Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-72/2020 28.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, X29 və Anar Hüseynağa oğlu Həsənovun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş ProkurorluğununDövlətittihamınınmüdafiəsiüzrəidarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X21, müdafiəçilər: Bakışəhəri5saylıVəkil Bürosunun vəkiliNazimZiyaddin oğlu Kərimov, Bakı şəhəri1 saylıVəkilBürosununvəkili İlham İbadoğluİbadovvə«Faiq Nağıyev və Partnyorları»Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər:Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs2,Zərərçəkmiş şəxs3,Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 və zərərçəkmiş şəxsin nümayəndələri Nümayəndə1, X27 və X14 iştirakı ilə xx xxx 1961-ciildə Fizuli rayonunun Mahmudlu kəndində doğulmuş, Azərbaycan Respublikasınınvətəndaşı, ali təhsilli, evli, «xxxxxxx» MMC-nin direktoru işləmiş, məhkum olunmamış, Bakı şəhəri 8-ci mikrorayon, Məmmədova küçəsi, ev 5, mənzil 5-də qeydiyyatda olan, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs AzərbaycanRespublikası CM-nin178.3.2 və 308.2-ci maddləri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs x xxxxxxxx 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən qeydiyyatdan keçmiş «xxxxxxx» MMC-nin təsisçisi və direktoru kimi həmin tarixdə təsdiq olunmuş Cəmiyyətin Nizamnaməsinə əsasən cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərinimzalanmasıvəsairsəlahiyyətlərə maliktəşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrininicrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, özgənin külli miqdarda əmlakını qulluq mövqeyindən istifadə edib aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, həmin cəmiyyət tərəfindən Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa olunan 1 girişli 10 mərtəbəli binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən, ümumi sahəsi 106 m2 olan mənzili xx xxxxxxx 2007-ci il tarixli müqavilə ilə Şahid5 satmağına baxmayaraq, x xxxxxx 2008-ci il tarixdə mənzilin Şahid5 məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzili Zərərçəkmiş şəxs1 68.900 manata satıb göstərilən tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa olunan 1 girişli 10 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ofisində ondan həmin məbləğdə pulu alaraq, vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2008-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləni və həmin tarixli arayışı tərtib edib cinayətdən xəbərsiz olan binada nəzarətçi işləyən Şahid6 verdiyi tapşırığı əsasında sonuncu tərəfindən imzalanıb cəmiyyətin möhürü ilə təsdiq olunduqdan sonra, həmin sənədləri Zərərçəkmiş şəxs1 verib, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 68.900 (altmış səkkiz min doqquz yüz) manat məbləğində pulu ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib külli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə edərək özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, qeyd olunan yaşayış binasının 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 106 m2 olan mənzilin dəyərinin 15.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.700 manatının ilkin, qalan hissəsinin isə hissə-hissə ödənilməsi şərti ilə 100.000 ABŞ dollarına, həmin dövrün rəsmi məzənnəsi ilə 78.000 manata Zərərçəkmiş şəxs14 satmaqla mənzilin sonuncunun qızı Şəfəq Osmanovanın adına rəsmiləşdirilməsi barədə x xxxxxx 2007-ci il tarixli mənzil alqı-satqısı haqqında müqavilə bağladıqdan sonra alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəlik qismən, yəni müqavilə bağlanan gün 15.000 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 11.700 manat, 2009-cu ilin mart ayına kimi olan müddətdə isə hissə-hissə olmaqla Cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa olunan 1 girişli 10 mərtəbəli binanın həyətində cəmi 10.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 7.800 manat olmaqla, ümumilikdə 19.500 manat ödəniş edildiyinə görə həmin mənzil alqı-satqı müqaviləsinin 7.5-ci maddəsində nəzərdə tutulmuş - «tərəflərdən biri bu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə, digər tərəfi 1 ay qabaqcadan digər tərəfə yazılı məlumat verib müqaviləyə xitam verilir» şərtinə əsasən, həmin mənzilin yenidən satılacağı halda satışdan əldə olunan puldan ilkin alıcıya ödədiyi pulu qaytarmalı olduğu halda, müqaviləni bir tərəfli qaydada xitam edib ondan aldığı 19.500 manat pulu mənzili yenidən satacağı şəxsdən pul aldıqdan sonra qaytaracağına dair Zərərçəkmiş şəxs14 yalandan vəd verib onu aldadaraq etibarından sui-istifadə edib, həmin mənzili xx xxxx 2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Zərərçəkmiş şəxs15 47.700 manata satıb sonuncudan həmin mənzilin dəyərini tam həcmdə almasına baxmayaraq, Zərərçəkmiş şəxs14 müqavilə üzrə qəbul etdiyi 19.500 (on doqquz min beş yüz)manat məbləğində pulu ona qəsdən qaytarmayıb öz şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus pulu, təkrarən, qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs14 xeyli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib həmin binanın 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 130 m2 olan mənzili xx xxxxxx 2007-ci il tarixli müqavilə ilə Zərərçəkmiş şəxs10 satmağına baxmayaraq, x xxxxxxxx 2009-cu il tarixdə mənzilin Zərərçəkmiş şəxs10 məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzili Zərərçəkmiş şəxs11 55.900 manata satıb göstərilən tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa olunan 1 girişli 10 mərtəbəli binanın həyətində ondan həmin məbləğdə pulu alaraq, vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs11 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri- xx.xx.2009-cu il tarixli mənzil alqı-satqısı haqqında müqaviləni və həmin tarixli arayışı tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verib 55.900 manat pulu alaraq öz şəxsi ehtiyaclarına sərf edib, təkrarən, qulluq mövqeyindən istifadə etməklə 55.900 (əlli beş min doqquz yüz) manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs11 külli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədilə qulluq mövqeyindən istifadə edib həmin binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən, ümumi sahəsi 106 m2 olan mənzili xx xxxx 2008-ci il tarixli müqavilə ilə X2 baxmayaraq, x xxxxx 2011-ci il tarixdə mənzilin Əliş Qədirova məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzili Zərərçəkmiş şəxs7 32.000 manata satıb göstərilən tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa olunan 1 girişli 10 mərtəbəli binanın həyətində ondan 16.000 manat, xx.xx.2011ci ildə həmin ünvanda 8.000 manat və xx.xx.2011-ci il tarixdə 8.000 manat olmaqla, ümumilikdə 32.000 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs7 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri: xx.xx.2011-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləni, həmin tarixli, xx.xx.2011-ci il və xx.xx.2011-ci il tarixli arayışları tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verib, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs7 məxsus 32.000 (otuz iki min) manat pulu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib həmin binanın 2-ci mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 106 m2 olan mənzili x xxx 2009-cu il tarixli müqavilə ilə Zərərçəkmiş şəxs6 satmağına baxmayaraq, xx xxxxxx 2011-ci il tarixdə mənzilin Zərərçəkmiş şəxs6 məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzili Zərərçəkmiş şəxs5 45.580 manata satıb göstərilən tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa olunan 1 girişli 10 mərtəbəli binanın həyətində ondan qeyd olunan məbləğdə pulu alaraq, vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs5 arvadı Şahid7 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2011-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləni, həmin tarixli arayışı tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verib, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 məxsus 45.580 (qırx beş min beş yüz səksən) manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib həmin binanın 3-cü mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 106 m2 olan mənzili x xxxxxx 2010-cu il tarixli müqavilə ilə Zərərçəkmiş şəxs17 satmağına baxmayaraq, xx xxxx 2012-ci il tarixdə mənzilin Zərərçəkmiş şəxs17 məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzili X16 54.600 manata satıb Qazaxstan Respublikasının Almatı şəhərində qeyd olunan məbləğdə pulu ondan alaraq, vəzifəli şəxs kimi mənzilin Qəhrəman Sadıyevin qohumu X7 adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri xx.xx.2012-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləni, həmin tarixli arayışı tərtib edib imzası ilə təsdiq edərək sonuncuya verib, təkrarən, qulluq mövqeyindən istifadə etməklə İbrahim Sadıyevə məxsus 54.600 (əlli dörd min altı yüz) manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib həmin binanın 3-cü mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 106 m2 olan mənzili x xxxxxx 2010-cu il tarixli müqavilə ilə Zərərçəkmiş şəxs17 satmağına baxmayaraq, xx xxxxxx 2012-ci il tarixdə mənzilin Zərərçəkmiş şəxs17 məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzili Zərərçəkmiş şəxs13 40.000 manata satıb göstərilən tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 5 saylı binanın qarşısında inşa olunan 1 girişli 10 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ofisində ondan həmin məbləğdə pulu alaraq, vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs13 adına rəsmiləşdirilməsi barədə cəmiyyətin qeyd olunan ofisində məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2012-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləni və həmin tarixli arayışı tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verib, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs13 məxsus 40.000 (qırx min) manat pulu aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib həmin binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən, ümumi sahəsi 130 m2 olan mənzili x xxxxxx 2010-cu il tarixli müqavilə ilə Zərərçəkmiş şəxs16 satmağına baxmayaraq, xx xxxxxx 2012-ci il tarixdə mənzilin Zərərçəkmiş şəxs16 məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzili Zərərçəkmiş şəxs9 53.040 manata satıb göstərilən tarixdə cəmiyyətin Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 5 saylı binanın qarşısında inşa olunan 1 girişli 10 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən ofisində ondan həmin məbləğdə pulu alaraq, vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs9 adına rəsmiləşdirilməsi barədə cəmiyyətin qeyd olunan ofisində məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2012-ci il tarixli mənzil alqı-satqısı haqqında müqaviləni və həmin tarixli arayışı tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verib, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs9 məxsus 53.040 (əlli üç min qırx) manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib həmin binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən, ümumi sahəsi 130 m2 olan mənzili xx xxxxxxx 2007-ci il tarixli müqavilə ilə Şahid5 satdıqdan sonra sonuncu tərəfindən mənzilin xx xxxxxx 2009-cu il tarixdə Zərərçəkmiş şəxs4 satılması ilə bağlı özü tərəfindən sonuncunun adına rəsmiləşdirdiyini bildiyi halda xx xxxxxx 2013-cü il tarixdə mənzilin Zərərçəkmiş şəxs4 məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzili Zərərçəkmiş şəxs2 65.000 manata satıb göstərilən tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən «Ocaq» kafesində ondan həmin məbləğdə pulu alaraq, vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs2 adına rəsmiləşdirilməsi barədə cəmiyyətin qeyd olunan ofisində məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2013-cü il tarixli mənzil alqı-satqısı haqqında müqaviləni və həmin tarixli arayışı tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verib, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus 65.000 (altmış beş min) manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla, təkrarən, həmin vəzifədə işləyərkən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə qulluq mövqeyindən istifadə edib həmin binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən, ümumi sahəsi 130 m2 olan 3 otaqlı və 106 m2 sahəsi olan 2 otaqlı mənzili xx xxxxxxx 2007-ci il tarixli müqavilə ilə Şahid5 satmağına baxmayaraq, həmin mənzillərin Şahid5 tərəfindən xx xxxxxx 2009-cu il və x xxxxxx 2009-cu il tarixlərdə Zərərçəkmiş şəxs4 satılması ilə bağlı özü tərəfindən sonuncunun adına rəsmiləşdirdiyini bildiyi halda xx xxxxxx 2013-cü il tarixdə mənzillərin Zərərçəkmiş şəxs4 məxsus olmasını gizlətməklə aldadaraq həmin mənzilləri Zərərçəkmiş şəxs3 129.800 manata qanunsuz satıb göstərilən tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən «Ocaq» kafesində ondan həmin məbləğdə pulu alaraq, vəzifəli şəxs kimi mənzilin Zərərçəkmiş şəxs3 və onun arvadı Arzu Quliyevanın adına rəsmiləşdirilməsi barədə məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta rəsmi sənədləri - xx.xx.2013-cü il tarixli mənzil alqı-satqısı haqqında müqavilələri və həmin tarixli arayışları tərtib edib imzası və cəmiyyətin möhürü ilə təsdiq edərək sonuncuya verib, təkrarən, qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 məxsus ümumilikdə 129.800 (bir yüz iyirmi doqquz min səkkiz yüz) manat pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, həmin hərəkətləri ilə mənzillərin ilkin sahibləri olan fiziki şəxslər - Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, Əliş Qədirov və Zərərçəkmiş şəxs16 faktiki olaraq mənzildən mübahisəsiz, sərbəst istifadə və sahiblik hüququndan məhrum etməklə kütləvi surətdə fiziki şəxslərin əmlak hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2007-ci ildə «xxxxxxx» MMC-ni təsis etmiş, cəmiyyətin direktorudur. 2009-cu ildə ünvan 1-də bir bloklu 10 mərtəbəli yaşayış binası inşa etməyə başlamışdır. Binanın birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmuş, qalan 9 mərtəbədə 36 mənzil inşa etdirmişdir. 4-cü mərtəbədə sol tərəfdə yerləşən sahəsi 106 m2 olan mənzili əvvəlcə Şahid5, sonradan həmin mənzili təkrarən Zərərçəkmiş şəxs1 68.900 manata satıb pulunu ələ keçirmişdir. Həmin mərtəbənin sağ tərəfində yerləşən 106 m2 sahəsi olan mənzili Zərərçəkmiş şəxs14 satmışdır. Sonuncu ilkin olaraq 19.500 manat ödəsə də, pulun qalan hissəsini ödəyə bilməmişdir. Odur ki, Zərərçəkmiş şəxs14 mənzil üçün ödədiyi pulu geri istəmiş, sonuncuya mənzili başqasına satıb pulu qaytaracağını demişdir. Bir müddət sonra həmin mənzili satsa da, pulunu şəxsi ehtiyaclarına xərcləmiş, Məhərrəmə pul verməmişdir. Binanın 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən, ümumi sahəsi 130 m2 olan mənzili Zərərçəkmiş şəxs10, sonradan həmin mənzili təkrarən Zərərçəkmiş şəxs11 55.900 manata satıb pulunu ələ keçirmişdir. Binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili təkrarən Zərərçəkmiş şəxs7 32.000 manata satmışdır. Binanın 2-ci mərtəbəsində sağ tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili təkrarən Zərərçəkmiş şəxs5 45.580 manata satıb, pulunu şəxsi işlərinə xərcləmişdir. Binanın 3-cü mərtəbəsində sağ tərəfdə yerləşən ümumi sahəsi 106 m2 olan mənzili təkrarən İbrahim Sadıyevə 54.600 manata satmışdır. 3-cü mərtəbədə sağ tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili təkrarən Zərərçəkmiş şəxs13 40.000 manata satmış və pulunu şəxsi ehtiyaclarına xərcləmişdir. Binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzili təkrarən Zərərçəkmiş şəxs9 53.040 manata satıb pulunu ələ keçirmişdir. Binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzili təkrarən Zərərçəkmiş şəxs2 65.000 manata satmışdır. Həmin mənzili və binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan 2 otaqlı mənzili təkrarən Zərərçəkmiş şəxs3 129.800 manata satmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs17 adına tərtib olunmuş x xxxxxx 2010-cu il tarixli müqavilə və arayışda, Zərərçəkmiş şəxs4 adına tərtib olunmuş xx xxxxxx 2009-cu il tarixli və xx xxxxxx 2009-cu il tarixli müqavilə və arayışda, Zərərçəkmiş şəxs15 adına tərtib olunmuş xx xxxxxx 2009-cu il və xx xxxx 2009-cu il tarixli müqavilə və arayışlarda, Zərərçəkmiş şəxs11 adına tərtib olunmuş x xxxxxxxx 2009-cu il tarixli müqavilə və arayışda, Zərərçəkmiş şəxs16 adına tərtib olunmuş xx xxxxxx 2011ci il tarixli müqavilə və arayışda, Əliş Qədirovun öz adına və həyat yoldaşı Şaibə Qədirovanın adına olan mənzil müqavilələrində, X7 adına tərtib olunmuş xx xxxx 2012-ci il tarixli müqavilədə, Zərərçəkmiş şəxs6 adına tərtib olunmuş x xxx 2009-cu il tarixli müqavilə və arayışda, Zərərçəkmiş şəxs10 adına tərtib olunmuş xx xxxxxx 2007-ci il tarixli müqavilə və arayışlarda soyadı qarşısındakı imza onun tərəfindən icra edilmişdir. Zərərçəkmiş şəxs4 mənzil satmamış, sonuncudan pulu Şahid17 almışdır. Zərərçəkmiş şəxs16 adına tərtib olunmuş x xxxxxx 2010-cu il tarixli müqavilə və arayışda soyadı qarşısında olan imza ona məxsus deyildir. Güman edir ki, həmin müqavilə Şahid17 tərəfindən saxtalaşdırılmışdır. Zərərçəkmiş şəxs16 binanın 3-cü mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan bir mənzil satmış, sonuncuya başqa mənzil satmamış və ondan pul almamışdır. Binanın 5-ci mərtəbənin sol tərəfində yerləşən 130 m2 sahəsi olan mənzili 2012-ci ilin dekabr ayında Aytana Əhmədovaya satmışdır. X31 ilə Novruzun vasitəsilə 2012-ci ilin əvvəlində tanış olmuşdur. Mehmanın adına tərtib edilmiş x xxxxxx 2008-ci il tarixli müqavilədə soyadı qarşısındakı imza onun tərəfindən icra edilməmişdir. Mehmana mənzil satmamışdır. Sonradan Şahid17 Mehmandan pul aldığını öyrənmiş və sonuncuya Novruz tərəfindən mənzil satıldığını güman etmişdir. Zərərçəkmiş şəxs1 adına tərtib edilmiş x xxxxxx 2008-ci il tarixli müqavilədə soyadı qarşısındakı imza onun tərəfindən icra edilməsə də, Ayaza binanın 4-cü mərtəbəsində sol tərəfdə qeyd olunan tarixdə mənzil satmışdır. xx xxxxxxx 2018-ci ildə Şahid17lə telefon əlaqəsi saxlamış, sonuncu ondan binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 106 və 130 m2 sahəsi olan mənzillərin əvvəlcə Şahid5, daha sonra güya həmin mənzillərin Zərərçəkmiş şəxs4 satılması barədə ifadə verməyini xahiş etmişdir. Novruza Zərərçəkmiş şəxs16 binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzili satmadığını, həmin mənzilin özünə məxsus olmasını bildirmişdir. Novruz həmin mənzili 120.000 manata satıb pulu ona verəcəyini deyib, bu barədə istintaqa məlumat verməməsini ondan xahiş etmişdir. Odur ki, Zərərçəkmiş şəxs16 binanın 5-ci mərtəbəsindən mənzil satılması barədə müqavilənin Şahid17 tərəfindən saxtalaşdırıldığını güman edir. Cinayət işi materiallarına əlavə edilmsiş mənzillərdə yaşamaq hüququna malik şəxslərin siyahısına dair cədvəl onun tərəfindən tərtib edilmişdir. Şahid17 xahişinə əsasən cədvəldə 4-cü mərtəbədə sol tərəfdə yerləşən 106 m2 və 130 m2 sahəsi olan mənzillərin qarşısında Zərərçəkmiş şəxs4 adını və 5-ci mərtəbədə sol tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzilin qarşısında Zərərçəkmiş şəxs16 adını qeyd etmişdir. X5 məhkəmədə göstərdiklərini təsdiq etmir. Sonuncudan 300.000 manat almamış, Əbdürəhmana müqavilə və maliyyə arayışı yazıb verməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1ifadəsində göstərdi ki, 2008-ci ildə ünvan 1 ünvanının qarşısında “xxxxxxx” MMC tərəfindən inşa olunan binadan mənzil almaq qərarına gəlmişdir. Odur ki, MMC-nin ofisinə gedib maraqlanmış, binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan 2 otaqlı mənzilin 68.900 manata satdığını bildirmişdir. xx xxxxxx 2008-ci ildə həmin mənzili almaq üçün 68.900 manat ödəniş etmiş və onun adına müqavilə və arayış tərtib edilmişdir. 2013-cü ilin sonlarında bina sakinlərindən Təqsirləndirilən şəxs tərəfindən bir mənzilin təkrarən bir neçə şəxsə satıldığını öyrənmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2013-cü ilin yanvar ayında ünvan 1 ünvanının qarşısında “xxxxxxx” MMC tərəfindən inşa edilən binadan mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə binanı inşa edən Təqsirləndirilən şəxs oğlu Vüsalla tanış olmuşdur. Vüsal atası Tofiqin Qazaxıstanda olduğunu, binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan 3 otaqlı mənzilin 65.000 manata satıldığını, həmin mənzili almaq istəyirsə təcili beh verməli olduğunu bildirmişdir. Odur ki, səhəri gün Şahid3 iştirakı ilə, binanın qarşısında 2.000 manat pulu Vüsala vermişdir. Sonuncu pulu götürüb, atasının 10 günə qayıdacağını bildirmiş və onun telefon nömrəsini götürmüşdür. 10 gündən sonra Vüsal ona zəng edib, atasının gəldiyini bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs ilə “Ocaq” kafesində görüşüb tanış olmuşdur. Binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan 3 otaqlı mənzili almaq üçün xx.xx.2013-cü il tarixdə Təqsirləndirilən şəxs 60.000 manat pul ödəmiş, qalan 3.000 manat pulu isə tez bir zamanda ödəyəcəyinə söz vermişdir. Həmin vaxt Vüsal da onların yanında olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən onun adına mənzil müqaviləsi və maliyyə arayışı tərtib edilmişdir. Sonuncu iyun ayında mənzildə təmir işlərinə başlaya biləcəyinə söz vermişdir. 2013-cü ilin may ayında “Ocaq” kafesində Tofiqə qalan 3.000 manat pulu da ödəmişdir. 2014-cü ilin əvvəllərində aldığı mənzilin bir neçə şəxsə satıldığını öyrəndiyindən hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Hazırdaona dəymiş ziyan ödənildiyindəntəqsirləndirilənşəxsəqarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2013-cü ilin fevral ayında Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında bina inşa edən “xxxxxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 3 otaqlı 130 m2 və 2 otaqlı 106 m2 sahəsi olan mənzilləri satdığını bildirmişdir. Həmin mənzillərə baxıb bəyənmiş, birini öz adına, digərini isə həyat yoldaşı Arzu Quliyevanın adına almaq qərarına gəlmişdir. Tofiq ilə 3 otaqlı mənzilə görə 71.500 manat, 2 otaqlı mənzilə görə isə 58.300 manat olmaqla, cəmi 128.900 manat pul ödəməyə razılaşmışdır. Növbəti gün Binəqədi rayonunda yerləşən “Ocaq” restoranında Təqsirləndirilən şəxs dostu Elçinin, maklerlərin və Şahid4 yanında 129.800 manat pul ödəmişdir. Bundan sonra Tofiq onun və həyat yoldaşının adına müqavilə və maliyyə arayışı tərtib edib vermişdir. 2014-cü ilin əvvəllərində aldığı mənzillərə baxmaq üçün binaya getmiş və aldığı mənzillərin ondan başqa təkrarən bir neçə şəxsə də satıldığını öyrənmişdir. Hazırdaonadəymişziyanödənildiyindəntəqsirləndirilənşəxsəqarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, uzun müddətdir Şahid17lə dostluq edir. 2009-cu ildə Bakı şəhərində mənzil almaq istəmişdir. Novruz ona “xxxxxxx” MMC-nin ünvan 1 saylı binanın qarşısında inşa etdiyi binadan mənzil almağı təklif etmişdir. O, həmin binanın olduğu ərazini bəyənmiş və MMC-nin direktoru Təqsirləndirilən şəxslə tanış olmuşdur. Təqsirləndirilən şəxs binanın 4-cü mərtəbəsində sol tərəfdə Şahid5 adlı qadına məxsus 130 və 106 m2 sahəsi olan mənzillərin satıldığını bildirmişdir. O, Şahid5 ilə görüşmək istəsə də, Tofiq özü həmin qadınla danışıb, razılaşdığını bildirmişdir. Odur ki, 130 m2 sahəsi olan mənzil üçün Tofiqə 78.000 manat, 106 m2 sahəsi olan mənzil üçün Tofiqə 47.700 manat pul ödəmişdir. Tofiq hər iki mənzilə aid onun adına müqavilə və arayış tərtib edib vermişdir. Bir müddət sonra Tofiq Şahid5 pulunu ödədiyini bildirmişdir. 2014-cü ilin sonlarında aldığı mənzillərin Təqsirləndirilən şəxs tərəfindən təkrarən Zərərçəkmiş şəxs1 və digər şəxslərə satıldığını öyrənmişdir. Daha sonra Şahid5 tapmış və sonuncu Tofiq tərəfindən pulunun ödənildiyini etiraf etmişdir. Şahid5 mənzilin Tofiq tərəfindən təkrarən satıldığını bildirdikdən sonra o, Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən Şahid5 mənzilin ilkin alıcısı olduğu təsdiq edilmişdir. Bundan sonra 2018-ci ilin yay aylarında aralarında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Hazırda mənzillər onun istifadəsində olduğuna görə Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5ifadəsində göstərdi ki, 2011-ci ildə Bakı şəhərində mənzil almaq qərarına gəlmişdir. Bu məqsədlə Murad Qasımov adlı maklerə müraciət etmişdir. Sonuncu Bakı şəhəri Binəqədi rayonu, Ş.Məmmədova küçəsində “xxxxxxx” MMC tərəfindən inşa edilən binanın 2-ci mərtəbəsində sağ tərəfdə yerləşən, 106 m2 sahəsi olan 2 otaqlı mənzilin 60.000 ABŞ dollarına satıldığını bildirmişdir. Bundan sonra Muradın ofisində MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Bir qədər sövdələşdikdən sonra Tofiq mənzili 58.000 ABŞ dollarına satmağa razılaşmışdır. Odur ki, həyat yoldaşı Şahid7 şəxsiyyət vəsiqəsinin surətini Tofiqə vermiş, sonuncu səhəri gün müqaviləni tərtib edəcəyini bildirmişdir. Səhəri gün inşa olunan binanın həyətində Murad Qasımovla birlikdə Təqsirləndirilən şəxslə görüşmüşdür. Həyat yoldaşı Şahid7 adına tərtib edilmiş müqavilə və maliyyə arayışını götürdükdən sonra Tofiqə 58.000 ABŞ dolları vermişdir. Sonradan aldığı mənzilin 2009-cu ildə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs6 adlı şəxsə satıldığını öyrənmişdir. Hazırdaonadəymişziyanödənildiyindəntəqsirləndirilənşəxsəqarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, atası Abdulla 2009-cu ildə Bakı şəhərində onun adına mənzil almaq istəmişdir. X9 Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 5 ünvanında 10 mərtəbəli bina inşa etdiyini eşitmişdir. Həmin binaya baxıb bəyəndiklərindən oradan mənzil almaq qərarına gəlmişlər. Binanın 2-ci mərtəbəsində yerləşən 106 m2 sahəsi olan mənzili 106.000 ABŞ dollarına almışlar. 2014-cü ildə həmin mənzilin Təqsirləndirilən şəxs tərəfindən təkrarən Elnur adlı şəxsə satıldığını öyrənmişdir. Hazırda mənzil istifadəsində olduğundan Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2008-ci ilin fevral ayında Şahid17 vasitəsilə “xxxxxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu ünvan 1 saylı ünvanın qarşısında 10 mərtəbəli bina inşa etdiyindən ondan mənzil almaq istəmişdir. Bu məqsədlə Tofiqlə görüşüb söhbət etmiş, sonuncu binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili 80.000 manata satdığını bildirmişdir. Həmin məbləğdə pulu 2008-ci ilin mart ayında üç dəfəyə Təqsirləndirilən şəxs ödəmiş, sonuncu ona müqaviləsi və maliyyə arayışı vermişdir. 2009-cu ilin noyabr ayında həmin binadan başqa mənzillər də almaq qərarına gəlmişdir. Binanın 3-cü mərtəbəsində yerləşən ofisdə Tofiqlə görüşmüş və sonuncuya əlavə olaraq 3 mənzil almaq istədiyini bildirmişdir. Tofiq binanın 9-cu mərtəbəsində sağ tərəfdə yerləşən 106 və 130 m2 sahələri olan mənzillərin və həmin mərtəbədə sol tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzilin boş olduğunu bildirmişdir. Aralarında olan razılaşmaya əsasən 130 m2 sahəsi olan mənzillərin hər birini 71.500 manata, 106 m2 sahəsi olan mənzili isə 58.300 manata almağa razılaşmışdır. Növbəti gün, xx.xx.2009-cu il tarixdə ofisdə cəmi 201.300 manat pulu Tofiqə vermişdir. Sonuncu pulları qəbul etdikdən sonra binanın 9-cu mərtəbəsinin sağ tərəfində yerləşən mənzili onun adına, sol tərəfində yerləşən mənzilləri isə həyat yoldaşı Şaibə Qədirovanın adına sənədləşdirmişdir. 2012-ci ildə binanın tikintisi dayandırıldığından hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Həmin ərəfədə binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzilinin 2011-ci ildə Tofiq tərəfindən təkrarən Zərərçəkmiş şəxs7 satıldığını öyrənmişdir. Hazırda həmin mənzil istifadəsində olduğundan Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, xx xxxxxx 2007-ci il tarixdə ünvan 1 ünvanda tikilən 10 mərtəbəli binadan mənzil almaq qərarına gəlmişdir. Odur ki, binanı inşa edən “xxxxxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs müraciət etmişdir. Sonuncu binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 3 otaqlı 130 m2 sahəsi olan mənzili 140.000 ABŞ dollarına təklif etmişdir. O, razılaşıb elə həmin gün Tofiqə 24000 ABŞ dolları ilkin ödəniş etmişdir. Sonralar Tofiqə xx.xx.2007-ci ildə 19.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 10.000 ABŞ dolları, xx.xx.2008-ci ildə 18.300 ABŞ dolları və xx.xx.2009-cu il tarixdə 5.000 ABŞ dolları pul vermişdir. Ümumilikdə, Tofiqə 76.300 ABŞ dolları pul ödəmiş, sonradan binanın tikintisində ləngimələr getdiyini görüb pul ödənişini dayandırmışdır. 2014-cü ilin yanvar ayında aldığı mənzilin Təqsirləndirilən şəxs tərəfindən təkrarən başqa şəxslərə də satıldığını öyrənmişdir. Müqavilədə 4-cü mərtəbədə sağ tərəfdə 130 m2 sahəsi olan mənzilin satıldığı qeyd edilsə də, maliyyə arayışında sağ sözü sol sözü ilə əvəz edilmişdir. Hazırda mənzil onun istifadəsində olduğundan təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, 2009-cu ildə“xxxxxx” MMC tərəfindən Bakı şəhəri8cimikrorayon,Ş.Məmmədovaküçəsi5ünvanındainşa edilən 10mərtəbəli binadan mənzil almaq istəmişdir. Binanın3-cümərtəbəsində yerləşən ofisə daxilolub, cəmiyyətin direktoru TofiqƏliyevə müraciət etmişdir.Tofiq binanın 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzilivə9-cu mərtəbədə sol tərəfdə olan 130 m2 sahəsi olan mənzilin hər birini 55900 manata satdığını bildirmişdir. O, həmin mənzilləri almaq qərarına gəlmişdir. Əvvəlcə Tofiqə 50.000 manat pul vermiş, qalan 61.800 manatı isə tez bir zamanda ödəyəcəyini bildirmişdir. Tofiq onun təklifi ilə razılaşıb adına müqavilələr və hər mənzilə görə 50.000 manat ödəməsi barədə maliyyə arayışları tərtib etmişdir. Həmin sənədlərin surətlərini ona vermişdir. 10 gün sonra ofisdə Təqsirləndirilən şəxs 50.000 manat pul ödəmişdir. Bir müddət sonra Tofiq onunla əlaqə saxlayıb 7800 manat pula ehtiyacı olduğunu bildirib, pulu ona çatdırmağı xahiş etmişdir. Odur ki, pulu götürüb ofisə gəlmiş, Tofiqin orada olmadığını görüb sonuncuya zəng etmişdir. Tofiq ona Rasim adlı şəxsin yaxınlaşacağını bildirib, pulu həmin şəxslə göndərməyi xahiş etmişdir. Tofiqin dediyi kimi etmiş, lakin ona heç bir arayış verilməmişdir. Buna görə də Tofiqlə əlaqə saxlamış, sonuncu qalan 4.000 manatı da ödədikdən sonra arayış verəcəyinə söz vermişdir. xx.xx.2009-cu il tarixdə “Oazis” restoranının qarşısında Tofiqə qalan 4.000 manatı da ödəmişdir. Sonuncu ona arayış vermiş, lakin arayışda 11800 manat deyil, 11000 manat ödəniş etdiyi göstərilmişdir. Tofiq 9-cu mərtəbədəki mənzilinin başqa şəxsə satıldığını, buna görə də ona 8-ci mərtəbədə sol tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzil verəcəyini deyərək müqaviləni ona təqdim etmişdir. Tofiqin təklifi ilə razılaşıb müqaviləni qəbul etsə də, müqavilədə 8-ci mərtəbə əvəzinə 7-ci mərtəbə yazıldığını görmüşdür. Tofiq dərhal müqavilədə 7 rəqəmini 8-ə çevirmiş, arayışdakı 106 rəqəminin üstündə düzəliş edib, 130 yazmışdır. Aldığı mənzillərdən binanın 8-ci mərtəbəsində yerləşən 130 m2 sahəsi olan mənzilin heç bir problemi olmasa da, 4-cü mərtəbədə sağ tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzilin ondan əvvəl Zərərçəkmiş şəxs10 satıldığını bilmişdir. Hazırdaonadəymişziyanödənildiyindəntəqsirləndirilənşəxsəqarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərdi ki,əmisi Qəhrəman Sadıyev 20 ildir ki, Qazaxıstan Respublikasının Almaata şəhərində yaşayır. 2012-ci ilin iyun ayında əmisi ona zəng edib, Almaata şəhərində Təqsirləndirilən şəxslə tanış olduğunu, sonuncunun Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova küçəsində bina inşa etdiyini, özü Qazaxıstan Respublikasının vətəndaşı olduğuna görə onun adına həmin binadan mənzil almaq istədiyini bildirmişdir. O, əmisinin onun adına mənzil almasına etiraz etməmiş və şəxsiyyət vəsiqəsi məlumatlarını əmisinə göndərmişdir. Bundan sonra əmisinin xahişi ilə 2012-ci ilin iyun ayında həmin əraziyə gedib, binaya baxmışdır. Əmisi Q.Sadıyev onun adına binanın 3-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 m2 sahəsi olan 2 otaqlı mənzili 54.600 manata Təqsirləndirilən şəxs almış və bu barədə ona xx.xx.2012-ci il tarixli müqavilə göndərmişdir. 2014cü ildə mənzillə maraqlanmaq üçün binaya getmiş və Təqsirləndirilən şəxs tərəfindən əmisinin onun adına aldığı mənzilin başqasına satıldığını öyrənmişdir. Hazırdaonadəymişziyanödənildiyindəntəqsirləndirilənşəxsəqarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərdi ki, “xxxxxxx” MMC tərəfindən ünvan 1 saylı ünvanda inşa edilən binadan mənzil almaq istəmişdir. Bu məqsədlə xx xxxxxx 2012-ci il tarixdə binanın 3-cü mərtəbəsində yerləşən ofisə gedib, Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Tofiq ona binanın 3-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili 40.000 manata satacağını bildirmişdir. O, həmin təkliflə razılaşıb, 40000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Sonuncu pulu qəbul etdikdən sonra onun adına xx.xx.2012-ci il tarixli müqavilə və maliyyə arayışı tərtib edib ona vermişdir. 2014-cü ildə mətbuatda Təqsirləndirilən şəxs mənzilləri təkrarən bir neçə şəxsə satdığını eşitmişdir. Bundan sonra aldığı mənzilin Təqsirləndirilən şəxs tərəfindən 2010-cu ildə Zərərçəkmiş şəxs17, 2012-ci ilin iyun ayında İbrahim Sadıyevə satıldıqdan sonra 2012-ci ilin noyabr ayında təkrarən ona satıldığını öyrənmişdir. Hazırdaonadəymişziyanödənildiyindəntəqsirləndirilənşəxsəqarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərdi ki,2007-ci ilin payız aylarında qızı Şəfəq Osmanova üçün mənzil axtarmağa başlamışdır. Bir müddət ev axtardıqdan sonra “xxxxxxx” MMC-nin ünvan 4 saylı ünvanda inşa etdiyi yaşayış binasından mənzil almaq qərarına gəlmişdir. Həmin binanın həyətindəki ofisə daxil olub, MMC-nin direktoru Təqsirləndirilən şəxs müraciət etmişdir. Tofiq binanın 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili 100.000 ABŞ dollarına təklif etmiş və hətta pulunu hissəhissə də verə biləcəyini bildirmişdir. O, razılaşmış, Tofiqə xx xxxxxx 2007-ci il tarixdə 5000 ABŞ dolları pul və qızı Şəfəq Osmanovanın şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Tofiq həmin tarixdə 5000 ABŞ dolları pulu qəbul etməsi barədə arayışı tərtib edib ona vermiş, mənzil müqaviləsini isə 15000 ABŞ dolları ödədikdən sonra verəcəyini demişdir. 2007-ci ilin dekabr ayında Tofiqə ofisində 10.000 ABŞ dolları, xx xxxxxx 2008-ci il tarixdə 5000 ABŞ dolları pul, 2009cu ilin fevral-mart aylarında isə 5.000 ABŞ dolları olmaqla cəmi 25.000 ABŞ dolları pul ödəmişdir. Bundan sonra imkanı olmadığı üçün Tofiqə pul ödəyə bilməmişdir. 2008-2009-cu illərdə mənzilin başqa şəxsə satılıb pulunun geri qaytarılmasını xahiş etmişdir. 2014-cü ilin yay aylarında mətbuatdan Təqsirləndirilən şəxs mənzilləri bir neçə nəfərə satdığını öyrənmişdir. Onun qızının adına aldığı mənzil Təqsirləndirilən şəxs tərəfindən 2009-cu ilin iyul ayında Zərərçəkmiş şəxs15 adlı şəxsə satılmışdır. Hazırdaonadəymişziyanödənildiyindəntəqsirləndirilənşəxsəqarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərdi ki,2009-cu ilin iyul ayında Bakı şəhərində mənzil almaq istəmişdir. Qohumu Şahid17 ona Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 5 saylı binanın qarşısında «xxxxxxx» MMC tərəfindən inşa olunan binadan mənzil almağı məsləhət görmüşdür. Sonuncu ilə birlikdə həmin binaya gedib, cəmiyyətin direktoru Təqsirləndirilən şəxslə söhbət etmişdir. Tofiq ona binanın 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili və 7-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzilləri təklif etmişdir. O, hər iki mənzili almaq qərarına gəlmiş, mənzillərin pullarını qohumu Şahid17 vasitəsilə Təqsirləndirilən şəxs ödəmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs binanın 4-cü mərtəbəsində yerləşən mənzili ondan əvvəl Zərərçəkmiş şəxs14 satmış, sonuncu mənzilin pulunu ödəyə bilmədiyindən mənzilin satılaraq pulunun geri qaytarılmasını xahiş etmişdir. Tofiq həmin mənzili ona satsa da Məhərrəmin pulunu geri qaytarmamışdır. Binanın 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzil hazırda onun istifadəsində olduğundan Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 ifadəsində göstərdi ki, 2010-cu ildə qardaşı Şahid8 Bakı şəhəri Binəqədi rayonu 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 5 saylı binanın qarşısında «xxxxxxx» MMC tərəfindən inşa olunan binadan mənzil almaq qərarına gəlmişdir. O, Bakı şəhərində qeydiyyatda olduğu üçün qardaşı Mehman mənzilin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. O, etiraz etmədiyindən x xxxxxx 2010-cu il tarixdə MMC-nin həmin binadakı ofisində müqavilə bağlanmış və binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən ümumi sahəsi 130 m2 olan mənzil onun adına keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs orada olub-olmamasını xatırlamır. Mənzilin pulunu qardaşı ödəmişdir. 2012-ci ildə həmin mənzil Tofiq tərəfindən təkrarən Zərərçəkmiş şəxs9 53.040 manata satılmışdır. Buna baxmayaraq hazırda qardaşı öz ailəsi ilə birlikdə həmin mənzildə yaşadığından Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs7 ifadəsindən görünür ki, 2011-ci ilin mart ayında Bakı şəhərində ev almaq istəmişdir. Əmisi Şahid10 ünvan 1 ünvanın qarşısında “xxxxxxx” MMC tərəfindən inşa edilən binadan ev almağı məsləhət görmüşdür. Həmin binaya baxıb bəyənmişdir. Odur ki, əmisi ilə birlikdə MMC-nin ofisinə gedib, cəmiyyətin direktoru Təqsirləndirilən şəxslə söhbət etmişdir. Sonuncu binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan 2 otaqlı mənzili 32.000 manata təklif etmişdir. Qiyməti münasib olduğundan mənzil almaq qərarına gəlmişdir. xx xxxxx 2011-ci il tarixdə həmin binanın 3-cü mərtəbəsində yerləşən ofisə getmiş, əmisi Cavanşir Tofiqə ilkin ödəniş olaraq 16.000 manat vermişdir. Sonuncu ona adına tərtib edilmiş müqavilə və maliyyə arayışı vermişdir. Bundan sonra o, Rusiya Federasiyasına getmiş, 13 aprel və xx xxxxxx 2011-ci il tarixlərində hər dəfə 8.000 manat olmaqla cəmi 16.000 manat pulu əmisi Cavanşirə göndərmiş, sonuncu da öz növbəsində həmin pulları Təqsirləndirilən şəxs vermişdir. Üstündən 3 il keçəndən sonra Təqsirləndirilən şəxs aldığı mənzilin ondan əvvəl 2008-ci ildə Əliş Qədirov adllı şəxsə satıldığını bilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs9 ifadəsindən görünür ki, 2012-ci ilin sonunda ünvan 5 ünvanının qarşısında “xxxxxxx” MMC tərəfindən inşa olunan binaya baxıb bəyənmiş və oradan mənzil almaq qərarına gəlmişdir. Odur ki, MMC-nin direktoru Təqsirləndirilən şəxs mənzillər barədə maraqlanmış, sonuncu ona binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan 3 otaqlı mənzili 68.000 ABŞ dollarına təklif etmişdir. O, həmin qiymətə razılaşmışdır. xx xxxxxx 2012-ci il tarixdə həyat yoldaşı Misirin, sonuncunun dostu Asif İskəndərovun iştirakı ilə Təqsirləndirilən şəxslə binanın qarşısında görüşmüşdür. X32 Əliyev də iştirak etmişdir. O, Tofiqə 68.000 ABŞ dolları pul ödəmiş, sonuncu onun adına müqavilə və maliyyə arayışı tərtib etmişdir. Lakin sənədlərdə mənzilin qiyməti 47.100 manat göstərilmişdir. Bunun səbəbini soruşduqda Tofiq heç bir problem olmayacağını demişdir. 2014-cü ilin fevral ayında aldığı mənzilin təkrarən başqa şəxsə satıldığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs3 onun dostudur. Sonuncu 2013-cü ilin fevral ayında Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binadan mənzil almaq istəmişdir. Bu məqsədlə Şəhriyar “xxxxxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tofiq Şəhriyara binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 3 otaqlı 130 m2 sahəsi olan mənzili 71.500 manata, 2 otaqlı 106 m2 sahəsi olan mənzili isə 58.300 manata satdığını bildirmişdir. Şəhriyar həmin mənzilləri bəyəndiyi üçün almaq qərarına gəlmişdir. Sonradan Binəqədi rayonunda yerləşən “Ocaq” restoranında onun, hazırda adını xatırlamadığı maklerlərin və Şahid4 iştirakı ilə Şəhriyar Təqsirləndirilən şəxs 129.800 manat pul ödəmişdir. Bundan sonra Tofiq Şəhriyarın və həyat yoldaşının adına müqavilə və maliyyə arayışları tərtib etmişdir. 2014-cü ilin əvvəllərində Şəhriyar aldığı mənzillərin təkrarən başqasına satıldığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki,özünə məxsus avtomobillə taksi kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs həmyerlisi kimi 1996-cı ildən tanıyır.Sonuncu tez-tez taksi kimi onun avtomobilindən istifadə etmişdir. xx xxxxxx 2013-cü il tarixdə Firuddin adlı makler ona zəng edib, Tofiqin oğlu Vüsalı Nərimanov rayonuna gətirməyini xahiş etmişdir. O da Vüsalı evdən götürüb Firuddinin Montin qəsəbəsindəki ofisinə aparmışdır. Orada Şəhriyar adlı şəxslə tanış olmuşdur. Şəhriyar Vüsala 2000 dollar beh verəcəyini deyib, sonuncudan atasına zəng edib, behi almasını təsdiq etməsini və atasının nə vaxt gəlib alqı-satqı edəcəyini soruşmasını xahiş etmişdir. Sonra Şəhriyar 2000 dollar pulu onun, maklerlər Firuddin, İlham və bir nəfər tanımadığı şəxsin yanında Vüsala vermişdir. Bundan sonra Şəhriyar beh müqaviləsi üçün sənəd istəmiş, lakin Vüsal şəxsiyyət vəsiqəsinin üstündə olmadığını bildirmişdir. Bu zaman maklerlər Firuddin və İlham müqaviləni onun adına qeydiyyata salmağı xahiş etmiş, alqı-satqıda bu müqavilənin ləğv olunacağını bildirmişlər. O, etiraz etməmiş, vəsiqəsini göstərib tərtib olunmuş beh müqaviləsinə imza etmişdir. Daha sonra Vüsal atası Tofiqlə danışaraq 2000 dollar behi götürdüyünü deyib, nə vaxt gələcəyini soruşmuşdur. Tofiq 2-3 günə gəlib alqı-satqı edəcəyini bildirmişdir. Bu zaman Şəhriyar telefonu götürüb, özü Tofiqlə danışaraq tələsməməsini demişdir. Bundan sonra Vüsalı aparıb evlərində düşürtmüş və sonuncu ona 10 manat zəhmət haqqı vermişdir. 2014-cü ilin əvvəllərində Tofiq binada bir mənzili bir neçə şəxsə satıb pullarını ələ keçirib Qazaxıstan Respublikasına getdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs5 onun əridir. Elnur 2011-ci ilin noyabr ayında “xxxxxxx” MMC-nin Bakı şəhəri Binəqədi rayonu, Ş.Məmmədova küçəsində “xxxxxxx” MMC tərəfindən inşa edilən binanın 2-ci mərtəbəsində sağ tərəfdə yerləşən, 106 m2 sahəsi olan 2 otaqlı mənzilin 58.000 ABŞ dollarına almışdır. Müqavilə və arayış onun adına tərtib edilmişdir. Sonradan Təqsirləndirilən şəxs həmin mənzili Elnura satmamışdan qabaq 2009-cu ildə Zərərçəkmiş şəxs6 adlı şəxsə satdığını öyrənmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs6 onun qızıdır. 2009-cu ildə Bakı şəhərində qızı üçün mənzil almaq istəmişdir. X22 Təqsirləndirilən şəxs adlı şəxslə birlikdə Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 5 ünvanında 10 mərtəbəli bina inşa etdiyini eşitmişdir. Həmin binaya baxıb bəyənmiş, Tofiqdən binanın 2-ci mərtəbəsində yerləşən 106 m2 sahəsi olan mənzili 106.000 ABŞ dollarına almışlar. 2014-cü ildə həmin mənzilin Tofiq tərəfindən təkrarən Elnur adlı şəxsə satıldığını öyrənmişdir. Hazırda mənzil qızı Fatimənin istifadəsindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Hüseyn oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 1989-cu ildən dostluq edir. 2008-ci ildə Tofiq ona ünvan 1 saylı binanın qarşısında 10 mərtəbəli yaşayış binasını inşa etdiyini bildirmişdir. Bir neçə il sonra Tofiq inşa etdiyi binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili ona 32.000 manata təklif etmişdir. Qohumu Zərərçəkmiş şəxs7 mənzil almaq istədiyindən bu barədə sonuncuya məlumat vermişdir. Elmar həmin mənzili almağa razılaşmış, Tofiqə ilkin ödəniş etməsi üçün ona 16.000 manat pul vermişdir. O, 2011-ci ilin mart ayının sonlarında Tofiqlə binanın 3-cü mərtəbəsində yerləşən ofisdə görüşüb, həmin pulu sonuncuya vermişdir. Sonradan Elmar ona qalan 16.000 manatı da göndərmiş, o da öz növbəsində pulları Təqsirləndirilən şəxs çatdırmışdır. 2014-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs həmin mənzili başqa şəxsə satdığını bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2006-cı ildən tanıyır. Bakı şəhəri Ş.Məmmədova küçəsi, 5 ünvanında yerləşən binanın həyətində özünə məxsus 0.025 ha torpaq sahəsi olmuşdur. Tofiq binanın həyətində 5 mərtəbəli bina inşa edəcəyini bildirib torpaq sahəsini ona verməyi, bina tikiləndən sonra əvəzində mənzil verəcəyini bildirmişdir. O, Tofiqin təklifi ilə razılaşmış, torpaq sahəsinin sənədlərini sonuncuya vermişdir. Bundan sonra Tofiq “xxxxxxx” MMC-ni təsis etmişdir. O, həmin cəmiyyətdə ekspeditor işləmişdir. 2007-ci ildə tikintidə ləngimələr olduğundan Tofiq ondan “Kamaz” markalı **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobilini satıb pulunu verməyi xahiş etmişdir. O da yük avtomobilini 13.500 ABŞ dollarına satıb pulunu Tofiqə vermişdir. İşlədiyi müddətdə Tofiq ona aylıq 700 manat əməkhaqqı təyin etmiş, bəzi aylarda heç əməkhaqqını da verməmişdir. 2008-ci ilin avqust ayında Tofiq ona zəng edib, binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili 68.900 manata satdığını, buna görə də onun yanına gələcək şəxsə müqavilə tərtib edib verməsini xahiş etmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs1 adlı şəxs ona müraciət etmiş, Tofiqlə razılaşdığını bildirib ona 68.900 manat pul ödəmişdir. O da Zərərçəkmiş şəxs1 adına müqavilə və arayış tərtib edib vermişdir. Ayazdan aldığı pulu Tofiqə çatdırmışdır. 2011-ci ildə Ayaz binaya gəlib, aldığı mənzilə baxmış, qapıda başqa bir şəxsin adının yazıldığını görüb Tofiqdən səbəbini soruşmuşdur. Tofiq bunun səhvən baş verdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsilə 2005-ci ildə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs məxsus Bakı şəhəriBinəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 5-də yerləşən 5 saylı mənzili almışdır. Bundan sonra münasibətləri davam etmişdir. Tofiq bir neçə dəfə ondan borca pul almış, bundan əlavə özünə məxsus torpaq sahəsinin sənədlərini Tofiqə vermişdir. Sonuncu həmin torpaq sahəsini satıb, bina tikməyə başlamışdır. Sonuncu “xxxxxxx” MMC-ni təsis edərkən onun adını da təsisçi kimi qeyd etmişdir. 2006-cı ildə həmkəndlisi Şahid17 Tofiqlə tanış etmişdir. 2007-ci ildə özünə məxsus Bakı şəhəri Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 5-də yerləşən 5 saylı mənzilini “xxxxxxxxx” ASC-yə girov qoyub 100.000 manat pul götürüb Tofiqə vermişdir. 2009-cu ildə qohumu Şahid9 onun vasitəsilə Tofiqin inşa etdiyi binadan qızı Fatimənin adına 2 otaqlı mənzil almışdır. 2010-cu ilin sonlarında Tofiq kreditin 90.000 manatını qaytarmış, qalanını isə özü ödəmişdir. Tofiqə etdiklərinin müqabilində sonuncu ona inşa etdiyi binanın 10-cu mərtəbəsində 130 və 106 m2 sahələri olan mənzillər vermişdir. Həmin mənzilləri qohumu X36 və X24 adına rəsmiləşdirmişdir. 2010-cu ilin sonlarında binanın tikintisi üçün pul lazım olduğundan Tofiqin xahişi ilə mənzilini «Unibank»a girov qoymaqla 65.000 manat kredit götürüb, Tofiqə vermişdir. Tofiq həmin kreditdən cəmi 10.000 manatı ödəmişdir. 2011-ci ildə Tofiq binanın tikintisini yarımçıq qoyub Qazaxıstan Respublikasına getmişdir. Sonradan öyrənmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 adına rəsmiləşdirdiyi mənzili təkrarən başqa şəxsə də satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, 2006-cı ildə X22 vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuş və aralarında yaxşı münasibət yaranmışdır. Tofiq Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısındakı boş sahənin ona məxsus olduğunu, orada bina tikəcəyini deyib, maddi köməklik göstərməyini xahiş emişdir. Tofiqin təklifi ilə razılaşıb, Bakı şəhəri Atatürk prospektində yerləşən 216 m2 sahəsi olan 4 otaqlı mənzilinin sənədlərini sonuncuya vermişdir. Tofiq həmin mənzili satıb pulunu götürmüş, əvəzində inşa edəcəyi binadan ona daha geniş mənzil verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tikinti işlərini aparmaq üçün «xxxxxxx» MMC-ni təsis etmiş, həmkəndlisi Mahir Cəfərli də Cəmiyyətin həmtəsisçisi olmuşdur. 2008-ci ildə tikinti işləri üçün Tofiq ondan əlavə pul istəmiş, o da özünə məxsus iaşə obyektini satıb sonuncuya 115.000 manat vermişdir. Əvəzində Tofiq ona inşa edəcəyi binadan 3 ədəd mənzil vermişdir. 2009-cu ilin iyun ayında qohumu Zərərçəkmiş şəxs15 Qəhraman qızı onun vasitəsilə Tofiqin inşa etdiyi binadan 7 və 4-cü mərtəbərində yerləşən iki ədəd mənzil almışdır. 2010-cu ildə dostu X31 onun vasitəsilə Tofiqin inşa etdiyi binadan bacısı Zərərçəkmiş şəxs16 adına mənzil almışdır. 2010-cu ilin ortalarında binanın tikintisi dayandığından Binəqədi RPİ-nə ərizə ilə müraciət etmişdir. Şikayətdən sonra Tofiq müəyyən qədər işlər aparsa da, 2012-ci ildə tikinti yenidən dayandırılmışdır. Bundan sonra o və bina sakinləri şikayət etmişlər. Araşdırmadan sonra Tofiq 2013-cü ilin ortalarında tikintini başa çatdıracağını və həmin ilin axırında mənzilləri təhvil verəcəyini öhdəsinə götürmüşdür. X41 Respublikasına getmiş və geri qayıtmamışdır. Odur ki, Nərimanov rayon məhkəməsinə müraciət etmişlər, məhkəmə bina sakinlərinin xeyrinə qətnamə qəbul etmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 adlı şəxslər onunla əlaqə saxlayıb, binanın 4-cü mərtəbəsində yerləşən mənzilləri aldıqlarını bildirmişlər, o isə həmin mənzillərin Zərərçəkmiş şəxs4 məxsus olduğunu deyib, hüquq-mühafizə orqanlarına müraciət etmələrini xahiş etmişdir. Bundan sonra Tofiqin barəsində cinayət işi başlanmışdır. Onun Təqsirləndirilən şəxs inşa etdiyi binada mənzil satmaq hüququ olmamış və o, heç kimə mənzil satmamışdır. Təqsirləndirilən şəxs Şahid5 və Zərərçəkmiş şəxs4 mənzilləri onun satdığını bildirməklə məsuliyyətdən yayınmağa çalışır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə 2005-ci ildə tanış olmuşdur. Sonuncu 2006-cı ildə “xxxxxxx” MMC-ni təsis edib, yaşadığı Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında bina inşa etməyə başlamışdır. O, əmək müqaviləsi olmadan cəmiyyətin mühasibi işləmişdir. Cəmiyyətin mühasibat uçotunu aparmaq üçün baş kitab, xəzinə kitabı, dövriyyə cədvəlləri, əmrlər kitabı və digər sənədləri hazırlasa da, Təqsirləndirilən şəxs alınan malların qaimə-fakturaların ona təqdim etmədiyindən kitabları işləyə bilməmişdir. Təsisiçi kimi Mahir Cəfərlinin də adı keçsə də, sonuncu faktiki olaraq heç bir iş görməmiş, Təqsirləndirilən şəxs bütün işləri özü həyata keçirmişdir. Sonuncu latın qrafikalı Azərbaycan əlifbası ilə yaza bilmədiyindən mənzillərin alqısatqı müqavilələrini və arayışları o, hazırlamış, lakin möhür Təqsirləndirilən şəxs olmuşdur. Tofiq satdığı mənzillərə dair müqavilə və arayışların surətini ona verməmiş, mənzillərə dair yalnız özünün cib kitabçasında qeydiyyat aparmışdır. Dəfələrlə Təqsirləndirilən şəxs xəbərdarlıq edib, satılmış evlərin uçotunu aparmağı təklif etsə də, sonuncu ona fikir verməmişdir. Buna görə də, 2009-cu ildə işdən çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10ifadəsində göstərdi ki, Şahid17 bacısı onun həyat yoldaşıdır.Təqsirləndirilən şəxs Eyvaz adlı şəxsin vasitəsilə tanımışdır. 2009-cu ilin 20 noyabrında qeyri-yaşayış sahəsi almaq üçün binanın qarşısındakı ofisdəEyvazın və Novruzun iştirakı ilə Tofiqə 300.000 manat pul vermişdir. Sonuncu elə həmin gün müqavilə və arayış tərtib edib ona vermişdir. Tofiq ona 500 m2 qeyri-yaşayış sahəsiverəcəyinibildirmişdir. 2013-cü ilə kimi obyektin tikintisinin başa çatmasını gözləmişdir. Sonradan həmin yeri ölçdükdə 438m2 olduğu müəyyən edilmişdir. Odur ki, NərimanovRPİvə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinəşikayət etmişdir.Tofiq sonradan obyekti İman adlı şəxsə də satmışdır. O, məsələni məhkəmədə mübahisələndirmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə obyekt onun sərəncamına verilmişdir. Hazırda obyektin 50 faizi onun istifadəsindədir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, 2006-2013-cü illərdə Binəqədi rayonu, 8-ci mikrorayon, İ.Dadaşov küçəsində yerləşən ev alqı-satqı məntəqəsindəmaklerişləmişdir.2008ciilinavqustayındaBinəqədirayonu,8-cimikrorayon, Ş.Məmmədovküçəsində“xxxxxx”MMCtərəfindən tikilən 10 mərtəbəli binanın 4-cümərtəbəsində sol tərəfdə106 m2 sahəli mənzilin 68.900 manata satıldığını eşidib, bu barədə tanışı Zərərçəkmiş şəxs1 bildirmişdir. Sonuncu həmin mənzili almaq istədiyindən o, Ayaz və İsa adlı makler tanışı ilə birlikdə həmin binaya getmiş, yaxınlıqdakı ofisə daxil olmuşlar.Həmin vaxt binanın təxminən 3 mərtəbəsi inşa edilmişdir. Ayaz ofisdə oturan şəxsə 68.900 manat vermiş və sonuncunun adına müqavilə və arayış tərtib edilmişdir. Təxminən 2011-ci ilin yaz aylarındao, Ayaz və sonuncunun bibisi oğlu X37birlikdəmənzilə baxmaq üçün həmin binaya getmişlər. Həmin vaxt binanın 10 mərtəbəsi tikilsə də dam örtüyü vurulmamışdır. Binanın 4-cü mərtəbəsinə qalxıb, sol tərəfdəki 106 m2 sahəsi olan mənzilə baxdıqda qapıda başqa şəxsin adının yazıldığını görmüşlər. Odur ki, dərhal binanın 3-cü mərtəbəsindəki ofisə düşmüşlər. Ofisdə MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə söhbət etmişlər. Ayaz binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili 2008-ci ildə 68.900 manata aldığını bildirmişdir. Bunu eşidən Təqsirləndirilən şəxs Zakir adlı şəxsi yanına çağırmışdır. Sonuncu ofisə daxil olduqda, həmin şəxsin 2008-ci ildə mənzili Ayaza satan şəxs olduğunu görmüşdür. Zakir həqiqətən də 4-cü mərtəbə sol tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzili Ayaza satdığını bildirmişdir. Ertəsi gün Tofiqlə yenidən görüşmüşlər, sonuncu Ayazın adına olan müqavilə və arayışın itdiyini bildirmiş, lakin binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 106 m2 sahəsi olan mənzilin Ayaza məxsus olmasını təsdiq etmişdir. 2013-cü ildə Ayaz ona bildirmişdir ki, həmin mənzil əvvəllər başqasına satılmışdır. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, 2007-ci ildə ünvan 7 ünvanın qarşısında “xxxxxxx” MMC tərəfindən inşa edilən yaşayış binasından mənzil almaq əqrarına gəlmişdir. Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs müracxiət etmiş, sonuncu ona 4-cü mərtəbənin sol tərəfində 106 və 130 m2 sahələri olan mənzilləri təklif etmişdir. Növbəti gün Tofiqə 120.000 manat pul ödəyib, həmin mənzilləri almışdır. 2009-cu ildə Tofiqdən mənzilini satıb, pulunu qaytarmasını tələb etmişdir. Həmin ilin sonunda Tofiq onun mənzillərini Zərərçəkmiş şəxs4 adlı şəxsə satdığını deyib, 120.000 manat pulunu qaytarmışdır. 2016-cı ildə Şahid17 onunla əlaqə saxlayıb, Tofiqin onun mənzillərini Zərərçəkmiş şəxs4 sonra da başqa şəxslərə satdığını, buna görə də sonuncunun problemləri yarandığını bildirmişdir. O, Binəqədi rayon məhkəməsinə müraciət etmiş, məhkəmədə mənzillərin ona verilməsi barədə qət olunduqdan sonra 2018-ci ildə notarial qaydada Zərərçəkmiş şəxs4la müqavilə bağlamış və mənzilləri Zərərçəkmiş şəxs4 satmasını təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid11 ifadəsindən görünür ki,Şahid12 onun dostudur. 2012-ci ilin dekabr ayında Misir və sonuncunun həyat yoldaşı Zərərçəkmiş şəxs9 ilə birlikdə «xxxxxxx» MMC-nin ünvan 1 ünvanının qarşısında inşa etdiyi binaya getmişlər. Orada Misir və Aytana MMC-nin direktoru Təqsirləndirilən şəxslə həmin binadan mənzil almaq barədə söhbət etmişlər. Razılaşdıqdan sonra Zərərçəkmiş şəxs9 həmin binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan 3 otaqlı mənzili almaq üçün Təqsirləndirilən şəxs 68.000 ABŞ dolları pul ödəmişdir. Təqsirləndirilən şəxs Aytananın adına mənzil müqaviləsi və arayış tərtib edib vermişdir. 2014-cü ilin fevral ayında həmin mənzilin başqasına satıldığını bilmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid12 ifadəsindən görünür ki, 2012-ci il tarixdə yoldaşı Zərərçəkmiş şəxs9 özünə mənzil almaq istəmiş və ünvan 1 ünvanının qarşısında «xxxxxxx» MMC tərəfindən inşa edilən binaya baxıb bəyənmişdir. 2012-ci ilin dekabr ayındao, yoldaşı Aytana və dostu Şahid11 ilə birlikdə həmin binaya getmişlər. Ofisdə MMC-nin direktoru Təqsirləndirilən şəxsbinanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan 3 otaqlı mənzil 68.000 ABŞ dollarına satdığını bildirmişdir. Zərərçəkmiş şəxs9həmin məbləği ödəyəndən sonra Təqsirləndirilən şəxs Aytananın adına mənzil müqaviləsi və arayış tərtib etmişdir. 2014-cü ilin fevral ayında Aytanaya məxsus mənzilin Tofiq tərəfindən təkrarən başqasına satıldığını öyrənmişdir İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid8 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu ildə Şahid17 vasitəsilə tanımışdır. Həmin vaxt Tofiq Bakı şəhəriBinəqədi rayonu, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, 5 saylı binanın qarşısında10 mərtəbəli binainşa etməyə başlamışdır. 2010-cu ildə həmin binadan mənzil almaq üçün Tofiqə müraciət etmiş, sonuncu binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 m2 sahəsi olan mənzili 60.000 manata satdığını demişdir. Odur ki, Şahid17 Bakı şəhəri Əhmədli qəsəbəsində yerləşən mağazasının qarşısında Novruz, Tofiq və Mahirin iştirakı ilə 60.000 manat pulu Tofiqə vermişdir. Mənzil bacısı Yeganənin adına sənədləşdirilmişdir. Bir müddət sonra Tofiq tikintini başa çatdırmaq üçün pula ehtiyacı olduğunu deyib, ona daha bir mənzil almağı təklif etmişdir. 2011-ci ildə binanın 3-cü mərtəbəsinin sol tərəfində yerləşən 130 m2 sahəsi olan 3 otaqlı mənzili də 60.000 manata almağa razılaşmışdır. Tofiqə əvvəlcə 32.000 manat vermiş, qalan 28000 manatı hissə-hissə ödəməyə razılaşmışdır. Bundan sonra Rusiya Federasiyasına getmişdir. Təxminən 1 ay sonra Tofiq ona zəng edib, pula ehtiyacı olduğundan qalan 28000 manatı da verməsini tələb etmişdir. O, Rusiyadan atası Rafiq Səmədova 28.000 manat pul göndərmiş, atası həmin pulu Tofiqə çatdırmışdır. İkinci mənzil də bacısı Yeganənin adına alınmışdır. Bundan sonra dəfələrlə Bakıya gəlib-getmiş, Tofiq, Mahir və Novruzla görüşmüşdür. 2014-cü ildə Təqsirləndirilən şəxs bir mənzili təkrarən bir neçə şəxsə satıb, Qazağıstana qaçdığını eşitmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid13 ifadəsindən görünür ki, uzun müddətdir Qazaxıstan Respublikasının Almaata şəhərində yaşayır. 2012-ci ildə orada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Sonuncu ona Bakı şəhəri Binəqədi rayonu Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında10 mərtəbəli binainşa etdiyini bildirib, ona da həmin binadan mənzil almağı təklif etmişdir. O, Bakı şəhərində yaşayan qardaşı oğlu Zərərçəkmiş şəxs12 ilə əlaqə saxlayıb, sonuncudan gedib həmin binaya baxmasını xahiş etmişdir. İbrahim binaya baxıb bəyənmişdir. Odur ki, Tofiqin inşa etdiyi binadan mənzil almağa razı olmuşdur. Binanın 3-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 m2 sahəsi olan 2 otaqlı mənzil üçün Təqsirləndirilən şəxs 54.600 manat pul vermişdir. Qazaxıstan Respublikasının vətəndaşı olduğuna görə xx.xx.2012-ci il tarixli müqavilə ilə mənzil İbrahimin adına sənədləşdirilmişdir. 2014-cü ildə Bakı şəhərinə qayıtmışdır. Aldığı mənzillə maraqlanmaq üçün həmin binaya getmiş, İbrahimin adına aldığı mənzilin təkrarən başqasına satıldığını öyrənmişdir. İşin 2-ci cildinin 160-163 və 4-cü cildinin 160-161-ci vərəqələrindəki qərar, müqavilə və arayışdan görünür ki, “xxxxxxx” MMC tərəfindən ünvan 4 saylı binanın qarşısında inşa edilmiş binanın 3-cü mərtəbəsinin sağ tərəfində ümumi sahəsi 106 m2 olan mənzil x xxxxxx 2010-cu il tarixdə Zərərçəkmiş şəxs17 satılmış, sonradan xx xxxxxx 2012-ci il tarixli müqavilə ilə həmin mənzil Zərərçəkmiş şəxs13 satılsa da, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qərarı ilə xx xxxxxx 2012-ci il tarixli müqavilə etibarsız hesab edilərək, həmin mənzilin X25 təhvil verilməsi öhdəliyi “xxxxxxx” MMC-yə həvalə edilmişdir. İşin 5-ci cildinin 89-90-cı vərəqələrindəki 7avqust 2008-ci il tarixli müqavilə və həmintarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 106 kv. m. sahəsi olan 2 otaqlı mənzil Zərərçəkmiş şəxs1 68900 manata satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 7-ci cildinin 181-ci vərəqələrindəki Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş x xxx 2014-cü il tarixli «Mənzillərdə yaşamaq hüququna malik şəxslərin siyahısı» cədvəlindən görünür ki, binanın 4-cü mərtəbəsində sol tərəfdə 106 kv.m sahəsi olan 2 otaqlı mənzil Zərərçəkmiş şəxs4 adına rəsmiləşdirilmişdir. İşin 4-cü cildinin 247-249-cu vərəqələrindəki xx xxxxxx 2013-cü il tarixli müqavilə və maliyyə arayışından görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 130 kv. m sahəsi olan mənzil Zərərçəkmiş şəxs2 65000 manata satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 5-ci cildinin 16-21-ci vərəqələrindəki X38 və Zərərçəkmiş şəxs3 adına tərtib edilmiş xx xxxxxx 2013-cü il tarixli müqavilələr və maliyyə arayışlarından görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 106 kv. m sahəsi olan 2 otaqlı mənzil və 130 kv. m sahəsi olan 3 otaqlı mənzillər onlara satılmış və mənzilin dəyəri tam ödənilmişdir. İşin 7-ci cildinin 170-ci vərəqəsindəki 27dekabr 2007-ci il tarixli 02 nömrəli maliyyə arayışından görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən ümumi 246 kv.m sahəsi olan mənzillər xx xxxxxxx 2007-ci il tarixli müqavilə ilə Şahid5 satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 5-ci cildinin 182-185-ci vərəqəsindəki xx xxxxxx 2009-cu il tarixli və x xxxxxx 2009-cu il tarixli müqavilə və arayışlardan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 4-cü mərtəbəsində sol tərəfdə yerləşən 130 kv.m və 106 kv.m sahəsi olan mənzillər Zərərçəkmiş şəxs4 satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 7-ci cildinin 171-ci vərəqəsindəki xx xxxxx 2013-cü il tarixli «xxxxxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən imza edilmiş arayışdan görünür ki, «xxxxxxx» MMC tərəfindən inşa edilmiş qeyd olunan binanın 4-cü mərtəbəsinin sol tərəfində yerləşən 246 kv.m sahəsi olan mənzil xx xxxxxxx 2007-ci ildə Şahid5 satılmış, sonuncu tərəfindən mənzillər 2 yerə bölünmüş, xx xxxxxx 2009-cu ildə 130 kv.m sahəsi olan, xx xxxxxx 2009-cu ildə isə 106 kv.m sahəsi olan mənzil Zərərçəkmiş şəxs4 satılmışdır. İşin 4-cü cildinin 205-207-ci vərəqəsindəki xx xxxxxx 2011-ci il tarixli müqavilə və maliyyə arayışından görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 2-ci mərtəbəsində sağ tərəfdə yerləşən 106 kv. m sahəsi olan mənzil Şahid7 45.580 manata satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 4-cü cildinin 114-cü vərəqəsindəki x xxx 2009-cü il tarixli müqavilə və arayışdan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 2-ci mərtəbəsində sağ tərəfdə 106 kv.m sahəsi olan 2 otaqlı mənzil Zərərçəkmiş şəxs6 84.800 manata satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 1-ci cildinin 245-248-ci vərəqəsindəki 1aprel 2011-ci il tarixli müqavilə və həmin tarixli, eləcə də, 13aprel 2011-ci il və 26dekabr 2011-ci il tarixli arayışlardan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon,Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 106 kv. m sahəsi olan mənzil Zərərçəkmiş şəxs7 32000 manata satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 4-cü cildinin 128-ci vərəqəsindəki 28mart 2008-ci il tarixli və 11noyabr 2009-cu il tarixli müqavilə və həmin tarixli arayışlardan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 106 kv. m sahəsi olan mənzil, 9-cu mərtəbəsində sağ tərəfdə yerləşən 106 kv.m və 130 kv.m sahəsi olan mənzillər və həmin mərtəbədə sol tərəfində yerləşən 130 kv.m sahəsi olan mənzillər Əliş Qədirov və Şaibə Qədirovanın adına rəsmiləşdirilmiş və Əliş Qədirov tərəfindən tam ödəniş edilmişdir. İşin 5-ci cildinin 169-178-ci vərəqələrindəki Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş x xxx 2014-cü il tarixli «Mənzillərdə yaşamaq hüququna malik şəxslərin siyahısı» cədvəlindən görünür ki, binanın 5-ci mərtəbəsində sol tərəfdə 106 kv.m sahəsi olan mənzil X11 adına rəsmiləşdirilmişdir. İşin 5-ci cildinin 7-9-cu vərəqələrndəki 30dekabr 2012-ci il tarixli müqavilə və həmin tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 5-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 kv. m sahəsi olan mənzil X4 və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 1-ci cildinin 136-cı vərəqəsindəki nigahın pozulması haqqında 6dekabr 2013-cü il tarixli şəhadətnamədən görünür ki, Şahid12 ilə X18 nigahı ləğv edilmiş və nigah ləğv olunduqdan sonra Aytanaya İsmayılova soyadı verilmişdir. İşin 5-ci cildinin 202-207-ci vərəqələrindəki 12noyabr 2007-ci il tarixli müqavilə və həmin tarixli, eləcə də, 15dekabr 2007-ci il, 9fevral 2008-ci il, 29may 2008-ci il və 28yanvar 2009-cu il tarixli arayışlardan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilənbinanın 4-cü mərtəbəsində 130 kv. m sahəsi olan mənzil Zərərçəkmiş şəxs10 140.000 ABŞ dollarına satılmış və sonuncu tərəfindən 76300 ABŞ dolları ödəniş edilmişdir. İşin 7-ci cildinin 172-ci vərəqəsindəki 10aprel 2013-cü il tarixli «xxxxxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs tərəfindən imza edilmiş arayışdan görünür ki, «xxxxxxx» MMC tərəfindən inşa edilmiş qeyd olunan binanın 4-cü mərtəbəsinin sağ tərəfində yerləşən mənzili 12noyabr 2007-ci il tarixdə alsa da, həmin mənzilin pulunu tam ödəyə bilmədiyi üçün mənzil 23sentyabr 2009-cu ildə Zərərçəkmiş şəxs11 satılmışdır. İşin 5-ci cildinin 150-155-ci vərəqələrindəki 9sentyabr 2009-cu il tarixli müqavilələr və həmin tarixli arayışlar, eləcə də 12oktyabr 2009-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon,Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən 130 kv.m sahəsi olan mənzil və binanın 8-ci mərtəbəsində sol tərəfdə yerləşən 130 kv.m sahəsi olan mənzil Zərərçəkmiş şəxs11 satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 6-cı cildinin 78-79-cu vərəqələrindəki xx xxxx 2012-ci il tarixli müqavilə və həmin tarixli arayışdan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 3-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 kv.m sahəsi olan mənzil Zərərçəkmiş şəxs12 54600 manata satılmış və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 6-cı cildinin 245-247-ci vərəqələrindəki 24noyabr 2012-ci il tarixli müqavilə və həmin tarixli arayışdan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 3-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 kv.m sahəsi olan mənzil X1 və sonuncu tərəfindən tam ödəniş edilmişdir. İşin 4-cü cildinin 160-161-ci vərəqəsindəki x xxxxxx 2010-cu il tarixli müqavilədən görünür ki, inşa olunmuş binanın 3-cü mərtəbəsində sağ tərəfində yerləşən 106 kv.m sahəsi olan mənzil Zərərçəkmiş şəxs17 satılmışdır. İşin 6-cı cildinin 252-254-cü vərəqələrindəki 2noyabr 2007-ci il tarixli müqavilə, həmin tarixli və 9yanvar 2008-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi 5 saylı binanın qarşısında inşa edilən binanın 4-cü mərtəbəsində sağ tərəfdə yerləşən 106 kv.m sahəsi olan mənzil 106.000 ABŞ dollarına X3 və cəmi 20.000 ABŞ dolları ödəniş edilmişdir. İşin 4-cü cildinin 38-39-cu vərəqələrindəki xx xxxx 2009-cu il tarixli müqavilə və həmin tarixli arayışdan görünür ki, inşa olunmuş binanın 4-cü mərtəbəsində sağ tərəfində yerləşən 106 kv.m sahəsi olan mənzil Zərərçəkmiş şəxs15 satılmışdır. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2070 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 adına tərtib edilmiş xx xxxxxx 2009-cu il tarixli və xx xxxxxx 2009cu il tarixli müqavilələrdə, maliyyə arayışlarında «Təqsirləndirilən şəxs» sözləri qarşısında,Şahid5 adına tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli 02 №-li maliyyə arayışında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, xx xxxxx 2013-cü il tarixli arayışlarda «Aliyev.T.R» sözləri qarşısında, xx xxx 2014-cü il tarixli «Mənzillərin bölgü cədvəli»ndə «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs16 adına tərtib edilmiş xx xxxxxx 2010-cu il tarixli və xx xxxxxx 2011-ci il tarixli müqavilələrdə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, X8 adına tərtib edilmiş xx xxxxxx 2007-ci il tarixli müqavilədə, həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs13 adına tərtib edilmiş xx xxxxxx 2012-ci il tarixli 28 №-li müqavilədə, həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs11 oğlunun adına tərtib edilmiş xx xxxxxxxx 2009-cu il tarixli müqavilələrdə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, X13 adına tərtib edilmiş xx xxxx 2008-ci il tarixli müqavilədə «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs6 adına tərtib edilmiş xx xxx 2009-cu il tarixli müqavilədə «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Şahid7 adına tərtib edilmiş xx xxxxxx 2011-ci il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs17 adına tərtib edilmiş xx xxxxxx 2010-cu il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, X7 adına tərtib edilmiş xx xxxx 2012-ci il tarixli müqavilədə «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş xx xxxxxx 2013-cü il tarixli müqavilədə «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs3 adına tərtib edilmiş xx xxxxxx 2013-cü il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, X28 adına tərtib edilmiş xx xxxxxx 2013-cü il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs10 adına tərtib edilmiş xx xxxxxx 2007-ci il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, X18 adına tərtib edilmiş xx xxxxxx 2012-ci il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışında «Təqsirləndirilən şəxs» sözləri qarşısında, Zərərçəkmiş şəxs7 adına tərtib edilmiş xx xxxxx 2011-ci il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışında «Təqsirləndirilən şəxs» sözləri qarşısında olan imzalar Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə-sənədlərin texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 2071/2493 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 adına tərtib edilmiş xx xxxxxx 2009-cu il tarixli və xx xxxxxx 2009-cu il tarixli müqavilələrdə, maliyyə arayışlarında, Şahid5 adına tərtib edilmiş xx xxxxxx 2017-ci il tarixli 02 №-li maliyyə arayışında, xx xxx 2014-cü il tarixli «Mənzillərin bölgü cədvəli»ndə, Zərərçəkmiş şəxs16 adına tərtib edilmiş xx xxxxxx 2010-cu il tarixli və xx xxxxxx 2011-ci il tarixli müqavilələrdə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında, X8 adına tərtib edilmiş xx xxxxxx 2007-ci il tarixli müqavilədə, həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında, Zərərçəkmiş şəxs13 adına tərtib edilmiş xx xxxxxx 2012-ci il tarixli 28 №-li müqavilədə, həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışında, Zərərçəkmiş şəxs11 oğlunun adına tərtib edilmiş xx xxxxxxxx 2009-cu il tarixli müqavilələrdə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında, X13 adına tərtib edilmiş xx xxxx 2008-ci il tarixli müqavilədə, Zərərçəkmiş şəxs6 adına tərtib edilmiş xx xxx 2009-cu il tarixli müqavilədə, Şahid7 adına tərtib edilmiş xx xxxxxx 2011-ci il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında, Zərərçəkmiş şəxs17 adına tərtib edilmiş xx xxxxxx 2010-cu il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışında, Zərərçəkmiş şəxs2 adına tərtib edilmiş xx xxxxxx 2013-cü il tarixli müqavilədə, Zərərçəkmiş şəxs3 adına tərtib edilmiş xx xxxxxx 2013-cü il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında, X28 adına tərtib edilmiş xx xxxxxx 2013-cü il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında, Zərərçəkmiş şəxs10 adına tərtib edilmiş xx xxxxxx 2007-ci il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışlarında, X18 adına tərtib edilmiş xx xxxxxx 2012ci il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışında, Zərərçəkmiş şəxs7 adına tərtib edilmiş xx xxxxx 2011-ci il tarixli müqavilədə və həmin şəxsin adına tərtib edilmiş maliyyə arayışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuş, möhür əksləri öz aralarında və ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün sərbəst əks nümunəsi ilə eynilik təşkil edir. X7 adına tərtib edilmiş xx xxxx 2012-ci il tarixli müqavilədə olan möhür əksi hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. İşin 3-cü cildinin 175, 183-191-ci maddələrindəki Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında 0106-P250-46629 saylı xx xxxxxxxx 2006-cıil tarixli Şəhadətnamədən görünür ki, “xxxxxxx” MMC AzərbaycanRespublikasıƏdliyyəNazirliyiHüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindənqeydiyyatdan keçmişdir. “xxxxxxx” MMC-nin təsisçilərinin ümumi yığıncağının 28avqust 2006-cı il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs cəmiyyətin direktoru təyin edilmişdir. «xxxxxxx» MMC-nin təsisçisi və direktoru kimi xx xxxxxxxx 2006-cı il tarixdə təsdiq olunmuş Cəmiyyətin Nizamnaməsinə əsasən Təqsirləndirilən şəxs cəmiyyətin idarə edilməsi, cəmiyyətin fəaliyyətinə aid bütün məsələlərin həll edilməsi, cəmiyyətin adından əqdlər bağlanılması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətləri olmuşdur. İşin 8-ci cildinin 9-10-cu vərəqələrindəki maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki,iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə 1 ədəd mənzillərin pay bölgüsü cədvəli maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İşin 8-ci cildinin 37-40-cı vərəqələrindəki sənəddən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 2-ci cildinin 203-205-ci vərəqələrindəki Bakı şəhəri Binəqədi RPİ-nin məktubu və axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görunür ki, Təqsirləndirilən şəxs xx xxxx 2018-ci ildəQazaxstan Respublikasının Almatı şəhərində tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 65.000 manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 68.900 manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 45.580 manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs7 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 32.000 manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs12 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 56.500 manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs11 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 55.900 manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 53.040 manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 210.391,5 manat pul tutulması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs7,Zərərçəkmiş şəxs5, X19, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar, ona qarşı şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edirlər. Zərərçəkmiş şəxs9 nümayəndəsi X20 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışıq əldə etmişdir, ona qarşı şikayəti yoxdur, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxsin təqsirini təkzib edən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi. Onun ittiham olunduğu cinayətləri törətməkdə təqsirliliyi məhkəmə iclasında dindirilmiş çoxsaylı zərərçəkmiş şəxs və şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş sənədlər və işin digər faktiki halları ilə təkzib edildiyindən məhkəmə, ifadəsinə həmin hissədə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər sübutlar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə tövsif edilməklə o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır, onun CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə qanunun yuxarıda qeyd edilən göstərişlərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 178.3.2-ci maddəsi ilə əlavə cəza da təyin edilməli, o, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməlidir. Azərbaycan Respublikası CM-nin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CM-nin 75.2-ci maddəsinə əsasən müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsinin sanksiyasında üç ilədək müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda (cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə) məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Odur ki, Təqsirləndirilən şəxs təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs13 qarşı törətdiyi dələduzluq cinayətlərinə görə və CM-nin 308.2-ci maddəsi ilə ona cəza təyin edilməməlidir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsinə əsasən müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilməli, CM-nin 308.2-ci maddəsi ilə CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməməlidir. CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə olduğu 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Lakin onun şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, onun üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür. Odur ki, Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanılan azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə, onun üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət və təyin edilən əlavə cəzanın icrası Binəqədi rayon İcra və probasiya şöbəsinə tapşırılmalı, üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə zərərçəkmiş şəxslərin mülki iddialarını müzakirə edib nəticəyə gəlir ki, onlara dəymiş ziyan ödənildiyindən və zərərçəkmiş şəxslər mülki iddialarından imtina etdiklərindən Azərbaycan Respublikası CPM-nin 186-cı maddəsinə əsasən mülki iddialar üzrə icraata xitam verilməlidir. Maddi sübut:bir ədəd mənzillərin pay bölgüsü cədvəli iş materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatına sərf edilmiş 217 (iki yüz on yeddi) 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354 və 357.0.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 46.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə cəzası təyin edilsin. CM-nin 308.2-ci maddəsi ilə CM-nin 75.1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cəza təyin edilməsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixədək həbsdə olduğu 1 (bir) il 8 (səkkiz) ay 7 (yeddi) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq üzərində saxlanılmış 5 (beş) il 3 (üç) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin və 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət və təyin edilmiş əlavə cəzanın icrası Binəqədi rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CPM-nin 186-cı maddəsinə əsasən mülki iddialar üzrə icraata xitam verilsin. Maddi sübut:bir ədəd mənzillərin pay bölgüsü cədvəli iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatına sərf edilmiş 217 (iki yüz on yeddi) 52 (əlli iki) qəpik Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-72/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-72/2020
28.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver