Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-717/2025 07.05.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X12 və X ibarət tərkibdə, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs3, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xocalı rayonu Xocalı şəhərində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi 2-ci sahədə yerləşən nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1-1, 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 7 may 2025-ci il tarixdə, saat 11:05də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuş, yol nəqliyyat hadisəsi yerindən qaçmış və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi özünə məxsus “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinin “Azneft” meydanı ərazisindən başlayaraq ünvan 5i rayonu C.Səlimov küçəsinə qədər müxtəlif istiqamətlərdə yüksək sürətlə yol-hərəkəti qaydalarını pozub, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsinin X48 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Müşahidə Eskort Bölüyünün əməkdaşlarının avtomobili dayandırması ilə bağlı “saxla” işarəsinə məhəl qoymadan, ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyib ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə silah qismində istifadə etdiyi “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5i rayonu Mirqasımov küçəsində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs2 məxsus “Volkswagen” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili, Zərərçəkmiş şəxs3 məxsus “BMW” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən vurub zədələdikdən sonra ünvan 5i rayonu C.Məmmədquluzadə küçəsi istiqamətində hərəkətini davam etdirib həmin küçədə yolun hərəkət hissəsində dayanmış Zərərçəkmiş şəxs5 məxsus “Toyota RAV4” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili və hərəkətini davam etdirməklə ünvan 5i rayonu C.Səlimov küçəsində Zərərçəkmiş şəxs4 məxsus “Kia Sorrento” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən vurub zədələyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 3300 manat, Zərərçəkmiş şəxs3 1460 manat, Zərərçəkmiş şəxs5 510 manat və Zərərçəkmiş şəxs4 isə 3500 manat məbləğində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir.
3. Bundan başqa, o, 30 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanın yaxınlığında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 12-ci bəndində nəzərdə tutulmuş yol hərəkəti üçün təhlükəsiz şərait yaradaraq öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobili idarə olunmasından ayırmayaraq müvafiq icra hakimiyyəti orqanı əməkdaşı tərəfindən üfüqi vəziyyətdə olan jezllə və ya onların nəqliyyat vastiələrindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud səs siqnalı ilə verilən işarəyə əsasən avtomobilini dayandıraraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol-patrul xidməti əməkdaşlarının jezllə və səs siqnalı ilə avtomobili dayandırması ilə bağlı verilən işarələrə məhəl qoymayıb yolun hərəkət hissəsinin sağ kənarında dayanan piyada Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sağ əlin arxa səthinin V daraq sümüyünün sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sağ baldırın qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir.
4. Eyni zamanda, “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən yol-nəqliyyat hadisəsi baş verdikdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli və hadisə yerinə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının əməkdaşının gəlməsini gözləməli olduğu halda bu tələblərə riayət etməyərək yol hərəkəti qaydasını pozması səbəbindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş nəticənin baş verdiyi halda yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır.
5. Bundan başqa, o, məlum olmayan tarixdə, vaxtda və yerdə, məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,680 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 30 yanvar 2024cü il tarixdə idarə etdiyi özünə məxsus “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri ərazisində yol-hərəkəti qaydalarını pozaraq xuliqanlıq cinayətini törətməklə hadisə yerindən qaçmağa cəhd göstərdiyindən həmin gün saat 17:30 radələrində ünvan 2 ünvanın qarşısında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin X52 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Müşahidə Eskort Bölüyünün 1-ci tağımının inspektorları tərəfindən saxlanılaraq ünvan 4 ünvanda yerləşən ünvan 5i Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə (bundan sonra mətndə-Nəsimi RPİ-nin 20-ci PŞ) aparılmış və orada sorğu-sual əsnasında üzərində psixotrop maddə olduğunu etiraf etdiyindən həmin gün saat 18:00-da polis şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin cibindən 1(bir) bükümdə təmiz çəkisi 2,680 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:
6. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1-1, 263.1 və 264-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən, yəni idarə etdiyi avtomobillərlə digər avtomobillərə ziyan vurduğuna görə təqsirli bilərək məhkəməyədək icraat zamanı məhkəmə icraatı zamanı da onun hüquqlarını müdafiə etmiş müdafiəçilərinin iştirakı ilə verdiyi 10 oktyabr 2024 və 20 oktyabr 2024-cü il tarixli ifadələri ilə (bax Cild 2, iş vərəq (bundan sonra mətndə-i.v.) 98-104; 151-155;) əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, ümumiyyətlə narkotik vasitə və ya psixotrop maddə istifadə etmir. 30 yanvar 2024-cü il tarixdə yaşadığı ünvanda olarkən şəhərdə avtomobili ilə gəzinti etmək qərarına gəlmiş və günorta saatlarında idarə etdiyi avtomobillə yaşadığı ünvandan çıxaraq şəhərin mərkəzi istiqamətində hərəkət etmişdir. O, adətən yüksək səslə musiqi dinləməklə avtomobil idarə edir. Avtomobilini şəhərdə yerini dəqiq xatırlamadığı istiqamətdə idarə edərkən yol hərəkəti qaydasını pozduğu üçün Yol-Patrul Xidməti (bundan sonra mətndə-YPX) avtomobili saxla əmri vermiş, lakin o, musiqinin səsini yüksək etdiyi üçün həmin əmri eşitmədiyindən avtomobilini saxlamamışdır. Daha sonra avtomobilinin arxasınca YPX avtomobilinin gəldiyini gördüyü zaman qorxmuş və idarə etdiyi avtomobilini saxlamadan sürüb yaşadığı ünvana getmək qərarına gəlmişdir. Lakin bunu etdikdən sonra isə YPX avtomobilləri çoxalmış və o daha da qorxub həyəcanlandığı üçün şərait yaranan kimi yol tapıb yaşadığı ünvana getmək məqsədi ilə şəhərin müxtəlif istiqamətlərində avtomobilini sürməyə başlamışdır. Lakin Nəsimi rayonu 3-cü mikrorayon dairəsi adlanan ərazidə avtomobilinin qabağını digər avtomobillər kəsdiyi üçün məcbur qalıb idarə etdiyi avtomobili digər avtomobillərə vurub sürüb getmək istəsə də edə bilməmişdir. Həmin vaxt tanımadığı şəxslərin onun avtomobilinə vurduqlarını görmüşdür. Hətta içlərində olan şəxslərdən biri əlində taxta parçası-bita ilə onun avtomobilinə vurmağa başlamışdır. O, avtomobilinin ətrafında toplaşmış şəxslərin onu döyəcəklərini düşünüb avtomobildən düşərək qaçıb yolun digər tərəfinə keçmişdir. Lakin arxasınca gələn YPX əməkdaşları onu tutmuşlar. Daha sonra onu 20-ci PŞ-yə aparmışlar. Həmin polis şöbəsində olarkən YPX əməkdaşları onu döyərək avtomobili saxlamadığına görə həbs olunacağını bildirmişlər. O, etiraz etsə də, heç bir xeyri olmamışdır. Əvvəlcə o, düşünmüşdür ki, avtoxuliqanlıq etməsi ilə əlaqədar həbs ediləcəkdir. Lakin bir qədər sonra YPX əməkdaşları yanına gələrək psixotrop maddəni cibinə qoymalı olduğunu və çəkilişlə cibindən çıxardıb özünə məxsus olmasını etiraf etməli olmasını bildirmişlər. O, etiraz edərək psixotrop maddəni qəbul etməyəcəyini bildirdikdə isə çox şiddətli işgəncəyə məruz qalaraq YPX əməkdaşları tərəfindən döyülmüşdür. Belə ki, onun göz, kürək və sifət nahiyələrindən əlləri ilə vurmağa başlamış, həmçinin ona sağ ayağının arxası və sağ böyür nahiyələrindən elektrik cərəyanı vermişlər. Sifət nahiyəsindən vurduqda burnundan da xəsarət almışdır. Bütün bunlardan sonra polis əməkdaşlarının dedikləri ilə razılaşmağa məcbur olmuşdur. Lakin polis əməkdaşlarının ona gözlə görünən xəsarətlər yetirdikləri üçün çəkiliş olmayacağını, sənədlər hazırlanacağı və guya ondan psixotrop maddə çıxmış kimi sənədləşdiriləcəyinə dair danışdıqlarını eşitmişdir. Daha sonra ona tərtib edilmiş sənədlər təqdim edilmiş, lakin o həmin sənədləri də imzalamaqdan imtina etmişdir. Daha sonra onu polis idarəsinə aparmışlar və iki gün orada saxlanılmışdır. Təxminən iki gündən sonra ona yenidən imzalaması üçün sənədlər təqdim etmişlər, o həmin sənədləri də imzalamaqdan imtina etdikdə ona ifadəsinin dediyi kimi yazılacağı bildirilərək həmin sənədləri imzalaması tələb edilmişdir. O isə artıq bir dəfə döyüldüyündən və yenidən döyülməkdən qorxmuş, habelə həm də ifadəsinin onun dediyi kimi yazılacağını düşünürək ona təqdim edilmiş sənədləri oxumadan imzalamışdır. Üzərindən guya psixotrop maddə aşkarlanmasına dair səhnələşdirilmiş sənədlərdə yazılanlar həqiqəti əks etdirmir. Onun üzərində psixotrop maddə olmamışdır. Polis bölməsində yanında vəkil olmamış, o, vəkili yalnız barəsində həbs qətimkan tədbiri seçilərkən ünvan 5i Rayon Məhkəməsində görmüşdür. Vəkili həmin zaman onunla heç bir söhbət aparmamış və ona heç bir hüquqi yardım göstərməmişdir. Üzərinə vəkil və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilməsi prosesi olmamışdır. YPX əməkdaşları gözlə görünən xəsarətləri olduğu üçün çəkiliş olmamasını və hal şahidlərinin iştirakı ilə sənədləşdirilməsinə dair danışıqlarını eşitmişdir. Lakin vəkil və hal şahidlərinin iştirakı onun üzərində şəxsi axtarış keçirilməsi halı olmamışdır. İbtidai istintaq zamanı 29 yanvar 2024-cü il tarixdə avtomobilindən “patı” adlı psixotrop maddə aşkar edilməsi, həmin psixotrop maddəni gecədən səhərə kimi 3 dəfə istifadə etməsi, qalanını isə üzərində saxlaması barədə ifadə verməmiş, ilkin ifadəsində nələrin yazılmasından məlumatı olmamış və həmin ifadələrini oxumadan imzalamışdır. O, bədəninin müxtəlif nahiyələrində olan sıyrıqları avtomobildə, eləcə də qaçarkən yıxılıb almasına dair ifadə verməmişdir. İfadəsində qeyd edilmiş həmin hallar polislərin özlərini sığortalamaq üçün onun ifadəsinə yazılmış sözlərdir. Qeyd etdiyi nahiyələrdən psixotrop maddəni boynuna alması üçün polislər tərəfindən işgəncəyə məruz qalaraq xəsarətlər almışdır. Avtomobilinə taxta parçası ilə vuran şəxsləri tanımır və onların hansı səbəbdən belə etdiklərini bilmir. Avtomobilinin ətrafına toplaşmış şəxslər avtomobilinə təpik və yumruq zərbələri vurmuşlar. Həmin şəxslərin içərisində olan bir nəfər isə “bitaya” oxşar taxta parçası ilə avtomobilini vurub əzməyə başladığından o, qorxub avtomobildən düşüb qaçmışdır. Hadisə zamanı onu YPX əməkdaşları təqib etdiyi, habelə tanımadığı şəxslər avtomobilini taxta ilə vurduğu üçün qorxduğundan özündən asılı olmayaraq avtomobili sürüb başqa şəxslərin avtomobillərini vurmuşdur. O, avtomobili idarə edərkən tanımadığı avtomobilin sürücüsü ilə sözlə mübahisə etmiş, sonra avtomobili idarə edib oradan uzaqlaşdıqdan sonra YPX əməkdaşları ona saxla işarəsi verdikdə qorxduğu üçün avtomobili saxlamamış və bundan sonra YPX əməkdaşları onu təqib etməyə başlamışlar. O, hadisə vaxtı heç kimi vurmamışdır. Hadisə vaxtı konkret olaraq Bakı şəhərinin hansı ünvanları ilə hərəkət etdiyini, həmin küçələrdə konkret olaraq neçə avtomobilə ziyan vurduğunu xatırlamır. O, narkotik vasitə və ya psixotrop maddə istifadə etməməsinə baxmayaraq, məhkəmə-narkoloji ekspertizasının guya onun həmin maddələrdən istifadə etməsinə dair rəy verməsini izah edə bilmir. O, narkoloji ekspertizasından keçirilərkən ondan sidik və qan nümunələri götürülməmişdir.
7. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, hadisə günü o, şəhərdə maşın sürmüş, lakin polislərin saxla əmrini görməmişdir. Maşında musiqiyə yüksək səslə qulaq asaraq maşını idarə eləmiş, sonra polis avtomobillərinin arxasınca düşdüklərini görmüşdür. Polisləri görəndən sonra instinktiv olaraq maşını yolun əks istiqamətlərində sürmüşdür. O, hadisə günü narkotik vasitələrdən istifadə etməmiş, polislər arxasınca onu izləyərkən onlara təhqiramiz işarələr göstərməmişdir. Maşını idarə edərkən başqa şəxslərin maşınlarına ziyan vurduğunu bilməmiş, yolun bağlı olduğunu görüb maşını saxlamış, insanların ona tərəf gəldiyini görüb qaçmışdır. Hadisə günü maşını idarə edəndə hansısa şəxsi maşınla vurmamış, hansısa şəxsi vurduğunu hiss etməmişdir. Saxlanılanda üzərində narkotik və ya psixotrop maddə olmamış, ittihamda göstərilən psixotrop maddə ona məxsus deyil. Əvvəllər heç vaxt narkotik vasitə istifadə etməmişdir. Saat 11-12 radələrində özünə məxsus “Opel Astra” markalı minik avtomobil ilə evdən çıxıb şəhərə doğru getmiş, İçərişəhərdən çıxıb “İnqilab” prospekti istiqamətində gedərkən polislərin arxasınca gəldiyini görmüş, maşını saxlamamağının səbəbi polislərin saxla əmrini görməməsi olmuşdur. Ən sonda maşınlara dəyərək maşını saxlamışdır. 3-cü mikrorayon dairəsində yol bağlandığı üçün maşından düşüb qaçmış, qaçanda yıxılmamışdır. Onu saxlayandan sonra polislər onu polis şöbəsinə aparmış, orada polislər tərəfindən döyülmüş, narkotik vasitəni məcbur olaraq boynuna almışdır. Təqdim edilən sənədləri imzalamadığı üçün onu döymüşlər. Bədənində olan xəsarətlər döyülmə nəticəsində yaranmışdır. İbtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etmir. Lakin sonradan məhkəmə icraatı zamanı onun hüquqlarını müdafiə edən müdafiəçilərinin iştirakı ilə verdiyi ifadələri həqiqəti əks etdirir. Onun hansısa psixi xəstəliyi yoxdur. Hansısa psixi xəstəlikdən əziyyət çəkməmişdir. Ev dustaqlığında olduğu müddətdə internet resurlarında onun barəsində olan törətdiyi hadisəyə dair videolara baxmamışdır. Avtomobili idarə edərkən ayrı-ayrı avtomobillərə və şəxslərə vurduğu zərərə görə peşmandır və həmin zərərçəkmiş şəxslərin bəzilərinə dəymiş ziyanı ödəyərək barışmışdır, digərləri ilə də eyni qaydada barışıq əldə etməyə çalışacaqdır. Videoçəkilişlə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş, ümumiyyətlə ondan belə bir seçim etməyi heç kim təklif etməmişdir. Şahid3 ilə arasında üzləşdirmə aparılmamış və onun tərəfindən cibinə psixotrop maddə qoyulmasını xatırlamır. Lakin onun şəxsi axtarış keçirilərkən orada olduğunu xatırlayır. ünvan 5i Rayon Məhkəməsində özünü narkotik vasitə aşkar olunduğuna görə təqsirli hesab etdiyini deməmişdir. İbtidai istintaqın ilkin mərhələsində verdiyi elan edilmiş ifadələrinin sonundakı əlyazmalar onun tərəfindən icra olunmuşdur. Lakin həmin ifadələrin məzmunundan xəbəri olmamışdır. Hadisə günü narkotik vasitə istifadə eləməmişdir.
8. Təqsirləndirilən şəxs məhkəmədə, eləcə də məhkəməyədək icraat zamanı verdiyi 10 oktyabr 2024 və 20 oktyabr 2024-cü il tarixli ifadələri ilə məhkəməyədək icraat zamanı müdafiəçi X4 iştirakı ilə 2 fevral 2024-cü il tarixdə verdiyi ifadəsi arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadəsi də məhkəmədə elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, sifariş olduqda memarlıq işləri və çertyoj çəkməklə məşğuldur. Sifariş olmadıqda isə özünə məxsus “Opel” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olur. Bundan başqa bir neçə müddətdir müəyyən vaxtlarda narkotik vasitə və psixotrop maddə qəbul edir. 29 yanvar 2024-cü il tarixdə, gecə saatlarında avtomobilini təmizləyən zaman avtomobilinin içindən yerdən bir büküm tapmışdır. Həmin bükümü açıb baxdıqda orada psixotrop maddə olmasını görmüş və tanımışdır. Belə olan halda həvəsə gəlmiş və 29 yanvar 2024-cü il tarixdə, gecə saatlarından 30 yanvar 2024-cü il tarixdə səhər saatlarınadək təxminən 3 dəfə həmin psixotrop maddədən istifadə etmiş, qalanını isə özünə məxsus qara rəngli gödəkçəsinin içəri cibinə qoymuşdur. 30 yanvar 2024-cü il tarixdə təxminən günorta saatlarında avtomobil sürmək həvəsinə düşmüş və özünə məxsus avtomobillə yaşadığı ünvandan çıxıb mərkəz istiqamətində gəlmişdir. Musiqiyə qulaq asaraq sürdüyü üçün daha da həvəslənmiş və şəhərin mərkəz hissələrində manevrlər etməyə başlamışdır. Həmin vaxt təxminən 4 avtomaşının güzgüsünü vurduğunu hiss etmiş, lakin saxlamamışdır. Bundan başqa bir neçə yerdə hara toxunduğunu xatırlamasa da, avtomobilinin sirkələnməsini hiss etmişdir. Sonradan Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Şəkinin dairəsi deyilən yerdə YPX avtomobilinin qarşısında avtobusu sağdan ötmüş və YPX avtomobili ona saxla əmri vermişdir. Lakin o, YPX avtomobilinin işarəsinə məhəl qoymayıb sürməyə davam etmişdir. Təxminən xatırladığı qədəri ilə 2-3 saat avtomobili şəhərdə sürmüş və onu saxlatmaq istəyən YPX əməkdaşlarına tabesizlik göstərmişdir. Həmin ərəfədə bir neçə avtomobil və ya digər maneələrə toxunduğunu xatırlayır. Nəhayət 3-cü mikrorayon bazarının yanında avtomobillər qabağını kəsmiş və nə qədər çalışsa da oradan keçə bilmədiyi üçün bir neçə avtomobili vurub əzib avtomobildən düşüb qaçmışdır. Bir az qaçdıqdan sonra polis əməkdaşları onu saxlayıb Nəsimi RPİ-nin 20-ci PŞ-yə gətirmişlər. İlk əvvəl YPX əməkdaşları onu test edib hər hansı maddənin təsiri altında olubolmadığını müəyyən etdikdən sonra ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilib, otaqların birində hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsi təklif edildikdə həmin çəkilişin mediada göstəriləcəyini düşünüb qəti şəkildə etiraz etdiyi üçün şəxsi axtarış keçirilməsindən ötrü hal şahidləri dəvət edilmişdir. Beləliklə də, polis əməkdaşlarının, vəkilinin və hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. İlkin olaraq ona üzərində olan əşyaları təqdim etmək təklif olunduqda o özünə məxsus mobil telefonu, bank və avtobus kartlarını təqdim etmişdir. Lakin sonradan polis əməkdaşı onun əynində olan qara rəngli gödəkçəsinin cibindən gecədən bir hissəsini istifadə edib qalan hissəsini üzərində saxladığı həmin bükümü tapıb çıxarmışdır. Ona bunun nə olması sual edildikdə o, bükümün içərisində olan ağ rəngli kristallik kütlənin el arasında “patı” deyilən psixotrop maddə-metamfetamin olmasını bildirib haradan əldə etməyi ilə əlaqədar isə hal-hazırda xatırlamadığı cavablar vermişdir. Bunun ardınca qeyd olunan içərisində ağ kristallar formasında, psixotrop maddə olan büküm açılaraq içərisinə vizual baxış keçirilmiş və eyni qaydada bükülüb qablaşdırıldıqdan sonra zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarışla bağlı tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalandıqdan sonra içərisindən üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan həmin zərfin ekspertizaya göndərilməsi haqda qəbul olunmuş qərar ona elan edilmişdir. Yalnız onun avtomobilindən tapdığı psixotrop maddə ümumilikdə 0,2 qram olmuş və o həmin maddənin 0,1 qramını istfadə etdikdən sonra qalan 0,1 qram hissəsini cibinə qoymuşdur. Üzərindən aşkar olunmuş psixotrop maddənin külli miqdarda olması ilə razı deyil. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, psixotrop maddə aludəçisidir və həmin metamfetamini avtomobilindən tapmışdır. Yalnız şəxsi istifadəsi üçün üzərində saxlamış, həmin psixotrop maddəni kiməsə satmaq niyyəti olmamışdır. Üz və əl nahiyyələrində olan sıyrıq xəsarətlərini avtomobilini ora-bura vurarkən və maşından düşüb qaçan zaman yıxıldığı zaman almışdır. Bununla əlaqədar heç bir şikayəti və tələbi yoxdur. Həmin ərəfədə hələ də psixotrop maddənin təsiri altında olduğuna görə özünü yaxşı hiss etməmiş və sənədləri oxumağa həvəsi olmadığına görə imzalamaqdan imtina etmişdir. Lakin hal-hazırda özünü daha yaxşı hiss etdiyinə görə ifadə vermək qərarına gəlmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddəni büküm formasında avtomobilindən tapmışdır. Taksi fəaliyyəti ilə məşğul olduğuna görə onun hər hansı müştəridən düşüb orada qalmasını güman edir. Onun şəxsi istifadəsində olan mobil telefon nömrəsi ***-***-**-**-dir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki zorakılıq göstərilməmişdir. O, ruhi və psixi cəhətdən sağlamdır, hər hansı bir xəstəxanada qeydiyyatda deyil (Cild 1, i.v.191- 194;). Həmin ifadənin sonunda “İfadəmi oxudum düz yazılıb mənim üzərimdən çıxan maddə külli miqdarda olmamışdır. Başqa əlavəm yoxdur. İmzamla təsdiq edirəm” cümlələri Təqsirləndirilən şəxs tərəfindən əlyazma ilə qeyd edilməklə protokol sonuncu və onun müdafiəçisi tərəfindən imzalanmışdır.
9. Təqsirləndirilən şəxs 2 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edildikdən sonra o, ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadəni ümumiyyətlə təsdiq etmir. Hadisə yeni baş verdiyindən, saxlanılarkən və sonradan təzyiqə məruz qaldığından və psixoloji təsir altında olduğundan həqiqəti əks etdirməyən ifadə vermişdir.
10. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
11. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
12. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış X5 4 dekabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, təqsirləndirilən şəxslə və icraatda iştirak edən digər şəxslərlə ədavəti və ya düşmənçiliyi yoxdur. Onun oğlunun adına olmaqla etibarnamə əsasında idarə etdiyi “BMV” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İş yeri ilə yaşayış yeri yaxın olduğu üçün o, əksər hallarda avtomobilini yaşadığı Nəsimi rayonu Mirqasımov küçəsində park edib işə piyada gedir. 30 yanvar 2024-cü il tarixdə, təxminən saat 17 radələrində işdə olarkən yaşadığı binanın qarşısında avtomobillərin park edilməsinə nəzarət edən şəxs zəng vuraraq ona məxsus olan avtomobilinin Nəsimi rayonu Mirqasımov küçəsində park halında olan zaman boz rəngli “Opel” markalı avtomobil tərəfindən vurulduğunu və avtomobilinə ciddi ziyan dəydiyini bildirdi. O, dərhal hadisə yerinə gəldikdə orada onun avtomobilinin park halında vurulmasının şahidi olmuşdur. Bundan sonra ətrafdakı insanlar və hadisə şahidləri qeyd olunan boz rəngli “Opel” markalı avtomobilin sürücüsünün polislər tərəfindən təqdib edildiyini, həmin avtomobilin isə Azadlıq küçəsi ilə hərəkətin əks istiqamətində idarə etdiyini, qarşısına çıxan maneələrdən sonra Mirqasımov küçəsinə dönməsini və bundan sonra ziqzaqvari hərəkətlərlə davam etdikdən sonra idarəetməni itirib onların avtomobillərinə çırpılmasını bildirmişlər. O, hadisə barədə “102 Zəng Mərkəzinə” zəng edərək məlumat vermişdir. Bundan sonra o, avtomobili servisə aparmış, avtomobilinin təmirinə bütövlükdə 1460 manat pul xərcləmişdir. Hadisə nəticəsində avtomobilinin sol qabaq faraları sınmış, qabaq buferi qırılmış, krılo və kapotu əyilmiş və digər zədələr olmuşdur. Baş vermiş hadisə vaxtı hadisə yerində olmadığından heç bir xəsarət almamışdır. Baş vermiş hadisə nəticəsində ona 1460 manat məbləğində maddi ziyan dəymişdir. İfadəsinin sonunda mülki iddiasını müdafiə etdiyini, ona dəymiş maddi ziyan ödənildiyi halda təqsirləndirilən şəxsdən hər hansı şikayəti və ya tələbi olmayacağını bildirdi.
13. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 4 dekabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, təqsirləndirilən şəxslə və icraatda iştirak edən digər şəxslərlə ədavəti və ya düşmənçiliyi yoxdur. O, etibarnamə əsasında “Kia Sorrento” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 30 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində işdən çıxaraq idarə etdiyi “Kia Sorrento” markalı avtomobili ilə ünvan 5i rayonu C.Səlimov küçəsində avtomobil yolunda tıxacda işıqforun qırmızı işığında duran zaman qəfildən arxadan “Opel” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ondan arxada olan digər avtomobilləri də vura-vura ona tərəf gəldiyini görmüşdür. Həmin an “Opel” markalı avtomobilin zədələdiyi avtomobillərin sahibləri düşərək etdiyi əməli dayandırması üçün onun arxasınca qaçmışlar, lakin həmin şəxs heç kimə məhəl qoymadan avtomobilini idarə edib başqa avtomobilləri vura-vura yolunu davam etmiş, həmçinin orada yol kənarında olan yol-patrul xidməti inspektorları da həmin şəxsə avtomobili dayandırmasını işarə edib tələb etmişlər, həmin avtomobilin sürücüsü isə buna da məhəl qoymamış və onun avtomobilinə çatdıqda isə onun da avtomobilini arxa tərəfdən vuraraq artıq hərəkət edə bilməyərək dayanmışdır. Həmin “Opel” markalı avtomobil onun avtomobilini arxadan vurduqdan sonra onun idarə etdiyi avtomobil qarşıda duran avtomobilin arxa hissəsinə dəymişdir. Təqsirləndirilən şəxsin idarə etdiyi “Opel” markalı avtomobillə vurduğu son avtomobil onun avtomobili olmuş, onun avtomobilini vurduqdan sonra isə artıq hər hansı hərəkət edə bilmədiyindən avtomobili saxlamışdır. Daha sonra avtomobildən bir nəfər oğlan sürücü çıxaraq qaçmağa başlamışdır. Ətrafda olan şəxslər həmin sürücünü, yəni hazırkı iş üzrə təqsirləndirilən şəxsi tutmağa cəhd etməmiş, polislər isə onu saxlamışlar. O, avtomobildən düşdükdə idarə etdiyi avtomobilinin arxa buferinin tam sınıb yerə düşdüyünü, qarşı buferin, buferin qanadlarının zədələndiyini və avtomobilin başqa detallarına da ziyan dəydiyini görmüşdür. Orada olan digər çoxsaylı avtomobil sahibləri də həmin şəxsin etdiyi əməldən danışmışlar. Baş vermiş hadisədən sonra avtomobili özü təmir etdirmiş, təxminən 3500 manat avtomobilə xərc çəkmişdir. Baş vermiş hadisə vaxtı heç bir xəsarət almamışdır. Həmin “Opel” markalı avtomobilin sürücüsü tərəfindən çoxlu sayda avtomobilə ziyan yetirilmiş, lakin konkret olaraq nə qədər avtomobilə zərər vurulduğunu bilmir. Baş vermiş hadisə nəticəsində ona 3500 manat maddi ziyan dəymişdir. Ona dəymiş zərərinin ödənilməsini tələb edir.
14. Zərərçəkmiş şəxs4 17 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında ifadəsinə əlavə edərək göstərdi ki, hazırda təqsirləndirilən şəxsin qohumları tərəfindən ona vurulmuş ziyan tam həcmdə ödənildiyindən təqsirləndirilən şəxsdən hər hansı şikayət və ya tələbi yoxdur və onunla barışmışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs4 qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən təqsirləndirilən şəxsə qarşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi.
15. Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 4 dekabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, təqsirləndirilən şəxsi tanımır, təqsirləndirilən şəxslə və icraatda iştirak edən digər şəxslərlə ədavəti və ya düşmənçiliyi yoxdur. 30 yanvar 2024-cü il tarixdə, təxminən saat 17-18 radələrində ünvan 5i rayonu C.Məmmədquluzadə küçəsində Kəpəz Hospitalın yaxınlığında dayanıb Nərimanov rayonuna yaşadığı ünvana getmək üçün avtobus gözləmişdir. Həmin vaxt sol tərəfdən yüksək sürətlə hərəkətdə olan sonradan marka və nömrə nişanını bildiyi “Opel” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomaşını ziqzaqvari hərəkət etdirdiyi zaman üzərinə gələrək ön sağ hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən o, xəsarət alaraq asfalt üzərinə çırpılmış, sürücü dayanmadan hadisə yerindən yayınmışdır. Hadisə nəticəsində o, hər iki əlindən və ayaq nahiyəsindən xəsarət almışdır. Hadisə yerində ona məlum olmuşdur ki, “Opel” markalı avtomaşının sürücüsü xuliqanlıq hərəkətləri edərək polis əməkdaşlarına tabesizlik etməklə Bakı şəhərinin müxtəlif ünvanlarında avtomaşınları əzmiş, polisdən yayınarkən onu vuraraq bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirmişdir. Aldığı bədən xəsarətlərinə görə ev şəraitində müalicə olunmuş, eləcə də aldığı xəsarətə görə 1 saylı X38 və “Kəpəz” Hospitalına müraciət etmişdir.
16. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsinə əlavə edərək göstərdi ki, hadisə zamanı ayaq və əl nahiyələrindən xəsarət almışdır. Sürücü hadisəni törədərək ona xəsarət yetirəndən sonra avtomobili saxlayaraq yardım etməmiş, avtomobili sürüb getmişdir. “Yol nəqliyyat hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə edilmiş sxemdə, eləcə də, izahat və ifadəsində olan imzalar və əlyazmalar ona məxsusdur. Həmin sənədlərdə göstərilənlər həqiqəti əks etdirir. Hadisə yerinə baxış zamanı özü şəxsən iştirak etmişdir. Ona aldığı xəsarətlərlə bağlı hər hansı şəxs tərəfindən hər hansı məbləğdə pul ödənilməmiş, müalicə xərclərini özü ödəmişdir. Buna baxmayaraq, təqsirləndirilən şəxs cavan oğlan olduğundan ondan şikayəti və ya tələbi yoxdur, onu bağışlayır və onunla barışmışdır.
17. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi tərəflərin vəsatəti əsasında elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, onun özünə məxsus “Volksvagen” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobili vardır. İş yeri ilə yaşayış yeri yaxın olduğu üçün əksər hallarda avtomobilini yaşadığı Nəsimi rayonu Mirqasımov küçəsində park edib işə ictimai nəqliyyat və ya piyada gedir. 30 yanvar 2024-cü il tarixdə, təxminən saat 16-18 radələrində ona ailə üzvləri zəng vuraraq avtomobilinin Nəsimi rayonu Mirqasımov küçəsində park halında olan zaman boz rəngli “Opel” markalı avtomobil tərəfindən vurulmasını və avtomobilinə ciddi ziyan dəyməsini bildirmişlər. O, işdən icazə almış və dərhal hadisə yerinə gəldikdə orada onun avtomobilindən başqa “BMV” markalı avtomobilin də park halında vurulmasının şahidi olmuşdur. Bundan sonra ətrafdakı insanlar və hadisə şahidləri qeyd olunan boz rəngli “Opel” markalı avtomobilin sürücüsünün Azadlıq prospekti ilə hərəkətin əks istiqamətində idarə etdiyini və qarşısına çıxan maneələrdən sonra Mirqasımov küçəsinə dönməsini və bundan sonra ziqzaqvari hərəkətlərlə davam etdikdən sonra idarəetməni itirib avtomobillərə çırpılmasını bildirmişlər. Bundan sonra o, dərhal sığorta şirkətinə müraciət etmiş və onlar tərəfindən polis orqanlarına olunan müraciətə cavab olaraq bildirilmişdir ki, həmin avtomobil Bakı şəhəri ərazisində bir neçə avtomobili vurub ziyan vurmuşdur. Onun avtomobili kasko sığortalı olduğu üçün ona dəymiş maddi ziyan “Paşa Sığorta” tərəfindən ödənmiş və hal-hazırda həmin avtomobili idarə edir. Baş vermiş hadisə vaxtı heç bir xəsarət almamış, lakin mənəvi olaraq zərər görmüş, həmin hadisənin stresini yaşamış və bir müddət özünə gələ bilməmişdir. Həmin “Opel” markalı avtomobilin sürücüsü tərəfindən avtomobili vurulan zaman avtomobilinin sağ ön farası, sağ ön buferi yararsız hala düşmüşdür. Baş vermiş hadisə nəticəsində sığorta şirkəti tərəfindən avtomobilinin təmir olunmasına 3300 manat məbləğində pul ödənilmişdir (Cild 2, i.v. 77- 79;).
18. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmədə üzrlü səbəbdən iştirak etmədiyindən tərəflərin vəsatəti əsasında onun ifadəsi elan edilərək tədqiq edilmiş və o həmin ifadəsində göstərmişdir ki, ona məxsus “Toyota RAV4” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 30 yanvar 2024-cü il tarixdə, saat 18 radələrində o, idarə etdiyi “Toyota RAV4” markalı avtomobili ilə ünvan 5i rayonu C.Məmmədquluzadə küçəsində avtomobil yolunda işıqforun qırmızı işığında tıxacda duran zaman arxada başqa avtomobillər olmuşdur. Avtomobil yolunda duran zaman qəfildən arxadan “Opel” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin başqa avtomobilləri vura-vura ona tərəf gəldiyini görmüşdür. Həmin an həmin “Opel” markalı avtomobilin zədələdiyi avtomobillərin sahibləri düşərək onun arxasınca qaçmışlar ki, etdiyi əməli dayandırsın, lakin həmin şəxs heç kimə məhəl qoymadan avtomobilini idarə edib başqa avtomobilləri vura-vura yoluna davam etmiş, həmçinin orada yol kənarında olan yol-patrul xidməti inspektorları da həmin şəxsə avtomobili dayandırmasını işarə edib tələb etmişlər, həmin avtomobilin sürücüsü isə buna da məhəl qoymamış və onun avtomobilinə çatdıqda da onun avtomobilinin sağ tərəfini cıza-cıza, avtomobilinin sağ qarşı qapısının tutacaq hissəsini və buferi sındırıb yanından keçmiş, həmçinin həmin anda onun sol tərəfində də avtomobil olmuş və onların aralarından avtomobillərini zədələyib qarşıya sürmüş, lakin sonra həmin avtomobil bir neçə metr eyni qaydada irəliləmiş və daha irəliləyə bilməyib həmin avtomobilin sürücüsü düşərək qaçmağa başlamışdır. Həmin an o, şoka düşmüş və özünə gələ bilməmişdir. Bir neçə dəqiqə sonra isə o özünə gəlmiş və avtomobildən düşmüşdür. Orada olan çoxlu sayda avtomobillərin sahibləri həmin şəxsin etdiyi əməldən danışmışlar. Baş vermiş hadisədən sonra onun avtomobili sığorta şirkəti tərəfindən servisə göndərilmiş və sonradan ona sığorta tərəfindən mesaj göndərildikdə ona 510 manat məbləğində ziyan vurulduğu məlum olmuşdur. Baş vermiş hadisə vaxtı heç bir xəsarət almamış, lakin mənəvi olaraq zərər görmüş, həmin hadisənin stresini yaşamış və bir müddət özünə gələ bilməmişdir. Həmin “Opel” markalı avtomobilin sürücüsü tərəfindən konkret olaraq bilməsə də çoxlu sayda avtomobilə ziyan vurulmuşdur. Baş vermiş hadisə nəticəsində ona 510 manat maddi ziyan dəymişdir (Cild 1, i.v. 62-64;).
19. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Oktay oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tanımır, onunla əvvəllər hər hansı ədavət və ya düşməçiliyi olmamışdır. 30 yanvar 2024-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X48 İdarəsinə bilavasitə tabe olan Yol- Patrul Xidməti Alayının Müşahidə Eskort Bölüyünün 1-ci tağımının əməkdaşları ilə birlikdə xidmətdə olduğu zaman Bakı şəhərinin bir neçə rayonu ərazisindən keçən küçələrlə idarə etdiyi "Opel Astra" markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri ilə bir neçə nəqliyyat vasitəsini qəsdən zədələyən naməlum kişi cinsli sürücü tərəflərindən müəyyən edilərək təqib edilmişdir. Sonradan həmin sürücünün Təqsirləndirilən şəxs olmasını bilmişdir. Təqsirləndirilən şəxs polisin qanuni tələblərinə tabesizlik göstərərək avtomobili saxlamadan hərəkətini davam etdirdiyi üçün məcburi qaydada ünvan 5i rayonu C.Səlimov küçəsi 16 ünvanının qarşısında tərəflərindən saxlanılmış, narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr olduğu üçün sürücü Təqsirləndirilən şəxs ərazi üzrə təxminən saat 17:20-də 20-ci Polis Şöbəsinə gətirilməsi təmin edilmişdir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən hər hansı fiziki zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı avtomobillə Bakı şəhərinin küçələrində, əsasən Nəsimi rayonu ərazisində çoxlu sayda avtomobilləri vurmaqla qəsdən həmin avtomobillərə ziyan vurmuşdur. Təqsirləndirilən şəxs YPX əməkdaşları tərəfindən ona saxla işarəsi verildikdə bunu görmüş, sonuncu qəsdən avtomobili idarə edib YPX əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadan avtomobili Bakı şəhərinin müxtəlif küçələri ilə, o cümlədən mərkəzi küçələri ilə idarə edib, qəsdən başqa avtomobillərə ziyan vurmuş, həmin vaxt YPX əməkdaşları tərəfindən təqib olunmasından məlumatı olmuş, iki saatdan artıq müddətdə bütün şəhəri bir-birinə qatmışdır. Təqsirləndirilən şəxs ünvan 5i rayonu C.Səlimov küçəsi 3-cü mikrorayon dairəsi ərazisində YPX əməkdaşları tərəfindən yaradılmış süni tıxacla məcburi qaydada saxlanılmış, sonuncu avtomobili başqa avtomobilə vurub dayandıqdan sonra avtomobildən düşüb qaçmağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs körpünün altında tərəflərindən saxlanılmış və narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr olduğu üçün 20-ci PŞ-yə gətirilməsi təmin edilmişdir.
20. Verilən suallara cavab olaraq Şahid5 ifadəsinə əlavə edərək göstərdi ki, “Opel” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol patrul xidməti əməkdaşlarının tələbinə məhəl qoymayaraq təhlükəli manevrlər etmiş, hətta velosiped yolu ilə hərəkət edərək bir nəfər polis inspektorunun həyatına təhlükə yaratmış, bundan başqa, ayrıayrı şəxslərin və digər polis əməkdaşlarının həyatına, eləcə də digər avtomobillərə təhlükə yaradan manevrlər etmişdir. Həmçinin “Opel” markalı avtomobilin sürücüsü əks istiqamətlərdə hərəkətinə davam etmiş, o isə həmin avtomobilin arxası ilə motosikletlə hərəkətdə olmuşdur. Hətta “Opel” markalı avtomobilin sürücüsü avtomobili idarə edərək bir həyətə daxil olmuş, o da həmin avtomobilin arxasınca motosikleti idarə etdikdə həmin sürücünün avtomobili onun üzərinə doğru sürdüyünü görüb kənara çəkilmiş və sürücü yanından ötüb keçmişdir. 3-cü mikrorayon dairəsində sıxlıq olduğundan “Opel” markalı avtomobilin sürücüsü digər avtomobillərə zərər yetirərək keçib getməyə cəhd etmiş, lakin keçib gedə bilməyəcəyini görərək avtomobildən düşüb qaçmağa başlamışdır. O və digər polis əməkdaları həmin sürücünün arxasınca qaçaraq onu yaxalamış, dərhal bu barədə aidiyyəti üzrə məlumat verməklə sürücünü 20-ci PŞ-yə təhvil vermişlər. “Opel” markalı avtomobilin sürücüsü digər avtomobillərə zərər yetirdiyindən ətrafda olan şəxslərin həmin sürücüyə qarşı çox aqressiv olduğunu görüb, həmin sürücüyə zərər vurmamaları üçün onu mühafizə etmişlər. Sürücünü saxlayarkən etdiyi hərəkətlərini başa düşmədiyini hiss etmişlər. Ətrafda olan insanlar onu vurmağa çalışmış, lakin onlar bacardıqları qədər aqressiv kütlənin qarşısını alaraq təqsirləndirilən şəxsi oradan uzaqlaşdırmışlar. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə aparılarkən və polis şöbəsinə təhvil verildiyi müddətdə hər hansı polis əməkdaşı tərəfindən ona qarşı hər hansı pis rəftar göstərilməmiş, fiziki və ya psixi təsir və ya təzyiqə məruz qoyulmamışdır.
21. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X48 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşahidə Eskort Bölüyünün 1-ci tağımının inspektoru Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid5 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, “Azneft” dairəsində “Opel” markalı avtomobilin sürücüsü, sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs kobud qayda pozaraq təhlükəli manevrlər etdiyindən ona digər polis əməkdaşları tərəfindən “Saxla” əmri verilmiş, lakin Təqsirləndirilən şəxs polislərin tələblərinə əməl etməyərək qırmızı işıqlarda keçərək avtomobillərə zərər vuraraq onun dayandığı posta doğru gəlmişdir. O və digər polis əməkdaşları xidməti motosikletlərlə X27 arxasınca hərəkət etmiş, sonuncu hərəkətdə olduğu yol boyu avtomobillərə zərər vuraraq “Sovetski” deyilən istiqamətə getmiş, avtomobili idarə edərkən dəfələrlə həm polis əməkdaşlarının, həm insanların həyatına və avtomobillərinə təhlükə yaratmışdır. Hətta ona və digər polis əməkdaşlarına etik olmayan əl hərəkətləri ilə təhqiredici hərəkətlər etmiş, polis əməkdaşlarına “barmaq” işarəsi göstərərək onu tuta bilməyəcəklərini bildirmişdir. Lakin sürücü Orxan Zeynalovu uzun təqibdən sonra saxlamışlar. X13 və digər polis əməkdaşlarına qarşı təhqiredici əl-qol hərəkətləri barədə ibtidai istintaq zamanı bildirməmişdir. Təqsirləndirilən şəxs Orxan Zeynalov zərər vurduğu avtomobillərə qəsdən ziyan vurmuşdur. Orxan Zeynalovun üzəri saxlanıldığı yerdə və sonradan polis şöbəsinə təhvil verilənədək yol boyu yoxlanılmamış, onu saxladıqdan dərhal sonra polis şöbəsinə təhvil vermişlər. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə aparılarkən və polis şöbəsinə təhvil verildiyi müddətdə hər hansı polis əməkdaşı tərəfindən ona qarşı hər hansı pis rəftar göstərilməmiş, fiziki və ya psixi təsir və ya təzyiqə məruz qoyulmamışdır.
22. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinin X48 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının Müşahidə Eskort Bölüyünün 1-ci tağımının inspektoru Şahid6 İskəndər oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid7 və Şahid5 ifadələri ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilməsində iştirak etmişdir. Belə ki, sürücü Təqsirləndirilən şəxs o, Şahid5 və Şahid7 tərəfindən saxlanıldıqdan sonra xidməti avtomobilə əyləşdirilmiş, o isə həmin avtomobili arxadan müşayiət etdərək sürücü Təqsirləndirilən şəxs polis şöbəsinə təhvil vermişlər. Sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə hərəkətdə olarkən onu təqib edən polis əməkdaşlarına gülərək “nə oldu bəs saxlayacaqdız” və sair kimi sözlər demiş, hətta onlara qarşı nalayiq əl hərəkətləri etmiş, şəxsən ona qarşı belə bir hərəkəti, yəni “orta barmaq” işarəsi göstərib təhqir etmişdir.
23. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, hadisə zamanı həmin polis idarəsinin 20-ci PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 30 yanvar 2024-cü il tarixdə əməliyyat qrupunda xidmətdə olarkən Bakı şəhər ərazisində idarə etdiyi avtomobillə avtoxuliqanlıq edib, bir neçə şəxsin avtomobillərinə ziyan vuran Təqsirləndirilən şəxs YPX əməkdaşları tərəfindən məcburi saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-yə gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə olması ilə bağlı əsaslı şübhələr olduğundan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhərində çoxsaylı avtomobilləri əzərək ziyan vurmuş və üzərində narkotik vasitə və ya psixotrop maddə olmasına əsaslı şübhələr olduğuna görə rəhbərliyə məruzə edilərək üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışı videoçəkilişlə keçirmək istəyəndə Təqsirləndirilən şəxs buna qəti etiraz eləmişdir. Belə ki, əvvəlcə Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkilişdən istifadə edilməklə aparılacağı bildirildikdə, sonuncu buna etiraz etmiş, bu səbəbdən polis şöbəsinə iki nəfər hal şahidi dəvət olunmuşdur. Hal şahidləri gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarışda o, 20-ci PŞ-nin sahə inspektoru Şahid4, iki nəfər hal şahidi, mütəxəssis və müdafiəçi iştirak etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra üzərində qanunsuz gəzdirdiyi hər hansı əşya və ya predmet olduğu təqdirdə onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, günorta saatlarında Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 50 manat müqabilində şəxsi istifadəsi üçün psixotrop maddə alaraq özündə saxlamaqla daşıdığını, saat 15 radələrində həmin psixotrop maddə metamfetamindən bir qədərini istifadə edib qalanını əynindəki qara rəngli gödəkçəsinin sağ döş cibinə qoyduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ döş cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristallşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən pul kisəsini, bir ədəd “Bakı kart” kartını, bir ədəd mağazada alış-veriş üçün istifadə olunan “Bazar Store” yazısı olan kartı, həmçinin ön şüşəsi zədəli halda olan mobil telefonu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və digər əşyalar təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sonra iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı avtomobilə baxış keçirilmiş, avtomobildən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs ona qarşı hər hansı fiziki zor tətbiq edilməsi və bədəni üzərində gözlə görünən xəsarətlərlə bağlı sorğu-sual edildikdə, sonuncu ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edilmədiyini, bədəni üzərində olan xəsarətləri isə psixotrop maddə təsiri altında avtomobili ilə yol-nəqliyyat hadisələri törədən zaman və avtomobildən düşüb qaçan zaman aldığını bildirmişdir. Sonra protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs başqa bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs isə heç bir əsaslı səbəb göstərmədən protokola imza etməkdən imtina etmişdir.
24. Verilən suallara cavab olaraq Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, bildiyinə görə Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərmiş, hətta sifətində qızartılar olmuşdur. Təqsirləndirilən şəxs narazılıq elədiyinə görə şəxsi axtarış videoçəkilişlə aparılmamışdır. O, Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmiş, lakin bildiyinə görə Təqsirləndirilən şəxs təxminən axşam saatlarında 17-18 radələrində polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən özündə olmaması müəyyən edildiyindən, məhz bu səbəbdən belə bir hadisəni törətməsi ehtimal edildiyindən, onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələnilərək şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən qısa müddət sonra keçirilmiş, daha sonra avtomobilinə də baxış keçirilmişdir. Psixotrop maddəyə bənzər maddənin ekspertizaya göndərilməsində, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə təhvil verilməsində iştirak etməmiş, onun müvəqqəti saxlama yerinə nə vaxt aparıldığını bilmir. Sonradan Təqsirləndirilən şəxs törətdiyi avtoxuliqanlıq hərəkətləri ilə bağlı internetdə olan videolara da baxmışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslə aralarında sonuncunun müdafiəçisinin iştirakı ilə üzləşdirmə olmuş və o, baş verənləri onun üzünə qarşı da demişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı videoçəkiliş aparılmasından özü imtina etmiş, lakin hazırda hesab edir ki, özünü müdafiə etdiyi üçün videoçəkiliş aparılmasından imtina etmədiyini bildirir. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmasından imtina etməsi barədə sənədləşdirmə aparılması təhqiqatçının səlahiyyətində olan məsələ olduğundan sənədləri sonuncu tərtib etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış videoçəkilişlə aparılsa videogörüntünün mediada yayılacağından narahat olduğu üçün vidoeçəkiliş aparılmasından imtina etmişdir. Hal şahidləri onun tərəfindən dəvət edilməmiş və kim tərəfindən dəvət edildiyini xatırlamır. Bildiyinə görə hal şahidləri polis şöbəsinin yerləşdiyi ərazinin yaxınlığında yaşayan şəxslər olmuşlar. O, Təqsirləndirilən şəxs polis şöbəsinə gətiriləndə əməliyyat qrupunda olduğundan sonuncunu ilk dəfə polis şöbəsində görmüş, sonradan təhqiqatçı onu və Şahid4 dəvət edərək şəxsi axtarış aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində təzyiq edilməsinin şahidi olmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddəyə dair hər hansı etirazını bildirməmişdir.
25. Məhkəmədə 17 yanvar 2025-ci il tarixdə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən bir il əvvəl avtoxuliqanlıq edərək bir neçə şəxsin avtomobilinə ziyan vurduqdan sonra bir neçə YPX əməkdaşları onu tutaraq 20-ci PŞ-yə gətirmiş, sonradan üzərindən psixotrop maddələr aşkar edilmişdir. O həmin tarixdə 20-ci PŞ-də əməliyyat qrupunda olduğundan şəxsi axtarışda iştirak etmişdir. Şəxsi axtarışda o, əməliyyat müvəkkili Şahid3 və iki nəfər hal şahidləri iştirak etmişdir. Şəxsi axtarış zamanı videoçəkilişin olub-olmamasını xatırlamır. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs hadisənin şokunda olduğundan və ya hansısa başqa səbəbdən hər şeyə etiraz etmişdir. Təqsirləndirilən şəxs qarşı polis şöbəsində hər hansı fiziki və ya psixi təzyiq edilməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən hava tam qaranlıq olmamışdır. Həmin vaxt o, başqa iş üzrə izahat aldığından Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildiyini görmüşdür. Şəxsi axtarış zamanı müdafiəçi iştirak etmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdən sonra qısa müddət sonra şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsinə gətiriləndə üzərində xəsarət olmamış, onun müvəqqəti saxlama yerinə təhvil verilməsində iştirak etməmiş, kimin tərəfindən müvəqqəti saxlama yerinə aparıldığını xatırlamır.
26. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 6 mart 2024cü il tarixdə verdiyi ifadəsi (bax Cild 1, i.v.243-245;) arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadəsi elan edilərək tədqiq edilmiş və onun Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən edildi. Bundan sonra verilən suallara cavab olaraq Şahid4 ifadəsinə əlavə edərək göstərdi ki, həmin ifadəni təsdiq edir və ifadəsində qeyd edilənlər həqiqəti əks etdirir. Bildiyinə görə Təqsirləndirilən şəxs avtomobilindən düşüb qaçarkən xəsarət almış, hətta o, təqib zamanı polis əməkdaşının avtomobilini də əzmişdir. O, hal şahidlərini dəvət etməmiş, hal şahidləri Təqsirləndirilən şəxs gətirildikdən sonra dəvət edilmiş və onları ilk dəfə təhqiqatçının otağında görmüşdür. Lakin təhqiqatçının otağına gələndə hal şahidlərinin orada olub-olmadığını dəqiq xatırlamır. Belə ki, avtomobillərinin əzilməsi ilə bağlı çoxlu sayda şəxslər də polis şöbəsinə gəlmişdilər. Hesab edir ki, Təqsirləndirilən şəxs mediada görüntülərinin yayılmasından ehtiyat edərək çəkilişdən imtina etmişdir. Sonradan Təqsirləndirilən şəxsla sonuncunun müdafiəçisinin iştirakı ilə üzləşdirmə istintaq hərəkəti də olmuş və o, ifadəsində göstərdiklərini onun üzünə qarşı da deyərək təsdiq etmişdir.
27. Məhkəmədə 17 yanvar 2025-ci il tarixdə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 20-ci PŞ-nin yaxınlığından keçərkən, polis əməkdaşları o və atası Şahid2 şöbəyə dəvət edərək hal şahidi kimi iştirak etmələrini təklif etmişlər. Onlar razılıq verdikdən sonra onların yanında polis əməkdaşları Təqsirləndirilən şəxs üzərini yoxlamış, lakin xatırladığına görə heç nə tapmamışlar. Daha sonra Təqsirləndirilən şəxs avtomobilini axtaranda narkotik vasitə tapılmışdır. Onun yaddaşı çox zəifdir, hətta elə hallar olur ki, avtomobilinin açarını itirəndə 3-4 gün ərzində tapa bilmir. Polis əməkdaşları şəxsi axtarış zamanı onlara yanlarında dayanıb baxmalarını tapşırmış, o da iki-üç nəfər polis əməkdaşlarının yanında dayanaraq baş verənlərin gedişinə baxmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı polis əməkdaşları onların yanında Təqsirləndirilən şəxs üzərini, daha sonra isə avtomobilini yoxlamışlar. Təqsirləndirilən şəxs görəndə üzündə və ya başqa yerində xəsarət olmasını xatırlamır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxmamış, avtomobilindən isə kiçik bükümdə narkotik vasitə çıxmışdır. Avtomobildən narkotik vasitə aşkar ediləndə Təqsirləndirilən şəxs orada olmamışdır.
28. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 1 fevral 2024cü il tarixdə verdiyi ifadəsi (bax Cild 1, i.v.161-164;) arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadəsi elan edilərək tədqiq edilmişdir. O həmin ifadəsində göstərmişdir ki, 30 yanvar 2024-cü il tarixdə, saat 17:30 radələrində atası Şahid2la yaşadığı evin qarşısında dayanarkən mülki geyimdə olan iki nəfər şəxs onlara yaxınlaşaraq özlərini təqdim edib Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşları olmalarını bildirib polis şöbəsində saxlanılan şübhəli şəxsin üzərinə keçiriləcək şəxsi axtarışda, həmçinin avtomaşınına keçiriləcək baxışda hal şahidi kimi iştirak etmələrini təklif etmişdir. O, atası ilə birlikdə öz vətəndaşlıq borclarını yerinə yetirmək məqsədi ilə onlarla razılaşmış və birlikdə Nəsimi RPİ-nin 20-ci PŞ-yə gəlmişlər. Şöbənin xidməti otaqlarının birinə daxil olduqda orada onları təhqiqatçı qarşılamış və həmin xidməti otaqda olan digər şəxsləri təqdim etmişdir. Həmin şəxslərdən birincisi, saxlanılan şübhəli şəxs Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi X14 olmuş, digər iki nəfər şəxs isə polis geyim formasında olan iki nəfər zabit olmuşdur. Beləliklə də, gəlişlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanmış və təhqiqatçı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə günorta saatlarında Binəqədi rayon ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə hesab edilən metamfetamini 50 manat pul müqabilində şəxsi istifadəsi üçün alıb özündə saxlamasını və saat 15 radələrində aldığı həmin psixotrop maddə metamfetamindən bir qədərini istifadə etdikdən sonra həmin psixotrop maddənin qalan hissəsini əynində olan qara rəngli gödəkçənin sağ döş cibində saxlamasını bildirmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sağ döş cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm hamının iştirakı ilə açılmış və içərisində kəskin spesifik iyə malik kristal şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmçinin əynində olan boz rəngli cins şalvarının arxa yan səthində saxladığı bir ədəd qara rəngli pul kisəsini, həmçinin içərisində olan üzərində “Bakı” kart yazıları olan və üzərində “Bazar Store” yazıları olan plastik kartları, həmçinin əynində olan həmin şalvarın sağ yan cibində saxladığı ön şüşəsi zədəli halda olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Həmin kristalşəkilli kütlə qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra avtomobilə baxış keçirilməsi üçün şöbənin həyətinə çıxmışlar və orada saxlanılmış “Opel Astra” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə hamının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilməsi üçün hamı polis şöbəsinin inzibati binasına dəvət edilmiş və tərtib olunmuş protokol imzalanmamışdan əvvəl Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb Polis Şöbəsinə gətirilən zaman və şöbədə olduğu zaman ona qarşı hər hansı bir zorakılığın olub olmaması soruşulmuşdur. Saxlanılan şəxs Təqsirləndirilən şəxs özünə qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılığın olmadığını, bədənində olan gözlə görünən xəsarətlərin psixotrop maddənin təsiri altında 30 yanvar 2024-cü il tarixdə törətdiyi yol nəqliyyat hadisələri və Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq avtomobildən düşüb qaçmaq istədikdə yerə yıxılması nəticəsində almasını bildirmişdir. Ardınca xidməti otaqda adları yuxarıda qeyd olunan bütün şəxslərin iştirakı ilə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, təklif, ərizə, şikayət daxil olmamış, Təqsirləndirilən şəxs protokolun doğru tərtib edilməsini şifahi şəkildə təsdiq etsə də, heç bir səbəb göstərmədən imza etməkdən imtina etmiş, digər iştirakçılar isə protokolun doğruluğunu imzaları ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və şəxsi axtarışda iştirak edən zaman onunla heç bir mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən əşya və predmetlərin aşkar olunma ardıcıllığı ilə bağlı göstərmişdir ki, ilk əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə günorta saatlarında Binəqədi rayon ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə hesab edilən metamfetamini 50 manat pul müqabilində şəxsi istifadəsi üçün alıb özündə saxlamasını və saat 15 radələrində aldığı həmin psixotrop maddə metamfetamindən bir qədərini istifadə etdikdən sonra həmin psixotrop maddənin qalan hissəsini əynində olan qara rəngli gödəkçənin sağ döş cibində saxlamasım bildirmişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs qara rəngli gödəkçəsinin sağ döş cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm onların hamının iştirakı ilə açılmış və içərisində kəskin spesifik iyə malik kristal şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmçinin əynində olan boz rəngli cins şalvarının arxa yan səthində saxladığı bir ədəd qara rəngli pul kisəsini, həmçinin içərisində olan üzərində “Bakı” kart İ yazıları olan və üzərində “Bazar Store” yazıları olan plastik kartları, həmçinin əynində olan həmin şalvarın sağ yan cibində saxladığı ön şüşəsi zədəli halda olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş həmin psixotrop maddəni, tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almasını və aldıqdan sonra bir hissəsini istifadə etdiyini bildirmişdir.
29. Dindirmə və üzləşdirmədə dindirmə protokolları elan edildikdən sonra Şahid1 verilən suallara cavab olaraq göstərdi ki, ifadə və üzləşdirmə protokollarındakı imzalar özünə məxsusdur. Həmin istintaq hərəkətləri zamanı hər hansı təsir və ya təzyiqə məruz qalmamışdır. Həmin ifadəsində yazılanlar həqiqəti əks etdirir. Təqsirləndirilən şəxs ondan aşkar edilmiş psixotrop maddənin özünə məxsus olduğunu etiraf etmişdir.
30. Məhkəmədə 17 yanvar 2025-ci il tarixdə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, hadisə olan gün polis şöbəsinin yaxınlığında yaşadıqları üçün polis şöbəsinin yanında toplaşmışlar. Təxminən saat 14-15 radələrində polis əməkdaşları o və övladı Elvinə yaxınlaşaraq hal şahidi kimi iştirak etməyi təklif etmiş, onlar da razılıq vermişlər. Avtomobilə baxış keçirilərkən polis əməkdaşları avtomobildən narkotik vasitə çıxmasını bildirmişlər. Polis şöbəsində sənədləşmə olmuş, o da tərtib edilmiş sənədləri imzalamışdır. Təqsirləndirilən şəxs onun yanında narkotik vasitənin üzərinə qoyulması və ya döyülməsini deməmiş, belə bir hadisənin şahidi olmamışdır. Onun polis şöbəsinin 60-70 metr məsafəsində sexi vardır. Əvvəllər hal şahidi kimi iştirak etməmişdir. Xatırladığına görə əvvəlcə polis əməkdaşları Təqsirləndirilən şəxs üzərini yoxlamış, daha sonra avtomobilə baxmışlar. Lakin Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamış, avtomobilinin içərisindən isə narkotik vasitə aşkar edilmişdir. Hal şahidi kimi iştirak edərkən Təqsirləndirilən şəxs yaxından görmüş, lakin sonuncunun üzərində xəsarət olmasını xatırlamır. Kənardan izlədiyindən narkotik vasitənin avtomobilin dəqiq olaraq hansı hissəsindən aşkar olunduğunu xatırlamır.
31. Şahid2 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı 1 fevral 2024cü il tarixdə verdiyi ifadəsi (bax Cild 1, i.v.157-160;) arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadəsi elan edilərək tədqiq edilmiş və onun şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən edilmişdir. Dindirmə və üzləşdirmədə dindirmə protokolları elan edildikdən sonra Şahid2 verilən suallara cavab olaraq göstərdi ki, ifadə və üzləşdirmə protokollarındakı imzalar özünə məxsusdur. Həmin istintaq hərəkətləri zamanı hər hansı təsir və ya təzyiqə məruz qalmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsində yazılanlar həqiqəti əks etdirir. Hesab edir ki, müharibədə iştirak etməsi və başından travma alması ilə əlaqədar bəzi halları düzgün xatırlamır. Hal şahidi qismində iştirak edərkən bir nəfər vəkil də görmüşdür. İbtidai istintaq zamanı hadisələri müstəntiq yazmış, daha sonra ona oxumuş, o isə imzalamışdır. Hazırda dəqiq olaraq xatırlayır ki, narkotik vasitə ibtidai istintaqdakı ifadəsində yazıldığı kimi üzərindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs hər hansı təsir və təzyiq olunmasının şahidi olmamışdır.
32. Müdafiə tərəfinin vəsatəti əsasında Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Şahid8 məhkəməyə dəvət edilməklə izahat verərək izahatında göstərdi ki, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş sxem onun tərəfindən tərtib edilmişdir. Belə ki, adətən növbətçi hissə tərəfindən onlara verilmiş “102 Zəng” xidmətindən və ya xəstəxanadan daxil olmuş yol nəqliyyat hadisəsi barədə məlumat əsasında onlar hadisə yerinə çıxırlar. Hadisə barədə məlumat əldə edildikdən sonra zərərçəkmiş şəxslə əlaqə saxlanılır, hadisə yeri şifahi formada dəqiqləşdirilir, daha sonra həmin şəxsin iştirakı ilə hadisə yerinə baxış keçirilir. Hazırkı iş üzrə məlumat daxil olduqdan sonra şəxsin “Kəpəz hospitalına” aparıldığını dəqiqləşdirmiş, eləcə də sonradan Zərərçəkmiş şəxs1 izahatını da olduğu xəstəxanada almışdır. Zərərçəkmiş şəxs1 və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən birinci şəxsən hadisənin necə baş verdiyini bildirməklə həmin yeri əyani olaraq göstərmiş, bu barədə yerində protokol və sxem tərtib olunmaqla iştirakçılar tərəfindən tanış olunduqdan sonra imzalanmışdır.
33. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin, habelə ifadələri elan edilməklə tədqiq edilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
34. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə 30 yanvar 2024-cü il tarixdə müxtəlif ünvanlarda yol hərəkəti qaydalarını kobud pozaraq YPX-nin saxlama əmrinə məhəl qoymadan avtomobili ünvan 5i rayonu C.Məmmədquluzadə küçəsi ilə hərəkət etdirib üzü “Papanin” istiqamətinə doğru hərəkətdə olarkən yolun sağ kənarında dayanmış piyada Zərərçəkmiş şəxs1 vuraraq ona dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuraraq xəsarət yetirməsi faktına görə Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X8 tərəfindən 22 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 1).
35. Nəsimi RPİ-nin Növbətçi hissəsinin məsul növbətçisi polis leytenantı Şamil Quluzadə tərəfindən tərtib edilmiş raportdan görünür ki, 31 yanvar 2024-cü il tarixdə, saat 00:41 radələrində Daxili İşlər Nazirliyinin 102 xidmətindən Zərərçəkmiş şəxs1 “Opel” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulması nəticəsində bədəninin müxtəlif nahiyələrinin əziyi ilə 1 saylı X38 daxil olmasına dair məlumat daxil olmuşdur(Cild 1, i.v.5;).
36. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş sxemdən görünür ki, Nəsimi RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru Şahid8 tərəfindən hadisənin baş verdiyi ünvan 1 ünvanın yaxınlığına Zərərçəkmiş şəxs1 və iki nəfər hal şahidinin iştirakı ilə 31 yanvar 2024-cü il tarixdə gündüz vaxtı təbii işıqlandırma şəraitində baxış keçirilmişdir. Baxış ünvan 5i rayonu C.Məmmədquluzadə küçəsində üzü Həsən Əliyev küçəsi istiqamətində keçirilmişdir. Müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi yeri ünvan 10 ünvanın qarşısı olmaqla, həmin yerdə avtomobil yolunun eni 18 metrdir, yol asfaltbeton olmaqla qurudur, avtomobil yolunun 2 hərəkət zolağı vardır, hər zolaq 9 metr enindədir. Cəlil Məmməqduluzadə küçəsi iki istiqamətli olmaqla hər iki istiqamətdə hərəkət zolaqları qırıq xətlərlə bölünür, orta sədd ilə əks istiqamət bölünür. İşlək hissəyə birləşir: sağdan səki, soldan əks istiqamətli yol və səki, daha sonra sağdan “Kəpəz” hospital və digər elektronika mağazası, soldan isə “Stuletto” mağazası və yaşayış evləri yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 göstərmişdir ki, “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 5i rayonu C.Məmmədquluzadə küçəsində üzü “Papanin” istiqamətdə hərəkətdə olarkən onu yolun sağ kənarında dayanmış vəziyyətdə olarkən avtomobilin sağ və ön sağ hissəsi ilə vurmuşdur. Baxış 31 yanvar 2024-cü il tarixdə, saat 9:30-da başlanmış, saat 10:00-da bitmişdir (Cild 1, i.v.6-11;).
37. “Məhkəmə-tibbi ekspertizasının” 8 fevral 2024-cü il tarixli, 138 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlər - sağ əlin arxa səthinin V daraq sümüyünün sınığı ilə müşayiət olunan qançır-şişkinliyi, sağ baldırın qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Həmin qərarın təsviri hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 həm məhkəmə-tibbi ekspert tərəfindən müayinə zamanı, həm də “X41” Publik Hüquqi şəxsdə müayinə olunarkən hadisənin 30 yanvar 2024-cü il tarixdə ünvan 5i rayonu C.Məmmədquluzadə küçəsində dayanarkən “Opel” markalı avtomobil tərəfindən vurulması nəticəsində xəsarət aldığını bildirmişdir (Cild 1, i.v. 22-24;).
38. Daxili İşlər Nazirliyinin “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” axtarış altsistemindəki məlumatlardan görünür ki, “Opel Astra minik” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı açıq boz metallik rəngli avtomobilin sahibi Təqsirləndirilən şəxsdur (Cild 1, i.v.29;).
39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza mərkəzi tərəfindən verilmiş “Məhkəmə yol-nəqliyyat ekspertizasının” 14 avqust 2024-cü il tarixli, 8/1884 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni yol hərəkət iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs müvafiq icra hakimiyyəti orqanı əməkdaşı tərəfindən sağ əlindəki üfüqi vəziyyətdə olan: jezllə və ya onların nəqliyyat vasitəsindəki qırmızı və ya göy sayrışan işıqla və yaxud səs siqnalı ilə ona verilən işarəyə avtomobilini dayandırmadan hərəkət etdirdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 12-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyərinin 85 (səksən beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 32-35;).
40. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.36;).
41. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 23 avqust 2024-cü il tarixli qərarla müstəntiq Zaur Tağıyev tərəfindən ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 234.1-1-ci maddələrindən həmin Məcəllənin 221.3, 234.1-1 və 263.1-ci maddələrinə tövsif edilmişdir (Cild 1, i.v. 43-47;).
42. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, müstəntiq Zaur Tağıyev tərəfindən 23 may 2024-cü il tarixdə fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********** nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v 48;).
43. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 23 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ərizəsi əsasında zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 1, i.v.58;).
44. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 24 may 2024-cü il tarixli qərarla müstəntiq Zaur Tağıyev tərəfindən ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrə altında davam etdirilməklə iş üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.3 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir (Cild 1, i.v. 65-66;).
45. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, müstəntiq Zaur Tağıyev tərəfindən 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən 2,680 qram olan külli miqdarda psixotrop maddə metamfetaminin aşkar edilməsi faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v. 70;).
46. Bakı şəhəri Baş Polis İdarəsinin X48 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının Müşahidə Eskort Bölüyünün İ tağımının inspektoru polis baş serjantı Şahid5 tərəfindən tərtib edilməklə həmin tağımın digər inspektorları polis baş serjantları Şahid6 və Şahid7 Oqtay oğlu tərəfindən də imzalanmış birgə raportda göstərilmişdir ki, 30 yanvar 2024-cü il tarixdə, saat 16:04 radələrində Z.Əliyeva küçəsində “Opel” markalı 77DK952 dövlət nömrə nişanlı avtomaşının sürücüsü hərəkətdə olarkən “Mercedes” markalı 50CS324 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə hadisə törədib hadisə yerindən yayındığına görə sonuncu nəqliyyat vasitəsinin müraciəti əsasında Azneft meydanı adlanan ərazidə Neftçilər prospekti ilə Niyazi küçəsinin kəsişməsində saxlama barədə xidmət apardığı “BMV” markalı 10PO33 dövlət nömrə nişanlı motosikllə verdiyi işarəyə məhəl qoymayıb gülərək Niyazi küçəsində manevr qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradaraq İstiqlaliyyət küçəsinə dönüb Azərbaycan prospektinə doğru hərəkət etdiyini görüb radioötürücü vasitəsi ilə qarşı postlarda xidmət edən əməkdaşlara məlumat vermişdir. Həmin nəqliyyat vasitəsinin sürücüsünün narkotik vasitənin təsiri altında olması şübhə doğurmuşdur. Həmin sürücü Azərbaycan prospekti Mərkəzi Univermağın qarşısında xidmət aparan “BMV” markalı 10PO23 dövlət nömrə nişanlı motosikllə verdiyi saxlama barədə işarəyə məhəl qoymayıb Füzuli küçəsindən sağa Səməd Vurğun küçəsinə doğru, orada da yenidən Füzuli küçəsinə sağa Z.Əhmədbəyov küçəsinə doğru hərəkət etmişdir. Sürücü hərəkət etdiyi küçələrdə manevr qaydalarını, işıqforun siqnallarını, həmçinin yol nişanlarının heç birinə məhəl qoymayıb digər nəqliyyat vasitəsini vurub bilərəkdən qəzalar törətmişdir. Sürücü Bakıxanov küçəsi istiqamətdə süni yaradılmış tıxac nəticəsində saxlamaq cəhdlərini görüb yenidən C.Cabbarlı küçəsi ilə aşağı Nizami metrosu istiqamətində hərəkətini davam etdirərək yenidən Z.Əhmədbəyov küçəsi ilə hərəkətdə olub Abdulla Şaiq küçəsinə doğru hərəkət edib Statistika dairəsinə doğru hərəkətdə qarşısında yaradılmış süni tıxacı gördüyünə görə “BMV” markalı 10PO32 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə saxlama cəhdi boşa çıxdığına görə yaradılmış süni tıxaca nəqliyyatın əks hərəkətinə qarşı hərəkət edib İzmir küçəsi ilə Bakıxanov küçəsinə doğru hərəkətini əks istiqamətdə davam etdirib Bakıxanovdan sola X.Şuşinskaya küçəsinə daxil olub sola Vaqif küçəsinə daxil olmuşdur. Lakin yaranmış tıxacı görüb geriyə hərəkət edib sola yenidən X.Şuşinski küçəsinə daxil olaraq üzü H.Əliyev küçəsinə doğru hərəkət etmişdir. Həmin küçədə yaradılmış tıxacı görüb Azadlıq prospektinə əks istiqamətdə daxil olub Azadlıq prospekti ilə M.Qasımov küçəsinə daxil olduqdan sonra yenidən nəqliyyata qarşı yolla hərəkət edib X.Şuşinski küçəsi, daha sonra H.Əliyev küçəsi ilə hərəkət edərək C.Məmmədquluzadə küçəsinə daxil olmuşdur. Həmin marşurt boyu xidmət aparan YPX inspektorlarının saxlama işarələrinə məhəl qoymadan nəqliyyat vasitəsini onların üzərilərinə doğru hərəkət etdirib C.Məmmədquluzadə küçəsi ilə hərəkətini davam etdirib Ceyhun Səlimov küçəsinə doğru hərəkət etmiş, bu barədə radioötürücü vasitəsi ilə Ceyhun Səlimov küçəsində, yəni 3-cü Mikrorayon bazarının dairəsi adlanan ərazidə xidmət aparan YPX əməkdaşının vasitəsi ilə süni tıxac yaradılmış və nəqliyyat vasitəsinin qarşısı məcburi kəsilib saxlanılmış, lakin sürücü digər nəqliyyat vasitələrini əzib hadisə yerindən qaçmaq istədikdə sürücü nəqliyyat vasitəsindən məcburi endirilmək istənilmiş, bu zaman sürücü nəqliyyat vasitəsindən düşüb qaçmış, körpünün yanında tərəflərindən saxlanılaraq aidiyyəti ərazi 20-ci Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində sürücü özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir (Cild 1, i.v.72;).
47. “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, 30 yanvar 2024-cü il tarixdə, saat 17:35-də müstəntiq Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin baş təhqiqatçısı polis mayoru Orxan Abbaslı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə saat 17:45-dən 17:50-dək tutulma protokolu tərtib edilmişdir. Protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20 radələrində ünvan 11 ünvanının qarşısında yol-hərəkət qaydalarını dəfələrlə kobud şəkildə pozması ilə əlaqədar YPXA-nın Müşahidə Eskort Bölüyünün 1-ci Tağımının əməkdaşları tərəfindən məcburi qaydada saxlanılaraq qeyd edilən hərəkətləri narkotik vasitənin təsiri altında etməsinə, eləcə də üzərində narkotik vasitə və ya psixotrop maddələri saxlaması və daşımasına şübhələr olduğundan 20-ci PŞ-yə təhvil verilmişdir(Cild 1, i.v. 86-87;).
48. X23 tərəfindən tərtib edilmiş 30 yanvar 2024-cü il tarixli protokolda göstərilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişlə aparılacağı barədə məlumat verdikdə sonuncu çəkilmiş videogörüntünün mediada yayıla bilməsindən narahat olduğunu bildirərək şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişlə aparılmasından imtina etmiş və bu barədə Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid3, həmin şöbənin sahə inspektoru polis kapitanı Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs və sonuncuun müdafiəçisi X4 iştirakı ilə protokol tərtib edilmiş, protokol şübhəli şəxs Təqsirləndirilən şəxs başqa digər iştirakçılar tərəfindən imzalanmışdır (Cild 1, i.v.110;).
49. “Şəxsi axtarış aparılması və baxış keçirilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 18:00-dən 18:20-dək Nəsimi RPİ-nin 20-ci PŞ-nin baş təhqiqatçısı polis mayoru Orxan Abbaslı tərəfindən həmin şöbənin əməliyyat müvəkkili polis kapitanı Şahid3, sahə inspektoru polis kapitanı Şahid4 və Nəsimi RPİ-nin Kriminalistik Tədqiqatlar qrupunun inspektor kriminalisti X15, eləcə də hal şahidləri Şahid2 və Şahid1, habelə müdafiəçi X4 iştirakı ilə Nəsimi RPİnin 20-ci PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, istintaq hərəkəti başlamazdan əvvəl Təqsirləndirilən şəxs “Sony” markalı fotoaparatdan istifadə olunmaqla fotoçəkilişin həyata keçirilməsi barədə xəbərdarlıq edilmiş, o isə istintaq hərəkətinin keçirilməsinə etiraz etmədiyini bildirərək qeyd olunan hərəkətlərin keçirilməsində videoçəkilişdən istifadə edilməsindən imtina etmiş, lakin hal şahidlərinin iştirakına etiraz etməmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə günorta saatlarında Binəqədi rayon ərazisində 50 manat müqabilində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün psixotrop maddə hesab edilən metamfetamini əldə edərək özündə saxlamaqla daşıdığını, saat 15 radələrində şəxsi istifadəsi üçün aldığı psixotrop maddə hesab edilən metamfetamindən bir qədərini istifadə etdikdən sonra həmin psixotrop maddənin qalan hissəsini əynindəki qara rəngli gödəkçənin sağ döş cibində saxladığını bildirərək 1(bir) ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin büküm hal şahidlərinin iştirakı ilə açılmış və içərisində kəskin spesifik iyə malik kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmçinin əynindəki boz rəngli cins şalvarının arxa yan səthində saxladığı bir ədəd qara rəngli pul kisəsini, həmçinin içərisində olan üzərində “Bakı” kart yazıları olan və üzərində “Bazar store” yazıları olan plastik kartları, eləcə də əynindən həmin şalvarın sağ yan cibində saxladığı ön şüşəsi zədəli halda olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Daha sonra şöbənin həyətində saxlanılmış “Opel Astra” markalı 77DK952 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, hər hansı qadağan olunmuş əşya və predmet aşakr edilməmişdir. Daha sonra prosessual hərəkətlərin keçirilməsinin nəticəsinə dair protokol tərtib edilməsi üçün iştirakçılar PŞ-nin inzibati binasına dəvət edilmiş, xidməti otaqda olarkən Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən PŞ-yə gətirilərkən və şöbədə olduğu müddətdə ona qarşı hər hansı zorakılığın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılığın olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində gözlə görünən xəsarətlərlə bağlı şifahi sorğuya cavab olaraq bədəni üzərində olan bütün xəsarətləri narkotik vasitə və psixotrop maddələrin təsiri altında 30 yanvar 2024-cü il tarixdə törətdiyi yol nəqliyyat hadisələri və YPX əməkdaşları tərəfindən saxlanılaraq avtomobildən düşüb qaçmaq istədikdə yerə yıxılması nəticəsində almasını bildirmişdir. Protokolda şəxsi axtarış və götürmə zamanı “Sony” markalı fotoaparatdan istifadə edilməklə foto çəkilişin aparılması, həmin fotoşəkillərin protokola əlavə ediləcəyi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, Təqsirləndirilən şəxs başqa digər iştirakçılar tərəfindən doğruluğu imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 111-114;).
50. Ədliyyə Nazirliyi Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəməkimyəvi ekspertizasının” 3-16-16/2-6/622 saylı, 31 yanvar 2024-cü tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçun №188” dairəvi möhür əksi, "şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,680 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin" siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi - 2,680 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 2,580 qram. Aparılmış tədqiqatın dəyəri 114(bir yüz on dörd) manatdır (Cild 1, i.v. 128-132;).
51. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 4 aprel 2024-cü il tarixli məhkumluğa dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin barəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə 21 yanvar 2023-cü il tarixdə cinayət işi başlanmasına xitam verilmişdir (Cild 1, i.v. 250-251;).
52. “Üzləşdirmə aparmaq haqqında” 1 fevral 2024-cü il tarixli protokollardan görünür ki, məhkəməyədək icraat zamanı şahidlər Şahid3, Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında sonuncunun müdafiəçisinin iştirakı ilə keçirilmiş üzləşdirmə zamanı qeyd edilən şahidlər ifadələrində bildirdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişlər. Şahid1 və Şahid2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı həmçinin fotoşəkillər də çəkilərək müvafiq protokollara əlavə edilmişdir (Cild 1, i.v. 168-175;).
53. ünvan 5i Rayon Məhkəməsinin 1 fevral 2024-cü il tarixli, 4(006)-50/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 30 yanvar 2024-cü il, saat 17:35-dən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirərək barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmiş, məhkəmə iclasında iştirak edən müdafiəçi onun barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir (Cild 1, i.v.182-186;).
54. “Məhkəmə-Tibbi Ekspertiza və X19” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin 2 fevral 2024-cü il tarixli, 141 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthinin müayinə olunan hissələrində aşkar olunmuş xəsarətlər - sağ və sol alın-gicgah, boyun, nahiyələrinin, hər iki saidin qançırları, burun nahiyəsinin qançır-şişkinliyi, qarın nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 30 yanvar 2024-cü il tarixdə əmələ gələ bilərdilər, həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthinin müayinə olunan hissələrində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə, o cümlədən yol-nəqliyyat hadisəsi zamanı salonda olduğu avtomaşının qabarıq hissələrinə dəyməsi, o cümlədən qaçış zamanı öz boyu hündürülüyündən yıxılaraq yerin bərk örtüyünə dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Həmin qərarın təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı aşağı ətraflarını göstərməkdən imtina etmişdir. (Cild 2, i.v.200-201;).
55. Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdən 1 fevral 2024-cü il tarix də daxil olmaqla tərtib edilmiş bütün istintaq və prosessual hərəkətlərə dair sənədləri imzalamaqdan imtina etmişdir (Cild 1, 73-189;)
56. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 1 fevral 2024-cü il tarixli, 666 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qərarın təsviri hissəsindən görünür ki, tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET(+), AMP (+), THC(+) aşkar olunmuş, özünün deməsinə görə beş ildir narkotik vasitə heroin istifadə edir (Cild 1, i.v.202-203).
57. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 7 may 2024-cü il tarixli qərardan görünür ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkət və davranışlara yol verilməsi müəyyən edilmədiyi üçün toplanmış 551-C-24 nömrəli material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi, yəni cinayət hadisəsinin olmaması əsası ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru İ dərəcəli hüquqşünas X25 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd edilən qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və X19” Publik hüquqi şəxsin Nəsimi rayon şöbəsinin 9 aprel 2024-cü il tarixli, 408 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində tərtib olunmuş 2 fevral 2024-cq il tarixli, 1106/2024 nömrəli tibb kitabçasında göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2 fevral 2024-cü il tarixdə bədəninə baxış keçirilən zaman bədənində aşkar edilmiş sol gözətrafı nahiyəsində tünd bənövşəyi, burunun ön səthində bənövşəyi, hər iki gicgah nahiyəsinin qırmızımtıl, hər iki bazunun ön-bayır səthinin və sol kürək nahiyəsinin yaşımtıl qançırları, qarının sağ səthinin sıyrılmış qartmaqlı yarası bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Qeyd olunan xəsarətlərdən sol gözətrafı nahiyəsində qırmızımtıl qançırları Təqsirləndirilən şəxs təcridxanada keçirilən müayinəsindən təxminən 2-3 gün əvvəl, hər iki bazunun ön-bayır səthinin və sol kürək nahiyyəsinin yaşımtıl qançırları, qarının sağ səthinin sıyrılmış qarmtaqlı yarası isə müayinədən təxminən 5-7 gün əvvəl əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs bədən səthində göstərilən xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşa bilər (Cild 2, i.v. 16- 19;Cild 3;).
58. “Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının” 4 mart 2024cü il tarixli, 625 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırki psixi durumu onun özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsini yaratmır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırkı psixi durumu ona araşdırma üzrə zəruri olan hərəkətlərdə iştirak etməyə imkan verir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik müəyyən edilmədi. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Həmin rəyin təsviri hissəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərli vərdişlərdən siqaret çəkdiyini, hərdən spirtli içki qəbul etdiyini və narkotik vasitələrdən marixuana istifadə etdiyini, .....hərbi xidmətdə olmadığını, ona ittiham olunan əməl barədə soruşduqda üzərində narkotik vasitə aşkarlandığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (Cild 2, i.v. 20- 23;)
59. ünvan 5i Rayon Məhkəməsinin 25 may 2024-cü il tarixli, 4(006)-274/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti 3(üç) ay müddətə, yəni 30 avqust 2024-cü il tarixədək uzadılmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, idarə etdiyi maşını ilə digər maşınlara zərər vurmuş, lakin həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə istifadə etməmişdir. Həmin bükümü polis əməkdaşları ona təqdim etmiş və ona hədə-qorxu gələrək narkotik vasitədən istifadə etməyi boynuna almasını tələb etmişlər(Cild 2, i.v. 38-43;).
60. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 5 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ərizəsi əsasında zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 2, i.v.53;).
61. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 23 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ərizəsi əsasında zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 2, i.v.61;).
62. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 21 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında zərərçəkmiş şəxs qismində tanınmışdır (Cild 2, i.v.73;).
63. ünvan 5i Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 4(006)-460/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti daha 2(iki) ay müddətə, yəni 30 oktyabr 2024-cü il tarixədək uzadılmışdır (Cild 2, i.v. 88- 90;).
64. ünvan 5i Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 4(006)-532/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə dərhal məhkəmə iclas zalından azad edilmiş və ev dustaqlığında saxlanılma müddəti 30 oktyabr 2024-cü il tarixədək müəyyən edilmiş, eləcə də həmin qərarla üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və sair kimi vəzifələr də qoyulmuşdur(Cild 2, i.v. 91-96;).
65. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 2(iki) ədəd videogörüntüyə baxıldıqda ilk videogörüntüdə boz rəngli “Opel” markalı avtomobilin Bakı şəhərinin müxtəlif küçələrində yol hərəkəti qaydalarını pozaraq YPX əməkdaşlarının saxla işarəsinə əməl etməyib avtomobili küçələrdə yüksək sürətlə idarə etməsi, həmin vaxt qəza şəraitləri yaratmaqla avtomobil yolunu keçən piyadalar üçün təhlükə yaratması müşahidə olunur. İkinci videogörüntüdə isə “Opel” markalı avtomobilin tıxacda başqa şəxslərə məxsus avtomobilləri vuraraq YPX əməkdaşlarından qaçmaq istəməsi, həmin vaxt avtomobili geriyə hərəkət etdirib sonradan sürətlə qarşıya doğru hərəkət edib bir neçə avtomobili vurması, daha sonra isə avtomobildən düşərək qaçması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntlərdə olan “Opel” markalı avtomobilin ona məxsus olduğunu, avtomobili özünün idarə etdiyini bildirmişdir (Cild 2. i.v. 105;).
66. “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1-1, 263.1 və 264-cü maddələrinə tövsif edilməklə ona yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,680 qram psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs2 məxsus “Volksvagen” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs3 məxsus “BMV” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs4 məxsus “Kia Sorento” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil, Zərərçəkmiş şəxs5 məxsus “Toyota RAV4” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmçinin hadisəni özündə əks etdirən videogörüntülər olan 1(bir) ədəd disk maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonrakı psixotrop maddə metamfetaminin 2,580 qram qalığı saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə duracağında saxlanılması, 1(bir) ədəd diskin isə iş materiallarında saxlanılması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və maddi sübut olmayan 1(bir) ədəd “Samsung” markalı mobil telefonun təqsirləndirilən şəxsə qaytarılması qərara alınmışdır. Eyni zamanda həmin qərardan görünür ki, istintaqla X31, X20, X21, X16, X36, X9, X26 və X17 məxsus avtomobillərə də maddi ziyan vurulması müəyyən edilsə də, həmin şəxslərin yerlərinin müəyyən edilib istintaqa dəvət edilməsi mümkün olmadığından, eləcə də həmin şəxslər istintaq orqanına müraciət etmədiklərindən və avtomobillərinə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmadığından onların avtomobillərinə ziyan vurulması xüsusatları ilə bağlı cinayət işinin başlanılması rədd edilmişdir(Cild 2, i.v. 114-135;).
67. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 20 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1-1, 263.1 və 264-cü maddələri ilə ittiham elan edilmişdir (Cild 2, i.v. 144-146;).
68. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1-1, 263.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Z.V.Tağıyev tərəfindən 25 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 oktyabr 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.185-203;).
69. ünvan 5i Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 4(006)-606/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 19 noyabr 2024-cü il tarixədək uzadılmışdır.
70. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, 1(101)-2441/2024 saylı məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1-1, 263.1 və 264-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmiş, habelə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır (Cild 3;).
71. Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia ərizəsi ilə müraciət edərək özünün mülki iddiaçı qismində tanınması, əmlakına dəymiş 1460(bir min altmış) manat məbləğində maddi ziyanın mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, 4 dekabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı mülki iddia icraata qəbul edilməklə, o mülki iddiaçı qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır (Cild 3)
72. Zərərçəkmiş şəxs1 4 dekabr 2024-cü il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim etdiyi və elan edilməklə tədqiq edilmiş ərizəsində göstərilmişdir ki, baş vermiş hadisə nəticəsində bədən xəsarəti almış, hadisəni törətmiş Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir (Cild 3;).
73. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 6 fevral 2025-ci il tarixli teleqramında göstərilmişdir ki, cinayət işi üzrə ibtidai istintaq dövründə verdiyi ifadəni təsdiq edir, maddi tələbi yoxdur, təqsirləndirilən şəxsdən qəza şəraiti yaratdığı əməllərə görə şikayətçidir (Cild 3;).
74. Zərərçəkmiş şəxs X2 məhkəməyə ünvanlanmış 26 yanvar 2025-ci il tarixli notarial ərizəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və o həmin ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam həcmdə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, mülki iddiadan imtina edir və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir (Cild 3;).
75. Zərərçəkmiş şəxs4 17 yanvar 2025-ci il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasında təqdim etdiyi və elan edilməklə tədqiq edilmiş ərizəsində göstərilmişdir ki, baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxs kimi Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir (Cild 3;).
76. Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs 2 fevral 2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Həmin kitabçanın 12 və 13-cü bəndlərindən və tibbi müayinə sənədindən görünür ki, 3 fevral 2024-cü il tarixdə, saat 10:45-də keçirilmiş tibbi müayinə zamanı zədə aldığını bildirmiş, sol göz ətrafı nahiyənin tünd bənövşəyi, burunun ön səthinin bənövşəyi, hər iki gicgah nahiyəsinin qırmızımtıl, hər iki bazunun ön-bayır səthinin və sol kürək nahiyəsinin yaşılımtıl qançırları, qarının sağ səthində 3-4 santimetr ölçüsündə sıyrılmış qərtməkli yara xəsarəti müəyyən edilmişdir. Sorğu zamanı o, xəsarəti həbs olunan zaman şəxsi avtomobili ilə X48 müfəttişinin xidməti avtomobilini vuraraq aldığını bildirmişdir. Həmin kitabçanın 17-ci bəndində göstərilmişdir ki, 2023-cü ildən heroin, metamfetamin və tiryək istifadə edir.
77. Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən Təqsirləndirilən şəxs şəxsi işi əldə edilərək tədqiq edilmişdir. Şəxsi işə əlavə edilmiş Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti saxlama yerinin növbətçisi polis serjtanı Cavidan Məşədihəsənli tərəfindən 31 yanvar 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə gətirilən vaxt onun üstünə baxış keçirilmiş, baxış zamanı başında, burnunda, ayağında və bədəninin müxtəlif nahiyyələrində göyərti və xəsarətlər aşkarlanmışdır. Həmin akt, eləcə də həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs öz xətti ilə həmin xəsarətləri iki gün əvvəl avtoqəzada aldığını, polis əməkdaşlarından hər hansı şikayəti və ya tələbi olmadığını qeyd etmişdir. Qeyd edilən şəxsi işdə olan Bakı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən tərtib edilmiş akt və Təqsirləndirilən şəxs öz xətti ilə yazdığı izahatından görünür ki, 3 fevral 2024-cü il tarixdə, saat 12:00 radələrində Təqsirləndirilən şəxs baxış keçirilən zaman sol gözətrafı nahiyənin tünd bənövşəyi, burunun ön səthinin bənövşəyi, hər iki gicgah nahiyəsinin qırmızımtıl, hər iki bazunun ön-bayır səthinin və sol kürək nahiyəsinin yaşılımtıl qançır izləri aşkar olunmuş, fakt ilə əlaqədar Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, həmin xəsarətləri Bakı şəhərində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən zaman Bakı şəhəri X48 İdarəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətdiyi üçün “saxla” işarəsi verilsə də, o saxla işarəsinə məhəl qoymayaraq nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib avtomobili saxlamayaraq ondan çox avtomobilə ziyan vuran zaman, eləcə də narkotik maddələrin təsiri altında olduğuna görə bədəninin müxtəlif nahiyələri avtomobilin qapısına və şüşəsinə dəyməsi nəticəsində almışdır (Cild 3)
78. ünvan 5i Rayon Məhkəməsinin 3(006)-549/2024 saylı, 1 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2(iki) il müddətinə məhdudlaşdırılmaqla 2(iki) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsinə dair hissədə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə yekun məhkəmə aktı çıxarılıb icra olunanadək təxirə salınmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsindən göstərilmişdir ki, 30 yanvar 2024-cü il tarixli, 1/91 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs narkotik sərxoşluğu vəziyyəti (M-10-THC(+), MET(+), AMP(+)) aşkar edilmişdir.
79. Müdafiə tərəfi Zərərçəkmiş şəxs1 ilə 5 mart 2025-ci il tarixdə ofislərində görüş keçirdərək görüş zamanı aparılmış söhbətin videosunu məhkəməyə təqdim etmişlər. Həmin videoya məhkəmə iclasında tərəflərin iştirakı ilə baxıldıqda müəyyən olundu ki, Zərərçəkmiş şəxs1 iş materiallarında olan ərizəsi, izahatı, hadisə yerinə baxış protokolu və hadisə yerinin sxemindəki imzaların onun tərəfindən imzalanmadığını, hadisənin sxemdə göstərilən yerdə baş vermədiyini, hansı avtomobilin onu vurduğunu bilmədiyini, hadisədən əvvəl “Kəpəz Hospitalın” yaxınlığında yerləşən avtobus dayanacağında dayandığını və bundan sonra heç bir yerə getmək istəmədiyini, hər hansı şikayət və ya tələbinin olmadığını bildirmişdir (Cild 3).
80. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 21 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X10 ilə barışdığından və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeydinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X37 tərəfindən Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 5 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Opel-Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qara Qarayev metrostansiyası istiqamətində Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ilə Z.Bünyadov prospekti istiqamətinə doğru ikinci hərəkət zolağı ilə hərəkət edib yolun Ə.Vəliyev küçəsi ilə kəsişməsində qarşısındakı avtomobil dayandığı üçün sağ zolağa keçərək həmin istiqamətdə yolunu 30 km/saat sürətlə davam edib yolayırıcındakı işıqforun sarı siqnalında stop xəttini keçdikdə yolu sağdan sola iti addımlarla piyada zolağı ilə piyada üçün quraşdırılmış işıqforun qırmızı siqnalından keçən piyada X6 görüb manevr qaydalarının tələblərini pozmaqla avtomobili sol zolağa yayındırsa da yolun ikinci zolağında avtomobilin qabaq sağ təkəri ilə piyadanı ayaq nahiyəsindən piyada zolağının üstündə ehtyatsızlıqdan vurmuş və nəticədə piyada avtomobilin sağ yan güzgüsünə dəyərək yerə yıxılıb sol ayağın 2 və 3-cü daraq sümüklərinin qapalı yerini dəyişməyən sınıqlarından ibarət sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarətləri almışdır (Cild 3;)
81. Müdafiə tərəfinin vəsatəti əsasında hökmün 53-cü bəndində qeyd edildiyi kimi təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilərkən aparılmış məhkəmə iclasının audio-video yazısı əldə edilərək məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş və həmin qərarda göstərilənlərin öz əksini tapması müəyyən edilmişdir (Cild 3;). Əməlin tövsifi və digər hüquqi məsələlər:
82. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
84. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
85. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
86. CM-in 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə görə cinayət məsuliyyəti müəyyən edir.
87. CM-in 221.3-cü maddəsinə əsasən həmin Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
88. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir.
89. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
90. CM-in 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.
91. CM-in 264-cü maddəsinə əsasən həmin Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
92. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3, 234.1-1, 263.1 və 264-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir.
93. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərini, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-cü il tarixli Qərarının müddəalarını rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
94. Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsə verilmiş CM-in 221.3-cü maddəsi ilə olan ittihama münasibət bildirməyi zəruri hesab edir.
95. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında xuliqanlıq cinayətinin məzmunu və tətbiqi məsələləri ilə bağlı göstərilmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi və şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi əlamətləri xuliqanlıq hadisəsini xarakterizə edir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir.
96. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud şəxslərin hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir.
97. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir.
98. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir.
99. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” qərarında xuliqanlıq cinayət əməlinin (CM-in 221-ci maddəsi) tərkibi, tövsifedici əlamətləri ilə əlaqədar göstərilmişdir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır.
100. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edərək göstərmişdir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.
101. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır.
102. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs nəqliyyatın normal fəaliyyətini, eləcə də polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymaraq uzun müddət ərzində (təxminən 2 saat müddətində) ətrafda olan digər şəxslərin və avtomobillərin olmasına məhəl qoymadan cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edərək idarə etdiyi avtomobili silah qismində istifadə etməklə özgə şəxslərin əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlər edərək ictimai qaydanı kobud və qərəzli surətdə pozduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq xuliqanlıq kimi, yəni CM-in 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Müdafiə tərəfinin iddia etdiyi kimi guya Təqsirləndirilən şəxs onu təqib edən polis əməkdaşlarının qanuni tələblərinə əməl etmədiyini başa düşdüyü andan inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə avtomobilini şəhərin müxtəlif istiqamətlərində hərəkət etdirərək yaranmış tıxac səbəbindən bir neçə şəxsin əlində taxta parçası(bita) ilə ona hücum etməsini görüb həyatı və sağlamlığına təhlükə yaranması ilə əlaqədar qorxaraq çıxılmaz vəziyyətdə qalmaqla avtomobilini hərəkət etdirərək digər avtomobillərə ziyan vurması işin faktiki halları ilə tam inkar edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ittihama əsasən üç avtomobili şəhərin fərqli küçələrində qərəzli xuliqanlıq hərəkətləri ilə əlaqədar vuraraq ziyan yetirməsi (onlardan iki avtomobil ümumiyyətlə sürücüsüz və park vəziyyətdə saxlanılmış olmuşdur), daha sonra isə polis əməkdaşları tərəfindən onun xuliqanlıq hərəkətlərinin qarşısının alınması məqsədi ilə yaradılmış süni tıxac zamanı digər avtomobilə (ittihama əsasən bir avtomobil qeyd edilsə də, istintaqla çoxsaylı avtomobillərin olması müəyyən edilmiş, lakin həmin avtomobillərin sahibləri şikayət etmədiklərindən və onların müəyyənləşdirilib istintaqa cəlb edilməsi mümkün olmadığından bu barədə ittiham verilməmişdir(bax hökmün 65-66-cı bəndlərinə)) də qəsdən vuraraq xuliqanlıqla ziyan yetirmişdir.
103. Məhkəmə təqsirləndirilən şəxsə verilmiş CM-in 263.1 və 264-cü maddələri ilə olan ittihamlara da münasibət bildirməyi zəruri hesab edir.
104. Belə ki, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.
105. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yolnəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olub-olmaması CPM-in 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir.
106. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfi istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə icraatı zamanı Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs olduğu CM-in 263.1-ci maddəsi ilə olan ittiham üzrə törədilmiş əməli əsasən mübahisələndirməmiş, sonuncu 4 dekabr 2024-cü il tarixdə məhkəmə iclasında tərəflərin iştirakı ilə sərbəst şəkildə ifadə verərkən əsasən ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə vermiş, eləcə də ona təqdim edilmiş “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və sxemdəki, habelə izahat və ifadələrindəki imzaların ona məxsus olduğunu bildirmiş və həmin sənədlərdə göstərilənləri bir daha təsdiq etmişdir. Hətta Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin cavan olması ilə əlaqədar ona qarşı hər hansı şikayət və ya tələbi olmadığını bildirərək müdafiə tərəfinin köməkliyi ilə bu barədə məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Lakin həmin iclasdan təxminən üç ay sonra müdafiəçilər Zərərçəkmiş şəxs1 hansısa zərurətdən öz ofislərinə dəvət edərək videoçəkilişlə görüş keçirmiş, görüş zamanı ona hadisə yerinə baxış protokolu və sxemin surətlərini təqdim edərək həmin sənədlərdəki imzaların ona məxsus olub-olmamasını, ümumiyyətlə qeyd edilən protokol və sxemdə hadisənin baş vermə yerinin saxtalaşdırılmasına dair mülahizələri ilə bağlı Zərərçəkmiş şəxs1 tərəfindən anlaşılmaz ifadələr almışlar. Halbuki, müdafiə tərəfi Zərərçəkmiş şəxs1 dindirildikdən ötən üç ay ərzində məhkəməyə onun ifadəsinin həqiqəti əks etdirməməsi və sairlə bağlı onun yenidən dindirilməsi zərurəti ilə əlaqədar məhkəməyə hər hansı müraciət etməmişdir. Qeyd edilən videoçəkilişin sonunda Zərərçəkmiş şəxs1 bir daha çağırılsa belə heç bir yerə getməyəcəyini xüsusilə vurğulamaqla bildirmişdir. Buna baxmayaraq, müdafiə tərəfinin vəsatəti əsasında Zərərçəkmiş şəxs1 məhkəmə iclasına təkrarən dəvət edilmiş, lakin hər dəfə müxtəlif bəhanələrlə (gah xəstə olması, Masallı rayonunda olması və sair) gələ bilməcəyini bildirmişdir. Bununla əlaqədar məhkəmə tərəfindən Zərərçəkmiş şəxs1 məcburi qaydada məhkəməyə gətirilməsinə dair qərar qəbul edilməsi ilə bağlı tərəflərin fikirləri soruşulmuş, müdafiə tərəfi sonuncunun barəsində məcburi gətirmə qərarının qəbul edilməməsini xahiş etmiş, ittiham tərəfindən isə belə bir vəsatət daxil olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası Zərərçəkmiş şəxs1 tərəflərin iştirakı ilə fasiləsiz audio-videoyazının aparıldığı məhkəmə iclasında verdiyi ifadəsini və göstərdiyi halları şübhə altına almağa hər hansı əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin Zərərçəkmiş şəxs1lə bağlı CM-in 263.1-ci maddəsi ilə bağlı olan ittihamı ümumiyyətlə mübahisələndirmək cəhdi məhz həmin ittihamla əlaqədar olan təqsirləndirilən şəxsə verilmiş CM-in 264-cü maddəsi ilə bağlıdır. Belə ki, müdafiə tərəfi məhkəmə istintaqının gedişində müdafiə taktikasını dəyişərək məhz CM-in 263.1-ci maddəsi ilə olan ittihamı tam mübahisələndirməklə, eyni zamanda CM-in 264-cü maddəsi ilə olan ittihamı da şübhə altına almağa cəhd etmişdir. Halbuki, məhkəmə istintaqı ilə tədqiq edilmiş mötəbər sübutlarla Təqsirləndirilən şəxs məhz idarə etdiyi avtomobillə bir neçə dəfə məhz Zərərçəkmiş şəxs1 xəsarət aldığı vaxt müddətində hadisənin baş verdiyi küçədən yol hərəkəti qaydalarını kobud pozmaqla, habelə qərəzli xuliqanlıq hərəkətləri etməklə idarə etməsi tam müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, Zərərçəkmiş şəxs1 həm məhkəməyədək, həm də məhkəmə icraatı dövründə sərbəst formada verdiyi ifadəsini sonradan aydın olmayan şəraitdə dəyişdirməsini özündə əks etdirən müdafiə tərəfindən təqdim edilmiş videogörüntüdə (bax hökmün 79-cu bəndi) qeyd edilənlər işin faktiki halları ilə tam inkar olunduğunda iş üzrə sübut qismində qiymətləndirilmədən rədd edilir.
107. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Zərərçəkmiş şəxs1lə bağlı ittiham üzrə məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona ittiham olunan əməli psixotrop maddə qəbul etməklə həmin maddənin təsiri altında sərxoş vəziyyətdə törətməsi (bax hökmün 78-ci bəndinə) müəyyən edilməsinə və məhkəmə tərəfindən bu barədə ittiham tərəfinin diqqətinə çatdırılmasına baxmayaraq, ittiham tərəfi bununla bağlı hər hansı vəsatətinin olmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə CPM-in 318-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışının hədləri daxilində işə baxmağı qanuna uyğun hesab etmişdir.
108. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 264-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, qeyd olunan cinayət əməlinin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlərdir. Şərh olunan cinayətin obyektiv cəhəti CMin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin – zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması, zərərçəkmiş şəxsin ölümü, yaxud iki və ya daha çox şəxsin ölümü baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasında ifadə olunur.
109. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-cü il tarixli Qərarında göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir.
110. Halbuki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının “saxla” əmrinə tabe olmayaraq sonunculardan avtomobillə qaçmağa çalışarkən yol-nəqliyyat hadisəsini törədərək qəsdən çoxsaylı zərərçəkmiş şəxslərin əmlakına, habelə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına (Zərərçəkmiş şəxs1) zərər yetirdikdən sonra buna məhəl qoymayaraq avtomobilindən düşüb polis əməkdaşlarından qaçaraq oradan uzaqlaşmağa çalışmış, uzun təqibdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır.
111. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsə verilmiş CM-in 234.1-1-ci maddəsi ilə olan ittihama da münasibət bildirməyi zəruri hesab edir.
112. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
113. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların” İİ siyahısının 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.
114. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində hər hansı narkotik vasitə və ya psixotrop maddənin olmaması, ümumiyyətlə narkotik vasitə və psixotrop maddələrdən istifadə etməməsi, polis əməkdaşları tərəfindən döyülərək fiziki təzyiqlərə məruz qalması, guya ondan aşkar olunmuş psixotrop maddənin polis əməkdaşları tərəfindən ona verilərək boynuna götürülməsinin tələb edilməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.
115. Məhkəmə həmçinin xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə üzərində aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmamasını, ibtidai araşdırma orqanı tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmasına görə ibtidai istintaqın ilkin mərhələsində etirafedici ifadələr verməsini və sair hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki, barəsində qapalı məhkəmə iclasında məhkəmə nəzarəti qaydasında həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən ona istinad edilən əməlin törədilməsində özünü təqsirli bildiyini bildirmişdir (bax hökmün 53-cü bəndinə). Həmin halın mübahisələndirilməsi ilə əlaqədar məhkəmə tərəfindən qeyd edilən məhkəmə iclasının audio-video yazısı əldə edilərək məhkəmə təqdiq edilmiş (bax hökmün 81-ci bəndinə), məhkəmə qərarında göstərilənlərin həqiqəti əks etdirməsi müəyyən edilmişdir. Eyni zamanda, hökmün 56-cı bəndində göstərildiyi kimi Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmaqla onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET(+), AMP (+), THC(+) aşkar olunmuş, habelə özü beş ildir narkotik vasitə heroin istifadə etdiyini bildirmişdir. Bundan başqa, hökmün 58-ci bəndindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-psixiatrik ekspertizası zamanı ekspert komissiyasına üzərində narkotik vasitə aşkarlandığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini sərbəst olaraq bildirmişdir. Həmçinin, hökmün 78-ci bəndində istinad olunmuş 30 yanvar 2024-cü il tarixli, 1/91 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs narkotik sərxoşluğu vəziyyəti (M-10-THC(+), MET(+), AMP(+)) aşkar edilmişdir. Bununla yanaşı, hökmün 76-cı maddəsində göstərildiyi kimi Təqsirləndirilən şəxs 2023-cü ildən heroin, metamfetamin və tiryək istifadə etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrinə tənqidi yanaşaraq onları iş materialları ilə təsdiq edilmədiyindən rədd edir.
116. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.
117. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər.
118. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X3rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər.
119. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində məhz polis əməkdaşları tərəfindən yetirilməyə xarakterik hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs hökmün 49, 53 və 81-ci bəndlərində qeyd edildiyi kimi üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilməsi məsələsinə məhkəmə iclasında müdafiəçisinin iştirakı ilə baxılarkən saxlanıldığı zaman və ya ondan sonra hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair hər hansı məlumat verməmiş, həmçinin hökmün 54, 57, 65, 76 və 77-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da, yəni Bakı İstintaq Təcridxanasında tibbi müayinə aktında göstərilənlərə, Nəsimi RPİ-nin Müvəqqəti saxlama yerinin növbətçisi tərəfindən tərtib edilmiş aktdan və prokurorluq orqanı tərəfindən aparılmış araşdırmaya əsasən də Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Ümumiyyətlə istər ibtidai araşdırma orqanı, istərsə də bilavasitə faktiki olaraq ibtidai araşdırma orqanının nəzarətində olmuş müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər nəinki gizlədilməyə və ya ört-basdır edilməyə çalışılmış, həmin xəsarətlər tam və ətraflı təsvir edilmiş, bu barədə müayinə aktı və tibb kitabçalarında müvafiq qeydlər aparılmış, müvafiq ekspertiza təyin edilərək rəy alınmışdır. Hökmün 65-ci bəndində qeyd edilmiş video görüntüdən də göründüyü kimi hadisə nəticəsində Təqsirləndirilən şəxs həm nəqliyyatın hərəkətini iflic etməsi, həm də çoxsaylı avtomobillərə qəsdən ziyan vurması hadisə yerində olan insanlarda haqlı qəzəbə səbəb olmuş, hətta video görüntülərdən onların Təqsirləndirilən şəxs arxasınca qaçmaları da müəyyən olunur. Polis əməkdaşları isə peşəkarlıqla Təqsirləndirilən şəxs qəzəbli kütlənin əlindən alaraq dərhal müvafiq polis şöbəsinə aparmışlar. Başqa sözlə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bədəni üzərində sol gözətrafı və burun nahiyədə aşkar edilmiş xəsarət sonuncunun avtomobilini yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq idarə etməsi və sonradan avtomobildən düşərək qaçmağa çalışarkən yıxılması nəticəsində almışdır. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş digər xəsarətlər (hər iki bazu ön-bayır səthi, sol kürək nahiyəsində) isə müvafiq tibbi-ekspertiza rəyləri ilə də müəyyən edildiyi kimi hadisə ilə heç bir əlaqəsi yoxdur, hadisədən əvvəl alınmışdır(bax hökmün 57ci bəndinə).
120. Məhkəmə eyni zamanda şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrinə də hüquqi qiymət verərək qeyd edir ki, məhkəmə istintaqı zamanı qeyd edilən şahidlərin hadisənin baş vermə mexanizmi və şəraiti barədə ətraflı və həqiqətə uyğun məlumat vermələri, hadisə ilə bağlı hər hansı maraqlarının olmadığını və səmimi ifadələr vermələri müəyyən edilmişdir. Onların məhkəmə istintaqı zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrindən qismən fərqli ifadələr verməsi isə hadisənin üzərindən kifayət qədər vaxt keçməsi ilə əlaqədar başa düşüləndir.
121. Həmçinin müdafiə tərəfi ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş müdafiəçi Qeybulla Cavadovun keyfiyyətli hüquqi yardım göstərməməsini qeyd etməsinə baxmayaraq, vurğulanmalıdır ki, məhz qeyd edilən müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış istintaq hərəkəti zamanı bədəni üzərində olan xəsarətləri hansı şəraitdə almasına dair sorğu-sual edilməklə bu barədə müvafiq protokolda qeyd edilmişdir. Eyni zamanda, məhz həmin müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin çəkisinin külli miqdarda olması ilə razı olmadığını, üzərində cəmi 0,1 və ya 0,2 qram metamfetamin olmasını, üzərindən aşkar edilmiş qeyd edilən psixotrop maddə ilə razı olmadığını öz əlyazması ilə qeyd etmişdir. Məhkəməyədək icraat mərhələsindən işə qoşulmuş və sonradan məhkəmə icraatı zamanı da təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmiş müdafiəçilər isə işə qoşulduqdan sonra sonuncunun müdafiəsinə yönəlmiş fərqli müdafiə taktikası seçərək iş üzrə mühüm əhəmiyyət kəsb edən şəxsi axtarış və götürmə istintaq hərəkəti və digər ilkin istintaq hərəkətlərini mübahisələndirməyə cəhd etmələrinə baxmayaraq, Təqsirləndirilən şəxs işin faktiki halları ilə öz təsdiqini tapmayan ifadəsi və müdafiə tərəfinin iddiaları işin faktiki halları tam inkar edilir.
122. Bununla yanaşı qeyd edilməlidir ki, hökmün 65-ci bəndində göstərilmiş sübutla Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə, saat 17:30 radələrindən etibarən tutulması nəzərə alınmalıdır. Bununla bağlı, ibtidai araşdırma orqanı tərəfindən tərtib edilmiş hadisə ilə bağlı ilkin sənədləşdirmələrdə müəyyən kiçik vaxt fərqinin yaranması ağlabatan olmaqla qəbul edilə bilən olması nəzərə alınmalıdır.
123. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.
124. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuş, yol nəqliyyat hadisəsi yerindən qaçmış və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır.
125. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş çoxsaylı sübutlarla onun qeyd edilən cinayət əməllərini törətməsi mübahisəsiz və tam olaraq sübuta yetirilir.
126. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən çoxsaylı sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, üzləşdirmə protokolları, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.
127. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.
128. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
129. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
130. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
131. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır (CM-in 234.1-1-ci maddəsi), az ağır (CM-in 221.3-cü maddəsi) və böyük ictimai təhlükə törətməyən (CM-in 263.1 və 264-cü maddələri) cinayətlər kateqoriyalarına aid edilir.
132. Qeyd edilənlərə əsasən, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissələrində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, habelə qanunu rəhbər tutaraq və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 221.3, 234.1-1, 263.1 və 264-cü maddələri ilə tövsif edilmiş və o həmin maddələr ilə təqsirli bilinərək cəzalanmalıdır.
133. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 221.3, 234.1-1, 263.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 221.3, 234.1-1, 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
134. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
135. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
136. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.
137. CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4la barışıq əldə etməsini, CM-in 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsi (Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 münasibətdə isə tam ödənilməsi), habelə Zərərçəkmiş şəxs2 ona vurulmuş ziyanın ödənilməsini tələb etməməsinə dair müraciətini, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını və 29 yaşında olmaqla cavan olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
138. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.
139. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3, 234.1-1, 263.1 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
140. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
141. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
142. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, CM-in Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün CM-in Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.
143. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda əsas və əlavə cəzalar təyin edilməli, daha sonra CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
144. CM-in 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur.
145. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir.
146. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
147. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
148. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ünvan 5i Rayon Məhkəməsinin 1 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilməklə həbs etmənin əvvəli tutulduğu 30 yanvar 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 26 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli 1(101)-2441/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır.
149. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun faktiki azadlığının məhdudlaşdırıldığı 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır.
150. Məhkəmə hökmün 56-cı bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
151. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.
152. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Nəsimi RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2,580 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və digər qohumlarına qaytarılmalı, Nəsimi RPİ-nin cərimə duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və digər qohumlarına qaytarılmalı, Zərərçəkmiş şəxs2 məxsus “Volksvagen” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 məxsus “BMV” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs4 məxsus “Kia Sorrento” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs5 məxsus “Toyota RAV4” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin müvafiq olaraq sahiblərinə təhvil verilməsi və 3(üç) ədəd diskin isə iş materiallarında saxlanılması nəzərə alınmalıdır.
153. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
154. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 199 (bir yüz doxsan doqquz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
155. Məhkəmə həmçinin iş üzrə verilmiş mülki iddiaya da münasibət bildirməyi zəruri hesab edir.
156. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinin tələbinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Belə olan halda, mülki iddiaçı X2 mülki iddiasından imtina etməsi qəbul edilməli və onun mülki iddiası üzrə icraata xitam verilməlidir.
157. Mülki iddia verməmiş digər zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir.
158. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur.
159. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
160. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
161. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3, 234.1- 1, 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 1(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları isə əlavə cəza ilə qismən toplanılmaqla toplanmış qəti əsas cəzaya toplanmış qəti əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2(iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 30 yanvar 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla ünvan 5i Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,580 qram psixotrop maddə metamfetamin məhv edilsin, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və digər qohumlarına qaytarılsın, ünvan 5i Rayon Polis İdarəsinin cərimə duracağında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Opel Astra” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs, o, etiraz etmədikdə isə ailə üzvlərinə və digər qohumlarına qaytarılsın, Zərərçəkmiş şəxs2 məxsus “Volksvagen” markalı, **-SY-*** qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs3 məxsus “BMV” markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilin, Zərərçəkmiş şəxs4 məxsus “Kia Sorrento” markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs5 məxsus “Toyota RAV4” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin müvafiq olaraq sahiblərinə təhvil verilməsi və 3(üç) ədəd diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 199 (bir yüz doxsan doqquz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiasından imtina etməsi qəbul edilsin və onun mülki iddiası üzrə icraata xitam verilsin. Mülki iddia verməmiş digər zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində onlara vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah edilsin. İş üzrə üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.