Məhkəmə qərarları › İş №1(101)-719/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-719/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-719/2023 07.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Həsənzadə İradə Xəlil qızı və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Bayramlı Ləman Bünyad qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə 05 noyabr 1993-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui- istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs özünü Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynovun qohumu kimi təqdim edərək sonuncunun vasitəsi ilə Gəncə Hərbi Məhkəməsinin icraatında olan Zərərçəkmiş şəxs oğlu Şahid4 Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirəndirilməsinə dair cinayət işi üzrə Şahid4 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etdirəcəyinə və Gəncə Hərbi Məhkəməsinin hökmündən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən şikayət veriləcəyi halda hökmün qüvvədə saxlatdıracağına dair yalan vəd verib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən birinci instansiya məhkəməsi kimi Şahid4 Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə cəza təyininin aidiyyəti Gəncə Hərbi Məhkəməsinin səlahiyyətində olduğu halda qanunla nəzərdə tutulmuş müddətdən az müddətə cəza təyin edilməsi üçün guya qohumu olan Gəncə Apellyasiya Məhkəməsinin sədri vəzifəsində işləyən Mirbahəddin Hüseynova rüşvət qismində 15000 manat verilməli olduğunu bildirməklə aldadaraq vəzifəli şəxsə rüşvət qismində verilməsi üçün Nəzər Qurbanovdan 15000 manat pul istəmiş və 2021-ci ilin fevral aymın sonlarında sonuncuya guya Gəncə Apelyasiya Məhkəməsinin sədri vəzifəsində işləyən Mirbahəddin Hüseynov ilə görüşdüyünü, həmin iş üzrə zərərçəkmiş şəxslərlə danışaraq notarial kontorda barışıq ərizələrini aldığını, ümumilikdə 20000 manat müqabilində Şahid4 barəsində azadlığın məhdudlaşdırılması cəzasını təyin etdirəcəyinə iııanadıraraq Zərərçəkmiş şəxs ilkin olaraq 14 yanvar 2022- ci il tarixdə ünvan 2 ünvanda 4000 manat, sonra Zərərçəkmiş şəxs bacısının əri onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 vasitəsi ilə sonuncunun adma olan "xxxx" MMC-yə məxsus kart hesabından onun "xxxx" MMC-yə məxsus 4169 7385 0247 6942 nömrəli kart hesabına 27 yanvar 2022-ci il tarixdə köçürtdüyü 300 manat, 31 yanvar 2022-ci il tarixdə köçürtdüyü 1800 manat, 31 yanvar 2022ci il tarixdə köçürtdüyü 1000 manat, 31 yanvar 2022-ci il tarixdə köçürtdüyü 200 manat, 01 fevral 2022-ci il tarixdə köçürtdüyü 400 manat, 03 fevral 2022-ci il tarixdə köçürtdüyü 640 manat, 07 fevral 2022- ci il tarixdə köçürtdüyü 505 manat, 2022-ci ilin fevral aymın əvvəllərində ünvan 3 ünvanında yerləşən “Rəvan” avtoservisin otağında Zərərçəkmiş şəxs bacısının əri Şahid1 vasitəsi ilə ona göndərdiyi 4000 manat, 2022-ci ilin fevral aymın sonlarında ünvan 3 ünvanında yerləşən “Rəvan” avtoservisin otağında Zərərçəkmiş şəxs bacısının əri Şahid1 vasitəsi ilə ona göndərdiyi 5900 manat, 03 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bacısının əri Şahid1 vasitəsi ilə sonuncuya məxsus "xxxx" MMC-yə aid kart hesabından onun "xxxx" MMC-yə aid 4169 7385 0247 6942 nömrəli kart hesabına köçürtdüyü 500 manat, 04 may 2022-ci il tarixdə köçürtdüyü 500 manat, sonuncu dəfə isə 10 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs bacısının əri Şahid1 vasitəsi ilə ünvan 3 ünvanında yerləşən “Rəvan” avtoservisdə mobil telefonun "xxxx" mobil tətbiq vasitəsi ilə onun kart hesabına köçürtdüyü 120 manat, ümumilikdə isə 19.865 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə ələ keçirərək dələduzluq etmiş və Gəncə Hərbi Məhkəməsinin hakiminin xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs övladı Şahid4 xeyrinəedəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özünün vasitəsilə dolayı yolla Gəncə Apellyasiyası məhkəməsinin sədrinin köməkliyi ilə maddi nemət olan pulu rüşvət qismində verməyə Zərərçəkmiş şəxs təhrik etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayında Gəncə İstintaq təcridxanasında olarkən, Şahid4lə tanış oldu. Həmin vaxtlar özü Azərbaycan Respublikası CM-in 333-cü maddəsi ilə təqsirləndirilirdi və Tofiqlə eyni kamerada saxlanılırdı. Ona kömək edəcəyini dedi. Təcridxanadan çıxandan sonra Tofiqin atası Zərərçəkmiş şəxs zəng edərək, ona oğlunun həbsdən çıxmasına kömək edəcəyini bildirdi, onunla görüşməsini dedi. 2021-ci ilin dekabr ayında Gəncə Hərbi Məhkəməsinin qarşısında Nəzirlə görüşdü. X11 Məhkəməsinin sədri Mirbahəddin Hüseynovun guya tanışı olduğunu, onun əli ilə özünün həbsdən azad olunduğunu bildirib, Tofiqə kömək edə biləcəyini dedi. Nəzir bunun qarşılığında nə etməli olmasını soruşduqda, ona 10.000 manat pul verərsə, Tofiqə neçə il azadlıqdan məhrumetmə cəzası verilir verilsin, onun 5 ilini götüzdürəcəyini dedi. Bu vaxt onun yanında yeznəsi Rasim də var idi. Onlar fikirləşib qərar verəcəklərini dedilər. Bundan bir neçə gün sonra Nəzirə zəng etdi və nə qərara gəldiyini soruşduqda o, “Əgər şikayətçi şikayətini geri götürməsə verdiyi 10.000 manat pulun taleyi necə olacaq?”, deyə soruşdu. O bir neçə gün sonra ona zəng edərək guya Mirbahəddin Hüseynovla danışdığını, onun əlavə 5.000 manat da verərsə, nə olur-olsun, oğlu Tofiqin cəzasından 5 il sildirəcəyini dedi. Nəzirlə razılaşdılar. Bundan sonra 14 yanvar 2022-ci il tarixdə o Nizami rayonunda, Neftçilər metrosunun yaxınlığındakı Nəzirin bacısının evində Nəzir və qohumu Rasimlə görüşdü, orada 4.000 manat pulu aldı və bu barədə kağıza əlyazma etdilər. 2022-ci ilin yanvar ayının sonlarında Rasim onun kartına 6000 manat pul göndərdi. 2022-ci ilin fevral ayının əvvəllərində Rasim onun işlədiyi usta sexində ona 4000 manat pul verdi və şəklini çəkdi. O daha sonra onlardan guya sədrin əlavə 5000 manat əlavə verilərsə, Tofiqi həbsdən azad edə biləcəklərini Nəzirgilə dedi. Bundan sonra Rasimin işlədiyi yerdə o təxminən 5900 manat pul verdi. Törətdiyi əməldən peşmandır. Məhkəmə iş materiallarını araşdıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid4 onun oğludur. Oğlu hərbi xidmət zamanı cinayət törətdiyinə görə tutulmuşdu və təcridxanada saxlanılırdı. Oğlu həmin vaxtlar Zabutayla tanış olmuşdur və oğlu ona Zabutayın ona köməklik edə biləcəyini, Gəncə Apellyasiya Məhkəməsinin sədrinin onun qohumu olduğunu dedi. Bundan sonra Zabutay ona zəng edərək, Tofiqin işi ilə əlaqədar onunla görüşmək istədiyini dedi. Gəncə şəhər Məhkəməsinin qarşısında o və yeznəsi Rasim Zabutayla görüşdülər. O Gəncə Apellyasiya Məhkəməsinin sədrinin onun qohumu olduğunu, Gəncə şəhər Məhkəməsinin icraatında olan işləri qohumu Gəncə Apellyasiya Məhkəməsinin sədrinin əli ilə onun həll etdiyini, Tofiqin xəstə olduğu, gözlərinin altının qaraldığı, yazıq olduğu üçün ona kömək edəcəyini bildirdi. Zabutay əlavə olaraq qeyd etdi ki, o özü də dəfələrlə hərbi xidmətdə olduğu müddət ərzində dalaşıb, problemləri olub, bütün işlərində Gəncə Apellyasiya Məhkəməsinin sədri ona köməklik göstərib. Axırıncı dəfə Tofiqlə istintaq təcridxanasında olan zaman da, hərbi xidmətdə komandirini vurduğu üçün barəsində olan cinayət işində qohumu Mirbahəddin Hüseynovun köməkliyi ilə 5 ay sonra azadlığa çıxdığını dediyi üçün onlar Zabutaya inandılar, Zabutay Gəncə Hərbi məhkəməsinin yanında yerləşən Gəncə apelyasiya məhkəməsinə girəcəyini, Tofiqin işini danışıb çıxacağını, orada gözləməklərini bildirdi. Zabutay məhkəməyə girərək, təxminən 20 dəqiqə sonra məhkəmədən çıxaraq yanlarına gəldi. Tofiqə Gəncə Hərbi məhkəməsində 10-11 il müddətinə azadlıqdan məhrumetmə cəzası veriləcəyini, birinci ilə, yəni Mirbahəddin Hüseynovla danışıb, 10 min manat verəcəkləri təqdirdə Tofiqə 5 il 06 ay cəza təyin etdirəcəyini, Tofiqə yazığı gəldiyi üçün onlara köməklik göstərəcəyini bildirdi. Onlar çarəsizlikdən Zabutayla razılaşdılar. 14 fevral 2022-ci il tarixdə bacısı Ayparanın evində yeznəsi Rasimlə birgə Zabutaya 4.000 manat pul verdi. O Zabutaya oğlu Tofiqin cinayət işində zərəçəkən şəxslərin şikayətçi olduqlarını, Gəncə hərbi məhkəməsinin hökmü çıxdıqdan sonra zərərçəkənlərin şikayəti ilə Gəncə apelyasiya məhkəməsi tərəfindən Tofiqə daha çox müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsindən narahat olduğunu deyəndə, həmin vaxt Zabutay narahat olmamağı, 10.000 manat pulu Gəncə Hərbi məhkəməsində Tofiqə 5 il 6 ay cəza təyin etdirəcəyi üçün aldığını, şikayət olacağı təqdirdə həmin məsələyə Gəncə Apelyasiya məhkəməsi tərəfindən baxıldığını, 5 min manat müqabilində də, Gəncə Hərbi məhkəməsinin hökmünü qüvvədə saxlatdıracağını dedi. Bundan sonra o 4.000 manat yeznəsi Rasimə göndərdi ki, Zabutaya versin. Rasim öz işlədiyi “Rəvan” Service-də Zabutaya 4.000 manatı verdi. Bundan sonra Zabutay zəng edərək, qohumu Mirbahəddin Hüseynovun pulu tam tələb etdiyini bildirərək qalan 7.000 manat pulu istədi. Rasim Zabutayın kartına 5845 manat pul göndərdi. Bundan sonra Təqsirləndirilən şəxs əlavə 5000 manat qarşılığında Tofiqin qoluna qolbaq bağlanmaq şərti ilə azadlığa buraxdıra biləcəyini, zərəçəkmiş şəxslərlə danışaraq onları razı saldığını, barışıq ərizələrini yazdırdığını, qısa zaman ərzində həmin ərizələri notariusda təsdiq edərək məhkəməyə təqdim edəcəyini bildirdi. Qeyd edilən dövrdə Tofiqin barəsində olan cinayət işinin məhkəmə baxışları təxirə salınırdı, Zabutaydan soruşduqda o, Tofiqin işinin həll etdiyini, məhkəmədə qohumu Mirbahəddin Hüseynovun təsiri ilə müzakirələr getdiyi üçün qərar çıxarılmadığını, Tofiqin xeyrinə qərar çıxarılacağı üçün iclasların təxirə salındığını dedi, həmin vaxt Zabutayın həqiqətən də Mirbahəddin Hüseynovun vasitəsi ilə Tofiqə kömək etdiyinə inandılar. Buna görə də yeznəsi növbəti dəfə də əlbəəl Zabutaya 5.000 manat pul verdi. Bununla da umumilikdə Zabutaya 19865 manat pul verdilər. Lakin oğlunu buraxmadılar. Zabutay bir müddətdən sonra müxtəlif bəhanələrlə əlaqə saxlamaqdan yayındı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. X7 hərbi xidmətdə olan zaman cinayət törətdiyinə görə tutulmuşdu və təcridxanada saxlanılırdı. Tofiq təcridxanada olarkən Təqsirləndirilən şəxsla tanış olubmuş. Təqsirləndirilən şəxs qardaşı Nəzirə Gəncə Apelyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynovun onun qohumu olduğunu həmin şəxs vasitəsilə Tofiqə köməklik göstərəcəyini, 10 min manat verəcəkləri təqdirdə Tofiqə az müddətə cəza verilə biləcəyini bildirmişdir. Qardaşı Nəzir də inanmışdır. 2022-ci ilin yanvar ayında qardaşı Nəzir Təqsirləndirilən şəxs pul vermək üçün Bakıya gəldi. 14 yanvar 2022-ci il tarixdə qardaşıgil Təqsirləndirilən şəxs 4.000 manat vermək üçün onun ünvan 4 ünvanında yerləşən evinə çağırdılar. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs evə gəldi. Evə gələn zaman qardaşı Nəzir Təqsirləndirilən şəxs oğlu Tofiqin cinayət işində zərərçəkən şəxslərin şikayətçi olduqlarını, Gəncə hərbi məhkəməsinin hökmü çıxdıqdan sonra onların şikayəti ilə Gəncə apelyasiya məhkəməsi tərəfindən Tofiqə daha çox müddətə azadlıqdan məhrumetmə cəzasının verilməsindən narahat olduğunu demiş, Zabutay Nəzirə narahat olmamağını, 10.000 manat pulu Gəncə Hərbi məhkəməsində Tofiqə 5 il 6 ay cəza verilməsi üçün aldığını, şikayət olacağı təqdirdə həmin məsələyə Gəncə Apelyasiya məhkəməsi tərəfindən baxıldığını, 5 min manat müqabilində də, həmin işi həll edəcəyini demişdir. Qardaşı Nəzir də çarəsizlikdən razılaşmışdır. Onlar ümumlikdə 15.000 manat məbləğə razılaşmışdırlar. Evində həmin gün onlar öz aralarında əlyazma şəklində razılaşma tərtib etdilər. Həmin əlyazmada Tofiqin işi ilə əlaqədar Nəzir tərəfindən Təqsirləndirilən şəxs 4000 manat pul verilməsini, qalıq olaraq 11 min manat pulun qalması qeyd edildi. Nəzir yazı yaza bilmədiyi üçün Nəzirin adından yazılan yazılar yeznə Rasim tərəfindən yazıldı. Adın qarşısında olan imzanı isə Nəzir özü imzaladı, razılaşmanın Təqsirləndirilən şəxs aid hissəsini isə özü əlyazma ilə yazaraq imzaladı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2021ci ilin aprel ayında hərbi qulluq keçmək üçün Müdafiə Nazirliyinin Quru Qoşunların N saylı Hərbi hissəsinə xidmətə yollanmışdı. 09 avqust 2021-ci il tarixdə hərbi xidmətdə olarkən əsgər yoldaşına xəsarət yetirməyi ilə bağlı əsgər yoldaşının ölməsindən sonra həbs olunmuşdur. Təqsirləndirilən şəxsla isə Gəncə 2 saylı İstintaq Təcridxanasında tanış olmuşdur. O onun üçün pis insan olmayıb, o xəstələnəndə o onun qayğısınsa qalıb. Atasının Zabutaya pul verməsindən xəbəri olmayıb. Sonradan bildim ki, Zabutay atasını aldadaraq 19865 manat pul alıb. Ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Firudin oğlu ifadəsində göstərmişdir ki, Nəzir qaynıdır. Nəzirin oğlu Tofiq hərbi xidmətdə olan zaman cinayət törətdiyinə görə tutulmuşdu və təcridxanada saxlanılırdı. Tofiq təcridxanada olarkən Təqsirləndirilən şəxsla tanış olub. Tofiq atası ilə əlaqə saxlayaraq bu şəxslə tanış olduğunu və onun qohuma vasitəsilə ona köməklik edəcəyini deyib. Daha sonra həmin şəxs qaynı Nəzirlə əlaqə saxlayaraq həbsdən çıxdığını, Tofiqin dediyi şəxs olduğunu bildirib, məhkəmədə olan tanışı ilə vasitəsilə kömək edəcəyini dedi. Hüseynova Zabutaya müxtəlif vaxtlarda ümumilikdə 19865 manat pul vermişlər. Sonralar telefonla danışarkən Zabutay gah məhkəmədə olduğunu, gah prokurorluqda olduğunu, Tofiqin indilərdə buraxılacağını deyirdi. O iki gün Gəncə məhkəməsinin qarşısında Zabutayı gözlədi. Lakin sonradan Zabutay telefonuna da cavab vermədi və aradan çıxdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 Firudin oğlu ilə eyni məzmunlu ifadə vermişdirlər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübüta yetirilir və onun törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq qeyd olunan maddələr ilə tövsif edilmişdir. Cinayət işində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 13 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işində olan hadisə yerinə baxış keçirilməsinə dair 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 4.000 manat pul vəsaitini götürdüyü Zərərçəkmiş şəxs bacısı Şahid2 məxsus 23 nömrəli mənzilin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 48 saylı binanın 4-cü mərtəbəsində yerləşməsi, X2 Zabutayı Hüseynova 2022-ci ilin fevral ayının əvvəllərində və sonlarında 2 dəfə olmaqla ayrı-ayrılıqda 4000 manat və 5900 manat, sonuncu dəfə isə 10 may 2022-ci il tarixdə 120 manat pul vəsaitinin Təqsirləndirilən şəxs məxsus kart hesabına göndərildiyi yerin, yəni “Rəvan” avtoservisin ünvan 3 ünvanında yerləşməsi müəyyən edilmişdir. Cinayət işində olan "xxxx" ASC-nin 09 dekabr 2022-ci il tarixli 157000/2-5738 nömrəli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs məxsus 4169 73** **** 0701 plastik kartlarla aparılan əməliyyatlara dair məlumatlardan görünür ki, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 1800 manat, xx.xx.2022-ci ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 640 manat, xx.xx.2022-ci il tarixdə 505 manat, xx.xx.2022-ci ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 120 manat pul vəsaitləri sonuncuya məxsus 4169 73** **** 0701 plastik karta mədaxil olmuşdur. Cinayət işində olan məhkəmə xəttşünaslıq ekspertizasının 14 noyabr 2022-ci il tarixli 4/1606 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Marrif oğlunun adlarından olan xx.xx.2022-ci il tarixli qəbzin yuxarı hissəsində “Mən Zərərçəkmiş şəxs....” sözləri ilə başlayıb, “xx.xx.2022 Zərərçəkmiş şəxs” sözləri ilə bitən yazıları və xx.xx.2022-ci il tarixli qəbzin yuxarı hissəsində “Mən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 4000 AZN verdim oldu 8000 AZN Qaldı 7000 AZN xx.xx.2022 AZE ******** Zərərçəkmiş şəxs İmza” yazıları - X5 tərəfindən icra olunmuş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Marrif oğlunun adlarından olan xx.xx.2022-ci il tarixli qəbzin aşağı hissəsində “Mən Təqsirləndirilən şəxs...” sözləri ilə başlayıb, “Təqsirləndirilən şəxs marrif oğlu, AA 1692148. xx.xx.2022” rəqəmləri ilə bitən yazılar və “Təqsirləndirilən şəxs marrif oğlu” yazılarının qarşısındakı imza və xx.xx.2022-ci il tarixli qəbzin aşağı hissəsində “Mən Təqsirləndirilən şəxs 4 min AZN aldım ondan ötrükü Şahid4 məhkəmə işinə görə borcu qaldı 7 min AZN AA ******* xx.xx.2022 Hüseyo Zabutay” yazıları və “Hüseyo Zabutay” yazıları qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuş, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs Marrif oğlunun adlarından olan xx.xx.2022-ci il tarixli qəbzin yuxarı hissəsində “Zərərçəkmiş şəxs” yazıları önündəki imzanın və xx.xx.2022-ci il tarixli qəbzin yuxarı hissəsində “Zərərçəkmiş şəxs İmza” yazılarının qarşısındakı imzanın - Zərərçəkmiş şəxs tərəfindən, Təqsirləndirilən şəxs Marrif oğlu tərəfindən və X5 tərəfindən icra olunub - olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. (ekspertiza tədqiqatın dəyəri 112 manat) Cinayət işində olan məhkəmə ekspertizasının 09 dekabr 2022-ci il tarixli 5/1431saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və android əməliyyat sistemi ilə təhciz edilmiş Samsunq Galaxy A 32 markalı smartfon hal hazırda işlək vəziyyətdədir, həmin telefonun daxilində olan bir ədəd Azercell və bir ədəd Bakcell mobil operatorlarına məxsus danışıq kartları işlək vəziyyətdədilər, Azercellə məxsus kartın yaddaşında 1 ədəd kontakt, 1 ədəd zəng qeydi, Bakcell mobil operatoruna məxsus kartın yaddaşında 39 ədəd kontakt və 10 ədəd zəng qeydi məlumatlar müəyyən olundu(ekspertiza tədqiqatın dəyəri 53 manat) Cinayət işində olan Gəncə Hərbi Məhkəməsinin 09 avqust 2022-ci il tarixli l-l(095)- 024/2022 saylı hökmün surətindən görünür ki, Şahid4 əməli Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməklə həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli 1-1(104)-70/2022 nömrəli qərarı ilə Gəncə Hərbi məhkəməsinin Şahid4 Nəzər oğlu barəsində 09 avqust 2022-ci il tarixli hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Cinayət işində olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Gəncə hərbi məhkəməsinin hökmlərindən və qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi dələduzluq və digər cinayətlərə görə xx.xx.2021-cu il tarixli 1-l(095)- 018/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1200 manat cərimə cəzasına, xx.xx.2021-cü il tarixli 1-1(095) -036/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 32.4 312.1-ci maddələri ilə təqsirli bilinərək, 6000 manat cərimə cəzasına məhkum edilmiş və həbsdə saxlanıldığı nəzərə alınaraq, cərimə cəzasından tamamilə azad edilmişdişdir, xx.xx.2022-ci il tarixli 1-l(095)- 015/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-nin 333.4-1 -ci maddəsi ilə barəsində cinayət təqibinə Azərbaycan Respublikasının Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya aktına əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Cinayət işində olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 240\01 07 mart 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş 1200 manat cərimə cəzasından Azərbaycan Respublikasının Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya aktına əsasən azad edilmişdir. Cinayət işində olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tərtib edilmiş əlyazma şəklində yazılmış və imzalar ilə təsdiq edilmiş 14.01,2022-ci il və xx.xx.2022-ci il tarixli əlyazmalardan görünür ki, Hüseynov X3 Nəzir Tofiq oğludan xx.xx.2022-ci il tarixdə 4000 min manat, xx.xx.2022-ci il tarixdə 4000 min manat aldığını etiraf edir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs kimi qəbul etsə də, əvvəlki cinayətə görə ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyi üçün, onu residiv kimi qəbul etmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işi materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə müsadirə ediləsi əmlak müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan ödəniş qəbzlərinin surəti, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tərtib edilmiş əlyazma şəklində yazılmış və imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əlyazmalar cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, ekspertiza xərci təşkil edən 165 (yüz atmış beş) manat Təqsirləndirilən şəxs qaydada alınaraq dövlət büdcəsinə keçirillməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 maddələrinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 13 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarında saxlanılan ödəniş qəbzlərinin surəti, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tərtib edilmiş əlyazma şəklində yazılmış və imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli əlyazmalar cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci təşkil edən 165 (yüz atmış beş) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) İradə Həsənzadə Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar