Məhkəmə qərarları › İş №1(101)-720/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-720/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-720/2020 24.07.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ .Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Sadıxov Rasim Əkrəm oğlunun sədrliyi ilə, hakimlər Kərimov Novruz Ağakərim oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: «FİDES» Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilir. Məhkəmə təqsirləndirilən şəxslərə irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsi ilə yoxlayan zaman təqsirləndirilən şəxsin müdafiə hüquqları, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham aktının tərtibi, sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntularına yol verildiyi müəyyən etmişdir. Belə ki, cinayət işi x xxxxxx 2018-ci il tarixdə Abşeron RPİ-nin sabiq müstəntiqi, polis baş leytenantı Nərmin Məmmədova tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddəsi ilə başlanılaraq istintaqı aparılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas x xxxxxx 2018-ci il tarixdə saat təxminən 05 radələrində naməlum şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonu,Saray qəsəbəsi, “Pəhləvanlar adlanan kafenin yaxınlığında əllərində olan bıçaqla Zərərçəkmiş şəxs sol ayağının bud nahiyyəsindən qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tətbiq edərək onun cibində olan 126 manat pulunu çıxararaq ələ keçirməklə Zərərçəkmiş şəxs qarşı quldurluq etmələri faktı ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış ilkin araşdırma materiaalları olmuşdur. xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Abşeron RPİ-nin sabiq müstəntiqi Nərmin Məmmədova tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Törətdiyi əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Abşeron RPİ-nin sabiq müstəntiqi polis baş leytenantı Nərmin Məmmədova tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunaraq CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində həmin tarixdə Abşeron rayon məhkəməsinin hakimi X7 qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2018-cu il tarixdə Abşeron RPİ-nin sabiq müstəntiqi polis baş leytenantı Nərmin Məmmədova tərəfindən ********* nömrəli cinayət işi istintaq aidiyyatı üzrə Qaradağ RPİ-nə göndərilmiş və həmin cinayət işi Bakı şəhər, Qaradağ rayon X10 şöbəsinin müstəntiqi X12 tərəfindən xx.xx.2018-ci il tarixdə icraata qəbul edilərək həmin tarixdə ********* saylı cinayət işinə birləşdirilməklə istintaq edilmişdir. ********* saylı cinayət işi xx.xx.2019-cu il tarixdə Bakı şəhər, Qaradağ rayon X10 şöbəsinin baş müstəntiqi polis mayoru Samir Ağayevə həvalə edildiyindən onun tərəfindən icraata qəbul edilmiş, lakin hər hansı bir istintaq hərəkəti aparılmadan x xxxxxx 2019-cu il tarixdə Bakı şəhər, Qaradağ rayon X10 şöbəsinin baş müstəntiqi SamirAğayev tərəfindən həmin cinayət işindən ********* nömrəli cinayət işi ayrılaraq yenidən Abşeron RPİ-nə qaytarılmışdır. xx.xx.2019-cu il tarixdə ********* nömrəli cinayət işi Abşeron RPİ-nin sabiq müstəntiqi, polis baş leytenantı Nərmin Məmmədova tərəfindən icraata qəbul edilərək istintaqı aparılmış, bundan sonra isə Abşeron RPİ-nin İŞ-nin sabiq müstəntiqi pois baş leytenantı Tural Şəkərova həvalə olunduğundan onun tərəfindən xx.xx.2019-cu il tarixdə icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin istintaqı sonuncu dəfə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Vasif Zeynallıya tapşırıldığından x xxx 2020-ci il tarixdə onun tərəfindən icraata götürülməklə istintaqı aparılmışdır. İstintaq zamanı Şahid1 Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan ittiham elan olunması üçün kifayət qədər sübutlar olmadığından ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Şahid1 xx.xx.2020-ci il tarixdə saxlanıldığı müvəqqəti saxlama yerindən dərhal azad edilərək onun barəsində iş üzrə cinayət təqibinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona xx.xx.2020-ci il tarixdə həmin maddə ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, bıçaqdan silah kimi istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün zorakılıq tətbiq etməklə bağlı olan basqın edərək zərər çəkmiş şəxsə ziyan vurmaqla quldurluq cinayətini törətmişdir. Belə ki, o, x xxxxxx 2018-ci il tarixdə saat 20:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Sumqayıt şossesinin yaxınlığında yerləşən “Pəhlivanlar” adlı kafedə əyləşib tanışları Şahid2 və Şahid1 ilə spirtli içki qəbul edərək əylənərkən təsadüfən əvvəllər tanıdığı Zərərçəkmiş şəxs görüb salamlaşaraq öz masalarına dəvət etmiş və birlikdə bir qədər spirtli içki qəbul etdikdən sonra kafedəki qızların biri ilə pul müqabilində intim əlaqəyə girmək üçün Zərərçəkmiş şəxs pul istədikdə sonuncu ona guya pulunun olmamasını deyəndə bundan qəzəblənib kafedən bayıra çıxmağı tələb etmiş və gecə saatlarında, yəni xx xxxxxx 2018-ci il tarixdə saat 04 radələrində oturduqları “Pəhlivanlar” adlı kafedən çölə çıxaraq kafenin yaxınlığında sərxoş vəziyyətdə tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs kənara çəkərək ondan üzərində olan pulları verməsini tələb edəndə, sonuncu üzərində olan pulların ona məxsus olmadığını bildirdikdə aralarında mübahisə yaranmış və o, əlindəki istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan silah kimi istifadə edib hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edərək Zərərçəkmiş şəxs sol bud nahiyyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya sol bud nahiyyəsinin kəsilmiş-deşilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarətləri yetirməklə cibində olan 176 manat pulunu zorla ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla quldurluq etmişdir. İş üzrə Təqsirləndirilən şəxs ilə yanaşı şübhəli bilinən şəxs Şahid1 xx xxx 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdrəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. Cinayət işi üzrə ittiham aktı x xxxx 2020-ci il tarixdə Abşeron rayon prokuroru tərəfindən təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasınadək icraat öyrənilərkən müəyyən edilmişdir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı bir sıra kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-nin 303.3.6-cı maddəsinə əsasən, cinayət işi üzrə ittiham aktının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası CPM-nin 289.2.3-cü maddəsinə əsasən, ittiham aktının giriş hissəsində cinayət işinin nə vaxt, hansı əsasla və kim tərəfindən başlandığı, iş üzrə nə vaxt, kim tərəfindən, kimin barəsində ittihamın irəli sürüldüyü, iş üzrə nə vaxt, kim tərəfindən və hansı əsasla icraatın dayandırıldığı, ona xitam verildiyi və təzələndiyi göstərilməlidir. CPM-nin 289.3-cü maddəsinə əsasən - İttiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar, təqsirləndirilən şəxsi səciyyələndirən hallar, zərər çəkmiş şəxsi səciyyələndirən hallar, təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilməlidir. CPM-nin 289.4-cü maddəsinə əsasən - ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Eləcə də, CPM-nin 223.3.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarın təsviri əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. Cinayət işi üzrə ittiham aktı təqsirləndirilən şəxsə münasibətdə müvafiq hissələrdə CPMnin 289-cu maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, İttiham aktının giriş hissəsində Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddəsi ilə yekun ittihamın irəli sürülmə vaxtı yanlış olaraq xx.xx.2020-ci il kimi göstərilmişdir. Cild 2, səhifə 167- 170-dən görünür ki, xx.xx.2020-ci il tarixdə X13 tərəfindən Təqsirləndirilən şəxs barəsində “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması və təqsirləndirilən şəxs qismində cəlb edilməsi” haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona xx.xx.2020-ci il tarixdə həmin maddə ilə ittiham elan edilmişdir. İttiham aktının 9 və 10-cu səhifələrində göstərilmişdir ki, “Cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq hadisə yerindən Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar aşkar olunaraq götürülmüş, ekspertizadan sonra maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir – cild 2 səhifə 149-166”. Qeyd olunması mütləqdir ki, Zərərçəkmiş şəxs məxsus, maddi sübut qismində tanınmış bir ədəd göy rəngli cins şalvar hadisə yerindən götürülməmiş, iş materiallarına əlavə edilmiş x xxxxxx 2019-cu il tarixli “təqdim edilmiş paltarları götürmə və baxış keçirilməsi haqqında” protokolla Sumqayıt şəhəri X19 Xəstəxanasında tibb bacısı işləyən X5 həmin xəstəxanada götürülməklə baxış keçirilmişdir. Cinayət işi materiallarında “Cild 2 səhifə 166” ümumiyyətlə mövcud deyildir. Qeyd olunan səhifənin mövcud olmamasına baxmayaraq ittiham aktında bir çox hallar məhz “Cild 2 səhifə 166-ya istinad edilməklə” tərtib edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 289.5-ci maddəsinə əsasən – İttiham aktı cinayət işi üzrə toplanmış materialları və cinayət işinin vərəqlərinə istinadı əks etdirməlidir. İttiham aktının 11-ci səhifəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir”. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən – cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi cəzanı yüngülləşdirən hallar sırasında göstərilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2000 - ci il tarixdə anadan olmuş, irəli sürülmüş ittihama görə isə cinayət hadisəsi xx.xx.2018-ci il tarixdə törədilmişdir. Göründüyü kimi, cinayət hadisəsi törədilərkən təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamış və bu hal onun cəzasını yüngülləşdirən hal hesab edilməklə ittiham aktında göstərilməli idi. İttiham aktının 11-ci səhifəsində göstərilmişdir ki, “Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar cinayətlərin residivini yaratmasıdır”. Azərbaycan Respublikası CM-nin 18.4.2-ci maddəsinə əsasən – yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CPM-nin 289.8-ci maddəsinə əsasən – ittiham aktına müstəntiqin aşağıdakı arayışları əlavə edilir: - təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə və sair. Göstərilən tələb həmçinin pozulmaqla, təqsirləndirilən şəxsin həbsdə olduğu müddət barədə ittiham aktında (arayış hissədə) müvafiq qeyd aparılmamışdır. Cinayət işinin materiallarından müəyyən olunur ki, Abşeron rayon polis idarəsinin İŞ-nin müstəntiqi pols kapitanı Vasif Zeynallı xx xxx 2020-ci il tarixli qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərarı ilə, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Qapradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 04 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək həbsdə saxlanılmasını iş üzrə nəzərə almış, barəsində qətimkan tədbiri seçməmişdir. Cinayət işinin materiallarından müəyyən olunur ki, Abşeron rayon məhəkəməsi tərəfindən təqsirləndirilən şəxs barəsində seçilmiş 03 ay həbs qətimkan tədbiri-xx.xx.2018-ci il tarixdə başa çatmış, lakin 14 ay 08 gün ərzində yetkinlin yaşına çatmayan təqsirləndirilən şəxsin həbsdə saxlanılması əsasları- barəsində seçilmiş qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarları işə əlavə edilməmişdir. İttiham aktının Azərbaycan Respublikasının CPM-nin 289-cu maddəsinin tələblərinə uyğun olmaması ilə yanaşı, qeyd olunan cinayət işi üzrə bir sıra digər kobud prosessual pozuntulara da yol verilmişdir. Belə ki, Cild 1 səhifə 211-215-dən görünür ki, müstəntiq Nərmin Məmmədova xx.xx.2019-cu il tarixdə “RAPORT” yazmaqla xidməti iş yerinin dəyişməsi ilə bağlı ********* nömrəli cinayət işinin istintaqının şöbənin digər müstəntiqə həvalə edilməsini xahiş etmişdir. Həmin “RAPORT”un üzərinə xx.xx.2019-cu il tarixdə dərkənar qoyulmaqla cinayət işinin icraata qəbul edilib istintaqının davam etdirilməsi digər müstəntiq Tural Şəkərova həvalə olunmasına baxmayaraq, sonuncu tərəfindən icraata qəbul qərarı xx.xx.2019-cu il tarixdə (yəni, raportdan və dərkənardan 2 gün əvvəlki tarixə) qəbul edilməklə istintaq davam etdirilmişdir. Qeyd olunan xx.xx.2019-cu il tarixli qərarın tarixi ittiham aktının 3-cü səhifəsində yanlış olaraq “xx.xx.2019-cu” il kimi göstərilmişdir. Cild 2 səhifə 111-115-dən görünür ki, bu dəfə müstəntiq Tural Şəkərov xx.xx.2020-ci il tarixdə “RAPORT” yazmaqla xidməti iş yerinin dəyişməsi ilə bağlı ********* nömrəli cinayət işinin istintaqının şöbənin digər müstənqinə həvalə edilməsini xahiş etmişdir. Həmin “RAPORT”un üzərinə xx.xx.2020-ci il tarixdə dərkənar qoyulmaqla cinayət işinin icraata qəbul edilib istintaqının davam etdirilməsi digər X13ya həvalə olunmasına baxmayaraq, sonuncu tərəfindən icraata qəbul qərarı xx.xx.2020-ci il tarixdə (yəni, dərkənardan 2 gün əvvəlki tarixə) qəbul edilməklə istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən pasport, digər sənəd, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti iş materiallarına əlavə edilməmişdir. CPM-nin 155.6-cı maddəsinə əsasən - Təqsirləndirilən şəxs barəsində həbs, ev dustaqlığı və girov qətimkan tədbirləri seçildikdə ittihamın tam həllinədək ondan şəxsiyyətini təsdiq edən pasport və ya digər sənəd götürülür və cinayət işi üzrə icraatın materiallarına əlavə olunur. Təqsirləndirilən və ya şübhəli şəxs barəsində digər qətimkan tədbiri seçildikdə, habelə bu Məcəllənin 155.5-ci maddəsində nəzərdə tutulmuş halda, cinayət təqibi üzrə materiallara şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənədin cinayət prosesini həyata keçirən orqanda təsdiq olunmuş surəti əlavə edilir. İş üzrə qəbul edilmiş “Sübutların qiymətlənirilməsi haqqında...” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs əvvəllər məhkum olub-olmamasını müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmiş və tələbnamə alınmışdır. Lakin, Təqsirləndirilən şəxs adına alınmış tələbnamə iş materiallarına əlavə edilməmişdir. Cild 1 səhifə 10 “Siyahı” və Cild 1 səhifə 37 “Qərar”dan görünür ki, müstəntiq Nərmin Məmmədova tərəfindən iş üzrə x xxxxxx 2018-ci il tarixdə “məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında” qərar qəbul edilmişdir. Lakin həmin qərar qeyri-müəyyən səbəblərdən icra olunmasından ötrü ekspertizaya göndərilməmişdir. İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarətin olub-olmamasını müəyyən etmək üçün yenidən xx.xx.2020ci il tarixdə (hadisədən təxminən 1 il 6 ay sonra), bu dəfə müstəntiq Tural Şəkərov tərəfindən qəbul edilmiş “məhkəmə-tibb ekspertizası təyin edilməsi haqqında” qərar qəbul edilmiş, müvafiq rəy xx.xx.2020-ci il tarixdə qəbul edilməklə aidiyyəti üzrə göndərilməsinə baxmayaraq, qeyrimüəyyən səbəblərdən xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinə daxil olmuşdur (Cild 2 səhifə 104). X13 tərəfindən iş üzrə təyin edilmiş ekspertiza qərarları və rəyləri təqsirləndirilən şəxsə xx.xx.2020-ci il tarixdə elan edilməklə tanış edilir. CPM-nin 91.4-cü maddəsinə əsasən- Müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin hüquqlarını təmin etməli və ona qanunla qadağan edilməyən bütün vasitə və üsullardan istifadə etməklə müdafiə hüququnu həyata keçirməsinə mane olmamalı və onun xahişi ilə müdafiəyə hazırlıq üçün kifayət qədər vaxt verməlidir. CPM-nin 91.5.20-ci maddəsinə əsasən - təqsirləndirilən şəxsin ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq və sair hüquqları vardır. CPMnin 268-ci maddəsinə əsasən - Müstəntiqin qərarına əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxs aşağıdakı hüquqlara malikdir: 268.1.1. protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaq; 268.1.2. ekspertə etiraz etmək; 268.1.3. eksperti onun göstərdiyi şəxslər içərisindən təyin edilməsi barədə vəsatət vermək; 268.1.4. öz təşəbbüsü ilə və öz hesabına alternativ ekspertiza aparmaq və onun rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət vermək; 268.1.5. rəy alınması üçün müstəntiq tərəfindən təyin edilmiş ekspert qarşısında əlavə suallar qoymaq; 268.1.6. müstəntiqin icazəsi ilə ekspertizanın aparılmasında iştirak etmək, bu zaman tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb etmək və ekspertə izahlar vermək; 268.1.7. ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək; 268.1.8. onun vəsatəti üzrə aparılan ekspertin dindirilməsində iştirak etmək. Göründüyü kimi, burada da təqsirləndirilən şəxsin hüquqları kobud şəkildə pozulmaqla müvafiq ekspertiza rəyləri alındıqdan sonra eskpertiza təyin edilmələri barədə qərarlarla tanış edilmişdir. CPM-nin 85.3-cü maddəsinə əsasən - Cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq istintaq və ya digər prosessual hərəkətləri qanuni və vaxtında aparmağa borcludur. Cild 2 səhifə 52-53-də “şahidin dindirməsi protokolu”ndan görünür ki, şahid İlqar Mustafayevi dindirdikdən sonra müstəntiq Tural Şəkərov həmin protokolu öz imzası ilə təsdiq etməmişdir. CPM-nin 230.6-cı maddəsinə əsasən - Dindirmə protokolu müstəntiq və şahid tərəfindən onun axırında, habelə şahid tərəfindən əlavə olaraq onun hər səhifəsində imzalanır. Cild 2 səhifə 177-də xx xxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu” öz əksini tapır. CPM-nin 234-cü maddəsinə əsasən -Şübhəli və ya təqsirləndirilən şəxsin hər bir dindirilməsi haqqında müstəntiq tərəfindən protokol tərtib edilir və həmin protokolda dindirmənin aparıldığı tarix, vaxt və yer göstərilməlidir. Qeyd olunan protokolda X13 tərəfindən aparılan həmin istintaq hərəkitinin yeri göstərilməmişdir. Cild 2 səhifə 76-77 – “müdafiəçinin cinayət prosesinə buraxılması haqqında” xx.xx.2020-ci il tarixli qərar (müstəntiq Tural Şəkərov). Qeyd olunan qərarla xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulan zaman ona təqdim edilmiş vəkil X1 hüquqlarını müdafiə etməsindən ötrü cinayət prosesinə buraxılır. Bundan 1 (bir) ay sonra, yəni xx.xx.2020-ci il tarixdə eyni vəkil - X14 təqsirləndirilən şəxsə hüquqlarının müdafiə olunmasından ötrü X13 tərəfindən (bu dəfə xidməti otağında real olaraq) təqdim edilmişdir (Cild 2 səhifə 172). Cinayət işinin istintaqı xx.xx.2019-cu il tarixdə Bakı şəhər, Qaradağ rayon polis idarəsinin baş müstəntiqi SamirAğayevə həvalə edildiyindən onun tərəfindən icraata qəbul edilmiş, lakin hər hansı bir istintaq hərəkəti aparılmadan x xxxxxx 2019-cu il tarixdə həmin cinayət işindən ********* nömrəli cinayət işi ayrılaraq yenidən Abşeron RPİ-nə qaytarılmış və xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin sabiq müstəntiqi polis baş leytenantı Nərmin Məmmədovanın icraatına qəbul edilərək istintaqı aparılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki olaraq xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədər olan müddətdə real olaraq müdafiə hüququndan istifadə etməmişdir. Cinayətin obyektiv və subyektiv cəhətinin əlamətləri cinayət işi üzrə ibtidai araşdırma zamanı qəbul edilən şəxsin "təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında" qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 223.3-cü maddəsinə əsasən orada "cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti; cinayət etməyə cəhd və ya cinayətə hazırlıq mövcud olduqda, cinayətin başa çatdırılmamasının səbəbləri; cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü; məsuliyyəti ağırlaşdıran hallar" göstərilir. Eləcə də CPM-nin 289.4-cü maddəsinə əsasən isə ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri göstərilməlidir. Qanun normasının mənasına görə, bu məlumatlarla işin sübutlarla müəyyən edilmiş faktiki halları arasında uyğunluq olmalıdır. CPM-nin 223.1-ci maddəsində bildirilir ki, "Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur". Yəni, bu qərarın məzmunu sübutların cəmi ilə müəyyən edilmiş faktiki hallar barədə məlumatlardan ibarət olmalıdır. Cinayət işi materiallarından, eləcə də ittaham aktından görünür ki, Şahid1 xx.xx.2018-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, yəni özgənin əmlakını ələ keçirmək məqsədi ilə Abşeron rayonu, Saray qəsəbəsi “Pəhlivanlar” adlanan kafenin yaxınlığında yumruq ilə Zərərçəkmiş şəxs qulağına vurmuş, Təqsirləndirilən şəxs isə əlində olan bıçaqla Zərərçəkmiş şəxs sol ayağının bud nahiyyəsindən qəsdən bir dəfə vuraraq Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq tədbiq edərək onun cibində olan 126 manat pulunu çıxararaq ələ keçirtməklə Zərərçəkmiş şəxs qarşı quldurluq etməkdə şübhəli bilindiyi üçün Abşeron rayon X10 şöbəsinin sabiq müstəntiqi polis baş leytenantı Tural Şəkərov tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respbulikası CM-nin 181.2.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə axtarış elan olunmuşdur. İş üzrə şübhəli bilinən şəxs Şahid1 xx xxx 2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon Polis İdrəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İstintaq zamanı Şahid1 CM-nin 181.2.1 və 181.2.5-ci maddələrində nəzərdə tutulan ittiham elan olunması üçün kifayət qədər sübutlar olmadığından ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş Şahid1 xx.xx.2014-cü il tarixdə saxlanıldığı müvəqqəti saxalama yerindən dərhal azad edilərək və onun barəsində iş üzrə cinayət təqibinə xitam verilmişdir (ittiham aktı səhifə 3). Əvvəla qeyd olunması mütləqdir ki, Şahid1 xx.xx.2014-cü il tarixdə deyil xx.xx.2020-ci il tarixdə saxlanıldığı müvəqqəti saxalama yerindən dərhal azad edilmişdir. Bundan başqa, iş materiallarında olan və cinayət işi üzrə tərtib edilmiş ittiham aktında əksini tapan 1) zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi, eləcə də ilkin izahatı (cild 1 səh 17- 18, 235-238); 2) Zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkəti protokolu (cild 1 səh 239) ; 3) iş üzrə keçirilən bütün üzləşdirmə istintaq hərəkətləri protokolları; 4) hadisənin birbaşa şahidi olmuş Şahid2 ifadəsi (cild 2 səh 91-94); 5) Təqsirləndirilən şəxs bütün ifadələri və ən nəhayət 6) Şahid1 özünün bütün ifadələri ilə (məs:ittiham aktındakı ifadəsi) tam aydın olur ki, hadisə zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs pul tələb edir, sonuncu pulu verməkdən imtina edən zaman Şahid1 özünü “razborşik” adlandıraraq dostu Zaurun pulla bağlı istəyini icra etməyi Rahimdən tələb edir, Zərərçəkmiş şəxs bir daha pulu verməkdən imtina etdiyinə görə qəfildən Şahid1 tərəfindən sifət nahiyyəsindən yumruqla vurulur və məhz bu zərbədən sonra Rahimdən pulu ələ keçirmək üçün Zaur sonuncunu istintaqla müəyyən edilməsi mümkün olmayan bıçaqdan silah qismində istifadə edib sol bud nahiyyəsinə 1 dəfə vurmuş, daha sonra Zərərçəkmiş şəxs cibində olan 176 manat pulu götürüb hər ikisi, yəni Şahid1 ilə Təqsirləndirilən şəxs hadisə yerindən qaçaraq taksiyə minib evlərinə getmişlər. Göründüyü kimi, iş materialları ilə təsdiq olunan, yuxarıda sadalanan təkzibedilməz sübutların mövcud olmasına baxmayaraq Şahid1 əməlinə düzgün hüquqi qiymət verilməmiş, heç bir əsaslandırma aparılmadan barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunanlar onu göstərir ki, ittihamın məzmununda göstərilənlər işdə olan faktiki məlumatlardan irəli gəlmir. İttihama görə, Təqsirləndirilən şəxs quldurluq cinayət əməlini tək törətmişdir. Cinayət işinin faktiki halları ilə bağlı olan hissəsindən isə fərqli nəticə hasil edilir və məlum olur ki, Təqsirləndirilən şəxs quldurluq cinayətini tək deyil, qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə törətmişdir. Əslində, CPM-nin 223.1-ci maddəsinin mənasına görə, “təqsirin forması, cinayətin motivi” icraat zamanı toplanmış “ilkin sübutlar”la təsdiq edilmiş məlumatlarla ifadə olunmalı idi. CPM-nin 223.3.4-cü maddəsinə görə Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində - cinayət bir qrup şəxs tərəfindən törədildikdə, iştirakçılığın növü və sair göstərilir. Göründüyü kimi, istintaq orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamasının nəticəsi olaraq, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmununda iştirakçılığın növü və digər mühüm hallar qeyri-müəyyən olaraq qalmış və bunun da nəticəsində istintaq orqanı Təqsirləndirilən şəxs əməlinə düzgün olmayan hüquqi qiymət vermişdir. Bu hal ittihamın mahiyyətinə toxunan hal olmaqla bərabər təqsirləndirilən şəxsin təqsirliliyi və əməlinin tövsifi məsələsinə də birbaşa təsir göstərir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin, nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Bundan başqa, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan başqa, məlum olduğu kimi, cinayət qanunvericiliyinə əsasən, cinayətin törədilməsi üsulu ictimai təhlükəli əməli törədərkən təqsirkarın istifadə etdiyi yanaşma qaydaları və metodlarıdır. Əməlin törədilməsində seçilən üsul onun məzmunu konkretləşdirməyə imkan verir. Buna görə də cinayətin obyektiv cəhətinin bu elementini xarakterizə edən əlamətlər qüvvədə olan cinayət qanunvericiliyinin xeyli tərkiblərinə daxil edilmişdir. Qanunverici orqan müəyyən hallarda cinayətin edilmə üsulunu xarakterizə edən əlamətləri tərkibə daxil etməklə cinayət sayılan əməlləri cinayət sayılmayan əməllərdən, eləcə də oxşar cinayətləri bir-birindən fərqləndirir, habelə müəyyən növ əməllərə görə məsuliyyətin daha ədalətli diferensiasiyasına nail olunur. Göründüyü kimi, qeyd olunanlar təqsirləndirilən şəxsin müdafiə hüquqları, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham aktının tərtibi, sübutların yoxlanılması və qiymətləndirilməsinə dair CPM-nin tələblərinin kobud pozuntuları ilə bağlı olduğundan CPM-nin 303.1-ci maddəsinin ifadə etdiyi mənada “məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntudur” və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə xx xxx 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə xx xxxxxx 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə xx xxxxxx 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə xx xxxxxx 1985-ci il tarixli qərarları). Dövlətlər Məhkəmənin barələrində müvəqqəti təminat tədbirləri tətbiq etdiyi şəxslərin yalnız qanunvericilikdə deyil, həm də təcrübədə səmərəli müdafiəsini təmin etməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X6rşı” iş üzrə xx xxxxx 2013-cü il tarixli qərarı). CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulmasına, o cümlədən CPM-nin 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə Azərbaycan Respublikası CPM-nin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarılmaqla yanaşı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin ləğv etmə və dəyişdirilməsi üçün əsaslar görmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Azərbaycan Respublikası DİN-nin Abşeron rayon X10 Şöbəsinin sabiq müstəntiqləri, polis baş leytenantları X3 və X15, eləcə də Azərbaycan Respublikası DİN-nin Abşeron rayon X10 Şöbəsinin müstəntiqi X4 barəsində xüsusi qərar çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85, 90, 91, 158, 230, 234, 268, 289, 300, 303, 306, 307.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı:

1. Təqsirləndirilən şəxs CM-nin 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən keçirən Abşeron rayon prokuroruna qaytarılsın.

2. Qərarın surəti məlumat üçün cinayət prosesinin iştirakçılarına və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilsin.

3. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın.

4. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol vermiş Azərbaycan Respublikası DİN-nin Abşeron rayon X10 Şöbəsinin sabiq müstəntiqləri, polis baş leytenantları X3 və X15, eləcə də Azərbaycan Respublikası DİN-nin Abşeron rayon X10 Şöbəsinin müstəntiqi, polis kapitanı X4 haqqında xüsusi qərar çıxarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar