Məhkəmə qərarları › İş №1(101)-716/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-716/2021

03.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-716/2021 03.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Xankişiyev Mirzə Aslan oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhər 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxxxx 1958-ci il tarixdə Quba rayonunun Susay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə, xx xxxx 1983-cü il tarixdə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz filialının baş mütəxəssisi vəzifəsində işləmiş, Xaçmaz rayonu, Xudat şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs kimi Təqsirləndirilən şəxs2 köməkçiliyi ilə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində özü üçün birbaşa yolla maddi neməti rüşvət qismində istəyib həmin niyyətlə Təqsirləndirilən şəxs2 vasitəsilə maddi neməti rüşvət qismində almışdır. Belə ki, o, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti sədrinin 07 avqust 2008-ci il tarixli, 125 saylı əmri əsasında 1 avqust 2008-ci il tarixdən həmin Şirkətin Xaçmaz rayon filialının direktoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən Şirkətin sədri tərəfindən 11 avqust 2008-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Baş filial və filialları haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq, Şirkət adından hüquqi və fiziki şəxslərlə icbari və könüllü növlər üzrə sığorta müqavilələri bağlamaq, müqavilələr üzrə tədiyyələri qəbul etmək, şirkət tərəfindən müəyyən edilmiş limit və normativ sənədlər əsasında sığorta etdirənlərə sığorta ödənişlərinin və sığorta məbləğlərinin verilməsini müəyyən etmək, sığorta filiallarının işini təşkil edib onların fəaliyyətinə nəzarət etmək, sığorta agentləri tərəfindən bağlanan müqavilələrin düzgünlüyünə və rəsmiyyətə salınmasına cavabdeh olmaq və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi rəhbərlik etdiyi filialda baş mütəxəssis vəzifəsində işləməklə faktiki olaraq sürücüsü olan Təqsirləndirilən şəxs2 maneələri aradan qaldırıb yardım etməklə, habelə cinayətin predmeti olan pul vəsaitini əldə edib ona sahiblik edərək özünə təqdim etməyi qabaqcadan vəd etmədə ifadə olunan köməkçiliyi ilə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətə, eləcə də xidmət üzrə ümumi himayədarlığa, yəni 19 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında erməni təcavüzkarlarına qarşı gedən döyüş zamanı yaralanmış, 17 sentyabr 2003-cü il tarixdə ehtiyata buraxılmış və 25 oktyabr 2013-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının 673 saylı qərarına əsasən Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma rəyi verilmiş Şahid1 “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən 6600 manat icbari sığorta məbləğinin ödənilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin icra edilməsi üçün həmin qətnaməni təqdim etməklə rəsmi qaydada 2020-ci ilin oktyabr ayının əvvəllərində özünə müraciət etmiş Şahid1la ünvan 3 ünvanında yerləşən Filialın inzibati binasındakı xidməti otağında görüşləri zamanı Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsindən sığorta ödənişinin icrasına maneə yaratmaq məqsədilə apellyasiya instansiyası məhkəməsinə müvafiq şikayətin verilməsi məsələsinin qaldırılmaması və qərarın icraya yönləndirilməklə sığorta ödənişinin qısa müddət ərzində verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilməsinə görə Şahid1 özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək onun razılığını almaqla həmin pulu ondan alacağına tam əmin olduqdan sonra Şahid1 tərəfindən təqdim edilmiş sənədləri 23 oktyabr 2020-ci il tarixdə qəbul edib Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə göndərib, cinayətkar niyyətini davam etdirərək 17 noyabr 2020-ci il tarixdə filialın inzibati binasındakı xidməti otağında Şahid1 qəbul edib istədiyi həmin pul vəsaitini üstündə gətirməsinə əmin olub, inzibati binanın qəbul otağında Şahid1 özü üçün birbaşa yolla maddi nemət olan 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs2 vasitəsilə rüşvət qismində almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 1978-ci ildən Dövlət Sığorta şirkətində əmək fəaliyyətinə başlamış, 1986-cı ildən tutulanadək isə Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz Filialının müdiri vəzifəsində işləmişdir. Müdir kimi vəzifə funksiyalarına Xaçmaz rayonunda sığorta işini gücləndirmək, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən verilən tapşırıqları icra etmək daxil olmuşdur. Şahid1 və Şahid2 təxminən iki ay olardı ki tanımış, onlarla hər hansı münasibəti olmamışdır. 2020-ci ilin oktyabr ayının əvvəlində xidməti otağına əvvəllər tanımadığı, sonradan adlarını bildiyi Şahid1 və Şahid2 gəlmişlər. Üzeyir Şahid1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak etdiyini, 19 aprel 1994-cü ildə Ağdam rayon Güllücü kəndi ətrafında gedən döyüş zamanı yaralandığını, 17 sentyabr 2003-cü ildə ehtiyata buraxıldığını, 25 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 673 saylı qərarına əsasən ona “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyi verildiyini, daha sonra “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta almaq üçün Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə müraciət etdiyini, lakin imtina cavabı aldığı üçün həmin şirkətə qarşı məhkəmədə iddia qaldırdığını, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarına əsasən Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən ona 6600 manat icbari sığorta ödənilməsi barədə qətnamə qəbul edildiyini bildirərək həmin məhkəmə qətnaməsini və sənədləri ona vermişdir. Qətnamə ilə tanış olduqdan sonra Üzeyirə Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinin Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşdiyini, buna görə də sığorta ödənişi ilə bağlı məsələyə Binəqədi Rayon Məhkəməsində baxılmalı olduğunu, Nəsimi Rayon Məhkəməsinin həmin məsələyə baxmasının qanunsuz olduğunu, Şirkətin hüquq departamenti tərəfindən həmin qətnamədən apellyasiya şikayəti veriləcəyi halda həmin qətnamənin ləğv ediləcəyini, buna görə də şirkətinin hüquq departamentinə müraciət etməli olduqlarını izah etmişdir. Bundan sonra Üzeyirin verdiyi sənədləri qəbul edərək Şirkətin adına yazılan formal ərizəni Şahid1 imzalatdırmış, həmçinin ona yaxınlıqda olan “xxxx”da bank hesabı açdırmağı tapşırmışdır. Üzeyir və Asif hesab açdırmaq üçün həmin banka getmiş və elə həmin gün hesab açdıqdan sonra geri qayıtmışlar. O, həmin hesab nömrəsini də sənədlərə əlavə edərək onları idarədə mütəxəssis işləyən Şahid3 yanına göndərmişdir. Təxminən bir gün sonra Şahid3 həmin sənədləri hazırlayıb ona gətirmiş, çatışmayan digər sənədləri də gətirməsini Şahid2 zəng edərək özü demişdir. Bir neçə gün sonra Üzeyir və Asif çatışmayan sənədləri də filiala gətirmişlər. O, yenə də sığorta ödənişinin edilməsində çətinliklər yaranacağını onlara izah etmiş, həmçinin təqdim edilən sənədlər Sığorta Kommersiya Şirkətinə göndərildikdən sonra onların həmin qətnaməni apellyasiya qaydasında ləğv etdirmək ehtimalının olduğunu bildirmişdir. Həmçinin izah etmişdir ki, əgər istəsələr vəkil tutub bu məsələni həll edə bilərlər. Həmin şəxslər ondan qətnaməni qüvvədə saxlamaq üçün vəkil məsələsində onlara kömək etməsini xahiş etdikləri üçün vəkil haqqı kimi təxminən 1200 manat pul lazım olduğunu demişdir. Üzeyir və Asif bu məbləğlə razılaşıb pulu verəcəklərini bildirmişlər. O, həmin şəxslərin vəkil haqqı ödəyəcəklərini qətiləşdirdikdən sonra toplanmış sənədləri 23 oktyabr 2020-ci il tarixdə Sığorta Kommersiya Şirkətinə göndərmişdir. Bundan sonra Asifgillə bir neçə dəfə telefonla əlaqə saxlamış, onlar tezliklə gələcəklərini bildirmişlər. Bu hadisədən təxminən 10 gün sonra Şahid1 onun qəbuluna gələrək sığorta ödənişi barədə soruşmuş, o da bir daha Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsinin qanunsuz olduğunu Asifə izah edərək təqdim etdikləri sənədləri Dövlət Sığorta Kommersiya şirkətinə göndərdiyini, lakin məktuba cavab gəlmədiyini bildirmişdir. Lakin Asif onu başa düşmədiyindən öz telefonu ilə Üzeyirə zəng edərək bu məsələ ilə bağlı onunla danışmasını xahiş etmişdir. O da Asifin telefonu ilə Üzeyirlə danışaraq məsələnin həlli üçün Kommersiya Şirkətində işləyən şəxsin plastik kartına vəkilə vermək üçün 500 manat pul göndərməli olduğunu, bu işin ümumi xərcinin 1300 manat olacağını, həmçinin əgər iş düzəlməzsə pulun geri qaytarılacağını bildirmişdir. Üzeyir bir daha onunla razılaşaraq işin düzəlməsini xahiş etmişdir. Bundan sonra o, Sığorta Kommersiya Şirkətində işləyən Cəlal adlı əməkdaşa zəng edərək Şahid1 ərizəsinə imtina verməməsini xahiş etmiş, həmçinin şirkətə gələrək rəhbərliyə də xahiş edəcəyini demişdir. Lakin Cəlal bu məsələ ilə bağlı ona kömək edə bilməyəcəyini demişdir. O, hüquq deparatmentinin rəhbəri Şahid5 zəng edib bu barədə xahiş etmək istəsə də, onunla danışa bilməmişdir. Bundan sonra isə Şəxsi Sığorta Departamentinin direktor müavini Növrəstə Nəsirovaya zəng edərək Şahid1 müraciətinə imtina verilib-verilməməsini öyrənmək istəmiş, lakin sonuncu bu barədə məlumatının olmadığını deyərək departamentin direktoru Zaur İmanova zəng etməsini tövsiyə etmişdir. Buna görə də o, Zaur İmanova zəng edərək bu barədə soruşmuş, sonuncu da bu tipli işlərin çox olduğunu, çox güman ki, bu sığorta ödənişinin verilməsindən imtina ediləcəyini bildirmişdir. Bundan sonra, o, vəkil tutaraq bu işi həll etmək qərarına gəlmişdir. 19 noyabr 2020-ci il tarixdə Bakı şəhərinə gedib vəkil tapmağı və Üzeyirdən pul alıb həmin pulu vəkilə verməyi planlaşdırmışdır. Yəni, o, həmin şəxslərlə Bakıda görüşüb vəkil üçün pulu götürmək istəmişdir. Amma 17 noyabr 2020-ci il tarixdə təxminən saat 13 radələrində Üzeyir və Asif xidməti otağına gəlmişlər. Həmin vaxt Üzeyir yenə də sığorta ödənişi ilə bağlı Asifə kömək etməyi xahiş etmiş, o da bir daha vəkil vasitəsi ilə ona kömək edəcəyini bildirmişdir. Üzeyir və Asif 1200 manat pulu gətirdiklərini dedikdə o, həmin pulu sürücü Şəhriyara verməyi tapşırmışdır. Onlar otaqdan çıxarkən o, filialda baş mütəxəsis olmaqla faktiki olaraq filialın sürücüsü işləyən Təqsirləndirilən şəxs2 çağırmış, sonuncu otağına gələndə isə ona Asif və Üzeyiri göstərib “onları yola sal və götür” deyə bildirmişdir. Bundan sonra Şəhriyar və həmin şəxslər otağından çıxmışlar. Təxminən beş dəqiqə sonra Şəhriyarla birlikdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları xidməti otağına daxil olmuşlar. Həmin vaxt bilmişdir ki, Asif və Üzeyir Şəhriyara 1200 manat pul vermiş, sonra isə şikayət etmişlər. Bundan sonra xidməti otağına onun və Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmiş və müxtəlif sənədlər və materiallar götürülmüşdür. İbtidai istintaq zamanı və məhkəmədə ona təqdim edilmiş səs qeydləri həqiqətən ona məxsusdur, danışıqlar zamanı Şahid2 ilə danışan özüdür. Şahid1 sığorta ödənişi verilməsinə köməklik edilməsi üçün Dövlət Sığorta Kommersiya Şirkətinin əməkdaşı Növrəstə Nəsirova ilə də telefonla danışmış, ondan da məsləhət almaq istəmiş, lakin sonuncu da ona hər hansı köməklik edə bilməyəcəyini bildirmişdir. Hesab edir ki, bu iş ona qarşı quraşdırılmış qərəzli bir hərəkətdir. Uzun illər sədaqətlə dövlətə qulluq etmiş, Xaçmaz rayonunda kifayət qədər tanınmış ictimai bir şəxs olmuşdur. Onun həbs edilməsini işini təşkil etmiş Üzeyir əvvəllər də dəfələrlə Xaçmaz rayonunda və başqa yerlərdə müxtəlif vəzifəli şəxslərin həbsi üçün qurulan əməliyyat planlarının iştirakçısı olmuş, ən müxtəlif yollarla vəzifə adamlarını təhrik edərək həbsinə şərait yaratmış, saxta ifadələr vermişdir. Onun özü ilə bağlı baş vermiş bu hadisədə isə ümumiyyətlə ortada cinayət əməli yoxdur. Bu 1200 manat məsələsi yalnız vəkillə bağlı olmuşdur. Bunu Üzeyir və Asif də təsdiq edə bilərlər. Filial rəhbəri kimi onun bu sığorta ödənişi ilə bağlı hər hansı qərar qəbul etmək səlahiyyəti yoxdur. Bunu rəhbərlik də çox yaxşı bilir. Onun belə bir səlahiyyətinin olmasını təsdiq edən heç bir rəsmi və ya qeyri-rəsmi sənəd yoxdur. Bu səbəbdən ona rüşvət alma ittihamının verilməsi tam əsassızdır. Sürücüsünün isə bu işdə ümumiyyətlə heç bir iştirakı, hətta həmin iki şəxslə onun söhbətlərindən hər hansı məlumatı belə yoxdur. O, adi gündəlik sığorta ödənişlərini də həmişə sürücüyə verib banka ödənişə göndərmişdir. Ona görə də Şəhriyar bu şəxslərdən həmin məbləği aldığı zaman bunu elə gündəlik iş kimi başa düşə bilərdi. Bir neçə ağır xəstəlikdən əziyyət əziyyət çəkir, 2-ci qrup gözdən əlildir, artıq görmə qabiliyyətini tam itirmək üzrədir, sərbəst yerimək imkanı da yoxdur. Onurğasındakı yırtıqlar isə ona müntəzəm şiddətli ağrılar yaşadır, ağır şəkər xəstəsidir, sinir oyanıqlığından əziyyət çəkir. Ahıl yaşında başına gəlmiş hadisədən bərk sarsıntı keçirir. Ona görə də məhkəmədən bütün bu halların nəzərə alınaraq barəsində ədalət qərar qəbul edilərək ona bəraət verilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, 2019-cu ilin dekabr ayından qeyri-rəsmi olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz rayon filialının müdiri Təqsirləndirilən şəxs1 sürücüsü işləməyə başlamışdır. 2020ci ilin təxminən aprel ayında Təqsirləndirilən şəxs1 filialda sürücü ştatı olmadığından onu 310 manat əmək haqqı ilə baş mütəxəssis ştatına işə qəbul etmişdir. Rəsmi olaraq heç bir işə qarışmamış, yalnız Təqsirləndirilən şəxs1 “Kia Sportage” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmişdir. Adlarını sonradan bildiyi Şahid1 və Şahid2 bir dəfə, yəni 2020-ci ilin noyabr ayının əvvəlləri Təqsirləndirilən şəxs1 xidməti otağında görmüş, aralarında nə barədə söhbət etdiklərini bilməmişdir. Daha sonra 17 noyabr 2020ci il tarixdə saat 13 radələrində işdə, yəni qəbul otağında olarkən Təqsirləndirilən şəxs1 ona adam gəldiyini deyərək düşüb qapını açmağı tapşırmışdır. O, aşağı düşüb qapını açarkən Şahid1la Şahid2 gəldiklərini görmüşdür. Bu şəxslər Təqsirləndirilən şəxs1 xidməti otağına qalxmış, o özü isə qəbul otağında gözləmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs1 xidməti otağının qapısı açılmış və sonuncunun onu çağırdığını eşidib içəri keçmək istəmişdir. Həmin an Asiflə Üzeyir qapıdan çıxmaq üzrə olmuşlar. Təqsirləndirilən şəxs1 ona “keç ora, götür” deyə bildirmişdir. Bunu eşitdikdən sonra Üzeyir qapının yanında cibindən 100 manatlıq əskinazlardan ibarət olan pulu sayaraq 1200 manat olduğunu deyib ona vermiş, o da pulu sayıb cibinə qoymuşdur. Bundan sonra Üzeyirlə Asif aşağı düşmüş, o, da qapını bağlamaq və siqaret çəkmək üçün onların arxasınca aşağı düşmüşdür. Həmin vaxt çölə çıxarkən Korrupsiyaya qarşı prokurorluq işçiləri onu saxlamış və birlikdə Təqsirləndirilən şəxs1 otağına daxil olmuşlar. Otaqda üzərinə baxış keçirilmiş və o, cibindən 1200 manat pulu çıxarıb təqdim etmişdir. O, filialın işçisi kimi gündəlik iş fəaliyyətində dəfələrlə filiala gəlib sığorta ödənişləri edən şəxslərin verdikləri pulları rəhbərliyin tapşırığı ilə aparıb banka ödəyərək qəbzlərini gətirib təhvil vermişdir. Bu halda da kiminsə sığorta ödənişini aparıb banka keçirməli olduğunu düşünərək pulu qəbul etmişdir. Həmin pulun rüşvət olması, yaxud hansısa qanunsuz şəkildə alınması ilə bağlı heç bir məlumatı olmamış, bu barədə Təqsirləndirilən şəxs1la heç bir söhbət etməmişdir. Ona görə də məhkəmədən ona bəratə verilməsini, eyni zamanda, ağır maddi vəziyyətdə yaşayan ailəsinin onun həbsindən sonra daha da acınacaqlı vəziyyətə düşməsinin, himayəsində azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmiş, 19 aprel 1994-cü ildə Ağdam rayon Güllücü kəndi ətrafında gedən döyüş zamanı baş və qol nahiyyələrindən yaralanmış və Sumqayıt şəhər hospitalında müalicədə olmuşdur. Sağaldıqdan sonra 2002-ci ilin aprel ayında yenidən hərbi xidmətə çağırılmış və 17 sentyabr 2003-cü ildə ehtiyata buraxılmışdır. Hərbi xidmətdə yaralandığı üçün əlillik dərəcəsi almaq üçün Müdafiə Nazirliyinə müraciət etmiş və 25 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 673 saylı qərarına əsasən ona “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyi verilmişdir. Daha sonra “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta almaq üçün Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə müraciət etmişdir. Lakin Dövlət Sığorta Kommersiya şirkətindən imtina cavabı aldığı üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarına əsasən Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən ona 6600 manat icbari sığorta ödənilməsi barədə qərar qəbul edilmişdir. O, 2020-ci ilin oktyabr ayının əvvəllərində Xaçmaz rayon Dövlət Sığorta Kommersiya şirkətinin direktoru Təqsirləndirilən şəxs1 xidməti otağına getmiş və məhkəmənin qərarını təqdim edərək sığorta ödənişi ilə bağlı ona müraciət etmişdir. Lakin Təqsirləndirilən şəxs1 sığorta ödənişi almaq üçün gec müraciət etdiyini, ona ödəniş olunmayacağını deyərək məhkəmə qətnaməsini geri qaytarmışdır. Bundan sonra o, qanunları bilən dostu Şahid2 bu barədə danışaraq onunla birlikdə Təqsirləndirilən şəxs1 yanına gedib söhbət etməsini xahiş etmişdir. Təxminən iki gün sonra Şahid2 ilə birlikdə yenidən Təqsirləndirilən şəxs1 xidməti otağına getmişdir. Həmin vaxt Üzeyir Təqsirləndirilən şəxs1 onun sığorta ödənişi almaq hüququnun olduğunu dedikdə Təqsirləndirilən şəxs1 onun kimi adamların çox olduğunu, gec müraciət etdiyi üçün ona sığorta ödənişinin verilməsinin çətin olduğunu, onun xeyrinə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin qanunsuz olduğunu, həmin qətnamənin apellyasiya məhkəməsində ləğv edilməməsi və sığorta ödənişinin verilməsi üçün pul verilməli olduğunu bildirmişdir. Üzeyir bu işin düzəldilməsi üçün nə qədər pul verilməli olduğunu soruşduqda Təqsirləndirilən şəxs1 1200 manat pul lazım olduğunu bildirmiş, onlar da razılaşaraq çıxıb getmişlər. Bundan sonra qohum-əqrəbadan ona 1200 manat borc pul verilməsini xahiş etsə də heç kim ona borc verməmişdir. Buna görə həyətində olan inəyini satmaq istəmiş, lakin alıcı tapa bilməmişdir. Beləliklə, pulu düzəldə bilməmiş və noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ondan pul istəməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmişdir. 17 noyabr 2020-ci il tarixdə həmin İdarənin əməkdaşları Təqsirləndirilən şəxs1 verməsi üçün ona xüsusi nömrələnmiş 1200 manat pul vermişlər. O, həmin gün təxminən saat 13 radələrində Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs1 xidməti otağına getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 otaqda tək olmuşdur. Üzeyir pulu gətirdiklərini deyərək pulu cibindən çıxarıb Təqsirləndirilən şəxs1 vermək istəmiş, lakin sonuncu pulu götürməyərək uca səslə “Şəhriyar” deyə kimisə çağırmışdır. Bundan sonra, Fərhad Üzeyirə tapşırmışdır ki, həmin pulu qəbul otağında əyləşən Şəhriyara versin. O və Üzeyir otaqdan çıxmağa hazırlaşarkən Şəhriyar içəri girmişdir. Onlar qəbul otağının qarşısında Şəhriyarla görüşərkən Üzeyir 1200 manat pulu sayaraq ona vermişdir. Şəhriyar pulu götürdükdən sonra onlar binanı tərk etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, təxminən 2018-ci ildə Xaçmaz rayonunun Çılğır kənd sakini Şahid1 ilə söhbət edərkən sonuncu ona 1992- 1994-cü illərdə Qarabağ döyüşündə iştirak edərkən kəllə-beyin travması aldığını, 2-ci qrup əlil olduğunu, bununla bağlı olaraq sığorta haqqı almaq istədiyini, lakin bunun yolunu bilmədiyini bildirmişdir. Bu işlərdən məlumatı olduğuna görə Asiflə birlikdə 2018-ci ilin ortalarında iki dəfə Dövlət Sığorta Kommersiya şirkətinin Xaçmaz rayon filialının müdiri Təqsirləndirilən şəxs1 qəbulunda olmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 bununla bağlı məhkəmə qərarının olmadığını, buna görə də Asifə sığorta haqqı verə bilməyəcəyini demişdir. Təxminən 2020-ci ilin iyun-iyul ayları ərəfəsində Dövlət Sığorta şirkəti tərəfindən sığorta haqqının verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bununla bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsində 30 sentyabr 2020-ci il tarixdə qətnamə çıxarılmış və Dövlət Sığorta şirkəti tərəfindən Şahid1 6600 manat ödənilməsi qərara alınmışdır. 2020-ci ilin oktyabr ayının ortaları Asiflə birlikdə yenidən Təqsirləndirilən şəxs1 qəbuluna getmişdir. Asifi müşayiət etməkdə əsas səbəb o olmuşdur ki, aldığı zədə səbəbindən Asif yaxşı danışa bilməmiş, nitq qüsurlu şəxs kimi fikrini aydın ifadə edə bilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 onları hesab açmaq üçün “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz rayon filialına göndərmiş, eyni zamanda Xaçmaz rayon hərbi komisarlığından sənəd almağı tapşırmışdır. Buna görə Asiflə birlikdə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz rayon filialına gedib Şahid1 adına hesab açdırmışlar, həmçinin hərbi komisarlıqdan sənəd almışlar. Bundan sonra Şahid1 tək gedərək həmin sənədləri Təqsirləndirilən şəxs1 təqdim etmişdir. Təqsirləndirilən şəxs1 sənədləri qəbul etdikdən sonra Asifi yaxın vaxtlarda çağıracağını bildirmişdir. Amma xeyli vaxt keçsə də Fərhaddan xəbər çıxmadığı üçün Asif 04 noyabr 2020-ci il tarixdə Fərhadın yanına getmişdir. Həmin vaxt Fərhad Asifə sığorta ödənişinin bir az gecikəcəyini, Dövlət Sığorta şirkəti tərəfindən məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsin deyə 500 manat pul lazım olduğunu, bundan başqa işin düzəlməsi üçün, yəni 6600 manat pulun alınması üçün ümumilikdə 1300 manat pul verilməli olduğunu bildirmişdir. Fərhadın bu dediklərindən sonra Asif ona zəng edib Təqsirləndirilən şəxs1 yanında olduğunu, onun dediyini başa düşmədiyini deyərək ondan Fərhadla danışmasını xahiş etmişdir. O, Asifin telefonu ilə Təqsirləndirilən şəxs1la danışaraq nə dediyini soruşmuş, sonuncu isə “mən bunu başa sala bilmirəm, onların ağzını yummaq üçün 5 kilo lazımdır” deyə bildirmişdir. O, konkret olaraq nə lazım olduğunu soruşduqda Fərhad “beş yüz manat verməlidir, ümumilikdə 1300 manat xərci çıxacaq” deyə cavab vermişdir. O isə Fərhaddan pulu düzəltmələri üçün bir qədər vaxt verməsini xahiş etmişdir. Bu danışıqdan təxminən yeddisəkkiz gün sonra Asiflə birlikdə Fərhadın yanına gedərək qiymətdə endirim etməsini xahiş etmişlər, lakin sonuncu pulu Dövlət Sığorta şirkətində Cəlal adlı şəxsə verəcəyini deyərək razılaşmamışdır. Hətta Təqsirləndirilən şəxs1 onların yanında Cəlal adlı şəxslə danışaraq “sənə sənəd demişdim, Nəsimi Rayon Məhkəməsinin qərarı olan iş, onu tez həll edə bilərsənmi?” deyə soruşmuş, lakin bir cavab ala bilməmişdir. Bu hadisədən iki gün sonra Təqsirləndirilən şəxs1 zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuş, sonuncu da cavab gözlədiyini bildirmişdir. Təxminən 14-15 noyabr tarixlərində istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsindən Fərhadın istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək pulun hazır olduğunu, bir-iki günə gələ biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da onu gözləyəcəyini dediyi üçün 17 noyabr 2020-ci il tarixdə, saat 12:55 radələrində Şahid1la birlikdə onun yanına getmişdir. Onları orada Fərhadın sürücüsü Şəhriyar qarşılamış və onları Fərhadın xidməti otağına aparmışdır. Fərhaddan işin nə yerdə olduğunu soruşduqda sonuncu iki gün sonra Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, Fərhada hazır gəldiyini, “dediyini” gətirdiyini, pulun Asifdə olduğunu demiş və Fərhada vermək üçün pulu Asifdən almışdır. Həmin vaxt Fərhad sürücüsü Şəhriyarı çağırıb ona “bunu aşağıdan götür” deyə tapşırıq vermişdir. O, Asiflə birlikdə Fərhadın otağından çıxaraq həmin otağın qarşısında 1200 manat pulu Şəhriyara vermiş, sonuncu da pulu sayaraq cibinə qoymuşdur. Daha sonra onlar oradan ayrılmışlar və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları həmin binaya daxil olaraq pulları götürmüşlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, 1981-ci il tarixdən Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz rayon filialında müxtəlif vəzifələrdə çalışmış, 2017-ci ildən isə baş mütəxəssis vəzifəsində işləyir. Vəzifəsi sığorta ödənişi ayrılması üçün müraciət edən vətəndaşların müraciətlərini qəbul etməkdən və lazımı sənədləri topladıqdan sonra müşayiət məktubu yazaraq filial müdirinə imzalatdıraraq Dövlət Sığorta Kommersiya Şirkətinə göndərməkdən ibarət olmuşdur. İşlədiyi dövrdə həmin filialın müdiri Təqsirləndirilən şəxs1 olmuşdur. Təqsirləndirilən şəxs1la aralarında xidməti münasibət olmuş, hər hansı düşmənçilik olmamışdır. İşlədiyi dövrdə 229 manat, son dövrlər isə 350 manat əmək haqqı almışdır. Təxminən üç ildir ki, əmək haqqını Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş plastik əmək haqqı kartı vasitəsi ilə almışdır. Həmişə kartını sürücü Şəhriyara vermiş, sonuncu da kartdan pulu çıxararaq ona vermişdir. Təxminən 2020-ci ilin oktyabr ayının ortalarında Şahid1 onun xidməti otağına gələrək sənədləri təqdim etmişdir. Həmin sənədlərə baxdıqda müəyyən etmişdir ki, Şahid1 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən müharibədə iştirak edərək 19 aprel 1994-cü ildə Ağdam rayonunun Güllücü kəndi ətrafında gedən döyüş zamanı yaralanmış, 17 sentyabr 2003-cü ildə ehtiyata buraxılmış, 25 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyanın 673 saylı qərarına əsasən ona “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyi verilmiş, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta almaq üçün Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə müraciət etmiş, lakin həmin şirkətdən imtina cavabı aldığı üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarına əsasən Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən ona 6600 manat icbari sığorta ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin sənədləri Asifdən qəbul etdikdən sonra bu barədə filial müdiri Təqsirləndirilən şəxs1 məlumat vermiş və həmin şəxsin 1993-cü ildə yaralandığını deyərək ona sığorta ödənişi verilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 isə ona Asifin sənədlərini toplayıb Dövlət Sığorta Şirkətinə göndərməsini tapşırmış, həmçinin Asifə sığorta ödənişi ayrılması ilə bağlı qətnamə olduğundan sığorta ödənişinin veriləcəyini bildirmişdir. O, bir neçə gün sonra Şahid1 ona verdiyi sənədləri toplamış və Təqsirləndirilən şəxs1 23 oktyabr 2020-ci il tarixdə qoşma məktubu imzladıqdan sonra sənədləri poçt vasitəsi ilə Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişdir. Bundan sonra Şahid1 görməmişdir. Sonradan eşitmişdir ki, Şahid1 Təqsirləndirilən şəxs1 şikayət etmişdir ki, sığorta ödənişinin ayrılması üçün Təqsirləndirilən şəxs1 ondan pul istəmişdir. 05 noyabr 2020-ci il tarixdən “Covid 19” xəstəliyinə yoluxduğundan və Quba rayon Mərkəzi Xəstəxanasında stasionar müalicədə olduğundan bu məsələ barədə məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, 1998-ci il tarixdən Dövlət Sığorta Kommersiya şirkətində mütəxəssis, aparıcı mütəxəssis, 2015-ci il tarixdən isə baş mütəxəssis vəzifəsində işləyir. İşlədiyi departament hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin icbari şəxsi sığortasını həyata keçirmişdr. Onun vəzifə funksiyalarına sənədlərin öyrənilməsi, müvafiq sığorta ödənişlərinin verilməsi ilə əlaqədar Sığorta Kommersiya Şirkətinin sədrinin birinci müavininin imzalaması üçün sərəncam layihələrinin hazırlanması, müvafiq əsaslar olduğu halda sığorta ödənişlərindən imtina edilməsi barədə sığorta olunana məktubların ünvanlanması və sair daxil olmuşdur. Sığorta hadisəsi baş verdikdə sığorta olunanlar həmin hadisəni təsdiq edən sənədlərlə birlikdə ya Şirkətin özünə, ya da Şirkətin rayonlarda yerləşən filiallarına müraciət etmişlər. Filiallara müraciət daxil olduqda filial müdirləri lazım olan sənədləri vətəndaşdan qəbul edərək sığorta ödənilməsi məsələsinə baxılması üçün Dövlət Sığorta Kommersiya Şirkətinə göndərmişlər. Həmin sənədlərə işlədiyi departamentdə baxıldığı üçün filial müdirlərini tanımışdır. Təqsirləndirilən şəxs1 da Xaçmaz rayon filialının müdiri kimi işlədiyi vaxtdan bəri tanımış, onunla aralarında xidməti münasibət olmuşdur. Belə ki, iş prosesində hansı sənədlərin toplanması ilə bağlı bir neçə dəfə Təqsirləndirilən şəxs1la danışmışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamış, lakin sonradan onun Təqsirləndirilən şəxs1 sürücüsü olmasını bilmişdir. 28 oktyabr 2020-ci il tarixdə şirkətin Xaçmaz filialından N nömrəli hərbi hissədə qulluq etmiş Şahid1 sənədləri sığorta ödənişi verilməsi məsələsinə baxılması üçün Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmişdir. Həmin məktuba 16 vərəqdə sənədlər də əlavə edilmişdir. Həmin sənədləri baxaraq müəyyən etmişdir ki, Şahid1 1992- 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmiş, 19 aprel 1994-cü ildə Ağdam rayonu Güllücə kəndi ətrafında gedən döyüş zamanı baş və qol nahiyyələrindən yaralanmış, Sumqayıt şəhər hospitalında müalicədə olmuş, sağaldıqdan sonra 2002-ci ilin aprel ayında yenidən hərbi xidmətə aparılmış, 17 sentyabr 2003-cü ildə ehtiyata buraxılmış, hərbi xidmətdə yaralandığı üçün əlillik dərəcəsi almaq üçün Müdafiə Nazirliyinə müraciət etmiş, 25 oktyabr 2013-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyanın 673 saylı qərarına əsasən ona “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyi verilmiş, daha sonra “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununa əsasən sığorta almaq üçün Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə müraciət etmiş, lakin oradan imtina cavabı aldığı üçün məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ona 6600 manat icbari sığorta ödənilməsi barədə qərar qəbul edilmişdir. Bu tip sığorta ödənişi almaq istəyən şəxslərin sayının çox olmasını, lakin sığorta ödənişinin edilməsi üçün vəsaitin olmamasını, bu sahədə olan qanunvericilik aktının köhnə olmasını, sığorta hadisəsinin müvafiq qanunun qəbul edilməsindən əvvəlki dövrdə baş verməsini, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qanunvericiliyin uyğunlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə etdiyini əsas gətirərək vətəndaşlara həmin hallar aradan qalxdıqdan sonra sığorta ödənişinin veriləcəyi barədə məlumat verildiyindən Şahid1 da eyni xarakterli cavab yazılmalı olduğunu fikirləşib onun sənədlərini digər bu tipli sənədlərin yanına qoymuşdur. Həmin sənədlər daxil olduqdan təxminən iki-üç gün sonra Təqsirləndirilən şəxs1 ona zəng edərək Şahid1 sənədlərinin şirkətə daxil olub-olmadığını soruşmuş, o da sənədlərin daxil olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ondan Şahid1 sığorta ödənişinin ayrılmasında köməklik etməsini xahiş etmiş, o isə sığorta ödənişinin ayrılmasının onun səlahiyyətində olmadığını deyərək ona hər hansı kömək edə bilməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs1 bu işin həll edilməsində kimin köməklik edə biləcəyini soruşduqdao, bu barədə məlumatının olmadığını deyərək onunla sağollaşmışdır. Bundan bir neçə gün sonra Təqsirləndirilən şəxs1 yenidən ona zəng etmiş, o isə yenə də həmin şəxsə sığorta ödənişinin edilməyəcəyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 2007-ci ildən Dövlət Sığorta Kommersiya şirkətində Hüquq departamentinin direktoru vəzifəsində işləyir. İşlədiyi departamentin funksiyalarına vətəndaşların müraciətlərinə baxılması, şirkətin mənafelərinin məhkəmələrdə və hüquq-mühafizə orqanlarında müdafiə edilməsi, şirkətin təmsil edilməsi və sair daxildir. Sığorta ödənişlərinin verilməsi və bu sahədə ödəniş sərəncamlarının hazırlanması departamentin səlahiyyətlərinə aid deyildir. Belə ki, sığorta hadisəsi baş verdikdə sığorta olunanlar həmin hadisəni təsdiq edən sənədlərlə birlikdə ya Şirkətin özünə ya da Şirkətin rayonlarda yerləşən filiallarına müraciət etməli, filial müdirləri lazım olan sənədləri vətəndaşdan qəbul edərək sığorta ödənilməsi məsələsinə baxılması üçün Dövlət Sığorta Kommersiya Şirkətinə göndərməlidir. Hərbi qulluqçulara sığorta ödənişinin verilməsi məsələsi Dövlət Sığorta Kommersiya Şirkətinin İcbari Sığorta Departamentində baxılıb araşdırıldıqdan sonra ödənişin verilib-verilməməsi barədə qərar verilir. Təqsirləndirilən şəxs1 Xaçmaz rayon filialının müdiri kimi tanımış, aralarında xidməti münasibət olmuş, lakin son zamanlar demək olar ki, onunla əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımamış, sonradan onun Təqsirləndirilən şəxs1 sürücüsü olduğunu bilmişdir. 2020-ci ilin oktyabr ayının sonlarında Dövlət Sığorta Kommersiya Şirkətinə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsi daxil olmuşdur. Həmin qətnamə tərəfindən öyrənilərkən müəyyən edilmişdir ki, Şahid1 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmiş, 19 aprel 1994-cü ildə Ağdam rayon Güllücü kəndi ətrafında gedən döyüş zamanı baş və qol nahiyyələrindən yaralanmış, Sumqayıt şəhər hospitalında müalicədə olmuş, sağaldıqdan sonra 2002-ci ilin aprel ayında yenidən hərbi xidmətə aparılmış, 17 sentyabr 2003-cü ildə ehtiyata buraxılmış, hərbi xidmətdə yaralandığı üçün əlillik dərəcəsi almaq üçün Müdafiə Nazirliyinə müraciət etmiş və 25 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyanın 673 saylı qərarına əsasən ona “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” rəyi verilmiş, daha sonra sığorta almaq üçün Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya şirkətinə müraciət etmiş, lakin oradan imtina cavabı aldığı üçün həmin şirkətə qarşı məhkəmədə iddia qaldırmış və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərarına əsasən Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən ona 6600 manat icbari sığorta ödənilməsi barədə qərar qəbul edilmişdir. Bu tip sığorta ödənişi almaq istəyən şəxslərin sayının çox olmasını, lakin hazırkı dövrdə sığorta ödənişinin edilməsi üçün vəsaitin dövlət büdcəsindən ayrılmadığını, sığorta hadisəsinin “Hərbi qulluqçuların dövlət şəxsi icbari sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanunun qəbul edilməsindən əvvəlki dövrdə olmasını, hazırkı qanunla müəyyən edilmiş sığorta məbləğinin dövlət büdcəsindən həmin şəxslərə münasibətdə ayrılmamasını, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli qərarı ilə “Hərbi qulluqçuların dövlət şəxsi icbari sığortası“ haqqında Qanun qəbul edilənədək hərbi xidmət etmiş hərbi qulluqçulara sığorta ödənişinin verilməsini nəzərdə tutması və bu ödənişin şərtlərinin ən qısa müddətdə müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası Mill Məclisinə tövsiyə edildiyini nəzərə alaraq Şahid1 ödəniş edilməsi barədə qətnaməni icrası dövlət büdcəsindən vəsait ayrılması üçün siyahıya əlavə edib aidiyyatı orqanlara göndərmişdir. Şahid1 sığorta ödənişinin ayrılması ilə bağlı məhkəmə qətnaməsi qəbul edilərkən Dövlət Sığorta Kommersiya şirkəti məhkəmə tərəfindən məlumatlandırılmış, lakin qeyd edilən məsələ üzrə Konstitusiya Məhkəməsinin qeyd edilən qərarı olduğundan və iddia ərizələri əksər vaxt təmin edildiyindən həmin məhkəmə iclasında, eləcə də bu tipli məhkəmə iclaslarında Dövlət Sığorta Kommersiya şirkəti iştirak etməmişdir. Müvafiq qətnamələrdən apellyasiya şikayətinin verilməsi perspektivsiz olduğundan tərəfindən şikayət verilməmiş və Şirkət olaraq qətnamə ilə razılaşmışlar. Həmçinin aparılan yazışmalar nəticəsində 2021-ci ildən həmin kateqoriyadan olan şəxslərə ödəniş edilməsi nəzərdə tutulmuşdur. Şahid1 sığorta ödənişinin ayrılması, bu barədə məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi və digər məsələlərlə bağlı Təqsirləndirilən şəxs1la ümumiyyətlə danışmamışdır. Dövlət Sığorta Kommersiya Şirkəti Bakı şəhəri Binəqədi rayonunda yerləşsə də, Şirkətin VÖEN üzrə hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5adan Şirkətə qarşı iddia ərizələrinə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində də baxılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəyini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Pul əskinaslarının təqdim edilməsi haqqında 17 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 6600 manat icbari sığorta məbləğinin ödənilməsi haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin icra edilməsi müqabilində həmin Şirkətin Xaçmaz filialının direktoru Təqsirləndirilən şəxs1 ondan 1200 manat pul tələb etməsi barədə Şahid1 Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətinə əsasən sonuncudan qeyri-qanuni pul tələb edən şəxsləri ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədi ilə həmin İdarənin mühüm işlər üzrə əməliyyatçısı Ənvər Qasımov tərəfindən Şahid1 Azərbaycan Respublikasının Baş Prokurorluğunun Maliyyə xidmətindən götürülmüş seriya və nömrələri A54118323, A96965901, A02772630, A62827626, C29741397, C54353250, A70340044, C47034429, C85460414, B02272664, A15694927 və C57120212 olan 12 (on iki) ədəd 100 (bir yüz) manatlıq pul əskinazları təqdim edilmiş, həmin əskinasların hər birinin seriya və nömrəsi olan hissəsinin kserosurətləri çıxarılaraq protokola əlavə edilmiş, həmçinin əskinasların hər birinin üzərinə xüsusi vasitə ilə “Rüşvət 2020” sözləri yazılmışdır (cild 1, iş vərəqə 31-34). Texniki vasitələrə baxış keçirilməsi haqqında 18 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, CD diskdə olan “Video_Gizli” qovluğu açıldıqda qovluqda “qısa.MP4” adlı fayl vardır. Həmin fayla daxil olduqda 05 dəqiqə 20 saniyə davam edən video görüntünün olduğu müəyyən edilir. Görüntünün ilk saniyələrində Şahid2 Şahid1la birlikdə Dövlət Sığorta Kommersiya Şirkətinin Xaçmaz Filialının müdiri Təqsirləndirilən şəxs1 xidməti otağına daxil olur, onunla salamlaşdıqdan bir neçə saniyə sonra, yəni video görüntünün 00:25-ci saniyəsində Təqsirləndirilən şəxs1 Şahid2 müraciət edərək “bura bax, çətin işdir, Quran haqqı çətindir, ağzımdan çıxarmışamsa kömək eliyəcəyəm. Apelyasiyaya göndərməyə qoymamışam, saxlatmışam” deyə bildirir. Sonra Təqsirləndirilən şəxs1 naməlum şəxslə telefonla danışır və videonun 01:15-ci saniyəsində yenidən Şahid2 müraciət edərək “bura bax, elədiyim iş deyil, mən 42 ildir burdayam, eləməmişəm beləsin, yəni məhkəmə qərarı ilə pul verməmişəm, qətnamə ilə vermişəm, bu da məhkəmə qətnaməsidi, lakin mən verdiyim 90-cı illərdə olub, burdan, rayondan qətnamə çıxardıblar vermişəm. Mən sənə 5 manat pul verərəm hörmətim olar, mən sabah yox o biri gün Bakıya gedirəm. Sənə zəng edəcəkdim. Deyəcəkdim budu, qaytarar gətirib qaytaracam, qaytarmaz deyəcəm üstün düzəlt” deyir. Şahid2 isə Təqsirləndirilən şəxs1 “problem yoxdur, mən hazırlıqlı gəlmişəm” deyə bildirir. Təqsirləndirilən şəxs1 “Üzeyir, mən səni tanıyıram haa, bu şeyi sən mənə vermisənsə Allah eləməsin düzəlməməyə, çalışacağam düzəlsin, ancaq danışmışam, lakin mənə telefonda heç nə deyilməyib. Bu elə pis momentə düşüb ki, Allah uzaq eləsin, şəhid şəhid üstünə. Dünən 10 dənə göndərmişəm, bunlar da ki bu gün hazırladığım sənədlərdir, əsas məsələ bulardır. Üzeyir nədir o?” deyir, Şahid2 isə “1200 manatdır. Siz 1300 demişdiz ya 1200 demişdiz?” deyə soruşur. Təqsirləndirilən şəxs1 isə “hə elədi, mən onu 20 % deyib istəmişəm də. Amma Quran haqqı mən dəqiq bilmirəm haa. Sonra da sənə bir şey deyim bizdə 3-4 nəfər toçnu beləsi (Asifi göstərir) var. Kömək edə bilərsənmi məhkəmə qətnaməsi almağa? Lakin mən onların razılığını alım, deyim belə eləmək istəyirəm, sonra. Bilirsən bu birinci müavinin qabağına gedib, onun xəbəri var, xəbəri var ki, Xaçmazdan belə bir iş gəlib. Mən də xahiş etmişəm ki, bunu apelyasiyaya göndərmiyün. İndi mən ora da gedərəm deyərəm iki dənə üç dənə ölüm işi var, onun üçün sən mənə qətnamə ala bilərsənmi?” Şahid2 isə “kömək edərəm, köməyim dəyər orda” deyir. Təqsirləndirilən şəxs1 “Üzeyir bax belə bir adamdır (Asifi göstərir), çağıracağam, deyəcəm bu Üzeyirdir, bununla get məhkəmə qətnaməsini al, ancaq üstündən 12 il keçib, şəhiddir, iddia müddəti keçib” deyir, Şahid2 isə “o, da onun haqqıdır da, can qoyublar, əziyyət çəkiblər” deyə bildirir. Bundan sonra Təqsirləndirilən şəxs1 Şahid2 müraciət edərək “Şeylə aşağı düşün, gətirdiyinizi uşağa verin. Şəhriyar (deyə çağırır)” digər otaqdan Təqsirləndirilən şəxs1 çağırdığı Təqsirləndirilən şəxs2 “hə” deyə cavab verir, həmin vaxt Şahid2 100 manatlıq əskinasları çıxarıb Təqsirləndirilən şəxs1 göstərərək “saymağa ehtiyac varmı?” sualını verir, videonun 04:42-ci saniyəsində isə Təqsirləndirilən şəxs1 “yox, aşağıda verin, ona” deyə cavab verir. Videonun 04:46-cı saniyəsində Şahid2 və Təqsirləndirilən şəxs2 otaqdan çıxırlar və Təqsirləndirilən şəxs1 qəbul otağında qapının girişində Təqsirləndirilən şəxs2 onları qarşılayır və Şahid2 video görüntünün 05:05-ci saniyəsində 1200 manat pulu sayaraq Təqsirləndirilən şəxs2 verir və sonuncu da 05:15-ci saniyədə Şahid2 verdiyi 1200 manat pulu sayır və düz olduğuna əmin olub Şahid2 və Şahid1la sağollaşır və sonuncular gedirlər. Bununla da videoçəkiliş başa çatır. “00417.MTS” adlı fayla daxil olduqda 53 saniyə davam edən video görüntünün olduğu müəyyən edilir və həmin video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs2 Şahid2 almış olduğu, yəni Təqsirləndirilən şəxs1 “Şahid1 sığorta ödənişinin ayrılması” müqabilində istədiyi ümumilikdə 1200 manat olmaqla 12 ədəd 100 manatlıq (A54118323, A96965901, A02772630, A62827626, C29741397, C54353250, A70340044, C47034429, C85460414, B02272664, A15694927 və C57120212 seriya nömrəli) pul əskinasları (Azərbaycan manatı) ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən üzərlərində limuniset qələmlə “Rüşvət 2020” sözlərinin yazıldığı müəyyən edilmiş və həmin əskinaslar qanuna müvafiq qaydada götürülərək qablaşdırılmışdır (cild 1, iş vərəqə 174- 183). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 ilə Şahid1 arasında, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətləri zamanı şahidlər ifadələrində göstərdikləri xüsusatları bir daha təqsirləndirilən şəxslərin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, 90-97, 98-101). Sənədlərin məhkəmə-texniki ekspertizasının 17 dekabr 2020-ci il tarixli, 5/888 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş on iki ədəd A54118323, A96965901, A02772630, A62827626, C29741397, C54353250, A70340044, C47034429, C85460414, B02272664, A15694927 və C57120212 seriya nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinazları xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinası ilə eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş on iki ədəd A54118323, A96965901, A02772630, A62827626, C29741397, C54353250, A70340044, C47034429, C85460414, B02272664, A15694927 və C57120212 seriya nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinazlarının üzərində UB işıqda görünən “Rüşvət 2020” yazıları vardır (cild 1, iş vərəqə 78-82 ). “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 19 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 məxsus ********** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi ilə 22 oktyabr 2020-ci il tarixdə saat 10:27:12-də 37 saniyə, 28 oktyabr 2020-ci il tarixdə saat 15:48:48-də 32 saniyə, 17.11.2020-ci il tarixdə saat 11:29:35-də 19 saniyə, 17.11.2020-ci il tarixdə saat 13:01:45-də 09 saniyə danışıqlar aparılmışdır (cild 2, iş vərəqə 85-88 ). Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən daxil olmuş 18 noyabr 2020-ci il tarixli, 08/76 nömrəli məktubdan görünür ki, Dəmirov X2 Nazirliyinin Dövlət Sığorta Baş İdarəsinin 14 dekabr 1978-ci il tarixli 288 saylı əmri ilə Xaçmaz rayon Sığorta Müfəttişliyində müfəttiş, 14 sentyabr 1983-cü il tarixli 239 saylı əmri ilə böyük müfəttiş, 08 oktyabr 1987-ci il tarixli 256 saylı əmri ilə müvəqqəti olaraq Müfəttişliyin direktoru, 24 dekabr 1991-ci il tarixdən isə Xaçmaz rayon Dövlət Sığorta Agentliyinin direktoru vəzifəsində işləyir. Xaçmaz rayon Dövlət Sığorta Agentliyi Şirkətin İdarə Heyətinin 01 iyul 2008-ci il tarixli qərarı ilə filial olaraq fəaliyyət göstərir (cild 1, iş vərəqə 109-118 ). Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən daxil olmuş 18 noyabr 2020-ci il tarixli, 08/78 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 2000- 2005-ci illərdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin “Rabitə qovşaqları və komutasiya sistemi” fakültəsində orta ixtisas təhsili almış, Dövlət Sığorta Kommersiya Şirkətinin 12 fevral 2020-ci il tarixli 33 saylı əmri ilə Xaçmaz rayon Sığorta filialına baş mütəxəsis vəzifəsinə təyin edilmişdir. Filialda fəaliyyət göstərən əməkdaşların vəzifə bölgüsünü filial müəyyən edir (cild 1, iş vərəqə 125-128 ). Azərbaycan Respubliksı Dövlət Sığorta Kommersiya Şirkətinin sədri tərəfindən 11 avqust 2008-ci il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Baş filial və filialları haqqında Əsasnaməsi”ndən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 1994-cü il tarixli 23 saylı qərarı ilə təsdiq edilmiş “xxxx”nə əsasən Şirkətin yerlərdə fəaliyyət göstərən rayon (şəhər) sığorta filialları hüquqi şəxs sayılmırlar. Onlar Şirkətin adından hüquqi və fiziki şəxslərlə sığorta müqavilələri bağlamaqla tədiyyələrin toplanmasını və qəbul edilməsini təşkil edirlər. Filialların əsas vəzifələrinə Şirkətin adından hüquqi və fiziki şəxslərlə icbari və könüllü növlər üzrə sığorta müqavilələri bağlamaq və müqavilələr üzrə tədiyyələri qəbul etmək, şirkət tərəfindən müəyyən edilmiş limit və normativ sənədlər əsasında sığorta etdirənlərə sığorta ödənişlərinin və sığorta məbləğlərinin verilməsini müəyyən etmək, sığorta əməliyyatlarına dair mühasibat və statistik hesabatları tərtib etmək, pul vəsaitlərinin düzgün xərclənməsini, vəsaitlərin və material dəyərlərinin qorunmasını təmin etmək və digərləri daxildir (cild 1, iş vərəqə 119-122 ). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli, 2(006)914/2020 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Şahid1 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, cavabdehdən 6600 manat icbari sığorta məbləği və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı Şahid1 ödənilməsi qət edilmişdir (cild 1, iş vərəqə 141-145 ). Azərbaycan Respublikası Milli Məclisinin 27 sentyabr 2020-ci il tarixli, 165-VİQR nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli 1166 nömrəli fərmanının 1-ci bəndindən görünür ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilir. Azərbaycan Respublikası Milli Məclisinin 11 dekabr 2020-ci il tarixli, 210-VİQR nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi vəziyyətin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 dekabr 2020-ci il tarixli 1201 nömrəli fərmanının 1-ci bəndindən görünür ki, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilir (cild 2, iş vərəqə 55-59 ). “Xaçmaz rayon Mərkəzi Xəstəxanası” X7 daxil olmuş 17 dekabr 2020-ci il tarixli, 1210 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xaçmaz rayon Mərkəzi Xəstəxanasında həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında yoxdurlar (cild 2, iş vərəqə 127-128 ). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar (cild 2, iş vərəqə 61-62). Cinayət işinin materiallarında olan müvafiq sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ümumi xəstəlik səbəbindən ikinci qrup gözdən əlildir və bununla əlaqədar ona pensiya təyin edilmişdir. Təqsirləndirilən şəxs1 onurğanın bel hissəsinin osteoxondrozu, vertebral kanalın stenozu, onurğa disklərinin qabarması və lateral yırtıqları, fəqərələrarası disklərin sol tərəfli yırtığı, 2-ci tip şəkərli diabet, kəskin tənəffüs çatışmazlığı, naməlum psixomltor oyanıqlıq xəstəliklərindən əziyyət çəkir (cild 2, iş vərəqə 134-145). Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Aparatından 21 dekabr 2020-ci il tarixli məktubla daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunmamışdır (cild 2, iş vərəqə 106). Xaçmaz rayon icra Hakimiyyəti Başçısının Xudat şəhər inzibat-ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xudat şəhərində yaşadığı müddətdə özünü sakit, mülayim xarakterli, ətrafdakılara qarşı qayğıkeş və təmkinli göstərmişdir. Hər hansı mübahisə və qonşular arası söz-söhbətdə iştirak etməmişdir. Onun haqqında Xudat şəhər inzibat-ərazi üzrə nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (cild 2, iş vərəqə 104). Xaçmaz rayon icra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 02 noyabr 2005-ci il və 14 avqust 2008-ci il təvəllüdlü iki uşağı var. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarında göstərilmişdir ki,”qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin dispozisiyasından da göründüyü kimi bu cinayət obyektiv cəhətdən vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması əməllərinin törədilməsi ilə xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ifadəsinin Şahid1 sığorta ödənişinin verilməsi ilə bağlı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməməsi, eləcə də sığorta ödənişinin verilməsinə kömək edilməsi üçün Şahid2 istədiyi və Təqsirləndirilən şəxs2 vasitəsi ilə aldığı 1200 manat məbləğində pulu vəkilə verəcəyi və rüşvət almaması ilə bağlı hissəsini, habelə Təqsirləndirilən şəxs2 1200 manat pulun rüşvət qismində verilməsini bilmədiyinə dair ifadəsini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər ittiham olunduğu maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsinin sanksiyası həddində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onları səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsidə azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əvvələr məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini, Təqsirləndirilən şəxs1 gözdən ikinci qrup əlil olmasını, çoxsaylı xəstəliklərdən əziyyət çəkməsini, əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 17 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli qərarları ilə onların barələrində həbs qətimkan tədbirləri seçilmiş və həbsetmənin əvvəli 17 noyabr 2020-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 49, 59-60, 64, 75-76, 186-188, 195-197, 238-247). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 31 (otuz bir) manat 52 (əlli iki) qəpik və X3 30 (otuz) manat olmaqla ümumilikdə 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində məhkəmə xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar əməliyyat görüntülərinin yükləndiyi iki ədəd DVD disk, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş iki ədəd CD disk, iki vərəqli üzərində müxtəlif şəxslərin adları, eləcə də “23.10.2020 Şahid1 İİ qrup, ***- ***-**-**, ***-***-**-** üzeyir” sözləri yazılmış əlyazma cinayət işinin materiallarında saxlanılmalı, 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən götürülmüş, Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan on iki ədəd A54118323, A96965901, A02772630, A62827626, C29741397, C54353250, A70340044, C47034429, C85460414, B02272664, A15694927 və C57120212 seriya nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinazları hökm qanuni qüvvəyə mindikdən sonra həmin pul vəsaitləri Azərbaycan Respublikasının Baş Prokurorluğunun Madditexniki təminat şöbəsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27.12.1996-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25.06.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 17 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 31 (otuz bir) manat 52 (əlli iki) qəpik, Təqsirləndirilən şəxs2 30 (otuz) manat olmaqla ümumilikdə 61 (altmış bir) manat 52 (əlli iki) qəpik məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə maddi sübutlar: -əməliyyat görüntülərinin yükləndiyi iki ədəd DVD disk, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş iki ədəd CD disk, iki vərəqli üzərində müxtəlif şəxslərin adları, eləcə də “23.10.2020 Şahid1 İİ qrup, ***- ***-**-**, ***-***-**-** üzeyir” sözləri yazılmış əlyazma cinayət işinin materiallarında saxlanılsın; - 17 noyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən götürülmüş və hazırda Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabında saxlanılan on iki ədəd A54118323, A96965901, A02772630, A62827626, C29741397, C54353250, A70340044, C47034429, C85460414, B02272664, A15694927 və C57120212 seriya nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinazları hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunun Maddi-texniki təminat şöbəsinə qaytarılsın. Hökmdən elan olunduğu, təqsiləndirilən şəxslərə isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar