Məhkəmə qərarları › İş №1(101)-716/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-716/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-716/2024 24.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Quliyev Vüqar Elbrus oğlundan və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə məhkəmə iclasının katibi X14, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili X4 və təqsirləndirilən şəxs X6 iştirakı ilə, 30 iyul 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (cəzasını çəkməmiş), ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: təqsirləndirilən şəxs X15 11 aprel 2023-cı il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidən məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə iki ədəd bükümdə olmaqla bır bükümdə təmiz çəkisi 16,288 qram olan tünd qəhvəyi rəngli və digər bükümdə təmiz çəkisi 0,758 qram olan qəhvəyi rəngli ümumilikdə təmiz çəkisi 17,046 qram təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin narkotik vasitə olan heroinin bır ədəd bükümdə təmiz çəkisi 0,758 qram təşkil edən hissəsini 11 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Bakı şəhəri,Yasamal rayonu, V.Əliyev 6 ünvanında tanışı X11 02 ədəd velosiped müqabilində satmış, Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 aprel 2023-cü il tarixdə saat 06:00-da yaşadığı Bakı şəhəri,Yasamal rayonu, V.Əliyev 6 ünvanda saxlanııdıqdan sonra evin həyətinə keçirilən baxış zamanı həmin 02 ədəd velosiped aşkar olunaraq götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə 28-ci PB-nin inzabatı binasına gətirilib orada saat 07:40 dəqiqədən saat 08:15 dəqiqəyədək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ cibindən qara rəngli kisənin içərisindən ümumi təmiz çəkisi 16,288 qram təşkil edən tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin və həmin şalvarın sol yan cibindən narkotik vasitələrin satışını təmin etmək üçün istifadə olunan üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 12 aprel 2023-cü il tarixdə gecə saat 01:30 radələrində 7-8 nəfər polis əməkdaşı onun yaşadığı evə daxil olaraq ondan 1 həftə əvvəl uşaqları üçün aldığı velosipedləri təhvil verməsini istəmişlər, o, velosipedləri polis əməkdaşlarına verdikdən sonra polis əməkdaşları onu evindən götürərək Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə aparmış, polis bölməsində onu bir müddət saxladıqdan sonra polis əməkdaşları bir cibinə narkotik vasitə, bir cibinə isə elektron tərəzi qoyaraq boynuna götürməsini tələb etmişlər, o, buna etiraz etdikdə ailəsini də polis idarəsinə gətirəcəklərini və onunla əlbir olmaları ittihamı ilə həbs edəcəkləri ilə hədələmişlər; təzyiqlərin qarşılığında məcbur qalaraq narkotik vasitələri və elektron tərəzini guya özünə məxsus olmasını etiraf etmiş və sənədlərə qol çəkmişdir; əslində isə evində aşkra edilmiş 2 ədəd velosipedi Roman Məmmədovdan 60 manat müqabilində almışdır; polis əməkdaşları ona demişlər ki, Roman saxlanılmış və ifadəsində guya onun adını çəkərək həmin velosipedləri narkotik vasitə qarşılığında ona (Romana) satdığını bildirmişdir; lakin o, Romana heç vaxt narkotik vasitə verməmişdir, narkotik vasitə istifadəçisi olsa da tutulan dövrdə narkotik vasitə istifadə etməmişdir, Romanla birlikdə çox əvvəllər narkotik vasitə istifadə etmə halları olmuşdur; heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər edilməmiş, bədəni üzərində xəsarətlər olmamışdır. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs X15 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində Azərbaycan Respublikası 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir kı,narkotik vasitə qəbul edir. Hər dəfə narkotik vasitəni ayrı-ayrı şəxslərdən alıb qəbul edir. 12 aprel 2023-cü il tarixdə səhər saatlarında üzdən tanıdığı,lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 200 manat verərək Yasamal rayonu “Sovetski” adianan ərazidən narkotik vasitə almışdır.Aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamışdır.Həmin tarixdə saat 06:00-da yaşadığı Yasamal rayonu, V.Əliyev 6 ünvanının qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş və Yasamal RPİ-nin 28-cı PB-nə dəvət etmişlər.Bölmənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkil X12 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan qara rəngli şalvarın sağ yan cibində şəxsi istifadəsi üçün qara rəngli kisəyə bükülmüş bükümdə saxladığı heroin kimi tanıdığı narkotik vasitəni və sol yan cibindən həmin narkotik vasitəni çəkmək üçün elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmışlar və içərisində heroin kimi tanıdığı narkotik vasitəni aşkar etmişlər. Sorğu zamanı o bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir, ona məxsusdur. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir. Bundan əlavə qeyd etmişdir ki, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır.Əlavə olaraq E.Xankişiyev qeyd etmişdir ki,12 aprel 2023-cü i! tarixdə səhər saatlarında üzdən tanıdığı,lakin adım bilmədiyi şəxsdən şəxsi istifadəsi ı üçün 200 manat verərək Yasamal rayonu "Sovetski” adlanan ərazidən narkotik vasitə 1 almışdır.Həmin narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində gəzdirmişdir.Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamır.O Roman Həsənovdan 2 ədəd velosipedi 60 manat verib almışdır. R.Həsənova narkotik vasitə satmamışdır.Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqi 116-118). Məhkəmə zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməliyyat müvəkkili X7 ifadəsində göstərmişdir ki, 08 aprel 2023-cü il tarixdə Yasamal rayonu MİDA soaial binalarından 4 ədəd velosipedin oğurlanması barədə məlumat daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən şəxs X1 bölməyə gətirilmişdir. Polis idarəsində üzərinə baxış keçirilərkən Roman Həsənovun üzərindən narkotik vasitəyə heroinə bənzər 01 ədəd büküm aşkar olunmuşdur. Roman Həsənov narkotik vasitəni Vüqar adlı tanışı iiə birlikdə oğurladığı iki ədəd velosipedi X9 narkotik vasitə qarşılığında satdığını və Elman Xankişiyevin də əvəzində ona hal hazırda üzərindən aşkar olunaraq götürürmüş narkotik vasitəni verdiyini bildirmişdir. 12 aprel 2023-cü il tarixdə saat 06 radələrində X6 yaşadığı ünvana getmiş, bu zaman Elman Xankişiyev onları gördükdə əvvəlcə qaçmaq istəsə də dərhal tərəflərindən saxlanılmışdır. Polis bölməsində Elman Xankişiyevin üzərindən bir ədəd qara rəngdə olan kisənin içərisində narkotik vasitəyə heroinə bənzər maddə və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunmuşdur. Elman Xankişiyevə qarşı psixi və ya fiziki təsir və təzyiq edilməmişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X27 şahid Məmməd Allahverdiyevin ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Yasamal rayonu ərazisindən müxtəlif vaxtlarda velosipedlər oğurlamışdır. Oğurladıqları velosipedlərdən ikisini X24 ilə birlikdə satmaq üçün gedərkən yolun kənarında qarşılarına əvvəllər tanıdığı Elman Xankişiyev çıxmışdır; onlar Elmana velosipedləri satmaq istədiyini bildirmişlər, Elman isə velosipedləri ala biləcəyini və bunun müqabilində 60 manat pul verəcəyini bildirmişdir, onlar razılaşmış və 60 manat müqabilində velosipedləri Elmana satmışlar, Elman Xankişiyev onlara narkotik vasitə verməmişdir və satmamışdır; saxlanıldıqdan sonra polis idarəsinə gətirildikdə polis əməkdaşları üzərlərindən aşkar edilən narkotik vasitələri guya Elman Xankişiyevdən aldıqları barədə ifadə vermələrini tələb etmişlər, ibtidai istinaq zamanı polis əməkdaşlarının təzyiqləri nəticəsində guya oğurladıqları 2 ədəd velosipedi Elmana satmaları, Elmanın isə əvəzində onlara narkotik vasitə vermələri barədə düzgün olmayan ifadələr vermişdir. Məhkəmə zamanı şahid qismində dindirilmiş X24 şahid X10 ifadəsinə uyğun ifadə vermiş, Elman Xankişiyevin onlara narkotik vasitə satmadığını, 2 ədəd velosipedin əvəzində Elmanın onlara narkotik vasitə vermədiyini, ibtidai istintaq zamanı təzyiqlər nəticəsində ifadələr verdiklərini bildirmişdir. Şahid X18 ibtidai istintaq zamanı verdiyi və məhkəmə zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, narkotik vasitə «heroin» qəbul edir. Hər dəfə narkotik vasitəni ayrı-ayrı şəxslərdən alıb qəbul edir. Heç bir yerdə işləmədiyi üçün oğurluq edir və oğurladığı əşyaları müxtəlif şəxslərə sataraq əldə etdiyi pula narkotik vasitə alır. Son 10 gün ərzində Yasamal rayonu ərazisində yerləşən MİDA sosial evlərin zirzəmilərindən müxtəlif vaxtlarda ümumilikdə 12 ədəd velosiped oğurlamışdır. Oğurladığı 10 ədəd velosipedi tanımadığı şəxslərə satmışdır, qalan 2 ədəd velosipedi isə 11 aprel 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində Elman adlı şəxsə satmış və Elman qarşılığında ona sonradan üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni satmışdır. Aldığı narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində saxlamışdır. 11 aprel 2023-cü il tarixdə saat təxminən 23:15-da Yasamal rayonu, A.M.Şərifzadə-62 ünvanının qarşısında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onu oğurluq etməkdə şübhəli olduğu üçün 28-cı PB-nə dəvət etmişlər. Bölmənin xidməti otaqlarının birində ona təqdim edilmiş vəkil X25 iştirakı ilə üzərimə baxış keçirilmişdir. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. O da əynində olan qara rəngli cins şalvarın sağ yan cibində öz istifadəsi üçün siqaret kağızına bükülmüş bükümdə saxladığı heroin kimi tanıdığı narkotik vasitəni təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümü açmış və içərisində heroin kimi tanıdığı narkotik vasitəni aşkar etmişlər. Sorğu zamanı bildirmişdir ki, aşkar edilmiş maddə heroin kimi tanıdığı narkotik vasitədir, ona məxsusdur. Ondan aşkar edilmiş narkotik maddə polis əməkdaşları tərəfindən götürülərək İştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar, tərəfindən imzalanaraq tərkibinin ekspertiza vasitəsilə müəyyən ediləcəyi bildirilmişdir, keçirilən bütün prosesslər video çəkilişlə qeydə alınmışdır. Etiraf edərək bildirmişdir ki, oğurladığı 2 ədəd velosipedi 11 aprel 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində Elman adlı şəxsə satmış və Elman qarşılığında ona hal hazırda üzərində olan narkotik vasitəni satmış, həmin narkotik vasitəni daha sonra istifadə etmək üçün üzərində gəzdirmişdir. Ondan aşkar edilmiş narkotik vasitə olan heroindən başqa heç bir yerdə hər hansı bir növ narkotik vasitə saxlamamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır (cild 1, iş vərəqi 103-105). Şahid X24 ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda yaşayır, özü isə fərdi əməklə məşğuldur. Əlavə olaraq qeyd etmək istəyir ki,o təxminən iki ildir ki narkotik vasitələdən istifadə edir. X13 təxminən 2 aya yaxın müddət ərzində tanıyır. Onlar birlikdə bir neçə dəfə narkotik vasitə heroini birlikdə alaraq istifadə etmişlər. Həmin tarixdə o Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Kaktus restoranının yaxınlığında boş obyektdə mühafizəçi kimi işləyir və orada qalırmış. Romanla tanış olarkən sonuncu ona qalacaq yeri olmadığınl bildirmiş, Romana onunla qalmağı təklif etmişdir. Roman həmin tarixdə ona velosiped alqı-satqısı ilə məşğul olduğunu, ucuz qiymətə alıb biraz pul qoyub baha qiymətə satdığım bildirmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Roman ona bir ədəd velosiped gətirərək satmaqda köməklik etməyini xahiş etmiş, velosipedi Romandan götürərək Yasamal rayonu, 2 saylı Tibb Texnikomunun yaxınlığında yerləşən ətçilər adlanan yerə gəlmiş, dir. Daha sonra orada kafedə işləyən Şoşu kimi tanıdığı şəxsə velosiped satdığını bildirdikdə, Şoşu velosipedin qiyməti ilə maraqlanmış və o, 50 manat qarşılığında velosipedi satmış, həmin məbləğdə pulu Romana vermiş və onlar birlikdə Yasamal rayonunda yerləşən Kaktus restorananın yaxınlığında narkotik vasitələrin satışı ilə məşğul olan üzdən tanıdığı, anket məlumatlarım bilmədiyi şəxsdən şəxsi istifadələri üçün 20 manat qarşılığında narkotik vasitə heroin almış və birlikdə istifadə etmişlər, qalan 30 manat isə Romanda qalmışdır. Bir neçə gün sonra yenidən Roman ona iki ədəd velosipedin olduğunu, satmaqda köməklik etməyini xahiş etmişdir. Onlar birlikdə yenidən Yasamal rayonu, 2 saylı Tibb texnikomunun yaxınlığında yerləşən ətçilər adlanan yerə getmişlər. Roman həmin kafelərin yanına çatdıqda boşandığı həyat yoldaşının orada İşlədiyini, onunla qarşılaşmaq istəmədiyini, bu səbəbdən hər iki velosipedi satmağı ondan xahiş etmişdir.O isə əli ilə hər iki velosipedi sürərək kafedə işləyən lakin adını bilmədiyi şəxsə birini 20 manata, digərini isə 15 manata satmışdır. Daha sonra əldə etdiyi 35 manatı Romana vermişdir. Bir neçə gün sonra Roman ona Yasamal rayonu ərazisində yerləşən Mida sosial evlərində iki ədəd velosipedi aldığını bildİrmişdir. Onlar birlikdə həmin velosipedləri sürmək üçün Mida sosial evlərinin qarşısına getmişlər. Roman ona binanın yanında gözləməyimi tapşıraraq binaya daxil olmuş və təxminən 20 dəqiqə sonra iki ədəd velosipedlə binadan çıxmışdır; Romana yaxınlaşmış və hər iki velosipedin təkərləri havasız olduğundan onları əli ilə həmin velosipedləri sürərək metropolitenin «İnşaatçılar» stansiyasının yaxınlığına gəlmişlər. Orada velosipedlərin təkərlərinə hava vurduqdan sonra velosipedləri sürərək 20 yanvar metrostansiyasımn yaxınlığında dayanan taksi fəaliyyəti ilə məşğul şəxslərə yaxmlaşmışlar. Roman həmin şəxslərə velosipedləri satdığını bildirmiş və sürücülərlə qiymətdə razılaşdıqdan sonra velospedin birini 60, digərini isə 40 manata satmışlar. Onlar daha sonra birlikdə yenidən Yasamal rayonunda, Kaktus restorananm yaxınlığında, narkotik vasitələrin satışı ilə məşğul olan üzdən tanıdığı, anket məlumatlarım bilmədiyi şəxsdən şəxsi istifadələri üçün 25 manat qarşılığında narkotik vasitə heroin almış və birlikdə istifadə etmişlər, 75 manat isə Romanda qalmışdır. Təxminən 1 həftə sonra Roman ona yenidən Yasamal rayonu ərazisində yerləşən Mida sosial evlərində iki ədəd velosipedi aldığım bildirmişdir. Onlar birlikdə həmin velosipedləri sürmək üçün Mida sosial evlərinin qarşısına getmişlər. Roman ona binanın yanında gözləməsini bildirmişdir. Roman binaya daxil olmuş və təxminən 20 dəqiqə sonra iki ədəd velosipedlə binadan çixmışdır; Romana yaxınlaşmış, hər iki velosipedi sürərək «İnşaatçılar» metrostansiyanın yaxınlığına gəlmişlər. Orada meyvə dükanında işləyən bir nəfər şəxsə yaxınlaşmışlar. Roman həmin şəxsə sürdüyü velosipedi 70 manata satmışdır. Daha sonra o Romanla birlikdə yenidən Yasamal rayonu,Kaktus restorananm yaxınlığında narkotik vasitələrin satışı ilə məşğul olan üzdən tanıdığı,anket məlumatlarım bilmədiyi şəxsdən şəxsi istifadələri üçün 25 manat qarşılığında narkotik vasitə heroin almış və birlikdə istifadə etmişlər. Geri qalan 45 manat isə Romanda qalmışdır. Daha sonra onlar birlikdə yaşadığı Yasamal rayonu Kaktus restoranının yaxınlığında yerləşən obyetə gəlmişlər. Bİr gün sonra Roman digər velosipedi satmaq məqsədi ilə sürərək getmiş, lakin həmin velosipedi harada,kimə və neçəyə satmağı barədə ona məlumat verməmişdir. 11 aprel 2023-cü il tarixdə Roman ona Yasamal rayonu ərazisində yerləşən Mida sosial evlərində daha iki ədəd velosiped aldığını bildirmişdir. Onlar birlikdə həmin velosipedləri sürüb gətirmək üçün Mida sosial evlərinin qarşısına getmişlər, o, binadan kənarda gözləmiş, Roman isə tək binaya yaxınlaşmış və təxminən 20 dəqiqədən sonra bir ədəd rəngini xatırlamadığı velosipedi sürərək qayıtmış, Roman ona gətirdiyi velosipedi sürərək Roman ilə yaşadıqları obyektdə gedib gözləməyi tapşırmış, özü msə başqa bir velosped gətirəcəyini bildirmişdir. O, velosipedi sürərək yaşadıqları obyektə gəlmiş, həmin gün saat 16 radələrində Roman başqa bir velosipedlə yaşadıqları obyektə qayıtmış, daha sonra Romanla birlikdə velosipedləri satmaq məqsədi ilə Yasamal rayonunda yerləşən Kaktus restoranının yaxınlığında hərəkət edərkən X15 onların qarşısına çıxmış, o, kənarda gözləmiş, Roman isə Elmana yaxınlaşaraq danışmış, sonra hər iki velosipedi Elmana vermiş, o, yaşadığı obyektə geri qayıtmış, Roman isə Elmanla getmiş, təxminən 30 dəqiqədən sonra Roman yaşadıqları obyektə gəlmiş və cibindən narkotik vasitə heroin çıxartmışdır, birlikdə narkotik vasitəni istifadə etmişlər, həmin velosipedləri sataraq narkotik vasitə almalı idilər və narkotik vasitələrin satışı ilə məşğul olan Elman Xankişiyevin qarşılarına təsadüfən çıxmağı nəticəsində Roman velosipedləri narkotik vasitə qarşılığında Elmana satdığını bilmişdir (cild 1, iş vərəqi 285-288). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, şübhəli şəxsin tutulması haqqında 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X15 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, iş vərəqi 52-53). Yasamal Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli il tarixli qərarından görünür ki, X6 barəsində 4 (dörd) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 130-138). 13 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X18 bildirmişdir ki, heç bir yerdə işləmədiyi üçün oğurluq edir və oğurladığı əşyaları müxtəlif şəxslərə sataraq əldə etdiyi pula narkotik vasitə alır; Yasamal rayonu ərazisində yerləşən MİDA sosial evlərin zirzəmilərindən müxtəlif vaxtlarda ümumilikdə 12 ədəd velosiped oğurlamışdır; 10 ədəd velosipedi tanımadığı şəxslərə satmışdır; geri qalan 2 ədəd velosipedi isə 11 aprel 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonu ərazisində Elman adlı şəxsə satmışdır və Elman qarşılığında ona üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəni satmışdır; təqsirləndirilən şəxs X15 isə qeyd etmişdir ki, o övladları üçün Romandan 60 manat verərək 2 ədəd velosipedi almış; o, Romana narkotik vasitə satmamışdır (cild 1, iş vərəqi 93-95). 12 aprel 2023-cü il tarixli “baxış və əşyanın götürülməsi haqqında” protokoldan görünür ki, 12 aprel 2023-cü il tarixdə saat 06:00-da Bakı şəhəri Yasamal rayonu V.Əliyev 6 ünvanında yaşayan X9 məxsus evin həyətindən 1 ədəd yaşıl rəngli və 1 ədəd mavi rəngli velosiped maddi sübut kimi götürmüşdür (cild 1, iş vərəqə 37). 12 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, X3 rayonu ərazisindən müxtəlif vaxtlarda ümumilikdə 12 ədəd velosipedi oğurlamaqda şübhəli kimi 11 aprel 2023-cü il tarixdə saat 23:15-də Bakı şəhəri, Yasamal rayonu,A.M.Şərifzadə 62 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmasını və 28-ci Pş-nə gətirilməsini, hazırda da narkotik maddələrdən istifadə eməsini və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən çöl hissəsi ağ,iç hissəsi göy rəngli siqaret kağızına bükülmüş içərisində narkotik vasitə heroini çıxarıb könüllü olaraq təqdim etmişdir. X10 əynindəki cins şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd çöl hissəsi ağ,iç hissəsi göy rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçi X25 iştirakı ilə X11 həmin bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş, X18 bildirmişdir ki, həmin bükülünün içərisindəki maddə "kokos" dedyilən narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni oğurladığı iki ədəd velosipedin qarşılığında Elman adlı şəxsdən almasını, daha sonradan istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Şəxsi axtarış zamanı X10 üzərində iş üşün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. X26iunun üzərindən aşkar edilmiş bir ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış, DİN-nin zərflər üçün olan 167 sayli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfmdən imzalanmışdır (cild 1, iş vərəqi 23-24). 12 aprel 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında" protokoldan görünür ki, X15 12 aprel 2023-cü il tarixdə saat 06:00 radələrində ünvan 6 ünvanının qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmasını və 28-ci PŞ-nə gətirilməsini, hazırda da narkotik maddələrdən istifadə eməsini və əynindəki əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən qara rəngli kisəyə bükülmüş içərisində narkotik vasitə heroini və sol yan cibindən bir ədədüzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzini çıxarıb könüllü olaraq təqdim etmişdir. X6 əynindəki idman şalvarının sağ yan cibində saxladığı və təqdim etdiyi bükülüyə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, təqdim edilmiş bir ədəd salafan bükülünün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə vardır. İştirak edənlər və müdafiəçi X12 iştirakı ilə X9 həmin bükülünün içərisindəki maddənin nədən ibarət olduğu barədə sual verilmiş, X15 bildirmişdir ki, həmin bükülünün içərisindəki maddə "kokos" dedyilən narkotik vasitə olan heroin olmasını, həmin narkotik vasitəni iki gün əvvəl Yasamal rayonu Sovetski deyilən yerdən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 200 manata almasını, daha sonradan istifadə etmək üçün üzərində saxlamasını bildirmişdir. Şəxsi axtarış zamanı X6 üzərində iş üşün əhəmiyyət kəsb edən digər hər hansı bir əşya və predmet aşkar edilməmişdir. X6 üzərindən aşkar edilmiş bir ədəd bükülü və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, DİN- nin zərflər üçün olän 167 sayli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfmdən imzalanmışdır (cild 1, iş vərəqi 61-62). Məhkəmə-kimyəvi ekspertizası üzrə 12 aprel 2023-ci il tarixli 6/2150 saylı eskpert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N°167’’ dairəvi möhür əksi, «X10 ...” sözləri,soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,758 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 1, iş vərəqi 68-73). Məhkəmə-kimyəvi ekspertizası üzrə 12 aprel 2023-ci il tarixli 6/2159 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün Ne167” dairəvi möhür əksləri olan iki ədəd zərf təqdim olunmuşdur, üzərində «E/F Xankişiyev (imza) ...” sözləri,soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd qara rəngli kisənin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 16,288 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində «E/F Xankişiyev (imza) ...” sözləri,soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd gümüşü rəngli elektron tərəinin üzərində narkotik vasitə olan heroinin izləri vardır,heroin iz şəklində olduğu üçün təmiz çəkisinin müəyyən edilməsi və digər bükümdə olan heroinlə müqayisələi tədqiqat aparılması mümkün deyildir (cild 1, iş vərəqi 75-79). Məhkəmə-narkoloji ekspertizası üzrə 25 iyun 2023-cü il tarixli 4073 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, X8 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur; nNarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 35-36). 13 aprel 2023-cü il tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD-R formatlı diskdə olan görüntüdə süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 28-cı PB-nin xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki. təhqıqatçı Faiq Süleymanov, X11 qanunla nəzərdə mtulmu, hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt X18,əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoydu.Sorğu zamanı bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirdi və ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroini X5 oğurladığı iki ədəd velosipedin qarşılığında aldığım bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən X6 üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. X10 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqi 161). 13 aprel 2023-cü il tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, DVD-R formatlı diskdə olan görüntüdə süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPl-nin 28-cı PB-nin xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Kamran Cavadov, X9 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyam təqdim etməsini sonuncuya təklif edir. Həmin vaxt X15,əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən qara rəngli kisəyə bükülmüş içərisində narkotik vasitə heroini və sol yan cibindən bir ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzini çıxarıb masanın üzərinə qoydu.Sorğu zamanı bükülünün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu bildirdi və ondan aşkar edilərək götürülmüş narkotik vasitə heroini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən aldığını bildirdi.Bundan sonra təhqiqatçı tərəfindən X6 üzərinə keçirilən baxış zamanı əlavə heç bir əşya və predmet aşkar olunmamışdır. X6 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və elektron tərəzi zərfə qoyularaq möhürlənir və iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqi 163). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X2 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234,1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 139-144). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs Elman Xankişiyev ittihamda qeyd edildiyi kimi 12 aprel 2023-cü il tarixdə saat 06:00-da yaşadığı ünvanın qarşısında deyil, gecə saat 01:30 radələrində 7-8 nəfər polis əməkdaşı tərəfindən yaşadığı evdə saxlanılaraq polis bölməsinə aparılması, polis əməkdaşları tərəfindən bir cibinə narkotik vasitə, bir cibinə isə elektron tərəzi qoyularaq boynuna götürməsini tələb edilməsi, buna etiraz etdikdə ailəsini də polis idarəsinə gətirəcəkləri və onunla əlbir olması ittihamı ilə həbs edəcəkləri ilə hədələmələri, təzyiqlərin qarşılığında məcbur qalaraq narkotik vasitələrin və elektron tərəzinin guya özünə məxsus olması barədə etiraflar etməsi və sənədlərə imza etməsi, velosipedləri Roman Məmmədovdan 60 manat müqabilində alması, sonuncuya və digər şəxslərə heç vaxt narkotik vasitə satmaması, nəyinsə müqabilində narkotik vasitə verməməsi, narkotik vasitələrin satışı ilə məşğul olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitəni videoçəkiliş aparılarkən təqdim etməsi barədə göstərdikləri məhkəmə zamanı təsdiqini tapmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Təqsirləndirilən şəxs Elman Xankişiyev ilkin izahat və ifadələrində, o cümlədən üzərinə axtarış və götürmə aparılarkən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmasını etiraf etmişdir. Həmin protokolun məzmunundan görünür ki, təqsirləndirilən şəxs Elman Xankişiyevin polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən cibinə narkotik vasitələr və elektron tərəzi qoyulması, polis əməkdaşları tərəfindən psixi təsirə məruz qalması barədə qeydi olmamış, istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən təqsirləndirilən şəxs Elman Xankişiyevin sərbəst şəkildə yaşadığı üzərindən aşkar edilən qanunsuz əşya və predmetlərin polis əməkdaşlarına könüllü təqdim edilməsi əks olunmuşdur. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında, üzərinə axtarış və götümə aparılmasında bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən təqsirləndirilən şəxs X6 ifadəsində göstərdiyi xüsusatların həqiqətə uyğun olmadığını, Elman Xankişiyevi yaşadığı ünvanın qarşısında 12 aprel 2023cü il tarixdə ittihamda qeyd edildiyi vaxtda saxladıqlarını, Elman Xankişiyevin bildirdiyi kimi polis əməkdaşları tərəfindən cibinə narkotik vasitələr və elektron tərəzi qoyulmaması, sonuncuya qarşı polis əməkdaşları tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən təqsirləndirilən şəxs Elman Xankişiyev məhkəmədə polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması barədə bildirməmişdir. Bakı İstintaq Təcridxanasından daxil olmuş 24 iyul 2024-cü il tarixli məktubdan və ona əlavə edilmiş tibbi sənədlərdən görünür ki, X6 bədənində xəsarətlər aşkar edilməmişdir. Cinayət işinin materiallarının 2-ci cildinin 2-3-cü vərəqlərində olan baxış keçirilməsinə dair protokoldan görünür ki, Elman Xankişiyevin istifadəsində olan ********** mobil nömrəsi ilə digər şəxslərə məxsus mobil nömrələr arasında narkotik vasitələrin alışına və satışına dair çoxsaylı SMS mətnləri aşkarlanmışdır. X22 satdığı narkotik vasitə və psixotrop maddələrin dəqiq çəkisini müəyyən etmək üçün elektron tərəzi istifadə etmiş və həmin elektron tərəzi də şəxsi axtarış zamanı aşkar edilmişdir. Bundan başqa, cinayət işinin materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş X10 üzərinə axtarış və götürmə aparılmasına dair 12 aprel 2023-cü il tarixli protokoldan,13 aprel 2023-cü il tarixli təqsirləndirlən şəxs Roman Həsənovun dindirilməsi protokolundan, 13 aprel 2023-cü il tarixli “Videogörüntülərə baxış keçirilməsi haqqında” protokoldan və 13 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, ibtidai istintaq zamanı X18 üzərindən aşkar edilmiş narkotik vasitə heroini X5 oğurladığı iki ədəd velosipedin qarşılığında aldığını bildirmiş, X34 Xankişiyev ilə aralarında aparılmış üzləşdirmə zamanı həmin ifadəsini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə zamanı şahid qismində dindirilmiş X18 və X16 Elman Xankişiyevin onlara narkotik vasitə satmadığı, 2 ədəd velosipedin əvəzində Elmanın onlara narkotik vasitə vermədiyi, ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən edilmiş təzyiqlər nəticəsində ifadələr verməsi barədə göstərdikləri işin faktiki hallarına uyğun deyildir. Məhkəmə Elman Xankişiyevin təqsirsizliyini sübut etmək üçün qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olmayan müdafiə məqsədilə gətirdiyi dəlillər kimi qiymətləndirir. Beləkilə, cinayət işinin yuxarıda qeyd edilən tədqiq edilmiş materiallarını müqayisəli qaydada analiz edərkən, 11 aprel 2023-cı il tarixdə məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə iki ədəd bükümdə olmaqla bır bükümdə təmiz çəkisi 16,288 qram olan tünd qəhvəyi rəngli və digər bükümdə təmiz çəkisi 0,758 qram olan qəhvəyi rəngli ümumilikdə təmiz çəkisi 17,046 qram təşkil edən maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması, həmin narkotik vasitə olan heroinin bir ədəd bükümdə təmiz çəkisi 0,758 qram təşkil edən hissəsini 11 aprel 2023-cü il tarixdə günorta saatlarında yaşadığı Bakı şəhəri,Yasamal rayonu, V.Əliyev 6 ünvanında tanışı X11 02 ədəd velosipedin müqabilində satması, şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ cibindən qara rəngli kisənin içərisindən ümumi təmiz çəkisi 16,288 qram təşkil edən tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin və həmin şalvarın sol yan cibindən narkotik vasitələrin satışını təmin etmək üçün istifadə olunan üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd gümüşü rəngli elektron tərəzinin aşkar edilməsini və həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsini işin faktiki hallarına və elan edlmiş ittihama uyğun hesab edir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Elman Xankişiyevin üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 16,288 qram narkotik vasitə heroin külli miqdar təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Elman Xankişiyev satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşıması və satması işin materialları ilə sübut olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna əsasən, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.3 maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən CM-in 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X9 cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən X6 himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X6 cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən və Yasmal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, X15 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Elman Xankişiyev hazırki cinayət əməlini Yasamal rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü qanuni qüvvəsini almadan və icraya yönəlmədən törətmiş və barəsində həbs növündə qətimkan tədbiri seçilmişdir. Bu səbəbdən, Yasamal rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir, bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinin tələbinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Buna görə də X23 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası kimi hesablanaraq hazırkı hökmlə qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs X6 barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Beləliklə, məhkəmə kollegiyası X9 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, onun şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə X9 təyin edilmiş və çəkilməmiş 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzasının iki gününün azadlıqan məhrum etmə cəzasının bir gününə bərabər tutmaqla 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla qəti cəza təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəzaçəkməsinin başlanğıcının 12 aprel 2023-cü il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. Məhkəmə-bioloji ekspertizası üzrə 12 aprel 2023-ci il tarixli 6/2159 saylı ekspert rəylərinə əsasən Elman Xankişiyevin üzərindən aşkar edilmiş 16,288 qram narkotik vasitə olan heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 16,188 qram narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli, şəxsi axtarış və gütürmə aparılması zamanı çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları, SMS-lər və anten dairələri haqqında məlumatları əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 72 (yetmiş iki) manat X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən X9 narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddianın və müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası 68.1.1-1-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqan məhrum etmə cəzasına bərabər tutulmaqla Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli hökmü ilə X9 təyin edilmiş və çəkilməmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılmasının bərabər tutulduğu 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaqla X9 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X15 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X9 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablansın. X6 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal RPİnin saxlanc yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalan 16,188 qram narkotik vasitə heroin və bir ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin, şəxsi axtarış və gütürmə aparılması zamanı çəkilmiş videogörüntünün köçürüldüyü bir ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş telefon danışıqları, SMS-lər və anten dairələri haqqında məlumatları əks etdirən bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 72 (yetmiş iki) manat X5 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxs X9 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar