Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-719/2021 13.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Hüseynova Aytac Faiq qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs müdafiəçisi: Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1993-cü ii tarixdə Astara rayonu, Ərçivan kəndində, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, subay, işləməyən, əvvəllər məhkum olmamış, Astara rayonu. Ərçivan kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni İran İslam Respublikasında əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar şəkildə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib satmaq məqsədi ilə 2020-ci ilin iyun ayının sonlarında şəxsiyyəti istintaqla məlum olmayan İran İslam Respublikası vətəndaşı və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, sonuncular tərəfindən 1005 qram çəkidə narkotik vasitə olan heroini istintaqa məlum olmayan yerdən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və kənar şəkildə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib əvvəlcədən aralarında olan razılaşmaya əsasən ünvan 1 ünvanda yolun sağ kənar səki hissəsində "Baş Yol” nişanının sağında otluq sahədə kolun dibində gizlədikdən sonra, o, xx xxxxxxxx 2020-ci il tarixdə həmin yerdən həmin miqdarda heroini əldə edib daşıyaraq üzərində saxlamış, həmin günü saat 01:40 dəqiqədə Binəqədi RPİ-nin 7-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanda yaşayış binasının qarşısında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Bİnəqədi RPİ-nin 7-cİ PB-nə gətirilib üzərinə keçirilən şəxsi-axtarış zamanı əlində saxladığı əl çantasından qanunsuz əldə etdiyi külli miqdarda təmiz çəkisi 1005 qram olan qəhvəyi rəngli maddə kütləsi kusıar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilirək, ifadəsində göstərmişdir ki, onun qaçaqmalçılıqla heç bir əlaqəsi olmayıb. Özü bəzən narkotik vasitə heroin və metamfetamin qəbul etsə də heç vaxt satışı ilə məşğul olmamışdır. Əvvəllər dostluq münasibətində olduğu hal-hazırda həbsdə olan Vüqar adlı tanışı xatırladığı qədərilə 1 dəfə onun mobil telefonunuyla Whatsapp proqramı vasitəsi ilə İran vətəndaşı olan bir nəfərlə danışmışdı. Dostu Vüqar tutulduqdan sonra həmin şəxs bir neçə dəfə ona zəng vurub narkotiklə bağlı iş təklif etmişdi. Özünü gah Rza, gah Namiq, gah Rima kimi təqdim edirdi. İş konkret olaraq ondan ibarət idi ki, o həmin şəxsin dediyi yerdən narkotik vasitəni götürüb yenə də həmin şəxsin dediyi başqa bir yerə qoymalı idi. Bunun müqabilində də o ona pul verməli idi. Həmin şəxslə Whatsapp proqramı vasitəsi ilə danışdığı nömrə İran nömrəsi idi, amma tam əminliklə onun iranlı olubolmadığını bilmirdi. Çünki onu həyatda heç vaxt görməmişdir, ancaq telefon vasitəsilə danışmışdır, narkotikin haradan gəlməsi barədə, çəkisi barədə heç bir məlumatı yox idi, danışdığı şəxsin İranda, yoxsa Azərbaycanda olduğunu bilmirdi. xx xxxxxxxx 2020-ci il tarixində həmin iranlı şəxs ona dedi ki, “Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində Araz marketin yanında bir yer var, sənə şəklini göndərəcəm, ağacın dibindəki bağlamanı götürüb mənə məlumat verərsən”. O da onunla razılaşdı. Təxminən gecə yarısı həmin bağlamanı ona dediyi yerdən götürmək üçün gedən zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşdı. Həmin şəxslər polis əməkdaşı olduqlarını bildirdilər və ona qanunsuz olaraq narkotik vasitələrin satışında şübhəli olduğunu deyib polis bölməsinə dəvət etdilər. Bölmədə polis əməkdaşları ona içərisində narkotik vasitə olan əl çantasını göstərib həmin çantanın ona məxsus olduğunu boynuna almağını onların dediyi kimi ifadə verməyini istədilər, onlarla razılaşmadığı üçün ona zor tətbiq etdilər. O da məcbur qalıb onlar dediyi kimi ifadə verdi. Həmin bağlama onun götürməli olduğu bağlama idi, ancaq polis əməkdaşları ondan qabaq həmin bağlamanı götürmüşdülər, onlara hadisəni olduğu kimi danışmışdı. Həmin bağlamanı özünü iranlı kimi təqdim edən adını dəqiq bilmədiyi şəxsin tapşırığı əsasında bir yerdən götürüb başqa yerə qoymalı olduğunu və bunun müqabilində də 200 manat alacağını bildirdi. Həmin bağlamanın içərisində konkret olaraq hansı narkotik vasitənin olduğunu bilmirdi, ancaq məlumatı var idi ki, bağlamadakı narkotik vasitədir. Həmin narkotikin İrandan gəlib-gəlmədiyi və ya İran sərhəddindən keçirilib-keçirilmədiyi barədə heç bir məlumatı yox idi. Ona deyilən yerdən götürəcəyi bağlamanı ora kimin qoyduğunu da bilmir. Bağlamanın çəkisi barədə də heç bir məlumatı yox idi, narkotik vasitə satmaq məqsədi olmayıb, sadəcə işi müqabilində 200 manat alacaqdı. Tutulmadan əvvəl iranlı ilə heç vaxt belə bir iş görməmişdi, ilk dəfə idi. İstintaq zamanı polislər tərəfindən ona təzyiq göstərildiyi üçün bundan öncə bir neçə dəfə də iranlı ilə iş gördüyünü demişdir, ancaq belə bir şey olmayıb. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkilidir. Xidmətdə olan zaman ona Binəqədi rayonu Heydər Əliyev adına olan Məscidin yaxınlığında Fərqan adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda qanuni dövriyyəsi qadağan edilən maddələri əldə etməsi barədə məlumat daxil oldu. Məlumatın yoxlanılması üçün müvafiq əməliyyat qrupu yaradıldı. Qrup üzvləri ilə birlikdə xx xxxxxxxx 2020-ci il tarixdə saat gecə yarısı 01-02 radələrində zahiri əlamətlərinə görə Fərqan adlı şəxslə üst-üstə düşən şəxsi aşkar etdilər. Həmin şəxsə yaxınlaşıb özlərinin təqdim etdikdə, o özünü Təqsirləndirilən şəxs olduğunu bildirdi. Fərqana narkotik maddələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması və daşımasında şübhəli olduğunu bildirib onu bölməyə dəvət etdilər. Bölmədə Fərqanın üzərinə şəxsi axtarış keçirildi. Videoçəkliş həyata keçirilməklə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əvvəlcə bütün hüquq və vəzifələri izah olundu. Bundan sonra Fərqana təklif olundu ki, üzərində hər hansısa bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs saxlanılan zaman əlində olan əl çantasını açıb içərisindən 1 ədəd uzunsov formalı kütləni çıxarıb masanın üzərinə qoydu. Həmin bükülü kütlə içərisində nə olduğunu soruşduqda Fərqan bildirdi ki, həmin maddə heroindir və onu vatsap vasitəsilə əlaqə saxladığı İran vətəndaşı olan bir nəfər şəxsin dediyi yerdən götürüb. Daha sonra isə həmin narkotik vasitəni iranlının dediyi yerə qoymağının müqabilində iranlı ona 200 manat verməli imiş. Fərqanın üzərindən aşkar olunan narkotik vasitə heroinə bənzər maddə qablaşdırılaraq möhürləndi. Əlavə olaraq Fərqanın üzərindən qanunsuz heç bir əşya və ya predmet aşkar olunmadı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham olunan epizod üzrə əməlində cinayət tərkibi olmadığından həmin ittiham üzrə ona bəraət verilməlidir. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı nəyə əsaslanaraq təqsirləndirilən şəxslərin narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli qaçaqmalçılıqla keçirilməsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, İran vətəndaşı tərəfindən zəng gəldikdən sonra müəyyən edilmiş yerdən mal götürməliydi və həmin şəxsin İran vətəndaşı olması ona deyildiyindən məhz bu səbəbdən də malın İrandan gəldiyini ehtimal edirdi. Lakin həmin malın nə vaxt, hansı şəraitdə və kim tərəfindən keçirilməsi barədə məlumatları olmamışdır. Onun məqsədi narkotik vasitəni müəyyən edilmiş yerdən götürmək olmuşdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan qərardan da görünür ki, İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi ilə bağlı cinayət işi ayrılmış və ibtidai istintaqına başlanılmışdır. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsindən görünür ki, qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi başa düşülür. Hazırkı iş üzrə isə narkotik vasitənin Azərbaycan Respublikasına ölkə xaricindən gəlməsi və ya gəldiyi təqdirdə onun nə vaxt və hansı şəraitdə keçirilməsi müəyyən edilmir, qeyd edilən malların ölkə xaricindən gəlməsi təqdirində belə, təqsirləndirilən şəxslərin gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu keçirilməsinə dair hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-cİ maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.1 -ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanunvericilik hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, “qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CMnin 206.3.2-ci maddəsi ilə tövsif edilir”. Mal və ya digər əşyalar qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirildikdən sonra bu barədə məlumat alaraq onları qəbul etmiş şəxsin bu cinayətin törədilməsində iştirakı müəyyən edilmədikdə, onun qaçaqmalçılıq cinayətini törətməsinə görə məsuliyyəti istisna edilir. Məhkəmə eyni zamanda hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsin qaçaqmalçılıq cinayətinə köməkçi qismində də təqsiri iş materialları ilə sübut edilmədiyindən, onun narkotik vasitəsinin ölkə xaricindən gəlməsini, şəxsin İran İslam Respublikasının vətəndaşı olması ilə əlaqələndirirək bu cür nəticəyə gəlməsinə əsas ola bilməz. Azərbaycan Respublikası CM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satış məqsədi ilə olmadan əldə etməsinə dair ifadələri ilə məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri birinə, habelə işin faktiki hallarına uyğun olan ifadələri ilə, eyni zamanda iş materiallarında olan sübütlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsinə tənqidi yanaşır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 6/1934 nömrəli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün Nİ76 möhür əksi, "LTəqsirləndirilən şəxs..A' və s yazılar, imzalar olan kağız paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 1005 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasilələrin siyahısına (Siyahı 1) daxildir. Qeyd:-heroinin çəkisi-1005 qr, tədqiqata sərf edildi-0,1qr, qalıq-1004,9 qr. Cinayət işi materiallarında olan ambulator məcburi narkoloji ekspertizasının xx.xx.2020ci il tarixli 2734 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məlikəmə Ekspertiza Mərkəzinin Məhkəmə Texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 5/792 texniki saylı rəyindən müəyyən olunur ki. Samsung Oalaxy S20 markalı və Samsung A 51 saylı mobil telefonlarda olan şəkillər, səs yazıları bərpa olunaraq 16GB Transcend markalı xarici yaddaş qurğusu olan Flaşkarda köçürülməklə cinayət işinə əlavə olunmuşdur. Cinayət işində əməliyyat-axtarış tədbirlərini həyata keçirilməsi və maddi sübutun götürülməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokollardan görünür ki, həmin tarixdə videoya çəkilməklə həyata keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs qəhvəyi rəngli üzərində “Qız Qalası" şəkli əks olunmuş əl çantasını açaraq içərisində şəlTaf sellofana bükülmüş şəffaf rəngli yapışqan skoçla bağlanmış tünd qəhvəyi rəngli spesifik iyə məxsus maddəni çıxarıb təqdim edərək, həmin tünd qəhvəyi rəngli maddənin heroin olduğunu və həmin bükülünü Namiq adlı İran İslam Respublikasının vətəndaşı ilə vatsap vasitəsilə xx.xx.2020-ci il tarixdə saat 01 radələrində +**********31 saylı mobil nömrə ilə əlaqə saxlayaraq onun bildirdiyi ünvan 4 ünvanında yerləşən binanın qarşısında olan kolun dibindən götürdüyünü bildirdi. Götürdükdən sonra Namiq adlı şəxsə məlumat verdiyini bildirdi və Namiq adlı şəxslə etdiyi telefon yazışmasını təqdim eldi. Həmin bükülüdə olan narkotik vasitəni 200 manat qarşılığında Namiqin deyəcəyi yerə qoyacağını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tünd qəhvəyi rəngli şəlTaf sellofana bükülmüş şəffaf yapışqanlı skoçla bağlı olan maddəni açdıqda tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddənin olması aşkar edildi. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd tünd qəhvəyi rəngli şəffaf sellofana bükülmüş şəffaf yapışqanlı skoçla bağlı bükümdəki narkotik vasitə heroinə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırdıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zərflər üçün» 176 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış davam etdirilərkən, Təqsirləndirilən şəxs üzərində olan boz rəngli şalvarının sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan Samsung A51 markalı mobil telefon, dəri və parça materialdan olan gödəkçəsinin sol yan cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan Samsung Galaxy S20 markalı mobil telefon, qəhvəyi rəngli üzərində Qız Qalası əks olunmuş əl çantasından Araz super marketə məxsus bonus kart, Dövlət Sosial Siğorta Şəhadətnaməsi, A-Marta məxsus bonus kartı, 2 ədəd 20 manatlıq, 1 ədəd 10 manatlıq əskinas, 1 ədəd 1 manatlıq əskinas Kapital Banka məxsus ********** i 52 ' (A) seriyalı plastik hesab kartı. 1 ədəd QCY yazısı olan BluetoothV4.1 qulaqcıq və adoptoru və 2 ədəd yaşadığı evin açarı və şəxsiyyətini təsdiq edən ******** seriyalı vəsiqəsi. 1 ədəd gümüş üzük və Charlos Delo markalı kişi qol saatı aşkar edildi və cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli “tutma haqqında” protokoldan müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını işdə cəzanı yüngülləşdirən halllar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədə müvafiq sayır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanan təmiz çəkisi 1004.9 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini alandan sonra məhv edilməli, 1 ədəd flaş kart, 1 ədəd DVD formatlı disk, Azərcell və Bakcell MMC dən götürülmüş 2 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci madddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməklə ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 162.65 (yüz altmış iki atmış beş)alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tətbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 162.65 (yüz altmış iki atmış beş) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan Binəqədi rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanan təmiz çəkisi 1004.9 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini alandan sonra məhv edilsin, 1 ədəd flaş kart, 1 ədəd DVD formatlı disk, Azərcell və Bakcell MMC dən götürülmüş 2 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(101)-719/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-719/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver