yerdə alıcının iş vaxtı ərzində ona təhvil vermək, sifariş edilməmiş malı alıcıya göndərməmək, mal göndərdiyi nəqliyyat vasitəsinin sifariş edilən malı daşımaq üçün təyin edilmiş standartlara və sanitar-gigiyena tələblərinə uyğun olmasını təmin etmək, malın adı, barkodu, komplekti barədə məlumatları vaxtında alıcıya çatdırmaq, satılan mala dair müvafiq sertifikatların (mənşə, uyğunluq, keyfiyyət, gigiyenik) surətini alıcıya təqdim etmək, satılan malın qanunvericiliklə müəyyən edilmiş standartlara uyğun şəkildə etiketlənməsini təmin etmək kimi tərəfindən icra edilməsi mümkün olmayan vəzifələri öz üzərinə götürüb, həmçinin Səməd Qasımovun bildirməsi ilə 14300 kiloqram kərə yağının ƏDV-yə cəlb edilən hissə 109.067.82 manat və vergidən tutulan əməliyyatlardan ödənilməli ƏDV hissəsi 19.632,21 manat olmaqla, ümumilikdə 128.700,03 manata “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə satılması barədə 9 dekabr 2019-cu il tarixli 572164 nömrəli elektron qaiməni yuxarıda qeyd edilən ünvandakı həmin ofisində tərtib etməklə “xxxx” qrafasında imza edib MMC-nin möhürü ilə təsdiqləyib həmin müqavilə və qaiməni Səməd Qasımova verdikdən sonra həmin müqavilə və qaimə əsasında Təqsirləndirilən şəxs1 qida üçün yararsız və keyfiyyətsiz yağ məhsulu olan, hər bir qutusu üzərində yeganə rəsmi nümayəndə kimi Zərərçəkmiş şəxs2 (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası ərazisinə idxal olunan Belarus Respublikasının “X21” ASC-nin istehsal etdiyi “Belaya Korova” markalı əmtəənin adına oxşar addan - “Belorusskaya Korova” əmtəə nişanından istifadə etməklə, 5 kiloqramlıq qutularda olmaqla cəmi 2860 qutudan ibarət, ümumilikdə 14300 kiloqram yağ məhsulunun 9 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 MMC-nin ünvan 30 ünvanında fəaliyyət göstərən “xxxx” filialının anbarına təhvil verib, Zərərçəkmiş şəxs1 MMC tərəfindən 11 dekabr 2019-cu il tarixli 10825 nömrəli ödəniş tapşırığı əsasında 109.067,82 manat pul vəsaitinin “xxxx” MMC-nin “xxxx" QSC-nin “xxxx” filialında olan AZ06ACAB002101 0000********** saylı hesabına, həmin tarixli 10826 nömrəli “A” formatlı ödəniş tapşırığı əsasında 19.632,21 manat pul vəsaitinin ƏDV qismində X5 AZ07NABZ******************** saylı müxbir hesabına köçürülməsindən sonra 12 dekabr 2019-cu il tarixdə rəhbəri olduğu həmin MMCnin “xxxx” QSC-nin “xxxx” filialında qeyd edilən hesabındakı 109.067,82 manat pul vəsaitini hesabından çıxardıb əvvəlcədən olan razılaşmalarına əsasən 7.000 manatını qeyd edilən xərclərini ödəmək üçün özündə saxlayıb, qalan 102.067.82 manat pul vəsaitini yağ məhsullarının sahibi Təqsirləndirilən şəxs1 təqdim etməsi üçün Səməd Qasımova verib, Zərərçəkmiş şəxs1 MMC və Zərərçəkmiş şəxs2 MMC-nin işgüzar nüfuzuna, istehlakçılar arasında formalaşmış etibarına və sahibkarlıq fəaliyyətinə xələl gətirən həmin hərəkətləri ilə qeyd edilən hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifdəsində göstərmişdir ki, o, 1992-ci ildən Rusiya Federasiyasında yaşayıb işləmişdir. Lakin, hər il bir neçə dəfə Azərbaycan Respublikasına gəlib-getmişdir. 2019-cu ilin noyabr ayında Belarus Respublikasında istehsal olunan “Belorusskaya Korova” markalı kərə yağı məhsulunu Azərbaycana idxal edərək satışının təşkil edilməsi qərarına gəlib Rusiya Federasiyasında adını və anket məlumatlarını xatırlamadığı bir nəfər rus millətindən olan sahibkardan hər biri 5 kiloqramlıq qutularda olmaqla, 14.300 kiloqram yağ məhsulunu alıb Azərbaycan-Rusiya gömrük sərhədinin Xaçmaz rayonu ərazisində olan gömrük-keçid məntəqəsindən Azərbaycana keçirilməsinə nail olmuşdur. Belə ki, həmin şəxsə yağ məhsulunun dəyərini ödədikdən sonra həmin yağ məhsulunu Rusiya Federasiyasından Azərbaycana gələn şəxslərdən xahiş edib onların vasitəsilə hissə-hissə, yəni, qanunun icazə verdiyi çəkidə keçirib Azərbaycanda bir yerdə toplamış, sonra isə həmin yağı aparıb Gəncə şəhərində yaşayan adını hazırda xatırlamadığı bir nəfər tanışının anbarında saxlamışdır. Həmin yağın Azərbaycanda satışını təşkil etmək üçün Zərərçəkmiş şəxs1 MMC-nin Xətai rayonundakı baş ofisinə gedib satınalma müdiri Cavad adlı şəxslə danışıb gətirdiyi yağı almasını təklif etmiş və malın dəyərinin nağd ödənilməsini istəmişdir. Cavad rəhbərliklə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gündən sonra Cavad ona zəng edərək rəhbərliyin onun şərtləri ilə razı olduğunu, malın dəyərini və vəsaiti nağd yox hər hansı müəssisənin bank hesabına ödəyə biləcəklərini demişdir. Ona görə də əvvəlcədən tanıdığı Vilayət adlı şəxslə danışıb ölkəyə gətirdiyi yağın satışı ilə bağlı ondan yağı satın almış Zərərçəkmiş şəxs1 MMC tərəfindən pulun ödənilməsi üçün bank hesabı olan qanuni yaradılmaqla fəaliyyət göstərən firma lazım olduğunu demişdir. Həmçinin Vilayətə demişdir ki, gələcəkdə bu sahədə fəaliyyətini genişləndirib yaxşı qazanc əldə etsə, Vilayətə də zəhmət haqqı kimi pul verəcək. Cavad ondan yağ nümunəsi istəmiş, buna görə də Vilayətlə birlikdə həmin yağdan 5 kiloqramlıq bir qutu götürüb Zərərçəkmiş şəxs1 MMC-nin “Radiozavod” deyilən ərazidəki ofisinə gedib orada məsul şəxs olan Cavada vermişlər. Bundan bir-iki gün sonra Cavad yağ məhsulunun qənaətbəxş hesab olunduğunu və satış üçün qəbul edə biləcəklərini demişdir. Bundan sonra Vilayətin təklifi ilə Vilayətin tanışı Elçin adlı şəxsin yanına getmişdir. Vilayət Elçindən bu işdə köməklik göstərməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra Vilayət Elçinin köməkliyi ilə “xxxx” MMC-nin rəhbəri ilə razılıq əldə edildiyini, lakin, həmin müəssisənin rəhbərliyinə yağ məhsuluna görə yaranacaq vergi borcunu və qazanc şəklində müəyyən qədər pul verilməsinin vacib olduğunu bildirmişdir. X4 ona Vilayət vermişdir. Həmin sertifikatın saxta olmasını o, bilməmişdir. Yaranacaq vergi borcunu və ümumi dövriyyənin 3,5 faizini həmin müəssisənin rəhbərliyinə verə biləcəyini demişdir. Bu şərtlər daxilində müqavilə hazırlanmışdır. Bütün sənədləşmələr hazır olduqdan sonra dövlət qeydiyyat nişanını, markasını və sürücüsünün adını xatırlamadığı soyuduculu yük maşını ilə 14.800 kiloqram yağ məhsulunu 2019-cu ilin dekabr ayının əvvəllərində Gəncə şəhərindən gətirərək Zərərçəkmiş şəxs1 MMC-nin Bakı şəhəri, Binəqədi rayonu, “xxxx” heykəlinin yaxınlığındakı fililalına təhvil vermişdir. Bu qaydada müqavilə əsasında Zərərçəkmiş şəxs1 MMC-nin xxxx filialına yağ məhsulu əvvəlcədən razılaşdırılan çəkidən, yəni, 14.300 kiloqramdan artıq, yəni 14.800 kiloqram olmaqla 500 kiloqram artıq məhsul vermişdir. Bir gün sonra, yəni, 10 dekabr 2019-cu il tarixdə həmin marketin xatırlamadığı bir nəfər əməkdaşı zəng edərək artıq təhvil verilmiş 500 kiloqram yağ məhsulunu geri götürməyini xahiş etmişdir. O da həmin 500 kiloqram yağ məhsulunu təhvil almış, bu barədə malın geri qaytarılması haqqında qaimə tərtib edilmişdir. Həmin 500 kiloqram yağ məhsulunun bir hissəsini ailəsi istifadə etmiş, qalan hissəsi xarab olduğundan həmin mal satılmamışdır. 11 dekabr 2019-cu il tarixdə isə Zərərçəkmiş şəxs1 MMC tərəfindən “xxxx” MMC-nin bank hesabına yağın razılaşdırılmış dəyəri, yəni, 128.700 manat köçürülmüşdür. Ertəsi gün Vilayət zəng edərək yağın dəyərinin ƏDV hissəsi çıxılmaqla qalan 109.000 manatının hesabdan çıxarıldığını, həmin puldan 7000 manat əvvəlcədən razılaşdıqları kimi “xxxx” MMC-nin rəhbərliyinə verildiyini bildirmişdir. Bundan sonra Vilayətlə birlikdə Elçinin yanına gedib 102.000 manat pulu Elçindən götürmüşlər. Həmin puldan 1000 manatı köməklik etdiyi üçün Elçinə vermişdir. Həmin pul vəsaitindən Vilayətə heç bir məbləğdə pul verməmişdir. Həmin hadisələrdən 15- 20 gün sonra Vilayət zəng edərək sözügedən yağ məhsullarının saxta olduğunu bildirmişdir. Həmin yağ məhsulunun saxta olmadığını, xalis kərə yağı olduğunu Vilayətə demişdir. Bu ərəfədə əvvəlcədən tanımadığı Nurlanə adlı xanım zəng edərək “xxxx” MMCnin rəhbəri olduğunu bildirmiş və onun tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə verilən yağ məhsulunun saxta olmasını bildirmişdir. O, isə Nurlanəyə xalis kərə yağı olduğunu demişdir. O, yağ məhsulunu Zərərçəkmiş şəxs1 MMC-nin məsul şəxsi Cavad adlı şəxsə təqdim edərkən yağa dair X3 surətini təqdim etmişdir. Həmin sertifikatın saxta olmasını o, bilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Vilayət Elçinin köməkliyi ilə “xxxx” MMC-nin rəhbəri ilə razılıq əldə etmişdir. Yağı o, yerində kiloqramını 5 manata almış, Azərbaycana gəlib çatana qədər 1 kiloqramı ona 7 manat 20 qəpiyə başa gəlmişdir. Yağ təxminən 2 ay müddətinə hissə-hissə Azərbaycana keçirilmişdir. Azərbacana gələn hər bir şəxs 30 kq yağ keçirə bilər. Ona görə də hissəhissə 2 aya yağ Azərbaycana daşınmışdır. Gömrük bəyyanaməsi tərtib olunmamışdır. Yağa görə gömrük xərci verilməmiş, ona görə ki, ayrı-ayrı şəxslər tərəfindən qanunda nəzərdə tutulmuş çəkidə gömrükdən hissə-hissə keçirilmişdir. Təqsirləndirilən şəxs2 o, tanımamışdır. Vilayətin vasitəsi ilə Rasim Salmanov adlı şəxsin yanına getmişdir. Yağın satılmasına icazəni Rasim Salmanov vermişdir. X3 əsli onda olmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tanışı X2 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətini 26 sentyabr 2013-cü ildə təsis edərək dövlət qeydiyyatından keçirmişdir. MMC-nin qanuni təmsilçisi X1r. Onunla qohumluq əlaqələri vardır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır. Bank hesabı “xxxx” QSC-nin “xxxx” filialındadır. MMC təsis edildiyi vaxtdan direktor müavini işləyir və faktiki olaraq MMC-yə ümumi rəhbərlik etməklə, Cəmiyyəti bütün dövlət orqanlarında, məhkəmələrdə, Vergi orqanlarında təmsil edir. 2019-cu ilin dekabr ayının əvvəlində ticarətlə məşğul olan Səməd adlı tanışı Zərərçəkmiş şəxs1nə 14.300 kiloqram Belarus Respublikası istehsalı olan “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağı məhsulu verilməsinə dair razılığa gəlindiyini bildirib xahiş etmişdir ki, həmin yağ məhsulunu faktiki rəhbəri olduğu “xxxx” MMC vasitəsilə versinlər. O da şirkətin mənfəəti olacağı və müvafiq verginin ödənməsinə kifayət edəcək pul veriləcəyi təqdirdə razı olacağını bildirmişdir. Səməd bu təkliflə razı olub müvafiq müqavilədə əks olunması üçün Cəmiyyətin bank rekvizitlərini götürmüşdür. Bundan bir neçə gün sonra Səməd 09.12.2019-cu il tarixli 2 nüsxədə olan hazır müqaviləni MMC-nin Bakı ofsinə gətirib imza etməyini xahiş etmişdir. O, həmin müqavilədə “xxxx” qrafasından imza edib MMC-nin dairəvi möhürü ilə təsdiq etmişdir. Bundan sonra Səmədin diqtəsi ilə 09.12.2019-cu il tarixli 572164 nömrəli elektron qaimə tərtib edilmişdir. Həmin qaimədə Belarus Respublikası istehsalı olan 14.300 kiloqram kərə yağının əsas məbləğ 109.067,82 manat və ƏDV hissəsi 19.632,21 manat olmaqla, ümumilikdə 128.700,03 manata “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə satılması öz əksini tapmışdır. Həmin qaiməyə Səmədin təklifi ilə o, baş mühasib İrina Əliyeva, sürücü Arzuman Sadıqov imza etmişlər. Bundan sonra həmin qaimə və müqaviləni Səməd götürüb getmişdir. Qeyd edilən yağ məhsulunun Zərərçəkmiş şəxs1 MMC-yə nə vaxt, hansı qaydada, hansı çəkidə və kim tərəfindən verilməsini bilmir. 11 dekabr 2019-cu il tarixdə Səməd müəssisənin hesabına qeyd olunan yağ məhsullarına görə nəzərdə tutulan pul vəsaitinin köçdüyünü bildirmişdir. Bundan sonra bank hesabına baxanda görmüşlər ki, həqiqətən də Zərərçəkmiş şəxs1 MMC tərəfindən nağdsız qaydada ümumilikdə 128.700,03 manat pul vəsaiti bank hesabına ödənilmişdir. 12 dekabr 2019-cu il tarixdə Səmədin təklifi ilə banka gedib həmin pul vəsaitinin əsas hissəsini, yəni, 109.067,82 manatını bank xərcləri çıxılmaqla götürüb nağd şəkildə Səmədə vermişdir. Səməd də əvvəldən razılaşdıqları kimi 7000 manat pulu ona vermişdir. Hesabda qalan 19.632,21 manat ƏDV hissəsi isə nağdlaşdırılmadan dövlət büdcəsinə ödənmişdir. Həmin hadisələrdən 15-20 gün sonra Zərərçəkmiş şəxs1 MMC-nin tanımadığı işçisi zəng edərək yağ məhsullarının saxta olduğunu bildirib məsələyə aydınlıq gətirilməsi üçün ofislərinə dəvət etmişdir. Həmin marketlər şəbəkəsinin Bakı şəhəri, Xətai rayonunda yerləşən ofislərinə getmişdir. Orada görüş zamanı həmin şəxs ona təkrar bildirmişdir ki, “xxxx” MMC ilə Zərərçəkmiş şəxs1 MMC arasında bağlanmış 09.12.2019-cu il tarixli müqavilə üzrə təqdim edilən yağ məhsulları saxtadır. O, bildirmişdir ki, həmin yağ məhsulu ölkə ərazisinə rəhbərlik etdiyi müəssisə tərəfindən idxal edilməmiş, mənşəyini bilmir. Market əməkdaşı həmçinin bildirmişdir ki, həmin yağ məhsulunu Elşən adlı şəxs onlara təqdim etmiş, lakin, telefonlara cavab vermir. Bundan sonra Səmədə zəng edərək Səmədi ofisə dəvət etmişdir. Səməd də tanımadığı 50-60 yaşlarında Vilayət adlı şəxslə ofisə gəlmiş və Vilayəti təqdim edib bildirmişdir ki, həmin yağ məhsulları Vilayətin tanışı Elşən adlı şəxsə məxsusdur. Vilayətdən Elşən adlı şəxsin telefon nömrəsini götürüb Elşənlə əlaqə saxlamışdır. Elşən telefonda bildirmişdir ki, heç br narahatçılıq yoxdur, özü məsələni həll edəcək. Elşən adlı şəxlə o, yalnız telefonda danışmışdır. O, yağ məhsulunun və qida təhlükəsizliyi sertifikatının saxta olmasını bilməmişdir. Həmin saxta sertifikatı marketə Elşən təqdim etmişdir. Həmin yağ məhsulunun saxta olmasını bilməmiş, sadəcə maddi mənfəət əldə etmək üçün tərəf qismində iştirak etmişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, müxtəlif ölkələrlə müqavilə bağlayıb mal almışlar, aldıqları malları rəsmi almışlar. Gömrük sənədləri və s. bütün sənədlərlə mal almışlar. Tenderlə qalib gəldikləri şirkətlərin mallarını alıb, 3-cü tərəfə vermişlər. Hazırkı cinayət işində yağın keyfiyyətindən, sənədlərin saxta olmasından məlumatı olmamışdır. O, mənfəət əldə etmək üçün tərəf qismində iştirak etmişdir. Müqaviləni ona Səməd gətirmiş, Səmədlə uzun müddət işlədiklərindən, Səmədə inanmışdır. Məhsuldan və sənədlərdən məlumatı olmamışdır. Səhv etmişdir ki, inanıb müqaviləyə imza etmişdir. Bu onun səhvidir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin adından sənədi imzalamaq səlahiyyəti olmuşdur. O, hazır müqaviləyə imza etmiş, digər tərəfin iştirakı olmadan müqaviləni imzalamışdır. O, sertifikatı görməmişdir. İşlədiyi MMCnin VÖEN-i olmuş, hüquqi ünvanı ünvan 31 Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır. Məhkəmə iclasında zəzərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında göstərmişdir ki, Təqsirləndirilən şəxs1 14.300 kq saxta yağ satmaqla Zərərçəkmiş şəxs1nə 126.000 manat məbləğində maddi ziyan vurmuşdur. Hal-hazıra qədər dəymiş maddi ziyan ödənilməmişdir. Dəymiş maddi ziyanı tələb edirlər. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC-nin rəhbərliyinə Zərərçəkmiş şəxs1 MMC-nin mağazalar şəbəkəsində özünü Azərbaycanda rəsmi müvəkkili olduğu “Belaya Korova” markalı kərə yağının ştrix kodu yazılmaqla saxtalaşdırılmış “Belorusskaya Korova” adlı yağ məhsulunun satışda olduğu məlum olmuşdur. Həmin ştirx kod isə Zərərçəkmiş şəxs2 MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aiddir. Təqsirləndirilən şəxs E.Qələnədrovun hərəkəti nəticəsində Zərərçəkmiş şəxs2 MMC-nin mənafeyinə mühüm zərər dəymişdir. Hazırda Zərərçəkmiş şəxs2 MMC-dən heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin avqust ayından Azərbaycan Respublikası X11nin Bakı X27 Təhlükəsizliyinə nəzarət böyük məsləhətçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs2 MMC-nin rəhbərliyi 20.12.2019-cu il tarixli 1912/20-01 saylı məktubla müraciət edərək Zərərçəkmiş şəxs1 MMC-nin mağazalar şəbəkəsində özünün Azərbaycanda rəsmi müvəkkili olduğu “Belaya Korova” markalı kərə yağının ştrix kodu yazılmaqla saxtalaşdırılmış “Belorusskaya Korova” adlı yağ məhsulunun satışda olduğunu bildirib qanuni tədbir görülməsini xahiş etmişdir. Bundan sonra Azərbaycan Respublikası X11nin “Yoxlamanın aparılması haqqında” qərarı ilə Zərərçəkmiş şəxs1 MMC-yə məxsus ünvan 32 ünvanında yerləşən ticarət şəbəkəsində növbədənkənar yoxlama aprılmış, həmin yoxlamanın aparılması ona həvalə edilmişdir. Həmin qərar əsasında o, və Azərbaycan Respublikası QTA-nin Bakı Regional Bölməsinin İdxal və İxraca nəzarət sektorunun məsləhətçisi Şahid2 ilə birlikdə qərarda göstərilən ünvana getmişlər. Aparılan yoxlama zamanı marketin yağ satışı hissəsində 117 ədəd 5 kiloqramlıq qutu və 31,2 kiloqram bölünmüş halda “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağının saxtalaşdırılmış qablaşmada satışının həyata keçirildiyi aşkar olunmuşdur. Araşdırma zamanı “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın ştrix kodunun saxta olduğu müəyyən edilmişdir. Belə ki, qeyd olunan kod Zərərçəkmiş şəxs2 MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aiddir. Yoxlama zamanı Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Şahid3 yağ satan “xxxx” MMC tərəfindən onlara verilən sertifikatın və müqavilənin surətini təqdim etmişdir. Həmin sertifikatla bağlı ilkin araşdırma aparılanda məlum olmuşdur ki, “Belorusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan yağlar “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus ticarət şəbəkələrinə təqdim edilərkən idxalçı müəssisə “xxxx” MMC qeyd olunan saxtalaşdırılmış qida təhlükəsizliyi sertifikatı təqdim edilmişdir. Həmin sertifikatda “İdxalçı müəssisənin adı və ünvanı”, “Göndərən müəssisənin adı və ünvanı”, “Mənşə ölkəsi”, “Yüklənmə yeri”, “İstehsalçının adı və ünvanı” bölmələri saxtalaşdırılmışdır. “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın markalanmasında istehsalçısının “xxxx” ASC olması qeyd olunmuş, Belarusiya Respublikasının “xxxx” ASC süd zavodundan daxil olmuş 26.12.2019-cu il tarixli məktubda həmin şirkətin “Belorusskaya Korova” əmtəə nişanlı yağ istehsal etmədiyi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Şahid3 və etibarnamə üzrə nümayəndəsi X16 malların sayılması prosesində iştirak etmişlər. Həmin mağazalar şəbəkəsinin bütün filiallarında olan “Belorusskaya Korova” adlı yağ məhsulları sayılaraq Şahid3 tərəfindən məlumatlar təqdim edilmiş, bu barədə protokol və akt tərtib edilmişdir. Müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs1 MMC-yə məxsus Zərərçəkmiş şəxs1 şəbəkələrinin Bakı şəhərində və Abşeron rayonunda fəaliyyət göstərən 14 filialında, ümumilikdə 14052,59 kiloqram yağ məhsulu mövcuddur. Həmin fakt yenidən yoxlanılıb doğruluğu təsdiq edilmişdir. Aparılan müayinələr zamanı yağ turşularının kütlə payının nisbəti normativ sənədlərin tələblərinə uyğun olmadığı, bununla da həmin məhsulun saxtalaşdırıldığı, yağın kərə yağı olmadığı faktı öz təsdiqini tapmışdır. 27.12.2019-cu il tarixli “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərarla həmin məhsulların satışı qadağan edilməklə dövriyyədən çıxarılıb akt tərtib edilməklə müvafiq filiallarda saxlanca verilmişdir. Yağlar aşkar edilərkən Zərərçəkmiş şəxs1 MMC-nin direktoru Şahid3 həmin yağ məhsulunu Təqsirləndirilən şəxs1 adlı şəxsin onlara təqdim etdiyini bildirib, həmin şəxsin şəxsiyyət vəsiqəsinin kserosurətini təqdim etmişdir. Ölkəyə mal daxil olanda həmin məhsuldan laborator nümunələr götürülür. Azərbaycana daxil olan mallara idxal şöbəsi nəzarət edir. Mağazanın malı gömrük bəyənnaməsi olmadan götürüb-götürməməsini bilmir. Özəl laboratoriyalarda məhsul laborator yoxlamadan keçsə də, onlar yoxlayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 direktoru- qanuni təmsilçisi vəzifəsində işləmişdir. Cəmiyyətin Bakı şəhəri və Abşeron rayonunda ümumilikdə 14 filialı var. Müəssisənin satınalmalar müdiri işləmiş Şahid4 2019-cu ilin dekabr ayında əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs1 müvafiq X4 təqdim edib münasib qiymətə, yəni hər kiloqramı 9 manata olmaqla, ümumilikdə 128.700,03 manata, 14.300 kiloqram Belarus Respublikası istehsalı olan “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağı məhsulu təklif etdiyini bildirmişdir. Buna görə həmin yağ məhsulunun qəbul olunmasına razılıq vermişdir. Bundan sonra Cavad standart formada olan iki nüsxədə müqaviləni imzalayıb möhürlə təsdiq etməyi üçün ona təqdim etmişdir. Həmin vaxt Elşən adlı şəxs də Cavadın yanında olmuşdur. Elşən təqdim etdiyi yağ məhsulunu Belarus Respublikasından idxal etdiyini, ölkədə yeni məhsul olduğu üçün qismən ucuz qiymətə təklif etdiyini bildirmişdir. Həmçinin qiymətinin ucuz olduğu üçün nağd alınmasını təklif etmişdir. Elşən yağı onun tanışının rəhbərlik etdiyi “xxxx” MMC-nin adından təqdim etdiyini bildirmişdir. Müvafiq müqavilədə də məhz “xxxx” qismində həmin MMC-nin direktoru Təqsirləndirilən şəxs2 Arif qızı imza etmişdir. O, şəxsən həmin vaxt Təqsirləndirilən şəxs2 görməmiş, müqaviləyə “alıcı” qismində imza edib Zərərçəkmiş şəxs1 MMC-nin möhürünü vurmuşdur. Bundan sonra iki nüsxədə müqavilə “xxxx” MMC-nin məsul şəxsi tərəfindən imza edilməsi üçün Elşənə verilmişdir. Elşən də bir qədər sonra həmin müqaviləni imzalamış və “xxxx” MMC-nin dairəvi möhürü ilə təsdiq edilmiş halda qaytarmışdır. Elə həmin gün, elektron qaimə tərtib edilməklə “xxxx” MMC-nin məsul şəxslərinin imzası ilə təsdiq edilmişdir. Qeyd edilən yağ məhsulu Elşən tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə təhvil verilmişdir. Bundan sonra, yəni, 11.12.2019cu il tarixdə ödəniş tapşırıqları əsasında həmin məhsulların dəyəri nağdsız qaydada “xxxx” MMC-nin bank hesabına ödənilmişdir. Həmin yağ məhsulları şəbəkəyə daxil olan bütün filiallarda satışa çıxarılmışdır. 27.12.2019-cu il tarixdə Azərbaycan Respublikası X11nin əməkdaşları ünvan 33 ünvanında yerləşən “Radiozavod” filialına gəlib satışda olan “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağı məhsulunun və sertifikatının saxta olduğunu bildirmişlər. Həmin vaxt aydın olmuşdur ki, Təqsirləndirilən şəxs1 aldadaraq saxta qida təhlükəsizliyi sertifikatı təqdim etməklə həmin yağ məhsullarının satışa çıxarılmasına nail olmuşdur. Agentlik əməkdaşları tərəfindən aparılan araşdırma zamanı “Belorusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın ştrix kodunun saxta olduğu müəyyən edilmişdir. Belə ki, qeyd olunan ştrix kod Zərərçəkmiş şəxs2 MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı kərə yağına aiddir. “xxxx” MMC tərəfindən onlara verilən 03.12.2019-cu il tarixli, 00034709 nömrəli sertifikatla bağlı ilkin araşdırma aparanda məlum olmuşdur ki, “Belorusskaya Korova” əmtəə nişanlı mənşəyi məlum olmayan yağlar “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus ticarət şəbəkələrinə təqdim edilərkən idxalçı müəssisə “xxxx” MMC qeyd olunan 03.12.2019-cu il tarixli 00034709 saylı saxtalaşdırılmış qida təhlükəsizliyi sertifikatı təqdim edilmişdir. Sertifikatın əslini Cavad telefon vasitəsi ilə ona göstərmişdir. Lakin, onlara sertifikatın surəti təqdim olunmuşdur. Həmin sertifikatda “İdxalçı müəssisənin adı və ünvanı”, “Göndərən müəssisənin adı və ünvanı”, “Mənşə ölkəsi”, “Yüklənmə yeri”, “İstehsalçının adı və ünvanı” bölmələri saxtalaşdırılmışdır. Bundan sonra Cəmiyyətin Bakı şəhəri və Abşeron rayonunda ümumilikdə 14 filialında olan həmin yağ məhsulları sayılaraq satışdan çıxarılmışdır. Həmçinin, Agentliyin əməkdaşları həmin yağ məhsulunun satışının qadağan edilməsi haqqında qərar qəbul edib saxlanması üçün təqdim etmişlər. Bu qaydada həmin saxta yağ məhsulunun təxminən 248 kiloqramı onlar tərəfindən istehlakçılara satılmışdır. Bu barədə Agentliyə məlumat verilmiş və onlar tərəfindən yoxlanılaraq doğruluğu təsdiq edilmişdir. Bütün bu səbəblərdən həmin yağ məhsulunu təqdim edən Elşən adlı şəxsə zəng edib bu haqda demişdir. Elşən əvvəlcə heç bir problem olmadığını, məsələni həll edəcəyini desə də, sonradan telefonlara cavab verməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid3 bildirmişdir ki, bir ildir işləmir. Bu saxtakarlığın mənbəyi ondadır ki, Təqsirləndirilən şəxs1 onlara təqdim etdiyi sənəd saxta olmuşdur. X7 yoxlamasından sonra malın saxta olmasını bilmişlər. Bundan əvvəl Təqsirləndirilən şəxs1 mal almamışlar. O, Təqsirləndirilən şəxs2 görməmiş, Təqsirləndirilən şəxs1 müqaviləni onlara qaytaranda Təqsirləndirilən şəxs2 imzası və möhür olmuşdur. Elan olunmuş cinayət işinin 1-ci cild 53-57-ci vərəqələrində olan Müqaviləyə və müqavilənin sonunda olan imzaya əsasən Şahid3 bildirmişdir ki, ona təqdim olunmuş müqavilədə olan imza onundur. Müqaviləni o imza etmiş və möhür vurmuşdur. Müqavilənin 2.3-cü bəndində olan “Alıcı”nın hüquqları ona aydındır. Müqavilədə gösərilənlərə o, əməl etmir. Müqavilə hüqüqşunas tərəfindən tərtib olunmuş hazır şablon müqavilə olur. Müqavilə hazırlanır və o, müqaviləni imzalayıb möhür vurur. Təqsirləndirilən şəxs sertifikatın surətini təqdim etmiş, müqaviləni o, imzalayıb möhür vurandan sonra Elşən həmin müqaviləni aparıb “xxxx” MMC-nin dairəvi möhürü ilə təsdiq edilmiş halda qaytarmışdır. O, Təqsirləndirilən şəxs1 «xxxx” MMC-nin işçisi kimi bilmişdir. Müqavilədə həm xxxxnın, həm də alıcının hüquq və vəzifələri izah olunmuşdur. Əslində müqaviləni hər iki tərəf bir yerdə həmin müqaviləni tərtib edib imzalamalı imiş. Sertifikatı ona Cavad telefon vasitəsi ilə göstərmiş, sertifikatın əsli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 satınalmalar üzrə direktoru vəzifəsində işləmişdir. Satınalmalar üzrə direktor kimi əsas vəzifəsi mağazalar şəbəkəsinə mal alışını təmin etməkdən ibarət olmuşdur. Dövlət standartına uyğun olmayan, müvafiq sertifikatı təqdim edilməyən heç bir məhsul həmin mağazalara qəbul olunmamışdır. Şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 müraciət edərək, müvafiq X3 əslini təqdim edib münasib qiymətə, yəni, hər kiloqramı 9 manata olmaqla, 14.300 kiloqram Belarus Respublikası istehsalı olan “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağı məhsulu olduğunu bildirib alınmasını təklif etmişdir. Təqsirləndirilən şəxs1 X3 mühasibatlığa surətini təqdim etsə də, o, Elşəndə sertifikatın əslini görmüşdür. Təqsirləndirilən şəxs1 həmin məhsulun Azərbaycan bazarında yeni olduğu üçün ucuz qiymətdən təklif etdiyini bildirib, dəyərinin əvvəlcədən ödənilməsini istəmişdir. Bu barədə Zərərçəkmiş şəxs1 MMC-nin təsisçisi X9 və direktor Şahid3 demişdir. Şahid3 də həmin yağ məhsulunun qəbul olunmasına razılıq vermişdir. Bundan sonra standart formada olan 09.12.2019-cu il tarixli 1521 saylı müqaviləni iki nüsxədə hazırlayıb Şahid3 təqdim etmişdir. Həmin vaxt Elşən də orada olmuşdur. Elşən məhsulu yaxınlarının rəhbərlik etdiyi “xxxx” MMC-nin adından təqdim edəcəyini bildirmişdir. Müvafiq müqavilədə də məhz “xxxx” qismində həmin MMC-nin direktoru Təqsirləndirilən şəxs2 Arif qızı imza etmişdir. Şahid3 müqaviləyə “alıcı” qismində imza edib Zərərçəkmiş şəxs1 MMC-nin möhürünü vurmuş, bundan sonra iki nüsxədə müqavilə “xxxx” MMC-nin məsul şəxsi tərəfindən imza edilməsi üçün Elşənə verilmişdir. Elşən də bir qədər sonra həmin müqaviləni imzalanmış və “xxxx” MMC-nin dairəvi möhürü ilə imzalanmış halda qaytarmışdır. Bundan sonra elə həmin gün, yəni 09.12.2019-cu il tarixdə 572164 nömrəli elektron qaimə tərtib edilməklə “xxxx” MMC-nin məsul şəxslərinin imzası ilə təsdiq edilmiş yağ məhsulu Zərərçəkmiş şəxs1 MMC-yə təhvil verilmişdir. Bundan sonra, yəni, 11.12.2019-cu il tarixdə ödəniş tapşırıqları əsasında həmin məhsulların dəyəri nağdsız qaydada “xxxx” MMC-nin bank hesabına ödənilmişdir. Qeyd olunan yağ məhsulları şəbəkəyə daxil olan 14 filialda satışa çıxarılmışdır. 27.12.2019-cu il tarixdə Azərbaycan Respublikası X11nin əməkdaşları ünvan 33 ünvanında yerləşən “Radiozavod” filialına gəlib satışda olan “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağı məhsulunun və sertifikatının saxta olduğunu bildirmişlər. Həmin vaxt məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 aldadaraq saxta qida təhlükəszliyi sertifikatı təqdim etməklə həmin yağ məhsullarının satışa çıxarılmasına nail olmuşdur. Faktiki olaraq Zərərçəkmiş şəxs1 MMC tərəfindən Təqsirləndirilən şəxs1 14.300 kiloqram yağın dəyərinin ödənildiyini bildirmişdir. Belə ki, ilkin olaraq da Təqsirləndirilən şəxs1la 14.300 kiloqram yağ məhsulunun alınmasına dair razılığa gəlinmiş, lakin, Elşən razılaşdırılmış çəkidən 500 kiloqram artıq yağ məhsulunu təhvil vermişdir. Anbardar bu barədə məlumatlı olmadığından, artıq gətirilmiş 500 kiloqram yağı da anbara yerləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1la danışılmış və həmin artıq anbara təhvil verdiyi 500 kiloqram yağ Elşənə qaytarılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid4 bildirmişdir ki, yağı Təqsirləndirilən şəxs1 özündən almışlar. Yağın keyfiyyətini onlar yoxlamır. Sertifikatın əsli Elşəndə qalmış, o, Elşəndən sənədin əslini tələb etməmişdir. Əvvəllər Zərərçəkmiş şəxs1də həmin yağdan satılmamışdır. Yağın Təqsirləndirilən şəxs1 alınması barədə Zərərçəkmiş şəxs1 MMC-nin rəhbəri Rasim Salmanovun məlumatı olmuşdur. Müqaviləni o, tərtib etmiş, Şahid3 müqaviləyə “alıcı” qismində imza etmişdir. Onlara əvvəlcədən 5 kq yağ verilmişdir. Yağın keyfyyətini mətbəxdə yoxlamışlar. Yağın iyi və dadı yaxşı olmuşdur. Təqsirləndirilən şəxs1 X3 surətini təqdim etsə də, o, Elşəndə sertifikatın əslini görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 2016-cı ildən Zərərçəkmiş şəxs1ndə müxtəlif vəzifələrdə, 2018-ci ilin təxminən yaz aylarından Cəmiyyətin “xxxx” filialının müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 MMC mağazalar şəbəkəsi kimi ölkədə ən iri pərakəndə satış müəssisələrindən biridir və Bakı şəhəri və Abşeron rayonunda ümumilikdə 14 filialı fəaliyyət göstərir. Filial müdiri kimi vəzifəsi Bakı şəhəri, Binəqədi rayonunda fəaliyyət göstərən Cəmiyyətin “xxxx” filialının ümumi işinə rəhbərlik etməkdən ibarətdir. Həmin mağazada müxtəlif təyinatlı qida və qeyriqida məhsullarının pərakəndə satışı təşkil edilməklə istehlakçılara təqdim edilir. Ayrı-ayrı təchizatçılar mağazalar şəbəkəsinin rəhbərliyi ilə müvafiq qaydada razılaşdıqdan sonra müqavilə bağlanılır və buna uyğun olaraq mallar filialların anbarına daxil olur. Hər hansı fililal müdirinin hər hansı malın mağazalara qəbul olunmasına dair qərar vermək, sair formada sövdələşmək səlahiyyəti yoxdur. Filial müdirləri baş ofisin verdiyi tapşırıqlar üzrə müxtəlif təyinatlı məhsulları anbara qəbul edib, yenə baş ofisin müəyyən etdiyi qiymətdə satışını təşkil edirlər. 9 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 MMC-nin satınalma direktoru Şahid4 bildirmişdir ki, müdiri olduğu Zərərçəkmiş şəxs1 mağazalar şəbəkəsinin “xxxx” filialına Elşən adlı şəxs yük maşını ilə “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağı gətirəcək və həmin məhsulu qəbul edib anbara yerləşdirilməlidir. Bu barədə o, “xxxx” filialında mal qəbulu üzrə operator işləyən Şahid6 demişdir. Cavad da həmin gün Elşən adlı şəxsin gətirdiyi yağ məhsullarını hər biri 5 kiloqramlıq qablaşmada olmaqla cəmi 14.800 kiloqram məhsulu qəbul etmişdir. Mallara baxış keçirəndə müəyyən olunmuşdur ki, yağ məhsulu ümumilikdə 14.800 kiloqramdır və 500 kiloqram yağ məhsulunun qablaşması, yerdə qalan 14.300 kiloqramın qablaşmasından fərqlidir. Dərhal bu haqda Cəmiyyətin satınlama direktoru Şahid4 bildirilmişdir. Şahid4 bildirmişdir ki, qeyd edilən yağ məhsulunun 14.300 kiloqram alınmasına dair razılaşma olmuş, 500 kiloqramı isə artıqdır. 10 dekabr 2019-cu il tarixdə həmin yağ məhsulunu təqdim edən Elşən adlı şəxs gələrək digər hissəsindən fərqli qablaşdırılmış 500 kiloqram yağ məhsulunu təhvil alıb aparmışdır. Qaimədə mal qəbulu üzrə operator işləyən Şahid6 anbara qəbul edilmiş 14.300 kiloqram yağ məhsulunu marketlər şəbəkəsinin filialları arasında bölüşdürülməklə satışa çıxarmışdır. Sonradan məlum olmuşdur ki, həmin yağ məhsulları saxta olduğuna görə satışdan çıxarılmış və satışına qadağa qoyulmuşdur. Həmin vaxt baxış keçirilərək müdiri olduğu filialda 358 ədəd 5 kiloqramlıq qablaşmada və 144 kiloqram açıq halda olmaqla digər 13 filialla birlikdə ümumilikdə, 14052,59 kiloqram yağ məhsulunun mövcud olduğu müəyyən edilməklə satışına qadağa qoyulmuşdur. Mağazalar şəbəkəsinə daxil olan 14 filial üzrə hər kiloqramı 12,99 manata olmaqla, ümumilikdə 247 kiloqram yağ isə ayrı-ayrı istehlakçılara satılmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid7 bidirmişdir ki, məhsulun alınmasını baş ofis təklif etmişdir. Filial müdirləri baş ofisin verdiyi tapşırıqlar üzrə müxtəlif təyinatlı məhsulları anbara qəbul edirlər. Mallar baş ofisin müəyyən etdiyi qiymətdə satılır. O, təqsirləndirilən şəxsi tanımır. Mallar filiallara verilmiş, lakin, malların һamısı satılmamışdır. Malın nə qədər satılmasını o, bilmir. Sonradan məlum olmuşdur ki,mal saxtadır və mal satışdan çıxarılmışdır. Yağın saxta olmasından məlumatı olmamışdır. Malın standartlara uygun olub-olmamasına baş ofis cavabdeһdir. Hər filialın öz anbarı var. Ən böyük filial onların filialıdır. Böyük soyuducuları var. Mal onlara qəbul olunub sonra digər filiallara paylanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən Zərərçəkmiş şəxs1 MMC-də mal qəbulu üzrə operator vəzifəsində işləyir. Mağazalar şəbəkəsinin “xxxx” filialına gətirilən malları qəbul edir. İşlədiyi müəssisə ilə müqaviləsi olan ayrı-ayrı hüquqi və ya fiziki şəxslər müxtəlif adda məhsulları gətirib təhvil verərkən həmin malları sayıb, malın növündən asılı olaraq bəzən isə çəkərək qəbul edir. Hər günün sonunda qəbul edilmiş mallar marketin sisteminə işlənilir, sonra həmin məlumatların doğruluğu baş ofisdə yoxlandıqdan sonra sistemin bazasına köçürülür. 9 dekabr 2019-cu il tarixdə işlədiyi Zərərçəkmiş şəxs1 mağazalar şəbəkəsinin “xxxx” filialının müdiri Şahid7 mağazanın anbarının qarşısında yük maşınında olan 14.800 kiloqram “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağını anbara qəbul etməyini tapşırmışdır. Həmin yağ məhsulunu şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1 yük maşını ilə gətirmişdir. Bundan sonra həmin yağ məhsullarını sayaraq anbara qəbul etmişdir. Həmin yağ məhsulları hər biri 5 kiloqramlıq qablaşmada olmaqla, cəmi 2960 qutudan ibarət olmuşdur. Ertəsi gün filial müdiri Elman tərəfindən həmin mallara baxış keçiriləndə müəyyən edilmişdir ki, yağ məhsulu əvvəlcədən razılaşdırılan çəkidən, yəni 14.300 kiloqramdan artıqdır və artıq olan 500 kiloqram yağ məhsulunun qablaşması, 14.300 kiloqramın qablaşmasından fərqlidir. Buna görə də 10 dekabr 2019-cu il tarixdə digər hissəsindən fərqli qablaşdırılmış 500 kiloqram yağ məhsulu Təqsirləndirilən şəxs1 geri qaytarılmışdır. Buna dair malın geri qaytarılması haqqında qaimə tərtib edilmiş, həmin qaimədə 500 kiloqram yağın geri qaytarılması öz əksini tapmışdır. Bundan sonra anbara qəbul edilmiş 14.300 kiloqram yağ məhsulu marketlər şəbəkəsinin filialları arasında bölüşdürülməklə satışa çıxarılmışdır. Sonradan eşitmişdir ki, həmin yağ məhsulları saxta olduğuna görə satışdan çıxarılmış və satışına qadağa qoyulmuşdur. Onun yağın keyfiyyəti ilə bağlı məlumatı olmamışdır. Bu onun səlahiyyətində deyil, o, ancaq malın qəbulu ilə məşğul olur. Sonradan ona məlum olmuşdur ki, təqsirləndirilən şəxsin gətirdiyi yağ məhsulları keyfiyyətsizdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid Şahid5 ifadəsindən görünür ki, 2014-2015-ci illərdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində çay evlərindən birində təsadüfən əslən Şəmkir rayonundan olan təxminən 45 yaşlarında, soyadını bilmədiyi Elşən adlı şəxslə tanış olmuşdur. Elşən həmin vaxt söhbət əsnasında bildirmişdir ki, əsasən Rusiya Federasiyasında yaşamaqla orada biznes fəaliyyəti ilə məşğul olur. Həmin vaxtdan sonra əlaqələri olmamışdır. 2019-cu ilin noyabr ayında və ya dekabr ayının əvvəlində yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində evinin yaxınlığında gəzişərkən təsadüfən yenə Elşənlə görüşmüşdür. Elşən bildirmişdir ki, Belarus Respublikasında özünün və yaxınlarının süd emalı zavodu var və həmin zavodun istehsal etdiyi kərə yağı məhsullarını Azərbaycana idxal etmək istəyir. Təklif etmişdir ki, bu işlərdə ona köməklik edib nəticədə qazanc əldə etsin. Hər şeyin qanuna uyğun olacağı təqdirdə ona işlərində köməklik edə biləcəyini demişdir. Bundan sonra Elşən bildirmişdir ki, həmin zavodun istehsal etdiyi kərə yağı məhsulundan az miqdara, 14 ton Azərbaycana gətirib və həmin yağı Zərərçəkmiş şəxs1 MMC-yə satmaq barədə razılığa da gəlib. Elşənin deməsinə görə həmin MMC məhsulu yalnız rəsmi müqavilə əsasında qəbul edir və bunun üçün zəruri olan bütün sənədləşmələri aparmaq üçün qida sahəsində fəaliyyət göstərən müəssisə lazımdır. Əvvəlcədən tanıdığı sahibkarlıqla məşğul olan Elçin adlı şəxsə zəng edərək bu haqda deyib köməklik etməsini xahiş etmiş, sonuncu da onları ofisinə dəvət etmişdir. Elşənlə birlikdə Elçinin ünvan 35 ünvanında yerləşən ofisinə getmişlər. Elşəni Elçinə təqdim edib Belarus Respublikasından Azərbaycana yağ məhsulu gətirdiyini, Zərərçəkmiş şəxs1 MMC ilə müqavilə bağlanaraq həmin marketlər şəbəkəsinə davamlı olaraq Belarus Respublikası istehsalı olan kərə yağı veriləcəyinə dair razılığa gəlindiyini, qeyd edilən yağ məhsulunun həmin marketlər şəbəkəsinə verilməsi üçün qida sahəsində fəaliyyət göstərən hər hansı müəssisənin lazım olduğunu bildirmişdir. Həmin vaxt Elşən Elçinə həmçinin bildirmişdir ki, həmin müəssisənin yağ məhsuluna görə yaranacaq vergi borcu ödəniləcək, həmçinin ümumi dövriyyənin təxminən 3,5 faizi məbləğində müəssisəyə qazanc şəklində pul verəcəkdir. Elçin bildirmişdir ki, rəhbəri olduğu müəssisə qida sahəsində fəaliyyət göstərmir, lakin bu sahədə təcrübəsi olan müəssisə tapmaq olar. Bundan sonra Elçinlə sağollaşıb oradan getmişlər. Həmin gün və ya ertəsi gün Elşən Zərərçəkmiş şəxs1 MMC sınaq üçün ondan yağ məhsulu istədiyini bildirib bir qutu yağ məhsulunu özü ilə gətirib Nərimanov metrostansiyasının yaxınlığına gəlmişdir. Həmin bir qutu 5 kiloqramlıq yağı Zərərçəkmiş şəxs1 MMC-nin “Radiozavod” deyilən ərazidəki ofisinə aparmışlar. Oraya çatanda Elşən maşından düşüb yağı özü ilə götürüb ofisə daxil olmuş və yağı sınaq üçün marketin rəhbərliyinə vermişdir. Həmin ərəfədə Elçin zəng edib “xxxx” MMC-nin rəhbərliyi ilə razılaşdığını bildirmişdir. O, da bu barədə Elşənə demişdir. Elşən marketlə əlaqə saxladıqdan sonra müqavilənin hazırlanması üçün "xxxx” MMC- nin zəruri rekvizitlərinin lazım olduğunu demişdir. O, da həmin məlumatları Elçindən götürüb Elşənə vermişdir. Təxminən rekvizitləri verdiyi gün və ya ertəsi gün Elşən 2 nüsxədə olmaqla 9 dekabr 2019cu il tarixli hazır müqaviləni və satılması nəzərdə tutulan yağ məhsulunun çəkisi, qiyməti və sair məlumatları verib xahiş etmişdir ki, müqaviləni “xxxx” MMC- nin rəhbəri Təqsirləndirilən şəxs2 imza etdirməsi üçün Elçinə versin. Həmçinin Elşən xahiş etmişdir ki, verdiyi məlumatlar əsasında elektron qaimə də tərtib edilsin. O da müqavilələri və həmin məlumatları Elçinə vermişdir. Bundan sonra Elçin imzalanmış və möhürlənmiş halda müqavilələri, eləcə də verdiyi məlumatlar əsasında tərtib edilmiş 9 dekabr 2019-cu il tarixli 572164 nömrəli elektron qaiməni təqdim etmişdir. Həmin qaimədə Belarus Respublikası istehsalı olan 14300 kiloqram kərə yağının əsas məbləğ 109.067,82 manat və ƏDV hissəsi 19.632,21 manat olmaqla, ümumilikdə 128.700,03 manata “xxxx” MMC tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə satılması öz əksini tapmışdır. Həmin sənədləri Elşənə vermişdir. Qeyd edilən yağ məhsulunun Zərərçəkmiş şəxs1 MMC-yə nə vaxt, hansı qaydada, hansı çəkidə və kim tərəfindən verilməsini isə bilmir. Həmin hadisədən 1-2 gün sonra Elçin bildirmişdir ki, Zərərçəkmiş şəxs1 MMC tərəfindən qeyd edilən yağın dəyəri köçürülüb. O, da bu barədə Elşənə demiş, sonuncu təklif etmişdir ki, Elçindən pulu götürmək üçün onunla getsin. Elşənlə razılaşıb birlikdə Elçinin ofisinə getmişlər. Ofisdə Elçin pulu Elşənə təqdim etmişdir. Təxminən 7000 manat Elşənlə Elçinin əvvəlcədən razılığına əsasən “xxxx” MMC-nin rəhbərliyinə həmin yağ məhsuluna görə yaranacaq vergi öhdəliyinə və qazanc şəklində verilmişdir. Həmin hadisələrdən təxminən 15-20 gün sonra Elçin zəng edərək sözügedən yağ məhsullarının saxta olduğunu bildirmişdir. Həmin yağ məhsulunun saxta olmasından məlumatı olmadığını Elçinə bildirmiş, buna görə də Elçinlə birlikdə “xxxx” MMC-nin Nərimanov rayonunda yerləşən ofisinə gedib xxxx Təqsirləndirilən şəxs2 ilə görüşmüşlər. Orada da demişdir ki, həmin yağ məhsulları Elşənə məxsusdur. Həmin vaxt Elşənin mobil telefon nömrəsinə zəng etsə də, telefonuna zəng çatmadığı üçün Elşənlə danışıb məsələyə aydınlıq gətirmək mümkün olmamış, lakin sonradan dəfələrlə Elşənlə telefonla danışaraq və şəxsən görüşərək bu məsələyə aydınlıq gətirməsini tələb etmiş, sonuncu isə öz növbəsində bildirmişdir ki, həmin yağ məhsulu təmiz kərə yağıdır, sertifikatı və sair sənədləri saxta deyil. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, 2016-cı ildən Zərərçəkmiş şəxs2ndə nəzarətçi kassir vəifəsində işləyir. Zərərçəkmiş şəxs2 03.12.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. MMC-nin VÖEN kodu **********-dir. Hüquqi ünvanı ünvan 36silçisi X17r. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır. İşlədiyi həmin müəssisə müxtəlif xarici ölkələrdən ərzaq məhsulları, əsasən də süd və süd məhsulları idxal edib Azərbaycanda satışını təşkil edir. Həmin məhsullar əsasən Belarus Respublikası, Ukrayna və Rusiya Fedarasiyasından idxal edilir. Zərərçəkmiş şəxs2 MMC həmçinin Belarus Respublikasının süd və süd məhsulları istehsal edən hüquqi şəxsi “X21” ASC ilə müqavilə əsasında həmin müəssisənin bir sıra məhsullarının, o cümlədən “Belaya Korova” markalı kərə yağının Azərbaycan Respublikası ərazisində satışı üzrə yeganə və rəsmi distribütoru statusuna malikdir. 2019-cu ilin dekabr ayında məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 MMC-nin mağazalar şəbəkəsində “Belaya Korova” markalı kərə yağı məhsulunun 1000 qramlıq qablaşdırmasının üzərində olan **********694 ştrix kodu yazılmış, “Belorusskaya Korova” adlı, istehsalçının ünvanı Belarus Respublikasının “X21” ASC-nin adı, ünvanı yazılmış, 5 kiloqramlıq qablaşmada saxta yağ məhsulunun satışı təşkil edilir. Bu barədə məktubla Azərbaycan Respublikası X11nin Bakı Regional Bölməsinə müraciət edilmişdir. Həmçinin “X21” ASC də rəsmi olaraq bildirmişdir ki, həmin müəssisə “Belorusskaya Korova” əmtəə nişanı ilə yağ məhsulu istehsal etmir. Bu qaydada işlədiyi Zərərçəkmiş şəxs2 MMC-nin uzun illər ərzində ölkədə formalaşdırmış olduğu işgüzar nüfuzuna zərər dəymiş, keyfiyyətsiz və saxta məhsulların dövriyyəyə daxil edilməsi ilə əhalinin qida təhlükəsizliyinə təhlükə yaranmaqla yanaşı, bazarda haqsız rəqabət mühiti formalaşdırılmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərin heç birini əvvəllər tanımamışdır. Vilayət adlı bir nəfər tanışı ona zəng edib bildirmişdir ki, tanıdığı bir nəfərdə yağ var, həmin yağa baxsın, sənədləri, keyfiyyəti, qiyməti münasib olsa, istəsə həmin yagı götürsün. Bundan sonra təqsirləndirilən şəxs şəxsiyyətini sonra bildiyi Təqsirləndirilən şəxs1 gəlib, onunla görüşərək, “Belorusskaya Korova” əmtəə nişanlı 82,5%-li kərə yağı məhsulu olan bir paçka yağ da gətirmişdir. Elşən yağa dair sertifikat da gətirmişdir. Yağın qiyməti ilə razılaşdıqdan sonra yağı götürmüşlər. Yağ bütün filiallara paylanıb satışa veriləndən sonra məlum olmuşdur ki, Elşən Qələndərlinin satdığı yağ “Belorusskaya Korova” şirkətinə məxsus yağ deyil, saxta yağ olmuşdur. Yağın az qismi satılmışdır. Qalan hamısı hal-hazıra qədər də anbarda qalmışdır. Həmin yağın hazıra qədər anbarda qalması onların işinin gedişinə həddindən çox ziyan vurmuşdur. Müxtəlif firmalardan alınmış məhsulları saxlamaq üçün soyuducuları olmadığından lazımı qədər firmalardan ərzaq mallarını ala bilmirlər. Hal-hazırda təxminən 14 ton 50 kilo anbarda yağ var. Təqsirləndirilən şəxs2 tanımır. İşçilərə bildirmişdir ki, yağa baxsınlar, münasibdirsə götürsünsünlər. Onlarda yağın keyfiyyətini, tərkibini yoxlamaq üçün labaratoriya yoxdur və yağın tərkibini bilə bilməzlər, onlar ancaq malın sertifikatını tələb edirlər. Təqsirləndirilən şəxs1 dəymiş ziyanı ödəməmiş, ödəsə yəqin ki, onların şirkətin məhkəmədə iştirak edən nümayəndəsi bunu nəzərə alıb məhkəməyə ziyanın ödənilməsinə dair ərizə təqdim edər. Yağ hal-hazırda onlarında soyuducularında saxlanılır. Yağın hansı qaydada ölkəyə gətirilməsi barədə onun məlumatı yoxdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanışı Vilayətin vasitəsi ilə tanımışdır. Belə ki, 2019-cu ilin sonlarında Vilayət ona zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. O, Vilayəti ofisinə dəvət etmişdir. Vilayət şəxsiyyəti ona sonradan məlum olan Təqsirləndirilən şəxs1la onun ofisinə gəlmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs1 tanımışdır. Vilayət ona bildirmişdir ki, Elşən ölkəyə yağ gətirməklə məşğul olan bir iş adamıdır. Qida sahəsində fəaliyyət göstərən MMC lazımdır. O, onlara bildirmişdir ki, onun rəhbərlik etdiyi müəssisə qida sahəsində fəaliyyət göstərmir. Onlar ona qida sahəsində fəaliyyət göstərən hər hansı bir şirkət tanıyıb tanımamağını soruşmuşlar. O, Səməd adlı tanışının qida sahəsində fəaliyyət göstərdiyini demişdir. O, bu barədə Səmədə bildirmişdir. Sonradan Səməd ona bildirmişdir ki, bu işlə əlaqədar “xxxxı” MMC-nin direktoru Nurlanə xanımla danışmış, Nurlanə xanım razılaşmışdır. O, Təqsirləndirilən şəxs2 tanımamış, Nurlanə xanımı Səməd tanımışdır. Yağla bağlı bütün söhbətləri Vilayətlə Təqsirləndirilən şəxs1 özü etmişdir. Təqsirləndirilən şəxs1 demişdir ki, yağ kərə yağıdır və sertifikatı var. Elşən ona 26.000 manat pul verməmiş, pulun hamısını Vilayətə vermişdir. İstintaq zamanı ifadə vermişdir. Bu işlə bağlı onun heç bir maddi marağı olmamışdır. O, Vilayətin verdiyi sənədləri Səmədə, Səmədin verdiyi sənədləri isə Vilayətə vermişdir. İstintaq zamanı ifadəsində ona Vilayətin 1000 manat verməsini yazsa da, Vilayət ona həmin pulu verməmişdir. O, sadəcə Vilayətin xahişi ilə Səmədə bu barədə demişdir. Məhkəmə təqsirləndirilən şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 146-149-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyinin “https://www.etaxes.gov.az/ebyn/commersialChecker.jsp” internet səhifəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, -“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 26.09.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. VÖEN kodu **********-dir. Hüquqi ünvanı ünvan 37i təmsilçisi X1r. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır. -Zərərçəkmiş şəxs2 03.12.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. VÖEN kodu ********** -dir. Hüquqi ünvanı ünvan 36silçisi X17r. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi uçotuna alınmışdır. Cinayət işinin 2-ci cild 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Vergilər Nazirliyinin www.etaxes.qov.az/ebvn/paver OrVoenChecker.isp internet səhifəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 14 saylı Ərazi Vergilər İdarəsində vergi qeydiyyatına alınmış və onun adına ********** VÖEN kodu verilmişdir. Cinayət işinin 2-ci cild 17-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Təqsirləndirilən şəxs2 “xxxx” MMC-nin direktor müavinidir. 17 dekabr 2013-cü il tarixli 2 saylı əmrlə Təqsirləndirilən şəxs2 “xxxx” MMC-nin direktor müavini vəzifəsinə qəbul edilmişdir. Cinayət işinin 1-ci cild 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının X11ndən daxil olmuş 23 yanvar 2020-ci il tarixli 1/8-208 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 MMC-yə məxsus ticarət şəbəkələrində aparılan yoxlama zamanı “Belarusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağın ştrix kodunun saxta olmaqla, həmin ştrix kodun Zərərçəkmiş şəxs2 MMC tərəfindən ölkəyə idxal olunan “Belaya Korova” əmtəə nişanlı yağa məxsus olması, həmçinin X11 tərəfindən “xxxx” MMC tərəfindən ölkəyə idxal olunan Rusiya Federsiyasının hüquqi şəxsi “xxxx” MMC tərəfindən istehsal olunan yağa verilmiş X3 saxtalaşdırılması, sınaq nəticələrinə əsasən həmin yağlarda yağ turşularının kütlə payı nisbətinin kərə yağına aid olmaması müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 133-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 MMC-nin Azərbaycan Respublikasının X11nə ünvanladığı 20 dekabr 2019- cu il tarixli 1912/20-01 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 MMC-nin mağazalarında Azərbaycanda rəsmi nümayəndəsi olduqları “Belaya Korova” yağ məhsulunun 1000 qramlıq qablaşmasında olan **********694 ştrix kodu yazılmış “Belorusskaya Korova” adlı saxta yağ məhsullarının satışı təşkil edilir. Cinayət işinin 2-ci cild 47-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “X21” ASC-dən daxil olmuş 26.12.2019-cu il tarixli, 5668/KO nömrəli məktubdan görünür ki, həmin müəssisə “Belorusskaya Korova” əmtəə nişanı altında məhsul istehsal etmir və əvvəllər də bu adda məhsul istehsal etməmişdir. Cinayət işinin 2-ci cild 70-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “X21” ASC-dən daxil olmuş 25.09.2020-ci il tarixli, 2181/KO nömrəli məktubdan görünür ki, həmin müəssisə tərəfindən Zərərçəkmiş şəxs2 MMC-nə “Belaya Korova” markalı kərə yağının Azərbaycan Respublikasının ərazisində satışı üzrə yeganə və rəsmi distribütor statusu təqdim edilmişdir. Ona görə də sözügedən məhsulun Azərbaycan Respublikasının ərazisində satışı ilə bağlı Zərərçəkmiş şəxs2 MMC onun işgüzar nüfuzunun Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarında və məhkəmədə müdafiə etmək hüququna malikdir. Cinayət işinin 1-ci cild 20-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası X11nin Bakı Regional Bölməsinin yoxlamanın aparılması haqqında 27 dekabr 2019-cu il tarixli, 1/00811 nömrəli qərarından görünür ki, Zərərçəkmiş şəxs1ndə plandankənar yoxlamanın keçirilməsi qət edilmişdir. Cinayət işinin 1-ci cild 41-42-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə 27 dekabr 2019-cu il tarixli, 1/00811 nömrəli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 14 filialında aşkar edilmiş “Belarusskaya Korova” əmtəə nişanlı kərə yağı adı altında satılan yağ məhsullarının satışı qadağan edilməklə dövriyyədən çıxarılmışdır. Cinayət işinin 1-ci cild 154-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Qida Təhlükəsizliyi X12 Sınaq Laboratoriyasının 3339 nömrəli sınaq protokoluna əsasən analiz edilmiş “Belarusskaya Korova” əmtəə nişanlı kərə yağı nümunəsinə dair rəydən görünür ki, məhsulun kərə yağı olmasını sübut edən başlıca faktor onun tərkibində butirik yağ turşusunun miqdarıdır. Belə ki, bu yağ turşusu əsasən heyvan mənşəli olub, südün tərkibində rast gəlinir. Analiz nəticələrinə əsasən müəyyən olunmuşdur ki, cari məhsulda adı çəkilən yağ turşusu, o cümlədən miristoleik və behenik yağ turşuları aşkar edilməmişdir. Cari məhsulun mənşəyini müəyyən etmək məqsədilə onun tərkib göstəriciləri bitki yağları üçün Kodeks Alimentarius Komissiyasının CXS ***- **** nömrəli standartına əsasən müqayisə edilmiş və nümunənin palma yağı mənşəli olduğu müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 156-160-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-bioloji ekspertizasının 8 iyul 2020-ci il tarixli 6/932-7/269 nömrəli rəyindən görünür ki, ********* saylı cinayət işi ilə əlaqədar tədqiq olunan “Belarusskaya Korova” əmtəə nişanlı qutulardakı kütlələr palma (bitki) mənşəli yağlardır. Təqdim edilən yağların kimyəvi tərkibi qablaşdırmasında olan əmtəə göstəricilərinə uyğun deyildir. Təqdim edilən yağın orqanoleptik göstəriciləri və tərkibi "Kərə yağı” məhsuluna aid standartın (DÜST 32261-2013) tələblərinə və qablaşdırmaları üzərlərindəki yağın növünü bildirən göstəricisinə uyğun deyildir. Yağın kimyəvi analizinin göstəriciləri- yağlılıq, yağsız quru maddələr, nəmlilik faizləri kərə yağı üçün qüvvədə olan AZS ***-**** (CODEX STAN 279-1981) işarəli dövlət standartının tələblərinə uyğundur, lakin faktiki yağlılıq faizi (86%) qablaşdırmalar üzərindəki müvafiq göstəriciyə (82,5%) uyğun deyildir. Tərkibində yüksək miqdarda trans yağ turşularının olmasına görə həmin yağlar qida üçün yararsızdır. Cinayət işinin 2-ci cild 119-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış məhkəmə-sənədlərin texniki ekspertizasının 23 oktyabr 2020-ci il tarixli 5/797 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası X11nin 03.12.2019-cu il tarixli, 00034709 nömrəli X3 surəti eyni nömrəli və tarixli sertifikatı texniki qurğu vasitəsilə kompüterə köçürülərək və cədvəlin “1.İdxalçı müəssisənin adı və ünvanı”, “3.Göndərən müəssisənin adı və ünvanı”, “6.Mənşə ölkəsi”, “10 Yükləmə yeri”, “15 Məhsulun adı”, “15 İstehsalçı adı və ünvanı” qrafalarında hal-hazırkı yazıları montaj edilərək sonradan surəti çıxarılmaqla hazırlanmışdır. Cinayət işinin 1-ci cild 238-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasının Qida Təlükəsizliyi Agentliyindən daxil olmuş 26 avqust 2020-ci il tarixli 2/8-3330 nömrəli məktubdan görünür ki, 03.12.2020-ci il tarixli 00034709 nömrəli qida təhlükəsizliyi sertifikatı “xxxx” MMC-nin müvafiq müraciəti üzrə onun ölkəyə idxal etdiyi məhsulların ticarət dövriyyəsinə buraxılması üçün verilmişdir. Cinayət işinin 1-ci cild 78-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 9 dekabr 2019-cu il tarixli 1521 nömrəli malların alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs2 “xxxx” MMC-nin direktoru kimi “xxxx” qismində tərəf kimi iştirak edərək sifarişə uyğun gələn malı müəyyən edilmiş müddətdə və yerdə “Alıcıya» təhvil verməyi öhdəsinə götürərək müqaviləyə imza edib Cəmiyyətin dairəvi möhürü ilə təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 87, 187-ci vərəqələrində olan 11 dekabr 2019-cu il tarixli 10825 nömrəli ödəniş tapşırığından görünür ki, Zərərçəkmiş şəxs1 MMC tərəfindən “xxxx” MMC-nin “xxxx” QSC-nin “xxxx” filialında olan AZ06ACAB******************** nömrəli hesabına 109.067,82 manat vəsait köçürülmüşdür. Cinayət işinin 1-ci cild 88,188-ci vərəqələrində olan 11 dekabr 2019-cu il tarixli 10826 nömrəli “A” formatlı ödəniş tapşırığından görünür ki, Zərərçəkmiş şəxs1 MMC tərəfindən “xxxx” MMC-nin ƏDV hesabına 19.632,21 manat pul vəsaiti köçürülmüşdür. Zərərçəkmiş şəxs1 MMC-dən daxil olmuş 17 avqust 2020-ci il tarixli, 18 sentyabr 2020-ci il tarixli və 21 oktyabr 2020-ci il tarixli məktublardan görünür ki, “xxxx” MMC ilə Zərərçəkmiş şəxs1 MMC arasında bağlanmış 9 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 14300 kiloqram yağ məhsulu satın alınmışdır. Cəmiyyətin “xxxx” filialının anbarına ilkin olaraq 14800 kiloqram yağ məhsulu gətirilmiş, həmin yağ məhsulundan 500 kiloqramı razılaşdırılmış miqdardan artıq və digər məhsullardan fərqli qablaşdırıldığı üçün geri qaytarılmışdır. Satışa çıxarılmış 14300 kiloqram yağın 14052,59 kiloqramı anbarda saxlanılır, qalan hissəsi, yəni 247,41 kiloqramı isə hər kiloqramı 12,99 manatdan ayrı-ayrı istehlakçılara satılmışdır. Təhvil-təslimi sübut edən akt və bu barədə videogörüntülər arxivdə aşkar edilməmişdir. (cild 1, i.v. 244 cild 2, i.v. 49, 100-101) Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə özlərini təqsirli bilməyərək göstərmişlər ki, yağın keyfiyətsiz olmasını və Azərbaycan Respublikasının X11 tərəfindən tərtib olunmuş sertifikatın saxta olması barədə məlumatları olmamışdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onların bu ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxslərin güman etdiyi cəzalarını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə bu barədə verdikləri ifadələri özünümüdafiə və məsuliyyətdən yayınmaq xarakteri daşıyır. Məhkəmə şahidlərin ifadələrini, zərərçəkmiş-hüquqi şəxslərin izahatlarını, ekspert rəyini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək təsvirini formalaşdırmışdır. təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməkdə təqsirli olmaları cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenumun qərarının 1-ci bəndində qeyd edilmişdi rki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin plenum qərarının 2-ci bəndində qeyd edilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Plenum qərarının 3-cü bəndinə əsasən, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Beləliklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbuledilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 197.1, 200.2.3, 29, 200.2.3, 320.1 və 320.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli isə düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 197.1, 200.2.3, 29, 200.2.3, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 2-ci cild 2-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş 28 avqust 2020-ci il tarixli, 5388 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 232-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 84-86-cı vərəqələrində olan Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 15 oktyabr 2020-ci il tarixli arayış-xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibinə 1981-ci il təvəllüdlü həyat yoldaşı X13, övladları 1999-cu il təvəllüdlü X14, 2000ci il təvəllüdlü X10 və 2005-ci il təvəllüdlü X15 daxildirlər. Ərazi üzrə müsbət səciyyələndirilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlama cinayətinin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin 1-ci cild 232-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 sentyabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1, 313-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 62,38,70-ci maddələri tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, barəsində 01 il sınaq müddəti təyin edilməklə şərti məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 2 may 2005-ci il tarixli qərarı ilə CM-nin 71-ci maddəsinə əsasən şərti məhkumetmə cəzası ləğv olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 88-ci vərəqəsində olan 116 saylı Mənzil-Kommunal İstismar İdarəsindən daxil olmuş 16 oktyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, məcmuya daxil olan cinayətlərə görə təyin olunan cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə uyğun olaraq qismən toplanılmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 29 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 143-cü vərəqəsində olan axtarışda olan şəxsin saxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 2-ci cild 196-203-cü vərəqələrində olan Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 4(001)-950/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 29 noyabr 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X19 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan 12.01.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. Cinayət işi üzrə təqsirləndirilən şəxsin qadın olmasını, hərəkətindən səmimi peşmançılıq çəkməsini nəzərə alaraq məhkəmə kollegiyası belə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özünü və ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin 2-ci cild 234-235-ci vərəqələrində olan 01 dekabr 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 MMC-nin müvafiq filiallarında saxlanılan Zərərçəkmiş şəxs1 MMC-nin “Suraxanı" filialında 74 ədəd 5 kiloqramlıq qablaşmada və 18 kiloqram bölünmüş streçli halda, “Xırdalan” filialında 443 ədəd 5 kiloqramlıq qablaşmada və 51 kiloqram bölünmüş streçli halda, “Xəzər” filialında 102 ədəd 5 kiloqramlıq qablaşmada və 66,2 kiloqram bölünmüş streçli halda, “İnşaatçılar” filialında 346 ədəd 5 kiloqramlıq qablaşmada və 39 kiloqram bölünmüş streçli halda, “Yasamal-1” filialında 216 ədəd 5 kiloqramlıq qablaşmada və 69,6 kiloqram bölünmüş streçli halda, “Yasamal-2” filialında 67 ədəd 5 kiloqramlıq qablaşmada və 41 kiloqram bölünmüş streçli halda, “Maşın bazarı” filialında 73 ədəd 5 kiloqramlıq qablaşmada və 3 kiloqram bölünmüş streçli halda, “Badamdar” filialında 102 ədəd 5 kiloqramlıq qablaşmada və 17 kiloqram bölünmüş streçli halda, “Günəşli” filialında 243 ədəd 5 kiloqramlıq qablaşmada və 38 kiloqram bölünmüş streçli halda, “Xalqlar” filialında 157 ədəd 5 kiloqramlıq qablaşmada və 54 kiloqram bölünmüş streçli halda, “Radiozavod” filialında 117 ədəd 5 kiloqramlıq qablaşmada və 31,2 kiloqram bölünmüş streçli halda, “Əhmədli 1” filialında 249 ədəd 5 kiloqramlıq qablaşmada və 182,5 kiloqramlıq bölünmüş streçli halda, “Əhmədli 2” filialında 103 ədəd 5 kiloqramlıq qablaşmada və 48,09 kiloqram bölünmüş streçli halda, “xxxx” filialında 358 ədəd 5 kiloqramlıq qablaşmada və 144 kiloqram bölünmüş streçli halda saxlanılan, ümumilikdə 14052,59 kiloqram yağ məhsulu məhv edilməli, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 MMC-yə təqdim etdiyi 03.12.2019-cu il tarixli 00034709 nömrəli X3 cinayət işinin materiallarına əlavə edilərək saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 261,52 (iki yüz altmış bir manat əlli iki qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində zərərçəkmiş hüquqi şəxslər Zərərçəkmiş şəxs1 MMC -yə dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC -nin nümayəndəsi cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək ona dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsinə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11.06.2015-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökm etdi:
1.Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 197.1, 200.2.3, 29, 200.2.3, 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 197.1-ci maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.2.3 və 29, 200.2.3-cü maddələri ilə 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 29 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azadlıqdan məhrum etmə cəzası hissəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilsin. Ona 01 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 3.İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 MMC-nin müvafiq filiallarında saxlanılan Zərərçəkmiş şəxs1 MMC-nin “Suraxanı" filialında 74 ədəd 5 kiloqramlıq qablaşmada və 18 kiloqram bölünmüş streçli halda, “Xırdalan” filialında 443 ədəd 5 kiloqramlıq qablaşmada və 51 kiloqram bölünmüş streçli halda, “Xəzər” filialında 102 ədəd 5 kiloqramlıq qablaşmada və 66,2 kiloqram bölünmüş streçli halda, “İnşaatçılar” filialında 346 ədəd 5 kiloqramlıq qablaşmada və 39 kiloqram bölünmüş streçli halda, “Yasamal-1” filialında 216 ədəd 5 kiloqramlıq qablaşmada və 69,6 kiloqram bölünmüş streçli halda, “Yasamal-2” filialında 67 ədəd 5 kiloqramlıq qablaşmada və 41 kiloqram bölünmüş streçli halda, “Maşın bazarı” filialında 73 ədəd 5 kiloqramlıq qablaşmada və 3 kiloqram bölünmüş streçli halda, “Badamdar” filialında 102 ədəd 5 kiloqramlıq qablaşmada və 17 kiloqram bölünmüş streçli halda, “Günəşli” filialında 243 ədəd 5 kiloqramlıq qablaşmada və 38 kiloqram bölünmüş streçli halda, “Xalqlar” filialında 157 ədəd 5 kiloqramlıq qablaşmada və 54 kiloqram bölünmüş streçli halda, “Radiozavod” filialında 117 ədəd 5 kiloqramlıq qablaşmada və 31,2 kiloqram bölünmüş streçli halda, “Əhmədli 1” filialında 249 ədəd 5 kiloqramlıq qablaşmada və 182,5 kiloqramlıq bölünmüş streçli halda, “Əhmədli 2” filialında 103 ədəd 5 kiloqramlıq qablaşmada və 48,09 kiloqram bölünmüş streçli halda, “xxxx” filialında 358 ədəd 5 kiloqramlıq qablaşmada və 144 kiloqram bölünmüş streçli halda saxlanılan, ümumilikdə 14052,59 kiloqram yağ məhsulu məhv edilsin. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 MMC-yə təqdim etdiyi 03.12.2019-cu il tarixli 00034709 nömrəli X3 cinayət işinin materiallarına əlavə edilərək saxlanılnması nəzərə alınsın. 4.İş üzrə məhkəmə xərci olan 261,52 (iki yüz altmış bir manat əlli iki qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilsin. 5.İş üzrə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsinə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.