Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-717/2020 23.11.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə X10 Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Verdiktum» vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə 1965-ci il oktyabrın 27-də Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, məhkumluğu olmayan, «9933» məhdud məsuliyyətli cəmiyyətində taksi sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, X14 küçəsi, ev 5, mənzil 26 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2.-ci və 234.4.3.-cü maddələrində; 1959-cu il iyulun 30-da Əli Bayramlı rayonunun Muğangəncəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli olan, əvvəllər məhkum edilməmiş, işləməmiş, Sabirabad rayonunun Muğangəncəli kəndində qeydiyyatda olmaqla ünvan 4, mənzil 82 ünvanında kirayədə yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2.-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış, daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən 1,734 qram çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin əldə etdikdə üzərində daşımaqla saxlayıb 2019-cu il noyabrın əvvəllərində tanışı Təqsirləndirilən şəxs2 sonuncunun kirayədə yaşadığı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 20 ünvanında 80 manata satmış, daxil olan məlumat əsasında 2019-cu il noyabrın 18-də saat 1536 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilərkən qonaq otağındakı televizor altlığında olan qara rəngli kisənin içərisindəki kibrit qutusundan Təqsirləndirilən şəxs1 satdığı yeddi ədəd siqaretin gümüşü kağızına bükülərək kustar üsulla hazırlanan təmiz çəkiləri 0,277 qram, 0,241 qram, 0,234 qram, 0,249 qram, 0,240 qram, 0,251 qram və 0,242 qram olmaqla ümumilikdə 1,734 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq 2019-cu il noyabrın ortalarında istintaqa məlum olmayan şəraitdə naməlum mənbədən 3,505 qram çəkidə kustar üsulla hazırlanan narkotik vasitə heroin əldə etdikdə gələcəkdə satışını həyata keçirməsi üçün dörd ədəd ayrı-ayrı hissələrə bölməklə icarə müqaviləsi əsasında idarə etdiyi «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinə məxsus «xxxx» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda saxlayıb daşımış, daxil olan məlumat əsasında 2019-cu il noyabrın 18-də saat 1430 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında saxlanılaraq Bakı Şəhər Baş Polis İdarəsinin inzibati ərazisində həmin avtomaşına baxış keçirilərkən salonundakı külqabıdan dörd ədəd bükümdə kustar üsulla hazırlanan təmiz çəkiləri 0,390 qram, 1,043 qram, 1,057 qram və 1,015 qram olmaqla ümumilikdə 3,505 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. X2 məqsədi ilə qanunsuz olaraq 2019-cu il noyabr ayının əvvəllərində tanışı Təqsirləndirilən şəxs1 80 manat müqabilində iki ədəd bükümdə kustar üsulu ilə hazırlanan ümumi təmiz çəkisi 1,734 qram olmaqla narkotik vasitə heroin əldə etdikdə üzərində daşıyıb kirayədə yaşadığı ünvan 4, mənzil 82 ünvanına gətirmiş, gələcəkdə satışını həyata keçirməsi üçün yeddi ədəd ayrı-ayrı hissələrə bölərək saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan məlumat əsasında 2019-cu il noyabrın 18-də saat 1536 radələrində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvana baxış zamanı qonaq otağındakı televizor altlığında olan qara rəngli kisənin içərisindəki kibrit qutusundan yeddi ədəd bükümdə təmiz çəkiləri 0,277 qram, 0,241 qram, 0,234 qram, 0,249 qram, 0,240 qram, 0,251 qram və 0,242 qram olmaqla ümumilikdə 1,734 qram çəkidə narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2017-ci ildən «9933» məhdud məsuliyyətli cəmiyyətində taksi sürücüsü işləmiş, 2019-cu il noyabrın 18-də saat 12-13 radələrində idarə etdiyi «xxxx» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ilə Şahid4 adlı müştərini apararkən bir neçə günün tanışı olan X6 idarə etdiyi avtomaşını əl işarəsi ilə saxlamaqla ad günündən qalma bahalı viskiləri satmaq istədiyini bildirmiş, o isə bu haqda başqa vaxt danışacaqlarını demişdir. Ağazaman yerə düşmək istədiyi zaman üç nəfər arxa qapıdan daxil olmaqla polis əməkdaşları olduqlarını bildirib aşağı enmələrini tələb etmişdir, üzərlərini axtardıqda heç nə tapmasalar da ona təhkim edilən nəqliyyat vasitəsini polislər sürərək onları Bakı Şəhər Baş Polis İdarəsinə aparmışlar. Polis işçilərindən onu buraxmasını xahiş etmiş, lakin sonuncular iki saatdan artıq Ağazamanı izlədiklərini bildirib onun şərti alıcı kimi ifadə verməklə gedəcəyinə söz vermiş, avtomobilə baxarkən kül qabının yanından bir büküm götürüb kimin olduğunu soruşanda videoçəkiliş qarşısında bükümün onun olduğunu deməyə və idarədə müvafiq izahat yazmağa onu məcbur etmişlər. O, Ağazamana narkotik vasitə satmamışdır, həmçinin idarə etdiyi avtomaşından aşkar olunan narkotik vasitə heroin ona məxsus deyildir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən X6 ona Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, üç aydan çoxdur narkotik vasitə heroinin aludəçisi olmaqla həmin maddəni Əhməd adlı oğlandan şəxsi istifadəsi üçün almışdır. 2019-cu il noyabrın 18-də saat 12-13 radələrində Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ilə müştəri aparan tanış taksi sürücüsü Təqsirləndirilən şəxs1 idarə etdiyi «xxxx» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili əli ilə saxlayıb sonuncuya ad günündən qalma bahalı viskiləri satmağı fikirləşdiyini bildirmiş, bu vaxt polis əməkdaşı olduqlarını bildirən üç nəfər şəxs avtomaşına arxa qapıdan daxil olaraq yerə düşmələrini tələb etmiş, üzərlərini axtardıqda heç nə aşkar edilməmiş, o, yaşadığı evdə narkotik vasitə olduğunu bildirəndə göstərilən tarixdə videoçəkilişlə baxış keçirilməklə üç büküm narkotik vasitə, iki ədəd viski və bir ədəd çaxır götürülmüşdür. O, Natiqdən narkotik vasitə almamışdır. Natiqin sürdüyü avtomobildən narkotik vasitə tapılmamışdır, avtomaşında guya aşkar edilən bir büküm narkotikin kimin olduğunu polislər soruşanda o və Natiq onların olmadığını bildirsələr də polis işçiləri videoçəkiliş aparıb sonuncunu bükümün özünün olduğunu deməyə məcbur edərək istədiklərinə nail olmuşlar. İş üzrə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, polis polkovnikleytenantı olmaqla Bakı Şəhər Baş X8 Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 2019-cu il noyabrın 18-də Bakı şəhəri, Nizami rayonunun Cəmşid Naxçıvanski küçəsində yaşayan Ağazaman adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq məqsədi ilə baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuş, saat 1430 radələrində tərəflərindən Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 20 nömrəli binanın yanında üzərində taksi nişanı olan «xxxx» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında Ağazaman adlı şəxsin zahiri əlamətlərinə uyğun gələn bir nəfərin əyləşdiyini görüb yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Bakı Şəhər Baş X8 Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, sorğu zamanı salondakı arxa oturacaqda əyləşən şəxsin Təqsirləndirilən şəxs2, sürücünün Təqsirləndirilən şəxs1, qabaqda oturan şəxsin Şahid4 olduqlarını müəyyən etməklə sonuncuları həmin avtomaşınla idarənin qarşısına gətirmişlər. Üzərlərində və nəqliyyat vasitəsində narkotik vasitə və digər hər hansı qadağan olunan əşya varsa, təqdim etmələrini bildirildikdəNatiq videoçəkilişlə baxış aparılan vaxt salondakı siqaret üçün nəzərdə tutulmuş külqabından iki ədəd gümüşü rəngli siqaret kağızını təqdim edib içərisində narkotik vasitə heroin olmasını söyləmiş, təxminən 10 gün əvvəl Salyan rayonunda Səlim adlı iranlıdan qramını 22 manata aldığı iki qram narkotik vasitə heroini Ağazamana 80 manata satdığını, Ağazaman isə deyilənləri təsdiq edərək sonuncudan aldığı maddəni yaşayış yeri üzrə, yəni ünvan 4, mənzil 82 ünvanında saxladığını bildirmişlər. Baxış keçirilərkən Natiqin, Ağazamanın və Fuadın üzərində hər hansı bir qadağan olunan əşyalar aşkar edilməmişdir. Daha sonra əməliyyat tədbirinin davamı olaraq Ağazamanın yazdığı razılıq ərizəsi əsasında həmin tarixdə əməliyyat qrupunun üzvləri sonuncunun kirayədə yaşadığı ünvan 4, mənzil 82 ünvanında videoçəkilişlə baxış aparmaqla saat 1536-da Ağazamanın təqdim etdiyi, qonaq otağındakı televizor altlığından qara rəngli parça torbada olan kibrit qutusunun içərisində yeddi ədəd siqaretin gümüşü kağızına bükülüb qəhvəyi rəngli toz halında 2 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlələrin narkotik vasitə heroin olduğunu, təqribən 10 gün əvvəl Natiqdən 80 manat pul müqabilində aldığını bildirmişdir. Natiqin idarə etdiyi avtomobildən və Ağazamanın yaşadığı evdən aşkar edilən narkotik vasitə heroinə oxşar maddələrin qoyulduğu zərflər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 227 nömrəli möhürü ilə möhürlənərək tərtib edilməklə ucadan oxunan protokolla yanaşı bütün iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət daxil olmamış, heç kimə zor, təzyiq, təsir tətbiq edilməmişdir. İş üzrə şahid qismində dindirilən hadisələr baş verdiyi ərəfədə Bakı Şəhər Baş X8 Mübarizə İdarəsində müvafiq qaydada baş əməliyyat müvəkkili işləməklə polis polkovnikleytenantı rütbəsində olan Şahid1 və əməliyyat müvəkkili işləməklə polis mayoru rütbəsində olan Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadələr verdilər. İş üzrə şahid qismində dindirilən Şahid4 Şahid3 ilə analoji ifadə verib əlavə olaraq 2019-cu il noyabrın 18-də saat 12-13 radələrində tanışı Təqsirləndirilən şəxs1 idarə etdiyi «xxxx» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi ilə müştəri kimi gedərkən avtomaşına X6 adlı şəxsin oturmaqla Natiqdən narkotik maddə heroin istədiyini, sonuncunun da Ağazamana pulunu ödədiyi halda ona narkotik vasitə verəcəyini bildirdiyini, Ağazaman isə pulu olmadığından narkotiki onun satdığı iki şüşə bahalı viskisi müqabilində verməsini xahiş etsə də Natiqin bununla razılaşmadığını göstərdi. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2019-cu il noyabrın 18-də ibtidai araşdırma zamanı yazdığı izahatda, göstərilən tarixdə şübhəli və 2019-cu il noyabrın 20-də təqsirləndirilən şəxslər qismində dindirilərkən birincisi bir müddət əvvəl Salyan rayonundan Səlim adlı iranlıdan bir qramını 22 manata aldığı təxminən iki qrama yaxın çəkidə iki büküm narkotik vasitə heroini 2019-cu il noyabrın əvvəllərində tanışı X5 80 manata satdığını, 2019-cu il noyabrın 18-də saat 13 radələrində sonuncu ilə idarə etdiyi «xxxx» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə yaxalanarkən könüllü olaraq avtomaşındakı külqabının içərisində gizlətdiyi iki ədəd siqaret kağızına bükülən narkotik vasitə heroinə bənzər kütləni təqdim edib həmin maddənin özünə məxsus olduğunu, birinci bükümdə olan üç ədəd sellofandakı heroini Ağazamana satmaq üçün gətirdiyini, ikinci bükümü isə özünün qəbul edəcəyini dediyini, polis əməkdaşları tərəfindən tərtib olunan protokolu imza etdiyini bildirmiş, ikincisi isə həmin xüsusiyyətləri təsdiq etmişdir (1-ci cild, iş vərəqi 20-23, 64-66, 73-75, 87-89 və 101-103). İş materiallarındakı Bakı Şəhər Baş X8 Mübarizə İdarəsinin tərtib etdiyi 2019-cu il 18 noyabr tarixli raportlardan və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsində Ağazaman adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla üzərində daşıması və satması barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmışdır (1-ci cild, iş vərəqi 7-9). İş materiallarındakı Bakı Şəhər Baş X8 Mübarizə İdarəsinin tərtib etdiyi 2019-cu il 18 noyabr tarixli protokollardan görünür ki, videoçəkiliş aparılmaqla X5, Təqsirləndirilən şəxs1 və Şahid4 üzərlərində və ya avtomobildə qanunsuz hər hansı əşyanın olduğu halda təqdim edilməsi təklif edildikdə ikincisi avtomaşının salonundakı külqabından iki ədəd gümüşü rəngli siqaret kağızındakı bükümü təqdim etməklə içərisində narkotik vasitə heroin olmasını, bunları 10 gün əvvəl Salyan rayonunda Səlim adlı İran vətəndaşından 40 manata aldığını və qramını 40 manata satmaq istədiyini bildirmiş, onun və digərlərinin üzərindən qeyriqanuni əşya aşkar olunmamış, X1 yaşadığı ünvan 4, mənzil 82 ünvanına videoçəkiliş aparılmaqla baxış keçirilərkən qonaq otağındakı televizor altlığından qara rəngli kisədə olan kibrit qutusunun yeddi ədəd gümüşü rəngli siqaret kağızında qəhvəyi rəngli tozşəkilli maddə aşkar olunmuş, bir ədəd CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 15-16 və18- 19). İş materiallarındakı Bakı Şəhər Baş X8 Mübarizə İdarəsinin tərtib etdiyi 2019-cu il 18 noyabr tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və X6 həmin tarixdə müvafiq qaydada saat 1650-də və saat 1800-da Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşlar (1-ci cild, iş vərəqi 33-34 və 44-45). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 18 noyabr tarixli 28649 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs2 Əlihüseyn oğlunun... özünün təqdim etdiyi bükümlər...» yazısı və imzalar ilə bir ədəd sellofan torbadakı yeddi ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,241 qram, 0,234 qram, 0,249 qram, 0,240 qram, 0,251 qram və 0,242 qram, ümumi təmiz çəkisi 1,734 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, qalıq 1,594 qram təşkil edir; ekspertiza tədqiqatının dəyəri 91,76 manatdır (1-ci cild, iş vərəqi 53-55). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2019-cu il 18 noyabr tarixli 28650 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs1...» yazısı və imzalar ilə bir ədəd zərfdəki dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,390 qram, 1,043 qram, 1,057 qram və 1,015 qram, ümumi təmiz çəkisi 3,505 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, qalıq 3,445 qram təşkil edir; tədqiqata təqdim edilən üzərlərində «Təqsirləndirilən şəxs1...» və «Təqsirləndirilən şəxs2 Əlihüseyn oğlunun... özünün təqdim etdiyi bükümlər...» sözləri olan paketlərdəki heroinlər tərkiblərinə görə eynidir, ekspertiza tədqiqatının dəyəri 91,76 manatdır (1-ci cild, iş vərəqi 57-60). İş materiallarında olan Bakı Şəhər Baş X11 və Təhqiqat X10in İstintaqı Şöbəsinin 2019-cu il 18 noyabr tarixli qərarından görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələrinə tövsif edilmişdir (1-ci cild, iş vərəqi 67-68). İş materiallarındakı Bakı Şəhər Baş X11 və Təhqiqat X10in İstintaqı Şöbəsinin tərtib etdiyi 2019-cu il 19 noyabr tarixli protokoldan görünür ki, şübhəli şəxslər X6 və Təqsirləndirilən şəxs1 üzləşdirilərkən birincisi ikincisindən 80 manata narkotik vasitə heroin aldığını bildirmiş, sonuncu isə deyilənləri təsdiq etmiş, bir ədəd CD diski protokola əlavə edilmişdir (1-ci cild, iş vərəqi 76-79). İş materiallarında olan Bakı Şəhər Baş X11 və Təhqiqat X10in İstintaqı Şöbəsinin 2019-cu il 20 noyabr tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilən X5, Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən Təqsirləndirilən şəxs1 müvafiq qaydada göstərilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 80-81 və 94-95). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2019-cu il 20 noyabr tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə təqsirləndirilən X6, Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində əvvəli 2019-cu il noyabrın 18-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 127- 135). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 2019-cu il noyabrın 28-də tərtib etdiyi tələbnamələrdən görünür ki, X6 əvvəllər məhkum edilməmişdir, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2011-ci il 31 may tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2012-ci il oktyabrın 03-də Salyan Rayon Məhkəməsinin 2012-ci il 02 oktyabr tarixli qərarına əsasən cəzadan 01 ay 26 gün şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilmişdir (1-ci cild, iş vərəqi 137 və 139-140). İş materiallarından görünür ki, 2019-cu il dekabrın 03-də «Azərmaş» məhdud məsuliyyətli cəmiyyətinə məxsus «xxxx» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili MMC-nin nümayəndəsi X13 Bakı Şəhər Baş Polis İdarəsinin duracağından təhvil almışdır (1-ci cild, iş vərəqi 154-168). İş materiallarındakı Bakı Şəhər Baş X11 və Təhqiqat X10in İstintaqı Şöbəsinin tərtib etdiyi 2020-ci il 10 yanvar tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, X14 küçəsi, ev 5, mənzil 26 ünvanında aparılan axtarış və götürmə zamanı hər hansı qanunsuz əşya aşkar olunmamışdır (1-ci cild, iş vərəqi 203-205). İş materiallarındakı Bakı Şəhər Baş X11 və Təhqiqat İdarəsinin tərtib etdiyi 2020-ci il 06 aprel tarixli protokoldan görünür ki, «Bakcell» məhdud məsuliyyətli cəmiyyətinin 2020-ci il 17 mart tarixli BKC/LGL-52810/20 nömrəli məktubla daxil olan kompakt diskə baxış keçirilərkən 2019-cu il noyabrın 01-dən 2019-cu il noyabrın 18-nə kimi X3 istifadəsindəki ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsindəki ***-***-**-** nömrəsinə və əksinə zəng olunması müəyyən edilmiş, bir ədəd disk protokola əlavə olunmuşdur (2-ci cild, iş vərəqi 12-13). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2019-cu il 25 dekabr tarixli 3030 №-li və 2020-ci il 08 yanvar tarixli 08 №-li rəylərindən müvafiq qaydada görünür ki, X4 və Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmaqla birincisinə yaş həddi ilə əlaqədar məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ikincisinin məcburi müalicəyə ehtiyacı vardır, sonuncuların ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür (2-ci cild, iş vərəqi 43-46). İş materiallarında olan Bakı Şəhər Baş X11 və Təhqiqat X10in İstintaqı Şöbəsinin 2020-ci il 10 may tarixli sübutların qiymətləndirilməsi, habelə 2020-ci il 19 may tarixli və 2020-ci il 20 may tarixli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.2.ci və 234.4.3.-cü, X5 Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddələri ilə elan edilən ittiham qüvvədə saxlanılmış, onların əməllərində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs1 narkotik vasitəni əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, Şahid4 əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 307.1.-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş Təqsirləndirilən şəxs1 idarə etdiyi «Ravon Nexia R 3» markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan və X3 yaşadığı ünvan 4, mənzil 82 ünvanından aşkar edilən müvafiq qaydada ekspertiza tədqiqatından sonrakı 3,445 qram və 1,594 qram çəkidə heroinin qalıqları maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs1 avtomobilinə və X3 yaşadığı evə baxış, həmçinin sonuncular arasında üzləşdirmə keçirilməsi zamanı aparılan videoçəkilişlərin olduğu iki ədəd CD diski maddi sübut hesab edilmişdir (2-ci cild, iş vərəqi 47-51, 63-64 və 87-103). Məhkəməyə təqdim olunan AZE seriyalı 12759559 nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 2007-ci il 20 mart təvəllüdlü Kaan adlı övladı vardır. Məhkəmə mövcud sübutlara qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü, X3 Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrini, əməllərində cinayət tərkibinin olduğunu, bununla da onların təqsirliliklərini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü, X3 əməlləri Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə verilən ittiham üzrə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə, X3 özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə bu ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr vermələri qənaətinə gəlir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun göstərilən maddəsinin mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, sonuncunun qismən etirafedici, şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş Təqsirləndirilən şəxs1 və X3 ibtidai araşdırmada yazdıqları izahatlar, şübhəli və təqsirləndirilən şəxslər qismində verdikləri etirafedici ifadələr, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlama rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 cəza təyin edərkən Azərbaycan Respublikasının CM-nin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında təqsirləndirilən şəxs X3 ilk məhkumluğunu, yaşını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını işdə cəzanı yüngülləşdirən hal olduğunu nəzərə alır. Məhkəmə habelə hesab edir ki, təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X6 onlara təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq təqsirləndirilən şəxslər X5 yaş həddi ilə əlaqədar narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalı, Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin edilməli, sonuncular ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidirlər. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə 3,445 qram və 1,594 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; baxış və üzləşdirmə zamanı qeydə alınmış videogörüntüləri əks etdirən iki ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 183,52 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 hər birindən 91,76 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Bununla da təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 264 manat, X5 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadıəsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında hauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 1996-cı il 27 dekabr tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və X3 tutulduqları gündən, yəni 2019-cu il noyabrın 18-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.2.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il noyabrın 18-dən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. X6 Azərbaycan Respublikasının CM-nin 234.2.-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. X6 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2019-cu il noyabrın 18-dən hesablansın. X5 narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmasın və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. 183,52 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 hər birindən 91,76 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 264 manat, X5 göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 240 manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri «Verdiktum» vəkil bürosunun nəfinə (VÖEN: **********) 264 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinin saxlanc anbarına təhvil verilməklə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 3,445 qram və 1,594 qram çəkidə qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; baxış və üzləşdirmə zamanı qeydə alınmış videogörüntüləri əks etdirən iki ədəd CD diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və X6 barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs1 və X6 barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və X5 isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-717/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-717/2020
23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver