Məhkəmə qərarları › İş №1(101)-72/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-72/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-72/2022 12.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və onun nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə2 və Zərərçəkmiş şəxs3, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, «Femida» Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu, «Kredo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə açıq məhkəmə iclasında 24 dekabr 1983-cü ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində 2006, 2008 və 2010-cu il təvəllüdlü uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 9, mənzil 95-də qeydiyyada olmaqla Bakı şəhəri, Binəqədi rayonu, N.Nərimanov küçəsi, ev 46-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını və əmlak hüquqlarını ələ keçirmək məqsədi ilə 2018-ci ilin dekabr ayında tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanda yerləşən mənzilini ipoteka girovunda saxlayaraq götürəcəyi külli miqdarda pulu 6 ay müddətində bağlayaraq mənzili girovdan çıxaracağına dair yalan vədlər verməklə etibarından sui-istifadə edib aldadaraq, sonuncunun qeyd olunan mənzilə dair Şahid2 adına verdiyi mülki etibarnamə əsasında mənzili "xxxx" ASC-də ipoteka girovunda saxlamaqla, 17 dekabr 2018-ci il tarixdə Bakı şəhəri, ünvan 3i rayonu, Azadlıq prospekti 81 ünvanında yerləşən "xxxx" ASC-nin ünvan 3i filialının kassasından 98.000(doxsan səkkiz min) manat nəğd pulu götürüb, 19 dekabr 2018-ci ildə əvvəlcədən Şahid2 məqsədli aldığı iki günlük etibarnamə əsasında 19 saylı notariat kontorunda Şahid2 adından özü iştirak edərək, Zərərçəkmiş şəxs1 arasında təkrarən onu aldadaraq ilkin alqı-satqı müqaviləsi bağlatdırıb müqavilənin şərtini dəyişdirərək, ipoteka bitdikdən sonra evin təhvil vermə şərtini dəyişdirib, evi üçüncü şəxsə təhvil vermə öhdəliyini Zərərçəkmiş şəxs1 üzərinə qoydurmuş, verdiyi vədlərə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs1 98.000 (doxsan səkkiz min) manat məbləğində külli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs2 birgə iş quraraq qazanc əldə edəcəklərinə dair yalan vədlər verməklə etibarından suiistifadə edib aldadaraq, 2018-ci ilin noyabr ayının əvvəllərində Sumqayıt şəhəri 15-ci məhəllə ünvan 4 ünvanda yerləşən Asan Xidmətin qarşısında 10.000(on min) manat, həmin günlərdə vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 5 ünvanında yerləşən “Rabitə ASC”nin mərkəzi filialının qarşısında 2.500(iki min beş yüz) manat, ünvan 6 ünvanında yerləşən “Caspian Plaza” şirkətinin qarşısında 10.000(on min) manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Q.Musabəyov adlanan parkın yanında 10.000(on min) manat və sonuncu dəfə 2019-cu ilin mart ayında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 124 ünvanında yerləşən "xxxx" ASC-nin qarşısında 1.500(min beş yüz) manat pulunu alıb verdiyi vədlərə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 34.000 (otuz dörd min) manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən qəsdən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanıdığı Zərərçəkmiş şəxs3 birgə iş quraraq qazanc əldə edəcəklərinə dair yalan vədlər verməklə etibarından suiistifadə edib aldadaraq, 15 noyabr 2019-cu il tarixdə ünvan 8 ünvanın qarşısında 10.000 (on min) manat pulunu alıb verdiyi vədlərə əməl etməyərək ələ keçirib Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, məsuliyyətə cəlb olunduğu iş üzrə heç kəsə qarşı dələduzluq etməmişdir. Əksinə, özü dələduzluğun qurbanıdır. Bu işlə bağlı bildirir ki, 2018-ci ilin oktyabr aynda o, anası X3 adına 2.500 manat kredit götürmək üçün "xxxx" ASC-nin Yasamal filialına getmişlər. Həmin pula o, işlətdiyi “Olimp” marketə tütün məmulatları almaq istəyirmiş. Məhz həmin filialda oranın işçisi olmuş Zərərçəkmiş şəxs2la tanış olmuşdur. Belə ki, Emilə kreditin verilməsi üçün müraciət etmişdir. Emilə özünün xüsusi dövlət orqanlarının nümayəndəsi olmasını bildirməmiş, belə bir şey olmamışdır. Emil kreditin verilməsində çətinlik olduğunu bildirdiyi üçün anası ilə bankın başqa filialına müraciət edərək heç bir problem olmadan kredit almışlar. Bankdan ayrılan zaman Emil onun bizneslə məşğul olmasını öyrəndiyi üçün telefon nömrəsini istəmiş, alındığı təqdirdə gələcəkdə onunla birgə işləmək istədiyini deimşdir. O da etiraz etmədən Emilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini vermişdir. Təxminən 1 saat sonra Emil ona zəng edərək, onunla görüşmək istədiyini bildirmiş, o da marketdə olduğunu deyərək, Emilə marketə gələ biləcəyini bildirmişdir. Elə həmin gün Emil onun işlətdiyi “Olimp” marketə gəlmişdir. Emil ona marketlə bağlı sorğusual etdikdən sonra onunla şərik olmaq istədiyini bildirmişdir. O da ona “Olimp” marketə yox, başqa bir market tapıb ora şərik ola biləcəklərini bildirmişdir. Emil onunla razılaşmış və o, arendaya market axtarmağa başlamış və Binəqədi rayonunda Yolçu adlı şəxsə məxsus “Palma” marketini tapmışdır. Həmin marketə Emillə birlikdə baxmağa getmişlər. Yolçu marketi avandanlıqları və mal qalıqları ilə birlikdə, yəni biznesini 100.000 manata icarəyə verəcəyini və obyektin aylıq icarəsinin 2.000 manat təşkil etdiyini bildirmişdir. Marketin yaxşı yerdə olduğunu görüb Emillə qərara gəlmişlər ki, həmin yeri icarəyə götürüb şərikli işlətsinlər. Yolçuya obyekti işlətmək üçün 100.000 manat pul verməli idilər. Onun və Emilin bu məbləğdə vəsaitləri olmamışdır. Belə olan təqdirdə Emil ona Kəmalə adlı xalası olduğunun və onun adına olan evi ipotekaya qoyub pul götürə biləcəklərini demişdir. Emil ona xalası Kəmalənin onunla görüşmək istədiyini bildirmişdir. Bundan sonra onlar Kəmalə xanımla sonuncunun yaşadığı ünvan 9 ünvanında görüşmüşlər. Emil Kəmalə xanıma market açmaq və yaşadığı evi ipoteka kreditinə qoyub pul götürmək istədiyini demişdir. O da Kəmalə xanıma əgər market işləsə, yaxşı gəlir əldə edəcəklərini söyləmiş, Kəmalə xanım da fikirləşib daha sonra onlara xəbər edəcəyini bildirmişdir. Kəmalə ilə söhbət edən zaman bilmişdir ki, o, Emilin xalası deyil, o da Emili onun kimi bankdan tanımış, həmçinin Emilin bacısı ilə birlikdə universitetdə işləmişlər. Emil isə Kəmalə xanıma xala deməsini sonuncu ilə yaxın münasibətdə olduğuna görə izah etmişdir. Bir necə gün sonra Emil ona zəng edərək, Kəmalə xanımın evini ipotekaya verməklə kredit alınmasına razılıq verdiyini və onunla yenidən danışmalarını təklif etmişdir. Onlar Kəmalə xanımın yaşadığı Yasamal rayonu, N.Nərimanov meydanı ev 31/33, mənzil 14 ünvanında görüşmüşlər və Kəmalə xanım ona bu işə razılıq verdiyin demişdir. Səhərisi gün o, Kəmalə xanım ilə birlikdə Sumqayıt şəhərində olan “Amrah” banka gedib evi girov qoyub kreditə pul götürmək istədiklərini bildirmişlər. Həmin bankda 10.000 manatdan çox məbləğ verə bilmədiklərini bildirmişlər. Bundan sonra Emil ona zəng edərək, Nərimanov rayonunda yerlşən “Parabank”-ın onlara lazım olan krediti verə biləcəyini, orada yaxın tanışları olduğunu demişdir. Emilin təklifi ilə o, Kəmalə xanım ilə birlikdə “Parabank”-a getmiş və orada Emil onları özünü bankın işçisi kimi təqdim edən Pərviz və Ramin adlı şəxslərlə tanış etmişdir. O, onlara evi girov qoyub pul götürmək istədiklərini bildirmiş, Pərviz də həmin pulun hansı səbəbə lazım olduğunu soruşmuşdur. O və Emil onlara həmin pul ilə şərikli market alacaqlarını demişlər. Pərviz də ona bankda 100.000 manatlıq kredit paketi olduğunu və Kəmalə xanımın yaşadığı mənzili hərbiçinin adına keçirdib “Günay” bankdan ipoteka yolu ilə 100.000 manat məbləğində ipoteka krediti ala biləcəklərini, hətta özünün tanış zabit hərbiçisi olduğunu, zabitin adının Qiyas olduğunu, Qusar rayonunda hərbi xidmətdə olduğunu bildirmişdir. Həmçinin o, bütün işləri özü görəcəyini bunun müqabilində onlardan, yəni Emil, Kəmalə xanım və ondan 40.000 manat pul istəmişdir. Həmin 40.000 manat pulu 4 hissəyə böləcəyini, 10.000 manatını özünə, 10.000 manatını yanında olan Raminə, 10.000 manatını Qiyasa, qalan 10.000 manat pulu isə digər bank xərclərinə ödəyəcəyini bildirmişdir. O, Emil və Kəmalə ona fikirləşib bu barədə məsləhət edib daha sonra məlumat verəcəklərini bildirmişlər. Bundan sonra bütün prosedurları Pərvizlə Emilin arasında olmuşdur. 15 dekabr 2018-ci ildə Kəmalə xanım ilə birlikdə hərbiçi Qiyas notariusda alqı-satqı müqaviləsi bağlamışlar. Emil də ona zəng edərək, Kəmalə xanım ilə birlikdə notariusa getmiş, orada ilk dəfə Pərvizlə gəlmiş hərbiçi Qiyası görmüşdür. Pərvizin təşkilatçılığı ilə notarius Qiyasla Kəmalə xanımın arasında sonuncuya məxsus mənzilin alqı-satqısına dair müqavilə bağlamış, Kəmalə xanıma müqavilə ilə əlaqədar çatası pulun bankdan götürülməsi üçün sonuncuya qəbz vermişdir. Pulu almaq üçün onları “NBC” banka getmişlər. Pulun alınmasına dair qəbz həmin vaxt Pərvizdə olmuşdur. Çünki banka ilkin ödəniş kimi Pərviz 31.000 manat pul ödəmiş və pulun ona qayıdacağından narahat olduğu üçün qəbzi özündə saxlamışdır. Həmin bank iş vaxtının sonu olduğu üçün Kəmalə xanıma pulu verməmişdir. Həmin gün həftə sonu olduğu üçün bu proses həftənin birinci gününə qalmışdır. 17 dekabr 2018-ci ildə o və Kəmalə xanım ünvan 3i rayon Polis İdarəsi ilə üzbəüz olan “NBC” banka getmiş, orada Pərviz ilə Ramini görmüşlər. Kəmalə xanım bankın kassasına yaxınlaşıb Pərvizin ona verdiyi qəbzi kassaya təqdim etmişdir. Kassadan Kəmalə xanıma 129.000 manat pul verilmiş, Kəmalə xanım xəzinadara həmin puldan 31.000 manat pulu əlavə sayıb ona təqdim etməyi xahiş etmiş, 98.000 manat pulu Kəmalə xanım öz çantasına, qalan 31.000 manat pulu isə Pərvizə vermişdir. Çünki Pərviz ilkin ödəniş kimi 31.000 manat banka pul ödəmişdir. Lakin, həmin pulun Qiyasın və yaxud da digər şəxsin ödəməsi barədə məlumatı olmamışdır. Pərviz onlara çatacaq pulu Kəmalə xanımdan istəmişdir. Kəmalə xanım da Emil işdən çıxdıqdan sonra həmin pulu notarius qaydasında ona və ya Emilə verəcəyini bildirmişdir. Pərvizlə Ramin də bununla razılaşmış və onlar ayrılmışlar. Artıq əllərində 98.000 manat pul olduğu üçün Emilə Yolçu ilə görüşüb ona ödəniş etməsini təklif etmişlər. Pullar Emildə olmuşdur. Kəmalə xanım ona pul verməmişdir. Bu səbəbdən onun Kəmalə xanıma heç bir borcu yoxdur. Əlavə olaraq qeyd etmək istəyir ki, Kəmalə xanıma Qiyas ilə öhdəlik müqaviləsi bağlamağı təklif etmişdir ki, birdən Kəmalə xanım pulu banka tam ödədikdən sonra Qiyas evi qaytarmaz. Bundan sonra Kəmalə ilə birlikdə Quba şəhərinə getmişlər. Pərviz də Ramin ilə birlikdə oraya gəlmişdir. Belə ki, Qiyasın xidmət yeri Quba rayonunda olmuşdur. Qiyas orada “Asan” xidmətdə ona mənzilin idarə edilməsinə dair 2 günlük etibarnamə vermişdir ki, o, Kəmalə xanımla təminat müqaviləsi bağlasın. Müqavilənin şərtləri də ondan ibarət idi ki, Kəmalə xanımın yaşadığı evdən onu heç kimi çıxarmayacaq və o, orada yaşayacaq. Qiyas həm də öz xətti ilə iltizam yazaraq, Kəmalə xanımın evini formal onun adına keçdiyini qeyd edərək iltizamı onlara vermişdir. Bu iltizamda Şahid1 və Şahid3 imzalarını qoymaqla şahidlik etmişlər. Onlar Qubadan qayıtdıqdan sonra Qiyasın ona verdiyi etibarnamə əsasında Kəmalə xanım ilə müqavilə bağlamışdır. Lakin bundan sonra Emil 98.000 manat pulu ona verməmiş və bildirmişdir ki, Yolçu adlı şəxsin marketi lazım deyil və özü həmin pulu Şəki şəhərində olan tanışı Mustafaya verəcək. Mustafanın isə həmin pulun müqabilində onların işlədəcəkləri marketdən çox gəlir gətirəcəyini bildirmişdir. O da Yolçu adlı şəxsə işlərinin alınmadığını bildirmişdir. Təxminən 2 ay sonra Emil ona zəng edərək Kəmalə xanımın yanına gedib ona guya onların 98.000 manat pulla iş qurduqlarını deməyini istəmişdir. O da Emil ilə birlikdə Kəmalə xanımın yaşadığı mənzilə gedərək, həqiqətləri ona bildirmişdir. Ona Emil ilə iş qurmadığını və pulun ona verilmədiyini demişdir. Kəmalə xanım əsəbi halda Emilə ipotekanın pulunu ödəməsini tələb etmişdir. Emil də ona pulu özü tam olaraq ödəyəcəyini söz vermişdir. Emil bir necə dəfə ona zəng edərək, Kəmalə xanımın yanına gedib ona təsəlli vermələrini xahiş etmişdir. O da ona onu narahat etməməsini bildirmişdir. Bir neçə dəfə bu hal təkrarlandıqdan sonra o, DİN-in 102 xidmətinə zəng edərək, Emilin onu narahat etdiyini bildirmişdir. Bundan sonra Emil bir də ona zəng etməmişdir. Bundan 5-6 ay sonra onlar Emil ilə yolda tasadüfən rastlaşmışlar. Emil yenə ona problemi olduğunu və birlikdə iş görmək istədiyini bildirmişdir. O da ona problemli adam olduğunu bildirmiş və onunla razılaşmamışdır. Onun hansı işlə məşğul olduğunu soruşmuşdur. O da ona X4 şəhərində qardaşları Vüqar və İmranın gəlin donları və ayaqqabıları ona göndərdiklərini demişdir. Belə ki, həmin malları o, sərhəddən götürüb, Bakı şəhərində Sədərək ticarət mərkəzində paylayacağını demişdir. Emil ona bu işdə nə qədər gəlir gələcəyini soruşmuşdur. O da ona birinci gələn mal partiyasını Sədərək ticarət mərkəzinə payladığını, ikinci dəfə gələn malların sərhəddə saxlanıldığını, Azərbaycana buraxılmadığını demişdir. Emil də onunla mütəmadi əlaqə saxladığından o da ona Rusiyadan gələn malların sərhəddə saxlandığını, buna görədə pul lazım olduğunu bildirmişdir. Emil də ona bu işdə nə qədər xeyiri olacağını soruşmuşdur. O da ona birinci gələn mallardan 12.000 manat gəlir əldə etdiyini demişdir. Emil də özünün pulu olmadığını, lakin tanışı Şəhla adında xanımdan faizə pul ala biləcəyini demişdir. Onlar da birlikdə birinci dəfə Şəhla adlı xanımla Sumqayıt şəhərində görüşmüş, lakin, o, avtomobildən düşməmiş, Emil onun idarə etdiyi avtomobildən enib, Şəhlanın idarə etdiyi avtomobilə əyləşmişdir. Orada nə söhbət etdiyindən is xəbəri olmamışdır. Səhəri gün onlar yenidən Şəhla ilə “Caspian Plaza”-nın qarşısında görüşmüşlər. Şəhla isə onları sabah 1.500 manat verə biləcəyini demişdir. Səhəri gün Emil “Olimp” marketə gələrək, Şəhlanın ona verdiyi 1.500 manat pulu ona vermişdir. Bunun müqabilində 1.500 manat pulu 2 aya ərzində əlavə 1.000 manat pul ilə birlikdə qaytaracaqmışlar. O da mütamadi olaraq Emilə 100-200 manat pul verərək, 1 aya Şəhlaya çatacaq 2.500 manat pulu ödəmişdir. Digər Zərərçəkmiş şəxs3 ilə bağlı onu bildirir ki, Cavad onun işlətdiyi «Olimp» marketin yaxınlığında «Yusif» marketdə işləmiş, marketləri bağlanacağı üçün Cavad ona təklf etmişdir ki, mağazada olan malları ucuz qiymətə ona təhvil versin. Bundan sonra Cavad onun mağazasına 2.500 manat dəyərində peçenye, vafli, çay, spirtli içki və enerji içkisi gətirib vermişdir. Cavad ona 10.000 manat pul verməmişdir. Cavada olan borcunu həbs olunduğu üçün ödəyə bilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs tanışı, Azərbaycan Beynəlxalq Bankında işləyən tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanımışdır. Belə ki, kredit alan zaman Zərərçəkmiş şəxs2 müştərisi olmuş, bununla əlaqədar münasibətləri yaranmışdır. 2018-ci il noyabr ayının sonlarında Beynəlxalq Bankdan tanıdığı Zərərçəkmiş şəxs2 ona zəng edərək bir məsələ barədə danışmaq istədiyini demiş və işdən sonra Emillə görüşmüşdür. Emil görüşə “Range Rover” markalı avtomobil ilə gəlmiş, maşından düşərək ona yaxınlaşmış və ondan yaşadığı evinin kimin adında olduğunu soruşduqda o, evin öz adında olduğunu demişdir. Emildən soruşmuşdur ki, bu nəyə lazımdır?. O da demişdir ki, Kəmalə xanım bizə kredit götürmək üçün evi girov qoya bilərsizmi?. O da demişdir ki, siz kimsiz?. Emil də demişdir ki, gəldiyi maşının sahibi olan Səbirə xanım onu ortağıdır. Hava qaranlıq olduğu üçün avtomobildə kimin olduğunu görməmişdir. Emilə demişdir ki, ev söhbəti və xüsusilə də girov söhbəti ola bilməz. Bildirmişdir ki, ev təkcə onun mülki deyil, anası da ona vəsiyyətində evi bacısının xəstə övladına verməyini demişdir. Bundan sonra Emildən ayrılaraq evinə getmişdir. Bir neçə gün keçdikdən sonra Emil zəng etmişdir ki, onu ortağı ilə tanış etmək istəyir. Ortağının isə Səbirə olduğunu demişdir. O da bu görüşə razılıq verərək “İnşaatçılar” metrostansiyasının yaxınlığında Emil və Səbirə ilə görüşmüşlər. Bu zaman aralarında kreditlə bağlı söhbət olmuşdur. Onlar ona kredit götürməyini xahiş etmişlər. O, onlara tələbəsi üçün götürdüyü problemli kreditin olduğunu demiş, ödəmələrdə isə daim problem yarandığı üçün bu günə kimi kreditin faizlərini çox zaman özü ödəyir. Kredit hələ tam ödənməyib. Səbirə demişdir ki, yeni market götürür və onun borcunu ən geci 6 aya bağlayacaqdır. Lakin, o, yenə də razı olmamış və Emil ilə o, Səbirədən sağollaşıb ayrılmışlar. Bir necə gün keçdikdən sonra Emil ona zəng edərək, onların evinin qarşısında onunla görüşmək istədiyini demişdir. O, razılaşmış və orada Emil ilə Səbirə ilə görüşmüşdür. Görüş zamanı Səbirə yenə də ona evi girov qoyub kredit götürməyi təklif etmiş və evin onun adında qalacağını demişdir. O, ona bildirmişdir ki, bu məsələ baş tutan deyil və vacib pul lazımdısa elə öz evini girov qoyub götürsün. Səbirə isə yaşadığı evin öz adına olmadığını və digər evin isə kupçası olmadığını bildirərək bu səbəbdən kredit ala bilmədiyini demişdir. O, ona evi girov qoymayacağını bir daha bildirib onlardan ayrılmışdır. Bundan bir neçə gün sonra Səbirə Emilin adından istifadə edərək onu Sumqayıt şəhərinə aparmış, orada adı yadında qalmayan banka gətirmişdir. Səbirə xanım onun evini girov qoyub 65.000 manat kredit götürmək istədiyini demiş, bununla bağlı tanımadığı bank işçisi ilə məsləhətləşmiş, lakin sonuncu girov qoymaqla kredit götürməsini məsləhət görməmişdir. O yenə Səbirəyə evi girov qoymaq istəmədiyini bildirmişdir. Səhəri gün Səbirə yenə ona zəng edib bu işdə onlara kömək edəcək şəxsin yanına getmələrini demiş və bundan Emilin də razı olduğunu demişdir. O da yenə Emilə görə razılıq vermişdir. Axşam saatlarında Səbirə onu “Lombard” yazılan yerə gətirmiş, o, lombard sözünü görəndə Səbirədən onu ora nə üçün gətirdiyini soruşmuşdur. Buna baxmayaraq Səbirə onu lombarda salmış, orada Pərviz adlı şəxs onları qarşılamışdır. Səbirə orada Pərvizə kredit götürmək istədiyini demiş, Pərviz isə ona “Günay” Bankın 7 %-li ipoteka paketi olduğunu demiş, Səbirə isə bu paketin əlverişli olduğunu və 3 aya krediti bağlamağı mümkün olduğunu demişdir. Pərviz ondan 3 aya bu krediti necə bağlayacağını soruşmuş, Səbirə isə 2 marketi olduğunu, əldə etdiyi gəlirdən hər ay 30.000 manat ödəməklə krediti bağlayacağını demişdir. Orada Səbirə ilə Pərviz belə razılaşmışlar ki, onun evi formal olaraq Pərvizin tanışı olan hərbiçinin adına ipoteka krediti ilə rəsmiləşdirilsin. Pərviz banka veriləcək faizi, hərbiçiyə və özünə çatacaq faizi də Səbirəyə demişdir. Bu əməliyyatdan ona çatacaq olan isə Səbirənin aldığı puldan əldə edəcəyi gəlirdən ona da xeyir verəcəyi vədi olmuşdur. Səbirə Pərvizin şərtləri ilə razılaşmışdır. Səhəri gün Səbirə Pərvizlə adam gətirib evin fotoşəkillərini çəkmişlər. Səbirə bir daha and vermişdir ki, krediti 3 aya bağlayacaq və ev yenə də onun adına qayıdacaqdır. Elə bil ki, Səbirə onu ovsunlamışdır. Özünü itirdiyi üçün Səbirənin sözləri ilə razı olmuşdur. Axşam Səbirə ona zəng edib demişdir ki, bank evi 129.000 manat dəyərləndiribdir. Bir gün sonra Səbirə, Pərviz və Qiyas adlı hərbiçi onun yaşadığı evə gəlmişlər. Səbirə onu Qiyasla tanış etmişdir. Qiyas Səbirəyə bu işə 3 aya krediti tam ödəyəcəkləri halda razılıq verəcəyini bildirmişdir. Səbirə ona narahat olmamağını söyləmiş, ona isə demişdir ki, evi adında qalacaqdır. 2018-ci ilin dekabr ayının 15-i Səbirə onu notariusa aparmış, orada Pərviz, Qiyas və bankın işçisi Ramin kredit məsələsini rəsmiləşdirmişlər. Bunların hamısını Pərviz təşkil etmişdir. O, burada Səbirəyə demişdir ki, o, onunla notariusda müqavilə bağlayacaqdır. Səbirə də razılıq vermişdir. Notariusda proses qurtaqdıqdan sonra onlar birlikdə Sahil metrosunun yanındakı “NBC” banka getmişlər. Lakin həmin bankda onlara belə göstərişin olmadığını bildirərək kredit verməmişlər. Məlum olmuşdur ki, onlar Amerika səfirliyinin yanındakı “NBC” banka getməli idilər. Lakin həmin ünvana getdikdə günün sonu olduğu üçün pulu çıxarmaq üçün birinci gün gəlmələrini demişlər. Pərviz qəbzi Səbirədən götürmüşdür ki, onsuz bankdan pul çıxarılmasın. Birinci gün Səbirə onu “NBC” banka aparmış, banka Pərviz və Ramin də gəlmişlər. Bir neçə saat gözlədikdən sonra pulun hazır olduğunu demişlər və Pərviz qəbzi çıxardıb kassaya vermişdir. Bankın işçisi ona sənədlərə qol çəkdirdikdən sonra kassadan pulları vermişlər. Lakin pulları Səbirə özü ilə gətirdiyi sellofan paketə yığmış, Pərviz isə Səbirədən banka və özlərinə çatacaq pulları istəmişdir. Səbirə də bankın içərisində pulu sayıb Pərvizə pul vermişdir. O, Səbirənin Pərvizə verdiyi məbləği bilməmişdir, Səbirənin dediyinə görə Pərvizə banka çatacaq 31.000 manat pulu vermiş, Pərvizlə Raminə çatacaq pulu isə o, yəni Kəmalə xanım müqavilə bağlayandan sonra verəcəyini demişdir. O, Səbirəyə mənzilin təminatı olaraq notariusda onunla müqavilə bağlamaq istədiyini demiş və onlar notariusa getmişlər. Notariusun bağlanmasına 30 dəqiqə qaldığı üçün müqavilə bağlamaları növbəti günə qalmışdır. Orada Səbirə ona demişdir ki, Pərviz ona zəng edərək alacağı pulun miqdarını artırır. Bu səbəbdən o, sabah Qubaya gedir ki, Qiyasla görüşüb və Pərvizə pulu Qiyasın yanında versin. O da Səbirəyə onunla gedəcəyini və elə oradada müqavilə bağlayacağını demişdir. Səbirə səhər onun arxasınca Rəşad adlı hüquqşünasla gəlmişdir. Rəşad idarə etdiyi maşınla onları Qubaya “Asan” xidmətin qarşısına gətirmişdir. X15 əlyazma şəklində iltizamnamə və müddəti 2 gün etibarnamə yazdırmışdır. İltizamnaməyə Pərviz və Rəşad da imzalayaraq şahidlik etmişdir. Səbirə ona demişdir ki, iltizamnaməni Qiyasdan o məqsədlə almışdır ki, o, heç vaxt onu yaşadığı mənzildən çıxarmayacaqdır. X8ra çatacaq pulu istəmiş, Səbirə demişdir ki, o qədər pulla ora gələ bilməz. Emilə olanları bildirdikdə Emil demişdir ki, narahat olmasın, o qarantiya üçün Səbirənin evinin sənədlərini almışdır. Bundan sonra o, pulunu tələb etməsin deyə Pərviz zəng edib ona hədə-qorxu gəlmişdir ki, iş yerinə onun saxta işləri barədə xəbər verəcəkdir. O isə Pərvizə demişdir ki, bu məsələnin onun işinə heç bir aidiyyatı yoxdur. Onun evinə görə alınan pullardan heç bir xeyir görməmişdir. Əksinə ay tamam olduqda Səbirə 30.000 manat pulu ona ödəməmişdir. O da ona zəng edərək, pulunu istədikdə Səbirə 30.000 manat pulu Emilə verdiyini demişdir. Əlacsız qalıb, Emilə zəng etmiş, Emil borca 30.000 manat pul tapıb bankın aylıq pulunu ödəmişdir. Evin tez ipotekadan çıxması üçün növbəti ay o, 10.000 manat pul tapıb Emilə vermişdir ki, ödəniş etsin. Digər ay yenə o, 10.000 manat tapıb Emilə vermişdir ki, ödəsin. Növbəti dəfə Emil 15.000 manat borc tapıb ödəniş etmişdir. Bundan sonra o, Kapital Bankdan bir zülümlə 10.000 manata yaxın bir məbləğdə kredit götürmüş və Emilə vermişdir ki, ödəniş etsin. Bu işdə ziyançəkən özü və Emil olmuşdur. Emil ona Səbirəyə bu pulu verdikdən sonra marketin biznesini alacağını və hər ay onların o marketdən əlavə qazanclarının olacağını bildirdiyi üçün Səbirəyə aldanıb bu işi görmüşdür. Səbirə ona hər hansı məbləğdə pul qaytarmamışdır. Əksinə, evə görə banka olan faizləri imkanı olmadığı üçün artıq ödəyə bilmir, banka olan borcu isə 23.000 manata çatmışdır. Səbirədən ona vurduğu ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs anası ilə birlikdə işlədiyi "xxxx" ASC-yə 30.10.2018-ci ildə pensiya krediti götürməyə gələn zaman tanımışdır. O, Səbirənin anası X3 Şamaxı rayonunda qeydiyyatında olduğu üçün bankın Şamaxı filialı ilə danışıb ora yönəltmişdir. Səbirə onlara göstərdiyi xidmətdən razı qaldıqlarını bildirib telefon nömrəsini götürmüşdür ki, bankla bağlı sualları olsa əlaqə saxlayacaq. O, Səbirəyə söz gəlişi harada işlədiyini soruşmuş, Səbirə də cavabında DTX-da işlədiyini söyləmişdir. Həm də Səbirə ona iş yerinə yaxın ərazidə “OLİMP” adlı marketidə işlətdiyini bildirmişdir və ona gedib mağazanın pul dövriyyəsinə baxmağı təklif etmişdir. Ona əgər mağazaya pul qoysa aylıq mağazanın gəlirindən payı olacağını təklif etmişdir. O da maddi durumu aşağı olduğundan ancaq bankdan aldığı maaş ilə dolandığından Səbirənin ona etdiyi təklifi ilə razılaşmışdır. Həmin günü işdən sonra Səbirənin dediyi mağazaya getmişdir. Səbirə ona təklif etmişdir ki, əgər o, mağazaya mal almaq üçün 10.000 manat pul versə, gələn gəlirdən ayda ona 1500 manat verəcəkdir. O, Səbirənin dediklərinə inanmış və öz adına “Access” bankdan 7.000 manat kredit götürmüşdür. 3.000 manat pul çatmadığına görə ailəvi tanışı olan Şəhlaya müraciət etmiş və Şəhla ona 3.000 manat pul vermişdir. Pulu almaq üçün Şəhlanın yaşadığı Sumqayıt şəhərinə getmişdir. Sumqayıta Səbirə ilə birlikdə, Səbirənin idarə etdiyi qara rəngli “Range Rover” markalı avtomobil ilə getmişlər. Sumqayıtda o, avtomobildən düşüb pulu Şəhladan almış və cəmi 10.000 manat pulu Səbirəyə maşında vermişdir. Həmin vaxt Şəhla ilə Səbirə bir-birini görməmişlər. Bütün bunlar bir gündə yəni 2018-ci ilin noyabr ayının əvvəlində olmuşdur. Bundan bir necə gün sonra Səbirə təcili ona zəng edərək, obyektin yiyəsi Mustafa adlı şəxsin 2.500 manat pul istədiyini və gələn aylarda arenda pulunu ödəyəndə, həmin verilən 2.500 manat pulu nəzərə alacağını demişdir. Onun özündə pul olmamış, lakin bir neçə il bundan qabaq Şəki şəhərində atasının adına olan evinin satışindan əldə olunmuş və dostu Mustafaya dövriyyə etmək üçün verdiyi 12.500 manat pulun 2.500 manatını Mustafadan alaraq Səbirəyə vermişdir. Bundan sonra Səbirə yenidən 10.000 manat pul istəmişdir. Ondan aldığı əvvəlki və indiki 10.000 manat pula Sədərək Ticarət mərkəzindən xırdavat mal alıb mağazasına mal vuracağını bildirmişdir. O da bu işə başladığına görə hər şeyi yarımçıq qoymaq istəməmiş, yen Şəhladan borc istəmiş, Şəhla da onunla olan şəxsi münasibətinə görə 10.000 manat pulu borc kimi “Yapıkredi” adlanan bankdan kredit götürüb vermişdir. O, Səbirə ilə birlikdə Şəhlanın işlədiyi Yasamal rayonunda yerləşən “Caspian Plaza” adlı yerdə görüşərək, pulu alıb Səbirəyə vermişdir. Bundan sonra Səbirə yeni il bayramı ilə əlaqədar yenidən mal vurulmalı olduğunu bildirərək 10.000 manat pul istəmişdir. O da məcbur qalıb Mustafada qalan 10.000 manat pulu alaraq Səbirəyə vermişdir. Bütün bu hadisələr 2018-ci ilin noyabr ayında baş vermişdir. Bu müddət ərzində o, Səbirəyə toplam olaraq 32.500 manat pul vermişdir. Həmin vaxt da Səbirə ona ayrı-ayrı günlərdə 200-500 manat pul ödəyərək cəmi 7.000 manat pul vermişdir. O da həmin pul ilə “Access” bankdan götürdüyü krediti ödəmişdir. O, sonradan anlamışdır ki, Səbirə onun ona verdiyi pulları hissə-hissə onun özünə qaytarır. Yəni, onu aldadaraq 32.500 manat pulunu mənimsəmişdir. 2018-ci ilin dekabr ayında Səbirə Yolçu adlı şəxsin Kirov qəsəbəsində olan yeni bir mağazasını icarəyə verdiyini bildirmişdir. O, Səbrə ilə birlikdə həmin mağazaya getmiş, Yolçu mağazanı içindəki bütün əşyaları və piştəxtalarla birlikdə, o cümlədən marketə məxsus yük daşıyan avtomobillə birlikdə arendaya verdiyini, yəni bir sözlə mağazanın biznesini 60.000 manat pula satdığınıvə hər ay kirayə haqqı olaraq 2.500 manat pul alacağını demişdir. Səbirə Yolçudan 1 həftə vaxt istəmişdir. Onlar oradan uzaqlaşdıqdan sonra o, Səbirəyə o məbləği tapa biməyəcəklərini bildirmişdir. Səbirə də bu pulu ancaq ev tapıb ipotekaya qoyub pul götürməklə əldə edə biləcəklərini demişdir. O da Səbirəyə öz evini ipotekaya qoyub pul götürməyini təklif etmişdir. Səbirə ona banka girov qoyulacaq əmlakının olmadıığını bildirmişdir. Bundan sonra o tanışı Kəmalə xanıma müraciət edərək onun adına olan və yaşadığı mənzili banka girov qoymaqla pul verməsini xahiş etmişdir. O, Kəmalə xanımla görüşə Səbirə ilə birlikdə sonuncunun mahşınında getmiş, lakin, Səbirə avtomobildən aşağı düşməmişdir. Kəmalə xanım isə öz mənzilini itirməkdən qorxduğundan bu işlə razılaşmamışdır. O da bunu Səbirəyə bildirmişdir. Lakin Səbirə ondan əl çəkmədiyi üçün o, Səbirəni Kəmalə xanımla görüşdürmüş, Səbirə Kəmalə xanımla danışdıqdan sonra onu razı salmışdır. Bu tanışlıqdan sonra Səbirə onun iştirakı olmadan Kəmalə xanımla görüşmüş, Kəmalə xanımı gedib işdən götürüb aparıb Nərimanov rayonunda Pərviz adında maklerlə tanış etmişdir. Səbirə ona demişdir ki, Pərviz hərbiçi tapacaq, onun adına Kəmalənin evi alınacaq, Kəmalə evdən çıxmayacaq, mən də o pulu bu mağazaya yönləndirəcəm, sonra sənə gündə iki mağazanın gəlirindən 1.000 manat pul verəcəm, yığarsan aya 30.000 AZN edir, gedib bankın pulunu bağlayarsan, 3 aya hərbiçi də evi təzədən Kəmalə xanıma qaytarar. Bütün bu işləri Səbirə Kəmalə xanımı inandırmaqla özü görmüşdür. Onun Kəmalə xanımı bu işə cəlb etməkdə məqsədi ondan ibarət olmuşdur ki, Səbirə əldə etidiyi gəlirdən həm onun puulunu ödəsin həmçinin Kəmalə xanıma da qazanc versin. O, fikirləşmişdir ki, Səbirə onu və Kəmalə xanımı aldatmaz. Səbirə xanım yerdə qalan 60.000 manat pulu Yolçu adlı şəxsə verib ona məxsus mağazanın biznesini almalı imiş. Lakin Səbirə bildirmişdir ki, guya Yolçu bu məbləği bir həftəyə söz verdiyindən, hal-hazırda da həmin vaxtdan 2 həftə keçdiyi üçün Yolçu razılığa gəlmir və mağazanın biznesinin qarşılığında 100.000(yüz min) manat pul istəyir. O, onun bu dediklərindən sonra çox pis olmuşdur. Artıq aldandığını anlamışdır. Kəmalə xanımın və Şəhlanın yanındada pis vəziyyətdə qalmışdır. Səbirə ona demişdir ki, Yolçunun mağazası alınmasa da əllərində 60.000 manat pul qalıb, həmin pulu Rusiyada yaşayan qardaşına göndərib, oradan mallar alıb Bakıda satasaqdır. İpoteka kreditinin ödəniş vaxtı çatdığında Səbirə ödəyəcəyinə söz verdiyi 30.000 manat pulu ödəməmişdir. O, bir neçə dəfə Səbirəyə zəng edərək krediti bağlamağı desə də Səbirə ödəniş etməmişdir. Bir müddət sonra Səbirə ona zəng edərək, həyacanlı səslə “vergidən gəliblər tez ol kassa aparatım yoxdur, 10.000(on min) manat pul istəyirlər axşama kimi çatmalıdır” demişdir. O da özünə məxsus Unibankın kredit kartından 1.500 manat pul çıxarıb, “Gənclik” metrostansiyasından yanında yerləşən "xxxx" bankın qarşısında Səbirəyə vermişdir. Səbirə Kəmalə xanımın kreditini bağlamır, nə də ki, ona pul vermirdi. Bu səbəbdən o da məcbur qalıb, Səbirənin ata-anasına demişdir ki, Səbirə ondan aldığı pulu geri ödəmir, krediti bağlamır. Atası ona bildirmişdir ki, onun qızı Səbirənin işlərindən xəbəri yoxdur. Bundan sonra Səbirə əsəbi səslə ona zəng edərək, hər şeyi atasına dediyinə görə bu gündən mağazaya tərəf gəlməməyini və 2019-c ilin may ayında birdəfəlik pulu tam verəcəyini demişdir. May ayında da nəticə olmadığını üçün anası Səbirənin anasına zəng edərək, ona da Səbirənin onu aldatdığın bildirmişdir. Anası da bu işdə onun heç bir əlaqəsi olmadığına görə bir daha narahat etməmələrini demişdir. Səhəri gün, onu Binəqədi rayonu 40-cı bölməsinə çağırmışlar. Ona bildirmişlir ki, Səbirə onu narahat etməyi haqqında şikayət etmiş, o da polis bölməsində izahat yazaraq, bir də Səbirəyə zəng etməyəcəyi, onun ətrafina yaxınlaşmayacağı, sözü olsa rəsmi surətdə müraciət edəcəyini bildirmişdir. Səbirə izahatında qeyd etmişdir ki, guyaki ona borcunu qaytarıb. O gündən etibarən o, Səbirəyə vermək üçün aldığı bank kreditlərini, həmçinin Kəmalə xanımın mənzilinə görə bank borcları özü ödəyir. Kəmalə xanımın evin ipotekasının azalması üçün 45.000 manatını o, 30.000 manatını isə Kəmalə xanım bankdan kredit götürüb ödəmişlər. Təqsirləndirilən şəxs ona vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin avqust ayından tanıyır. Adını çəkmək istəmədiyi dostlarından biri Təqsirləndirilən şəxs uğurlu iş adamı kimi təqdim edərək onunla tanış etmişdir. Onun Səbirə xanımla tanışlığının məqsədi iş qurmaq olmuşdur. Belə ki, Səbirə işlətdiyi «Olimp» marketini ona təqdim edərək satışa qoyulacaq malların çeşid və sayını çoxaldacağı təqdirdə gəlirinin də daha çox olacağını bildirmişdir. Səbirə xanım ona təklif etmişdir ki, onunla şərik olmaqla marketin inkişafına pul yatırtsın. O da mağazada gördüklərini, Təqsirləndirilən şəxs onunla səmimi davranışını nəzərə alaraq ona 10.000 manat pul vermək qərarına gəlmişdir. Özündə 5.000 manat pul var idi. Pulun qalan hissəsini isə dostu Şahid7 alaraq 15 noyabr 2019-cuil tarixdə Səbirəyə zəng vurub onunla Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Mado» restoranının yanında Səbirə ilə görüşərək ona təklikdə istədiyi 10.000 manat pulu vermişdir. Səbirə ona bildirmişdir ki, hər ayın əvvəlində mağazada görüşərik və gəliri hesabat edib şərik kimi pulu böləcəklər. Lakin Səbirə xanım onu aldadaraq bu günədək bir manat pul belə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs2 və sonuncunun vasitəsi ilə digər Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs2la təxminən 6 il olar ki, yaxın dostluq münasibətləri vardır. Təqsirləndirilən şəxs isə Emilin tanışı kimi tanımışdır. O, Sumqayıt şəhərində yaşayır və Emil ona 2018-ci ilin noyabr ayında zəng edərək görüşmək istədiyini bildirmiş, o, razılıq verdikdə Emil ona görüşmək istəməsnin səbəbini belə bildirmişdir ki, marketi olan Səbirə adlı qadınla iş birliyi qurmaq istəyir, lakin ona Səbirəyə vermək üçün 3.000 manat pul lazımdır. Əgər o, ona 2 aylığa 3.000 manat versə 2 aydan sonra 3.000 manatı qaytarmaqla yanaşı, əlavə olaraq 500 manat ona qazanc verəcəkdir. O, əvvəl razılaşmaq istəməmiş, çünki Səbirə adlı qadını tanımırmış, lakin Emil Səbirə adlı qadın haqqında ətraflı danışdığından ona inanmış və bundan bir neçə gün sonra Emil Səbirənin idarə etdiyi «Range Rover» markalı dövlət nömrə nişanına fikir vermədiyi avtomobili ilə Sumqayıt şəhərinə gəlmişdir. O, Emillə Sumqayıt şəhəri 15-ci məhəllə ünvan 4 ünvanda yerləşən Asan Xidmətin yaxınlığında görüşmüşdür. Belə ki, Emil maşından enibona yaxınlaşmış, lakin Səbirə idarə etdiyi avtomobildən enməmiş və o, onu görməmişdir. O, Emil ilə birlikdə özünə məxsus avtomobilə əyləşərək orada Emilə 3.000 manat pul vermişdir. Bundan təxminən iki həftə sonra Emil ona yenidən zəng edərək, 3.000 manatdan əlavə, Səbirəyə vermək üçün 10.000 manat da borc pul istəmiş, o, ona pulu olmadığını bildirmiş, Emil ona 10.000 manat pul verdikdən sonra özlərinə qurduqları biznesdən gələn gəlirdən 03 aydan sonra həmin puldan əlavə 2.000 manat pul verəcəyini bildirmişdir. O da Emilə inanaraq "xxxx" ASC-dən 10.000 manat pul krediti götürmüş, pulu götürdüyü günü Emil ilə Səbirə onun əvvəllər işlədiyi “Caspian Plaza”-ya gəlmişlər və onlar üçü də onun idarə etdiyi avtomobildə görüşüb orada 10.000 manat pulu sayaraq Emilə vermişdir, Emil isə pulu avtomobildə Səbirəyə vermişdir. Bundan təxminən bir-iki gün sonra Səbirə ona zəng edərək, əlavə 20.000 manat da pul istəmiş və deməsinə görə, bunun müqabilində ona 5.000 manat da pul verəcək idi. Lakin o, bu qədər pulu verə bilməyəcəyinə görə bununla razılaşmamışdır. Beləliklə, o, ümumilikdə 13.000 manat Emilə borc vermişdir. Bundan bir neçə gün sonra Səbirə və Emil ilə Emilin xahişi ilə görüşmüş, görüş zamanı Emil və Səbirə yeni mağaza alacaqlarını, həmin mağazanı işlətmək üçün ondan 60.000 manat pul istəmişlər. O isə pulu olmadığını bildirmiş, bu vaxt Səbirə ona təklif etmişdir ki, yaşadığı evi girov qoyub 60.000 manat pul götürüb ona versin, o isə bunun qarşılığında 2-3 ay ərzində ona 20.000 manat pul verəcəkdir. O, Səbirənin təklifi ilə razılaşmamış, hətta Səbirədən öz mənzilini girov qoyub pul almamasının səbəbini soruşmuş, Səbirə isə yaşadığı evin anasının adına olduğunu bildirmişdir. Təxminən 2-3 ay sonra Emil onun "xxxx" ASC-dən götürdüyü 10.000 manat kreditindən 8.000 manatını ödəmiş, bankın qalan 2.000 pulunu və digər faizlərini isə özü ödəmişdir. Bundan başqa, Emil ondan aldığı 3.000 manat pulu da qaytarmamışdır. Beləliklə, Səbirənin ona 5.000 manat borcu vardır. Pulları Emilə versə də bilir ki, Emil həmin pulları Səbirəyə vermiş, bu pula görə Emilin heç bir qazancı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Para Bank”-a məxsus lombartda vətəndaşlar tərəfindən təhvil verilən qızıl-zinət əşyalarının satışı ilə məşğuldur. Təqsirləndirilən şəxs sonuncu lombarda gəlib getdiyi dövrdən tanımışdır. Münasibətləri yarandığı üçün Səbirə ona işini artırmaq məqsədilə pula ehtiyacının olduğunu bildirmişdir. Pulu isə evi banka girov qoyub almaq istədiyini bildirmişdir. O da Səbirə xanımın xətrini istədiyi üçün ona bildirmişdir ki, geniş əlaqələri var, tanış hərbiçi dostu vasitəsi ilə bankdan ipoteka kreditini ala bilər. Belə ki, hərbiçilər üçün bu sahədə güzəştlər mövcuddur. Həqiqətən onun Quba rayonunda Daxili Qoşunlarda zabit kimi xidmət edən dostu Şahid2 Adıböyük oğlu vardır. 2018-ci ilin dekabr ayının əvvəllərində Təqsirləndirilən şəxs halhazırda məhkəmə zalında gördüyü Zərərçəkmiş şəxs1 ilə birlikdə lombarda yanına gəlmiş və bildirmişdir ki, ipoteka kreditini Kəmalə xanımın ünvan 9 ünvanında yerləşən evini banka girov qoymaqla almaq istəyir. Bundan sonra o, Qiyasa zəng edərək, ipotekaya ev girov qoyub pul götürmək lazım olduğunu deyib bu işdə ona köməklik etməsini xahiş etmiş, Qiyas da kredit bir neçə aya ödənildiyi təqdirdə bu işə qoşula biləcəyini demişdir. Belə ki, Qiyas xidməti yerini dəyişəcəyini, özünə də ipoteka ilə mənzil almaq istədiyini bildirmişdir. Səbirə bildirmişdir ki, 3 aya hər ay təxminən 30.000 manat ödəməklə krediti özü bağlayacaqdır. Bundan sonra Səbirə özü də Qiyasla görüşüb danışıb razılaşmışdır. Onların ipotekaya ilkin ödəniş etmək üçün pulları çatmadığına görə ondan xahiş etmişlər ki, bu işdə onlara köməklik göstərsin. O da bu işi görmək üçün onlara köməklik edə biləcəyini bildirmişdir. O, bunun qarşılığında özünə 1.500 manat pul istəmişdir. Səbirə də bununla razılaşmış və bir neçə gün sonra Səbirə xanım və Kəmalə xanımla lombartda görüşmüşdür. İpoteka krediti qoyulması üçün əvvəlcədən banka ilkin ödəniş etmək lazım olmuşdur. Kəmalə xanımın evi bank tərəfindən 129.000 manat qiymətləndirilmişdir. Buna görə də banka ilkin olaraq 31.000 manat pul ödənilməli idi ki, bank qalan 98.000 manat pulu versin. Həmin vaxt Səbirə ilə Kəmalənin 16.000 manat pulu olduğuna görə, ondan bu iş üçün qalan 15.000 manat pulu ödəməsini xahiş etmişlər. Həmçinin Səbirə bildirmişdir ki, bankdan pul aldıqdan sonra ona 15.000 manat, əlavə olaraq əziyyətinə görə isə daha 1.500 manat pul verəcəkdir. Bildiyinə görə bankdan götürülən pula Səbirə ilə Kəmalə şərikli market işi qurmaq istəmişlər. Qiyasa 15.000 manat pul ödəmiş, ipoteka krediti bağlanmamışdan 2 gün əvvəl Qiyas banka gedərək, cəmi 31.000 manat pul ödəmiş, , 15 dekabr 2018-ci ildə Qiyas ilə Kəmalə xanım notariusda alqı-satqı bağladıqdan sonra Qiyas ona zəng edərək, banka gedib pul götürəcəklərini bldirmişlər. O, onların olduğu notariusa gəlmişdir. Orada Qiyas, Kəmalə və Səbirə oradan çıxmışlar. Pulları bankdan götürmək üçün notariusda qəbz verilmişdir. Həmin qəbz Səbirədə olmuşdur. Onlar oradan Səbirənin idarə etdiyi avtomobillə Sahil metrostansiyasının yaxınlığında yerləşən “NBC” banka getmişlər. Orada pul köçürmə prosesinin gec olacağını və həftə sonu olduğu üçün digər iş günü gəlib pulu götürmələrini bildirmişlər. O, öz pulunu almaq üçün Səbirədən qəbzi götürmüşdür ki, özləri onsuz gedib pulu bankdan çıxardıb, onun pulunu verməzlər. 2018-ci ilin dekabr ayında onlar əlaqə saxlayaraq, Səbirə və Kəmalə ilə birlikdə ünvan 3i RPİ-i ilə üzbəüz fəaliyyət göstərən “NBC” banka getmişlər. Orada bir müddət gözlədikdən sonra, Kəmalə kassadan 129.000 manat pulu götürmüşdür. Kassanın qarşısında Səbirə də dayanmışdır. O isə bankın foyesində olan oturacaqlarında əyləşib işin sonunu gözləmişdir. Kassadan pul pəncərənin qarşısına qoyulduqdan sonra Kamələ pula əl vurmadan kassanın qarşısında pəncərənin ağzından pulları Səbirə çantasından çıxardığı sellofan torbaya yığıb çantasına qoymuşdur. O, Səbirədən Qiyasa verdiyi 15.000 manat pulu və özünə çatacaq 1.500 manat pulu istəmiş, Səbirə ona 15.000 manat pulu vermiş, lakin 1.500 manat pulu verməyərək sonra verəcəyini bildirmişdir. Bundan sonra Qiyas ona zəng edərək, Səbirəgilin Qubaya gələcəyini bildirmiş və onu da Quba şəhərinə çağırmışdır. Bu səbəbdən o, tanışı Şahid3la quba şəhərinə getmiş, orada Asan xidmətin qarşısında Səbirəni, Səbirənin tanışı Vüqarı, Kəmalə və Qiyası görmüşdür. Qiyas hansısa sənədləşmənin aparılması üçün Səbirəyə etibarnamə vermişdir. Orada Qiyas iltizam yazaraq, Yasamal rayonu, N.Nərimanov meydanı ev 31/33, mənzil 14 görə verilmiş ipoteka krediti ödənildikdən sonra evi Kəmalənin adına keçirəcəyini qeyd etmişdir. O və dostu həmin məsələni bildiklərinə görə onlara şahid kimi imza çəkməyi xahiş etmişlər. Onlar da şahidlik etdiklərinə görə imza çəkmişlər. Daha sonra Səbirədən ona çatacaq 1.500 manat pulunu istəmiş, Səbirə isə pulu özü ilə gətirmədiyini, sonra verəcəyini bildirmişdir. Onun orada kimin nə marağı olduğunu və kimin kimi aldadıb pul aldığını bilmir. O, sadəcə olaraq öz xeyri olan 1.500 manat pula görə bu işə razılıq vermişdir. Sonda da 1.500 manat pulu ala bilməmişdir. Amma bildirmək istəyir ki, Səbirə pulu götürəndən sonra maşınını dəyişib özünə «Galinvagen» markalı maşın almışdır. Bu məsələyə görə dostu Şahid2la da münasibətləri korlanmşdır. Sonuncu bank tərəfindən incidilir, ondan bank krediti ödəməyi tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Adıböyük oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostu Şahid1 vasitəsi ilə tanıyır. Belə ki, o, 2011-ci ildən 2015-ci ilə qədər DİN-in Quba rayonunda yerləşən hərbi hissəsində bölmə komandiri vəzifəsində çalışmışdır. 2019-ci ildən isə DİN-in Xətai RPİ-nin PPXB-in bölük komandirinin müavini vəzifəsində çalışır. Pərviz 2018-ci ilin dekabr ayında ona zəng edərək, yaxın tanışına təcili pul lazım olduğunu, həmin tanışının özünə məxsus evi ipotekaya qoyaraq 3 aylıq pul çıxaracağını, lakin bunun üçün hərbiçi lazım olduğuna görə mənzili girov qoyaraq krediti onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. Bu işlərdən anlayışı olmadığına və Pərvizlə dost olduğu üçün bu işdə ona kömək edə biləcəyini bildirmişdir. Hətta Pərviz bildirmişdir ki, onun adına olacaq bank krediti 3 aya bağlanacaqdır. 2018-ci ilin dekabr ayında o, Bakı şəhərində olan zaman Pərvizdən bilmişdir ki, həl-hazırda məhkəmə zalında gördüyü Kəmalə xanım evi ipoteka kreditinə qoyub bankdan götürdüyü pul ilə Səbirə xanıma verməlidir. O, Pərvizin xahişi ilə Kəmalə xanıma ipoteka kreditini öz adına razı olduğunu bildirmişdir. Kəmalə xanıma məxsus olan Yasamal rayonu, Nərimanov meydanı ev 31/33, mənzil 14 ünvan bank tərəfindən 129.000 manata dəyərləndirilmiş, bundan sonra onlar Bakı şəhərində görüşüb notariat kontorunda da alqı-satqı müqaviləsi bağlamışlar. Bankdan deyilənə görə ipoteka krediti götürmək üçün evin qiymətinin 30 faizi, yəni 31.000 manat ödənilməli idi. Onlar birlikdə 2018-ci ilin dekabr ayının 15-də Bakı şəhərində yerləşən notariat kontorunda alqı-satqı müqaviləsi bağlamışlar. Orada Kəmalə xanıma bankdan pul çıxarmaq üçün qəbz vermişlər. Qəbzi daha sonra Kəmalədən Səbirə götürmüşdür. O isə onlardan aralanıb çıxıb getmişdir. Ona bu köməyinə görə heç kəs pul verməmişdir, bu işi yalnız dostu Pərvizə görə etmişdir. Bundan bir neçə gün sonra Səbirə ona zəng edərək, Kəmalə xanımın evinə görə narahat olduğunu Qubaya gəlib onunla görüşmək istədiklərini bildirmişdir. O da etiraz etməmişdir. Bir neçə saatdan sonra Səbirə ilə Kəmalə Qubaya gəlmişlər. Onun xahişi ilə Pərviz Ramin adlı tanışı ilə Qubayə gəlmişlər. Belə ki, bu işə Pərvizin vasitəsi ilə cəlb olunduğu üçün sonuncunu çağırmışdır ki, gəlib bu söhbətlərdə iştirak etsin. Kəmalə xanımın danışığından başa düşmüşdür ki, sonuncuya mənzilinə görə əlavə təminatlar lazımdır. Yəni, Kəmalə xanım əmin olmaq istəyirdi ki, heç bir halda mənzil ondan alınmayacaqdır. Səbirənin təklifi ilə Qubada yerləşən Asan Xidmətə gedib 2 gün müddətinə Təqsirləndirilən şəxs formal aldığı mənzilin üzərində səlahiyyətlərin ona verilməsinə dair etibarnamə vermiş, həmçinin öz xətti ilə Pərviz və Raminin şahidliyi ilə Kəmalə xanımın adına olan evin formal olaraq onun adına keçdiyini, pul tam ödənildikdən sonra evi Kəmalə xanımın adına keçirəcəyini bildirən qəbz yazmışdır. Lakin, evin kreditini Səbirə ilə Kəmalə ödəmədiyi üçün bankın tələbi ilə 1000, 500 və 300 manat olmaqla banka pul ödəmişdir. Hal-hazırda da bankın iddiasına görə Quba rayon məhkəməsində o, cavabdeh qismində iştirak edir, bank ondan kreditin qalıq hissəsi olan 21.000 manatın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Fərzəliyev İqrar Təvəkkül oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımır, lakin onun adını dostu Zərərçəkmiş şəxs3 eşitmişdir. Belə ki, Cavad 14 noyabr 2019-cu il tarixdə ona zəng vurub görüşmək istədiyini bildirmiş və ona təcili olaraq 5.000 manat lazım olduğunu demişdir. Ondan pulu nə üçün istədiyini soruşduqda Cavad bildirmişdir ki, Səbirə adlı xanıma məxsus və Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Olimp» marketini şərik işlətmək üçün Səbirəyə 10.000 manat pul verməli, lakin özündə cəmi 5.000 manat olduğu üçün ona 5.000 manat borc pul verməsini xahiş etmişdir. Cavadla yaxın dost olduğu üçün həmin məbləği Cavada vermişdir. Bir müddətdən sonra Cavad ona Səbirə tərəfindən aldadıldığını, ondan heç bir xeyir görmədiyini bildirmişdir. Cavad onun pulunu qaytardığına görə ona qarşı heç bir şikayəti yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs, həmçinin zərərçəkmiş şəxsləri tanımır. O, 2018-ci ildən halhazıradək "xxxx" ASC-nin İpoteka şöbəsində işləyir. Zərərçəkmiş şəxs1 mənzilinin İpoteka krediti yolu ilə Şahid2 tərəfindən alqı-satqısından məlumatı yoxdur, bu proseslərdə iştirak etməmişdir. İbtidai istintaq zamanı bir mütəxəsis kimi bankın ipoteka krediti verməsi qaydaları ilə bağlı ifadə vermiş, yalnız eşitdiyi o olmuşdur ki, Şahid2 ipoteka kreditinin ödənilməsində problemlər yaranmışdır. Məhkəməyə də izah edir ki, ipoteka kreditinin verilməsi prosesinin başlanılması üçün kredit götürmək istəyən şəxs bir neçə sənədləri, yəni özünə aid şəxsiyyət vəsiqəsi, ailə üzvlərinin, yəni ərin (arvadın) və övladlarının şəxsiyyət vəsiqələrinin, nikah haqqında Şəhadətnamənin, o cümlədən ailə tərkibi, gəlir barədə arayışlar və əmək haqqının kart hesabından son bir ilin çıxarışı, əgər kredit götürmək istəyən şəxs polis və ya hərbçi olarsa, göstərilən sənədlərlə yanaşı, 02 ədəd, yəni Maliyyə şöbəsindən vəzifəsi, gəliri və iş stajı barədə arayış, həmçinin həbrçilər şəxsi (hərbi) vəsiqəsinin Notarial təsdiq olunmuş surətlərini Bankın İpoteka şöbəsinətəqdim etməlidirlər. Bütün sənədlər kredit götürmək istəyən müştəri tərəfindən Banka təqdim edildikdən sonra müştərinin tələb etdiyi kredit məbləği, həmçinin bütün anket məlumatları dəqiqləşdirilir və əgər müştərinin ipoteka şərtlərini ödəmə ehtimalı yüksək olarsa, bu barəd bankdaxili «Memorandum» hazırlanıb Bankın Kredit Komitəsinə bildirilir, nəticədə Komitə tərəfindən təsdiqləndiyi halda, Bank tərəfindən müştəriyə ipoteka krediti ayrılması prosesinə başlanılır. Sənədlərin təqdim olunmasından asılı olaraq, müştərinin ipoteka kreditinin verilməsi 3 gündən 14 gün müddətinədən dəyişə bilər. Bundan sonra müştəri ipoteka ilə almaq istədiyi evi və ya mənzili müəyyən edilb, mənzilə dair DƏDRX-dən Çıxarış, evin texniki pasportu və sahibinin şəxsiyyət vəsiqəsinin surətini Bankın İpoteka şöbəsinə təqdim edir. Sonra isə, Bankın əməkdaşlıq etdiyi Qiymətləndilmə şikrətinin əməkdaşları tərəfindən ipotekaya qoyulması nəzərdə tutulan evin fotoşəkilləri çəkilərək ərazi üzrə qiymətləndirilməsi aparılır. Sonra Qiymətləndilmə şikrəti tərəfindən tərtib olunmuş sənədlər Bankın Kredit Komitəsinə bildirlir. Əgər Komitə tərəfindən müştəriyə kredit ayrılması təsdiqlənərsə, Bank tərəfindən müştəriyə Forma 1 (mənzilin girovda olmaması haqqında arayış, Forma 2 (mənzildə qeydiyyatda olan şəxslərə dair arayış), eyni zamanda mənzildə qeydiyyatda olan şəxslərin şəxsiyyət vəsiqələrinin Notarial təsdiq olunmuş surətləri və mənzilin satılmasına dair razılıq ərizələri, mənzili satan şəxsin şəxsiyyət vəsiqəsinin Notarial təsdiq olunmuş surəti, alıcının ərinin (arvadının) mənzilin alınması va yə Banka irov qoyulması dair razılıq ərizəsi, mənzili satan şəxs əgər nikahdadırsa, Nikah haqqında Şəhadətnaməsi, əgər boşanmışdırsa, bu barədə Qeydiyyat İdarəsindən verilmiş arayışın və əgər subaydırsa, Subaylıq haqqında arayışın Notarial təsdiq olunmuş surətləri təqdim etmək xahiş olunur. Həmin sənədlər tam hazır olduqdanm sonra alıcı ilə bank əməkdaşı tərəfindən Bankda alıcının adına hesab açılması üçün dəvət olunur və ilkin ödəniş və kredit sənədləri rəsmiləşdirilir, Bank tərəfindən ayrılmış ipoteka krediti alıcının bank hesabına köçürülür, ilkin ödənişlə ayrılmış kredit ödəniş tapşırığı ilə birlikdə mənzilə dair alqı-saqtını həyata keçirəcək Notariusun hesabına köçürülür. Daha sonra alıcı və satıcı ilə bank nümayəndəsinin iştirakı ilə Notariusda alqı-satqı aparılır və proses başa çatdıqdan sonra Notarius ipoteka kreditinin satıcının hesabına keçirilməsinə dair qəbz verir. Bütün bu proseslərdən sonra mənzilin sahibi olmuş satıcı 03 (üç) iş günü ərzində Banka yaxınlaşaraq qəbz üzrə hesabında olan məbləği çıxara bilər. Bank ipoteka kreditinin verilməsi prosesi tam başa çatdıqdan sonra müştəriyə bank sənədlərini, yəni ödəniş cədvəli, alqı-satqı müqaviləsi, kredit müqaviləsi, sığortaların nüsxəsi alıcıya təqdim olunur. Bundan sonra alıcı həmin sənədlərlə birlikdə DƏDRX-ə getməli və mənzilin ipoteka yüklü olması barədə məlumat verməlidir. Sonra isə mənzilin onun mülkiyyətinə keçirilməsi müraciət edir və mənzil DƏDRX tərəfindən müştərinin mülkiyyətinə keçirildikdən sonra Bank həmin mənzili ipoteka yüklü elan edir. Bütün bu proseslər tam bitdikdən və müştəri tərəfindən ipoteka krediti tam ödənilib borcu bağlanıldıqdan sonra Bank həmin mənzili ipoteka yükündən azad olunması barədə DƏDRX məktub ünvanlayır. Məhkəmə iclasında ahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 06 il olar ki, tanıyır, onunla normal münasibətləri olmuşdur, belə ki, o, təxminən 06 il əvvəl özünə məxsus qızıl-zinət əşyalarını Pərvizin işlətdiyi və metronun «N.Nərimanov» stansiyasının yaxınlığında yerləşən Lombarda girov qoyaraq pul götürdüyü zaman tanış olmuş və həmin vaxtdan etibarən onların münasibətləri yaranmışdır, aralarında heç vaxt ədavət və ya düşmənçilik olmamışdır. O, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və ya Şahid2 Adıböyük oğlunu tanımır və onlarla heç bir münasibəti olmamışdır. Təxminən 2018-ci ilin dekabr ayının ortalarında, dəqiq tarixini xatırlamadığı gün Şahid1 onunla əlaqə saxlayaraq, etrəsi gün Quba rayonuna gedəcəyini bildirmiş və onun ona yoldaşlıq etməyini xahiş etmişdir. O da onunla razılaşmış, bunun sabahısı gün Şahid1 tanımadığı taksi sürücüsü ilə birlikdə onun yaşadığı Sumqayıt şəhərinə gəlmiş və onlar oradan birlikdə Quba rayonuna getmişlər. Oraya çatdıqda Pərviz ona demişdir ki, bir nəfər qadından 1.500 (bir min beş yüz) manat məbləğdə pul alacağı vardır və bunun üçün onlar birbaşa Quba şəhərində yerləşən Asan Xidmətin binasına daxil olmuşlar. O, Asan Xidmətdə kafedə əyləşib Pərvizi gözləməyə başlamış, bir neçə dəqiqədən sonra Şahid1 ona zəng edərək öz aralarında izahat yazdıqlarını demiş və şahid kimi imza edib-edə bilməyəcəyini soruşmuşdur. O isə yoldaşlıq xatirinə, Pərvizin təklifinə imtina etməmiş və onların olduğu yerə getmişdir. Bu zaman orada Pərvizdən başqa, bir nəfər təxminən 40 yaşlı, bir nəfər təxminən 50-55 yaşlı qadınların və bir nəfər hərbi geyimdə olan şəxsin də olduğunu görmüşdür. Sonra o, imza etməli olacağı sənədə baxmış, həmin sənəd səhv etmirsə «İzahat» olmuş, yaşlı qadın və hərbçi kişi arasında əlyazma yazılırmış. O, göstərdiyi sənədi oxuyanda, başa düşmüşdür ki, orada olan iki qadından biri evin sahibidir, aralarında alqı-satqı aparılmışdır və alqı-satqı başa çatandan sonra qarşı tərəf, yəni hərbçi kişi evi yenidən sahibəsi olan qadına geri qaytarmalıdır. Ona görə də, o, artıq həmin şəxslərin arasında razılaşma olduğunu başa düşdüyü üçün digər üç nəfər, yəni xanımlardan biri, xanımların gəldiyi taksi sürücüsü və Pərviz ilə birlikdə o da həmin sənədə imza etmişdir. Sonra onlar Asan Xidmətin binasından çıxıb həyətinə getmişlər. Orada Pərviz 40 yaşlı, uzun boylu qadından 1.500 (bir min beş yüz) manat məbləğdə pulunu istəmiş, həmin qadın isə Quba rayonuna pul ilə getməli olmadığını və həmin vaxtı üstündə nağd pulu olmadığını bildirmiş və Bakı şəhərinə qayıtdıqdan sonra Pərvizin pulunu verəcəyinə söz vermişdir. Bu zaman Pərvizlə həmin qadının arasında sözlü mübahisə yaranmış və həmin qadınlar gəldikləri taksiyə əyləşib oradan getmişlər. Pərvizlə o, isə gəldikləri taksi sürücüsü ilə birlikdə Qubada nahar etdikdən sonra Sumqayıt şəhərinə geri qayıtmışlar. Bundan sonra o, onların arasında olan məsələlər və ya problemlərdən heç bir məlumatı olmamışdır. Bir müddət sonra o, Polisdən çağırdıqda, Pərvizlə əlaqə saxlayıb nəyə görə çağırıldığını soruşmuş və o, onunla bağlı heç bir problem olmadığını, məsələnin onunla bağlı olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid2 Adıböyük oğlu, Şahid1 və X7 əvvəllər heç vaxt tanımamış və onlarla heç bir münasibəti və ya düşmənçiliyi olmamışdır. O, 2017-ci ilin yanvar ayından etibarən "xxxx" ASC-də hazırda xidmət etdiyi vəzifədə işləyir, əsas iş prinsipi isə Bankın adından müxtəlif alqı-satqı və digər notarial müqavilələrin bağlanılmasında iştirak etmək və Bankı təmsil etməkdən ibarətdir. Belə ki, bir neçə şöbə, eləcə də, İpoteka şöbəsi tərəfindən ona tarixi və yeri bildirilməklə, müəyyən Notarius kontorunda müqavilə imzalanmasında iştirak etməyim bildirilir və o, həmin ünvanlara getdikdən sonra alıcı və satıcı tərəfindən üçtərəfli müqavilələrin bağlanılmasında, Bankın adından üçüncü tərəf olaraq iştirak edir. Ona təqdim olunmuş, 15 dekabr 2018-ci il tarixli 54 saylı Notarius Kontorunda bağlanılmış müqavilənin surətində olan fotoşəkil və imza ona aiddir. Həmin müqavilənin bağlanılmasını dəqiq xatırlamasa da, digər hallarda olduğu kimi qeyd olunan alqı-satqı müqaviləsinin bağlanılmasında da o, etibarnamə əsasında "xxxx" ASC-nin nümayəndəsi kimi iştirak etmişdir. Bundan başqa, yuxarıda adları göstərilən şəxslərlə Bank arasında olan hər hansı bir problem və ya digər məsələlərdən onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün, zərərçəkmiş şəxslərin və şahidlər ifadələri ilə yanaşı, cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Baş Prokuroruna ünvanlanan ərizədən müəyyən olunur ki, Xanatova X6 Emil Şükür oğlunu və Zərərçəkmiş şəxs1 birgə iş görmək adı ilə etibarlarından sui-istifadə edərək aldadıb Zərərçəkmiş şəxs2 17.500 manat və Zərərçəkmiş şəxs1 98.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış zərərçəkmiş şəzs Zərərçəkmiş şəxs3 Bakı şəhəri Nərimanov RPİ-nin rəisinə ünvanladığı 20.10.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, 2019-cu ilin noyabr ayında Təqsirləndirilən şəxs onun etibarından istifadə edərək özünə məxsus marketə şərik edəcəyini vəd edərək onun 10000 manat pulunu ələ keçirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Şahid4 Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə ünvanladığı 01.09.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs verilməsi üçün Zərərçəkmiş şəxs2 verdiyi 13.000 manat pulu Zərərçəkmiş şəxs2 tərəfindən ona tam olaraq qaytarıldığından və hadisə ilə əlaqədar ona hər hansı bir zərər dəymədiyindən həmin fakt üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmasın xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nərimanov RPİnin İŞ-nə ünvanladığı 10.08.2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs verilməsi üçün Şahid4 borc olaraq aldığı 13.000 manat pulu Ş.Musatafayevaya tam olaraq qaytarılıdğını və buna görədə həmin fakt üzrə də onu zərərçəkmiş şəxs qismində tanınmasını xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs1 ilə Şahid2 Adıböyük oğlunun adından Təqsirləndirilən şəxs arasında bağlanmış 19 dekabr 2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, müqavilənin 3.1-ci bəndində qeyd olunmuşdur ki, birinci tərəf, yəni Zərərçəkmiş şəxs1 ünvan 13 ünvanında yerləşən sahəsi 58,79 kb.m olan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, əmlakın yüklülüyünə dair dövlət reyestrindən arayış onun özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, evin “ikinci tərəfə” satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin (yaxud qeyri-yaşayaış, torpaq sahələri) “ikinci tərəf”in mülkiyyətinə verilməsini öhdəsinə götürür. Məhkəmədə elan edilib araşdırılmış kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən müəyyən olunur ki, Şahid2 Adıböyük oğlunun adına 14 dekabr 2018-ci il tarixdə "xxxx" ASC-də 98.000 manat pulun verilməsinə dair kredit müqaviləsi bağlanmış və Şahid2 300 ay müddətinə aylıq 692,64 manat ödəməklə üzərinə öhdəlik götürmüşdür. Məhkəmədə elan edilib araşdırılmış etibarnamənin surətindən müəyyən olunur ki, Şahid2 Adıböyük oğlu 18 dekabr 2018-ci il tarixdə Təqsirləndirilən şəxs əldə edilmiş əmlaklarına, hüquqlarına və digər əməliyyatlara sahiblik hüququ verən etibarnamə vermişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Yasamal rayonu 19 saylı xüsusi notariat kontorunda tərtib edilmiş, 19 dekabr 2018-ci il tarixli sənəddən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 adından həmin tarixdə "xxxx" ASC-nin İnvest filialının hesabına 31.000 manat depozit yatızdırılmış və daha sonra qəbul edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Yasamal rayonu 19 saylı xüsusi notariat kontorunda tərtib edilmiş 19 dekabr 2018-ci il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 31.000 manat pulun "xxxx" ASC-nin İnvest filialına qoyularaq daha sonra Zərərçəkmiş şəxs1 ödənilməsi üçün Təqsirləndirilən şəxs ilə qarşılıqlı ərizə əsasında razılığa gəlmişlər. Məhkəmədə Zərərçəkmiş şəxs1 19.12.2018-ci il tarixdə "xxxx" ASC-nin İnvest filialına qoyulan 31.000 manat pulu almadığını bildirmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 60364 saylı, 10.07.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs adında və ya etibarnamə əsasında istifadəsində nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsinin Ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 10 sentyabr 2020-ci il tarixli, 2508 saylı rəyindən müəyyən ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-ambulator psixiatrik eksertizasının 10 sentyabr 2020-ci il tarixli, 1783 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işinin materialları, həmin cinayət işindəki, anamnestik məlumatlar və hal-hazırdakı psixiatrik müayinənin nəticələri və s. sübüt edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağılllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» 24.08.2020-ci il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 26.08.2020-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 avqust 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o, əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq olunmuş və Təqsirləndirilən şəxs xarakterizə edən digər sənədlərdən müəyyən olunur ki, onun himayəsində 2006, 2008 və 2010-cu il təvəllüdlü uşaqları vardır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməllərini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, CM-nin 178.3.2-ci maddəsi Cm-nin 178.2-ci maddəsində nəzərdə tutulan əməli də əhatə etməklə Təqsirləndirilən şəxs əməlləri məhz CM-nin 178.3.2-cimaddəsi ilə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs zərərçəkmişlərdən pul alarkən özünü iş görən şəxs kimi qələmə verərək, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə birgə iş qurub gəlir əldə edəcəyinə dair vədlər vermiş, eyni zamanda Zərərçəkmiş şəxs2 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs1 özünü iş görən şəxs kimi qələmə verərək mənzilini bankda ipoteka girovunda saxlayaraq cəmi 6 ay ərzində mənzilini bankda girovdan çıxaracağına dair vəd versə də verdiyi vədlərin heç birinə əməl etməməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli cinayət qanunvericiliyində nəzərdə tutulan etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək Zərərçəkmiş şəxs1 külli miqdarda, digər zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayət əməlinin tərkibini yaratmışdır. Təqsirləndirilən şəxsin təqsirli bilindiyi dələduzluq cinayəti talama cinayətlərinin bir növü olmaqla aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və bu zaman əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu təqsirləndirilən şəxsə onun yalanlarının təsiri altında və ya ona olan inamının, etibarının təsiri altında könüllü olaraq verir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarının 1-ci bəndində qeyd olunur ki, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Bu cinayətin özünəməxsusluğu ondan ibarətdir ki, mülkiyyətçinin əmlakı özgəninkiləşdirməsi və onu cinayətkara verməsi zahiri cəhətdən könüllü görünür. Faktiki isə təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsi məhkəmədə tədqiq edilmiş mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməlinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 dəymiş 34.000 manat maddi ziyandan 20.000 manat ödənilmiş, Zərərçəkmiş şəxs3 isə Təqsirləndirilən şəxs bağışlaması, vurulmuş ziyanla bağlı ona qarşı iddia və tələbinin olmadığına dair müraciəti məhkəməyə daxil olmuşdur. Məhkəməyə zərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs2 19 000 manat maddi zərər və 5 000 manat mənəvi zərərə, K. Yusifovaya 98 000 manat və ipotekaya ödənilən 79 666 manat, bankdan götürülən pullar üçün ödənilmiş 13 386,83 manat faiz borcu-ümumən 215 052.83 manat pulun ödənilməsinə dair mülki iddia daxil olmuşdir. Daxil olmuş mülki iddiaya dövlət rüsumu ödənilməsinə dair qəbz əlavə edilməmiş, belə olan halda isə mülki iddia baxılmamış saxlanılmaqla zərərçəkmiş şəxslərə mülki-mühakimə qaydasında yerli məhkəməyə müraciət hüquqi izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 dəymiş ziyandan qismən ödəməsini, Zərərçəkmiş şəxs3 Nemət oğlunun ondan şikayət və tələbinin olmamasını, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aiddir və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün həmin şəxsin azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə olan halda, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 24 avqust 2020-ci il tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməmiş həssəsi ilə bağlı, Zərərçəkmiş şəxs1 isə dəymiş ziyanla bağlı mülki mühakimə qaydasında yerli məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 24 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı, Zərərçəkmiş şəxs2 isə dəymiş ziyanın ödənilməmiş həssəsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar