Məhkəmə qərarları › İş №1(101)-719/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-719/2024

12.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-719/2024 12.02.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Ağalarov Mahmud Muradxan oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, Əfəndiyev Emil Habil oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Qanunçuluq Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X1 iştirakı ilə 10 avqust 1992-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkum olunmamış, Abşeron rayonu Hökməli qəsəbəsində qeydiyyatda olub, Bakı şəhəri Yasamal rayonu, M.Seyidov küçəsi, ev 41, mənzil 60-da yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 5,905 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının yaxınlığına daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, 3 may 2023-cü il tarixdə saat 17.40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib orada xidməti otaqların birində saat 19.40-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarın sol yan cibindən onun satış məqsədi olmadan qanunsuz olaraq əldə etməklə üzərində saxladığı bir ədəd bükümdə ümumi təmiz çəkisi külli miqdarda 5,905 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər Rusiya Federasiyasının Moskva şəhərində ticarətlə məşğul olmuşdur. Sənədlərinin vaxtı keçdiyinə görə 8 mart 2023-cü il tarixdə Azərbaycana deportasiya edilmişdir. Sərhəddə DSX-nin əməkdaşları tərəfindən saxlanılaraq BMCMİ-nə aparılmışdır. İdarədə 2 gün sorğu-sual edildikdən sonra 10 mart 2023-cü il tarixdə sərbəst buraxılmışdır. Şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün aprel ayının əvvəllərində «ASAN» xidmətə müraciət etmiş, 10 gün sonra oradan şəxsiyyət vəsiqəsini götürmüşdür. Çöldə olarkən polis əməkdaşları onu saxlayıb Xətai RPİ-nin 37-ci polis bölməsinə aparmışlar. Sonra onlar BMCMİ-nə zəng etmiş, idarənin əməkdaşları isə onun şəxsiyyət vəsiqəsinin surətini götürüb, sərbəst buraxmalarını bildirmişlər. Odur ki, sərbəst buraxılmışdır. Səhəri gün BMCMİ-nin Rəvan adlı əməkdaşı ona zəng edib görüşmək istədiyini bildirmişdir. Sonuncuya Ramazan ayı çıxandan sonra görüşə biləcəyini bildirmişdir. 3 may 2023-cü il tarixdə saat 17 radələrində Yasamal rayonu ərazisində, BDU-nin yaxınlığında BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılmış və idarəyə aparılmışdır. Orada polis əməkdaşları ona psixi təzyiq göstərərək, üzərinə qoyacaqları 5 qram psixotrop maddənin özünə məxsus olmasını etiraf etməsə, onu 1 kq narkotik vasitə əldə etməyə görə cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Məcbur olub razılaşmışdır. Şəxsi axtarış keçirilərkən cibinə qoyduqları psixotrop maddəni təqdim edib özünə məxsus olmasını bildirmişdir. Qanunsuz saxlanılmağı ilə bağlı heç yerə müraciət etməmiş, belə bir hüququnun olmağını bilməmişdir. Barəsində keçirilmiş narkoloji yoxlamanın rəyindən məlumatlıdır. Polis əməkdaşları onun çayına narkotik vasitə əlavə etmiş, buna görə də yoxlama zamanı narkomaniya xəstəliyindən əziyyət çəkməsi barədə rəy verilmişdir. Heç vaxt narkotik vasitə qəbul etməmiş, saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi və məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, bir müddətdir psixotrop maddə metamfetamin və narkotik maddə marixuanadan istifdə edir. 2 may 2023-cü il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən 30 manata psixotrop maddə metamfetamin alıb şəxsi istifadəsi üçün üstündə saxlamışdır. 3 may 2023-cü il tarixdə axşam saatlarında ünvan 4 ünvanın yaxınlığında olarkən BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılıb, qeyd edilən idarəyə aparılmışdır. Orada tərcüməçi və müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetamin olması müşahidə edilmişdir. Sorğu zamanı psixotrop maddə metamfetamini bir gün əvvəl Yasamal rayonunda tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş bir ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən bir ədəd kağız zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonda şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgünlüyü imzalarla təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki, psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıdır. 3 may 2023-cü il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Odur ki, sonunucunun ifşa olunması üçün əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş və idarənin əməkdaşları Şahid2, Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 17:40-da ünvan 5 ünvanının yaxınlığında saxlanılmışdır. Sonuncunu barəsindəki qərarla tanış edib, idarəyə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs tərcüməçi və müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində «şüşə» adı ilə tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetmini 2 may 2023-cü il tarixdə Yasamal rayonunda tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün aldığını və üstündə saxladığını bildirmişdir. Bundan sonra aşkar olunmuş bir ədəd sellofan bükümdə olan maddə kağız zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonda şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı psixi təzyiq göstərilməmiş, şəxsi axtarış zamanı o, üzərindəki bükümü sərbəst şəkildə çıxarıb təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» X9 şöbə müdiri vəzifəsində çalışır. 1992-ci ildən etibarən ekspertdir. Təqsirləndirilən şəxs barəsində ambulator məcburi narkoloji tibbi yoxlamanı aparmış komissiyanın üzvü olmuşdur. Təqsirləndirilən şəxs 4 may 2023-cü il tarixdə komissiyaya təqdim edilmişdir. Komissiya tərəfindən şəxs labarator və klinik üsullarla müayinə edilmiş və onun sidik ifrazatında MET(+) MOP(+) TML(+) aşkar edilmişdir. MET(+) - metanfetamin və amfetamindir. MOP(+) - morfin, TML(+) isə travmadoldur. Travmadol narkotik vasitə və psixotrop maddələrə aid edilməyən güclü təsir edən dərman vasitəsidir. Metamfetamin sidikdə 48-72 saat ərzində qalır. Morfin 48 saata qədər, travmadol isə 24-48 saat ərzində qalır. Sonuncu istifadədən qeyd olunan vaxtlar keçdikdən sonra test nümunəsində bu maddələr görünə bilməz. Müayinə zamanı şəxsdən qan nümunəsi götürülməmişdir. Ekspress test üsulunda şəxsdən sidik nümunəsi götürülür. Bu üsulda şəxsin sidik nümunəsinə labarator şəraitdə immoqrafik və xromaqrafik cizgilər əlavə edilir və həmin cizgilərin rənginin dəyişməsi nəticəsində narkotik vasitə və ya psixotrop maddə aşkar edilib-edilmədiyi məlum olur. Bu üsulun etibarlılıq faizi 80-90 faizdir. Psixotrop maddələrə pataloji meyl formalaşdığını komissiya analizdən sonra müəyyən edir. Pataloji meyl dedikdə şəxsin narkotik vasitə əldə etməyə meyli və fiziki tələbatının olması başa düşülür. Ekspertiza bu nəticəyə şəxsin ifadəsinə əsasən gəlmişdir. Ay ərzində təxminən 800 nəfəri ekspress test üsulundan keçirilir. Heroin və metanfetamindən bir doza qəbul edilməsi belə onun aludəçiliyini yaradır. Müayinə zamanı şəxsin narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olub-olmamasını müəyyən etmək mümkün deyil, yalnız şəxsin sidik nümunəsində qeyd edilən maddələrin olubolmadığını müəyyən etmək olur. Verilən rəyin doğruluğunu təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» X10 Məhkəmə-kimyəvi şöbəsində ekspert-kimyaçı vəzifəsində çalışır. Təqsirləndirilən şəxs laborant tərəfindən götürülmüş sidik və qan nümunələrinin məhkəmə-kimyəvi tədqiqatını təkbaşına aparmışdır. 8-9 may 2023-cü il tarixdə tədqiqata başlamışdır. Tədqiqat zamanı sidik və qandan qələvi və turşu çıxarışları edilir, həmin çıxarışlar nazik xromotoqraf təbəqəsində işlənilir. Tədqiqat nəticəsində nümunələrdə amfetamin aşkar edilmişdir. Amfetamin metamfetaminin parçalanması nəticəsində yaranır və onun törəməsi sayılır. Amfetamin bədənə daxil olduqda 3-6 saatdan sonra pik həddə çatır, 8-12 saatdan sonra sidik nümunəsində narkotik vasitəni aşkar etmək mümkün olur. Əgər şəxs uzun illər narkotik vasitə qəbul edirsə, 12 saatdan sonra da orqanizmdə qalır, əsasən də qaraciyərdə və piy qatında müşahidə edilir. Əgər şəxs bir dəfə narkotik vasitə qəbul edibsə, qanda qalıcılıq müddətinin yuxarı həddi 2 aya qədər davam edə bilər. Uzun müddətdir qəbul edirsə, bu müddət 4 aya kimi arta bilər. Ola bilsin ki, test primitiv üsul olduğu üçün test müayinəsində narkotik vasitə görünməsin, lakin nümunələrin tədqiqatı çox ətraflı olduğundan narkotik vasitələr uzun müddət sonra da aşkar edilə bilər. Nümunələrin tədqiqatı zamanı şəxslər özü iştirak etmir, lakin, nümunələrin üzərində onların ad və soyadları qeyd olunur. Nümunə götürülərkən tərtib edilmiş aktda Təqsirləndirilən şəxs metamfetamin qəbul etdiyi barədə qeyd yazaraq onu imzalamışdır. Rəyin həqiqiliyini təsdiq edir. İşin 46-50-ci vərəqlərindəki «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 3 may 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 3 may 2023-cü il tarixdə saat 17.40-da ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib orada xidməti otaqların birində saat 19.40-dan etibarən üzərində keçirilmiş şəxsi axtarış keçirilmişdir. Bu zaman onun əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümdə 5,905 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin 58-62-ci vərəqlərindəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 4 may 2023-cü il tarixli 6/2564 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün №6» dairvəi möhür əksi «Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...» yazısı və imzalar olan bir ədəd zərfdə olan bir ədəd sellofan bükümdə təmiz çəkisi 5,905 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İşin 157-158-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 4 may 2023-cü il tarixli 2636 saylı rəyindən görünür ki, ambulator məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində MET(+), MOP(+), TML(+) aşkar olunmuşdur. Şifahi sorğu zamanı psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə etdiyini bildirmişdir. Müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhət görülür. İşin 164-165-ci vərəqlərindəki Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X2 maddi sübutların ekspertizasının 17 may 2023-cü il tarixli 1635/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində fenilalkilamin qrupuna aid olan amfetamin aşkar edildi. İşin 138-140-cı vərəqlərindəki 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,905 (tədqiqatdan sonra qalan 5,855) qram psixotrop maddə metafetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nə təhvil verilmişdir. İşin 167-174-cü vərəqlərindəki «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin video görüntülərini olduğu bir ədəd «CD» disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə olunmuşdur. İşin 156-157-ci vərəqlərindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşin 30-cu vərəqindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs 3 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 111-115-ci vərəqlərindəki qərardan görünür ki, Sabunçu rayon məhkəməsinin 5 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxs təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, saxlanılarkən üzərində psixotrop maddə olmadığını, metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu və psixi təzyiq nəticəsində həmin maddənin özünə məxsus olmasını etiraf etdiyini bildirmişdir. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, məhkəmədə dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, iş üzrə toplanmış çoxsaylı protokollar və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə sübut hesab etmir, cəzasını yüngülləşdirmək məqsədi güdən ifadə kimi qiymətləndirir, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edərək qərara gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 3 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar: Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,905 (tədqiqatdan sonra qalan 5,855) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinin olduğu bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 3 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 5,905 (tədqiqatdan sonra qalan 5,855) qram psixotrop maddə metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Onun üzərində şəxsi axtarış keçirilməsinin videogörüntülərinin olduğu bir ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar