Məhkəmə qərarları › İş №1(101)-715/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-715/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-715/2021 16.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 oğlu və Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi X4, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1970-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi ev 1, mənzil 18-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11, 144.2.3, 144.2.6, 177.2.2, 177.2.5, 182.3.2, 182.3.3, 228.1, 234.4.3, 240.1, 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərəçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq edib onun sağlamlığına ağır zərər vurmaqla zor göstərmə hədəsi gəlib özgənin xeyli və külli miqdarda əmlakını və əmlaka olan hüququnu təkrar hədə-qorxu ilə tələb etmiş, hədə-qorxu ilə tələb etməklə əlaqədar odlu silahdan istifadə etməklə qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə adam oğurlamış, zərərəçəkmiş şəxsin üzərindən və cibindən çıxarılmaqla təkrarən özgənin əmlakını oğurlamış, yəni gizli olaraq talamış, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə edərək saxlayıb daşımaqla gəzdirmiş, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamaqla daşımış, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm sənədini talamışdır. Belə ki, o, Ağır Cinayətlərə Dair İişlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 229.1, 228.1, 29, 120.1, 221.3-cü maddələri ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 oktyabr 2007-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 19 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası CM-in 67-ci maddəsinə əsasən ona təyin edilmiş cəza Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 3 il 2 ay 21 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 4 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmaqla 19 iyun 2014-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədən, yenidən qəsdən cinayət törətmək məqsədilə qardaşı Şahid10, tanışı Şahid11 və istintaqla şəxsiyyətləri müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib zərərəçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını və əmlaka olan hüququnu hədə-qorxu ilə tələb etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 08 sentyabr 2019-cu il tarixdə zəng edərək sonuncunu oğurlayıb hədə-qorxu yolu ilə əmlak əldə etmək məqsədilə iradəsindən kənar surətdə yaşadığı yerdən qanunsuz olaraq öz yaşadığı evə gəlməsi üçün Ukrayna Respublikasının Kiyev şəhərinə gedəcəyini bildirib onu satacağı torpaq sahəsi ilə bağlı razılaşmaq adı ilə aldadıb, yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dəvət etmiş, sonuncu da ona inanıb dəvət əsasında 10 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində mülkiyyətində olan “Mercedes Benz E 240” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gəldikdən sonra, qeyd olunan ünvanda Zərərçəkmiş şəxs3la söhbət edərkən, qrupun planlaşdırdığı vahid cinayətkar niyyətə uyğun olaraq 2019-cu ilin avqust ayının 19-da keçirdiyi doğum günündə iştirak etməməsini bəhanə gətirərək onu öldürəcəyini bildirib həyatının qarşılığında 50.000 manat pul verməli olduğunu demiş, Zərərçəkmiş şəxs3 qorxu hissini yaradaraq öz hərəkətlərinə inanması üçün evin pəncərəsindən həyətdə dayanmış bir neçə şəxsi göstərib, həmin şəxslərin onun sözünü gözlədiyini, razılaşmadığı halda həmin şəxslərlə birlikdə Zərərçəkmiş şəxs3 öldürəcəklərini sonuncuya bildirmiş, Zərərçəkmiş şəxs3 edilən hədə-qorxunu real qəbul edib həyatının qarşılığında 50.000 manat pul verəcəyi ilə razılaşdıqdan sonra, verməli olacağı 50.000 manat pulun qarşılığında həmin tarix üçün orta bazar qiyməti 15.400 manat təşkil edən “Mercedes Benz E 240” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilini 11.000 manata qiymətləndirərək öz adına rəsmiləşdirməsini bildirmiş, həmin vaxt həyətdə olan cinayətkar qrupun istintaqa məlum olmayan üzvü Zərərçəkmiş şəxs3 avtomobilini açıb salonda saxladığı sonuncuya məxsus 4.350 manat pulu gətirərək ona vermiş, beləliklə də avtomobilin dəyəri kimi qiymətləndirdiyi 11.000 manatla 4.350 manat pulu 15.000 manat kimi qəbul edib, qalan 35.000 manat pulu da qısa müddət ərzində verməli olduğunu bildirməklə faktiki olaraq (avtomobilin real orta bazar qiyməti nəzərə alınmaqla) ümumilikdə külli miqdarda, 54.750 manat miqdarında əmlakı və əmlaka olan hüququ tələb etmiş, daha sonra törətmiş olduğu cinayəti başa çatdırmaq, yəni Zərərçəkmiş şəxs3 mülkiyyətində olan “Mercedes Benz E 240” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına rəsmiləşdirmək niyyətini həyata keçirmək məqsədilə, qardaşı Şahid10, tanışı Şahid11 və istintaqla şəxsiyyətləri müəyyən edilməyən şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə Zərərçəkmiş şəxs3 oğurlayıb 10 sentyabr 2019-cu il saat 09 radələrindən 11 sentyabr 2019-cu il saat 12 radələrinə qədər olan müddət ərzində özünün yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayon, 33 saylı fərdi yaşayış evində bağlı otaqda saxlamaqla oğurlamış, növbəti gün, yəni 11 sentyabr 2019-cu il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs3 məxsus “Mercedes Benz E 240” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zərərçəkmiş şəxs3 qaçma ehtimalına görə hərəkətini məhdudlaşdırmaq məqsədilə qabaqcadan əlbir olduğu qrupun üzvlərindən Şahid10 və Şahid11 arxa oturacaqda zərərəçəkmiş şəxsin hərəsi bir yanında oturmaqla, eyni üsulla vahid niyyətlə sonuncularla qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkətini məhdudlaşdırmaqla özü avtomobili idarə edib yaşadığı ünvandan Sumqayıt şəhəri, stansiya Sumqayıt ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin inzibati binasına gəlmiş, lakin Zərərçəkmiş şəxs3 cinayətkar qrupun üzvlərinin avtomobilin rəsmiləşdirilməsi ilə bağlı sənədləşmə işləri ilə əlaqədar məşğul olmalarından istifadə edib oradan uzaqlaşdıqdan sonra, Zərərçəkmiş şəxs3 11 oktyabr 2013-cü il tarixdə verilmiş 14004778 nömrəli şəxsiyyət vəsiqəsini, 30 iyun 2015-ci il tarixdə verilmiş «B» kateqoriyalı AD seriyalı 177088 nömrəli sürücülük vəsiqəsini, “Mercedes Benz E 240” markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 13 may 2015-ci il tarixdə verilmiş AC 470392 nömrəli qeydiyyat şəhadətnaməsini talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərəçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə külli miqdarda, yəni 54.750 manat dəyərində özgəyə, yəni Zərərçəkmiş şəxs3 məxsus əmlak və əmlaka olan hüququnu hədə-qorxu ilə tələb etmiş, tamah məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 oğurlamış və sonuncuya məxsus vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm sənədini talamışdır. Bundan əlavə o, təkrarən özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 ilə istintaqla müəyyən edilməyən tarixdə və yerdə görüşərkən zərərəçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, yəni sonuncunu öldürmək hədəsi ilə Zərərçəkmiş şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olduğunu, buna görə ona haqq verməli olduğunu bildirib 2019-cu ilin dekabr ayından 2020-ci ilin fevral ayı ərzində istintaqla müəyyən edilməyən müxtəlif vaxtlarda və ünvanda şəxsən özü, sonuncu dəfə isə 2020-ci ilin fevral ayının ortalarında kirayə yaşadığı ünvan 3 ünvanında (hazırkı Abşeron rayonu Masazır kəndi «Yeni Bakı» yaşayış kompleksi bina 27, mənzil 92 ünvanında) 200 manatını Şahid4 vasitəsilə, ümumilikdə isə 1600 (min altı yüz) manat pul vəsaitini hədə-qorxu ilə tələb edərək aldıqdan sonra, Zərərçəkmiş şəxs1 son günlər ona tələb etdiyi miqdarda pul verməməsi, zənglərindən qaçıb gizlənməsi səbəbi ilə sonuncunu 22 fevral 2020-ci il tarixdə səhər saatlarında yaşadığı ünvan 3 ünvanına (hazırkı Abşeron rayonu Masazır kəndi «Yeni Bakı» yaşayış kompleksi bina 27, mənzil 92 ünvanına) çağıraraq qonaq otağında, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi atəşə yararlı, 1971-ci ildə «İjevsk mexaniki» zavodunda istehsal olunmuş «Makarov» konstruksiyalı «PM» modelli «CT 1042” nömrəli 9 mm kalibrli tapança, komplekt hissəsi olan sandıqca və döyüş sursatı hesab edilən həmin silaha aid 9 ədəd 9x18 mm kalibrli patronlardan ibarət istifadəyə yararlı olan və 22 fevral 2020-ci il tarixə kimi saxlayıb daşıdığı yivli odlu silahı tapançanı çıxarıb, zərərəçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə, yəni öldürəcəyi ilə hədələyərək, narkotik vasitələrin satışından əldə etdiyi gəlirdən ona pulları vaxtında çatdırmadığı üçün hədə-qorxu ilə Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi Zərərçəkmiş şəxs2 mülkiyyətində olan xeyli miqdarda, həmin tarix üçün orta bazar qiyməti 14.580 manat təşkil edən «Mercedes Benz CLK 320» markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili ona verməsini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs1 buna etiraz etdikdə sonuncunun şəxsiyyəti üzərində sağlamlığına ağır zərər vurmaqla müşayət olunan zor tətbiq edib, əvvəlcə ona alınının sağ hissəsinə əlində olan yanan siqareti basıb söndürərək alının sağ hissəsinin yanıq yaraları, daha sonra istintaqla müəyyən edilməyən predmetlə vurub alt çənənin orta hissəsinin yarası olan yüngül dərəcəli bədən xəsarətləri, həmçinin sol bud çanaq oynağının bayır səthinin, qarnın sol yan səthinin qançırları olan dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmiş, daha sonra Zərərçəkmiş şəxs1 həmin əməlinə, yəni ondan tələb etdiyi əmlakı vermədiyinə görə odlu silahdan istifadə edib hədə-qorxu ilə tələb etməklə öldürmək məqsədilə üzərində gəzdirdiyi tapançadan üzbəüz ayaq üstə dayanmış Zərərçəkmiş şəxs1 yaxın məsafədən həyat üçün vacib olan sol ağ ciyər orqanının yerləşdiyi sol İİİ qabırğa nahiyyəsindən 1 dəfə atəş açıb yetirildiyi anda həyat üçün təhlükəli olan döş boşluğuna işləmiş sol İİİ qabırğanın, sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı iç hissəsinin odlu silah yarası, döş qəfəsinin sağ yan səthinin orta şöbəsində güllənin çıxış dəliyi ilə müşayət olunan ağır bədən xəsarətləri yetirməklə zərərəçəkmiş şəxsin şəxsiyyəti üzərində zor tətbiq edib onun sağlamlığına ağır zərər vurmaqla zor göstərmə hədəsi gəlib, üzərində dəyəri 35 manat 80 qəpik olan **-NE-*** dövlət qeydiyyat nişanlı, Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi Zərərçəkmiş şəxs2 mülkiyyətində olan 14.580 manat dəyərində «Mercedes Benz CLK 320» markalı avtomobili və 1600 manat pulunu, cəmi 16.215 manat 80 qəpik olmaqla xeyli miqdarda əmlakını və əmlaka olan hüququnu təkrar hədə-qorxu ilə tələb etməklə ələ keçirib Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmiş, bundan sonra o, özgə əmlakının gizli olaraq talaması ilə bağlı sonradan yaranmış qəsdinə uyğun olaraq tamah niyyətilə ölmüş Zərərçəkmiş şəxs1 üzərində olan 300 manat dəyərə malik X20 Prime markalı mobil telefon aparatını, həmin telefon aparatının üzərində dəyəri 10 manat olan ***-***-**-** nömrə GSM nömrə kartını, dəyəri 50 manat olan Nokia 105 markalı mobil telefon aparatını, həmin telefon aparatının üzərində dəyəri 10 manat olan ***-***-**-** nömrə GSM nömrə kartını, dəyəri 1200 manat olan Rusiya istehsallı, 583 əyyarlı, 10 qram çəkidə, kəməri adi dəridən olan qızıl qol saatını və cibindən 500 manat nağd pulunu cəmi 2070 manat pul və əmlakını təkrar törətməklə özgənin əmlakını oğurlamış, yəni gizli talamış, eləcə də hadisədən sonra istintaqla müəyyən edilməyən yerlərdə və axırıncı dəfə cinayətdən xəbərsiz olan Şahid9 yaşadığı Bakı şəhəri Səbail rayonu 3-cü yaşayış massivi 39-cu küçə ev 52-də yerləşən evinə gətirib orada gizlətdiyi cinayətin törədilməsində istifadə olunmuş «Makarov» konstruksiyalı «PM» modelli «CT 1042” nömrəli 9 mm kalibrli istifadəyə yararlı yivli odlu silah-tapança, komplekt hissəsi olan sandıqca və döyüş sursatı hesab edilən həmin silaha aid 8 ədəd 9x18 mm kalibrli patronlar 25 fevral 2020-ci il tarixdə qardaşı Şahid10 tərəfindən könüllü olaraq Sumqayıt şəhər prokurorluğuna təhvil verilmişdir. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin və tiryək, həmçinin narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə olan preqabalin dərman preparatını satış məqsədi ilə qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, 24 fevral 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Badamdar qəsəbəsində Sumqayıt şəhər polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən axtarışda olduğuna görə saxlanılaraq Sumqayıt şəhər polis idarəsinin inzibati binasına gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan ağ-qara rəngli paltosunun sağ yan cibindən çıxan qara rəngli pul kisəsinin içərisindən 0,480 qram və 10 qram çəkidə cəmi 02 ədəd bükümdə olmaqla ümumi təmiz çəkisi 10,480 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümün içərisində olan 03 ədəd ayrı-ayrı bükülmüş çəkiləri 0,658 qram, 0,860 qram, 1,960 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 3,478 qram olan xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, 01 ədəd bükümün içərisində təmiz çəkisi 1,202 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 8 ədəd üzərində «P.G.N.300» yazısı olan kapsulaların içərisində ümumi miqdarı 2,4 qram təşkil edən güclü təsir edən maddə olan preqabalin dərman preparatı aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunmuşdur. 2014-cü ilin iyun ayının 19-dan azadlığa çıxmışdır. Həbsdən azad olunduqdan sonra Rusiya Federasiyasının Moskva şəhərinə gedib Moskva şəhərində yaşamışdır.Zərərçəkmiş şəxs1 Mirqardaş oğlu ilə səhv etmirsə 2015-2016-cı illərdə Rusiya Federasiyasının Moskva şəhərində tanış olmuşdur. Zaura meyvə-tərəvəz bazarında işini qurmağa kömək etmişdir. O vaxtdan da aralarında münasibət yaranmışdır.O, Azərbaycan Respublikasına qayıdandan sonra, 2019-cu ilin dekabr ayında, yəni hadisədən 2 ay əvvəl Zərərçəkmiş şəxs1 onun Bakı şəhərində olduğunu biləndən sonra onunla əlaqə saxlayıb bir-iki dəfə görüşmüşdür. Zaurla ümumi söhbətlər edib sağollaşmışlar. Şahid4 ilə də Zərərçəkmiş şəxs1 vasitəsilə tanış olmuşdur. Zaur ona Qalibi ilk əvvəl «Dəvəçili Koba» kimi təqdim etmişdir. Sonradan bilmişdir ki, Qalib onun yaşadığı Tağıyev qəsəbəsində yaşayır. Şahid5 ilə 2020-ci ilin yanvar ayında internet vasitəsilə tanış olmuş və onunla cəmi üç dəfə yaşadığı ünvanlarda görüşmüşdür. 21 fevral 2020-ci il tarixdə təxminən saat 22 radələrində Şahid4 onun mobil nömrəsinə zəng vuraraq demişdir ki, o, Zaur və Baba saunada istirahət edirlər. Qalib onu da saunaya dəvət etmiş, lakin o ona demişdir ki, «yanımda qonaq var, siz gedin dincəlin».Təxminən 1 saatdan sonra Qalib ona yenidən zəng vuraraq demişdir ki, kefləri kökdür, qonağı da götürüb saunaya gəlsin. O, bir daha imtina edib Qalibə demişdir ki, yanında olan qonaq qadındır. Təxminən 10 dəqiqədən sonra Qalib ona zəng edərək demişdir ki, «istəyirəm sənin də payını götürüb ora gəlim».Lakin Qalibin «sənin payın» deyəndə nəyi nəzərdə tutduğunu bilməmişdir. O etiraf edir ki, uzun müddətdir ki, heroin istifadə edib, lakin heroini Zaurdan almamışdır, başqa adam və yerlərdən əldə edirdi. Təxminən 30-40 dəqiqədən sonra Qalib tək onun kirayədə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şosesi 7-ci km bina 1, blok 62, 1-ci mərtəbə 1-ci mənzildə yerləşən evinə gəlmişdir.Həmin bina Ər-Riyad ticarət mərkəzinin yanında yerləşir.Həmin vaxtı evdə onun yanında tanışı Şahid5 da var idi. Qaliblə birlikdə evdə oturub çay içmişlər.Söhbət zamanı Qalib demişdir ki, «Zaur da səninlə görüşmək istəyir, bəlkə onu da bura çağırım».O, da Qalibə demişdir ki, «sözünün canını denən, nəyə görə gecə vaxtı mənimlə görüşməyə can atırsınız».Qalib demişdir ki, Zaurla aralarında pul söhbəti var, Zaur onun payını yeyib vermir.Qalib ona demişdir ki, «Zaur səni eşidər, mənə köməklik et».O, da Qalibə demişdir ki, Zaur onun yaşadığı bu evi tanımasın, başqa yerdə görüşüb söhbətləşək.Qalib Zaura zəng edib demişdir ki, Ər-Riyad ticarət mərkəzinin yanına gəlsin, Eldarla o, da oraya gəlirlər ki, görüşsünlər. Bu danışıqlar İlahənin yanında baş verirmişdir. 22 fevral 2020-ci il saat 02-03 radələrində o, Qalib və İlahə evdən Zaurla görüşmək üçün küçəyə çıxmışlar. Qalib Zaurla telefonla danışanda Zaur Ər-Riyadı keçib getdiyini, təxminən 400-500 metr aralandığını demişdir. Ona görə də üçü də Zaurun olduğu yerə getmək üçün yolla keçən təsadüfi taksi ilə Zaur olan yerə getmişlər. Bir qədər irəlidə Zaurun olduğu yerə çatdıqdan sonra onunla görüşüb Zaurun avtomaşınına əyləşmişlər.Zaur tək gəlmişdir.Qərara gəlmişlər ki, onun kirayə tutduğu Masazır qəsəbəsində olan evə getsinlər, orada rahat danışsınlar. Yolda Zaur maşını surətlə sürdüyünə görə o Zaura irad da tutmuşdur. Onun kirayədə yaşadığı ikinci ünvan ünvan 4ldir. Onlar Zaurun «Mersedes» markalı avtomaşını ilə həmin evin həyətinə gəlmişlər. O və İlahə bloka daxil olub liftə minmişlər. Həmin ev iki otaqlıdır.Təxminən beş dəqiqə sonra Qalib və Zaur da evə girmişlər.O, Zaurun əsəbi halda olmasını və qanının qara olduğunu görmüşdür.Oturub söhbətləşən zaman Qalib demişdir ki, ev soyuqdur.O, da İlahədən xahiş etmişdir ki, kombini işə salsın.İlahə də kombini işə salmaq üçün balkona keçmişdir.Bu zaman o, Zaura Qaliblə yola getməməsini, ailə üzvləri ilə kobud davranmasını irad tutmuşdur. Həmçinin Qalib demişdir ki, Zaurun onun tanış etdiyi iranlıdan pul aldığını, pulu qaytarmadığı üçün Qalib həmin şəxslə problem yaşayır. Zair isə əsəbi halda ona demişdir ki, «Qalib kimdi, İranlı bilər mən bilərəm, sən niyə qarışırsan bu söhbətə».O, da Zaura demişdir ki, səsinin tonunu aşağı salsın, demir qarışma, qarışmaz, ancaq səsinin tonunu aşağı salsın. Bu zaman Zaur ona demişdir ki, bəyaq maşında da maşını bərk sürməyini irad tutmuşdur. Artıq o, təəcüblənmişdir ki, Zaur onunla niyə belə danışır. Zaurun bu hərəkətindən əsəbiləşib əlinin arxası ilə Zaurun ağzından sillə vurmuş, lain onun alnına siqaret basmamışdır. Zaur qəflətən ayağa durub əlini belinə atmışdır. O, görmüşdür ki, Zaur belindən tutacağı qara rəngdə olan bıçağı çıxarıb knopkası ilə bıçağı açmışdır. O, da qeyri ixtiyari olaraq cəld ayağa qalxmış və belində olan Makarov tipli tapançanı çıxarıb Zaurun ayağına tərəf tuşlamışdır. Belə ki, ona qədər Zaur əlində açıq vəziyyətdə olan bıçaqla ona tərəf gəlirdi. Tapançanı onun ayağına tərəf tuşlamasını görəndə dayanmışdır.Ona sual verib demişdir ki, «bıçağı mənim üstümə çəkirsən».Elə bu sözündən Zaur elə bil ayılmış, əlindəki bıçağı qatlamışdır. Qalib də araya girib Zauru deyil, onu tutmuş onları sakitləşdirməyə çalışmışdır. Qalib onun qarşısını kəsdiyi üçün o, Zauru görə bilməmiş, sağ əlində olan tapançanı şalvarının sol tərəfindən kəmərinə salmaq istəmişdir.Elə bu anda Zaur Qalibin yanından tullanıb onun əlində olan tapançanı iki əli ilə tutmuşdur. Zaur tapançanı əli ilə buranda əlindəki tapançadan güllə açılaraq Zaurun ürək nayihəsindən dəymişdir. Zaur yerə yıxılmış, üç-dörd dəfə gözünü açıb yummuş və bundan sonra keçinmişdir. Qalib də evin içərəsində təşviş içərisində hərəkət edirdi. İlahə də güllə səsini eşidib yataq otağından otağa daxil olmuşdur. Hadisə evin qonaq otağında baş vermişdir. Hadisə 22 fevral 2020-ci il təxminən saat 6-7 radələrində baş vermişdir. Belə ki, həmin vaxtı artıq hava yenicə işıqlaşmışdır.Zaurun meyitini evin içərisində arxası üstə uzanmış vəziyyətdə döşəmənin üzərində olduğu kimi saxlayıb Qalib və İlahə ilə birlikdə evdən çıxmışlar. Binanın həyətində Qalib telefon vasitəsilə taksi çağırmış, aksi ilə üçü birlikdə onun kirayədə yaşadığı Ər-Riyad ticarət mərkəzinin yanında yerləşən ünvana gəlmişlər. Təxminən 10-15 dəqiqədən sonra Qalib evdən çıxıb getmişdir.Ondan bir saat sonra da İlahə də çıxıb getmişdir. O, isə axşama kimi evdə tək qalmışdır. 22 fevral 2020-ci il tarixdə axşam saat təxminən 22 radələrində Zaura qəbr qazmaq üçün yer axtarmışdır. Ona görə də evdən Zaurun meyitinin olduğu Abşeron rayonu Masazır kəndi «Yeni Bakı» yaşayış kompleksi bina 27-nin yaxınlığına gəlmişdir. Masazır qəsəbəsində hadisənin baş verdiyi onun kirayədə yaşadığı binanın yaxınlığında yerləşən yarımtikili evi görəndə qərara almışdır ki, həmin evin zirzəmisində Zaurun meyitini basdırmaq üçün qəbr qazsın. Ona görə də Masazır qəsəbəsində kirayədə yaşadığı binanın yaxınlığında yerləşən yarımtikili evin zirzəmisində elə tikintisi yarımçıq binadan bel tapıb qəbr qazmışdır. Bundan sonra gecə saat 02-03 radələrində Zaurun meyti qalan mənzilə qalxmışdır. O, Zaurun meyitini basdırmaq niyyəti ilə stolun üzərində olan Zaurun avtomobilinin açarını götürərək yenidən həyətə düşmüş və avtomobili blokun qabağına sürmüşdür. Bundan sonra yenidən mənzilə qalxaraq Zaurun meyitini mənzildə olan mələfəyə büküb tək onu bloka çıxardıb mənzilin qapısını örtmüşdür.Mənzilin yerləşdiyi 10-cu mərtəbədəki lifti açıb güldanı qapıya qoyaraq Zaurun meyitini liftə salaraq aşağıya düşürtmüşdür. Meyiti liftdən çıxarandan sonra Zaurun maşının qabaq sağ sərnişin oturacağına yerləşdirmişdir. Maşınla yaxınlıqda, 1-2 km uzaqlıqda yerləşən yarımtikilyə getmiş və orada Zərərçəkmiş şəxs1 meyitini maşından çıxarıb, sürütləyərək əvvəlcədən qəbr qazdığı yarımtikilinin zirzəmisinidə özü tək basdırıb üzərini torpaqla örtmüşdür.Bundan sonra meyitin üzərindən götürdüyü mələfəni özü ilə avtomobilə apararaq maşını sürüb oradan aralaşmışdır və maşını Zaur yaşadığı mənzilə gələrkən harada saxlamışdısa orada da saxlamışdır.Yolda olarkən Zaurun meyitinin daşıyanda istifadə etdiyi mələfəni yol kənarında atmışdır. Maşını saxladıqdan sonra üzərində olan dövlət qeydiyyat nömrələrini çıxardaraq maşının baqajında olan tenti çıxardıb avtomobilin üzərini örtmüşdür və yola çıxaraq yol kənarında duran taksilərin birinə minib Sumqayıt şəhəri Qurd dərəsi bağlar yaşayış massivi istiqamətində gedərək orada olan su kanalının yaxınlığında Zaurun maşınının üzərindən çıxartdığı dövlət qeydiyyat nömrələrini həmin kanala atmışdır. Zaura məxsus mobil telefonu isə sonuncu öləndən sonra “Ər-riyad” ticarət mərkəzi ilə üzbəüz olan evə gedən zaman yolda çölə atmışdır.Zaura məxsus qatlanan alışqanı və cib bıçağını isə cibinə qoymuş, həmin bıçağı “Ər-Riyad” ticarət mərkəzi ilə üzbəüz kirayə yaşadığı evdə zibil vedrəsinə qoymuşdur. Bundan sonra bir qədər Sumqayıt şəhəri ərazisində gəzmişdir. Daha sonra “Ər-Riyad” ticarət mərkəzi ilə üzbəüz yaşadığı mənzilə getmişdir. 24 fevral 2020-ci ildə polis əməkdaşları tərəfindən Bakıda, Badamdarda saxlanılmışdır. Saxlanıldığı zaman İlahə də yanında olmuşdur. Polislər onları Sumqayıt şəhər polis idarəsinə gətirmiş, orada İahənin çantasna narkotik vasitələr və psixotrop maddələr qoyaraq hər ikisinə narkotikə görə məsuliyyətə cəlb edəcəklərini dediklərinə görə o qanunsuz əşyaların ona məxsus olduğunu bildirmiş, bundan sonra polislər İlahəni buraxmışlar. Makarov tipli tapança mərhum atası Salam Cabarovdan ona qalmışdır.Həmin tapança atası Salam Cabarova məxsus olmuşdur.Atası Salam 1994-cü ildə vəfat etmişdir.Atası vəfat edəndən sonra o, həmin tapançanı bağlarında basdırmışdır.Zaurun ölümündən sonra həmin tapançanı da kirayədə qaldığı Abşeron rayonu Xırdalan şəhəri Sumqayıt şosesi 7-ci km bina 1, blok 62, 1-ci mərtəbə 1-ci mənzildə yerləşən evdə saxlamışdır. Zaurun ölümündən sonra Makarov tapançasının gülləsinin gilizi evdən götürüb küçədə xatırlamadığı yerdə tullamışdır. O, Zaurdan haqq almamış, Zaurun maşınını əlindən almaq firkri olmamış, onunla Zaur arasında heç bir konflikt, narazılıq olmamışdır, Zaur həmişə onun telefonlarına cavab vermiş, münasibətləri yaxşı olmuşdur.O, Zauru evinə çağırmamış, o, özü gəlmişdir. Onun Zauru öldürmək niyyəti olmamışdır, əgər öldürmək niyyəti olsa idi, onunla neçə saat bir yerdə olmuşlar, onu çöllükdə olarkən öldürərdi. O, Zərərçəkmiş şəxs1 öldürülməsini təkbaşına törətmiş, həmçinin başqa digər şəxslərin, hadisə yerində olan İlahə və Qalibin Zaurun öldürülməsində, Zaur öləndən sonra onun meyitinin aparılıb basdırılmasında heç kim iştirak etməmişdir. Qalib hadisənin baş verməsinin şahidirir.Qalib bu hadisənin baş verməsinə səbəbkardır, çünki, o, onu yox Zaurun qarşısını alsa idi bu hadisə olmayacaqdı. Çunki Qalib ona Zaurdan şikayət etmiş, orada yığışmaqlarının da səbəbi Qalib idi. Söhbət zamanı o, Zaurun Qalibdən götürdüyü 20.000 manat pulu tələb etmişdir. O, Qalibə görə Zaura iradını bildirmişdir. Zaur bıçaq çıxardan zaman Qalib onu tutsa idi, o, da silahı çıxartmazdı. Qətl hadisəsindən sonra əşyalarını, o cümlədən tapançanı çamadana qoyub Bakı şəhəri, Səbail rayonunda yaşayan qohumu Şahid9gilə gedib odara gecələmiş, oradan şəhərə çıxanda çamadan Xaliqgildə qalmışdır. O tutulduqdan sonra qətl hadisəsini törtdiyi ünvanı, Zaurun meyitini, basdırdığı yeri özü könüllü olaraq hüquq-mühafizə orqanlarına təqdim emişdir. Bu hadisə təsadüf olmuş, o Zauru öldürmək istəməmişdir. Zərərçəkmiş şəxs3 ilə təxminən 2009-cu ildə Azərbaycan Respublikası ƏN-in PX-nin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkərkən tanış olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs3 da orada çəza çəkirdi. Eldənizin ordada problemi çıxmış, pul borcu yaranmışdır. Borc məbləği 50000 manatdan yuxarı idi, həmin borcu o üzərinə götürmüş və Eldənizin ona borcu yaranmışdır. Eldəniz ondan əvvəl azad olunmuş, 2014-cü ildə o, azadlığa sıxdıqda Eldəniz tez-tez onun yaşadığı Sumqayıt şəhəri, 21-ci mikrorayondakı 33 saylı həyət evinə gəlibgedirdi. Eldənizdən onun əvəzinə qaytardığı borcun pulunu istəmişdir. O da ona yaşadığı Bakı şəhəri, Yasamal rayonunda ərazisində yerləşən evi, torpağı 35.000 manata, idarə etdiyi «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili 15.000 manata dəyərləndirərək, 50.000 manat pulunu belə qaytarmaq fikrində olmuşdur. O, də ona demişdir ki, maşınını onun adına keçirtsin, evi lazım deyil. Hətta həmin puldan ona 800 manat da qaytarmışdır. 10.09.2019-cu il tarixdə, səhər saatlarında o, evdə olarkən Eldəniz idarə etdiyi həmin avtomobillə onun evinə gəlmişdir.Onlar bir-birilərindən hal-əhval tutub söhbət edib çay içib yemək yemişlər. Söhbət əsnasında razılaşmışlar ki, səhər, yəni 11.09.2019-cu il tarixdə notariusa gedəcəklər və Eldəniz ona olan 50.000 manat borcundan 15.000 manatlıq maşınını adına keçirəcək. Eldəniz həmin gün onun evində gecəni qalmışdır. 11.09.2019-cu il tarixdə, səhər saatlarında qardaşı Təbriz də onlara gəlmişdir. O, ona demişdir ki, Sumqayıt şəhəri Qeydiyyat İmtahan Şöbəsinə getmək istəyir. Həmin vaxt evin darvazasının qapısı döyüldüyü üçün o, gedib qapını açmışdır. Qapının ağzında Şahid11 görmüşdür. Şəadəti o, 2019-cu ilin təxminən avqust ayından tanıyır, o onu müştəri kimi idarə etdiyi «Opel-Astra» markalı, **-RR- *** dövlət qeydiyyat nişanlı avtomobillə lazım olan yerlərə aparıb gətirmişdir. O vaxtdan tanışlıqları yaranmışdır. Həmin vaxt Şəadət ona demişdir ki, iti aparmağa gəlibdir. Çünki bir neçə ay əvvəl Şəadət ona müştəri kimi evinə gətirib qoyarkən həyətində olan iti görmüşdür və həmin iti ona verməyini xahiş etmişdir, o, da ona etiraz etməmişdir. Bu səbəbdən Şəadət onlara gəlmişdir.O, qapını açdıqdan sonra Şəadət həyətə keçib itlə oynamağa başlamış, o, ona demişdir ki, 5-10 dəqiqə səbr etsin iti götürüb aparar. Daha sonra o, evə keçmiş, Eldar, qardaşı Təbrizlə birlikdə evdən çölə çıxmışlar. Həmin vaxt o, Eldənizi Şəadətə təqdim edərək, demişdir ki, dostudur ona maşın hədiyyə edibdir və ondan Sumqayıt Regional Qeydiyyat İmtahan Şöbəsinin harada yerləşdiyini soruşmuşdur. O da demişdir ki, tanıyır, göstərə bilər. Eldənizin «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yola çıxmışlar. Maşını o, idarə etməklə, Şəadət, Təbriz birlikdə arxa oturacaqda əyləşmişlər, Eldənizdə onların arasında oturmuşdur.Onun yanında qabaq oturacaqda heç kim əyləşməmişdir. Şəadət yolu göstərərək Sumqayıt Regional Qeydiyyat İmtahan Şöbəsinə getmişlər. Ora çatdıqda onlar maşından düşərək, sənədləşmə aparması üçün həmin şöbəyə daxil olmuşlar. O, maşının sənədlərini Eldənizdən almışdır. Lakin az sonra orada olarkən o, Eldənizi yanında görməyək, aşağıya düşdükdə görmüşdür ki, Eldəniz aşağıda da yoxdur. Eldəniz çıxıb getmişdir. X13 danlamışdır buna görə. Bundan sonra Elzənizmn maşını yaşadığı yerə qaytarmışdır. Şəadətə demişdir ki, «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyir, maşina müştəri tapsın və maşını 11.000 manata satsın. O, da demişdir ki, maraqlanar. 2019cu ilin dekabr ayının axırlarında Şəadət ona zəng edib maşına müştəri tapdığını demişdir. Şəhadətə demişdir ki, H.Z.Tağıyev qəsəbəsində yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına gəlsinlər, orada onları gözləyəcək. Həmin yerə «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili özü aparmışdır. Orada avtomobilin bütün sənədlərini, yəni texniki pasportunu, maşının sahibinin sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsini maşını alan şəxsə vermişdir. Lakin etibarnamə Eldənizi tapa bilmədiyi üçün sonra verəcəyini demişdir. Həmin maşın axtarışda olduğu üçün polis əməkdaşları tərəfindən tapılaraq saxlanılmışdır. O, ad günü keçirməmiş, Eldənizi ad gününə çağırmamış, tanışlıqları olduğu üçün görüşmüşlər. Zərərçəkmiş şəxs3 ona borcu olduğu üçün pulunu istəmişdir. Eldənizə qarşı heç bir qanunsuzluq etməmiş, onu zorla evində bir gecə saxlamamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquq varisi qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır, mərhum Zərərçəkmiş şəxs1 isə onun həyat yoldaşı olmuşdur. 21 fevral 2020-ci il tarixdə Zaur saat 23-24 radələrində evə gələrək saunaya gedəcəyini, ona dəsmal və paltar hazırlamasını demişdir. Zaurdan saunaya kiminlə gedəcəyini soruşduqda əri demişdir ki, qonşusu və dostu olan Qaliblə birlikdə saunaya gedəcəklər. Gecə bir neçə dəfə əri ilə danışmış, lakin sonra onu yuxu tutmuş, səhər oyanaraq Zauru evdə görmədikdə narahat olmuş, Zaura zəng etdikdə telefonuna zəng çatmamışdır. Daha sonra isə oğlu Kənanın istifadəsində olan telefonundan Qalibə zəng etmiş, Qalib əvvəl telefonu götürməmiş, lakin sonra özü ona zəng etmişdir. O, Qalibdən Zaurun harada olmasını soruşmuş, la harda olduqlarını, Zaura zəng çatmadığını soruşduqda, Qalib isə ona cavab vermişdir ki, Zaurla saunadan çıxdıqdan sonra Zaur onu Xırdalanda düşürüb evinə getmişdir. O isə Qalibə ərinin evə gəlmədiyini demişdir. Bundan sonra o, qaynı Şahid3 zəng edərək hadisəni ona bildirmişdir. Təbriz də onun evinə gələrək Qalibə zəng etmiş, Qalib bir daha ona dediklərini Təbrizə də demişdir. Bundan sonra polisə müraciət etmişlər. 25 fevral 2020-ci il tarixdə qaynı Təbrizdən bilmişdir ki, əri Zauru Təqsirləndirilən şəxs tapançadan atəş açaraq öldürmüşdür. Əri Zaurun istifadəsində Mersedes markalı maşını olmuş, saunaya həmin maşınla getmişdir. Ərinin maşını polislər tərəfindən Təqsirləndirilən şəxs yaşadığı binanın həyətində aşkar edilmişdir. Ərinin narkotik vasitələrdən istifadə etməsindən və yaxud həmin vasitələri satmasından, qatil Təqsirləndirilən şəxsla münasibətləri olmasından məlumatı olmamışdır. Məhkəmədən ona ən ağır cəza verilməsini tələb edir. Belə ki, onun iki azyaşlı övladı atasız qalmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Cabbarov Eldar Salam oğlu ilə əvvəllər bir cəzaçəkmə müəssəsində cəza çəkmiş, cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra əlaqələrini davam etdirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Hal-hazırda oğurluq cinayət əməlinə görə cəza çəkir. Bir çox halları xeyli müddət keçdiyi üçün ümumən xatırlayır. Xatırlayır ki, Təqsirləndirilən şəxs onu ad gününə dəvət etmişdir. O isə hansısa səbəbdən gedə bilməmişdir. Bunu da Eldar ona bağışlamamışdır. Eldar onu 2019-cu ilin sentyabr ayında xatırlamadığı tarixdə yaşadığı binaya dəvət etmiş, həmin binaya o, özünə məxsus «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmiş, Eldar ona incikli halda demişdir ki, onun ad gününə gələcəyini ad günündə olan dost-tanışına demiş, onun gəlməməsi digər şəxslərin yanında bir hörmətsizlik olmuş, hətta o, ad günündə onu öldürəcəyini demişdir. Sonra Eldar onu söyüb təhqir etmişdir. Eldarın cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxtlar nüfuzuna bələd olduğu üçün çox qorxmuşdur. Hətta Eldar onu pəncərənin qarşısına çağıraraq həyətdə təxminən 5-6 nəfər tanımadığı şəxs və Eldarın qardaşı Təbrizi evin həyətindəki ağacın altında dayandıqlarını görmüşdür. O, Eldara izah etməyə çalışmışdır ki, ad gününə gəlməməyi yadından çıxmış, hətta atasının 70 illiyi ilə əlaqədar onun da ad gününə heç gedib çıxa bilməmişdir. Eldar isə ona demişdir ki, 19 avqustda ona mesaj yazmışdır. O, da demişdir ki, ola bilsin ki, mesajı gəlibdir, lakin onu oxumamış, bilmədən silmişdir. Eldar ona demişdir ki, «sən məni saymamısan, ya mənə 50.000 manat pul verəcəksən, ya da ki, səni öldürəcəm». Eldar ondan maşının açarını və mobil telefonunu almış, Eldarın qardaşı Təbriz isə onun maşınından götürdüyü evin açarını və maşının bardaçokunda olan 4.500 manat pulu da gətirib Eldara vermişdir. Həmin gün Eldar onu öz evindən buraxmamış, sabahısı yol polisinə gedərək maşını onun adına rəsmiləşdirməsini, maşını 11.000 manata qiymətləndirdiyini, bardaçokdakı pulla birlikdə maşını 15.500 manata qiymətləndirərək ona hələ 34.500 manat da verməli olduğunu bildirmişdir. O da həyatına görə qorxduğu üçün Eldarın tələbləri ilə razılaşmışdır. Səhəri gün, saat 10 radələrində «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilini Eldarın mülkiyyətinə keçirmək üçün Eldar, o və Eldarın dostu Şəadətlə birlikdə Sumqayıt Regional İmtahan və Qeydiyyat Şöbəsinə getmək üçün evdən çıxmışlar. Sumqayıt Regional İmtahan və Qeydiyyat Şöbəsinə gedərkən o, avtomobildə arxa oturacaqda ortada oturmuş, solunda Təbriz, sağında isə üzdən tanıdığı Şəadət adlı şəxs oturmuşlar.Maşını isə Eldar özü idarə etmişdir. Bu vəziyyətdə onun Eldarın əlindən qaçmaq imkanı olmamışdır. Yol polisində Eldarla Şəadət harasa getmiş, o və Təbriz birlikdə kənarda dayanmışlar. Təbrizin fikrinin yayınmasından istifadə edib oradan qaçıb getmişdir. Düzdür, ona qarşı fiziki zor tətbiq edilməmiş, lakin Eldarın qəddar bir şəxs olduğunu bildiyi üçün özünə qarşı real təhlükə olduğunu bilirdi. Onun Təqsirləndirilən şəxs heç bir borcu olmamış, Təqsirləndirilən şəxs onun mobil telefonunu və maşınının açarlarını onun razılığı olmadan götürmüşdür. Eldar telefonunu yalnız Baş X23 idarəsinin Sumqayıt şəhər Qeydiyyat İmtahan şöbəsinə gedəndə özünə qaytarmışdır. Telefonunu da əlindən ona görə almışdır ki, o, onun onu saxlaması barədə polisə və ya başqa bir adama məlumat verməsin. Ona məxsus olmuş «Mercedes Benz E240» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs tərəfindən ondan hədə-qorxu yolu ilə alınan zaman avtomobilin saxlanc yerində onun şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və həmin avtomobilin qeydiyyat şahədətnaməsi olmuşdur. Həmin sənədləri maşın qardaşı Firdovsi Səmədov tərəfindən 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrosunun yanında tapılanda maşının içərisində olmuşdur. Qardaşı Firdovsi maşını tapandan sonra Sumqayıt şəhər Polis idarəsinə məlumat vermişlər və maşını polis əməkdaşları gəlib aparmışlar. Maşının içərisində olan sənədlər də ona geri qaytarılmışdır. Hazırda avtomaşını etibranmə əsasında qardaşı Ruslan idarə edir. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, 2019-cu ilin noyabr ayında özünə məxsus 2002ci il buraxılışlı «Mercedes Benz CLK320» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili satılması üçün avtomobil salonuna qoymuşdur. Nağd pula ehtiyacı olduğundan avtomobili dəyərindən aşağı qiymətə 10.000 manata satışa qoymuşdur. Əvvəllər tanımadığı sonradan adının Zaur olduğunu bildiyi şəxs ona məxsus «Mercedes Benz CLK320» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxıb avtomobili bəyənmiş, lakin onun üzərində cəmi 4500 manat olduğu üçün təklif etmişdir ki, bu pulu ondan qəbul etsin, qalan pulu isə 4 ay müddətə ödəyəcəkdir. O da buna etiraz etməmişdir. Razılaşmaya əsasən Zaur ona 4.500 manat pul vermiş, o isə ona avtomobili və avtomobilə dair nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnaməni vermişdir. 08 noyabr 2019-cu il tarixdə Sumqayıt «Asan xidmət» mərkəzində notariat ofisində o, özünə məxsus 2002-ci il buraxılışlı «Mercedes Benz CLK320» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili və Zərərçəkmiş şəxs1 nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə sonuncuya vermiş, Zaur isə ona 4.500 manat pul vermişdir. Bütün bu əməliyyatları tanışı, avtomobil alqı-satqısı ilə məşğul olan Sənan adlı şəxs keçirmişdir. 2020-ci ilin fevral ayının 20-dən sonra Sənan ona zəng edərək demişdir ki, Zərərçəkmiş şəxs1 qardaşı Şahid3 onun yanına gələrək qardaşı Zaurun öldürüldüyünü bildiriş və onun nisyə olaraq satdığı «Mercedes Benz CLK320» markalı **-NE- *** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmaq istədiyini demişdir. Bundan sonra o Sənan vasitəsi ilə pulu qaytarmış, Sənan da onun «Mercedes Benz CLK320» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilini ona təhvil vermişdir.Həmin avtomobil ona təhvil veriləndə avtomobil saz və işlək vəziyyətdə olmuş, yalnız avtomobilin üzərində avtomobilin hər iki **- NE-*** dövlət qeydiyyat nişanı olmamışdır. Ona görə də o, avtomobilinin dövlət qeydiyyat nişanının itməsi barədə Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Sumqayıt Regional Qeydiyyat- İmtahan və texniki baxış şöbəsinə ərizə ilə müraciət etmiş, bundan sonra avtomobilə başqa bir dövlət qeydiyyat nişanı verilmişdir. Həmin avtomobili o başqa bir şəxsə satmışdır. 2019-cu ilin sentyabr ayında «Mercedes Benz CLK320» markalı avtomobilinə dövlət qeydiyyat nişanı alan zaman 35 manat 80 qəpik dövlət rüsumu ödəmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır. Mərhum Zərərçəkmiş şəxs1 isə doğma qardaşı olmuşdur. 22 fevral 2020-ci il tarixdə səhər tezdən Zaurun yoldaşı Yeganə Mircəfərova ona zəng edərək Zaurun qonşuları və dostu Qaliblə gecə saunaya getmiş, lakin evə gəlməmişdir. O, dərhal Yeganəgilə getmiş, orada bilmişdir ki, X14 harada olmasını soruşsa da sonuncu ona dürüst bir məlumat verə bilməmişdir. Hamısı çox nigaran olmuş, Zaurun yoxa çıxması barədə polisə məlumat vermişlər və 2-3 gündən sonra o bilmişdir ki, qardaşı Zaur qətlə yetirilmiş, meyiti isə bir yarıtikilinin içindən aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum qardaşı Zaurun münasibəti olduğu şəxs kimi tanıyır. Qardaşı Zaur narkotik vasitələrdən istifadə edirdi. 22.02.2020-ci il tarixdə səhər tezdən Zaurun arvadı Yeganə ona zəng edib bildirmişdir ki, Zaur axşamdan qonşusu və dostu olan Qaliblə saunaya getmiş, lakin evə gəlməmişdir. Dərhal Zaurgilə gəlmiş, oradan Qaliblə telefon əlaqəsi saxlamış, Qalib ona Zaurla gecə hamama getdiklərini, bir neçə saat orda olduqdan sonra Zaurun öz maşını ilə onu Xırdalanda yerləşən Abşeron gənclər şəhərciyində düşürtdüyünü, özünün isə Baba adlı şəxslə evə tərəf getdiklərini bildirmişdir. Bundan sonra elə həmin gün o, Baba adlı şəxsə zəng edib qardaşı Zaurla əlaqədar görüşmək istədiyini demiş və Baba ilə sonuncunun yaşadığı evin yaxınlığındakı çayxanada görüşmüşdür. Baba ilə görüşən zaman Zaurdan hal-hazıra kimi məlumat öyrənə bilmədiyini, lakin Qalib ona dediyinə görə hamamdan çıxdıqdan sonra, Zaur onu Xırdalanda yerləşən Abşeron Gənclər şəhərciyində düşürtmüş, sonra isə Zaur Baba ilə birlikdə getmişlər. Baba bu sözləri eşitdikdən sonra ona demişdir ki, Qalib yalan danışır, çünki o, Zaur və Qalib bir yerdə Binəqədi rayonu ərazisində olan hamamda olmuşlar, hamamdan çıxmamışdan 1-2 saat əvvəl Qalib onlara hansısa bir xanımla görüşəcəyi üçün hamamdan çıxmış, hamamdan o və Zaur sonuncunun maşını ilə birlikdə çıxmış, yolda olarkən Qalib Zaura zəng etmiş, Zaur Qaliblə danışdıqdan sonra sonuncu onu evlərinin üst tərəfində yerləşən qəbiristanlığın yanında düşürtüb getmişdir. Qalibin yalan danışmasını araşdırmaq üçün Qalibə zəng edərək görüş təyin etmişdir. Lakin Qalib yenə yalan danışdığı üçün o, həmin gün, yəni 22.02.2020-ci il tarixdə təxminən 23-24 radələri arası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102-Qaynar Xətt” əlaqə mərkəzinə zəng edib qardaşı Zaurun özünə məxsus avtomaşını ilə evdən çıxıb naməlum istiqamətə getdiyini, bir daha geri qayıtmaması barədə məlumat vermişdir. Daha sonra isə bununla əlaqədar onu Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinə dəvət etmişlər və sorğu-sual edərək izahatını almışlar. Səhəri günü, yəni 23.02.2020-ci il tarixdə təxminən saat 09-10 radələri arası Qalib ona zəng edib bağ evlərinə çağırmışdır. O, da Qalibin bağ evinə getmişdir. Orada Qaliblə görüşdükdən sonra Qalib ona demişdir ki, Zauru Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs silahla öldürmüşdür. O, X15 vurması xəbərini dünən nə üçün ona demədiyini soruşduqda, Qalib Eldardan qorxduğu üçün həqiqəti demədiyini bildirmişdir. 23.02.2020-ci il tarixdə saat 17 radələrində Zaurun Qalibin deməsinə görə qətlə yetirildiyi ünvana Abşeron rayon polis idarəsinin və Sumqayıt şəhər 2-ci polis bölməsinin əməkdaşları ilə birlikdə getmişlər. Həmin ünvan ünvan 7 Mənzilin qapısı həmin vaxt bağlı olduğundan FHNnin əməkdaşları dəvət olunaraq qapı açılmış, lakin mənzildə hər hansı bir qan izi, qardaşına aid hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə həyətə düşdükdə, binanın künc hissəsində qardaşına məxsus idarə etdiyi avtomaşını aşkar etmişlər, həmin avtomaşın üzəri göy rəngli palatka ilə örtülü vəziyyətdə olmuş, maşın saz vəziyyətdə idi, lakin dövlət qeydiyyat nişanları açılıb götürülmüşdür. Avtomobilin arxa yük yerini açmışlar, orada isə hər hansı bir əşya aşkar etməmişlər. Bir neçə gündən sonra Zauru öldürməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılmış və Zauru basdırdığı yer polislərə bildirmiş, polislər Eldarla sonuncunun dediyi ünvana gedərək qardaşının meyidini aşkar etmişlər. Qardaşının xasiyyəti barədə onu bildirir ki, Zaur söz götürməyən olmuşdur. Ola bilsin ki, bu səbəbdən Eldarla mübahisə zamanı öldürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Onunla “Facebook” sosial şəbəkəsində tanış olmuş, qeyri-rəsmi olaraq ər arvad kimi yaşamışlar. Təqsirləndirilən şəxs Masazır qəsəbəsində, Xırdalan şəhərindəki bina evinin 1-ci mərtəbəsindəki mənzilində və digəo və Xırdalan şəhərində olan "xxxx" MTK-nın binasının 9-cu mərtəbəsində olan iki otaqlı mənzilində də görüşmüşlər. Mərhum Zərərçəkmiş şəxs1 Eldarın dostu kimi tanıyırdı. Hətta Eldar ona demişdir ki, Zaur onun qohumudur. Zaurdan savayı Eldarın digər dostu Qalib Əbdürəhmanovu da tanıyırdı. 2020-ci ilin fevral ayında, tarixi xatırlamır, o, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Abşeron rayonu, Xırladan şəhərindəki bina evinin 1-ci mərtəbəsindəki mənzilində olmuşdur. Həmin ünvana Qalib Əbdürəhmanov da gəlmiş, oradan üçü birlikdə "xxxx" MTK-da olan Təqsirləndirilən şəxs kirayə yaşadığı mənzilinə getmişlər. Bir azdan ora Zərərçəkmiş şəxs1 gəlmişdir. Eldar, Qalib və Zaur qonaq otağında söhbət edir, o isə yataq otağında telefonla musiqiyə qulaq asırdı. Evdə havanın soyumasını hiss edərək eyvana çıxaraq kombini işə salanda qonaq otağından güllə səsinə bənzər “tak” səsini eşitmişdir. Eyvandan yataq otağına keçib qonaq otağına aparan qapını açmaq istəmiş, lakin qapını aça bilməmişdir. Qapının görünməyən şüşəsindən görmüşdür ki, kimsə qapının dəstəyindən tutub saxlayır. O, qapını açmaq üçün qapını dartmaq istəyəndə Eldar qonaq otağından qışqırıb demişdir ki, dayansın. Bundan sonra o, qapının dəstəyini buraxıb, yenidən çarpayıda oturmuşdur. Qonaq otağına aparan qapının görünməyən şüşəsindən görmüşdür ki, artıq qapının dəstəyini heç kəs tutmur. Bunu görüb dərhal qonaq otağının qapısına yaxınlaşıb qapını açıb görmüşdür ki, Zaur yerdə kürəyi divara söykəndiyi halda yarı uzanmış, yarı oturaq vəziyyətdədir. Zaur həmin vaxtı sağ əlini sinəsinə qoymuş, sol əlini də qarşısında olan Eldara tərəf tutub «bu nədi əmioğlu elədin» deyirdi .Qalib və Eldar Zaurun qarşısından təxminən 1 metr aralıda durmuşlar. Həmin vaxt Eldarın və Qalibin əllərində hər hansı bir predmetin olmasına diqqət yetirməmişdir. Çünki bütün diqqəti Zaurda idi. Eldar isə Qalibin üstünə qışqırıb “məni niyə zibilə saldın” deyirdi. Zaura baxdıqda görmüşdür ki, rəngi getdikcə qaralır gözləri isə dumanlanır, hiss olunurdu ki, huşunu itirir. Onun Zaura baxmağını görən Eldar onun qolundan tutub qonaq otağından dəhlizə çıxardaraq evdən getmələrini bildirmişdir. Məhz o zaman Eldarın əlində tapança görmüşdür. Silah növlərindən başı çıxmadığı üçün tapançanın hansı növdən olmasını bilməmişdir. Eldara demişdir ki, təcili tibbi yardım çağırtdırsın, o, evdə qalıb onları gözləsin. Eldar isə artıq gecdir deyib buna imkan verməmişdir. Bundan sonra Zauru qaldığı yerdə qoyub mənzildən çıxmışlar. Mənzilin giriş qapısını Eldar özündə olan açarla bağlamışdır. Həmin yerdən taksi tutaraq üçü də Xırladan şəhərindəki bina evinin 1-ci mərtəbəsindəki mənzilinə getmişlər. X16 sözlərindən belə anlamışdır ki, Zaurun Eldara pul borcu var idi, Zaur pulu qaytarmadığı üçün aralarında yaranmış mübahisə zamanı Eldar ona atəş açmışdır. Eldardan uşaqlarını görmək üçün evinə buraxmasını xahiş etmiş, ondan sonra həmin evdən çıxıb getmiş, növbəti gün isə Eldarın zənginə görə Yasamaldakı balıq restoranına getmiş, orada Eldarı və adını bilmədiyi bir dostunu görmüş, onlarla birlikdə oturub çörək yeyən zaman polis əməkdaşları gələrək Eldarı həbs etmişlər. Əlavə etmək istəyir ki, Zaurun Eldarın yanına gəldiyi “Mersedes” markalı maşına Eldar ziyan vurmamış, yalnız nömrəsini çıxarıb maşının üstünü çexolla örtmüşdür. Eldarın hər hansı başqa cinayətin törətməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumudur. 23 fevral 2020-ci ildə axşam saatlarında Eldar ona zəng edərək sabahadək kirayə ev tutana qədər onun evində gecələməsi üçün icazə istəmişdir. O da buna etiraz etməmişdir. Eldar onlara çamadana bənzər böyük yol çantası və içində qab – qacaq olan ikinci sumka ilə gəlmişdir. Həmin gecəni Eldar onlarda gecələmiş, xasiyyətcə danışmağı sevməyən olduğu üçün Eldar demək olar ki, çox danışmadan yataq otağına keçib yatmışdır. Səhər saat 8-də o, işə getmiş, işdən qayıtdığı zaman Eldarı evdə görməmiş, lakin Eldarın gətirdiyi çamadanla sumka onlarda qalmışdır. Həmin gün axşam Eldarın qardaşı Təbriz ona zəng edərək Eldarın tutulduğunu bildirmiş, Eldarın onun evində qoyduğu əşyaları ona çatdırmasını xahiş etmişdir. Təbrizlə belə razılaşmışlar ki, o, Eldarın əşyalarını Bakı avtovağzalına aparıb ona təhvil verəcəkdir. Belə də oldu. O, elə həmin gün Eldarın əşyalarını avtovağzalda Təbrizə təhvil vermişdir. Eldarın əşyalarının içində silahın olmasından məlumatı olmamış, bu barədə ona nə Eldar, nə dəki, Təbriz bir söz deməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, lakin Zərərçəkmiş şəxs2 və mərhum Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, o, Sumqayıt şəhərində yaşamaqla avtomaşınların alqı-satqısı ilə məşğul olur. 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs2 özünə məxsus «Mercedes Benz CLK320» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyirdi. İlhamın nağd pula ehtiyacı olduğundan avtomobili dəyərindən aşağı qiymətə 10.000 (on min) manata satışa qoymuşdur. Bunun üçün də İlham ona müraciət etmişdir. Bundan sonra o, həmin avtomobili Sumqayıt şəhəri Sülh küçəsində olan maşın bazarına gətirmiş və orada özünə maşın axtaran Zərərçəkmiş şəxs1la tanış olmuşdur. Zaur İlhama məxsus «Mercedes Benz CLK320» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxıb bəyənmiş, lakin belə bir şərt qoymuşdur ki, maşının dəyərinin bir hissəsini, yəni 4.500 manatını maşını götürəndə verəcək, qalan 5.500 manat pulu isə dörd ay müddətində ödəyəcəkdir. İlham Zaurun bu təklifi ilə razılaşdığı üçün o, maşını nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə əsasında Zaura vermişdir. 2020-ci ilin fevral ayının 20-dən sonra, Zərərçəkmiş şəxs1 qardaşı Şahid3 İlhamın yanına gələrək qardaşı Zaurun öldürüldüyünü deyərək onun nisyə olaraq satdığı «Mercedes Benz CLK320» markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobili qaytarmaq istədiklərini demişdir. İlham da ona 4.500 manatı qaytararaq pulu Təbrizə verməsini, maşını ondan geri almasını demişdir. O da 4.500 manat pulu Təbrizə qaytararaq maşını geri almışdır. Maşın işlək vəziyyətdə olmuş, yalnız dövlət qeydiyyat nişanı çıxarılmışdır. X23ndən yeni nişan aldıqdan sonra maşını satmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs mərhum dostu və qonşusu Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanımışdır. Eldarın kriminal aləmin nümayəndəsi olmasını bilirdi. Zaurun Eldarla gərgin münasibətdə olmasını da bilirdi. Belə ki, Zaur Edarn telefon zənglərinə cavab vermədiyi üçün sonuncu ondan qəzəbli idi. 21 fevral 2020-ci il tarixdə axşam o, Zaur və Baba dedikləri Şahid7 Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Zəngəzur” hamamına getmişlər. Hamamda olarkən Zaur hamamdan çıxdıqdan sonra Eldarın yanına getmək istədiyini bildirmiş, hətta Eldarla telefonla danışaraq sonuncunu söymüşdür. Lakin o, Zaurun Eldarın yanına getməsinə razı olmamış, özü Eldarla Zaurun arasında olan anlaşılmazlığı həll etmək üçün Eldarın Biləcəridə yaşadığı binaya getmişdir. Orada Eldarı adını Röya kimi bildiyi, sonradan adının İlahə olduğu qadınla birlikdə görmüşdür. Söhbət əsnasında razılaşmışlar ki, Zaur öz maşını ilə gəlib onları Eldarın kirayə tutduğu Abşeron rayonu "xxxx" MTK-nın binasına aparmaqla, həmin binadakı mənzildə Eldarla Zaurun aralarında olan mübahisəni həll etsinlər. Yəni, o, onları barışdırmaq istəmişdir. Elə də oldu. Zaur gəlib onu, Eldarı və İlahəni Eldarın yaşadığı 2-ci ünvana aparmışdır. Orada İlahə balkona çıxmış, Eldarla Zaur isə söhbət etmişlər. Söhbət əsnasında Eldar Zaura qəzəblənərək əlində tutduğu siqareti zaurun üzərinə atmış, Zaur isəöz növbəsində əlini şalvarının arxa hissəsinə aparmışdır. Belə ki, bilirdi ki, Zaurun üzərində həmin vaxt bıçaq olmuşdur. Eldar da Zaurun bıçaq və ya başqa bir silah çıxaracağını zənn edərək öz növbəsində tapança çıxarıb Zaurun üzərinə tuşlamışdır. Bu zaman o, araya girərək Eldardan tapançasını yığışdırmağı xahiş etmişdir. Zaur isə bıçaq çıxarmadan əli yalın Eldarın tapança tutduğu əlindən tutaraq tapançanı almağa çalışmışdır. Eldar onu öldürəcəyi ilə hədələyərək kənara çəkilməsini demiş, o qorxub çəkilən zaman Eldar tapançadan atəş açaraq Zaurun sinəsindən vurmuşdur. Bu vaxt Zaur Eldara «sən məni vurdun» deyərək yerə divara söykənməklə yarı yıxılmış vəziyyətdə qalmışdır. Eldar da Zaura onu zibilə saldığını demişdir. Xatırladığı qədər Eldarla Zaurun mübahisəsini İlahə görmüşdür. X21 atəş atdığı zaman onun digər otaqda və yaxud da mübahisə gedən otaqda olmasını dəqiq deyə bilməz. Bundan sonra o, Eldar və İlahə evdən çıxaraq bir taksi ilə Eldarın Biləcəridə olan kirayə evinə getmişlər. Orada Eldar çox əsəbi idi, hətta onu məcbur etdi ki, tapançanın qundağını tutsun ki, əlbarmaq izləri tapançada qalsın ki, o, Eldarı sata bilməsin. Orada Eldara demişdir ki, məhləyə gedib vəziyyətlə maraqlanmaq istəyir, Eldar buna etiraz etməmiş və o, oradan çıxıb getmişdir. Qorxusundan ilk vaxtlar hadisə barədə heç kəsə heç nə deməmişdir, lakin sonradan Zaurun qardaşı Təbrizə hadisəni danışmışdır. İbtidai istintaq zamanı müstəntiqin yazdıqlarını oxumadan imza etmişdir. Burada məhkəmədə verdiyi ifadəsi həqiqi ifadəsidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi X5, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tanımır. Abşeron rayonu Masazır kəndində «Palitra» boya zavodunun arxasında yerləşən və ona məxsus olan 0,03 ha torpaq sahəsində fərdi ev inşa etmişdir. Birinci mərtəbəni tamamlamış, 2-ci mərtəbəsində iş getmiş, lakin maddi vəziyyəti ilə əlaqədar iş dayanmış, tikintidə heç kəs olmamışdır. Arabir özü gəlib həmin sahəyə baş çəkirdi. 2020-ci ilin fevral ayında televiziya verilişlərinin birində onun yarımçıq tikintisi göstərilməklə həmin tikilinin birinci mərtəbəsində meyit aşkar olunması barədə reportaj getmişdir. Sahəsinə gələrək tikilinin polis əməkdaşları tərəfindən mühafizə olunduğunu görmüşdür. Bundan sonra istintaqa ifadə vermiş və verdiyi ifadəsin təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o, ona özünə məxsus olan Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" yaşayış massivi, bina 27, 92 saylı mənzili ona kirayə vermişdir. O, həmin mənzili kirayə verilmək üçün "internetə" elan yerləşdirmiş, bu elan əsasında Təqsirləndirilən şəxs 2020-ci ilin fevral ayında ona zəng edərək həmin mənzili kirayələmişdir. Həmin mənzildə Təqsirləndirilən şəxs bir qadınla yaşamışdır. Mənzil proyektə görə birotaqlı olsa da o, onu təmir etdirib iki otaq şəklinə salmışdır. Otaqlardan biri həm qonaq otağı və mətbəx, digər otaq isə yataq otağı olmuşdur. Otaqlarda olan mebellər də onun özünə məxsusdur. Təqsirləndirilən şəxs həmin mənzilə köçdükdən sonra kombinin nasaz olması ilə əlaqədar ona müraciət etmiş, o da evinə gələrək kombini təmir etdirmiş, həmin vaxt Təqsirləndirilən şəxsla yaşayan qadını görmüşdür. Eldar özü də ona ailəli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona məxsus ünvan 8 ünvanında 12 fevral 2020-ci il tarixdən kirayə yaşamağa başlamışdır. 23 fevral 2020ci il tarixdə isə gecə saatlarında Sumqayıt şəhər polis idarəsinin əməkdaşları ona zəng edərək kirayə verdiyi mənzildə qətl hadisəsi törədildiyini və onun təcili olaraq həmin ünvana gəlməyini demişlər. O, dərhal kirayə verdiyi ünvana getmiş, orada polis əməkdaşlarının giriş qapısının yanında durduqlarını görmüşdür. Polis əməkdaşları ondan ehtiyyat açarının olmasını soruşmuş, onda ehtiyat açarları olmadığı üçün usta çağırıb qapını sındıraraq onunla bərabər mənzilə daxil olmuşlar. Polis əməkdaşları onun iştirakı ilə evə baxış keçirmişlər. Lakin evdə qətlə yetirilmiş şəxs olmamış, döşəmənin, divarın, mebellərin üzərində qanabənzər izlər olmamış, otaqlarda səliqə-səhman pozulmamış, cinayətin burada törədilməsini bildirən heç bir əşya aşkar edilməmişdir. Polisdə ifadə verərkən müstəntiqdən bilmişdir ki, Təqsirləndirilən şəxs həmin mənzildə bir şəxsi tapança ilə atəş açmaqla qətlə yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşının qətl hadisəsi törətməklə Zərərçəkmiş şəxs1 tapança ilə vurmasından məlumatı yoxdur. Mərhum Zərərçəkmiş şəxs1 tanımamış, qardaşı Eldarla həmin şəxs arasında olan münasibətlər barədə məlumatı olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs2 da tanımamışdır. Qardaşının ona qarşı etdiyi əməl barədə məlumatı yoxdur. Lakin Zərərçəkmiş şəxs3 Yuri oğlunu tanıyır. Belə ki, 2019-cu il sentyabr ayının əvvəllərində qardaşı Eldarla birlikdə Sumqayıt şəhəri, 21-ci mikrorayonda yerləşən fərdi evdə yaşayırdılar. Səhər evdən öz işləri ilə əlaqədar çıxmış, lakin qardaşı Eldarın telefon zənginə əsasən evinə qayıtmışdır. Həyətin qarşısında qardaşının tanışı kimi tanıdığı Zərərçəkmiş şəxs3 görmüşdür. Eldəniz gülə-gülə ona demişdir ki, özünə məxsus «Mercedes Benz E-240» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili Eldara hədiyyə etmək istəyir. Buna görə də Yasamal rayonunda yerləşən DYP-nin binasına getməlidirlər. Bundan sonra Eldar, o, Eldəniz və tanışları Şahid11 Eldənizin maşını ilə yol polisinə getmişlər. X17 binaya keçməsindən və onun başının Şəadətlə söhbətə qarışmasından istifadə edərək yoxa çıxmışdır. Eldənizin maşını isə onların yanında qalmışdır. Onun Eldənizə qarşı heç bir qanunsuz əməli olmamış, bildiyi qədər qardaşı Eldarın da Eldənizə qarşı heç bir qanunsuz hərəkəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, təqs irləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun tanımır, Zərərçəkmiş şəxs3 onun qardaşıdır. Qardaşı Eldəniz hazırda 11 saylı cəzaçəkmə müəssəsində narkotikə görə cəza çəkir. Qardaşı Zərərçəkmiş şəxs3 ona heç vaxt Təqsirləndirilən şəxs şikayətlənməmiş, Eldarın ondan maşını zorl alması, pul tələb etməsi, onu qanunsuz hansısa yerdə saxlaması barədə bir söz deməmişdir. Qardaşı Zərərçəkmiş şəxs3 Mersedes Benz E 240 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomaşını olmuşdur. Eldəniz həmin avtomaşını 14 fevral 2020-ci il tarixdə ona vermiş və o həmin avtomaşını baldızı X3 adına keçirmişdir. Hazırda da avtomaşını o, etibranmə ilə idarə edir. Yalnız ibtidai araşdırma zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs qardaşına qarşı qanunsuz hərəkətələr törətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, halhazırda başqa cinayətlə bağlı cəza çəkir. Təqsirləndirilən şəxs uşaqlıqdan yaşadığı Zeynalabdin qəsəbəsindən tanımışdır, həmçinin mərhum Zərərçəkmiş şəxs1 Mirqdaş oğlu ilə də uşaqlıqdan dost olmuşdur. Şahid4 da Zaurun qonşusu kimi tanımışdır. Təqsirləndirilən şəxs cəza çəkdiyini bilmiş, sonuncu azadlığa çıxdıqdan sonra onunla demək olar ki, ünsiyyəti olmamışdır. Onun adı Rza olsa da uşaqlıqdan hamı onu «Baba» kimi çağırır. 21 fevral 2020-ci il tarixdə təxminən saat 22-23 radələrində Zərərçəkmiş şəxs1 və Şahid4la hamama çimməyə getmişlər. Təxminən 3 saat ərzində hamamda oturub həm yemək yemişlər, həm də çimib istirahət etmişlər. Lakin Qalib onlarla birlikdə yemək yeməmiş və hamama gələndən təxminən bir saat sonra demişdir ki, tanış qızı var onunla görüşməyə getdiyini deyərək çıxıb getmişdir. O və Zaur isə hamamda səhər saat 4-ə qədər qalmışlar.22 fevral 2020-ci il təxminən saat 4 radələrində o və Zaur birlikdə hamamdan çıxmışlar. Zaur onu öz “Mersedes” markalı maşını ilə Sumqayıt şəhəri, Zeynalabdin qəsəbəsi, Dəmiryol vağzalının yanında düşürtmış, sağollaşanda ona demişdir ki, evə gedəcək. O, da evə gedib yatmışdır. Səhər saatlarında dəqiq saatını bilmir, Qalib onun ***-***-**-** nömrəsinə xatırlamadığı nömrədən zəng edərək demişdir ki, Zauru evdən axtarırlar ona denən ki, telefonu açsın.O, da Qalibə demişdir ki, Zaurla o, səhər saat 5 radələrində ayrılmış, Zaur onu evə düşürüb çıxıb gemiş, ondan sonra o, Zauru görməmişdir.Qalibin bu sözündən sonra o, öz nömrəsindən Zaurun telefonuna zəng vurmuş ancaq onun nömrəsinə zəng çatmamışdır.Bundan sonra saat 10-11 radələrində Zaurun qardaşı Təbriz onun evinə gələrək Zaurun axşam evə gəlmədiyini onun harada ola biləcəyini ondan soruşmuşdur.O, da Təbrizə Zaurun onu səhərə yaxın evə düşürtdükdən sonra ona evə gedəcəyini dediyini demişdir. Bundan bir neçə gün sonra onu polisə dəvət etmişlər və orada o bilmişdir ki, Eldar yaşadığı mənzildə Zauru tapança ilə atəş açıb öldürmüşdür. Eldarın Zauru öldürməsinin səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, özünə məxsus «Opel-Astra» markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi xidməti göstərir və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun qardaşı X7 2019-cu ilin təxminən avqust ayından müştəri kimi tanımışdır.Belə ki, o, idarə etdiyi maşınla onları müştəri kimi Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə apararkən tanışlıqları yaranmışdır. Zərərçəkmiş şəxs3 isə o, 11.09.2019-cu il tarixdə tanımışdır. Belə ki, həmin gün səhər saatlarında Sumqayıt şəhəri, 21-ci mikrorayon ərazisinə yaşayan müştərini aparıb evinə qoyduqdan sonra oradan idarə etdiyi maşınla Eldarın yaşadığı evin yanına gedib, maşını evin yanında saxlayıb, maşından düşmüşdür. Həmin vaxt o, Eldarın yaşadığı evin qarşısında «Mersedes» markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. Orada Eldar və Eldarın qardaşı Təbrizlə həmçinin Zərərçəkmiş şəxs3la görüşmüşdür. Həmin vaxt Eldar Eldənizi ona təqdim edərək, demişdir ki, dostudur ona maşın hədiyyə edibdir və ondan Sumqayıt Regional Qeydiyyat İmtahan Şöbəsinin harada yerləşdiyini soruşmuşdur. O, da ona demişdir ki, tanıyır. Eldar da onları həmin yerə aparmasını xahiş etmişdir. O da demişdir ki, apara bilər, gəlib maşınına otursunlar. Eldar isə demişdir ki, onun maşını ilə deyil, Eldənizin «Mersedes» markalı, **-GK- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gedəcəklər, çünki həmin avtomobili orada adına keçirməlidir. O, da Eldarla razılaşmış və o, Təbrizlə birlikdə arxa oturacaqda, Eldəniz isə onların ortasında oturmuşlar. Maşını isə Eldar özü idarə edirdi. O, Eldara yolu göstərərək Sumqayıt Regional Qeydiyyat İmtahan Şöbəsinə getmişlər. Onlar şöbənin həyətinə daxil olub hamısı maşından düşmüş, Eldarla Eldəniz sənədləşmə işlərini görmək üçün şöbəyə daxil olmuş, o və Təbriz həyətdə qalıb Eldargili gözləmişlər. Daha sonra o, şöbənin 2-ci mərtəbəsinə gedib su almış və qayıtmışdır. Daha sonra o, Eldarla birlikdə Eldənizin maşınını qabağa vermişlər, Eldəniz isə Təbrizlə birlikdə kənarda dayanıb söhbət edirdilər. Bir neçə dəqiqə sonra Eldənizi görmədikdə Eldardan Eldənizi soruşmuş, Eldar da ona demişdir ki, Eldəniz xəstə olduğu üçün ağrısı olduğundan çıxıb getmişdir. Bundan sonra o, Eldar və Təbriz Eldənizin maşını ilə yenidən Eldarın yaşadığı evə gəlmişlər. Söhbət əsnasında Eldar ona demişdir ki, «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyir, maşına müştəri tapsın və 11.000 manata satsın. O, da bu işlə maraqlanacağını demişdir. Onun Şahid12 ad-soyadı olan dostu vardır. Sonuncu ilə birlikdə 2017-ci ildə istintaq təcridxanasında bir yerdə olmuşlar. 2019-cu ilin dekabr ayının ortalarında o, Vüqarla Bakı şəhəri, 8-ci km qəsəbəsi, «Planet» şadlıq sarayının yaxınlığında görüşdükləri zaman o, ona demişdir ki, tanış uşaqlarda «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobil var, münasib qiymətə, 11.000 manata satırlar, istəyirsə gedib maşına baxa bilərlər. Vüqar da ona demişdir ki, maşına baxdıqdan sonra qiyməti barədə danışarlar. 2019-cu ilin dekabr ayının axırlarında o, Vüqarla görüşüb özünün idarə etdiyi «Opel» markalı avtomobillə maşına baxmaq üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmişlər. O, Eldara zəng vurub maşına baxmaq üçün müştəri gətirdiyini bildirmiş, bundan sonra Eldarın verdiyi ünvana, yəni H.Z.Tağıyev qəsəbəsində yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına getmişlər. Orada Eldənizə məxsus «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin binanın qarşısında dayandığını görmüşlər. Avtomobilin yanında Eldarın dediyi bir şəxs olmuşdur. O, maşından düşüb həmin avtomobilə yaxınlaşıb həmin şəxsə demişdir ki, həmin maşına baxmağa gəlmişlər. Daha sonra həmin şəxs ona avtomobilin bütün sənədlərini, yəni texniki pasportunu, maşının sahibinin sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsini vermişdir.Həmin vaxt Vüqar maşına baxmış, maşını bəyənmiş və almağa razılaşmışdır. O, da ona maşının bütün sənədlərini verib, demişdir ki, maşının sahibindən onun adına etibarnamə alıb verəcəkdir. Bu sözləri Eldarın deməsinə görə Vüqara demişdir.Daha sonra Vüqar «Mersedes» markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib çıxıb getmişdir.O, da öz maşınına minib getmişdir. Ondan sonra o, Vüqarla görüşsə də, maşının sahibi gəlmədiyi üçün ona etibarnamə verməmişdir. 02.02.2020-ci il tarixdə o, Vüqarla mobil telefonla danışanda Vüqar ona demişdir ki, maşının sahibi gəlib ona etibarnamə vermirsə, maşını qaytarır. O, da ona demişdir ki, yaxın günlərdə görüşərlər. Sonradan ona məlum olmuşdur ki, həmin maşın axtarışda olduğu üçün polis əməkdaşları tərəfindən saxlanılmış, Vüqara satdığı maşın da Eldar tərəfindən Eldənizin əlindən hədə-qorxu ilə alınmış maşın olmuşdur. Bu barədə onun əvvəlcədən heç bir məlumatı olmamışdır. 24 fevral 2020-ci il tarixdə saat 16 radələrində əsgər yoldaşı Emin Mirqasımov ona zəng edərək onu Sumqayıt şəhərində yerləşən mağazasına aparmağını xahiş etmişdir. O, da onu idarə etdiyi avtomobili ilə Sumqayıt şəhərinə aparmışdır. Mağazadan çıxanda Emin ona bildirmişdir ki, Eldar adlı ortaq tanışları onları Badamdar qəsəbəsinə görüşmək üçün çağırır və birlikdə Badamdar qəsəbəsində "Balıq evi" adlanan yerə getmişlər. Eldarla söhbət etdikdən sonra restorandan çıxdıqda Sumqayıt şəhər Polls əməkdaşları onlara yaxınlaşaraq həmin idarəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürməsi barədə onun heç bir məlumatı yoxdur. 2020-ci il fevralın 21-dən 22-nə keçən gecə səhərə kimi-taksi kimi işləmiş, həmin vaxt Eldarla heç bir telefon danısığı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət-Axtarış şöbəsinin rəis müavini vəzifəsində işləyir. 22 fevral 2021-ci il tarixdə X6 əri Zərərçəkmiş şəxs1 yoxa çıxması ilə əlaqədar idarəyə ərizə ilə müraciət etmiş, onun müraciəti əsasında Zərərçəkmiş şəxs1 yerini müəyyən etmək üçün müvafiq tədbirlər həyata keçirilmiş, Zaurla birlikdə saunada olmuş Şahid4 dindirildikdə sonuncu etiraf etmişdir ki, Təqsirləndirilən şəxs onun yanında tapança ilə Zərərçəkmiş şəxs1 kirayə yaşadığı mənzildə qətlə yetirmişdir. 25 fevral 2020-ci il tarixdə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Bakı şəhəri Badamdar qəsəbəsində saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə gətirilmişdir. 25 fevral 2020-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhər Polis İdarəsinin inzibati binasında idarəyə gətirilən Təqsirləndirilən şəxs üzərinə onun, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin müstəntiqi Əmrah Rüstəmovun, Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin kiçik inspektroru Şahid16, Sumqayıt şəhər polis idarəsinin kriminalist tədqiqatlar bölməsinin inspektor-kriminalisti Elnur Qocayevin və vəkilin iştirakı ilə xidməti otaqda şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşmuşlar.Təqsirləndirilən şəxs əynində olan ağ-qara rəngli paltosunun sağ yan cibindən qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisindən bir ədəd ağ rəngli kağıza, bir ədəd şəffaf sellofana, bir ədəd gümüşü siqaret kağızına bükülmüş kütlə-maddələri, bir ədəd şəffaf sellofana bükülmüş içində 03 ədəd qara rəngli maddəni, 08 ədəd həbləri çıxardıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bir ədəd ağ rəngli kağıza bükülmüş kütlə marixuana, bir ədəd şəffaf sellofana bükülmüş maddə heroin (kakos), bir ədəd gümüşü siqaret kağızına bükülmüş maddə heroin (kokos), bir ədəd şəffaf sellofanın içərisində olan 03 ədəd ayrı-ayrı sellofona bükülmüş qara rəngli maddələr tiryəkdir.Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, 08 ədəd həblər isə «Lirika» dərmanıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri tanımadığı şəxsdən əldə etdiyini desə də onları konkret olaraq hansı ərazidən, hansı qiymətə və kimdən əldə etdiyini deməmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı video və foto çəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs həmçinin tanışı Zərərçəkmiş şəxs1 kirayə yaşadığı mənzildə qarşılıqlı mübahisə zəmnində öldürdüyünü demişdir. Belə ki, Təqsirləndirilən şəxs deməsinə görə Zərərçəkmiş şəxs1 üzərinə bıçaq çıxarmış, o, tapança çıxarıb Zaurun üzərinə tuşladıqda isə Zaur tapançanı əlindən almaq istəyən zaman atəş açmış və Zaur yaralanmışdır. Bundan sonra özü tək Zauru yaxınlıqda yerləşən yarıtikilinin ərazisində basdırmışdır. Təqsirləndirilən şəxs polis əməkdaşlarına Zauru qətlə yetirdiyi ünvanı və basdırdığı yeri özü könüllü göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yarıtikilinin içindən, torpağın üstü açıldıqda Zərərçəkmiş şəxs1 cəsədi aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs qardaşı Şahid10 vasitəsi ilə cinayətin aləti olmuş tapançanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs törətdiyi digər cinayət əməllərindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X9 ifadəsində göstərmişdir ki, o, 25 fevral 2020-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Badamdar qəsəbəsində saxlanılaraq Sumqayıt şəhər Pİ-nə gətirlmiş, orada onun üzərinə baxış keçirilməsi prosedurunun videoçəkilişini o aparmışdır. Baxış müstəntiq, müdafiəçi, cinayətaxtarış şöbəsinin rəis müavini Şahid14 və həmin şöbənin kiçik inspektoru Şahid16 iştirakı ilə keçirilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs əynində olan ağ-qara rəngli paltosunun sağ yan cibindən qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisindən bir ədəd ağ rəngli kağıza,bir ədəd şəffaf sellofana, bir ədəd gümüşü siqaret kağızına bükülmüş kütlə-maddələri, bir ədəd şəffaf sellofana bükülmüş içində 03 ədəd qara rəngli maddəni, 08 ədəd həbləri çıxardıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bir ədəd ağ rəngli kağıza bükülmüş kütlə marixuana, bir ədəd şəffaf sellofana bükülmüş maddə heroin (kakos), bir ədəd gümüşü siqaret kağızına bükülmüş maddə heroin (kokos), bir ədəd şəffaf sellofanın içərisində olan 03 ədəd ayrı-ayrı sellofona bükülmüş qara rəngli maddələr tiryəkdir.Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, 08 ədəd həblər isə «Lirika» dərmanıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri tanımadığı şəxsdən əldə etdiyini desə də onları konkret olaraq hansı ərazidən, hansı qiymətə və kimdən əldə etdiyini deməmişdir. Təqsirləndirilən şəxsla aparılmış digər istintaq hərəkətlərində iştirak etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru Şahid16 ifadəsində göstərmişdir ki, o,25 fevral 2020-ci il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs Bakı şəhəri, Badamdar qəsəbəsində «Balıq» evinin qarşısında digər həmkarları ilə birlikdə saxlamış və Sumqayıt şəhər Polis İdarəsinə gətirib müstəntiqə təhvil vermişdir. Orada Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış müstəntiq, müdafiəçi, cinayət-axtarış şöbəsinin rəis müavini Şahid14 və onun iştirakı ilə keçirilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan edilmiş əşyanın olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs əynində olan ağ-qara rəngli paltosunun sağ yan cibindən qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisindən bir ədəd ağ rəngli kağıza,bir ədəd şəffaf sellofana, bir ədəd gümüşü siqaret kağızına bükülmüş kütlə-maddələri, bir ədəd şəffaf sellofana bükülmüş içində 03 ədəd qara rəngli maddəni, 08 ədəd həbləri çıxardıb masanın üzərinə qoymuş və bildirmişdir ki, bir ədəd ağ rəngli kağıza bükülmüş kütlə marixuana, bir ədəd şəffaf sellofana bükülmüş maddə heroin (kakos), bir ədəd gümüşü siqaret kağızına bükülmüş maddə heroin (kokos), bir ədəd şəffaf sellofanın içərisində olan 03 ədəd ayrı-ayrı sellofona bükülmüş qara rəngli maddələr tiryəkdir.Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, 08 ədəd həblər isə «Lirika» dərmanıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələri tanımadığı şəxsdən əldə etdiyini desə də onları konkret olaraq hansı ərazidən, hansı qiymətə və kimdən əldə etdiyini deməmişdir. Təqsirləndirilən şəxsla aparılmış digər istintaq hərəkətlərində iştirak etməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Şahid11 2017-ci ilin axırlarından tanıyır.O, onunla həmin vaxt saxlanıldığı AR ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında tanış olmuşdur. Belə ki, həmin vaxt o, AR-nın CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçildiyindən həmin İT-da saxlanılırmış. Şəadət səhv etmirsə oğurluq cinayətini törətdiyi üçün barəsində həbs qətimkan tədbiri seçildiyindən həmin İT-də saxlanılırmış. 2019-cu ilin may ayında o, cəzasını başa çatdıraraq azadlığa buraxılmışdır. Şəadət isə ən 1-2 ay əvvəl azadlığa çıxmışdır və onlar birbirilərinin ev telefonunu götürmüşlər. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq zəngləşib görüşürmüşlər. Şəadət Sumqayıt şəhərində dəqiq bilmədiyi ünvanda qalır, Bakı şəhəri Əhmədli qəsəbəsində yaşayan qaynatasıgilə də tez-tez gəlib-gedir, o, «Opel» markalı, **-RR- *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi xidməti göstərir. 2019-cu ilin dekabr ayının ortalarında o, Şəadətlə Bakı şəhəri, 8-ci km qəsəbəsi, «Planet» şadlıq sarayının yaxınlığında görüşmüşlər. Söhbət əsnasında o ona demişdir ki, tanış uşaqlarda «Mersedes» markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobil var, münasib qiymətə satırlar, maşın hazırda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindədir, istəyirsə gedib maşına baxa bilərlər.O, maşının qiymətini ondan soruşduqda, o demişdir ki, maşını 11.000 manata satırlar.O, da demişdir ki, maşına baxdıqdan sonra qiyməti barədə danışarlar. Şəadət də ona demişdir ki, tanışı ilə danışacaq, gedərlər. 2019-cu ilin dekabr ayının axırlarında, saat 18 radələrində Bakı şəhəri, 20 yanvar metsrostansiyasının yaxınlığında o, Şəadətlə görüşüb onun idarə etdiyi «Opel» markalı avtomobillə maşına baxmaq üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmişlər. Lakin həmin gün o, maşına baxa bilməmişdir, çünki Şəadətin deməsinə görə maşını kimsə sürüb aparmışdır və yanlarına gətirə bilməmişdir. Təxminən 2 gün sonra, yəni 2019-cu ilin dekabr ayının axırlarında, saat 16 radələrində o, Şəadətlə Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar metrostansiyasının yaxınlığında təklikdə görüşmüş və onun idarə etdiyi maşına əyləşib yenidən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinə getmişlər. Həmin qəsəbədə əyləşib xatırlamadığı kafelərin birində çörək yemişlər, elə orada Şəadət istifadəsində olan mobil telefonla kiməsə zəng etdikdən sonra saat 18 radələrində kafedən çıxaraq H.Z.Tağıyev qəsəbəsində yerləşən 5 mərtəbəli yaşayış binasının qarşısına gəlmişlər.Təxminən 5 dəqiqə sonra bir nəfər tanımadığı şəxs «Mersedes» markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yanlarına gəlmişdir. Şəadət maşından düşüb həmin şəxslə görüşüb söhbət etmiş, o, isə maşından düşüb həmin şəxsə yaxınlaşmadan maşına yaxınlaşıb baxmışdır. Maşın onun xoşuna gəldiyi üçün onu 11.000 manata almağa razılaşmışdır. Şəadətə də bu barədə demişdir. Şəadət də ona demişdir ki, 2000 manat pul ona beh versin, qalanını sonra verər. O, da razılaşmışdır. Şəadət də ona maşının bütün sənədlərini, yəni texniki pasportunu, maşının sahibinin sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini ona verib demişdir ki, sahibi burada deyil zəng edəcək onunla birlikdə gedib etibarnamə alarlar. Daha sonra o, «Mersedes» markalı, **- GK-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib onu idarə etməklə Bakı şəhərinə evə gəlmişdir. Təxminən 2 gün sonra, 2019-cu ilin dekabr ayının əvvəllərində o, Şəadətlə zəngləşib Sumqayıt şəhəri, 8-ci km qəsəbəsi «Planet» şadlıq sarayının yaxınlığında görüşmüşlər və o, ona maşının 11.000 manat pulundan 2000 manat pulu beh kimi vermiş, qalan pulu isə o, Şəadətə etibarnaməni aldıqdan sonra verməli imiş. Lakin buna baxmayaraq o, hal-hazıradək Şəadətlə görüşsə də, maşının sahibi ona gəlib etibarnamə vermədiyi üçün o, qalan 9000 manat pulu Şəadətə verməmişdir. Şəadət də hər dəfə onunla görüşərkən həmin şəxsin bu gün-sabah gələcəyini desə də, həmin şəxs gəlməmişdir. O, isə həmin maşınla taksi xidməti göstərərək hər gün idarə edirmiş. 02.02.2020-ci il tarixdə o, Şəadətlə mobil telefonla danışanda ona demişdir ki, maşının sahibi gəlib ona etibarnamə vermirsə, 2000 manat pulunu qaytarsın, o, da maşını qaytarır. Şəadət isə ona demişdir ki, yaxın günlərdə görüşərlər. Buna baxmayaraq o, bu gün polis əməkdaşları tərəfindən saxlanılarkən ona məlum olmuşdur ki, Şəadətdən aldığı həmin avtomobil kiminsə əlindən zorla alınaraq, ona satılmış, bu səbəbdən maşın axtarışa verilmişdir. Onun bu barədə əvvəlcədən heç bir xəbəri olmamışdır. Çünki o, maşını aldıqdan sonra maşını yoxlatdırmış və maşın həmin vaxt axtarışda deyilmiş.Şahid12 ifadəsində Təqsirləndirilən şəxs, Şahid10, Zərərçəkmiş şəxs3 tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərində təqsirliliyi qismən özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında elan edilib araşdırılmış Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas Coşqun Nəcəfov tərəfindən tərtib edilmiş 25 fevral 2020-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu Masazır kəndində Şahid8 məxsus tikintisi başa çatmamış iki mərtəbəli yaşayış evinin zirzəmisində Zərərçəkmiş şəxs1 meyitini basdırdığı yeri göstərmiş və zirzəminin döşəməsində olan torpaq sahəsi qazıldıqda sonuncunun meyiti oradan aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında elan edilib araşdırılmış Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas Coşqun Nəcəfov tərəfindən tərtib edilmiş 25 fevral 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 meyitinə məhkəmə tibb ekspertinin iştirakı ilə baxış keçirilmiş, meyitin üzərində olan paltarlar qablaşdırılaraq götürülmüşdür.Baxış zamanı foto çəkiliş aparılmaqla, foto şəkillər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış Sumqayıt şəhər prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas Coşqun Nəcəfov tərəfindən tərtib edilmiş 25 fevral 2020-ci il tarixli silahın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid10 25 fevral 2020-ci il tarixdə saat 20 radələrində qardaşı Təqsirləndirilən şəxsla telefonla danışdıqdan sonra sonuncunun tapşırığına əsasən Bakı Beynəlxalq Avtovağzalının qarşısında bibisi nəvəsi Natiqdən içində paltarlar və silah olan çamadanı götürmüş, Təqsirləndirilən şəxs məxsus korpusu qara rəngli, üzərində beş guşəli olan tünd qəhvəyi olmaqla tutacaq hissəsi olan 1971ci il istehsalı olan «Makarov» tipli, CT-1042 nömrəli silahı və içərisində 8 ədəd 3-ü 38-77 saylı, 5-i 38-86 saylı olan istifadə edilməmiş patron olan daraqla birlikdə könüllü olaraq istintaqa təqdim etmişdir.Götürmə və baxış zamanı foto çəkiliş aparılmaqla, foto şəkillər cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 20 saylı, 18 mart 2020-ci il tarixli rəyində müəyyən olunur ki, 1977-ci il təvəlliidlü mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə tibbi ekspertizasına, laborator müayinələrin cavablarına əsasən, ölüm haqqında qərardakı məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirəm :

1. Mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş boşluğuna işləmiş sol İİİ qabırğanın, sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı iç hissəsinin odlu silah yarası döş qəfəsinin sağ yan səthinin orta şöbəsində güllənin çıxış dəliyi. Daxili qanitiraıə. Alt çənənin orta hissəsinin yarası, sol bud çanaq oynağının bayır səthinin, qarnın sol yan səthinin qançırları, alının sağ hissəsinin yanıq yaraları.

2. Qeyd olunan xəsarətlər həyatidirlər, döş boşluğuna işləmiş sol İİİ qabırğanın, sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı iç hissəsinin odlu silah yarası, döş qəfəsinin sağ yan səthinin orta şöbəsində güllənin çıxış dəliyi ölümündən az əvvəl içərisinə güllə ilə doldurulmuş odlu silahdan atəş açılması nəticəsində yaranmışdır, alt çənənin orta hissəsinin yarası, sol bud çanaq oynağmın bayır səthinin, qarnın sol yan səthinin qançırları küt əşya (əşyalar) təsirindən, alının sağ hissəsinin yanıq yaraları yüksək hərarətin təsirindən törənmişdirlər, törənmə müddəti meyitin müayinəsindən 48- 60 saat əvvəl olmaqla 22.02.2020-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə- döş boşluğuna işləmiş sol İİİ qabırğanın, sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı iç hissəsinin odlu silah yarası, döş qəfəsinin sağ yan səthinin orta şöbəsində güllənin çıxış dəliyi yetirilən anda həyat üçün təhlükəli olan AĞİR, alt çənənin orta hissəsnin yarası, alının sağ hissəsinin yanıq yaraları yüngül, digər xəsarətlər yəni- sol bud çanaq oynağının bayır səthinin, qarnın sol yan səthinin qançırları adətən canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə aiddir.

3. Zərərçəkmiş şəxs1 döş boşluğuna işləmiş sol İİİ qabırğanm, sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı iç hissəsinin odlu silah yarası, döş qəfəsinin sağ yan səthinin orta şöbəsində güllənin çıxış dəliyi. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşkar edilmiş odlu silah yaralarınm xarakterini və məhkəmə tibbi kriminalistika şöbəsinin tərtib etdiyi rəydə göstərildiyi kimi, yəni odlu silahdan atılmış atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəş nəticəsində əmələ gəlmişdir.Atəşin istiqaməti öndən-arxaya, yuxarıdan-aşağıya, soldan- sağa doğrudur.

4. Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlərdən- əvvəlcə alt çənənin orta hissəsinin yarası, sol bud çanaq oynağının bayır səthinin, qarnm sol yan səthinin qançırları, alının sağ hissəsinin yanıq yaraları, sonra isə- döş boşluğuna işləmiş sol İİİ qabırğanın, sol ağ ciyərin aşağı payının zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin sol aşağı iç hissəsinin odlu silah yarasını almışdır.

5. Zərərçəkmiş şəxs1 ölümünə səbəb almış olduğu odlu silah yarası zamanı sol ağ ciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili qanitirmə olmuşdur.

6. Atəş açılan zaman mərhum Zərərçəkmiş şəxs1 şaquli və ya oturmuş vəziyyətdə olmuş, onun bədəninin ön səthi atəş açılmış silaha tərəf yönəlmiş olmuşdur.

7. Zərərçəkmiş şəxs1 aldığı güllə yaralarından sonra qısa müddət ərzində ( bu müddət dəqiqələrlə hesablana bilər) məqsədyönlü hərəkətlər etmək (yerimək, hərəkət etmək, danışmaq və s.) iqtidarında olmuşdur.

8. Zərərçəkmiş şəxs1 Mirqardaş oğlunun almış olduğu güllə yarasının odlu silahdan atılmış atəşin əlavə faktorlarının təsir etmədiyi məsafədən açılmış atəş nəticəsində atıldığından həmin xəsarətin onun özü-özünə yetirməsi az inandırıcıdır.

9. Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda etil spirti və narkotik maddə aşkar edilməmişdir.( AKT-724/K) Məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji, tibbi-bioloji, mikrohissəciklər və lifli materialların kriminalistik ekspertizasının 3/629; 3/630; 3/631; 3/632 nömrəli 16 iyul 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah 9 mm kalibrli olmaqla, Makarov konstruksiyalı, PM modelli, «CT 1042» №li, 1971-ci ildə «İjevsk mexaniki zavodunda» istehsal olunmuş tapançadır, yivli odlu silahdır, atəş üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet PM modelli, Makarov konstruksiyalı tapançaların, o cümlədən təqdim edilmiş tapançanın funksional əhəmiyyət daşımayan hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 08 (səkkiz) ədəd 9x18 mm kalibirli patron zavod üsulu ilə istehsal edilmiş, «Makarov» və avtomatik «Steçkin» konstruksiyalı tapançalarda istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. -Tədqiqata təqdim edilmiş silahın lülə kanalında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin aşkar edilməsinə əsasən, həmin silahdan atəş (atəşlər) açılmışdır.Lakin müvafiq elmi metodika olmadığından atəşin vaxtını müəyyən etmək mümkün deyildir. -Tədiqata təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs1» məxsus olduğu qeyd edilən bir ədəd gödəkçə, bir ədəd jilet, bir ədəd sviter və bir ədəd maykanın üzərində rəyin tədqiqi hissəsində qeyd edilən sayda və ölçüdə zədələr vardır. Zədələrin formasına, ölçüsünə, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan, tam yanmamış tüstüsüz barıt hissəciklərinin və mis metal izinin (sürtünmə zolağı) aşkar edilməsinə əsasən bir ədəd gödəkçə, bir ədəd sviter, bir ədəd maykanın ön hissəsində olan zədələr giriş, bir ədəd jilet, bir ədəd sviter, bir ədəd maykanın arxa hissəsində olan zədələr çıxış zədəsi olmaqla, yivli odlu silahdan açılmış atəş nəticəsində, diametri təxminən 9 mm olan, tərkibində mis metalı olan güllənin təsirindən, 5 sm-dən 1 metrə qədər məsafə daxilində, öndən arxaya, soldan sağa doğru istiqamətdə yetirilməyə xarakterikdir. -Tədiqata təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs1» məxsus olduğu qeyd edilən bir ədəd belində qəhvəyi kəməri olan qara rəngli vilvet şalvar, bir ədəd tünd göy rəngli alt tumanı, bir cüt qəhvəyi rəngli ayaqqabı, bir cüt qara rəngli corab və üzərində «Təqsirləndirilən şəxs» məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərində odlu silahdan açılan atəş nəticəsində güllənin təsirindən yaranmağa xarakterik zədə(lər) aşkar edilmədi. -Tədiqata təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs1» məxsus olduğu qeyd edilən bir ədəd belində qəhvəyi kəməri olan qara rəngli vilvet şalvar, bir cüt qəhvəyi rəngli ayaqqabıların səthində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edildi. -Tədiqata təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs1» məxsus olduğu qeyd edilən bir ədəd tünd göy rəngli alt tumanı, bir cüt qara rəngli corab və üzərində «Təqsirləndirilən şəxs» məxsus olduğu qeyd edilən geyim əşyalarının səthində atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəcikləri aşkar edilmədi. Qeyd: 01 ədəd patrondan tapançadan eksperimental atəş açanda istifadə edilmiş və gilizi istintaqa göndərilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 011-7197-1220 saylı, 16 iyul 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, 01 ədəd 9 mm kalibirli, CT-1042 №-li Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «gülləgiliz» kartotekasında «Arsenal» avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir.Qeyd: Tədqiqata təqdim edilmiş 07 ədəd 9x18 mm kalibirli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 012-17916-1220 saylı, 03 sentyabr 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Makarov konstruksiyalı CT-1042 №-li olan silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsində məlumat yoxdur. Məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji, tibbi-bioloji, mikrohissəciklər və lifli materialların kriminalistik ekspertizasının 275/2020-MTKŞ saylı, 07 iyul 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, 1. ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin sol yaxalığın ön səthində aşkar edilmiş bir ədəd zədə (giriş dəliyi); sviterin orta hissəsində aşkar edilmiş bir ədəd zədə (çıxış dəliyi); maykanın ön sol yuxarı aşkar edilmiş zədə (giriş dəliyi), maykanın arxa sağ yuxarı səthində aşkar edilmiş zədə (çıxış dəliyi) odlu silah zədələnməsidir, mis tərkibli mərmi (güllə) doldurulmuş odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlmişdir. - Zərərçəkmiş şəxs1 əynində olmuş paltarlarda (gödəkçə, sviter və maykada) olan zədələrə əsasən atəşin əlavə faktorları təsir etdiyi yaxın məsafədən açılmışdır.

2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin sağ yan tikişi üzərində bir ədəd sökülmə zədəsi aşkar olundu.Bu da gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə təsir etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir.

3. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus gödəkçənin daxili sağ yan tikişi üzərində bir ədəd cırılma zədəsi aşkar olundu.Bu da gödəkçənin müvafiq nahiyəsinə küt qüvvə təsir etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir.

4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus jiletin arxa orta səthində bir ədəd cırılma zədəsi aşkar olundu.Bu da jiletin müvafiq nahiyəsinə küt qüvvə təsir etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir.

5. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus şalvar, tuman, bir cüt corab və bir cüt ayaqqabı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı.

5. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə kompleks məhkəmə-ballistik, məhkəmə-trasoloji, tibbi-bioloji, mikrohissəciklər və lifli materialların kriminalistik ekspertizasının 428/MTBŞ-2020 saylı, 02 iyul 2020-ci il tarixli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu A/H(İİ)-dir.Təqdim edilmiş pərdə, 04 ədəd pambıq ucluqlu çöp, Zərərçəkmiş şəxs1 məxsus sviter, şalvar, mayka, gödəkçə, palto üzərində insan qanı ləkələri aşkar olundu.Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda A və H antigenləri alındı.Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə A/H(İİ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs1 məxsus ola bilər.Zərərçəkmiş şəxs1 məxsus bir cüt ayaqqabı üzərində qan, bir cüt corab və alt tumanı üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı.Təqsirləndirilən şəxs məxsus köynək üzərində qan, şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Məhkəmə iclasında elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi haqqında» 31 oktyabr 2020-ci il tarixli qərarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd gödəkçə, bir ədəd palto, bir ədəd jilet, bir ədəd sviter, bir ədəd mayka, bir ədəd belində qəhvəyi kəməri olan qara rəngli vilvet şalvar, bir cüt qəhvəyi rəngli ayaqqabılar, hadisə yerindən götürülmüş pərdə və 04 ədəd pambıq ucluqlu çöp maddi sübut kimi tanınaraq Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutların saxlanılma otağına təhvil vermilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış 31 oktyabr 2020-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs məxsus 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı, PM modelli, «CT 1042» №li tapança, həmin tapançanın 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik 01 ədəd sandıqçası (darağı), eləcə də tədqiqatlardan sonra qalan 04 ədəd 9x18 mm kalibirli patron və 01 ədəd 9x18 mm kalibirli patronun atılmış gilizi maddi sübut kimi tanınmış və saxlanılması üçün Daxili İşlər Nazirliyinə göndərilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış kompleks məhkəmə-psixiatrik, psixoloji və məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2020-ci il tarixli, 1526 saylı rəyindən müəyyən olunur ki, İ motivləşdirici hissə: məhkəmə-psixatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur.Bunu anamnestik məlumatlar və hazırkı psixiatrik müayinənin nəticələri-xasiyyətcə əsəbi, affektiv reaksiyalara meylli olması, əsəbi gərginlik zamanı özünə xəsarətlər yetirməsi, əvvəlki məhkumluq dövrlərində PX Müalicə müəssisəsində müalicə olunması barədə məlumat verməsi, həmçinin hazırkı müayinə zamanı əhvali-ruhiyəsinin dəyişkəliyi, emosional dayanaqsızlığı və s.təsdiq edir.Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir.Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövrundə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir.Özünə məxsus mövqeyə və prinsipə malikdir.Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, dəyişkən əhval-ruhiyyəlilik, emosional reaksiyalara meyillilik, emosional dayanıqsızlıq aşkar olunur. İİ yekun hissəsi: Məhkəmə-psixatrik ekspertizası üzrə yekun hissə:

1. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur.Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir.

2. Təqsirləndirilən şəxs hal hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarındadır, yəni anlaqlıdır.Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.

3. Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur.Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu qeyd olunur.Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dər etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: 1-ci sual üzrə: Təqsirləndirilən şəxs intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur.O, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsir edə və bu barədə məlumat verə bilər.Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, tez özündə çıxmaq, dəyişkən əhval ruhiyyəlilik, emosional reaksiyalara meyillilik, emosional dayanıqsızlıq aşkar olunur.Hövsələsizlik, özünə qarşı hörmət tələb etmək, neqativ hesab etdiyi amillərə qarşı dözümsüzlülük, eqosentrizm kimi fərdi xüsusiyyətlərə malikdir. 2-ci sual üzrə: Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərkən psixi-emosional sferasında hirslilik, emosional oyanıqlıq yaranmış, həmin halın yaranması fərdi-psixi xüsusiyyətləri fonunda situasiya ilə şərtləşmişdir.Təqsirləndirilən şəxs psixi-emosional halından asılı olaraq öz hərəkətlərini tam dər etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. 3-cü sual üzrə: Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji affekt (qəflətən baş vermiş güclü ruhi-həyəcan) vəziyyətində olmamışdır. 4-cü sual üzrə: Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən keçirdiyi emosional halı, Zərərçəkmiş şəxs1 etdiyi hərəkətləri nəticəsində deyil, fərdi-psixi xüsusiyyətləri fonunda aralarında yaranmış qarşılıqlı mübahisələri nəticəsində yaranmışdır. Məhkəmə iclasında elan edilib araşdırılmış 27 oktyabr 2020-ci il tarixli 9/4584 saylı, 27 oktyabr 2020-ci il tarixli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən müəyyən olunur ki, 2020-ci ilin fevral ayına orta bazar qiyməti ilə X20 Prime markalı mobil telefon aparatının qiyməti 80 manat, ***-***-**-** GSM nömrə kartının qiyməti 4 manat, Nokia 105 markalı mobil telefon aparatının qiyməti 25 manat, ***-***-**-** GSM nömrə kartının qiyməti 4 manat ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 113 manat müəyyən edilir.Qərarda qeyd edilən qızıl qol saatı haqqında kifayət qədər məlumat (markası, modeli, qramı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssis təhlilləri şöbəsinin tərtib etdiyi 02/7-183 saylı, 25 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, «Mercedes Benz» CLK 320 markalı **-NE-*** dövlət nömrə nişanlı avtomobilin 2020-ci ilin fevral ayına olan orta bazar dəyəri 14580.0 (on dörd min beş yüz səksən) manat təşkil edir. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 016-**********0 saylı, 08 oktyabr 2020-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərin surətindən müəyyən olunur ki, 14 oktyabr 2019-cu il tarixdə Mersedes Benz CLK320 markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşının Zərərçəkmiş şəxs2 adına qeydiyyata alınan zaman cəmi 35 (otuz beş) manat 80 (səksən) qəpik dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 016-**********0 saylı, 08 oktyabr 2020-ci il tarixli məktubundan və ona əlavə olunmuş sənədlərin surətindən müəyyən olunur ki, Mersedes Benz CLK320 markalı **-NE-*** dövlət qeydiyyat nişanlı avtomaşın Zərərçəkmiş şəxs2 məxsus olmuş, avtomaşına məxsus dövlət qeydiyyat nişanı itdiyi üçün qeydiyyat nişanı **-DS-*** dövlət qeydiyyat nişanı ilə əvəz edilmişdir.12 sentyabr 2020-ci il tarixdə isə avtomaşın alqı-satqı müqaviləsinə əsasən X8 adına keçmiş və **-XY-*** qeydiyyat nişanı verilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış 15 sentyabr 2020-ci il tarixli «nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında» protokoldan müəyyən olunur ki, Şahid13 iştirakı ilə onun etibarnamə əsasında idarə etdiyi tünd yaşıl metallik rəngli, minik tipli, 1999-cu il buraxılışlı, “Mersedes BENZ E 240” markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı həmin avtomobildə hər hansı bir zədə, hər hansı bir iz aşkar olunmamış və avtomobilin fotoşəkili çəkilərək tərtib edilmiş foto cədvəl protokola əlavə edilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdraəsinin mütəxəssis təhlilləri şöbəsinin tərtib etdiyi 02/7-176 saylı, 21 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, «Mercedes Benz» E240 markalı **-GK-*** (yeni dövlət nömrə nişanı **-VP-***) dövlət nömrə nişanlı avtomobilin 2019-cu ilin sentyabr ayına olan orta bazar dəyəri 15400.0 (on beş min dörd yüz) manat təşkil edir. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 016-**********0 saylı, 16 sentyabr 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Mersedes Benz E 240 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomaşın 13.05.2015-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs3 adına keçmiş, 14.02.2020-ci il tarixdə isə avtomaşın alqı-satqı müqaviləsinə əsasən qeydiyyatdan çıxaraq X3 adına keçmiş və **-VP-*** dövlət qeydiyyat nişanı almışdır.Məktubda o da göstərmişdir ki, 11.09.2019-cu il tarixdə avtomobillə bağlı şöbədə hər hansı bir əməliyyat aparılmamışdır.Məktuba əlavə olunmuş avtomaşının kompyuter çıxarışından görünür ki, Mersedes Benz E 240 markalı **- GK-*** dövlət qeydiyyat nişanlı avtomaşına dair 11.02.2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 tərəfindən Şahid13y oğluna etibarnamə verilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin 016-95780-1220 saylı, 19 oktyabr 2020-ci il tarixli məktubundan müəyən olunur ki, xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 ilk dəfə 30.06.2015-ci il tarixdə Baş X23 İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən 10 (on) il müddətinə etibarlı olan «B» kateqoriyalı AD seriyalı 177088 nömrəli sürücülük vəsiqəsi verilmişdir.Lakin 25.11.2019-cu il tarixdə vətəndaş Zərərçəkmiş şəxs3 3 saylı Bakı «ASAN xidmət» mərkəzinə müraciət edərək sürücülük vəsiqəsinin itdiyini bildirmişdir ki, itirilmiş AD 177088 nömrəli sürücülük vəsiqəsinin əvəzinə ona «B» kateqroiyalı AC seriyalı ******* nömrəli sürücülük vəsiqəsi verilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsinə aid məlumatlarından müəyyən olunur ki, 11 oktyabr 2013-cü il tarixdə Bakı şəhəri Yasamal rayon polis idarəsi tərəfindən Zərərçəkmiş şəxs3 11 oktyabr 2013-cü il tarixdən 20 yanvar 2028-ci il tarixə qədər etibarlılıq müddəti olan 14004778 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir ki, həmin şəxsiyyət vəsiqəsi də 30 oktyabr 2019-cu il tarixdə «itmə» səbəbindən deaktivləşdirilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış 15 sentyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs3 məxsus olmuş «Mercedes Benz E 240» markalı **-GK-*** (hazırkı **-VP- ***) dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq həmin tarixli qəbzlə saxlanılması üçün Şahid13 təhvil verilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış 31 oktyabr 2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs3 mülkiyyətində olmuş Mersedes Benz E 240 markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin DİN-in Baş X23 İdarəsindən götürülmüş AC470392 nömrəli qeydiyyat şəhadətnaməsinin əsli maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılır. Məhkəmə iclasında elan edilib araşdırılmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə 25 fevral 2020-ci il tarixli protokoldan müəyyən olunur ki, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, əynində olan ağqara rəngli paltosunun sağ yan cibindən qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisindən 01 ədəd ağ rəngli kağıza, 01 ədəd şəffaf sellofana, 01 ədəd gümüşü siqaret kağızına bükülmüş kütlə-maddələri, 01 ədəd şəffaf sellofana bükülmüş içində 03 ədəd qara rəngli maddəni, 08 ədəd həbləri çıxardıb masanın üzərinə qoymuşdur.Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan ağ-qara rəngli paltosunun sağ yan cibindən qara rəngli pul kisəsinin içərisindən aşkar edilmiş 01 ədəd ağ rəngli kağıza bükülmüş kütlə marixuana, 01 ədəd şəffaf sellofana bükülmüş maddə heroin (kakos), 01 ədəd gümüşü siqaret kağızına bükülmüş maddə heroin, 01 ədəd şəffaf sellofanın içərisində olan 03 ədəd ayrı-ayrı sellofona bükülmüş qara rəngli maddələr tiryək, 08 ədəd həblər isə «Lirika» dərmanıdır ki, onları tanımadığı şəxsdən əldə etmişdir.Təqsirləndirilən şəxs onları konkret olaraq hansı ərazidən, hansı qiymətə və kimdən əldə etdiyi barədə soruşulduqda isə suallara cavab verməmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış 25 fevral 2020-ci il tarixli, 5039 saylı məhkəmə-bioloji ekspertiza rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «saxlanılan (təqsirləndirilən) Təqsirləndirilən şəxs..» kağız paketdəki 1 (bir) ədəd salfet kağız bükümdə təmiz çəkisi-1,202 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə iclasında elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 25 fevral 2020-ci il tarixli, 5047 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində «saxlanılmış şəxsin üzərindən aşkar olunmuş…..» və s.qeydlər olan zərfdəki: -2 ədəd bükümdəki təmiz çəkisi 0,480 qram qəhvəyi və təmiz çəkisi 10 qram olan tünd qəhvəyi rəngli maddələr, ümumi təmiz çəkisi 10,480 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -1 ədəd bükümdəki 3 ədəd- çəkiləri 0,658 qr., 0,860 qr., 1,960 qram, ümumi təmiz çəkisi 3,478 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. -8 ədəd üzərində «P.G.N.300» yazılı kapsullar 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin siyahısına» daxil olan preqabalin dərman preparatıdır.Həmin kapsullarda preqabalinin təsir maddəsinin ümumi miqdarının 2,4 qram olduğu müəyyən edildi. Məhkəmə iclasında elan edilib araşdırılmış 26 fevral 2020-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra çəkiləri 1,182 qram qalan qurudulmuş marixunanın, 10,380 qram qalan heroinin, 3,378 qram qalan tiryəkin, 07 ədəd «PGN 300» kapsullarından ibarət preqabalin dərman preparatının maddi sübut kimi tanınmış, sonradan saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinə göndərilmişdir. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserinin 1162 saylı, 18 aprel 2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs dispanserdə 1993-cü ildən «narkomaniya» diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında elan edilib araşdırılmış kompleks məhkəmə-psixatrik, psixoloji və məhkəmə-narkoloji ekspertizasının 14 avqust 2020-ci il tarixli, 1526 saylı rəyindən müəyyən olunur ki, məhkəmə-narkoloji ekspertizası üzrə motivləşdirici hissə: Müayinə zamanı abstinensiya əlamətləri aşkar olunmur.Narkotik vasitələrə qarşı patoloji meyl formalaşıb.Halhazırda narkotik vasitələrin qəbulundan fiziki asılılıq yoxdur.Məhkəmə-narkoloji ekspertizası üzrə yekun hissə: müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində psixi və davranış pozğunluqları, asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında elan edilib araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin Təqsirləndirilən şəxs barəsində tərtib etdiyi tələbnamədən və hökmlərin surtlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Xalq Məhkəməsinin 25 iyun 1993-cü il tarixli hökmü ilə köhnə redaksiyada 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 220-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmiş və CM-nin 41-ci maddəsinə əsasən cəzası şərti tətbiq olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs Abşeron rayon Xalq Məhkəməsinin 19 yanvar 1994-cü il tarixli hökmü ilə köhnə redaksiyada 01 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 145-ci maddəsinin 2-ci hissəsi 1, 6, 7-ci bəndləri, 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib, CM-nin 38-ci maddəsinə əsasən 10 il müddətinə və CM-nin 39-cu maddəsinə əsasən Sumqayıt şəhər Xalq Məhkəməsinin 25 iyun 1993-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 220-ci maddəsinin 1-ci hissəsi ilə təyin edilmiş cəza qismən birləşdirilərək qəti olaraq 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 229.1, 228.1, 29, 120.1, 221.3-cü maddələri ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 oktyabr 2007-ci il tarixli qərarı ilə üzərində qəti olaraq 7 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış. Bundan başqa Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 19 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən ona təyin edilmiş cəza Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 dekabr 2006-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalmış 3 il 2 ay 21 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 4 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 19.06.2014-cü il tarixdə cəsazının sonu ilə CÇM-dən azad edilmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs sonuncu hökmlə məhkum olunduğu cinayət əməllərindən biri-CM-nin 29,120.1-ci maddəsi ilə əhatə olunan əməli ağır cinayətlərə aiddir. CM-nin 83.3.4-cü mddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.Bel olan halda Təqsirləndirilən şəxs məhkumluğu cəzasının sonu 19.06.2014-cü il tarix olmaqla 19.06.2020-ci il tarixdə ödənilməli, lakin Təqsirləndirilən şəxs hal-hazırda baxılan cinayət işi üzrə törətdiyi əmlləri 2019-cu ildə və ondan sonrakı dövrdə baş verdiyi üçün onun məhkumluğu ödənilməmişdir. Belə olan alda Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Hal-hazrda baxılan iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əmllərdən Azərbaycan Respublikası CM-nin 120.2.11, 182.3.2, 182.3.3-cü maddələri xüsusilə ağır cinayətlər kateqoriyasına aiddirlər. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə bu cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsin əsasən xüsusilə tiəhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza müddətinin son həddinin dördə üçündən az ola bilməz. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.4-cü maddəsin əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə cəzanın xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11, 144.2.3, 144.2.6, 177.2.2, 177.2.5, 182.3.2, 182.3.3, 228.1, 234.4.3, 240.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspertiza rəyləri və işdə olan digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus vətəndaşın şəxsiyyət vəsiqəsini və digər mühüm sənədini 11 sentyabr 2019-cu il tarixdə talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməlidir. Lakin, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikası CM-nın 326.2-ci maddəsində nəzərdə tutulan cinayətə görə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CM-nin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 326.2-cü maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan həmin cinayətlər CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər hesab edilir. Azərbaycan Respublikası CM-nin 75.1 və 75.1.1 maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəl edilə bilməz. Həmin məcəllənin 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən verilmiş ittihamdan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 326.2-cü maddəsini 11 sentyabr 2019 -cu il tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs, ona istinad edilən Azərbaycan Respublikası CM-nın 326.2-ci maddəsində nəzərdə tutulan cinayətə görə, Azərbaycan Respublikası CM-nin 75.1, 75.1.1 və 75.2-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 44.2 və 44.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.3cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.11, 144.2.3, 144.2.6, 177.2.2, 177.2.5, 182.3.2, 182.3.3, 228.1, 234.4.3, 240.1 və 326.2-ci maddələri ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisələrinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisələri ilə əlaqəsi və həmin cinayət əməlləriinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən hər bir şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cinayətin törədilməsində rolunu və iştirakçılıq dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın onun islah edilməsinə və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxslər haqqında tətbiq olunan cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və cinayətin törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanır və təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət onu həbsdə saxlama müddətinə daxildir. Həmin məcəllənin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəllənin 158.3 və 158.6-cı maddələrinin tələblərinə əsasən isə şəxsin həbsdə saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.2-ci maddəsinə əsasən Xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Belə olan halda Təqsirləndirilən şəxs cəzasının bir hissəsini həbsxanada, bir hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda iş üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd gödəkçə, bir ədəd palto, bir ədəd jilet, bir ədəd sviter, bir ədəd mayka, bir ədəd belində qəhvəyi kəməri olan qara rəngli vilvet şalvar, bir cüt qəhvəyi rəngli ayaqqabılar, hadisə yerindən götürülmüş pərdə və 04 ədəd pambıq ucluqlu çöp, Sumqayıt şəhər polis idarəsində saxlanlan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra çəkiləri 1,182 qram qalan qurudulmuş marixuana, 10,380 qram qalan heroin, 3,378 qram qalan tiryək, 07 ədəd «PGN 300» kapsullarından ibarət preqabalin dərman preparatı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı, PM modelli, «CT 1042» №-li tapança, həmin tapançanın 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik 01 ədəd sandıqçası (darağı), eləcə də tədqiqatlardan sonra qalan 04 ədəd 9x18 mm kalibirli patron və 01 ədəd 9x18 mm kalibirli patronun atılmış gilizin Daxili İşlər Nazirliyinə, Zərərçəkmiş şəxs3 məxsus olmuş «Mercedes Benz E 240» markalı **-GK-*** (hazırkı **-VP-***) dövlət qeydiyyat nişanlı avtomobilin Şahid13 təhvil verilməsi nəzərə alnmalı, cinayət işinin materiallarına əlavə edilmiş «Mercedes Benz E 240» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin AC470392 nömrəli qeydiyyat şəhadətnaməsinin əsli Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 720,56 (yeddi yüz iyirmi manat əlli altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhər 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün isə 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.11, 144.2.3, 144.2.6, 177.2.2, 177.2.5, 182.3.2, 182.3.3, 228.1, 234.4.3, 240.1 və 326.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə ona Azərbaycan Respublikası CM-nin 120.2.11-ci maddəsi ilə 17 (on yeddi) il müddətə, Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə 04 (dörd) il müddətə, Azərbaycan Respublikası CM-nin 182.3.2 və 182.3.3-cü maddələri ilə 12 (on iki) il müddətə, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il 4 ay müddətə, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə, Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq ilk 04 (dörd) ilini həbsxanada, sonrakı müddəti xüsusi rejimli cəzaçəkmə müəssisində çəkməklə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan və CM-nin 75.1.1ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə cəza təyin edilməsin. Cəzasının əvvəli 25 fevral 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Baş Prokurorluğun İstintaq İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd gödəkçə, bir ədəd palto, bir ədəd jilet, bir ədəd sviter, bir ədəd mayka, bir ədəd belində qəhvəyi kəməri olan qara rəngli vilvet şalvar, bir cüt qəhvəyi rəngli ayaqqabılar, hadisə yerindən götürülmüş pərdə və 04 ədəd pambıq ucluqlu çöp, Sumqayıt şəhər polis idarəsində saxlanlan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra çəkiləri 1,182 qram qalan qurudulmuş marixuana, 10,380 qram qalan heroin, 3,378 qram qalan tiryək, 07 ədəd «PGN 300» kapsullarından ibarət preqabalin dərman preparatı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 01 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı, PM modelli, «CT 1042» №-li tapança, həmin tapançanın 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik 01 ədəd sandıqçası (darağı), eləcə də tədqiqatlardan sonra qalan 04 ədəd 9x18 mm kalibirli patron və 01 ədəd 9x18 mm kalibirli patronun atılmış gilizin Daxili İşlər Nazirliyinə, Zərərçəkmiş şəxs3 məxsus olmuş «Mercedes Benz E 240» markalı **-GK-*** (hazırkı **-VP-***) dövlət qeydiyyat nişanlı avtomobilin Şahid13 təhvil verilməsi nəzərə alınmalı, cinayət işinin materiallarına əlavə edilmiş «Mercedes Benz E 240» markalı **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin AC470392 nömrəli qeydiyyat şəhadətnaməsinin əsli Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. İş üzrə ekspertiza xərci 720, 56 (yeddi yüz iyirmi manat əlli altı qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi manat) pul Bakı şəhər 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Azər Paşayev Əsli ilə düzdür. Hakim: Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar