Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-714/2024 07.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçilər – Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1993-cü ildə Ağsu rayonu, Ülgüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Ağsu rayonu, Ülgüc kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx.xx.1993-cü ildə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Gədəbəy rayonu, Arıqdam Ərazi Dairəsi, Arıqdam kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda - 11,152 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin maddələri satmaq məqsədi ilə aralarında bölərək Təqsirləndirilən şəxs2 psixotrop maddənin 9,970 qramını bir ədəd bükümdə, Təqsirləndirilən şəxs1 isə həmin maddənin 1,182 qramını bir ədəd bükümdə olmaqla üzərilərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının 19 aprel 2023-cü tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 22:45-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4erləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib orada üzərilərinə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən təmiz çəkisi - 1,182 qram psixotrop maddə metamfetamin bir ədəd bükümdə, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən ümumi təmiz təmiz çəkisi külli miqdarda - 9,970 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla aşkar edilərək götürülmüşdür. İttiham aktına əsasən Təqsirləndirilən şəxs2 o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək külli miqdarda - 11,152 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda, yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib həmin maddələri satmaq məqsədi ilə aralarında bölərək Təqsirləndirilən şəxs2 psixotrop maddənin 9,970 qramını bir ədəd bükümdə, Təqsirləndirilən şəxs1 İsə həmin maddənin 1,182 qramını bir ədəd bükümdə olmaqla üzərilərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının 19 aprel 2023-cü tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində onlar həmin gün saat 22:45-də ünvan 3 ünvanın yaxınlığında saxlanılaraq ünvan 4erləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib orada üzərlərinə şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən təmiz çəkisi - 1,182 qram psixotrop maddə metamfetamin bir ədəd bükümdə, Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən ümumi təmiz təmiz çəkisi külli miqdarda - 9,970 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd bükümdə olmaqla aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, hadisənin baş vermə vaxtı dəqiq yadında deyil. O, Fərqanla birgə maşından düşən kimi polislər onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Polis əməkdaşları onları başıaşağı apardıqları üçün onlar hara getdiklərini bilməmişlər. Fərqanla o polislər tərəfindən işgəncələrə məruz qalmışlar. Polislər onları döydükləri və onlara qarşı təhqiramiz hərəkətlər etdikləri üçün ona məxsus olmayan narkotik vasitəni boynuna götürmək məcburiyyətində qalmışdır. Özü 16 saylı uşaq evində böyümüş, bir qardaşı vardır. O, narkotik vasitə dalınca getmişdir. Belə ki, həmin şəxslə Fərqan danışmış və o da yarım qram narkotik maddə almaq üçün Fərqanla birlikdə getmişdir. Lakin onlar narkotik vasitəni götürə bilməmişlər. İdarəyə gedən vaxt onların üzərilərində narkotik maddə olmamışdır. O, polislərə narkotik vasitə istifadə etməyə təzə başladığını bildirmişdir. O, avto-yumada işləyir. O, yalnız pulu olan vaxt narkotik vasitə alaraq istifadə edirmiş. Onlar videoçəkiliş zamanı polislərin onları öyrətdikləri kimi danışmışlar. O, mobil telefondan istifadə etməmiş və eyni zamanda onun adına mobil nömrə də yoxdur. Təxminən 02 ay olar ki, qardaşı ona mobil telefon vermiş lakin o, həmin mobil telefondan istifadə etməmişdir. Tutulan vaxt üzərində ancaq mobil telefon olmuşdur. O, günə 25-30 manat məbləğində pul qazanırmış. Belə ki, yarım qram narkotik vasitə alaraq 2-3 gün istifadə edirmiş. O, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonradan onun barəsində amnistiya tətbiq olunmuşdur. Onlar Nərimanova axşam saatlarında Fərqanla birgə getmişlər. Narkotik vasitəni satan şəxsi o tanımır, belə ki həmin şəxslə Fərqan danışmışdır. O, kənarda dayanacaqmış və Fərqan isə həmin şəxsə yaxınlaşıb onunla danışacaqmış. Həmin yerə çatanda satıcı orada deyilmiş, yəni onlara narkotik maddə verən olmamışdır. Polislər onlara yaxınlaşaraq qollarından tutub maşına salmışlar. Həmin vaxt onlar mülki geyimdə olmuşlar. Həmin vaxt polislər onlardan heç nə soruşmamışlar. Daha sonra polis əməkdaşları onları idarəyə gətirmişlər. Polislər İdarədə onları döyməyə başlamışlar. Polislər onları idarəyə gətirdikdən sonra narkotik vasitənin harada olduğunu soruşmuşlar. Polislər hesab etmişlər ki, onlar artıq narkotik maddəni götürmüşlər. Onlar polislərə üzərlərində narkotik vasitənin olmadığını bildirdikdə onları soyundurmuşlar. Polis əməkdaşları bükümü onların ciblərinə qoyaraq videoçəkiliş zamanı həmin narkotik vasitəni çıxararaq danışmalarını onlara tapşırmışlar. Videoçəkiliş başlayan kimi o, yanında vəkillərin olduğunu görüb daha təzyiqlərə məruz qalmayacağına inanaraq hər şeyi olduğu kimi danışmaq istəyən zaman polislər videonu dayandırmış və onu başqa otağa apararaq üzünə şillə vurmuşlar. Ona zor tətbiq edən şəxslərdən biri də polis əməkdaşı Şahid1 olmuşdur. Bundan sonra o, ona məxsus olmayan narkotik vasitəni boynuna götürmək məcburiyyətində qalmışdır. Bakı İstintaq Təcridxanasına daxil olarkən onu soyundurmuşlar. Həmin vaxt onun yanları gömgöy olmuş və o nəfəs ala bilmirmiş. Təcridxanada onun bütün xəsarətləri qeyd olunmuşdur. 25 (iyirmi beş) manatlıq metamfetamin onun, 50 (əlli) manatlıq metamfetamin isə Fərqanın olacaqmış. Məqsədləri narkotik maddəni birgə istifadə etmək olmuşdur. Fərqanla razılaşmalarına görə, 01 (bir) qram narkotik vasitə Fərqanın, yarım qram isə onun olacaqmış. Onlar narkotik vasitəni birlikdə gedib götürürmüşlər. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. 2019-cu ildə Azərbaycan Respublikası CM-nin 177-ci madddəsi ilə məhkum olunmuşdur, heç yerdə işləmir. Təxminən bir ildir psixotrop maddə metamfetamini falqa kağızında yandırmaqla, yaranan tüstünü ağzına çəkməklə qəbul edir. Psixotrop maddəni ilk əvvəllər Bakı şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Son bir aydır “instagram” sosial şəbəkəsində İİR vətəndaşı kimi tanıdığı, adını bilmədiyi şəxslə tanış olaraq ondan, psixotrop maddə almağa başlamışdır. Belə ki, həmin şəxslə “watsapp” ani mesajlaşma mübadiləsi sistemində danışmağa başlamış, onun dediyi bank kartına ondan alacağı maddənin qramına uyğun pullar yükləmişdir. Karta yüklədiyi pulun müqabilində həmin şəxs Bakı şəhərində ayrı-ayrı yerlərə onun üçün psixotrop maddəni qoydurduğu yerin şəkillərini ona göndərmişdir. Lakin həmin maddələri ora kimin, hansı şəraitdə qoymasını görməmiş və iranlı da bu barədə ona məlumat verməmişdir. Onunla bir evdə yaşayan Fərqan da psixotrop maddədən istifadə etdiyi üçün onunla birlikdə həmin şəxsdən psixotrop maddə almışlar. 19 aprel 2023-cü il tarixdə Fərqanla birlikdə psixotrop maddə almaq qərarına gəlmiş, bu barədə iranlıyla danışmışlar və ona 75 (yetmiş beş) manata psixotrop maddə sifariş vermişlər. Həmin psixotrop maddəyə görə Fərqana sonradan 25 manat verməli idi, qalan pulu isə Fərqan vermişdir. Həmin şəxsin kart hesabına pulu yükləyib qəbzin şəklini ona göndərdikdən bir neçə dəqiqə sonra Fərqana konum gəlmiş və iranlı həmin maddənin ona göndərdiyi konuma atdırdığını bildirmişdir. Fərqanla birlikdə həmin konuma gedib maddəni götürmüş, oradan ayrılan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edərək DİN-in BMCMİ-nin əməkdaşları olduqlarını, onlara narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqları barədə məlumatları olduqlarını demiş və onların təklifi ilə Baş İdarəyə getmişlər. Vəkillər onlara təqdim olunduqdan sonra hər ikisinə hüquq və vəzifələri izah olunmuş və üzərlərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə üzərlərinə keçirilən şəxsi axtarış zamanı, təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməyini xahiş etmişdir. Həmin vaxt Fərqan əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümü, mobil telefonunu, pulunu və azadlıqdan məhdudlaşdırma cihazını təqdim etmişdir. Büküm açılan zaman oradan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı aşkar edilmiş maddəni onunla birlikdə İİR vətəndaşının dediyi yerdən götürdüklərini, bunun üçün 75 manat pul ödədiklərini, həmin pulun 25 manatın onun tərəfindən Fərqana veriləcəyini bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və tədqiqatçı ondan üzərində olan əşyalarını təqdim etməsini xahiş etdikdə, əynində olan şalvarının sağ yan kiçik cibindən bir ədəd bükümü, telefonunu və pulunu təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu deyərək, Fərqanın dediklərini təsdiq etmişdir. Bundan sonra telefonlar və bükümlər qablaşdırılaraq götürülmüş, qalan əşyalar isə özlərinə qaytarılmışdır. (Cild 1, İş vər. 102-104) Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Teymur və o eyni obyektdə işləyirlər. İşdən çıxdıqdan sonra aralarında olan razılığa əsasən sosial şəbəkədə tanış olduqları tanımadıqları şəxsdən Bakı şəhəri, Nərimanov rayonuna narkotik vasitə almaq üçün getmişlər. Belə ki, onlar 01 (bir) qram yarım narkotik vasitəni 75 (yetmiş beş) manata almalı imişlər. Narkotik vasitənin yarım qramını Teymur, 01 (bir) qramını isə o alacaqmış. Lakin onlar taksidən düşən kimi polis işçiləri tərəfindən saxlanılmışlar və bundan sonra onları idarəyə aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitəni həmin yerə qoyan şəxs də tutulmuşdur. Görünür ki, həmin şəxs onları işarə vermişdir. Teymurun üzərinə 01 (bir) qram, onun da əlavə olaraq üzərinə 09 (doqquz) qram narkotik vasitə qoymuşlar. Videoçəkiliş zamanı nümayiş etdirilən mobil telefon ona məxsus deyildir. Belə ki, onun göy rəngdə “Samsung A4” markalı telefonu olmuş, lakin polis əməkdaşları onun cibinə qara rəngli mobil telefon qoymuşlar. Polislər tərəfindən ağır şiddətə məruz qalmışdır. Onlara zor tətbiq edən şəxslərdən biri Şahid1 adlı şəxs olmuşdur. Bakı İstintaq Təcridxanasına daxil olarkən onların bədənləri qap-qara olmuşdur. Onların bütün xəsarətləri təcridxanada qeydə alınmışdır. 2022-ci ilin avqust ayından etibarən metamfetamin istifadə edir. Sosial şəbəkə vasitəsilə tanış olduqları həmin şəxslə əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonuna gedərək bir dəfə narkotik vasitə almışdır. Lakin 2-ci dəfə narkotik maddəni götürmədən o tutulmuşdur. Onlar narkotik maddəni satan şəxsi də polis idarəsində görmüşlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Mobil telefonunda olan nömrə ***- ***-**-** saylı olmuşdur. Mobil nömrəsini dəyişdikdə dost-tanışları ilə əlaqə saxlayaraq təzə nömrəni onlara bildirirmiş. Adına olan nömrələrin bəzilərini özü almış, bəzilərini isə valideynləri almışdır. Onun adına bank kartları heç vaxt olmamışdır. Polis idarəsində onun telefonuna baxış keçirilmiş, lakin narkotik vasitə ilə bağlı hər hansı bir yazışma aşkar olunmamışdır. O, 10 avqust 2022-ci il tarixli hökm ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. O, 75 (yetmiş beş) manat pulu ödəmiş, lakin metamfetamini götürə bilməmişdir. Çünki psixotrop maddəni götürməmiş polis əməkdaşları onları tutmuşlar. Metamfetamini polis əməkdaşları döyərək onun üstünə qoymuşlar. 50 (əlli) manatlıq narkotik maddə onun, 25 (iyirmi beş) manatlıq metamfetamin isə Teymurun olacaqmış. Teymur həmin pulu ona sonradan verəcəkmiş. Məqsədləri narkotik maddəni birgə istifadə etmək olmuşdur. Teymurla razılaşmalarına görə, 01 (bir) qram narkotik vasitə onun, yarım qram isə Teymurun olacaqmış. Onlar narkotik vasitəni birlikdə gedib götürürmüşlər. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. 2015-ci il tarixdə CM-in 177-ci maddəsi ilə məhkum olunmuş və 2018-ci il tarixdə həbsdən azad olunmuşdur. Təxminən 1 ildir ki, psixotrop maddə metamfetamindən istifadə edir. Psixotrop maddəni falqa kağızında yandırmaqla, yaranan tüstünü ağzına çəkməklə qəbul etmişdir. Psixotrop maddəni ilk əvvəl Bakı şəhərində tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Həmin şəxslərlə təsadüf nəticəsində tanış olmuş, həmin şəxslərin anket məlumatlarını bilmir. Son bir aydır “instagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı kimi tanıdığı, lakin adını bilmədiyi şəxslə tanış olmuş və həmin şəxsdən psixotrop maddə almağa başlamışdır. Belə ki, onunla “watsapp” mesajlaşma mübadiləsi sistemində danışmağa başlamış, onun dediyi bank kartında ondan alacağı maddənin çəkisinə uyğun olaraq pul yükləmiş, həmin şəxs də Bakı şəhərində ayrı-ayrı yerlərə psixotrop maddəni qoydurmuş və həmin yerin şəkillərini ona göndərmişdir. Lakin həmin maddələri ora kimin, hansı şəraitdə qoymasını görməmiş və iranlı da bu barədə ona məlumat verməmişdir. Bir evdə yaşadığı Təqsirləndirilən şəxs1 psixotrop maddə qəbul etdiyi üçün, Teymurla birlikdə həmin şəxsdən istifadələri üçün psixotrop maddə almışlar. 19 aprel 2023-cü il tarixdə Teymurla birlikdə psixotrop maddə almaq qərarına gəlmiş və bu barədə iranlıyla danışmışlar, ondan 75 manata (yetmiş beş) psixotrop maddə sifariş vermişlər. Alacaqları həmin psixotrop maddəyə görə Teymur ona sonradan 25 manat verməli idi. Qalan pulu isə özü vermişdir. Həmin şəxsin kart hesabına pulu yükləyib qəbzin şəklini ona göndərmişdir. Həmin şəxs psixotrop maddəni bir neçə saata Bakı şəhərində atdıracağını demişdi. Bundan bir neçə dəqiqə sonra ona konum gəlmiş və iranlı həmin maddənin ona göndərdiyi konuma atdırdığını bildirmişdir. Teymurla birlikdə həmin konuma gedib maddəni götürmüşlər, oradan uzaqlaşan zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşıb, özlərini təqdim edib DİN-in BMCMi-nin əməkdaşları olduqlarını deyərək, onların narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaları barədə onlarda məlumat olduğunu deyərək, onları Baş İdarəyə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmişlər və ifşa olduqlarını bilib Baş İdarəyə gəlmişlər. Orada vəkillərlə təmin olunmuşlar və təhqiqatçı tərəfindən saxlanıldıqlarının səbəbi onlara izah edilmişdir. Vəkillər onlara təqdim olunduqdan sonra hər ikisinə hüquq və vəzifələri izah olunmuş, üzərlərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Onlara etiraz etməmişlər. Bundan sonra video çəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmışdı. Şəxsi axtarış ilkin ondan başlanmış və təhqiqatçı ondan üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Həmin vaxt əynində olan göy rəngli şalvarının sol yan cibindən bir ədəd bükümü, mobil telefonunu, pulunu və üstündəki azadlığın məhdudlaşdırma cihazını təqdim etmişdir. Təqdim etdiyi büküm açıldıqda bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu zamanı həmin psixotrop maddə metamfetamini Teymurla birlikdə İİR vətəndaşının dediyi yerdən götürdüklərini, bunun üçün 75 manat pul verdiklərini, pulun 25 manatını Teymurun ona sonradan verəcəyini bildirmişdir. Bundan sonra Teymurun üzərinə şəxsi axtarış aparıldıqda, tədqiqatçı ondan üzərində olan əşyalarını təqdim etməyini xahiş etdikdə, Teymur əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd bükümü, telefonunu və pulunu təqdim edərək, bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra telefonları və bükümlər qablaşdırılaraq götürülmüş,qalan əşyalar isə özlərinə qaytarılmışdır. (Cild 1, iş vərəqə 112-114) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 19 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə edildikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və qrup təşkil edilmişdir. Həmin tarixdə gecə saat 11-ə qalmış Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu ərazisində olduqları məlum olmuşdur. Həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlara şübhənin mahiyyətini izah etdikdən sonra Baş idarəyə gətirmişlər. Baş İdarədə iş təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Onların üzərilərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində qanunsuz əşya olduğu təqdirdə təqdim etmələri təklif edilmiş, bu zaman ilkin olaraq Təqsirləndirilən şəxs2 üzərində metamfetamin olduğunu bildirərək təqdim etmişdir. Təqsirləndirilən şəxs1 də üzərindən psixotrop maddəyə bənzər metamfetamin də aşkar edilmişdir. Şəxslər psixotrop maddəni anket məlumatlarını bilmədikləri İran İslam Respublikasının vətəndaşından əldə etdiklərini və həmin maddələri müəyyən miqdar narkotik maddə əldə etmək qarşılığında deyilən ünvanlara qoyduqlarını bildirmişlər. Əməliyyat qrupunun rəhbəri o olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 “Montin” ərazisində “Pivə” zavodu deyilən ərazinin yaxınlığında, A.Hacıyev küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə yerində baxış və axtarış keçirməməklərinə səbəb gecə vaxtı olduğundan əlverişli şəraitin olmaması olmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polisə müqavimət göstərib-göstərmədiklərini dəqiq xatırlamır. Şəxsi axtarış və baxış istintaq hərəkətində təhqiqatçı, müdafiəçilər, Emin, Ülvi, Orxan adlı polis əməkdaşları və o iştirak etmişdir. Videoçəkiliş səhv etmirsə, əməliyyat müvəkkili Orxan tərəfindən həyata keçirilirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən üzərindən səhv etmirsə, 01 ədəd büküm metamfetamin aşkar edilmişdir. Ancaq dəqiq çəkini bilmir. Şəxsi axtarış və götürmə zamanı psixotrop maddədən əlavə mobil telefon da aşkar edilmişdir. Lakin həmin telefonun kimin üzərindən aşkar olunduğunu xatırlamır. Mobil telefonun rəngini xatırlamır. Mobil telefon başqası ilə dəyişdirilməmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cibindəkiləri özləri könüllü şəkildə təqdim etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərinə təhqiqatçının göstərişi ilə baxış keçirmişlər. Lakin bunun hansı əməkdaş tərəfindən edildiyini xatırlamır. Daxil olmuş əməliyyat məlumatı həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 barəsində olmuşdur. Onlar Teymur və Fərqana yaxınlaşaraq özlərini təqdim edib qərarla tanış etdikdən sonra onları Baş İdarəyə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində narkotik vasitə olub-olmamasını soruşub-soruşmadıqlarını xatırlamır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərilərində olan psixotrop maddəni özləri könüllü şəkildə etiraf edərək təqdim etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən fiziki və psixi təsir və təzyiq olunmamışdır. Eyni zamanda, onlara qarşı zor tətbiq edilməsinin şahidi olmamışdır. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili işləyir, polis baş leytenantı rütbəsindədir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat əldə etmiş, həmin məlumat rəsmiləşdirilmiş və onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və Orxan Mustafayev daxil edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanın yaxınlığında olmaları barədə daxil olmuş əməliyyat məlumatı əsasında həmin ünvana əməliyyat qrupunun üzvləri ilə birlikdə getmiş, orada həmin tarixdə yəni, xx.xx.2023-cü ildə, saat 22:45 dəqiqədə qeyd edilən ünvanda xarici görünüşləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar şəxslərə yaxınlaşıb özlərini təqdim edərək Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkiləri olduqlarını bildirmişlər. Həmin şəxslər özlərini təqdim etdikdə onların barələrində əməliyyat məlumatı olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu aydın olmuşdur. Onlara qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etmələri, üzərlərində saxlayaraq daşımaları və satışı ilə məşğul olmaları barədə məlumat daxil olduğunu bildirib, onlar ilə birlikdə Baş İdarəyə gəlmələrini təklif etmişlər. Onlar ilə birlikdə Baş İdarəyə gəlmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış keçirməsi məqsədilə raportla rəhbərliyə məruzə etmişdir. Həmin raportunun icrası İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Murad Azayevə həvalə edilmiş, ona görə həmin şəxsləri təhqiqatçının xidməti iş otağına aparmışlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri onlara izah edilmiş, vəkillər ilə təmin edilmiş, onların üzərinə şəxsi axtarışın video çəkilişlə aparılacağı izah edilmişdir. Bundan sonra təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs2 üzərindəki əşyaları çıxarıb masanın üzərinə qoyması təklif olunduqda, Fərqan əynindəki şalvarının sol yan cibindən 1 ədəd bükümü, digər cibindən mobil telefonu, azadlığın məhdudlaşdırılması cihazını və pulunu masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Fərqan üzərindən aşkar edilmiş bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, onu tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə İran İslam Respublikasının vətəndaşından online qaydada ödəmə etməklə aldıqlarını, həmin maddə üçün 75 manat pulu özünün ödədiyini, həmin maddə üçün Təqsirləndirilən şəxs1 ona 25 manat verəcəyini bildirmişdir. Həmin büküm açıldıqda orada aşkar edilmiş psixotrop maddə metamfetamin qablaşdırılaraq götürülmüşdür. Həmçinin mobil telefon da götürülmüş və digər əşyalar isə ona qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edildikdə, Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə metamfetamin olduğunu deyərək, əynindəki şalvarının sağ kiçik cibindən 1 ədəd büküm, mobil telefon və pulunu masanın üzərinə qoyaraq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 aşkar edilmiş maddənin psixotrop maddə metamfetamin olduğunu qeyd edərək, Təqsirləndirilən şəxs2 dediklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi psixotrop maddə metamfetamin olan büküm və mobil telefon götürülərək qablaşdırılmış və digər əşyalar isə özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir fiziki və ya psixi təsir, həmşinin zorakı hərəkətlər etməmişlər. (Cild 1, iş vərəqi 139-141) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş digər polis əməkdaşları Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 ifadələrində məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmişlər və Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Fərqan və Teymur adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək daşıması və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 3) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 4-7) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 22:45-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov rayonu, A.Hacıyev küçəsi 267 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 8) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 9,17) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 25,33) 20 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli şübhəli şəxslərin üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman onlara paltarlarında, əşyalarında və bədənlərində olması ehtimal edilən narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildikdən sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sol arxa cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının sol yan cibində olan 01 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 01 ədəd azadlığı məhdudlaşdırılmış şəxslərə tətbiq edilən “Attenti” markalı cihazı, 10 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etməsi, Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd sellofan bükümün içərisində “patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirməsi və Təqsirləndirilən şəxs1 üzərində "patı” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynindəki qara rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu, şalvarının kiçik sağ yan cibində olan 01 ədəd sellofan bükümü, şalvarının böyük sağ yan cibində olan 65 manat pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etməsinin aşkar edilməsi hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 40-45) Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibindən təmiz çəkisi 1,182 qram və Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sol yan cibindən təmiz çəkisi 9,970 qram psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmə kimyəvi ekspertizasının 20 aprel 2023-cü il tarixli 6/2349 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi və "... Şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə; şübhəli şəxs: Təqsirləndirilən şəxs2-imza, iştirakçılar: yeddi imzalar, tərtib etdi: M.Azayev-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi-9,970 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksi və "... Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddə; şübhəli şəxs: Təqsirləndirilən şəxs1 -imza, iştirakçılar: yeddi imzalar, tərtib etdi: M.Azayev-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 1,182 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs2 üstündən aşkar edilərək götürülmüş metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş metamfetaminlər ilə eynidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. QEYD: metamfetamin təmiz çəkisi 9,970 qram, tədqiqata sərf edildi 0,01 qram, qalıq 9,870 qram. Digər metamfetamin təmiz çəkisi 1,182 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,082 qram. (Cild 1, iş vərəqə 67-69) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 95-96) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 105-106) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-581/2023 saylı (hakim R.N.Quliyev) qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2023cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 126-130) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(005)-582/2023 saylı (hakim R.N.Quliyev) qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 aprel 2023cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 131-135) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(005)-753/2023 saylı (hakim X.K.Əlisoy) qərarından görünür ki, "Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 19 aprel 2023-cü il tarixli qərar qanuna uyğun hesab edilmişdir. (Cild 1, iş vərəqə 151-152) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3920 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 Psixostimlyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 257-258) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3921 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 Psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 259-260) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1721 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 261-263) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 1722 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hər hansi psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 273-274) Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli, 5/897 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy A6” markalı arxa marklanma göstəricisinə görə “SM-A600FN/DS" modelli “3534xx/xx/257409/6, 3534xx/xx/257409/4" “imei" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsin"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A6” markalı arxa marklanma göstəricisinə görə “SM-A600FN/DS” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş qrafik təsvir ilə (parol-passvvord) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Tədqiq olunan “Samsung Galaxy A6” markalı “SM-A600FN/DS” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, “SMS” mesajlar, foto, audio, video fayllar, “WharsApp”, “VVharsApp Business” proqram təminatları, “İnstaqram” sosial şəbəkə vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş xarici yaddaş qurğuya). (Cild 1, iş vərəqə 264- 267) Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli, 5/898 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A40” markalı arxa marklanma göstəricisinə görə “SM-A405FN/DS” modelli “3578xx/xx/884138/3, 3578xx/xx/884138/1” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsin”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A40” markalı arxa marklanma göstəricisinə görə “SM-A405FN/DS” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol-passvvord) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin Tədqiqi hissəsin"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy A40” markalı arxa marklanma göstəricisinə görə “SM-A405FN/DS” modelli mobil smartfonun yaddaşından hər hansi bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WharsApp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) məlumatın olub-olmaması, eləcədə həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. (Cild 1, iş vərəqə 268-271) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 may 2019-cu il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 02 ay 02 gün həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün, yəni, 04 ay 04 gün hesablanaraq üzərində qəti olaraq 02 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir. (Cild 1, iş vərəqə 239-240, 246-250) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (Cild 1, iş vərəqə 295-296, 298-305) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 21-1-3-6701-11 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 il 04 ay 19 gün təşkil edir. CD diskə baxış keçirilməsi haqqında 02 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan, çıxan zənglər və SMS-lər, siyahıdakı hər bir abonent barədə məlumatlar, nömrədən zəng olunan və həmin nömrəyə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatlar "xxxx" MMC-dən götürülmüş və həmin məlumatlara baxış keçirilmişdir. Baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 251) CD diskə baxış keçirilməsi haqqında 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan, çıxan zənglər və SMS-lər, siyahıdakı hər bir abonent barədə məlumatlar, nömrədən zəng olunan və həmin nömrəyə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatlar "xxxx" MMC-dən götürülmüş və həmin məlumatlara baxış keçirilmişdir. Baxış zamanı iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. (Cild 1, iş vərəqə 255) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və maddi sübut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 1,082 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və maddi sübut kimi tanınmış ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 9,870 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və saxlanılması üçün DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə icraatda olan ********* nömrəli cinayət işindən, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda psixotrop maddə metamfetamini təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilməmiş və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi olmadığı nəzərə alınmışdır. (Cild 1, iş vərəqə 308-319) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxslərin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməlləri alternativ tərkibli olmaqla, obyektiv cəhətdən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayətlər bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməlləri formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddələr ilə nəzərdə tutulan hərəkətləri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş psixotrop maddənin yalnız çəkisi (miqdarı) təqsirləndirilən şəxslərin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxslərin psixotrop maddələri satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin psixotrop maddəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxslərin onlarla əvvəlcədən sövdələşməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər konkret olaraq psixotrop maddənin satışını həyata keçirərkən saxlanılmamış, üzərlərinə şəxsi axtarış keçirilərkən üzərlərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan psixotrop maddənin miqdarı, həmçinin üzərlərindən elektron tərəzinin aşkar edilməməsi, təqsirləndirilən şəxslərin evlərindən, həyətyanı sahələrindən və ya avtomobillərindən əlavə psixotrop maddənin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxslərdən aşkar olunan psixotrop maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin psixotrop maddənin satışı ilə məşğul olmalarını, aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etmələrini, onu satmaq üçün bükümlərə ayırmalarını, istehlakçı ilə əvvəlcədən hər hansı razılıqlarının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxslər tərəfindən onlardan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz psixotrop maddənin miqdarını nəzərə alaraq əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsləri saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxslərin əməlinin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər irəli sürülmüş ittiham üzrə özlərini təqsirli bilməsələr də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onların Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər üzərlərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin onlara məxsus olmadığını, psixotrop maddənin polislər tərəfindən üzərlərinə qoyulduğunu, həmçinin polis əməkdaşları tərəfindən onlara psixi və fiziki təzyiqlər edilərək döyüldüklərini bildirsələr də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslərin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxslər tutularkən onların müdafiə hüquqları təmin edilərək müdafiəçi ilə təmin edilmişlər, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onların üzərlərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxslər onların üzərlərindən aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımalarını ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə etiraf etmişdirlər. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəməyədək icraat dövründə verdikləri ifadələrini məhkəmə iclasında dəyişdirmələrinin səbəblərini araşdırmış, müdafiə tərəfləri ibtidai istintaq zamanı etirafedici ifadə vermələrinin səbəbini polis əməkdaşları tərəfindən döyülmələri, həmçinin onlara qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələrində göstərdikləri həmin xüsusatların araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmamaları ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16- 17/38/2-6895/2023 saylı sorğuya cavab məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirən zaman sol kürək nahiyəsində və sağ sağrıda bənövşəyi rəngli qançır, sol çiyində və hər iki döş nahiyəsində sarımtıl rəngli qançır müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs2 adına açılmış həmin tibbi kitabça məhkəmə tərəfindən tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərkən onun adına tibbi kitabça açılmışdır. Bədəninə baxış keçirən zaman sağ körpücük üstü, sol kürək nahiyəsində təqribi ölçüsü 1,5 sm olan sarımtıl rəngli qançır, hər iki sağrı nahiyəsində təqribi ölçüsü 4 sm, hər iki baldırın ön səthində təqribi ölçüsü 1 sm olan tünd bənövşəyi rəngli qançır, döş qəfəsinin sol tərəfində yumşaq toxumaların əziyi müşahidə olunmuşdur. Təqsirləndirilən şəxs1 adına açılmış həmin tibbi kitabça məhkəmə tərəfindən tədqiq edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı göstərdikləri hallarla bağlı, yəni onların polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılıb-aparılmaması, araşdırma aparıldığı halda nəticəsi barədə ətraflı məlumatın verilməsi, eləcə də aparılmış araşdırma zamanı toplanılmış materialın təsdiq olunmuş surətinin qısa müddət ərzində məhkəməyə təqdim edilməsi, araşdırma aparılmadığı halda isə bu barədə, yəni təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı göstərdikləri hallar barədə araşdırma aparılaraq həmin araşdırmanın nəticəsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə ətraflı məlumat verilməsi ilə bağlı Nərimanov Rayon Prokurorluğuna sorğu edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli və 30 oktyabr 2023-cü il tarixli, 645-C-23 saylı sorğuya cavab məktubu ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə daxil olmuş məlumatla əlaqədar aparılan 645-C-23 nömrəli material və həmin material üzrə yekun qərar məhkəməyə göndərilmişdir. Nərimanov rayon prokurorluğunda aparılan 645-C-23 nömrəli material məhkəmə tərəfindən öyrənilmiş və müəyyən edilmişdir ki, Nərimanov Rayon prokurorluğu tərəfindən polis əməkdaşlarının izahatları alınmış, təqsirləndirilən şəxslərin bədənində olan xəsarətlərlə bağlı məhkəmə-tibbi ekspetizası təyin edilmiş və müvafiq rəylər alınaraq materiala əlavə edilmişdir. Məhkəmə-tibbi ekspetizasının xx.xx.2023-cü il tarixli, 1377 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər- sağ körpücüküstü nahiyənin, sol kürək nahiyənin, hər iki sağrı nahiyəsinin, hər iki baldırın qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsərindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Bununla belə xəsarətlərin konkret olaraq törənmə şəraiti istintaq və təhqiqat yolu ilə daha da dəqiqləşdirilə bilər. Həmçinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 1382 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 adına tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər- sol çiyin, sol kürək nahiyəsinin, hər iki döş nahiyəsinin, sağ sağrı nahiyəsinin qançırları. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsərindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən şəxsin öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Bununla belə xəsarətlərin konkret olaraq törənmə şəraiti istintaq və təhqiqat yolu ilə daha da dəqiqləşdirilə bilər. Ona görə də, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 izahatlarında göstərdikləri xüsusatlar öz təsdiqini tapmadığından Nərimanov rayon Prokurorluğu tərəfindən 23 oktyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 BMCMİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalmaları barədə toplanmış 645-C-23 saylı material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlərin yaranma müddəti, lokalizasiyası, ağırlıq dərəcəsi, yetirilmə mexanizmi, şəraiti və aləti müəyyən edilməsi, həmçinin, aşkar olunmuş xəsarətlərin özləri və ya digər şəxs tərəfindən yetirilib-yetirilməməsini aydınlaşdırmaq, həmçinin, cinayət işi üzrə tam və obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə məhkəmənin 12 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işi üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və müvafiq rəylər alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 verdiyi 19 yanvar 2024-cü il tarixli, 515/MEŞ saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbi- Sanitar Hissəsinin həkimi tərəfindən baxış keçirilərkən “sol kürək nahiyəsində və sağ sağırda bənövşəyi qançır, sol çiyində və hər iki döş nahiyəsində sarımtıl qançır” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, rəng göstəricilərinə əsasən sol kürək və sağ sağrı nahiyələrinin qançırları xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinəsindən 4-5 gün, sol çiyin nahiyəsinin və döş qəfəsinin səthlərinin qançırları 8-12 gün əvvələ uyğun gəlir; həm ümumlikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyanın dəyməsi nəticəsində yarana bilərdilər; dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilərlər. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X6 verdiyi 19 yanvar 2024-cü il tarixli, 516/MEŞ saylı ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasının Tibbi-Sanitar Hissəsinin həkimi tərəfindən baxış keçirilərkən “sağ körpücüküstü, sol kürək nahiyəsində təxminən 1,5sm ölçüdə sarımtıl qançır, hər iki sağrı nahiyəsində təxminən 4 sm ölçüdə, hər iki baldırın ön səthində təxminən 1 sm ölçüdə tünd-bənövşəyi rəngli qançır, döş qəfəsinin sol tərəfində yumşaq toxumaların əziyi” aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, rəng göstəricilərinə əsasən hər iki sağrı nahiyəsinin və hər iki baldırın qançırları xx.xx.2023-cü il tarixdə keçirilmiş müayinəsindən 4-5 gün, sağ körpücüküstü və sol kürək nahiyələrinin qançırları 8-12 gün əvvələ uyğun gəlir; həm ümumlikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan “döşqəfəsinin sol tərəfində yumşaq toxumların əziyi” diaqnozu xəsarətin obyektiv (qnçır, sıyrıq, yara və s) əlamətləri ilə müşayiət olunmadığından bu hal sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmamışdır. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən sərbəst yıxılma, bədənin müvafiq nahiyələrinin küt əşyalara çırpılması və ya həmin nahiyələrə küt əşyanın dəyməsi nəticəsində yaran bilərdilər; dəqiq olaraq hansı şəraitdə yaranmaları hüquqi müstəvidə aydınlaşdırıla bilər. Bundan başqa BMCMİ-nin əməkdaşları məhkəmə iclasında şahid qismində dindirilərkən verdikləri ifadələrində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birinin üzərlərindən 01 ədəd büküm metamfetamin aşkar edildiyini, psixotrop maddədən əlavə mobil telefon da aşkar edildiyini, lakin həmin telefonun kimin üzərindən aşkar olunduğunu xatırlamadığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəflərindən fiziki və psixi təsir və təzyiq olunmadığını və onlara qarşı zor tətbiq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin özünü təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin üzərlərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin onlara məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərlərinə qoyulması və polis əməkdaşları tərəfindən saxlanılarkən polislərin onlara psixoloji və fiziki təzyiqlər etməsi, polislər tərəfindən döyülmələr barədə verdikləri ifadələrinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uygun deyil və yuxarıda göstərilən mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onların ifadələrinin həmin hissəsini özlərini müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini (psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımaları ilə bağlı ifadələrini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq ,yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri özlərinin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və onlara təqsirli bilindiləri maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxslərə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən iş üzrə cəzalarını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətmələri iş üzrə cəzalarını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxslərin islah olunmasına, onların ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzalarını yüngülləşdirən halların olmamasını, cəzalarını ağırlaşdıran hal kimi cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətmələrini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 21-1-3-6701-11 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 02 il 04 ay 19 gün təşkil edir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binqədi rayon Məhkəməsinin 10 avqust 2022ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə 01 (bir) il 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə birləşdirilməlidir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, təqsirləndirilən şəxslər xx.xx.2023-cü il tarixdə tutulmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə azadlıqları faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmışlar, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarları ilə barələrində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bugünədək davamlı olaraq həbsdə saxlanılır Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 aprel 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin saxlanc anbarında (maddi sübutların saxlanılma yerində) saxlanılan 9,870 qram və 1,082 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 312 (üç yüz on iki) manat məbləğində, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 312 (üç yüz on iki) manat məbləğində pul köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 19 (on doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə 01 (bir) il 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətə müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs2 qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 9,870 qram və 1,082 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə aparılması görüntülərini özündə əks etdirən 01 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 252 (iki yüz əlli iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 üçün 312 (üç yüz on iki) manat məbləğində, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 312 (üç yüz on iki) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-714/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-714/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver