Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-716/2020 28.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X3-liyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X25 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs X4 nümayəndəsi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Nümayəndə və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evlihimayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 A-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx xxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cina-yət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2013-cü il tarixdən xx xxxx 2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyi yanında Dövlət X28 Bakı şəhər Nəsimi rayon şöbəsinin Pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin həyata keçirilməsi, pensiya təyin olunması və təyin olunması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasının, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri tədbirlərin hıyata keçirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin mühasibat uçotu sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi, xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesabla üzləşdirlməsinə iştirak edilməsi, müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işlərinin aparılmasına, həmçinin xx xxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixədək həmin şöbənin sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində müvəqqəti işləyərkən vəzifə təlimatına əsasən şöbənin fəaliyyətinə rəhbərlik edilməsi, rayon ərazisində fəaliyyət göstərən bütün fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsinin təmin edilməsi, müavinətlərin sosial yardımların və digər ödənişlərin qanunvericilikdə nəzərdə tutlmuş qaydada düzgün və öz vaxtında təyin olunması və ödənilməsinin təşkil edilməsi, vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin təşkil edilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişləri təyin edən komissiyanın işinə rəhbərlik etməklə onun çıxardığı qərarların düzgünlüynü təsdiq etmək və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib etibardan suiistifadə etmə və aldatma yolu ilə, vahid niyyətlə özgə əmlakını ələ keçirmək məqsədi ilə pensiyaçı X5 xx xxxxxx 2006-ci il tarixdə vəfat etməsi səbəbindən Dövlət X28 Nəsimi rayon şöbəsi tərəfindən x xxxx 2006-cı il tarixdə ailə başçısını itirməyə görə aylıq 261,36 manat pensiya təyin edilmiş Şərqiyyə Haqverdiyevayanın qeyd olunan əmək pensiyasının məbləğinin artırılmasında sonuncuya köməklik etməsi üçün 2013-cü ildə naməlum tarixdə Dövlət X28 Nəsimi rayon şöbəsinin inzibati binasında şöbəyə etdiyi müraciəti ilə bağlı Şərqiyyə Haqverdiyevaya həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək guya öncədən Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2013-cü il tarixli 135 nömrəli Sərəncamına əsasən xx xxxxxx 2013-cü il tarixdən mərhum Ağabala Haqverdiyevin sonuncu xidmət yeri üzrə vəzifə maaşı 1 160,00 manat, quluq stajına görə əlavəsi 348,00 manat, təminat xərci 290,00 manat, mükafat, müavinətlə birlikdə 386,67 manat və ixtisas dərəcəsinə görə 130,00 manat olmaqla, cəmi orta aylıq əmək haqqı 2 314,67 manat təşkil etdiyindən, bununla əlaqədar olaraq Şərqiyyə Haqverdiyevaya 18 yaşına çatmamış övladına (xx.xx.1998-ci il təvəllüdlü X15) görə ödənilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən mərhuma hesablanmalı olan 1 851,73 manat əmək pensiyasının 80 faizi, yəni 1481,39 manat məbləğində müəyyən edildiyi halda, həmçinin Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-3603/2016 nömrəli Qərarına əsasən 18 yaşına çatmamış övladına görə Şərqiyyə Haqverdiyevaya ödənilən pensiya yenidən hesablanaraq nəticədə xx xxxxxx 2007-ci il tarixdən mərhum Ağabala Haqverdiyevin vəzifə maaşı 875,00 manat, qulluq stajna görə əlavəsi 262,50 manat, təminat xərci 218,75 manat və mükafatla müavinəti birlikdə 291,67 manat olmaqla, cəmi orta aylıq əmək haqqı 1647,92 manat müəyyən edildiyindən bununla əlaqədar olaraq xx xxxxxx 2007-ci il tarixdən Şərqiyyə Haqverdiyevaya ödənilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən mərhuma ödənilməli olan 1318,33 manat əmək pensiyasının 80 faizi, yəni 1054,67 manat məbləğində hesablandığı halda, bundan başqa Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli, 2-1(81)-4994/2017 nömrəli Qərarına əsasən xx xxxxxx 2013-cü il tarixdən mərhum Ağabala Haqverdiyevin sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 1750,00 manat, qulluq stajna görə əlavəsi 525,00 manat, təminat xərci 437,50 manat və mükafatla müavinəti birlikdə 583,33 manat olmaqla, cəmi orta aylıq əmək haqqı 3295,83 manat müəyyən edildiyindən, bununla əlaqədar olaraq Şərqiyyə Haqverdiyevaya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.3-cü maddəsinə uyğun olaraq 23 yaşına çatmamış əyani ali təhsil alan övladına görə ödənilən əmək pensiyası, bu Qanunun 20.13-cü maddəsinə əsasən mərhuma ödənilməli olan 2636,66 manat əmək pensiyasının 80 faizi, yəni 2109,33 manat məbləğində hesablandığı halda, habelə Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 37875 nömrəli Sərəncamına əsasən xx xxxx 2018-ci il tarixdən mərhum Ağabala Haqverdiyevin xidmət keçdiyi sonuncu vəzifə üzrə 3295,83 manat təşkil edən orta aylıq əmək haqqının 10 faiz artırılması ilə əlaqədar Şərqiyyə Haqverdiyevaya ödənilən əmək pensiyası yenidən hesablandığına görə xx xxxx 2018-ci il tarixədək olan 3295,83 manat orta aylıq əmək haqqı ilə artımdan sonrakı 3625,41 manat orta aylıq əmək haqqının arasındakı 329,58 manat fərq məbləğinin 80 faizi, yəni 122,86 manat hissəsi Şərqiyyə Haqverdiyevaya ödənilən 2 109,33 manat əmək pensiyasının üzərinə əlavə olunmaqla 2 232,19 manat təşkil etdiyi halda, Şərqiyyə Haqverdiyevanı aldadıb pensiyasını artıracağı barədə yalandan vəd edərək sonuncunun adına olan pensiya kartını 2013-cü ildə naməlum tarixdə ünvan 2 ünvanında yerləşən Dövlət X28 Nəsimi rayon şöbəsində Şərqiyyə Haqverdiyevadan alıb həmin karta 2013-cü ilin may ayında birdəfəlik yüklənmiş 11.787,60 manat məbləğində, eyni qayda ilə 2014-cü ilin iyul ayında isə xx xxxxxx 2013-ci ildən xx xxxxx 2014-cü il tarixədək dövlət qulluqçusuna hesablanan əmək haqqı fərqi nəzərə alınmaqla birdəfəlik yüklənmiş 20.861,9 manat pul vəsaitini qeyri-müəyyən şəraitdə, yerdə və tarixdə nağdlaşdıraraq şəxsi ehtiyaclarına xərcləməklə, daha sonra cinayətkar əməllərini davam etdirib vahid qəsdlə özgəyə məxsus külli midarda özgə əmlakını ələ keçirmək məqsədilə Şərqiyyə Haqverdiyevanın adına olan 4127******3202 saylı pensiya kartına xx xxxxxx 2014-cü il tarixdən xx xxxx 2016-cı il tarixədək dövlət qulluqçusuna hesablanan əmək haqqı fərqi nəzərə alınmaqla 2016-cı ilin iyul ayında birdəfəlik yüklənmiş 36.088,52 manat və istintaqla müəyyən edilməyən tarixdə yüklənmiş 900,48 manat pul vəsaitini sonuncuya pensiyasını artıracağını yalandan vəd verib qeyd edilən pensiya kartını işlədiyi ünvan 3 ünvanında yerləşən Dövlət X26 Nəsimi rayon şöbəsində ondan alaraq kartdan xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixədə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 2500 manat, xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 1992 manat olmaqla cəmi 22.492 manat Azərbaycan Respublikası Beynəlxalq Bankının ünvan 4 K ünvanında yerləşən 968 saylı, xx xxxx 2016-cı il tarixdə 2000 manat və xx xxxx 2016cı il tarixdə 1999 manat olmaqla cəmi 3999 manat həmin bankın ünvan 11-də yerləşən 259 saylı bankomatdan, xx xxxx 2016-cı il tarixdə 2000 manat, xx xxxx 2016-cı il tarixdə 2000 manat, olmaqla cəmi 4000 manat həmin bankın ünvan 5 ünvanında yerləşən 1787 saylı bankomatdan, xx xxxx 2016-cı il tarixdə 3500 manat və xx xxxxxx 2016-cı il tarixdə 1000 manat olmaqla cəmi 4500 manatını bankın ünvan 10-də yerləşən 457 saylı bankomatdan, xx xxxx 2016-cı il tarixdə 1998 manatını ünvan 6 ünvanda yerləşən 1692 saylı bankomatdan cəmi 36.989 manat pul vəsaitini çıxardaraq öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək şəxsi məqsədləri üçün istifadə etməklə, daha sonra eyni niyyətlə xx xxxxxxx 2017-ci il tarixli əmrlə Əmək və X21 Nazirliyi yanında Dövlət X28 Bakı şəhəri Nəsimi rayon şöbəsindən işdən azad edildiyi halda həmin şöbədə işləyən cinayətdən xəbərsiz olan tanışları vasitəsilə Şərqiyyə Haqverdiyevanın kartına yüklənəcək birdəfəlik məbləğləri nəzarətdə saxlamaqla 2018-ci ilin yanvar ayında sonuncunun yaşadığı ünvan 7 mənzil 15 ünvanına gedib özünü yenə də həmin vəzifədə işləyən şəxs kimi göstərərək ona pensiyasının artıracağını vəd edərək kartı ondan alıb həmin 4127******3202 saylı pensiya kartından xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Beynəlxalq Bankının Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 22-də yerləşən 457 saylı bankomatından 2000 manat, xx xxxxxx 2018-ci il tarixdə bankın ünvan 8 ünvanında yerləşən 1787 saylı bankomatından 499 manat, xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Beynəlxalq Bankının ünvan 9 K ünvanında yerləşən 968 saylı bankomatından 3500 manat, xx xxxxxx 2018-ci il tarixdə bankın Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 320 saylı bankomatından 500 manat olmaqla cəmi 6499 manat pul vəsaitini çıxardaraq ümumilikdə isə 2013-cü ilin may ayından 2018-ci ilin fevral ayınadək olan müddət ərzində özgəyə, yəni Şərqiyyə Haqverdiyevaya məxsus külli miqdarda 76.137,5 (yetmiş altı min yüz otuz yeddi manat əlli qəpik) manat pul vəsaitini vahid niyyətlə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmiş, daha sonra yenə vahid qəsdlə və cinayət əməlinin davamı olaraq xx xxxxxx 2018-ci il tarixdə Şərqiyyə Haqverdiyevanın adına 2024-cü ilin aprel ayınadək etibarlılıq müddəti olan 4127******3202 saylı karta birdəfəlik 7109,33 manat pul vəsaitinin yüklənəcəyini öyrəndikdən sonra həmin pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə 2018-ci ilin fevral ayında Şərqiyyə Haqverdiyevanın yaşadığı həmin ünvana gələrək ona təyin edilmiş pensiyanı artıracağını yalandan vəd edib adına olan pensiya kartının ona verilməli olduğunu bildirmiş, lakin Şərqiyyə Haqverdiyeva onun hərəkətlərindən şübhələndiyinə görə kartı ona verməkdən imtina etdiyinə görə cinayət törətməyə yönəlmiş əməlini özündən asılı olmayan səbəbdən tam başa çatdıra bilməyərək özgəyə məxsus 7109,33 manat pul vəsaitini ələ keçirməyə nail olmayaraq Şərqiyyə Haqverdiyevaya məxsus külli miqdar təşkil edən 83.246,83 manat pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və onun qeyd olunan cinayət əməlini törətməkdə təqsirliliyi araşdırılan mötəbər və təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bildi, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirdi və ifadə verməkdən imtina etdi. Odur ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı tədqiq olunan ifadələrindən görünür ki, o, ibtidai istintaq mərhələsində də Azərbaycan Respublikası CM-nin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə göstərmişdir ki, 2006-cı ildən 2007-ci ilin aprel ayınadək Dövlət X28 Yasamal rayon şöbəsində məsləhətçi vəzifəsində işləmiş, xx xxx 2008-ci il tarixdən DSMF-nun Nərimanov rayon şöbəsində məsləhətçi vəzifəsinə keçirilmiş, 2011-ci ilədək həmin vəzifədə işləmiş, 2011-ci ilin yanvar ayından DSMF-nin Abşeron rayon şöbəsində aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, 2013-cü ilin mart ayında DSMF-nin Nəsimi rayon şöbəsində baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. 2017-ci ilin iyul ayında həmin şöbədə Sosial yardım və Müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmiş və xx xxxxxxx 2017-ci ildə isə Nəsimi filialından işdən azad edilərək xx xxxxxxx 2017-ci il tarixdə Yasamal rayon şöbəsində məsləhətçi vəzifəsinə təyin edilmiş, xx xxxxxxxx 2018-ci ildə isə işdən azad edilmiş və həmin vaxtdan işsiz olmuşdur. X6 tanımışdır. Belə ki, Şərqiyyə Haqverdiyevaya DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən pensiya təyin edilmişdir. Belə ki, Şərqiyyənin əri Ağababa Haqverdiyev 2005-ci ildə pensiya çıxmış və pensiya təyin edildikdən bir il sonra, yəni 2006-cı ildə ölmüş və sonuncunun pensiyası ailə başçısını itirməsi ilə bağlı arvadı Şərqiyyə Haqverdiyevanın adına rəsmiləşdirilmişdir. 2013-cü ildə DSMF-nin Nəsimi rayon şöbəsində işləməsi ilə bağlı Şərqiyyənin pensiya işinə o, baxmışdır. Belə ki, Şərqiyyə 2013-cü ildə ona müraciət edərək pensiyasının artırılmasını xahiş etmişdir. Şərqiyyə Haqverdiyevanın ərizəsi əsasında adına olan pensiya işinə yenidən baxaraq Şərqiyyənin mərhum əri Ağababa Haqverdiyevin dövlət qulluğunda olan iş stajını və vəzifə maaşını mövcud nazirliklərdə aparat rəhbərinin vəzifəsi ilə eyniləşdirməklə pensiyasını yenidən hesablamış və bunun əsasında pensiya artırılmışdır. Yəni pensiyanın hesablama işini o, etmiş, həmin hesablama da komissiya üzvləri kimi sektor müdiri - (hazırda Nizami rayon şöbəsində sektor müdiri işləyən Teymur), şöbə müdiri (Vüqar Abdullayev hazırda Baş Gömrük X23 işləyir) və baş mühasib (Şahid7) tərəfindən təsdiq edilmişdir. Ondan sonra Bakı 1 saylı İnzibati İqtisad Məhkəməsinin qətnamələri əsasında mərhum Ağababa Haqverdiyevin işləmiş olduğu vəzifə hazırkı Naxçıvan Muxtar Respublikasının naziri vəzifəsi ilə eyniləşdirilməklə, mükafatları və ixtisas dərəcəsinə görə əlavələri nəzərə alınmaqla yenidən pensiya təyinatı aparılmışdır. Beləliklə də, Şərqiyyə Haqverdiyevanın pensiyası 2017-ci ildə 1481 manat olmuşdur. Hazırda da Şərqiyyə Haqverdiyeva təxminən 3000 manata yaxın pensiya alır. Təqsirləndirilən şəxs tədqiq edilən həmin ifadələrinin davamında daha sonra göstərmişdir ki, 2016-cı ildə Şərqiyyənin pensiya kartına 36.000 manat pul yüklənəndə Şərqiyyə Haqverdiyevaya pensiyanın artması üçün kartın bir neçə gün onda qalmalı olduğunu bildirmişdir. Şərqiyyə də kartı ona vermişdir. Həmin karta pul yükləndikdən sonra hissə-hissə 19.000 manat pul çıxartmışdır. Həmin məbləğləri də Bakı şəhəri, Binəqədi rayonu, 9 MKR ərazisində yerləşən bankomatdan çıxartmışdır. Qalan məbləğləri o, çıxartmamış və bundan məlumatı olmamışdır (iş vərəqə: cild İİ, səh. 249-256). Məhkəmə baxışı zamanı zərər çəkmiş X4 nümayəndəsi Nümayəndə məhkəmə baxışı zamanı dindirilərkən qeyd etdi ki, iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaqda ifadələr vermiş və həmin ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərər aradan qaldırıldığından zərər çəkmiş şəxs hələ ibtidai istintaq dövründə sonuncu ilə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi qalmamışdır. Hazırda da Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxsin barəsində həbslə bağlı olmayan cəza təyin etməsini məhkəmədən xahiş edirlər. Məhkəmə istintaqı zamanı qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş zərər çəkmiş şəxs X4 hazırkı məhkəmə baxışınadək icraat zamanı vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Zərərçəkmiş şəxs X9 tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, əri X10 2006-cı ildə vəfat etmişdir. Ağabala Haqverdiyev müxtəlif yüksək vəzifələrdə, o cümlədən Naxçıvan MR-da 1973-1974-cü illərdə Kənd Təsərrufatı naziri vəzifəsində işləmişdir. Ağabala 2005-ci ildə təqaüdə çıxmış, ona pensiya təyin edilmiş, 2006-cı ildə vəfat etdikdən sonra Ağabalaya təyin edilmiş pensiya ailə başçısını itirməsi ilə əlaqədar onun adına rəsmiləşdirilmişdir. 2007-ci ildən başlayaraq xatırladığı qədər 300 manat, sonradan isə daha artıq məbləğlərdə pensiya almışdır. Hazırda 3000 manat pensiya almışdır. 2013-cü ildə hazırda xatırlamadığı sənədi almaq üçün DSMF-nin Nəsimi rayon şöbəsinə getmiş, orada Ramiz adlı işçi ona bundan sonra pensiya ilə bağlı məsələlərlə məşğul olacağını, nə sözü olsa ona (Ramizə) deməsini bildirmişdir. Bir müddət sonra 2013-cü ildə ev telefonuna zəng gəlmiş və zəng edən şəxsin DSMF-nin Nəsimi rayon filialının işçisi Ramiz olduğunu öyrənmişdir. Söhbət zamanı Ramiz ona adına olan pensiyanı 400-5xx xxxxxxxx 1000 manata qədər artıra biləcəyini, buna görə pensiya kartını ona (Ramizə) verməli olduğunu demişdir. Razılaşıb DSMF-nin Nəsimi rayon şöbəsində pensiya kartını Ramizə vermişdir. Kart Ramizdə 4-5 gün qaldıqdan sonra sonuncudan kartı tələb etmiş, iş yerinə gedib kartı Ramizdən almışdır. Kartı Ramizdən aldıqdan sonra 2013-cü ilin sonunadək 500-700 manat arası pensiya almışdır. Təxminən 2014-cü ildən aylıq təxminən 1000 manat pensiya almışdır. Bir müddətdən sonra yenidən 2014-cü ildə Ramiz ona zəng vurub adına olan pensiyanı artırmağa imkan olduğunu bildirmiş, kartı verməsini bildirmişdir. Razılaşıb ikinci dəfə yenidən DSMF-nin Nəsimi rayon şöbəsinə getmiş, kartı Ramizə vermişdir. Bir müddət kart Ramizdə qaldıqdan sonra Ramiz ona zəng edib kartı götürməsini demişdir. Yaşlı adam olduğundan Ramizdən kartı gətirib evdə ona verməsini xahiş etmişdir. 2014-cü ilin hazırda xatırlamadığı ayında Ramiz adına olan pensiya kartını yaşadığı Binəqədi rayonu, Gülüstan küçəsində yerləşən evinə gətirib, ona vermişdir. İkinci dəfə Ramiz kartı ona verəndə 2000 manat pensiya alacağını bildirmişdir. Ondan sonra bir müddət 2015-ci ildə 1000 manat, daha sonra 2016-cı ildə 1500 manat, 2017-2018-ci illərdə isə artaraq 2000 manat olmuşdur. Üçüncü dəfə 2018-ci ilin yanvar ayında Ramiz pensiyanın artırılması ilə bağlı kartı ondan almış, kart bir müddət Ramizdə qalmış, sonra həmin ilin fevral ayında kartı geri qaytarmışdır. Kart ona 2018-ci ilin səhv etmirsə fevral ayının sonunda qaytarılanda kartda 7000 manat pul olmuşdur. Ramiz 2018-ci ilin fevral ayında yenə evinə gəlib həmin karta yüklənmiş 70xx xxxxxxxx 5000 manatının pensiyanı artırdığına görə ona çatmalı olduğunu bildirmiş, lakin Ramizə nə pul, nə də kartı verməmişdir. Həmin 7000 manatı və sonradan aylar üzrə verilən pensiyanı özü kartdan çıxartmışdır. 3-cü dəfə Ramiz ondan kartı almağa evinə gələndə Ramizin yanında DSMF-nin Nəsimi filialının Səddam adlı işçisi də gəlmişdir. Belə ki, Səddamı əvvəllər DSMF-nin Nəsimi filialında görmüşdür. Zərər çəkmiş şəxs X9 tədqiq edilən həmin ifadələrinin davamında daha sonra göstərmişdir ki, hər dəfə kart Ramizdə qalanda sonuncunun kartdan pul çıxardıb çıxartmadığını dəqiq bilməmişdir. 2019-cu ilin may ayında sonuncu dəfə Ramiz və Səddam yenidən yaşadığı evə gəlib pensiyanı artıracaqlarını bildirdikdə və kartı haçan desələr onda verməsini deyəndən sonra 2019-cu ilin may ayının sonunda DSMF-nin Nəsimi rayon şöbəsinə gedəndə Səddam və Ramizin bir müddətdir işdən çıxarıldığını öyrənmiş və aldadıldığını bilib Təqsirləndirilən şəxs şikayət etmişdir. Zərər çəkmiş şəxs X9 tədqiq edilən həmin ifadələrinin davamında daha sonra göstərmişdir ki, istifadəsində olan kartdan pul vəsaitlərin çıxarılmasına dair fotogörüntülər təqdim edilən zaman fotogörüntülərdə 34 nömrəli, 57, 102, 131, 259 nömrəli, 910, 935, 1717, 1841 nömrəli bankomatlardan müxtəlif vaxtlarda pul vəsaitlərinin çıxrılmasına dair fotoşəkillərdəki şəxs özü olmuş və bir sıra halda yanında oğlu Kənan Haqverdiyev olmuş, 259 nömrəli bankomatdan xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə, 968 nömrəli bankomatdan xx.xx.2018-ci il tarixdə, 1692 nömrəli bankomatdan xx.xx.2016-cı il tarixdə, 1787 nömrəli bankomatdan xx.xx.2016 və xx.xx.2016-cı il tarixlərdə pul vəsaitlərini çıxaran şəxs DSMF-nin Nəsimi rayon filialın əməkdaşı olmuş Təqsirləndirilən şəxs olmuşdur. Zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs qızı tədqiq edilən həmin ifadələrinin davamında daha sonra göstərmişdir ki, adına olan bankomat kartına 2013-cü ilin may ayında köçürülmüş 11.787 manat, 2014-cü ilin iyul ayında köçürülmüş 20.861,90 manat, 2016-ci ilin iyul ayında köçürülmüş 36.088,52 manat, 2018-ci ilin yanvar ayında köçürülmüş 7.109 manat birdəfəlik pul vəsaitləri Təqsirləndirilən şəxs tərəfindən çıxarılmış və bu barədə sonradan bank hesabından çıxarış etdikdən sonra öyrənmişdir. DSMF-nin Nəsimi rayon şöbəsinin əməkdaşı olmuş Şahid3 heç vaxt ondan kartı almamış və ya pensiya artımı ilə bağlı ondan hər hansı məbləğdə pul istəməmişdir (iş vərəqə: cild İİ, səh. 28-32). Məhkəmə baxışı zamanı tədqiq olunan, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs qızı arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, zərər çəkmiş Şərqiyyə Haqverdiyeva məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da ifadə etmişdir (iş vərəqə: cild İİ, səh. 52-55). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, 1997-ci ildə Əmək və X21 Nazirliyinin Yasamal rayon şöbəsində məsləhətçi kimi işə başlamış, 1997-2008-ci illərdə Əmək və X21 Nazirliyinin Yasamal rayon şöbəsində məsləhətçi, 2009-2010-cu illərdə ƏƏSMN-nin Səbail rayon şöbəsində məsləhətçi, 2010-2011-ci illərdə Nərimanov rayon şöbəsində məsləhətçi, 2011-ci ilin fevral ayında Xəzər rayon şöbəsinə pensiya təyinatı sektorunun müdiri vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 2013-cü ilədək işləmişdir. 2014-cü ildə ƏƏSMN-nin Nəsimi rayon şöbəsinə pensiya təyinatı sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. Sektor müdiri kimi vəzifəsi vətəndaşların qəbulu, pensiya təyinatı zamanı pensiya işlərinin yoxlanması, pensiyaların yenidən və düzgün hesablanmasını yoxlamaqdan ibarət olmuşdur. Şahid2 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs DSMF-nin Nəsimi rayon şöbəsində işlədiyi müddətdə pensiya təyinatı sektorunun baş məsləhətçisi kimi tanımış, sonuncu ilə münasibətləri normal olmuşdur. Şahid2 ifadəsinin davamında daha sonra göstərdi ki, X4 pensiyasının miqdarının dəyişdirilməsi haqqında xx xxxxxx 2017-ci il tarixli, xx xxxx 2018-ci il tarixli, xx xxxxxx 2013-cü il tarixli və tarixsiz sərəncamlarda, 2013-cü ildən ömürlük 1020 manat və 1098 manat pensiya təyin edilməsi barədə olan sərəncamlarda “əlavələrlə birlikdə” və “dəyişiklik edildi” qrafalarındakı imzalar ona məxsus olmuş, lakin Təqsirləndirilən şəxs Şərqiyyə Haqverdiyevanın pensiyasını artıracağını vəd edərək kartı sonuncudan alıb həmin kartdan pul vəsaitlərini çıxartmasından məlumatı olmamışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid7 ifadəsində göstərdi ki, 2003-cü ildən Dövlət X28 Sabail rayon şöbəsində mühasib kimi fəaliyyətə başlamış, 2011-ci ilin yanvar ayından 2020-ci ilin may ayının 1-dək Əmək və X21 Nazirliyi yanında DSMF-nin Nəsimi rayon şöbəsində mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmişdir. Mühasibat uçotu sektorunun müdiri kimi vəzifəsi ödənişlərin təşkili, işin mühasiblər arasında bölüşdürülməsi, vəsaitin bank hesablarına köçürülməsini təmin etmək, müvafiq sənədlərin dövlət xəzinədarlığı idarəsinə göndərilməsini təmin etmək və hesabatların hazırlanmasından ibarət olmuşdur. Şahid7 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs DSMF-nin Nəsimi rayon şöbəsinin baş məsləhətçisi kimi tanımış, münasibətləri normal olmuşdur. X4 pensiyasının miqdarının dəyişdirilməsi haqqında xx xxxx 2018-ci il tarixli, xx xxxxxx 2013cü il tarixli və tarixsiz sərəncamlarda baş mühasib qrafasına onun tərəfindən imza edilmişdir. Dövlət X28 Nəsimi rayon şöbəsi tərəfindən X8 xx xxxxxxxx 2005-ci il tarixdə dövlət qulluqçusu kimi ömürlük pensiya təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan və Qanunun 14.1.1.1-ci maddəsinə uyğun olaraq 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həmçinin qeyd edilən Qanunun 20.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət qulluqçusu kimi əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə üzvlərinə qulluq stajına görə əlavələr hesablanır. X12 xx xxxxxx 2006-ci il tarixdə vəfat etdiyinə görə, Nəsimi rayon şöbəsi tərəfindən mərhum Ağabala Haqverdiyevin övladı xx xxxx 1998-ci il təvəllüdlü Kənan Haqverdiyevə x xxxx 2006-cı il tarixdə 261,36 manat ailə başçısını itirməyə görə pensiya təyin edilmiş, həmin pensiya mərhumun arvadı Zərərçəkmiş şəxs ödənilmişdir. Qeyd edilən məbləğlər sərəncamlara əsasən əmək haqqı fərqi nəzərə alınmaqla karta vurulmuşdur. Şahid7 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs Şərqiyyə Haqverdiyevaya məxsus pensiya kartından pul çıxartmasından məlumatı olmamış, pensiya təyinatı və ya pensiyanın məbləğində dəyişiklik pensiya təyinatı sektorunun məsləhətçisi və sektor müdiri tərəfindən hesablanmış, mühasib isə yalnız həmin məbləği, yəni hesablanmış məbləği hesaba köçürmüşdür. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, 2013-cü ildən Dövlət X28 Suraxanı rayon şöbəsində iqtisadçı vəzifəsində, 2008-ci ildən Fondun Binəqədi rayon şöbəsində pensiya sektorunda məsləhətçi, 2013-cü ilin fevral ayından həmin ilin dekabr ayınadək Fondun Nəsimi rayon şöbəsində pensiya təyinatı sektorunun müdiri vəzifəsində işləmiş, sektor müdiri kimi vəzifəsi vətəndaşların qəbulu, pensiya təyinatı zamanı pensiya işlərinin yoxlanması, pensiyaların yenidən və düzgün hesablanmasını yoxlamaqdan ibarət olmuşdur. Şahid5 ifadəsində daha sonra göstərdi ki, Təqsirləndirilən şəxs DSMF-nin Nəsimi rayon şöbəsində pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsində işləmişdir. Sonuncu ilə münasibətləri normal olmuşdur. X4 pensiyasının miqdarının dəyişdirilməsi haqqında xx xxxxxx 2013-cü il tarixli sərəncamda sektor müdiri qrafasına o, imza etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin dövlət qulluqçularının vəzifə maaşlarının artırılması barədə müvafiq sərəncamına əsasən Şərqiyyə Haqverdiyevanın pensiyasının artması üçün xx xxxxxx 2013-cü il tarixli sərəncam imzalamışdır. Həmin sərəncamla Şərqiyyə Haqverdiyevanın pensiyasının məbləği xx xxxxxx 2013-cü il tarixdən 576 manatdan 727 manata çatdırılmışdır. Şahid5 ifadəsinin yekununda göstərdi ki, Təqsirləndirilən şəxs Şərqiyyə Haqverdiyevanın adına olan pensiya kartını pensiyanı artıracağını vəd edərək sonuncudan almasından və 2013-cü ilin may ayında karta yüklənmiş 11.787 manat pul vəsaitini kartdan çıxartmasından məlumatı olmamışdır. Bundan başqa, məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, 2016-cı ilin oktyabr ayından ƏƏSMN yanında Dövlət X28 Nəsimi rayon şöbəsində pensiya sektorunda baş məsləhətçi vəzifəsində işləmiş, xx xxxxxx 2019cu il tarixdə isə işdən azad edilmişdir. Pensiya sektorunun məsləhətçisi kimi vəzifəsi pensiya təyinatının aparılması, pensiyanın hesablanması, işlərin inventarlaşdırılması və sair bu kimi işlərdən ibarət olmuşdur. Şahid3 ifadəsinin davamında göstərdi ki, DSMF-nin Nəsimi rayon şöbəsi tərəfindən pensiya təyin edilmiş X6 tanımışdır. Şərqiyyə Haqverdiyevanın əri Ağababa Haqverdiyev 2005-ci ildə pensiyaya çıxmış və pensiya təyin edildikdən bir il sonra, yəni 2006-cı ildə ölmüş və pensiyası ailə başçısını itirməsi ilə bağlı arvadı Şərqiyyə Haqverdiyevanın adına rəsmiləşdirilmişdir. Şərqiyyə Haqverdiyevanın pensiyasının məbləği 2013-2016-cı illərdə DSMF-nin Nəsimi rayon şöbəsinin pensiya sektorunun məsləhətçisi vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs tərəfindən bir neçə dəfə artırılmış, o isə 2016-cı ilin oktyabr ayında Təqsirləndirilən şəxs yerinə təyin edildikdən sonra bir neçə dəfə Şərqiyyə Haqverdiyevanın pensiyasının müddətini sonuncunun oğlu Kənanın təhsil alması ilə bağlı uzatmışdır. Belə ki, Şərqiyyə Haqverdiyeva həm ailə başçısını itirməyə görə, həm də özü yaşa görə pensiya almışdır. İşlədiyi dövrdə şöbə müdiri Əsgər Əsgərov, pensiya təyinatı sektorunun müdiri İlqar Yaqubov, baş mühasib Şahid7 olmuşdur. Şahid3 ifadəsinin davamında daha sonra göstərdi ki, Şərqiyyə Haqverdiyevanın pensiyasının artırılması ilə bağlı hesablama aparmamış, heç bir sərəncama imza etməmiş və Təqsirləndirilən şəxs tərəfindən Şərqiyyə Haqverdiyevaya məxsus pensiya kartından pul çıxarılmasından məlumatı olmamışdır. Eləcə də pensiya artırmaq məqsədilə Şərqiyyə Haqverdiyevanın evinə getməmişdir. 2019-cu ildə Ramizin Binəqədi rayonu, Kənd Binəqədi adlanan ərazidə qohumunun evinə getmiş, belə ki, Ramizlə yol yoldaşı kimi getmiş və qayıdanda yolda Şərqiyyə Haqverdiyevanı görüb, Ramiz avtomobili saxlamışdır. Ramizlə Şərqiyyə arasında nəsə gizli söhbət olduğunu görüb, avtomobildən düşmüş və onlar bir neçə dəqiqə öz aralarında söhbət etmişlər, lakin nə söhbət etdiklərini bilməmiş və sonradan da maraqlanmamışdır. Şahid3 ifadəsinin davamında göstərdi ki, 2019-cu ilin may ayında, yəni Təqsirləndirilən şəxs ƏƏSMN yanında DSMF-nin Nəsimi rayon şöbəsində vəzifədən azad edildiyi halda ona mesaj yazaraq Şərqiyyə Haqverdiyevanın pensiya işi ilə bağlı məlumatlar almış, Təqsirləndirilən şəxs ondan pensiyaçı Şərqiyyə Haqverdiyevanın kartına vurulacaq pensiyanın məbləği barədə soruşmuşdur. O da kompüterə baxıb, Şərqiyyənin kartına 77.000 manat pul yüklənəcəyini Ramizə məlumat vermişdir. Ramizə keçmiş iş yoldaşı olduğuna görə bu barədə məlumatlar vermiş, lakin Ramizlə Şərqiyyə arasında olan hər hansı sövdələşmədən məlumatı olmamışdır. Daha sonraməhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, 2002-ci ildə DSMF-nin Nəsimi rayon şöbəsinə kompüterçi kimi işə qəbul edilmiş, 2004-cü ildə mühasibatlıq sektorunun məsləhətçi vəzifəsinə keçirilmişdir. Faktiki olaraq həmin vəzifəyə keçirilsə də, yenə kompüterdə məktubların yazılması, şöbəyə daxil olmuş sorğuların cavablandırılması ilə məşğul olmuşdur. Bundan başqa pensiyaçıların adına banklara kart sifarişlərini yazıb göndərmişdir. “***-***-**-**” saylı mobil nömrə 2001-ci ildən onun özünün istifadəsində olmuşdur. Şahid6 ifadəsinin davamında göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımış, sonuncu DSMF-nin Nəsimi rayon şöbəsində pensiya təyinatı sektorunda məsləhətçi işləmiş, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs 2017-ci ildə DSMF-nin Nəsimi rayon şöbəsindən işdən çıxdıqdan sonra ondan bir neçə pensiyaçısının kartına yüklənən məbləğlərlə bağlı maraqlanmışdır. Ramizlə münasibəti olan bir şəxs kimi bu barədə məlumat vermişdir. İşlədiyi kompüter sistemində pensiyaçılar haqqında məlumatlar, yəni mühasibatlıq tərəfindən onların adlarına olan kartlara vurulacaq və ya vurulmuş məbləğlər əks olunduğundan həmin məlumatlara baxıb Ramizə məlumat vermişdir. Ramizin həmin məlumatları nə məqsədlə soruşduğunu isə bilməmişdir. Məhkəmə istintaqı zamanı qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə baxışı zamanı iştirak etməmiş şahidlər Şahid1 və Şahid4 hazırkı məhkəmə baxışınadək icraat zamanı vermiş olduqları ifadələri elan edilməklə tədqiq olundu. Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, əmisi X10 2006-cı ildə vəfat etmişdir. Ağabala Haqverdiyev müxtəlif yüksək vəzifələrdə, o cümlədən 1973-1974cü illərdə Naxçıvan MR-də X29 vəzifəsində işləmişdir. Ağabala 2005-ci ildə təqaüdə çıxmış, ona pensiya təyin edilmiş, 2006-cı ildə vəfat etdikdən sonra isə sonuncuya təyin edilmiş pensiya arvadı Şərqiyyə Haqverdiyevanın adına rəsmiləşdirilmişdir. 2019-cu ilin iyun ayında Şərqiyyə Haqverdiyeva ona DSMF-nin Nəsimi rayon şöbəsinin Ramiz adlı işçisi tərəfindən aldadılaraq pensiya kartından 70.000 manata yaxın pul vəsaitinin çıxarıldığını bildirmişdir. Belə ki, Şərqiyyə Haqverdiyeva ona Ramizin pensiyanı artırmaq adı ilə bir neçə dəfə kartı ondan aldığını və həmin müddətdə ondan xəbərsiz kartdan pul çıxartdığını demiş, hətta 2019-cu ilin may ayında yenidən kartı almaq üçün onun yaşadığı evə gəldiyini bildirmişdir. Bununla bağlı xx xxxx 2019-cu il tarixdə, o, Ramizin istifadəsində olan “***-***-**-**” nömrəyə özünün istifadəsində olan “***-***-**-**” nömrədən zəng edib Şərqiyyə Haqverdiyevanın pensiya işi ilə bağlı görüşmək istədiyini bildirmiş, Ramiz də razılıq vermişdir. xx xxxx 2019-cu il tarixdə Ramizlə dostu Nicatın iştirakı ilə Bakı şəhərində, Nəsimi rayonu ərazisində yerləşən “Zorge” parkında görüşmüşdür. Görüş zamanı X14 adına olan pensiya kartından çıxarış edən zaman təxminən 70-80 min manat məbləğində pulun onun (Ramizin) tərəfindən çıxarıldığını müəyyən etdiklərini demişdir. Belə ki, bank sənədlərinə əsasən həmin məbləğlərin onun tanımadığı bankomatlardan çıxarıldığını və kartın da müəyyən müddətlərdə Ramizdə olduğunu demişdir. Ramiz də Şərqiyyə Haqverdiyevanın kartından pul çıxartdığını etiraf edib, kartdan təxminən 70-80 min pul çıxartdığını etiraf etmişdir. Həmin vaxt Ramizlə aralarında olan söhbəti Nicat telefon vasitəsilə qeydə almış və həmin səs yazısını araşdırmaya təqdim etmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxslə aralarında olan şöhbət zamanı onun “mən deyirəm Vahidin də, hamının da çörəyi çıxıb da“ ifadəsində Vahid adlı şəxsin kim olduğunu bilməmiş, həmçinin Təqsirləndirilən şəxs Şərqiyyə Haqverdiyevaya məxsus kartdan çıxartdığı pulu kiminləsə bölüb-bölməməsi barədə məlumatı olmamışdır. Şahid qismində dindirilmiş Şahid4 şahid ifadəsi məhkəmə baxışı zamanı elan edilməkdə tədqiq olunarkən müəyyən edildi ki, Şahid4 məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir (iş vərəqə: cild İİ, səh. 36-38). Məhkəmə baxışı zamanı adı məhkəməyə dəvət olunmalı şahidlər siyahısına əlavə edilməmiş, lakin məhkəməyədək icraat zamanı şahid qismində dindirilməklə iş üzrə ittiham aktında ifadələrinə qiymət verilmiş şahid X16 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, şahid Müsənnif Əsgərov tədqiq edilən həmin ifadəsində göstərmişdir ki, 2013-cü ilədək müxtəlif vəzifələrdə işləmiş, 2013-cü ildən isə Dövlət X32 işə qəbul edilmişdir. Belə ki, 2013-cü ildə bir neçə ay DSMF-nin Arxiv idarəsində işləmiş, 2014-cü ilin fevral ayından isə DSMF-nin Nəsimi rayon şöbəsində əvvəlcə müavin, 2014-cü ilin sonlarından 2018-ci ilin iyul ayına qədər DSMF-nin Nəsimi rayon şöbəsinin müdiri vəzifəsində işləmişdir. DSMF-nin Nəsimi rayon şöbəsində müdir işlədiyi dövrdə Təqsirləndirilən şəxs həmin şöbədə pensiya təyinatı sektorunun baş məsləhətçisi vəzifəsində işləmişdir. Şahid Müsənnif Əsgərov tədqiq edilən həmin ifadəsinin davamında göstərmişdir ki, Şərqiyyə Haqverdiyevanın adına olan pensiya kartına 2013-cü ilin may ayında 11.787 manat, 2014-cü ilin iyul ayında 20.861 manat, 2016-ci ilin iyul ayında 36.088 manat, 2018ci ilin yanvar ayında 7.109 manat, 2018-ci ilin fevral ayında 7109 manat birdəfəlik pul vəsaiti məhkəmə qərarına əsasən Şərqiyyə Haqverdiyevaya birdəfəlik pensiya ödənilib verilmişdir. Belə ki, sonuncunun mərhum əri Naxçıvan MR-da X29 vəzifəsində işlədiyinə görə məhkəmə tərəfindən bununla bağlı müəyyən halların nəzərə alınaraq pensiyanın yenidən hesablanması barədə qərar qəbul edilmiş və bunun əsasında Şərqiyyə Haqverdiyevaya birdəfəlik vəsait hesablanaraq köçürülmüşdür. Şahid Müsənnif Əsgərov tədqiq edilən həmin ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs Şərqiyyə Haqverdiyevanın adına olan pensiya kartını pensiyanı artıracağını vəd edərək sonuncudan alaraq 2016-ci ilin iyul ayında yüklənmiş 36.088 manat pul vəsaitini kartdan ayrı ayrı vaxtlarda çıxartmasından məlumatı olmamış və bununla bağlı işlədiyi dövrdə şöbəyə hər hansı bir şikayət daxil olmamışdır (iş vərəqə: cild İİ, səh. 63-65). Məhkəmə baxışı zamanı tədqiq olunan, xx xxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Dövlət X28 Nəsimi rayon şöbəsi tərəfindən X8 xx xxxxxxxx 2005-ci il tarixdə dövlət qulluqçusu kimi ömürlük pensiya təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan və Qanunun 14.1.1.1-ci maddəsinə uyğun olaraq 18 yaşına çatmamış övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vardır. Həmçinin qeyd edilən Qanunun 20.1.8-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət qulqçusu kimi əmək pensiyasına əlavələri almaq hüquqi olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə üzvlərinə quluq stajına görə əlavələr hesablanır. X12 xx xxxxxx 2006-ci il tarixdə vəfat etdiyinə görə, Nəsimi rayon şöbəsi tərəfindən mərhum Ağabala Haqverdiyevin övladı xx xxxx 1998-ci il təvəllüdlü Kənan Haqverdiyevə x xxxx 2006-cı il tarixdə 261,36 manat ailə başçısını itirməyə görə pensiya təyin edilmiş həmin pensiya mərhumun arvadı Zərərçəkmiş şəxs ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2013-cü il tarixli 135 nömrəli Sərəncamına əsasən xx xxxxxx 2013-cü il tarixdən mərhum Ağabala Haqverdiyevin sonuncu xidmət üzrə vəzifə maaşı 1160,00 manat, quluq stajına görə əlavəsi 348,00 manat, təminat xərci 290,00 manat, mükafat, müavinətlə birlikdə - 386,67 manat və ixtisas dərəcəsinə görə 130,00 manat olmaqla, cəmi orta aylıq əmək haqqı 2314,67 manat təşkil etmişdir. Bununla əlaqədar Şərqiyyə Haqverdiyevaya 18 yaşına çatmamış övladına görə ödənilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən mərhuma hesablanmalı olan əmək pensiyasının (1851,73 manat) 80 faizi - 1481,39 manat məbləğində müəyyən edilmişdir. Tədqiq olunan mütəxəssis rəyindən daha sonra görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2- 1(81)-3603/2016 nömrəli Qərarına əsasən 18 yaşına çatmamış övladına görə Şərqiyyə Haqverdiyevaya ödənilən pensiya yenidən hesablanmışdır. Nəticədə xx xxxxxx 2007-ci il tarixdən mərhum Ağabala Haqverdiyevin vəzifə maaşı 875,00 manat, qulluq stajna görə əlavəsi 262,50 manat, təminat xərci 218,75 manat və mükafatla müavinəti birlikdə 291,67 manat olmaqla, cəmi orta aylıq əmək haqqı 1647,92 manat müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx xxxxxx 2007-ci il tarixdən Şərqiyyə Haqverdiyevaya ödənilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.13-cü maddəsinə əsasən mərhuma ödənilməli olan əmək pensiyasının (1318,33 manat) 80 faizi - 1054,67 manat məbləğində hesablanmışdır. Bundan başqa, tədqiq olunan mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli 2- 1(81)-4994/2017 nömrəli Qərarına əsasən xx xxxxxx 2013-cü il tarixdən mərhum Ağabala Haqverdiyevin sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 1750,00 manat, qulluq stajna görə əlavəsi 525,00 manat, təminat xərci 437,50 manat və mükafatla müavinəti birlikdə 583,33 manat olmaqla, cəmi orta aylıq əmək haqqı 3295,83 manat müəyyən edilmişdir. Bununla əlaqədar olaraq Şərqiyyə Haqverdiyevaya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.3-cü maddəsinə uyğun olaraq 23 yaşına çatmamış əyani ali təhsil alan övladına görə ödənilən əmək pensiyası, bu Qanunun 20.13-cü maddəsinə əsasən mərhuma ödənilməli olan əmək pensiyasının (2636,66 manat) 80 faizi - 2109,33 manat məbləğində hesablanmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli 37875 nömrəli Sərəncamına əsasən xx xxxx 2018-ci il tarixdən mərhum Ağabala Haqverdiyevin xidmət keçdiyi sonuncu vəzifə üzrə orta aylıq əmək haqqının (3 295,83 manat) 10 faiz artırılması ilə əlaqədar Şərqiyyə Haqverdiyevaya ödənilən əmək pensiyası yenidən hesablanmışdır. Nəticədə xx xxxx 2018-ci il tarixinədək olan orta aylıq əmək haqqı (3 295,83 manat) ilə artımdan sonrakı orta aylıq əmək haqqının (3625,41 manat) arasındakı fərq məbləğinin (329,58 manat) 80 faizi-122,86 manat Şərqiyyə Haqverdiyevaya ödənilən əmək pensiyasının (2 109,33 manat) üzərinə əlavə olunmaqla 2 232,19 manat təşkil etmişdir. Tədqiq olunan mütəxəssis rəyindən daha sonra görünür ki, Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X28 X30 İdarəsinin Azərbaycan Respublikası Prokurorluğu, Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna unvanladığı xx xxxxxx 2019-cu il tarixli **********7 saylı məktubunda Şərqiyyə Haqverdiyevaya ödənilən əmək pensiyası “Əmək Pensiyası haqqında” Azərbaycan Respublikası qanun 20.13-cü maddəsinə əsasən mərhuma ödənilməli olan əmək pensiyasının xx xxxxxx 2007-ci il tarixdən (1318,33 manat) 80 faizi - 1054,67 manat, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.3-cü maddəsinə uyğun olaraq 23 yaşına çatmamış əyani ali təhsil alan övladına görə ödənilən əmək pensiyası, bu Qanunun 20.13cü maddəsinə əsasən mərhuma ödənilməli olan əmək pensiyasının xx xxxxxx 2013-cü il tarixdən (2636,66 manat) 80 faizi - 2109,33 manat və xx xxxx 2018-ci il tarixinədək olan orta aylıq əmək haqqı (3295,83 manat) ilə artımdan sonrakı orta aylıq əmək haqqının (3625,41 manat) arasındakı fərq məbləğinin (329,58 manat) 80 faizi - 122,86 manat Şərqiyyə Haqverdiyevaya ödənilən əmək pensiyasının (2109,33 manat) üzərinə əlavə olunmaqla 2232,19 manat məbləğində hesablandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X28 Nəsimi rayon şöbəsi tərəfindən X7 yenidən hesablanmış əmək pensiyasının məbləği 230035, 17 manat, ödənilmiş pensiya məbləği isə 230035,17 manat, xx.xx.2019-cu il tarixə ödənilməmiş əmək pensiyası üzrə borc məbləği 20496,68 manat təşkil edir. Ən nəhayət, tədqiq olunan mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmək və X21 Nazirliyi yanında Dövlət X28 Nəsimi rayon şöbəsi tərəfindən X7 yenidən hesablanmış əmək pensiyasının məbləği Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-3603/2016 nömrəli və Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2017-cı il tarixli, 2-1(81)-4994/2017 nömrəli Qərarına əsasən hesablanmışdır (iş vərəqə: cild İİ, səh. 03-12). Məhkəmə baxışı zamanı tədqiq olunan, məhkəmə-fonoskopik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27511 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “HP” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur və təqdim edilmiş 01 ədəd “CD” diskdə mübahisəli fonoqramdakı danışığın yazılı mətni əldə olunmuş və həmin mətn aşağıdakı kimidir:. K1 – Nə bilim e, sayı-hesabı yoxdur ki, mən ona kömək eləmişəm K2 – Kömək deyəndə pensiyanı qaldırmısan, pul qazanmısan da K1 – Ay sağol, kömək eləmişəm də, olar da///Mən nə deyirəm ki, mən deyirəm Vahidin də, hamının da çörəyi çıxıb da K2 – İndi qulağ as da, başa düşdüm də. İndi nə qədər/// Başa düşdüm. İndi qazanmalısan da K3 – 50 000 yox ki, da/// K1 – Tanrıverdi, qardaş K3 – Xudaverdi K1 – Üzr istiyirəm, Xudaverdi, 50 000 deyəndə mən onu qabaqcadan hamısını almamışam e/// K2 – Nə qədər pul almısan sən? K3 – Opşi nə qədər almısan? K1 – Quran haqqı yadımda döyül, Allaha and olsun K2 – Yadında... K1 – Ona? K2 – Hə K1 – Papa canı yox, Quran haqqı, ayıb olar ki. Mən heç vaxt elə iş görmürəm. Mən görürsən, necə rahat danışıram K2 – Nə vaxt götürmüsüz 30 000-i? K1 – Neynədim? K2 – Nə vaxt götürdüz 30 000-i? K1 – 14-ü söhbətiydi, 14-15 K2 – 14-ü?/// K1 – Hə, 14-15-ci il idi K3 – (telefonla danışır) Şərqiyə xala, Ramiz yanımdadı, eşidirsən məni? Bu sənə demişdi ki/// Aydındı, yaxşı, yaxşı, yaxşı Şərqiyyə xala, yaxşı/// K1 – Bir dənə üzr istiyirəm, mən Şərqiyyə xalaya anam, deyirəm öpüşdüyüm görüşdüyüm adamdı K2 – Bildim e, əvəzindən deyirəm nətər eləmisiz? K1 – Necə yəni nətər eləmişəm?/// K2 – Olmuya-olmuya K1 – Pulu çıxartmışam da. Deyir sənə inanıram, kartı verib da. O bilir ki, bu/// K3 – Getmisən pulu çıxarmısan, maa da deyir ki, mənim deyir xəbərim yoxdur K1 – Deyim necə olub? Xudaverdi, mən saa deyim da qardaş, nətər olub da. Burda nə var. Qulağ as da məə K3 – Ramiz, bax qulaq as, qulaq as/// K1 – Yaxşı K3 – Biz işi dəriyə-yoxuşa sürməy istəmiriy K1 – Hə, de K3 – Sən indi bizi tanımırsan K1 – Hə K3 – İnşallah tanıyarsan K1 – Hə lap yaxşı, Allah sizi var eləsin, qarşılıqlı olar K3 – Mənim sənə təklifim budur ki, qardaş, o götürdüyün pulu qaytarasan K1 – Mümkün deyil. Mən onu korrupsiyaya verərəm, ora vermərəm. Onun hamısı mənə çatmıyıb axı K3 – Yaxşı da, qadan alım. Onda/// K2 - ... çatmıyıb? Ora da vermisən pensionnıya? K1 – Əlbəttə ki, qardaş deyir. Mən ona olmazın işini görmüşəm K2 – İndi mən onu çıxartdırıram 2007-də kart gedib/// K1 – 2009-dan alır da o pulu. O il yadımda döyül axı. O deyir mən hamısına demişəm ki K2 – 30-dan başqa K3 – 2-3 il bunnan qabaq K1 – Tutaq ki, 14-15 olar e K2 – 14-15? K1 – Həə K2 – Gələnnən bir iki, Nəsimiyə gələnnən bir iki il sonra da K1 – Ay yaşa K2 – Nəsimiyə gələnnən bir il sora sən əməliyyat qurmusan. Köhnə illəri kart bunun adına keç/// K1 – Əməliyyat qurmusan deyəndə K2 – Əməliyyat deyəndə yanı işi görmüsən da K1 – Ay sağ ol K2 – Əməliyyatı sən eləmisən da K1 – Hə, prablem yoxdu. Axı mən götürməmişəm K2 – Kart sizdə olub da bir müddət K1 – A o dövrdə olub e, axırıncı, axırıncı K2 – Nə qədər müddət olubdu? K1 – Müddəti bilmirəm axı mən, qardaşım K2 – Bir üç il sizdə qalıb? Nə qədər qalıb, bilmirsən? K1 – Papa canı, yox. Bir ay qalıb demişəm ki, şey Şərqiyyə xala, səə axırda iki olacax K2 – Qalıb eləmisən sora qaytarmısan? K1 – Hə, papa canı, səə iki olacax, min olacax. İndi deməynən döyül ki///Yo, axırıncı üst-üstə 40 zad olar da. Bəlkə çox olar, çox olar, düzdü K2 – Bəlkə də 70-80 min olar K1 – Hə, olar, olar. İndi sən sən qulağ asmırsan axı K2 – Bəlkə də 100 min götürmüsən K1 – Quran haqqı, yadımda döyül K2 – Nə qədər götürmüsən? K1 – Tövbə yadımda deyil K2 – Düzünü de görəy K1 – Sən maşallah görürəm svoyski oğlana oxşuyursan. Sənin xətrin/// K2 – Yo o da bildiyini deyir/// sizdə qalıb da K1 – Ə, yox e, sən deyirsən 10 ildi kart məndədi e, qardaşım K2 – On il yo, 2013-dən gəlmisən K1 – Hə? K2 – 2013-dən K1 – Ə, mən hissə-hissə olub e K2 – 2013-dən kart səndə olub K1 – Stabil yox e K2 – Səndə olmuyub 2013-dən? K1 – Ə, yox e, yox. O bir ay iş görmüşəm belə o mənada. Kart məndə niyə olur? Sən Allah, elə deyir kart məndə olub? K2 – Bə 2013-dən səndə olub da kart K1 – Stabil məndə olub kartı? K2 – Arada qaytarmısan, saba genə almısan K1 – Ayə Allah haqqı yox e, o bir il deyir səə stabil? K2 – Hə K1 – Ə, stabil məndə kart olsa məni qoyallar, a kişi? Məni imkan verəllər gəzməyə bular? Bular yem axtarıllar e, sən nə danışırsan, mən sənnən açıx danışıram. Bular yem axtarıllar ki, pul alsınnar. Bura Azərbaycandı e. Mən sənnən açıx, svoyski söhbət eliyirəm K3 – Ramiz, indi svoyski söbət eliyirsən indi mən sənə deyirəm ki/// K2 – Nə qədər pul götürmüsən, düzünü de görəy K1 – Mənə, mənə çatan? K2 – Hə, sənə çatan deyəndə indi o K1 – Allah haqqı bilmirəm e, qardaş. Sən məni görmürsən bəyaxdan mən nə, sənən necə rahat danışıram K2 – Ə, kartdan necə yanı sən bilmirsən nə qədər pul guya qazanmısan? K1 – İkimizin canı yox. Quran haqqı yox K2 – Bə nətər yanı? K1 – Çoxdu axı iş. 4 dənə 5 dənə ... iş görmüşəm sən K3 – Hələ bu Şərqiyyə xalanın dediyi elə hələ təkcə 30 min birdi, 10 min birdi, 10 min birdi. İndi əlavə də K1 – Axırıncı qalan/// K2 – İndi sən kimlərəsə də vermisən ordan pul aydın məsələdi də o indi öz/// Səddamın nə rolu var burda? K1 – Səddamın heç bir rolu yoxdu K2 – Sənin yanında prosdu gedib gəlir K1 – Kətçimdi. Yeri gəlsə mənnən də yaxşı oğlandı, sizdən yaxşı olmasın. Heç onun əlaqəsi yoxdu. Səddamın bu işdən əlaqəsi yoxdu. Səddam yaxınnaşdı, özü məni çağırdı, Qurana and olsun. Bilirsən hər şeydə bir xeyir var e, indi prablem yoxdu mən bu işi görürsənsə də yəni burda mən bilirəm ki, bu oyunun içinə girmişəm. Mən evdə də demişəm ki, bu oyunun içindəyəm. Bu aydın məsələdi. Necə ki, lotu Qulu məsələn, o işin içindədisə misalçün, bilir ki, sabah vuracağlar K2 – Sən də bu işin içindəsən? K1 – Yox da, misalçün deyirəm də, mən də bu işin içindəyəm. Mən əzbər bilirəm nə var, nə yox. Azərbaycan reallığını əzbər bilirəm. Kim kimə bağlıdı nədi. Kim necə yıxılanda neynillər, kimi çıxardıllar, bu aydın məsələdi K2 – Yaxşı, biz araşdıracağıq K1 – Oldu Nicat, Allah köməyin olsun. Oldu Xudaverdi, şad oldum, qardaş K2 – Bi dənə prosdu sən/// K1 – Bi dənə üzr istiyirəm, Naxçıvanın harasınnansız? K2 – Şərurun özünnən K1 – Culfadan yalan olmasın, yarısı papamın dostudu. Allah haqqı K2 – Sən bi dənə, sən də bi dənə K1 – Yarısı ha. Bektaşilər deyirsən, Bektaşilər, kimi ürəyin istiyir, Turab deyirsən Turabı K2 – Sən də bi dənə hesabla gör nə qədər pul almısan bu müddətdə ordan? K1 – Mən onu belə bilmiyəcəm K2 – Biləssən K1 – Ordan? K2 – Hə, onnardan K1 – Hesabın deyim e, lap nəyi dəyişir ki, qardaş. Olsun 80 K2 – Hesabla da, görəy nə qədərdi K1 – Ama yenə də mən deyirəm 77-ni ... bilərəm (iş vərəqə: cild İ, səh. 112-117). Məhkəmə baxışı zamanı tədqiq olunan, “xxxxxxxx” MMC-dən xx.xx.2020-ci il tarixli məktubla daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki: Diski açdıqda içərisində 502101587-ant.15 xls., 502101587-ant.16 xls., 502101587-ant.17 xls., 502101587-ant.18 xls., 502101587-ant.19 xls., 502101587-k.m xls., 502101587-sms text., **********87 txt 504512553 ant 15 xls, ********* ant 16 xls, ********* sms text, **********53 txt “exel” falları mövcuddur. 502101587-ant.15 xls., 502101587-ant.16 xls., 502101587-ant.17 xls., 502101587-ant.18 xls., 502101587-ant.19 xls., fayllarında Təqsirləndirilən şəxs isatifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun 2015-2019-cu illərə dair anten dairələri, eləcə də ********* ant 15 xls, ********* ant 16 xls, fayllarda Şahid3 istifadəsində olan 50-451-25-53 nömrəli mobil telefonun 2015-2016-cı illərə dair anten dairələri öz əksini tapmışdır. 502101587-k.m xls.faylda 2015-2019-cu illərdə ***-***-**-** nömrəsinə zəng edən xxxxxxxx abunəçilərinin kimliyi, 502101587-sms text faylında 2015-2019-cu illərdə ***-***- **-** nömrəli mobil nömrəyə daxil olan və göndərilən mesaj mətnləri, **********87 txt faylda 2015-2019-cu illər ərzində ***-***-**-** nömrəli mobil telefona daxil olan və çıxan zənglərin siyahısı öz əksini tapmışdır. Eləcə də ********* ant 15 xls, ********* ant 16 xls, fayllarda ***-***-**-** saylı mobil nömrənin 2015-2016-cı illərə dair anten məlumatları, ********* sms text faylda 2015-2019cu illərə dair sms mətnləri, **********53 txt faylda isə 2015-2019-cu illərə dair daxil olan və çıxan zənglər öz əksini tapmışdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**saylı mobil nömrəyə baxış zamanı onunla **********68 saylı mobil nömrənin istifadəçisi Şahid6 arasında aşağıdakı məzmunda: xx/xx/2016,10:01:22,**********68,**********87,Ramiz salam. Odenisi vururuq. Senin islerde orda xx/xx/2016,10:07:03,**********87,**********68,aleykime.opurem qardashim shad xeber olasan. 1-dene qirmizi sende xx/xx/2016,10:01:22,**********68,**********87, Ramiz salam. Odenisi vururuq. Senin islerde orda xx/xx/2016,10:01:22,**********68,**********87,Ramiz salam. Odenisi vururuq. Senin islerde orda xx/xx/2016,10:07:03,**********87,**********68,aleykime.opurem qardashim shad xeber olasan.1-dene qirmizi sende in xx/xx/2016,10:07:03,**********87,**********68,aleykime.opurem qardashim shad xeber olasan.1-dene qirmizi sende in xx/xx/2016,10:07:04,**********87,**********68,shallah xx/xx/2016,10:07:04,**********87,**********68,shallah xx/xx/2016,10:07:25,**********87,**********68,kurufnu olan ordadi? xx/xx/2016,10:07:25,**********87,**********68,kurufnu olan ordadi? xx/xx/2016,10:07:30,**********87,**********68,719595? xx/xx/2016,10:07:30,**********87,**********68,719595? xx/xx/2016,12:32:23,**********87,**********68,alo xx/xx/2016,12:32:23,**********87,**********68,alo xx/xx/2016,12:33:34,**********68,**********87,Ramiz ordadi narahat olma xx/xx/2016,12:33:34,**********68,**********87,Ramiz ordadi narahat olma xx/xx/2016,12:33:54,**********87,**********68, xx/xx/2016,12:33:54,**********87,**********68, xx/xx/2016,12:35:25,**********68,**********87,Saqol mende. Proses gedir hele ona gore mesaj gec gormusem xx/xx/2016,12:35:25,**********68,**********87,Saqol mende. Proses gedir hele ona gore mesaj gec gormusem xx/xx/2016,12:35:48,**********87,**********68,onda bele cixirki bu gun oturmaz? xx/xx/2016,12:35:48,**********87,**********68,onda bele cixirki bu gun oturmaz? xx/xx/2016,12:37:30,**********68,**********87,İnsallah oturmalidir bu gun xx/xx/2016,12:37:30,**********68,**********87,İnsallah oturmalidir bu gun xx/xx/2016,12:37:43,**********87,**********68,opurem xx/xx/2016,12:37:43,**********87,**********68,opurem xx/xx/2016,12:40:01,**********68,**********87,Mende xx/xx/2016,12:40:01,**********68,**********87,Mende xx/xx/2016,18:35:51,**********68,**********87,Ramiz bankdan xeber aldim deyir 30 deqiqeye olacaq xx/xx/2016,18:35:51,**********68,**********87,Ramiz bankdan xeber aldim deyir 30 deqiqeye olacaq xx/xx/2016,19:01:11,**********87,**********68,opurem oturub xx/xx/2016,19:01:11,**********87,**********68,opurem oturub xx/xx/2016,08:59:00,**********87,**********68,sabahin xeyr. zehmet olmasa onu orgende sevince de gor oturub? yaz mene eziyyetden kecib xx/xx/2016,08:59:00,**********87,**********68,sabahin xeyr. zehmet olmasa onu orgende sevince de gor oturub? yaz mene eziyyetden kecib xx/xx/2016,09:06:04,**********68,**********87,Sabahin xeyir narahat olma indi hall ederik xx/xx/2016,09:06:04,**********68,**********87,Sabahin xeyir narahat olma indi hall ederik xx/xx/2016,09:19:25,**********68,**********87,Ramiz pul hesabdadi. xx/xx/2016,09:19:25,**********68,**********87,Ramiz pul hesabdadi. xx/xx/2016,09:19:46,**********87,**********68,opurem geldim onda cox sagol xx/xx/2016,09:19:46,**********87,**********68,opurem geldim onda cox sagol xx/xx/2016,09:19:52,**********68,**********87,Pullar oturub xx/xx/2016,09:19:52,**********68,**********87,Pullar oturub xx/xx/2018,08:00:33,**********68,**********87,Ramiz sabahin xeyir olsun 1919.78 manat ayliq qeder xx/xx/2018,08:00:33,**********68,**********87,Ramiz sabahin xeyir olsun 1919.78 manat ayliq qeder xx/xx/2018,08:00:33,**********68,**********87,Ramiz sabahin xeyir olsun 1919.78 manat ayliq qeder 6/01/2019,16:24:41,**********87,**********68,Salam qardashim qaliglarda kecib? xx/xx/2019,16:24:41,**********87,**********68,Salam qardashim qaliglarda kecib? xx/xx/2019,16:26:30,**********68,**********87,Salam qardaş. Kecib istayirsan de baxim xx/xx/2019,16:26:30,**********68,**********87,Salam qardaş. Kecib istayirsan de baxim xx/xx/2019,16:26:30,**********68,**********87,Salam qardaş. Kecib istayirsan de baxim xx/xx/2019,16:29:56,**********87,**********68,Aleykime kicibse prablem yoxdu.6-ya oturarda he? xx/xx/2019,16:29:56,**********87,**********68,Aleykime kicibse prablem yoxdu.6-ya oturarda he? xx/xx/2019,16:43:04,**********68,**********87,Ramiz artiq pullar oturub hesaba xx/xx/2019,16:43:04,**********68,**********87,Ramiz artiq pullar oturub hesaba xx/xx/2019,16:43:04,**********68,**********87,Ramiz artiq pullar oturub hesaba xx/xx/2019,16:45:18,**********87,**********68,Opurem həminçinin Şahid3 istifadəsində olan ********* saylı mobil nömrə arasında aşağıdakı məzmunda: xx/xx/2017,12:23:45,**********53,**********87,Aleykum salam.hele hekime gedirem.nolubki??lazimamsa yarm saata gele bilerem xx/xx/2017,12:24:28,**********87,**********53,Allah komeyin olsun.yox ele beledi getsen deyecem bir shey var ona baxarsan getmesende inshallah 1-ci gun xx/xx/2017,12:24:28,**********87,**********53,Allah komeyin olsun.yox ele beledi getsen deyecem bir shey var ona baxarsan getmesende inshallah 1-ci gun xx/xx/2017,12:28:33,**********53,**********87,Ya bu gun ya sabah gedecem mutleg. İsde olanda xeber edecem sene İNSAALLAH xx/xx/2017,12:29:04,**********87,**********53,sabah set ishlemir komp .cox sagol inshallah xx/xx/2018,18:22:53,**********87,**********94,Ramizdi.Bu gun demishdim yadimnan cixdi e sabah verecem inshallah. xx/xx/2018,23:03:11,**********87,**********53,qohum cedveli gondermedin xx/xx/2018,23:03:11,**********87,**********53,qohum cedveli gondermedin 1/11/2018,14:47:00,**********87,**********53,gor nece min qalib qalig? ssn,**********963,voen **********(01,01,2006-01,11,2015) zehmet olmasa xx/xx/2018,14:47:00,**********87,**********53,gor nece min qalib qalig? xx/xx/2018,15:25:26,**********53,**********87,19984.16 3/12/2018,12:56:59,**********87,**********53,qohum salam.necasan? qohum babayev nazimin qaligin ayligin qeder eleydirde kecen ay az getmishdi xx/xx/2018,12:57:01,**********87,**********53,dinnan cixmasin xx/xx/2018,13:02:41,**********53,**********87,Aleykum salam.Sukr yaxsi sen? Gohum Afsara dierem muhasbe dienda sora yayilir xx/xx/2018,13:13:42,**********87,**********53,burda ne varki denenki deyir az gelib xx/xx/2019,12:36:25,**********87,**********53,Salam qohum.bilirem o hayda deyilsen amma coreyide unutmag olmaz.Onu inshallah ede bileceysen? xx/xx/2019,12:36:25,**********87,**********53,Salam qohum.bilirem o hayda deyilsen amma coreyide unutmag olmaz.Onu inshallah ede bileceysen? xx/xx/2019,12:59:06,**********53,**********87,aleykum salam,goy ilgar gelsin deyim meslehet edek gorey ne deyir xx/xx/2019,13:07:58,**********87,**********53,Ok atash xx/xx/2019,13:07:58,**********87,**********53,Ok atash xx/xx/2019,20:11:03,**********87,**********24,1-saata evde olacam munasibdise bu gun deyilse sabah gorusherik xx/xx/2019,20:11:03,**********87,**********24,1-saata evde olacam munasibdise bu gun deyilse sabah gorusherik xx/xx/2019,11:52:55,**********87,**********53,Salam qohum arada qizdan sen canin maraglan ishleri xx/xx/2019,11:52:55,**********87,**********53,Salam qohum arada qizdan sen canin maraglan ishleri 0/05/2019,11:02:20,**********87,**********53,Mende elayam yaxcshi olasqn.senedleri asana vermisen dayinin? xx/xx/2019,11:41:39,**********53,**********87,He e,diesen atkazda hazrdi uje,zeng edib deybler geln aparn. xx/xx/2019,11:42:04,**********87,**********53,Ela sherqiyede hell oldu 2.2 iyle xx/xx/2019,11:42:04,**********87,**********53,Ela sherqiyede hell oldu 2.2 iyle xx/xx/2019,11:42:07,**********87,**********53, xx/xx/2019,11:42:07,**********87,**********53, xx/xx/2019,12:18:37,**********53,**********87,Xeirli olsun.İNSHAALLAH xx/xx/2019,12:24:52,**********87,**********53,Amin xx/xx/2019,12:24:52,**********87,**********53,Amin xx/xx/2019,12:25:23,**********87,**********53,77-mindi qaligi xx/xx/2019,12:25:23,**********87,**********53,77-mindi qaligi xx/xx/2019,12:27:40,**********53,**********87,Min bereket.Halal nemet xx/xx/2019,12:28:08,**********87,**********53,Beli atash 35- ay xx/xx/2019,12:28:08,**********87,**********53,Beli atash 35- ay xx/xx/2019,12:30:12,**********53,**********87,Beh-beh.Allah merdimazardan uzag elesn İNSHALLAH xx/xx/2019,12:30:24,**********87,**********53,Amin xx/xx/2019,12:30:24,**********87,**********53,Amin mesajların yazıldığı müəyyən edildi. Eyni zamanda diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs X4 istifadəsində olan 4127******3202 nömrəli bankomat kartından ayrı ayrı vaxtlarda pul çıxartması ilə bağlı onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrnin anten dairəsi qarşılıqlı olaraq təhlil edilmişdir. Belə ki, istintaq materiallarından görünür ki, xx.xx.2016-cı il tarixdə saat 23 radələrində və xx.xx.2016-cı il tarixdə saat 02 radələrində Şərqiyyə Haqverdiyevaya məxsus 4127******3202 nömrəli kartdan ünvan 12 K 9 MKR ərazisində yerləşən 968 nömrəli bankomatdan ümumilikdə 2000 manat pul çıxarılmışdır. Həmin tarixlərə dair ***- ***-**-** saylı mobil nömrənin anten dairəsi Binəqədi rayonu Mir Cəlal küçəsi 59 K 9 MKR ərazisində olmuşdur. Bundan başqa xx.xx.2016-cı il tarixdə saat 12:40 radələrində kartdan ünvan 10 ünvanda yerləşən 457 saylı bankomatdan pul çıxarılarkən həmin tarixdə və saatda ***-***- **-** saylı mobil nömrənin anten dairəsi Bakı şəhəri Nəsimi rayonu Nəsimi bazarı dairəsi və Azadlıq prospektində olmuşdur. Bundan başqa xx.xx.2016-cı il tarixdə saat 23 radələrində, xx.xx.2016-cı il tarixdə saat 02 radələrində, xx.xx.2016-cı il tarixdə saat 19 radələrində xx.xx.2016-cı il tarixdə saat 23 radələrində, xx.xx.2016-cı il tarixdə saat 23 radələrində, xx.xx.2016-cı il tarixdə ssat 23 radələrində, eləcə də 29-30 və xx.xx.2016-cı il tarixlərdə saat 23 radələrində Şərqiyyə Haqverdiyevaya məxsus 4127******3202 nömrəli kartdan ünvan 12 K 9 MKR ərazisində yerləşən 968 nömrəli bankomatdan pul çıxarılarkən ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Binəqədi rayonu Mir Cəlal küçəsi 59 K 9 MKR ərazisində olmuşdur. xx.xx.2016-cı il tarixdə saat 11:06 da Nəsimi rayonu Sahib Zeynalov küçəsi 22-də yerləşən 457 saylı banokomatdan pul çıxarılarkən ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Bakı şəhəri Nəsmi rayonu Azadlıq prospektində olmuşdur. Həmçinin xx.xx.2018-ci il tarixdə saat 12:16-da Nəsimi rayonu Sahib Zeynalov küçəsi 22-də yerləşən 457 saylı banokomatdan pul çıxarılarkən ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Bakı şəhəri Nəsmi rayonu Azadlıq prospektində olmuşdur. xx.xx.2018-ci il tarixdə saat 14:36-da Yasamal rayonu H.Zərdabi küçəsində yerləşən 1787 nömrəli bankomatdan pul çıxarılarkən ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Baki s.,Yasamal r-nu, Sherifzade kuc., 196.-da olmuşdur. xx.xx.2018-ci il tarixdə saat 21 radələrində ünvan 12 K 9 MKR ərazisində yerləşən 968 nömrəli bankomatdan pul çıxarılarkən ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Binəqədi rayonu Mir Cəlal küçəsi 59 K 9 MKR ərazisində olmuşdur. xx.xx.2018-ci il tarixdə saat 16:31-də Bakı şəhəri Yasmal rayonu Şərifzadə küçəsi 217/23-də yerləşən 320 saylı bankomatdan pul çıxarılarkən ***-***-**-** saylı mobil nömrənin anten dairəsi Sharifzade kuc, X20muşdur (iş vərəqə: cild İİ, səh. 17-21). Məhkəmə baxışı zamanı tədqiq olunan, Azərbaycan Beynəlxalq Bankından xx.xx.2020-ci il tarixli məktubla istintaqa daxil olmuş X4 adına olan 4127******3202 saylı kartından pul vəsaitlərinin çıxarılmasına dair görüntülərə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli baxış protokolundan görünür ki: ünvan 11 ünvanında yerləşən 259 nömrəli bankomatdan xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixdə, ünvan 12 K 9-cu MKR ünvanında yerləşən 968 nömrəli bankomatdan xx.xx.2018-ci il və xx.xx.2016-cı il tarixlərdə, ünvan 5 ünvanında yerləşən 1787 nömrəli bankomatdan xx.xx.2016-cı il tarixdə və xx.xx.2016-cı il tarixlərdə pul vəsaitlərinin çıxarılmasına dair görüntülərdə əks olunmuş şəxs Təqsirləndirilən şəxsdur (iş vərəqə: cild İ, səh. 331). Məhkəmə baxışı zamanı tədqiq olunan, müvafiq əmrlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikasının Əmək və X21 Nazirliyi yanında Dövlət X33 Bakı şəhəri Nəsimi rayon şöbəsinin Pensiya təyinatı sektorunun baş məsləhətçisi, xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin şöbənin Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində müvəqqəti işləmişdir (iş vərəqə: cild İ, səh. 46, 48, 49, 51-52). Məhkəmə baxışı zamanı tədqiq olunan, Əmək və X21 Nazirliyi yanında Dövlət X28 Bakı şəhəri Nəsimi rayon şöbəsinin Pensiya təyinatı sektorunun baş məsləhətçisinin vəzifə təlimatından görünür ki, baş məsləhətçinin vəzifəsi təhkim olunduğu kontingent üzrə pensiyaya dair qanunvericilik aktlarının düzgün tətbiqinin təmin edilməsi, qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işininhəyata keçirilməsi, pensiya təyin olunması və təyin olunması üçün ərizələrə, zəruri olan digər sənədlərə baxılmasının, vətəndaşların pensiyalarının təyin olunması və yenidən hesablanması üçün zəruri tədbirlərin hıyata keçirilməsi, pensiya təyinatı aparılmış işlər üzrə ödənişin həyata keçirilməsi üçün həmin işlərin Mühasibat uçotu sektorunun aidiyyəti işçilərinə təqdim edilməsi, xidmət etdiyi sahə üzrə pensiya işlərinin şəxsi hesabla üzləşdirlməsində iştirak edilməsi, müraciət edən vətəndaşlarla pensiya sahəsində qanunvericiliyə, pensiyaçıların hüquq və imtiyazlarına dair izahat işlərinin aparılmasından ibarətdir. Həmçinin vəzifə təlimatına əsasən Sosial yardım və müavinət sektorunun müdirinin vəzifəsi şöbənin fəaliyyətinə rəhbərlik edilməsi, rayon ərazisində fəaliyyət göstərən bütün fiziki şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsinin təmin edilməsi, müavinətlərin sosial yardımların və digər ödənişlərin qanunvericilikdə nəzərdə tutlmuş qaydada düzgün və öz vaxtında təyin olunması və ödənilməsinin təşkil edilməsi,vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərinə baxılması işinin təşkil edilməsi, pensiya, müavinət, sosial yardım və digər ödənişləri təyin edən komissiyanın işinə rəhbərlik etməklə onun çıxardığı qərarların düzgünlüyünü təsdiq etməkdir (iş vərəqə: cild İİ, səh. 79-80). Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən olundu ki, zərər çəkmiş şəxs X4 pensiya kartından pul çıxarılması ilə bağlı Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında olan danışığı əks etdirən 01 ədəd “CD” disk və X4 adına olan pensiya kartından pul vəsaitlərinin çıxarılmasını əks etdirən 01 ədəd “CD” - cəmi 02 ədəd “CD” disk maddi sübut qismində tanınaraq istintaq materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İİ, səh. 194). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri onun özünü müdafiə məqsədi ilə seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X2 miqdarda əmlakını vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma, yəni dələduzluq yolu ilə ələ keçirməsi, habelə vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxs X2 miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməyə cəhd etməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs cinayət əməli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası CM-nin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın məzmunundan göründüyü və məhkəmə baxışı nəticəsində müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X2 miqdarda əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməsi 2013-cü ilin may ayından 2018-ci ilin fevral ayınadək olan dövrə təsadüf etmişdr, yəni “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixdə qəbul edilmiş Qanunun qüvvəyə mindiyi xx xxxxxx 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsiri altına düşmüşdür. Təqsirləndirilən şəxs baxılan iş üzrə təqsirləndirildiyi başa çatmış cinayət üzrə epizod 2013-cü ilin may ayından 2017-ci ilin dekabr ayınadək olan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasında yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir və həmin Məcəllənin 10.2-ci maddəsinə əsasən ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Lakin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx xxxxxxx 2017-ci il tarixdə qəbul edilmiş və xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minmiş 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan bir sıra cinayət maddələri və s., o cümlədən həmin Məcəllənin 178.3.2-ci maddəsinin sanksiyası dəyişikliyə uğramış, həmin maddənin sanksiyasında nəzərdə tutulan yeddi ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası beş ildən on ilə endirilmişdir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinin tələblərinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Odur ki, Təqsirləndirilən şəxs barəsində cəza təyin olunarkən hazırda qüvvədə olan, 816-VQD nömrəli Azərbaycan Respublikasının Qanununun təsiri altına düşən Cinayət Məcəlləsinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə, yaxud da əmlak hüquqlarının əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı gətirdiyi dəlilləri onun müdafiə xarakterli dəlilləri kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan xx xxx 2020-ci il tarixli demoqrafik məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh. 27). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağı vardır. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxs X7 vurulmuş 76.137,5 (yetmiş altı min yüz otuz yeddi manat əlli qəpik) manat maddi ziyan məhkəməyədək icraat dövründə tam olaraq Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəməyədək icraat zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs X1 Ramiz Rasim oğluna qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir (iş vərəqə: cild İİ, səh. 284). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində zərər çəkmiş şəxsə vurmuş olduğu ziyanı könüllü olaraq tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının aşağı həddində, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə uyğun azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində əlavə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə etməklə baxılan iş üzrə nəzərədə tutulan cinayət əməlini törətməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmasa da belə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinən Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinin tələblərinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx xxx 2020-ci il tarixdə tutulmuş, xx xxx 2020-ci il tarixdə barəsində müvafiq məhkəmə qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş və o, məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Odur ki, ona təyin olunan azadlıqdan məhrum etmə növündə əsas cəza şərti tətbiq edildiyindən, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət ona təyin olunan əsas cəza müddətinə hesablanmaqla çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış "həbs" qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş "həbs" qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunmalı, o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxs X7 vurulmuş maddi ziyanın tam ödənilməsi və iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar – zərər çəkmiş şəxs X4 pensiya kartından pul çıxarılması ilə bağlı Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında olan danışığı əks etdirən 01 ədəd “CD” disk və X4 adına olan pensiya kartından pul vəsaitlərinin çıxarılmasını əks etdirən 01 ədəd “CD” - cəmi 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29,178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə tutulub barəsində həbs qətimkan tədbiri seçilməklə məhkəmə hökmünün elan olunduğu xx xxxx 2020-ci il tarixədək fasiləsiz olaraq həbsdə saxlanıldığı 2 (iki) ay 9 (doqquz) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 4 (dörd) il 9 (doqquz) ay 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərər çəkmiş şəxs X7 vurulmuş maddi ziyanın tam ödənilməsi və iş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar – zərər çəkmiş şəxs X4 pensiya kartından pul çıxarılması ilə bağlı Şahid1 ilə Təqsirləndirilən şəxs aralarında olan danışığı əks etdirən 01 ədəd “CD” disk və X4 adına olan pensiya kartından pul vəsaitlərinin çıxarılmasını əks etdirən 01 ədəd “CD” - cəmi 02 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-716/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-716/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver