Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-718/2023 07.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əkbərov Məhəmməd Hüseyn oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Mahmudov İlham Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri X3 qızı və Rəcəbova Nəzrin Səməndər qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması ittihamı irəli sürülmüşdür.
2. İbtidai istintaq orqanının gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd qara rəngli kağız bükümdə külli miqdar hesab edilən təmiz çəkisi 2,191 qram heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 15:00-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, H.Şəhərcik küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən 6-cı Polis Bölməsinə gətirilmiş və burada xidməti otaqların birində, saat 16:05-də üzərinə video çəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarının sağ yan cibində qara rəngli kağıza bükülmüş bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 2,191 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi RPİ 6-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 05 sentyabr 2022-ci il tarixdə etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1998-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik maddə gəzdirməsi, istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə yaradılacaq əməliyyat qrupunun üzvlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair raportla bölmə rəisinə məruzə edilmişdir. Məlumat əsasında tərəflərindən əməliyyat qrupu təşkil edilmiş və 05 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddələri əldə etməkdə, gəzdirməkdə və istifadə etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs saat 15:00-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, H.Şəhərçik küşəsində yaşadığı evin yaxınlığında saxlanılmış və 6-cı PB-nə gətirilərək təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsində xidməti otaqların birinə yerləşdirilmişdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirmək məqsədi ilə hüquqlarını müdafiə etmək üçün müdafiəçi və həmçinin Binəqədi RPİ-nin kriminalisti dəvət olunmuş, ona hüquqları izah olunmuşdur. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Sözü gedən bükülünü açaraq baxdıqda qeyd olunan bükülünün içərisində narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, həmin bükülünün içində olan maddə narkotik vasitə «kakosdur», həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Nəsimi rayonunda «Papanin» adlanan ərazidə tanmadığı şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində almışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı nə onun, nə də digər polis əməkdaşları tərəfindən heç bir zor və ya hədə-qorxu tətbiq olunmamışdır. Tərəflərindən əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik maddə olan heroini aldığı şəxsin müəyyən olunaraq ifşa olunması mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır.
4. Şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ 6-cı PB-nin sahə inspektoru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək, ifadəsində onun dediklərini bir daha təsdiqləmişdir (cild 01, iş vərəqi 114-116).
5. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Binəqədi RPİ KTQ-nin baş ekspert kriminalisti vəzifəsində xidmət edir, polis mayorudur. 05 sentyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində 6-cı PB-nə dəvət olunmuş, bölmədə narkotik vasitələri üzərində gəzdirmədə şübhəli bilinən Təqsirləndirilən şəxs üzərinə şəxsi axraış aparılmasında iştirak edəcəyi nəzərinə çatdırılmışdır. Həmin gün saat 16:05-də şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs hüquqları izah olunduqdan sonra üstündə, paltarında və paltarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif olunmuş, Vaqif də əynində olan boz rəngli idman şalvarının qabaq sağ yan cibindən bir ədəd qara rəngli kağız büküm çıxarıb masanın üzərinə qoymaqla bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə olan heroin vardır. Həmin qara rəngli kağız bükümə baxıldıqda onun içərisində qəhvəyi rəngli spesifik iyə malik toz şəklində maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdəki maddə narkotik vasitə olan heroindir, həmin narkotik vasitə olan heroini 05 sentyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün əldə etmiş, üzərində saxlamaqla daşımışdır. Sonra aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üstündə başqa heç bir şey yoxdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış keçirilmiş, lakin heç bir əşya və ya predmet aşkar olunmamışdır. Axtarış və götürmə zamanı tərəfindən «Panasonik» markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılmışdır. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu üçün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə keçirilən zaman ona qarşı hər-hansı bir fiziki və ya psixoloji təziq göstərilməmişdir.
6. İbtidai istintaq oraqını iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, aşağıdakı ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir.
7. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, etimad docuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi bildirilmişdir (cild 01, iş vərəqi 03).
8. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, X6 qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, üzərində saxlayaraq daşıması, istifadəsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsinin əməkdaşları Şahid1 və X2 ibarət əməliyyat qrupu yaradılmışdır (cild 01, iş vərəqi 04-06).
9. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİ-nin MSY-yə təhvil verilmişdir (cild 01, iş vərəqə 20-21).
10. «Şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində Binəqədi RPİ-nin 6-cı PB-nə gətirilmiş və saat 16:05 radələrində üzərində «Panasonic» videokamera vasitəsi ilə videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilərkən, o, əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə olan heroindir və xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu «Papanin» adlanan ərazidə tanımadığı və adını bilmədiyi şəxsdən 20 (iyrmi) manata almışdır. Axtarış və götürmə haqqında protokol tərtib olunmuş və imzalarla təsdiq olunmuşdur (cild 01, iş vərəqi 32-34).
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4801 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Zərflər üçün №175» dairəvi möhürü əksi olan, «Vət. A. Vaqif» sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd içərisində bir ədəd bükümdə təmiz çəkisi 2,191 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi - 2,191 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 2,141 qramdır.
12. «Baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, üzərində markası olmayan, ağ rəngli bir ədəd DVD diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində bir ədəd videofayl olması müyəyyən edilmişdir. Həmin videofaylda olan videogörüntü xx.xx.2022-ci il tarixdə, saat 16:05-də lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, həmçinin biri polis forması geyimiş, cəmi dörd nəfər kişi cinsi şəxlər müşahidə olunur. Videogörüntü 08 dəqiqə 42 saniyə davam edir. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Rövşən Məmmədov kimi təqdim edən şəxsin İştirakçıları təqdim edib Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və sahə inspektoru, polis kapitanı X11 olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayaq üstə durması və üzərində qanunla dövriyyəsi qadağan əşyalar varsa, onları təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd qara rəngli kağız bükülünü çıxararaq masanın üstünə qoyur. Daha sonra təhqiqatçının təklifi ilə Təqsirləndirilən şəxs bir ədəd qara rəngli kağız bükülü açıldıqda içərisindən maddə aşkar olunur. Sonra Təqsirləndirilən şəxs büküm ilə bağlı təhqiqatçı tərəfindən şifahi sorğu-sual edilir və o, təqdim etdiyi bükülününün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni Nəsimi rayonu Papanin adlanan ərazidə tanmadığı şəxsdən 20 (iyirmi) manata əldə etdiyini qeyd edir. Bundan sonra bir ədəd büküm olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür. Videogörüntü həmin anda başa çatmışdır (cild 01, iş vərəqi 54).
13. «Əməlin tövsif edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir (cild 01, iş vərəqi 63-64).
14. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur (cild 01, iş vərəqi 68-69).
15. «Maddi sübut kimi tanınma haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2,191 qram olan həmin narkotik maddə, heroin sübut əhəmiyyəti kəsb etdiyindən, iş üzrə maddi sübut kimi tanınmış və qalıq qalmış 2,141 qram heroin saxlanılması üçün Bakı şəhəri Binəqədi RPİnə təhvil verilmişdir (cild 01, iş vərəqi 96).
16. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vərəqi 106.107).
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsin Ambulator X1 xx.xx.2022-ci il tarixli, 6076 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vərəqi 117-118).
18. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli, 3076 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs halhazırda və törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur və buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 01, iş vərəqi 119-121)
19. «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan bir ədəd DVD formatlı disk maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq istintaq materiallarına əlavə edilmişdir (cild 01, iş vərəqi 122-129).
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
20. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə (kakos) istifadəçisi olsa da saxlanıldığı gün üzərində narkotik maddə olmamışdır. Əvvəllər gündəlik bir çet narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni müxtəlif yerlərdən almışdır. Üzərindən aşkar olunan narkotik vasitə ona məxsus olmamışdır. Evə doqquz nəfər daxil olaraq, cibindən qara kağız bükülü çıxartmışlar, o isə həmin bükümün ona aid olmadığını demişdir. Həmin bükümdəki narkotik vasitənin ona məxsus olmaması barədə etiraz etdikdə, ona işgəncə vermişlər. Məhkəmədə barəsində qətimkan tədbiri seçilərkən güya üzərindən aşkarlanan narkotik vasitəni boynuna qoyulduğunu deməmiş, lakin müstəntiqə bu barədə bildirmiş, ekspertiza rəyi ilə tanış olduqdan sona etiraz etdiyini yazmışdır. Üzərindən aşkar olunan 2,191 qram narkotik vasitə ona məxsus olmamışdır. Onun cibində, evində narkotik vasitə olmamışdır. Bölmədə ona qarşı fiziki təzyiq etmişlər. Bölmədə və ya hər hansı bir yerdə videoçəkiliş olmamışdır. İbtidai istintaq zamanı etirafedici ifadələrini oxumadan, savadsızlığı səbəbindən imza etmişdr. Halbuki, heç bir narkotik vasitə almamış və üzərində olmamışdır. Onun ibtidai araşdırmada şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri həqiqəti əks etdirmir, məhkəmə iclasında verdiyi ifadəsi isə doğrudur. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir.
Məhkəmənin hüquqi dəyərləndirməsi:
21. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi həmin Məcəllənin «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər» fəslində nəzərdə tutulmuşdur.
22. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır.
23. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır.
24. «Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir.
25. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür.
26. Deməli, Təqsirləndirilən şəxs istinad olunan əməldə onun təqsirliliyinin sübuta yetirilməsi üçün satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdardan artıq miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi, daşıması sübut edilməlidir.
27. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
28. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür.
29. Məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıması faktını sübuta yetirə bilməmişdir.
30. Məhkəmə, ibtidai istintaq orqanının ittihamı əsaslandırmaq üçün təqdim etdiyi hər bir sübut üzrə gəldiyi nəticəni ayrı-ayrılıqda şərh etməyi zəruri hesab edir.
31. İlk öncə məhkəmə qeyd edir ki, Bakı şəhəri Binəqədi RPİ 6-cı PB-nin «şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokolunda göstərilmişdir ki, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış bölmənin inzibati binasındakı xidməti otaqların birində idarənin ekspert kriminalisti, polis mayoru Şahid3, bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və sahə inspektoru, polis kapitanı X4 iştirakı ilə təhqiqatçı, polis kapitanı X7 tərəfindən aparılmışdır. Başqa sözlə desək şəxsi axtarışda beş nəfər iştirak etmişdir. Lakin, Binəqədi RPİ İstintaq Şöbəsinin şəxsi axtarış və götürmə aparılarkən «Panasonic» videokamera vasitəsi ilə qeydə alınmış bir ədəd DVD diskə baxış keçiriliməsi nəticəsində tərtib etdiyi «baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, sözü gedən istintaq hərəkətinin aparılmasında ekspert kriminalist Şahid3 iştirakı qeyd olunmamışdır. Belə ki, həmin protokolda qeyd olunr ki, «.... . Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar, və kompüter dəsti, həmçinin biri polis forması geyinmiş, cəmi 04 nəfər kişi cinsi şəxslər müşahidə olunur».
32. Bakı şəhəri Binəqədi RPİ-nin ekspert kriminalisti, polis mayoru Şahid3 həm ibtidai istintaqda, həm də məhkəmə iclasında şahid qismində verdiyi ifadələrində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış istintaq hərəkətində şəxsən iştirak etdiyini, bu barədə tərtib olunmuş protokolu imzaladığını bildirmişdir.
33. Bundan başqa «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolla «baxış keçirilməsi haqqında» protokol arasında olan digər bir uyğunsuzluq ilkin protokolda şübhəli şəxsə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində, eləcə də «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilmsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş digər hüquq və vəzifələrinin izah olunması qeyd olunsa da, sonrakı protokolda bu barədə məlumat əks olunmamışdır.
34. Göründüyü kimi, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol ilə həmin isintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən diskə «baxış keçirilməsi haqqında» protokol bir-biri ilə əhəmiyyətli ziddiyyət təşkil edir. Bu halın mövcudluğu “şəxsi axtarış və götürmə” hərəkətinin ümumiyyətlə aparılmaması ilə bağlı şübhələr yaradır.
35. Məhkəmənin qənaəti ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti ümumiyyətlə həyata keçirilməmiş, formal olaraq «şəxsi axtarış və götürmə aparılması haqqında», həmçinin «diskə baxış keçirilməsi haqqında» protokollar tərtib olunaraq cinayət işinin materiallarına əlavə etmiş, bununla da ibtidai araşdırmanın qanuni və əsaslı olması görüntüsü yaradılmışdır.
36. Beləki, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarında olan, şəxsi axtarış və götürmənin qeydə alındığı videogörüntünün olduğu bir ədəd CD diskə tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı həmin diskin boş olduğu, diskdə heç bir faylın olmadığı müəyyən edilmişdir.
37. Bundan əlavə, xx.xx.2022-ci il tarixli «baxış keçirilməsi haqqında» protokoldan o da görünür ki, şəxsi axtarış və götürməni özündə əks etdirən videogörüntü əslində bir ədəd DVD diskdə olmuşdur, lakin iş materiallarında olan disk CD formatlıdır.
38. Məhkəmə, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinin vacibliyi baxımından şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu DVD diskin ibtidai istintaq orqanında ola biləcəyi ehtimalını araşdırmaq məqsədi ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi Rayon Prorkurorluğuna 06 və 19 iyun 2023-cü il tarixlərində sorğu ünvanlayaraq videogörüntünün mövcud olduğu halda əks olunduğu diskin məhkəməyə göndərilməsinin təmin edilməsini xahiş etmiş, lakin sorğuya rəsmi cavab verilməmişdir. Bu fakt da özlüyündə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosessual hərəkətinin aparılmasını şübhə altına alır. Belə olan halda mövcud olmayan diskə baxış keçirilməsi haqqında protokol da öz əhəmiyyətini itirmiş olur.
39. Bundan başqa, təqsirləndirilən şəxs özü də məhkəmə iclasında şübhəli şəxs qismində saxlanıldığı vaxt üzərinə videoçəkiliş olmadan şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasını, ittihamda qeyd edilən narkotik vasitənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu təkidlə bildirmişdir.
40. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, ibtidai araşdırma zamanı şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən video çəkiliş aparılmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılarkən videogörüntünün qeydiyyata alınmadığı müəyyən olunduğundan həmin istintaq hərəkətinin məhz hal şahidlərinin iştirakı ilə aparılıb-aparılmamasının aydınlaşdırılması zərurəti yaranmışdır.
41. Məhkəmədə xx.xx.2022-ci il tarixli «şəxsi axtarış və götürmə aparıması haqqında» protokol tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin istintaq hərəkəti hal şahidlərinin iştirakı olmadan keçirilmişdir.
42. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir.
43. Həmin Məcəllənin 94.1-ci maddəsinə görə cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidlərinin iştirakı ilə keçirilməli olan istintaq hərəkətlərinin onların iştirakı olmadan keçirilməsi cinayət-prosessual qanunvericiliyin kobud pozuntusu sayılır və bu yolla əldə edilmiş sübutlar mümkün olmayan sübutlar kimi qiymətləndirilir.
44. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 247.1-ci maddəsinə əsasən axtarış və götürmə aparılması haqqında protokolda hal şahidlərinin, həmçinin iştirak etmiş digər şəxslərin anket məlumatları, hər birinin şübhəli şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda) göstərilməlidir. Həmin Məcəllənin 247.3-cü maddəsinə görə axtarış və ya götürmə zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.
45. Cinayət-Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddəsi ümumilikdə onu nəzərdə tutur ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd əks etdirməklə protokol tərtib edir.
46. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Belə hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həllində hər hansı halın sübut edilməsində istifadə edilə bilməz. İstintaq və digər prosessual hərəkətin icraatı qaydalarının kobud pozuntularla müşayiət edildiyi hallara istintaqın keçirilməsində iştirakı məcburi olan bir və ya bir neçə subyektin iştirakı olmadan bu hərəkətin həyata keçirilməsi halı da aiddir.
47. Hazırkı işdə narkotik vasitənin aşkar edilməsini təsdiq edən yeganə sübut (şəxsi axtarış və götürməni) əhəmiyyətsiz sübut (sübut kimi qəbul edilməyən) hesab olunduğundan və qanunvericiliyin tələblərinə görə həmin halın digər yanakı sübutlarla (işdə marağı olan polis əməkdaşlarının ifadələri ilə) müəyyən edilməsi yolverilməz olduğundan təqsirləndirilən şəxsə istinad olunan əməlin sübuta yetirilməməsi qənaəti formalaşır.
48. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olanan hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz.
49. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.
50. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı xx.xx.2000-ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmasını nəzərdə tutmur (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.)
51. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı etirafedici ifadəsi sübut növü kimi digər sübutlardan heç bir üstün hüquqa malik olmadığı üçün iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Bundan əlavə, cinayət prosessual qanunvericiliyinin ən mühüm prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyasına görə şəxsin təqsirli olmasını şübhə altına alan hər hansı bir hal ehtimal edilərsə və bu ehtimal aradan qaldırılmırsa həmin şəxs təqsirli hesab oluna bilməz.
52. Məhkəmə araşdırması zamanı ittiham tərəfi Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir.
53. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri onun təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələrin onun xeyrinə şərh edilməsi nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər.
54. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.
55. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, ona həmin maddə ilə bəraət verilməlidir.
56. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
57. Həmin Məcəllənin 42.2, 42.2.4-cü maddələrinə görə bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə məhkəmə bəraət hökmü çıxarır.
58. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
59. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir.
60. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,141 qram heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılmalıdır.
61. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi göstərilən, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsünün olduğu qeyd olunan bir ədəd DVD (əslində CD) formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır.
62. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4-cü maddələrinə əsasən ona bəraət verildiyindən sözü gedən qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir.
63. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə Müdafiəçi ödənilməsi üçün 360 AZN (üç yüz altmış) manat onun fəaliyyət göstərdiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə köçürülməlidir.
64. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.2-ci maddəsinə uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
65. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir.
66. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununun müddəalarına uyğun olaraq təqsirləndirilən şəxsə vurulmuş fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qanunvericiliyə uyğun olaraq iddia qaldırmaq hüququ izah edilməlidir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 42.1.4, 42.2, 42.2.4, 193, 344-350, 352-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Cinayət-Prosessual Məcəllənin 42.1, 42.1.4, 42.2, 42.2.4-cü maddələrinə uyğun olaraq təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,141 qram heroin prokurorluğa göndərilməsi qərara alınmış araşdırma ilə əlaqədar Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilməsi göstərilən, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsünün olduğu qeyd olunan bir ədəd DVD (əslində CD) formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci olan 65 manat (altmış beş manat) məbləğində pul dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı vəkil Müdafiəçi fəaliyyət göstərdiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.