Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-720/2023 06.04.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri, 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxx 1971-ci il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, korpus 10 ünvanında yaşamış, 04 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, 3-cü dərəcəli əlil, işləməyən, Kürdəmir rayonu, Köhünlü kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yeni yaşayış kompleksində kirayədə yaşayan, 04 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Binəqədi rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 31 dekabr 2022-ci il tarixli qərarına əsasən həbsdə saxlanılma müddətinin uzadılmasından imtina edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında, internet vasitəsi ilə tanış olduqu Afər adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 03 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində əvvəlcədən aralarında olan razılaşmaya əsasən ünvan 3 ünvanında yerləşən “X13”in arxasındakı məzarlığın içində torpaq sahədə sonuncu tərəfindən gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq 2062,863 qram külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana və üzərində “Methadone 40” yazılan 14 ədəd konvalyutda olan ümumi sayı 139 ədəd olmaqla 5,56 qram külli miqdarda narkotik vasitə metadonu əldə edib üzərində və avtomobilində saxlamaqla daşımış, 04 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1 -ci mədən, 8-ci korpus ünvanında yerləşən “Lallar Fabriki”nin qarşısında həmin narkotik vasitə metadonun 2 ədəd konvalyutda olan 20 ədəd olmaqla 0,8 qramını və qurudulmuş marixuananın 12,863 qramını tanışı Təqsirləndirilən şəxs2 satmış, həmin tarixdə saat 19:30-da Binəqədi rayon Polis idarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat- axtarış tədbirləri nəticəsində “Lallar Fabriki”nin qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq, ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 21:10-da üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində “Methadone 40” yazılan 1 ədəd konvalyutda olan ümumi sayı 10 ədəd olmaqla 0,4 qram qəhvəyi rəngli dairəvi formalı həblər təsiredici sintetik narkotik vasitə metadon və 1 ədəd qara rəngli selofan bağlamada təmiz çəkisi 14,900 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin gün saat 21:55-də idarə etdiyi **-UO-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilə baxış zamanı yük yerindən gümüşü rəngli aliminum bidonun içində şəffaf selofanın içərisindən üzərində “Methadone 40” yazılan 11 ədəd konvalyutda ümumi sayı 109 ədəd olmaqla 4,36 qram qəhvəyi rəngli dairəvi formalı həblər - təsiredici sintetik narkotik vasitə metadon və 2 ədəd qara rəngli polietilen bağlamada qarışıq rəngli selofanın içindən 1 ədəd qara rəngli polietilen bağlamada, ümumilikdə 3 ədəd qara rəngli selofan bağlamada hər birinin ayrıayrılıqda təmiz çəkiləri 1180,0 qram, 591,8 qram və 263,3 qram olmaqla, ümumi çəkisi 2035,10 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi, təmiz çəkisi 12,863 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methadone 40” yazılan 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla ümumi miqdarı 0,8 qram qəhvəyi rəngli dairəvi formalı həblər - təsiredici sintetik narkotik vasitə metadon isə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 04 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 8-ci korpus ünvanında yerləşən “Lallar Fabriki”nin qarşısında tanışı Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq 0,8 qram narkotik vasitə metadonu və şəxsi istehlak miqdarından artıq miqdarda 12,863 qram qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, 04 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Binəqədi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində «Lallar Fabriki»nin qarşısında saxlanılaraq ünvan 5 ünvanında yerləşən Binəqədi RPİ-nin inzibati binasına gətirilmiş və həmin gün saat 21:20-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki açıq qəhvəyi rəngli şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli selofan kəsiyi bağlamasında təmiz çəkisi 12,863 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methadone 40” yazılan 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla ümumi miqdarı 0,8 qram qəhvəyi rəngli dairəvi formalı həblər - sintetik narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, həmin ifadəsini məhkəmədə verilmiş ifadə kimi qəbul edilməsini xahiş etdi. Proses iştirakçılarının suallarını cavablandıran Təqsirləndirilən şəxs1 narkotik vasitənin çox hissəsinin maşından aşkar olunduğunu, narkotik vasitəni telefonla əlaqə saxladıdan sonra aldığını, narkotik vasitələri götürüb deyilən yerə aparıb qoymalı olduğunu, narkotik vasitənin yerini dəyişmək üçün ona 400-500 manat pul verilməli olduğunu, ibtidai istintaq zamanı ona qarşı heç bir təzyiq olunmadığını məhkəməyə bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsi tədqiq olundu. Həmin ifadəsində təqsirləndirilən şəxs göstərmişdir ki, idarə etdiyi 10 -UO-492 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, həmin avtomobili xx.xx.2019-cu il tarixdə 4500 manata almış, avtomobili alanda sənədləri üzərində olmadığı üçün dostu Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirmiş, ondan sürmək üçün etibarnamə alaraq idarə etmişdir. Təqsirləndirilən şəxs2 4-5 il olar ki, tanımışdır. Uzun müddətdir ki, narkotik vasitədən istifadə edir, həmin narkotik vasitəni əvvəllər üzlə tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslərdən alaraq istifadə etmişdir. Təqribən 2022-ci ilin iyun ayında instaqram sosial şəbəkəsində İran İslam Respublikasının vətəndaşı olan Afər adlı şəxslə tanış olmuş, sosial şəbəkədən Afərin mobil nömrəsini əldə etmiş, onunla votsap vasitəsi ilə danışdıqda Afər narkotik vasitə satışı ilə məşğul olmasını bildirmişdir. Həmin vaxtdan başlayaraq öz istifadəsi üçün Afərdən narkotik vasitə almağa başlamış, Afərin xatırlamadığı hesab nömrəsinə 50-60 manat pul köçürməsi etmiş, Afər də bunun qarşılığında narkotik vasitə vermişdir. Afərin üzünü görməmiş, Afər zəng edərək narkotik vasitənin qoyulduğu yeri demiş, gedib həmin narkotik vasitəni həmin ünvandan yerdən götürərək istifadə etmişdir. 2022-ci ilin avqust ayının əvvələrində Afər narkotik vasitələrin Bakı şəhəri ərazisində müxtəlif yerlərə çatdırmağı və bunun qarşılığında pul verəcəyini təklif etmiş, Afərin bu təklifi ilə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən Afər zəng edərək narkotik vasitənin qoyulduğu yeri işarə verəcək və həmin narkotik vasitəni həmin yerdən götürərək onun dediyi yerlərə qoyacaqmış, həmin yerdən də pulunu götürəcəkmiş. Hər bir çatdırılmada 500 manat pul çatacaqmış. 2022-ci ilin avqust ayından başlayaraq bu günə kimi Afərin sifarişi ilə ona məxsus narkotik vasitəni dediyi ünvanlardan götürərək qeyd etdiyi ünvanlara qoymuş, özünə çatan pulu da narkotikin qoyulduğu yerdən götürmüşdür. 2022-ci ilin avqust ayının əvvəllərindən tutulduğu günə kimi 3-4 dəfə Afərin bu kimi sifarişini yerinə yetirmiş, bu işdən ümumilikdə 2000 manat pul əldə etmişdir. Sonuncu dəfə isə Afərin göstərişi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində idarə etdiyi **-UO-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobillə ünvan 3 ünvanda yerləşən “X13”in arxasındakı məzarlığa getmiş, orada torpaq sahədə bir ədəd qarışıq rəngdə selofan paketi götürmüş, həmin paketin içərisində 5 ədəd qara selofanlarda qurudulmuş marixuana, 14 list olmaqla 139 ədəd metadon olmuş, 13 ədəd listin hər bir listində 10 ədəd, bir listdə isə 9 ədəd metadon olmuşdur. Həmin marixuananı və metadonları götürüb idarə etdiyi avtomobilə qoyaraq Bakı şəhərinə qayıtmış, həmin narkoti vasitəni avtomobilində saxlamışdır. xx.xx.2022-ci il tarixdə 15 radələrində Afər zəng edərək marixuananın bir bükümünü və metadonun 10 ədədini onun deyəcəyi yerə qoymağı bildirmiş, bunun üçün də marixuananın bir bükümünü və metadonun 10 ədəd listini ayırıb cibində saxlamış, Afərin zəngini gözləmişdir. xx.xx.2022-ci il tarixdə 18:30 radələrində dostu Vasif zəng edərək icarəyə avtomobil axtardığını və onunla görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs2 da narkok vasitə istifadəçisi olmuşdur. Vasiflə görüşə razılıq vermiş, həmin günü saat 19:00-da Vasiflə “Lallar Fabriki”nin qarşısında görüşmüşdür. Vasiflə söhbət zamanı sonuncu icarəyə avtomobil götürmək üçün ona köməklik etməyini istəmiş, həmin vaxt bir neçə tanışına zəng edərək bu barədə soruşmuş, lakin hələlik bir söz deyən olmamışdır. Həmin vaxt avtomobilində saxladığı metadonlardan 2 listini və marixuanadan bir büküm ayıraraq istifadəsi üçün Vasifə vermiş, bunun qarşılığında Vasifdən heç bir məbləğdə pul almamış, onları Vasifə pay kimi vermişdir. Vasif bunları haradan əldə etdiyini soruşduqda, Sumqayıtdan tanışından pay aldığını demiş, söhbətləri qurtardıqdan sonra təqribən saat 19:30 radələrində Vasifə işinin olduğunu deyib getməli olduğunu bildirmişdir. Vasiflə sağollaşıb avtomobilinə əyləşmiş, Vasif isə ondan aralanıb yoluna davam etmişdir. Avtomobilini işə salaraq hərəkətə başlamaq istədikdə maşının şüşəsini kiminsə döyməsini görmüş, yerə düşməsini bildirmiş, maşını söndürərək maşından aşağı düşmüşdür. Həmin şəxs Binəqədi RPİ-nin əməkdaşı olduğunu bildirmiş, həmçinin eyni zamanda həmin mülki geyimdə olan şəxslərdən biri də Vasifi ondan 20-30 metr aralı məsafədə saxlayaraq onun yanıma gətirmişdir. Həmin şəxslər onlara üzərlərində narkotik vasitə olması şübhəsi olduğunu bildirilərək Binəqədi RPİ-nin inzibati binasına aparmış, orada vəkil dəvət olunmuş, müdafiəçinin iştirakı ilə hüquq və vəzifələri izah olunmaqla şübhəli şəxs qismində tutulmuş, daha sonra üzərinə şəxsi axtarış keçirmişdir. Bu zaman o, əyinində olan şalvarın cibində saxladığı 10 list metadonu və bir büküm marixuananı, həmçinin sol yan cibindən “Samsung” markalı mobil telefonu və avtomobilin açarını çıxarıb masanın üzərinə qoymuş, həmin metadon və marixuana zərflərə qoyularaq möhürlənməklə protokol tərtib edilmiş, özü də daxil olmaqla imzalarla imzalanmışdır. Bundan sonra avtomobilində də marixuana və metadon olduğunu etiraf edərək, müdafiəçinin iştirakı olmadan avtomobilinə baxış keçirilməsinə etiraz etməmiş, avtomobilə baxış keçirilərkən avtomobilin salonunda saxlanc yerindən bir ədəd “LeoBank” a məxsus kartı, yük yerinə yerləşdirdiyi gümüşü rəngli aliminum bidonun içində saxladığı şəffaf selofanın içindən 11 ədəd list olmaqla ümumi sayı 109 ədəd metadon, 2 ədəd qara rəngli selofan bağlamada və qarışıq rəngli selofan paketdə 1 ədəd qara rəngli selofan bağlamada qurudulmuş marixuana, 2 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin metadon və marixuana, həmçinin elektron tərəzilər zərflərə qoyularaq möhürlənməklə protokol tərtib edilmiş, özü də daxil olmaqla imzalarla imzalanmışdır (cild 2, iş vərəqi 141-145). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və proses iştirakçılarının suallarına cavab olaraq bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və həmin ifadəsinin məhkəmədə verdiyi ifadə kimi qəbul edilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 onun dostudur. Polis işçiləri tərəfindən saxlanılarkən onun üzərində marixuana və metadon olmuşdur. Narkotik vasitələrdən uzun müddətdir ki, istifadə edir. Yalçından aldığı narkotikə görə pul verməmiş, həmin narkotiki Yalçın ona hədiyyə kimi vermişdir. Onlar «Lallar fabriki»nin arxasında tutulmuşlar. Yalçınla bir neçə dəfə birlikdə narkotikdən istifadə etmişdir. Yalçının narkotik vasitəni haradan aldığını bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olundu. Təqsirləndirilən şəxs2 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə Yalçın avtomobil almaq istəməsini bildirmiş, lakin sənədləri qaydasında olmadığını deyərək avtomobili onun adına rəsimləşdirəcəyini xahiş etmiş, buna razılıq vermişdir. Yalçın Badamdarda yerləşən maşın bazarından 4500 manata aldığı **-UO-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili onun adma rəsimləşdirmiş, ondan özünə etibarnamə almışdır. Özü uzun müddətdir ki, narkotik vasitədən istifadə etmiş, həmin narkotik vasitəni əvvəllər üzlə tanıdığı, lakin anket məlumatlarım bilmədiyi şəxslərdən almışdır. Yalçın da narkok vasitə istifadəçisi olmuş, işsiz olduğundan icarəyə avtomobil axtarmışdır. Yalçın taksi kimi işlədiyi üçün əhatəsində maşın icarəyə verən olmasını düşünüb xx.xx.2022-ci il tarixdə saat 18:30-da Yalçına zəng edərək onunla görüşmək istədiyini bildirmiş, həmin gün saat 19:00-da Yalçınla Binəqədi qəsəbəsi, 1-ci Mədən, 8-ci korpus ünvanında yerləşən “Lallar Fabriki”nin qarşısında görüşmüşdür. Söhbət zamanı Yalçına taksi kimi icarəyə maşın verən tanıdığı adamın olub-olmadığını soruşmuş, Yalçın da həmin vaxtı bir-iki dost-tanışa zəng edərək məsləhət etmiş, lakin kimdənsə məlumat çıxmamışdır. Yalçın söz verərək yaxın zamanlarda icarəyə verən maşın tapacaqını demişdir. Həmin vaxt Yalçın avtomobilindən 2 list metadon və bir bükümdə marixuana götürərək ona vermiş, narkotik vasitə istifadəçisi olduğundan onları qəbul etmiş, Yalçından həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqda, Yalçın Sumqayıtdan tanışından əldə etdiyini demişdir. Təqribən 30 dəqiqə söhbət etdikdən sonra Yalçın işinin olmasını deyərək getmək istəmiş, Yalçın avtomobilə əyləşmiş, özü isə yoluna davam edərək evə getmək üçün irəlidə olan avtobus dayanacağına doğru getmişdir. Təqribən Yalçının yanından 30-40 metr aralanmış mülki geyimdə olan bir nəfər şəxs yaxınlaşaraq özünü Binəqədi RPİ-nin polis əməkdaşı kimi təqdim etmiş, üzərində narkotik vasitə olması şübhəsi olduğunu bildirərək, Polis İdarəsinə getməyi bildirmişdir. Onu Yalçının yanına gətirmiş, həmin vaxt Yalçını da başqa bir mülki geyimdə olan polis əməkdaşı saxlamışdır. Onlar Binəqədi RPİ-nin inzibati binasına aparılmış, orada vəkil dəvət olunmuş, müdafiəçinin iştirakı ilə tutulmuş, öz razılığı ilə müdafiəçinin iştirakına etirazı olmadan üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibində saxladığı bir büküm marixuananı və 2 list metadonu və mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, həmin metadon və marixuana zərflərə qoyularaq möhürlənmiş, protokol tərtib edilmiş və imzalanmışdır. Üzərindən aşkar edilmiş metadon və marixuananı ona Yalçın pay olaraq vermiş, bunun qarşılığında Yalçına heç bir məbləğdə pul verməmiş, həmin marixuana və metadounu öz istifadəsi üçün qəbul etmişdir (cild 2, iş vərəqi 158-162). Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, etimad doğuran qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində narkotik vasitələrin daşıması, gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Binəqədi qəsəbəsi, 1-ci Mədən, 8-ci korpus ünvanda yerləşən “Lallar Fabriki”nin qarşısında olmaları müəyyən edilmişdir. 04 sentyabr 2022-ci il tarixdə saat 19:30-da Binəqədi RPİ-nin NMB-nin əməkdaşlarının keçiridiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin ünvanda olmuş, **-UO-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobilə yaxınlaşmış və sürücünün maşından düşməsini tələb etmişdir. Eyni zamanda, bir nəfərin təxminən 30-40 metr məsafədən getdiyini görmüş, digər əməkdaş Şahid4 də həmin şəxsin arxası ilə qaçaraq onu saxlamışdır. Hər iki şəxsə özlərini təqdim edərək Binəqədi RPİ-nin əməkdaşları olduqlarını bildirmiş və onlara özlərini təqdim etmələri təklif olunmuşdur. X2 və Təqsirləndirilən şəxs2 olduqlarını demiş, həmin şəxslərə narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları bildirilərək Binəqədi RPİ-nə dəvət etmişlər. Polis idarəsində onların hər birinin üzərinə ayrı-ayrı xidməti otaqlarda şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində “Methadone 40” yazılan 1 ədəd konvalyutda olan ümumi sayı 10 ədəd metadon həbləri və 1 ədəd qara rəngli selofan bağlamada qurudulmuş marixuana, «Samsung» markalı mobil telefon aşkar olunmuş, həmin narkotik vasitələr zərfə qoyularaq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilə baxış keçirilmiş, avtomobilin yük yerindən gümüşü rəngli aliminum bidonun içində şəffaf selofanın içindən üzərində '‘Methadone 40” yazılan ümumi sayı 109 ədəd metadon həbləri və ümumilikdə 3 ədəd qara rəngli selofan bağlamada narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid4 həmkarı Şahid1 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, Cinayət-axtarış şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində narkotik vasitələrin daşıması, gəzdirməsi və saxlaması barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Binəqədi qəsəbəsi, 1-ci Mədən, 8-ci korpus ünvanda yerləşən “Lallar Fabriki”nin qarşısında olmaları müəyyən edilmişdir. 04 sentyabr 2022-ci il tarixdə saat 19:30-da əməliyyat qrupunun üzvləri ilə həmin şəxslər və **-UO-*** dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobil saxlanılmışdır. Onların şəxsiyyəti müəyyən olunduqdan sonra Binəqədi RPİ-nin inzibati binasına dəvət olunmuşlar. O, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən iştirak etmiş, Vasif əynindəki şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli selofan kəsiyi bağlamasında narkotik vasitə qurudulmuş marixuananı və üzərində “Methadone 40” yazılan 20 ədəd metadon həblərini təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş, həmçinin protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Binəqədi RPİ, Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili Şahid3 həmkarı Şahid2 məhkəmədəki ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 04 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Fəxriddin oğlunun üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində “Methadone 40” yazılan 1 ədəd konvalyutda olan ümumi sayı 10 ədəd olmaqla narkotik vasitə metadon və 1 ədəd qara rəngli selofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 1 ədəd mobil telefon aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 33-38); - 04 sentyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, VAZ-2107 markalı **-UO-*** qövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən gümüşü rəngli aliminum bidonun içində şəffaf selofanın içərisindən üzərində “Methadone 40” yazılan 11 ədəd konvalyutda ümumi sayı 109 ədəd narkotik vasitə metadon və 2 ədəd qara rəngli polietilen bağlamada və qarışıq rəngli selofanın içindən bir ədəd qara rəngli polietilen bağlamada, ümumilikdə 3 ədəd qara rəngli selofan bağlamada qurudulmuş marixuana bənzər maddə və 2 ədəd elektron tərəzi, həmçinin avtomobilin salonundan bir ədəd “LeoBank”a məxus kart aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 43-45); Cinayət işində olan 05 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən, 04 sentyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış vidogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən, sonuncu, əynində olan göy rəngli şalvarın sağ yan cibindən üzərində “Methadone 40” yazılan 1 ədəd konvalyutda olan ümumi sayı 10 ədəd olmaqla dairəvi formalı həbləri - narkotik vasitə metadonu və 1 ədəd qara rəngli selofan bağlamada narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd Samsung markalı mobil telefonu masanın üzərinə qoymuş, həmin narkotik vasitə marixuananı və metadon həblərini Sumqayıt şəhərindən əldə etdiyini və onları İranlının göstərişi ilə ünvanlara çatdırılması məqsədi ilə üzərində saxladığını və digər qisminin də idarə etdiyi avtomobildə olmasını bildirmişdir. Həmçinin 04 sentyabr 2022-ci il tarixli tərtib edilmiş Təqsirləndirilən şəxs1 Fəxriddin oğlunun idarə etdiyi **-UO-*** dövlət qeydiyyat nişanlı, “VAZ-2107” markalı avtomobilə baxış zamanı qeydə alınmış vidogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, avtomobilin yük hissəsindən gümüşü rəngli aliminum bidonun içində şəffaf selofanın içindən üzərində “Methadone 40” yazılan 11 ədəd konvalyutda ümumi sayı 109 ədəd olmaqla dairəvi formalı həblər narkotik vasitə metadon və iki ədəd qara rəngli polietilen bağlamada və qarışıq rəngli selofanın içindən bir ədəd qara rəngli polietilen bağlamada, ümumilikdə üç ədəd qara rəngli selofan bağlamada narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 142); İş materiallarına əlavə edilmiş 04 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən əynində olan açıq qəhvəyi rəngli şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli selofan kəsiyi bağlamasında narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, üzərində “Methadone 40” yazılan 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd narkotik vasitə metadon, 1 ədəd mobil telefon və 1 ədəd «LeoBank»a məxsus kart aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 99-101); - 05 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən, 04 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə zamanı qeydə alınmış vidogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt əynindəki o, açıq qəhvəyi rəngli şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli selofan kəsiyi bağlamasında qurudulmuş marixuananı və üzərində “Methadone 40” yazılan 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla narkotik vasitə metadonu, bir ədəd “Samsung” markalı mobil telefonu, 1 ədəd «Leobank» kartını masanın üzərinə qoymuşdur (cild 1, iş vərəqi 157); Cinayət işində olan 05 sentyabr 2022-ci il tarixli baxış keçirilməsi barədə protokola əsasən, Təqsirləndirilən şəxs1 istifadəsində olan 1 ədəd «Samsung» markalı mobil telefonun «WhatsApp» tətbiqində olan zənglər siyahısına baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə 22:27-də, xx.xx.2022-ci il tarixdə 00:16-da, 00:17-də, xx.xx.2022-ci il tarixdə saat 18:46-da, 18:52də Afər adlı şəxs +**********72 saylı «WhatsApp» nömrəsi ilə X4 055 ***-**-** saylı «WhatsApp» nömrəsi ilə danışıqları olmuşdur (cild 1, iş vərəqi 143-145); Kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 6/4779- 7/981 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..........Şübhəli şəxs imza Tərtib etdi E.Tanarverdiyev» yazı və imzalar olan zərfdə 1 ədəd üzərində “Methadone 40” yazılan konvalyutda ümumi sayı 10 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər və 1 ədəd üzərində “ Şübhəli şəxs imza Tərtib etdi imza» yazı və imzalar olan zərfdə üzərində “Methadone 40” yazılan sayı 11 ədəd konvalyutda, ümumi sayı 109 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə metadondur. Ümumi sayı 119 ədəd həbin tərkibində metadon təsiredici maddənin ümumi miqdarı 4,760 qramdır. Təqdim edilmiş həblər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Tədqiqata təqdim edilmiş üzərində “.........Şübhəli şəxs imza Tərtib etdi E.Tanarverdiyev» yazı və imzalar olan zərfdə 1 ədəd qara rəngli selofan bağlamada təmiz çəkisi 14,900 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “.........Şübhəli şəxs imza Tərtib etdi E.Tanarverdiyev» yazı və imzalar olan zərfi açdıqda içərisində 2 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Tədqiqata təqdim edilmiş üzərində şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “..........Şübhəli şəxs imza Tərtib etdi E.Tanarverdiyev» yazı və imzalar olan qara rəngli polietilen bağlamada 3 ədəd qara rəngli selofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1180,0 qr, 591,8 qr və 263,3 qram olmaqla, ümumi təmiz çəkisi 2035,10 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir (cild 1, iş vərəqi 64-67); Kompleks məhkəmə kimyəvi və bioloji ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 6/4779- 7/981 nömrəli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində "Şübhəli şəxsin üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə 1) imza Təqsirləndirilən şəxs2» yazı və imzalar olan zərfdə 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,073 qram və 1 ədəd qara rəngli selofan kəsiyi bağlamasında təmiz çəkisi 12,790 qram olmaqla, ümumi çəkisi 12,863 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxsin üzərindən çıxan narkotik vasitəyə bənzər həblər 1) imza Təqsirləndirilən şəxs2........” yazı və imzalar olan zərfdə 2 ədəd üzərində "Methadone 40” yazılan konvalyutda ümumi sayı 20 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, sintetik narkotik vasitə metadondur, ümumi sayı 20 ədəd həbin tərkibində metadon təsiredici maddənin ümumi miqdarı 0,8 qramdır. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir (cild 1, iş vərəqi 118-123); Məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2022-ci il tarixli 6832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolofı dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 87-88); Məhkəmə-psixatrik ekspertizasının 15 noyabr 2022-ci il tarixli 3929 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl dövründə hər hansı bir psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psi aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xəstəlik və ya psixi xi xəstəlik əlamətləri xarakterini və ictimai Təqsirləndirilən şəxs1 təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 94-95); Məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2022-ci il tarixli 6837 nömrəli rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolofı dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 89-90); Məhkəmə-psixiatrik ekspertizasının 15 noyabr 2022-ci il tarixli 3027 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə yeniyetmə yaşlarından özünü əsəbi şəxs kimi xarakterizə edərək əsəbi gərginliklər keçirdiyi zaman kəsmələrlə özünə xəsarətlər yetirməsi, ordu sıralarında altı ay xidmət etdikdən sonra dalaşdığı üçün hərbi hospitalda müayinədən keçdikdən sonra vaxtından əvvəl təxris edilməsi, sonradan əsəbiliyi ilə əlaqədar AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında, həmçinin X3 müalicədə olması, hazırkı müayinə zamanı onda müəyyən edilən əsəbilik, emosional qeyri-sabitlik, əhvalının dəyişkənliyi və s.) sübut edir. Təqsirləndirilən şəxs2 emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkmir. Yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ona ttiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs2 ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli AR CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 Sadış oğlunun məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqi 91-95); Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 29 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 53). Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 30 sentyabr 2022-ci il tarixli tələbnaməsindən, həmçinin Tərtər Hərbi Məhkəməsinin 28 noyabr 2012-ci il tarixli 1(098)-173/2012 nömrəli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 100 manat miqdarında cərimə edilmiş və Kürdəmir rayon Məhkməsinin 31 may 2013-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 07 may 2013-cii il tarixli amnistiya qərarına əsasən, cəzadan azad edilmişdir (cild 2, iş vərəqi 54-56). "Elektron məhkəmə" informasiya sistemindən götürülmüş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.1984-cü il təvəllüdlü X5 ilə nikahından xx.xx.2012-ci il təvəllüdlü Xədicə Əmiraslanova və xx.xx.2017-ci il təvəllüdlü Fəxrəddin Əmiraslanov olmaqla himayəsində iki azyaşlı uşağı vardır. Cinayət işində olan 25 noyabr 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, korpus 10 ünvanında qeydiyyatsız yaşayır və ərazi üzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 85-86). İş materiallarına əlavə edilmiş AZ-İİ 079130 nömrəli nikah haqqında şəhadətnamənin və AA2696305 nömrəli şəxsiyyət vəsiqəsinin, AZ-İV 194307 və AZ-İİİ 619893 nömrəli doğum haqqında şəhadətnamələrin, həmçinin AZE seriyalı 11318265 nömrəli və AA3917747 nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, təqsirləndirilən şəxs Vasif X1 ilə birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Zəhra Mikayılova və xx.xx.2018-ci il təvəllüdlü Fatimə Mikayılzadə olmaqla iki azyaşlı uşağı vardır və onun himayəsindədir (cild 2, iş vərəqi 65-70). Cinayət işinə əlavə edilmiş 12 sentyabr 2022-ci il tarixli 272 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan ailə üzvləri ilə birlikdə Kürdəmir rayonun Köhünlü kəndində yaşayır və ərazi üzrə müsbət xarakterizə olunur (cild 2, iş vərəqi 71-72). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbisosial Ekspertiza və Reabilitasiya Agentliyinin 02 dekabr 2015-ci il tarixli 910 nömrəli məktubundan, sonuncu müayinəyə dair məlumatdan, həmçinin "Elektron məhkəmə" informasiya sistemindəki məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 22 fevral 2013-cü il tarixdə "hərbi xidmət dövrü" xəstələnmə səbəbi ilə üçüncü dərəcə əlillik təyin edilmişdir və hazırda həmin əlilliklə əlaqədar qeydiyyatdadır, əlilliyə görə 150 manat məbləğində təqaüd alır (cild 2, iş vərəqi 73-84). İbtidai istintaq orqanının 19 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərara əsasən, Təqsirləndirilən şəxs1 üzərindən və avtomobilindən əldə edilərək götürülmüş 2050 qram narkotik vasitə qurudulmuş marixuana və 119 narkotik vasitə metadon cinayətin predmeti olduğundan ekspertiza təqdiqatlarından sonra qalıq qalmış 2049,80 qram narkotik vasitə qurudulmuş marixuana, 113 ədəd narkotik vasitə metadon həbləri və iki ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən əldə edilərək götürülmüş 12,863 qram narkotik vasitə qurudulmuş marixuana və üzərində “Methadone 40” yazılan 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olmaqla ümumi miqdarı 0,8 qram narkotik vasitə metadon həbləri cinayətin predmeti olduğundan ekspertiza təqdiqatından sonra qalıq qalmış 12,783 qram narkotik vasitə qurudulmuş marixuana və 18 ədəd üzərində “Methadone 40” yazılan narkotik vasitə metadon iş üzrə maddi sübut kimi tanınmış və məhkəmənin yekun qərarınadək saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış zamanı çəkilmiş videogörüntülərin olduğu 2 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntüləri əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd «Samsung» markalı mobil telefonun yaddaşında olan dəlillər sübut əhəmiyyəti kəsb etdiyindən həmin telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 2, iş vərəqi 105-118, 173). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilərək öz müdafiəsi üçün dəlillər gətirmədilər. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada azadlıqdan məhrum etmə növündə, Təqsirləndirilən şəxs2 isə qanunla müəyyən edilmiş qaydada azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birisinin himayəsində iki azyaşlı uşaqlarının olmalarını, həmçinin onların ərazi üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs2 əlavə olaraq 3-cü qrup əlil olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 04 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən adı çəkilən şəxs həmin tarixdə Bakı şəhəri, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və həmin vaxtdan halhazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinin tələbinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cinayət Məcəlləsinin 52-1.3-cü maddəsinə görə, məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 52-1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza tətbiqi ilə əlaqədar onun üzərinə maddədə nəzərdə tutulmuş müəyyən vəzifələr qoyulmalı, həmçinin onun hökm çıxarılanadək faktiki həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cinayət qanunvericiliyinə uyğun olaraq hesablanmaqla qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət qanunvericiliyinin həmin müddəasına uyğun olaraq, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə 04 sentyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək həbsdə, həmçinin hökmün çıxarıldığı 06 aprel 2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 7 ay 2 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 2 (iki) ay 4 (dörd) gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yeni yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə kollegiyası məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2022-ci il tarixli 6832 nömrəli rəyini əsas tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi aşkar edildiyindən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, məcburi müalicəyə əks göstərişi olmadığından, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 15 noyabr 2022-ci il tarixli 6837 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması müəyyən edilsə də, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilə bilməz. Belə ki, qeyd olunan qərarla təsdiq olunmuş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən, məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə tətbiq oluna bilməz. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə maddi sübutlar - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq qalan 2049,80 qram narkotik vasitə qurudulmuş marixuana, 113 ədəd narkotik vasitə metadon həbləri və 2 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq qalan 12,783 qram narkotik vasitə qurudulmuş marixuana və 18 ədəd üzərində “Methadone 40” yazılan narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Samsung" markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış zamanı çəkilmiş videogörüntülərin olduğu 2 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntülərin olduğu 1 ədəd DVD disk, ümumilikdə 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları 176 manat (yüz yetmiş altı) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 176 (yüz yetmiş altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 88 (səksən səkkiz) manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 04 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 04 sentyabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək həbsdə, həmçinin hökmün çıxarıldığı 06 aprel 2023-cü il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 7 ay 2 gün müddət bir günə iki gün hesabı ilə azadlığın məhdudlaşdırılması cəzasının 1 (bir) il 2 (iki) ay 4 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icra müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirələrək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yeni yaşayış evini təxirəsalınmaz təcili tibbi yardımın göstərilməsi halları istisna olmaqla, saat 22:00-dan saat 06:00-dək tərk etməmək, Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Həmin hissədə hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı ərazi üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri, Binəqədi RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən və avtomobilindən əldə edilərək götürülmüş ekspertiza təqdiqatlarından sonra qalıq qalan 2049,80 qram narkotik vasitə qurudulmuş marixuana və 113 ədəd narkotik vasitə metadon həbləri, həmçinin 2 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş və ekspertiza təqdiqatından sonra qalıq qalan 12,783 qram narkotik vasitə qurudulmuş marixuana və 18 ədəd üzərində “Methadone 40” yazılan narkotik vasitə metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - Təqsirləndirilən şəxs1 məxsus bir ədəd "Samsung" markalı mobil telefon aparatı onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış zamanı çəkilmiş videogörüntülərin olduğu 2 ədəd DVD disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə zamanı çəkilmiş görüntüləri əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən 176 manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, yəni hər birindən 88 manat hesabı ilə tutularaq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-720/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-720/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver