Məhkəmə qərarları › İş №1(101)-714/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-714/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-714/2022 20.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X12 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi- X11, Dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru X2, Müdafiəçi - Bakı şəhər 18 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqla məlum olunmayan “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 24,554 qram və 1,372 qram olmaqla külli miqdarda 25,926 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 noyabr 2021-cı il tarixdə saat 12:15 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən şəffaf sellofana bükülmüş 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 24,554 qram və 1.372 qram olmaqla ümumi təmiz çəkisi 25,926 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həbs olunmamışdan əvvəl “Bakı Expo Mərkəzində” sürücü kimi işləmişdir. Ailəli olmaqla, himayəsində iki azyaşlı övladı var. Səhhətində olan problemlərlə bağlı bədənində ağrıları olduğuna görə 5 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti barədə məlumatı olmadığı İran İslam Respublikasının vətəndaşı Məhəmməd adlı şəxsin plastik kartına pul köçürməklə və ya digər tanışlarından 1 qramını 11-13 manat müqabilində alırdı. 19 noyabr 2021-ci il tarixdə saat 23:30 radələrində İran İslam Respublikasının vətəndaşı "Məhəmməd” adlı şəxsin vasitəsi ilə Nəsimi rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən, yəni ağacın dibindən 30 qram narkotik vasitə olan heroini götürərək əldə etmişdir. Həmin narkotik vasitənin qarşılığında 200 manat məbləğində pulu xatırlamadığı plastik bank kartına köçürmüş və 200 manat borclu qalmışdır. Narkotik vasitəni əldə etdikdən sonra həmin bükümlərdə olan narkotik vasitəni əynində olan göy rəngli cins şalvarnın sağ yan cibinə qoyaraq yaşadığı ünvana getmişdir. 21 noyabr 2021-ci il tarixdə saat 12:15-də ailə üzvləri ilə birlikdə yaşadığı evdə olduğu zaman üç nəfər mülki geyimli şəxs evə daxil olaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyinə görə onun Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə onlarla birlikdə getməli olduğunu bildirdikdə o, həmin polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getməyə razılıq vermişdir. Polis şöbəsinə gətirildikdən sonra orada ona vəkillər siyahısını təqdim edərək siyahıda olan vəkillərdən istənilən vəkili seçə biləcəyi ona bildirilmişdir. O, dövlət hesabına istənilən vəkilin hüquqlarını müdafiə edilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona üzərində, paltarlarında qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən gümüşü 02 ədəd bükümü, əynində olan göy rəngli şalvarın sol yan cibindən içərisində ***-***-**-** saylı simkart nömrəsi olan 01 ədəd “Redmi’’ markalı mobil telefonu, həmin şalvarının arxa sol cibindən özünə məxsus olan şəxsiyyət vəsiqəsini və həmin şalvarın arxa sağ cibindən 20 manat məbləğində pulu çıxarıb stolun üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlərdə nə olduğu soruşulduqda o, orada narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan əlavə olaraq həmin heroini 2 gün öncə Nəsimi rayonu ərazisində anket məlumatlarını bilmədiyi, "Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşından xatırlamadığı plastik bank kartına 200 manat pul köçürməklə özünün istifadə etməyi üçün aldığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunan 20 manat məbləğində pul özünə qaytarılmışdır. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir, həmin protokol ucadan oxunmuş, ondan götürülmüş iki büküm narkotik vasitə qablaşdırılaraq möhürlənmiş və orada olan şəxslərlə yanaşı o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Narkotik vasitə heroindən gündəlik istifadə dozası təxminən 1,5 qram olmuşdur. Rəsmi aylıq gəliri 700-800 manat olmuş, lakin “MostBet” internet saytı vasitəsilə mərc oyunlarını oynadığına görə vaxtaşırı əlavə qazancı da olurdu. Artıq pulu olduğu vaxtlarda o, narkotik vasitəni bir qədər artıq miqdarda alırdı. Elan edilməklə ona təqdim edilmiş cinayət işi cild 01, iş vərəqi 110-da olan “CD diskə baxış keçirilməsi haqqında” 14.12.2021-ci il tarixli protokolda əksini tapmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəsinə 01.01.2021-ci il tarixdən 21.11.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı ’‘Azerfon” MMC tərəfindən 1 ədəd “CD” diskə təqdirn olunmuş və həmin diskə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə 09.10.2021-ci il tarixdə saat 21:43:36-da “Rüfət. Amma.incimə. İkinci. Adam məni yığmasında. Temaya. Görə", ***-***-**-** saylı mobil nömrəyə 18.10.2021-ci il tarixdə saat 15:34:22-də “2 torpağ”, ***- ***-**-** saylı mobil nömrəyə 19.10.2021-ci il tarixdə saat 02:22:13-də “Qaqa. Agriyirsansa. Senə. Nəsə qoyym götür”, saat 16:19:39-da “Qaqq. Sacimi qirxdirirdim neynirsən 10. Üstünə 5 də at deyim yarim get goturdə tez bazar”, saat 16:36:41-də “Qaqa ara yolu cixdin sola dön 10 metrə gedənnən sora balaca agac kollug gorəcəysen kolluğun arasina bax naziy vincester paçkasinda”, ***-***-**-** saylı mobil nömrəyə 20.10.2021-ci il tarixdə saat 01:01:30-da “2 torpağ 1 kam tak da Hay Huy”, saat 01:05:25-də “40 torp İ 45 kamen”, 50. Torpağ. Okerya”, saat 01:07:22-də “K.erya mən sənə dedim yesli ti. 10. Qr. Götürsən onda səni eləyirəm Özümə şərik, 20 man mayasidi 22.5. Sənə verərəm səndə verərsən 25 manata, ***-***-**-** saylı mobil nömrəyə 24.10.2021-ci il tarixdə saat 14:27:22-də “Dur gotur. Qapizdan çix sola. Axira kimi get kunede. Kubik8n dasin altinda. sola dönüb axira kimi gedəndə bir dənə kubik bar onu qaldir yarpağin altinda”, 28.10.2021ci il tarixdə saat 03:25:04-də “Gir get evivizə sola dönəndə sagdaki agacin dibində salletkanin arasında., Axrincini dönürsən ha ki 7 metr gedib evivə girəsən o döngə, bax zibilliyin yaninan duz get axira kimi dönürsən evivə sola sagdaki agacin. Dibində Salfetkaya. Bükülüb”, 06.11.2021-ci il tarixdə saat 07:58:32-də “Qaqa. Murtuzu yig de Elzamin səndə saxladiğindan 1 ni versin mənə deyir ya da de məni yiğsin”, ***-***-**-** saylı mobil nömrəyə 20.11.2021-ci il tarixdə saat 09:16:26-da “Salamm Rus. Necəsən bu gun 10 dənə pas ata bilərəm sənə” məzmunlu, həmçinin onun istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 17.10.2021-ci il tarixdə saat 05:26:51-də “davv atda faqiya iki qaqa cekey”, 19.10.2021-ci il tarixdə 02:24:55-də “şeher iwdeyeme qaqa gor bir yere atsan tuwub gotuerdim”, ***-***-**-** saylı mobil nömrədən 19.10.2021-ci il tarixdə saat 02:25:39-da “Bratka 1 lili itirdim.gelende baharsan da gaga”, ***-***-**-** saylı mobil nömrədən 19.10.2021-ci il tarixdə saat 07:09:23-də “25 verim qaqa kecende kimi pas atda qaqana, qaqa 8 yarasi mawin gedir neter eliyek alinir vurum karta 25 ?”, ***-***-**-** saylı mobil nömrədən 19.10.2021-cı il tarixdə saat 11:15:33-də “Gaga bunnan gabah tema torpa yahshi idi, imkan olsa maraglana bilersen gagtı?”. 20.10.2021-ci il tarixdə 01:05:23-də “40 torp İ 45 kamen”, saat 01:08:03-də 20 man mayasidi 22. Ti skazal kajdiy raz beri tyopgda 20 Klyanus”, ***-***-**-** saylı mobil nömrədən 20.10.2021ci il tarixdə saat 09:06:16-da “kolanin yerin de gorey”, saat 14:20:15-də “qaqa 25 vurum bir dene botov oturde qaqva, alinir ya yox bir cavab yazda”, 23.10.2021-ci il tarixdə saat 03:17:43-də “soxum o kakosun ıcınekı seni bu qeder yığdım lazım olmadı sagol qaqaw”. ***-***-**-** saylı mobil nömrədən 27.10.2021-ci il tarixdə saat 01:25:19-da "Eli gunewdeyem men 50 vururam 1,5 elede onu canivi yiyerem, Diyen. 30 vurasi oldum”, ***- ***-**-** saylı mobil nömrədən 30.10.2021-ci il tarixdə saat 07:36:20-də "qaqa 15 verim yari ver - 25 axsam iwden gelende verecem”, ***-***-**-** saylı mobil nömrədən 01.11.2021-ci il tarixdə saat 13:55:57-də "Brat bax bu deyqe 5-6 dene kola mene lazimdi,negdi pulun veremde Alindira bilsensexeber ele gelim qaqa.”, saat 14:12-də “Eliw bir xeber dinende qaqa mene. К lazimdi 5-6 dene.nagdi pulun verecem qaqaw.ne disen alinir gelim? x di”, saat 14:48:13-də "Elebi vurdum pulu,hara ve neqeder vaxdan soram atacaq a manatı, bideki qaqa 20 den verecekde kolani ele? Diri 100 vursan 5 K. ata bilecek qaqa?”, saat 14:58:11-də “Qaqa bele sene inanib atacamda men bu pulu.bele men omrunde zakladka elememiwemde elebil.sebr ele 5-10 deq se bir soz dicem qaqa.opwim 100 vursam 5 к getircey?”. saat 16:30:14-də “Qaqa menim ozumun wcxsi 100 maıim var.onu vuram.Tema verse artiq axwamada 100 vura bilerem.gedrem 100 vuram karta.kodu cawdim sildim.tezden atda kodu,kapitaldi?”, saat 20:25:12-də “Qaqa fuad bıdene bukum verdi mene dediki 5 q koladi fisyo. Dedim pencerede ver,dediki birazdan gorweruy.baxariqda birazdan vezyete. Qaqa bu 4.5 geldiaxi. Hele 3 qat salafannan. Bideki qaqa biri var mal nem,yaw olar.biride var palcix. bu elece palcix idi qaqa.yeniki heddinnen artiq yaw eliblere qaqa. bileme senniy dolu,ama diremki bilesende nevar ncyoxun. Adami ozbcy yerine qoyma sin nar yeni, qaqa yenede cox saqol.”, 03.11.2021-ci il tarixdə saat 11:04:19-da “Sabahin xeyir qaqa.netersen? qaqa surocnu 5 kola lazimde.nece eliyek? fuadi yigiram acmire qaqa. Sende yoxdu? negdi 100 duyun verem senol.” saat 17:32:04də “Axwamin xeyir qaqa.netersen.kefin yadun ncccdi? qaqa gor riqrofqa vermek olarsa elebil bu vaxdi 5 к verisen seher yene bu vaxdi 6 nin pulun verem yene 5 к goturem. Koroci her ne versen 24 sata pulun vasdanavit elirem+1 de pulun artiq veremki 5 gune rawotdawaqda elebil. ne disen qaqa.alınar bele? Cvb goz. Eliw qaqaw,bele birden agliva qaranniq fikirler geler.varyoxun skim direm 1 matin mende qala bilmezde. Sadece ve sadece duzgunnuyumuz qarwiliqli olsun vesalam.”, ***-***-**-** saylı mobil nömrdən 09.11.2021-ci il tarixdə saat 19:19:59-da “Allah komryin olsun qardaş.sag ol qutarmagina bu gun qutardi qardaş amma pul borcum vardi birine onu vermisem 100m var mene kola verersen.”, ***-***-**-** saylı mobil nömrədən 11.11.2021 -ci il tarixdə saat 16:49:39-da “Hervaxdin xeyir qaqa. Eliw 10 denesine 2 dene diri qirmizı yariyarmi? me bir xeber di nen. gorum neynirem.gozdirem sen nen xeber”, ***-***-**-** saylı mobil nömrədən 11.11.2021-ci İİ tarixdə saat 23:03:46- da “yetim indi 1 dene duzeler 30m var tez xeber de, saat 23:27:14-də yetim 23 den 5 dene alinsa xeber ele mene” məzmunlu smslərin yazıldığının müəyyən edilməsi ona aydındır. Həqiqətən də smslərin yazıldığı tarixlərdə ***-***-**-** saylı mobil nömrə ona məxsus olmaqla, onun istifadəsində olmuşdur. Sadalanan smslərin məzmunundan narkotik vasitə və psixotrop maddələrin satışının və müxtəlif ərazilərə çatdırılması ilə bağlı söhbətlərin aparılması ona aydındır. Onun istifadəsində olmuş ***-***- **-** saylı mobil nömrəsindən göndərlimiş və qəbul olunmuş mesajların məzmunu ilə bağlı bildirir ki, şəxsi istifadəsi üçün aldığı narkotik vasitələrini müxtəlif vaxtlarda tanışlarına əvəzli və əvəzsiz şəkildə verdiyini inkar etmir. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. Üzərində aşkar olunmuş narkotik vasitələrini şəxsi istifadə üçün almışdır. Himayəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, istintaq hərəkətlərinin həyata keçirilməsini əks etdirən videogörüntülər, ekspertiza rəyləri və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 noyabr 2022-ci il tarixdə onun tərəfindən Xətai rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə edilmişdir. Bununla əlaqədar daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə onun tərəfindən əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Ondan, Baş Narkotiklərlə Mübarizə idarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra o, Roman və Surxay birlikdə məlumat əsasında Bakı şəhəri, Xətai rayonu, Daşqın Səfərov küçəsi ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəminə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada piyada hərəkət etdiyini görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Elzaminə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib sonuncunu saxlamışlar. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər, Elzamin buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Yelmar Vahabova təhvil vermişlər. Yelmar Vahabov da Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışıdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Elzaminə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Elzamin də əynində olan cins şalvarın sağ yan cibindən 2 ədəd bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümlərin içərisində narkotik vasitə heroin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan şalvarın sol yan cibindən 1 ədəd mobil telefon, həmin şalvarın arxa sol cibindən Elzaminə məxsus şəxsiyyət vəsiqəsi, arxa sağ cibindən 20 manat pulu aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 2 ədəd bükümün içərisində olan qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, həmin maddələri İran İslam Respublikasının vətəndaşı kimi bildiyi "Məhəmməd” adlı şəxsin vasitəsi ilə Nəsimi rayonu ərazisində qoyulduğu yerdən götürdüyünü bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Elzaminin üzərindən aşkar olunmuş kütlə zərfə qoyaraq Daxili İşlər Nazirliyinin nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olundu, iştirakçılara ucadan oxundu, iştirakçılar və Elzamin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş tədqiq edilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid3 cinayət işinin 175-177-ci vərəqlərində olan ifadəsindən görünür ki, şahid əməliyyat tədbirində iştirak etmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şəxsi axtarış və götürmə aparılması haqqında” 21.11.2021-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin keçirilməsinin videogörüntüsü yazılmış diskə baxış keçirilməsi haqqında 23.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən 2 ədəd bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilərək götürülmüş, həmin əməliyyat-axtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videogörüntüləri əks etdirən CD disk və heroin iş üzrə maddi sübut kimi tanınmışdır. (cild 01, iş vərəqi 30-32,70-71) Məhkəmə-kimyəvi ekspertizasının 21.11.2021-ci il tarixli. 6/5150 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 24.554 qr, 1,372 qr., təmiz çəkisi 25,926 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri’-in siyahısına (Siyahı İ) daxildir. (cild 01, iş vərəqi 38-43) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 noyabr 2021-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 01, iş vər. 50-51). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-507/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 noyabr 2021-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 78-81). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 01.12.2021-ci il tarixli tələbnamə və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.07.2017-ci il tarixli 1(101)-216/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07.09.2017-ci il tarixli qərarı ilə cəzası 1 ilə endirilməklə, 17.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 01, iş vər. 101-102, 103-109) “CD diskə baxış keçirilməsi haqqında” 14.12.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə 01.01.2021-ci il tarixdən 21.11.2021-ci il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı ’‘Azerfon” MMC tərəfindən 1 ədəd “CD” diskə təqdirn olunmuş və həmin diskə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən 050-225-50- 15saylı mobil nömrəyə 09.10.2021-ci il tarixdə saat 21:43:36-da “Rüfət. Amma.incimə. İkinci. Adam məni yığmasında. Temaya. Görə". ***-***-**-** saylı mobil nömrəyə 18.10.2021-ci il tarixdə saat 15:34:22-də “2 torpağ”, ***-***-**-** saylı mobil nömrəyə 19.10.2021-ci il tarixdə saat 02:22:13-də “Qaqa. Agriyirsansa. Senə. Nəsə qoyym götür”, saat 16:19:39-da “Qaqq. Sacimi qirxdirirdim neynirsən 10. Üstünə 5 də at deyim yarim get goturdə tez bazar”, saat 16:36:41-də “Qaqa ara yolu cixdin sola dön 10 metrə gedənnən sora balaca agac kollug gorəcəysen kolluğun arasina bax naziy vincester paçkasinda”, ***-***-**-** saylı mobil nömrəyə 20.10.2021-ci il tarixdə saat 01:01:30-da “2 torpağ 1 kam tak da Hay Huy”. saat 01:05:25-də “40 torp İ 45 kamen”, 50. Torpağ. Okerya”. saat 01:07:22-də “K.erya mən sənə dedim yesli ti. 10. Qr. Götürsən onda səni eləyirəm Özümə şərik, 20 man mayasidi 22.5. Sənə verərəm səndə verərsən 25 manata. ***-***-**-** saylı mobil nömrəyə 24.1002021-ci il tarixdə saat 14:27:22-də “Dur gotur. Qapizdan çix sola. Axira kimi get kunede. Kubik8n dasin altinda. sola dönüb axira kimi gedəndə bir dənə kubik bar onu qaldir yarpağin altinda”, 28.10.2021-ci il tarixdə saat 03:25:04-də “Gir get evivizə sola dönəndə sagdaki agacin dibində salletkanin arasında., Axrincini dönürsən ha ki 7 metr gedib evivə girəsən o döngə, bax zibilliyin yaninan duz get axira kimi dönürsən evivə sola sagdaki agacin. Dibində Salfetkaya. Bükülüb”, 06.11.2021-ci il tarixdə saat 07:58:32-də “Qaqa. Murtuzu yig de Elzamin səndə saxladiğindan 1 ni versin mənə deyir ya da de məni yiğsin”, ***-***-**-** saylı mobil nömrəyə 20.11.2021-ci il tarixdə saat 09:16:26-da “Salamm Rus. Necəsən bu gun 10 dənə pas ata bilərəm sənə” məzmunlu sms-in göndərilməsi aşkar edilmişdir. Həmçinin diskə baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı mobil nömrədən 17.10.2021-ci il tarixdə saat 05:26:51-də “davv atda faqiya iki qaqa cekey”. 19.10.2021-ci il tarixdə 02:24:55-də “şeher iwdeyeme qaqa gor bir yere atsan tuwub gotuerdim”, ***-***-**-** saylı mobil nömrədən 19.10.2021-ci il tarixdə saat 02:25:39-da “Bratka 1 lili itirdim.gelende baharsan da gaga”, ***-***-**-** saylı mobil nömrədən 19.10.2021-ci il tarixdə saat 07:09:23-də “25 verim qaqa kecende kimi pas atda qaqana, qaqa 8 yarasi mawin gedir neter eliyek alinir vurum karta 25 ?”, ***-***-**-** saylı mobil nömrədən 19.10.2021-cı il tarixdə saat 11:15:33də “Gaga bunnan gabah tema torpa yahshi idi, imkan olsa maraglana bilersen gagtı?”. 20.10.2021-ci il tarixdə 01:05:23-də “40 torp İ 45 kamen”, saat 01:08:03-də 20 man mayasidi 22. Ti skazal kajdiy raz beri tyopgda 20 Klyanus”, ***-***-**-** saylı mobil nömrədən 20.10.2021-ci il tarixdə saat 09:06:16-da “kolanin yerin de gorey”, saat 14:20:15-də “qaqa 25 vurum bir dene botov oturde qaqva, alinir ya yox bir cavab yazda”, 23.10.2021-ci il tarixdə saat 03:17:43-də “soxum o kakosun ıcınekı seni bu qeder yığdım lazım olmadı sagol qaqaw”. ***-***-**-** saylı mobil nömrədən 27.10.2021-ci il tarixdə saat 01:25:19-da "Eli gunewdeyem men 50 vururam 1,5 elede onu canivi yiyerem, Diyen. 30 vurasi oldum”, ***-***-**-** saylı mobil nömrədən 30.10.2021-ci il tarixdə saat 07:36:20-də "qaqa 15 verim yari ver - 25 axsam iwden gelende verecem”, ***-***-**-** saylı mobil nömrədən 01.11.2021-ci il tarixdə saat 13:55:57-də "Brat bax bu deyqe 5-6 dene kola mene lazimdi,negdi pulun veremde Alindira bilsensexeber ele gelim qaqa.”, saat 14:12-də “Eliw bir xeber dinende qaqa mene. К lazimdi 5-6 dene.nagdi pulun verecem qaqaw.ne disen alinir gelim? x di”, saat 14:48:13-də "Elebi vurdum pulu,hara ve neqeder vaxdan soram atacaq a manatı, bideki qaqa 20 den verecekde kolani ele? Diri 100 vursan 5 K. ata bilecek qaqa?”, saat 14:58:11-də “Qaqa bele sene inanib atacamda men bu pulu.bele men omrunde zakladka elememiwemde elebil.sebr ele 5-10 deq se bir soz dicem qaqa.opwim 100 vursam 5 к getircey?”. saat 16:30:14-də “Qaqa menim ozumun wcxsi 100 maıim var.onu vuram.Tema verse artiq axwamada 100 vura bilerem.gedrem 100 vuram karta.kodu cawdim sildim.tezden atda kodu,kapitaldi?”, saat 20:25:12-də “Qaqa fuad bıdene bukum verdi mene dediki 5 q koladi fisyo. Dedim pencerede ver,dediki birazdan gorweruy.baxariqda birazdan vezyete. Qaqa bu 4.5 geldiaxi. Hele 3 qat salafannan. Bideki qaqa biri var mal nem,yaw olar.biride var palcix. bu elece palcix idi qaqa.yeniki heddinnen artiq yaw eliblere qaqa. bileme senniy dolu,ama diremki bilesende nevar ncyoxun. Adami ozbcy yerine qoyma sin nar yeni, qaqa yenede cox saqol.”, 03.11.2021-ci il tarixdə saat 11:04:19-da “Sabahin xeyir qaqa.netersen? qaqa surocnu 5 kola lazimde.nece eliyek? fuadi yigiram acmire qaqa. Sende yoxdu? negdi 100 duyun verem senol.” saat 17:32:04də “Axwamin xeyir qaqa.netersen.kefin yadun ncccdi? qaqa gor riqrofqa vermek olarsa elebil bu vaxdi 5 к verisen seher yene bu vaxdi 6 nin pulun verem yene 5 к goturem. Koroci her ne versen 24 sata pulun vasdanavit elirem+1 de pulun artiq veremki 5 gune rawotdawaqda elebil. ne disen qaqa.alınar bele? Cvb goz. Eliw qaqaw,bele birden agliva qaranniq fikirler geler.varyoxun skim direm 1 matin mende qala bilmezde. Sadece ve sadece duzgunnuyumuz qarwiliqli olsun vesalam.”, ***-***-**-** saylı mobil nömrdən 09.11.2021-ci il tarixdə saat 19:19:59-da “Allah komryin olsun qardaş.sag ol qutarmagina bu gun qutardi qardaş amma pul borcum vardi birine onu vermisem 100m var mene kola verersen.”, ***-***-**-** saylı mobil nömrədən 11.11.2021 -ci il tarixdə saat 16:49:39-da “Hervaxdin xeyir qaqa. Eliw 10 denesine 2 dene diri qirmizı yariyarmi? me bir xeber di nen. gorum neynirem.gozdirem sen nen xeber”, ***-***-**-** saylı mobil nömrədən 11.11.2021-ci İİ tarixdə saat 23:03:46- da “yetim indi 1 dene duzeler 30m var tez xeber de, saat 23:27:14-də yetim 23 den 5 dene alinsa xeber ele mene” məzmunlu sms-in göndərilməsi aşkar edildi. (cild 01, iş vər. 110-162) Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş 07.01.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası- 1958-ci il təvəllüdlü X1, bacısı- 1984-cü il təvəllüdlü X3, qardaşı- 1986-cı il təvəllüdlü X6, həyat yoldaşı- 1990-cə il təvəllüdlü X7, oğlu- 2008-ci il təvəllüdlü X4, oğlu- 2009-cu il təvəllüdlü X5 ibarətdir. (cild 01, iş vərəqə 164) Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 66 saylı MKİS tərəfindən verilmiş 07.01.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 01, iş vərəqə 165) Azərbaycan Respublikası vətəndaşının AZE 12946297 və AZE 12946316 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26.07.2009-cu il təvəllüdlü X8 və 03.01.2008-ci il təvəllüdlü X9 2 övladı vardır. (cild 01, iş vər.166-167) Məhkəmə-narkoloji ekspertizasının 10.01.2022-ci il tarixli, 100 saylı rəyində göstərilmişdir ki. Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər. 178- 179) Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə heroinin xalis çəkisi 2 qramdan yuxarı aşkar olunması külli miqdar hesab olunur. Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış aparılması haqqında” 21 noyabr 2021-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması onun özünün mahiyyət etibarı ilə qismən etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin həyat keçirilməsinə dair protokolların məzmunu, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı qeydə alınan videogörüntülər, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olmuş telefon nömrəsi ilə aparılmış sms yazışmalarının məzmununu, və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı barədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda narkotik vasitə olan heroini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan həmin tövsiyyələri, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını və işin faktiki hallarını, yəni əməliyyat axtarış və ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmununu, Rövşən Fətəliyevin şübhəli və təqsirləndirilən şəxs qismində ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi hadisələrin baş vermə yeri, vaxtı və ardıcıllığına və işin hallarına uyğun etirafedici ifadələri, Təqsirləndirilən şəxs üzərindən aşkarlanıb götürülmüş narkotik vasitələrin miqdarını, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına əsaslı şübhələr olduğuna dəlalət edən istifadəsində olan mobil telefon nömrələri ilə apardığı və cinayət işi materiallarına çıxarış şəklində əlavə edilmiş sms yazışmalarına dair məlumatları, mobil telefon aparatına baxış zamanı müəyyən edilmiş oxşar halları və digər sübutları qarşılıqlı şəkildə tədqiq və təhlil edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadələri ittihamı təkzib edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə həmin tövsiyyələri və işin faktiki hallarını, yəni Təqsirləndirilən şəxs üzərindən yuxarıda göstərilən şəraitdə külli miqdarda olmaqla 10 ədəd bükümdə ümumi çəkisi,- 25,926 qram narkotik vasitə heroinin aşkar edilmiş olmasını, eləcə də digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etmiş olduğu təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaqla, Xətai Rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli, 1(011)-216/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsiri bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 07.09.2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəza 01 il azadlıqdan məhrumetmə cəzasına endirilmiş və o, 17.07.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə görə cəzadan azad edildyi vaxtdan hazırkı cinayət işi üzrə cinayət törədilən vaxtadək iki il müddət keçdiyindən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və qeyd olunan hökm ona münasibətdə heç bir hüquqi nəticə yaratmır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini qismən etiraf edib peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət əməlini törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli faktiki olaraq azadlığının məhdudlaşdırıldığı 21 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübutlar: AR DİN Xətai RPİ-nin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 25,826 qram olan narktoik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 21.11.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01.02.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 50 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: AR DİN Xətai RPİ-nin saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,- ümumi çəkisi 25,826 qram olan narktoik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs oğlunun üzərinə 21.11.2021-ci il tarixdə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntülər olan bir ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 81,82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlətin büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 300 (üç yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Məhəmməd Əkbərov Hakimlər Faiq Qəniyev İlham Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar