Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-72/2024 30.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, təqsirləndirilən şəxsin müdafiəçiləri - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1990-cı il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:50-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddə metamfetamini əldə edib saxlamaqla daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, İran İslam Respublikasının vətəndaşı olan «Elvin» adlı istintaqa məlum olmayan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 551,308 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, ümumi təmiz çəkisi 147,353 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, təmiz çəkisi 110,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və ümumi sayı 50 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər, təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 2,0 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edən metadon həblərini əldə edərək əynində olan şalvarının sol yan cibində və yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Yeni yaşayış sahəsi, 7 №-li evin 63 №-li mənzilində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində 22 fevral 2022-ci il tarixdə saat 22:30-da Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən “Zığstore” marketin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirilmiş, orada üzərinə baxış və götürmə həyata keçirilən zamanı əynində olan şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 21,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 37,353 qram olan ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüş və davam edən tədbirlər nəticəsində yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Yeni yaşayış sahəsi, 7 №-li evin 63 №-li mənzilə baxış və götürmə həyata keçirilən zaman, mənzildən 01 ədəd bükümdə təmiz çəkisi 530,0 qram olan qəhvəyi rəngli maddə, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinlə xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 110,0 qram olan ağ rəngli, kristallik maddə, üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd bağlamada təmiz çəkisi 110,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 50 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər, təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 2,0 qram (1 ədəd həbdə 0,04 qram) təşkil edən metadon həbləri və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, ailə üzvü ilə birlikdə Yeni Zığ yaşayış kompleksində hava almağa çıxmış, maşına minən zaman özlərini təqdim etmədən mülki geyimdə olan şəxslər onu saxlamışlar. Həmin şəxslər qara rəngli, “Kia Sportage” markalı avtomobillə gəlmişlər. Saxlayan zaman onun üstü polislər tərəfindən yoxlanılmışdır. Ondan “mal hardadır” soruşmuşlar, həmçinin maşını ondan başqa sürən olub-olmamasını soruşmuşlar. Maşına baxış keçirməmişlər. Onu orada iki saat döymüşlər, iki saatdan sonra qaldırıb evə baxmışlar, evdə heç nə olmamış, evdə də onu çox pis döymüşlər. Onu dabankeşlə vurmuşlar. Təxminən saat 23:00-dan 03:00-a kimi onu döymüşlər. Döyülməklə bağlı prokurorluq əməkdaşına demişdir. Təhqiqatçı çağıraraq “boynuva al ailə üzvünü buraxaq” demişdir. O, həm döyülmüş, həm də ailə üzvünə görə, yoldaşıyla təhdid etdiklərinə görə boynuna almışdır. Birinci çəkiliş evdə olmuşdur. Onu 33-cü Polis Bölməsinə apararkən ora xəsarətə görə qəbul etməmiş, sonra 32-ci Polis Bölməsinə aparmışlar, oradakı növbətçi hissədə də xəsarətlərinə görə qəbul etməmiş, rəisə zəng elədikdən sonra qəbul etmişlər. Çox döyüldüyündən bölmədə olan video çəkiliş onun yadında deyil, birinci çəkiliş evdə olmuş, evdə boynuna almışdır. Onun döyülməyini çox adam, vəkil, təhqiqatçı və yoldaşı da görmüşdür. Hadisədən əvvəl yıxılmamışdır. O, elə bir iranlını tanımır, elə bir iranlının nömrəsi onda yoxdur. Özləri senari qurmuşlar ki, guya iki gün qabaq olub yeyib-içməkdən gələrkən. Sanksiyada olarkən her şeyi, döyüldüyünü, şərləndiyini bildirmişdir. Sanksiyada az miqdarda narkotik olduğunu demişdir. O, marixuanadan istifadə etmişdir. Narkotiki onun üzərinə qoymuşlar. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi 24 fevral 2022-ci il tarixli ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində göstərmişdir ki, 22 fevral 2022-ci il tarixdə saat təxminən 22:30 radələrində yaşadığı ünvanın yaxınlığında, yəni Suraxanı rayonu, Zığ şossesində yerləşən «Zığstore» marketin yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa, onları təqdim etməyi təklif olunmuşdur. Təklifə əsasən o, əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə heroini və l(bir) bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd elektron tərəzi, həmin şalvarın sağ yan cibindən l(bir) ədəd açar, özünə məxsus şəxsiyyət vəsiqəsi, **********231236 nömrəli, **********484642 nömrəli və **********812563 nömrəli plastik bank kartları, içərisində ***- ***-**-** nömrəsi olan «Red Mi» markalı mobil telefon və 3000 (üç min) manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar, həmçinin onun da tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün ona məxsus şəxsiyyət vəsiqəsi, **********231236 nömrəli, **********484642 nömrəli və **********812563 nömrəli plastik bank kartları, içərisində ***-***-**-** nömrəsi olan «Red Mi» markalı mobil telefon aparatı götürülmüşdür. İzah verdikdən sonra 1 (bir) ədəd açar və 3000 (üç min) manat pul özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunaraq götürülmüş heroinin və metamfetaminin, həmçinin elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Elvin” adlı şəxsin vasitəsi ilə üç gün bundan əvvəl “Binəqədi rayonu ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, gördüyü işin qarşılığında narkotik vasitələrin hər kiloqramına görə 60 (altmış) qram sonuncunun ona narkotik vasitə verəcəyini, özünün narkotik vasitə aludəçisi olduğunu və təxminən altı aydır ki, heroindən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, həmçinin yaşadığı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən mənzilində də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazının olmadığını, üzərindən aşkar olıunmuş üç min manat pulun Rusiya Federasiyasından yeni doğulacaq uşağına görə göndərildiyini, həmçinin sifətində olan qızartıların 2 (iki) gün bundan əvvəl içkili vəziyyətdə öz ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığını, tibbi ekspertizadan keçməkdən imtina etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilmədiyini bildirmişdir. Sonra yaşadığı mənzilə getmişlər. Ona yaşadığı mənzildə saxladığı narkotik maddələri təqdim etməyi təklif olunmuşdur. Təklifə əsasən o, yaşadığı mənzildə girişdən sağ tərəfdə yerləşən mətbəxdə olan hava çəkənin (aspiratorun) şüşəsini qaldıraraq içərisində olan süzgəci çıxararaq oradan l(bir) ədəd elektron tərəzini, 1 (bir) bağlamada heroini, 1 (bir) bağlamada qurudulmuş marixuananı və 1 (bir) bağlamada, metamfetamini və 50 ədəd metadon həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən, həmçinin onun da tərəfindən imzalanmışdır. Sonra yaşadığı mənzilin digər hissələrinə də baxış keçirilmiş, 1 (bir) ədəd dəftər və 1 (bir) ədəd içərisində ***-***-**-** mobil nömrə olan «İphone» markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Baxış zamanı verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Elvin” adlı şəxsin vasitəsi ilə üç gün bundan əvvəl “Binəqədi rayonu ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və təxminən altı aydır ki, heroindən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, yaşadığı mənzildə qiymətli qızılzinət əşyalarının olmadığını, yaşadığı mənzildə narkotik vasitə olması barədə heç kimin məlumatı olmadığım, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavablar verdiyini bildirmişdir (İ cild, səh. 79-81). 5.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 09 iyun 2022ci il tarixli ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, əvvəl polislər tərəfindən ona təzyiqlər göstərildiyi üçün istintaqa düzgün ifadə verməmişdir. Çünki, polislər onu döyərək ona xəsarətlər yetirmişlər. Mahiyyəti üzrə bildirir ki, 22 fevral 2022-ci il tarixdə saat 10 radələrində Anar adlı polis və onun yanında gəlmiş mülki geyimdə olan şəxslər onu yaşadığı binanın həyətində olan zaman saxlamışlar. Belə ki, o, həyat yoldaşı Pərvanəyə məxsus avtomobillə həyətə gəlmiş və avtomobildə Pərvanə və o, olmuşdur. O, avtomobildən düşmək istəyən zaman mülki geyimdə olan adlarını bilmədiyi polislər avtomobilin qapısından tutub, onu avtomobildən düşürdüb qolunu burmuşlar. Sonra isə qoluna arxa tərəfdən qandal vuraraq, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşdirmişlər. Pərvanə isə hamilə olduğundan öz avtomobilində qalmışdır. Həmin avtomobildə Anar adlı polis əməkdaşı ondan soruşmuşdur ki, “mal haradadır”. O, isə cavabında demişdir ki, “məndə mal yoxdur”. Sonra Anar ona demişdir ki, “bizimlə əməkdaşlıq et, böyük balıq ver bizə”. O, cavab olaraq demişdir ki, “mən iş verən deyiləm”. Bu cavaba görə polislər onu həmin avtomobildə döyməyə başlamışlar. Polislər onu döydükdən sonra, onu avtomobildən düşürdüb yaşadığı mənzilə çıxartmışlar. Polislər heç bir icazə olmadan yaşadığı mənzildə axtarış aparmışlar, lakin heç nə tapa bilməmişlər. Sonra polislərin özləri yaşadığı mənzilin mətbəxində aspiratorun içərisinə narkotikləri və tərəziləri yerləşdirmişlər. Anar adlı polis ona demişdir ki, evdə videoçəkiliş olacaq, çəkiliş zamanı etiraf edərək desin ki, aşkar edilənlərin hamısı ona məxsusdur. Yoxsa onun həyat yoldaşı Pərvanəni də narkotiklə tutacaqlar. Buna görə də, o, məcbur qalaraq Anarın dediyi ilə razılaşmışdır. Ümumiyyətlə onda narkotik və tərəzilər olmamışdır. Həmin günü axşam onu Suraxanı RPİ-nin 32-ci polis bölməsinə gətirərək, otaqların birinə salmışlar. Otaqda üzərində baxış keçirdilər və üzərindən heç nə aşkar olunmamışdır. Üzərinə baxış keçirilən zaman da videoçəkilişdən istifadə olunmamışdır. O, həyat yoldaşını qorumaq üçün polislərin dediyi ilə məcbur razılaşmışdır. Polislər onun yaşadığı mənzilə də onun icazəsi olmadan daxil olmuşlar. O, bundan əvvəl təhqiqata verdiyi izahatda və istintaqa verdiyi ifadələrdə üzərindən və yaşadığı mənzildən aşkar olunan narkotiklərin və tərəzilərin ona məxsus olmasını, həmin narkotikləri X9 vətəndaşı “Elvin” adlı şəxsdən əldə etdiyini, əldə etməkdə məqsədinin deyilən ünvanlara çatdırmaq olmasını, həmin vaxt polislərdən qorxduğu üçün yalan göstərmişdir. Üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkilişin olmasını xatırlamır. Məhkəmədə barəsində «həbs» qətimkan tədbiri seçilən zaman həyacanlı olduğundan üzərində 1,5 qram çəkidə olan heroini tulladığını deməyə unutmuşdur. xx.xx.2022-ci il tarixli ərizəsində polislər tərəfindən saxlanılmamışdan 02 gün əvvəl sərxoş olduğu üçün yıxılaraq xəsarət almasını polislərdən qorxduğuna görə yazmışdır. Faktiki olaraq polislər onu döymüşlər. Yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədikləri barədə o, və həyat yoldaşı Pərvanə Həsənova xx.xx.2022-ci il tarixdə məcburiyyət qarşısında qalaraq ərizələr yazmışlar (İ cild, səh. 224-226). 6.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı ona daxil olmuş məlumat əsasında 2022-ci ilin fevral ayında keçirilmiş tədbir nəticəsində təxminən axşam saatlarında Təqsirləndirilən şəxs Suraxanı rayonu, “Zığ Store” marketin yaxınlığında tərəflərindən saxlanılmış və saxlanılan zaman tək olmuşdur. Sonra Təqsirləndirilən şəxs onların nəqliyyat vasitəsinə əyləşdirib 32-ci Polis Bölməsinə aparılmış, üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı ilə video çəkilişlə polis bölməsində keçirilmiş, üzərindən bir büküm heroin, metamfetamin və elektron tərəzi aşkar olunmuşdur. Davam olaraq Suraxanı rayonunda yaşadığı evdən heroin, metamfetamin marixuana, metadon və tərəzi aşkar olunmuşdur. Yaşadığı mənzilə baxış keçirilərkən həyat yoldaşı evdə olmuşdur. Elvin adlı İran İslam Respublikasının vətəndaşı vasitəsilə bir neçə gün qabaq Binəqədi rayonu ərazisindən əldə etdiyini bildirmişdir. Qərar qəbul ediləndən sonra Təqsirləndirilən şəxs bir müddət piyada izləmişlər. Təqsirləndirilən şəxs üzərini yoxlamamış, yoxlamağa səlahiyyətləri də olmamışdır. Bölməyə daxil olması ilə üzərinə şəxsi axtarış keçirilməsi arasında nə qədər vaxt keçdiyi yadında deyil. Saxlanılan zaman boynunda cızıqlar olmuş, bununla bağlı sorğu-sual aparılmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı zor və təzyiq göstərilməmiş, döyülmə olmamışdır. 7.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. İşlədiyi idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixortop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında, onun ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmiş,BNMİ-nin rəisinin əmri ilə ondan, əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibarət 22 fevral 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, yəni 22 fevral 2022-ci il tarixdə saat 22:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən «Zığstore» marketin yaxınlığında Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman, onlar ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə edib saxlamaqda, daşımaqda və satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, onu Bakı şəhəri Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə dəvət etmişlər. Orada dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifəlri izah olunmuş, sonra isə o, şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı barədə qərar elan olunmuş və o, hüquq və vəzifələri ilə tanış edilmişdir. Ona bildirilmişdir ki, videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacaq və təklif olunmuşdur ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya əldə edilib saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan şalvarın sol yan cibindən 01 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər və 01 (bir) bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələri çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd elektron tərəzi, sağ yan cibindən 1 (bir) ədəd açar, özünə məxsus şəxsiyyət vəsiqəsi, **********231236, **********484642, **********812563 №-li plastik bank kartları, üzərində ***-***-**-** nömrəsi olan «Red Mi» markalı mobil telefon aparatı və 3.000 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş kütlələr və elektron tərəzi zərfə qablaşdırılar DİN-nin 7 saylı möhürü ilə möhürlənmişdir.Həmin zərf Təqsirləndirilən şəxs və onun müdafiəçisi Ramiz Mirzəyev tərəfindən də imzalanmışdır. İzah verdikdən sonra 01 ədəd açar və 3.000 manat pul onun özünə qaytarılmışdır. Mobil telefon aparatı, plastik bank kartları və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən saxlanılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq ondan aşkar edilərək götürülmüş heroinin, metamfetaminin və 01 ədəd elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İİR-nın vətəndaşı «Elvin» adlı şəxsin vasitəsi ilə tutulmamışdan üç gün əvvəl Binəqədi rayonu ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və təxminən altı aydır ki, heroindən istifadə etdiyini, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxışın keçirilməsinə etirazının olmadığını, mənzildə də narkotik vasitələr saxladığını, həmin narkotik vasitələri təqdim edə biləcəyini, üzərindən aşkar olunmuş 3.000 manat pulun RF-dan yeni doğulacaq uşağına görə göndərildiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini, sifətində olan qızartıların tutulmamışdan 2 (iki) gün əvvəl içkili vəziyyətdə öz ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığını və məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçməkdən imtina etdiyini bildirmişdir. Bu barədə müvafiq qaydada protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onun öz razılığı ilə onun yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Yeni yaşayış sahəsi, 7 №-li evin 63 №-li mənzilinə videoçəkiliş aparmaqla baxış keçirilmiş, baxışda müdafiəçisi Ramiz Mirzəyev və həyat yoldaşı X6 da iştirak etmişlər. Baxış keçirilməmişdən əvvəl o, qərarla tanış olmuş və ona mənzilində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təklifə əsasən Təqsirləndirilən şəxs yaşadığı mənzilin girişindən sağ tərəfdə yerləşən mətbəxdə olan hava çəkənin şüşəsini qaldıraraq içərisində olan süzgəci çıxarıb oradan 01 ədəd elektron tərəzini, bir bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, bir bağlamada açıq yaşıl rəngli spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər, bir bağlamada ağ rəngli kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələri və 50 ədəd «Metadon» həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlələr və elektron tərəzi ağ rəngli zərfə qablaşdırılaraq DİNnin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra mənzildən 01 ədəd dəftər və 01 ədən üzərində 070- ***-**-** nömrəsi olan «İphone» markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həyat yoldaşı Pərvanə Həsənova mobil telefon aparatının ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar edilərək götürülmüş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İİR-n vətəndaşı «Elvin» adlı şəxsin vasitəsi ilə tutulmamışdan üç gün əvvəl Binəqədi rayonu ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu, təxminən altı aydır ki, heroindən istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Bu barədə müvafiq qaydada protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən imzalanmışdır. Hər iki halda videoçəkiliş «Samsung» markalı mobil telefon aparatı ilə aparılmışdır (İ cild, səh. 101-103). 8.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi barədə Şahid1 daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o da həmin qrupda iştirak etmişdir. “Zığ Store” marketin yaxınlığında saat 22:30 radələrində tək piyada hərəkət edərkən şəxsə yaxınlaşaraq özlərini təqdim edib 32-ci Polis Bölməsinə dəvət etmişlər. Üzərinə müdafiəçinin və təhqiqatçının iştirakı ilə video çəkilişlə baxış keçirilərkən narkotik vasitə aşkar olunaraq rəsmiləşdirilmişdir. Özü evində narkotik vasitə olduğunu bildirdiyindən sonra yaşadığı evə getmişlər, evə baxış zamanı yoldaşı evdə olmuş, mətbəxdən borunun içindən narkotik vasitələr və tərəzi aşkar olunaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri Elvin adlı şəxsdən aldığını və deyilən ünvanlara qoyacağını bildirmişdir. Təqsirləndirilən şəxsyə qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. 9.Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 107-109). 10.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 104-106). 11.Məhkəmə iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Ruzbeh onun faktiki həyat yoldaşıdır. O, fevralın 22-si saat 9.30-da evdə olmuşdur. Həmin vaxt yoldaşı Ruzbeh “çıxaq hava alaq” demiş və onlar aşağı düşmüşlər. Maşına yaxınlaşarkən kimsə oradan qışqıraraq “qaqaş çıxırsız siz?” demiş, yoldaşı da çıxdıqlarını bildirmişdir. O, əyləşərkən dəstəboy oğlan qolundan tutaraq tərpənmə demiş və əllərinə qandalları keçirmişdir. Həmin ərəfədə tez yoldaşını apardıqlarını görmüş, lakin hara apardıqlarını bilməmişdir. Onun hamilə olduğunu görərək “açacam əlinizi” demiş və arxaya əyləşdirərək əllərini açmışdır. Özü qabaqda oturmuş, arxadan kimsə gələrək arxada əyləşmiş, tez onun çantasını açıb telefonunu götürərək yoxlamışdır. Onların hara getdiklərini soruşmuş, qabaqdan gələn bir nəfər də eyni sualı soruşmuşdur. O biri “bu xanım hamilədir” demiş, sonra ikisi də düşərək getmiş, təxminən 15-20 dəqiqə keçmiş, həmin hündür oğlan gələrək evin ünvanını soruşub açarlarını istəmişdir. Təxminən 40 dəqiqə sonra oğlan gələrək “qalx evə gedirik” demişdir. Məhəllərində olan komendant da görmüşdür. Qalxdıqdan sonra evin qapısını açmışlar, ev nə gündə olmuş, yoldaşını da yerdə uzandırmışlar. Ruzbehin üzü gömgöy olmuş, elə bilmişdir gözü çıxıb. Onu tez yataq otağına keçirmişlər. Maşında olan oğlanı onun otaqdan çıxmaması üçün göndərmişlər. Yoldaşı qışqıraraq “niyə belə edirsiz, yoldaşım hamilədir” demişdir. Qaraşın oğlan otağa girərək “buraları səliqəyə salın, çəkiliş edəcəyik” demişdir. Sonra qonaq otağına keçərkən yoldaşı su istədiyindən su vermişdir. Saat hardasa 2-yə qalmış dəstəboy oğlan əlində dəftər ilə içəri girmiş, 10-15 dəqiqə sonra hündür ağbaş kişi gəlmiş və razılaşmışlar ki, o da bölməyə getsin. Saat 3-ə işləmiş evə vəkil də gəlmişdir. Onları ayrı maşınlarda aparmışlar, yenə onu içəriyə buraxmamışlar, daha sonra çağıraraq 1-2 kağıza qol çəkdirmişlər, nəyə qol çəkdiyini oxumamışdır. O, bölmədən evə tək gəlmişdir. İstintaq zamanı onu dindirməmişlər. Mənzil onun adınadır, mülkiyyətçisi odur, polislərə mənzilə daxil olmaqla bağlı yazılı ərizə verməmişdir. Evin açarını ondan götürmüşlər. Evdən narkotik vasitə aşkar olunmasını ona göstərməmişlər. Evdən götürülən pul onun əməliyyatı ilə bağlı olmuşdur. Ruzbehi onun yanında döyməmişlər, amma səsini eşitmişdir. Ruzbeh onun yanında siqaret belə çəkməmişdir. 12.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli, 6/1107 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 21,308 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 ədəd bükümdə təmiz çəkisi 37,353 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd kağız paketdə 01 ədəd bağlamada 01 ədəd bükümdə təmiz çəkisi 530,0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 01 ədəd bağlamada təmiz çəkisi 110,0 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqdim olunmuş ümumi sayı 50 ədəd qəhvəyi rəngli dairəvi formalı olan həblərdə metadonun təsir maddəsinin ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 2,0 qram ( 01 ədəd həbdə 0,04 qam) təşkil edir. Təqdim edilmiş 02 ədəd bükümdə narkotik vasitə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Təqdim edilmiş 02 ədəd bükümdə psixotrop maddə olan metamfetaminlər kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. 02 ədəd elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və digər 02 ədəd bükümdə olan heroin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir (İ cild, səh. 51-56). 13.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2022-ci il tarixli, 7/173 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə 01 ədəd sellofan bağlamada təmiz çəkisi 110,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (İ cild, səh. 58-62). 14.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsi Ambulator X1 27 aprel 2022-ci il tarixli, 2103 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 168-169). 15.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X12-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 27 aprel 2022-ci il tarixli, 1066 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 170-172). 16.«Şəxsi axtarış və götürmə aparılması haqqında» 22 fevral 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən 1 (bir) bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 1 (bir) bümdə, ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 (bir) ədəd elektron tərəzi, həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd açar, Təqsirləndirilən şəxsyə məxsus şəxsiyyət vəsiqəsi, **********231236 nömrəli, **********84642 nömrəli və **********812563 nömrəli plastik bank kartları, içərisində ***-***-**-** nömrəsi olan Red Mi markalı mobil telefon və 3000 manat pul aşkar olunaraq götürülmüşdür. Daha sonra, şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya maddə va ya premet aşkar edilməmişdir. Daha sonra, Təqsirləndirilən şəxsnin təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş və heroinə banzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 22 (iyirmi iki) qram, metamfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 40 (qırx) qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün Təqsirləndirilən şəxsyə məxsus şəxsiyyət vəsiqəsi, **********231236 nömrəli, **********484642 nömrəli və **********812563 nömrəli plastik bank kartları, içərisində ***-***-**-** nömrəsi olan Red Mi markalı mobil telefon bu barədə sonuncuya izah verildikdən sonra götürülmüş, 1 (bir) ədəd açar və 3000 (üç min) manat pul isə şübhhəli şəxsə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş heroinin və metamfetaminin, həmçinin elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Elvin” adlı şəxsin vasitəsi ilə üç gün bundan əvvəl Binəqədi rayonu ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və təxminən altı aydır ki, heroindən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, həmçinin yaşadığı Bakı şəhəri, Suraxanı rayounda yerləşən mənzilində də narkotik maddə saxladığını, həmin narkotik maddələri təqdim edə biləcəyini, mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı olmadığını, üzərindən aşkar olunmuş üç min manat pulun Rusiya Federasiyasından yeni doğulacaq uşağına görə göndərildiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmiş, həmçinin sifətində olan qızartıların 2 (iki) gün bundan əvvəl içkili vəziyyətdə öz ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığını, tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. (İ cild, səh. 33-34). 17.«Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında» 22 fevral 2022-ci il tarixli protokoldan və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə darəsinə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış nəqsədi ilə əldə edib Bakı şəhəri, Suraxanı rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu 22 fevral 2022-ci il tarixdə, saat 02:30 dəqiqədə Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən «Zığstore» marketin yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Suraxanı RPİ-nin 32-ci PB-nin inzibati binasına gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən mənzilində narkotik vasitə saxladığını, həmin mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. ünvan 7 narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Baxış və götürmə aparılması haqqında» 23 fevral 2022-ci il tarixli qərara əsasən video çəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən ünvanda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ünvan 7 ünvanında girişdən sağ tərəfdə yerləşən mətbəxdə olan hava çəkənin (aspiratorun) şüşəsini və içərisində olan süzgəci çıxaraq oradan 1 (bir) ədəd elektron tərəzini, 1(bir) bağlamada açıq rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) bağlamada açıq yaşıl rəngli spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1(bir) bağlamada, ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və 50 ədəd “Metradov” 40 həbini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş kütlələrə baxış keçirildikdən sonra həmin kütlələr çəkiləri müəyyən edilməsi məqsədi ilə elektron tərəzidə çəkilmiş və kültəni çəkisi barədə qablaşdırılma ilə birlikdə 534 (beş yüz otuz dörd) qram, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 118 qram, metamfetminə bənzər ktlənin çəkisi 118 qram olmuşdur. Sonra həmin kütlələr və elektron tərəzi içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra Təqsirləndirilən şəxsnin yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş, 1(bir) ədəd narkotik vasitələrin qanunsuz dövriyyəsini özündə əks etdirən dəftər və 1(bir) ədəd içərisində 070-398-9l-98 mobil nömrə olan İphone markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikası vətəndaşı “Elvin” adlı şəxsin vasitəsi ilə üç gün bundan əvvəl Binəqədi rayonu ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünün narkotik vasitə aludəçisi olduğunu və təxminən altı aydır ki, heroindən istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, yaşadığı mənzildə qiymətli qızılzinət əşyalarının olmadığını, yaşadığı mənzildə narkotik vasitə olması barədə heç kimin məlumatı olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı nolis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, səmimi və doğru cavalar verdiyini bildirmişdir. (İ cild, səh. 40-41). 18.«Diskə baxış keçirilməsi barədə» 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə cinayət işinə əlavə edilmiş 01 ədəd «DVD» diskə köçürülmüş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasını əks etdirən vıdeogörüntüyə baxış keçirildmişdir. «DVD» diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evə baxış keçirilən şəxs o, özüdür. Baxış zamanı müəyyən olunmuşdur ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə islmtaq hərəkəti həyata keçiriİir. Axtarış aparılmasına başlamazdan əvvəl Təqsirləndirilən şəxs üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 01 ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroina bənzər və 01 ədəd bükümdə ağ rəngli, kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlələri çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Onun əynində olan şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzi, sağ yan cibindən isə 01 ədəd açar, özünə məxsus şəxsiyyət vəsiqəsi, **********231236, **********484642 və **********812563 №-li plastik bank kartları, üzərində ***-***-**-** nömrəsi olan «Red Mi» markalı mobil telefon aparatı və 3000 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş kütlələr və elektron tərəzi zərfə qablaşdırılaraq DİN-nin 7 saylı möhürü ilə möhürlənmiş, həmin zərf Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tükazban Aşurova tərəfindən imzalanmışdır. İzah verdikdən sonra 01 ədəd açar və 3000 manat pul onun özünə qaytarılmışdır. Mobil telefon aparatı, plastik kartlar və şəxsiyyət vəsiqəsi saxlanılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq ondan aşkar edilərək götürülmüş heroinin, metamfetaminin və 01 ədəd elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı «Elvin» adlı şəxsin vasitəsi ilə üç gün bundan əvvəl Binəqədi rayonu ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünün arkotik vasitə aludəçisi olduğunu və təxminən altı aydır ki, heroindən istifadə etdiyini, yaşadığı mənzilə polis əməkdaşları tərəfindən baxışın keçirilməsinə etirazının olmadığını, mənzildə də narkotik vasitələr saxladığını, Həmin narkotik vasitələri təqdim edə biləcəyini, üzərindən aşkar olunmuş 3.000 manat RF-dan yeni doğulacaq uşağına görə göndərildiyini, polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini, sifətində olan qızartıların 2 (iki) gün bundan əvvəl içkili vəziyyətdə öz ehtiyatsızlığı nəticəsində yıxılaraq aldığını və məhkəmə-tibbi ekspertizasının müayinəsindən keçməkdən imtina etdiyini bildirmişdir (İ cild, səh. 191). 19.«Diskə baxış keçirilməsi barədə» 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi3 iştirakları ilə cinayət işinə əlavə edilmiş 01 ədəd «DVD» diskə köçürülmüş Təqsirləndirilən şəxs yaşadığı Bak, şəhəri, Suraxan, rayonu, Zığ şossesi, Yeni yaşayış sahəsi, ev 7, mənzil 63 ünvana baxış keçirilməsini əks etdirən vıdeogörüntüyə baxış keçirilmişdir. «DVD» diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evə baxış keçirilən şəxs o, özüdür. Baxış zamanı müəyyən olunmuşdur ki, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilinə baxış istintaq hərəkəti həyata keçirilir. Baxış keçirilməsinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs mənzilində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan dilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesi, Yeni vaşayış sahəsi, 7 №-li evin 63 №-li mənzilin girişindən sağ tərəfdə yerləşən mətbəxdə olan hava çəkənin şüşəsini qaldıraraq içərisində olan süzgəci çıxarıb oradan 01 ədəd elektron tərəzini, bir bağlamada açıq qəhvəyi rəngli spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər, bir bağlamada açıq yaşıl rəngli spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və bir bağlamada ağ rəngli kristall şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 50 ədəd Metadon həblərini təqdim etdərək masanın üzərinə qoymuşdur. Sonra həmin kütlələr və elektron tərəzi ağ rəngli zərfə qablaşdırılaraq DİN-nin 7 saylı möşürü il möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sonra mənzildən 01 ədəd dəftər və 01 ədən üzərində ***-***-**-** nömrəsi olan «İphone» markalı mobil telefon aparatı aşkar edilərək götürüldür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq yaşadığı mənzildən aşkar edilərək götürülmüş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı «Elvin» adlı şəxsin vasitəsi ilə üç gün bundan əvvəl Binəqədi rayonu ərazisindən deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, özünün arkotik vasitə aludəçisi olduğunu və təxminən altı aydır ki, heroindən istifadə etdiyini və polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (İ cild, səh. 192). 20.«Maddi sübut kimi tanıma, cinayət işinə əlavə etmə və saxlama haqqında» 25 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, həmçinin yaşadığı mənzilə baxış və götürmə keçirilən zaman aşkar edilərək götürülmüş, ümumi təmiz çəkisi 551,308 qram, tədqiqata sərf edildi 0,1 qram, qalığı 551,208 qram təşkil edən narkotik vasitə heroin, ümumi təmiz çəkisi 147,353 qram, tədqiqata sərf edildi 0,1 qram, qalığı 147,253 qram təşkil edən psixotrop maddə metamfetamin, təmiz çəkisi 110 qram, tədqiqata sərf edildi 0,05 qram, qalığı 109,95 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 50 ədəd, ümumi miqdarı üzərindəki göstəriciyə əsasən 2,0 qram (1 ədəd həbdə 0,04 qram), tədqiqata sərf edildi 05 ədəd, qalığı 45 ədəd təşkil edən metadon həbləri və 02 ədəd üzərlərində narkotik vasitə heroinin izləri olan elektron tərəzilər maddi sübut kimi tanınaraq məhkəmənin hökmünə qədər saxlanılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (İ cild, səh. 154). 21.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə 22 fevral 2022-ci il tarixdə saat 22:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Zığ şossesində yerləşən “Zığstore” marketin yaxınlığında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanda yerləşən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə gətirildikdə üzərində şəxsi axtarış və yaşadığı mənzilə baxış aparılarkən «Samsung» markalı mobil telefonla videoçəkilişlər aparılmış, çəkilişlər 02 ədəd «DVD» diskə köçürülərək cinayət işinin materiallarına əlavə edilmişdir. 07 iyun 2022-ci il tarixdə həmin disklərdə olan videoçəkilişlərə Təqsirləndirilən şəxs, həmçinin onun müdafiəçisi X3 iştirakları ilə baxış keçirilmiş və bu barədə protokol tərtib edilmişdir. Həmin disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (İ cild, səh. 202-214). 22.Azərbaycan Respublikası Daxili işlər Nazirliyininin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 21 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs oglu RPİ-nin Müvəqqəti saxlama yerinə xx.xx.2022-ci il tarixdə saat 06:30-da daxil olmuş, tibbi-müayinə zamanı üzərində xəsarət aşkar edilmişdir, həmin xəsarəti 2 (iki) 3 (üç) gün əvvəl aldığını bildirmişdir. 23.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasından Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sol göz ətrafında bənövşəyi rəngli qançır, alının sol tərəfində qırmızı rəngli, sol qulaq seyvanında qırmızımtıl qançır, sol böyrək ətrafında göyümtül qançır, ön səthində çapıq töxuması, sağ saiddə bir ədəd çapıq toxuması aşkar edilmişdir. Həbs olunan zaman zədə aldığını bildirmişdir. 24.Məhkəmə-tibbi ekspertizasının 23 fevral 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol göz yuvası ətrafının qançırı, sol baldırın qançır, sıyrığı aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri müayinədən 2-3 gün əvvələ uyğun gəlir, müayinə olunanın göstərdiyi tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Rəydən görünür ki, Təqsirləndirilən şəxs izahatında 23 fevral 2022-ci il tarixdə saat 22:30 radələrində BNMİ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan 2 (iki) gün əvvəl, 21 fevral 2022-ci il tarixdə içkili vəziyyətdə yaşadığı ünvanda öz ehtiyatsızlığından sürüşərək yıxılıb sol gözündən xəsarət aldığını bildirmişdir (İ cild, səh. 166-167). 25.«Cinayət işi başlanmasının rədd edilməsi haqqında» 06 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi və xəsarət yetirilməsi barədə 174-C-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir (İ cild, səh. 176-177). 26.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24). 27.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 4(010)- 109/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 fevral 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 96-100). 28.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 1(101)-686/2015 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 03 fevral 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (İ cild, səh. 124-125, 126-134). Tətbiq edilən qanunvericilik normaları və məhkəmənin mövqeyi: 29.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 30.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 31.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 32.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 33.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 34.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 35.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndinə əsasən şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. 36.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 37.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 38.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 39.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 2 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Qeyd olunan siyahının 111-ci bəndinə görə 1,6 qram və yuxarı həddə narkotik vasitə olan metadon külli miqdar hesab hesab edilir. Həmin siyahının 109.1-ci bəndinə görə 500 qram və yuxarı həddə narkotik vasitə olan qurudulmuş marixuana külli miqdar hesab hesab edilir. İİ siyahının 118-ci bəndinə əsasən 2 qram və yuxarı həddə psixotrop maddə olan metafetamin külli miqdar hesab edilir. 40.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X8rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 41.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, onun məhkəmə istintaqında verdiyi ifadəsində qeyd etdiyi hallar məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə təsdiqini tapmamışdır. 42.Məhkəmə təqsirləndirilən şəxsin üzərində və evində narkotik vasitə olmaması məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərinə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin, eyni zamanda .«Mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında» protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitələrin və psixotrop maddənin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 43.Təqsirləndirilən şəxsin onun üzərinə keçirilmiş şəxs axtarışı və mənzilə keçirilmiş baxış barədə videoçəkilişlərin həqiqəti əks etdirmədiyi barədə dəlilləri məhkəmə tədqiqi zamanı bu sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaratmamışdır. 44.Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatlarla əlaqədar qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə fiziki təqzyiqə məruz qalması halı öz təsdiqini tapmamışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsi və xəsarət yetirilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon Prokurorluğunda 174-C-22 nömrəli material üzrə araşdırma aparılaraq 06 iyun 2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. 45.Məhkəmə həmçinin X4 ifadəsinə münasibətdə qeyd edir ki, onun təqsirləndirilən şəxsin yaxın qohumu olmaqla xeyrinə ifadə verməsi istisna olunmur. 46.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli qərarınında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. 47.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. 48.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 49.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 51.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 52.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 54.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 55.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə görə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. 57.Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2015-ci il tarixli, 1(101)-686/2015 nömrəli görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülmədiyi və ya ödənilmədiyi dövrdə, yəni 22 fevral 2022-ci il tarixdə yenidən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş hazırki cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin təhlükəli residivi müəyyən olunmuşdur. Əməlində cinayətlərin təhlükəli residivinin olması Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 59.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 60.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. 61.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları və cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini və qanunvericiliyin residivə görə cəza təyini ilə bağlı tələblərini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 62.Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarı ilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 64.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 65.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 66.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 67.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 68.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu-22 fevral 2022-ci il tarixdən hesablanmalıdır. 69.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. 70.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 71.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 72.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 551,208 qram çəkidə narkotik vasitə heroinin, 147,253 qram çəkidə psixotrop maddə metamfetaminin, 109,95 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, 45 ədəd metadon həblərinin və 02 ədəd üzərlərində narkotik vasitə heroinin izləri olan elektron tərəzinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 02 ədəd DVD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 73.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 74.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 75.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 76.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 22 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 153 (yüz əlli üç) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübutlar - Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - tədqiqata sərf edildikdən sonra qalıq qalmış 551,208 qram çəkidə narkotik vasitə heroin, 147,253 qram çəkidə psixotrop maddə metamfetamin, 109,95 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 45 ədəd metadon həbləri və 02 ədəd üzərlərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi məhv edilsin, 02 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev