Məhkəmə qərarları › İş №1(101)-715/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-715/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-715/2022 06.05.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçildiyindən hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtlarda şəxsiyyəti istintaqa “Rza” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşından sonuncunun mobil telefon vasitəsilə nömrəsini göndərdiyi elektron kart hesabına pul köçürməklə, satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 200,832 qram olan narkotik vasitə heroini, ümumi təmiz çəkisi 1,354 qram olan psixotrop maddə metamfetamini, ümumi təmiz çəkisi 16,774 qram olan narkotik vasitə tiryəki qanunsuz olaraq “Rza” adlı şəxs tərəfindən qabaqcadan qoyulması təşkil edilmiş Bakı şəhərinin müxtəlif yerlərindən götürüb əldə edərək faktiki yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə daşıyaraq orada saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 04.10.2021-ci il tarixdə saat 21:20 radələrində Nizami RPİnin 23-cü PB-nin əməkdaşları tərəfindən yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə keçirilmiş baxış zamanı, otaqdakı masanın üzərindən 01 ədəd narıncı rəngli plastik qabın içərisində təmiz çəkisi 198,887 qram, 01 ədəd ağ rəngli plastik qabın içərisində, təmiz çəkisi 1,245 qram, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,297 qram və 0,403 qram, ümumi təmiz çəkisi 200,832 qram, kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,972 qram və 0,382 qram, ümumi təmiz çəkisi 1,354 qram olan ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,238 qram, 1, 259 qram, 5,277 qram, ümumi təmiz çəkisi 16,774 qram olan tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddələr tərkibindəki komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək, iki ədəd üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, saxlanılmazdan bir neçə gün əvvəl qonşusu onun icazəsi olmadan evinin həyətini mobil telefonunun kamerası vasitəsilə videoya çəkdiyi üçün qonşusu ilə mübahisə etmişdir və onu döymüşdür. Bundan sonra həmin şəxs 102 xidmətinə zəng edərək, onun barəsində şikayət etmişdir. 14 oktyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılmağına səbəbin onun qonşusunu döyməyi olduğunu düşünür və polis əməkdaşları onu guya narkotik vasitə satışı ilə məşğul olmağı səbəbilə tutmuşlar. Halbuki o, heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Lakin narkotik vasitədən bəzən istifadə edirmiş. Saxlanıldıqdan sonra polis əməkdaşları ona təzyiq göstərmişdir və bunun nəticəsində körpücük sümüyü sınmışdır. O, təzyiqlərə dözə bilməyib polis əməkdaşlarının ona dediyi cümlələri demişdir. İşgəncələrə dözə bilmədiyi üçün ibtidai istintaqda ona təqdim edilən sənədləri imzalamışdır. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Ona təzyiq göstərilməsi barədə Baş Prokurorluğa və digər orqanlara şikayət etmişdir. O, heç vaxt narkotik vasitə satmamış, lakin istifadə etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin sahə müvəkkili işləyir. 04 oktyabr 2021-ci il tarixdə bir nəfər şəxsin qonşuluğunda yaşayan Anar adlı şəxsin yaşadığı evdə narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşmaları, narkotik maddə qəbul etmələri, səs-küy salmaları, sakinləri narahat etmələri barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciəti daxil olmuşdur. Göstərilən xüsusatların aydınlaşdırılması məqsədilə digər polis əməkdaşları Şahid2, Şahid3 ilə birlikdə ünvan 2 ünvanına getmişlər. Təqsirləndirilən şəxs onun barəsində daxil olmuş şikayəti təqdim etmiş, daha sonra özlərini tədqim etmişlər. Daha sonra isə onun öz razılığına əsasən yaşadığı mənzilə təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə olunmaqla baxış keçirilmişdir. Evə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə qablarda təqribən 300 qrama yaxın narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş qeyd olunan narkotik vasitə qablaşdırılmış, möhürlənərək götürülmüşdür, tədbirin nəticəsi barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxsı döyməmiş, ona təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs barəsində qonşusu 102 xidməti vasitəsilə onlara məlumat vermişdir. Videoçəkiliş təhqiqatçı tərəfindən həyata keçirilmişdir. O, Təqsirləndirilən şəxs Keşlə qəsəbəsində narkotik vasitə satışı ilə məşğul olduğunu bildirmişdir. Daxil olmuş əməliyyat məlumatlarına əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs internet vasitəsilə narkotik vasitələrin satışı ilə məşğul olur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs onda narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübutlarla təkzib olunduğundan məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04.10.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 04.10.2021-ci il tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana 04.10.2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı 1 otaqlı evə baxış keçirilərkən, otaqda olan stolun üzərindən 02 ədəd elektron tərəzi, bir ədəd narıncı qabda qəhvəyi rəngdə spesifik iyə malik maddə, bir ədəd duz qabında ağ kristal halında psixotrop maddəyə bənzər kütlə, bir büküm şəffaf sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə, bir büküm qara sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə, bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə və bir ədəd gümüşü rəngdə falqada olan büküm aşkar oluanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunan narkotik vasitələr tanışı Raminə məxsusdur. Mənzilə baxış zaman qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Baxış və götürmə “Samsung Galaxy” markalı mobil telefon vasitəsi ilə videoçəkilişdən istifadə olunmaqla həyata keçirilmiş, videogörüntülər əks olunan 01 ədəd DVD Disk cinayət işi materiallarına əlavə olunmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 oktaybr 2021-ci il tarixli, 6/4397 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı olan 4 ədəd paketlərdəki: bir ədəd narıncı rəngli plastik qabda təmiz çəkisi 198,887 qr və bir ədəd ağ rəngli plastik qabda təmiz çəkisi 1,245 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,297 qr və 0,403 qr qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2(iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,972 qr və 0,382 qr, ümumi təmiz çəkisi 1,354 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 10,238 qr, 1,259 qr, 5,277 qr, ümumi təmiz çəkisi 16,774 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddələr tərkibindəki komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir, iki ədəd elektron tərəzinin üzərlərində heroin izləri vardır. İz şəklində olduğu üçün, heroinin çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 200,832 qramdır və həmin heroinlər kimyəvi kompanet tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahıya əsasən, heroin, tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildirlər. Heroinin ümumi təmiz çəkisi 200,832 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 200,632 qram. Metamfetaminin ümumi təmiz çəkisi 1,354 qram, tədqiqata sərf edildi 0,1 qram, qalıq 1,254 qram. Tiryəkin ümumi təmiz çəkisi 16,774 qram, tədqiqata sərf edildi 0,15 qram, qalıq 16,624 qram. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 05.10.2021-ci il tarixli “Video-görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman otaqda stolun üzərində 02 ədəd elektron tərəzi, bir ədəd narıncı qabda qəhvəyi rəngdə spesifik iyə malik maddə, bir ədəd duz qabında ağ kristal halında psixotrop maddəyə bənzər kütlə, bir büküm şəffaf sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə, bir büküm qara sellofan bükümdə psixotrop maddəyə bənzər kütlə, bir ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli maddə və bir ədəd gümüşü rəngdə falqada olan bükümün aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-307/2021 saylı 06.10.2021- ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 04 oktyabr 2021-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-dən alınmış 13 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 13.10.1998-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və 10 il azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası MM-nin 29.12.1998-ci il tarixli Amnistiya qərarınının 3.4 maddəsinə əsasə cəzası 1/2 qədər azaldılıb, 05 il 02 ay 04 gün cəza saxlanılıb. Bundan başqa 10.04.2002-ci il tarixdə Dəvəçi rayon Məhkəməsinin hökmü ilə AR CM-nin 304.1-ci maddə üzrə 02 il müddətində azadlıqdan məhrum edilmişdir. 28.04.2003-cü ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə 1 ay 10 gün vaxtdından əvvəl şərti azad olunub. Bundan başqa 19.05.2006-cı il tarixdə AR CM-nin 29, 177.2.1, 29,177.2.3, 29,177.2.4-cu maddələrinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hökmü ilə 04 il müdətində azadlıqdan məhrum edilmişdir. Bundan başqa 27.09.2010-cu il tarixdə AR CM-nin 271.2.1, 271.2.3, 177.3.1, 29,177.3.1, 29,177.3.2, 205.2.1, 205.2.2, 205.2.3, 234.4.1, 234.4.2, 234.4.3, 66.3,67 maddələrinə əsasən ACDİÜ AR Məhkəməsi tərəfindən 10 İl müddətində azadlıqdan məhrum edilmişdir. Bundan başqa 23.10.2013-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 317-2.1, 67.1-ci mədələrinə əsasən 06 il 04 ay müddətində azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad edildiyi tarixdən qanunla müəyyən edilmiş 6 il müddət keçməmiş yənidən ağır cinayət törətməsi cinayətlərin təhlükəli residivini yaradır. Cinayət işində olan 08 noyabr 2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Nizami rayon prokurorluğunun müstəntiqi X2 08 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalmasına dair müraciəti müraciəti yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan respublikasi səhiyyə nazirliyi respublika narkoloji mərkəzi publik hüquqi şəxsinin 24.12.2021-ci il tarixli, 5282 no-li rəyindən görünür ki, müayinə zamani Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 08 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “704990009” saylı mobil nömrəyə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı əsasında "xxxx" MMC-dən 02.11.2021-ci il tarixli AZF/LGL-27415/21 saylı məktub ilə daxil olmuş 01 ədəd CD diskin yaddaşında əks edilmiş anten məlumatlara, sms mətnləri və telefon zənglərinə və Təqsirləndirilən şəxs itel L6006 markalı mobil telefonununa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsinde olan ***-***-**-** saylı mobil nömrəyə 27-08-2021 tarixdə, saat 21:05-də +**********03 mobil nömrəsindən "Anar gardashim seher gelib deyecemde yaxshi arxain ol alacagim var götürüb gelecem srazu yaniva", 28-08-2021 tarixdə, saat 12:37-də +**********03 mobil nömrəsindən +**********09 molbil nömrəsinə "Salam brat Anar gardashimsan veziyet pisdi gedib imkan varsa mene yarim kolada ver men axsham getirib catdiracam pulu polovinu segodna dam polovinu zavt”, 28-08-2021 tarixdə, saat 13:03-də +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsinə "Polku koli. Mojew dat mne budet 80 ya tebe vecerom segodna 40 dam i 40 zavtra i zavtra zarplatu dadut otovaryus normalno" 28-08- 2021 tarixdə, saat 13:04:32 +**********03 mobil nömrəsindən +**********09 molbil nömrəsinə "Guran aggi ne podvedu teba ti mena viruchaew", 05-09-2021 tarixdə, saat 13:06-da +**********03 molbil nömrəsindən +**********09 mobil nömrəsinə “Anar salam brat necesen3 brat bugun axsham potolok 8-9 babki budut pobratski esli vozmojnost est polku dayda mne do vecera axsham hamsin bagliyacam veziyetim pisdi gardashimsan" 17-09- 2021 tarixdə, saat 12:38:37 +**********03 molbil nömrəsindən +**********09 mobil nömrəsinə "65 manat vermeliyem sene imkan var yarı kola 5 sprite vere sen 90 e" 17-09- 2021 tarixdə, saat 12:38:40 +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsina "liir bugun calishacam hamsin verim azi 60 manat getirib verecem axs" 20-09- 2021 tarixdə, saat 12:02-də +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsinə "Anar gardashim 20 manat indi versem mana bidene gram kola vere bilersen galanida axsham hamsin getirib verecem" 22-09-2021 tarixdə, saat 11:18-də +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsinə "Anar gurban olum mne dovecera dayda yari kola 5 sprite veziyetim pisdi axsham azi 60-70 zanesu" 22-09-2021 tarixdə, saat 18:55-də +**********48 mobil nömrəsindən +**********09 mobil umrəsinə sms gəlmişdir “X4 2 0,5 X5 X6" 09-09-2021 tarixdə, saat 12:20-də +**********03 mobil nömrəsindən +**********09 mobil nömrəsinə “Anar gurban olum temam dushub tualete draznit olmusham xaiw elirem gelim yarı verde axwamacan Axsham hamsin getirib verecem potolok v 9-10 zanesu” mesajlarının yazılması müəyyəm olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs “itel L6006” markalı mobil telefonuna baxış keçirilmişdir. Baxış zamanı “Whatsapp" proqramının +**********05 mobil nömrəsi ilə yaradılmış profilində sübut əhəmiyyətinə malik sms mətnləri və səs yazıları aşkar olunmuşdur. +98 993 *** **** İran nömrəli profildən “120 cola 30 pati 5 list m40" məzmunlu sms və 23 saniyəlik səs yazısı göndərilmişdir. Həmin səs yazısında kişi səsidir. Səs yazısında "qardaşım sən bunu götürmüsənde elebil, 120 dənə kola götürmüsən, 30 dənə pati, 5 list M40, sonra 200 manat vurdun, 250 manat idi de hesabımız, elə bil 980 vurdun, 1230-dan 250 qaldı, 250 manatdan 200 vurdun qaldı 50 manatın birdeki bu" sözləri qeyd edilmişdir. Həmin səs yazısı və sms 02 oktyabr 2021-ci il tarixdə saat 13:37-de gəlmişdir. Bundan başqa "Whatsapp" proqramının zənglər bölümünə daxil olduqda +98 993 *** **** İran nömrəsi ilə dəfələrlə əlaqə saxlanıldığı müəyyən olunmuşdur. Baxış keçirilən zaman fotoşəkillər çəkilmiş, səs yazıları CD Diskə köçürülmüşdür, fotoşəkillər 01 ədəd CD Disk cinayət işi materiallarına əlavə eilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 04 oktyabr 2021-ci tarixdən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin təhlükəli residivi cəzasını ağırlaşdıran haldır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 200,632 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi qalıq 1,254 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi qalıq 16,624 qram tünd qətranabənzər spesifik iyli, xaşxaş bitkisindən kustar üsulla alanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd itel L6006 markalı mobil telefonlar onun yaxın qohumuna qaytarılmalı, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs itel L6006 markalı mobil telefonununa baxış keçirilən zaman aşkar edilmiş səs yazısının köçürüldüyü 01 ədəd CD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan 04 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 114 (yüz on dörd) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi qalıq 200,632 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi qalıq 1,254 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təmiz çəkisi qalıq 16,624 qram tünd qərtanabənzər spesifik iyli, xaşxaş bitkisindən kustar üsulla alanmış narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd itel L6006 markalı mobil telefonlar onun yaxın qohumuna qaytarılsın, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 01 ədəd CD disk və Təqsirləndirilən şəxs itel L6006 markalı mobil telefonununa baxış keçirilən zaman aşkar edilmiş səs yazısının köçürüldüyü 01 ədəd CD Diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar