Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-720/2022 03.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X16 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1988-ci il tarixdə Salyan rayonunda anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Şorsulu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabuçu rayonu, Sabunçu qəsəbəsi, Kanalüstü küçəsi, nömrəsiz fərdi tikilidə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs qeyrisinin istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Elşən” adlı şəxsdən satış məqsədilə kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 2,723 qram təşkil edən 6 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qam, 0,328 qram, 0,341 qram, 0,189 qram, 0,738 qram, 0,765 qram narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 0,414 qram psixotrop maddə metafetamini və 1 ədəd bükümdə təmiz çəkisi 3,035 qram narkotik vasitə tiryəki əldə etdikdən sonra həmin şəxslə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək vahid niyyətlə əhatə olunmuş qəsdlə narkotik vasitə və psixotrop maddələrin ölkədə qanunsuz olaraq satışını təşkil etmək məqsədi ilə 10 iyul 2021-ci il tarixdə saat 6 radələrində 2 ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 0,765 qram və 0,738 qram narkotik vasitə heroin bükümlərini qeyrisinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı bağları massivində yerləşən evdə alaraq həmin bükümlərdən birini 0,765 qram heroini 10 iyul 2021-ci il tarixdə saat 6:30 radələrində sifarişçi olan qeyrisinə ünvan 1 ünvanda yerləşən “Araz” marketin yaxınlığında 20 manata satdıqdan sonra həmin gün saat 7 radələrində Nərimanov RPİ-nin NMB-nin və 17-ci PŞ-nin əməkdaşlarının xidməti ərazidə gəzintidə olarkən qeyrisi ünvan 2 ünvanda saxlanılaraq Nərimanov RPİ-nin NMB-nə gətirilmiş və onun üzərinə şəxsi-axtarış keçirilərkən şəxsi istehlak miqdarından artıq miqdarda 0,765 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bundan sonra həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saat 11:10 radələrində Nərimanov rayonu, A.Neymətulla küçəsi 22 saylı ünvanda saxlanılaraq ünvan 4 NMB-nə gətirilmiş və orada onun üzərinə şəxsi-axtarış keçirilərkən əynindəki tünd göy rəngli parça materialdan tikilmiş şalvarının sağ yan cibindən 1 ədəd sellofana bükülmüş içərisində təmiz çəkisi 0,738 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilirək ifadəsində göstərmişdir ki, tutulmazadan təxminən 15-20 gün əvvəlki dövrədək 165 saylı marşrut avtobusunda sürücü işləmişdir. İşləməyinə baxmayaraq qazancının az olması, eyni zamanda marşrut sahibinə borcu olduğuna görə işdən çıxmışdır. 165 saylı marşrut xəttində sürücü işləyəndən əvvəl isə 24 saylı marşrut avtobusunda sürücü işləmişdir. Həmin dövrdə 24 saylı marşrut avtobusunda sürücü işləmiş Şahid1la tanış olmuş, onunla arasında hər hansı ədavət və düşmənçilik olmamış, əksinə yaxın tanışlıq münasibətləri olmuşdur. Narkotik vasitə istifadəçisi olmuşdur. 10 iyul 2021-ci il tarixdə səhər saatlarında Maştağa qəsəbəsinə Albalı yaşayış massivinə gedib orada Sərdar ilə görüşmüş və Sərdardan ona narkotik vasitə verməsini istəmişdir. Sərdardan 20 manat müqabilində 1 büküm narkotik vasitə olan heroin götürdükdən sonra ondan ayrılmışdır. Həmin narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Sərdardan aldığı narkotik vasitəni heç kimə verməmiş, yalnız özü istifadə edəcəkmiş. Bundan sonra həmin gün ünvan 6 ünvanın yaxınlığında dayandığı zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlarla birlikdə Nərimanov RPİ-nə getməyini xahiş etmişlər. O da polis idarəsinə getmək üçün onların avtomobilinə əyləşdikdə orada adının sonradan Zamin oluğunu bildiyi şəxsi görmüşdür. Zamini əvvəllər heç vaxt görməmiş və tanımamışdır. Ola bilsin ki, Zaminə də narkotik vasitəni Sərdar satmışdır. Polis idarəsinə çatandan sonra ondan narkotik maddə qəbul etməkdə və özündə saxlamaqda şübhələndiklərini bildirmişlər. Bundan sonra Zaminin və onun üzərinə eyni vaxtda baxış keçirmişlər. Daha sonra üzərindən aşkar olunan “kakos” adı ilə tanıdığı narkotik vasitə 1 büküm heroin zərfə qoyulub qablaşdırlaraq möhürlənmişdir. Sərdarın narkotik vasitə heroini və psixotrop maddələri kimdən əldə etdiyini bilmir. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmişdir. Narkotik vasitəni heç vaxt inyeksiya yolu ilə qəbul etməmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni Sərdardan almışdır. Zamin adlı şəxsi ilk dəfə polis idarəsinə aparıldığı zaman avtomobildə görmüşdür. Sərdardan aldığı narkotik vasitəni Zaminə verməmişdir. Narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, heç vaxt satışı ilə məşğul olmamışdır. Narkotik vasitədən mütəmadi olaraq istifadə etməmişdir. Tutulan zaman üzərində 1 büküm narkotik vasitə heroin olmuşdur. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, tutulmazadan təxminən 15-20 gün bundan əvvəlki dövrədək olan müddət ərzində 165 saylı marşrut avtobusunda sürücü işləmişdir. İşləməyinə baxmayaraq qazancının az olması, eyni zamanda marşrut sahibinə borcu olduğuna görə işdən çıxmışdır. Hazırda hər hansı bir işlə məşğul olmamışdır. 165 saylı marşrut xəttində sürücü işləyəndən əvvəl isə 24 saylı marşrut avtobusunda sürücü işləmişdir. 24 saylı marşrut avtobusunda sürücü işləmiş Şahid1la tanış olmuş, onunla aralarında ədavəti və düşmənçiliyi olmamış, əksinə yaxın tanışlıq münasibəti olmuşdur. 10 iyul 2021-ci il tarixdə, səhər saatlarında o, Maştağa qəsəbəsinə Albalı yaşayış massivinə getmiş və orada Sərdar ilə görüşmüş və ona onda külli miqdarda narkotik vasitə və psixotrop maddə metafetamin olduğunu bildirmiş, həmin narkotik vasitələri və psixotrop maddələrin satışını təşkil etmək lazım olduğunu təklif etmiş, ona narkotik və psixotrop maddələri hissə-hissə verəcəyini, sonra dediyi şəxslərə çatdıracağını, bunun müqabilində ona pul və qəbul etmək üçün narkotik vasitə, psixortop maddə verəcəyini bildirmişdir. Sərdarın təklifi ona sərf etdiyi üçün onunla razılaşmışdır. Bundan sonra Şahid1 ona 2 ədəd şəffaf rəngli sellofona bükülmüş, işərisində toz halında, qəhvəyi rəngli, spesifik iyə malik “kakos” adı ilə tanıdığı narkotik vasitə olan 2 ədəd büküm vermiş, həmin bükümlərdə olan narkotik vasitənin 1 ədədini ünvan 1 ünvanda yerləşən “Araz” marketin yaxınlığında Zamin adlı şəxslə görüşüb ona vermiş, 2-ci bükümü isə onun deyəcəyi şəxsə çatdırmalı olduğunu söyləmişdir. Saat 6:30 radələrində həmin verdə əvvəllər tanımadığı Zamin adlı şəxslə görüşüb 20 manat müqabilində 1 ədəd bükümü ona verdikdən bir xeyli müddət keçmiş ünvan 6 ünvanın yaxınlığında dayandığı zaman ona 2 nəfər mülki geyimdə olan şəxs yaxınlaşmış, özlərini təqdim edib Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlarla birlikdə Nərimanov RPİ-nə getməsini xahiş etmişlər. O da onlarla Nərimanov RPİ-nə gəlmişdir. Polis idarəsinə çatandan sonra ona narkotik maddə qəbul etməsində və özündə saxlamasında şübhələndiklərini bildirmişlər. Sonra o, polis idarəsinə gətirilmiş, orada ona hüquq və vəzifələri izah edilmiş, üzərinə vəkilinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, vəkilinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçiriməsinə etiraz etməmişdir. Ona görə də onun hüquqlarını müdafiə etmək üçün vəkil siyahısı təqdim edilmiş və o təqdim olunmuş siyahıdan Mirhikmət Bağırov adlı vəkilin özünün hüquqlarının müdafiəsi üçün seçmişdir. Vəkili Nərimanov RPİ-nə dəvət etmişlər. Vəkil gəldikdən sonra onun və Nərimanov RPİ-nə gətirmiş polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Axtarış aparılan zaman ona üzərində hər hansı bir qanunsuz əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif edilmişdir. O da bu gün, yəni 10 iyul 2021-ci il tarixdə Şahid1 ona verdiyi və əynindəki qara rəngli şalvarının sağ yan cibində saxladığı içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan 1 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Eyni zamanda həmin şalvarının sol yan cibində olan 1 ədəd "NOKİA" modelli mobil telefon cihazını və 1 ədəd C55187638 nömrəli 5 manatlıq, 1 ədəd A 22731222 nömrəli 5 manatlıq pul əskinaslarını da könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşına təqdim etdiyi, içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan şəffaf rəngli sellofona bükülmüş 1 ədəd bükülünü zərfə qoyub qablaşdırlaraq möhürlənmişdir. O, hüquqlarını müdafiə edən vəkil və iştirakçılar zərfi imzalamışlar. Eyni zamanda bu barədə protokol tərtib edilmiş və onlar protokolu da imzalamışlar. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını demiş, narkotik vasitə heroinin və psixotrop maddələrin Sərdarın kimdən əldə etməsini bilməmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 151-153 və 186-188). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini etiraf etmiş və işin hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 5 ay əvvəl psixotrop maddə olan metafetamin istifadə etmişdir. Eyni zamanda narkotik vasitə istifadəçisi olmuşdur. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Aldığı maddələrdən yalnız özü üçün istifadə etmişdir. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 24 saylı marşrut avtobusunda sürücü olmuşdur. Təqsirləndirilən şəxs də avtobus sürücüsü olduğundan onu tanımış, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Samirlə münasibəti yaxın olsa da, onunla heç vaxt narkotik vasitə alış-verişi etməmiş, Samirə heç vaxt narkotik vasitə verməmişdir. Tutulmazdan əvvəl “kakos” kimi tanıdığı heroini alıb daha sonra istifadə etmək üçün avtomobilində saxlamışdır. 10 iyul 2021-ci il tarixdə avtomobilində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və onlarla birlikdə Nərimanov RPİnə getmək lazım olduğunu bildirmişlər. Samiri birlikdə avtobus sürücüsü kimi işlədikləri vaxtdan tanımışdır. Elşən adlı şəxsi tanımır. Heç vaxt hansısa İran İslam Respublikasının vətəndaşı ilə əlaqəsi olmamışdır.Samir heç vaxt onun evinə gəlməmişdir. Samirə heç vaxt narkotik vasitə satmamışdır. Zamin adlı şəxsi tanımır. Polis əməkdaşları onu Bakı şəhəri, Heydər Əliyev prospekti, Şəfa stadionun yanında tutmuşlar. Samirə Zamin adlı şəxsə çatdırması üçün narkotik vasitə verməmişdir. Narkotik vasitəsədn mütəmadi olaraq istifadə etmişdir. Polis əməkdaşları onu şəxsi avtomobilində olan zaman tutmuşlar və avtomobilindən narkotik vasitə olan heroin aşkar etmişlər. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid1 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, o, tutulmazdan təxminən 5 ay əvvəl psixotrop maddə olan metafetamin istifadə etdiyini, lakin 1 ay olar ki, tanımadığı İran İslam Respublikasının vətəndaşından müxtəlif növ narkotik vasitələri və psixotrop maddələri onlayn olaraq alıb-satmasını bildirmişdir. Sonuncu dəfə 2 gün bundan əvvəl yəni 8 oktyabr 2021-ci il tarixdə 110 (yüz on) manat pul müqabilində İran İslam Respublikasının vətəndaşı "Elşən" adlı şəxsə içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan 8 (səkkiz) ədəd bükülü, içərisində psixotrop maddə metafetamin olan 1 ədəd büküm və içərisində tiryək olan 1 ədəd bükülü sifariş verib aldığını bildirmişdir. Belə ki, o, onun xatırlamadığı mobil telefonuna istifadəsində olan ***-***-**-** mobil telefonunun “WhatsApp” proqramı ilə zəngləşmiş, sonra o ona yuxarıda qeyd etdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri Nərimanov rayonu ərazisində yadında qalmayan bir yerdə qoyulduğunu bildirdikdən sonra o onları oradan götürüb üzərində saxlamışdır ki, gələcəkdə onların alveri ilə məşğul olsun. Həmin bükülünün 2 ədədini, hər birini 20 manat pul müqabilində tanımadığı şəxslərə satmışdır. Qalan içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan 6 ədəd bükülünü, içərisində psixotrop maddə metafetamin olan 1 ədəd bükülünü və içərisində tiryək olan 1 ədəd bükülünü isə əynindəki göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq özündə saxlamışdır ki, həm özü istifadə etsin, həm də müştəri olduğu zamanda satsın. 10 iyul 2021-ci il tarixdə, təxminən saat 14:25 radələrində ünvan 7 ünvanın yaxınlığında olduğu zaman ona mülki geyimdə olan 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib ondan adını və soyadını xəbər almışlar. O da adını və soyadını bildirdikdən sonra həmin şəxslər ona Nərimanov RPİ-nə getməsini xahiş etmişlər. O da həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. Polis idarəsində ona üzərində narkotik vasitə və ya psixotrop maddə olmasından şübhələndiklərinə görə axtarış və götürmə aparacaqlarını bildirmişlər. Ona görə də hüquqlarımı izah edib vəkil siyahısı təqdim etmişlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilsin. O da təqdim olunmuş siyahıdan X5 hüquqlarının müdafiəsi üçün seçmişdir. Polis əməkdaşı vəkil Fuad Quliyevi idarəyə dəvət etmişdir. Vəkil gəldikdən sonra onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona üzərimdə saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da 2 gün bundan əvvəl İran İslam Respublikasının vətəndaşından aldığı və əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı, içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan 4 ədəd bükülünü, içərisində psixotrop maddə metafetamin olan 1 ədəd bükülünü və içərisində tiryək olan 1 ədəd bükülünü könüllü təqdim etmişdir. Bundan əlavə əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən F 04478274 nömrəli 1 manatlıq, G 13530129 nömrəli 1 manatlıq, F 76578091 nömrəli 1 manatlıq. F 10320424 nömrəli 1 manatlıq, G 04306672 nömrəli 1 manatlıq, pul əskinaslarını, 1 ədəd "Samsung А 1Г’ modelli mobil telefon aparatını və 1 ədəd göy rəngli alışqanı çıxardıb könüllü təqdim etmişdir. Polis əməkdaşı könüllü təqdim etdiyi içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan 4 ədəd bükülünü, içərisində psixotrop maddə metafetamin olan 1 ədəd bükülünü və içərisində tiryək olan 1 ədəd bükülünü zərfə qoyaraq qablaşdırmış və möhürləyərək götürmüş, bu barədə protokol tərtib edib ucadan oxunmuşdur. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. O, əvvəllər narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İranlıdan almış olduğu 8 ədəd büküm heroindən 4 ədəd bükülünü isə tanımadığı şəxsə həmin günü satdığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ- nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olmadığını bildirmişdir. 9 iyul 2021-ci il tarixdə təxminən saat 22-30 radələrində bir müddət olar ki, tanıdığı Şahid2 onun mobil telefonuna zəng etmiş, ondan bir büküm 20 manat müqabilində “kakos” adlanan heroin verməsini xahiş etmişdir. O da ona həmin narkotik vasitəni Samir vasitəsi ilə göndərəcəyini, pulu da ona verməsini bildirmişdir. Sonra o, Samirlə əlaqə saxlamış və onu evinə çağırmış, onunla səhər saatlarında görüşmüş və ona narkotik vasitə verəcəyini və onları dediyi şəxslərə satacağını, əldə olunacaq gəlirdən ona pul verəcəyini bildirib razılaşdıqdan sonra ona 2 büküm narkotik vasitə vermiş, bükümlərdən birini Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən “Araz” marketin qarşısında Şahid2 adlı şəxsə çatdırmasını və ondan 20 manat pul almasını ona çatdırmasını demişdir. Digər bükümü isə sonradan kimsə sifariş verəcəyi halda ona çatdıracağını bildirmişdir. Samir narkotik vasitəni götürüb getmiş və sonra narkotiki Zaminə çatdırmış və 20 manat pulu aldığını bildirmişdir. Həmin gün tutulduqdan sonra ona Nərimanov rayon polis idarəsində Şahid2 və Təqsirləndirilən şəxs polislər tərəfindən tutulmaları, onların üzərindən onun Samirə satmaq üçün verdiyi 1 büküm və Zaminə satılmış digər büküm aşkar edilərək götürüldüyü məlum olmuşdur. O törətdiyi əməldən tam peşman olduğunu və bir daha belə əməllərlə məşğul olmayacağını bildirmişdir (cild 1, iş vərəqə 155-157 və 201-203). Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 2007-ci ildən “kakos” adı ilə tanıdığı narkotik vasitə olan heroin istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif adamlardan pul qarşılığında almışdır. 10 iyul 2021ci il tarixdə təxminən saat 7 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində yerləşən “Zəfəran” aptekin yaxınlığında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb polis əməkdaşları olduqlarını və onlarla Nərimanov RPİ-nə getməli olduğunu bildirmişlər. Bundan sonra idarəyə getmək üçün polis avtomobilinə əyləşdikdə orada adını sonradan bildiyi Samir adlı şəxsi görmüşdür. Samiri ilk dəfə görmüş, onu əvvəllər tanımamışdır. Nərimanov RPİ-nə çatdıqda isə Samirin və onun üzərinə eyni vaxta baxış keçirilmişdir. Həmin vaxt üzərindən heçnə aşkarlanmamışdır. Şahid1 tanımır. Narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən almışdır. Təqsirləndirilən şəxs ona narkotik vasitə verməmişdir. Təqsirləndirilən şəxs ilk dəfə polislərin avtomobilində olan zaman görmüşdür. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Şahid2 məhkəmədə elan olunmuş ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 2007-ci ildən kakos adı ilə tanıdığı narkotik xasilə olan heroin istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri müxtəlif adamlardan pul qarşılığında alaraq istifadə etmişdir. Sonuncu dəfə aldığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş 1 bükümdən ibarət olan narkotik vasitəni isə 9 iyul 2021-ci il tarixdə, təxminən saat 22:30 radələrində ləqəbi “Malış”, həqiqi adı Sərdar olan şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib 20 manat pul müqabilində ona 1 büküm kakos adı ilə tanıdığı narkotik vasitə satmasını xahiş etmişdir. O da tanışı ilə ona 1 büküm narkotik vasitə “kakos” göndərəcəyini bildirmişdir. 10 iyul 2021-ci il tarixdə, təxminən saat 7 radələrində Sərdarın onun üçün “kakos” göndərdiyi Samir adlı şəxslə ünvan 8 ünvanda yerləşən “Araz” marketin yaxınlığında görüşüb 20 manat pul müqabilində ondan içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olan 1 bir ədəd şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükülünü götürüb əynindəki göy rəngli idman şalvarının sağ yan cibinə qoymuş, ehtiyacı olduğu zaman istifadə edəcəyini bildirmişdir. O, narkotik vasitəni Samirdən götürəndən sonra piyada yaşadığı evə gedərkən Şahin Mustafayev küçəsi 27 saylı ünvanın yaxınlığında ona mülki geyimdə olan 2 nəfər yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin polis əməkdaşları olduqlarını bildirərək, adını, soyadını, hara getdiyini xəbər almışlar. O da üzərində narkotik vasitə heroin olmasından narahat olduğu üçün onlardan uzaqlaşmağa çalışmış, lakin həmin şəxslər ondan bir daha adını, soyadını xəbər alıb onlarla Nərimanov RPİ-nə getməsini bildirmişlər. O da həmin şəxslərlə Nərimanov RPİ-nə getmişdir. İdarədə digər polis əməkdaşı ona üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlarını bildirmişlər. Ona görə də hüquqlarını izah edib vəkil siyahısı təqdim etmişlər ki, istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçə bilsin. O da təqdim olunmuş siyahıdan hüquqlarının müdafiəsi üçün İlham Məmmədov adlı vəkili seçmişdir. Polis əməkdaşı vəkil İlham Məmmədovu polis idarəsinə dəvət etmiş, İlham Məmmədov gəldikdən sonra onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da 20 manat pul müqabilində Sərdar adlı şəxsdən aldığı 1 ədəd şəffaf rəngli sellofana bükülmüş "kakos'’ adı ilə tanıdığı narkotik vasitəni könüllü təqdim etmişdir. Bundan əlavə həmin şalvarının sol yan cibində olan 2 ədəd bir manatlıq pullarını da könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 1 ədəd bükülünü zərfə qoyaraq qablaşdırılmış və möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilmişdir. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Bundan sonra 2 manat pulunu özünə qaytarmışlar. O, ilk dəfə idi ki, Təqsirləndirilən şəxs vasitəsi ilə Şahid1 narkotik vasitə heroin aldığını bildirmişdir. O heç bir vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nə gətirilərkən, eyni zamanda polis idarəsində olduğu müddətdə ona qarşı hər hansı bir qanunsuz hərəkətlər, eyni zamanda fiziki və ya psixoloji hərəkətlər olunmadığını bildirmişdir. Bundan başqa o, müxtəlif vaxtlarda narkotik vasitə istifadə etdiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu, təyin olunmuş cəzadan azad olunduqdan sonra narkotik vasitə olan heroini inyeksiya yolu ilə damarına vuraraq istifadə etməyə başladığını bildirmişdir. Belə ki, 22.09.2021-ci il tarixdə saat təxminən 17:40 radələrində ünvan 9 ünvanının qarşısında dayandığını, bu zaman 2 nəfər mülki geyimdə polis işçiləri ona yaxınlaşaraq onu Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin gətirdiklərini, orada xidməti otaqda videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməsi bildirilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddə varsa onu könüllü təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindəki 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümünə qoyulmuş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O həmin şalvarının sol yan cibindən aşkar olunan heroinin ona məxsus olduğunu, sonra həmin narkotik vasitə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırıldığını və möhürlə möhürləndiyini, bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalarla təsdiq olunduğunu bildirmişdir. Narkotik vasitə aldığı həmin şəxs orta bədən quruluşlu, təxminən 30-35 yaşlarında olmuşdur. Heç kimə narkotik vasitə vermədiyini, yalnız özü istifadə etmək üçün aldığını bildirmişdir. Narkotik vasitə heroini inyeksiya yolu ilə damarına vuraraq qəbul etdiyini bildirmişdir, O heç bir xəstəlikdən əziyyət çəkmədiyini və heç bir dispanserdə qeydiyyatda olmadığını bildirmişdir. O, polis əməkdaşları tərəfindən Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə gətirilən zaman və üzərində şəxsi axtarış keçirilən zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi yaxud digər bir üsulla təsir göstərən olmadığını, əməlimdən peşman olmasını bildirmişdir (cild 1, iş vərəqə 147-149 və 170-172). Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi ifadələrini mötəbər hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nərimanov RPİ-nin NMB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 10 iyul 2021ci il tarixdə Nərimanov RPİ-nin 17-ci PB-nin CA-üzrə kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə Nərimanov rayonu Şahin Mustafayev küçəsində xidməti ərazidə gəzintidə olarkən saat 7 radələrində həmin küçədə 27 saylı binanın yaxınlığında əvvəllər tanımadıqları, sonradan şəxsiyyəti məlum olan, Şahid2 hərəkətləri və davranışı onlarda müəyyən şübhələr yaratdığından ona yaxınlaşdıqlarını və özlərini ona polis əməkdaşı kimi təqdim etdiklərini və sonra Şahid2 özünü təqdim etməsini bildirmələrini demişdir. Şahid2 verilən suallara qeyri-müəyyən cavab verməklə yanaşı və hərəkətləri onlarda şübhə yaratmış və Zamin oradan uzaqlaşmağa cəhd göstərmişdir. Bundan sonra onu saxlayıb Nərimanov RPİ-nə gətirdiklərini və polis idarəsində həmin şəxsin 3 noyabr 1977-ci il təvəllüdlü olması, ünvan 10 ünvanında yaşayan Şahid2 olduğu müəyyən edilmişdir. Bundan sonra onun istifadəsində güclü təsiredici və narkotik vasitələrin olması ehtimalının yoxlanılmasım araşdırılması məqsədi ilə tərəfindən idarənin rəhbərliyinə raportla məruzə edilmişdir. Həmin raportun araşdırılması idarənin baş təhqiqatçısı polis mayoru Rafiq Ağəliyevə həvalə olunmuşdur. Bundan sonra təhqiqatçı Rafiq Ağəliyev tərəfindən Şahid2 şübhəli şəxs qismində saxlanılmış və ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Onun hüquqlarının müdafiə olunması üçün müdafiəçi təyin edilmişdir. Onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və qərarla tanış olunmuşdur. Qeyd olunanlardan sonra təhqiqatçı tərəfindən Şahid2 üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa onları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Şahid2 əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş 1 ədəd bükülünü könüllü olaraq çıxarıb həmin bükülünün içərisində "kakos" adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükülü açılaraq içərisinə baxıldıqda onun içərisində qəhvəyi rəngli tozşəkilli maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Şahid2 təqdim etdiyi bükülünün içərisində olan “kakos" adı ilə tanıdığı narkotik vasitə heroinin 10 iyul 2021-ci il tarixdə ünvan 11 ünvanda yerləşən “Araz" marketin yaxınlığında 10 gün bundan əvvəl tanış olduğu "Malış" ləqəbli, əsl adı Sərdar olan şəxsin Samir adlı şəxslə göndərdiyi şəxsdən 20 manat pul müqabilində alaraq əynindəki göy rəngli idman şalvarının sağ yan cibinə qoyub özündə saxladığını, ehtiyacı olanda istifadə etmək üçün əldə etdiyini bildirmişdir. Qeyd olunanlardan sonra onun üzərində axtarış davam etdirilmiş və əynindəki göy rəngli idman şalvarın sol yan cibindən 1 ədəd bir manatlıq pul əskinazı aşkar edilmiş və həmin pul heç bir sübut əhəmiyyət kəsb etmədiyindən onun özünə qaytarılmışdır. Təqdim etdiyi həmin büküm onun, müdafiəçisinin və onların iştirakı ilə qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Qeyd olunanlardan əlavə onun üzərindən başqa heç nə aşkar edilməməmişdir. Videoçəkilişlə baglı görüntülər video-diskə köçürülmüşdür. Təhqiqatçı tərəfindən bu barədə tərtib edilmiş protokol ucadan oxunmuş, onlar Şahid2 və onun müdafiəçisi tərəfindən imzalanmışdır, tərəfindən Şahid2 saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxt ona qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Bundan sonra xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Kanalüstü küçəsində fərdi yaşayış yerində yaşayan Təqsirləndirilən şəxs qanunsuz narkotik vasitə saxlamaqda, daşımaqda, istifadə etməkdə və satmaqda şübhəli olması barədə məlumatın yoxlanılması ilə bağlı idarənin rəhbərliyinə məruzə edilmiş və sonra müvafiq əməliyyat axtarış tədbirlərin keçirilməsinə dair qərar və əməliyyat qrupunun yaradılması haqqında əmr tərtib edilmişdir. Bundan sonra o və Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA-üzrə kiçik əməliyyat inspektoru, polis serjantı Şahid3, NMB-nin rəis vəzifəsini icra edən Şirin Əzimov, idarənin rəis müavini Farid Vəliyev və baş təhqiqatçı Rafiq Ağıliyevin iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyul 2021-ci il tarixdə saat 11-10 radələrində ünvan 12 ünvanın yaxınlığında piyada hərəkət edən Təqsirləndirilən şəxs müəyyən edilərək Nərimanov RPİnə gətirilmişdir. Onunla bağlı zəruri olan araşdırma aparılması üçün idarənin rəhbərliyinə raportla məruzə olunmuş və araşdırılma təhqiqat şöbəsinin baş təhqiqatçısı Rafiq Ağəliyevə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən o, şübhəli şəxs qismində saxlanılmış, hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi təyin olunmuş və qanunda nəzərdə tutulmuş hüquq vəzifələri izah edildikdən sonra ona üzərinə videoçəkilişlə axtarış keçiriləcəyi bildirilmişdir. O, videoçəkilişlə üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş və bundan sonra onların, müdafiəçinin iştirakı ilə şəxsi axtarışa başlanılmışdır. Şəxsi axtarış və götürmə başlanmazdan əvvəl Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən onun üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa onları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli parça materialdan tikilmiş şalvarın sağ yan cibindən 5 manatlıq pul əskinazı və 1 ədəd "Nokia” markalı mobil telefon cihazını çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın bel nahiyəsinə bərkidilmiş kəmərin arxa sağ cibindən, şəffaf rəngli, sellofana bükülmüş 1 ədəd büküm çıxararaq təqdim etmişdir. Həmin bükümə baxıldıqda onun içərisində toz halında qəhvəyi rəngli, spesifik iyə malik maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində olan "kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni ona iş yoldaşı və tanışı Sərdar adlı şəxs tərəfindən verildiyini, onun deyəcəyi şəxsə çatdırıb əvəzində 20 manat pul alıb Sərdara verməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdən əvvəl eyni həcmdə olan daha 1 büküm heroini ünvan 13 ünvanda yerləşən "Araz" marketin yaxınlığında Zamin adlı şəxsə verdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş 10 manat pul onun özünə qaytarılmış və aşkar edilmiş 1 bükümdə maddə qablaşdırılaraq götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol oxunulduqdan sonra hamı tərəfindən imzalanmışdır. Tərəfindən Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxt ona qarşı hər hansı bir zor və təziq edilməmişdir. Qeyd olunanlardan sonra 7.07.1989-cu ildə Bakı şəhərində anadan olmuş, ünvan 14 ünvanda qeydiyyatda olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalı massivində fərdi yaşayış evində yaşayan Şahid1 qanunsuz olaraq narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satmaqda şübhəli olması ilə bağlı müvafiq tədbirlərin görülməsi ilə bağlı əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və əməliyyat qrupunun yaradılmasına dair müvafiq əmr hazırlanmışdır. Bundan sonra həmin qrupa o, NMB-nin rəis vəzifəsini müvəqqəti icra edən X7, idarə rəisinin müavini Fərid Vəliyev, kiçik inspektor Şahid3 və baş təhqiqatçı Rafiq Ağəliyev daxil edilmişlər. Tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyul 2021-ci il tarixdə saat 14:25 radələrində ünvan 16 ünvanın yaxınlığında piyada hərəkət edən Şahid1 saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş və onunla bağlı zəruri araşdırma aparılması ilə bağlı raportla idarənin rəhbərliyinə məruzə olunmuşdur. Araşdırmanın aparılması təhqiqat şöbəsinin təhqiqatçısı Rafiq Ağəliyevə həvalə edilmişdir. Bundan sonra Şahid1 şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiə olunmasından ötrü müdafiəçi təyin edilmiş və ona hüquq, vəzifələri izah olunmuşdur. Bundan sonra onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, qərarla tanış edilmiş və o buna etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən onun üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa onları könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Sərdar əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli kristallik hissəciklərdən ibarət olan bir büküm, şəffaf rəngli sellofana bükülmüş hər birinin içərisində toz halında qəhvəyi rəngli spesifik qoxuya malik maddə olan 4 ədəd büküm və şəffaf rəngli sellofana bükülmüş içərisində qara rəngli bərk maddə olan 1 ədəd bükümü təqdim edərək, təqdim etdiyi 1 ədəd bükümün içərisində psixotrop maddə metafetamin, 1 büküm içərisində narkotik vasitə tiryək və 4 ədəd bükümün içərisində olanlar isə “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra onun üzərindən 5 manat məbləğində 1 manatlıq pul əskinazları, “X12” mobil telefon aparatı və 1 ədəd göy rəngli alışqan aşkar edilmişdir. Şəxsi axtarış zamanı qeyd olunanlardan başqa heç nə aşkarlanmamış və götürülməmişdir. Pul və alışqan onun özünə qaytarılmış, digər əşyalar isə qablaşdırılaraq götürülmüş və bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol oxunulduqdan sonra hamı tərəfindən imzalanmışdır. Tərəfindən Şahid1 saxlanılarkən və onun iştirakı ilə şəxsi axtarış keçirilən vaxtı ona qarşı hər hansı bir zor və təzyiq edilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid4 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 238-242). Cinayət işinin materiallarında olan “üzləşdirmə” protokolundan görünür ki, Şahid1 10 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs vasitəsi ilə Şahid2 20 manat pul müqabilində 1 bükümdə 0,765 qram çəkidə narkotik vasitə heroin satması ilə bağlı Şahid2 Şahid1 onun üzünə qarşı dediklərini bir daha təsdiq etmişdir (cild 2, iş vərəqə 150-152). Cinayət işinin materiallarında olan “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 10 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin TŞnin baş təhqiqatçısı X8 tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə başlamazdan əvvəl 10.07.2021-ci il tarixdə saat 11:10 radələrində ünvan 6 ünvanın yaxınlığında Nərimanov RPİ-i NMB-nin və 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunduğu, bu təklifdən sonra Təqsirləndirilən şəxs, əynində olan tünd göy rəngli parça materialından tikilmiş şalvarının sağ yan cibindən 1 ədəd A2273122 nömrəli 5 manatlıq, 1 ədəd C55 187638 nömrəli 5 manatlıq pul əskinazını və 1 ədəd “Nokia” markalı mobil telefon cihazını çıxarıb təqdim etdiyi, Təqsirləndirilən şəxs əynində olan həmin tünd göy rəngli şalvarının bel nahiyəsinə bərkitdiyi kəmərin arxa sağ cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümü çıxardıb təqdim etdiyi, həmin bükümə baxdıqda içərisində toz halında, qəhvəyi rəngli, spesifik iyə malik maddə olduğu aşkar edildiyi qeyd olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində olan "kakos” adı ilə tanıdığı narkotik vasitənin heroin olduğunu, həmin narkotik vasitəni ona iş yoldaşı və tanışı Sərdar adlı şəxs verdiyini, onun dediyi şəxsə çatdırıb əvəzində 20 manat pul alıb Sərdara verməli olduğunu, eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükülüdən əvvəl eyni həcmdə olan daha bir bükülünü ünvan 18 ünvanda yerləşən “Araz” marketin yaxınlığında Zamin adlı şəxsə verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 1 ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək qablaşdırıldığı və DİN-nin “44” nömrəli möhürü ilə möhürləndiyi qeyd olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Nokia” markalı mobil telefon cihazı iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən tərəfindən götürülmüş 10 manat nağd pul vəsaiti isə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (cild 1, iş vərəqə 71-72). Cinayət işinin materiallarında olan “videodiskə baxış keçirilməsi haqqında” 30 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunduğu, bu təklifdən sonra Təqsirləndirilən şəxs, əynindəki tünd göy rəngli parça materialından tikilmiş şalvarının sağ yan cibindən 1 ədəd A2273122 nömrəli 5 manatlıq, 1 ədəd C55187638 nömrəli 5 manatlıq pul əskinazını və 1 ədəd “Nokia” markalı mobil telefon cihazını çıxarıb təqdim etdiyi, həmin tünd göy rəngli şalvarının bel nahiyəsinə bərkitdiyi kəmərin arxa sağ cibindən, şəffaf sellofana bükülmüş 1 ədəd bükümü çıxarıb təqdim etdiyi, həmin bükümə baxdıqda, içərisində toz halında, qəhvəyi rəngli, spesifik iyə malik maddə olduğu aşkar edildiyi aydın görünmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümün içərisində olan “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni ona iş yoldaşı və tanışı Sərdar adlı şəxsin verdiyini, onun dediyi şəxsə çatdırıb əvəzində 20 manat pul alıb Sərdara verməli olduğunu, eyni zamanda Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükülüdən əvvəl eyni həcmdə olan daha bir bükülünü ünvan 1 ünvanda yerləşən “Araz” marketin yaxınlığında Zamin adlı şəxsə verdiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir əşya və ya maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 1 ədəd büküm iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülərək qablaşdırıldığı və DİN-nin “44” nömrəli möhürü ilə möhürləndiyi görünmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Nokia” markalı mobil telefon cihazı götürülmüş. 10 manat nağd pul vəsaiti isə cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarıldığı görünmüşdür (cild 3, iş vərəqə 16-17). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2021-ci il tarixli 6/2775 saylı məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N”44“ dairəvi möhür əksi olan “Şübhəli şəxs Məmədov S2” sözləri və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,414 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Digər 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,362 qram, 0,328 qram, 0,341 qram, 0,189 qram ümumi təmiz çəkisi 1,220 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 3,036 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrimin siyahısına (Siyahı 1) daxildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir (Qeyd: heroinin təmiz çəkisi 1,220 qram, tədqiqata sərf olundu 0,16 qram, qalıq 1,060 qram, metafetaminin təmiz çəkisi 0,414 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,364 qram, tiryəkin təmiz çəkisi 3,036 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 2,986 qram cild 1, iş vərəqə 124- 129). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 iyul 2021-ci il tarixli. 6/2774 saylı məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N44” dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfin içərisində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,738 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin təmiz çəkisi 0,738 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,688 qram cild 1, iş vərəqə 130-133). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 oktyabr 2021-ci il tarixl, 6/4325 saylı məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki. tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Şahid2 ...” sözləri olan 2 N- Li zərfdəki 1 ədəd bükümdə ümumi təmiz çəkisi 0,715 qram, üzərində ..Şübhəli şəxs Təqsirləndirilən şəxs ... sözləri olan 3 N-İİ zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0.688 qram, üzərində "...Şübhəli şəxs Şahid1 ..." sözləri olan 4 N-li zərfdəki 4 ədəd bükümdə ümumi təmiz çəkisi 1.060 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidir (Qeyd: 1 nömrəli zərfdəki heroinin təmiz çəkisi 0,231 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,181 qram, 2 nömrəli zərfdəki heroinin təmiz çəkisi 0,715 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,665 qram, 3 nömrəli zərfdəki heroinin təmiz çəkisi 0,688 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,638 qram, 4 nömrəli zərfdəki heroinin təmiz çəkisi 1,060 qram, tədqiqata sərf olundu 0,08 qram, qalıq 0,980 qram cild 1, iş vərəqə 182-187). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 22 yanvar 2022-ci il tarixli 162 saylı məhkəmə-psixiatrik ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəlilliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur (cild 3, iş vərəqə 39-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 22 yanvar 2022-ci il tarixli 295 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 3, iş vərəqə 36-37). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, hazırkı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işi ayrılıb istintaqı davam etdirilərək icraata qəbul edilmişdir (cild 3, iş vərəqə 46-53). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 0,738 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 3, iş vərəqə 58-75). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 250-251). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 79- 80). Cinayət işinin materiallarından görünür ki, Nərimanov RPİ-nin 12 iyul 2021-ci il tarixli qərarı ilə Quliyev X4 RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 189-191). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 dekabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 10-15). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət hökmlə təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 29 dekabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,688 qram olan narkotik vasitə heroin məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 iyul 2021-ci il tarixdən 12 iyul 2021-ci il tarixə kimi həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin edilmiş cəzadan çıxılaraq ona qəti olaraq 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,688 qram olan narkotik vasitə heroin məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürməni özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-720/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-720/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver