Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-719/2025 22.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X6 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi: Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ş.Məhərrəmov küçəsi, ev 18-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq müəyyən etdı: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə saat 13 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozub, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan "xxxx" MMC-yə məxsus «Daewoo BS090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edərək Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi istiqamətindən S.Bəhlulzadə küçəsi ilə Suraxanı rayonu, Bülbülə qəsəbəsi istiqamətində 40-50 km/saat sürətlə hərəkət edərkən həmin Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib, qabaqda hərəkət edən nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda onunla toqquşmamamıq üçün avtobusu əks hərəkət zolağına istiqamətləndirmiş, əks istiqamətdə 50 km/saat sürətlə hərəkət edən Zərərçəkmiş şəxs3 idarə etdiyi «Mercedes Benz E220 CDİ» markalı 20- ER-583 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 postravmatik ensefalopatiya, asteo-nevrotik hal qalıq əlamətləri ilə müşayiət olunan baş beyin silkələnməsi, sol gicgah və sol gözaltı nahiyələrinin əzilmiş yaraları xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 sol bazu sümüyünün yerini dəyişmiş qapalı sınığı xəsarətləri yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, digər sərnişin Zərərçəkmiş şəxs2 Namiq oğluna baş beynin ağır dərəcəli əzilməsi, beyin daxili hematoma, sol gözdə buynuz qişanın bulanması, görmə sinirinin hissəvi atrofıyası ilə ağırlaşmış sol göz almasının zədələnməsi və alın, gicgah, əng sümüklərinin sınması ilə müşayiət olunan açıq kəllə beyin travması, ayciyərlərin kontuziyası və sağ tərəfli pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin qapalı travması xəsarətləri yetirməklə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş, nəticədə xx.xx.2023-cü ildə Zərərçəkmiş şəxs2 Namiq oğlu aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-də qeyri-rəsmi olaraq elektrik işləmişdir. Həmin MMC avtobus parkı olmaqla marşurutlar üzrə avtobusların fəaliyyətini təmin edirdi. Onun sürücülük vəsiqəsi olmadığı üçün heç bir nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. Onu da qeyd etmək istəyir ki, əvvəllər sürücülük vəsiqəsi olmadan atasına məxsus maşını idarə edərək maşında olan atası ilə birlikdə hərəkət edən zaman maşını yolun kənarına çırpmış, nəticədə atası dünyasını dəyişmiş və o, bu hadisəyə görə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə məhkum olunmuş və cəzasını məntəqə tipli CÇM-də çəkmişdir. 04 mart 2023-cü il tarixdə saat 12 radələrində qarajdan çıxıb evinə gedən zaman 113 saylı marşrut avtobusunun sürücüsü Namiq adlı şəxs zəng edib ürəyi ağrıdığını bildirərək idarə etdiyi «Daewoo BS090» markalı 10-TG- 371 dövlət qeydiyyat nişanlı avtobusu sürüb qaraja aparmasını xahiş etmişdir. O, razılaşıb Namiqin olduğu yerə gedərək avtobusu Namiqdən qəbul edib sükan arxasına oturmuşdur. Həmin vaxt avtobusda 2-3 nəfər sərnişin olmuş, onlar avtobusdan düşmək istəməmiş yolüstü düşəcəklərini bildirmişlər. Həmin gün saat 11.30-da Bül-bülə qəsəbəsi ərazisində üzü Razin qəsəbəsi istiqamətində hərəkət edərkən qarşısında gedən maşın qəfildən dayandığı üçün avtobusu yolun qarşı zolağına çıxartmış və ona tərəf öz yol zolağı ilə hərəkət edən 4 faralı göy rəngli «Mercedes» markalı maşın anidən avtobusun sol təkər hissəsinə çırpılmışdır. Həmin yolda hərəkətin surəti 50 km/saat nəzərdə tutulmuşdur. Hadisə baş verən zaman yol quru olmuş, hava yağışlı olmamışdır. Hadisə nəticəsində «Mercedes» markalı maşının qabaq hissəsi əzilmiş, sürücü və maşında olan sərnişinlər maşında sıxılaraq qalmışlar. O və hadisə yerinə toplaşan adamlar köməkləşərək maşından yaralıları çıxarıb hadisə yerinə gələn təcili tibbi yardım maşınına təhvil vermişlər. Hadisə haqqında Namiqin özünə və qarajın dispetçeri olan Şahid3 telefonla zəng edərək məlumat vermiş, onlar da hadisə yerinə gəlmişlər. Hadisədən sonra ən ağır xəsarət alan «Mercedes» markalı maşında sərnişin olmuş Zərərçəkmiş şəxs2 müalicəsi üçün qarajın bütün sürücüləri yığışaraq 40.000 manat pul ödəmişlər. Buna baxmayaraq Fərid aldığı xəsarətlərdən keçinmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu ilk dəfə zərərçəkmiş şəxs qismində iştirak etdiyi Bakı şəhəri Suraxanı rayon məhkəməsində görmüşdür. Belə ki, bu cinayət işinə əvvəlcə Suraxanı rayon məhkəməsində baxılmışdır. Həmin məhkəmədə dəfələrlə məhkəmə iclasları keçirilmiş və o da iclaslarda iştirak etmişdir. Həmin məhkəmədə Təqsirləndirilən şəxs hadisəni törətdiyini etiraf etmişdir. Hadisə haqqında isə onu bildirir ki, etibarnamə əsasında idarə etdiyi «Mersedes Benz» markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə-Bakı şəhərlər arasında sərnişin daşımaqla məşğul olmuş, 04 mart 2023- cü il tarixdə saat təxminən 08 radələrində Gəncə avtovağzalında biri müəllim, digər 3 nəfər isə isə şagirdləri olmaqla 4 nəfər tanımadığı şəxsi Bakı şəhərinə idman yarışlarına gətirmişdir. Həmin gün saat təxminən 13 radələrində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi istiqamətindən Bülbülə qəsəbəsi istiqamətində yolun özünə aid zolağı ilə təxminən 40 km/saat sürətlə hərəkətdə olan vaxt qarşı zolaqda iki maşının dayandığını, onların arxasınca sürətlə gələn avtobusun isə onun zolağına çıxdığını görmüş, hətta avtobusun sürətlə gəlməsi onda narahatçılıq doğurmuş, elə bu zaman onun idarə etdiyi maşınla avtobus bir-birinə çırpılmışdır. Zərbə nəticəsində o huşunu itirmiş, xəstəxanada ayılmışdır. Maşınlar toqquşmadan əvvəl avtobusu idarə edən şəxsin kim olmasını görməmiş, Təqsirləndirilən şəxs həmin avtobusun sükanı arxasında olmasını yalnız sonuncunun Suraxanı rayon məhkəməsində deməsindən bilmişdir. Özünə gəldikdən sonra bilmişdir ki, maşında arxa oturacaqda əyləşmiş idmançı uşaqlardan biri ağır yaralanmış, müəyyən müddətdən sonra isə dünyasını dəyişmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Belə ki, sonuncu onun müalicə xərclərini qismən olsa da ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi ağır yol-nəqliyyat hadisəsi zamanı sonuncunun idarə etdiyi avtobusla oğlu Zərərçəkmiş şəxs2 sərnişin kimi olduğu «Mercedes » markalı avtomaşının toqquşması nəticəsində oğlu Fərid ağır xəsarət almış, xəstəxanada stasionar müalicə almış və xəstəxanaya oğlunun yanına gələn Raufu o zaman tanımışdır. Rauf özü ona demişdir ki, avtobusu o idarə etmiş və oğlunun olduğu Mercedeslə o toqquşmuşdur. Oğlu Fərid xəstəxanadan çıxsa da uzun müddət evində qalmamış, hərarəti qalxmış, onu yenidən stasionar müalicə üçün xəstəxanaya qoymuş və 8 aylıq müalicə tədbirlərinə baxmayaraq oğlu dünyasını dəyişmişdir. Oğlu idmançı idi, güləşçi idi, tam sağlam idi. Hadisə günü isə məşqçisi və idmançı yoldaşları ilə birlikdə Bakıda keçirilən idman yarışlarında iştirak etmək üçün Gəngədən Bakı şəhərinə «Mercedes» markalı avtomaşınla yola çıxmışlar. Hadisə barədə ona Elşən adlı şəxs telefonla məlumat vermişdir. Sonradan bilmişdir ki, həmin Elşən adlı şəxs hadisəni törətmiş avtobus şirkətinin sahibidir. Həmin Elşən müəllim oğlu Fəridin müalicəsinə 19.000 manat pul ödəmişdir. Lakin oğlu ikinci dəfə xəstəxanaya düşdükdə Elşən müəllim xəstəxanaya hadisəni törətmiş Raufla birgə gəlmiş, lakin bu dəfə oğlunun müalicəsinə heç bir köməklik olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsi ilə əlaqədar olaraq əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin dedikləri ilə razı deyil, şirkətin bütün kollektivi tərəfindən 40.000 manat yığılaraq Fəridin müalicəsi üçün həkimlərə verilmişdir. Hətta ilk dəfə 23.000 manat həkimlərə vermişlər, ola bilsin ki, Günay Seyidova bundan xəbərsizdir. Ona verilən suallara cavab olaraq bildirir ki, 2015-ci ildə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı atası ölmüş, o isə ağır baş-beyin zədəsi alaraq komada olmuşdur. Buna baxmayaraq 1-ci hadisə ilə bağlı barəsində məhkəmə-psixiatrik ekspertizası keçirilməmiş, həmçinin baxılan iş üzrə də barəsində məhkəmə-psixiatrik ekspertizası keçirilməmişdir. O, ibtidai araşdırma zamanı və məhkəmədə ziddiyyətli ifadələr vermişdir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində avtobusun sürücüsü X1 təhvil aldığını, məhkəmə baxışı zamanı verdiyi ilk ifadəsində Namiq adlı sürücüdən avtobusu təhvil aldığını, Şahid4 məhkəmədə ifadə verdikdən sonra isə yadına düşmüşdür ki, avtobusun sürücüsü Şahid4dur, avtobusu isə o dispetçer Şahid3 təhvil almışdır. Onun səhhətində problemlər var, barəsində məhkəmə-psixiatrik ekspertizasının keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında ibtidai istintaq zamanl zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Gəncə şəhərində qaydasız döyüş üzrə idmanlaə məşğul olur və müəllimi Baxçalı müəllimdiir. 04 mart 2023cü il tarixdə saat 16:30 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu ərazisində keçirilən məşq seminarında iştirak etmək üçün onunla birlikdə idmanla məşğul olan Şahid1, Zərərçəkmiş şəxs1 və müəllimi Şahid2lə birlikdə 04 mart 2023- cü il tarixdə saat təxminən 08 radələrində Bakı şəhərinə getmək üçün Gəncə şəhər avtovağzalına gəlmişlər. Atovağzalda dayanaraq müştəri gözləyən tünd göy rəngli «Mersedes Benz» markalı **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxıınlaşıb həmin avtomobilin sürücüsü ilə Bakı şəhəri Suraxanı rayonuna aparması üçün 60 manata razılaşmışlar və Şahid1 avtomobilin qabaq oturacağında, o. Zərərçəkmiş şəxs2 və Şahid2 isə avtomobilin arxa oturacağında əyləşmişlər. Sürücü avtomobilin mühərrikini işə salaraq Bakı şəhəri istiqamətində idarə etməyə başlaışdır. Yolda avtomobili idarə edən sürücünün adının Samir olduğunu bilmişdir. Saat təxminən 13 radələrində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi istiqamətindən Bülbülə qəsəbəsi istiqamətində hərəkətdə olan vaxtı ani olaraq onların hərəkət hissəsinə markasını bilmədiyi sərnişin avtobusu çıxmış və həmin avtobusun sol hissəsi getdikləri avtomobilin sol hissəsinə toqquşmuşdur. Hadisə nəticəsində özü və avtomobildə olan digər yoldaşları xəsarət almış, hadisə yerinə gələn təcili yardım avtomobili onları Sabunçu xəstəxanasına aparmışdır. Özünün sol qolumda sınıq olduğundan tibbi yardım göstərilmiş və həmin gün Gəncə şəhərinə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, Rauf avtobusların parkında sürücülərə təmir işlərində, avtobusların təmizlənməsinə köməklik göstərmiş, onunla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Hadisə haqqında onu bildirir ki, o, artıq fəaliyyət göstərməyən "xxxx" MMC-də avtobus sürücüsü işləmişdir. Yol vərəqəsi əsasında 113 №-li marşurut üzrə «Daewoo BS090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu idarə edirdi. 04 mart 2023-ci il tarixdə həmin avtobusla işə çıxmışdır. Həmin marşurut Qara Qarayev metrosundan Əmircan qəsəbəsinə və əks istiqamətdə sərnişin daşımaqdan ibarət olmuşdur. Həmin gün saat 12 radələrində özünü pis hiss etdiyi üçün avtobusu Q.Qarayevdə yerləşən dayanacaqda saxlamış, maşının açarlarını dispetçer Şahid3 vermişdir. O, hadisə haqqında bir müddət sonra bilmişdir ki, avtobusu Təqsirləndirilən şəxs idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. O, avtobusun açarını birbaşa Raufa verməmişdir. İşlədiyi "xxxx" MMC-də Əlimehrab Xalıqov adlı şəxs işləməmiş, avtobusun sürücüsü Namiq deyil, o olmuşdur. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə əlaqədar əlavə ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Şahid4 ifadəsini təsdiq edir, ibtidai istintaq zamanı və bu məhkəmə baxışı zamanı verdiyi ifadələrində yanlışlıqlara yol vermişdir. Belə ki, ibtidai istintaq zamanı göstərmişdir ki, hadisə törətdiyi avtobusun sürücüsü Əlimehrab Xalıqov olmuş, məhkəmədə isə avtobusun sürücüsü Namiq adlı şəxsin olduğunu demişdir. Həqiqətdə isə avtobusun sürücüsü Şahid4 olmuş, avtobusun açarlarını isə ona artıq rəhmətə getmiş "xxxx" MMC-nin Şahid3 ona verərək sürücünü əvəz etməsini xahiş etmişdir. Məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə ölmüş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, "xxxx" MMC-də dispeçer işləyir. 113 saylı marşurut həmin MMC-yə məxsusdur. «Daewoo BS090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusu da "xxxx" MMC-yə məxsusdur. 04 mart 2023-ci il tarixdə həmin avtobusla yol vərəqəsi əsasında sürücü Şahid4 işə çıxmışdır. Həmin marşurut Qara Qarayev metrosundan Əmircan qəsəbəsinə və əks istiqamətdə sərnişin daşııyır. Həmin gün saat 13 radələrində Şahid4 ona zəng vurub bildirmişdir ki, həmin avtobusla Əmircan qəsəbəsi S.Bəhlulzadə küçəsində «Mercedes Benz» markalı minik avtomobili toqquşma baş vermişdir. O. dərhal hadisə yerinə gəlmiş və məlum olmuşdur ki, Vüsal vacib işi olduğu üçün qısa müddətə avtobusu idarə etməyə Rauf adlı şəxsə vermiş və o, idarə etməklə qeyd edilən qəzaqnı törətmişdir. Rauf avtobus sürücüsü deyil, lakin müəyyən işlərdə avtobus sürücülərinə kömək edir. Onun avtobusu idarə etməsi barədə "xxxx" MMC-də heç bir məlumat olmamışdır. Avtobusun zədələnməsi ilə bağlı avtobusun sürücüsü Vaüsal Həsənova və avtobusu idarə etmiş Təqsirləndirilən şəxs qarşı MMC-nin iddiası yoxdur, MMC-nin qarjında təmir olunacaqdır. Məhkəmə iclasında ibtidai istintaq zamanlı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunaraq müəyyən edilmişdir ki, Bakı Azərbaycan Pankration və Grapplinq Federasiyasının qaydasız döyüş üzrə Gəncə şəhərində idman müəllimi işləyir. 04 mart 2023-cü il tarixdə saat 16:30 dəqiqədə Bakı şəhəri Suraxanı rayonu ərazisində keçirilən məşq seminarında iştirak etmək üçün tələbələri Şahid1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə birlikdə 04 mart 2023-cü il tarixdə saat təxminən 08:00 dəqiqədə Bakı şəhərinə getmək üçün Gəncə şəhər avtovağzaldan tünd göy rəngli «Mersedes Benz» markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobi ilə Bakı şəhərinə getmişlər. Şahid1 qabaq oturacağda, o Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 avtomobilin arxa oturacağında əyləşmişlər. Yolda avtomobili idarə edən sürücünün adının Samir olduğunu bilmişdir. Saat təxminən 13 radələrində Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi istiqamətindən Bülbülə qəsəbəsi istiqamətində hərəkətdə olan vaxtı ani olaraq getdikləri hərəkət hissəsinə markasını bilmədiyim sərnişin avtobusu çıxmış və həmin avtobusun sol hissəsi sərnişin kimi əyləşdikləri avtomobilin sol hissəsi ilə toqquşmuşdur. Baş vermiş toqquşma nəticəsində əyləşdiykləri «Mersedes Benz» markalı avtomobil idarə etməni itirərək yolun sağ hissəsində olan səkiyə dəyərək dayanmışdır. Özü avtomobildən aşağı düşmüş və avtomobilin arxa oturacağında əyləşmiş huşsuz vəziyyətdə olan Zərərçəkmiş şəxs2 avtomobilin arxa oturacağından çıxartmışdır. Sonra isə avtombilin qabaq oturacağında əyləşmiş Şahid1ı da avtomobildən çıxartmışdır. Avtomobilin sürücü tərəfə olan qapısı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zədə aldığından tanımadığı şəxslərin köməyi ilə qapını açaraq avtomoblilin sürücüsü olan Samiri sükan arxasından çıxartmışlar. Raul isə özü avtomobildən çıxaraq qol nahiyyəsini əli ilə tutaraq kənarda dayanmışdır. Həmin vaxtı təcili tibbi yardım avtomobili baş vermiş hadisə yerinə yaxınlaşaraq Zərərçəkmiş şəxs2 təcili tibbi yardım avtomobili Sabunçu rayonu 3 saylı kliniki tibbi mərkəzə aparmışlar. Sonra isə tanımadığı avtomobilə və Şahid1 əyləşmiş, Samiri də orada olan şəxslərin köməkliyi ilə həmin avtomobilə əyləşdirərək Sabunçu rayonu 3 saylı kliniki tibbi mərkəzə getmişlər. Sabunçu rayonu 3 saylıı kliniki tibbi mərkəzdə ona və Ruslana ilkin tibbii yardım göstərdikdən sonra evə buraxmışlar. Samir və Fərid isə həmin günü orada qalmışlar. Fəridin vəziyyəti yaxşı olmadığından həmin günü onu Bakı Medikal Plazaya köçürmüşlər, Samiri isə təcili tibbi yardım avtomobili ilə Gəncə şəhərinə gətirmişlər. Özü isə 4 gün Fəridin yanında yəni onun müalicə aldığı Bakı Medikal Plazada qalmışdı. Getdikləri avtomobilin sürücüsü avtomobili saatda təxminən 50-60 km sürət ilə avtomobili idarə edirmiş. Hadisə konkret olaraq onların əyləşdiyi avtomobilin hərəkət hissəsində baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsirliliyi özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin rəisinə ünvanlanmış MK-2N 161 nömrəli xx.xx.2023-cü il tarixli Bakı şəhəri Suraxanı RPİ-nin məsul növbətçisi, polis mayoru Elnur Əlixanlı tərəfindən tərtib edilərək ünvanlanmış raportdan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə saat 13:00-da 3 saylı Bakı şəhər Sabunçu ŞKX-dan daxil olmuş məlumata əsasən, Bülbülə qəsəbəsində baş vermiş YNH zamanı X14 alının çapığı, Zərərçəkmiş şəxs2 Namiq oğlu qapalı və açıq kəllə beyin travması, Zərərçəkmiş şəxs1 Elmir oğlu sol çiyinin əziyi, X15 alt dodağın kəsilmiş yarası, Zərərçəkmiş şəxs3 Füzuli oğlu qapalı kəllə beyin travması və Şahid1 Əkbər oğlu alının sıyrılmış yarası xəsarəti almışdır. Məhkəmədə elan edilib araşdırılmış “yol nəqiliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, baxış aydın hava şəraitində Əmircan qəsəbəsindən Bülbülə qəsəbəsi istiqamətində keçirilmişdir. İstintaq hərəkəti ilə yolun işlək hissəsinin düz, örtük növünün isə asvalt beton və quru olduğu müəyyən edilmişdir. Yol örtüyünün eni 8 metr 60 sm-dir Həm sağ həm sol işlək zolağa səki birləşir və hər iki hissədə tikililər vardır. Yol iki tərəflidir, hər iki istiqamət işləkdir. Protokolun tərtib edilməsinə 13:20-də başlanılmış, saat 13:50-də başa çatdırılmışdır. Protokoldan və hadisə yerinin sxemindən müəyyən olunur ki, “Daewoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı 113 saylı sərnişin avtobusu ilə “Mercedes e 240” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillər arasında toqquşma olmuşdur. Yolun üzü Əmircan qəsəbəsi istiqamətində düzünə, manevr etmədən hərəkət edən “Mercedes e 240” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sağında üzü Bülbülə qəsəbəsi istiqamətində hərəkət edib manevr edərək əks hərəkət zolağına çıxan “Daewoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı 113 saylı sərnişin avtobusun hərəkəti və avtomobillərin qəza törətdikləri yer sxemdə öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış “Nəqiliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyətinin müəyyən edilməsi Qaydaları”na əlavə 2/5021 nömrəli xx.xx.2023-cü il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, “Daewoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı 113 saylı sərnişin avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisədən bilavasitə sonra sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirilmiş, hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış AC seriyalı 693293 №-li X4 Şəhadətnaməsindən müəyyən olunur ki, “Daewoo” BS090 avtobus markalı buraxılış ili 2009-cu il, mühərrikin №-si DE08TİS905025BQ, şassi №-si KL5UK42HEAU000193, rəngi ağdır, qeydiyyat nişanı **-TG-***, NV-nin sahibi "xxxx" MMC-dir və ünvanı AZ1007, ünvan 4ə tarixi xx.xx.2016-cı ildir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nə vətəndaş Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ilkin izahatından müəyyən olunur ki, o 113 saylı sərnişin avtobusların saxlama parkında sürücülərə təmir işlərində və təmizlənmədə kömək edir, onun sürücülük vəsiqəsi yoxdur, spirtli içki qəbul etmir. Məhkəmədə elan edilib araşdırılmış xxxxxxx000202№-li “Əmək müqaviləsində Dəyişiklik Edilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişi”-dən müəyyən olunur ki, işəgötürən VÖEN-si ********** olan "xxxx"MMC-dir, işçi isə Şahid4dur, bildirişin sistemə daxil edilmə tarixi xx.xx.2023-cü ildir. İşçisinin vəzifəsi sürücüdür, işə başlama tarixi xx.xx.2023-cü il, müqavilənin bağlandığı tarixlə eynidir, müqavilə müddətlidir, qurtardığı vaxt xx.xx.2023-cü il tarixə təsadüf edir. Əməyin ödənilməsi forması vaxtamuzddur, işçinin aylıq əməkhaqqının məbləği manatla 660 manatdır. Bildirişi sistemə daxil edən şəxs X8r. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-nin Şəhərdaxili və Şəhərətrafı sərnişin avtonəqiliyyatı üçün “Daewoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı 113 saylı sərnişin avtobusun 01-31 mart tarixlərdə sürücüsü Şahid4dur və xx.xx.2023-cü il tarixdə avtonəqiliyyat vasitəsinin sazlığı sürücü və mexanik tərəfindən imzası ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-16/2-49930/2023 №-li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2015-ci il tarxdə xx.xx.2023-cü il tarixədək məhdudlaşdırılmışdır. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 540 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şahid2 bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 541 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şahid1 bədəni səthində alın nahiyyəsinin səthi əzilmiş yaraları aşkar edilmiş, xx.xx.2023-cü il tarixdə baş vermiş nəqiliyyat hadisəsi zamanı əmələ gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Həmin maddənin tələblərinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, qabaqda gedən nəqliyyat nəqliyyat vasitəsi sürətini kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Sürücü Təqsirləndirilən şəxs avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 891 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində olan xəsarətlər: postravmatik ensefalopatiya, asteo-nevrotik hal qalıq əlamətləri ilə müşayiət olunan baş beyin silkələnməsi, sol gicgah və sol gözaltı nahiyələrinin əzilmiş yaralan bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2023-cü ilə uyğun gəlir, dərcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 947 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər: sol bazu sümüyünün yerini dəyişmiş qapalı sınığı bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2023-cü ilə uyğun gəlir, dərcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 892 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Namiq oğlunun bədəni üzərində olan xəsarətlər: baş beynin ağır dərəcəli əzilməsi, beyin daxili hematoma, sol gözdə buynuz qişanın bulanması, görmə sinirinin hissəvi atrofıyası ilə ağırlaşmış sol göz almasının zədələnməsi və alın, gicgah, əng sümüklərinin sınması ilə müşayiət olunan açıq kəllə beyin travması, ayciyərlərin kontuziyası və sağ tərəfli pnevmotoraks ilə müşayiət olunan döş qəfəsinin qapalı travması bərk küt əşya təsirindən törənmişlər, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmədə elan edilib araşdırılmış iş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 07 iyul 2023-cü il tarixli 8/1850 №-li rəyindən müəyyən olunur ki, «Daewoo BS090» markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə qərarından və “qətimkan tədbiri seçilməsi haqqında” qərardan müəyyən olunur ki, Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon prokurorluğunun ********* nömrəli xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi Bakı şəhər Suraxanı rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-587/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolundan müəyyən olunur ki, sürücünün xahişi ilə avtobusu bir dövrəlik sürmək üçün götürmüşdür. Belə ki, o, əvvəl qarajda sürücülərə kömək edirdi. Avtobusu idarə etdikdə Qara Qarayev metrosuna tərəf gedirdi. Bakı şəhəri Bülbülə qəsəbəsində uşaq bağçasının yanında anidən maşın dayanmış, yola çıxmaq istəyən zaman hadisə olmuşdur. Mercedes markalı avtomobil qarşısında dayandı, çıxmaq istəyərkən hadisə olmuşdur. Qabaq təkəri mercedesin sol tərəfi ilə toqquşdu. Həmin mercedesdə 5 nəfər var idi, onlardan iki nəfəri xəsarət aldı. İflic olan uşağa köməklik ediblər. 40.000 manat pul çıxıb, müdir köməklik edib. Digər zərərçəkmiş şəxslərə köməklik edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhər Suraxanı rayon məhkəməsinə X13 tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, oğlu Zərərçəkmiş şəxs2 7 aydır ki, xəstəxanalarda müalicə alırdı, başından 5 dəfə əməliyyat olunmasına baxmayaraq Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Xəstəxanasında Mərkəzi klinikada dünyasını dəyişmişdir. Məhkəmədə elan edilib araşdırılmış Gəncə şəhər Prokurorluğunun 852-xid-23 nömrəli xx.xx.2023-cü il tarixli arayışının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE va PA"-nın X21 Gəncə şəhər şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 84 №-li məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi (meyitin ekspertizası) rəyindən müəyyən olunur ki, xx.xx.2006-cl il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinəsinə, taqdim olunan tibbi sənədlərə ve laborator müayinənin cavabına əsasən mərhum Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər- baş beynin ağır dərəcəli əzilməsi, beyin daxili hematoma, sol gözdə buynuz qişasının bulanması, görmə sinirinin hissəvi atrofiyası ilə ağırlaşmış sol göz almasının zədələnməsi və alm, gicgah, əng sümüklərinin sınması ilə müşaiət olunan açıq kəllə beyin travması; agciyərlərin kontuziyası və sağ tərəfli pnevmotoraks ilə müşaiət olunan döş qəfəsinin qapalı travması – bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qararın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilən yuxarıda göstərilən xəsarətlər ağırlaşaraq aşağıda göstərilən fəsadlara səbəb olmuşdur: baş beynin yumsalması, beyin maddəsinin iltihabı, sağ ağciyərin irinli pnevmoniyası, qarın boşluğunun iltihabı, kaxeksiya, alimentar distrofiya.Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb ağır küt kəllə beyin travması nəticəsində baş beynin ağır dərəcəli əzilməsindən əmələ gələn baş beynin yumşalması və iltihabı olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE va PA"-nın X21dən daxil olmuş xx.xx.2024-cü il tarixli KEŞ-487 №-li məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi (iş materialları üzrə ekspertiza) rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 barəsində aparılmış müalicələr və icra edilmiş cərahiyyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Belə ki, ölümə səbəb travmanın ağırlığı olmuşdur. Xəstənin üzərində cərahiyyə əməliyyatları və adekvat müalicələr aparılmışdır Almış olduğu ravma ilə əlaqədar xəstənin vəziyyəti ağırlaşmış, ona “Keçilmiş beyin əməliyyatından sonrakı vəziyyət. Ensefalit, Hidrosefaliya, pnevmoniya” diaqnozu düzgün təyin edilmiş və xx.xx.2023-cü il tarixdə xəstədə bioloji ölüm baş vermişdir. Zərərçəkmiş şəxs2 müalicə müəssisələri şəraitində göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinə uyğun olmuşdur. Travmanın ağırlığı fəsadlaşaraq adekvat müalicələr tabe olmamış və xəstənin ölümünə səbəb olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 1(010)-89/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün prokurorluğa qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “təqsirləndirilən şəxs yenidə ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs ittihama əlavələr edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona yenidən ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon prokurorluğunun ********* nömrəli xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Gəncə Avtoservis və Ticarət müəsisəsi Gəncə 9№-li Texniki Xidmət Emalatxanasının arayışından müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs3 məxsus Mercedes e 240” markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin bazar qiyməti 11000 manatdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində elan edilmiş Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, digər sürücü Zərərçəkmiş şəxs3 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şahid4 ümumi istifadədə olan nəqiliyyat vasitəsini sərnişin daşınması üçün belə nəqiliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməsinə görə cinayət işindən material ayrılaraq inzibati xəta haqqında icraatın başlanılması üçün Bakı şəhəri Suraxanı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi yazılı vəsatət və ona əlavə edilmiş tibbi sənədlər təqdim edərək, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə almış ağır baş-beyin xəsarəti və hadisə törətdiyi avtobusun ona kim tərəfindən verilməsi barədə məhkəməyə verdiyi ziddiyətli ifadələri onun psixi sağlamlığının vəziyyəti barədə şübhələr yaratdığını və bu şübhələr iş üzrə ambulator məhkəmə-psixatrik ekspertizasının keçirilməsini zəruri etdiyini bildirərək, ekspertizanın təyin edilməsini xahiş etmiş, məhkəmə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası təyin etmiş, ekspertizanın keçirilməsi qarşılarında suallar qoyulmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X21 ekspertlərinə həvalə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 1135 №-li xx.xx.2025-ci il tarixli məktubuna qoşma olaraq əlavə edilmiş xx.xx.2025-ci il tarixli 544 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizası rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Üzvi (keçirilmiş baş beyin travması nəticəsində) şəxsiyyət pozuntusu müəyyən edilir, lakin onda aşkar edilən üzvi şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törədilən əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin, yəni ittiham olunan əməlinə görə anlaqlı hesab edilməldiri. Azərbaycan Respublikası CM-nin 21.1 və 21.3-cü maddələrinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki, o üzvi (keçirilmiş baş beyin travması nəticəsində) şəxsiyyət pozuntusu diaqnozlu xəstəliklə əlaqədar o, anlaqlığı istisna etməyən psixi xəstəliyə düçar olan şəxs kimi öz əməlinin faktiki xarakterini, ictimai təhlükləliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Göstərilənləri nəzərə alaraq ekspert komissiyasının üzvləri belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Onun məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosessual fəaliyyət qabiliyyətli hesab olunur. Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə uyğun olaraq məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi şəkilində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Azərbaycan Respublikası Cəzalaran İcra Məcəlləsinin 17.1ci maddəsinə əsasən məhkuma anlaqlığı istisna etməyən psixi pozuntuya görə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərəsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və cinayət işinin materiallarına əlavə edilmiş hökmün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 263-1.3-cü maddəsilə 3 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, o, xx.xx.2020-ci ildə əsas cəzasının sonu ilə azad edilmiş, əlavə cəzanın, yəni nəqiliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının sonu isə xx.xx.2023-cü il tarixdə bitmişdir. Belə ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli törətdiyi vaxtdan onun barəsində “həbs” qətimkan tədbiri deyil, şəxsin barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan xx.xx.2023-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri, xx.xx.2024-cü il tarixli qərarla isə “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs nəqiliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2023-cü il tarixədək məhdudlaşdırılmışdır. Belə olan təqdirdə Təqsirləndirilən şəxs hazırki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək faktiki olaraq əlavə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinin tələblərinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham təsdiq olunarsa, o, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinə əsasən beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqdır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 263-1.3-ci maddəsi həmin məcəllənin 15-ci maddəsinə əsasən təsnifatına görə ağır cinayətlər kateqoriyasına aiddir və təqsirin formasına görə ehtiyyatsızlıqdan törədilən cinayətdir. Belə olan halda həm əvvəlki, həm də hal-hazırda baxılan iş üzrə törədilən əməllər ehtiyyatsızlıqdan törədildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmır. Azərbaycan Respublikası CM-nin 45.2-ci, CİM-nin 154.3 və 157-ci maddələrinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2014-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli 21-ci bəndinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi nəzərə alınmalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 noyabr 2013-cü il tarixli 22-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterlihərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263, 263-1, 264 və 351-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması və ya yetkinlik yaşına çatmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. CM-nin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir. Məhkəmə göstərilən əlavə cəzanı yalnız CM-nin 62-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olduqda, həmin maddəyə istinad etməklə və qəbul olunmuş qərarın motivlərini hökmdə göstərməklə tətbiq etməyə bilər. Məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra CİM-nin) 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ilə əlaqədar olmayan digər cəzalarla birlikdə, habelə əsas cəzanın şərti olaraq tətbiq edilməsi zamanı təyin edildiyi hallarda əlavə cəzanın çəkilməsi müddəti hökmün qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının 3 iyul 1998-ci il tarixli «Yol hərəkəti haqqında» Qanununun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun, lakin iş üzrə Təqsirləndirilən şəxs hərəkətlərində isə bu maddənin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin qanunun 33-cü maddəsinin 4-cü hissəsinə tələblərinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. Lakin Təqsirləndirilən şəxs avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində bu maddənin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə toplanmış sübutları araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahid ifadələri, ibtidai araşdırma orqanı tərətindən tərtib olunmuş qərar və protokollar, həmçinin yol nəqiliyyat hadisəsi yerinə baxış protokolu, məhkəmə ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlini törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Bundan əlavə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X5 təməl prinsiplərindəndir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, onlar Təqsirləndirilən şəxs şikayətçi olmadıqlarını və ibtidai istintaq zamanı verdikləri ifadəni təsdiq etdiklərini bildirmişlər. Məhkəmədə elan edilib araşdırılmış vətəndaş X11 7 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizəsindən və müraciətindən müəyyən olunur ki, o “Mercedes Benz” E220 markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir və ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs3 7 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən olunur ki, o “Mercedes Benz” E220 markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə zamanı sürücüsü olmuşdur və ona dəymiş maddi və mənəvi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, şikayəti və tələbi yoxdur. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X10 1 saylı Gəncə regional “Asan xidmət” mərkəzinin Notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2025-ci il tarixli ərizəsindən və müraciətindən müəyyən olunur ki, o Zərərçəkmiş şəxs2 anası (hüquqi varisi) kimi şikayəti, iddiası və heç bir tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində ən yüngül qərar qəbul edilməsinə etiraz etmir, yəni onun həbs edilməsinin tərəfdarı deyildir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını, törətdiyi əməldən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədləri açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunma yolu ilə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs aid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4-cü maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərcləri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafəçi Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi) manat pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 05 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası cəzanı icra edən müəssisə və orqan tərəfindən Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 154.1-ci və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Azərbaycan Respublikası CM-nin 95.0.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsi növündə tibbi-xarakterli məcburi tədbirlər təyin olunsun. Azərbaycan Respublikası Cəzaların İcra Məcəlləsinin 17.1-ci maddəsinə əsasən bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖİN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 420 AZN (dörd yüz iyirmi) manat pul Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Sadıxov Hakimlər: Novruz Kərimov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-719/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-719/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver