Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-714/2025 21.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X9 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X6 və X7, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X4, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1989-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 4 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, orta təhsilli, işləməyən, ünvan 1 ünvansız fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitə əldə edib satmaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən mənfəət olaraq gəlir əldə etmək müqabilində Əli adlı şəxsə məxsus xüsusilə külli miqdarda narkotik vasitənin satışını həyata keçirəcəyinə dair razılığa gəlib 26 iyun 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu ərazisində Əl” adlı şəxs tərəfindən əvvəlcədən istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsi ilə qoyulması təşkil olunmuş yerdən 1 ədəd polietilen torbanın içərisində 1 ədəd bağlamada olmaqla xüsusilə külli miqdarda, təmiz çəkisi 2995 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bağlamanın içərisində 1 ədəd bükümdə olmaqla külli miqdarda, təmiz çəkisi 15,240 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 3010,240 (3 kq 10,240 qram) qram olan xüsusilə külli miqdarda narkotik vasitə heroini satış məqsədilə qanunsuz olaraq əldə edib saxlamaqla ünvan 2 ünvanın yaxınlığına daşımış və 26 iyun 2024-cü il tarixdə, saat 02:15 dəqiqədə Bakı şəhəri Nizami rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı göstərilən ünvanda şübhəli şəxs qismində tutularaq ünvan 4 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilməklə orada üzərində şəxsi axtarış aparılan zaman onun sağ əlində olan qara rəngli polietilen torbanın içərisindən 1 ədəd bağlamada olmaqla xüsusilə külli miqdarda, təmiz çəkisi 2995 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bağlamanın içərisində 1 ədəd bükümdə olmaqla külli miqdarda, təmiz çəkisi 15,240 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 3010,240 (3 kq 10,240 qram) qram olan xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, Elgiz adlı məhəllə uşağı ilə hər gün bir yerdə “patı”, yəni metamfetamin istifadə etmişlər. Hər gün mal aldıqları adama narkotik vasitə əldə etmək üçün zəng etmişdir. Həmin adam onlara 1-2 saata yollaya biləcəyini demişdir. Həmin vaxt bütün bədəni ağrı içində olduğundan 1-2 saat səbr edə bilmədiyindən başqa bir nömrə tapıb zəng etmişdir. Zəng etdiyi şəxs Əli adlı İran İslam Respublikası vətəndaşı olmuşdur. Zəng edəndə Əli adlı şəxs pulu yolladıqdan sonra narkotik vasitəni verə biləcəyini demişdir. Elgiz gəldikdən sonra Əliyə pul göndərmiş, daha sonra yollanılan konuma narkotik vasitəni təhvil almaq üçün getmişlər. Ünvana çatanda qarışıq vəziyyət olduğunu görmüş, hətta Elgizə də orada tutula biləcəkləri üçün geri qayıtmağı təklif etmişdir. Elgiz də ona narahat olmamasını, maşının yanında dayanıb onun narkotik vasitəni götürüb gəlməyini gözləməyini demişdir. Elgiz narkotik vasitəni götürməyə gedəndə birdən qışqırmağa başlamışdır. O, polis əməkdaşlarının Elgizi tutduğunu görmüşdür, bundan sonra da qorxaraq oradan qaçmışdır. Həmin ünvandan təxminən 1 kilometr məsafədə onu da tutaraq bölməyə gətirmişlər. Onlar əslində həmin ünvana 01 qram narkotik vasitə üçün getmişlər, amma bölmədə onlara aid olduğu deyilərək önlərinə 3 kiloqram narkotik vasitə gətirib qoyulmuşdur. Onları tutub saxlayanlar əməliyyatçılar olmuşlar. Bölmədə olanda Elgizi evə buraxmışlar, amma onu tutub saxlamışlar. Hədələdikləri üçün qorxduğundan 03 kiloqram narkotik vasitənin ona aid olduğunu boynuna götürmüşdür, dedikləri sənədlərə də imza çəkmişdir. Onu saxlayandan sonra Nizami RPİ-nə gətirmişlər. Onu saxlayan polis işçisi Elgizin Müdafiə Nazirliyində işlədiyini, bu məsələ aşkara çıxdığı halda, sonuncunun karyerasına zərər gələ biləcəyini, 03 kiloqram narkotik vasitənin özünə aid olduğunu boynuna götürüb sənədlərə imza çəkməsini, məsələnin bu şəkildə bağlanmasını təklif etmişdir. İdarədə onu döymüşlər, təzyiq altında narkotik vasitənin ona aid olduğunu boynuna qoymuşlar. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, 2015-ci ildən bəri narkotik vasitədən istifadə etmişdir. Sonuncu dəfə narkotik vasitəni İran İslam Respublikası vətəndaşından almış, İran İslam Respublikası vətəndaşının kartına “M10” proqramı vasitəsilə ödəniş etmiş, sonra da dediyi ünvandan narkotik vasitəni təhvil almışdır. İndiyə qədər heç kimə bəxşiş və ya hədiyyə kimi narkotik vasitə verməmişdir. Bölmədə əməliyyatçılar narkotik vasitənin ona aid olduğunu boynuna almağı üçün fiziki və psixi təzyiq göstərmişlər. Polis işçiləri onu döyən zaman bədənində xəsarətlər yaranmışdır. Onu aldığı xəsarətlərlə bağlı heç bir tibbi müayinədən keçirməmişlər. X1 qəbul edilərkən onu tibbi müayinədən keçirməmişlər. Həkimlər ondan bədənində xəsarətlər olubolmadığını soruşanda heç bir xəsarət olmadığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, səhv etmirsə, iyun ayında onlara Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, axşam saat 02:00 radələrində şəxs tərəflərindən saxlanılaraq İdarəyə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman əlində sellofan olmuş, İdarədə şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofandan heroin aşkar edilmişdir, narkotikin dəqiq çəkisini xatırlamır. Onlar saxlanıan şəxsdən həmin narkotik vasitəni haradan əldə etdiyini soruşmuş, sonuncu, onlara həmin narkotik vasitəni Əli adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, bir qram heroin götürmək əvəzində həmin narkotik vasitəni Əlinin dediyi ünvana yerləşdirməli olduqlarını demişdir. Ən sonda şəxsin üzərində aşkar olunan narkotik vasitə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, şəxsə qarşı tərəflərindən fiziki və ya psixi təzyiq olmamışdır. Sellofandakı heroinin çəkisi təxminən bir kiloqramdan çox olmuşdur. Narkotik vasitənin satışı ilə bağlı Mirsadiq Əli adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini, qarşılığında isə şəxsi istifadəsi üçün bir qram heroin götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman yanında başqa bir şəxs də olmuş, o da “Prius” markalı maşını idarə etmişdir. Mirsadiqin yanında saxlanılan şəxsin adı Elgiz olmuşdur. Elgizin Müdafiə Nazirliyi sistemində işləməsi ilə bağlı xəbəri olmamışdır. O, Təqsirləndirilən şəxs qarşı fiziki və ya psixi təzyiq göstərməmişdir, başqa polis əməkdaşlarının da onu döyməsinin şahidi olmamışdır. X10 karyerasına zərər gəlməməsi üçün narkotik vasitəni boynuna götürməli olduğuna dair heç nə deməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə günü Mirsadiq ona zəng edərək bir iş üçün getməli yer olduğunu, onu həmin ünvana aparmağını xahiş etmişdir. Birinci dəfə Badamdar qəsəbəsinə getməyi qərarlaşdırmışlar, lakin sonradan ünvan dəyişərək Qara Qarayev prospekti olmuşdur. Beləliklə, onlar həmin əraziyə getmiş, ikisi də maşından düşmüşdür. Mirsadiq maşından bir qədər uzaqlaşmış, təxminən 10-15 dəqiqə sonra geri qayıtmışdır. Geri qayıtdıqda Mirsadiqin əlində hər hansı sellofan olduğunu görməmişdir. Mirsadiq maşının qapısını açıb əyləşmək istəyəndə polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim etmiş, sonra da onlarla birlikdə İdarəyə gəlməli olduqlarını demişlər. Onlar heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə İdarəyə getmişlər. Belə ki, ünvana onun maşını ilə birlikdə getdikləri üçün İdarəyə də həmin maşınla getmişlər. Polis əməkdaşları da öz maşınları ilə onları izləmişdir. İdarədə olan zaman onlara narkotik vasitələrlə bağlı saxlanıldıqları bildirilmişdir. O, polis əməkdaşlarına narkotik vasitələrlə bağlı heç bir məlumatı olmadığını demişdir. Onların üzərinə baxış keçirilmiş, lakin videoçəkiliş olduğunu görməmidir. İdarədə polis əməkdaşları onlara qara rəngli sellofan təqdim etmişdir, həmin sellofanın Mirsadiqin üzərindən aşkar olunduğunu demişlər, amma o, Mirsadiqin əlində saxlanılarkən sellofan olduğunu görməmişdir. İfadələri arasında ziddiyyət yarandığı üçün Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə məhkəmədə verdiyi sərbəst ifadəsi elan edilmişdir. İfadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsini bir daha tədsdiq etmişdir. Bundan sonra verilən suallara cavab olaraq şahid Hüseynov X3 məhkəmədə verdiyi ifadəsinin tamamilə yalan olduğunu bildirmişdir. Daha sonra Şahid4 ibdidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilməklə tədqiq edimişdir. Həmin ifadəsində Şahid4 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır. Belə ki, onunla əvvəllər Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşviq küçəsində bir məhəllədə yaşamışlar. 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsi ilə ona zəng edərək gəlib onu “Qurd Qapısı” adlanan yerdən götürüb Bakı şəhəri, Nizami rayonu, təxminən Q.Qarayev prospektinə yaxın olan bir yerdə yaşayan qohumlarıgilə aparmalı olduğunu bildirmişdir.O, idarə etdiyi “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Təqsirləndirilən şəxs dediyi yerə gəlib sonuncunu götürmüş və 20-25 dəqiqə ərzində dediyi ünvana gətirmişdir. Bu zaman Mirssadiq avtomobili saxlatdırıb avtomobildən düşərək ona 5-10 dəqiqəyə qayıdacağını bildirmişdir. Aradan təxminən 2-3 dəqiqə sonra o, avtomobildən düşüb siqaret yandırmışdır. Təxminən 7-8 dəqiqə ərzində Təqsirləndirilən şəxs sağ əlində qara sellofan ilə geri qayıdıb avtomobilə çatdığı zaman onlara 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşmış, daha sonra onları Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs əlində olan sellofanda nə olduğunu bilməmişdir. Heç bir narkotik vasitədən istifadə etmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir (cild 1, iş vərəqi 167-170). Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 dindirmə protokolundakı imzaların ona məxsus olduğunu təsdiqləsə də, həmin ifadəsini inkar etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bakı şəhəri Nizami rayonu ərazisində Mirsadiq adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur (cild 1, iş vərəqi 4). - təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Mirsadiq adlı şəxsin müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 6-7). - xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 02:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərifli 81 ünvanının qarşısında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəli bilinən Təqsirləndirilən şəxs və ünvana gəldiyi taksi sürücüsü kimi fəaliyyət göstərdiyini bildirən Şahid4 idarəsində olan “Toyota” markalı, **-KY-*** dövlət nömrə nişanlı avtomobil ilə bilrlikdə saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirilmişlər (cild 1, iş vərəqi 3). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan qara sellofanın içində olan yapışqan lent ilə bağlanmış bağlamada qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər kütləni, əynində olan göy rəngli şalvarın sağ yan cibindən “İphone” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqdim edilmiş kütlə qablaşdırılmış, DİN-in 162 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütləni xx.xx.2024-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu Əli adlı İran vətəndaşının dediyi yerdən götürərək onu deyəcəyi yerə qoymalı olduğunu, əvəzində ona həmin bağlamadan 1 qram heroin verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 27-29). - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3377 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİNnin Zərflər üçün N162” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bağlamada təmiz çəkisi 2995 qram və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 15,240 qram, ümumi təmiz çəkisi 3010,240 qram (3 kq 10,240qr) tünd qəhvəyi rəngli maddələr kütlələri xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (cild 1, iş vərəqi 43-47). - təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 71-72). - diskə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işinin istintaq materiallarına əlavə olunmuş elektron məlumatların əks olunduğu 1 ədəd DVD-R formatlı diskdə olan videogötüntüyə baxılarkən müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində müdafiəçisinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə sağ əlində saxladığı üzərində “valentino” yazısı olan qara rəngli polietilen torbanı və əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd "İphone 11" markalı mobil telefonu çıxararaq könüllü təhvil verir. Həmin qara rəngli polietilen torba açılanda içərisində yapışqan lentlə bağlanmış qara rəngli bağlamanın olması məlum olur. Vizual baxış zamanı bağlamanın içərisində qəhvəyi rəngli maddənin olması müşahidə edilir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamanın içərisində olan qəhvəyi rəngdə maddənin narkotik vasitə heroin olduğunu, həmin heroinin digər yerə aparılması üçün 26 iyun 2024-cü il tarixdə, saat 02 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində 2-3 ay əvvəl sosial şəbəkə vasitəsilə tanış olduğu Əli kimi tanıdığı İran İslam Respublikası vətəndaşının tapşırığına əsasən əldə etməsini qeyd edir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, üzərindən hər hansı əşya, predmet və ya alət aşkar olunmur. Sonda aşkar olunmuş həmin bağlama qara rəngli polietilen torbanın içərisinə qoyularaq qablaşdırılır və bağlamanın üstü iştirakçıların imzaları ilə təsdiq olunur (cild 1, iş vərəqi 88-89). - mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, saxlanılarkən Təqsirləndirilən şəxs üstündə olmuş mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, mobil telefona "xxxx" MMC-ə məxsus +**********66 saylı sim kart quraşdırılmışdır. Baxış zamanı mobil telefona daxil olan, çıxan, qəbul edilməyən zənglər, mesajlar və “qalereya” menyusunda iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Telefonun "Whatshapp web" tətbiqi menyusuna daxil olunduqda həmin proqram tətbiqinin +**********78 saylı nömrədən "EG" ləqəbi ilə qeydiyyatdan keçməsi məlum olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxsla müxtəlif mobil telefon nömrələri ilə "Whatsapp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında, eyni zamanda +**********51 saylı telefon nömrə ilə “Eli İran” adı ilə qeyd olunmuş şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıq və yazışmalar olmuş, bununla bağlı onlar bir-birilərinə səs yazıları göndərmişlər. Təqsirləndirilən şəxsla müxtəlif mobil telefon nömrələri ilə "Whatsapp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında, eyni zamanda +**********51 saylı telefon nömrə ilə “Eli İran” adı ilə qeyd olunmuş şəxs arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıq və yazışmalar olmuş, bununla bağlı onlar birbirilərinə səs yazıları göndərmişlər. Belə ki, "Whatsapp web" proqramında Təqsirləndirilən şəxs Əli adlı şəxslə yazışarkən “Baba götürdüm, məndedi naratçıhq yoxdu” yazmış, Əli adlı şəxs isə ona “Gaga mali uznda saxla man deynda bir nece ünvan elyacan” yazmış, daha sonra isə Təqsirləndirilən şəxs Əli adlı şəxsə “Oldu baba” “Baba burda 3kq olmalıdı” yazmışdır (cild 1, iş vərəqi 90-95). - şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü Tacəddin Sadıqov, xx.xx.2016-cı il təvəllüdlü Zəri Sadıqova, xx.xx.2017-ci il təvəllüdlü Mələk Sadıqova adlı uşaqları vardır (cild 1, iş vərəqi 122-123). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5268 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 143-144). - cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə anası Rəhimə Sadıqovanın müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas X8 tərəfindən araşdırma aparılmış və göstərilən faktlar öz təsdiqini tapmamış və cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir (cild 1, iş vərəqi 145-146). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2024-cü il tarixli, 9426 saylı məktubundan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 147). - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(007)-351/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir (cild 1, iş vərəqi 150-151). - DVD disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə "xxxx" MMC-yə aid texniki rabitə kanallarından informasiyanın 01 may 2024-cü il tarixdən 26 iyun 2024-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, siyahıda göstərilən abonentlərin anket məlumatlarını əks etdirən, edilən zənglər zamanı zəng edən və zəng olunan nömrələrin hansı ötürücü antenin əhatə dairəsində olması, həmçinin göndərilən və qəbul edilən SMS-lərin mətnlərini əks etdirən məlumatların götürülməsinə dair verilmiş vəsatət və təqdimat əlaqədar Nizami Rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən götürülmüş bir üzü qırmızı, digər üzü isə gümüşü rəngdə olub, qırmızı üzündə “nar, Sənə ən yaxın” reklam xarakterli yazılar və “AZF7430, 52/2-28923/24” hərf və rəqəm işarələri olan 01 ədəd DVD diskinə “HP” markalı kompyuterdən istifadə edilərək baxış keçirilmiş, baxış zamanı həmin 01 ədəd DVD diskində 03 ədəd “Müşteri zenglerinin detallaşması _ MSİSDN _ 702235566”, “SMS detallaşması _ MSİSDN _702235566” və “Zenglerin mexsusluq tarixcheleri _ MSİSDN_702235566” adlı fayl olduğu məlum olmuşdur. Baxış zamanı müəyyən edilmişdir ki, “SMS detallaşması _ MSİSDN _702235566” adlı faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 03:37-də “Sebinem hardasan biaz pati çekerdiy” məzmunlu “sms” göndərilmişdir. Həmin faylda və “Müşteri zenglerinin detallaşması _ MSİSDN _ 702235566” və “Zenglerin mexsusluq tarixcheleri _ MSİSDN_702235566” adlı fayllarda cinayət işi üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir xüsusat aşkar edilməmişdir (cild 1, iş vərəqi 177). - maddi sübut kimi tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən götürülmüş 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 179-180). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid4 istintaqa daha əvvəl verdiyi ifadəsini təsdiq edərək bir daha bildirmişdir ki, Mirsadiq yalan danışır. Belə ki, xx.xx.2024-cü il tarixdə Mirsadiq mobil telefon vasitəsi ilə ona zəng edərək "gəlib onu Qurd Qapısı" adlanan yerdən götürüb Bakı şəhəri, Nizami rayonu, təxminən Q.Qarayev prospektinə yaxın olan bir yerdə yaşayan qohumlarının evinə aparmalı olduğumu" bildirmiş, o da idarə etdiyi "Toyota Prius" markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə dediyi yerə gəlib Mirsadiqi götürüb təxminən 20-25 dəqiqə ərzində dediyi ünvana gətirmişdir. Bu zaman Mirsadiq avtomobili saxlatdırıb avtomobildən düşərək ona 5-10 dəqiqəyə qayıdacağını bildirmişdir. Aradan təxminən 2-3 dəqiqə sonra o, avtomobildən düşüb siqaret yandırmışdır. Təxminən 7-8 dəqiqədən sonra Mirsadiq sağ əlində qara sellofan torba ilə geri qayıtmışdır. Mirsadiq avtomobilə çatdığı zaman onlara 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşmış və onları Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Sonradan bilmişdir ki, Mirsadiqin əlində olan qara sellofan torbanın içərisində narkotik vasitə heroin olmuşdur. O, Mirsadiqin narkotik vasitə götürmək üçün ona zəng etdiyini bilsəydi onun yanına gəlməzmiş. Sadıqov X2 Elgiz Namizəd oğlunun onun üzünə qarşı dedikləri ilə bağlı bildirmişdir ki, Elgizə zəng edərək İran vətandaşı olan tanışı Əli adlı şəxsin Nizami rayonu, Məmmədəli Şərifli küçəsində narkotik vasitə heroin qoyduğunu həmin narkotik vasitə heroini götürüb onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində onlara bir qram heroin verdiyini öz maşın ilə gəlib onu həmin yerə aparmağını demişdir. Elgiz də razılaşıb gəlib onu götürərək həmin ünvana aparmışdır. Onlar nakotik vasitəni orada götürdükdən sonra gəlib avtomobilinə yaxınlaşan zaman polis əməkdaşları onlara yaxınlaşıb Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Üzərinə şəxsi axtarış keçirən zaman onun üzərindən guya 3 kiloqramdan çox narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin vaxt onun üzərində 1 qram heroin olmuşdur (cild 1, iş vərəqi 200-202). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə polis əməkdaşı - Şahid3Tehran oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid3Tehran oğlu Mirsadiqin üzünə qarşı sonuncunun yalan ifadə verdiyini bildirmiş və göstərmişdir ki, 26 iyun 2024-cü il tarixdə, saat 02:15 radələrində ünvan 2 ünvanın qarşısında "Toyota Prius" markalı **-KY-*** qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb Mirsadiqi saxlayan zaman sonuncunun əlində qara rəngli sellofan torba, yanında adını sonradan bildikləri Şahid4 adlı şəxs olmuşdur. Sonra Mirsadiqə narkotik vasitələri vǝ psixotrop maddələri saxlamaqda, daşımaqda və satmaqda şübhəli olduğunu bildirib Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. İdarədə videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Mirsadiqin üzərində şəxsi axtarış keçirilən zaman sağ əlində olan bir ədəd qara rəngli sellofan torbanı, sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “İphone 11" markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Həmin bir ədəd qara rəngli sellofan torbanın içərisinə baxdıqda həmin torbanın içərisində qəhvəyi rəngli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Mirsadiq bildirmişdir ki, təqdim etdiyi bir ədəd qara rəngli sellofan torbanın içərisindəki narkotik vasitə heroindir, həmin heroini 26 iyun 2024-cü il tarixdə Əli adlı İran İslam Respublikasının vətəndaşının 1 qram heroinin müqabilində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsində narkotik vasitə heroinin qoyulduğu yerin şəklini "Whatsapp" proqramı vasitəsi ilə koordinat göndərdərdikdən sonra qeyd olunan yerdən bir ədəd qara rəngli sellofan torbada narkotik vasitə heroini götürərək özündə saxlamışdır. Təqsirləndirilən şəxs qarşısında oturan şəxsin sonradan tanıdığı polis əməkdaşı Şahid3 olduğunu bilsə də, əvvəllər tanımamış və onunla hər hansı münasibəti olmamışdır. 26 iyun 2024-cü il tarixdə Nizami rayon Polis İdarəsinin inzibati binasında üzərindən narkotik vasitə aşkar olunmamışdır. Həmin vaxt həyəcanlı vəziyyətdə olduğundan, o cür ifadələr vermişdir (cild 1, iş vərəqi 203-205). - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə digər polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkərtləri keçirilmiş, üzləşmə zamanı hər iki şahid digər Şahid3Tehran oğlunun ifadələrinə oxşar ifadələr verməklə Təqsirləndirilən şəxs cinayət törətməkdə ifşa etmişlər (cild 1, iş vərəqi 206-208, 209-211). - toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 3010,240 qram çəkidə narkotik vasitə heroin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair 01 ədəd videogörüntünü əks etdirən DVD disk, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “İphone 11” markalı mobil telefon maddi sübut kimi tanınmış və ekspert tədqiqatından sonra qalan 3009,94 qram çəkidə heroin və 01 ədəd “İphone 11” markalı mobil telefon saxlanış üçün Nizami RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 01 ədəd DVD disk cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 212-229). - cinayət işinin materiallarında başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 234.4-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işindən “Əli” adlı şəxsin, Şahid4 və qeyrilərinin barəsində və mənbəyə dair CM-nin 234.4-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 233-235). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs İran vətəndaşına 1 qram narkotik sifariş etməsi, narkotikin dalınca Şahid4la birlikdə getməsi, narkotiki yerləşdirilən yerdən götürmək üçün bilavasitə Şahid4 yaxınlaşması, sonuncunun polislər tərəfindən tutulması, lakin Müdafiə Nazirliyinin əməkdaşı olduğu və karyerasının korlanmaması üçün polislərin Şahid4 buraxması, onu isə saxlaması, ittiham aktında göstərilən miqdarda narkotik vasitəni sifariş etməməsi, polislər tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması və bunun nəticəsində ittiham aktında göstərilən narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hadisə yerində saxlanıldıqdan dərhal sonra onun müdafiə hüququ təmin edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuş, daha sonra müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan qara sellofanın içində olan yapışqan lent ilə bağlanmış bağlamada qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroini masanın üzərinə qoymaqla təqdim etmşdir. Şəxsi axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmiş və həmin protokol təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ilkin ifadələr verərkən üzərindən aşkar olunmuş kütləni sosial şəbəkə vasitəsilə tanış olduğu Əli adlı İran vətəndaşının dediyi yerdən götürərək onu deyəcəyi yerə qoymalı olduğunu, iranlının bu işin əvəzində ona həmin bağlamadan 1 qram heroin verəcəyini, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını, polis əməkdaşları tərəfindən ona fiziki və psixi zor tətbiq edilmədiyini, Şahid4 həmin narkotikdən xəbərinin olmadığını bildirmişdir. Lakin istintaqın sonrakı mərhələsində və məhkəmədə verdiyi ifadələrində və ona verilən suallara cavab olaraq polis idarəsində polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşları tərəflərindən Təqsirləndirilən şəxs hər hansı fiziki və psixi zor tətbiq etmədiklərini bildirmiş, habelə narkotiki boynuna alması, Şahid4 məsuliyyətdən kənarda saxlamaları barədə təqsirləndirilən şəxsin ifadələrini inkar etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 özünün həmin narkotikə hər hansı aidiyyətinin olmadığını bildirməklə yanaşı, Təqsirləndirilən şəxs bununla bağlı ifadlərini təsdiq etməmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs Əli adlı İran vətəndaşı ilə apardığı yazışmalarla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs Əli adlı İran vətəndaşından 3 kiloqram narkotik vasitəni qəbul etmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə anası Rəhimə Sadıqovanın müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılmış, onun özünün, polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Qeyd edilən qərarda məhkəmə-tibbi ekspertin rəyinə istinadən bildirilmişdir ki, həmçinin Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənəddə onun hər hansı xəsartət alması barədə qeydlərin olmadığı müəyyən edilmişdir. Prokurorluğun apardığı araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, qəddar və qeyi-insani rəftara məruz qalması faktı öz təsdiqini tapmamış və cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılarkən o, daşıdığı polietilen torbada olan əşyanı Əli adlı İran vətəndaşının ona deyəcəyi ünvana aparacağını, qarşılığında isə ona özü istifadə etməsi üçün narkotik vasitə veriləcəyini bildirmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və digər təzyiqlərə məruz qalması, narkotikin ona məxsus olmaması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin iranlı ilə narkotiklərin qanunsuz dövriyyəsinə dair yazışmalarını, aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını da nəzərə alır və iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən və cəzadan yayınmaq məqsədini güdür. Məhkəmə məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxslə yaxın münasibətləri olan Şahid4 hadisə vaxtı Təqsirləndirilən şəxs onun maşınına qayıdarkən əlində hər hansı sellofanın olmaması, daha sonra onlar polis idarəsində olarkən polis əməkdaşlarının onlara qara rəngli sellofan təqdim etmələri və həmin sellofanın Mirsadiqin üzərindən aşkar olunduğunu demələri barədə məhkəmədə verdiyi ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə yaxın münasibətləri olan Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və sonuncunun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bu səbəbdən məhkəmə qeyd edilən şahidin məhkəmədə həmin hissədə vediyi ifadələrini inandırıcı və ağlabatan hesab etmir. Əksinə məhkəmə Şahid4 ibtidai istintaqa verdiyi ifadələrini, həmin ifadələr işin digər halları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının qalan hissəsini çəkməkdən vaxtından əvvəl azad edilmiş, cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır (cild 1, iş vərəqi 140-141, 181-187). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçmədiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və o, məhkumluğu olan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu ödənilmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətdiyindən onun əməlində cinayətin residivi mövcuddur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü Dəniz Sadıqova, xx.xx.2012-ci il təvəllüdlü Tacəddin Sadıqov, xx.xx.2016-cı il təvəllüdlü Zəri Sadıqova və xx.xx.2017-ci il təvəllüdlü Mələk Sadıqova adlı uşaqlar vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzalar ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 iyun 2024-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 20, 116-118). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 26 iyun 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3009,94 qram çəkidə heroin məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş həmin otaqda saxlanılan 01 ədəd “İphone 11” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair 01 ədəd videogörüntünü əks etdirən DVD disk, habelə "xxxx" MMC-dən götürülmüş 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs kimi tutulduğu 26 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağında saxlanılan: - ekspertiza tədqiqatından sonra qalıq qalmış 3009,94 qram çəkidə heroin məhv edilsin. - 01 ədəd “İphone 11” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılsın. Digər maddi sübutlar - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair 01 ədəd videogörüntünü əks etdirən disk, "Azerfon” MMC-dən əldə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-714/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-714/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver