Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-719/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X7 Məcidov, Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Kazımov Məhəmməd Arif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs (xx.xx.1977-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanında yaşamış, Sabunçu Rayon Məhkəməsinin 12 iyul 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaq məlum olmayan mənbədən və tarixdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,807 qram olan narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,924 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsində yerləşən fərdi yaşayış evlərinin yaxınlığına qədər daşımış, 10 iyul 2021-ci il tarixində saat 17 radələrində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün həmin ünvanda saxlanılaraq ünvan 3 ünvanında yerləşən Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilmiş, polis şöbəsində onun barəsində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd, göy rəngli siqaret qutusu kəsiyinin içərisindəki, 3 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə və 9 ədəd gümüşü rəngli kağız bükümdə yerləşən, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 0,793 qram, 0,838 qram, 0,825 qram, 0,023 qram, 0,055 qram, 0,061 qram, 0,054 qram, 0,054 qram, 0,022 qram, 0,020 qram, 0,034 qram, 0,028 qram, beləliklə ümumi təmiz çəkisi 2,807 qram olan, külli miqdarda narkotik vasitə heroin, 3 ədəd ağ rəngli sellofan kəsiyi bükümündə və 4 ədəd gümüşü rəngli kağız bükümdə yerləşən, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, ayrı-ayrılıqda təmiz çəkiləri 0,797 qram, 0,379 qram, 0,393 qram, 0,141 qram, 0,068 qram, 0,046 qram, 0,100 qram, beləliklə ümumi təmiz çəkisi 1,924 qram olan, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq tikintidə fəhlə kimi çalışırmış. Təxminən 12 ildir ki, “kakos” kimi tanınan narkotik vasitə heroini yandıraraq alınan tüstünü nəfəsinə çəkməklə qəbul edirmiş. 2021-ci ildə Maştağa qəsəbəsində yerləşən X2 müalicə kursu keçsə də, yenə də narkotik vasitəni tərgidə bilməmişdir. 09.07.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evdən çıxmış və evin yaxınlığında “Bakuş” ləqəbli, şəxsi məlumatlarını bilmədiyi və üzdən tanıdığı şəxsi görüb ona yaxınlaşmışdır. Həmin şəxsə narkotik maddə almaq istədiyini demiş və ondan 19 bükümdə narkotik maddə almışdır. Bu bükümlərin 12-də “kakos” kimi tanıdığı narkotik vasitə heroin, 7-də isə “şüşə”, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmuşdur. Bu narkotik maddələrdə heroinin 1 qramını 25 manata, metamfetaminin 1 qramını isə 50 manata almışdır. Buna görə həmin şəxsə təxminən 130-140 manat pul verərək yaşadığı evə qayıtmışdır. Həmin narkotik maddələr yerləşən bükümləri 1 ədəd kəsik siqaret qutusunun içərisinə yığmış və üzərində, əynindəki göy rəngli idman şalvarının sağ yan cibində saxlamışdır. Növbəti gün, yəni 10.07.2021-ci il tarixdə, təxminən saat 17 radələrində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Ondan şəxsiyyətini təsdiq edən sənəd tələb etdikdə o həyəcanlanmış, tutulmaqdan qorxduğu üçün həmin polis əməkdaşlarından yayınmağa çalışmışdır. Lakin polis əməkdaşları buna imkan verməmişlər. Onu 12-ci Polis Şöbəsinə dəvət etmişlər. O etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə 12-ci Polis Şöbəsinə getmişdir. 12-ci Polis Şöbəsində olarkən iş otaqlarının birində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, daha sonra ona vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək etirazının olubolmaması soruşulmuşdur. O, vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim etməyini təklif etmişlər. Bu səbəbdən o, əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən həmin, içərisində sözügedən narkotik maddələr olan 1 ədəd kəsik siqaret qutusunu təqdim etmişdir. Polis əməkdaşları üzərini axtaran zaman başqa heç nə aşkar etməmişlər. Siqaret qutusunun içərisinə baxış zamanı həmin narkotik maddələr yerləşən bükümləri aşkar etmişlər və içərisinə baxış keçirmişlər. Həmin maddələr ilə bağlı sorğu-sual edilən zaman o həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, bunu üzdən tanıdığı, heç bir şəxsi məlumatını bilmədiyi, “Bakuş” ləqəbli şəxsdən aldığını, öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi 12 ədəd bükümdəki narkotik vasitə heroin və 07 ədəd bükümdəki psixotrop maddə metamfetamin 01 ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, başqa narkotik istifadəçilərinə heroin alaraq əvəzində metamfetamin vermişdir. O, mobil telefondan istifadə etmirmiş, kiminləsə əlaqə saxlamaq lazım olduqda isə küçədə yol ilə gedən tanımadığı şəxslərin mobil telefonlarından istifadə edib, özlərinə qaytarırmış. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyət oduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsinin ziddiyətli hissəsi məhkəmədə elan olunmuşdur. O, ifadəsinin həmin hissəsində göstərmişdir ki, məqsədi həmin narkotik maddələri gələcəkdə satmaqla bir qədər gəlir əldə edib öz narkotik tələbatını ödəmək, həm də özü narkotik maddə istifadəçisi olduğu üçün bir qismini istifadə etmək olmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamadığını, həmin ifadəsində nə yazıldığını bilmədiyini, narkotik vasitə istifadəçisi olduğunu, narkotik istifafəçilərinə patı verib əvəzində kokos almasını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantıdır. 10.07.2021-ci il tarixində saat 16 radələrində 12-ci Polis Şöbəsinin inzibati ərazisinə aid olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsində 12-ci Polis Şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə xidmət aparırmışlar. Təxminən saat 17:00-da Gülüstan küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evlərinin birinin qarşısında bir nəfər kişinin piyada gəzdiyini görmüşlər və həmin şəxs onları gördükdən sonra özünü şübhəli aparmağa başlamışdır. Onlar həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək 12-ci Polis Şöbəsinin əməliyyat müvəkilləri olduqlarını bildirmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Belə olduqda həmin şəxs özünü itirmiş və onlardan yayınaraq getmək istəmişdir. Onlar həmin şəxsi saxlayıb getməyinə imkan verməmiş və həmin şəxslə sorğu-sual etməyə başlamışlar. Sorğu-sual zamanı məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmamışdır. Onlar Təqsirləndirilən şəxs bu cür davranışlarına görə üzərində qanunla daşınması, saxlanması və istifadəsi qadağan edilmiş əşya, o cümlədən narkotik maddə olmasından şübhələnmiş və Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə aparmışlar. 12-ci Polis Şöbəsində həmin şəxsin xx.xx.1977-ci il təvəllüdlü, Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Xidməti otaqlarının birində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinn 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş, daha sonra Təqsirləndirilən şəxs vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilmişdir. X5 tərəfindən Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək sonuncudan etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış zamanı əvvəlcə üzərində olan əşyaları özünün təqdim edərək masanın üzərinə qoyması təklif edilmiş. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunun kəsiyini təqdim etmişdir. Aşkar edilən 01 ədəd siqaret qutusu kəsiyinin içərisinə baxış keçirildikdə orada ümumilikdə 19 ədəd bükümün olduğu aşkar olunmuş və təhqiqatçı tərəfindən çıxarılaraq masanın üzərinə qoyulmuşdur. Sonra Təqsirləndirilən şəxs üst-başı yoxlanılmış və heç nə aşkar edilməmişdir. Aşkar edilən bükümlərə baxış keçirilən zaman məlum olmuşdur ki, onlardan 6 ədədi ağ rəngli sellofanda, 13 ədədi isə siqaret qutusunun gümüşü rəngli kağızındadır. Bu bükümlərdən 3 ədəd ağ rəngli sellofan bükümünün, eləcə də 9 ədəd siqaret qutusunun gümüşü rəngli kağızındakı bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli maddə, digər 3 ədəd ağ rəngli sellofan bükümünün, eləcə də 4 ədəd siqaret qutusunun gümüşü rəngli kağızındakı bükümün içərisində isə ağ rəngli, kristal formalı maddənin olduğu məlum olmuşdur. Həmin maddələr ilə bağlı Təqsirləndirilən şəxsla sorğu-sual edilən zaman Təqsirləndirilən şəxs həmin bükümdəki maddələrdən qəhvəyi rəngli toz şəklində olanların “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, ağ rəngli, kristal formalı olanların isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, bu maddələrin bir hissəsini şəxsi istifadə, bir hissəsini satış məqsədi ilə 09.07.2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində üzdən tanıdığı və adını bilmədiyi, “Bakuş” ləqəbli şəxsdən aldığını bildirmişdir. Bu maddələrdən narkotik vasitə heroinin 1 qramını 25 manata, psixotrop maddə metamfetaminin 1 qramını isə 50 manata aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 12 ədəd bükümdəki narkotik vasitə heroinə bənzər maddə və 7 ədəd bükümdəki psixotrop maddə metamfetaminə bənzər maddə 01 ədəd zərfdə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya göndərdiləcəyi bildirilmişdir. Bundan sonra şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsindəki xüsusatları təsdiq edən ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyi və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, Bakı şəhəri Sabunçu Rayon Xalq Məhkəməsinin 14.01.1994-cü il tarixli hökmü ilə həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi, 143-cü maddəsinin 4-cü hissəsi və 38-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətində azadlıqdan məhrum edilmiş, 10.10.1996-cı ildə Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin qərarı ilə əməyə mütləq cəlb olunmaqla 01 il 10 ay 22 gün şərti azad olunub. 09.09.1998-ci ildə cəzasının sonu ilə azad olunub. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 10 iyul 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Sabunçu rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 12 iyul 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 10 iyul 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Emil Əliyevin tərtib etdiyi “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsi fərdi yaşayış evlərinin yaxınlığında saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə gətirilən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, şəxsi axtarış zamanı sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın olubolmadığı soruşulan zaman Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən kəsik siqaret qutusunun içərisində olan, 3 ədəd şəffaf sellofana bükülmüş və 9 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş, içərisində tünd qəhvəyi rəngli maddə, 3 ədəd şəffaf sellofana bükülmüş kristal formalı maddə və 4 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş kristal formalı maddələri təqdim edərək masanın üzərinə qoyub. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq həmin maddələrin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri 09.07.2021-ci il tarixində Balaxanı qəsəbəsində yerləşən, yaşadığı ünvanın yaxınlığında “Bakuş” ləqəbli şəxsdən alaraq qazanc əldə etmək və istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar olunan maddələr qablaşdırılaraq ekspertizaya göndərilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 159” saylı möhürü ilə möhürlənib. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olan digər əşya və sənədlər aşkar edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı Emil Əliyev tərəfindən şəxsi axtarış keçirilməsi barədə videogörüntüləri əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilmişdir. Bu barədə tərtib edilmiş 07.11.2021-ci il tarixli “şəxsi axtarış prosesinin videogörüntülərinə baxış keçirilməsi haqqında” protokola görə, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs saxlanılaraq xidməti otağa gətirilir. Onun üzərinə şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı, polis baş leytenantı Emil Əliyev saxlanılan Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğu üçün saxlanılmasının ona aydın olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə və müdafiəçisinin iştirakı olmadan həyata keçiriləcəyi bildirilir və bununla bağlı etirazının olub-olmaması soruşulur. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən çıxararaq 1 ədəd, ortasından kəsilmiş, göy rəngli siqaret qutusunu masanın üzərinə qoyur. Siqaret qutusunun içərisində 6 ədəd sellofan bükümünün, 13 ədəd gümüşü rəngli kağız bükümün olduğu məlum olur. Həmin bükümlərin içərisinə baxış keçirildikdə 3 ədəd sellofan bükümün və 9 ədəd gümüşü rəngli kağız bükümün içərisində qəhvəyi rəngli toz şəklində maddənin olduğu, digər bükümlərin, yəni 3 ədəd sellofan bükümün və 4 ədəd gümüşü rəngli kağız bükümünün içərisində ağ rəngli, kristal formalı maddənin olduğu görünür. Təqsirləndirilən şəxs həmin maddələrin nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs həmin maddələrdən 3 ədəd sellofan bükümdə və 9 ədəd, siqaretin qutusunun gümüşü rəngli kağız bükümündə olan, qəhvəyi rəngli maddələrin “kakos”, digər bükümlərdəki, ağ rəngli olan maddələrin isə “şüşə” olduğunu bildirir. Onun üst-başı yoxlanılan zaman heç nə aşkar edilmir. Təqsirləndirilən şəxs bu maddələri haradan aldığı soruşulduqda o bu maddələri “dünən axşam saatlarında” “Bakuş” ləqəbli şəxsdən aldığını, məqsədinin həmin maddələri sataraq özünün istifadə edəcəyi narkotik maddələrə verəcəyi pulu əldə etmək olduğunu, “kakos”un 1 qramını 25 manata, “şüşə”nin 1 qramını isə 50 manata aldığını deyir. Aşkar olunmuş maddələr 01 ədəd zərfdə qablaşdırılır, zərf iştirakçılar tərəfindən imzalanır. Cinayət işinin materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 11.07.2021-ci il tarixli, 6/2782 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №159” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddə” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisindən kəsilmiş göy rəngli siqaret qutusunda 3 ədəd sellofan bükümdə, 9 ədəd kağız bükümdə, ümumilikdə 12 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,793 qram, 0,838 qram, 0,825 qram, 0,023 qram, 0,055 qram, 0,061 qram, 0,054 qram, 0,054 qram, 0,022 qram, 0,020 qram, 0,034 qram, 0,028 qram, ümumi təmiz çəkisi 2,807 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 3 ədəd sellofan bükümdə, 4 ədəd kağız bükümdə ümumilikdə 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,797 qram, 0,379 qram, 0,393 qram, 0,141 qram, 0,068 qram, 0,046 qram, 0,100 qram, ümumi təmiz çəkisi 1,924 qram olan ağ rəngli kristallik formada maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 27.08.2021-ci il tarixli, 3101 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Ambulator məhkəmə psixiatrik ekspertizasının 29.11.2021-ci il tarixli, 2807 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu aşkar edilir. Təqsirləndirilən şəxs müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Araşdırma zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin kütləsi 2,807 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 2,687 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 1,924 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 1,854 qram qalmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və məsul saxlama üçün Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinin təhqiqatçısı Emil Əliyev tərəfindən şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən 01 (bir) ədəd disk cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı övladının olması cəzasını yüngülləşdirən haldır. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99- 1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi kütləsi 2,807 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 2,687 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 1,924 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 1,854 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntüsünü əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 10 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65,00 ( altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili X4 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut olan və saxlanılması üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi kütləsi 2,807 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 2,687 qram qalmış narkotik vasitə heroin, ilkin ümumi kütləsi 1,924 qram olmuş, ekspertiza zamanı aparılmış kimyəvi yoxlamalardan sonra qalıq kütləsi 1,854 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi videogörüntüsünü əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 65,00 ( altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili X4 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-719/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-719/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver