Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-72/2023 05.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X5, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1 və ədliyyə müşaviri Dövlət ittihamçısı4, Təqsirləndirilən şəxs, müdafiəçilər - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3, “Kredo” Vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, azərbaycan-rus dilləri üzrə tərcüməçilər X11 və X4 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 09 sentyabr 2021-ci il tarixdə saxlanılaraq Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,149.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o, Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olub onu zorlamışdır. Belə ki, istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda 07 mart 2016cı il tarixdə axşam saatlarında Rusiya Federasiyası, Tatarıstan Respublikası, Kazan şəhəri, Müştəri küçəsi, ev 12 ünvanında yerləşən “Tiamo” adlı klubda olarkən, orada alkoqollu içki qəbul etdiyindən sərxoş vəziyyətdə əvvəllər tanımadığı, həmin gün klubda tanış olduğu Zərərçəkmiş şəxs həmin gün saat 23:30 radələrində klubun birinci mərtəbəsində yerləşən sanitar qovşağı istiqamətində getdiyini görüb, sonuncu ilə cinsi əlaqəyə girmək niyyətinə düşmüş, həmin niyyəti həyata keçirmək üçün Zərərçəkmiş şəxs arxasınca gedərək sanitar qovşağına daxil olmuş, lakin sonuncu onun bu təklifindən imtina etdiyindən, qapını arxadan bağlayaraq öz cinsi tələbatını ödəmək məqsədi ilə sanitar qovşağında olan Zərərçəkmiş şəxs üzərinə hücum çəkib güc tətbiq edərək yerə yıxmış və müqavimətini qırmaq məqsədi ilə onun əllərini belinə buraraq üzərinə oturmaqla öz çəkisi ilə onu yerə sıxıb hərəkət etməsinə imkan vermədən zor tətbiq edərək, sonuncunun baş nahiyəsinə qəsdən əlləri ilə çoxsaylı yumruq zərbələri endirməklə ona sağ əmgək nahiyəsində on ədəd, sağrı nahiyəsində iki ədəd, sağ çiyin oynağının arxa səthində iki ədəd, sağ çiyin oynağının arxa səthində iki ədəd, aşağı üçdə bir nahiyədə bir ədəd, sağ kürək nahiyəsində bir ədəd, sol budun ön səthində aşağı üçdə bir nahiyədə bir ədəd, sol baldırın xarici yan səthində bir ədəd, sol diz oynağının ön səthində bir ədəd, sol sağrı nahiyəsinin yuxarı xarici kvadrantında iki ədəd, burun-dodaq nahiyəsinin sol tərəfində yuxarı dodağın selikli qişasında, daxili səthində iki ədəd, aşağı dodağın selikli qişasında, daxili səthində iki ədəd qançırlar kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər yetirib fiziki ağrılar verərək əynindəki paltarlarını zorla çıxarmış, onun kömək çağırmasının qarşısını almaq məqsədi ilə ağzını əlləri ilə tutub 08 mart 2016-cı il tarixdə saat 03:00 dəqiqəyədək olan müddətdə Rusiya Federasiyası, Tatarstan Respublikasının Kazan şəhərində Şamatovskaya llnariya İlnurovnanın iradəsinə və istəyinə zidd olaraq zərərçəkmişə qarşı zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olaraq onu zorlamış, Rusiya Federasiyasının ərazisini hadisədən sonra tərk etməsi səbəbindən bu cinayətə görə Rusiya Federasiyasında məhkum olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə bütün sübutlar tam, hərtərəfli və obyektiv araşdırıldı, bu zaman ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın öz təsdiqini tapmadığı müəyyən olundu. Belə ki, məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi. O, ifadəsində göstərdi ki, həqiqətən də, deyilən vaxt Kazan şəhərində olmuş və həmin şəhərdə yaşayan ğiğisi oğlu ilə həmin kluba getmişdir. Onlar kluba gedəndə orada həmin qızla tanış olmuşdur. Klubda istirahət edəndən sonra qız ona yuxarı tualetə qalxmağı və orada onunla cinsi əlaqədə olmağı təklif etmiş, o da, qızın təklifi ilə razılaşmışdır. Orada qız şalvarını aşağı çəkmiş, o da, öz şalvarının zamokunu açanda, qız ona birinci başlamağı təklif etmişdir. Qızın bu təklifi ona xoş gəlməmiş, ona görə qıza təklif etmişdir ki, birinci qız başlasın. Bundan sonra qız ona qarşı nalayiq sözlər işlətmiş, o da, məcbur olub qızı vurmuşdur. Bu vaxt qapı döyülmüş, qapını açanda orada işləyən ofisiantın olduğunu görmüşdür. Ofisinat ona qıza təcavüz etdiyini bildirmiş, buna görə onların arasında mübahisə düşmüş və o, ofisiantla dalaşmışdır. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs hadisənin 2016-cı ildə baş verdiyini, həmin vaxt onu tualetə zərərçəkmiş şəxsin özünün dəvət etdiyini, zərərçəkmişin cinsi əlaqədən əvvəl ona oral sekslə məşğul olmağı təklif etdiyini və birinci olaraq onun başlamasını istədiyini, lakin qıza ondan elə şey gözləməməsini bildirərək, ona bir şillə vurduğunu, qızla cinsi əlaqədə olmadığını, ittihamda qeyd olunan qızın üzərindəki xəsarətləri yetirmək üçün azı 10-15 dəqiqə vaxt lazım olduğunu, lakin onun qızla həmin tualetdə cəmi 5-6 dəqiqə olduqlarını, qapı döyüldükdən sonra onun özünün qapını açdığını və ofisiantla mübahisə etdiyini, tualetə girərkən qapını qızın özünün bağladığını, həmin vaxt kluba onların 4 nəfər getdiklərini, onlardan ikisinin azərbaycanlı - biri bibisi oğlu Əliövsət, digəri isə qohumu Kamran, bir nəfər onların tanışı olan tatar uşaq və özünün olduqlarını, həmin vaxt Kazan şəhərinə toyda iştirak etmək üçün getdiyini, Azərbaycana hadisənin səhərisi günü qayıtmadığını, hadisə baş verən kafeyə həmin vaxt ilk dəfə getdiyini, bisioğlugilin bundan əvvəl də həmin kafeyə getdiklərini bildirdiklərini, özünün üzgüçülük müəllimi kimi fəaliyyət göstərdiyini və hazırda yığma komandanın üzvü olduğunu bildirdi. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 2016-cı ilin mart ayının əvvəllərində Rusiya Federasiyası, Tatarstan Respublikasının Kazan şəhərində yaşayan bibisi oğlu X2 toy mərasimində iştirak etmək üçün Bakı şəhəri Heydər Əliyev adına Hava limanından təyyarə ilə Kazan şəhərinə getmiş, orada bibisi Sevincin ailəsi ilə yaşadığı evdə qalmışdır. 07 mart 2016-cı il tarixdə saat 17-18 radələrində bibisi oğlu Əlövsət Mustafayev və uzaq qohumu Şahid7 ilə birlikdə Kazan şəhərində yerləşən “Tiamo” adlı karaoke kluba getmiş, oraya çatdıqda Əlövsətin İsgəndər adlı dostu da kluba gələrək onlarla birlikdə oturmuşdur. Klubda özü spirtli içki - pivə qəbul etmiş, digərləri isə spirtli içki içməmişlər. Həmin vaxt oturduqları yerin yanındakı masada iki qızın oturduğunu görmüş, həmin qızlardan biri masadan uzaqlaşdığı üçün öz pivə bokalını götürüb masaya yaxınlaşaraq digər qızın yanında oturub onunla tanış olmuş, bir müddət sonra digər qız həmin masaya qayıtdığı üçün öz masasına keçmiş, bu hal klubda olduqları zaman bir neçə dəfə baş vermişdir. Həmin vaxt onunla təxminən bir neçə saat söhbət etmiş, aralarındakı söhbət zamanı qız adının İlnariya olduğunu, Almaniya vətəndaşı olduğunu, Kazan şəhərinə tək gələrək rəfiqəsi ilə yaşadığını bildirmiş, daha sonra onunla birlikdə rəqs etmiş, rəqs zamanı İlnariya ona tualetdə cinsi əlaqədə olmağı təklif etmiş, özü də razılaşaraq onunla birlikdə klubun yuxarı mərtəbəsində yerləşən tualetə qalxmışdır. Bu zaman İlnariya qapısı açıq olan tualetə keçərək onun əlindən tutub özü ilə tualetə salaraq tualetin qapısını içəridən bağlamış və cinsi əlaqədə olmaq üçün ondan təxminən 2000-3000 rubl məbləğində pul istəmişdir. İlnariyaya pul müqabilində cinsi əlaqədə olacağı barədə ona əvvəlcədən məlumat vermədiyini irad tutaraq nalayiq sözlərlə onu təhqir etməyə başlamış, bu səbəbdən tualetdə aralarında təxminən 3-4 dəqiqə ərzində sözlü mübahisə baş vermişdir. Lakin həmin vaxt ona qarşı hər hansı şəkildə fiziki zor tətbiq etməmiş, onunla zorla cinsi əlaqədə olmamış, habelə cinsi əlaqədə olmağa cəhd etməmişdir. Bundan sonra İlnariya qəflətən unitazın üstündə oturub qışqıraraq kömək çağırmış, ardınca isə əlləri ilə əynindəki paltarları və üz-gözünü cırmağa başlamışdır. İlnariyanın nə səbəbə belə hərəkətlər etdiyinə anlam verməyərək özünü itirmişdir. İlnariya təxminən 10-15 saniyə qışqırdıqdan sonra tualetin qapısı bayır tərəfdən döyülməyə başlamış, qapını içəridən açdıqda klubun adını bilmədiyi ofisiantı qızı nə səbəbə zorladığını soruşmuşdur. Ofisiantın bu sözünə əsəbləşərək onu vurmuş, bu zaman səsküyə klubda qəlyançı işləyən adını bilmədiyi digər şəxs və bibisi oğlu Əlövsət gəlib onları ayırmışdır. Əlövsətlə birlikdə bayıra çıxaraq sonuncunun avtomobili ilə həmin yeri tərk etmişdir. Səhəri gün, yəni 8 mart 2016-cı il tarixdə orada qalmağının özü üçün təhlükəli ola biləcəyini düşünərək, Kazan şəhərindən təyyarə ilə Bakı şəhərinə geri qayıtmışdır (Cild 5, iş vərəqi 62-65). Tədqiq olunmuş ifadə ilə bağlı suallara cavabında Təqsirləndirilən şəxs həmin ifadəni təsdiq etdiyini, həqiqətən də qızın cinsi əlaqədə olmaq üçün ondan pul istədiyini, onun qıza əvvəlcədən aralarında belə söhbət olmadığını bildirərək mübahisə etdiklərini, həmçinin qızın ona birinci oral sekslə məşğul olmağı təklif etdiyindən əsəbləşərək onu vurduğunu bildirdi. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 07 mart 2016-cı il tarixdə saat 22 radələrində o, rəfiqəsi Şahid1 ilə görüşmüş, onlar birlikdə Tatarstan Respublikası, Kazan şəhəri, Muştari küçəsi, 12 ünvanında yerləşən “Tiamo” karaoke klubuna getmiş və bir masada əyləşib spirtli içki pivə sifariş etmişlər. Onların yanında olan qonşu masada dörd nəfər cavan oğlan əyləşmişdir. Saat 23 radələrində zaldan siqaret çəkmək üçün çıxanda qonşu masadan olan oğlan yaxınlaşaraq onunla söhbət etməyə çalışmış, lakin o, həmin oğlanla əlaqə qurmayaraq kafeyə masaya geri qayıtmışdır. Bir müddət sonra o, birinci mərtəbədə insanların az olduğu yerdə yerləşən tualetə getmiş və içəri girib qapını bağlamışdır. Bu zaman Təqsirləndirilən şəxs zorla tualetə girmiş, qapını bağlamış və onun əllərindən tutmuşdur. O, xahiş etmişdir ki, onu buraxsın və onun əlindən çıxmaq istəmişdir. Lakin oğlan onun xahişlərinə məhəl qoymamış və onu zorla tutub saxlamışdır. Onların arasında dartışma başlanmışdır. O, qışqırmış və kömək istəmişdir. Lakin Təqsirləndirilən şəxs onu polun üzərinə yıxmış, əllərini arxaya salmış və onu vurmağa başlamışdır. Bir neçə dəfə başından vurduqdan sonra oğlan onun əynindəki şalvarını və trusikini çıxardaraq aşağı çəkmiş və özünün cinsiyyət orqanını onun cinsiyyət orqanına salmışdır. O, müqavimət göstərmiş və qışqırmış, lakin Təqsirləndirilən şəxs yenidən ona bir neçə zərbə vuraraq zor gücünə qarnı üstə pola uzatmış, sonra əlləri ilə ağzını və burnunu tutmuşdur. Nəticədə o, nəfəs almaqda çətinlik çəkməyə başlamışdır. Oğlan yenidən bir neçə dəfə onu vurmuş və o, öz cinsiyyət orqanında güclü ağrılar hiss edərək huşunu itirmişdir. Bu zaman oğlanın təkrar öz cinsiyyət orqanını onun cinsiyyət orqanına saldığını başa düşərək, yenidən qışqırmağa başlamışdır. Bu zaman hansısa bir kişi qapını sındıraraq tualetə daxil olmuş və Təqsirləndirilən şəxs oradan bayıra çıxarmışdır. Daha sonra onun yanına ofisiantlar və rəfiqəsi gəlmişlər. Bir müddət keçmiş hadisə yerinə polis əməkdaşları gələrək onu istintaq orqanına aparmışlar. Sualları cavablandıran Zərərçəkmiş şəxs T.T.Abbaslının hadisə zamanı onu zorladığını, bunların hamısının mübarizə əsnasında baş verdiyini, təqsirləndirilən şəxsin Azərbaycan millətindən olduğunu, müstəntiqə də eyni ifadə verdiyini və ifadəni təsdiq etdiyini bildirərək, təqsirləndirilən şəxsə ədalətli cəza təyin olunmasını xahiş etmişdir. İfadələri arasında müəyyən ziddiyətlər olduğuna görə məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olundu. Həmin ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, 07 mart 2016-cı ildə axşam saat 22 radələrində rəfiqəsi Şahid1 ilə görüşərək onunla birlikdə əylənmək üçün Tatarstan Respublikası, Kazan şəhəri, Müştəri küçəsi 12 ünvanında yerləşən “Teamo” adlı karaoke kluba getmiş və orada olarkən hər ikisi spirtli içki - pivə qəbul etmişlər. Həmin vaxt onların olduğu masanın yaxınlığında yerləşən digər masada əvvəllər tanımadığı dörd nəfər cavan yaşlarında oğlan oturmuş, həmin şəxslər oturduqları yerdən uca səslə onlara birlikdə əylənməyi təklif etmiş, onlar isə imtina etmişlər. Təxminən saat 23 radələrində siqaret çəkmək üçün klubdan bayıra çıxmış, bu zaman yan masada oturan oğlanlardan biri, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşıb adını və harada yaşadığını maraqlanaraq tanış olmaq istəmiş, onunla tanış olmaq istəmədiyini deyərək yenidən kluba qayıtmışdır. Bundan təxminən 30 dəqiqə sonra klubun yuxarı mərtəbəsinə qalxaraq tualetə daxil olub qapını kilidləmədən örtmüş, unitazdan qalxıb şalvarının düyməsini bağladığı zaman Təqsirləndirilən şəxs onun olduğu tualetə soxularaq hər iki əli ilə onun sifətini tutub öpməyə başlamış, onu buraxmasını xahiş edərək müqavimət göstərməyə çalışsa da, sonuncunun buna məhəl qoymadığını görüb qışqıraraq yardım istəmişdir. Lakin Təqsirləndirilən şəxs onu üzü üstə yerə yıxaraq əynindən şalvarını və alt tumanını çıxarıb onun əllərini arxaya qatlayaraq üstünə oturmuş, bundan sonra onun əynindəki şalvarı və alt tumanını məcburi şəkildə çəkib çıxararaq razılığı olmadan zorla öz cinsi orqanını onun uşaqlıq yoluna daxil edərək onu zorlamağa başlamışdır. Özü həmin müddət ərzində qışqıraraq və sağa-sola hərəkətlər edərək onun əlindən çıxmağa çalışsa da, sonuncu onun üz nahiyəsinə əl-qol hərəkətləri ilə 3 dəfə zərbə vuraraq ona müxtəlif xəsarətlər yetirməklə sakit durmasını tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenidən onu zorlamağa davam etdiyindən müqavimət göstərərək əlindən çıxmaq istədiyi zaman, sonuncu ayağa qalxaraq yumruqla onun baş nahiyəsinə 4 dəfə ardıcıl zərbə vurmuş, o isə, həmin vaxt əlləri ilə üzünü qorumağa çalışmışdır. Təqsirləndirilən şəxs yenidən onun qarnını döşəməyə tərəf çevirib əli ilə onun ağzını və burnunu qapamış, buna görə çətinliklə nəfəs ala bildiyindən və ona yetirilmiş aramsız zərbələrin təsirindən huşunu itirmiş, ayıldıqda isə uşaqlıq yolu nahiyəsində güclü fiziki ağrı hiss etmişdir. Təqsirləndirilən şəxs təkrarən onun razılığı olmadan öz cinsi orqanını onun uşaqlıq yoluna daxil edərək zorla cinsi əlaqədə olmağa başladığından qışqıraraq kömək çağırmış, bu zaman olduqları tualetin qapısı sındırılaraq içəri əvvəllər tanımadığı bir kişi daxil olub Təqsirləndirilən şəxs kənara çəkmiş, özü isə yerdə yıxılmış vəziyyətdə qalmışdır. Sonra adını bilmədiyi ofisiant qız yaxınlaşaraq sakitləşməsi üçün ona “valerian” dərman həbi və su vermiş, qısa müddət sonra həmin yerə polis əməkdaşları gəlmişdir. Özü də ətrafda olan şəxslərin köməkliyi ilə rəfiqəsi Anjelikanın yanına gələrək baş verənləri ona danışıb zorlandığını bildirmişdir (Cild 1, iş vərəqi 46-49, 172-174, Cild 3, iş vərəqi 45-49, 171-173, Cild 2, iş vərəqi 208-210, Cild 4, iş vərəqi 193-196). İş üzrə dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 07 mart 2016-cı il tarixdə gecə saatlarında o, rəfiqəsi Zərərçəkmiş şəxs ilə Kazan şəhəri, Muştari küçəsi, 12 ünvanında yerləşən “Tiamo” klubunda istirahət etmiş və spirtli içki qəbul etmişlər. Qonşu masada dörd nəfər cavan oğlan əyləşmiş, onlara birlikdə əylənməyi təklif etsələr də, onlar razılaşmamışlar. Bir müddət sonra o, tualetə gedəndə görmüşdür ki, rəfiqəsi qonşu masada əyləşən asiyalı görünüşlü bir oğlanla söhbət edir. Bu zaman həmin qonşu masada əyləşən digər bir oglan onlara yaxınlaşaraq özünü Əli kimi təqdim etmiş, onların dördü rəqs etməyə getmişlər. Təxminən saat 1:30-da həyat yoldaşı ona zəng edərək evə qayıtmağını istəmişdir. Bu barədə o, rəfiqəsi Zərərçəkmiş şəxs deyəndə, sonuncu, bir az daha klubda qalmalarını istəmiş, o, razılaşmış və onlar siqaret çəkməyə getmişlər. Qonşu masadan olan həmin oğlanlar onların yanında dayansalar da, onlara yaxınlaşmamışlar. Sonra onlar kluba qayıtmış, Zərərçəkmiş şəxs tualetə getmiş, o isə, masada əyləşməyə getmişdir. Buna baxmayaraq qonşu masada Zərərçəkmiş şəxs ilə söhbət edən oğlandan başqa digər oğlanların əyləşdiyini görmüşdür. Bir müddət sonra qonşu masada əyləşən oğlanlara kafenin əməkdaşı yaxınlaşaraq bir şeylər demiş və onlar yuxarı getmişlər. O da, dərhal rəfiqəsinin arxası ilə tualetə getmiş və orada cırılmış köynəkdə və düymələri açılmış şalvarda ağlayan Zərərçəkmiş şəxs görmüşdür. Onun üzündə qançırlar olmuşdur. Rəfiqəsi asiyalı görünüşlü cavan oğlanın ona təcavüz etdiyini, onun qışqırıqlarına hansısa bir kişinin gəldiyini və qapını sındıraraq təcavüzkarı ondan uzaqlaşdırdığını danışmışdır. Sonra polis əməkdaşları gəlmişlər. İş üzrə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 01 dekabr 2015-ci ildən 31 mart 2016-cı il tarixə qədər Tatarstan Respublikası, Kazan şəhəri, Muştari küçəsi 12 ünvanında yerləşən “Tiamo” kafesində administrator işləmişdir. 07 mart 2016-cı il tarixdə işdə olarkən kluba dörd nəfər cavan oğlan gəlmiş, həmin oğlanlardan ikisi daha əvvəllər dəfələrlə həmin klubda olmuşlar. Bir müddət sonra iki nəfər qız gələrək qeyd olunan oğlanların əyləşdiyi masa ilə birlikdə olan masada əyləşmişlər. Həmin oğlanlar dəfələrlə qızlara yaxınlaşaraq söhbət etmiş, hətta rəqs etmişlər. Bu zaman qızlardan biri tualetə getmişdir. Bir müddət sonra ofisiant qız onun yanıma gələrək tualetin qapısının çoxdan bağlı olduğunu demişdir. O, həmin an Saparov ilə birlikdə tualetə getmiş və oradan kömək istəyən qadın qışqırıqları eşitmişdir. Bununla əlaqədar olaraq Saparov qapını sındırmış və tualetdən qeyri-rus görünüşlü bir oğlan şalvarının qabağını bağlayaraq çıxmışdır. Tualetdə yerdə saçları dağılmış vəziyyətdə olan bir qız oturub ağlamış, onun köynəyinin yaxası açılmış və cırılmış vəziyyətdə olmuşdur. Həmin qız təcavüzə məruz qaldığını bildirmişdir. İş üzrə dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 15 dekabr 2015-ci ildən Tatarstan Respublikası, Kazan şəhəri, Muştari küçəsi 12 ünvanında yerləşən “Tiamo” karaoke klubda səs operatoru olaraq işləyir. 07 mart 2016-cı il tarixdə işdə olarkən kluba dörd nəfər cavan oğlan gəlmiş, həmin oğlanlardan ikisi daha əvvəllər dəfələrlə həmin klubda olmuşlar. Oğlanlar masa arxasına keçib əyləşərək spirtli içki sifariş etmişlər. Bir müddət sonra iki nəfər qız gələrək qonşu masada əyləşmişlər. Həmin oğlanlar dəfələrlə qızlara yaxınlaşaraq söhbət etmiş, hətta rəqs də etmişlər. Hardasa gecə saat 2-3 radələrində administrator işləyən Zavarixina ona yaxınlaşaraq yuxarı mərtəbədə hadisə baş verdiyini demişdir. Onlar birlikdə yuxarı mərtəbəyə qalxanda ofisiant Vepa və qəlyançı Antuanın qeyr-rus milliyətli, qışqıraraq özünü adekvat aparmayan bir nəfər oğlanı saxladıqlarını görmüşlər. O isə, bu vaxt həmin oğlanın dostlarının yanına düşərək onlardan dostlarını sakitləşdirmələrini istəmiş, onlar da bunu etmişlər. Bir müddət sonra polis əməkdaşları gəlmişlər. Sonradan o, həmin oğlanın tualetdə qıza təcavüz etdiyini öyrənmişdir. İş üzrə dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, 07 mart 2016-cı il tarixində qohumu Kamran, T.T.Abbaslı və qonşusu Həbibrəhmanov İsgəndər ilə birlikdə Kazan şəhəri, Muştari küçəsi 12 ünvanında yerləşən “Tiamo” karaoke klubuna gəlmişlər. Bir müddət sonra daha əvvəllər də orada gördüyü iki nəfər qız kluba gələrək qonşu masada əyləşmişlər. Onunla olan oğlanlar qonşu masada əyləşən qızlarla danışmağa və rəqs etməyə başlamışlar. T.T.Abbaslı zərərçəkmiş şəxslə, o isə, onun rəfiqəsi olan Anjelika ilə söhbətləşməyə başlamış və dostunun onun rəfiqəsinin xoşuna gəldiyini demişdir. Sonra o, hesabı istəmiş və T.T.Abbaslı ilə birlikdə siqaret çəkmək üçün çölə çıxmışlar. Bu zaman zərərçəkmiş şəxs T.T.Abbaslıdan onu tualetə qədər müşaiyət etməsini istəmişdir. Teymur da razılaşmış və onlar getmişlər. Hardasa 4 dəqiqə sonra T.T.Abbaslı qayıtmış və onlar birlikdə evə getmişlər, o, heç bir mübahisə görməmişdir. Bir neçə gündən sonra ona İsgəndər zəng edərək baş vermiş hadisə ilə bağlı danışmışdır. Məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində göstərmişdir ki, 07 mart 2016-cı il tarixdə o, qonşusu Mustafayev Alik və digər iki nəfər cavan oğlanla Kazan şəhəri, Muştari küçəsi 12 ünvanında yerləşən “Tiamo” kluba gələrək bir masanın arxasında əyləşmişlər. Qonşu masada isə iki nəfər qız oturmuşdur. Onunla olan oğlanlar həmin qızlarla söhbətləşməyə başlamış, hətta rəqs də etmişlər. O, siqaret çəkmək üçün küçəyə çıxandan bir müddət sonra həmin kafedə işləyən tanışı yaxınlaşaraq, ofisiantların onun tanışını tutduqlarını bildirmişdir. Bu zaman o, kafeyə daxil olmuş və mübahisəni görmüşdür. Sonra tanışlarından öyrənmişdir ki, guya T.T.Abbaslı zərərçəkmiş şəxslə tualetdə kilidli qalmış və ona təcavüz etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 15 dekabr 2015-ci il tarixdən Tatarstan Respublikası, Kazan şəhəri, Müştəri küçəsi 12 ünvanında yerləşən “Tiamo” karaoke klubda ofisiant işləyir. 07 mart 2016-cı ildə işdə olarkən təxminən saat 22 radələrində kluba dörd nəfər cavan oğlan gəlmiş, həmin oğlanlardan rus görünüşlü olan ikisinin adlarını bilməsə də, əvvəllər kluba gəlib-getdiyini görmüş, rus görünüşlü olmayan digər ikisini isə əvvəllər ümumiyyətlə görməmişdir. Həmin oğlanlar karaoke barda olan masalardan birinə keçib spirtli içki sifariş etmiş, bundan təxminən 40 dəqiqə sonra karaoke bara əvvəllər tanımadığı iki qız gələrək həmin oğlanların oturduğu masanın yaxınlığındakı digər masada əyləşmişlər. Buna görə də yan masada əyləşən oğlanlar tez-tez həmin qızların masasına yaxınlaşaraq onlarla söhbət etmişlər. 08 mart 2016-cı il saat 00:00-dan sonra onlar daha tez-tez ünsiyyətə girmiş, birlikdə rəqs etmişlər. 08 mart 2016-cı il tarixdə təxminən saat 2-3 radələrində administrator Marina həyəcanlı şəkildə onun yanına gələrək klubun yuxarı mərtəbəsində hadisə baş verdiyini demiş, özü də onunla birlikdə yuxan qalxaraq tualetə tərəfə getdikdə, bir qızın tualetdən qışqıraraq kömək çağırdığını eşitmişdir. Bu səbəbdən tualetin qapısını açmağa çalışdıqda bağlı olduğunu görüb qapını dartaraq sındırmış, qapı açıldıqda qeyri-rus görünüşlü oğlanla onun bir qədər əvvəl klubda rəqs etdiyi qızın tualetdə olduğunu, həmin vaxt qızın ağladığını, əynindəki köynəyin isə cırılmış vəziyyətdə olduğunu görmüş, bu zaman həmin oğlan onun üstünə qışqıraraq nə səbəbə qapını qırdığını deyib onlara mane olduğunu bildirmişdir. Lakin o, qızın ağladığını görüb oğlanı tutaraq dəhlizə çıxartmış, bu zaman həmin oğlan dartınaraq əl-qol atmağa və onun ünvanına qarşı söyüş söyməyə başladığından, onu qucaqlayaraq saxlamağa məcbur olmuşdur. Qısa müddət ərzində həmin oğlanla bir masa arxasında oturmuş tanışları gələrək onu bayıra çıxarmışlar. Həmin vaxt kafenin administratoru Zərərçəkmiş şəxs valerian dərman həbi və su verərək onu sakitləşdirməyə çalışmış, bundan sonra Zərərçəkmiş şəxs baş vermiş hadisə barədə təfərrüatları çağırış əsasında kluba gəlmiş polis əməkdaşlarına danışmışdır (Cild 1, iş vərəqi 61-63, Cild 3, iş vərəqi 61-64). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, hadisə baş verən gün onlar dayısı oğlu Əliövsətin təklifi ilə Kazan şəhərində karaoke kluba getmişlər. Orada bir az əyləndikdən sonra iş yerinə müəyyən sənədlərin göndərilməsi ilə əlaqədar onun başı telefona qarışmışdır. O, başını qaldıranda görmüşdür ki, qarşı masada əyləşən qızlarla onun oturduğu masada əyləşən Teymur, Əliövsət və digər tanışı olan miliyyətcə tatar oğlan qızlarla söhbət edirlər. Sonra dayısı oğlu ona birlikdə gedib siqaret çəkməyi təklif etmiş, bu vaxt həmin qızlar da onlarla bayıra çıxmışlar və siqaret çəkmişlər. Bu vaxt qızlardan biri Teymura onu tualetə qədər ötürməsini xahş etmiş və Teymur həmin qızla getmişdir. Daha sonra onlar həmin kafedən çıxıb evə getmişlər. Sualları cavablandıran Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, Teymur qızı tualetə aparandan 15-20 dəqiqə sonra dayısı oğlu Əliövsətin hesabı verdiyini bildirərək durub getməyi təklif etdiyini, onlar kafedən çıxanda Teymurun qapının yanında dayanmasını gördüyünü, həmin vaxt onun vəziyyətinin normal olduğunu və üz-gözündə hər hansı qançır, qan izlərinin olmadığını, həmin vaxt o, Teymurla birlikdə Kazan şəhərinə toya getdiklərini, özü həmin toyda iştirak etsə də, Teymurun iştirak etmədiyini, toyun hadisədən təxminən 3-4 gün sonra olduğunu, Teymur hadisənin səhərisi günü onlarla olduğunu və ola bilsin ki, bir-iki gün sonra Bakıya qayıtdığını, o, Teymurdan qızla aralarında nəsə olub-olmadığını soruşduğunu, lakin Teymurun heç nə olmadığını bildirdiyini, özünün baş vermiş hadisə barədə sonralar eşitdiyini bildirdi. İş materiallarına əlavə olunmuş fotoşəkillə tanınma üçün təqdim etmə haqqında protokollardan görünür ki, Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim edilmiş fotoşəkildəki şəxsləri nəzərdən keçirib Təqsirləndirilən şəxs fotoşəklini seçərək, məhz onun tərəfindən zorlandığını qeyd etmiş və həmin şəxsi geri daranmış qara rəngli saçından və üz cizgilərindən tanıdığını bildirmişdir (Cild 1, iş vərəqi 184-189, cild 3, iş vərəqi 176-181). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs Şamatovskaya llnariya İlnurovnanın ifadəsi yerində yoxlanılarkən, sonuncu, sərbəst ifadəsini hadisənin baş verdiyi Tatarıstan Respublikası, Kazan şəhəri, Müştəri küçəsi 12 ünvanında yerləşən “Teamo” adlı karaoke klubda təsvir edərək, xx.xx.2016-cı il tarixdə axşam saat 22 radələrində Təqsirləndirilən şəxs həmin yerin tualetində onu zorladığını bildirmişdir (Cild 2, iş vərəqi 4-12, cild 4, vərəqi 10-13). Cinayət işinə əlavə edilmiş fotoşəkillə tanınma üçün təqdim etmə protokolundan görünür ki, Şahid1 tanınma üçün ona təqdim edilmiş fotoşəkildəki şəxsləri nəzərdən keçirib, Təqsirləndirilən şəxs fotoşəklini seçərək onu tanıdığını, Zərərçəkmiş şəxs məhz onun tərəfindən zorlandığını qeyd etmiş və həmin şəxsi geri daranmış qara rəngli saçından və üz cizgilərindən tanıdığını bildirmişdir (Cild 1, iş vərəqi 239-245, cild 3, iş vərəqi 215-220). Məhkəmə-tibb ekspertizasının xx.xx.2016-cı il tarixli 1110/1110 nömrəli rəyindən görünür ki, xx xxxxx 1990-cı ildə anadan olmuş Zərərçəkmiş şəxs müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sağ əmgək nahiyəsində 10 ədəd, sağrı nahiyəsində 2 ədəd, sağ çiyin oynağının arxa səthində 2 ədəd, sağ çiyin oynağının arxa səthində 2 ədəd, aşağı üçdə bir nahiyədə 1 ədəd, sağ kürək nahiyəsində 1 ədəd, sol budun ön səthində, aşağı üçdə bir nahiyədə 1 ədəd, sol baldırın xarici yan səthində 1 ədəd, sol diz oynağının ön səthində 1 ədəd, sol sağrı nahiyəsinin yuxarı xarici kvadrantında 2 ədəd, burun-dodaq nahiyəsinin sol tərəfində, yuxarı dodağın selikli qişasının daxili səthində 2 ədəd, aşağı dodağın selikli qişasının daxili səthində 2 ədəd qançırlar. Bütün xəsarətlərin əmələ gəlmə müddəti 1 gündən çox deyil, bu da qərarda göstərilən vaxta uyğun gəlir. Adı çəkilən xəsarət özü-özlüyündə sağlamlığa vurulan ziyanın məhkəmə-tibbi təsnifatına salınmır. Qançır şəklində xəsarət küt bərk predmetin zərbəsi, təzyiqi və ya belə predmetə dəymə, təzyiq zamanı baş verə bilər. Xəsarət əmələ gətirən predmetin təmas edən səthinin fərdi xüsusiyyətləri xəsarətlərin morfoloji xarakteristikasında əks olunmamışdır, buna görə də, zədənin hansı predmet vasitəsilə yetirildiyi barədə rəy vermək mümkün deyil. Qançır şəklində xəsarətlər özü-özlüyündə 6 gündən çox olmayan müddətdə mühüm olmayan, tez keçib gedən nəticəyə malikdir, ona görə də “İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsini müəyyən etmə qaydalarına” (RF Hökumətinin xx.xx.2007-ci il tarixli 522 saylı qərarı ilə təsdiq edilmişdir) və SSRİ SN 11.12. 1978-ci il tarixli 1208 saylı “Ümumittifaq bədən xəsarətlərinin məhkəmə-tibbi ağırlıq dərəcəsini müəyyən etmə qaydalarının praktikaya tətbiq edilməsi haqqında” əmrin tibbi meyarlarına uyğun olaraq yuxarıda göstərilən xəsarətlər sağlamlığa ziyan kimi qiymətləndirilmir. Diaqnoz: Sifətində sol tərəfdə hiperemiya, ödem (yumruq zərbəsinin izi), qançır, dodağın selikli qişasının daxili səthində yuxarı və aşağı tərəfdə qançırlar. Ona görə də “İnsan sağlamlığına vurulan zərərin ağırlıq dərəcəsini müəyyən etmə qaydalarına" (RF Hökumətinin xx.xx.2007-ci il tarixli 522 saylı qərarı ilə təsdiq edilmişdir) və SSRİ SN xx.xx.1978-ci il tarixli 1208 saylı “Ümumittifaq bədən xəsarətlərinin məhkəmə-tibbi ağırlıq dərəcəsini müəyyən etmə qaydalarının praktikaya tətbiq edilməsi haqqında” əmrin tibbi meyarlarına uyğun olaraq yuxarıda göstərilən xəsarətlər sağlamlığa ziyan kimi qiymətləndirilmir (Cild 7, iş vərəqi 94-96, cild 3, iş vərəqi 87-92). Molekulyar-genetik ekspertizasının xx.xx.2016-cı il tarixli KZN-E162-2016 saylı rəyindən görünür ki, köynəkdə (1 saylı obyekt), kolqotkada (8, 10 saylı obyektlər), alt tumanda (12 saylı obyekt) insan qanı, tək-tük epiteli hüceyrə aşkar edildi. Köynəkdə (5 saylı obyekt), kolqotkada (7, 9 saylı obyektlər), alt tumanda (11 saylı obyekt) tək-tük epiteli hüceyrələri və fraqmentləri aşkar edilmişdir. Köynəkdə (1 saylı obyekt), kolqotkada (10 saylı obyektlər), alt tumanda (12 saylı obyekt), sağ əl dırnaq kəsiyində (17 saylı obyekt), sol əl dırnaq kəsiyində (18 saylı obyekt) bioloji material qarışığından (qan, epiteli hüceyrələr) DNT Zərərçəkmiş şəxs məxsusdur. Kolqotkada (8 saylı obyekt) bioloji material qarışığından (qan, epitelial hüceyrələr) DNT preparatında aşkar edilmiş qarışıq DNT profili Zərərçəkmiş şəxs məxsus bioloji materialın iki və daha çox kişi genetik cinsinə məxsus bioloji materialın qarışmasının nəticəsidir. Zərərçəkmiş şəxs sağ əl dırnaq fraqmentlərində (17 saylı obyekt) və sol əl dırnaq fraqmentlərində (18 saylı obyekt) tək-tük epiteli hüceyrələri və fraqmentləri aşkar edildi (Cild 1, iş vərəqi 121-135, cild 3, iş vərəqi 119-136). Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2021-ci il tarixdən 08 mart 2021-ci il tarixə keçən gecə cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamələtləri qeyd edilmir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri qeyd edilməmişdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticəsinə əsasən Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosionai vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi-həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Hadisə baş verən vaxt emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (Cild 5, iş vərəqi 150-153). Cinayət işində olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri - Tatarıstan Respublikası, Kazan şəhəri, Müştəri küçəsi, ev 12 ünvanında yerləşən “Tiamo” kafesidir. Giriş qəhvəyi rəngli metal qapıdan həyata keçirilir. Qapıdan keçərkən 1 saylı otağa daxil oluruq. Burada sol tərəfdə giriş qapısından 60 sm aralıda üzərinə qırmızı materialdan örtük çəkilmiş kreslo var, sonra aşağı gedən pilləkən, demək olar ki, giriş qapı ilə üzbəüz tərəfdə sağda keçid var, yaxın sağ küncdə üzərinə açıq süd rəngli materialdan örtük çəkilmiş kreslo var, kreslonun üzərində yastıq və qara rəngli şarf var, həmin şarf götürülüb qablaşdırılır, üzərinə izah edici qeyd edilir, iştirak edən şəxslərin imzası ilə təsdiq olunur. Keçiddən keçdikdə 2 saylı otağa daxil oluruq, burada eynilə o biri otaqda olduğu kimi sol tərəfdə kreslo, sonra iki masa və iki kreslo qoyulub, sonra 2 saylı otağa keçidin qarşı tərəfindən stul və kreslo qoyulub. Keçidin qarşısında bar söykənəcəyi var, onun üzərində Baltika 8 yazılmış bakal var, bakalın içində sarı rəngli maye var. Sonra masadan saat əqrəbi istiqamətində 3 masa və kreslo var. 1 saylı qapıdan keçdikdə 3 saylı otağa daxil oluruq, otağın o biri başında qapı var, qapı hal-hazırda bağlıdır. Qapıya baxış keçirərkən müəyyən olundu ki, daxili tərəfdən rəzə qurğusu var, bu qurğu qismən əyilib, qapıdan qoparılıb. 3 saylı qapıdan keçdikdə 4 saylı yer aşkar olunur. Bura sanitar qovşağıdır, sol tərəfdə əl qurutmaq üçün aparat qoyulub, sonra sabun dozatoru, bir az aşağıdakı əl yumaq üçün çanaq, sonra unitaz, çanağın və unitazın üzərində güzgü, sonra küncdə kağız rulon qurğusu, yerdə zibil vedrəsi var. 3 və 4 saylı qapı açıldıqdan sonra daktiloskopik tozla işləndi, eyniləşdirmə etmək üçün yararlı iz aşkar edilmədi, sonra 1 saylı otaqda yerləşən pilləkənlə aşağı düşürük və burada sağ tərəfdə 5 saylı otağa keçid aşkar olunur, həmin otaqda söykənəcək, üzərində texnika, 8 masa, kreslo və kiçik divan var. Hadisə yerindən 1 ədəd şərf götürümüşdür (Cild 7, iş vərəqi 16-25, cild 3, iş vərəqi 22-25). Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 16/1-827ia nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə ölkə ərazisini tərk edərək Bakı şəhərindən Rusiya Federasiyası, Tatarstan Respublikasının Kazan şəhərinə getmiş və xx.xx.2016-cı il tarixdə, yəni hadisədən 3 gün sonra Kazan şəhərindən Bakı şəhərinə qayıtmışdır (Cild 5, iş vərəqi 134-136). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021 -ci il tarixli xx/xx-10205 məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicə olunmayıb və qeydiyyatda yoxdur (Cild 5, iş vərəqi 147-148). Bakı şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 3093 məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Narkoloji Mərkəzi qeydiyyatda yoxdur (Cild 5, iş vərəqi 133). Cinayət işinə əlavə olunmuş tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsnin əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (Cild 5, iş vərəqi 139-146). Bakı şəhəri, Yasamal rayon MKTB-nin 56 saylı Mənzil Kommunal İstismar Sahəsindən verilmiş xx.xx.2021-ci il tarixli 245 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla atası X14, anası X6, bacısı X15 ilə birlikdə yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur (Cild 5, vərəqə: 105-106). Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında cinayət işi üzrə təyin olunaraq keçirilmiş maddi sübutların komisyon ekspertizasının 10 fevral 2023-cü il tarixli 690/2022-MTBS №li rəyindən görünür ki, aparılmış tədqiqatların nəticəsi 3 və 4 saylı aşağıdakı iki cədvəldə verilmişdir: Cədvəl 3 Autosom STR lokuslar üzrə zorlanan şəxs Zərərçəkmiş şəxs, Obyekt № 8-də (kolqotka, Ob. № 8) və Təqsirləndirilən şəxs (F) aşkar olunan genotiplər: Ob.№8-də Autosom Zorlanan şəxs Obyekt №8 Təqsirləndirilən № TŞ-ə aid Nəticə STR Zərərçəkmiş şəxs (kolqotka, Ob. №8) şəxs (TŞ) allellər 1 D8S1179 13, 15 13, 14, 15 11, 12 yoxdur uyğun deyil 2 D21S11 29, 29 29, 30 29, 29 29, 29 Uyğundur 3 D7S820 10, 10 9, 10, 11 10, 11 10, 11 Uyğundur 4 CSF1PO 10, 12 10, 12, 13 11, 11 yoxdur uyğun deyil 5 D3S1358 14, 16 14, 15, 16 16, 18 yoxdur uyğun deyil 6 THO1 6, 7 6, 7 7, 9 yoxdur uyğun deyil 7 D13S317 8, 11 8, 11, 12 10, 12 yoxdur uyğun deyil 8 D16S539 9, 12 9, 12 10, 11 yoxdur uyğun deyil 9 D2S1338 20, 25 19, 20, 23, 25 24, 25 yoxdur uyğun deyil 10 D19S433 15.2, 15.2 13, 14, 14.2, 15.2 14, 15 yoxdur uyğun deyil 11 vWA 15, 16 15, 16, 17, 18 14, 17 yoxdur uyğun deyil 12 TPOX 8, 11 8, 10, 11 9, 11 yoxdur uyğun deyil 13 D18S51 15, 18 14, 15, 16, 18 17, 17 yoxdur uyğun deyil 14 D5S818 11, 11 10, 11, 13 9, 10 yoxdur uyğun deyil 15 FGA 20, 24 20, 23, 24 22, 22 yoxdur uyğun deyil 16 Amelogenin X, X X, Y X, Y --- Uyğundur Cədvəl 4 Y-xromosomun STR lokusları üzrə Obyekt № 4-də (şərf, Ob. № 4), Obyekt № 8 (kolqotka, Ob.№ 8) və Təqsirləndirilən şəxs (F) aşkar olunan genotiplər Təqsirləndi- Obyekt №4 Ob.№4-də Obyekt №8 Ob.№8-də rilən şəxs № Y-STR lokus (şərf, Ob. TŞ-lə ortaq Nəticə (kolqotka, Ob. TŞ-lə ortaq Nəticə Təqsirləndirilən №4) allellər №8) allellər şəxs (TŞ) 1 DYS456 15 15 15 uyğundur 15 15 uyğundur 2 DYS389İ 14 12 Yoxdur uyğun deyil 13 yoxdur uyğun deyil 3 DYS390 24 23 Yoxdur uyğun deyil 23 yoxdur uyğun deyil 4 DYS389İİ 30 28 Yoxdur uyğun deyil 28 yoxdur uyğun deyil 5 DYS458 19 - - - - - - 6 DYS19 14 14, 15 14 uyğundur 14 14 uyğundur 7 DYS385ab 13, 20 13, 18 yoxdur uyğun deyil 12, 13 yoxdur uyğun deyil 8 DYS393 12 12 12 uyğundur 13 yoxdur uyğun deyil 9 DYS391 10 10 10 uyğundur 10 10 uyğundur 10 DYS439 11 12 yoxdur uyğun deyil 10 yoxdur uyğun deyil 11 DYS635 22 22 22 uyğundur 22 22 uyğundur 12 DYS392 11 11 11 uyğundur 11, 14 11 uyğundur 13 YGATAH4 10 - - - - - - 14 DYS437 14 14, 15 14 uyğundur 14 14 uyğundur 15 DYS438 10 9 yoxdur uyğun deyil 10 10 uyğundur 16 DYS448 21 21 21 uyğundur 19, 20 yoxdur uyğun deyil 17 DYS447 - 26 - - 28 - - 18 DYS449 - 33 - - 28 - - 19 DYS576 - 16 - - 18, 19 - - İş üzrə keçirilmiş tədqiqatlara, qan nümunəsinin məhkəmə tibbi tədqiqinə və cinayət işinin materiallarında olan KZN-E-162-2016 və KZN-E-163-2016 saylı rəylərin göstəricilərinə əsasən ekspertlər aşağıdakı nəticəyə gəlmişlər: İ. - Təqsirləndirilən şəxs AB0 sistemi üzrə qan qrupu AB/İV/-dir. - Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus kolqotka, kofta və tuman üzərində qan və epitel hüceyrələri aşkar olunmadı. - Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus dırnaq fraqmentlərində qan və epitel hüceyrə elementləri aşkar olunmadı. - Təqdim edilmiş şərf üzərində tər, ağız suyu və epitel hüceyrələri aşkar olunmadı. İİ. Autosom (İdentifiler_V2) və Y-xromosomunun (Y-filer V2) STR lokusları dəstindən (uyğun olaraq cədvəl 1 və cədvəl 2) istifadə etməklə, qeyd olunan STR lokuslar üzrə Təqsirləndirilən şəxs məxsus genetik profillərin təqdim olunmuş cinayət işində olan KZN-E-162-2016 və KZN-E-163- 2016 saylı rəylərdə göstərilən Obyekt № 4 və Obyekt № 8-dən alınan genetik profillərlə müqayisəsi əsasında aparılan identifikasiya testi zamanı aşağıdakı nəticələr alınmışdır (cədvəl 3 və cədvəl 4). Autosom STR lokuslara görə Ob.№ 8-lə aparılan müqayisəli identifikasiya testinin nəticələrini aşağıdakı kimi interpretasiya etmək olar (cədvəl 3):
1. İdentifikasiya prosesini əyani şəkildə əks etdirmək məqsədi ilə bütün profillərdə hər bir STR lokus üzrə zorlanan şəxs Zərərçəkmiş şəxs məxsus allellər, eyni zamanda Ob.№ 8-də və Təqsirləndirilən şəxs ilə uyğun allellər yağlı şriftlərlə yazılmaqla, altından xətt çəkilməklə göstərilmişdir. Bütün hallarda Ob.№ 8-də və Təqsirləndirilən şəxs profillərində uyğun gəlməyən allellər isə çərçivəyə alınaraq göstərilmişdir.
2. Təqsirləndirilən şəxsə məxsus allellərin qarışıqda tam təmsil olunduğu cəmi 2 STR lokus (D21S11 və D7S820) üzrə uyğunluq aşkarlanmışdır. Bu STR lokuslar üzrə Ob. № 8-də eyni zamanda nə zorlanan şəxsə, nə də təqsirləndirilən şəxsə məxsus olmayan allellər (lokuslar üzrə uğun olaraq 30 və 9) də üzə çıxmışdır.
3. Səkkiz STR lokus (D3S1358, THO1, D13S317, D2S1338, D19S433, vWA, TPOX və D5S818) üzrə Ob. № 8-də ŞŞ-ə məxsus cəmi bir allel aşkarlanmışdır.
4. Beş STR lokus (D8S1179, CSF1PO, D16S539, D18S51 və FGA) üzrə isə Ob.№8-in tərkibində təqsirləndirilən şəxsə məxsus heç bir allel üzə çıxmamışdır. Beləliklə, genetik identifikasiya testi nəticəsində Ob.№ 8-də müayinənin aparılmasında istifadə olunan autosom STR lokusların hamısı üzrə Təqsirləndirilən şəxs ilə tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə həmin nümunədə Təqsirləndirilən şəxs məxsus bioloji materialın olmamasını göstərir. Bundan başqa Obyekt № 4 (Ob.№ 4, şərf) və Obyekt № 8-də (Ob. № 8, kolqotka) kişi cinsinə aid bioloji material aşkar edildiyindən Y-STR lokuslar üzrə də identifikasiya testi həyata keçirilmişdir (profillərdən göründüyü kimi, Ob.№ 8-də kimi Ob.№ 4-də də ən azı iki şəxsin profillərindən ibarət mürəkkəb qarışıqdır). Nəticələr 4 saylı cədvəldə verilmişdir. Rusiya Federasiyasında və bizdə aparılan identifikasiya zamanı müxtəlif Y-STR dəstlərindən (uyğun olaraq COrDİS-Y və AmpFLSTR Yfiler PCR Amplification Kit) istifadə edildiyindən bəzi Y- STR üzrə dəstlərdə uyğunsuzluq mövcuddur. COrDİS dəstində DYS458 və YGATAH4 Y-STR lokusları, AmpFLSTR Yfiler PCR Amplification Kit dəstində isə DYS447, DYS449 və DYS576 Y- STR lokusları olmadığından həmin lokuslar üzrə identifikasiya aparmaq mümkün olmamışdır (4 saylı cədvəldə “-” işarəsi identifikasiyanın mümkün olmadığını göstərir). Qeyd olunan Y-STR lokuslar istisna olmaqla qalan 14 Y-STR lokus (DYS456, DYS389İ, DYS390, DYS389İİ, DYS19, DYS385ab, DYS393, DYS391, DYS439, DYS635, DYS392, DYS437, DYS438 və DYS448) isə hər iki dəstdə təmsil olunmuş və həmin lokuslar üzrə identifikasiya aparmaq mümkün olmuşdur (cədvəl 4). Y-STR lokuslar üzrə alınan nəticələri aşağıdakı kimi interpretasiya etmək olar:
1. Bir halda (iki allelli DYS385ab Y-STR lokusu) həm Ob.№ 4, həm də Ob.№ 8-də iki alleldən yalnız biri təqsirləndirilən şəxslə uyğunluq təşkil etmişdir (uyğun allel (hər iki obyektdə 13 saylı allel) altından xətt çəkilməklə yağlı şriftlərlə verilmiş, uyğun olmayan allellər (təqsirləndirilən şəxsdə 20, Ob.№ 4-də 18, Ob.№ 8-də isə 12) isə çərçivəyə alınmaqla verilmiş, nəticələr “uyğun deyil” kimi qiymətləndirilmişdir).
2. Ob.№ 4 ilə müqayisəli test nəticəsində səkkiz Y-STR lokus üzrə (DYS456, DYS319, DYS393, DYS391, DYS635, DYS392, DYS437 və DYS448) uyğunluq aşkarlanmışdır (uyğun allellər altından xətt çəkilməklə yağlı şriftlərlə verilmiş, nəticələr “uyğundur” kimi qiymətləndirilmişdir). Qalan beş Y-STR lokus (DYS389İ, DYS390, DYS389İİ, DYS439 və DYS438) üzrə isə tam uyğunsuzluq aşkarlanmışdır (nəticələr müvafiq sütunlarda “yoxdur” və “uyğun deyil” kimi qiymətləndirilmişdir).
3. Ob.№ 8 ilə müqayisəli test nəticəsində yeddi Y-STR lokus üzrə (DYS456, DYS319, DYS391, DYS635, DYS392, DYS437 və DYS438) uyğunluq aşkarlanmışdır (uyğun allellər altından xətt çəkilməklə yağlı şriftlərlə verilmiş, nəticələr “uyğundur” kimi qiymətləndirilmişdir). Qalan altı Y- STR lokus (DYS389İ, DYS390, DYS389İİ, DYS393, DYS439 və DYS448) üzrə isə tam uyğunsuzluq aşkarlanmışdır (nəticələr müvafiq sütunlarda “yoxdur” və “uyğun deyil” kimi qiymətləndirilmişdir). Beləliklə, genetik identifikasiya testi nəticəsində həm Ob.№ 4, həm də Ob.№ 8-də testin aparılmasında istifadə olunan Y-STR lokusların hamısı üzrə Təqsirləndirilən şəxs ilə tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə həmin nümunədə Təqsirləndirilən şəxs məxsus bioloji materialın olmamasını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Zərərçəkmiş şəxs məxsus kolqotka və hadisə yerində götürülmüş şərf üzərində aşkar edilmiş kişi cinsinə məxsus qarışıq olan bioloji material Təqsirləndirilən şəxs məxsus deyil. Məhkəmə iclasında yuxarıda qeyd olunan rəy üzrə dindirilmiş Məhkəmə Tibbi-Ekspertiza Pataloji anatomiya birliyi Məhkəmə tibbi-biologiya birliyinin rəisi X1 cavab olaraq bildirdi ki, hazırkı iş üzrə ekspertiza keçirilərkən iki istiqamətdə tədqiqat aparılmışdır. Komisyon genetik ekspertiza təyin olunsa da, sonradan həm genetik ekspertiza, həm də bioloji eksertiza aparılmışdır. Ümumiyyətlə, ekspertiza keçiriləndə maddi sübutlara baxış keçirilir, maddi subutlar üzərində müvafiq suallara uyğun olaraq müvafiq epitel qan hüceyrələrinə və s. uyğun olaraq tədqiqat aparılır. Bu, keçirilmiş ekspertizanın biloji hissəsidir. Genetik hissədə isə burada Rusiyada verilən rəylərlə müqayisəli tədqiqat aparılmışdır. Burada tədqiqata təqdim olunmuş kolqotka və şərf üzərində kişi cinsinə məxsus genetik profillər aşkar olunmuşdur. Keçirilmiş tədqiqatlardan müəyyən edilmişdir ki, hadisə yerindən sperma aşkar olunmamışdır, epitel və qan hüceyrələri aşkar olunmuşdur. Epitel hüceyrələri insanın üst qat hüceyrələridir. Həmin hüceyrələr sürtünmə və mübahisə nəticəsində öz izlərini qoya bilər. İş materiallarına görə Rusiyada sadəcə genetik ekspertiza aparılmış, lakin biloji ekspertiza aparılmamışdır. Genetik ekspertiza rəylərində alınan materiallar genetik profilli olur, genetik profillərlə müqayiəsili tədqiqat aparılır. Hadisə yerindən götürülmüş qan və epitel hüceyrələrdə həm qadın cinsinə, həm də kişi cinsinə məxsus qarışıq materiallar aşkar olunmuşdur. Rusiyada keçirilmiş ekspertiza rəyinə görə, qadın cinsinə məxsus materiallar Şamatovskayadan götürülmüş nümunələrə uygun gəlmişdir, lakin həmin tədqiqat zamanı kişi nümunəsi olmadığı üçün bu istiqamətdə tədqiqat aparılmamışdır. Lakin məhkəmə tərəfindən təyin olunmuş ekspertiza tədqiqatına kişi cinsi təqdim olunmuş, ondan nümunə götürülmüş, cinsi profilə ayrılmış və işdə olan genetik profillə müqayiəsi şəkildə tədqiqat aparılmışdır. Lakin tədqiqatın nəticəsi olaraq həmin profillər bir-birinə uyğun gəlməmişdir. X13 ifadəsinə görə, Rusiyada olduğu kimi, onlarda da iki istiqamətdə genetik tədqiqat aparılmışdır. Bunlardan biri nüvədə yerləşən autosom genlərdir, digəri isə kişi cinsinə məxsus iqrik xromosomlarıdır. Rusyada hər ikisinin tədqiqatı aparılmış və hər ikisinə aid cinsi profillər ayrılıb cədvəllərdə göstərilmişdir. Burada da onlara uyğun tədqiqat aparılmışdır. Burada sadəcə fərq ondadır ki, autosom genlər eynidir, burada fərq müəyyən edilməmişdir. İqrik xrosomunun yığımında fərq vardır, fərq ondadır ki, Azərbaycanda Amerika şirkətinin yığımıdır, Rusiyada isə öz istesalı yığımdır. 3-cü cədvəl üzrə ümumi 16 loksda müqayisə aparılmış, sadəcə 3 loksda uyğunluq müəyyən edilmişdir. Həmin 3 loks kənara qoyularsa, 13 loks uyğun deyildir. Həmin 13 loks əsasında müqayisəli tədqiqat aparılır, fərq 1-2 olduqda, artıq bu inkardır, burada 13 loks üzrə tədqiqat apırılmış və fərqlər aşkar olunmuşdur. Həmin fərq sadəcə reaktiv yığımında olmuşdur. Genetik profilin Teymur Abbaslıya aid olması qənaətinə gəlinməsi üçün 100 % ona məxsus olması zəruridir, bütün lokslar üzrə uyğunluq müəyyən edilməlidir. 4 saylı cədvəl üzrə isə müəyyən edilmişdir ki, burada 7 loks uyğun deyil, sadəcə rəqəmlər eynidir, 6 loks fərqin olması isə artıq onlara belə nəticəyə gəlməyə əsas verir ki, aşkar olunmuş epitel hüceyrələr Teymur Abbaslıya məxsus deyildir. Rəyin 13-cü vərəqində cədvəl tərtib olunmuşdur, orada nəticə qeyd olunub və nəticədə göstərilmişdir ki, uyğun deyildir. 8-ci obyektə keçib baxanda orada da 7 ədəd uyğunsuzluğun olması müəyyən edilir. Beynəlxalq standartlara uyğun olaraq sadəcə 1-2 uyğunsuzluğun olması artıq inkar deməkdir. Əgər insanın profili orada aşkar olunmuşdursa, bu, 100 %, yəni tam uyğun olmalıdır, bu, 99 % ola bilməz. Rusiyada keçirilmiş ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş nümunələr kişi və qadın cinsinə aid qarışıq material olmuşdur. Rusiyada alınmış rəyə görə, aşkar olunan qan qadına məxsusdur, kolqotkada aşkar olunan material isə sperma deyildir. Epitel hüceyrələr dəridən ayrılan hüceyrədir, mübahisədə, dartışmada və sürtünmədə yaranan hüceyrələrdir. STR lokus gendə olan hissələrdir. Genetik ekspertizanın nəticələri ya 100 % təsdiq, ya da ki, 100 % inkar olmalıdır. Tədqiqat zamanı müəyyən edilmişdir ki, hadisə yerindən aşkar olunmuş və Rusiyadan göndərilmiş maddi sübutlar üzərində olan materiallar və hüceyrələr Teymur Abbaslıya məxsus deyildir. Məhkəmə baxışı zamanı zamanı Təqsirləndirilən şəxs dəlillər gətirərək, Şamatovskaya llnariya İlnurovnanı zorlamadığını, ümumiyyətlə sonuncu ilə cinsi əlaqədə olmadığını bildirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında müqayisəli şəkildə tədqiq olunmuş ittiham və müdafiə tərəflərinin yuxarıda sadalanan sübutları ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: Cinayət hüquq ədəbiyyatına görə, zorlama cinayətinin obyektiv cəhəti zərərçəkmiş şəxsə (onun iradəsinə zidd və ya iradəsi əleyhinə) və ya başqa şəxslərə qarşı fiziki zor tətbiq etmə və ya belə zor etməklə hədələmə, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olmada ifadə olunur. Zorlama cinayətinin zəruri əlaməti kişinin qadınla cinsi əlaqədə olması faktını nəzərdə tutmasıdır. «Cinsi əlaqə» anlayışı cinayət-hüquqi anlayış deyil, fizioloji aktdır. Cinsi əlaqə yalnız müxtəlif cinslərdən olan şəxslər (kişi ilə qadın) arasında mümkündür. Bu isə təbii yolla cinsi əlaqə deməkdir. Təbii cinsi əlaqə kişi cinsiyyət üzvünün qadının uşaqlıq yoluna daxil edilməsi ilə həyata keçirilir. Kişi cinsiyyət orqanının qadının uşaqlıq yolunun girəcəyinə qoyulması və ya xarici cinsiyyət orqanlarına toxundurulması zorlama sayıla bilməz. Təqsirləndirilən şəxs verilən ittihama görə, o, 07 mart 2016-cı il tarixdə saat 23:30 radələrində Zərərçəkmiş şəxs “Tiamo” adlı klubun birinci mərtəbəsində yerləşən sanitar qovşağına getdiyini görüb, sonuncu ilə cinsi əlaqəyə girmək niyyətinə düşmüş, onun arxasınca gedərək sanitar qovşağına daxil olmuş, lakin sonuncu onun bu təklifindən imtina etdiyindən, qapını arxadan bağlayaraq öz cinsi tələbatını ödəmək məqsədi ilə sanitar qovşağında olan Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən çoxsaylı xəsarətlər yetirib, onun kömək çağırmasının qarşısını almaq məqsədi ilə ağzını əlləri ilə tutub 08 mart 2016-cı il tarixdə saat 03:00 dəqiqəyədək olan müddətdə Şamatovskaya llnariya İlnurovnanın iradəsinə və istəyinə zidd olaraq zərərçəkmişə qarşı zor tətbiq etməklə onunla təbii yolla cinsi əlaqədə olaraq onu zorlamışdır. İş materiallarından görünür ki, hadisədən dərhal sonra polis əməkdaşları Kazan şəhəri, Müştəri küçəsi, 12 ünvanında yerləşən “Tiamo” kafesinə gəlmiş, Zərərçəkmiş şəxs 08 mart 2016-cı il tarixdə, yəni hadisənin baş verdiyi gün Rusiya Federasiyası DİN Kazan şəhər idarəsinin 2 saylı “Vişnyovsk” Polis bölməsinə Kazan şəhəri, Müştəri küçəsi, 12 ünvanında yerləşən “Tiamo” kafesində iradəsinin əleyhinə ona qarşı zorlama əməlini törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin tarixdə saat 03:50-dən 05:40-dək müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilmiş və maddi sübutlar götürülmüş, müvafiq fotoşəkillər çəkilib protokola əlavə olunmuşdur. Zərərçəkmiş şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə tibbi müayinə keçirilmiş və 08 mart 2016-cı il tarixli 996 №-li protokolun 14-cü bəndinə görə, müayinə olunan şəxsdə alkoqoldan istifadə faktı müəyyən olunmuş və sərxoşluq əlaməti aşkar edilmişdir. Həmçinin müqayisəli tədqiqat üçün nümunələrin götürülməsi haqqında 08 mart 2016-cı il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi həmin gün saat 08:45-də Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatından müxtəlif nümunələr götürülmüş, ekspertizaya təqdim olunaraq tədqiqatlar aparılmış, lakin həmin möhtəviyyatda kişi cinsinə aid DNT aşkar edilməmişdir. Həmçinin istintaq orqanının gəldiyi nəticədən görünür ki, Təqsirləndirilən şəxs həmin sanitar qovşağında təxminən 3 saat yarım müddətində Zərərçəkmiş şəxs ilə birlikdə olmuş və onu zorlamış, bu müddətdə zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs aktiv müqavimət göstərilmiş, onların arasında dartışma baş vermiş, qız qışqırmış və kömək istəmişdir. Müqavimətin qarşısının alınması məqsədilə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dərəcələri təyin edilməyən xəsarətlər yetirilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi lazım bilir ki, hadisənin baş verdiyi “Tiamo” adlı klub ictimai iaşə obyektidir və oranın sanitar qovşağı ümumi istifadədədir. Cinayət işinə əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və əlavə olunmuş fotoşəkildən görünür ki, klubda cəmi 1 sanitar qovşaq mövcud olmuşdur. Hadisə baş verən vaxt klubda digər müştərilərin və çoxsaylı işçi personalının da olması nəzərə alınsa, təxminən 3 saat yarım müddətində həmin sanitar qovşağında zorlama cinayətinin törədilməsi və bundan heç kimin məlumatının olmaması məhkəmə üçün inandırıcı görünmür. Burada həmçinin qeyd olunmalıdır ki, zərərçəkmiş şəxs iş üzrə verdiyi ifadələrində təxminən saat 23 radələrində siqaret çəkmək üçün klubdan bayıra çıxdığını, bu zaman yan masada oturan oğlanlardan biri, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin ona yaxınlaşıb adını və harada yaşadığını maraqlanaraq tanış olmaq istədiyini, onunla tanış olmaq istəmədiyini deyərək yenidən kluba qayıtdığını və bundan təxminən 30 dəqiqə sonra klubun yuxarı mərtəbəsinə qalxaraq tualetə daxil olub qapını kilidləmədən örtdüyünü, bundan sonra Təqsirləndirilən şəxs tualetə daxil olaraq onu zorladığını göstərmişdir. Lakin hadisə günü Zərərçəkmiş şəxs ilə birlikdə kluba gedən və hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid1 bütün ifadələrində 08 mart 2016-cı il tarixdə təxminən saat 01:30-da ərinin onun mobil telefonuna zəng edərək evə çağırdığını, onun isə bir azdan gələcəyini bildirdiyini, sonra İlnariyaya yaxınlaşaraq evə getmək lazım olduğunu dediyini, sonuncunun isə bir qədər də klubda qalıb dincəlməyi təklif etdiyindən razılaşdığını, daha sonra siqaret çəkmək üçün artırmaya çıxdıqlarını və siqaret çəkib qayıtdıqdan sonra Zərərçəkmiş şəxs sanitar qovşağına getdiyini bildirmişdir. Göründüyü kimi, cinayətin törədilmə vaxtı baxımından istintaq orqanının gəldiyi nəticə ilə Zərərçəkmiş şəxs və hadisənin əsas şahidlərindən olan Şahid1 ifadələri arasında ciddi ziddiyətlər mövcuddur. Məhkəmədə tədqiq olunmuş molekulyar-genetik ekspertizasının xx.xx.2016-cı il tarixli KZN- E161-2016 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs uşaqlıq yolunun möhtəviyyatından götürülmüş nümunələrdə (ob. № - 5, 6, 7, 8, 9, 10, 11, 12), həmçinin qan nümunəsi alınmış hüceyrə çöküntülərindən ayrılmış DNT nümunələrində kişi DNT aşkar olunmamışdır. Həmin obyektlər üzərində olan DNT nümunələrindəki epitel hüceyrələri Zərərçəkmiş şəxs məxsusdur (cild 1, iş vərəqi 102-116, cild 3, iş vərəqi 99-114). Molekulyar-genetik ekspertizasının xx.xx.2016-cı il tarixli KZN-E162-2016 saylı rəyinə əsasən, köynəkdə (1 saylı obyekt), kolqotkada (8, 10 saylı obyektlər), alt tumanda (12 saylı obyekt) insan qanı, tək-tək epitel hüceyrələri aşkar edilmiş, köynəkdə (5 saylı obyekt), kolqotkada (7, 9 saylı obyektlər), alt tumanda (11 saylı obyekt) tək-tək epiteli hüceyrələri və fraqmentləri aşkar olunmuş, spermatazoidlər aşkar edilməmişdir. Kolqotkada (8 saylı obyekt) bioloji material qarışığından (qan, epitel hüceyrələr) DNT preparatında aşkar edilmiş qarışıq DNT profili Zərərçəkmiş şəxs məxsus bioloji materialın iki və daha çox kişi genetik cinsinə məxsus bioloji materialın qarışmasının nəticəsidir ((cild 1, iş vərəqi 121-135, cild 3, iş vərəqi 120-136) Məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında təyin olunaraq keçirilmiş maddi sübutların komisyon ekspertizasının 10 fevral 2023-cü il tarixli 690/2022-MTBS №-li rəyi ilə müəyyən edilmişdir ki, genetik identifikasiya testi nəticəsində Ob. № 8-də (kolqotka) müayinənin aparılmasında istifadə olunan autosom STR lokusların hamısı üzrə Təqsirləndirilən şəxs ilə tam şəkildə uyğunluq aşkarlanmamış, bu isə həmin nümunədə Təqsirləndirilən şəxs məxsus bioloji materialın olmamasını göstərir. Həmçinin həmin rəyə əsasən, genetik identifikasiya testi nəticəsində həm Ob.№ 4, həm də Ob.№ 8-də testin aparılmasında istifadə olunan Y-STR lokusların hamısı üzrə Təqsirləndirilən şəxs ilə tam şəkildə uyğunluq aşkarlanmamış, bu isə həmin nümunədə Təqsirləndirilən şəxs məxsus bioloji materialın olmamasını göstərir. Ekspertizanın qeyd olunan rəyinin nəticə hissəsində ekspertlər nəticəyə gəlmişlər ki, qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, Zərərçəkmiş şəxs məxsus kolqotka və hadisə yerindən götürülmüş şərf üzərində aşkar edilmiş kişi cinsinə məxsus qarışıq olan bioloji material Təqsirləndirilən şəxs məxsus deyildir. Qeyd olunan maddi sübutların komisyon ekspertizasının 10 fevral 2023-cü il tarixli 690/2022- MTBS №-li rəyi üzrə məhkəmədə ifadə verən ekspert X8 bildirdi ki, genetik profilin Teymur Abbaslıya aid olması qənaətinə gəlinməsi üçün 100 % ona məxsus olması zəruridir, bütün lokslar üzrə uyğunluq müəyyən edilməlidir. 4 saylı cədvəl üzrə isə müəyyən edilmişdir ki, burada 7 loks uyğun deyil, sadəcə rəqəmlər eynidir, 6 loks fərqin olması isə artıq onlara belə nəticəyə gəlməyə əsas verir ki, aşkar olunmuş epitel hüceyrələr Teymur Abbaslıya məxsus deyildir. Rəyin 13-cü vərəqində cədvəl tərtib olunmuşdur, orada nəticə qeyd olunub və nəticədə göstərilmişdir ki, uyğun deyildir. 8-ci obyektə keçib baxanda orada da 7 ədəd uyğunsuzluğun olması müəyyən edilir. Beynəlxalq standartlara uyğun olaraq sadəcə 1-2 uyğunsuzluğun olması artıq inkar deməkdir. Əgər insanın profili orada aşkar olunmuşdursa, bu, 100 %, yəni tam uyğun olmalıdır, bu, 99 % ola bilməz. Rusiyada keçirilmiş ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş nümunələr kişi və qadın cinsinə aid qarışıq material olmuşdur. Rusiyada alınmış rəyə görə, aşkar olunan qan qadına məxsusdur, kolqotkada aşkar olunan material isə sperma deyildir. Epitel hüceyrələr dəridən ayrılan hüceyrədir, mübahisədə, dartışmada və sürtünmədə yaranan hüceyrələrdir. STR lokus gendə olan hissələrdir. Genetik ekspertizanın nəticələri ya 100 % təsdiq, ya da ki, 100 % inkar olmalıdır. Tədqiqat zamanı müəyyən edilmişdir ki, hadisə yerindən aşkar olunmuş və Rusiyadan göndərilmiş maddi sübutlar üzərində olan materiallar və hüceyrələr Teymur Abbaslıya məxsus deyildir. Göründüyü kimi, məhkəmə baxışı zamanı Rusiya Federasiyasının müvafiq istintaq orqanı tərəfindən təqdim olunmuş maddi sübutlar üzərində Təqsirləndirilən şəxs məxsus genetik və bioloji nümunələr götürülməklə müqayisəli tədqiqatlar aparılmış, həmin maddi sübutlar üzərində sonuncuya məxsus hər hansı epitel hüceyrələri və bioloji material aşkar edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, zorlama cinayətinin zəruri əlaməti kişinin qadınla cinsi əlaqədə olması faktıdır. Lakin Təqsirləndirilən şəxs onunla zorla cinsi əlaqədə olmasını iddia edən və hadisədən sonra dərhal həkim müayinəsindən keçərkən sərxoş vəziyyətdə olması müəyyən edilən Zərərçəkmiş şəxs göstərdikləri hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı başqa heç bir mötəbər sübutla təsdiq edilmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 12-ci bəndinə əsasən, şəxsin təqsirli bilinməsinin məhkəmə baxışına gəlməyən şahidin ibtidai istintaqda verdiyi ifadə, ümumiyyətlə məhkəməyədək icraatda əldə olunaraq məhkəmədə elan edilmiş sübutlar vasitəsi ilə əsaslandırılmasının mümkünlüyü məsələsinin düzgün həll edilməsi üçün bu məsələlər üzrə CPM-in 327, 329-cu maddələri ilə yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) qərarlarında müəyyən edilmiş hüquqi mövqelərin nəzərə alınması vacibdir. (“Əl-Xavaya və X7rşı” [BP] (Al-Khawaja and Tahery v. the United Kingdom [GC]), №№ 26766/05 və 22228/06, 2011-ci il 15 dekabr tarixli; “Əfəndiyev Azərbaycana qarşı” (Efendiyev v. Azerbaijan), № 27304/07, 2014-cü il 18 dekabr tarixli; “Şaçaşvili Almaniyaya qarşı” [BP] (Schatschaschwili v. Germany [GC]), № 9154/10, 2015-ci il 15 dekabr tarixli və s. qərarlar). Bununla bağlı məhkəmə qeyd etməyi vacib sayır ki, hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmış, lakin o, məhkəməyə gəlmədiyindən onun və iş üzrə ittiham aktına əlavə edilmiş şahidlərin əksəriyyətinin Rusiya Federasiyası vətəndaşları olması səbəbindən həmin ölkənin səlahiyyətli orqanlarına məhkəmə tapşırığı göndərilmiş, onların Tatarıstan Respublikası, Kazan şəhəri, Privoljsk rayon məhkəməsi tərəfindən dindirilməsi təmin olunmuşdur. İttiham aktına əlavə edilmiş siyahıda adları çəkilən həmin şahidlərdən yalnız Şahid3 dindirilməsi mümkün olmamışdır ki, həmin şəxs də klubda ofisiant kimi işləyən və istintaq orqanının gəldiyi nəticəyə görə, Zərərçəkmiş şəxs zorlanandan sonra klubun sanitar qovşağının qapısını sındıran şəxs olmuşdur. Məhkəmə hesab edir ki, Şahid3 təqsirləndirilən şəxsə qarşı ifadə verdiyindən və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presendentlərinə əsasən Təqsirləndirilən şəxs onu məhkəmədə dindirmək hüququ olduğundan, lakin məhkəmə tərəfindən görülmüş bütün cəhdlərə baxmayaraq onun dindirilməsi mümkün olmadığından, həmin hal da təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 8-ci bəndində məhkəmələrə izah olunur ki, təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəllsinin 7.1-ci maddəsinin tələbinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmaqla yuxarıda tədqiq olunan bütün sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə onunla cinsi əlaqədə olub onu zorlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,149.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən olmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun haqqında cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, məhkumluq, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələlərin məhkəmə hökmündə müzakirəsi istisna təşkil edir. Cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 09 sentyabr 2021-ci il tarixdə saxlanılmış, həmin tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,149.1-ci maddəsi ilə ittiham elan edilərək, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir və həmin vaxtdan həbsdə saxlanılır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş yuxarıda qeyd olunan qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.7-ci maddəsinin tələbinə görə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən dəyəri olmayan əşyalar məhv edilməlidir. Cinayət-prosessual qanunvericiliyinin qeyd olunan müddəasına əsaslanan məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan iş üzrə maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd kolqotka, 1 (bir) ədəd alt tumanı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd şərf, Zərərçəkmiş şəxs bukkal hüceyrələri (pambıq tamponda), Zərərçəkmiş şəxs dırnaqlarından kəsiklər, Zərərçəkmiş şəxs uşaqlıq yolunun möhtəviyyatı (2 predmet şüşədə və tənzif tamponda), Zərərçəkmiş şəxs düz bağırsağının möhtəviyyatı (2 predmet şüşədə və tənzif tamponda), Zərərçəkmiş şəxs ağız boşluğundan möhtəviyyat (2 predmet şüşədə və tənzif tamponda), Zərərçəkmiş şəxs badamcıqlarından möhtəviyyat (2 predmet şüşədə və tənzif tamponda) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən, məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 344-347, 348.3, 349, 350.1-350.3, 352-353, 356, 358, 384-385.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,149.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə Bakı şəhəri, Yasamal rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan maddi sübutlar - Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd köynək, 1 (bir) ədəd cins şalvar, 1 (bir) ədəd kolqotka, 1 (bir) ədəd alt tumanı, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd şərf, Zərərçəkmiş şəxs bukkal hüceyrələri (pambıq tamponda), Zərərçəkmiş şəxs dırnaqlarından kəsiklər, Zərərçəkmiş şəxs uşaqlıq yolunun möhtəviyyatı (2 predmet şüşədə və tənzif tamponda), Zərərçəkmiş şəxs düz bağırsağının möhtəviyyatı (2 predmet şüşədə və tənzif tamponda), Zərərçəkmiş şəxs ağız boşluğundan möhtəviyyat (2 predmet şüşədə və tənzif tamponda), Zərərçəkmiş şəxs badamcıqlarından möhtəviyyat (2 predmet şüşədə və tənzif tamponda) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Samir Əliyev