Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-717/2022 19.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1992-ci ildə Ağdam rayonu, İsmayılbəyli kəndində doğulmuş, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, İsmayılbəyli kəndində qeydiyyatda olan və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdə, təxminən saat 01 radələrində Bakı şəhərində telefon vasitəsi ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Samir» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun «Samir» adlı üzvü, külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin saxlanıldığı yeri Təqsirləndirilən şəxs bildirdikdən sonra, sonuncu həmin psixotrop maddə metafetamini Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu» yaşayış kompleksinin yaxınlığında gizlədilmiş yerdən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, həmin psixotrop maddə metafetamini cinayətkar qrupun «Samir» adlı üzvünün tapşırığı ilə bir qismini sonuncunun təyin etdiyi ünvanlara daşımış, yeddi bükümünü isə üzərində «Sobranie» sözləri yazılmış siqaret qutusunun içərisinə qoyub əynində olan boz rəngli gödəkçənin içəri sol yan cibində saxlamaqla daşımış, 26 oktyabr 2021-ci il tarixdə saat 22:20-də Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Oğuzxan» restoranının yaxınlığında piyada hərəkət edən zaman Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 1 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin inzibati binasına gətirilib orada saat 23:30-da üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki olan boz rəngli gödəkçənin içəri sol yan cibində saxladığı üzərində «Sobranie» sözləri yazılmış siqaret qutusunun içərisindən yeddi ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,879 qram, 0,875 qram, 0,900 qram, 0,943 qram, 0,898 qram və 3,304 qram olmaqla ümumi təmiz çəkisi 8,111 qram olan, kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, məlum hadisə baş verməmişdən təxminən 1 ay qabaq psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır. 26 oktyabr 2021-ci il tarixdə saat təxminən 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, X4 küçəsində yerləşən “Oğuzxan” restoranında olan zaman polis əməkdaşları içəri daxil olaraq, heç kəsin yerindən tərpənməməsini bildirərək 408 nömrəli avtomobilin kimə məxsus olmasını soruşmuşlar. Ona məxsus olduğunu bildirdikdən sonra qoluna qandal vuraraq avtomobilində arxada otuzdurmuşlar. İttiham aktında göstərilən maddələri maşınının saxlanc yerindən guya aşkar etmişlər. Həmin maddələrin hamısı ona məxsus deyildir. Belə ki, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq videoçəkiliş zamanı bükümləri gödəkçəsinin cibindən çıxararaq dedikləri sənədlərə imza etmək məcburiyyətində qalmışdır. Polis əməkdaşları daha artıq çəkidə narkotik vasitəni boynuna qoymaq istəmişlər, lakin o, 08 qramla razılaşmışdır. Onun üzərində cəmi bir bükümdə 01 qram çəkidə metamfetamin olmuşdur. Həmin psixatrop maddəni də öz istifadəsi üçün üçün almışdır, heç kimə satmaq fikri olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Binəqədi rayonu ərazisində külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat əsasında 26 oktyabr 2021 -ci il tarixdə Baş Narkotiklərlə Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə əməliyyat qrupu yaradılaraq, həmin tarixdə əməliyyat tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin gün saat 22:20-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsində yerləşən «Oğuzxan» restoranının yaxınlığında piyada hərəkətdə olan zaman müəyyən olunmuş və ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirməklə, Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində olan zaman videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin içəri sol yan cibində saxladığı «Sobranie» siqaret qutusunu təqdim etmişdir. Həmin qutuya keçirilmiş baxış zamanı oradan yeddi ədəd bükümdə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış zamanı cibindən «Redmi» markalı mobil telefon, bank kartları aşkar olunmuşdur. Daha sonra aşkar edilmiş psixotrop maddə metamfetamin, «Redmi» markalı mobil telefon və plastik bank kartları götürülərək zərfə qoyulub möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş həmin psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı «Samir» adlı şəxs vasitəsi ilə, onun göstərişi əsasında müxtəlif yerlərə çatdırmaq üçün əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in 27 oktyabr 2021-ci il tarixli, 6/4758 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən..." və s. yazılar, imzalar olan kağız paketdəki 01 ədəd “SOBRANİE” markalı siqaret qutusuna yerləşdirilmiş 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,879 qram, 0,875 qram, 0,900 qram, 0,943 qram, 0,898 qram və 3,304 qram, ümumi təmiz çəkisi 8,111 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 07 ədəd bükümdəki metamfetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 27 dekabr 2021-ci il tarixli 5307 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müəlicəyə ehtiyacı vardır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tələbnaməsindən görünür ki, o, əvvəllər məhkum edilməmişdir. Cinayət işinin istintaq müddətində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin görülməsi məqsədi ilə əməliyyat tapşırığının verilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstünə baxış keçirilən zaman əynində olan boz rəngli gödəkçənin içəri sol yan cibində saxladığı üzərində «Sobranie» sözləri yazılmış siqaret qutusunun içərisindən yeddi ədəd bükümdə psixotrop maddə metafetamin, həmçinin əynində olan şalvarın sol yan cibindən «Redmi» markalı mobil telefon, arxa sağ cibindən içərisində "xxxx" ASC-nin **********863885 №-li və ya "xxxx" ASC-nin **********744692 №-li plastik bank kartları olan pul kisəsi aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus «Redmi» markalı mobil telefona baxış keçirilməsi haqqında protokoldan müəyyən edilmişdir ki, mobil telefonun iş masası üzərində yerləşən «WhatsApp» proqramına daxil olduqda orada həmin proqramın Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatda keçməsi və «WhatsApp» yazışmalarının olması aşkar olundu. Həmin yazışmalara baxış keçirən zaman «Samir TT» adı ilə qeyd edilmiş +90-541-443- 08-09 saylı mobil nömrənin «WhatsApp» proqramından Təqsirləndirilən şəxs məxsus ***-***-**-** mobil nömrənin «WhatsApp» proqramına 26.10.2021-ci il tarixdə, saat 12:47-dən başlayaraq, həmin gün saat 23:06-ya kimi olan müddət ərzində qarşılıqlı olaraq səs yazıları, sms mətnləri və üzəri işarələnmiş fotoşəkillər göndərilməsi aşkar edilmişdir. Cinayət işinin istintaqı zamanı iş üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş yeddi büküm ümumi təmiz çəkisi 8,111 qram olan kimyəvi tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 7,971 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, «Redmi» markalı mobil telefon, saxlanılması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlancına verilmiş, "xxxx" ASC-nin **********863885 №-li və "xxxx" ASC-nin **********744692 №-li plastik bank kartlarının, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» diskin, habelə "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd «CD» diskin isə iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi elan olunarkən müəyyən olundu ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, heç bir yerdə işləmir, bir neçə dəfə «şüşə» adlandırılan psixotrop maddə metamfetamin istifadə etmişdir. Bir neçə müddətdir ki, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı «Samir» adlı şəxs onunla «Whatsapp» şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq, ona «şüşə» adlandırılan psixotrop maddə metamfetaminin olduğu yerləri bildirib, onları həmin yerdən götürməsini və sonuncunun özünün dediyi yerlərə qoymaqla fotoşəkillərini çəkib göndərməsini bildirmişdir. O da Samirin dediyi kimi etməklə sonuncunun dediyi yerlərdən «şüşə» adlandırılan psixotrop maddə metamfetamini götürüb, digər yerlərə qoymuş və qoyduğu yerlərin şəkillərini çəkərək Samirə göndərmişdir. İşin sonunda isə Samir ona məxsus **********863885 №-li "xxxx" ASC-nin plastik bank kartına müəyyən məbləğdə pul göndərmişdir. Sonuncu dəfə 25 oktyabr 2021-ci il tarixdə, gecə saat 01 radələrində Samir yenə də onunla «Whatsapp» şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, «Qobu» yaşayış kompleksinin yaxınlığında 12 (on iki) büküm «şüşə» adlandırılan psixotrop maddə metamfetamin olduğunu və onları götürməklə dediyi yerlərə qoymasını bildirmişdir. O da Samirin dediyi ünvana getmiş və sonuncunun tarif etdiyi yerdən 12 (on iki) büküm «şüşə» adlandırılan psixotrop maddə metamfetamini götürmüşdür. Bundan sonra 26 oktyabr 2021-ci il tarixdə təxminən saat 16 radələrində həmin 12 bükümdən 03 ədədini Samirin göstərişi ilə «Tennis» Akademiyası ilə üzbəüz 248 №-li orta məktəbin arxasına, təxminən bir saat sonra isə 02 bükümünü 7-ci mikrorayonda yerləşən «Ankara» şadlıq sarayına çatmamış, binanın blokuna atmışdır. Hər iki yerin şəkillərini çəkərək «Whatsapp» şəbəkəsi vasitəsi ilə Samirə göndərmişdir. Daha sonra saat 22:20 radələrində o, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən «Oğuzxan» restoranının yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirməklə ondan da özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim edən zaman cibində psixotrop maddə olduğundan özünü şübhəli apardığı üçün, polis əməkdaşları ondan narkotik maddə və ya hər hansı psixotrop maddə qəbul etməkdə şübhələnib onu Binəqədi RPi-nin 5-ci Polis Bölməsinə dəvət etmişlər. 5-ci PB-də olan zaman dəvət edilmiş vəkillə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş və ona tutulmanın mahiyyəti izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edib- etməməsini soruşduqda, o, səmimi olaraq narkotik maddə istifadə etdiyini bildirmişdir. Sonra ona üzərində nə varsa təqdim etməsini bildirdikdə, o, əynindəki boz rəngli gödəkçənin içəri sol yan cibində saxladığı üzərində «Sobranie» sözləri yazılmış siqaret qutusunu təqdim etmişdir. Həmin qutuya keçirilmiş baxış zamanı qutuda saxladığı yeddi ədəd bükümdə «şüşə» adlandırılan psixotrop maddə metamfetamin aşkar edilmişdir. Daha sonra üzərinə keçirilmiş baxış zamanı əynində olan şalvarın sağ yan cibindən içərisində siqaretlər olar siqaret qutusu, sol yan cibindən «Redmi» markalı mobil telefon, arxa sağ cibindən içərisində şəxsiyyət və sürücülük vəsiqələri, **********863885 №-li və **********744692 №-li plastik bank kartları, habelə 55 (əlli beş) manat pul olan pul kisəsi aşkar olunmuşdur. Daha sonra üzərindən aşkar edilmiş yeddi ədəd bükümdə «şüşə» adlandırılan psixotrop maddə metamfetamin, «Redmi» markalı mobil telefon, şəxsiyyət və sürücülük vəsiqələri, **********863885 №-li və **********744692 №-li plastik bank kartları götürülərək zərfə qoyulub möhürlənmiş, özünə məxsus 55 (əlli beş) manat pul isə ona qaytarılmışdır. Daha sonra bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. O, psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Samir adlı şəxsin göstərişi ilə sonuncunun dediyi yerlərdən götürüb, hissə-hissə olmaqla yenə də onun dediyi ünvanlara qoymuşdur. Samir də bunun müqabilində ona məxsus plastik karta müəyyən miqdarda pul məbləğləri köçürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onun üzərində cəmi 01 qram metamfetamin olduğunu və psixatrop maddənin onun maşınının saxlanc yerinə polis əməkdaşları tərəfndən qoyulduğunu və heç vaxt narkotik tərkibli maddələrin satışı ilə məşqul olmadığını bildirməkdə yalnız məsuliyyətini yüngüləşdirmək məqsədi güdmüşdür. Məhkəmə onun ifadəsinə bu hissədə tənqidi yanaşır və inandırıcı hesab etmir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı toplanmış sübutlarla, şahidlərin ifadələri, diskə baxış protokolu, "xxxx" MMC-dən əldə olunmuş telefon danışıqları və sms bildirişləri, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və Bakı şəhər Binəqədi rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 26 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş üzrə maddi sübutlar: - Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 7,971 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin **********863885 №-li və "xxxx" ASC-nin **********744692 №-li plastik bank kartları Təqsirləndirilən şəxs qohularına qaytarılmalıdır. Axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» diskin, habelə "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd «CD» disk iş materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Mərkəz Vəkil bürosunun vəkili Müdafiəçi1 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 26 oktyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından Mərkəz Vəkil bürosunun vəkili Müdafiəçi1 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübutlar: - Binəqədi Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 7,971 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin. «Redmi» markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin **********863885 №-li və "xxxx" ASC-nin **********744692 №-li plastik bank kartları Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın. Axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» diskin, habelə "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd «CD» disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-717/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-717/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver