Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-719/2020 07.10.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçilər Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Bakı şəhəri 3 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR, Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 8, ev 26da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1987-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Füzuli şəhəri, Xanlar küçəsi, ev 72-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, mənzil 4-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1969-cu il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olmaqla, Xırdalan şəhəri, 24-cü məhəllə, h/evi 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmək, saxlamaq, daşımaq barədə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri ilə razılaşıb birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda – 2.283,078 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda – 20,26 qram çəkidə kustar usulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Təqsirləndirilən şəxs1 külli miqdarda – 2.255,142 qram çəkidə narkotik vasitə heroini yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qafqaz küçəsi, ev 45/15 saylı evə daşıyıb külli miqdarda – 2.005 qram çəkidə narkotik vasitə heroini yaşadığı evdə gizlətməklə və külli miqdarda – 250,142 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda – 18,986 qram çəkidə psixotrop maddə metamfetamini isə üzərində daşımaqla saxlamış, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satış məqsədi olmadan Təqsirləndirilən şəxs3 külli miqdarda – 4,311 qram narkotik vasitə heroini əldə etmiş, Təqsirləndirilən şəxs3 qanunsuz olaraq satış məqsədilə əldə edərək üzərində külli miqdarda - 23,625 qram çəkidə narkotik vasitə heroini və 1,274 qram çəkidə psixotrop maddə metamfetamini isə üstündə saxlamaqla Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 57 ünvanında yerləşən “Embawood” mebel dükanının yaxınlığına daşımışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin gün saat 03:04-də qeyd olunan ünvanda saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs2 əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi və daşıdığı külli miqdarda – 4,311 qram çəkidə narkotik vasitə heroini, Təqsirləndirilən şəxs3 isə əynindəki gödəkçəsinin sol yan cibindəki qutunun içərisindən qanunsuz olaraq satış məqsədi ilə əldə etdiyi və daşıdığı altı ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,476 qram, 0,141 qram, 0,147 qram, 0,282 qram, 0,113 qram və 0,115 qram olmaqla ümumilikdə - 1,274 qram çəkidə psixotrop maddə metamfetamini və altı ədəd şəffaf polietilen bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,087 qram, 4,366 qram, 6,148 qram, 2,442 qram, 2,036 qram və 2,546 qram olmaqla ümumilikdə külli miqdarda - 23,625 qram çəkidə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin gün saat 03:35-də Təqsirləndirilən şəxs1 yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Qafqaz küçəsi, 45/15 saylı evin qarşısında saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra o, əynindəki gödəkçəsinin iç sol cibindən bir ədəd sellofan bükümdə olan bir ədəd şəffaf polietilen bükümdə satış məqsədilə əldə etmiş, daşımış külli miqdarda – 18,986 qram çəkidə psixotop maddə metamfetamini, bir ədəd şəffaf polietilen bükümdə külli miqdarda - 250,142 qram çəkidə narkotik vasitə heroini və bir ədəd üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzini, eləcə də yaşadğı evin yataq otağının küncündən bir ədəd üzəri yapışqan lentlə bağlanmış qara rəngli polietilen bükümdə külli miqdarda 2005 qram çəkidə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 57 ünvanında yerləşən “Embavood” mebel dükanının qarşısında qanunsuz olaraq satış məqsədi olmadan tanışı Təqsirləndirilən şəxs3 külli miqdarda – 4,311 qram narkotik vasitə heroini əldə edərək, üzərində saxlayaraq, daşımışdır. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən xx xxxxxx 2020-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin gün saat 03:04-də qeyd olunan ünvanda saxlanılaraq baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs2 əynindəki gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf polietilen bükümdə qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi və daşıdığı külli miqdarda –4,311 qram çəkidə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, ailəlidir, 3 uşağı var. Ailəsi ilə Xətai rayonu, UPD qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımış və aralarında dostluq münasibətləri olmuşdur. Bir ilə yaxındır ki, narkotik vasitə olan heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. Qəbul etdiyi narkotik vasitəni əvvəllər tanımadığı, təsadüfən yaşadığı evin yaxınlığında yaşayan şəxslərdən almışdır. Narkotik vasitələrin kim tərəfindən satılmasını xatırlamır, onların anket məlumatlarını, telefon nömrələrini bilmir. Qeyd etmək istəyir ki, bir müddət əvvəl o, istifadə etmək üçün çayxanada Rəhim adlı bir nəfərdən 200 qram narkotik vasitə heroin əldə etmişdir. Ona pulu sonra verəcəyinə söz versə də sonradan onu aldadaraq həmin narkotikin pulunu verməmişdir. Həmin şəxsin anket məlumatını, ünvanını, telefonunu bilmir. Həmin narkotiki Gündüzlə o, kirayədə qaldıqları Keşlə qəsəbəsindəki evdə televizorun arxasında gizlətmişdir. Təqsirləndirilən şəxs1 Keşlə qəsəbəsində yerləşən evi tanışından 200 manata kirayə götürmüşdür. Hərdən o da həmin evdə qalmışdır. Kirayə tutduğu evi ona Gündüz tapmış, ev sahibini o, tanımamış, Gündüz tanımışdır. Onun kirayə ev tutmağı barədə ailəsinin məlumatı olmamışdır. Kirayə tutduğu evə görə kirayə müqaviləsi olmamışdır. Ayı 200 manata kirayə qalmışdır. Həmin evə Gündüz və digər tanışları da gəlmiş, onlar nərd oynayıb, hərdən-bir birlikdə narkotik vasitədən istifadə etmişlər. Gündüz həmçinin evə bir qadın gətirirmiş. xx xxxxxx 2020-ci il tarixdə onun kirayə qaldığı evdə Təqsirləndirilən şəxs1 bir qadını aparıb və ona qadınla həmin evdə olacaqlarını bildirmişdir. O, isə həmin tarixdə, yəni, xx xxxxxx 2020-ci il tarixdə təsadüfən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 57 ünvanında yerləşən “Embavood” mebel dükanının qarşısında Təqsirləndirilən şəxs2lə rastlaşmışdır. Onlar birlikdə bərbərxanaya getmişlər. Fizuliyə istifadə etməsi üçün onun əvvəlcədən əldə etdiyi 200 qram narkotikdən təqribən 1 qram narkotik vasitə vermişdir. Həmin narkotik vasitənin əvəzində o, Fizulidən pul almamışdır. Bir az keçmiş polis əməkdaşları gəlib onları saxlayıb, onlarda narkotik vasitənin olub-olmadığını soruşmuşlar. O, kirayə qaldığı evdə təqribən 200 qram narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə onun kirayə qaldığı evə getmişlər. Evin yerini polis əməkdaşlarına o, göstərmişdir. Evdə həmin narkotik vasitələrin yerini o, göstərmiş və polis əməkdaşları həmin narkotiki götürmüşlər. Lakin, polislər narkotikin çəkisini artıq yazmışlar. Bundan sonra onları Baş X1 İdarəsinə aparmışlar. Orada Fizuli onun verdiyi 1 qram narkotik vasitəni polislərə təqdim etmişdir. Sorğu zamanı Fizuli təqdim etdiyi bükümü həmin gün bir neçə dəqiqə əvvəl ondan istifadə etmək üçün götürdüyünü bildirmişdir. Fizulinin dediklərini o da təsdiq edib, Fizuliyə heroini hədiyyə verdiyini etiraf etmişdir. O, narkotik vasitənin istifadəçisidir. O, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Onda ittiham aktında göstərilən 23,625 qram çəkidə narkotik vasitə heroin və 1,274 qram çəkidə psixotrop maddə metamfetamin olmamışdır. Fizuli onun kirayədə qaldığı evə əvvəllər gəlməmişdir. O, hərdən-bir Fizuliyə istifadə etməsi üçün narkotik vasitə vermiş, lakin, Fizulidən pul almamışdır. Əməlindən peşman olmuşdur. Ona təqdim olunmuş cinayət işinin 1-ci cild 32-35-ci vərəqələrində olan əməliyyat tədbirinin keçirilməsi barədə və maddi sübutun götürülməsi barədə protokol və protokolda olan imzaya münasibətdə Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ona təqdim olunmuş imza onundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 85-87-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: … «....xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində biz Fizuli ilə təsadüfən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 57 ünvanında yerləşən “Embavood” mebel dükanının qarşısında rastlaşdıqda mən Fizulinin xahişinə əsasən ona təxminən 4-5 qram çəkidə heroini hədiyyə verdim... Bundan sonra polislər məndən üzərimdə hər hansı qanunsuz əşyaların olub-olmamasını soruşdular. Cavabında mən bildirdim ki, əynimdəki gödəkcəmin sol yan cibində qara rəngli qutuda 6 büküm psixotrop maddə şüşə və 6 ədəd sellofan bükümdə narkotik vasitə heroin vardır. Sorğu zamanı bildirdim ki, həmin bükümü bir gün əvvəl Gündüz adlı tanışımdan qramını 15 manata heroini və qramını 25 manata şüşəni öz istifadəm üçün almışdım... » Həmçinin, cinayət işinin 1-ci cild 92-95-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: … «....Qəbul etdiyim və satdığım heroini və şüşəni əvvəllər tanımadığım təsadüfən yaşadığım evin yaxınlığında yaşayan şəxslərdən son bir aya yaxındır isə əvvəl tanıdığım Gündüz adlı şəxsdən alırdım. Belə ki, təxminən bir ay bundan əvvəl Gündüz məni yaşadığı Babək prospekti, Qafqaz küçəsi, ev 45/15-ə dəvət etdi. Evdə mənə təxminən 2 kilodan artıq miqdarda heroin və 50 qrama yaxın şüşə göstərib həmin malları ona satmaqda köməklik edə biləcəyimi soruşdu. Həmin narkotiki haradan əldə etməsini Gündüz mənə deməmişdir. Mən ona yavaş-yavaş həmin narkotiki sata biləcəyimi dedim. Belə ki, razılıq əsasında mən heroinin qramını 15 manatdan, şüşəni isə qramını 25 manatdan alıb bükümlərə bölüb daha baha qiymətə satırdım... Sonuncu dəfə tutulmamışdan bir gün əvvəl səhər saatlarında mən Gündüzün evinə gedib ondan 100 qrama yaxın heroin və 10 qrama yaxın şüşə alıb xırda bükümlərə bölüb bir hissəsini tanımadığım və təsadüfən rastlaşdığım şəxslərə satdım... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. Ona təqdim olunmuş imza ona məxsusdur. O, ifadələrini oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, ailəsi ilə Xırdalan şəhərində məcburi köçkün kimi məskunlaşmışdır. O, evlidir və 4 uşağı var. Təqsirləndirilən şəxs3 tanıyır. Onunla münasibətləri yaxşıdır. Digər Təqsirləndirilən şəxs2 tanımamışdır. O, 2017-ci ildən şüşə kimi tanıdığı psixotrop maddə metamfetamini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etmişdir. Qəbul etdiyi narkotiki tanımadığı, təsadüfən rastlaşdığı şəxslərdən almışdır. Hadisə günü, yəni, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 kirayə qaldığı evdə olmuş və həmin vaxt onunla bir nəfər tanış qadın da olmuşdur. Qadının anket məlumatlarını demək istəmir. Evdə onlardan başqa heç kəs olmamışdır. Təqsirləndirilən şəxs3 kirayə ev axtardığı üçün həmin evi Vahibə o, tapmışdır. O, tanışı Bahar adlı qadınla Vahibin evində olarkən axşam tərəfi saat təxminən 18-19 radələrində Vahib qapını döymüş və o, qapını açarkən Vahiblə birgə polis əməkdaşlarının gəldiyini görmüşdür. Həmin vaxt onda narkotik vasitə olmamışdır. Vahibi, onu və onun yanında olan qadını Baş X1 idarəsinə aparmışlar. Sonra yenidən həmin evə qaytarıb orada çəkiliş etmişlər. Çəkiliş edərkən bir bağlamanı onun qoltuğuna verib, onun qarşısına elə bir şərt qoymuşlar ki, o, məcbur olub həmin bağlamanın ona məxsus olduğunu etiraf etmişdir. Etiraf etməsə həmin qadına da onlarla əlbirlik verəcəklərini bildirmişlər. O da qadının adı hallanmaması üçün onların deməsi ilə razılaşmış və çəkiliş zamanı etiraf etmişdir. Əslində isə həmin gün şəxsən onda 2.255,142 qram çəkidə narkotik vasitə heroin, 2.005 qram çəkidə narkotik vasitə heroin, 250,142 qram çəkidə narkotik vasitə heroin və 18,986 qram çəkidə psixotrop maddə metamfetamin olmamışdır. Eləcə də o, heç vaxt kiməsə narkotik vasitə satmamışdır. Gecələr Vahibin evində qalanda hərdən bir Vahib ona da istifadə etməyi üçün narkotik vasitə vermişdir. Vahib ona verdiyi narkotikə görə ondan pul almamışdır. Vahib kirayə ev axtardığı üçün o da tanışının evini Vahibə demişdir. Kirayə pulu 200 manat olmuş və pulu Vahib özü vermişdir. O, hərdən-bir gəlib Vahibin kirayə qaldığı evdə qalmışdır. Həbs olunana qədər təxminən 15-20 dəfə həmin evdə qalmışdır. Həmin evdə dostlarla yığışıb hərdən narkotik istifadə etmişlər. Ona təqdim olunmuş cinayət işinin 1-ci cild 32-35-ci vərəqələrində olan əməliyyat tədbirinin keçirilməsi barədə və maddi sübutun götürülməsi barədə protokol və protokolda olan imzaya münasibətdə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ona təqdim olunmuş imza onundur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 130-132-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «....xx xxxxxx 2020-ci il tarixdə saat 03 radələrində mən yaşadığım evin qarşısında olan zaman mənə bir neçə nəfər polis əməkdaşı yaxınlaşaraq üzərimdə qeyri-qanuni olan əşya və ya predmetlər varsa təqdim edilməsi xahiş olundu. Mən əynimdəki qara rəngli dəri gödəkcəmin iç sol cibindən içərisində heroin və şüşə olan bir ədəd sellofan torbanı çıxardaraq polis əməkdaşlarına təqdim etdim. Həmin torba açıldıqda orada 02 ədəd büküm və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olundu.... Sorğu zamanı bildirdim ki, yaşadığım evdə də narkotik vasitə vardır. Bundan sonra evə daxil olarkən sol tərəfdə yerləşən qapıdan içəri daxil olarkən yataq otağında yerləşən “Panasonic” markalı televizorun arxasında otağın küncündə içərisində 2 kiloqram heroin olan qara rəngli torbanı polislərə verdim... » Həmçinin, cinayət işinin 1-ci cild 102-104-cü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: … «....Təxminən bir ay bundan əvvəl mən təsadüfən bir nəfər özünü Bacıoğlu kimi təqdim edən şəxslə görüşüb ondan özüm üçün şüşə aldıqda həmin şəxs ondan külli miqdarda şüşə və heroin olduğunu bildirib mənə pulunu sonradan ödəmək şərti ilə satışı ilə məşğul olmağı təklif etdi. Bacıoğlu özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edərək həmin malı İrandan gətirdiyini və yüksək keyfiyyətli mal olduğunu bildirdi. Mən onun sözlərinə inanıb onunla razılaşdım və Bacıoğlu mənə həmin görüşdüyümüz Əmircan qəsəbəsi ərazisində təxminən 2 kiloqramdan artıq heroin və 50 qramdan artıq şüşə verdi. Həmin mala görə mən satışını bitirdikdən sonra Bacıoğluya 15.000 manat pul verməli idim. Mən götürdüyüm heroini və şüşəni yaşadığım evə gətirib gizlətdim. Həmin ərəfədə mən 5-6 aya yaxındır ki, tanıdığım narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olan Vahibi evə çağırıb ona malı göstərib satışında mənə köməklik etməsini xahiş etdim. Həmin narkotiki haradan əldə etdiyimi deməmişdim. Vahib yavaş-yavaş həmin narkotiki sata biləcəyini dedi. Belə ki, razılıq əsasında o, heroini qramını 15 manatdan, şüşəni isə qramını 25 manatdan alıb bükümlərə bölüb daha baha qiymətə satırdı. ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. Ona təqdim olunmuş imza ona məxsusdur. O, ifadələrini oxumadan imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Təqsirləndirilən şəxs3 5-6 ilə yaxındır ki, tanıyır. Onunla yaxın dost münasibətləri olmuşdur. Digər Təqsirləndirilən şəxs1 tanımamışdır. O, təxminən hadisədən bir ay əvəl narkotik vasitə olan heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etməyə başlamışdır. Hərdən-bir Vahib ona istifadə etməyi üçün narkotik vasitə vermişdir. Lakin, bunun müqabilində ondan heç vaxt pul almamışdır. Onlar bir yerdə narkotik vasitədən istifadə etmişlər. O, bir ay ərzində cəmi 3-4 dəfə heroin qəbul etmişdir. Vahibin kimdən narkotikləri almasını bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə təsadüfən Vahiblə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 57 ünvanında yerləşən “Embawood” mebel dükanının qarşısında rastlaşmışlar. Vahib bərbərə getdiyini bildirib, ona da onunla getməyini demişdir. Onlar birlikdə bərbərə getmişlər. Həmin vaxt o, Vahibdən narkotik vasitə olub-olmamasını soruşmuşdur. Vahib ona 1 qram narkotik vasitə vermişdir. Bundan sonra polis əməkdaşları gəlib onları tutmuşlar. Bundan sonra, ünvan 2 saylı ünvana yollanmışlar. Həmin ünvanı polis əməkdaşlarına Vahib demişdir. Ora çatanda o, maşından düşməmiş, polis əməkdaşları ilə Vahib isə maşından düşmüşlər. Evdə nə baş verməsini o, bilməmişdir. Bir az keçmiş polis əməkdaşları, Vahib, həmin gün ilk dəfə gördüyü Gündüz və bir qadınla qayıdıb, onları Baş X1 İdarəsinə aparmışlar. Orada üzərində qanunsuz əşya olduğu halda təqdim etməyini təklif etdikdə, o, əynində olan qara rəngli gödəkcəsinin cibində bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinin olduğunu bildirərək həmin gün Vahibin ona verdiyi bir qram olan narkotiki çıxarıb polislərə təqdim etmişdir. Həmin bükümə baxış keçirildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. O, həmin zərfin üzərində imza etmişdir. Sorğu zamanı təqdim etdiyi bükümü həmin gün bir neçə dəqiqə əvvəl yanındakı tanışı Vahibin istifadə etməyi üçün hədiyyə etdiyini bildirmişdir. Vahib onun dediklərini təsdiq edib, ona heroini hədiyyə verdiyini bildirmişdir. Bundan sonra, orada bir paket çıxardıb, bu paketində onlardan çıxdığını bildirmişlər. Gündüzə ya bunu qəbul etməsini, ya da yanında olan qadını da bu işə qoşacaqlarını şərt qoymuşlar. Ona isə cəmi 4 qram yazdıqlarını, bu çəki ilə onu həbs etməyəcəklərini və məhkəmədən onu ev dustaqlığına buraxacaqlarını bildirmişlər. Buna görə də o, nə yazmışdılarsa, bütün sənədləri imzalamışdır. O, heç vaxt narkotik vasitənənin satışı ilə məşğul olmamış, narkotik vasitənin istifadəçisidir. Vahib ona hərdən-bir istifadə üçün narkotik vasitə vermiş və o, heç vaxt narkotik vasitə üçün Vahibə pul verməmişdir. Onlar narkotik vasitəni birlikdə istifadə etmişlər. O, heç vaxt müalicə olunmamışdır. Vahibin ev kirayə tutmasını bilməmiş, heç vaxt Vahibin kirayə tutduğu evdə olmamışdır. Vahibdə nə qədər narkotik vasitə aşkar olunmasını o, bilməmişdir. Vahibin narkotik vasitəni kimdən almasını bilməmişdir. Əməlindən peşman olmuşdur. Ona təqdim olunmuş cinayət işinin 1-ci cild 32-35-ci vərəqələrində olan əməliyyat tədbirinin keçirilməsi barədə və maddi sübutun götürülməsi barədə protokol və protokolda olan imzaya münasibətdə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, protokolda olan imza onundur, lakin, o, protokolu oxumadan imza etmişdir. Protokolda qeyd olunan 4,311 qram narkotik vasitə onda olmamış, onda cəmi 1 qram narkotik vasitə heroin olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş və ifadənin sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 1-ci cild 83-85 və cinayət işinin 2-ci cild 72-74-cü vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: … «.... xx xxxxxx 2020ci il tarixdə saat 03 radələrində biz Vahiblə təsadüfən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 57 ünvanında yerləşən “Embawood” mebel dükanının qarşısında rastlaşdıqda mən Vahibdən heroini olub-olmamasını öyrəndim. Vahib həmişə olduğu kimi mənə bir bükümdə təxminən 4-5 qram çəkidə heroini hədiyyə verdi ... » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, elan olunmuş ifadələrini təsdiq etmir. Ona təqdim olunmuş əlyazma və imza ona məxsusdur. O, ifadələri oxumadan imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər tanmamışdır. xx xxxxxx 2020-ci il tarixdə Naxçıvan şəhəri, B.Abbasov küçəsi, döngə 2, ev 26-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Baş İdarəyə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə Baş X2 rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs2 müəyyən edilib ifşa olunması istiqamətində Bakı şəhəri ərazisində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədi ilə əməliyyat qurupu yaradılmışdır. Əməliyyat qrupunda o da iştirak etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 02:58-də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 57 ünvanında yerləşən “Embawood” dükanının yaxınlığında əməliyyat mövqeyi seçilmişdir. Saat 03:04 radələrində xarici görünüşcə Təqsirləndirilən şəxs2 oxşar şəxs və yanında olan bir şəxs onlar tərəfindən müəyyən edildikdə tədbir iştirakçıları ilə həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirdikdən sonra həmin şəxslər özlərini biri Təqsirləndirilən şəxs2 kimi, yanında olan digər şəxs isə Təqsirləndirilən şəxs3 kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs2 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarla tanış edildikdən sonra Fizuliyə narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsində şübhəli olduğu izah edildikdən sonra üzərində hər hansı qanunsuz əşyaların olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs2 əynindəki gödəkcənin sağ yan cibində bir ədəd bükümdə narkotik vasitə olan heroin olduğunu bildirərək cibindən bir ədəd bükümü çıxararaq təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda orada narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Aşkar olunmuş maddə qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümü həmin gün yanındakı tanışı Vahib adlı şəxsdən özü istifadə etməsi üçün aldığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edib ona narkotik vasitə olan heroin verdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 üzərindəki gödəkçəsinin sol yan cibindən qara rəngli qutuda 12 ədəd büküm çıxarıb təqdim etmişdir. Baxış zamanı həmin bükümlərdə narkotik vasitə olan heroinə və psixotrop maddə olan metamfetaminə oxşar maddələr aşkar olunmuşdur. Həmin aşkar olunmuş maddələr qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 həmin bükümü bir gün əvvəl Bakı şəhər sakini Gündüz adlı şəxsdən ümumilikdə qramını 15 manata heroini, qramını 25 manata isə metamfetamini özü istifadə etmək üçün aldığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 Gündüz adlı şəxsin ev ünvanını göstərə biləcəyini demiş və bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 03:35 radələrində tədbir iştirakçıları Gündüz adlı şəxsin yaşadığı ünvan 2 saylı ünvana yola düşmüşlər. Həmin ünvanın qarşısında Təqsirləndirilən şəxs3 göstərdiyi şəxs müəyyən edilərək tədbir iştirakçıları tərəfindən saxlanılmışdır. Saxlanan şəxs özünü Təqsirləndirilən şəxs1 kimi təqdim etdikdən sonra ona üzərində qeyri-qanuni olan əşya və ya predmetlər varsa onları təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki gödəkçəsinin iç sol cibindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin torba açıldıqda orada iki ədəd büküm və 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bükümlərdən biri açıldıqda orada narkotik vasitə olan heroinə bənzər kütlə, digər sellofan büküm açıldıqda isə orada ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanımadığı şəxsdən aldığını bildirmişdir. Aşkar olunmuş bükümlər və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evində də narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 evində baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra onun yaşadığı mənzilə daxil olub baxış keçirilmişdir. Baxış zamanı yataq otağında yerləşən “Panasonic” markalı televizorun arxasında otağın küncündə qara rəngli sellofan torba aşkar olunmuşdur. Həmin qara rəngli sellofan torba açıldıqda orada bir ədəd şəffaf sellofandan ibarət torba olduğu müəyyən edilmişdir. Həmin torba açıldıqda orada narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdr. Həmin maddə də qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin torbadakı narkotik vasitəni 3-4 gün əvvəl adını “Bacıoğlu” kimi bildiyi İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları və saxlanan şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə yollanmışlar. Oraya gəldikdə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiə edilməsi məqsədilə onlara vəkillər təqdim edilmişdir. Keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş və protokol iştirakçılara ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, əməliyyat zamanı videoçəkiliş olmuşdur. Videoçəkiliş olduğundan hal şahidi dəvət olunmamışdır. Təqsirləndirilən şəxs1 olduğu evin yerini Təqsirləndirilən şəxs3 göstərmişdir. Evin qapısını Gündüz açmış və onlar birlikdə evə daxil olmuşlar. Evdə Gündüzdən başqa kiminsə olmasını xatırlamır. Təqsirləndirilən şəxs1 həmin evdə kirayədə yaşamışdır. Həmçinin Şahid1 Təqsirləndirilən şəxs2 konkret olaraq narkotik vasitələrin kiməsə satması və narkotik vasitələrinin satmasında iştirakı aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş X2 əməkdaşları Şahid2, Şahid3 Zakir oğlu və Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 6-cı vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 xx xxxxxx 2020-ci il tarixli, 008-883-1220 saylı raportundan görünür ki, Təqsirləndirilən şəxs2 mütəmadi olaraq Bakı şəhəri, Nizami rayonu ərazisində narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə İdarəyə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 31-ci vərəqəsində olan Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı Nizami rayonu, Keşlə qəsəbəsi, Qafqaz küçəsi, ev 45-15 ünvanına baxış keçirilməsinə etiraz etməmiş və evində saxladığı 2 kq heroini təqdim etməsi üçün evə baxış keçirilməsini təklif etmişdir. Cinayət işinin 1-ci cild 32-35-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxxx 2020-ci il tarixli əməliyyat tədbirinin keçirilməsi barədə və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Nizami rayonu ərazisində narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əsasında xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 57 ünvanında yerləşən «Embawood» mağazasının yaxınlığında xarici görünüşünə görə Təqsirləndirilən şəxs2 oxşar şəxs və onun yanında olan bir nəfər şəxs müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroinin dövriyyəsində şübhəli olduğu bildirilmiş və üzərində hər hansı qanunsuz əşyaların olub-olmaması soruşulduqda, Təqsirləndirilən şəxs2 könüllü şəkildə əynində olan qara rəngli gödəkcənin sağ yan cibində bir ədəd sellofan bükümdə narkotik vasitə olduğunu bildirərək həmin bükümü tədbir iştirakçılarına təqdim etmişdir. Həmin sellofan büküm açıldıqda içərisində sarı rəngli, narkotik vasitə heroinə oxşar maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümü həmin gün yanındakı tanışı Vahib adlı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs3 üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulduqda, o, könüllü şəkildə əynində olan gödəkcənin sol yan cibində olan qara rəngli qutuda 6 büküm psixotrop maddə olan metamfetamin, 6 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirərək, həmin bükümləri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini onun verdiyini və üzərindən aşkar olunmuş bükümü bir gün əvvəl Bakı şəhər sakini Gündüz adlı şəxsdən ümumilikdə 15 manata heroini, 25 manata isə metamfetamini özü istifadə etmək üçün aldığını və həmin Gündüz adlı şəxsin ev ünvanını göstərə biləcəyini demişdir. Bundan sonra, tədbir iştirakçıları Gündüz adlı şəxsin yaşadığı ünvan 3 saylı ünvana gedərək, Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni olan əşya və ya predmetlər varsa təqdim etməsi bildirilmiş, bu zaman Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli dəri gödəkcənin iç sol cibindən bir ədəd sellofan torbanı çıxardaraq təqdim etmiş və həmin torba açıldıqda orada 02 ədəd sellofan büküm və 01 ədəd gümüşü rəngli elektron tərəzi olduğu müəyyən edilmişdir. Aşkar olunmuş sellofan bükümlərdən biri açıldıqda orada kəskin iyli, qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, digər sellofan büküm açıldıqda isə orada ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 3-4 gün əvvəl əvvəl tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki, yaşadığı evdə də narkotik vasitə vardır və evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 3 saylı ünvanda yerləşən mənzilə baxış keçirdikdə, mənzilin yataq otağında yerləşən «Panasonic» markalı televizorun arxasında otağın küncündə qara rəngli sellofan torba aşkar olunmuşdur. Həmin torba açıldıqda içərisindən qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin torbadakı narkotik vasitəni 3-4 gün əvvəl adını Bacıoğlu kimi bildiyi İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbiri zamanı videoçəkilişdən istifadə edilmişdir. Cinayət işinin 1-ci cild 68-71-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 5471 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs3 aşkar olunmuş” yazısı olan paketdə 6 (altı) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 23,625 qram qəhvəyi rəngli, tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 6 (altı) ədəd bükümlərdə, ümumi təmiz çəkisi 1,274 qram ağ rəngli kristallardan ibarət maddələr hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs2 aşkar olunmuş” yazısı olan paketdə 1 ( bir) ədəd bükümdə, təmiz çəkisi 4,311 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 aşkar olunmuş 2 ədəd bükümdə” yazısı olan paketdə 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 250,142 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 18,986 qram ağ rəngli kristallardan ibarət maddə kütləsi hazırlanmış psixotrop maddə metamfetamindir və 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin izləri vardır. Tədqiqata təqdim edilmiş, üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş” yazısı olan paketdə 1 (bir) ədəd bağlamada, təmiz çəkisi 2005 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqsirləndirilən şəxs1 üzərindən və evdən götürülmüş heroinin ümumi təmiz çəkisi 2255,142 qram (2 kq 255,142 q) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs2 götürülmüş 1 (bir) ədəd bükümdə, Təqsirləndirilən şəxs3 götürülmüş 6 (altı) ədəd bükümdə və Təqsirləndirilən şəxs1 götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Cinayət işinin 1-ci cild 187-189-cu vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli “Maddi sübut hesab edilməsi haqqında” qərardan və cinayət işinin 2-ci cild 39-49-cu vərəqələrində olan xx xxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, üç ədəd zərfdə qablaşdırılmış 2.282,498 qram çəkidə narkotik vasitə heroin, 19,93 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmışdır. Cinayət işinin 2-ci cild 12-13-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 - ***-***-**-** və Təqsirləndirilən şəxs1 - ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişlər. Təqsirləndirilən şəxs3 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 isifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə telefon danışığı aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 6 dəfə telefon danışığı qeydə alınmışdır. Cinayət işinin 2-ci cild 17-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış xx xxxxx 2020-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 - ***-***-**-** və Təqsirləndirilən şəxs2 - ***-***-**-** saylı mobil telefon nömrələrini istifadə etmişlər. Təqsirləndirilən şəxs3 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 3 dəfə telefon danışığı, Təqsirləndirilən şəxs2 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə isə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 16 dəfə telefon danışığı aşkar edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs3 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 15 dəfə telefon danışığı olsa da, Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə telefon danışıqları qeydə alınmamışdır. Cinayət işinin 2-ci cild 51-52-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş X1 İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X8 “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 aşkar olunmuş külli miqdarda narkotik vasitə və psixotrop maddənin əldə edilməsi mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə başqa cinayət işi icraata ayrılmışdır. Məhkəmə iclasında istintaq zamanı xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbirini özündə əks etdirən CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin Baş X2 əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanılmış və onlara üzərlərində olan qanunsuz əşyaların təqdim edilməsi bildirildikdən sonra, Təqsirləndirilən şəxs2 əynində olan gödəkcəsinin cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olduğunu bildirdiyi bağlamanı təqdim edərək, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs3 əldə etdiyini bildirmiş, həmçinin, Təqsirləndirilən şəxs3 əynində olan gödəkcənincibindən qara rəngli qutuda 6 büküm dediyinə görə psixotrop maddə olan metamfetamini, 6 ədəd sellofan bükümdə isə narkotik vasitə olduğunu dediyi heroini təqdim edərək, həmin maddələri Gündüz adlı şəxsdən aldığını bildirmişdir. Həmçinin CD diskə baxış zamanı keçirilmiş əməliyyat tədbirinin davamı olaraq Gündüz adlı şəxsin yaşadığı ərazidə Təqsirləndirilən şəxs1 saxlanılmış və Təqsirləndirilən şəxs1 könüllü olaraq üzərində olan bir ədəd sellofan torbanı çıxardaraq təqdim etmiş və həmin torbada 02 ədəd sellofan büküm və 01 ədəd gümüşü rəngli elektron tərəzi olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş və evə baxış keçirilərkən, mənzildə olan televizorun arxasında otağın küncündə qara rəngli sellofan torba olduğu müəyyən edilmiş, aşkar edilmiş torbanın içərisində də narkotik vasitəyə oxşar maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 ondan aşkar edilmiş narkotik vasitələri İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 özlərini qismən təqsirli bilmişlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Məhkəmə, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Məhkəmə təqsirləndirilən şəxsləri və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edərək saxlaması və daşıması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət işində olan protokollar və məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs2 həqiqətən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni, külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması məhkəmə istintaqı zamanı tam sübuta yetirilsə də, onun satış məqsədilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni, külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması və özündə saxlaması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə əldə olunmuş sübutlar məcmusuna müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Əbulfəz oğluna Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham məhkəmə istintaqında tam sübuta yetirilməmiş, istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham məhkəmədə araşdırılmış sübutlar məcmusu ilə kifayət qədər təsdiq olunmamış və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsində istintaq orqanının gəldiyi nəticələri ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 223-cü maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu göstərilmişdir. Həmin Məcəllənin 223.3.2-ci maddəsində şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində: cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər, ittihamın mahiyyəti göstərilir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 353.2.1-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməlidir. Belə ki, istintaq orqanı məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 məhz satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni, külli miqdarda narkotik vasitə əldə etməsi və daşımasını təsdiq edən hər hansı bir mötəbər dəlil və ya sübut müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrini fərqləndirən əsas əlamət qanunsuz əldə edilmiş narkotik vasitənin «satış məqsədi» daşıyıb-daşımaması ilə bağlıdır. Dindirilmiş polis əməkdaşlarının şahid ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs2 «narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması» barədə ilkin əməliyyat məlumatları olsa da, lakin onun konkret olaraq narkotik vasitələri kiməsə satması və narkotik vasitələrin satılmasında iştirakı aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilməmişdir. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 əməkdaşları Şahid2, Şahid3 Zakir oğlu, Şahid4 və Şahid1 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, konkret olaraq sonuncunun narkotik vasitə satması barədə heç bir sübut əldə edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə izahat yazarkən (cild 1 i.v 56), həmin tarixdə şübhəli şəxs qismində (cild 1 i.v 83- 84) və xx xxxxxx 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində (cild 1 i.v 111-113) dindirilərkən ifadələrində aşağıdakıları göstərmişdir:- « ...avtobus sürücüsü işləyirəm. Təxminən bir aya yaxındır ki, narkotik vasitə olan heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edirəm….cəmi 3-4 dəfə heroin qəbul etmişəm…Vahib yaxın dostum olduğu üçün mənə heç vaxt pul müqabilində heroin verməyib, heroini təmənnasız olaraq hədiyyə kimi vermişdir…xx xxxxxx 2020-ci il tarixdə …mənə bir bükümdə təxminən 4-5 qram çəkidə heroini hədiyyə verdi…» Məhkəmə baxışında dindirilərkən Təqsirləndirilən şəxs2 ifadələrində göstərmişdir ki, o, satış məqsədilə narkotik vasitəni əldə etməmiş, saxlamamış, daşımamış, saxlanılan zaman onun üzərindən təqribən bir qram narkotik vasitə aşkar edilmiş, onu öz istifadəsi üçün hədiyyə kimi Təqsirləndirilən şəxs3 əldə etmiş, Təqsirləndirilən şəxs1 isə ümumiyyətlə tanımamışdır. Eyni məzmunlu ifadələri məhkəməyədək icraat zamanı və məhkəmə baxışında Təqsirləndirilən şəxs3 vermiş və bir daha qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitəni hədiyyə vermişdir. Təqsirləndirilən şəxs1 isə bildirmişdir ki, Təqsirləndirilən şəxs2 hadisəyədək ümumiyyətlə tanımamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə özü ifadə verməmiş, Təqsirləndirilən şəxs1 ilə tanışlığı olmamış, onu tanımadığı üçün sonuncu ilə «qabaqcadan əlbir olan bir qrup» şəxs halında olmasını təsdiq edəcək mötəbər sübutlar cinayət işinin materiallarına əlavə edilməmişdir. Əksinə olaraq, cinayət işinin 2-ci cild 12- 13-cü vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 isifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə telefon danışığı aşkar edilməmişdir. Həmçinin, cinayət işinin 2-ci cild 17-18-ci vərəqələrində olan telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 isifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələri ilə telefon danışıqları qeydə alınmamışdır. Cinayət işinin 1-ci cild 249-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 008-1368- 1220 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə, narkotik vasitəni nə vaxt, harada və kimdən əldə etmələri, onların digər cinayət əməllərinin törədilməsində iştiraklarının olub-olmamasını əldə etmək mümkün olmamışdır. Ümumiyyətlə ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 hərəkətlərinə qiymət verməmiş, onun özünün müdafiəsi üçün irəli sürdüyü dəlillərin təkzib və ya təsdiq olunmasını yoxlamamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bir-birlərini tanımadığları barədə ifadələrini təkzib edən hər hansı bir hal və ya sübut növü müəyyən edilməmişdir. Habelə cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 narkoloji tibbi yoxlama məhkəmə-narkoloji ekspertizasının xx xxx 2020-ci il tarixli, 1142 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 «təqsirsizlik prezumpsiyası»nın tələblərinin pozulması ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham olunmuşdur. Belə ki, ibtidai istintaq orqanının xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarının təsviri hissəsində heç bir mötəbər sübut növü olmadan, əsaslı bir səbəb göstərilmədən şübhəli hallara qiymət verilmədən, ehtimallara əsaslanmaqla təqsirləndirilənin əməli daha ağır maddəyə tövsif edilmiş və nəticədə onun üzərinə «özünün təqsirsizliyini sübuta yetirmək vəzifəsi» qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən «hər kəsin təqsirsizlik prezumpsiyası vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir». Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsi də Azərbaycan Respublikası Konstitusiyasının qeyd olunan maddəsi ilə üst-üstə düşür, əlavə olaraq Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilənin xeyrinə həll edilməsi, eyni ilə cinayət və cinayət prosessual qanunların tətbiqində aradan qaldırılmış şübhələrin də onun xeyrinə həll olunması, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsinin ittiham tərəfinin üzərinə düşməsi göstərilir. İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın «ədalətli məhkəmə araşdırması hüququ»ndan və «qanunsuz cəzalandırılmamaq»dan bəhs edən müddəalarına əsasən «cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir». (mad. 6) «Heç kəsə cinayət əməli törədildiyi zaman tətbiq edilməli olan cəzadan daha ağır cəza verilə bilməz». (mad.7) «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarında göstərilir ki, «təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, CM-nin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekusorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekusorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə CM-nin 234.3-cü maddəsi ilə məsuliyyət yaratmır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitənin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Təmiz halda iki qram və ondan artıq miqdarda «heroin» isə külli miqdar hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Bundan başqa məhkəmə istintaqında müəyyən edilmişdir ki, aşkarlanmış narkotik vasitə ilə bağlı çəki tərəzisi, alıcı, şərti alıcı, hər hansı sövdələşmə olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Təqsirləndirilən şəxs2 əməlində isə bu kimi hallar, o cümlədən şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsi aşkar edilməmiş və olmamışdır. Həmin halların olmaması şəksizdir və iş üzrə mübahisə doğurmur. Belə ki, ibtidai və məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şəxslərin heç biri Təqsirləndirilən şəxs2 narkotik vasitənin «əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi» barədə ifadə verməmişlər, bununla bağlı hər hansı digər sübut növü də əldə edilməmişdir. Təqsirləndirilən şəxs2 narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşımasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında nəticəsinin əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Təqsirləndirilən şəxs isə özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilmiş başqa sözlə təqsirini həmin hissədə etiraf etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 126.6-cı maddəsində göstərilir ki, «təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütun sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər». Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində qeyd olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.3.4-cü maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə şərh edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsəllələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 8-ci bədində göstərilmişdir ki, məhkəmə ittihamı dəyişməyə və ya cinayətin ayrı-ayrı epizodlarını qanunun müttəhimə elan olunmamış maddəsi ilə tövsif etməyə haqlıdır. Bu zaman məhkəmə bunu əsas tutmalıdır ki, cinayətin tövsifinin belə dəyişilməsinə yalnız o şərtlə yol verilə bilər ki, müttəhimin qanunun yeni maddəsi ilə tövsif olunan hərəkətləri məhkəməyə vermə zamanı onun təqsirində nəzərə alınmış olsun, yeni ittihamda daha ağır cinayətin əlamətləri olmasın və faktiki hallara görə müttəhimin məhkəməyə verildiyi ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə müttəhimin vəziyyətini ağırlaşdırmasın və onun müdafiə hüququnu pozmasın. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Göstərilənlərə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməlinin həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamaya tövsif edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cild 214-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X16 Şəxsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, 1744 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 1-ci cild 247-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş xx xxxx 2020-ci il tarixli, xx/xx-2917 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmayıblar və qeydiyyatda yoxdurlar. Cinayət işinin 1-ci cild 217-218-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X3 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 33-34-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli, 1142 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 244-246-cı vərəqələrində olan X28 Hakimiyyəti başçısının 2 №-li Sahə X20 üzrə nümayəndəliyindən daxil olmuş xx xxxx 2020-ci il tarixli arayışxasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibinə atası 1961-ci il təvəllüdlü X12, anası 1966-cı il təvəllüdlü X13 və 1986-cı il təvəllüdlü X14 daxildirlər. Müsbət səciyyələndirilir. Məhkəmə Təqsirləndirilən şəxs2 müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 1-ci cild 219-220-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X3 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin 2-ci cild 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli, 1225 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 231-238-ci vərəqələrində olan Füzuli Rayon İcra Hakimiyyəti Başçısının Füzuli şəhər X20 üzrə nümayəndəliyindən daxil olmuş xx xxxx 2020-ci il tarixli arayış-xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibinə həyat yoldaşı X7, oğulları xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2012-ci il təvəllüdlü X18 və qızı xx.xx.2014cü il təvəllüdlü X9 daxildirlər. Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi, mənzil 4-də yaşadığı müddətdə onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs3 Füzuli rayonundan məcburi köçkündür. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində üç azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini və məcburi köçkün olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işinin 1-ci cild 215-216-cı vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və X3 daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən və cinayət işinin 2-ci cild 1-8-ci vərəqələrində olan Abşeron Rayon Məhkəməsinin xx xxxxx 25016-cı il tarixli, 1(012)-129/2016 saylı hökmünün kserosurətindən görünür ki, Rəsulov X15 Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxx 2017-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Cinayət işinin 2-ci cild 37-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin xx xxx 2020-ci il tarixli, 1238 №-li ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkolojı dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cild 9-10-cu vərəqələrində olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Birliyinin 3 saylı MTİİTS-dən daxil olmuş xx xxxxx 2020-ci il tarixli arayış-xasiyyətnamədən görünür ki, Rəsulov X10 rayonundan məcburi köçkün olmaqla, Xırdalan şəhəri, 24-cü məhəllə, h/evi 2-də yaşayır və həmin ünvanda yaşadığı müddət ərzində onun barəsində 3 saylı MTİİTS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məcburi köçkün olmasını və müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar olunduğu üçünvə narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmalarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1ci maddəsinə əsasən onlar barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmalarını məqsədəmüvafiq hesab edir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 37-ci vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 158-160-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)- 234/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 43-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 155-157-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)-233/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 49-cu vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 152-154-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 4(005)-232/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan üç ədəd zərfdə qablaşdırılan 2.282,498 qram çəkidə narkotik vasitə heroin, 19,93 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarış və götürmə aparılması prosesini özündə əks etdirən CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmiş, istintaq zamanı onlara məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, onlara xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i:
1. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin.
3. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə ekspertiza xərci olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nairliyinin Baş X1 İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan tədqiqatdan sonra qalıq qalan üç ədəd zərfdə qablaşdırılan 2.282,498 qram çəkidə narkotik vasitə heroin, 19,93 qram çəkidə psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarış və götürmə aparılması prosesini özündə əks etdirən CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.