Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-715/2024 29.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X4 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Şəmkir rayonu, 3-cü Beynəlmilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, ailəli, himayəsində azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, ev 1-də qeydiyyatda olmaqla ünvan 3-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (qərarın təsviri əsaslandırıcı hissəsində – CM) 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini, narkotik vasitə hesab edilən qurudulmuş marixuananı və külli miqdarda narkotik vasitə heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 aprel 2023-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi adlanan yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 3,385 qram təşkil edən tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,769 qram, 0,439 qram, 0,426 qram olmaqla, ümumi təmiz çəkisi 1,634 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kimyəvi kimponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini və iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 70 qram və 25 qram olmaqla, ümumi təmiz çəkisi 95,0 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 17 aprel 2023-cü il tarixdə, saat 01:00-da ünvan 1 ünvanın qarşısında Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən saxlanılaraq PB-nə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əlində saxladığı sellofan paketin içərisindən bir ədəd bükümdə təmiz çəkisi 3,385 qram təşkil edən tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,769 qram, 0,439 qram, 0,426 qram olmaqla, ümumi təmiz çəkisi 1,634 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddələr kimyəvi kimponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 70 qram və 25 qram olmaqla, ümumi təmiz çəkisi 95,0 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuana və iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, 17 aprel 2023-cü il tarixdə, axşam saat 11:00 radələrində Space TV-nin arxasındakı yolda evə getmək üçün taksi gözləyirdi. Bu vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Yasamal RPİ-nin 26-cı PB-yə getməyi təklif etmişlər. O, bölməyə getmək üçün onlarla avtomaşına əyləşmişdir. Maşında daha 1 nəfər olmuş, ümumilikdə 3 nəfər olmuşlar. O, maşına əyləşən kimi ona təzyiq göstərməyə başlamışlar və onu döyərək narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf etməyini tələb etmişlər. O, bölmədə 4 saat təzyiq altında qaldıqdan sonra səhər saatlarına doğru saat 06:00 radələrində ona narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf etmədiyi təqdirdə narkotik vasitəni evinə qoyub ailə üzvlərini də bölməyə gətirəcəklərini bildirmişlər. Sonra ona oxumadığı sənədlərə imza çəkdirmişlər. Oradan onu Yasamal RPİ-nin MSY-nə göndərmişlər. O, imzanı döyülərək təzyiq altında çəkmişdir. O, suallara cavab olaraq bildirmişdir ki, döyülən zaman ən çox baş nahiyyəsinə vurmuşlar. Təcridxanaya gedən zaman gözünün altı qaralmış və dişi sınmışdır. Bunu həkim də baxış zamanı qeyd etmişdir. Məhkəmədə Yasamal RPİ-nin 26-cı PB-də təzyiq altında olduğunu bildirmişdir. Evində heç bir narkotik vasitə olmamışdır. Onu bölməyə aparmış və narkotik vasitəni orada vermişlər ki, bunun sənin olduğunu qəbul etməlisən. Qardaşı həbs olunmuşdur. Ona bildirmişlər ki, narkotik vasitə qardaşınındır və prokurorluğa aparılarkən belə desən orada sənə kömək edəcəklər, orada köməklik olmasa səni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə çıxan zaman oradan buraxacaqlar. Onun 3 azyaşlı övladının olduğunu bilirdilər, ona görə ona köməklik edəcəklərini, ifadəyə imza çəkməli olduğunu bildirmişlər. O, da sonuncuların dedikləri ilə razılaşmışdır. Bu hadisə o, tutulan gün baş vermiş, çəkiliş səhəri gün aparılmışdır. Onu xx.xx.2023-cü il tarixdə, gecə saatlarında saxlamışlar, çəkiliş ertəsi gün olmuşdur. O, müstəntiq tərəfindən heç vaxt dindirilməmişdir. X14 bir dəfə MSY-də onunla tanış olmuş, amma sonuncu tərəfindən dindirilməmişdir. İş materialları ilə tanış olmuş, amma heç bir qeyd verməmişdir, yəni heç bir etirazını bildirməmişdir. Müstəntiq iş materialı ilə razı olub-olmamaqla bağlı onun qeyd aparmağını təklif etməmişdir. Cinayət işinin qurtarması ilə bağlı sənədə imza çəkmişdir. O, müstəntiqə hadisəni olduğu kimi danışmışdır. Həbsdə olduğu 4 ay ərzində heç bir yerə şikayət etməmişdir. Tutulan zaman yanında dostu Elcan olmuşdur. 17 aprel 2023-cü il tarixdə, axşam saat 11:00 radələri idi, dostu onu evə yola salırdı. Milli Konservatoriyanın yanında taksi gözləyirdilər. O, sonuncunun kirayə yaşadığı evə gəlmişdir. Onun yaşadığı ev Dərnəgül ərazisindədir. Dostu Elcanı da onunla birlikdə Yasamal RPİ-nin 26-cı PB-yə aparmışlar. PB-də üzərilərinə eyni vaxtda baxış keçirilmişdir. Baxış ikisinində üzərinə eyni otaqda keçirilmişdir. Hadisə baş verən günü dostu Elcanı Yasamal RPİ-nin 26-cı PB-dən buraxmışlar. Elcanın narkotik vasitəyə heç bir aidiyyatı yoxdur. Onun üzərinə sonra baxış keçirilməmiş və müdafiəçisi səhər gəlmişdir. Qardaşı ondan 3 gün qabaq 14 apreldə tutulmuşdur. Qardaşı da narkotik maddəyə görə tutulmuşdur. Qardaşı narkotik maddə marixuana istifadəçisidir. Qardaşının nə ilə bağlı tutulmasını bilmək üçün 14 aprel 2023-cü il tarixdə, səhər saatlarında dostu Elcan ilə birlikdə 25-ci PB-nə getmişdir. Orada ona qardaşının üzərində narkotik vasitə ilə tutulduğunu bildirmişlər. Qardaşı ilə bir həyətdə yaşayırlar. Qardaşının marixuana istifadəçisi olduğunu hiss etmiş, evdə istifadə etmirdi. Onu tutmaqlarına səbəb ehtimal edir ki, o, taksi gözləyən zaman iki nəfər mülki şəxs yaxınlaşmış və onu bölməyə dəvət etmişlər. Bölmədə ona təzyiq göstərmişlər və narkotik vasitənin yerini soruşmuşlar. Üzərinə video baxış aparılan zaman onu saxlayan polis əməkdaşları da orada olmuşlar. Çəkilişdən sonra onu başqa otağa aparmışlar, sonra onu otaqdan çıxarıb yenə döyərək təzyiq göstərmişlər və rəisin narkotik vasitəni etiraf etməsi, əks təqdirdə narkotik maddənin evindən çıxacağını deməsini bildirmişlər. Tutulan vaxt telefonu üzərində olmuşdur. Onu saxladıqları yerdə müşahidə kameraları olmuşdur. Onları saxlayan zaman dostunun və onun üzərinə baxış aparmışlar, üzərilərindən heç nə çıxmamış, evlərində, ümumiyyətlə, axtarış aparılmamışdır. Onları Yasamal RPİ-nin 26-cı PB-yə axşam saat 11:00 radələrində aparmışlar.. İlk axtarış video çəkilişsiz olmuş, vəkil olmamış, əməliyyatçılar və başqa bir nəfər olmuşdur. Çəkilişdən öncə də vəkilin yanında ona təzyiq göstərmişlər. Çəkilişdən öncə sellofon paketdə qurudulmuş marixuana və tərəzi gətirmişlər, o, əvvəlcə boynuna almamışdır. Sonra yenidən balaca paketdə metamfetamin, kakos gətirmiş, sellofon paketə yığmışlar və ona çəkilişdə bunların qardaşının olduğunu və məhv etmək üçün zibil qutusuna atmağa getdiyini etiraf etməyini bildirmişlər. Qardaşını 25ci PB-nin əməkdaşları saxlamışlar. Onu saxlayan polis əməkdaşlarına da qardaşının tutulmağını bildirmişdir. Onun verdiyi ifadə ona bölmə əməkdaşları tərəfindən deyilmiş, o da təsdiqləmişdir. O, ifadəsi elan edildikdən sonra verilən suallara cavab olaraq bildirmişdir ki, elan olunmuş ifadə Yasamal RPİ-nin 26-cı PB-də verdiyi ifadədir, polis əməkdaşlarının dediklərini təsdiq etmişdir. Onu Yasamal RPİ-nin 26-cı PB-yə aparandan sonra Yasamal RPİ-nin 26-cı PB-nin rəisi tutulmalı adamın o, olmadığını söyləmişdir. Üzərində narkotik vasitə olmamışdır. Bölmədə təsir altında verdiyi ifadəsində siqaret qutusunda qurudulmuş marixuana olduğunu bildirmişdir. İfadəsinə o, bölmədə təsir altında imza çəkmişdir. O, ibtidai istintaq zamanı qeyd edilən ifadəsi ilə razı deyil. Ona həmin ifadəsini təsdiqlədiyi halda məhkəmədə və ya prokurorluqda köməklik olunacağını bilirmişlər. Marixuananı öz istifadəsi üçün almış, narkotik maddəni aldığı insanları şəxsən tanımır, telefon vasitəsilə əlaqə saxlayıb götürmüşdür. Narkotik vasitəni iki ədəd siqaret qutusunun içində götürmüşdür. Şahid2 tanıyır, Yasamal RPİ-nin 26-cı PB-də görmüşdür. Şahid2 ona qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərməmişdir. Şahid2 onun saxlanılmağında iştirak etməmiş, sadəcə 26-cı PB-də görmüşdür. Saxlanıldığı vaxt siqaret qutusun içərisində 2 ədəd narkotik vasitə marixuana olmuş, onu da özü könüllü polis əməkdaşlarına təqdim etmişdir.Üzərindən başqa heç nə aşkar olunmamışdır. Üzərində olan 2 ədəd narkotik vasitə marixuana video çəkilişdə yoxdur və polis əməkdaşlarının həmin narkotik vasitəni neynədiklərini bilmir. Video çəkiliş zamanı üzərindən aşkar olunan narkotik vasitələri polis əməkdaşları sonradan gətirib ona vermişlər. Şəxsi axtarış zamanı aparıan video çəkilişdə olan sellofanın tamamilə ona aidiyyatı yoxdur. İbtidai istintaq zamanı və video çəkiliş zamanı verdiyi ifadələri təzyiq altında olduğu üçün etiraf etmişdir. Onu gecə saat 23:00-24:00 radələrində saxlasalar da video çəkilişlə üzərində şəxsi axtarış səhər radələrində aparılıb. Onunla birlikdə saxlanılan Elcan adlı şəxslə ona qarşı polis əməkdaşları tərəfindən fiziki təzyiqlər göstərilib, döyüblər, vurublar. Şahid3 tərəfindən ona qarşı fiziki təzyiq göstərilmiş, yumruqla başına bir neçə zərbə vurmuşdur. Şahid3 və digərləri tərəfindən ona qarşı fiziki təzyiq göstərilmişdir. Polis əməkdaşları ona aid olmayan narkotik vasitələri səmimi etiraf etməyi üçün ona qarşı fiziki təzyiqlər göstərmişlər. Əvvəllər Şahid3 tanımamışdır. Məhkəmədən ədaləti qərar verilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. Həmçinin qardaşı Şahid1 da onunla bir ünvanda yaşayır. O, təxminən 2-3 aydır ki, çəkmək üsulu ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istrifadə edir. 14 aprel 2023-cü il tarixdə qardaşı Şahid1 Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin gəzdirməsinə və istifadəsinə görə tutulmuşdur. Bundan sonra o, yaşadıqları evi axtaran zaman oradan üç ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə metamfetamin, bir ədəd sollafana bükülmüş narkotik vasitə heroin, iki ədəd ağ rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzini tapmışdır. 16 aprel 2023-cü il tarixdə, saat 23 radələrində o, yaşadığı evdən tapdığı narkotik vasitələri, psixotrop maddəni və iki ədəd elektron tərəzini sarı rəngli sellofan paketə qoyub yaşadığı evdən çıxmış, həmin vaxt o, tanışı Elcan adlı şəxsə zəng vurub onunla görüşmək istədiyini bildirdi. Elcan ona demişdir ki, onun yaşadığı Yasamal rayonuna gəlsin. O, həmin vaxt Elcanın yanına getməkdə məqsədi aşkar etdiyi narkotik vasitələri və psixotrop maddəni nə etməyi barədə məsləhətləşmək olmuşdur. 17 aprel 2023-cü il tarixdə, saat 01 radələrində o, ünvan 4 ünvanın qarşısına çatanda iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib, onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində təhqiqatçısı ona hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən o, əlində saxladığı içərisində narkotik vasitələr, psixotrop maddə və iki ədəd tərəzi olan sarı rəngli sellofan paketi masanın üzərinə qoymuşdur. Sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş maddələri yaşadığı evdən tapmış, həmin maddələr və tərəzilər qardaşı Şahid1 məxsusdur. O, həmin maddələri götürmüşdür ki, onları məhv etsin. Bundan sonra ondan aşkar edilmiş 03 ədəd bükümdə olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə olan narkotik vasitə heroin, 02 ədəd bükümdə olan narkotik vasitə hesab edilən qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Həmçinin üzərinə baxış keçirilməsi mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, psixo-nevroloji, vərəm və narkoloji dispanserdə qeydiyyatda deyil və heç vaxtda olmamış, əldə etdiyi psixotrop maddəni və narkotik vasitələri kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, həmin maddələr qardaşı Şahid1 məxsus olmuş, o, sadəcə onları məhv etmək məqsədi ilə əlinə götürüb evdən çıxmış, saxlanılarkən və PB-nə gətirilərkən, eyni zamanda PB-də ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 11 aprel 2023-cü il tarixdə Nizami rayon 25-ci PB-nin əməkdaşları onu saxlamışlar. Onu qardaşından əvvəl saxlamışlar. O, iki-üç gün sonra qardaşının tutulduğunu bilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı ilə MSY-də üzləşməsi olmuşdur. Onları qardaşının tutulmağına görə üzləşdirmişlər. Müstəntiqin ona üzərində olan narkotik vasitədən başqa nəsə olubmu sualına o, bildirmişdir ki, 1 qram öz istifadəsi üçün marixuana olmuş və onunla da tutulmuşdur. Onları nəyə görə üzləşdirdiklərini bilmir. Üzləşmədə qardaşının tutulmağını bilirdi, Təqsirləndirilən şəxs ona görə tutulduğunu bildirmişdir. Qardaşının tutulmağını 3 gün sonra bilmişdir. O, narkotik maddə istifadə edir. O, tutulan zaman evində narkotik vasitə yox idi. Tutulan zaman onun üzərində öz istifadəsi üçün narkotik vasitə var idi. Məhəmmədlə birlikdə narkotik vasitə istifadə etməmişdir. Sonuncunun narkotik vasitə istifadə etdiyini bilməmişdir. Onun narkotik vasitə istifadə etməyini sonuncunun bildiyini bilməmişdir. O, sonuncunun yanında narkotik vasitə istifadə etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları gün, vaxt yadında qalmamış, soyuq aylarda saxladıqları yadındadır. Həmin günü 2 nəfər şəxs saxlamışlar. Saxladıqları şəxslərdən biri barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində CM-nin 234.1-ci maddəsi ilə cinayət işi gedir və orada şahid qismində iştirak etmiş, digər şəxs Təqsirləndirilən şəxs isə CM-nin 234.4.3-cü maddəsi ilə sənədləşdirilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin günü Yasamal RPİ-nin 26-cı PB-də 2 nəfər şəxs CM-nin 234-cü maddəsi ilə saxlanılmışdır. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-in əməkdaşı Şahid3 ilə birlikdə saxlamışlar. Həmin günü saxladıqları digər şəxsin Təqsirləndirilən şəxs saxlanılmasına aidiyyatı olub-olmamasını dəqiq bilmir. Onlar Təqsirləndirilən şəxs saxladıqları vaxt tək olmuşdur. Təqsirləndirilən şəxs saxladıqları vaxtdan bir neçə saat əvvəl başqa bir şəxsi də saxlamışlar. Saxladıqları digər şəxsi də Təqsirləndirilən şəxs saxladıqları yerdən bir az aralıda saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt tək olmuş, kənar bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs saxladıqları vaxt yanında heç bir avtomobil olmamışdır. Təqsirləndirilən şəxs saxladıqları vaxt onlara qarşı heç bir tabesizlik göstərməmiş və heç bir narazılıq bildirməmişdir. Onlarda Təqsirləndirilən şəxsla bağlı məlumat olmuşdur. 26-cı PB-yə gətirilən hər bir şəxs barəsində məsul növbətçi bölmə rəisinə məruzə etdikdən sonra gətirilən şəxsi aidiyyatı üzrə təhqiqatçıya təhvil verirlər. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-yə gətirdikləri vaxt rəis və ya digər bir yuxarı rütbəli polis əməkdaşının otağına aparmamışlar. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxsla söhbət etdiyi zaman qardaşının külli miqdarda narkotik vasitə ilə tutulduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs Yasamal rayonu, M.Müşfiq küçəsində saxlamışlar. Təqsirləndirilən şəxs Yasamal rayonunda yerləşən Vulcano Lounge restoranın yanındakı ara küçədə saxlamışlar. Ona məxsus və cinayət işi materiallarında olan mobil nömrənin anten məlumatları götürülərsə həqiqətən də, onun Təqsirləndirilən şəxs qeyd etdiyi yerdə saxlanılmasında iştirak etdiyi təsdiq olunar. Xidmət etdiyi ərazidə narkotik vasitələrlə bağlı daxil olmuş şikayətlərə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olmasını bilirdi. Təqsirləndirilən şəxs hərəkətləri, özünü aparması onlarda şübhə yaratmışdır. Şübhənin əlamətləri təqsirləndirilən şəxsin baxımsızlığından, saçından, dırnaqlarından, gözündən bilinir. Onlar Təqsirləndirilən şəxs yaxınlaşdıqları vaxt tək olmuşdur. Video çəkiliş zamanı şəxsi axtarış aparılanda Təqsirləndirilən şəxs baş verənləri səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs saxladıqları vaxt tək olmuş, kənar bir şəxs olmamışdır. Təqsirləndirilən şəxs saxladıqları gün ayrı-ayrılıqda 2 nəfər şəxs saxlamışlar. Saxladıqları şəxslərdən birinin barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsində CMnin 234.1-ci maddəsi ilə cinayət işinə baxılır və o, orada şahid qismində iştirak etmişdir, digər saxladıqları şəxs isə Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs qarşı onun tərəfindən heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət aparırdılar. İnzibati ərazidə xidmət apardıqları zaman Ə.Ələsgərov küçəsi ilə M.Müşfiq küçələrinin kəsişməsində 1 nəfər şəxsin özünü şübhəli aparmasını görərək ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb söhbət apardıqları vaxt sonuncu həm narkotik vasitə istifadəçisi olduğunu, həm də üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PByə dəvət etmişlər. Yasamal RPİ-nin 26-cı PB-də Təqsirləndirilən şəxs aidiyyatı üzrə təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən narkotik vasitə metamfetamin və 95 qram marixuana aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, gecə saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs Yasamal rayonunda yerləşən Ə.Ələsgərov küçəsi ilə M.Müşfiq küçələrinin kəsişməsində N.Nərimanov heykəlinin yaxınlığında yerləşən Vulkan restoranının yanında saxlamışlar. Təqsirləndirilən şəxs piyada olan zaman saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt 1 nəfər şəxslə görüşməli idi. Təqsirləndirilən şəxs görüşəcəyi şəxsin də məhkəməsində iştirak etdiyi üçün saxladıqları yerdə sonuncunun 1 nəfər şəxslə görüşməsi yadındadır. Təqsirləndirilən şəxsla saxladıqları digər şəxsi bir yerdə Yasamal RPİ-nin 26-cı PB-yə gətirmişlər. Təqsirləndirilən şəxs əlavə saxladıqları şəxs də piyada idi. Təqsirləndirilən şəxsla birgə saxladıqları digər şəxsin ad, soyadı yadında deyil. Təqsirləndirilən şəxsla birgə saxladıqları digər şəxs də CM-nin 234-cü maddəsi ilə sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs qardaşı barəsində əvvəl CM-nin 234cü maddəsi ilə sənədləşdirilmişdir. Hadisə baş verən günü Təqsirləndirilən şəxs yanında saxladıqları şəxs sonuncunun qardaşı deyildir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə metamfetamin və marixuana aşkar olunmuşdur. Hadisə baş verən günü növbəni təhvil verdiyi üçün Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilib-keçirilmədiyini bilmir. Yasamal RPİ-nin 26-cı PB-də sonradan Təqsirləndirilən şəxs heç bir narkotik vasitə gətirilib verilməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təzyiq göstərməmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İbtidai istintaqda verdiyi ifadəni oxumuş, heç bir əlavəsi yoxdur, təsdiq edir. Xidmət etdiyi ərazidə narkotik vasitələrlə bağlı daxil olmuş şikayət ərizələri əsasında ərazidə xidmət etdikləri zaman saxlamışlar. Təqsirləndirilən şəxs və yanındakı digər şəxs onları görən kimi qaçmağa başlamışlar. Vətəndaşlar polis əməkdaşları mülki geyimdə olsalar da polis olduğunu bilə bilirlər. O və Şahid2 mülki geyimdə olmuşlar. Əvvəllər Təqsirləndirilən şəxs heç vaxt görməmişdir. 1-ci digər şəxsi saxlamışlar, daha sonra Təqsirləndirilən şəxs saxlamışlar. Digər saxladıqları şəxs Təqsirləndirilən şəxsla tanış olduğunu bildirmişdir. Digər saxladıqları şəxsin ad, soyadını yadında deyil. Təqsirləndirilən şəxsla birgə saxladıqları digər şəxsin də üzərinə baxış keçirtmişlər. Təqsirləndirilən şəxsla birgə saxladıqları digər şəxsin üzərindən nə aşkar olunduğu yadında deyil. Onlarda məhz Təqsirləndirilən şəxsla bağlı heç bir məlumat olmamış, sadəcə ümumi Yasamal rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə bağlı şikayətlər olmuşdur. Təqsirləndirilən şəxsin saxlanıldığını dediyi “Konservatoriya” deyilən yer onun ifadəsində bildirdiyi yerdir. O, ifadəsi elan edildikdən sonra suallara cavab olaraq bildirmişdir ki, həmin günü başqa adamlar da saxladıqları üçün Təqsirləndirilən şəxs yanındakı şəxslə saxladıqları digər şəxslə səhv salmışdır. Hadisə baş verən günü Təqsirləndirilən şəxs yanında başqa şəxs var idi və səhv etmirsə onu sonradan buraxmışlar. Təqsirləndirilən şəxs və yanındakı şəxsi bir yerdə Yasamal RPİ-nin 26-cı PByə gətirmişlər. Hadisə baş verən günü 1 neçə nəfər sənədləşdirdikləri üçün ifadələri arasında ziddiyət yaranmışdır. İbtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir. Hadisə 2023-cü ilin aprel ayında baş verdiyi və həmin günü 1 neçə nəfər saxladıqları üçün baş verənlər tam yadında deyil. Məhkəmə istintaqında verdiyi ifadə ilə ibtidai istintaqda verdiyi ifadə arasında olan ziddiyəti unutqanlığı ilə əlaqələndirir. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməyib. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır, onunla bir ünvanda yaşamış və həmişə normal münasibəti olmuşdur. 14 aprel 2023-cü il tarixdə o, narkotik vasitələri üzərində saxlayaraq daşımaqda şübhəli olduğundan Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilərək hazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılır. 20 aprel 2023-cü il tarixdə o, 3 saylı İstintaq Təcridxanasında olan zaman ona məlum olmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs da narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutularaq barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, qardaşı Məhəmmədin qeyd etdiyi narkotik vasitələr, psixotrop maddə və iki ədəd elektron tərəzi ona məxsus deyil, belə ki, o, heç vaxt yaşadığı evdə hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet saxlamamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 2016-cı ildən DİO-da xidmət edir, 2021-ci ildən isə tutduğu vəzifədə işləyir. 17 aprel 2023-cü il tarixdə, saat 01 radələrində o, Yasamal RPİ-nin 26-cı PB-nin sahə inspektoru, polis leytenantı Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 1 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə özlərini təqdim edən zaman o, qaçmağa cəhd etmiş, lakin onlar həmin şəxsi saxlamış və qaçmasının səbəbini soruşduqda, həmin şəxs, yəni adını sonradan bildikləri Təqsirləndirilən şəxs bildirmişdir ki, əlində saxladığı sellofan torbanın içərisində narkotik vasitə var və buna görə də qaçmaq istəmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PBnə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyib onlarla birlikdə polis bölməsinə gəlmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı, polis polkovnikleytenantı X5 xidməti otağında onun, sahə inspektru Şahid3 və şübhəli şəxs qismində tutulmuş X1 vəkili X2 iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin, Təqsirləndirilən şəxs da əlində olan sarı rəngli üzərində at şəkilli və “Mustanq” yazısı olan sellofan paketi təqdim etmişdir. Bundan sonra həmin paketin içərisinə baxış keçirilərkən 01 ədəd qəhvəyi rəngli sellofana bükülmüş bükümün içərisindən narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd ağ rəngli selofanda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 03 ədəd selofana bülkülmüş psixotrop maddə metamfetaminə bənzər maddə və 02 ədəd elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitələr, psixotrop maddələr və elektron tərəzilər qardaşı Şahid1 məxsusdur. Həmin əşyaları o, 16 aprel 2023-cü il tarixdə yaşadığı evdən götürmüşdür ki, məhv etsin, lakin onu polis ənməkdaşları saxladıqları üçün məhv edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, qardaşı Şahid1 3 gün əvvəl Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və ona CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlər, narkotik vasitə heroin, narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi qabalşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Baxış keçirilən zaman onlar tərəfindən bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onlar ərazidə xidmət apararkən Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görüb ona yaxınlaşan zaman o, qaçmağa cəhd göstərdiyi üçün onu Yasamal RPİ-nin 26-cı PB-nə gətirərək üzərinə şəxsi axtarış aparılan zaman onun üzərindən narkotik vasitələr, psixotrop maddələr və elektron tərəzi aşkar edilərək götürülmüşdür, lakin sonuncunun narkotoik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı onlarda hər hansı bir məlumat olmamışdır. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaqda eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2010-cu ildə ailə qurmuş və onların üç qız övladı var. Ərim Məhəmmədin narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etdiyini bilməmiş, nədə ki, heç vaxt bu barədə şübhələnməmişdir. Məhəmməd həmişə vaxtı-vaxtında işinə gedib gələn insan olmuşdur. Qaynı Şahid1 da ailəsi ilə birlikdə onlarla eyni evdə yaşayır. 14 aprel 2023-cü il tarixdə Şahid1 Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadə etdiyi üçün tutulmuşdur. 16 aprel 2023-cü il tarixdə, saat 23 radələrində o, yaşadığıqları evdə olan zaman Məhəmmədin telefonuna zəng gəlmiş və Məhəmməd evdən çıxmışdır. O, Məhəmməddən hara getdiyini soruşduqda Məhəmməd ona indi gələcəyini bildimişdir. Həmin gecə saat 01 radələrində o yaşadığı evdə olan zaman qaynanası Şahid5 mobil telefonuna zəng gəlmiş və bildirilmişdir ki, əri Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra o, qaynanası Zöhrə ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getmişlər. Polis Bölməsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və iki ədəd elektron tərəzini üzərində gəzdirdiyi üçün tutulmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin və iki ədəd elektron tərəzinin olduğunu bilməmiş, nə də ki, görməmişdir. Əri Təqsirləndirilən şəxs yaşadığı evdən çıxan zaman gec olduğu üçün o, Məhəmmədin əlində hər hansı bir əşyanın olub-olmamasına fikir verməmişdir. Şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır və hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs və Şahid1 onun oğullarıdır və hər iki oğlu ailəsi ilə birlikdə onunla bir ünvanda yaşayırlar. Oğlanları Məhəmmədin və Ceyhunun narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etdiklərini bilməmiş, nə də ki, heç vaxt şübhələnməmişdir. 14 aprel 2023-cü il tarixdə Şahid1 Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadə etdiyi üçün tutulmuşdur. 16 aprel 2023-cü il tarixdə, saat 23 radələrində o, yaşadığı evdə olan zaman Məhəmmədin telefonuna zəng gəlmiş və Məhəmməd evdən çıxaraq bildirmişdir ki, indi gəlir. Həmin gecə saat 01 radələrində o, yaşadığı evdə olan zaman onun mobil telefonuna zəng gəlmiş və bildirilmişdir ki, oğlu Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən tutulmuşdur. Bundan sonra o, gəlni Aynurə ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getmişlər. Polis Bölməsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddə və iki ədəd elektron tərəzini üzərində gəzdirdiyi üçün tutulmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin və iki ədəd elektron tərəzinin olduğunu bilməmiş, nə də ki, görməmişdir. Oğlu Təqsirləndirilən şəxs yaşadığı evdən çıxan zaman gec olduğu üçün Məhəmmədin əlində hər hansı bir əşyanın olub-olmamasına fikir verməmişdir. Şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Şahid1 ilə 2019-cu ildə ailə qurmuş və onların bir qız övladı var. Əri Ceyhunun narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etdiyini bilməmiş, nə də ki, heç vaxt şübhələnməmişdir. 09 aprel 2023-cü il tarixdə o, qızı ilə birlikdə Cəlilabad rayonuna atasının evinə getmişdir. 14 aprel 2023-cü il tarixdə, səhər saatlarında eltisi Şahid4 ona zəng vurub əri Şahid1 Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin istifadə etdiyi üçün tutulması barədə məlumat vermişdir. Həmin gün o, Bakı şəhərinə gələndə ona məlum olmuşdur ki, əri Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olduğuna görə tutulmuş və barəsində Məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə heroinin, narkotik vasitə qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin və iki ədəd elektron tərəzinin olduğunu bilməmiş, nə də ki, görməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan qərardan görünür ki, CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (l cild i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:00-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 01:00-da tutulmuş hesab edilmişdir. (l cild i.v. 14) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan sarı rəngli üzərində at şəkili və “Mustanq” yazısı olan selofan torbanı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonucunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bağlamaya baxış keçirilən zaman içərisində 03 ədəd şəffaf sellofanda olan ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, 01 ədəd bükümdə olan qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 02 ədəd ağ rəngli sellofana bükülmüş yaşıl rəngli ot şəkilli narkotik vasitə marixuanaya bənzər kütlə və 02 ədəd boz rəngli elektron tərəzi aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotrik vasitələr, psixotrop maddələr və elektron tərəzilər onunla eyni ünvanda yaşayan qardaşı Şahid1 məxsus olmuşdur. Şahid1 üç gün əvvəl Nizami RPİ-nin 25-ci PBnin əməkdaşları tərəfindən CM-nin 234-cü maddəsi ilə şübhəli şəxs qisdmində tutulmuşdur. (l cild i.v. 24-25, 115) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2245 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170”-li dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) bükümdə təmiz çəkisi 3,385 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,769 qram, 0,439 qram, 0,426 qram, ümumi təmiz çəkisi 1,634 qram ağ rəngli kristalardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (İ cild i.v. 33-37) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/545 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan polietilen bağlamadakı 02 (iki) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri: 70 qram; 25 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 95,0 qramdır. (İ cild i.v. 38-41) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild i.v. 52-54) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-299/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 01:00-dan hesablanmışdır. (İ cild i.v. 85-90) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli “maddi sübut kimi tanımaq haqqında” qərarlardan və xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə zamanı aparılan videoçəkilişi özündə əks etdirən 01 ədəd disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/800 saylı rəyinə əlavə edilmiş üzərində Verbatim, Ekspertiza 5/800 yazıları və imza olan 04 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfon, bir ədəd bükümdə 3,385 qram narkotik vasitə heroin, üç ədəd bükümdə ümumi təmiz çəkisi 1,634 qram psixotrop maddə metamfetamin, 02 ədəd bükümdə ümumi təmiz çəkisi 95,0 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və həmin miqdarda narkotik vasitə heroinin qalıq çəkisi 3,285 qram, psixotrop maddə metamfetaminin ümumi qalıq çəkisi 1,514 qram maddə, narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 94,9 qram, 02 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs məxsus “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfon saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. (İ cild i.v. 97-98, 116-117, 165-181) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild i.v. 111) Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2016-cı il təvəllüdlü X9 adlı azyaşlı uşaqları vardır. (İ cild, i.v. 129-131) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/800 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli “**********91023, **********91031” imei kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir.
2. Təqdim edilmiş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan (kontaktlar, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar vəs.) məlumatlar müəyyən olundu, həmin müəyyən olunmuş məlumatlar əsasında tərtib edilən (Report- Hesabat) hesabat “Ekspertiza 5-800” adlı iş üç ədəd “DVD-R” tipli diskə köçürülərək ekspert rəyinə əlavə olundu.
3. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli smartfonun yaddaşında hər hansı bir məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
4. Təqdim edilmiş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfonun yaddaşında “+994 *** ** ** 22” abonent nömrəsi ilə qeydiyyatdan “Whatsapp” proqram təminatında aparılmış məlumat mübadiləsi müəyyən edilsədə, rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.
5. Təqdim edilmiş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfonun yaddaşında “Facebook” sosial şəbəkəsinə aid “Mamed Mammadov” adlı istifadəçi profilinin “Messenger” bölməsində, “İnstagram” sosial şəbəkəsinə aid “memmedov_528” adlı istifadəçi profilinin “Direct” bölməsinə aparılmış məlumat mübadiləsi müəyyən edilsədə, rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.
6. Təqdim edilmiş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfonun yaddaşında “+994 *** ** ** 22” abonent nömrəsi və “Nemat Husuyev” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Telegram” proqram təminmatında aparılmış məlumat mübadiləsi müəyyən edilsədə, rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə həmin məlumatları köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı.
7. Təqdim edilmiş mobil smartfonun daxilində olan “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartı hal-hazırda işlək vəziyyətdədir. 7.1 Təqdim edilmiş “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfonun daxilindəki “Bakcell” mobil operatoruna məxsus “********************” (İCCİD) seriya nömrəli “SİM” danışıq kartının yaddaşından (105 ədəd və 02 ədəd SMS mesaj) məlumatlar müəyyən olundu və həmin müəyyən edilmiş məlumatlar “Ekspertiza 5-800 adlı iş çantasında bir ədəd DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edildi. (İ cild i.v. 141-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X20 Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4292 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v.147-148) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023-cü il tarixli, 2024 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən vaxt öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (İ cild i.v. 149- 151) xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ifadəsində qeyd olunanları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. (İ cild i.v. 149-151) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-600/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild i.v. 215-216) Məhkəmənin sorğusu əsasında Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan və məhkumun tibbi kitabçasının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Məhkəmənin sorğusu əsasında Yasamal rayon Polis İdarəsinin məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubundan, tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinə dair qeydiyyat kitabının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmiş və saxlanılan şəxsə baxış keçirilərkən gözlə görülən heç bir bədən xəsarəti aşkar edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hallarla bağlı, yəni polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixoloji təsirlərə və təzyiqlərə məruz qalması ilə əlaqədar ibtidai araşdırma zamanı araşdırma aparılıbaparılmaması, araşdırma aparılmadığı halda təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı göstərdiyi hallar barədə araşdırma aparılmasına dair Yasamal Rayon Prokurorluğuna sorğu göndərilmiş və həmin sorğu əsasında Yasamal Rayon Prokurorluğundan məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26 PB-in əməkdaşları tərəfindən qeyri-qanuni hərəkətlərə məruz qalması barədə aparılan araşdırmada cinayət tərkibinin əlamətləri olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi, onu döyərək narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf etməyini tələb etmələri, narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf etmədiyi təqdirdə narkotik vasitəni evinə qoyub ailə üzvlərinin də bölməyə gətirəcəyinin bildirilməsi, şəxsi axtarış zamanı aparıan video çəkilişdə olan sellofanın tamamilə ona aidiyyatının olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, məhkəmə sorğusu əsasında Yasamal rayon Polis İdarəsindən, Bakı İstintaq Təcridxanasından, Yasamal Rayon Prokurorluğundan daxil olmuş cavab məktublar, onlara əlavə olunmuş sənədlər və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri, həmçinin işin faktiki halları (müxtəlif bükümlərdə, müxtəlif çeşidlərdə olan narkotik vasitə və psixotrop maddələri mütəmadi olaraq narkotik vasitələr qəbul etməyən şəxs tərəfindən gecə vaxtı üzərində daşıması) iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsi cinayətlərin təsnifatına görə ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində üç nəfər az yaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını yüngülləşdirən halı nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:00-da şübhəli şəxs qismində tutulmuş, azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 01:00-da tutulmuş hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(004)-299/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 01:00-dan hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-ci il tarixli, 4(004)-600/2023 saylı qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 245 manat 65 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə heroinin qalıq çəkisi 3,285 qram, psixotrop maddə metamfetaminin ümumi qalıq çəkisi 1,514 qram maddə, narkotik vasitə qurudulmuş marixuananın qalıq çəkisi 94,9 qram, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə zamanı aparılan videoçəkilişi özündə əks etdirən 01 ədəd disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/800 saylı rəyinə əlavə edilmiş üzərində Verbatim, Ekspertiza 5/800 yazıları və imza olan 04 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİnin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 80 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 80 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardıma görə Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,285 qram narkotik vasitə heroin, 1,514 qram psixotrop maddə metamfetamin, 94,9 qram narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə zamanı aparılan videoçəkilişi özündə əks etdirən 01 ədəd disk, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/800 saylı rəyinə əlavə edilmiş üzərində Verbatim, Ekspertiza 5/800 yazıları və imza olan 04 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Xiaomi Poco X3 GT” markalı “21061110AG” modelli mobil smartfon hökm qanuni qüvvəyə mindikdən sonra özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 245,65 (iki yüz qırx beş manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 80 saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən hakim Mahirə Kərimova
Hakimlər: Fəxri Məmmədov
Anar Sadıqov