Məhkəmə qərarları › İş №1(101)-716/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-716/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-716/2023 28.02.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1987-ci ildə şirvan Şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 18a-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə səhər radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Şamaxinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 2,579 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 14 oktyabr 2022-ci il tarixdə saat 12.20-də yasamal rpi-nin 29-cu pş-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbiri çərçivəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq yasamal rpi-nin 29-cu pş-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,579 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitəsi olan kakos, yəni heroin istifadə etmişdir. Narkotikə 2 il bundan əvvəl qurşanmışdır. Heroini ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərdən Şamaxinkadan alırdı. Sonuncu dəfə də xx.xx.2022-ci il tarixdə səhər radələrində yenə Şamaxinkadan tanımadığı şəxsə 20 manat ödəyərək 2 qramdan bir az artıq çəkidə heroin əldə etmişdir ki, özü istifadə etsin. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Həmçinin üzərində elektron tərəzi də olmamışdır. Narkotiki əldə etdiyi həmin gün günorta vaxtı Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis olmalarını bildirmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək özləri ilə birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getməyi təklif etmişlər. Orada təhqiqatçı müdafiəçi dəvət edərək müdafiəçini ona təqdim etmiş, hüquq və vəzifələrini izah etmiş və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Təhqiqatçı ona təklif etmişdir ki, üzərində olan əşyaları masanın üzərinə qoymaqla təqdim etsin. Bundan sonra o, əynindəki qara rəngli cins şalvarın sağ cibindən içində kakos olan bir ədəd sellofan bükümü masanın üzərinə qoyaraq həmin bükümdə heroin olduğunu, heroini həmin gün səhər saatlarında Şamaxinkadan tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Həmin büküm kağız zərfin içərisinə qablaşdırılaraq möhürlənmiş və o daxil olmaqla baxışın bütün iştirakçıları tərəfindən imzalanmışdır. Həmçinin baxışla əlaqədar tərtib edilmiş protokolu da könüllü olaraq heç bir təzyiq olmadan imzalamışdır. Onu saxlayan polislər ona qarşı fiziki zor və ya təzyiq etməmiş, heç kəsdən şikayəti yoxdur. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanıyır, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Belə ki, həmkarı Şahid1 Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumata əsasən yaradılmış əməliyyat qrupuna o da daxil olmuş və xx.xx.2022-ci il tarixdə saat 12 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonundakı ünvanı müşahidəyə götürərək Təqsirləndirilən şəxs V.Əliyev küçəsi 240 saylı ünvanın qarşısında görərək ona yaxınlaşıb özlərini təqdim etməklə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Yasamal RPİ-nin 29-cu PŞ-nə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla PŞ-nə getmiş, orada onu şöbənin təhqiqatçısı, polis mayoru Elnur Məmmədova təhvil vermişlər. Sonuncu vəkil dəvət edərək Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etməklə onların iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində olan əşyaları masanın üzərinə qoymaqla təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın cibindən bir ədəd sellofan bükümü masanın üzərinə qoyaraq bükümdə kakos olduğunu, həmin kakosu həmin gün səhər saatlarında 20 manata Şamaxinka deyilən ərazidən tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Həmin büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Həmin zərfə baxışa dair protokol bütün iştirakçılar tərəfindən imzalanmış, Təqsirləndirilən şəxs tərəfindən baxışla bağlı heç bir şikayət və qeyd bildirilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhər Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşı Şahid1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, xidmət etdiyi şöbəyə 14 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1987-ci il təvəllüdlü, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4ə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin 29-cu PŞnin rəhbərliyinə məruzə edildi və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün onunla birlikdə o, polis şöbəsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və həmin gün saat 12:20-də əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 5 ünvanın qarşısında onu saxlamışlar. Həmin şəxsi saxlayıb, Yasamal RPİ-nin 29-cu PŞnə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs razılışaraq onlarla birlikdə Yasamal RPİ- Nin 29-cu PŞ-nə gəlmişlər. Təqsirləndirilən şəxsla bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis mayoru Elnur Məmmədova həvalə olunmuşdur. Bununla bağlı, təhqiqatçı Elnur Məmmədov tərəfindən Yasamal RPİnin 29-cu PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək, onun razılığı ilə vəkillər siyahısından seçdiyi vəkil dəvət edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümünü çıxararaq təqdim etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxsdan üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, bu maddəni 14 oktyabr 2022-ci il tarixində səhər radələrində Bakı Şəhəri Nəsimi rayonu ərazisindəki “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxsun təqdim etdiyi bükümə baxış keçirmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli maddə aşkar edilmişdir. Bundan sonra təhqiqatçı elnur məmmədov şübhəli şəxs Təqsirləndirilən şəxsun üzərinə şəxsi axtarış və götürmə aparmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş maddə zərfə qoyularaq möhürlənərək götürülmüş və şəxsi axtarışda iştirak etmiş bütün şəxslər, həmçinin Təqsirləndirilən şəxs imzalayaraq təsdiq etmişlər. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə heroinin mənbəyi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirmiş, lakin mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin E.Vəloiyevin əldə etdiyi narkotik vasitə olan heroini satmaq istəməsi və ya satmağa hazırlaşması haqqında dəqiq və tam məlumat yoxdur, yalnız müəyyən olmuşdur ki, o, xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir, üstündən aşkar olunmuş narkotik vasitə hesab olunan heroini məhz öz istehlakı üçün qanunsuz əldə edərək üstündə saxlamışdır. Onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞnin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli patortdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyysində şübhəli olması barədə məlumat daxil olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, həmin tarixdə əməliyyt axtarış tədbirlərinin keçirilməsi məqsədilə əməliyyatt qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində xx.xx.2022-ci il tarixdə, saat 12:20-də Təqsirləndirilən şəxs ünvan 1 ünvanın qarşısında saxlanılaraq 29-cu PŞ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şəxsi axtarış və götürmə aparılması haqqında» 14 oktyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, baxış vedoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının qabaq sağ cibindən bir ədəd bükümünü çıxararaq təqdim etmişdir. Sorğu zamanı həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni 14 oktyabr 2022-ci il tarixində səhər radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022ci il tarixli protokoldan müyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-CI maddəsi ilə təqsirli bilinərək, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 15 oktyabr 2022-ci il tarixli, 6/5951 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində " azərbacan respublikası din zərflər üçün №169” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,579 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbacan Respublikasının Qanunu ilə təstiq olunmuş sıyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in ı siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022ci il tarixli, 7364 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022ci il tarixli, 3377 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktıki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, Təqsirləndirilən şəxs hərəkətləri Azerbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin «əməliyyataxtarış tədbirin keçirilməsinə dair» qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, narkotik vasitənin mənbəyini müəyyən etmək üçün cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,479 qram narkotik vasitə heroin saxlanması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edimişdir. Məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxs X4 məhkumluğuna dair tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Eyni zamanda məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda onlara tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi özünün və şahidlərin ifadələri, istintaq protokolları, məhkəmə ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşıması öz ifadəsi ilə yanaşı əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini isə düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxslərin hökmün təsviriəsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqələri və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxslərin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxlərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 14 oktyabr 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan İş üzrə maddi sübutlar – Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalığı qalmış 2,479 qram narkotik vasitə məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201- 01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə 180 AZN (yüz səksən) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilmiş - ekspertizanın tədqiqatından sonra 2,479 qram çəkidə qalıq qalmış heroin məhv edilsin, şəxsi axtarış və götürmə video görüntülər əks olunmun 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN**********, ABB mərkəzi filialı, VÖİN**********, Kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi 180 AZN (yüz səksən) manat pul Bakı şəhəri 3 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar