Məhkəmə qərarları › İş №1(101)-718/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-718/2021

18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-718/2021 18.05.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri - X17 və X6 Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər kollegiyası Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla külli miqdarda psixotrop maddə metafetamini əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı müəyyən edilməmiş mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin İ siyahısın”a daxil edilən ümumi təmiz çəkisi 8,947 (səkkiz tam, mində doqquz yüz qırx yeddi) qram psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 avqust 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 20-00 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 ünvanında yerləşən “Qarabağlar” restoranının yaxınlığında saxlanılaraq həmin idarəyə aparılıb üzərinə şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı həmin külli miqdarda, ümumilikdə 8,947 (səkkiz tam, mində doqquz yüz qırx yeddi) qram çəkidə psixotrop maddə metafetamin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən iki ədəd bükümdə olmaqla, ayrılıqda təmiz çəkiləri 2,727 (iki tam, mində yeddi yüz iyirmi yeddi) qram və 6,220 (altı tam, mində iki yüz iyirmi) qram olmaqla aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, öz ailə üzvləri ilə birlikdə Şəmkir rayonunun Mahmudlu kəndində yaşayır. Onun özü uzun müddət ərzində Rusiya Federasiyasında yaşamış və xırda alverlə məşğul olmaqla öz ailəsini dolandırmışdır. Ona qarşı irəli sürülmüş ittihamla razı deyil. Belə ki, onun özü heç vaxt hər-hansı bir narkotik və ya psixotrop maddədən istifadə etməmiş və heç kəsə hər-hansı bir narkotik maddə satmamışdır. Hadisə ilə bağlı bildirmək istəyir ki, hadisə günü, yəni 17 avqust 2020-ci il tarixdə axşam üstü saat təxminən 18 radələrində o, Bakı şəhəri «8-ci kilometr» adlanan ərazidə yerləşən parkda gəzişən zaman öz tanışı Ruslan Abbasovla rastlaşmış və sonuncunun yanında Elvin adlı bir şəxs də olmuşdur. Orada bir qədər söhbət etdikdən sonra Ruslan ona bir nəfər tanışının ad günündə iştirak edəcəyini və onlarla birlikdə ad günü mərasiminə getməyi təklif etmişdir. O, isə həmin şəxsi tanımadığını və həmçinin ölkə ərazisində karantin rejiminin olduğunu deyərək heç yerə getmək istəmədiyini bildirmişdir. Lakin, Ruslan və Elvin öz tanışları olan həmin şəxsin ad gününə gedib orada özləri beş-on dəqiqə oturduqdan sonra oradan çıxacaqlarını ona bildirmişlər. Buna görə də o, onların təklifinə razılıq verərək onlarla birlikdə “maşın bazarı” adlanan yerin yaxınlığındakı “Qarabağlar” restoranının yanına getmişlər. Orada Ruslan və Elvin restoranın içərisinə daxil olmuşdur, onun özü isə restoranın yaxınlığında onları gözləməyə başlamışdır. Bundan bir müddət sonra Elvin çölə çıxaraq onu restoranın içərisinə dəvət etmiş və orada yemək yedikdən sonra birlikdə gedəcəklərini bildirmişdir. Onlar bir yerdə restoranın içərisinə daxil olmuşlar. Restoranın içərisində onun özü tanımadığı təxminən 70-80 nəfər şəxs olmuş və o, özü tanımadığı Natiq adlı bir şəxsin ad günü qeyd olunduğunu bilmişdir. Restoranda o, Elvinin yanında oturub təxminən iyirmi dəqiqə onunla söhbət etmiş və orada “dolya varovskaya” mahnısı səslənən zaman restoranın içərisindən özü çölə çıxmışdır. Lakin o, restorandan çölə çıxan zaman əvvəllər tanımadığı mülki geyimli olmaqla özlərinin polis əməkdaşları olmasını bildirən bir neçə şəxs ona yaxınlaşaraq onu restoranın içərisinə salmışlar. Bundan sonra isə həmin polis əməkdaşları onun özünü və orada olan bir neçə başqa şəxsləri də saxlayaraq onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Onu həmin idarəyə apardıqdan sonra onun özünü xidməti otaqların birinə salmışlar və onun narkotiklə bağlı şübhəli olduğunu bildirmişlər. O isə narkotik maddələrlə heç bir aidiyyəti olmadığını bildirmişdir. Polis əməkdaşları isə onun narkotik maddələrin alqı-satqısı ilə məşğul olduğunu və bunu etiraf etməsini tələb etmişlər. O isə narkoman olmadığını və narkotiklərin və ya psixotrop maddələrin alveri ilə məşğul olmadığını onlara bildirmişdir. Həmin vaxt orada olan iki nəfər mülki geyimli şəxs onun qollarına qandal vuraraq onu yerə yıxmış, sonra isə onun bədəninin müxtəlif nahiyələrindən yumruq və təpiklə vurmuşlar. Bundan sonra isə polis əməkdaşları iki ədəd xırda bükümü stolun üzərinə qoymuş və həmin bükümlərdə psixotrop maddə şüşə adlanan metafetamin olmasını demiş və həmin maddənin ona məxsus olmasını etiraf etməsini ondan tələb etmişlər. O isə həmin maddənin ona məxsus olmadığını bir daha bildirmişdir. Həmin vaxt polis əməkdaşları ona hədə-qorxu gələrək həmin bükümlərin ona məxsus olduğunu etiraf etməsini tələb etmiş və əks təqdirdə onu döyəcəklərini və ona daha ağır cəza verəcəklərini demişlər. Buna görə də o, məcburiyyət qarşısında qalaraq onların təklifinə razılıq vermişdir. Bundan sonra polis əməkdaşları onun qollarını açmış və həmin bükümləri onun şalvarının cibinə qoymuşlar. Bundan sonra polis əməkdaşları ona videoçəkiliş olacağını, həmin videoçəkilişdə həmin psixotrop maddənin özünə məxsus olmasını deməyini təkidlə bildirmişlər. Bundan sonra isə polis əməkdaşları həmin otağa bir nəfər vəkili onun müdafiəçisi kimi dəvət etmiş və onun üzərinə baxış keçircəklərini bildirmişlər. Bundan sonra videoçəkiliş aparılmış və və o, videoçəkiliş zamanı polis işçilərinin suallarına cavab olaraq şalvarının cibində şüşə adlanan psixotrop maddə olduğunu bildirmiş və polis işçiləri onun cibinə qoyduqları həmin iki ədəd kiçik bükümü çıxararaq onlara təqdim etmişdir və həmin maddəni təsadüfən yolda tapdığını bildirmişdir. Bundan sonra polis işçiləri protokol tərtib etmiş və o, həmin protokolu imzalamışdır. Beləliklə, 17 avqust 2020-ci il tarixdə “Qarabağlar” restoranının yanında polis əməkdaşları tərəfindən saxlanılıb Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan zamanı onun üzərində hər-hansı bir narkotik və yaxud psixotrop maddə olmamışdır və onun üzərindən aşkar edilmiş həmin iki ədəd xırda bükümlərdə olan metafetamini polis işçiləri özləri onun cibinə qoymuşlar. Polis işçiləri ona qarşı zorakılıq etdiklərinə görə o, həmin bükümlərdə olan psixotrop maddə metafetaminin özünə məxsus olmasını demişdir. Buna görə də ona qarşı irəli srülmüş ittihamda özünü təqsirli hesab etmir. Polis əməkdaşları onu 17 avaqust 2020-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri 8-ci km. qəsəbəsində yerləşən "Qarabağlar” restoranının giriş hissəsində saxlamışlar. Sonra isə polis işçiləri onu həmin restoranın içərisinə salmış, daha sonra idarəyə aparmışlar. Polis əməkdaşları tərəfindən tutulan zaman polis işçilərindən heç kim onu vurmamış və ona xəsarət yetirməmişdir. Polis işçiləri onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqdan sonra onun özünü xidməti otaqların birinə aparmışlar. Polis işçiləri onu həmin xidməti otağa apardıqdan sonra masanın üzərinə qoyduqları iki ədəd bükümdə şüşə adlanan psixotrop maddə metafetamin olmasını ona demiş və həmin psixotrop maddənin ona məxsus olmasını etiraf etməsini ondan tələb etmişər. O isə buna razılıq vermədiyinə görə mülki geyimdə olan iki nəfər polis işçiləri onun qollarını qandallayaraq onu yerə yıxmış və onun bədəninin müxtəlif nahiyyələrindən yumruq və təpik zərbələri endirərək onu möhkəm döymüşlər və buna görə də o, məcburiyyət qarşısında qalaraq onların təklifinə razılıq vermiş və həmin bükümlərdə olan psixotrop maddənin özünə məxsus olmasını o zaman etiraf etmişdir. İş üzrə ibtidai istintaq zamanı müstəntiq tərərfindən ona qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmiş və iş üzrə dindirilən zamanı müdafiəçisi də iştirak etmişdir. İş üzrə ibtidai istintaq zamanı o, əvvəlcə həmin psixotrop maddənin özünə məxsus olmasını bildirmiş, sonrakı dövrdə isə psixotrop maddənin ona məxsus olmadığını və polis işçiləri tərəfindən ona qarşı edilmiş zorakılıqla bağlı həmin psixotrop maddənin özünə məxsus olmasını dediyini bildirmişdir. Bir daha bildirir ki, 17 avqust 2020-ci il tarixdə “Qarabağlar” restoranının yanında polis əməkdaşları tərəfindən saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan zamanı onun üzərində hər-hansı bir narkotik və yaxud psixotrop maddə olmamışdır. Həmin idarəyə aparıldıqdan sonra polis işçiləri ona qarşı zorakılıq edərək onu döydükləri, sonrakı dövrdə də ona qarşı fiziki və psixi təsir olunacağından qorxduğuna görə o, məcburiyyət qarşısında qalaraq polis işçilərinin onun cibinə qoyduqları iki ədəd bükümdə olan psixotrop maddə metafetaminin özünə məxsus olmasını bildirmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 25-26 vərəqlərdə olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «şübhəli şəxs Təqsirləndirilən şəxs» qeydləri qarşısında imzalar onun özünə məxsusudur. Həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində onun üzərinə şəxsi axtarış keçirilən zaman bir nəfər vəkil onun müdafiəçisi qismində iştirak etmişdir. Onun üzərində şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılmışdır və həmin protokol onlara ucadan oxunmuş və onun müdafiəçisi kimi iştirak edən vəkil də həmin protokolu imzalamışdır. Həmin protokolda göstərilənləri hal-hazırda tam təsdiq etmir. Yuxarıda göstərdiyi kimi müdafiəçinin iştirak ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları onu döyüb cibinə qoduqları psixotrop maddə metafetamini özünə məxsus olmasını etiraf etməsini ondan tələb etdiklərinə görə, videçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilən zaman o, o vaxt əynində olan şalvarının cibində «şüşə» adlanan psixotrop maddə olduğunu bildirmiş və şalvarının sağ yan cibində olan iki ədəd şəffaf sellofan bükümü çıxarıb polis işçilərinə təqdim etimiş və həmin psixotrop maddəni tapdığını bildirmişdir. Həmin tarixdə onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilən zaman o zaman əynində olmuş şalvarının sol yan cibində olan əlli manat pulu və şalvarının sol arxa cibində olan bir ədəd «Samsumg J7» markalı mobil telefonu çıxardıb polis əməkdaşlarına təqdim etdiyi hissədə protokolun doğru yazıldığını təsdiq edir. Polis işçiləri buna görə ona qarşı zorakılıq edəcəklərindən çəkindiyinə görə o, onun üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən aşkar edilmiş iki ədəd bükümdə olan psixotrop maddə metafetaminin onun özünə məxsus olmadığı və polis işçilərindən qorxduğuna görə həmin psixotorop maddənin özünə məxsus olduğunu bildirdiyini o zaman, yəni onun üzərinə şəxsi axtarış keçirilən zaman onun müdafiəçisi qismində iştirak etmiş vəkilə bir söz deməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 53-56-cı və 67-69-cu vərəqlərdə olmaqla müvafiq olaraq onun iş üzrə şübhəli şəxs qismində dindirilməsi haqqında 18 avqust 2020ci il tarixli və həmçinin onun iş üzrə təqsirləndirilən şəxs qismində dindirilməsi haqqında 19 avqust 2020-ci il tarixli protokolllar ona tanışdır və həmin protokollarda «Təqsirləndirilən şəxs» qeydləri qarşısında imzalar onun özünə məxsusudur. Həmiçinin həmin protokolların sonunda müvafiq olaraq «İfadəmi oxudum, sözlərimlə düz yazlıb. İmzamla təsdiq edirəm», «İfadəmi oxudum düzdür. Əlavəm yoxdur. İmzamla təsdiq edirəm» əlyazma mətnlərini şəxsən onun özü yazıb həmin protokolları imzalamışdır. Həmin tarixlərdə şübhəli şəxs və həmçinin iş üzrə təqsirləndirilən şəxs qismində dindərilən zaman Süleyman Qasımov adlı vəkil onun müdafiəçisi qismində iştirak etmiş və onunla birlikdə həmin protokolları imzalamışdır. Həmin tarixlərdə dindirilən zaman hadisə ilə bağlı dediklərini, yəni 17 avqust 2020-ci il tarixdə saat 19 radələrində Natiq adlı şəxsin ad günü tədbirində iştirak etmək üçün Bakı şəhəri, Xətai rayonunda “Maşın bazarı" adlanan yerin yaxınlığındakı “Qarabağlar” restoranına getdiyi, ad günü tədbirində bir qədər oturandan sonra istifadəsində olan telefona zəng gəldiyi və telefonda danışmaq üçün restorandan çölə çıxdığı, bu zaman təsadüfən yerdə iki ədəd büküm tapdığı, həmin bükümləri açdıqda onların içərisində ağ rəngli kristal formalı kütlələrin, yəni psixotrop maddə olan «şüşə» olduğunu gördüyü, həmin maddədən gələcəkdə istifadə etmək və ya bir müddətdən sonra atmaq üçün həmin bükümləri əynində olan şalvarın sağ yan cibinə qoyduğu, bundan sonra həmin restorana qayıtmaq istəyəndə bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun kimliyini soruşduqları, özünü həmin şəxslərə təqdim edərək Elman Abbasov olduğunu bildirdiyi, həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamağı və satışı ilə məşğul olması barədə onlarda məlumat olduğunu deyərək onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqları, orada təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiə olunması məqsədi ilə vəkil dəvət edildikdən sonra videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparıldığı, sonuncu ondan üzərində olan əşyalarını təqdim etməyini xahiş etdikdə, üzərində psixotrop maddə «şüşə» adı ilə bilinən metafetamin olan iki ədəd büküm olduğunu bildirərək, həmin bükümləri o zaman əynində olan cins şalvarının sağ yan cibindən çıxarıb masanın üzərinə qoyduğu, həmçinin o zaman cibində olan əlli manat pulu və özünə məxsus mobil telefonu da çıxararaq masanın üzərinə qoyduğu, həmin psixotrop maddəni «Maşın Bazarı» adlanan yerdən tapdığını bildirdiyi, həmin iki ədəd bükümün onun yanında zərfə qoyularaq qablaşdırılıb götürüldüyü bu barədə protokol tərtib olunaraq onlara ucadan oxunduğu və həmin protokol doğru yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokolu imzaladığı, BMCMİ-də ona qarşı hər hansı formada təsir və ya təzyiq olmadığı barədə verdiyi ifadəri hal-hazırda təsdiq etmir. Həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb BMCMİ-nə aparılan zaman onun üzərində hər-hansı narkotik və yaxud psixotrop maddə olmamışdır. Yuxarıda qeyd etdiyi kimi o zaman polis əməkdaşları ona qarşı psixi və fiziki təzyiqlər göstərdiklərinə görə o, həmin psixotrop maddəni özü tapdığını və şalvarının cibində saxladığını bildirmişdir. Lakin, iş üzrə ibtidai istintaqın sonrakı mərhələsində, yəni hal-hazırda onun hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə verdiyi ifadələrində o, həmin psixotrop maddənin ona məxsus olmadığını, hadisə günü “Qarabağlar” restoranında saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldıqdan sonra polis işçiləri ona qarşı zorakılıq etdikdən sonra məcburiyyət qarşısında qalaraq həmin iki ədəd kiçik bükümdə olan psixotrop maddə metafetamin özünə məxsus olmasını bildirmiş və bu barədə tərtib edilmiş protokolu imzalamışdır. Bir daha bildirir ki, onun özü heç vaxt hər-hansı bir narkotik və psixotrop maddənin alqı-satqısı ilə məşğul olmamış və ümumiyyətlə bu kimi maddələrdən istifadə etməmişdir. Hadisə günü, yəni 17 avqust 2020-ci il tarixdə Bakı şəhəri 8-ci km. qəsəbəsində yerləşən "Qarabağlar” restoranında saxlanılıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan zaman onun üzərində hər-hansı bir narkotik maddə və yaxud psixotrop maddə olan metafetamin olmamışdır. Buna görə də özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ümumiyyətlə təqsirli hesab etmir. Bundan başqa suallara cavab olaraq bildirmişdir ki, 28 iyul 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci mad. əsasən 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 300 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24.11.2015-ci il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş, cərimə cəzasını isə ödəyib bitirmişdir. Himayəsində beş övladı olmaqla övladlarının ikisi azyaşlı olmasını, yaxın qohumlarının Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etdiklərini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması o, özünü təqsirli bilməməsinə baxmayaraq hadisələrin baş vermə yeri, vaxtı və şəraiti barədə onun özünün işin faktiki hallarına uğun ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətkarlıqla mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət olmamış və onu ilk dəfə əməliyyat tədbiri keçirilib sonuncunu yaxaladıqları vaxt görmüşdür. Belə ki, 17 avqust 2020-ci il tarixdə Şəmkir rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, üzərində saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin həmin şəxsin Bakı şəhəri 8-ci km. qəsəbəsində olması barədə məlumat əldə edilmişdir. Həmin şəxsin ifşa olunaraq yaxalanması ilə bağlı əməliyyat tədbirinin həyata keçirilməsi barədə idarə rəhbərliyi tərəfindən qərar qəbul edilərək əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa rəhbərlik onun özünə həvalə olunmuş və idarənin əməliyyat müvəkkilləri Elsəvər Abbasov və Şahid3 həmin qrupa daxil edilmişlər. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 ünvanda yerləşən "Qarabağlar restoranının qarşısında olması barədə əməliyyat məlumatı əldə olunmuş və onlar həmin ünvana getmişlər. Həmin yerdə olduqları vaxt saat 20-00 radələrində həmin restoranın qarşısında xarici görünüşü Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını bildirmiş və onun adını və soyadını soruşduqda, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib onu BMCMİ-nə dəvət etmiş və Təqsirləndirilən şəxs buna etiraz etməyərək onlarla birlikdə həmin idarəyə getmişdir. Bu barədə BMCMİ-nin rəhbərliyinə məruzə edildikdən sonra ilkin araşdırmanın aparılması İstintaq və Təhqiqat idarəsinin baş təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Mirata Seyidovun xidməti iş otağına aparılmış və sonuncu tərəfindən müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, sonuncunun müdafiəçisinə hüquq və vəzifələrini izah edilərək, Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılacağı bildirmişdir. Bundan sonra təhqiqatçı X21 Məmmədovun üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs o zaman əynində olan şalvarın cibində psixotrop maddə metafetamin olduğunu etiraf edərək şalvarın sağ yan cibindən iki ədəd kiçik bükümü, digər ciblərindən isə əlli manat pulu və mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılıb yoxlanıldıqda onların içərisində psixotrop maddə metafetaminə oxşar kütlələrin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərilərində psixotrop maddə «şüşə» adlanan metafetamin olduğunu və həmin psixotrop maddəni həmin gün təsadüfən taparaq üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin bükümlər bir ədəd zərfə qablaşdırılaraq möhürlənib təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əlli manat pul sonuncuya qaytarılmış, mobil telefon da təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra təhqiqatçı Mirata Seyidov tərəfinən bu barədə protokol tərtib edilərək onlar ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs, həmçinin sonuncunun müdafiəçisi qismində iştirak etmiş vəkil də heç bir etiraz bildirmədən həmin protokolu imzalanmışdır. Əməliyyat məlumatı onun özünə daxil olmuşdur. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, əldə etməsi, istifadə etməsi, saxlaması və daşıması barədə olmuşdur. Təqsirləndirilən şəxs Xətai rayonu, Babək prospekti 23/15 ünvanda yerləşən "Qarabağlar restoranının qarşısında olması barədə əməliyyat məlumatı alınmış və onlar onu həmin restoranın qarşısında saxlamışlar. Təqsirləndirilən şəxs BMCMİ-nə aparıldığı və orada olduğu müddət ərzində şəxsən onun özü və yaxud digər şəxslər tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış videoçəkiliş aparılmaqla keçirilmişdir və müdafiəçi də həmin vaxt iştirak etmişdir. Şəxsi axtarış onlar tərəfindən deyil, təhqiqatçı Mirata Seyidov tərəfinədən həyata keçirilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən 17 avqust 2020-ci il tarixdə saat 20-00 radələrində saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs yanında heç kim olmamışdır. Onlar Təqsirləndirilən şəxs “Qarabağlar” restoranının içərisində deyil, restoranın yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs üzərinə saxlanılan yerdə axtarış keçirilməməsinin səbəbi şəxsin axtarışının müdafiəçinin iştirakı ilə keçirmək istəmələri olmuşdur. İdarəyə getdikdən təxminən yarım saat sonra təhqiqatçının dəvət etdiyi vəkil həmin idarəyə gəlmiş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs həmin vəkillə bir neçə dəqiqə söhbət edilməsinə təhqiqatçı tərəfindən şərait yaradılmışdır. Həmin tarixdə "Qarabağlar” restoranında digər şəxslərin saxlanıldığı barədə sonradan məlumatı olmuşdur. Onun özü yalnız Təqsirləndirilən şəxs ifşa olunması ilə bağlı əməliyyat tədbiri keçirmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb BMCMİ-nə aparılan zaman və sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman şəxsən onun özü və yaxud digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və yaxud psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılıb BMCMİ-nə aparılan zaman sonuncunun sir-sifətində nəzərə çarpaçaq heç bir xəsarət olmamışdır. Onlar tərəfindən saxlanılıb BMCMİ-nə aparıldıqdan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyü, cibinə iki bükümdə psixotrop maddə qoyularaq həmin maddənin özünə məxsus olmasını etiraf etməyə məcbur edildiyi və məhz bundan sonra müdafiəçi dəvət edilərək videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirildiyi barədə Təqsirləndirilən şəxs dediklərini təsdiq etmir. Onlar Təqsirləndirilən şəxs saxlayıb BMCMİ-nə apardıqdan sonra bu barədə o, dərhal idarə rəhbərliyinə rəsmi raportla məruzə edərək məlumat vermiş və qeyd etdiyi kimi bununla bağlı ilkin araşdırmanın aparılması idarənin təhqiqatçısı Mirata Seyidova həvalə edilmişdir. Bundan sonra isə təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunaraq onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metafetaminin sonuncu tərəfindən nə vaxt, harada və kimdən əldə etdiyi barədə onlarda məlumat yoxdur. Təqsirləndirilən şəxs hər-hansı bir narkotik vasitə və yaxud psixotrop maddəni kiməsə satdığı və yaxud bununla bağlı qabaqcadan kiminləsə sövdələşdiyi barədə onlarda heç bir məlumat yoxdur. Bu istiqamətdə tərəflərindən əməliyyat tədbirlərinin keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini hansı formada realizə edəcəyi, kimlərə satmaq barədə sövdələşmiş olması və istehlakçıların kim olmasının müəyyən edilməsi istiqamətində müsbət nəticə əldə olunmamışdır. Yuxarıda qeyd etdiyi kimi üzərinə şəxsi axtarış keçirilən zaman Elan Məmmədov üzərində psixotrop maddə metafetamin olduğunu və həmin maddəni təsadüfən tapdığını bildirmişdir. Bir daha bildirir ki, Elman Məmmmədovu əvvəllər tanımamış və onu ilk dəfə əməliyyat tədbiri keçirilib sonuncunu yaxaladıqları vaxt görmüşdür. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin birinci cildinin 25-26 vərəqlərdə olmaqla “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2020-ci il tarixli protokol ona tanışdır və həmin protokolda «iştirakçı: Şahid1» qeydi qarşısında imza onun özünə məxsusdur. Həmin protokolun doğruluğunu bir daha təsdiq edir. Həqiqəqətən həmin tarixdə onlar əvvəllər tanımadığı Təqsirləndirilən şəxs "Qarabağlar restoranının qarşısında saxlayıb BMCMİ-nə apardıqdan sonra həmin idarənin təhqiqatçısı Mirata Seyidovun tərəfindən dəvət edilmiş müdafiəçinin və onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir və Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoymasını təklif edildikdən sonra sonuncu üzərində psixotrop maddə metafetamin olduğunu bildirmiş və o zaman əynində olmuş cins şalvarın sağ yan cibindən iki ədəd kiçik bükümü çıxarıb masanın üstünə qoymuş, həmin bükümlərin içərisində «şüşə» adlanan psixotrop maddə metafetamin olduğunu və həmin psixotrop maddəni taparaq üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılıb möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə həmin protokol onlara ucadan oxunmuş və bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və müdafiəçi də heç bir etiraz bildirmədən həmin protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Banditizm və digər təhlükəli cinayətkarlıqla mübarizə şəbəsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 Şahid1 ifadəsinə uyğun eyni məzmunda ifadə verərək, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımadıqları, sonuncunun narkotik vasitələrin və psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumatla bağlı keçirilmiş əməliyyat tədbirinin keçirilməsində iştirak etdiklərini, Təqsirləndirilən şəxs 17 avqust 2020-ci il tarixdə saat 20-00 radələrində onlar tərəfindən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 ünvanda yerləşən "Qarabağlar” restoranının qarşısında saxlanılaraq BMCMİ-nə aparıldığı, bu barədə idarə rəhbərliyinə məruzə edildikdən sonra ilkin araşdırmanın aparılması həmin idarənin baş təhqiqatçısı Mirata Seyidova həvalə edildiyi, sonuncu tərəfindən müdafiəçi dəvət edilib hüquq və vəzifələri izah edildikdən sonra videçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildiyi, Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb stolun üstünə qoyması təklif edildikdən sonra Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metafetamin olduğunu bildirərək, o zaman əynində olan şalvarın sağ yan cibindən iki ədəd kiçik bükümü, digər ciblərindən isə əlli manat pulu və mobil mobil telefonu çıxarıb təqdim etdiyi, həmin bükümlər açılıb yoxlanıldıqda onların içərisində psixotrop maddə metafetaminə oxşar kütlələrin olması aşkar edildiyi, Təqsirləndirilən şəxs həmin bükümlərin içərilərində «şüşə» adlanan psixotrop maddə metafetamin olduğunu və həmin psixotrop maddəni həmin gün təsadüfən taparaq üzərində saxladığını bildirdiyini, həmin bükümlərin bir ədəd zərfə qablaşdırılaraq möhürlənib götürüldüyü, bu barədə təhqiqatçı tərəfinədən protokol tərtib edilərək onlara ucadan oxunduğu, bütün iştirakçılar kimi Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisinin heç bir etiraz bildirmədən həmin protokolu imzaladıqlarını, bu barədə tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması” haqqında protokolun doğruluğunu təsdiq etdiklərini, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni haradan, kimdən əldə etməsini müəyyən etmək istiqamətində, eləcə də Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini hansı formada realizə edəcəyi, kimlərə satmaq barədə sövdələşmiş olması və istehlakçıların kim olmasının müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbirlərinin davam etdirilməsinə və keçirilməsinə baxmayaraq müsbət nəticə əldə olunmadığını bildirmişlər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Almaniya Respublikasında doğulsa da, 1982ci ildən etibarən daimi olaraq Azərbaycan Respublikasında Bakı şəhərində yaşayır. Onun özü əvvəllər Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə məhkum olunmuş və 2013-cü ildə cəzasını çəkərək azad olunmuşdur. O, 17 avqust 2020-ci tarixdə tutularaq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham olunmuş, barəsində «həbs» qətimkan tədbiri seçilmişdir və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. İş üzrə Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və onunla dostluq edirlər. Belə ki, Elmanla bir yerdə 1990-cı ildən 2008-ci ilədək Rusiya Federasiyasında Moskva və Krasnoyevski şəhərlərində yaşamışdır. Hadisə günü, yəni 17 avqust 2020-ci il tarixdə o, təxminən saat 19 radələrində öz tanışı Elvin Fətullayevlə bir yerdə “Vosmoy kilometr” deyilən yerdə parkda oturarkən digər tanışı Təqsirləndirilən şəxs oraya gəlmişdir. Həmin gün öz dostu Natiqin ad günü mərasiminə dəvət aldığından o, Elmana təklif etmişdir ki, onunla bir yerdə həmin ad günü mərasiminə getsinlər. Elman ora getməyə əvvəlcə razılıq verməsə də, onların xahişi ilə həmin ad günü mərasiminə, yəni Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 ünvanında yerləşən “Qarabağlar” restoranına getmişdir. Orada onlar bir masanın arxasında oturub söhbət etmişlər. Həmin ad günü mərasimində onun özü tanımadığı təxminən yetmişə yaxın başqa adamlar da olmuşdur. Orada musiqi çalınmış və şənlik keçirilmişdir. Həmin dövrdə karonavirusla bağlı karantin rejimi olduğuna görə o, bununla bağlı qabaqcadan maraqlanmış həmin tədbirin keçirilməsinə icazə alındığı və tədbirin qısa vaxt çəkəcəyini ona bildirmişlər. Həmin tədbirdə iştirak etdiyi vaxt, yəni təxminən saat 21 radələrində restorana çoxsaylı polis əməkdaşları gəlmiş və onlara karantin rejimini pozduqlarını bildirərək onun özünü və həmin tədbirdə iştirak edən digər şəxslərin çox hissəsini avtobusa mindirərək Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin idarəyə aparıldıqdan sonra onlarla birlikdə ad günü mərasimində iştirak etmiş şəxslərin çoxunu sərbəst buraxmışlar. Lakin, onun özünü və tanışı Elvin Fətullayevi orada saxlayaraq onlara qarşı psixi və fiziki təzyiq göstərmişlər. Orada olan zaman o, tanışı Təqsirləndirilən şəxs da həmin idarədə saxlanıldığını bilmiş və təsadüfən xidməti otaqların birində Təqsirləndirilən şəxs görmüş və Elmanın sifətində xəsarətlərin olmasını görmüş və Elmana qarşı da zorakılıq edildiyini başa düşmüşdür. 17 avqust 2020-ci il tarixdə “Vosmoy kilometr” deyilən yerdə parkda Təqsirləndirilən şəxsla görüşüb “Qarabağlar” restoranına getdikləri vaxt Elmanın sifətində heç bir xəsarət və xəsarət izi olmamışdır. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır və onunla dostluq etmişlər. Elman onun yanında heç vaxt hər-hansı bir narkotik və ya psixotrop maddədədən istifadə etməmişdir. Elmanın hər-hansı bir narkotik və ya psixotrop maddənin satışına aidiyyəti olmasını heç vaxt eşitməmişdir. Belə hesab edir ki, Elmanı narkotiklə bağlı tam günahsız olaraq həbs ediblər. Təqsirləndirilən şəxs hər-hansı bir polis əməkdaşı tərəfindən döyülməsinin onun özü şəxsən şahidi olmamışdır. Lakin, həmin idarədə olduqları vaxt o, Təqsirləndirilən şəxs sifətində xəsarətlərin olmasını görmüş və buna görə də belə hesab edir ki, “Qarabağlar” restoranından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqdan sonra hansısa polis əməkldaşları Təqsirləndirilən şəxs qarşı zorakılıq edərək Elmanı döymüşlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində onun özü iştirak etməmiş və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metafetaminin hansı şəraitdə aşkar olunduğu ona məlum deyil. Lakin, belə hesab edir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə heç bir aidiyyəti yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla öz dostu Ruslan Abbasovun vasitəsilə tanış olmuşdur. Belə ki, hadisə günü, yəni 17 avqust 2020-ci il tarixdə axşam saat təxminən 19 radələrində o, öz dostu Ruslanla birlikdə Bakı şəhəri «8-ci kmilometr» adlanan ərazidə yerləşən parkda oturub söhbət edərkən Təqsirləndirilən şəxs ora gələrək onlarla salamlaşmış və Ruslan onları tanış edərək Elmanın onun yaxın dostu olmasını bildirmişdir. Bir qədər söhbət etdikdən sonra onlar Elmana Ruslanın və onun özünün ortaq dostu olan Natiq Binnətovun ad günü mərasiminə getməyi təklif etmiş və bir qədər həmin tədbirdə iştirak etdikdən sonra oradan çıxıb gedəcəklərini bildirmişlər. Elman isə karantin rejimi olduğuna görə həmin tədbirdə iştirak etməyə imkanı olmadığını onlara bildirmişdir. Onlar isə orada az vaxt ərzində olacaqlarını və sonra birlikdə çıxıb gedəcəklərini ona demişlər. Bundan sonra Elman onlarla birlikdə getməyə razılıq vermişdir. Həmin restoran yaxınlıqda olduğuna görə onlar birlikdə “Qarabağlar” restoranının yanına getmişlər. Orada onun özü və Ruslan Natiqi ad günü münasibəti ilə təbrik etmək üçün restorana içəri keçmiş, Elman isə Natiqlə münasibəti olmadığına görə onları çöldə gözləyəcəyini bildirmişdir. Restoranın içərisinə daxil olduqdan sonra o, həmin ad günü mərasimində onun özü tanımadığı çoxsaylı adamların olduğunu görmüşdür. Natiqlə salamlaşıb onu ad günü münasibəti ilə təbrik etdikdən sonra, orada musiqi çalınmaqla qonaqlıq təşkil olunduğunu görmüş və orada bir qədər yubanacaqlarını başa düşərək o, az sonra çölə çıxıb Elmanı restorana özü oturduğu stola dəvət etmişdir. Orada onlarla bir stolun arxasında oturmuş şəxslərlə söhbət edən zaman restoranda səs-küy qopmuş və çoxsaylı polis əməkdaşları restorana daxil olaraq onların karantin rejimini pozduqlarını bildirmiş və restoranda olan şəxslərin çoxunu və o cümlədən onun özünü də avtobusa oturdub Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Sonra polis əməkdaşları həmin restoranda olmuş adamların əksəriyyətini buraxmışlar. Lakin, onun özünü, həmçinin dostları Ruslan Abbasov və Natiq Binnətovu da həmin idarədə saxlayaraq onlara qarşı psixi və fiziki təzyiq göstərmişlər. Həmin iadarədə olan zaman o, həmin gün tanış olduğu Elmanın da orada saxlanıldığını görmüş və həmçinin Elmanın sifətində xəsarətlərin olmasını görmüşdür. Buna görə polis işçilərinin Elmanı da döyərək ona qarşı zorakılıq etdiklərini başa düşmüşdür. Təqsirləndirilən şəxs hər-hansı bir narkotik və ya psixotrop maddədən istifadə etməsi və ya üzərində saxlaması barədə onun heç bir məlumatı yoxdur. Elmanla hadisə günü parkda dostu Ruslanın vasitəsi ilə tanış olan zaman Ruslan Elmanı uzun müddət ərzində tanıdığını, Elmanın zəhmətkeş və tərbiyəli adam olduğunu ona bildirmişdir. Həmin gün onlar parkda görüşüb söhbət edən zaman Elmanın sifətində heç bir xəsarət və ya xasarət izi olmamışdır. Onun özü Təqsirləndirilən şəxs hər-hansı bir polis əməkdaşı tərəfindən döyülməsini şəxsən görməmişdir. Lakin, Elmanı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində görən zaman onun sifətində xırda xəsarətlərin, yəni göyərmiş yerlərin olmasını gördüyünə görə hansısa polis əməkldaşlarının Elmana qarşı zorakılıq edərək onu döydüklərini başa düşmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsində onun özü iştirak etməmiş və Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metafetaminin necə aşkar olunduğu ona məlum deyil. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Elmanla hadisə günü tanış olmuşdur. Belə ki, 17 avqustda onun özünün ad günü olduğundan əvvəlcədən planlaşdırmışdır ki, dostlarını toplayaraq ad günü mərasimi keçirsin. Buna görə də 17 avqust 2020-ci tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 ünvanında yerləşən “Qarabağlar” restoranında ad günü mərasimi təşkil edərək dost və tanışlarını oraya dəvət etmişdir. Onun yaxın dostları olan Elvin Fətullayev və Ruslan Abbasov da onun dəvəti ilə həmin restorana gələrək onu təbrik etmişlər. Həmin ad günü tədbirində Ruslan onu Elmanla tanış edərək Elmanı uzun müddət tanıdığını və onun dostu olduğunu bildirmişdir. Həmin tədbirdə təxminən yetmiş nəfərə yaxıq dostu və tanışı iştirak etdiklərinə görə o, Elmanın kimlərlə bir stol arxasında oturmasına fikir verməmişdir. Həmin restoranda təxminən bir saata yaxın oturub yeyib-içdikdən sonra ora çoxsaylı polis əməkdaşları daxil olmuş və karantin qaydalarını pozduqlarını bildirib onun özünü və digər dostlarını əlləri ilə döyüb avtobusa mindirib Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Həmin idarədə onun özünə qarşı fiziki və psixi təzyiqlər göstərilmiş və onun özünü tam əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmişdir. Həmin idarədə olan zaman, hadisədən bir gün sonra, yəni 18 avqust 2020-ci il tarixdə o, xidməti otaqların birində onun ad gününə Ruslan ilə birlikdə gəlmiş Elmanın da həmin idərədə saxlanıldığını görmüş və onun sifətində və qolunda xəsarətlərin olasını görmüşdür. Buna görə də belə hesab edir ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Elmana da qarşı tanımadığı polis əməkdaşları zorakılıq edərək onu da döymüşlər. Bir daha bildirir ki, onun özü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış və həmin şəxsi öz ad günü tədbirinə dəvət etməmişdir. Onula o zaman dostu Ruslanın vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs hər-hansı bir narkotik maddə və ya psixotrop maddəyə aidiyyəti olması barədə onun heç bir məlumatı yoxdur. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X7 şahid N.M.Binnətovun ifadəsinə uyğun axşar məzmunda ifadə verərək iş üzrə Təqsirləndirilən şəxs əvvəllər tanımadığı, onunla heç bir münasibəti olmadığını, onun özü 17 avqust 2020-ci tarixdə dostu Natiq Binnətovun ad günü mərasimində iştirak etdiyini, digər dost və tanışları ilə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Qarabağlar” restoranında həmin ad günü mərasimində iştirak edən zaman çoxsaylı polis əməkdaşlarının həmin restorana gələrək onların pandemiya ilə əlaqədar karantin rejimini pozduqlarını bildirərək ad günündə iştirak etmiş şəxslərin əksəriyyətini avtobusa mindirib Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardıqlarını, orada onun özünə qarşı fiziki və psixi təsirlər göstərilərək əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs olunduğunu, həmin idarədə olan zaman yalnız sifətdən tanıdığı Elman adlı şəxsin də həmin idarədə saxlanıldığını gördüyünü, lakin Elmanının həmin idarədə döyülməsinin şahidi olmadığını və sonuncunun üzərindən psixotrop maddə olan metemfetaminin hansı şəraitdə aşkar edildiyi barədə heç bir məlumatı olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tərəflərə elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 18 avqust 2020-ci il tarixli qərardan görünür ki, 17 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində ümumi təmiz çəkisi 8,947 qram psixotrop maddə aşkar olnması ilə bağlı toplanmış material üzrə fakta görə sonuncunun barəsində Azərbaycan Respublikası DİN BMCMİ-nin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi A.Bayramov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həmin ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilib iş üzrə ibtidai istintaq aparılmışdır. (cild 1, iş vər. 1). İşdə olan 17 avqust 2020-ci il tarixli raportdan görünür ki, BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 həmin idarənin rəisinə raportla məruzə edərək, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1964-cü ildə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Şəmkir rayonu, Mahmudu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirildiyini, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, narkotik vasitələrin, psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşkar edilərərk götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş etmişdir. (cild 1, iş vər. 3). “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 17 avqust 2020-ci il tarixli qərardan görünür ki, BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilməklə, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yaşayış yerinin müşahidəsinin aparılması, saxlandığı zaman Baş İdarəyə gətirilməsi, əməliyyat-axtarış tədbirləri həyata keçirilən zaman zərurət yarandığı halda mövcud şəraitdən asılı olaraq “əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər əməliyyat tədbirlərinə istinad edilməklə qanunverciliyə uyğun şəkildə tədbirin davam etdirilməsi qərara alınmışdır. (cild 1, iş vər. 4-5). İş materiallarında olan 17 avqust 2020-ci il tarixli raportdan görünür ki, BMCMİ-nin Banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 həmin idarənin rəisinə raportla məruzə edərək, tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, saxlanması, daşınması və satılmasında şübhəli bilinən xx.xx.1964-cü ildə Şəmkir rayonu, Mahmudlu kəndində anadan olmuş, Şəmkir rayonu, Mahmudlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək 17 avqust 2020-ci il tarixdə, saat 20:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 23/15 sayl ünvanda yerləşən “Qarabağlar” restoranının saxlanılaraq həmin idarəyə gətirilməsi bildirilmiş və Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. (cild 1, iş vər. 8). “Şübhəli şəxsin tutulması haqqında” 17 avqust 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 17 avqust 2020-ci il tarixdə saat 20:00 dəqiqədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında həmin idarənin İstintaq və Təhqiqat idarəsinin baş təhqiqatçısı M.Seyidov tərəfindən müdafiəçi Bakı şəhəri, 16 saylı Vəkil bürosunun vəkili X1 iştirakı ilə tutulmuşdur. (cild 1, iş vər 18). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2020-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21-37 radələrində BMCMİ-nin təhqiqatçısı Mirata Seyidov tərəfindən, BMCMİ-nin digər əməkdaşlarının, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübuti əhəmiyyətə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sağ yan cibində olan 2 ədəd şəffaf sellofan bükümü, şalvarının sol yan cibində olan 50 manat pulu və şalvarının sol arxa cibində olan bir ədəd “Samsumg J7” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd şəffaf sellofan bükümlərin içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Həmin şəffaf sellofan bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda, bükümlərin içərisində kristal şəkilli, ag rəngli, psixotrop maddə metafetaminə oxşar maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metafetamini 17 avqust 2020-ci il tarixində axşam vaxtı Bakışəhəri, Xətai rayonu, Babək prospektində yerləşən avtomobil bazarının qarşısından təsadüfən tapdığını və götürüb üzərində saxlıyıb daşıdığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metafetaminə oxşar maddələr bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 50 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmış, “Samsung J7” markalı mobil telefon aparatı iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Şəxsi axtarış və götürmə axşam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparılmışdır. Şəxsi axtarış və götürmə zamanı «SONY» markalı videokameradan istifadə edilməklə video çəkiliş aparılmış və həmin videçəkliş əks etdirilmiş bir ədəd SD disk həmin protkola əlavə edilmişdir. (cild 1, iş vər 25-26,27). Məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2020-ci il tarixli 6/1594 №-li rəyindən görünür ki, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə psixotrop maddə metafetaminə oxşar maddə» sözləri və imzalar qeyd edimiş bir ədəd zərfdə qablaşdırımış iki (2) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,727 qram, 6,220 qram, ümumilikdə təmiz məkisi 8,947 qram olam ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metafetamindir. Təqdim edilmiş 2 (iki) ədəd bükümdəki metafetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynilik təşkil edir. (cild 1, iş vər 41-44). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli 2739 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan əziyyət çəkmir, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vər. 181-182). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 19 avqust 2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (cild 1, iş vər. 57-58). Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-954/2020 saylı, 19 avqust 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vər. 76-81). “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında” 21 avqust 2020-ci il tarixli protokoldan görünür ki, müstəntiq Ayaz Bayramov tərəfindən həmin ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda olan məlumatlara BMCMİ-nin inzibati binasında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefondan istintaq üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. (cild 1, iş vər. 86). Bakı şəhər Xətai rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 5(011)-294/2020 saylı “Təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin Banditizm və və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 qəbul etdiyi 17 avqust 2020-ci il tarixli qərara əsasən əməliyyat tədbirinin təxirəsalınmadan həyata kemirilməsi qərarı qanuni hesab edilmişdir. (cild 1, iş vər. 92). Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 19 avqust 2020-ci il tarixli, 5(005)- 704/2020 saylı “Əməliyyat axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərarından görünür ki, Azərbaycan Respublikası DİN BMCMİ-nin Banditizm və və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 17 avqust 2020-ci il tarixli qərar qanuni hesab edilmişdir. (cild 1, iş vər. 93-94). Şəmkir rayonu Mahmuldlu kənd İƏD üzrə verilmiş arayışdan görünür ki, xx xxxx 1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Şəmkir rayonunun Mahmudlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamır. Təqsirləndirilən şəxs himayəsində həyat yoldaşı, həmiçinin 20.11.2007-ci il təvəllüdlü və 25.11.2008-ci il təvəllüdlü övladları vardır. (cild 1, iş vər. 124, 125). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 10.09.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 209- cu maddəsinin 1 ci hissəsi, 33-cü maddəsi, 105-ci maddəsinin 2-ci hissəsi ilə Krasnoyarsk vilayəti prokurorluğu tərəfindən «həbs» qətimkan tədbiri seçilmiş, 2003-cü ildə Şəmkir rayon prokurorluğunun qərarı ilə həmin «həbs» qətimkan tədbiri «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz olunaraq həbsdən azad azad edilmişdir. Təqsirləndirilən şəxs 09.10.2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12.01.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 300 manat cərimə cəzası təyin edilmişdir. Bundan basşqa Təqsirləndirilən şəxs 28.07.2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci mad. əsasən 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, 300 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24.11.2015-ci il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1, iş vər. 126-128). “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” 05 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, müstəntiq tərəfindən “xxxx” MMC-dən daxil olmuş 22.09.2020-ci il tarixli, 16021-saylı məktubla müşayiət olunan bir ədəd diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglərin siyahısı və telefon nömrələrinin sahiblərinə dair məlumatların olması müəyyən edilmişdir, iş üzrə əhəmiyyətli hallar narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. (cild 1, iş vər. 141). Məhkəmə-narkoloji ekspertizasının 5 oktyabr 2020-ci il tarixli 2739 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vər. 181-182). «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 06 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi tərəfindən DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs törətmədiyi cinayəti etiraf etməsi üçün DİN BMCMİ-nin əməkdaşları tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə əlavə ifadəsində göstərdikləri toplanmış materiallarla təsdiqini tapmadığından AR CPM-nin 39.1.1-ci maddəsi nə əsasən cinayət işi başlanması rədd edilmişdir. (cild 1, iş vər. 184-187). “Sübutların qiymətləndirilməsi haqqında” 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək təqiqatdan sonra təmiz çəkisi 8,867 qram qalmış psixotrop maddə metafetaminin sübut kimi tanınması və saxlanılması üçün DİN-in BMCMİ-nin maddi sübutların saxlanması kamerasına təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman çəkilmiş videoçəkiliş diskinin maddi sübut kimi tanınması, cinayət işinin materiallarından külli miqdarda maddə metafetaminin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılıb icraata qəbul edilməklə istintaqı aparılması, Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etmədiyi üçün qaytarılması qərara alınmışdır. (cild 1, iş vər 188-194). «Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 17 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda olan psixotrop maddələrin mənbəyinin müəyyən edilməsi üçün onun barəsində olan hazırki ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respubilkasının CM-nin 234.4.3-cii maddəsi ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılaraq icraata qəbul edilmişdir. (cild 1, iş vər. 196-197). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs qohumu X2 müharibəsində iştirak etməklə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında olan psixotrop maddə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Məhkəmə baxışında tədqiq edilmiş 01 ədəd «DVD» diskdə olan videgörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 avqust 2020-ci il tarixli protokolun məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə, yəni satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda 02 (iki) ədəd bükümdə olan ümumi təmiz çəkisi 8,947 (səkkiz tam mində doqquz yüz qırx yeddi) qram çəkidə psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşıması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, hadisə vaxtı polis əməkdaşları tərəfindən saxlanılan zaman onun üzərində hər-hansı bir miqdarda psixotrop maddə metafetamin olmadığı, qeyd edilən külli miqdarda psixotrop maddə olan metafetaminin özünə məxsus olması, həmin maddəni təsadüfən taparaq öz üzərində daşıyıb saxladığı barədə iş üzrə ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu etirafedici ifadələri polis əməkdaşları tərəfindən ona qarşı göstərilmiş psixi və fiziki təsir nəticəsində verdiyi, həmin psixotrop maddəyə heç bir aidiyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu kimi ifadələri öz məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması, onun özünün işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu ilə tam təsdiq olunmuşdur. Bundan başqa, məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş R.Şahid2, E.F.Fətullayev, N.M.Binnətov və R.V.Baladadaşovun polis əməkdaşları tərəfindən onların özləri və həmçinin hazırki iş üzrə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol verilərək psixi və fiziki təzyiqlərə məruz qaldıqları, Təqsirləndirilən şəxs psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əsassız olaraq məsuliyyətə cəlb olunduğu barədə hissədə olan ifadələrinə tənqidi yanaşaraq belə hesab edir ki, həmin şəxslərin bu kimi ifadələri onların özlərinin də müvafiq olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı istintaqa cəlb olunmaqla öz tanışları Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmasına yardım etmək məqsədi ilə verilmiş və Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması həmin iş üzrə məhkəmə baxışı zamanı tədqiq edilmiş obyektiv və mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı, ibtidai istintaq orqanı tərəfindən iş üzrə Təqsirləndirilən şəxs istintaq zamanı müəyyən edilməmiş mənbədən naməlum vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 8,947 (səkkiz tam, mində doqquz yüz qırx yeddi) qram psixotrop maddə metafetamini məhz satış məqsədi ilə əldə edərək saxlamış və daşımış olduğu qənaətinə gəlinmiş və bununla bağlı ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Bununla əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai istintaq orqanı bu kimi nəticələrə gələrkən iş materiallarında olan heç bir təkzib olunmaz sübuta istinad etməmiş və iş üzrə toplanmış sübutların heç birində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımasını təsdiq edən heç bir hal mövcud deyildir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndində göstərilir ki, Cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə əsasən ittiham hökmünün təsviri hissəsində sübut edilmiş hesab olunan cinayət əməlinin törədildiyi yer, vaxt, onun törədilmə üsulu, təqsirin xarakteri, cinayətin motivi və nəticələri göstərilməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Bununla bağlı qeyd olunmalıdır ki, iş üzrə məhkəmə baxışı zamanı tədqiq edilməklə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrindən, şəxsi axtarış və götürmənin aparıldığı zaman qeydə alınan videogörüntülərdən və eləcə də Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrdən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini təsadüfən yolda götürdüyünü bildirmiş, psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarda və protokolda Təqsirləndirilən şəxs psixotrop maddə olan metafetaminin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokolda tutmanın əsası kimi Təqsirləndirilən şəxs psixotrop maddəni qanunsuz əldə edib saxlaması və üzərində daşıması göstərilsə də, qeyd olunan iş materiallarının heç birində onun həmin psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və ya satışını həyata keçirməsi ilə bağlı hər hansı sübut yoxdur. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs 8,947 qram olan külli miqdarda psixotrop maddə olan metafetamini satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasına dair hər hansı, birbaşa və ya yanakı sübutun olmasını təsdiq edə bilməmiş, məhkəmədə də bu istiqamətdə heç bir sübut əldə edilməmişdir. Buna baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən heç bir əsas və sübut olmadan, yalnız fərziyyə və mülahizələrə əsaslanaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən, eləcə də şəxsi axtarış və götürmənin aparıldığı zaman qeydə alınan video görüntülərdən göründüyü kimi, Təqsirləndirilən şəxs üzərində olan psixotrop maddə metafetamini təsadüfən tapdığını və götürüb üzərində saxlayıb daşıdığını bildirmiş, ibtidai istintaqın gedişatında müstəntiq tərəfindən şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung J7” markalı mobil telefon aparatına baxış keçirilsə də, istintaq üçün əhəmiyyətli hallar, eləcə də sonuncunun psixotrop maddənin satış məqsədi ilə əldə etməsinə dəlalət edə biləcək hallar aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunanları sadalamaqla qeyd edir ki, göstərilən hallar özlüyündə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib, özündə saxlayaraq daşımasına dair irəli sürdüyü ittihamın, qeyd olunan cinayət əməlinin tərkib əlamətlərinin zəruri elementi olan məhz şəxsin əməlində satış məqsədi olmasına dair hissədə toplanmış sübutlarla sübuta yetmədiyi halda, yalnız mülahizələrə əsaslandığını təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı öz təsdiqini tapmamış, müvafiq istiqamətdə əməliyyat tədbirlərini keçirmiş əməliyyat müvəkkilləri məhkəmə iclasında keçirilmiş tədbirlərin nəticəsiz olduğunu bildirmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə yönəldilən qanunların düzgün tətbiq edilməsi, bu barədə Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarının tələblərindən irəli gələn müddəalarına ciddi əməl olunması, işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi zəruriliyinə cəlb edilsin. Qeyd edilən tövsiyələrə və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 02 bükümdə psixotrop maddənin ümumi çəkisinin 8,947 qram təşkil etməklə müvafiq növ üçün müəyyən edilmiş külli miqdarının minimal həddindən bir qədər çox olmaqla miqdar əlaməti belə, onun psixotrop maddə olan metafetamini satış məqsədilə əldə edib gəzdirməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmiş, əksinə narkotik vasitələrin istifadəsində şübhəli olması əsası ilə o, şübhəli şəxs qismində tutularaq saxlanmış və Təqsirləndirilən şəxs elə tutulduğu andan verdiyi ifadə və izahatlarında psixotrop maddəni təsadüfən əldə edib saxlayaraq daşıdığını göstərmişdir ki, bu hallar da iş materiallarında olan heç bir mötəbər sübutla təkzib olunmamışdır. Məhkəmə hesab edir ki, digər müvafiq mötəbər sübutların mövcud olmadığı şəraitdə, göstərilən halda Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat tədbiri zamanı üzərinə şəxsi axtarış keçirilən zaman onun qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı əynindəki şalvarının sağ yan cibində 2 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 2,727 qram və 6,220 qram olmaqla, ümumi təmiz çəkisi 8,947 qram olan külli miqdarda psixotrop maddə metafetaminin aşkar olunması ilə bağlı xüsusatlar, yəni təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin yalnız müvafiq bükümlərdə olması əlamətindən yanaşaraq Təqsirləndirilən şəxs ağır cinayət əməlini törətməkdə, yəni məhz satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib, saxlamaqla daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Belə ki, cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini təkzib edən sübutlar olmamaqla yanaşı, həmin bükümlərin sonradan məhz Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə bükülməklə qablaşdırılmasına, yəni həmin vasitələrin çəkilərək xırda bağlamalar halına salınmasına yardım edən vasitə (elektron tərəzi və hər hansı digər avadanlıq) də aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar olunmamışdır ki, məhkəmə göstərilən halların da ittihamın həmin hissədə əsassız hesab olmasına dəlalət edən hal olduğu qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd şəffaf rəngli sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 2,727 qram və 6,220 qram olmaqla, ümumi təmiz çəkisi 8,947 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metafetaminin qeyd edilən ölçüdə olmaqla külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış məqsədi ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin psixotrop maddəni və yaxud onun bir hissəsini məhz satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmiş və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetirilməmiş və bu barədə ibtidai istintaq orqanının gəldiyi nəticə heç bir mötəbər və təkzibolunmaz sübuta əsaslanmamaqla mülahizə xarakteri daşıyır və o da ittihamın əsasına qoyula bilməz. Məhkəmə belə nəticəyə gələrkən həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11 maddəsini də nəzərə alır. Həmin qanunun tələblərinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrinin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətdir. Qanunun mənasına görə, narkotik vasitələrin satışı dedikdə yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədi ilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış üçün əldə edib gəzdirməsi haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib gəzdirməsi sübut edilməlidir. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut mövcud deyildir. «İnsan Hüquqlarının və X3 X5» -nın 6-cı maddəsinin müddəalarına əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən, ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 6-cı bəndində göstərilir ki, cinayət-Prosessual Məcəlləsinin 334-cü maddəsinə əsasən ittiham hökmünün təsviri hissəsində sübut edilmiş hesab olunan cinayət əməlinin törədildiyi yer, vaxt, onun törədilmə üsulu, təqsirin xarakteri, cinayətin motivi və nəticələri göstərilməlidir. Hökmdə məhkəmənin əsaslandığı bütün suallar təhlil edilməli və bu zaman müttəhimi həm ifşa edən, həm də ona bəraət qazandıran sübutlara qiymət verilməlidir. Hökmün təsviri hissəsində həmçinin müttəhimin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Müttəhim tədqiqat və ya ibtidai istintaq dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyi, istintaq hərəkətlərinin həyata keçirilməsi barədə protokollar, iş üzrə maddi sübutlar və həmçinin məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən digər sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, məhkəmə cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Yuxarıda qeyd edildiyi kimi həmin iş üzrə Təqsirləndirilən şəxs əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmaqla sonuncu dəfə 28 iyul 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 300 manat cərimə cəzasına məhkum edildiyi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 24.11.2015-ci il tarixli qərarı ilə 02 ay 04 gün vaxtından əvvəl şərti azad olunduğu, eləcə də hökmün cərimə cəzasının ödənilməsi hissəsində də icra edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər təqsirli bilinərək məhkum olunduğu CM-nin 128-ci maddələrində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinin müddəalarına əsasən məhkum edilmiş şəxs o cümlədən qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə məhkumluğun ödənilməsi əsas və əlavə cazanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirləndirildiyi cinayət əməlini törətdiyi tarixdə yuxarıda qeyd olunan məhkəmə hökmünün hər iki cəza növünə icra olunmaqla, üzərində yaranmış məhkumluğunun ödənildiyini müəyyən edərək, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin müddəlarına əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmadığı və onun məhkumluğu olmayan şəxs hesab olunması barədə nəticəyə gəlir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs münasibətdə onun əvvəlki məhkumluqlarının ödənilmiş olmasına baxmayaraq, Təqsirləndirilən şəxs barəsində daha öncə təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların cinayət qanunvericiliyinə əsasən təqsirləndirilən şəxsə münasibətdə cəzanın məqsədlərinə (şəxsin islah olunması, yenidən cinayət törətməsinin qarşısının alınması) nail olmaq üçün kifayət etməməsinin müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən məhz azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi hazırki halda cinayət qanunvericiliyinin tələb və prinsipləri baxımından məqsədəmüvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, ailənin qazanc gətirəni olmasını, qohumu X9 Vətən müharibəsində iştirak etməklə Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamışdır, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə maddi sübutlar- Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış iki ədəd bükümdə təmiz çəkisi 8,867 (səkkiz tam mində səkkiz yüz altmış yeddi) qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş 17 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməklə onun üzərindən psixotrop maddə metafetamin aşkar olunması videogörüntülərinin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə məhkəmə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmalı əmlakın olmadığı nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübuların axlama kamkerasında saxlanılmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış iki ədəd bükümdə təmiz çəkisi 8,867 (səkkiz tam mində səkkiz yüz altmış yeddi) qram olan psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, cinayət işinə əlavə edilmiş 17 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməklə onun üzərindən psixotrop maddə metafetamin aşkar olunması videogörüntülərinin əks olunduğu bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizası xərcləri cəmi 65 manat (altmış beş) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar