Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-717/2024 29.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Verdiktum” Vəkil Bürosunun vəkili X11, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Macarıstan Respublikası, Seqed şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 may 2024-cü il tarixdə, saat 12:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 407,5 qram psixotrop maddə metamfetamini əldə edib daşımaqla saxlamış, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin (bundan sonra mətndə-Xətai RPİ-nin 34-cü PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 4 may 2023-cü il tarixdə, saat 13:55-də ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan bənövşəyi rəngli sellofan torbada bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə külli miqdarda təmiz çəkisi 407,5 qram olan ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında yerləşən bina evində 4 otaqlı mənzildə yaşamışdır. 3 may 2023-cü il tarixdə, saat 16-17 radələrində adlarını bilmədiyi 20 nəfər polis əməkdaşı yaşadığı ünvana gəlib onu və qardaşını saxlayıb Xətai RPİ-nin 34-cü PŞ-yə aparmış, bu zaman üzərində təxminən bir qram narkotik vasitə heroin olmuş, lakin qardaşının buraxılması üçün üzərində guya 400 qram narkotik vasitə olmasına dair sənədləri imzalamış, bununla da törətmədiyi əməli etiraf etmişdir.
3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, evə daxil olmuş polis əməkdaşları tərəfindən həm özü, həm də qardaşı fiziki təzyiqə məruz qalmaqla döyülmüş, döyülməsi ilə əlaqədar sağ gözündən xəsarət almaqla zədələndiyindən həmin gözü tutulmuş, yalnız bir ay sonra gözü sağalmışdır. İstintaq təcridxanasının qeydiyyat kitabında bu barədə müvafiq qeydlər aparılmışdır. Belə ki, o, saxlanıldıqdan iki gün sonra Bakı İstintaq Təcridxanasına aparılmış, həmin təcridxananın tibb idarəsində üzərindəki xəsarətlərin döyülmə nəticəsində yaranması barədə bildirmiş, lakin istintaq orqanına hər hansı şikayət etməmişdir. Xətai RPİ-nin 34-cü PŞ-də aparılmış videoçəkiliş zamanı qarşısına yanında meyvə tərəzisi və iki ədəd dəftərçə olan sellofan paket qoyulmuşdur. Videoçəkilişdə onun üzərindən narkotik vasitə çıxmamış, dəftərçələrdə onun əl yazıları olmamışdır. Ona əvvəlcə sellofan paketin içərisində 570 qram psixotrop maddə metamfetamin olduğu bildirilmiş, sonradan ona həmin maddənin çəkisinin 470 qram olması məlum olmuş, istintaq təcridxanasında ona təqdim olunmuş sənədlərdə isə psixotrop maddənin çəkisinin 400 qram yazıldığını görmüşdür. Barəsində qətimkan tədbiri məsələsi həll edilərkən hakim ona narkotik vasitələrin ona məxsus olubolmamasına dair sual verməmiş, özü də məhkəməyə polislər tərəfindən necə tutulması, habelə fiziki təzyiqlərə məruz qalaraq döyülməsi barədə məlumat verməmişdir. O, narkotik vasitə istifadəçisi olmuş, tutularkən üzərində olan 1 qram narkotik vasitə heroini tanımadığı şəxsdən almış, aldığı narkotik vasitəni sosial şəbəkə vasitəsilə əldə etməmişdir. Şəxsi axtarış istintaq hərəkəti zamanı müdafiəçi və iki nəfər polis əməkdaşı iştirak etmişdir.
4. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, ibtidai istintaq zamanı verilən ifadələrdə qeyd olunan imzalar və əlyazmalar ona məxsus olsa da, həmin ifadələr onun sözləri ilə yazılmamış, ifadələrdə adı çəkilən Kamal adlı şəxslə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə hər hansı əlaqə saxlamamışdır. X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və hazırda reabilitasiya mərkəzində müalicə alır, sonuncu narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, qardaşının azadlığa buraxılmasının təmin edilməsi məqsədi ilə ibtidai istintaq zamanı törətmədiyi əməli boynuna almağa məcbur olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 onun saxlanılmasında ümumiyyətlə iştirak etməmiş, ona qarşı fiziki və psixi təzyiq göstərmiş şəxslərin arasında olmamış, Şahid2 isə onun və qardaşının yaşadıqları evdən birlikdə saxlanılmasında iştirak etmişdir. Həmçinin Şahid2 ona fiziki və psixi təsir və təzyiq göstərən, onu döyən şəxslərdən biri olmuşdur.
5. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bir ildən çoxdur narkotik vasitənin “kakos”, psixotrop maddənin isə “patı” kimi tanıdığı metamfetamin növündən istifadə edir. Mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etmişdir. Narkotik maddələri siqaret kağızına doldurub çəkmə yolu ilə istifadə etmişdir. Narkotik maddələri tanımadığı şəxslərdən pulla almışdır. Təxminən 5-6 ay öncə təsadüfən internet sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Belə ki, “İnstagram” sosial şəbəkəsində elanlara baxan zaman “Kamal” adlı istifadəçinin səhifəsini görmüş və yazışan zaman onun İran İslam Respublikası vətəndaşı olmasını öyrənmişdir. Həmin şəxsin adının Kamal olmasını öyrənmiş, sonuncu ona İran İslam Respublikasından narkotik maddələr göndərməyi və narkotik maddələrin satışı ilə məşğul olaraq yaxşı qazanc əldə etməyi təklif etmiş, o da razılaşmışdır. Razılaşmaya əsasən Kamal ona narkotik maddələr göndərəcək, o isə həmin maddələri götürüb satışını həyata keçirəcəkdir. Satışı həyata keçirdikdən sonra isə pulu ödəmə terminalı vasitəsilə ona ödəyəcəkdir. Kamal ona “WhatsApp” nömrəsini yazmış və o bundan sonra onunla “İnstagram” və “WhatsApp” vasitəsilə yazışmışdır. Bundan sonra Kamal ona narkotik maddələr göndərmiş, narkotik maddələri qoyduğu yerlərin fotoşəkillərini və məkanını atmışdır. Bundan sonra ünvanlardan fotoşəkil əsasında narkotik maddələri götürüb başqa ünvanlara qoymuşdur. Narkotik maddələrin pulunu bəzən qoyduğu yerdən götürmüş, bəzən isə pulu Kamalın özünə ödəmişdir. Kamal ona hesab nömrəsi demiş, o da əldə etdiyi pulları ona göndərmişdir. Eyni zamanda özü də pul əldə etmişdir. Kamalı qardaşı Ceyhun da tanımış və onlar da sosial şəbəkədə əlaqə saxlamışlar. Qardaşı Ceyhun da narkotik maddə aludəçisi olmuşdur. Kamal Ceyhunun onun qardaşı olmağını bilmişdir. Hətta bir neçə dəfə Ceyhunun telefonu ilə Kamal ilə danışmışdır. Onun özünün kitabçası olmuş, həmin kitabçada narkotik maddələri əldə etməsinə və çatdırmasına dair qeydiyyat aparmışdır. Həmin kitabçanı daima üzərində gəzdirmişdir. Sonuncu dəfə, yəni 3 may 2023-cü il tarixdə axşam saatlarında İran İslam Respublikası vətəndaşı Kamal ilə danışan zaman sonuncu psixotrop maddə göndərdiyini və götürəcəyi yerin fotoşəkilini ona göndərəcəyini bildirmişdir. Həmin günü saat təxminən 22:00 radələrində Kamal “İnstagram” və yaxud “WhatsApp" vasitəsilə ona fotoşəkil göndərmişdir. Həmin fotoşəkil psixotrop maddənin qoyulduğu yer ilə bağlı olmuşdur. Fotoşəkildə psixotrop maddə sellofan torbada yerdə olmuşdur. Bundan sonra o, Kamalın deməsi əsasında Bakı Metropolitenin “Neftçilər” stansiyası yaxınlığına gəlmişdir. Metronun yaxınlığında olan binaların arasını gəzərək fotoşəkildə görsənən yeri axtarmış və binaların arasındakı ağacın altında bənövşəyi rəngli sellofan torba olmasını görmüşdür. Ətrafa baxmış və heç kəsin olmadığından əmin olub sellofanı götürüb oradan uzaqlaşmışdır. Psixotrop maddəni evinə gətirmişdir. Kamala “WhatsApp” vasitəsilə səs ataraq torbanı götürdüyünü bildirmiş və fotoşəkilini çəkib ona atmışdır. Kamal psixotrop maddəni səhəri günü deyəcəyi yerə aparıb qoymağı demişdir. Evdə torbanı açıb baxmış, torbada qara rəngli lentlə bağlanılmış bağlama olmuşdur. Bağlamada “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmuşdur. Gecəni evdə yatmış, sabahı gün səhər saatlarında yuxudan oyandıqda Kamalın zəng etməsini görmüşdür. Kamal ona zəng edib evdən çıxmağını, yolda bağlamanı qoyacağı yerin ünvanı və fotoşəkilini göndərəcəyini bildirmişdir. Bundan sonra o, evdən çıxıb getmişdir. Təxminən saat 13:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi ilə piyada gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları olmasını bildirmişlər. Həmin vaxt içərisində psixotrop maddə olan bağlama əlində olmuşdur. Polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib şəxsiyyəti barədə onu sorğusual edib 34-cü PŞ-yə dəvət etmişlər. O da heç bir etiraz etməmiş və polis şöbəsinə gəlmişlər. Polis şöbəsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmış, ona üzərində qanunsuz əşya olubolmaması barədə sual verilmiş və olduğu halda təqdim etməsi təklif olunmuşdur. O da əlində olan bənövşəyi rəngli torbanı masanın üzərinə qoymuşdur. Torbanın içərisində ona məxsus iki ədəd kitabça və bir ədəd şəffaf lent ilə bağlanılmış qara rəngli sellofana bükülmüş psixotrop maddə olmuşdur. Bənövşəyi rəngli sellofan torbaya baxış keçirmiş, kitabçalar və psixotrop maddə aşkar olunmuşdur. Ona həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da həmin maddənin psixotrop maddə “patı” kimi tanıdığı metamfetamin olduğunu, həmin psixotrop maddəni 3 may 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxsdən “WhatsApp” vasitəsilə göndərdiyi məkan əsasında Bakı Metropoliteninin “Neftçilər” metrostansiyası yaxınlığında olan ağacın altından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və çəkisinin 596 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərində axtarış davam etmiş, şəxsiyyət vəsiqəsi və bir ədəd “Redmi” markalı mobil telefonu aşkar edilmiş, üzərindən başqa əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin, iki ədəd kitabça və şəxsiyyət vəsiqəsi polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılıb möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğu o və axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini satmaq və özünün istifadəsi üçün əldə etmişdir. Belə ki, İran vətəndaşı müştəri tapdıqdan sonra ona məlumat verəcəkdi, o da psixotrop maddə metamfetamini onun dediyi yerə qoymaqla pul əldə edəcəkdir. Qardaşı Ceyhunun kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığının şahidi olmamış, ilkin tutulan zaman tutulmağının səbəbkarının qardaşı olduğunu düşündüyünə və bu səbəbdən əsəbi olduğuna görə belə bir ifadə vermiş, əslində isə Ceyhun yalnız narkotik vasitə aludəçisi olmuşdur (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 41-42; 56-59; 70-73; 165-167;).
6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Xətai RPİ-nin cinayət axtarışı şöbəsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ilə birlikdə Xətai RPİ-nin 34cü PŞ-nin inzibati ərazisində xidmətdə olarkən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əldə etmişlər. Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, şöbə rəisi tərəfindən qəbul edilmiş qərar təsdiq edildikdən və bu barədə əməliyyat qrupu yaradıldıqdan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə və Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edilmişdir. 4 may 2023-cü il tarixdə, saat 13:55də ünvan 7 ünvanın yaxınlığında olarkən Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxs əlamətləri ilə onların barəsində əməliyyat tədbiri keçirdikləri şəxsin əlamətləri üst-üstə düşdüyündən və özünü şübhəli apardığından ona yaxınlaşaraq mülki geyimdə olduğundan xidməti vəsiqələrini təqdim edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olubolmaması barədə soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs əlində bənövşəyi sellofan paket olmuş, həmin paket onlarda şübhə yaratmışdır. Bundan sonra həmin şəxsi polis şöbəsinə dəvət etmişlər. O buna etiraz etmədikdən sonra onu polis şöbəsinə apararaq barəsində araşdırma aparılması üçün baş təhqiqatçı Asiman İmaməliyə təhvil vermişlər. Şöbədə olan zaman həmin şəxsin xx xxxxxx 1990-cı ildə Macarıstan Respublikası, Seqed şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 8 yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Baş təhqiqatçı X39 Hacıyevin hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əlində olan bənövşəyi rəngli torbanı masanın üzərinə qoymuşdur. Torbanın içərisində iki ədəd kitabça və bir ədəd şəffaf lent ilə bağlanılmış qara rəngli sellofana bükülmüş psixotrop maddə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Bənövşəyi rəngli sellofan torbaya baxış keçirilmiş, kitabçalar və psixotrop maddə aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verildikdə Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni 3 may 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxsdən “WhatsApp” vasitəsilə göndərdiyi məkan əsasında Bakı Metropoliteninin “Neftçilər” metrostansiyası yaxınlığında olan ağacın altından şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin 596 qram olması müəyyən edilmişdir. Bundan sonra üzərində axtarış davam etdirilmiş, üzərindən şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir.
9. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, o, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, əməliyyat məlumatı ona daxil olmuş, əməliyyat qrupunun rəhbəri özü olmuş, qrupun üzvü Şahid2 olmuş, tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki, psixi və sair təzyiq edilməmiş, habelə sonuncu saxlanılarkən onlara hər hansı etiraz etməklə müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən onlarda sonuncunun qardaşının saxlanılması barədə məlumat olmamışdır. Daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin inzibati ərazidə satışı ilə məşğul olması, o cümlədən əldə etməsi, istifadəsi və daşıması barədə olmuş, lakin həmin narkotik vasitələri kimdən alması, habelə kimə satması barədə məlumat əldə olunmamışdır.
10. Məhkəmədə şahid qismində dindirilmiş hazırda Xankəndi şəhər Polis Şöbəsinin əməkdaşı, polis baş serjantı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1la oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əlavə olaraq göstərdi ki, o, hadisə vaxtı Xətai RPİ-nin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərməmiş, habelə sonuncu saxlanılarkən üzərində xəsarətin olub-olmamasını müşahidə etməmişdir. O, Təqsirləndirilən şəxs qardaşının tutulmasında iştirak etməmişdir.
11. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş X12 ifadəsi məhkəmədə elan edilərək tədqiq edilmiş və o, ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı vəzifəsində işləməklə polis mayoru rütbəsindədir. 4 may 2023-cü il tarixdə növbətçilik cədvəli üzrə növbədə olmuş və əməliyyat müvəkkilləri tərəfindən 1 nəfər narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilmiş, həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilərək tərəfindən 13 saylı Vəkil bürosundan vəkil dəvət edilmiş, şübhəli şəxs qismində tutulma protokolu tərtib edilmiş, daha sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir... Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bənövşəyi rəngli sellofan torbaya baxış keçirilmiş, psixotrop maddəyə bənzər maddə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,596 kiloqram (596 qram) olması müəyyən edilmiş, qablaşdırılaraq ekspertiza tədqiqatına göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 may 2023-cü il tarixli rəyində psixotrop maddə metamfetaminin təmiz çəkisinin 407,5 qram olması və çəkilər arasında yaranan kəskin fərqin nə ilə bağlı olması barədə verilmiş suala cavab olaraq İ.C.Asiman psixotrop maddənin böyük bağlamada olması, tərəfindən psixotrop maddənin çəkisinin müəyyən edilməsi üçün çəkən zaman bağlama ilə birlikdə elektron tərəzidə çəkilməsi, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tərəzilərinin və avadanlıqlarının daha müasir olduğundan ekspert rəyində göstərilən çəkinin əsas götürülməsinin daha məqsədəmüvafiq olduğunu göstərmişdir (Cild 1, i.v.117-119;).
12. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir.
Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
13. “Cinayət işi başlamaq və icraata götürmək barədə” 5 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən 4 may 2023-cü il tarixdə, saat 13:55 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin şöbəyə aparılmış, orada üzərində aparılan axtarış və götürmə zamanı əlindən üzəri şəffaf yapışqan lentlə bağlanmış bir ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 407,5 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar edilməsi faktına görə Xətai RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis baş leytenantı X29 tərəfindən 5 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1-2;).
14. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 4 may 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, habelə qanunsuz saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı Məhşur Hüseynov tərəfindən təsdiq edilərək Şahid1 rəhbərliyi ilə həmin idarənin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir (Cild 1, i.v. 6-12).
15. Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 4 may 2023cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Telnov küçəsi 15 ünvanının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir (Cild 1, i.v. 13).
16. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X24 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X15 iştirakı ilə 4 may 2023-cü il tarixdə, saat 14:40-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 4 may 2023-cü il tarixdə, saat 13:55 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 23-24).
17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 4 may 2023-cü il tarixli qərar və protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X15 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 15:10-dan 15:26-dək Xətai RPİ-nin 34-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru X24 tərəfindən həmin şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid1, həmin idarənin cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 və həmin şöbənin təhqiqatçısı, polis leytenantı X7 iştirakı ilə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, habelə istintaq hərəkətinin mahiyyəti müdafiəçisinin iştirakı ilə bir daha ətraflı izah olunduqdan sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki bənövşəyi rəngli sellofanı masaya qoyaraq, içərisində 2 ədəd kitabçanı, 1 ədəd şəffaf rəngli lent ilə bükülmüş, içərisində qara rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngli şüşə kristal halında olan kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin 1 ədəd şəffaf rəngli lent ilə bükülmüş, içərisində qara rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngli şüşə kristal halında olan kütlənin nə olması soruşulduqda, o, narkotik maddə hesab edilən “patı” (metamfetamin) olmasını bildirmişdir. Həmin bükümdəki maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərək həmin şəffaf rəngli lent ilə bükülmüş, içərisində qara rəngli sellofan kəsiyinə bükülmüş ağ rəngli şüşə kristal halında olan kütlənin çəkisinin 596 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, 3 may 2023-cü il tarixdə, təxminən saat 22 radələrində İran İslam Respublikasının vətəndaşı, adını Kamal kimi təqdim edən şəxsin ona “Whatsapp” proqramı ilə atdığı məkandan, yəni Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosunun yaxınlığında ağacın yan hissəsindən yerdən götürərək, öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarının sol yan cibindən aşkar edilmiş 1 ədəd “Redmi” markalı mobil telefon və sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə və mobil telefon, bənövşəyi rəngli sellofanın içərisindən aşkar edilmiş 2 ədəd kitabça cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən iki ədəd kağız zərflərdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə günorta vaxtı, xidməti iş otaqların birində, süni işıqlandırma şəraitində aparılmışdır. Protokolda istintaq hərəkəti zamanı “Samsung” markalı mobil telefonundan istifadə edilməklə X19 tərəfindən videoyazı aparılması, həmin videoyazının əks olunduğu məlumat daşıyıcısının protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Saat 15:30-dan 15:45dək tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 34; 36-39;).
18. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 4 may 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş müddəti 16 dəqiqə olan həmin videoçəkilişin əks olunduğu 1 (bir) ədəd diskdəki videogörüntüyə “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” 10 avqust 2023-cü il tarixli müstəntiq X25 tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi A.X.Hüseynovun iştirakı ilə tərtib edilmiş protokolla, habelə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması halları, habelə gözlə görünə bilən xəsarətinin olması müəyyən edilməmişdir. Eyni zamanda istintaq hərəkətində iştirak edən müdafiəçi Altay Hüseynov sonda Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən yolda və ya polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olub-olmamasını, hər hansı şikayətinin olub-olmamasını sual verməklə soruşmuş, Təqsirləndirilən şəxs isə cavabında polislər tərəfindən saxlanılarkən, polis idarəsinə gətirilərkən yolda və ya polis idarəsində ona qarşı hər hansı fiziki və ya psixi təzyiq olmadığını, hər hansı şikayətinin olmadığını bildirmişdir (Cild 1, i.v. 39; 168-169;).
19. Məhkəmə-kimyəvi (materialların məhkəmə) ekspertizasının 5 may 2023-cü il tarixli, 6/2604 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün 152№li” dairəvi möhür əksi, “(imza) Elkiyar” yazısı olan və imzalar olan paketdəki üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 407,5 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi – 407,5 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 407,3 qram. Aparılmış tədqiqatın dəyərinin 114 (bir yüz on dörd) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 47-51).
20. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 5 may 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 53;).
21. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 6 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham müdafiəçisinin iştirakı ilə elan edilməklə hüquq və vəzifələri izah edilmişdir (Cild 1, i.v. 60-62;).
22. “Cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında” 5 may 2023-cü il tarixli qərardan görünür ki, X8 1 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,792 qram çəkidə psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X30 tərəfindən 5 may 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.74).
23. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 may 2023-cü il tarixli, 4(011)-318/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 4 may 2023-cü il tarixdən hesabanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək izahatında narkotik vasitəni İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını, lakin maddi imkansızlıq səbəbindən satdığını bildirmişdir. Həmçinin, müdafiəçi X3 Elkiyar Rəhman oğlunun əməlindən peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, həmçinin təqsirləndirilən şəxsin bir çox şeyi etiraf etməsinə baxmayaraq sübut olunmalı olduğunu bildirərək vəsatətin təmin edilməyərək həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir (Cild 1, i.v.82-85).
24. “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 6 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Redmi” markalı mobil telefona Təqsirləndirilən şəxs və müdafiəçi X15 iştirakı ilə keçirilmiş baxış zamanı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmiş, Təqsirləndirilən şəxs vatsapda olan yazışmaları həyata keçirdikdən dərhal sonra sildiyini qeyd etmişdir (Cild 1, i.v.89;).
25. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş tələbnamənin 30 may 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 95-96;).
26. “Cinayət işinin başqa müstəntiqə həvalə edilməsi haqqında” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 12 iyun 2023-cü il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı X16 həvalə edilmiş və cinayət işi sonuncu tərəfindən həmin tarixdə icraata qəbul edilərək istintaqı davam etdirilmişdir (Cild 1, i.v.102-105).
27. Xətai RPİ-nin 34-cü PŞ-nin rəisi, polis polkovnik-leytenantı X35 RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Rəhman Cəfərova ünvanlanmış 19 iyul 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ********* saylı cinayət işi üzrə tərəflərindən bir sıra əməliyyat tədbirlərinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs kimdən, hansı şəraitdə və nə vaxt külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddə metamfetamini əldə etməsi müəyyən olunmamışdır. Bundan başqa, etibarlı mənbələrdən əldə olunmuş məlumatlardan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özü narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəçisidir, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olmuşdur (Cild 1, i.v.120;).
28. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji” ekspertizasının 13 iyun 2023-cü il tarixli, 3732 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, 2 ildir narkotik vasitə olan heroindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir (Cİld 1, i.v. 121-122).
29. “Doğum haqqında” AZ-İİİ№792526 saylı şəhadətnamədən və AA0030997 seriya nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, 10 iyun 2016-cı il təvəllüdlü Səid Hacıyev Təqsirləndirilən şəxs övladıdır (Cild 1, i.v. 124-125;).
30. Bakı şəhəri, Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 94 saylı Mənzil- Kommunal İstismarı sahəsi tərəfindən təqdim olunmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xətai rayonu, Telnov küçəsi 15 saylı evin 72-ci mənzilində qeydiyyatsız yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (Cild 1, i.v.126- 127;).
31. “Baxış keçirilməsi haqqında” 6 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus mobil telefon nömrəsinə 1 yanvar 2023-cü il tarixdən 4 may 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-mesajların siyahısı məhkəmə qərarı ilə müvafiq mobil telefon operatorundan əldə edilərək baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 133-135;).
32. “Baxış keçirilməsi haqqında” 9 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd qəhvəyi rəngli kitabçaya təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin kitabçada narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı müəyyən qeydiyyatlar aparmasını, lakin bir neçə gün öncə həmin qeydlərin kiminsə əlinə keçməsindən qorxduğu üçün vərəqləri kitabçadan ayıraraq atdığını qeyd etmişdir (Cild 1, i.v.136-139;).
33. “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 9 avqust 2023-cü il tarixli qərardan və 12 avqust 2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 407,5 qram psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması, tədqiqatlardan sonra qalıq çəkisi 407,3 qram psixotrop maddə metamfetaminin Xətai RPİ-nin məsul saxlancına verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 1 (bir) ədəd DVD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilməsi, iş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd kitabça və 1 (bir) ədəd “Redmi” markalı mobil telefondan istintaq əhəmiyyəti kəsb edə biləcək məlumatların silinməsinin nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v.140-148;).
34. “Cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 9 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddə metamfetaminin mənbəsinin müəyyən edilməsi üçün ********* nömrəli cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.150;).
35. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” 9 avqust 2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir (Cild 1, i.v. 153-154;).
36. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.S.Cəfərov tərəfindən 15 avqust 2023-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 18 avqust 2023-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.173-180;).
37. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 may 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarın qanuniliyinin yoxlanılması barədə material Xətai Rayon Məhkəməsinə daxil olmamışdır (Cild 2).
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 4953/2023 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxananın tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həbs olunan zaman xəsarət almadığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində Təqsirləndirilən şəxs dəri səthinin müayinəsi zamanı sağ göz nahiyədə sarımtıl rəngli qançır aşkar olunması qeyd edilmişdir (Cild 2).
39. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının A015100 nömrəli Bakalavr Diplomundan görünür ki, Dövlət Attestasiya Komissiyasının 28 iyun 2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs “Bədən tərbiyəsi və idman” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir (Cild 2).
40. “Funda Hospital” tərəfindən təqdim edilmiş 20 noyabr 2023-cü il tarixli tibbi müayinə aktından görünür ki, X13 oğlu Səid Hacıyevin “Sağ alın gicgah nahiyəsində vegetativ pikmdalğalı komponent” aşkar edilməklə epilepsiya xəstəliyindən əziyyət çəkir (Cild 2).
41. “Milli Onkologiya Mərkəzi” tərəfindən təqdim edilmiş 14 mart 2024-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X9 “Süd vəzisinin yuxarı-bayır kvadratının bədxassəli yeni törəməsi, sağ süd vəzinin xərçəngi, mərhələ İİ” diaqnozu qoyulmuşdur (Cild 2).
42. “Ölüm haqqında” V-ЖГ 309447 nömrəli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası X20 10 iyul 2001-ci il tarixdə vəfat etmişdir (Cild 2).
43. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 1(011)- 483/2023 saylı hökmü ilə müəyyən edilmişdir ki, X23 3 may 2023-cü il tarixdə, qardaşı Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,792 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 4 may 2023-cü il tarixdə, saat 14:10-da ünvan 7 ünvanın qarşısında saxlanılıb gətirilərək videoçəkilişlə, müdafiəçinin iştirakı ilə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,791 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, X23 məhkəmə iclasında özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki,...qardaşı Təqsirləndirilən şəxs də psixotrop maddə metamfetamindən istifadə edir. Bir müddətdir ki, qardaşı Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxslə tanış olmuşdur. Elkiyar psixotrop maddə metamfetamin lazım olanda Kamalla əlaqə saxlayır və onun dediyi yerdən gedib götürürmüş. Elkiyar həmin psixotrop maddə metamfetamindən bəzi şəxslərə hərdən satırmış. O da hərdən lazım olduqda qardaşı Elkiyardan psixotrop maddə metamfetamin götürərək istifadə edirmiş. 3 may 2023-cü il tarixdə qardaşı Elkiyar ona psixotrop maddə metamfetamin verib Samir adlı şəxsin gəlib ondan götürəcəyini demişdir. Hazırda dəqiq xatırlamadığı ünvana gedib Samir adlı şəxsi gözləməyə başlamışdır. Elkiyarın ona verdiyi metamfetaminin bir hissəsini ayırıb əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə edər. 4 may 2023-cü il tarixdə, saat 14 radələrində yaşadığı evdən binanın qarşısına çıxmışdır. Bu zaman ünvan 10 ünvanının qarşısında mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirib onu Xətai RPİ-nin 34-cü PŞ-yə dəvət etmişlər. O da heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir....Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddəni haradan aldığını soruşanda, o həmin maddəni qardaşı Elkiyardan götürdüyünü, bir hissəsini Samir adlı şəxsə verdiyini, qalan hissəsini isə öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin hökmdən görünür ki, X14 ətrafında əməliyyat tədbirləri Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşı X32 və idarənin cinayət axtarış şöbəsinin əməkdaşı X21 tərəfindən keçirilmişdir. Onun üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti təhqiqatçı X34 tərəfindən yerinə yetirilmişdir. X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
44. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 5 iyun 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Xətai rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşunas X17 tərəfindən Təqsirləndirilən şəxs bədən səthi üzərində xəsarətlər aşkar edilməsi faktı əsasında aparılan araşdırma zamanı Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşlarının əməllərində cinayət tərkibi olmadığından toplanmış 219-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, materialın araşdırılması zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq döyülməsi barədə izahatında qeyd etdiyi xüsusatlar tərəflərdən alınmış izahatlarla öz təsdiqini tapmamışdır. Qeyd edilən araşdırma Bakı İstintaq Təcridxanasından rayon prokurorluğuna daxil olmuş 6 may 2023cü il tarixdə, saat 17 radələrində Xətai RPİ-nin Müvəqqəti Saxlama yerinin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs 8 may 2023-cü il tarixdə, saat 10:55 radələrində müəssisənin tibbi-sanitar hissəsində müayinədən keçirilən zaman sağ gözətrafı nahiyəsində sarımtıl rəngli qançır izlərinin aşkar olunması barədə məlumata əsasən aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Şahid1 izahatında göstərmişdir ki, .. Belə ki, nə şübhəli şəxs qismində tutularkən, nə də üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən fiziki və psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs göz nahiyəsindəki qançır izi ola bilsin ki, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildikdən sonra istintaq təcridxanasına aparılarkən yolda özü-özünə xəsarət yetirməsi nəticəsində yaranmışdır..(Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
45. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
46. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
48. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
49. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
50. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir.
51. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.
52. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir.
53. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.
54. CPM-in 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
55. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
56. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetaminin əldə edilməsi barədə istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Kamal” adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvana çatdırılması üçün onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərilmiş fotoşəkilə uyğun Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən metronun “Neftçilər” stansiyası yaxınlığında ağacın altına qoyulmuş külli miqdarda bir bükümdə təmiz çəkisi 407,5 qram psixotrop maddə metamfetamin əldə edib daşımaqla saxlamış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü PŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 4 may 2023-cü il tarixdə, saat 13:55-də ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 11in inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əlində olan bənövşəyi rəngli sellofan torbada bir ədəd üzəri şəffaf yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə külli miqdarda təmiz çəkisi 407,5 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
57. Halbuki, məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Kamal” adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvana çatdırılması üçün külli miqdarda psixotrop maddələr əldə edərək saxlayaraq daşıması” barədə verilmiş ittiham, yəni CM-in 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi ittihamçı tərəfindən sübuta yetirilməmişdir.
58. Belə ki, CPM-in 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
59. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin.
60. “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-in 21.2-ci maddəsinin tələblərinə görə cinayət-prosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
61. CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.
62. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.
63. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 407,5 qram, yəni külli miqdarda psixotrop maddə metamfetaminin miqdarının şəxsi istehlak miqdarından təxminən 2716 dəfə, külli miqdarından isə təxminən 203 dəfədən artıq olması, onun özünün barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə narkotik vasitə və psixotrop maddələri satması ilə bağlı verdiyi izahatına, habelə qardaşı Ceyhun Hacıyevin məhkum olunmasına dair qanuni qüvvəyə minmiş hökmlə müəyyən edildiyi kimi sonuncudan aşkar edilmiş psixotrop maddənin Təqsirləndirilən şəxs tərəfindən verilməsi, həmin psixotrop maddənin Samir adlı şəxsə çatdırılmasına dair qardaşının ona bildirməsini, eləcə də narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı müvafiq qeydlər apardığı 2 ədəd dəftərçənin müəyyən edilməsi, onun özünün opiodlərin istifadəsi nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkdiyi halda ondan aşkar edilmiş predmetin külli miqdarda psixotrop maddə metamfetaminin olması, o cümlədən Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair şahid ifadələri və iş materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.
64. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi üçün əldə etdiyi 1 qram narkotik vasitə heroin olması, həmin vaxt qardaşı ilə birlikdə saxlanıldığından, habelə sonuncunun buraxılmasını təmin etmək məqsədi ilə polislər tərəfindən təqdim olunmuş miqdarda psixotrop maddənin ona məxsus olmasını boynuna alması, o və qardaşının 3 may 2023-cü il tarixdə, saat 16-17 radələrində eyni polis əməkdaşları tərəfindən evində saxlanılmaları, fiziki zorakılığa və psixi təzyiqlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
65. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
66. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
67. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.
68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
69. Hökmün 68-ci bəndində qeyd edilmiş qərar baxımından plenumun hüquqi mövqeyinə görə, özü-özlüyündə narkotik vasitənin külli miqdar təşkil etməsi təqsirkar şəxsin satış məqsədi ilə hərəkət etməsinə dəlalət edən hal kimi qiymətləndirilə bilməz. Belə nəticəyə gəlmək üçün bütün diqqətəlayiq halların məcmusundan çıxış etmək lazımdır. O cümlədən, külli miqdarda narkotik vasitəni əldə edib saxlayan, daşıyan şəxsin özünün narkotik istehlakçısı olmaması, başqa şəxslərlə (istehlakçılarla) razılığın mövcudluğu, satış üçün narkotik vasitənin çəkilib xırda bağlamalarda qablaşdırılması kimi hallar da müəyyən olunduqları təqdirdə, başqa sübutlarla birlikdə götürülməklə şəxsin məhz satış məqsədilə narkotik vasitəni əldə edib saxlamasına dəlalət edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
70. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hökmün 68-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.
71. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Kamal” adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvana çatdırılması üçün külli miqdarda psixotrop maddələr əldə edərək saxlayaraq daşıması kimi” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, Kamal adlı şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə ittihamçı tərəfindən də məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
72. CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, CPM-in 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
73. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
74. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
75. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
76. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
77. Beləliklə, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs verilmiş ittihamın “istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Kamal” adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında əvvəlcədən aralarındakı razılığa əsasən müəyyən ünvana çatdırılması üçün külli miqdarda psixotrop maddələr əldə edərək saxlayaraq daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə həmin ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
78. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
79. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
80. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X5rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
81. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 17-18 və 23-cü bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 38 və 44-cü bəndlərində qeyd edilən qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, yəni Bakı İstintaq Təcridxanasında tibbi müayinə aktında göstərilənlərə və prokurorluq orqanı tərəfindən aparılmış araşdırmaya əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sağ gözətrafı nahiyəsində müəyyən edilmiş xəsarətin təqsirləndirilən şəxsin saxlanılması, üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı deyil, sonradan aydın olmayan şəraitdə yaranması nəzərə alınaraq həmin halın araşdırılması üçün ibtidai araşdırmaya həyata keçirən prokurora bu barədə məlumat verilməlidir.
82. CPM-in 137-ci maddəsinin tələbinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
83. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarına əsasən, CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
84. Belə ki, “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir.
85. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilib-edilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir.
86. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” 2000-ci il 10 mart tarixli qərarında qeyd olunmuşdur: Ədalət mühakiməsinin həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir”.
87. Beləliklə, məhkəmə cinayət prosessual qanunvericiliyinin həmin müddəalarının və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hökmün 83-cü bəndində qeyd edilən qərarında göstərilən tələblərini rəhbər tutaraq hesab edir ki, məhkəməyədək icraat zamanı toplanılmaqla cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş hökmün 13-cü bəndində qeyd edilmiş (“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 4 may 2023-cü il tarixli qərar və bu barədə müvafiq materiallar (Cild 1, i.v. 6-12)) cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə həyata keçirildiyindən həmin materiallar sübut qismində qiymətləndirilərək Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə onun əməlinin sübuta yetirilməsində nəzərə alına bilməz.
88. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla onun qeyd edilən cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbərliyi şübhə doğurmayan digər sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsi mübahisəsiz olaraq sübuta yetirilir.
89. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
90. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
91. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır.
92. CM-in 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur
93. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.
94. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
95. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.
96. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
97. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
98. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını, azyaşlı övladının xəstəlikdən, o cümlədən anasının ağır onkoloji xəstəlikdən əziyyət çəkməsini və yaşayış yeri müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
99. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
100. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
101. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.
102. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.
103. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir.
104. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
105. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
106. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 4 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 6 may 2023-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutularaq saxlanıldığı 4 may 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
107. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 4 may 2023-cü il tarixdən hesablanmalıdır.
108. Məhkəmə hökmün 28-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
109. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
110. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Xətai RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 407,3 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, 2 ədəd kitabça və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videoyazının köçürüldüyü 1 (bir) ədəd DVD disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.
111. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
112. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
113. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
114. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı üzrə məhkəmə iclasının gedişində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün qohumları tərəfindən vəkil X27 ilə müqavilə bağlanmış, sonuncu məhkəmə iclaslarında iştirak etməsinə baxmayaraq, təqsirləndirilən şəxs dövlət büdcəsi vəsaiti hesabına təyin edilmiş vəkil Müdafiəçi1 müdafiəçi qismində iştirakına etiraz etməmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına əsasən müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq hər iş saatı üçün 6 (altı) manat miqdarında məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir.
115. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
116. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X10 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
117. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 4 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 407,3 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 (bir) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın və 2 ədəd kitabça və 1 (bir) ədəd “Redmi” markalı mobil telefon təqsirləndirilən şəxsin ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün Bakı şəhəri, 14 saylı Vəkil Bürosuna 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.