Məhkəmə qərarları › İş №1(101)-721/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-721/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-721/2020 22.09.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12 və Əhmədli Səxavət Böyükağa oğlunun, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı1 və prokuroru Dövlət ittihamçısı2, müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 mənzil 65 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.6-cı, 120.2.11-ci, 29,120.2.7-ci, 228.3-cü, 228.4-cü, 12.1,218.2-ci, 232.3.1-ci, 232.3.2-ci, 12.1,279.1-ci və 279.3-cü və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş “Abdullah” dini ləqəbli X3, öldüklərinə görə barələrindəki cinayət işinə xitam verilmiş “Abdulməcid” ləqəbli X5 və “Həmzət” ləqəbli X8 ilə birlikdə Azərbaycan Respublikası ərazisində yaratdığı “Sumqayıt Camaatı” adlı qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmənin “Sahil Camaatı” adlı silahlı qruplaşmasına 2006-cı ildə daxil olmuş, radikal-ekstremist vəhhabi dini baxışları ilə seçilən 15 il müddətinə azadlıqdan məhrum edilmiş Şahid8, 15 il müddətinə azadlıqdan məhrum edilmiş Şahid6 və qeyriləri ilə, habelə ömürlük azadlıqdan məhrum edilmiş Şahid3, 11 il 11 ay 5 gün azadlıqdan məhrum edilmiş Şahid5 və ömürlük azadlıqdan məhrum edilmiş Şahid4 ilə birlikdə həmin birləşmənin fəaliyyətində iştirak edərək onları odlu silah və döyüş sursatı ilə təchiz etmək məqsədilə mütəşəkkil silahlı birləşmənin tərkibində adamların həlak olmasına və digər ağır nəticələrə səbəb olmuş basqında - özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək xx xxxxxx 2008-ci il tarixdə saat 03-25 dəqiqədə Müdafiə Nazirliyinin Tərtər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissəsinin 3-cü taborunun qərargah bölüyünün kəşfiyyat tağımının əsgəri Zərərçəkmiş şəxs1 və digər əsgərlərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməklə, mütəşəkkil dəstənin tərkibində əsgər Zərərçəkmiş şəxs1 xidməti vəzifəsini yerinə yetirməsi və quldurluqla əlaqədar başqa cinayətin törədilməsini yüngülləşdirmə məqsədilə, onun odlu silahdan atılmış atəşlə xüsusi amansızlıqla qəsdən öldürülməsində, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməkdə və eyni zamanda ikinci şəxs, həmin tağımın kiçik çavuşu Zərərçəkmiş şəxs2 odlu silahdan atılmış atəşlə qəsdən öldürülməsinə cəhd edilməsində, mütəşəkkil dəstə tərkibində həmin tağımın əsgərlərinin həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə və belə zor tətbiq etmək hədəsi ilə odlu silah olan bir ədəd NH 3010 nömrəli “SVD” markalı snayper tüfənginin, onun komplekt hissəsi olan üç ədəd sandıqçanın və döyüş sursatı olan cəmi 30 ədəd 7,62 kalibrli patronların, odlu silah olan iki ədəd "AKMS" markalı TF 3018 və TF (TK) 4030 nömrəli avtomat silahlarının, onların komplekt hissələri olan iki ədəd sandıqçanın və döyüş sursatı olan cəmi 60 ədəd 7,62 kalibrli patronların talanmasında, mütəşəkkil dəstə tərkibində həmin odlu silah və döyüş sursatlarının, habelə basqında istifadə edilmiş odlu silah olan səsboğucu ilə təchiz edilmiş bir ədəd markası istintaqa məlum olmayan 7,65 mm kalibrli tapançanın, döyüş sursatı hesab edilən və “BROUNİNQ”, “VALTHER”, “MARS”, “COLT”, “LLAMA” konstruksiyalı tapançalarda, "ADAMS" və "BROUNİNQ" konstruksiyalı revolverlərdə istifadə edilən beş ədəd 7,65 mm kalibrli patronların, bir ədəd qəlpəli "F-l" tipli əl qumbarasının, bir ədəd RQD-5 markalı əl qumbarasının və bir ədəd UZRQM tipli alışdırıcının, 18 ədəd 7,62 mm çaplı "AK" konstruksiyalı avtomat və "RPK" konstruksiyalı əl pulemyotlarda istifadə edilən patronların qanunsuz olaraq əldə edilməsində, saxlanılmasında, daşınmasında və gəzdirilməsində, soyuq silah hesab edilən bir ədəd süngü bıçağının, bir ədəd ov bıçağının və bir ədəd kustar üsulla hazırlanmış xəncərin qanunsuz olaraq əldə edilməsində və gəzdirilməsində iştirak etmiş, habelə Azərbaycan Respublikası vətəndaşları və qeyriləri ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında, ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, X7 tərəfindən terror təşkilatı kimi tanınmış “Taliban” adlı cinayətkar birliyin (təşkilatın) tərkibinə daxil olan Pakistan İslam Respublikasının ərazisində, həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində dini düşmənçilik zəminində iştirak etmiş və həmin cinayətə görə məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyə ilə nəzərdə tutulmayan “Sahil camaatı” adlı silahlı birləşmənin fəaliyyətində iştirak edərək qanunsuz birləşmənin üzvlərini odlu silah və döyüş sursatı ilə təchiz etmək məqsədilə həmin silahlı birləşmənin üzvləri Şahid5, Şahid7, Şahid3, oğlu, Şahid6, Şahid8, X27, X37 və Şahid4 ilə birlikdə, sonuncunun 2005-2007-ci illərdə həqiqi hərbi xidmətdə olduğu Tərtər rayonunun Qapanlı kəndi ərazisində düşmənlə təmas xəttində yerləşən N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımının N saylı müşahidə postuna basqında iştirak etməyə razılığını vermişdir. Bundan sonra, həmin müşahidə postunda aparılan hərbi xidmətdəki qaydaların, istifadə edilən şərti sözlərin və ümumi şəraitin dəyişilib-dəyişilməməyini öyrənmək və basqın zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasını asanlaşdırmaq məqsədilə silahlı birləşmənin üzvləri X28, Şahid3, Şahid5, Şahid4 və X37 təxminən 18-xx xxxxxx 2008-ci il tarixdə saat 10 radələrində sonuncunun idarə etdiyi "VAZ-21051" markalı **-BE- *** dövlət qeydiyyat nişanlı qırmızı rəngli avtomaşmında Tərtər rayonunun Qapanlı kəndinə getmiş, yol boyu olan nəzarət patrul postlarını müşahidə etmiş və yolu dəqiqləşdirmişlər. Qapanlı kəndində Şahid4, Ramil Məmmədov və Şahid5 posta gedən səngərə yaxınlaşmış və N saylı postu müşahidə etmiş, Şahid3 və Elçin Camalov isə “VAZ- 21051" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşının yaxınlığında durmuş və ətrafı öyrənmişdir. Daha sonra Şahid4 ərzaq paylarını götürmək məqsədilə Qapanlı kəndinə gələn N saylı hərbi hissənin əsgərləri ilə ümumi xarakterli söhbətlər etmiş və xidmətdə dəyişikliklərin olmadığını, əsgəri xidmətin köhnə qaydada təşkil olunduğunu, əsgərlər üçün ərzaq paylarının eyni vaxtda gətirildiyini müəyyən etmişdir. Məqsədlərinə nail olduqdan sonra Şahid3, X28, Şahid5, Şahid4 və X2 idarə etdiyi "VAZ-21051" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşında Qaradağ rayonunun Ümid qəsəbəsinə qayıtmış və basqın planlarını həyata keçirmək üçün hazırlıq işləri görməyə başlamışlar. Bu məqsədlə o, X28 və silahlı birləşmənin digər üzvləri istintaqa məlum olmayan vaxtda və şəraitdə naməlum mənbədən odlu silah hesab edilən N ədəd «PM» markalı tapança silahını, onun komplekt hissəsi olan iki ədəd sandıqça və döyüş sursatı hesab edilən 17 ədəd 9 mm kalibrli patronlar, səsboğucu ilə təchiz edilmiş və odlu silah hesab edilən N ədəd markası istintaqa məlum olmayan 7,65 mm kalibrli tapança silahı, döyüş sursatı hesab edilən və “BROUNİNQ”, “VALTHER”, “MARS”, “COLT”, “LLAMA” konstruksiyalı tapançalarda, "ADAMS" və "BROUNİNQ" konstruksiyalı revolverlərdə istifadə edilən beş ədəd 7,65 mm kalibrli patronların, bir ədəd qəlpəli "F-l" tipli əl qumbarasının, bir ədəd RQD-5 markalı əl qumbarasının və bir ədəd UZRQM tipli alışdırıcının, 18 ədəd 7,62 mm çaplı "AK" konstruksiyalı avtomat və "RPK" konstruksiyalı əl pulemyotlarda istifadə edilən patronları, soyuq silah hesab edilən bir ədəd süngü bıçağını, bir ədəd ov bıçağını və bir ədəd kustar üsulla hazırlanmış xəncər, beş cüt müxtəlif ölçüdə olan qara rəngli boğazlı hərbi çəkmələr, çiyinlərində müvafiq olaraq kiçik çavuş və çavuş rütbələri bərkidilmiş iki dəst DİN PPX xüsusi geyim forması, iki ədəd qış papağı və bir ədəd zabit fraşkası, bir dəst "Komandos" tipli hərbi geyimi, beş dəst müxtəlif ölçüdə olan hərbi səhra geyimi, bir ədəd hərbi qış gödəkcəsi, bir ədəd hərbi səhra geyimi, bir ədəd zabit və bir ədəd əsgər hərbi səhra geyimi üçün nəzərdə tutulmuş geyimi (günlük), bir dəst çiyinlərində baş leytenant rütbəsi bərkidilmiş hərbi parad geyimi, bir ədəd hərbi səhra geyimi üçün nəzərdə tutulmuş kəmər, bir cüt leytenant rütbəsinə aid hərbi poqonlar, zabit hərbi geyimi üçün nəzərdə tutulmuş iki ədəd şevron, habelə nömrəsi və seriyası istintaqa məlum olmayan avtomobilə dair bir cüt dövlət qeydiyyat nişanlan qanunsuz əldə etmişlər. Bundan sonra Ramil Məmmədov hazırladığı basqın planına uyqun olaraq onun və mütəşəkkil dəstənin digər üzvləri arasında rol bölgüsü aparmış, 2005-2007-ci illərdə N saylı hərbi hissənin 3cü taborunun kəşfiyyat tağımının N saylı müşahidə postunda həqiqi hərbi xidmətdə olan Şahid4 basqınzamanı müşahidə postunda hərbi xidmət aparan və oyaq olan əsgərlərə yaxınlaşmaq üçün qarşılıqlı şərti sözləri (parolu) demək, özünü korpusdan yoxlama məqsədilə gələn zabit kimi təqdim etmək və xidmət aparan əsgərlərdən iki nəfərini Şahid3 və onunla birlikdə müşahidə postundan kənarlaşdırmaq, silahlı birləşmə üzvlərindən Şahid3 və ona özlərini korpusdan yoxlama məqsədilə gələn zabit kimi təqdim etmək və basqınmda bir başa iştirak etməklə yanaşı Şahid4 göstərdiyi iki nəfər əsgəri müşahidə postundan uzaqlaşdıraraq zərərsizləşdirmək, X29 və Şahid5 basqın zamanı N saylımüşahidə postuna 10 metr çatmamış dayanıb ətrafı müşahidə etmək və müşahidə postundan talanacaq odlu silah və döyüş sursatlarının avtomaşınadək talanmasına kömək etmək, X22 Qapanlı kəndində basqında iştirak edən silahlı birləşmə üzvlərini gözləmək və idarə etdiyi avtomaşında dəstə üzvlərini hadisə yerindən qaçıraraq talanacaq odlu silah və döyüş sursatları ilə Qaradağ rayonunun Ümid qəsəbəsinə aparmaq, Şahid8 ilə X23 isə basqın zamanı sonuncunun idarə etdiyi «VAZ-2109» markalı **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomaşında Bərdə rayonunun girişində duraraq basqında iştirak edən silahlı birləşmə üzvlərini gözləmək və basqından sonra həyəcan siqnalı ilə yollarda qurulacaq polis postlarını rahat şəkildə iki avtomaşında keçmək üçün dəstə üzvlərindən bir neçəsini və basqın nəticəsində əldə ediləcək odlu silah və döyüş sursatlarının bir hissəsini öz avtomaşınında Qaradağ rayonunun Ümid qəsəbəsinə çatdırmaq tapşırığını vermişdir. xx xxxxxx 2008-ci il tarixdə axşam təxminən saat 20 radələrində X13 tapşırığına əsasən o, silahlı birləşmə üzvləri X24, Şahid4, Şahid3, Şahid5, Şahid8, Şahid6 və X37 ünvan 2 ünvanda yığışmış, həmin vaxt silahlı birləşmə üzvlərinin hər birinin basqın zamanı üzərinə götürdükləri vəzifələr bir daha dəqiqləşdirilmiş və həmin vəzifələrinə müvafiq olaraq dəstə üzvləri yuxarıda göstərilən odlu silah, döyüş sursatları və soyuq silahlarla, habelə hərbi və polis ləvazimatları ilə təchiz edilmişlər. Bundan sonra axşam saat 22 radələrində səs boğucu ilə təchiz edilmiş bir ədəd markası istintaqa məlum olmayan odlu olan tapança silahı və soyuq silah hesab edilən ov bıçağı ilə silahlanmış və hərbi səhra geyim ləvazimatları ilə təchiz edilmiş Şahid3, odlu silah olan bir ədəd «PM» markalı tapança silahı, onun komplekt hissəsi olan iki d sandıqça və döyüş sursatı hesab edilən 17 ədəd 9 mm kalibrli patronlar ilə silahlanmış və "Komandos" tipli hərbi səhra geyim ləvazimatları ilə təchiz edilmiş X28, soyuq silah hesab olunan bir ədəd süngü bıçağı və bir ədəd kustar üsulu ilə hazırlanmış xəncər ilə silahlanmış və hərbi səhra geyim ləvazimatları ilə təchiz edilmiş Təqsirləndirilən şəxs, habelə hərbi səhra geyim ləvazimatları ilə təchiz edilmiş Şahid5 və Şahid7, çiyinlərində baş leytenant rütbəsi bərkidilmiş hərbi səhra geyim ləvazimatları ilə təchiz edilmiş Şahid4, çiyinlərində baş leytenant rütbəsi bərkidilmiş hərbi parad geyim ləvazimatları ilə təchiz edilmiş X37 ilə qeyd olunan odlu və soyuq silahları, döyüş sursatlarını saxlayıb, daşıyıb, gəzdirərək sonuncunun idarə etdiyi ** SN *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomaşınında, kiçik çavuş və çavuş rütbələri bərkidilmiş iki dəst DİN PPX xüsusi geyim ləvazimatları ilə təchiz edilmiş Şahid8 ilə Şahid6 isə sonuncunun idarə etdiyi “VAZ-2109” markalı ** DJ *** dövlət nömrə nişanlı avtomaşınında Tərtər rayonu istiqamətində yola çıxmış, xx xxxxxx 2008-ci il tarixdə gecə saat 02 radələrində Şahid6 və Şahid8 qabaqcadan razılaşdırdıqları kimi dəstə üzvləri tərəfindən əldə ediləcək odlu silah və döyüş sursatlarını Ümid qəsəbəsinə daşınması üçün və dəstə üzvlərindən bir neçəsinin həmin avtomaşında DİN DYP-nin və PPX-nin postlarından keçirməklə geriyə qaytarılması üçün Bərdə rayonunun girəcəyində avtomaşını saxlamış və dəstə üzvlərinin göstərişlərini gözləmiş, o, Şahid3, Şahid5, X28, X30, Şahid4 və X37 isə gecə saat 03 radələrində Tərtər rayonunun Qapanlı kəndinə çatmışlar. Burada o, Şahid3, Şahid5, X28, X30, Şahid4 və X37 mülki paltarlarının üzərindən özləri ilə götürdükləri hərbi formaları geyinmiş ** SN *** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomaşının dövlət qeydiyyat nişanlarını əvvəlcədən hazırladıqları nömrəsi və seriyası istintaqa məlum olmayan avtomobilə dair dövlət qeydiyyat nişanlan ilə dəyişdirmişlər. Daha sonra X37 idarə etdiyi avtomaşının sükanı arxasında qalmış, digərləri isə N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımının N saylı müşahidə postu istiqamətində hərəkət etmişlər. Səngərə çatdıqda X30 və Şahid5 müşahidə aparmaq və əldə ediləcək odlu silah və döyüş sursatlarını avtomaşınadək daşımaqda digər dəstə üzvlərinə kömək məqsədilə orada gözləmiş, Şahid3, X28, O və Şahid4 isə hərəkətlərini davam etdirərək döyüş növbəsində olan əsgər Zərərçəkmiş şəxs1 tabor komandirinin "453" parolunu verərək, özlərini vəzifəli şəxs, yəni korpusun kəşfiyyatçıları kimi təqdim edib, yoxlama keçirmək məqsədi ilə gəldiklərini bildirmişlər. Daha sonra «komandos» hərbi paltarı geyinmiş və başında üzərində Azərbaycan Respublikasının Bayrağı əks olunan göy rəngli biretka olan Ramil Məmmədov qazmaya (blindaja) daxil olmuş, qazmanın qarşısında isə baş leytenant rütbəli hərbi səhra geyimində dayanmış Şahid4 göstərişinə əsasən əsgərlər Zərərçəkmiş şəxs1, Heydərov Fuad Eİmar oğlu və kiçik çavuş Zərərçəkmiş şəxs2 tərksilah edilərək, əvvəlcə Zərərçəkmiş şəxs1 və Fuad Heydərovdan «köhnə 44»-cü postun yerinin göstərilməsi tələb edilmiş, sonra isə Şahid4 göstərişinə əsasən Zərərçəkmiş şəxs1 və kiçik çavuş Zərərçəkmiş şəxs2 rütbəsiz hərbi səhra geyimində olan Şahid3 və Təqsirləndirilən şəxsla 10-15 metr ara məsafəsi olmaqla səngərin içi ilə “köhnə 44”-cü postun istiqamətində, Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs bir qədər qabaqda, Zərərçəkmiş şəxs2la Şahid3 isə onların arxası ilə hərəkət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs razılaşdırılmış plana uyqun olaraq odlu silah və döyüş sursatlarının talanması cinayətinin törədilməsini yüngülləşdirmək məqsədilə əlindəki kustar üsulla hazırlanmış xəncər ilə qabaqda hərəkət edən Zərərçəkmiş şəxs1 boyun nahiyəsindən zərbə vuraraq, sonuncunu qəsdən öldürmək üçün yara kanalının dərinliyi 4-5 sm olan, dəri və dərialtı yumşaq toxumanın yaralanması ilə müşayiət olunan “yüngül” dərəcəli bədən xəsarəti yetirmiş, bu zaman əsgər Zərərçəkmiş şəxs2 irəlidə gedən əsgər Zərərçəkmiş şəxs1 qışqırıq səsini eşidib arxada duran Şahid3 tərəfə çevrilərkən, sonuncu əlindəki səs boğucu ilə təchiz edilmiş və markası istintaqa məlum olmayan tapança silahından Zərərçəkmiş şəxs2 qəsdən öldürmək məqsədilə sifətinə atəş açmış və Zərərçəkmiş şəxs2 giriş dəliyi sol almacıq nahiyəsində, yara kanalı boyunca sol gözaltı nahiyənin qançırı və şişkinliyi, almacıq və əng sümüklərinin sınığı və yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunan “az ağır” dərəcəli xəsarət alaraq yerə yıxılmışdır. Bundan sonra Şahid3 Zərərçəkmiş şəxs2 ölüb-ölməməyini yoxlamaq məqsədilə sonuncunun boyun nahiyəsinə iki dəfə təpiklə zərbə vuraraq tərpənmədiyini görmüş və öldüyünü zənn edərək əsgər Zərərçəkmiş şəxs1 qışqırıq səsi gələn tərəfə qaçmışdır. Bunu görən əsgər Zərərçəkmiş şəxs2 yaralı halda ayağa qalxıb səngərin içi ilə əks istiqamətdə təxminən 300 metr aralıda yerləşən 45-ci posta qaçaraq, xidmət etdiyi 44-cü posta basqın olduğu haqda məlumat vermiş və 45-ci postda döyüş növbəsində olan hərbi qulluqçular məsələni aydınlaşdırmaq məqsədilə daxili rabitə vasitəsilə 44-cü posta zəng etməyə başlamışlar. Həmin vaxt 44-cü postun qazmasında olan qanunsuz silahlı birləşmənin üzvü Ramil Məmmədov içəridə istirahət edən 5 nəfər əsgərlərdən Şahid2 ayağa qalxmasına imkan verməyərək, sinəsinə iki yumruq vurmaqla zor tətbiq etmiş, daxili rabitə vasitəsinə gələn zəngə cavab vermək istəyən əsgər Zərərçəkmiş şəxs3 telefonun dəstəyini götürməyə icazə verməyərək nalayiq sözlərlə onu təhqir etmiş və əlindəki odlu silah olan nömrəsi istintaqa məlum olmayan “PM” markalı tapança ilə əsgərləri hədələmişdir. Həmin vaxt silahlı birləşmənin digər üzvü Şahid3 Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs1 olduqları yerə çatmış, onların əlbəyaxa olduqlarını, əsgər Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs əlindəki xəncəri ələ keçirərək sonuncunu yerə yıxdığını və üstündə uzanmış vəziyyətdə olduğunu görmüş və əlindəki həmin tapança silahından əsgər Zərərçəkmiş şəxs1 xüsusi amansızlıqla öldürmək məqsədilə sonuncunun sol qolundan, sol baldırından, belindən və başının arxa nahiyəsindən ümumilikdə dörd dəfə atəş açaraq həyat üçün təhlükəli olan və sağlamlığa “yüngül” dərəcəli zərər vuran - sol saidin orta 3/1-nin yumşaq toxumalarını bir ədəd dəlibkeçən odlu silah xəsarəti, “ağır” dərəcəli zərər vuran baldırın yuxan 3/1-ni ön səthinə, çıxış yarası isə ondan 7,0 sm aşağı baldırın orta 3/1-nin içəri səthində yerləşən, sol qamış sümüyünün sınığı ilə müşayiət olunan sol baldırın yuxan 3/1-ni bir ədəd dəlib-keçən odlu silah xəsarəti, “ağır” dərəcəli zərər vuran – giriş yarası bədənin sağ arxa səthində kürək üzrə 1-2-ci bel fəqərəsi səviyyəsində yerləşən, periton boşluğuna daxil olaraq və yoğun bağırsaq ilgəklərinin, müsariqənin yaralanması ilə müşayiət olunanvə yara kanalının sol qalça çuxurunda kor olaraq qurtaran odlu silah xəsarəti və “ağır dərəcəli zərər vuran - giriş yarası başın arxa ənsə nahiyəsində, yarası isə sifətin sol yarasında olan yara kanalı boyunca kəllə tağı və əsası sümüklərinin, sol orbitanın damını təşkil edən sümüklərin və sol almacıq sümüyünün sınığı, sol periorbital nahiyənin qançırı, baş beyin toxumasının əzilib-dağılması, beyin toxumasına və beyin qışalarına qansızma ilə müşayiət olunan odlu silah xəsarəti yetirmişdir, Bundan sonra Şahid3 Təqsirləndirilən şəxsla birlikdə X43 Məmmədovun olduğu qazma istiqamətində qaçmışlar. Həmin vaxt qazmada olan «Kommandos» hərbi geyimli Ramil Məmmədov “44”-cü postun qazmasında silah saxlama yerində saxlanılan bir ədəd 3010 nömrəli “SVD” markalı snayper tüfəngini, onun komplekt hissəsi olan üç ədəd sandıqçanı və döyüş sursatı olan cəmi 30 ədəd 7,62 mm kalibrli patronları, odlu silah olan iki ədəd “AKMS” markali TF 3018 nömrəli və TF (TK) 10 nömrəli avtomat silahlarını, onların komplekt hissələri olan iki ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 60 ədəd 7,62 mm kalibrli çaplı patronlardan talayaraq, qanunsuz əldə etdikləri həmin odlu silah və döyüş sursatları saxlayıb, daşıyıb, gəzdirərək Şahid3, Təqsirləndirilən şəxs, Şahid4, Elşən Duruskar və Şahid5la birlikdə hadisə yerindən qaçmış və silahlı birləşmənin digər üzvü Elçin Camalovun idarə etdiyi avtomaşınla Bakı şəhəri istiqamətində yola düşmüşlər. Dəstə üzvləri odlu silah olan bir ədəd NH bir ədəd 3010 nömrəli “SVD” markalı snayper tüfəngini, onun komplekt hissəsi olan üç ədəd sandıqçanı və döyüş sursatı olan cəmi 30 ədəd 7,62 mm kalibrli patronları, odlu silah olan iki ədəd “AKMS” markali TF 3018 nömrəli və TF (TK) 10 nömrəli avtomat silahlarını, onların komplekt hissələri olan iki ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 60 ədəd 7,62 mm kalibrli patronlardan əlavə odlu silah və döyüş sursatları əldə edə bilmədikləri səbəbindən Bərdə rayonu ərazisindən keçərkən rayonun girişində onları gözləyən Şahid8 və Şahid6 Bakı şəhərinə qayıtmağı əl ilə işarə etmiş və yollarına davam etmişlər. Həmin vaxt əsgər Zərərçəkmiş şəxs1 axtarışına çıxan kəşfiyyat tağımının hərbiqulluqçuları, boyun nahiyəsindən bıçaq yarası, sol qolundan, sol baldırından, belindən və başının arxa ənsə nahiyəsindən isə ümumilikdə 4 ədəd güllə yarası alan Zərərçəkmiş şəxs1 səngərin içində yaralı vəziyyətdə aşkar etmiş, onu və yaralı Zərərçəkmiş şəxs2 xəstəxanaya aparmış, lakin Zərərçəkmiş şəxs1 aldığı güllə yaralarından ölmüş, Zərərçəkmiş şəxs2 isə göstərilən tibbi yardım nəticəsində aldığı bədən xəsarətlərinə baxmayaraq sağ qalmışdır. Bu səbəbdən dəstə üzvləri iki və ya daha çox şəxsin qəsdən öldürülməsini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişlər. 26 dekabr səhər saat təxminən 07 radələrində basqına iştirak edən qanunsuz silahlı birləşmə üzvləri əvvəlcədən hazırlanmış basqın planın uyğun olaraq X13 yaşadığı ünvan 2 ünvanına qayıtmış və X58 əldə etdikləri həmin odlu silah və döyüş sursatlarını sellofana bükərək ilk öncə həmin ünvanda gizlətmiş, daha sonra isə əldə edilmiş odlu silah və döyüş sursatlarını, habelə basqında istifadə etdikləri bir ədəd nömrəsi istintaqa məlum olmayan “PM” markali tapança silahının nömrələrini mexaniki üsul ilə silmiş, basqın nəticəsində əldə etdikləri odlu silah və döyüş sursatlarmı, habelə soyuq silah hesab edilən bir ədəd süngü bıçağını Təqsirləndirilən şəxs və Şahid8 iştirakı ilə sonuncunun yaşadığı ünvan 3 ünvandakı evinin arxasında yerləşən torpaq sahəsində basdıraraq gizlətmiş, basqında istifadə etdikləri odlu silah hesab olunan bir ədəd nömrəsi istintaqa məlum olmayan “PM” markalı tapança silahını, onun komplekt hissəsi olan iki ədəd sandıqçanı və döyüş sursatı hesab edilən 17 ədəd 9 mm kalibrli patronlan saxlanılması üçün Şahid7, Təqsirləndirilən şəxs basqınm zamanı istifadə edərək əsgər Zərərçəkmiş şəxs1 boyun nahiyəsindən zərbə yetirdiyi soyuq silah hesab edilən xəncəri və ov bıçağını isə saxlanılması üçün qardaşı Şahid6 təhvil vermişdir. xx xxxxx xxx9-cuil tarixdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Şahid7 yaşadığı ünvan 4 ünvanına axtarış keçirilərkən onun X1 üçün götürdüyü, sonuncunun istintaqa məlum olmayan vaxtda və naməlum mənbədən qanunsuz əldə etdiyi və Tərtər rayonunun Qapanlı kəndi ərazisində düşmənlə təmas xəttində yerləşən N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımının 44-cü müşahidə postuna basqında istifadə etdiyi, odlu silah hesab edilən N ədəd nömrəsi silinmiş "PM" markalı tapança, onun komplekt hissəsi olan iki ədəd sandıqça və döyüş sursatı hesab edilən 17 ədəd 9 mm çaplı patronlar aşkar edilərək götürülmüşdür. xx xxxx 2010-cu il tarixdə Şahid4 yaşadığı ünvan 5 ünvanında axtarış aparılarkən həmin mənzildən bir ədəd döyüş sursatı hesab edilən qəlpəli "F-1" tipli əl qumbarasının gövdəsi aşkar edilərək götürülmüşdür. xx xxxx 2010-cu il tarixdə Şahid8 yaşadığı ünvan 3 ünvanda axtarış aparılarkənhəmin evdən döyüş sursatı hesab edilən RQD-5 markalı əl qumbarasının bir ədəd gövdəsi və bir ədəd UZRQM tipli partlayıcısı, həyətyanı sahəsindən isə basqında istifadə etdikləri hərbi və polis geyim paltarları aşkar edilərək götürülmüşdür. xx xxxx 2010-cu il tarixdə Şahid6 yaşadığı ünvan 2 ünvanında axtarış aparılarkən həmin evin həyətyanı sahəsindən döyüş sursatı hesab edilən 18 ədəd 7,62 mm çaplı "AK" konstruksiyalı avtomat və "RPK" konstruksiyalı əl plemyotlarda istifadə edilən patronlar aşkar edilərək götürülmüşdür. xx xxxx 2010-cu il tarixdə qanunvericiliklə nəzərdə tutulmayan “Sahil camaatı”» adlı silahlı qruplaşmanın üzvü Şahid8 yaşadığı ünvan 3 ünvandakı evin arxa tərəfində yerləşən torpaq sahəsinə baxış keçirilərkən Tərtər rayonunun Qapanlı kəndi ərazisində düşmənlə təmas xəttində yerləşən N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımının N saylı müşahidə postuna basqın nəticəsində talanmış bir ədəd çaxmaq dabanının arxa hissəsində zavod nömrəsinin sonüç rəqəmi 010 olan SVD markalı snayper tüfəngi, üç ədəd həmin silahın daraqları və həmin daraqlarda yığılmış 25 (iyirmi beş) ədəd 7,62 mm çaplı patronlar, iki ədəd çaxmaq dabanlarının arxa hissəsində zavod nömrələrinin son 1 rəqəmləri 030 və 018 nömrəli plan AKMS markalı avtomat silahları, həmin avtomat silahlarına aid 2 ədəd daraqları və həmin daraqlarda yığılmış cəmi 59 ədəd7,62 mm çaplı patronlar, soyuq silah hesab olunan bir ədəd süngü bıçağı və bir ədəd tapança qabı torpağın altında basdırılaraq gizlədilmiş halda aşkar edilərək götürülmüşdür. xx xxxxxx 2010-cu il tarixdə iş üzrə təqsirləndirilən şəxs Şahid6 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 1-ci massiv, 56 saylı evdə götürmə aparılmış və qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmənin üzvü Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 boyun nahiyəsindən zərbə vuraraq, sonuncunu qəsdən öldürmək üçün dərinliyi 4-5 sm olan, dəri və dərialtı yumşaq toxumanın yaralanması ilə müşayiət olunan “yüngül” dərəcəli bədən xəsarəti yetirdiyi soyuq silah hesab olunan bir ədəd kustar üsulla hazırlanmış xəncər, habelə bir ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Bundan başqa öz cinayətkar əməllərini davam etdirən Təqsirləndirilən şəxs xx xxx 2009-cu il tarixdə Paksitan İslam Respublikasının ərazisində yaradılmış qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmək məqsədilə ilk öncə İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qanunsuz yolla Pakistan İslam Respublikasının Şimali Vəziristan vilayətinə gedərək, bu dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan, ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış, X7 tərəfindən terror təşkilatı kimi tanınmış “Taliban adlı qanunsuz silahlı birləşmənin fəaliyyətində 2014-cü ilə qədər olan müddət ərzində iştirak etmiş, bu əmələ görə həmin dövlətin ərazisində məhkum olunmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, xarici ölkə ərazisində terrorçuluğa yönəlik hərəkətlər etməmişdir. 2001-2003-cü illərdə Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi hissəsində hərbi xidmət keçmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra İslam dininin sələfi məzhəbi üzrə ibadətlə məşğul olmuş, əsasən Bakı şəhərində fəaliyyət göstərən Əbu Bəkr adlanan məsciddə ibadətlə məşğul olmuşdur. Adı Saleh olduğundan özünə hər hansı dini ad götürməmişdir. Ondan başqa onunla bir məhəllədə yaşayan dini adı Amar olan Şahid3, Dürüskar Elşən və Fuad qardaşları, həmçinin Sadıq və Cami Emin adlı dostları da mütəmadi olaraq sələfi məzhəbi üzrə namaz qılır, çox vaxtlarda onun yaşadığı evin bağında dostları ilə yığışaraq dini söhbətlər aparmış və birlikdə cümə namazlarını qılmışlar. Təxminən 2007-ci ildə din qardaşı hesab etdiyi Emin Camini özlərinə əmir, yəni başçı seçmişlər. Onları digər camaatlar içində “Sahil” və “Primorsk” camaatı kimi tanımışlar. Həmin dövrdə camaatın Emin Cami başçı olmaqla, o, Elşən və Fuad Dürskar qardaşları, “Osman” dini adlı Şahid8, “Seyfulla” dini adlı Ramil Məmmədov, dini adı “Amar” olan Şahid3 və Vitaliy üzvləri olmuşlar. 2007-ci ilin sonunda əmləri Emin Cami camaatın üzvlərini bir yerə toplayaraq onları, tanışı Bakı camaatının əmiri kimi təqdim etdiyi “Əbdülsəməd” dini adlı Vüqarla tanış etdirmişdir. Birlikdə dini söhbətlər apardıqdan sonra “Əbdülsəməd” bildirdi ki, “Sumqayıt” camaatının əmiri “Abdullah” dini adlı Azər Misirxanov Azərbaycanda olan bütün camaatların əmiri seçilmişdir. Ondan sonra o özü və camaatın üzvləri Bakı şəhərində cümə namazlarına gedərkən “Abdullah”la tanış olmuşlar. Bir müddət sonra əmirləri Emin Cami Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən evində mücahid olan bir ərəbi gizlətdiyinə görə tutulmuş, tutulan zaman isə ondan tapança aşkar edilərək götürülmüşdür. X34 tutulduğu vaxta qədər o nə onda, nədə ki, camaatın digər üzvlərində hər hansı bir odlu silah görməditini bildirmişdir. Emin Cami tutulduqdan sonra camaatımız əmiri “Abduləziz” din adlı Elşən Dürskar seçilmişdir. “Abduləziz” əmir seçildikdən sonra Sadıx və Natiq qardaşları, Seymur Mərdanov və Səxavət adlı Sahil qəsəbəsində yaşayan qardaşlar, bir müddət sonra bir məktəbdə oxuduğum Şahid5 onlara qoşulmuşdur. 2008-ci ilin aprel-may aylarında əmirləri Elşən ruslara qarşı döyüşlərdə iştirak etmək üçün Çeçnistana getmişdir. Eşitdiyinə görə bir müddət sonra Elnur və Seymurda əmirləri Elşənin yanına gedərək ruslara qarşı gedən döyüşlərdə iştirak etmişdilər. Elşən döyüşlərə getdikdən sonra camaatımızın əmiri Şahid5 seçilmişdir. Sonralar eşitdimişdir ki, Seymur ruslara qarşı aparılan döyüşlərdə şəhid olmuşdur. Bundan sonra Elşən və Elnur geri qayıtmışlar. 2008ci ilin sonlarında cammatın üzvləri Ramin Məmmədovun evində yığışaraq “Sahil” camaatının maddi və silah təminatı ilə müzakirələr aparmış, camaatın maddi təminatının üzvlərin maddi köməkliyi əsasında formalaşdığını, toplanmış pullar ehtiyac olduqda dini kitabların alınması, imkansız dindar qardaşlara və onların ailə üzvlərinin ehtiyaclarına yönəldiyini, silah-sursat təminatına gəldikdə isə məqsədlərini çoxlu silah sursat əldə edib, Azərbaycanda şəriyyət qanunları ilə idarə olan dövlət qurmaq, habelə Amerika, Rusiya, İsrail və Ermənistana qarşı döyüşməkdən ibarət olduğunu bildirmişdir. Söhbət əsnasında Ramil bildirmişdir ki, onun Əsgər adlı qardaşı Tərtər rayonunda dislokasiya olunmuş hansısa hərbi hissədə qulluq etmiş və erməni işğalçıları ilə üzbəüz səngərdə duran postda xidmət aparmışdır. Ramilin sözlərinə görə həmin postda olan əsgərlər çox vaxt gecələr yatırlar, qardaşı Şahid4 həmin postda istifadə edilən parolları bilir və postda olan əsgərlərin silahlarını əllərindən asandlıqla almaqın mümlünlüyünü bildirmiş və bundan sonra hamı bu cinayətin ermənilər tərəfindən törədildiyini guman edərək onları axtarmayacaqlarını qeyd etmişdir. Ümumi qərara gəldikdən sonra Elnur, Əsgər və Ramil basqın ediləcək müşahidə postunda aparılan hərbi xidmətdəki qaydaların, istifadə edilən şərti sözlərin və ümumi şəraitin dəyişilib-dəyişilməməsini yerində öyrənmək və basqın zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasını asandlaşdırmaq məqsədilə təxminən 2008-ci ilin dekabr ayında Tərtər rayonunun Qapanlı kəndinə getmış, həmin vaxt onlar orada yol boyu olan nəzarət patrul postlarını müşahidə etmiş, Qapanlı kəndində olan zaman onlar posta gedən səngərə yaxınlaşmış və N saylı postu müşahidə edərək orada olan əsgərlərlə söhbət etmiş və xidmətdə dəyişikliklərin olmadığını, əsgəri xidmətin köhnə qaydada təşkil olunduğunu, əsgərlər üçün ərzaq paylarının eyni vaxtda gətirildiyini öyrənmişlər. Bundan sonra Elnurgil Bakı şəhərinə dönmüş və hazırlıq işləri, yəni basqında istifadə ediləcək odlu silah və döyüş sursatlarının əldə edilməsini, hərbi səhra geyimlərinin, xüsusi rütbələrinin və şevronların, habelə basqında istifadə olunacaq avtomaşın üçün saxta dövlət qeydiyyat nişanlarının hazırlanması barədə plan qurmuş, qeyd etdiyi işləri isə Ramil Məmmədov öz üzərinə götürmüşdür. Onları isə sonncunun göstərişlərini gözləməli imişlər. xx xxxxxx 2008-ci il tarixdə camaatın üzvləri Ramil Məmmədovun yaşadığı Ümid qəsəbəsində yerləşən evində toplaşmışlar. Həmin vaxt evdə Ramil Məmmədov və Şahid4 qardaşları, Şahid7, Şahid6, Şahid8 və o olmuşlar. Hazırda adlarını çəkdiklərimdən başqa orada daha kimlərinsə olmasını xatırlamadığıni bildirmişdir. Həmin vaxt Ramil Məmmədov təklif etmişdir ki, axşam vaxtlarında Tərtər rayonunda dislokasiya olunmuş hərbi hissənin hərbi postuna basqın etsinlər. Şəxsən o buna etiraz etmədiyini, başqalarının münasibətini bilmədiyini, Ramil Məmmədovun törədiləcək basqınla bağlı hər bir dəstə üzvü ilə təklikdə danışıdığını və onlarla razılaşdığını qeyd etmişdir. Həmin zaman Ramil Məmmədov evindəki təmir edilməmiş otaqdan iki ədəd paketlərdə qablaşdırılmış hərbi səhra geyimlərini götürdüyünü qeyd etmiş, həmin hərbi səhra geyimlərini, habelə basqında istifadə ediləcək odlu silah və döyüş sursatları Ramil Məmmədov tərəfindən əvvəlcədən hazırlandığını və Elçin Camalovun idarə etdiyi «Prado» markalı avtomaşına qoyduğunu qeyd etmişdir. xx xxxxxx 2008-ci il tarixdə axşam saat təxminən 22 radələrində o, Şahid4, Şahid3, Ramil Məmmədov, Şahid7 və Şahid5 Elçin Camalovun idarə etdiyi «Prado» markalı ağ rəngli avtomaşınında Tərtər rayonu istiqamətində yola çıxmış, Tərtər rayonu istiqamətində hərəkətimizi davam etdirərərk və gecə saat təxminən 03 radələrində Tərtər rayonunun adını xatırlamadığı kəndinə çatmış, həmin kəndə yaxın ərazidə Şahid4, Ramin Məmmədov, o və Şahid3 hərbi səhra geyimi geyinmış, maşından düşdükdən sonra X70 Qazıyevə bir ədəd ov bıçağı vermışdir. Bundan sonra onlar təxminən 200 metr yol getmış, Elçin isə maşında onları gözləmək üçün qalmışdır. O, həmin vaxt Şahid4 əlində hansı silah olduğunu bilmədiyini, Ramil Məmmədovun əlində səsboğucusu ilə təhciz edilmiş bir ədəd Makarov markalı tapançaya oxşar silah, özündə isə süngü bıçaq olduğunu, Tural ilə Elşənin əlində isə heç bir silah görməmişdir. Onlar hərbi postun əvvəlindən olan səngərə düşmüşlər. X40 bıçağı almış, ona tapançanı vermışdir. Səngərlə təxminən 300 metr yol getdikdən sonra, qazmaya təxminən 50 metr qalmış X85 Məmmədovun tapşırığı ilə dayanmışlar. Əsgər, Ramil, Elnur və o posta tərəf getmişlər. Şahid4 birinci, o isə ya ikinci ya da üçüncü sırada qetmişdir. Posta çatanda N əsgərin yatdığını görmüş, əsgərin yanına çatdıqda əzgər yuxudan durmuş və onlardan parolu soruşmuşdur. Əsgər Şahid4 parol kimi hansısa rəqəmləri deyib yatan əsgərdən nə üçün postda yatdığını soruşmuşdur. Bundan sonra içəridəki blindajdan tələsik bir əsgər, daha sonra isə yuxulu bir çavuş çıxmışdır. Şahid4 çavuşun üstünə qışqıraraq niyə postu özbaşına qoyub yatdığını irad bildirmişdir. Bundan sonra o hansısa əsgəri danlamağa başlamış, hansısa əsgərdən “Qorxmursan birdən erməni gəlib səni aparar” deyə soruşmuşdur. Həmin vaxt onlar orada xidmət edən əsgərlərə özlərini korpusdan vəya nazirlikdən gələn yoxlama zabitləri kimi təqdim etmiş və özlərini zabit kimi aparmışlar. Daha sonra Şahid4 ona əsgəri aparıb başqa yerdə danlamağını, Elnura isə başqa əsgərlə birlikdə postları yoxlamağı tapşırmıdır. Əsgər X10manın yanında qalmış, onlar dördü isə səngərin içi ilə hərəkət etməyə başlamış, o bir əsgər qabaqda, Elnur isə kiçik çavuşla birlikdə arxada gəlirmişlər. Elnurla mənim aramda təxminən 10-15 metr məsafə olmuşdur. Qarşısında gedən əsgərin adı səhv etmirsə Üzeyir olmuşdur. Həmin əsgər onun qarşısında gedirdi ki, digər postları ona göstərsin. Amma əsgərin davranışlarından artıq şübhələndiyini hiss etmişdir. Bu zaman əsgər geriyə çönərək ondan rütbəsini və dəqiq harada işlədiyini soruşmuşdur. O əsgərə bir söz deməyərək yoluna davam etməsini amr etmişdir. Lakin həmin əsgər bir daha geri çönərək ondan kim olduğunu soruşmuşdur. Bu zaman o onu əli ilə əsgəri itələyərk əlində olan süngü bıçağı ilə ona kürək nahiyəsindən zərbə endirmişdir. Zərbə endirən zaman ayağı büdrəmış və yerə yıxılmışdır. Əsgər isə bu zaman onun üstünə şığıyaraq əlindəki süngü bıçağını alıb onun alnından zərbə endirmək istəmişdir. O əagərin əlini tutmuş buna baxmayarq əsgər azda olsa sol qaşının üstündən yəni alın nahiyyəsindən ona xəsarət yetirmişdir. Artıq əsgərin əlini saxlaya bilmədiyini, bu zaman isə uca səslə qışqırıb Elnuru köməyə çağırmışdır. Bir neçə saniy sonra Elnur gəlmişdir. Həmin zaman əsgər onun üstünə uzanmışdır. Elnur əsgərin sol tərəfindən ona güllə dəyməsin deyə atəş açmışdır. Bundan sonra əsgər üstündə boşalmış və onu kənara atmışdır. Həmin vaxt qışqırıq səsinə Ramil Məmmədov gəlmiş və səhf etmirsə yerdə olan tapançanı götürüb əsgərə tərəf daha bir atəş açmışdır. Bundan sonra Elnur qazmaya tərəf qaçmış, o və Ramil isə maşını saxladığımız yerə gəlmişlər. Maşına oturanda artıq Elnur və digərləri də maşında olmuşlar. Elnurgil qazmadan iki ədəd AKMS markalı avtomat silahları, həmin silahlara aid iki ədəd cəmi 60 patronla dolu sandıqçalar, bir ədəd «SVD» markalı tüfəng və həmin tüfəngə aid 30 ədəd patron və üç ədəd sandıqça götürmüşlər. Avtomaşında aparılan söhbətlərdən o belə başa düşmüşdür ki, Elnur daha bir əsgərə özündə olan tapançadan atış açaraq yaralamışdır. Həmin vaxt alınımdan qan axdığını və şok vəziyyətdə olduğunu bildirmişdir. O hərbi səhra geyimini çıxarıb əl-üzümü yumuş, Ümid qəsəbəsinə çatdıqda Ramil Məmmədov və o bütün silahları götürüb dənizin qırağına getmişlər. Digərlərinin basqından sonra nə etdiyini bilməmiş və bu barədə maraqlanmamışdır. Dənizin qırağına gəldikdən sonra Ramil bir əsgərin öldürülməsində, digərinin isə yaralanmasında istifadə etdikləri tapançanı sökərək dənizə atmışdır. Ramin paltara bükdüyümüz iki ədəd AKMS markalı avtomat silahlarından birini sandıqçası və patronları ilə birlikdə ona vermiş və gizlətməyi tapşırmışdır. Digər silahları özü ilə götürmüşdür. Ramilin özü ilə götürdüyü silahların sonrakı aqibətindən xəbəri olmadığını, özündə olan N ədəd AKMS markalı avtomat silahı, həmin silahın sandıqçasını və patronları yaşadığı binanın arxasında gizlətdiyiniqeyd etmiş, təxminən bir həftə sonra Ramil onunla görüşərək silahı gizlətdiyi yerdən çıxırab hamısını birlikdə daha etibarlı yerdə gizlətməyi tapşırmışdır. Bu məqsədlə o N ədəd AKMS markalı avtomat silahı, həmin silahın sandıqçasını və patronları gizlətdiyim yerdən çıxarıb Ramillə birlikdə Qobustan rayonu ərazisində, dağlıq yerdə digər silahlarla birlikdə gizlətmiş və bir müddət evdən çıxmamış. xx xxx 2009-cu ildə tutulacağından ehtiyat etdiyi üçün rəsmi qaydada İran İslam Respublikasının Tehran şəhərinə, oradan isə qaçaq yolla Pakistan Respublikasının Şimali Vəziristan vilayətinə getmişdir. Orada əslən Azərbaycanlı olan mücahid Vüqar Hacızadənin rəhbərlik etdiyi dini qruplaşmaya qoşulmuş və həmin qruplaşmanın fəaliyyətində iştirak etmişdir. Vüqar Hacızadə koalisiya qüvvələri tərəfindən məhv edildikdən sonra həmin qruplaşmanın əmiri olmuşdur. Təxminən 4 il həmin qruplaşmanın fəaliyyətində iştirak etdikdən sonra ailəsini görmək üçün Türkiyəyə, yenidən qaçaq yolla İran İslam Respublikası ərazisinə keçmək istəmiş, bu zaman həmin ölkənin hüquq mühafizə orqanları tərəfindən qanunsuz sərhəd keçdiyinə görə saxlanılmış və 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2019-cu ildə həbs müddəti bitdikdən sonra o, azadlığa buraxılmış, azadlığa çıxdıqdan sonra yenidən qaçaq yolla İran İslam Respublikasının Xoy vilayətinin ərazisindən Türkiyə Respublikasının Van şəhərinə keçmişdir. Van şəhərində “Həsən Saleh” adı altında yaşamışdır. Üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığına görə Türkiyə hüquq mühafizə orqanları tərəfindən saxlanılmış və Azərbaycan Respublikasına təhvil verilmişdir. O, törətdiyi cinayət əməllərinə görə peşmandır. Pakistan Respublikasının Şimali Vəziristan vilayətində qanunsuz silahlı birləşmələrin tərkibində fəaliyyət göstərdiyinə görə deyil, İran İslam Respublikasının dövlət sərhədini qanunsuz keçdiyinə görə 5 il 2 ay müddətinə, yəni, 2014cü ildən 2019-cu ilə qədər İran İslam Respublikasının Tehran şəhərində məhkumluq həyatı yaşamışdır, orada məhkum olunmağına dair azadlığa çıxdıqdan sonra saxlanıldığı müəssisə tərəfindən ona fars dilində yazılı sənəd verilmiş, lakin həmin sənədi hara qoyduğunu unutmuşdur. Çox güman ki, həmin sənəd Türkiyənin Van şəhərində yaşadığı gecəqondulardan birində qalmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı qismən etirafını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsd qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, o, xx xxxx 2007-ci il tarixdə İmişli rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. xx xxxxxx 2007-ci il tarixdən xidmətini həmin hərbi hissənin 3-cü taborunun qərargah bölüyünün kəşfiyyat tağımında davam etdirmişdir. Kiçik çavuş Zərərçəkmiş şəxs2 və əsgər Zərərçəkmiş şəxs1 birgə xidmət dövründə tanımışdır. Zərərçəkmiş şəxs2 onun manqa komandiri, Zərərçəkmiş şəxs1 isə əsgər yoldaşı olmuş və hər ikisi ilə münasibəti xidməti olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Xidmət dövründə manqaları həmişə bir həftə N saylı müşahidə postunda döyüş növbəsində olmuş, bir həftə isə bölükdə dincəlmişlər. xx xxxxxx 2008-ci il tarixdə xidmət etdiyi manqa 44-cü müşahidə postunu təhvil almış və xidmətə çıxmışdır. Postda manqa komandiri Zərərçəkmiş şəxs2, əsgərlər o, Zərərçəkmiş şəxs1, X38, Şahid2, pulemyot manqasının komandiri kiçik çavuş X31, həmin manqanın əsgərləri Şahid1 və X14 xidmət aparmışlar. Postda post başçısı tağım komandiri leytenant Anar Mürsəlov olmuşdur. N saylı hərbi hissənin N saylı müşahidə postunda gecə vaxtlarında xidmət bir saatdan bir təşkil edilmişdir. 25-xx xxxxxx 2008-ci il tarixdə post başçısı tağım komandiri leytenant Anar Mürsəlov postda olmamış və həmin gecə saat 00-N radələrində kiçik çavuş Zərərçəkmiş şəxs2 əmrinə əsasən o, əsgər Şahid2 ilə döyüş növbəsinə çıxmış və döyüş növbəsini qazmanın qarşısında qapının ağzında dayanmaqla aparmışdır. Zərərçəkmiş şəxs1lə Fuad Heydərov isə istirahət etmək üçün qazmaya daxil olmuş və istirahət etmişlər. xx xxxxxx 2008-ci il tarixdə saat 01-N radələrində Üzeyir X18 və Şahid2 dəyişmişlər. Saat 02-N radələrində yenidən o və əsgər Şahid2 növbəni X44 Xaşayevdən təhvil almış, saat 03-N radələrində isə növbəni sonunculara təhvil verərək qazmaya daxil olub istirahət etmək üçün naralara uzanıb yatmışlar. Zərərçəkmiş şəxs3 sözlərinə görə saat təxminən 03-30 radələrində o, əlaqə telefonunun səsinə yuxudan oyanmış və qazmanın içərisində bir nəfər əynində «kommandos» forması, başında göy rəngdə üzərində Azərbaycan Respublikasının gerbi və bayrağı olan beretka olan, orta boylu, idmançı bədən quruluşlu, yumuru sifət, sarışın bığsız şəxsin və Fuad Heydərovun olduğunu görmüşdür. Həmin vaxt qazmanın qapısı açıq olmuş və o, bayırda qazmanın qarşısında başqa iki şəxsin olduğunu görmüşdür. Hava qaranlıq olduğu üçün o, həmin şəxslərin sifətlərini dəqiq görə bilməmişdir. Qazmanın içərisində olan şəxs qazmanın giriş qapısının ağzında dayanmışdır, Fuad Heydərov isə onun uzandığı naranın yanında ayaq üstə dayanmışdır. Həmin vaxt o, ayağa durub telefon tərəfə gedərək dəstəyini götürmüş, qazmada olan şəxs sağ əlini şalvarının sağ gibinə salıb bir ədəd balaca tapança çıxardaraq əlində lüləsi aşağıya tuşlamış vəziyyətdə tutub ona tərəf addım atmış, dəstəyi əlindən alaraq «polad qəbul, polad qəbul» sözlərini demiş və dəstəyi yerinə qoymuşdur. Bundan sonra həmin şəxs «telefona yaxın gələni …» deyərək ünvanlarına nəlayiq sözlər işlətmişdir. Daha sonra həmin şəxs piramidaya yaxınlaşmış «SVD» markalı NH 3010 nömrəli snayper tüfəngi və 3 ədəd sandıqçasını götürüb qazmadan çölə çıxmışdır. Qazmadan çıxarkən həmin şəxs «bu silahları aparıb «kombata» verəcəyik, o sizi pazlayacaq, kombatla mən gələnədək heç kim döyüş növbətçisi çıxmasın, bayırda olan iki nəfər döyüş növbətçisini də kombatın yanına aparırıq» sözləri demiş və çıxmışdır. Zabit kimi özlərini aparan həmin şəxslər Qapanlı kəndi istiqamətində gedəndən sonra Fuad Heydərov piramidadan silahını götürmüş Səmədzadəyə «silahını götür müşahidəyə çıxaq görək onlar haraya getmişlər» sözlərini işlətmişdir. Bundan sonra X45 Səmədzadə qazmadan çıxmış və 2-3 dəqiqəyə qazmaya qayıtmışlar. Təxminən 4-5 dəqiqə sonra 45 döyüş postundan əsgərlər Ağayev və Ələsgərov posta gələrək kiçik çavuş Zərərçəkmiş şəxs2 sifətinin qan içində 45 döyüş postuna gəldiyini Zərərçəkmiş şəxs1 isə yoxa çıxdığını bildirmişlər. Bundan sonra o, dərhal əlaqə telefonu ilə tabora zəng etmiş və rəislərdən və komandirlərdən kim varsa kiçik çavuş Zərərçəkmiş şəxs2 sifətinin qan içində olması Zərərçəkmiş şəxs1 isə yoxa çıxdığı barədə məlumat verilməsini xahiş etmişdir. Bundan təxminən 5-10 dəqiqə sonra tağım komandiri leytenant Anar Mürsəlov qaçaraq posta gəlmiş və 45 postuna tərəf qaçmışdır. Bir neçə dəqiqədən sonra Anar Mürsəlov posta qayıtmış və 43 postu istiqamətində qaçmış, dalınca Fuad Heydərov qazmadan çıxmışdır. Fuad Heydərov bir-iki dəqiqədən sonra geri qayıtmış və qabaqdan səs gəldiyini bildirərək qazmaya girib bir ədəd avtomat götürmüş tağım komandirin dalınca qaçmışdır. Bu vaxt 7-ci bölüyün komandiri baş leytenant Seymur Məmmədov 43 postuna tərəf qaçaraq getmişdir. Bir neçə dəqiqədən sonra yenidən qazmaya daxil olmuş xərəyi götürüb dalınca getməklərini əmr etmişdir. Həmin vaxt Şahid2 xərəyi götürmüş və o da sonuncunun ardınca səngərin içərisi ilə 43 postuna tərəf getmişlər. Təxminən 40 metr gedəndən sonra o, səngərin içərisində Zərərçəkmiş şəxs1 uzandığını görmüş, həmin vaxt Zərərçəkmiş şəxs1 xırıldamış və sifəti qan içində olmuşdur. Səngər ensiz olduğu üçün Üzeyin Xaşayevi xərəkdə daşımaq mümkün olmamış, həmin vaxt X72 Xaşayevin qollarından tağım komandiri isə ayaqlarından götürmüş və qazmanın yanına gətirmişlər. Bundan sonra o, Elçin Məmmədov və Şahid1 Zərərçəkmiş şəxs1 xərəkdə səngərin içi ilə tabor istiqamətində aparmış, səngərin qurtaracağında 8-ci bölüyün komandiri Adil Quliyev yaxınlaşmış və ondan və Elçin Məmmədovdan xərəyi almışdır. Elçin Məmmədovla o, səngərin içi ilə qazmaya qayıtmış və yolda yaralı Zərərçəkmiş şəxs2 tabora aparıldığını görmüşdür. Posta basqın edən şəxslərdən ancaq «kommandos» formasında olan şəxsi görmüş, həmin şəxsin əlində tapança silahından başqa heç nə olmamışdır. Xidməti istifadələrində olan və basqınçılar tərəfindən talan edilmiş iki ədəd AKMS markalı avtomat silahları, onlara aid iki ədəd daraqda olan cəmi 60 ədəd patronlar, bir ədəd «SVD» markalı tüfəng və həmin tüfəngə aid üç ədəd daraq və 30 ədəd patronların texniki vəziyyəti saz və istifadəyə yararlı olmuşdur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə ifadəsi elan edilərək tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X39 göstərmişdir ki, qardaşı Üzeyir vətənpərvər, fiziki baxımdan sağlam, yaşıdları arasında özünə hörmət qazanmış bir oğlan olmuşdur. 2007-ci ildə qardaşı Üzeyir Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Üzeyir Zaqatala rayon hərbi komissarlığı tərəfindən hərbi həkim komissiyasından keçirildikdən sonra Müdafiə Nazirliyinin Tərtər rayonunda dislokasiya olunmuş hərbi hissəsinə gönədirilmişdir. Üzeyir bir müddət xidmətini Tərtər rayonunun Marquşaven kəndində, daha sonra düşmənlə üzbəüz təmas xəttində, Qapanlı kəndinin ərazisində aparmışdır. xx xxxxxx 2008-ci il tarixdə onlara məlumat verilmişdir ki, qardaşı Üzeyir qeyri döyüş şəraitində qətlə yetirilmişdir. Hadisənin təfərrüatları, hadisənin kimlər tərəfindən törədilməsi onlara aydındır, istintaq orqanından və məhkəmədən Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini istəyir (cild 4, iş vərəq 49-50). İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, xx xxxx 2007-ci il tarixdə Zaqatala rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. xx xxxxxx 2008-ci il tarixdən xidmətini həmin hərbi hissənin 3-cü taborunun qərargah bölüyünün kəşfiyyat tağımının 2-ci manqasında davam etdirmiş və həmin manqanın komandiri vəzifəsinə təyin edilmişdir. Həmin vaxt ona, kiçik çavuş hərbi rütbəsi verilmiş və hadisə baş verənə kimi, yəni xx xxxxxx 2008-ci il tarixədək o, həmin vəzifədə düşmənlə təmas xəttində yerləşən N saylı müşahidə postunda xidmətini davam etdirmişdir. Zərərçəkmiş şəxs2 sözlərinə görə o, Zərərçəkmiş şəxs1 birgə xidmət dövründə tanımış, sonuncu ilə münasibətlərim xidməti olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Xidmət müddətində o, manqa tərkibində həmişə bir həftə 44-cü müşahidə postunda döyüş növbəsində olmuş, bir həftə isə bölükdə dincəlmişdir. Xidmət etdiyi N saylı müşahidə postuna basqından sonra o, Tərtər Hərbi Məhkəməsinin xx xxxxxxxx 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3, 128 və 338.2-ci maddələri ilə təqsirli bilinmiş, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İlk öncə 10 saylı ümumi rejimli kolonda saxlanılmış, 2010-cu ilin may ayından isə Nardaran kəndində yerləşən Məntəqə Tipli cəzaçəkmə müəssisəsində saxlanılmışdır. xx xxxxxx 2008-ci il tarixdə xidmət etdiyi manqa 44-cü müşahidə postunu təhvil almış və xidmətə çıxmışdır. Postda manqa komandiri o, əsgərlər Zərərçəkmiş şəxs1, X38, Zərərçəkmiş şəxs3, Şahid2, pulemyot manqasının komandiri kiçik çavuş X31, həmin manqanın əsgərləri Şahid1 və X14 xidmət aparmışlar. Postda post başçısı tağım komandiri leytenant Anar Mürsəlov olmuşdur və sonuncu həmişə postda əsgərlərlə birlikdə qalmışdır. N saylı hərbi hissənin N saylı müşahidə postunda gecə vaxtlarında xidmət bir saatdan bir təşkil edilmişdir. 25-xx xxxxxx 2008-ci il tarixdə post başçısı tağım komandiri leytenant Anar Mürsəlov postda olmamış və həmin gecə saat 00-N radələrində onun əmrinə əsasən əsgərlər Zərərçəkmiş şəxs3 ilə Şahid2 döyüş növbəsinə çıxmış, Zərərçəkmiş şəxs1lə Fuad Heydərov isə istirahət etmək üçün qazmaya daxil olmuşlar. xx xxxxxx 2008-ci il tarixdə saat 01-N radələrində o, Zərərçəkmiş şəxs1lə Fuad Heydərovu yuxudan oyatmış və sonuncular yuxudan durub döyüş növbəsini təhvil almışlar, saat 02-N radələrində isə yenidən növbəni Məhərrəmovla Səmədzadəyə təhvil vermişlər. Fuad Heydərov artıq «dembel» olduğu üçün onun icazəsi ilə xidmətini qazmanın içində keçirmiş və zabitlərdən posta gələn olanda tez qazmadan çölə çıxırmış. Saat təxminən 03-N radələrində o, yenidən Fuad Heydərovu və Zərərçəkmiş şəxs1 yuxudan durğuzmuş və xidmətə çıxmaqları barədə əmr etmişdir. Fuad Heydərov və Zərərçəkmiş şəxs1 yuxudan durub zirehli gödəkçələrini geyinmiş, silah və sursatlarını götürmüş, Zərərçəkmiş şəxs1 qazmadan çıxıb çöldə durmuş, Fuad Heydərov isə qazmada qalmışdır. Həmin vaxt əsgərlər Zərərçəkmiş şəxs3 və Şahid2 qazmaya daxil olmuş və istirahət etmək üçün naralarına uzanıb yatmışlar. Zərərçəkmiş şəxs2 sözlərinə görə o, qazmanın içində masa arxasında oturmuşdur. Həmin vaxt Fuad Heydərovun üzərində «SVD» markalı NH 3010 nömrəli snayper tüfəngi, Zərərçəkmiş şəxs1 üzərində isə AKMS markalı avtomat silahı olmuşdur. Təxminən 10-15 dəqiqə keçmiş o, çöldə qazmanın qarşısında dayanandan Zərərçəkmiş şəxs1 «dur kimdir gələn» səsini, daha sonra isə «453» parolun verildiyini eşitmişdir. Həmin vaxt Fuad Heydərov paltarda narada uzanmışdır və o, sonuncunu tez çağırmış, çöldən «453» parolu verildiyini bildirərək tabor komandirinin posta gəldiyini bildirmiş və komandiri qarşılamaq üçün tez qazmadan çıxmağını əmr etmişdir. Fuad Heydərov tələsik halda qazmadan çıxmış, Fuad Heydərovdan təxminən 1 dəqiqə sonra o, qazmadan çölə çıxmışdır. Zərərçəkmiş şəxs2 sözlərinə görə həmin vaxt qazmadan 2 metr məsafədə üzü ona tərəf N nəfər hərbi səhra geyimdə olan əvvəllər tanımadığı şəxslər dayanmışdır. Həmin şəxslərdən biri sonradan rütbəsinin səhv etmirsə kapitan olduğunu bildiyi şəxsin əynində hərbiçilərin geyindiyi xaki rəngli səhra qış geyim forması olmuşdur. Həmin zabitin başında üzərində parça materialından olan kakardalı zabit baş geyimi olmuşdur və həmin baş geyimi arxadan knopkalarla bağlanmışdır. Həmin şəxs təxminən 174-175 sm boylu, bığsız, ağbəniz olmuşdur. Həmin şəxsi görsə tanıdığını bildirən Zərərçəkmiş şəxs2 sözlərinə görə posta gələn 2-ci şəxsin rütbəsini o, görməmiş, həmin şəxsin əynində əsgərlərin geyindiyi səhra qış geyim forması olmuşdur. Həmin şəxsin başında «çeçenka» tipli papaq olmuşdur. Həmin şəxs təxminən 175-176 sm boylu, canlı bədənli, nazik bığlı və ağbəniz olmuşdur. 2-ci şəxsi də görsə tanıdığını bildirən Zərərçəkmiş şəxs2 sözlərinə görə 3-cü şəxsin rütbəsini və sifətini o, görməmiş, həmin şəxsin hündür boylu olduğunu hiss etmişdir. Həmin şəxs də səhra tipli hərbi geyim formasında olmuşdur. 4-cü şəxs orta boylu, dolu və canlı bədənli, ağbəniz, bığsız olmuş, «kommandos» geyim formasını geyinmiş, başında üzərində azərbaycan bayrağı olan göy rəngli beretka olmuşdur. Həmin, yəni sayca 4-cü göstərdiyi şəxsi də görsə tanıdığını vurğulayan Zərərçəkmiş şəxs2 daha sonra ifadələrində göstərmişdir ki, o, qazmadan çıxan kimi qarşına «kommandos» formasında olan şəxs və ifadələrimdə kapitan rütbəli kimi göstərdiyim şəxs çıxmışlar. Həmin şəxslər onu görüb «biz postu yoxlamağa gəlmişik, bu necə döyüş aparmaqdır, ərazi nə üçün çirklidir» demişlər. Həmin vaxt o, qazmadan çıxıb kapitan rütbəli şəxsə yaxınlaşmış və «yoldaş leytenant ərazi səhər vaxtlarında təmizlənəcək» sözlərini dediyi vaxt kapitan rütbəli şəxsin arxasında duran, üzünü görmədiyi hündürboylu şəxs sağ əli ilə onu sifətinin sol hissəsindən bir sillə vurmuş və «görmürsən, qabağında leytenant və ya kapitan durub» sözlərini ona demişdir. Həmin şəxsə «yeri yoxdur» sözləri dediyini bildirən Zərərçəkmiş şəxs2 sözlərinə görə bu zaman kapitan rütbəli şəxs onu vuran şəxsə «əsgərlə işin yoxdur» demiş və ona «silah sursatınızı çıxarıb düzülün» göstərişini vermişdir. Bundan sonra o, Fuad Heydərov və Zərərçəkmiş şəxs1 silahlarını, zirehli gödəkçələrini və sursatlarını çıxarıb yerə qoymuş, Fuad Heydərov isə həmin silahları və əşyaları götürüb qazmaya aparıb qoymuş və çıxıb qazmanın qarşısında düzüləndə «Kommandos» formasında olan şəxs və kapitan rütbəli şəxs dincələn əsgərləri oyatmamağı tapşırmışdır. Kapitan rütbəli şəxs onlardan «aranızda dembel varmı» soruşduqda o, özünün «dembel» olduğumu bildirmişdir. Kapitan rütbəli şəxs də ona «sağ salamat evinə get» demişdir. Daha sonra kapitan rütbəli şəxs «fərəqət» əmri vermiş və o, ləng bu əmri yerinə yetirdiyi üçün qarnından təpik vurmuşdur. Zərərçəkmiş şəxs2 sözlərinə görə o, əlləri ilə təpik zərbəsindən özünü müdafiə etmiş və əlləri ilə hiss etmişdir ki, kapitan rütbəli şəxsin ayaqlarında ağır botinkalar geyinilməmiş, adi mülki çəkmələr olmuşdur. Bundan sonra kapitan rütbəli şəxs Zərərçəkmiş şəxs1lə ona ifadələrində «çeçenka» tipli papaqda olduğunu və nazik bığlı şəxs olduğunu və üzünü görmədiyi hündürboylu şəxs kimi göstərdiyi şəxsləri göstərib «bunları köhnə 44 postuna aparın» göstərişini vermişdir. Zərərçəkmiş şəxs2 sözlərinə görə kapitan rütbəli şəxs onu köhnə N saylı posta göndərməmiş əvvəl bu əmri Zərərçəkmiş şəxs1lə Fuad Heydərova vermişdir. Lakin onunla sözləşəndən sonra kapitan rütbəli şəxs Fuad Heydərovu yanında saxlamış və Zərərçəkmiş şəxs1lə birlikdə onu göndərmişdir. Bundan başqa həmin şəxs köhnə N saylı postu dedikdə əli ilə həmin postun istiqamətini tam düzğün olaraq göstərmişdir. Bu göstərişdən sonra o, Zərərçəkmiş şəxs1 və hərbi hissədən yoxlama adı ilə gələn iki nəfər zabit səngərin içi ilə köhnə 44 postu istiqamətində hərəkət etməyə başlamışlar. Birinci Zərərçəkmiş şəxs1 getmiş və köhnə 44 postu istiqamətində yolu göstərmiş, ardınca üzünü görmədiyi hündürboylu şəxs, daha sonra o və «çeçenka» tipli papaqda olan nazik bığlı şəxs getmişlər. Təxminən 15 metr hərəkət etdikdən sonra «çeçenka» tipli papaqda olan nazik bığlı, ağbəniz şəxs səngərdəki atəş sektoruna qalxmış, Zərərçəkmiş şəxs1lə hündürboylu şəxs hərəkətlərini davam etmiş, o, isə atəş sektoruna qalxmış şəxsin yaxınlığında səngərin içində qalmışdır. Atəş sektoruna qalxan şəxs ona müraciət edərək «ərazi nə üçün çirklidir» sualını vermişdir. Həmin vaxt o, sualı verən şəxsə «sizə necə müracit edim» sualını vermiş, atəş sektoruna çıxan şəxs baş leytenant deyə müraciət etməyini ona tapşırdıqda isə o, həmin şəxsə baş leytenant deyə müraciət edərək ərazini səhər vaxtlarında təmizləyəcəklərini bildirmişdir. Həmin şəxs təxminən 50 sm hündürlükdə olan atəş sektorunda durduğu vaxt o, təxminən bir metr ondan irəli Zərərçəkmiş şəxs1 gili getdikləri tərəfə keçmiş və bu zaman qabaqdan Zərərçəkmiş şəxs1 «au» qışqırıq səsini eşitmişdir. Bu səsi eşidən kimi o, üzünü sol tərəfdən arxaya çevirmiş və həmin an sifətinin sol almacıq nahiyəsindən odlu silahdan açılmış atəşdən xəsarət alaraq sağ çiyin nahiyəsi üzərinə yerə yıxılmışdır. Zərərçəkmiş şəxs2 sözlərinə görə atəş açılmamışdan əvvəl və atəş zamanı o, «çeçenka» papaqlı şəxsin əlində odlu silah görməmişdir və bu səbəbdən də atəş onun üçün gözlənilmədən olmuşdur. Yerə yıxılandan sonra «çeçenka» papağında olan həmin şəxs ona tərəf yaxınlaşmış və ayağı ilə boynundan iki dəfə təpik vuraraq onun ölüb-ölməməsini yoxlamış, səsinin çıxmadığını görüb onun başa düşmədiyi dildə danışa-danışa Zərərçəkmiş şəxs1 qışqırtı səsi gələn tərəfə qaçmışdır. Ona xəsarət yetirən şəxs qaçandan sonra o, gözlərini açmış və yaxınlıqda heç kəsin olmadığını görüb halsız vəziyyətdə 45 saylı posta tərəfə getmişdir. Həmin vaxt o, posta zabit geyimində gələn şəxslərin onları öldürmək məqsədilə gəldiklərini başa düşmüş və 45 postda gizir Məmmədovun olduğunu bilərək basqın barədə xəbər vermək üçün həmin post istiqamətində hərəkət etməyə başlamışdır. 45 saylı posta çatanda onu həmin postun əsgərləri qarşılamış və gizir Məmmədovun yanına aparmışlar. Hadisə barədə gizir Məmmədova məlumat verəndən sonra o, huşunu itirmişdir. Daha sonra gizir Məmmədov basqın barədə məlumatı qərargaha ötürmüş və o, ayılanda özünün tibb məntəqəsində olduğunu görmüşdür. Xidmət etdiyi döyüş postuna basqın edən şəxslər sərbəst Azərbaycan dilində danışmış və həmin şəxslərdən üçünün sifətlərini yadında yaxşı saxlamışdır. Basqın edənlərin üzərində o, heç bir silah görməmiş, səngərin içi ilə yuxarıda göstərdiyi qaydada hərəkət edərkən ifadələrində nazik bığlı şəxs ona atəş açandan sonra həmin şəxslərin silahlı olduğunu başa düşmüşdür. Zərərçəkmiş şəxs2 sözlərinə görə o, hadisə yerindən qaçmasaydı basqın edən şəxslər qazmada qalan digər əsgərləri də öldürəcəkdilər. Şəxsən ona atəş açan şəxs onun ölüb-ölmədiyini yoxlamaq məqsədilə o, yerə yıxılandan sonra boyun nahiyəsindən iki dəfə təpik vurmuşdur. Kapitan kimi göstərdiyi şəxsin rütbəsi səhv etmirsə kapitan olmuşdur. Həmin şəxsin üzərində olan poqonları taxma poqonlar olmuş və üzərində tünd rəngli ulduzlar toxunmuşdur. Kapitan rütbəli şəxslə və üzərində «kommandos» tipli hərbi forma olan şəxs köhnə 44 postu tərəfə getməmişlər. Köhnə 44 postu tərəfə bığsız «çeçenka» papağında olan şəxs və hündür boylu kimi göstərdiyi şəxs getmişlər. Kapitan və «kommandos» geyimində olan şəxslər qazmanın qarşısında qalmışlar. Döyüş postuna basqın edən şəxslərin əlində kəndir, yapışkan lent, ip və ya qandal olmamışdır. Postda xidmət edən digər əsgərlər tam əmin olmuşlar ki, gecə vaxtı posta gələn dörd nəfər həmin şəxs korpusdan yoxlama üçün gələn zabitlər olmuşlar. Bu səbəbdən də həmin şəxslərin göstərişlərini yerinə yetirmişlər. Həmin şəxslər təmiz azərbaycan dilində danışmış, özlərini çox sərbəst və döyüş növbəsində olan qaydaları bilən şəxslər kimi aparmışlar. Hadisədən sonra, yəni Zərərçəkmiş şəxs1 öldürüb, onu yaraladıqdan sonra o, başa düşmüşdür ki, həmin şəxslər onları öldürüb silahlarını ələ keçirmək məqsədilə posta basqın etmişlər. Basqın edən şəxslər qazmadan iki ədəd avtomat silahını və bir ədəd SVD snayper tüfəngini götürmüş, onları sağ qoyub silahları aparsaydılar həmin şəxsləri hüquq-mühafizə orqanları əməkdaşları Azərbaycan tərəfində axtarmağa başlayacaq, onları öldürməyə nail olsaydılar isə hamı basqını ermənilər tərəfindən həyata keçirildiyini hesab edərək həmin şəxsləri axtarmayacaqdılar. Basqın edən şəxslər onu və digəpr əsgərləri özlərinə inandırıb tərkisilah etmiş və onları öldürməmək fikirləri olsaydı həmin vaxt özləri ilə ip gətirib əlayaqlarını bağlayıb silahlarını apara bilərdilər. Həmin şəxslər isə bunu etməmiş və Zərərçəkmiş şəxs1 öldürmüş, onu isə yaralamışlar. Məhz o, sağ qaldığı və 45 saylı posta məlumat verməyi nəticəsində digər əsgərlər sağ qalmışlar. Atəş səsini eşitməmiş və şok vəziyyətində olduğu üçün güllə yarası almasını başa düşməmişdir, komandir olduğu manqanın xidməti istifadəsində olmuş və basqınçılar tərəfindən talan edilmiş iki ədəd «AKMS» markalı avtomat silahları, avtomat silahlarına aid iki ədəd daraqda olan cəmi 60 ədəd patronlar, bir ədəd «SVD» markalı tüfəng və həmin tüfəngə aid üç ədəd daraq və 30 ədəd patronların texniki vəziyyəti saz və istifadəyə yararlı olmuşdur (cild 1, iş vərəq 165- 170). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, o, 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində istintaqı aparılmış 638 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx xxxx 2010-cu il tarixdə X63 məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azər Misirxanov tərəfindən yaradılmış «Sumqayıt camaatı» adlı silahlı birləşmənin tərkibində fəaliyyəti ilə bağlı Şahid3 göstərmişdir ki, «Sumqayıt Camaatı» adlı birləşməyə daxil olan «Sahil camaatı»-nın üzvü Ramil Məmmədov 2008-ci ilin axırlarında ona və camaatın digər üzvlərinə müraciət edərək bildirmişdir ki, silah əldə etmək üçün onun planı var. Söhbət əsnasında Ramil Məmmədov ona bildirmişdir ki, Əsgər adlı qardaşı Tərtər rayonunda dislokasiya olunmuş hərbi hissədə qulluq etmiş və erməni işğalçıları ilə üzbəüz səngərdə duran postda xidmət aparmışdır. Ramil Məmmədovun sözlərinə görə ona məlum olmuşdur ki, həmin postda olan əsgərlər çox vaxt gecələr yatır, Ramil Məmmədovun kiçik qardaşı Şahid4 həmin postda istifadə edilən parolları bilir və postda olan əsgərlərin silahlarını əllərindən asanlıqla almaq mümkün olacaq və bundan sonra hamı bu cinayətin ermənilər tərəfindən törədildiyini guman edərək basqında iştirak edənləri, yəni onları axtarmayacaqlar. Şahid3 sözlərinə görə o, silah əldə etmək məqsədilə basqında iştirak etməyinə razılığını verəndən sonra basqın ediləcək müşahidə postunda aparılan hərbi xidmətdəki qaydaların, istifadə edilən şərti sözlərin və ümumi şəraitin dəyişilib-dəyişilməməyini öyrənmək və basqın zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasını asanlaşdırmaq məqsədilə X28, Şahid5, Şahid4 və X37 ilə birlikdə təxminən 18-xx xxxxxx 2008-ci il tarixdə saat 10 radələrində sonuncunun idarə etdiyi “VAZ-2107” markalı qırmızı rəngli avtomaşınında Tərtər rayonunun Qapanlı kəndinə getmişdir. Həmin vaxt o və dəstə üzvləri yol boyu olan nəzarət patrul postlarını müşahidə etmiş, Şahid4 isə yolu xatırlamışdır. Qapanlı kəndində Şahid4, Ramil Məmmədov və Şahid5 posta gedən səngərə yaxınlaşmış və N saylı postu müşahidə edərək orada olan əsgərlərlə söhbət etmişlər. Şahid3 sözlərinə görə o, həmin vaxt Elçin Camalovla avtomaşının yaxınlığında durmuşdur. Şahid3 sözlərinə görə həmin vaxt Şahid4 ərzaq paylarını götürmək məqsədilə Qapanlı kəndinə gələn N saylı hərbi hissənin əsgərləri ilə ümumi xarakterli söhbətlər etmiş və xidmətdə dəyişikliklərin olmadığını, əsgəri xidmətin köhnə qaydada təşkil olunduğunu, əsgərlər üçün ərzaq paylarının eyni vaxtda gətirildiyini öyrənmişdir. Yolu dəqiqləşdirib şəraiti öyrənəndən sonra o, “Sahil camaatı”nın üzvləri Ramil Məmmədov, Şahid5, Şahid4 və Elçin Camalov geriyə Bakı şəhərinə dönmüşlər. Şahid3 sözlərinə görə hazırlıq işlərini, yəni basqında istifadə ediləcək odlu silah və döyüş sursatlarının əldə edilməsini, hərbi səhra geyimlərinin, xüsusi rütbələrinin və şevronların, habelə basqında istifadə olunacaq avtomaşın üçün saxta dövlət qeydiyyat nişanlarının hazırlanmasını Ramil Məmmədov öz üzərinə götürmüş və ümumi razılığa əsasən digər dəstə üzvləri isə onun göstərişlərini gözləmişlər. 2008-ci ilin dekabr ayında o, Şahid7, Şahid5, Təqsirləndirilən şəxs, Şahid4, Şahid8 və X73 Məmmədovun Ümüd qəsəbəsində yerləşən evində yığışmışlar. Həmin vaxt Ramil Məmmədov yenidən təklif etmişdir ki, dəstə üzvləri silah əldə etmək məqsədilə Tərtər rayonunda dislokasiya olunmuş hərbi hissənin hərbi postuna basqın etsinlər. Şahid3 istintaqa verdiyi ilkin ifadələrində göstərmişdir ki, o və yuxarıda adlarını göstərdiyi dəstə üzvləri həmin basqında iştiraklarına razılıqlarını vermişlər. Şahid4 basqın olunmuş həmin hərbi hissədə qulluq etməsini və postda olan parolu bilməsini vurğulayan Şahid3 sözlərinə görə hal-hazırda Şahid4 dediyi parol onun yaddaşında qalmamışdır. Həmin vaxt o və dəstə üzvlərindən digərləri Şahid4 narkoman olduğunu və bu səbəbdən də ona inanmadıqlarını Ramil Məmmədova demiş, lakin sonuncu qardaşı Şahid4 narkotiklərdən bir neçə vaxtdır ki uzaqlaşdığını onlara bildirmişdir. xx xxxxxx 2008-ci il tarixdə X13 tapşırığına əsasən o, “Sahil camaatı”nın üzvləri Şahid7, Şahid5, Təqsirləndirilən şəxs, Şahid4, Elçin Camalov, Şahid6 və Şahid8 Tərtər rayonunun Qapanlı kəndində yerləşən hərbi hissənin müşahidə postuna basqın etmək məqsədilə Ramil Məmmədovun yaşadığı Ümid qəsəbəsində yerləşən evində yığışmış, X58 onun və adlarını qeyd etdiyi dəstə üzvləri arasında basqın zamanı vəzifə bölgüsü aparmış, bundan sonra dəstə üzvləri bir ədəd “Makarov” markalı tapança və bir ədəd səsboğucu ilə təchiz edilmiş tapança silahları, bir neçə ədəd əl qumbarası, bir ədəd süngü bıçağı və bir neçə ədəd kustar üsulla hazırlanmış ov bıçaqları, habelə hərbi geyim ləvazimatları ilə təchiz edilmişlər. Dəstə üzvləri arasında razılaşma əldə edildikdən sonra həmin gün axşam saat təxminən 22 radələrində o, Şahid4, Ramil Məmmədov, Şahid7, Şahid5 və Təqsirləndirilən şəxs Elçin Camalovun idarə etdiyi «Prado» markalı ağ rəngli avtomaşınında, Osman ləqəbli Şahid8la Şahid6 isə sonuncunun idarə etdiyi «VAZ-2109» markalı qırmızı rəngli avtomaşınla Tərtər rayonu istiqamətində yola çıxmışlar. Şahid3 sözlərinə görə dəstə üzvləri arasında olan danışığa əsasən Şahid6la Şahid8 Yevlax rayonunda onları gözləməli və kömək lazım olduqda onlar tərəfə gəlib silahların daşınmasında onlara köməklik etməli idilər. Bu səbəbdən də Şahid6la Şahid8 Yevlax rayonunda qalmış, o, Şahid4, Ramil Məmmədov, Şahid7, Şahid5 və Təqsirləndirilən şəxs Elçin Camalovun idarə etdiyi «Prado» markalı ağ rəngli avtomaşınında Tərtər rayonu istiqamətində hərəkətlərini davam etmişlər. İstintaqın gedişində Şahid3 Şahid8la Şahid6 barəsində verdiyi ifadələri dəyişdirmiş, xx xxxxxx 2008-ci il tarixdə, yəni hərbi hissəyə basqına getdikləri günü onların Ramil Məmmədovun yaşadığı Ümid qəsəbəsindəki evində olduqlarını təsdiq etsə də, Şahid8la Yavər X16 konkret nə tapşırıq aldıqlarını bilmədiyini, tapşırıqların Ramil Məmmədov tərəfindən təklikdə verildiyi səbəbindən Şahid8la Şahid6 basqında rolları barədə məlumatsız olduğunu bildirmişdir. Şahid3 sözlərinə görə basqın günü Şahid6 dəstə üzvlərini öz evinə dəvət etmiş və hamını özü bişirdiyi yarpaq dolması ilə qonaq etmişdir. Dəstə üzvləri Şahid6 tərəfindən hazırlanmış dolmanı yedikdən sonra yenidən Ramil Məmmədovun evinə keçmiş və burada silahlanaraq hərbi geyim əşyaları ilə təchiz edilmiş və Tərtər rayonu istiqamətində yola düşmüşlər. İfadələrini qismən dəyişdirəndən sonra Şahid3 bildirmişdir ki, o, xx xxxxxx 2008-ci il tarixdə dəstə üzvləri ilə görüşlərindən əvvəl basqında dəqiq kimlərin iştirak etməsini bilməmiş, basqında kəşfiyyat məqsədi ilə göstərdiyi qaydada Tərtər rayonunun Qapanlı kəndinə gedənlərin olacağını fikirləşmişdir. Lakin, Ramil Məmmədovun evində onunla kəşfiyyata gedənlərdən başqa Şahid7, Təqsirləndirilən şəxs, Şahid6 və Şahid8 da olmuşlar. Şahid6 Ramil Məmmədovla qonşuluqda yaşadığını qeyd edən Şahid3 sözlərinə görə o, Şahid8 kimin tərəfindən və nə məqsədlə Ramil Məmmədovun evinə dəvət olunduğunu bilməmiş və bu barədə heç kəsdən maraqlanmamışdır. Şəxsən ona Ramil Məmmədov həmin günün axşam vaxtlarında Tərtər rayonunda dislokasiya olunmuş hərbi hissənin hərbi postuna basqın etməyi təklif etmiş və o, Ramil Məmmədovun bu təklifi ilə razılaşmışdır. Şahid3 sözlərinə görə həmin vaxt o, «Sahil camaatı» adlı silahlı qruplaşmanın Ramil Məmmədovun evində olmuş digər üzvlərinin basqına dair münasibətlərini bilməmişdir. Belə ki, Ramil Məmmədov hər bir dəstə üzvü ilə təklikdə danışmış və ya bu görüşdən əvvəl artıq razılıqlarını almışdır. Həmin vaxt Ramil Məmmədov evindəki təmir edilməmiş otaqdan iki ədəd paketlərdə qablaşdırılmış hərbi səhra geyimlərini götürmüşdür. Şahid3 sözlərinə görə həmin hərbi səhra geyimlərini evdə ona və digərlərinə Ramil Məmmədov tərəfindən verilibverilməməyini o, xatırlamamış, lakin həmin hərbi geyim əşyalarının, habelə basqında istifadə ediləcək odlu silah və döyüş sursatlarının Ramil Məmmədov tərəfindən əvvəlcədən hazırlandığını və Elçin Camalovun idarə etdiyi «Prado» markalı avtomaşına qoyulduğunu dəqiq yadında saxlamışdır. Özünü və dəstə üzvlərini müdafiə etmək məqsədilə Şahid3 öz ifadələrini dəyişdirəndən sonra göstərmişdir ki, Ramil Məmmədov tərəfindən odlu silah və döyüş sursatı və basqında istifadə ediləcək hərbi səhra geyimləri gətirilən zaman o, otaqdan çıxmış və tualetə getmiş və bu səbəbdəndi kimlərin hərbi səhra geyimləri geyinməsini görməmiş və Ramil Məmmədovun orada olan dəstə üzvlərindən kimlərə konkret nə tapşırıq verməsini eşitməmişdir. xx xxxxxx 2008-ci il tarixdə axşam saat təxminən 22 radələrində o, Şahid4, Ramin Məmmədov, Şahid7, Şahid5 və Təqsirləndirilən şəxs Elçin Camalovun idarə etdiyi «Prado» markalı ağ rəngli avtomaşınında Tərtər rayonu istiqamətində yola çıxmış və gecə saat təxminən 03 radələrində Tərtər rayonunun adını xatırlamadığı kəndinə çatmışlar. Həmin kəndə yaxın ərazidə o, Şahid4, Ramin Məmmədov və Təqsirləndirilən şəxs özləri ilə götürdükləri hərbi səhra geyimlərini geyinmişlər. Şahid3 sözlərinə görə o və digərləri hərbi geyimlərini üzərilərində olan mülki geyimlərin üstündən geyinmişlər. Şahid3 sözlərinə görə onun başında «çeçenka» tipli papaq olmuş və həmin ərəfədə o, nazik bığ saxlamışdır. Ramil Məmmədov «Komandos» xüsusi hərbi səhra geyimini geyinmiş, Şahid4 isə hərbi geyiminə baş leytenant və ya kapitan hərbi rütbəsini əks etdirən poqonlar taxmışdır. Şahid3 sözlərinə görə o, Şahid7, Elçin Camalovun və Şahid5 hərbi səhra geyimi geyinmələrini xatırlamamışdır. Kəndə daxil olmamışdan əvvəl X74 Camalovun idarə etdiyi «Prado» markalı ağ rəngli avtomaşını saxlatdırmış və həmin vaxt avtomaşının nömrələrini əvvəlcədən hazırladığı başqa avtomaşına məxsus nömrələrlə əvəz etmişdir. Şahid3 sözlərinə görə o, avtomaşına bərkidilmiş yeni nömrədə olan rəqəmləri xatırlamır və o, X46 Camalovun idarə etdiyi avtomaşından düşəndən sonra Ramil Məmmədov ona bir ədəd ov bıçağı vermişdir. Həmin bıçağın xarici görünüşünə görə kustar üsulla hazırlanmış bıçağa oxşadığını vurğulayan Şahid3 sözlərinə görə o, həmin bıçağın xarici əlamətlərini tam yadında saxlamamış və bu səbəbdən də həmin bıçaq ona təqdim olunsaydı onu tanıya bilməzdir. Bıçağı götürəndən sonra o, Ramil Məmmədov, Şahid4, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid5 hərbi posta tərəf hərəkət etməyə başlamış Elçin Camalov isə avtomaşının yanında qalmışdır. Şahid3 sözlərinə görə həmin vaxt Şahid4 əlində hansı silah olduğunu o, bilməmişdir. Ramil Məmmədovun əlində səsboğucusu ilə təchiz edilmiş bir ədəd Makarov markalı tapançaya oxşar tapança silahı olmuş, Təqsirləndirilən şəxs əlində isə süngü bıçaq olmuşdur. Şahid5la Şahid7 əlində o, heç bir silah görməmişdir. Şahid3 sözlərinə görə o, Ramil Məmmədov, Şahid4, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid5 hərbi postun əvvəlindən olan səngərə düşmüşlər. Həmin vaxt Ramil Məmmədov ondan bıçağı almış və odlu silahla davranmaqda digərlərindən daha təcrübəli olduğunu bəhanə gətirərək əvəzinə səsboğucusu ilə təchiz edilmiş tapança silahını ona vermişdir. Şahid3 sözlərinə görə Ramil Məmmədovun ondan götürdüyü bıçağı kimə verdiyini o, görməmişdir. Səngərlə 300 metr yol getdikdən sonra, qazmaya təxminən 50 metr qalmış Şahid5la Elşən X35 tapşırığı ilə dayanmış, Şahid4, Ramil Məmmədov, Təqsirləndirilən şəxs və o, hərbi posta tərəf hərəkətlərini davam etmişlər. Şahid4 birinci, o və digərləri isə ardınca hərəkət etmiş və posta çatanda bir nəfər əsgərin yatdığını görmüşlər. Xidmətdə yatan əsgərin yanına çatdıqda o, yuxudan durmuş və onlardan parolu soruşmuşdur. Şahid4 xidmətdə yatan əsgərə parol kimi rəqəmlər demiş və yatan əsgərə yaxınlaşaraq nə üçün xidmətdə yatdığını soruşmuşdur. Bundan sonra içəridəki blindajdan çölə tələsik bir əsgər çıxmış, daha sonra isə yuxulu bir çavuş çıxmışdır. Şahid4 çavuşun üstünə qışqıraraq niyə postu özbaşına qoyub yatdıqlarını soruşmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs da bir əsgəri danlamağa başlamışdır. Həmin vaxt o, özü bir əsgərə müraciət edərək yatan zaman ermənilərin gəlib onları girov götürə bilməsindən qorxubqorxmadıqlarını soruşmuşdur. Şahid3 sözlərinə görə həmin vaxt o, Şahid4, Ramil Məmmədov və Təqsirləndirilən şəxs orada xidmət edən əsgərlərə özlərini korpusdan gələn yoxlama zabitləri kimi təqdim etmiş və özlərini zabit kimi aparmışlar. Daha sonra Şahid4 əvvəlcədən hazırlanmış basqın planına uyğun olaraq Salehə Adilova əsgəri aparıb başqa yerdə danlamasını, ona isə başqa bir əsgərlə birlikdə postları yoxlamasını tapşırmışdır. Əsgər X10manın yanında qalmış, o, Təqsirləndirilən şəxs və daha iki nəfər əsgər isə səngərin içi ilə hərəkət etməyə başlamışlar. Təqsirləndirilən şəxsla bir nəfər əsgər qabaqda o, isə kiçik çavuş rütbəli əsgərlə birlikdə bir qədər arxada getmişlər. Həmin vaxt o, atəş sektoruna çıxmış, onun yanında olan kiçik çavuşdan ermənilərin postları barədə maraqlanmış və ərazinin çirkli olduğu barədə iradlarını həmin kiçik çavuşa bildirmişdir. Kiçik çavuş ondan hərbi rütbəsini soruşmuş və o, kiçik çavuşa baş leytenant rütbəsində olduğunu bildirmişdir. Həmin vaxt onlardan qabaq tərəfdə olan Təqsirləndirilən şəxsla digər əsgərin olduğu yerdən qışqırıq səsi eşidilmiş və o, səngərin atəş sektorundan düşən zaman istəmədən əlindəki tapança silahından kiçik çavuşa bir dəfə atəş açmışdır. Şahid3 sözlərinə görə atəş tapança silahının qoruyucusu açıq olduğu üçün baş vermişdir. Atəşdən sonra kiçik çavuş səngərə yıxılmış, o, isə Təqsirləndirilən şəxsgili tərəfdən gələn qışqırıq səsi tərəfə qaçmışdır. Təqsirləndirilən şəxsgilə çatanda görmüşdür ki, əsgər Təqsirləndirilən şəxs əlindəki bıçağı alıb və Salehi Adilovun alnından yara xəsarəti yetirmişdir. Daha sonra Şahid3 öz ilkin ifadələrində göstərmişdir ki, o, əsgərlə Təqsirləndirilən şəxs yaxınlaşanda Təqsirləndirilən şəxs ona müraciət edərək «Ammar öldür onu» sözləri demişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs üstündə olmuş və bıçağı Təqsirləndirilən şəxs götürmüşdür. Qaranlıq olduğundan o, Təqsirləndirilən şəxs üstündə olan əsgəri yaxşı nişan ala bilməmiş, atəş açmaqla əsgərin altında olan Təqsirləndirilən şəxs xəsarət yetirməkdən ehtiyat etmiş və bu barədə Təqsirləndirilən şəxs xəbərdar etmiş, lakin sonuncunun təkidindən sonra o, Təqsirləndirilən şəxs üstündə olan əsgərə bir dəfə atəş açmışdır. Həmin vaxt o, atəş açdığı güllənin əsgərin harasından dəydiyini bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündəki əsgəri kənara atmış və ayağa duraraq onunla birlikdə blindaja tərəf qaçmışdır. İstintaqın gedişində Şahid3 özünü müdafiə etmək məqsədi ilə bu hissədə olan ifadələrini dəyişdirmiş, dəstə üzvlərindən Ramil Məmmədovun cinayəti törətdikdən sonra öldüyünü bilərək əsgər Zərərçəkmiş şəxs1 İslam oğlunun öldürülməsi üzrə məsuliyyəti məhz Ramil Məmmədovun üzərinə atmağa çalışmışdır. Belə ki, Şahid3 sonrakı ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla əsgər Zərərçəkmiş şəxs1 mübarizə etdiyi yerə yaxınlaşarkən əlindəki səsboğucu ilə təchiz edilmiş tapança silahı yerə qoyub əlləri ilə Təqsirləndirilən şəxs üstündə oturan əsgəri qaldırmağa çalışmış, lakin bunu edə bilməmişdir. Təqsirləndirilən şəxs ondan kömək istəmiş, o, isə şok vəziyyətinə düşüb hərəkətsiz durmuşdur. Şahid3 sözlərinə görə həmin vaxt qışqırıq səsinə qazmada qalmış Ramil Məmmədov gəlmiş və yerdə olan tapançanı götürüb əsgərə tərəf atəş açmışdır. Gecə və qaranlıq vaxtı Ramil Məmmədovun tapança silahını yerdə görüb götürməsinin həqiqətə uyqun olmadığı, Ramil Məmmədovun qazmadan çıxmaması və atəş səsini eşitməməsi barədə hadisə vaxtı qazmanın qarşısında duran iş üzrə təqsirləndirilən şəxs Şahid4 və qazmada olan əsgərlərin ifadələri barədə məlumatlı olan Şahid3 sonuncu ifadələrinin üstündə qalmışdır. Daha sonra Şahid3 öz ifadələrində göstərmişdir ki, o, qazmaya qaçıb qazmanın qabağında duran Şahid4 hadisə barədə məlumat vermiş və geriyə qayıtmağını tapşırmışdır. Bundan əvvəl isə qazmaya qayıdarkən atəş açdığı birinci əsgərin uzandığı yerdən qaçmasını görmüşdür. Şahid3 sözlərinə Şahid4 avtomaşın tərəfə qaçandan sonra X47 Adilov gəlmiş, Təqsirləndirilən şəxs avtomaşın tərəfə qaçmış, Ramil Məmmədov isə qazmaya daxil olub əsgərlərin telefonla danışdığını görmüş və əsgərlərdən telefonun dəstəyini götürüb özü danışmağa başlamışdır. Ramil Məmmədovun telefonla nə danışdığını xatırlamadığını vurğulayan Şahid3 sözlərinə görə Ramil Məmmədov telefonla danışandan sonra qazmadan bir ədəd «SVD» markalı tüfəngi götürmüşdür. Basqın nəticəsində qazmadan iki ədəd AKMS markalı avtomat silahları, həmin silahlara aid iki ədəd cəmi 60 patronla dolu sandıqçalar, bir ədəd «SVD» markalı tüfəng və həmin tüfəngə aid 30 ədəd patron və üç ədəd sandıqça götürülmüşdür. Avtomaşında aparılan söhbətlərdən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs dalaşdığı əsgərə ilk olaraq bıçaqla zərbə yetirmiş və əsgər həmin zərbədən şoka düşüb Təqsirləndirilən şəxsla dalaşmağa başlamışdır. Şahid3 ilkin ifadələrində göstərmişdir ki, dəstə üzvləri Bərdə rayonu ərazisindən keçərkən həmin rayonun girişində onları gözləyən Şahid6la Şahid8 geri qayıtmağa işarə etmişlər. Sonrakı ifadələrində isə Şahid3 göstərmişdir ki, basqından sonra o, avtomaşında yatmış və yolda nə olduğu barədə məlumatsız olmuşdur. Şahid3 sözlərinə görə Ümid qəsəbəsində Ramil Məmmədov silahları sellofana büküb götürmüş, o, özü hərbi səhra geyimini çıxarıb əl-üzünü yumuş və dərhal yaşadığı evinə getmişdir. Şahid3 sözlərinə görə o, basqından sonra dəstə üzvləri ilə görüşməmiş, onların nə işlə məşğul olduqları barədə məlumatsız olmuş və bu barədə maraqlanmamışdır. Şahid3 sözlərinə görə bu basqından sonra o, Çeçenistana getməyə qərara gəlmiş və 2009-cu ilin mart ayında sərhədi keçən zaman sərhədçilər tərəfindən saxlanılmış və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına təhvil verilmişdir. Basqın nəticəsində əldə edilmiş iki ədəd AKMS markalı avtomat silahlarının, həmin silahlara aid iki ədəd cəmi 60 patronla dolu sandıqçaların, bir ədəd «SVD» markalı tüfəngin və həmin tüfəngə aid cəmi 30 ədəd patronla dolu üç ədəd sandıqçanın, habelə basqın zamanı istifadə edilmiş tapança silahların və bıçaqların sonrakı taleyi barədə onun məlumatı olmamışdır. Hərbi paltarlar və silahlar Ramil Məmmədovda qalmışdır. xx xxxx 2010-cu il tarixdə iş üzrə təqsirləndirilən şəxs Şahid8 yaşadığı ünvan 3 ünvanda yerləşən evinin arxasındakı torpaq sahəsində axtarış aparılarkən torpaq altından qazılaraq aşkar edilmiş hərbi geyim əşyaları hərbi hissənin müşahidə postuna basqın zamanı istifadə etdikləri hərbi geyim əşyalarına oxşamış və bütün hərbi səhra geyimləri bir birlərinə oxşadığı üçün o, dəstə üzvlərindən kimlərin konkret hansı hərbi geyimdə olduğunu göstərə bilməz. Bununla belə Şahid3 göstərmişdir ki, poqonlarla olan hərbi geyim forması və kakardalı hərbi baş geyimi basqın zamanı Şahid4 tərəfindən geyinilmişdir, Ramil Məmmədovun basqın zamanı geyindiyi «Komandos» tipli hərbi geyimi isə tapılmış və ona təqdim edilmiş hərbi geyim əşyalarının arasında olmamışdır. Şahid3 öz ifadələrində bir daha qeyd etmişdir ki, xx xxxxxx 2008-ci il tarixdə Tərtər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissənin postuna basqın zamanı onun və digər dəstə üzvlərinin əynində əsasən hərbi səhra geyimləri olmuşdur. «Prado» markalı avtomaşını idarə edən Elçin Camalovun əynində hansı geyim olduğunu o, xatırlamamışdır. Şahid3 sözlərinə görə şəxsən onun əynində hərbi səhra geyimi, başında isə «çeçenka» tipli papaq olmuşdur. Ramil Məmmədovun əynində «Komandos» tipli hərbi səhra geyimi və başında göy rəngli biretka olmuşdur. Şahid4 əynində baş leytenant və ya kapitan rütbəli zabitin hərbi səhra geyimi və buşlatı olmuşdur. Təqsirləndirilən şəxs əynində rütbəsiz hərbi səhra geyimi olmuşdur. Şahid5la Şahid7 hansı geyimdə olduqlarını o, xatırlamamışdır. Daha sonra Şahid3 öz ifadələrində göstərmişdir ki, basqın zamanı onun və digər dəstə üzvlərinin ayaqlarında adi mülki çəkmələr və botinkalar olmuşdur. Hərbi paltarları o və digərləri basqından sonra Ramil Məmmədova təhvil vermişlər. Basqın zamanı o və dəstə üzvlərindən heç kəs özü ilə ip, skoç və ya qandal götürməmişdir. N saylı hərbi hissənin N saylı müşahidə postunda xidmətdə olan iki nəfər əsgərin və kiçik çavuşun basqınçılar tərəfindən tərksilah olunduğu halda və həmin əsgərlərin öldürülməsi əvvəlcədən planlaşdırılmamışdırsa nə üçün o və basqında iştirak edən digərləri məntiqə uyğun olaraq həmin əsgərlərin əllərini və ayaqlarını bağlamaq əvəzinə onlardan iki nəfərini qazmadan uzaqlaşdırmış və hansı səbəbdən Təqsirləndirilən şəxs qabağında gedən əsgərlərdən birinin boyun nahiyəsindən bıçaq xəsarəti yetirmişdir sualına cavab olaraq Şahid3 göstərmişdir ki, basqın planını Ramil Məmmədov hazırlamış və dəstə üzvlərindən hər birinə basqında konkret vəzifəni özü tapşırmış, Ramil Məmmədov hazırladığı basqın planını ona tam açıqlamamış və Təqsirləndirilən şəxs əsgərə bıçaq zərbəsi endirməsinin səbəbi barədə onun məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərdi ki, o, 2005-ci ilin oktyabr ayında Fizuli rayonunun Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və Tərtər rayonunla yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Təxminən üç ay müddətində gənc əsgər kurslarını bitirdikdən sonra o, hərbi xidmətini N saylı hərbi hissənin Tərtər rayonunun Qapanlı kəndində yerləşən 3-cü taborunun qərərgah bölüyünün kəşfiyyat tağımında davam etdirmişdir. Xidmət dövründə o, həmin hərbi hissənin ermənilərlə üzbəüz yerləşən 44-cü müşahidə postunda manqa komandiri kimi xidmət aparmışdır. Şahid4 sözlərinə görə ilk dövrdə xidmət etdiyi manqa dəyişmədən həmin postda xidmət aparmış, bir müddət keçəndən sonra isə bir həftədən bir döyüş postuna çıxan əsgərləri, o cümlədən onun xidmət etdiyi manqanı digər manqanın əsgərləri ilə əvəz etməyə başlamışlar. Xidmət etdiyi dövrdə zabitlər axşam vaxtlarında müşahidə postlarında xidmət aparmamış və hərbi hissənin 8-ci bölüyünün gərargahında qalmışlar. Şahid4 sözlərinə görə o, xidmət etdiyi dövrdə müşahidə postları arası patrul xidməti təşkil olunmamış, ərzaq payları 44, 45 və 46 saylı postlara gündə üç dəfə - səhər saat 06 radələrində, günorta saat 12 radələrində və axşam saat 19 radələrində yük avtomaşınında Tərtər rayonunun Qapanlı kəndinədək gətirilmiş və hər postdan iki nəfər əsgər səngərdən çıxıb ərzaq payını götürərək posta qayıtmışlar. Bundan başqa, o, həmin hərbi hissədə qulluq etdiyi zaman postda hər gün parol dəyişmişdir. Parol Azərbaycanın rayon və şəhərlərindən ibarət oşlmuşdur. Belə ki, postda duran əsgər hər hansı bir rayonun və ya şəhərin adını dedikdə posta yaxınlaşan şəxs həmin rayonun və ya şəhərin son hərfi ilə başlayan yeni rayon adını deməlidir. Məsələn postda duran əsgər parol kimi Ağdam rayonun adını dedikdə posta yaxınlaşan şəxs Masallı rayonunun adını demişdir. O, xidmət etdiyi dövrdə X48 bir neçə dəfə onun yanına gəlmiş, xidmət etdiyi posta çıxıb xidmət şəraiti ilə maraqlanmış və tanış olmuşdur. Elə həmin vaxtlar X48 görmüşdür ki, o, xidmət etdiyi müşahidə postunda hərbi xidmət çox aşağı səviyyədə təşkil olunmuş və zabitlər əsgərlərin xidməti ilə maraqlanmamışlar. 2007-ci ilin aprel ayında o, hərbi xidmətdən tərxis olunmuş və valideyinlərinin yaşadığı Bakı şəhəri Sahil qəsəbəsinə qayıtmışdır. Təxminən 2007-ci ilin oktyabr-noyabr aylarında ona məlum olmuşdur ki, qardaşları Ramil Məmmədov və Şahid6 (Yavərin soyadı sənədlərində səhv olaraq Mamedov kimi göstərilmişdir) İslam dinini qəbul etmiş və namaz qılmağa başlamışlar. Həmin vaxt ona həmçinin məlum olmuşdur ki, qardaşları Ramil və Yavər Sahil və Ümüd qəsəbəsində yaşayan dindar uşaqlarla dini camaat yaratmışlar. Şahid4 sözlərinə görə o, həmin vaxt dindar olmadığı üçün həmin camaat üzvləri ilə yaxın ünsiyyət saxlamamışdır. Camaat üzvlərindən o, Şahid7ı, Şahid5, Şahid3, Şahid8, Elçin Camalovu, Təqsirləndirilən şəxs, Fuad Drusnarı və adlarını unutduğu bir çox şəxsləri üzdən tanımışdır. 2008-ci ilin əvvəllərində o, narkotik vasitə həşiş qəbul etməyə başlamışdır. X19 narkoman olduğunu biləndən sonra onu bir müddət danlamış, xeyiri olmadığını görəndə isə onu möhkəm döyməyə başlamışdır. Narkotiklərdən uzaqlaşdırmaq məqsədilə Ramil Məmmədov onu İslam dininə dəvət etmiş və Şahid7 tərəfindən rəhbərlik edilən «Sahil camaatı»-nın üzvləri ilə tanış edərək çalışmışdır ki, o, həmin dindarlarla dostluq etsin. Şahid4 sözlərinə görə o, bir müddət namaz qılmağa başlamışdır və həmin camaata daxil olmuşdur. Lakin daha sonra o, ağır narkotik vasitə hesab olunan heroin qəbul etməyə başlamış və namaz qılmamışdır. Bununla belə Şahid4 vurğulamışdır ki, o, X48dan qorxduğu üçün sonuncuya və ətrafdakılarına namaz qıldığını bildirmişdir. 2008-ci ilin təxminən noyabr ayında qardaşım Ramil Məmmədov ona zəng edərək yaşadığı ünvanda onunla görüşmüş və əsgərlik fotoşəkillərini özü ilə götürüb həyətə çıxmağını xahiş etmişdir. Ramil Məmmədovun tapşırığına əsasən o, əsgərlik fotoşəkillərini götürüb həyətə çıxmış və Ramil Məmmədovun «Sahil camaatı» adlı camaat üzvləri Təqsirləndirilən şəxs və Şahid5la birlikdə sonuncunun idarə etdiyi VAZ-2107 markalı 017 rəqəmləri ilə olan dövlət nişanı avtomaşında gəldiyini görmüşdür. Həmin vaxt o, Ramil Məmmədovun dəvəti ilə avtomaşına əyləşmişdir. Avtomaşında X48 ona müraciət edərək xidmət etdiyi hərbi döyüş postu barədə ətraflı məlumat verməsini və hərbi posta gedən yolları fotoşəkillər üzrə göstərməsini ondan xahiş etmişdir. Şahid4 sözlərinə görə o, həmin vaxt Ramil Məmmədova, Təqsirləndirilən şəxs və Şahid5 xidmət etdiyi döyüş postu barədə ətraflı məlumat vermiş və fotoşəkilləri onlara təqdim etmişdir. Həmin vaxt Ramil Məmmədov və başqaları öz məqsədlərini ona açıqlamayaraq onun əsgərlik fotoşəkillərini özləri ilə götürmüşlər. Bir müddət sonra Ramil Məmmədov yenidən ona müraciət etmiş və ondan götürdükləri fotoşəkillər üzrə ərazini tanıya bilmədiklərini ona bildirmişdir. Həmin vaxt Ramil Məmmədov özü ilə camaat üzvlərindən bir neçəsini (həmin vaxt Ramil ona heç kimin adını açıqlamamışdır) Tərtər rayonunun Qapanlı kəndinə aparıb xidmət etdiyi postun yerləşdiyi ərazini göstərməsini ondan xahiş etmişdir. Şahid4 sözlərinə görə həmin vaxt o, Ramil Məmmədovdan həmin ərazi ilə nə üçün maraqlandıqlarını soruşmuş və sonuncu ilk öncə onun sualıma cavab verməmiş, onun təkidini görəndən sonra isə həmin ərazini öyrənəndən sonra həmin posta silahlı basqın edib silahları əldə etmək planlarını ona bildirmişdir. Bununla belə Ramil Məmmədov həmin basqında onun iştirak etməyəcəyini söz vermişdir. Həmin vaxt Ramil Məmmədov dəstə üzvlərində bir ədəd tapança silahının olması barədə ona məlumat vermiş, həmin tapançadan hər hansı bir otağa atəş açdıqda otaqda olan adamların yuxuya getməsini və döyüş postuna basqın zamanı məhz bu tapança silahından istifadə ediləcəyini ona bildirmişdir. Təxminən 18-xx xxxxxx 2008-ci il tarixdə o, Ramil Məmmədov, Şahid5, Şahid3 və Elçin Camalov, sonuncunun idarə etdiyi qırmızı rəngli «VAZ-2107» markalı avtomaşınında kəşfiyyat məqsədilə Tərtər rayonunun Qapanlı kəndinə getmişlər. Təxminən saat 12 radələrində o, Ramil Məmmədov, Şahid5, Şahid3 və X57 kəndinə çatmış və Elçin Camalovun idarə etdiyi avtomaşınını Qapanlı kəndində yaşayan Ulduz adlı qadının evinin yaxınlığında saxlamışdır. Şahid4 sözlərinə görə təxminən 30-40 yaşlarında olan Ulduz adlı qadını o, xidmət etdiyi dövrdən tanımışdır. Həmin qadın postda xidmət edən əsgərlərdən yeməklərin qalıqlarını alıb toyuq-cücəsinə yedizdirmiş, əvəzində isə əsgərlərə qatıq və süd məhsulları pulsuz vermişdir. Avitomaşından düşəndən sonra o, Ramil Məmmədov və Şahid5 posta gedən səngərə yaxınlaşmışlar. Həmin vaxt orada bir nəfər əsgər əlində süpürgə ilə ərazini təmizləmiş və o, Ramil Məmmədov və Şahid5 həmin əsgərə tərəf yaxınlaşandan sonra o, Ramil Məmmədovun tapşırığına əsasən həmin əsgərlə söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, həmin əsgərdən öyrənmişdir ki, N saylı hərbi hissənin postlarında duran kəşfiyyat tağımlarında xidmət qaydaları dəyişilməmişdir. Əsgərlər hər axşam saat 18 radələrində gərargahdan rabitə vasitəsi ilə aldıqları parollardan istifadə edirlər və həmin parollar onun göstərdiyi kimi Azərbaycan Respublikasının müxtəlif bölgələrindəki şəhər adlarından ibarətdir. Həmin vaxt o, əsgərə həmçinin tabor komandirinin «453» parolunu demiş və əsgərin söz və hərəkətlərindən başa düşmüşdür ki, bu parol dəyişdirilmədən saxlanılmışdır. Xidmət aparan əsgərlə söhbət etdiyi zaman o, əlini N saylı müşahidə postu tərəf uzadıb həmin postda xidmət edib-etməməsi ilə maraqlanmış və onunla söhbət edən əsgər cavab olaraq həmin postda xidmət etdiyini bildirmişdir. Söhbət zamanı Ramil Məmmədovda əsgərə müxtəlif mövzuda suallar vermişdir. Söhbət əsnasında o, həmçinin müəyyən etmişdir ki, zabit heyyəti gecələr postda qalmamışlar. Sonda o, həmin əsgərə özünündə N saylı müşahidə postunda xidmət etdiyini bildirmiş və xidmət dövründə tağım komandiri olmuş İsmayılov Əli adlı zabitin adını bildirərək həmin zabiti tanıyıb-tanımadığını soruşmuş, həmin zabitin artıq həmin postda xidmət etmədiyini biləndən sonra isə Ramil Məmmədov və Şahid5la birlikdə əsgərlə sağollaşıb avtomaşın tərəfə qayıtmışlar. Şahid4 sözlərinə görə o, Ramil Məmmədov və Şahid5 həmin əsgərlə söhbət edərkən onlardan təxminən 10 metr ara məsafədə təxminən N nəfər əsgər durub hərbi hissədən gələn avtomaşında gətiriləcək ərzaq paylarını gözləyirdilər. Həmin vaxt o, bu əsgərlərə də müraciət edərək onların haləhvallarını və hansı postlarda qulluq etmələrini soruşmuşdur. Həmin əsgərlərin cavablarından ona məlum olmuşdur ki, həmin əsgərlər N saylı hərbi hissənin 8-ci bölüyünün əsgərləri olmuşlar. Ramil Məmmədov və Şahid5 «VAZ-2107» markalı 917 dövlət nömrə nişanlı avtomaşına tərəf yaxınlaşdıqda Elçin Camalov sükan arxasına keçmiş, Şahid3 və onlar avtomaşına oturub Bakı şəhərinə qayıtmışlar. Şahid4 sözlərinə görə yol boyu X75 Həsənova basqın planını izah edib və Şahid5 bu plan ilə razılaşmışdır. Həmin vaxt hər ikisi ondan səngərdən müşahidə postunadək məsafəni, müşahidə postunda olan əsgərlərin sayını soruşmuş, əsgərlərdə olan silahlar barədə maraqlanmışlar. Həmin vaxt o, X49 Həsənovun bu suallarını cavablandırmış, sonunculara gecə vaxtlarında əsgərlərin xidmətdə yatdıqlarını və zabitlərin müşahidə postlarında olmadıqlarını bildirmişdir. X49 Həsənovun söhbətlərindən o, başa düşmüşdür ki, X49 Həsənov həmin müşahidə postuna silahlı basqın edərək və orada xidmətdə olan əsgərləri zərərsizləşdirərək silahlarını əldə etmək hazırlaşmışlar. Həmin vaxt o, Ramil Məmmədov və başqalarından əsgərləri necə zərərləşdirmək istədikləri barədə bir daha maraqlanmış, lakin Ramil Məmmədov onun sualına cavab verməmişdir. Bununla belə Ramil Məmmədov onu sakitləşdirmək üçün həmin vaxt bir daha ona bildirmişdir ki, əsgərlər öldürüməyəcək. Bakı şəhərinə çatmamış dəstə üzvlərindən kimsə Ramil Məmmədova həmin basqında iştirak etmək üçün onu da özləri ilə götürməklərini təklif etmiş və təklifini dini baxımdan əsaslandırmış və orada olan uşaqlar həmin şəxslə razılaşmışlar. Bundan sonra Ramil Məmmədov ona də tapşırmışdır ki, həmin basqında iştirak etmək üçün o, hər vaxt hazır olsun və qəsəbədən uzaqlaşmasın. Təxminən xx xxxxxx 2008-ci il tarixdə saat 14 radələrində o, Təqsirləndirilən şəxs və Şahid5 qardaşı Şahid6 işlədiyi bərbərxanasının yaxınlığında durduqları zaman Ramil Məmmədov onlara tərəf yaxınlaşmış və bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs hərbi geyim paltarları üçün lazım olan poqon və şevronların alınıb-alınmaması barədə maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs Ramil Məmmədova cavab verərək poqonlarla şevronları özü təşkil edəcəyini bildirmişdir. Şahid4 sözlərinə görə o, həmin anadək hərbi hissəyə silahlı basqında ancaq özünün, Ramil Məmmədovun, Şahid5, Təqsirləndirilən şəxs, Şahid3 və Elçin Camalovun iştirak edəcəklərini bilmişdir. Basqında konkret rollar ona bildirilməmişdir. Ramil Məmmədov və başqaları basqının vaxtı və digər hallarını sir kimi saxlamışlar. xx xxxxxx 2008-ci il tarixdə saat təxminən 20-22 arası o, Sahil qəsəbəsində yerləşən «Liman» adlı kafedə olduğu zaman Ramil Məmmədov və Elçin Camalov onun yanına gəlmiş və onu özləri ilə götürərək Elçin Camalovun idarə etdiyi «Toyota Prado» markalı ağ rəngli avtomaşınında əvvəlcə Şahid3 gözlədiyi Sahil qəsəbəsindəki bazarın yaxınlığına, Şahid3 götürəndən sonra isə Ramil Məmmədovun yaşadığı Ümid qəsəbəsindəki evinə aparmışlar. Ramil Məmmədovun yaşadığı evinə çatanda orada hələ heç kəs olmamışdır. Təxminən bir neçə dəqiqə keçmiş Ramil Məmmədovun tapşırığı ilə həmin evə əvvəlcə Təqsirləndirilən şəxs, sonra Şahid5la Şahid7, daha sonra isə X50 Rəhimov gəlmişlər. Ramil Məmmədovun ailə üzvləri evdə olmamışlar. Şahid4 sözlərinə görə adlarını sadaladığı dəstə üzvlərindən hamı Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə silahlı basqın etmək üçün Ramil Məmmədovun evində yığışdıqlarını bilmişlər. Həmin vaxt qardaşı Şahid6 təklifi ilə hamı onun evinə keçmiş və orada Yavər yerdə hamı üçün süfrə açmış, pişirdiyi yarpaq dolmasını üç ədəd iri həcmli boşqaba dolduraraq süfrəyə düzmüş, bundan başqa orada olanların hər biri üçün kiçik kasa qablarında qatıq qoymuşdur. Həmin vaxt qardaşı Şahid6 ailə üzvləri evdə olmamış və sonuncunun sözlərindən ona məlum olmuşdur ki, dolmanı Yavər özü bişirmişdir. Təxminən 30-35 dəqiqə çörək yeyəndən sonra o, Ramil Məmmədov, Şahid7, Şahid5, Şahid3, Təqsirləndirilən şəxs, Elçin Camalov, Şahid8 və Şahid6 yenidən Ramil Məmmədovun evinə keçmişlər. Bundan sonra Ramil Məmmədov evindəki təmirsiz otaqdan bir ədəd üzərində «adidas» sözü yazılmış idman çantasını, bir ədəd hərbi rüqzak və bir ədəd iri həcmli sarı rəngli sellofan torbanı çıxarmış və hamının gözü qabağında oturduqları yerə tökmüşdür. Üzərində «adidas» sözü qeyd edilmiş idman çantasının içindən iki ədəd hərbi geyim formaları və bir ədəd sellofan paketdə qablaşdırılmış tapança silahları və iki ədəd «F-1» tipli əl qumbaraları qablaşdırılmışdır. Tapança silahlardan biri «Makarov» markalı olmuşdur. Digərinin isə markasını o, bilməmiş və həmin tapança səsboğucusu ilə təhciz edilmişdir. Şahid4 sözlərinə görə o, hadisədən əvvəl X48un üstündə bir ədəd «Makarov» markalı tapançaya oxşar və şariklərlə atəş açan pnevmatik tapançanın olduğunu görmüşdür, lakin basqına getdikləri günü o, həmin tapançanı görüb-görmədiyini xatırlamamışdır. Bundan başqa həmin sellofan paketdə bir neçə bıçaqlar qablaşdırılmışdır. Həmin bıçaqlardan biri qını ilə olan süngü bıçağı olmuş, lakin xarici görünüşünə görə əsgərlikdə gördüyü süngü bıçaqlardan fərqlənirdi. Bıçaqlardan biri kustar üsulla düzəldilmiş ov bıçağına oxşar olmuşdur. Sarı rəngli salofan paketdə də hərbi geyim formaları qablaşdırılmışdır. Rüqzakın içində nə qablaşdırıldığını o, görməmiş və Ramil Məmmədov içindəkini yerə tökməmişdir. Hərbi geyim formalarını yerə tökəndən sonra orada yığılmış dəstə üzvlərinin hər biri öz bədən ölçülərinə uyqun olaraq hərbi geyim forması seçmişlər. Şahid4 sözlərinə görə həmin vaxt bir ədəd hərbi geyim forması artıq qalmışdır. Dəstə üzvlərindən X50 Rəhimov hərbi geyim forması götürməmiş, Elçin Camalova isə hərbi parad forması çatmışdır. Hərə özünə hərbi forma seçəndən sonra Ramil Məmmədov dəstə üzvləri arasında rol bölgüsü aparmış və hərəyə öz tapşırıqlarını vermişdir. Şəxsən ona Ramil Məmmədov tapşırmışdır ki, o, zabit formasında özünü posta gedən dəstə üzvləri arasında başçı kimi aparsın və orada qarşılarına çıxan hərbi hissə əsgərlərinə parolu deyərək zabit kimi əsgərlərə göstərişlərini versin. Ramil Məmmədovun tapşırığı ilə o, müşahidə postunda qarşılarına çıxan əsgərlərdən iki nəfərini Şahid3 və Təqsirləndirilən şəxsla birlikdə müşahidə postundan kənarlaşdırmalı və köhnə N saylı müşahidə postu istiqamətində göndərməli olmuş, hərbi xidmət aparan və ayıq olan digər əsgərləri isə Ramil Məmmədov özü zərərləşdirməli olmuşdur. Daha sonra Şahid4 göstərmişdir ki, həmin vaxt o, X48dan nə üçün iki nəfər əsgərin postan uzaqlaşdırmaq lazım olduğu barədə maraqlanmış, lakin Ramil Məmmədov onun bu sualına cavab verməmiş və «nə deyirəmsə onu icra et» deyə üstünə acıqlanmışdır. Buna baxmayaraq o, Ramil Məmmədovdan ona danışdığı və guya atəş açmaqla hədəfləri öldürmədən yuxuya salan tapança silahı barədə soruşmuşdur. Həmin vaxt Ramil Məmmədov onun bu sualına cavab olaraq bildirmişdir ki, həmin silahı əldə etmək mümkün olmamışdır. Daha sonra Ramil Məmmədov orada olan bütün uşaqlara öz tapşırıqlarını vermişdir. Belə ki, Ramil Məmmədovun tapşırıqlarına əsasən Şahid3 və Təqsirləndirilən şəxs onunla və Ramil Məmmədovla birlikdə müşahidə postunun əsgərlərini zərərsizləşdirməli, Şahid7la Şahid5 müşahidə postuna 10 metir ara məsafəsində dayanıb ətrafı müşaidə etməli və silahların daşınmasında onlara kömək etməli, Elçin Camalov hərbi parad geyimində Qapanlı kəndində avtomaşında basqınçıları gözləməli və hadisə yerindən onları qaçırmalı, Şahid8la Şahid6 isə sonuncunun idarə etdiyi «VAZ-2109» markalı qırmızı rəngli avtomaşınında Bərdə rayonunun girişində durmalı və basqından sonra dəstə üzvləri Bakı şəhərinə qayıdın zaman Elçin Camalovun «Prado» markalı avtomaşınında olan dəstə üzvlərindən bir neçəsini və silahların bir hissəsini öz avtomanlarında Ümid qəsəbəsinə gətirməli idilər. Şahid4 sözlərinə görə Şahid8la Şahid6 basqına ona görə cəlb olunmuşdurlar ki, basqından sonra həyacan siqnalı polislərə verilsə dəstə üzvləri yollarda qurulacaq polis postlarını rahat şəkildə iki avtomaşında keçə bilsinlər. Belə ki, Ramil Məmmədov basqında iştirak edən dəstə üzvlərinə deyirdi ki, əks halda polislər avtomaşında oturan sərnişinlərin çoxluğunu görüb avtomaşınlarını saxlayıb yoxlaya bilərlər. Bundan başqa Şahid4 öz ifadələrində vurğulamışdır ki, X48 basqında dəstə üzvlərinin üzərinə düşən konkret vəzifə və rolların detalları ilə bağlı hər bir dəstə üzvü ilə fərdi qaydada söhbət edib razılığa gəlmişdir. X48 dəstə üzvləri arasında rol bölgüsü apardıqdan sonra və artıq hava qaranlıq olduqda o, Ramil Məmmədov, Şahid3, Təqsirləndirilən şəxs, Şahid7, Şahid5 Elçin Camalovun idarə etdiyi «Toyota Prado» markalı avtomaşınına minmiş, Şahid8la Yavər Məmmədov isə Ramil Məmmədovun göstərişinə əsasən Yavər Məmmədovun idarə etdiyi VAZ-2109 markalı avtomaşınına minmiş və Tərtər rayonu istiqamətində hərəkət etmişlər. Avtomaşına minməmişdən əvvəl Ramil Məmmədov X50 Rəhimova Tərtər rayonu istiqamətində hərəkət etməyi və Bərdə rayonunun girəcəyində işarəsini gözləməyi tapşırmışdır. Basqından sonra əldə edilmiş silahlar çox olduğu halda «Toyota Prado» markalı avtomaşında olan dəstə üzvlərindən bir neçəsi və əldə edilmiş silahların bir qismi Yavər Məmmədovun avtomaşınına keçməli və həmin avtomaşında Ümid qəsəbəsinə gətirilməli idi. Şahid4 sözlərinə görə dəstə üzvləri avtomaşınlara oturandan sonra Ramil Məmmədovun göstərişinə əsasən hamı telefon aparatlarını söndürmüşdür və gidalandırıcı cihazlarını telefonlardan ayırmışlar. Ümid qəsəbəsindən çıxıb Tərtər rayonu istiqamətində hərəkət edərkən Ramil Məmmədovun göstərişi ilə Elçin Camalov avtomaşını Ələt qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə sürmüş və arxalarıca avtomaşını sürən Yavər Məmmədova benzin üçün 50 manat pul verməyi tapşırmışdır. Elçin Camalov və Şahid6 həmin vaxt avtomaşınlarına benzin vurmuş, lakin Şahid6 Elçin Camalovdan pul götürməmiş və öz avtomaşınına benzini öz puluna doldurmuşdur. Benzin vurandan sonra o və qeyriləri yolunu davam etmiş və gecə saat 03 radələrində Tərtər rayonunun Qapanlı kəndinə çatmışlar. Şahid4 sözlərinə görə o, dəqiq saatı ona görə xatırlamışdır ki, Ramil Məmmədov basqını planlaşdıranda ona müraciət etmiş və o, Ramil Məmmədova məsləhət etmişdir ki, hər bir halda basqını saatın tamamında həyata keçirmək olmaz. Belə ki, hər saatın tamamında postlarda xidmətdə olan əsgərlər dəyişdirilir. Qapanlı kəndinin girişində Elçin Camalov avtomaşını saxlamış və hamı, o cümlədən o, avtomaşından düşüb özləri ilə götürdükləri hərbi geyim formaları üstlərində olan mülki geyimlərin üstündən geyinməyə başlamışlar. Həmin vaxt X51 Camalovda fərqlənən hərbi geyimlər, onda və digərlərində isə adi hərbi səhra formalarını olmuşdur. Elçin Camalov baş leytenant rütbəli hərbi parad geyimini, X48 isə «Kommandos» hərbi geyim formasını geyinmişlər. Hamı formaları geyindikdən sonra Ramil Məmmədov əvvəlcədən hazırladığı və ona məlum olmayan mənbədən əldə etdiyi iki ədəd uzunsov formada olan saxta dövlət nömrə nişanlarını çıxarıb arxalarını yapışkandan təmizləmiş və yeni yapışkan lentləri ilə əvəz edərək Elçin Camalovun idarə etdiyi «TOYOTA PRADO» markalı ağ rəngli avtomaşının nömrələrini dəyişdirmişdir. Həmin vaxt Elçin Camalovun idarə etdiyi avtomaşının nömrə yerləri saxta nömrənin ölçülərinə uyğun olmamış, buna baxmayaraq Ramil Məmmədov həmin nömrəni həmin yerdə yapışkan lentlə bərkidmişdir. Şahid4 sözlərinə görə dəyişdirilmiş nömrələr adi avtomaşın nömrələri olmuş, lakin həmin nömrələr nə vaxt, hansı qaydada və hansı avtomaşının üzərindən götürülməsini o, bilməmişdir. Həmin vaxt Ramil Məmmədov silahlardan bir ədəd səs boğucusu ilə təchiz olunmuş tapança silahını Şahid3 vermiş, özünə «Makarov» tipli tapança silahını götürmüş, Təqsirləndirilən şəxs isə səhv bıçaqlardan birini vermişdir. Ramil Məmmədov özü ilə götürdüyü əl qumbaralarını və digər bıçaqları avtomaşında saxlamışdır. Hərbi formaları geyinəndən sonra və avtomaşının nömrələrini dəyişdirəndən sonra o və dəstə üzvləri avtomaşına minmiş və hərəkətlərini davam etmişlər. Həmin vaxt Qapanlı kəndinin işıqları sönmüş və ətrafı qaranlıq bürümüşdür. Həmin vaxt onları görən və ya qarşılarına çıxan olmamışdır. Elçin Camalov onun göstərdiyi yol ilə avtomaşını idarə edərək avtomaşını Ulduz adlı qadının yaşadığı evinin təxminən 15-20 metr ara məsafəsində saxlamışdır. Bundan sonra hamı, o cümlədən o, avtomaşından düşüb əvvəlcədən Ramil Məmmədov tərəfindən hazırlanmış basqın planına uyğun olaraq hərəkət etməyə başlamışlar. Həmin vaxt Elçin Camalov avtomaşının sükan arxasında qalmış, o və digərləri isə N saylı müşahidə postuna tərəf hərəkət etməyə başlamışıq. Avtomaşının durduğu yerdən səngərin girişinədək təxminən 30-40 metr ara məsafəni qət etdikdən sonra onlar səngərin içərisinə daxil olmuşlar. Həmin yerdən təxminən 250-300 metr ara məsafəni onlar səngərin içi ilə qət edəndən sonra Ramil Məmmədovun göstərişi ilə Şahid5la Şahid7 müşahidə aparmaq üçün dayanmış, o, Ramil Məmmədov, Şahid3 və Təqsirləndirilən şəxs hərəkətlərini davam etmişlər. Həmin vaxt onların qarşılarına çıxan olmamışdır. Şahid4 sözlərinə görə həmin vaxt onun təklifi ilə o, Ramil Məmmədov, Təqsirləndirilən şəxs və Şahid3 ayaqlarını yerə möhkəm vuraraq əllərində olan fonarların işıqlarını yandıraraq hərəkət etməyə başlamışlar ki, səslərinə müşahidə postunda duran əsgərlər onları görüb onlar posta çatmamış qorxularından onlara atəş açmasınlar. Bu səskuya baxmayaraq onların qarşısını alan olmamışdır. Təxminən 10 metr ara məsafədən sonra onlar qazmaya çatmış, təxminən 2-3 metr ara məsafədən xidmətdə olan əsgər onlara «dur kimdir gələn» komandanı vermişdir. Həmin vaxt o, cavab olaraq xidmətdə olan əsgərə «453» tabor komandirinin parolunu demiş və əsgərə tam olaraq yaxınlaşmışdır. Həmin əsgər qazmanın girişində durmuş və əlində avtomat silahı olmuşdur. Şahid4 sözlərinə görə ondan «Nabran» deyə parolu soruşan olmamışdır. Bu parolu soruşan olsaydı da o, parolun cavabını «Naftalan» deyərək verə bilərdi. Belə ki, parolların hazırlanma qaydasını o, bilirdi. Bu parollar şəhərlərin adlarından ibarət olurdu və adı verilən şəhərin son hərfinə uyğun olaraq başlayan yeni şəhərin adını demək lazım idi. Həmin əsgərin yanında bir nəfər əsgərdə olmuşdur. Bundan sonra qazmanın içərisindən qarşımıza postun başçısı, kiçik çavuş rütbəli əsgər çıxmışdır. Həmin əsgər uzun boğaz çəkmələrin iplərini bağlamamış və qarşılarına silahsız çıxmışdır. Basqın zamanı öz başında üzərində kakarda olan zabit papağı, əynində isə hərbi səhra forması və hərbi qış geyimi (buşlat) olmuşdur. Ayaqlarında isə adi mülki çəkmələr olmuşdur. Buşlatın çiyin hissələrində xüsusi düymə ilə açılıb-bağlanan paqon yerləri olmuş və həmin yerlərdə səhv etmirəmsə baş leytenant rütbəli paqonlar taxılmışdır. Paqonlarda olan ulduzlar xüsusi qaydada tünd rəngli sapla tikilmişdir. Basqın zamanı onunla qazmaya gələn Ramil Məmmədovun, Şahid3 və Təqsirləndirilən şəxs hərbi formalarında poqonlar olmamışdır. Bununla belə dəstə üzvləri Ramil Məmmədov, Şahid3 və Təqsirləndirilən şəxs xidmətdə olan əsgərlərə özlərini zabit kimi təqdim etmiş və yoxlama adı ilə korpusdan gəldiklərini bildirmişlər. Ramil Məmmədov «Kommandos» formasında olmuş və başında üzərində Azərbaycan Respublikası bayrağı olan göy rəngli biretka olmuşdur. Elnurla Saleh adi hərbi səhra geyimində olmuşlar və başlarında qara rəngli «çeçenka» tipli papaqlar olmuşdur. Həmin vaxt o, xidmət olan əsgərlərə acıqlanaraq «bu nə qarşılamaqdır, səhər kombatınıza cavab verəcəksiniz» demişdir. Xidmətdə olan əsgərlər isə cavab vermədən qarşında durmuşlar. Postda başçı olan kiçik çavuş qazmadan çıxandan sonra o, xidmətdə olan əsgərlərə çöldə düzlənmək əmri vermiş, həmin vaxt Ramil Məmmədov qazmaya daxil olmuş və növbəni təhvil vermiş iki nəfər əsgərə istirahət etməyi əmri vermişdir. Kiçik çavuş rütbəsində olan əsgər ona müraciət edərək «yoldaş leytenant» deyə müraciət etmiş və həmin vaxt Təqsirləndirilən şəxs həmin çavuşa bir sillə vuraraq leytenant yox kapitan deyə müraciət et demişdir. Bunu görən X77 Adilova iradını bildirmiş və əsgəri vurmamağı tapşırmışdır. Şahid4 sözlərinə görə xidmətdə olan əsgərlər onun əmrinə əsasən düzüləndən sonra o, əsgərlərə müraciət edərək aralarında dembellərin olub-olmaması barədə maraqlanmış və çavuş rütbəli əsgər dembel olduğunu ona bildirmişdir. Daha sonra o, xidmətdə olan əsgərləri xidməti ərazinin çirkli olduğu üçün danlamış, əsgərlər isə həmin gün külək olduğundan ərazinin çirklənməsini ona bildirmişlər. Bundan sonra o, Ramil Məmmədovun ona verdiyi tapşırığa əsasən bir nəfər əsgərə və kiçik çavuşa silahlarını qazmada qoyub Şahid3lə Təqsirləndirilən şəxs köhnə «44» saylı postun yerini göstərməyi tapşırmışdır. Onun bu tapşırığına əsasən həmin əsgərlər silahlarını qazmada qoymuş, daha sonra isə Şahid3 və Təqsirləndirilən şəxsla səngərin içi ilə köhnə «44» saylı post istiqamətində hərəkət etməyə başlamışlar. Şahid4 sözlərinə görə birinci sıravi əsgər, dalınca Təqsirləndirilən şəxs, daha sonra kiçik çavuş və axırda Şahid3 hərəkət etmişlər. Bundan sonra o, çöldə qazmanın giriş qapısı yaxınlığında durmuş Ramil Məmmədov isə qazmaya daxil olmuşdur. Təxminən 5-6 dəqiqədən sonra o, köhnə «44» saylı post istiqamətindən qışqırtı səsini eşitmiş və dərhal qazmaya daxil olub Ramildən həmin qışqırtı səsini eşidib-eşidməməsi ilə maraqlanmışdır. Ramil Məmmədov ona qazmada bu səsin eşidilməməsini bildirmiş və çöldə durmağını tapşırmışdır. Ramil Məmmədovun qazmada qaldığını və oradan heç yerə getmədiyini vurğulayan Şahid4 sözlərinə görə bundan sonra o, çölə çıxmış, təxminən 2-3 dəqiqədən sonra isə köhnə «44» saylı post istiqamətindən Şahid3lə Təqsirləndirilən şəxs onun yanına qayıtmışlar. Həmin vaxt Şahid3 ilk öncə ondan kiçik çavuşu görüb-görmədiyi barədə maraqlanmışdır. Həmin vaxt qazmadan Ramil Məmmədov çıxmış və rabitə vasitəsi ilə qazmanın əsgərlərinə zəng daxil olduğunu və bir neçə dəqiqədən sonra hərbi hissə əsgərləri və zabitlərin bu posta tərəf gələcəklərini onlara bildirmişdir. Bundan sonra Ramil Məmmədovun tapşırığı ilə o və Təqsirləndirilən şəxs Şahid7la Şahid5 yanına qaçmış, X52 Qazıyev isə qazmaya daxil olub iki ədəd avtomat silahlarını və bir ədəd «SVD» markalı snayper tüfəngini götürüb onların dalınca qaçmışlar. Təqsirləndirilən şəxsla birlikdə o, Şahid5la Şahid7 yanına çatıb hadisə barədə məlumat vermiş və sonuncularla birlikdə Elçin Camalovun gözlədiyi avtomaşını istiqamətində qaçmağa başlamışlar. Onlar avtomaşına çatandan təxminən bir dəqiqə keçmiş X52 Qazıyev da avtomaşına çatmış və özləri ilə gətirdikləri iki ədəd «Kalaşnikov» markalı avtomat silahlarını və bir ədəd «SVD» markalı snayper tüfəngini avtomaşına yükləmişlər. Şahid4 sözlərinə görə onlar Elçin Camalovun idarə etdiyi avtomaşında quraşdırılmış saxta nömrələri dəyişdirmədən yola çıxmışlar. Avtomaşında o, Təqsirləndirilən şəxs halsız vəziyyətdə olmasını və sağ əlinin şəhadət barmağının kəsildiyini, sifətinin sağ tərəfinin və qaşının zədələnərək qanamasını görmüşdür. Ramil Məmmədov əl dəsmalını kəsib barmağını sarımaq üçün Salehə Adilova vermişdir. Həmin vaxt o, başa düşdür ki, Təqsirləndirilən şəxsla Şahid3 əsgərləri koynə «44» saylı posta apararkən hadisə baş vermişdir. Tam hadisə barədə söhbət etməyi Ramil Məmmədov icazə verməmiş və avtomaşında ondan başqa olanlar dua etməyə başlamışlar. Yolda o və başqaları basqın üçün geyindikləri hərbi geyim formalarını çıxarıb Ramil Məmmədova təhvil vermiş, Bərdə rayonu ərazisindən keçəndə isə Şahid8la Şahid6 onları görmüş və avtomaşınlarını arxaları ilə sürməyə başlamışlar. Şahid4 sözlərinə görə yolda onlar təxminən 2-3 dövlət yol polisi postunu keçmiş, lakin onların avtomaşınlarını saxlayan olmamışdır. Təxminən səhər saat 06 radələrində Ümid qəsəbəsinə çatdıqda Ramil Məmmədov silahları və hərbi geyimləri evində olan təmirsiz otaqda gizlətmiş, Təqsirləndirilən şəxs halsız vəziyyətdə əl-üzünü yumuşdur. Təqsirləndirilən şəxs qaşı və gözü göyərmiş və şişmişdir. Həmin vaxt Elçin Camalov avtomaşının nömrələrini yenidən dəyişmişdir. Bütün bu işlər görüləndən sonra Şahid3, Təqsirləndirilən şəxs, Şahid7 və Şahid5 Elçin Camalovun idarə etdiyi avtomaşınında Sahil qəsəbəsinə getmiş, Ramil Məmmədovla o, evdə qalmışlar. Şahid4 sözlərinə görə həmin vaxt o, uzanıb yatmış, Ramil Məmmədov isə Şahid6la Şahid8 gözləmişdir. Həmin günün gunorta vaxtlarında o, yuxudan oyanmış və Yavərlə Ramilin artıq evdən çıxdıqlarını görmüşdür. Təxminən xx xxxxxx 2008-ci il tarixdə səhər saat 08 radələrində Ramil Məmmədov onun və valideyinlərinin yaşadığı evinə gəlmiş və onu həyətə çağırmışdır. Həmin vaxt anası Gülnar ondan «yenə nə etmisə ki, qardaşın Ramil səhər-səhər gəlib səni axtarır» deyə soruşmuşdur. Bundan sonra o, həyətə düşmüş və qardaşı Ramil ilə birlikdə dəniz kənarına getmişdir. Burada Ramil basqın barədə artıq televizorda ətraflı məlumat verilməsini ona bildirmiş və hadisə barədə heç kəsə məlumat verməməsini tapşırmışdır. Həmin vaxt o, Ramildən Təqsirləndirilən şəxsla Şahid3 hadisə vaxtı özləri ilə apardıqları əsgərlərin taleyi ilə maraqlanmış, Ramil bu sualına cavab vermək istəməmiş, lakin sonradan ona bildirmişdir ki, Salehlə Elnur hərə bir əsgəri götürüb səngərin içi ilə köhnə «44» saylı postu istiqamətində hərəkət etdikdə Saleh qabaqda gedən əsgəri özündə olan sünğü bıçağı ilə arxadan boyun nahiyyəsindən vurmuş, lakin əsgər həmin vaxt yaralı halda Salehin üstünə cumaraq onunla əlbəyaxa olmuşdur. Həmin vaxt bıçaq Salehin əlindən yerə düşmüş və əsgər həmin bıçağı ələ keçirmişdir. Bu əsgərin qışqırtı səsinə kiçik çavuş arxada olan Şahid3 tərəfə çönmüş və sonuncu əlindəki səsboğucusu ilə təchiz edilmiş tapança silahından həmin kiçik çavuşun sifətindən atəş açmışdır. Bundan sonra Şahid3 həmin kiçik çavuşun ölüb-ölməməsini yoxlamış və sonuncunun öldüyünü zənn edərək Salehlə olan ikinçi əsgərin yanına qaçmışdır. Şahid3 kiçik çavuşun ölübölməməsini necə yoxlamışdır Ramil ona bildirməmişdir. Elnur Salehgilə çatanda görmüşdür ki, əsgər Təqsirləndirilən şəxs üstündə uzanıb sonuncunu boğur. Həmin vaxt Şahid3 əsgərin boğazından tutaraq kənara çəkmək istəmiş, lakin bunu edə bilmədiyini görüb əlindəki tapança silahından birinci əsgərin ayağından, daha sonra qolundan və başından atəş açaraq əsgəri qətlə yetirmişdir. Şahid4 sözlərinə görə Ramil Məmmədov hadisə barədə ona ətraflı məlumat verərək bu basqın barədə və əldə etdikləri silahlar barədə heç kəsin yanında danışmamasını bir daha ona tapşırmışdır. Ramil ilə görüşdən təxminən iki-üç gündən sonra o, qardaşı Şahid6 işlədiyi bərbərxanasında olmuş və həmin vaxt Şahid6 da onu kənara çəkmiş və basqın barədə artıq televiziya vasitəsi ilə məlumat verildiyini ona bildirmiş və iştirak etdikləri basqın barədə, habelə əldə etdikləri silahlar barədə heç kəsə məlumat verməməyini ona tapşırmışdır. Bu basqından sonra Ramil Məmmədov bir neçə dəfə onu «Sahil camaat»ı üzvləri ilə görüşə dəvət etmiş, lakin o, həmin görüşlərdən müxtəlif bəhanələrlə yayınmışdır və əldə edilmiş silahların və basqında istifadə edilmiş silahların sonraki taleyi barədə məlumatsız olmuşdur. Ramil Məmmədov, Təqsirləndirilən şəxs, Elçin Camalov, Şahid8, Şahid6, Şahid3, Şahid7 və Şahid5 başqa onun iştirak etdiyi basqından heç kəsin xəbəri və iştirakı olmamışdır. Basqından sonra bir dəfə o, qardaşı Şahid6 bərbərxanasında «Sahil camaatı»nın üzvü olan Fuad Drusnarla görüşərkən özünü göstərmək üçün uşaqlıq etmiş və sonuncuya bildirmişdir ki, camaat üzvləri üçün silah əldə etmişdir. Lakin həmin vaxt Fuad Drusnar onun sözünü kəsib belə işləri barədə ona məlumat verməməyini ondan xahiş etmiş və bir daha onunla ünsiyyət saxlamamışdır. N saylı hərbi hissənin N saylı müşahidə postuna basqın zamanı özləri ilə ip, skoç və ya qandal götürüb-götürmədikləri sualına cavab olaraq Şahid4 göstərmişdir ki, basqın zamanı o və dəstə üzvlərindən heç kəs özü ilə ip, skoç və ya qandal götürməmişdir. Şahid4 sözlərinə görə basqın zamanı N saylı müşahidə postunda xidmətdə olan iki nəfər əsgəri Ramil Məmmədovun tapşırığına əsasən nə məqsədlə Şahid3 və Təqsirləndirilən şəxsla qazmadan uzaqlaşdırmışdır o bilməmiş və bu barədə Ramil Məmmədov ona açıqlama verməmişdir. N saylı hərbi hissənin N saylı müşahidə postunda xidmətdə olan iki nəfər əsgərin və kiçik çavuşun basqınçılar tərəfindən tərksilah olunduğu halda və həmin əsgərlərin öldürülməsi əvvəlcədən planlaşdırılmamışdırsa nə üçün o və basqında iştirak edən digərləri məntiqə uyğun olaraq həmin əsgərlərin əllərini və ayaqlarını bağlamaq əvəzinə onlardan iki nəfərini qazmadan uzaqlaşdırmış, hansı səbəbdən Şahid3 səsboğucu ilə təhciz edilmiş tapança silahı ilə silahlanmışdır, Təqsirləndirilən şəxs isə qabağında gedən əsgərlərdən birinin boyun nahiyəsindən bıçaq xəsarəti yetirmişdir sualına cavab olaraq Şahid4 göstərmişdir ki, basqın planını Ramil Məmmədov hazırlamış və dəstə üzvlərindən hər birinə basqında konkret vəzifəni özü tapşırmış, Ramil Məmmədov hazırladığı basqın planını ona tam açıqlamamış və Təqsirləndirilən şəxs əsgərə bıçaq zərbəsi endirməsinin səbəbi barədə onun məlumatı olmamışdır. X48 tərəfindən hazırlanmış basqın planının ona tam açıqlamamasını vurğulayan Şahid4 ifadələrində həmçinin göstərmişdir ki, basqında iştirak edən Şahid3lə Təqsirləndirilən şəxs əsgərləri qətlə yetirəcəkləri barədə əvvəlcədən onun məlumatı olmamış, hadisədən sonra isə ona aydın olmuşdur ki, əsgərlərin qətli Ramil Məmmədov tərəfindən əvvəlcədən hazırlanmış və bu qətillərin törədilməsi sonuncu tərəfindən Şahid3lə Təqsirləndirilən şəxs əvvəlcədən tapşırılmışdır. xx xxxx 2010-cu il tarixdə iş üzrə təqsirləndirilən şəxs Şahid8 yaşadığı ünvan 3 ünvanda yerləşən evinin arxasındakı torpaq sahəsində axtarış aparılarkən torpaq altından qazılaraq aşkar edilmiş bir ədəd göy rəngli çəllək və içərisində qablaşdırılmış hərbi geyim əşyaları Şahid4 təqdim edildikdə o, göstərmişdir ki, ona təqdim edilmiş çəlləyi o, əvvəllər heç vaxt görməmiş, çəlləyin içərisində aşkar edilmiş hərbi səhra geyimləri isə onun və dəstə üzvləri tərəfindən hərbi hissənin müşahidə postuna basqın zamanı istifadə etdikləri hərbi geyim əşyalarıdır. Şahid4 sözlərinə görə həmin hərbi geyim əşyalarından 15 rəqəmi ilə işarələnmiş hərbi buşlatı, 13 rəqəmi ilə işarələnmiş hərbi kəməri, 16 rəqəmi ilə işarələnmiş hərbi geyim formasının şalvarını və üzərində olan baş leytenant zabitinə məxsus poqonları, 17 rəqəmi ilə işarələnmiş hərbi baş geyimini basqın zamanı şəxsən o, özü geyinmişdir. Həmin əşyaları o, ölçülərinə, rənglərinə və üzərində olan şevron və kakardasına görə tanımışdır. Qardaşı Şahid6 yaşadığı ünvan 7 ünvanda axtarış aparılarkən həyətdə yerləşən hindən aşkar edilərək götürülmüş 18 ədəd 7,62 mm çaplı patron və bir ədəd tüstü şaşkasının kim, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə edilməsi sualına cavab olaraq Şahid4 göstərmişdir ki, bu barədə onun məlumatı olmamışdır. Yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 12, mənzil 55-dən axtarış zamanı götürülmüş bir ədəd «F-1» tipli əl qumbarası barədə isə göstərmişdir ki, həmin qumbara ona məxsus olmamış, həmin qumbaranın kimə məxsus olduğunu dəqiq o, bilməmişdir. Bununla yanaşı Şahid4 göstərmişdir ki, onun X48 son günlərinədək cibində iki ədəd «F-1» markalı əl qumbarasını gəzdirmiş, elə həmin qumbaraların birinin partlaması nəticəsində də rəhmətə getmişdir. Ramil Məmmədovdan başqa onun digər qardaşlarında əl qumbaralarının olmasını o, görməmişdir. Daha sonra Şahid4 göstərmişdir ki, yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 12, mənzil 55-də ondan başqa atası Ramiz və anası Gülnar yaşamış, bundan başqa həmin mənzilə X48da yaşamışdır. Ramil Məmmədov ailə qurub evdən çıxandan sonra da mənzildə sonuncunun otağı olmuş və Ramil Məmmədov arabir həyat yoldaşı ilə birgə və ya tək gəlib həmin otaqda qalmışdır. Şahid4 sözlərinə görə Ramil Məmmədov rəhmətə gedəndən sonra onun otağına heç kəs girməmiş, həyat yoldaşı Ümüd qəsəbəsində yaşasa da onların mənzildəki əşyaları necə var elə də qalmışdır. 2010-cu ilin fevral ayının 24–də Qaradağ rayon polis idarəsinin əməkdaşları onu Sahil qəsəbəsinin girəcəyində yerləşən «Atabank» bankının yaxınlığında yaxalamış və üzərində olan və bir istifadə üçün nəzərdə tutulmuş narkotik vasitə heroin dozasını aşkar edərək onu həbs etmişlər. İstintaq yekünlaşandan sonra onun barəsində cinayət işi Qaradağ rayon məhkəməsinə verilmiş və Rufan adlı hakim xx xxxx 2010-cu il tarixdə onun barəsində hökm çıxararaq onu 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Ramil Məmmədovun qaldığı otağın giriş qapıdan solda sayca ikinci yerləşdiyini vurğulayan Şahid4 sözlərinə görə Qaradağ rayon polis idarəsində barəsində olan cinayət işi üzrə istintaq aparılarkən yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi, ev 12, mənzil 55-də axtarış aparılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsində istintaqı aparılmış 638 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx xxxx 2010-cu ildə Azərbaycan Respublikasının X63 məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azər Misirxanov tərəfindən yaradılmış «Sumqayıt camaatı» adlı silahlı birləşmənin tərkibində fəaliyyət göstərmiş, 2008-ci ilin axırlarında «Sumqayıt Camaatı» adlı birləşməyə daxil olan «Sahil camaatı»-nın üzvü Ramil Məmmədov ona və camaatın digər üzvlərinə müraciət edərək bildirmişdir ki, silah əldə etmək üçün plan hazırlamışdır. Söhbət əsnasında Ramil Məmmədov ona bildirmişdir ki, Əsgər adlı qardaşı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər rayonunda dislokasiya olunmuş hərbi hissəsində hərbi xidmətdə olmuş və erməni işğalçıları ilə üzbəüz səngərdə müşahidə postunda qulluq etmişdir. Ramil Məmmədovun sözlərindən ona məlum olmuşdur ki, həmin postda xidmətdə olan əsgərlər çox vaxt gecələr xidmət aparmaq əvəzinə yatırlar, qardaşı Şahid4 həmin postda istifadə edilən parolları bilir, postda olan əsgərlərin silahlarını əllərindən asanlıqla almaq olacaq və bundan sonra hamı bu cinayətin ermənilər tərəfindən törədildiyini guman edərək onları axtarmayacaqlar. Şahid5 sözlərinə görə o, silah əldə etmək üçün basqında iştirak etməyinə razılığını verəndən sonra basqın ediləcək müşahidə postunda aparılan hərbi xidmətdəki qaydaların, istifadə edilən şərti sözlərin və ümumi şəraitin dəyişilib-dəyişilməməyini öyrənmək və basqın zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasını asanlaşdırmaq məqsədilə X28, Şahid3, Şahid4 və X37 ilə təxminən 18-xx xxxxxx 2008-ci il tarixdə səhər saat 09 radələrində Elçin Camalovun idarə etdiyi qırmızı rəngli «VAZ-2107» markalı avtomaşınında Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yola çıxmışdır. Məqsəd həmin kəndin yollarını tanımaq və Şahid4 hərbi hissədə olan ümumi şəraiti öyrənmək olmuşdur. Təxminən saat 12 radələrində o və dəstə üzvləri Tərtər rayonunun Qapanlı kəndinə çatmış və Şahid4 göstərdiyi yol ilə hərəkət edərək Elçin Camalov avtomaşını Qapanlı kəndinin kənarında olan evlərdən birinin yaxınlığında saxlamışdır. Həmin yerdə hamı avtomaşından düşmüş, bu vaxt Şahid4 qulluq etdiyi hərbi hissənin bir nəfər əsgərini görmüş və həmin əsgərlə söhbət etməyə başlamışdır. Söhbət əsnasında Şahid4 hərbi xidmətdə olan əsgərlərin şəraiti və xidmətin köhnə qaydada aparılmasını öyrənmişdir. Şahid5 sözlərinə görə həmin vaxt onlardan təxminən 10-15 metr ara məsafəsində daha 3-N nəfər əsgər durmuşlar. Şahid4 əvvəllər tanımadığı əsgərlə söhbət etdikdən sonra hamı Elçin Camalovun idarə etdiyi avtomaşınına minmiş və Sahil qəsəbəsinə qayıtmışlar. Şahid5 sözlərinə görə şəxsən o, hərbi hissənin əsgəri ilə heç bir söhbət etməmişdir. Tərtər rayonunun Qapanlı kəndində gördükləri əsgərlər silahlarını topa şəkilində kənarda qoyub zarafatlaşırdılar. Həmin əsgərlərin yanından avtomaşınla keçərkən Ramil Məmmədov sübut kimi əli ilə həmin əsgərləri ona göstərərək silahları əldə etmək məqsədi ilə basqının asan olacağına işarə etmişdir. Sahil qəsəbəsinə çatdıqda hərə öz evinə getmişdir. Həmin vaxt o, Tərtər rayonunun Qapanlı kəndində yerləşən hərbi hissənin müşahidə postunda qulluq edən əsgərlərə silahlı basqında iştirak etmək barədə razılığımı Ramil Məmmədova artıq vermişdir. Ramil Məmmədovun sözlərindən o, bilmişdir ki, müşahidə postunda pulemyot, snayper tüfəngi və avtomatlarla silahlanmış təxminən 6-7 nəfər əsgər xidmət aparmış və həmin əsgərləri zərərsizləşdirmək çətin olmayacaqdır. Tərtər rayonunun Qapanlı kəndində olan hərbi hissənin əsgərlərinə silahlı basqın etmək barədə onun söhbəti ancaq Ramil Məmmədov, Şahid3, Təqsirləndirilən şəxs və Şahid7la olduğunu vurğulayan Şahid5 sözlərinə görə basqında iştirak edən Şahid4, Elçin Camalov, Şahid6 və Şahid8la Ramil Məmmədov özü söhbət etmiş və aralarında konkret tapşırıqları Ramil Məmmədov özü bölmüşdür. Bildiyinə görə Şahid4 basqın zamanı onlarla səngərə daxil olub qazmada olan əsgərlərə parol deməli, Elçin Camalov idarə etdiyi «Toyota Prado» markalı avtomaşınla onu və digər dəstə üzvlərini basqın olacaq hərbi hissənin yerləşdiyi Tərtər rayonunun Qapanlı kəndinə aparmalı və basqından sonra hadisə yerindən uzaqlaşdırmalı, Şahid6la Şahid8 isə Yevlax rayonunu keçib Bərdə rayonunun girəcəyində onları gözləməli və basqından sonra həmin ərazidən keçərkən Dövlət Yol Polis postlarından rahat keçmək üçün onlardan bir neçə nəfər Şahid6 idarə etdiyi avtomaşınına minməli idilər. Şahid5 sözlərinə görə o və Şahid7 müşahidə postunda əldə ediləcək silahların daşınmasında dəstə üzvlərinə köməklik etməli, Ramil Məmmədov, Şahid4, Şahid3 və Təqsirləndirilən şəxs isə əsgərləri aldadaraq zərərsizləşdirməli və silahları əldə etməli idilər. xx xxxxxx 2008-ci il tarixdə saat təxminən 20-22 arası o, Ramil Məmmədov, Elçin Camalov, Şahid3, Təqsirləndirilən şəxs, Şahid4, Şahid7, Şahid6 və Şahid8 Ramil Məmmədovun tapşırığı ilə sonuncunun Ümid qəsəbəsində yerləşən evində yığışmışlar. Ramil Məmmədovun evində yığışmaqlarına səbəb Tərtər rayonunun Qapanlı kəndində yerləşən N saylı hərbi hissənin N saylı döyüş postuna silahlı basqın edib orada olan silahları ələ keçirmək olmuşdur. Hamı gələndən sonra Ramil Məmmədov evindəki təmirsiz otaqdan bir ədəd üzərində «adidas» sözü yazılmış idman çantasını, bir ədəd hərbi rüqzak və bir ədəd iri həcmli sarı rəngli sellofan torbanı çıxarmış və hamının gözü qabağında oturduqları otaqda yerə tökmüşdür. Həmin çantada, rüqzakda və sellofan torbada hərbi geyim formaları, tapança silahları və iki ədəd «F-1» tipli əl qumbaraları qablaşdırılmışdır. Tapança silahlardan biri «Makarov» markalı olmuşdur. Digərinin isə markasını o, bilməmiş və həmin tapança səsboğucusu ilə təchiz edilmişdir. Bundan başqa həmin sellofan paketdə bir neçə bıçaqlar qablaşdırılmışdır. Həmin bıçaqlardan biri qını ilə olmuş və süngü bıçağına oxşamışdır, digər bıçaqlar isə əldədüzəlmə bıçaqlar olmuşdur. Hərbi geyim formalarını yerə tökəndən sonra orada yığılmış dəstə üzvlərinin hər biri öz bədən ölçülərinə uyqun olaraq hərbi geyim forması seçmişlər. Dəstə üzvlərindən X50 Rəhimov hərbi geyim forması götürməmiş, Elçin Camalova isə hərbi parad forması çatmışdır. Orada olan bütün dəstə üzvləri o cümlədən Şahid8la Şahid6, yığışmağımızın səbəbini, yəni Tərtər rayonunda yerləşən hərbi hissənin müşahidə postuna basqın edib odlu silah və döyüş sursatları əldə edəcəklərini bilmiş və orada aparılan söhbətlərdə iştirak etmişlər. Hərə özünə hərbi forma seçəndən sonra Ramil Məmmədov dəstə üzvləri arasında rol bölgüsü aparmış və hərəyə öz tapşırıqlarını vermişdir. Şahid5 sözlərinə görə Ramil Məmmədovun tapşırığı ilə Şahid4 zabit formasında özünü posta gedən dəstə üzvləri arasında başçı kimi aparmalı və postda olan hərbi hissə əsgərlərinə parolu deməli və göstərişlərini verməli olmuş. Ramil Məmmədovun tapşırıqlarına əsasən Şahid3, Təqsirləndirilən şəxs, Şahid4 və özü ilə birlikdə müşahidə postuna girməli, Şahid7la o, isə müşahidə postuna çatmamış dayanıb ətrafı müşaidə etməli və silahların daşınmasında dəstə üzvlərinə kömək göstərməli, X57 kəndində avtomaşında dəstə üzvlərini gözləməli və hadisə yerindən qaçırmalı, Şahid6la Şahid8 isə Şahid6 idarə etdiyi «VAZ-2109» markalı qırmızı rəngli avtomaşınında Bərdə rayonunun girişində durmalı və basqından sonra dəstə üzvlərinin bir neçəsini və silahların bir hissəsini öz avtomaşınlarında Ümid qəsəbəsinə gətirməli idilər. Şahid8la Şahid6 silahlı basqına ona görə cəlb olunmuşlar ki, basqından sonra həyəcan siqnalı polislərə verilsə yollarda qurulacaq polis postlarını rahat şəkildə iki avtomaşında keçmək olsun. Ramil Məmmədovun planına əsasən əks halda polislər avtomaşında oturan sərnişinlərin çoxluğunu görüb avtomaşınlarını saxlayıb oğurlanmış silahları aşkar edə bilərdilər. Ramil Məmmədov adlarını göstərdiyi dəstə üzvləri arasında rol bölgüsü apardıqdan sonra və artıq hava qaranlıq olduqda o, Ramil Məmmədov, Şahid3, Təqsirləndirilən şəxs, Şahid7, Şahid4 Elçin Camalovun idarə etdiyi «Toyota Prado» markalı avtomaşınına minmiş, Şahid8la Yavər Məmmədov isə Ramil Məmmədovun göstərişinə əsasən Yavər Məmmədovun idarə etdiyi VAZ-2109 markalı avtomaşınına minmişlər. Bundan sonra onlar iki avtomaşında Tərtər rayonu istiqamətində hərəkət etmişlər. Avtomaşına minməmişdən əvvəl Ramil Məmmədov X50 Rəhimova tapşırmışdır ki, sonuncular Tərtər rayonu istiqamətində hərəkət etsinlər və Bərdə rayonunun girəcəyində onun işarəsini gözləsinlər. Basqından sonra silahlar çox olsa «Toyota Prado» markalı avtomaşında olan dəstə üzvlərindən bir neçəsi və əldə edilmiş silahların bir qismi Yavər Məmmədovun avtomaşınına keçməli və həmin avtomaşında Ümid qəsəbəsinə gətirilməlidir. Şahid5 öz ifadələrində qeyd etmişdir ki, o və digər dəstə üzvləri avtomaşınlara oturandan sonra Ramil Məmmədovun göstərişinə əsasən dəstə üzvləri telefon aparatlarını söndürmüş və qidalandırıcı cihazlarını telefonlardan ayırmışlar. Təxminən gecə saat 3 radələrində dəstə üzvləri Tərtər rayonunun Qapanlı kəndinə çatmışlar. Həmin kəndə yaxın ərazidə onunla birgə olan dəstə üzvləri özləri ilə gətirdikləri hərbi səhra geyimini geyinmiş, Şahid4 geyimində zabit rütbəsini əks etdirən poqonlarda olmuşdur. X58 əvvəlcədən ona məlum olmayan mənbədən əldə etdiyi iki ədəd rayon seriyası ilə başlayan və hər ikisi uzun standart formada olan dövlət qeydiyyat nişanlarını götürüb ikitərəfli yapışqan lenti ilə Elçin Camalovun idarə etdiyi «Toyota Prado» markalı avtomaşına bərkitmişdir. Ramil Məmmədov tərəfindən dəyişdirilmiş həmin qeydiyyat nişanlarında olan rəqəmləri xatırlamadığını bildirən Şahid5 sözlərinə görə həmin qeydiyyat nömrələrində olan rəqəmlər rayon seriyası ilə başlamışlar. Ramil Məmmədov həmin dövlət qeydiyyat nişanlarını nə vaxt və hansı şəraitdə əldə etmişdir o, bilməmişdir. Şahid5 sözlərinə görə dəstə üzvləri arasında artıq sualların verilməsi bir qayda olaraq qadağa edilmişdir. Basqın zamanı istifadə edilmiş silahlar, dövlət qeydiyyat nişanları və hərbi geyim əşyaları Ramil Məmmədov tərəfindən təşkil edilmişdir. Nə vaxt və hansı şəraitdə Ramil göstərilən əşyaları əldə etmişdir o, bilməmişdir. Daha sonra Şahid5 öz ifadələrində göstərmişdir ki, Tərtər rayonunun Qapanlı kəndində Elçin Camalov idarə etdiyi «Toyota Prado» markalı avtomaşınını saxlamış, o, «Makarov» markalı tapança silahı ilə silahlanmış Ramil Məmmədov, səsboğucu ilə təchiz edilmiş tapança silahı ilə silahlanmış Şahid3, bıçaqla silahlanmış Təqsirləndirilən şəxs, Şahid4 və Şahid7 hərbi postun əvvəlində olan səngərin içi ilə təxminən 300-400 metr yol getmişlər. Həmin vaxt Elçin Camalov avtomaşında qalmış və onların geri dönmələrini gözləmişdir. Şahid5 sözlərinə görə bu silahlardan başqa Ramil Məmmədovda bir və ya iki ədəd əl qumbarası da olmuş, lakin Ramil Məmmədov həmin qumbaraları avtomaşında saxlamışdır. Bu silahlardan başqa dəstə üzvlərinin üzərində heç bir silah və ya hər hansı bir əşya olmamışdır. Daha sonra Şahid5 ifadələrində göstərmişdir ki, hərbi posta təxminən 30-40 metr ara məsafəsində o və Elşən X35 göstərişinə əsasən dayanmış və ətrafı müşahidə etməyə başlamış, Şahid4, Ramil Məmmədov, Şahid3 və Təqsirləndirilən şəxs isə hərbi post istiqamətində hərəkətlərini davam etmişlər. Şahid5 sözlərinə görə təxminən 10-15 dəqiqədən sonra Təqsirləndirilən şəxs, Şahid4, Şahid3 və Ramil Məmmədov qaça-qaça geriyə dönmüş və hamı Elçinin Camalovun idarə etdiyi avtomaşına tərəf qaçmışlar. Avtomaşına oturandan sonra Elnurun sözlərindən ona məlum olmuşdur ki, Şahid3 tapança silahından atəş açmaqla, Təqsirləndirilən şəxs isə bıçaqla zərbə vurmaqla iki nəfər postda duran əsgəri qətlə yetirmişlər. Bir neçə gündən sonra Ramil Məmmədov ona demişdir ki, xəbərlərdə əsgərlərdən birinin sağ qaldığı bildirilmişdir. Həmin vaxt o və dəstə üzvləri avtomaşına minmiş və Bakı şəhəri istiqamətində hərəkət etmişlər. «Prado» markalı ağ rəngli avtomaşını Elçin Adilov idarə etmiş. O, qabaq oturacaqda, Şahid7, Şahid4 və Şahid3 arxa oturacaqlarda, Ramil Məmmədov və Təqsirləndirilən şəxs isə baqaj hissəsində yerləşən oturacaqlarda əyləşmişlər. Həmin vaxt Ramil Məmmədov basqın nəticəsində əldə etdikləri silahları sellofan paketlərə bürümüşdür. Yolda olarkən dəstə üzvlərindən kimsə Şahid6la Şahid8 əl ilə işarə edərək geriyə qayıtmağı tapşırmışdır. Səhər vaxtlarında o və dəstə üzvləri Qaradağ rayonunun Sahil qəsəbəsinə çatmış və Ümid qəsəbəsində yerləşən Ramil Məmmədovun evində yığışmışlar. X59 qəsəbəsindəki evinə çatdıqdan sonra o, görmüşdür ki, dəstə üzvləri N ədəd snayper tüfəngi və 2 ədəd «Kalaşnikov» markalı avtomat silahları əldə etmişlər. Şahid5 sözlərinə görə həmin avtomat silahlarının qundaqları dəmirdən və qatlanan olmuşdur. Ramil Məmmədov əldə etdikləri həmin silahları evinin təmirsiz otağında gizlətmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs halsız vəziyyətdə əl-üzünü yuyurdu. Onun əli kəsilmişdir. Elçin Camalov isə avtomaşının nömrələrini yenidən dəyişmişdir. Bütün bu işlər görüləndən sonra o, Şahid3, Təqsirləndirilən şəxs və Şahid7 Elçin Camalovun idarə etdiyi avtomaşınında Sahil qəsəbəsinə getmişlər. Ramil və Şahid4 isə evdə qalmış və Şahid6la Şahid8 gözləmişlər. Şahid5 sözlərinə görə o, tutulanadək əsgəri qətlə yetirdikləri tapança silahı və səs boğucusu, bir ədəd süngü bıçaq, hərbi geyim formaları, bir ədəd F-1 markalı qumbara, habelə hərbi hissədən götürdükləri iki ədəd avtomat silahı və bir ədəd snayper tüfəngi Ramil Məmmədovda saxlanılmışdır. Bildiyinə görə «Makarov» markalı tapança silahı Şahid7 olmuş və sonuncu həbs edildiyi vaxt həmin tapança silahı Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Basqında iştirak etməkdə məqsədinin yalnız silah əldə etmək olduğunu və törətdiyi əməldən səmimi peşman olduğunu vurğulayan Şahid5 daha sonra öz ifadələrində göstərmişdir ki, hərbi hissəyə basqın nəticəsində əldə edilmiş silahları o və digərləri dəstə üzvlərini silahlandırmaq məqsədilə əldə etmişlər. N saylı hərbi hissənin N saylı müşahidə postuna basqın zamanı özləri ilə ip, skoç və ya qandal götürüb-götürmədikləri sualına cavab olaraq Şahid5 göstərmişdir ki, basqın zamanı o və dəstə üzvlərindən heç kəs özü ilə ip, skoç və ya qandal götürməmişdir. Basqın zamanı N saylı müşahidə postunda xidmətdə olan iki nəfər əsgəri Ramil Məmmədovun tapşırığına əsasən nə məqsədlə Şahid3 və Təqsirləndirilən şəxs qazmadan uzaqlaşdırmışlar o, bilməmiş və bu barədə Ramil Məmmədov ona açıqlama verməmişdir. N saylı hərbi hissənin N saylı müşahidə postunda xidmətdə olan iki nəfər əsgərin və kiçik çavuşun basqınçılar tərəfindən tərksilah olunduğu halda və həmin əsgərlərin öldürülməsi əvvəlcədən planlaşdırılmamışdırsa nə üçün o və basqında iştirak edən digərləri məntiqə uyğun olaraq həmin əsgərlərin əllərini və ayaqlarını bağlamaq əvəzinə onlardan iki nəfərini qazmadan uzaqlaşdırmış, hansı səbəbdən Şahid3 səsboğucu ilə təchiz edilmiş tapança silahı ilə silahlanmışdır, Təqsirləndirilən şəxs isə qabağında gedən əsgərlərdən birinin boyun nahiyəsindən bıçaq xəsarəti yetirmişdir sualına Şahid5 cavab verə bilməmiş, basqın planının Ramil Məmmədov tərəfindən hazırlandığını və dəstə üzvlərindən hər birinə basqında konkret vəzifənin sonuncu tərəfindən verildiyini göstərmişdir. Şahid5 sözlərinə görə Ramil Məmmədov hazırladığı basqın planını ona tam açıqlamamış və Təqsirləndirilən şəxs əsgərə bıçaq zərbəsi endirməsinin səbəbi barədə onun məlumatı olmamışdır. Şahid8 yaşadığı ünvan 3 ünvanda yerləşən evinin arxasındakı torpaq sahəsində axtarış aparılarkən torpaq altından qazılaraq aşkar edilmiş hərbi geyim əşyaları onun və dəstə üzvləri tərəfindən hərbi hissənin müşahidə postuna basqın zamanı istifadə etdikləri hərbi geyim əşyalarıdır. Həmin hərbi geyim əşyalarından zabit rütbəsi əks olunmuş poqonlarla olan hərbi səhra geyim formasını və kokardalı hərbi baş geyimini basqın zamanı Şahid4 geyinmişdir. Dəstə üzvlərindən Ramil Məmmədov, Təqsirləndirilən şəxs, Elçin Camalov, Şahid8, Şahid6, Şahid3, Şahid7 və Şahid4 başqa iştirak etdiyi basqından heç kəsin xəbəri və iştirakı olmamışdır. O, Şahid4 narkoman olduğunu bilərək sonuncu ilə birlikdə hər hansı bir əməliyyatda iştirak etməkdən əvvəlcə imtina etmiş, lakin sonradan Ramil Məmmədov həmin əməliyyatı, yəni basqını tək Şahid4la həyata keçirəcəyini ona bildirdikdə o, Ramil Məmmədov tərəfindən qorxaq kimi tanınmasın deyə bu basqında iştirak etməyə razılığını vermişdir. Basqın nəticəsində əldə edilmiş silahlarla «Sahil camaatı»nın üzvləri arasında hərbi təlimlər keçirilməmişdir. Ramin Mirzəyevi o, bir dindar şəxs kimi tanımış, Ramin Mirzəyev onunla və camaat üzvləri ilə ünsiyyət saxlasa da onun və digərləri tərəfindən törədilmiş cinayətlər barədə xəbəri və iştirakı olmamışdır. Basqın nəticəsində əldə etdikləri silahların Ramin Mirzəyevə göstərilməsini o, xatırlamamışdır. Ramin Mirzəyevin çox fağır insan olmuş, X78 Mirzəyevə avtomat silahlarını göstərməklə qarşısında lovğalandığını güman etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, o, «Abdullah» dini ləqəbli X3 Azərbaycan Respublikası ərazisində yaratdığı «Sumqayıt Camaatı» adlı silahlı birləşmənin tərkibinə 2006-cı ildə daxil olmuş və həmin birləşmənin Sahil qəsəbəsində fəaliyyət göstərən «Sahil Camaatı» adlı silahlı qruplaşmasında əvvəlcə fəaliyyət göstərmiş, sonradan isə həmin qruplaşmanın əmiri seçilmişdir. 2008-ci ildə rəhbərlik etdiyi «Sahil camaatı»-nın üzvü Ramil Məmmədov ona müraciət edərək bildirmişdir ki, silah əldə etmək üçün planı var. Şahid7 Ramil Məmmədovdan bu barədə ətraflı maraqlananda sonuncu ona bildirmişdir ki, Əsgər adlı qardaşı Tərtər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissədə hərbi qulluq etmiş və erməni işğalçıları ilə üzbəüz səngərdə duran döyüş postunda xidmət aparmışdır. Ramil Məmmədovun sözlərindən ona məlum olmuşdur ki, həmin postda olan əsgərlər çox vaxt gecələr yatırlar və həmin əsgərlərin silahlarını əllərindən asanlıqla almaq olar. Təxminən 2008-ci ilin dekabr ayının 25-də o, Şahid5, Şahid3, Təqsirləndirilən şəxs, Şahid4, Elçin Camalov, Şahid8 və Yavər Məmmədov X59 qəsəbəsində yerləşən evində yığışmışlar. Həmin vaxt X60 rayonunda dislokasiya olunmuş N saylı hərbi hissənin Qapanlı kəndində yerləşən hərbi postuna basqın etməyi bir daha təklif etmişdir. Şahid7 sözlərinə görə o və həmin evdə yığışmış digər dəstə üzvləri həmin basqında iştiraklarına razılıqlarını vermişlər. Şahid7 sözlərinə görə Ramil Məmmədovun qardaşı Şahid4 həmin hərbi hissədə qulluq etmiş və postda olan parolu bilmişdir. Dəstə üzvləri postda olan əsgərlərə özlərini hərbi hissədən yoxlama üçün gələn zabitlər kimi təqdim etməli və əsgərləri aldatmaqla silahlarını ələ keçirmələri planlaşdırılmışdır. Hal-hazırda basqın edilən hərbi hissənin postunda istifadə edilmiş parolu unutduğunu vurğulayan Şahid7 sözlərinə görə dəstə üzvləri məhz həmin hərbi hissənin postuna basqın etməyi planlaşdırmışlar ki, basqından sonra hərbiçilər ermənilər tərəfindən basqına məruz qaldıqlarını güman edərək onları axtarmasınlar. Dəstə üzvləri, yəni o, Şahid5, Şahid3, Təqsirləndirilən şəxs, Şahid4, Elçin Camalov, Şahid8 və Yavər Məmmədov X59 qəsəbəsindəki evində yığışandan sonra sonuncu evindəki təmirsiz otaqdan bir ədəd üzərində «adidas» sözü yazılmış idman çantasını, bir ədəd hərbi rüqzak və bir ədəd iri həcmli sarı rəngli sellofan torbanı çıxarmış və hamının gözü qabağında oturduqları yerə boşaltmışdır. Şahid7 sözlərinə görə həmin çantada, rüqzakda və sellofan torbada hərbi geyim formaları, tapança silahları və iki ədəd əl qumbaraları qablaşdırılmışdır. Tapança silahlardan biri «Makarov» markalı olmuşdur. Digərinin isə markasını o, bilməmiş və həmin tapança səsboğucusu ilə təchiz edilmişdir. Şahid7 sözlərinə görə Ramil Məmmədovda bir ədəd pnevmatik tapança silahı və bir və ya iki ədəd əl qumbarası olmuşdur. Lakin, Ramil Məmmədov həmin pnevmatik tapança silahını və qumbaraları basqın zamanı avtomaşında və ya evində saxlamışdır. Bundan başqa o, həmin sellofan paketdə bir ədəd süngü bıçağının qablaşdırıldığını görmüşdür. Ramil Məmmədov hərbi geyim formalarını yerə tökəndən sonra orada yığılmış dəstə üzvlərinin hər biri, o cümlədən o, öz bədən ölçülərinə uyqun olaraq hərbi geyim formasını seçmişlər. Dəstə üzvlərindən Şahid6la Şahid8 hərbi geyim forması götürməmişlər. Şahid6la Şahid8 hər hansı bir başqa forma geyinmələrini də o, görməmişdir. Belə ki, bütün tapşırıqlar Ramil Məmmədov tərəfindən və əksər hallarda fərdi qaydada verilmişdir. Ramil Məmmədov evində yığışan dəstə üzvləri arasında vəzifə bölgüsü aparıb tapşırıqlarını verəndən sonra, yəni həmin günün axşam saat təxminən 22 radələrində o, Şahid4, Ramil Məmmədov, Şahid5, Şahid3 və Təqsirləndirilən şəxs Elçinin Camalovun idarə etdiyi «Prado» markalı ağ rəngli avtomaşınında, Osman ləqəbli Şahid8la Yavər Məmmədov isə sonuncunun idarə etdiyi «VAZ-2109» markalı qırmızı rəngli avtomaşınında Tərtər rayonu istiqamətində yola çıxmışlar. Danışığa əsasən Şahid6la Şahid8 Yevlah və ya Bərdə rayonunda dəstə üzvlərini gözləməli və kömək lazım olduqda onların yanına gəlib silahların daşınmasında köməklik etməli idilər. Bu səbəbdən də Şahid6la Şahid8 Yevlah və ya Bərdə rayonunun girişində qalmışlar. Şahid7 sözlərinə görə o, Şahid4, Ramil Məmmədov, Şahid5, Şahid3 və Təqsirləndirilən şəxs Elçinin Camalovun idarə etdiyi «Prado» markalı ağ rəngli avtomaşınında Tərtər rayonu istiqamətində yollarını davam etmiş və gecə saat təxminən 02 və ya 03 radələrində Tərtər rayonunun Qapanlı kəndinə çatmışlar. Yol üstü Elçin Camalovdan başqa hamı Ramil Məmməmdov tərəfindən əldə edilmiş hərbi geyim formalarını geyinmişlər. Şahid7 sözlərinə görə geyindikləri forma hərbi səhra forması olmuşdur. Ramil Məmmədovun əynində olan hərbi səhra forması digər hərbi formalardan seçilirdi. Ramil Məmmədov «Kommandos» tipli hərbi səhra formasını geyinmiş və başında göy rəngli biretka qoymuşdur. Həmin vaxt X50 Rəhimov Yevlax və ya Bərdə rayonunda olmuş və Ramil Məmmədovun tapşırıqlarını gözləmişlər. Bu səbəbdən də X50 Rəhimovun əynində olan geyim barədə onun məlumatı olmamışdır. «Prado» markalı avtomaşını idarə edən Elçin Camalov orada baş leytenant hərbi rütbəli zabitin parad hərbi geyimini geyinmiş və sükan arxasında qalmışdır. Şəxsən onun və Şahid5 əynində rütbəsi olmayan hərbi səhra geyimləri olmuşdur. Şahid4 əynində kapitan rütbəli zabitin hərbi səhra geyimi və buşlatı olmuşdur. Şahid3 və Təqsirləndirilən şəxs əyinlərində rütbəsiz hərbi səhra geyimləri olmuşdur. Həmin hərbi geyimlərini o və başqaları əyinlərində olan mülki paltarların üstündən geyinmişlər. Şahid7 sözlərinə görə həmin vaxt ayaqlarında mülki çəkmələr və botinkalar olmuşdur. Bundan başqa Şahid7 ifadələrində göstərmişdir ki, Tərtər rayonunun Qapanlı kəndinin yaxınlığında Ramil Məmmədovun göstərişinə əsasən Elçin Camalov idarə etdiyi «Prado» markalı avtomaşını saxlamış və Ramil Məmmədov həmin avtomaşının dövlət qeydiyyat nişanlarını ona məlum olmayan mənbədən əldə etdiyi digər dövlət qeydiyyat nişanlarını ilə əvəz etmişdir. Həmin dövlət qeydiyyat nişanlarında olan rəqəmləri xatırlamadığını vurğulayan Şahid7 sözlərinə görə Ramil Məmmədov həmin dövlət qeydiyyat nişanlarını nə vaxt və hansı şəraitdə əldə etmişdir o, bilməmiş və dəstə üzvləri arasında artıq suallar heç vaxt verilməmişdir. Basqın zamanı istifadə edilmiş silahlar, dövlət qeydiyyat nişanları və hərbi geyim əşyaları Ramil Məmmədov tərəfindən təşkil edilmişdir. Nə vaxt və hansı şəraitdə Ramil Məmmədov həmin əşyaları əldə etmişdir o, bilməmişdir. Daha sonra Şahid7 öz ifadələrində göstərmişdir ki, Elçin Camalov idarə etdiyi «Prado» markalı avtomaşını Tərtər rayonunun Qapanlı kəndinin kənarında saxlamış və avtomaşında qalmış, o, Şahid4, Ramil Məmmədov, Şahid5, Şahid3 və Təqsirləndirilən şəxs isə Milli ordunun əsgərlərinin olduğu səngərə tərəfə hərəkət etmişlər. Həmin vaxt Şahid3 əlində səsboğucu ilə təchiz edilmiş tapança silahı, Ramil Məmmədovun əlində «Makarov» markalı tapança silahı, Təqsirləndirilən şəxs əlində isə bıçaq olmuşdur. Şahid7 sözlərinə görə basqın zamanı Ramil Məmmədovun əlində olmuş «Makarov» markalı tapança silahı 638 saylı cinayət işi üzrə o, təqsirləndirilən şəxs qismində cəlb edildikdən sonra ondan götürülmüşdür. Şahid7 ifadələrində göstərmişdir ki, Şahid3 əlində olan tapança silahı Makarov markalı tapança silahından bir qədər seçilmişdir. Şahid5 və o, əsgərlərin olduğu səngərə təxminən beş metr çatmamış dayanmış, Şahid4, Ramil Məmmədov, Şahid3 və Təqsirləndirilən şəxs isə posta tərəf getmişlər. Sonuncular əsgərlərə günün parolunu deyərək özlərini hərbi hissədən yoxlama üçün gələn zabitlər kimi təqdim etmişlər. Təxminən 20 dəqiqədən sonra Şahid4, Ramil Məmmədov, Şahid3 və Təqsirləndirilən şəxs qaça-qaça geriyə dönmüş, həmin vaxt Ramil Məmmədovun əlində snayper tüfəngi, X42 Adilovun isə hər birinin əlində Kalaşnikov markalı avtomat silahları olmuşdur. Şahid7 sözlərinə görə həmin avtomat silahlarının qundaqları dəmirdən və qatlanan olmuşdur. Avtomaşına oturandan sonra Təqsirləndirilən şəxsla Şahid3 sözlərindən ilkin olaraq ona məlum olmuşdur ki, Şahid3 tapança silahından atəş açmaqla, Təqsirləndirilən şəxs isə bıçaqla zərbə vurmaqla iki nəfər postda duran əsgəri qətlə yetirmişlər. Bir neçə aydan sonra ona kütləvi informasiya vasitələrində verilən xəbərlərdən məlum olmuşdur ki, əsgərlərdən biri sağ qalmışdır. Şəxsən o, Şahid5la birlikdə Milli ordunun əsgərləri olduqları səngərə tam yaxınlaşmamış və hadisənin dəqiq necə baş verməsini basqından sonra Bakı şəhərinə qayıdarkən Şahid3lə Təqsirləndirilən şəxs sözlərindən öyrənmişdir. Belə ki, həmin vaxt hər ikisinin sözlərindən ona məlum olmuşdur ki, Tərtər rayonunda posta basqın zamanı dəstə üzvləri əsgərlərə günün parolunu deyərək və özlərini yoxlama üçün hərbi hissədən gələn zabitlər kimi təqdim etdərək xidmətdə olan əsgərləri tərksilah etmiş, bundan sonra X43 Məmmədov səngərdəki əsgərləri blindaja salmış, Təqsirləndirilən şəxsla Şahid3 isə iki nəfər əsgərin başlarını qatmaq üçün həmin blindajdan bir qədər kənara aparmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs bir nəfər əsgərlə birlikdə qabaqda, təxminən 15-20 metr arxadan gələn Şahid3lə digər əskərdən aralıda olmuşlar. Təqsirləndirilən şəxs qabağında gedən əskəri sağ əlində tutduğu bıçaqla arxadan boyun nahiyəsindən vurmuşdur. Salehin sözlərindən ona məlum olmuşdur ki, həmin vaxt bıçaq əsgərin boyun nahiyəsinə girsədə əsgər özünü itirməmiş və onunla vuruşmağa başlamışdır. Həmin vaxt Şahid3 yanında olan əsgərə tapança silahından açdığı atəşlə xəsarət yetirmiş və Salehgili tərəfdən gələn səs-kuya tərəf qaçmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əsgəri əlləri ilə tutmuş, Şahid3 isə həmin tapançadan atəş açaraq ikinci əsgəri qətlə yetirmişdir. Basqından sonra o, Şahid4, Ramil Məmmədov, Şahid5, Şahid3 və Təqsirləndirilən şəxs avtomaşına minib Bakı şəhəri istiqamətində hərəkət etmişlər. «Prado» markalı ağ rəngli avtomaşını Elçin Camalov idarə etmiş, Şahid5 qabaq oturacaqda, o, Şahid4 və Şahid3 arxa oturacaqlarda, X47 Adilov isə avtomaşının baqaj hissəsində yerləşən oturacaqlarda əyləşmişlər. Ramil Məmmədov basqın nəticəsində əldə etdikləri silahları sellofan paketlərə bürümüşdür. Yolüstü Şahid6la Şahid8 onları görüb avtomaşınlarını Elçin Camalovun idarə etdiyi «Prado» markalı avtomaşının arxası ilə sürmüşlər. Səhər vaxtlarında o, Şahid4, Ramil Məmmədov, Şahid5, Şahid3 və Təqsirləndirilən şəxs Qaradağ rayonunun Sahil qəsəbəsinə çatmış və Ümid qəsəbəsində yerləşən Ramil Məmmədovun evində yığışmışlar. Həmin vaxt Ramil Məmmədov və o, əldə etdikləri silahları əvvəlcə evin təmir edilməmiş otağında, daha sonra isə həyətində olan yarımtikilidə gizlətmişlər. Bundan sonra o və digər dəstə üzvləri evlərinə getmişlər. Şahid7 sözlərinə görə o, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulanadək basqın zamanı əsgəri qətlə yetirdikləri tapança silahı və səs boğucusu, bir ədəd F-1 markalı qumbara, basqın zamanı istifadə edilmiş bıçaq, habelə hərbi hissədən götürdükləri iki ədəd avtomat silahı və bir ədəd snayper tüfəngi Ramil Məmmədovda saxlanılmışdır. Bir ədəd «Makarov» markalı tapança silahını o, özündə saxlamış və həmin tapança silahı ondan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən götürülmüşdür. O, həbs edilənədək Ramil Məmmədov həmin silah və sursatları yaşadığı evin sol tərəfində yerləşən təmiri başa çatmamış otağın döşəməsi altında saxlamışdır. Şahid7 sözlərinə görə o, həbs edilməmişdən təxminən 10 gün əvvəl, yəni 2009-cu ilin təxminən 01-də həmin silahları Ramil Məmmədovun evində görmüş, həbs edildikdən sonra isə onun həmin silahlar barədə məlumatı olmamışdır. Bundan başqa Şahid7 ifadələrində göstərmişdir ki, xx xxxxx xxx9-cu il tarixdə ondan götürülmüş bir ədəd «Makarov» markalı tapançanın və xx xxxxxx 2008-ci il tarixdə Tərtər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissənin postuna basqın nəticəsində əldə edilmiş iki ədəd «AKMS» markalı avtomatların və bir ədəd «SVD» markalı tüfəngin nömrələri Ramil Məmmədov tərəfindən silinmişdir. Həmin nömrələri Ramil Məmmədov evində saxladığı laqun aparatı vasitəsi ilə silmişdir. Konkret kimin iştirakı ilə Ramil Məmmədov silahların nömrələrini silmişdir o, bilməmişdir. Şahid7 sözlərinə görə Ramil Məmmədov yaxşı usta olmuş və evində bütöv növ peşə alətlərini, o cümlədən laqun apparatını saxlamışdır. 18-xx xxxxxx 2008-ci il tarixdə camaat üzvlərindən Ramil Məmmədov, Şahid4, Şahid3, Şahid5 və Elçin Camalovun kəşfiyyat məqsədilə Tərtər rayonunun Qapanlı kəndinə getmələrini əvvəlcədən bilmədiyini vurğulayan Şahid7 sözlərinə görə basqın barədə Ramil Məmmədov ona xx xxxxxx 2008-ci il tarixdə, yəni hadisə günü məlumat vermişdir. Həmin vaxt Ramil Məmmədovun sözlərindən ona məlum olmuşdur ki, Ramil Məmmədov basqın üçün artıq hazırlıq işlərini görmüş və basqın planını hazırlamışdır. Şahid7 sözlərinə görə Ramil Məmmədov hazırladığı basqın planını tam şəkildə ona açıqlamamış və basqında iştirak etmiş Şahid4, Şahid5, Təqsirləndirilən şəxs, Şahid3, Elçin Camalovun, Şahid8 və Şahid6 konkret rolları barədə ona məlumat verməmişdir. Ramil Məmmədov ona basqın zamanı hər şeyi görəcəyini bildirmiş və basqında kömək etməyini ondan xahiş etmişdir. O, isə Ramil Məmmədova etibar edib təklifinə öz razılığını vermişdir. Hərbi hissəyə basqın nəticəsində əldə edilmiş silahlar hansı məqsədlər üçün əldə edilmişdir o bilməmişdir. N saylı hərbi hissənin N saylı müşahidə postuna basqın zamanı özləri ilə ip, skoç və ya qandal götürüb-götürmədikləri sualına cavab olaraq Şahid5 göstərmişdir ki, basqın zamanı o və dəstə üzvlərindən heç kəs özü ilə ip, skoç və ya qandal götürməmiş və basqın zamanı üzlərini heç bir maska ilə gizlətməmişlər. Basqın zamanı N saylı müşahidə postunda xidmətdə olan iki nəfər əsgəri Ramil Məmmədovun tapşırığına əsasən nə məqsədlə Şahid3 və Təqsirləndirilən şəxs qazmadan uzaqlaşdırmışlar o, bilməmiş və bu barədə Ramil Məmmədov ona açıqlama verməmişdir. N saylı hərbi hissənin N saylı müşahidə postunda xidmətdə olan iki nəfər əsgərin və kiçik çavuşun basqınçılar tərəfindən tərksilah olunduğu halda və həmin əsgərlərin öldürülməsi əvvəlcədən planlaşdırılmamışdırsa nə üçün o və basqında iştirak edən digərləri məntiqə uyğun olaraq həmin əsgərlərin əllərini və ayaqlarını bağlamaq əvəzinə onlardan iki nəfərini qazmadan uzaqlaşdırmış, hansı səbəbdən Şahid3 səsboğucu ilə təchiz edilmiş tapança silahı ilə silahlanmışdır, Təqsirləndirilən şəxs isə qabağında gedən əsgərlərdən birinin boyun nahiyəsindən bıçaq xəsarəti yetirmişdir sualına Şahid7 cavab verə bilməmiş, basqın planının Ramil Məmmədov tərəfindən hazırlandığını və dəstə üzvlərindən hər birinə basqında konkret vəzifənin sonuncu tərəfindən verildiyini göstərmişdir. Şahid7 sözlərinə görə Ramil Məmmədov hazırladığı basqın planını ona tam açıqlamamış və Təqsirləndirilən şəxs əsgərə bıçaq zərbəsi endirməsinin səbəbi barədə onun məlumatı olmamışdır. Şahid8 yaşadığı ünvan 3 ünvanda yerləşən evinin arxasındakı torpaq sahəsində axtarış aparılarkən torpaq altından qazılaraq aşkar edilmiş bir ədəd göy rəngli çəllək və içərisində qablaşdırılmış hərbi geyim əşyaları ilə bağlı isə qeyd edir ki, Tərtər rayonunda dislokasiya olunmuş hərbi hissəyə silahlı basqın etdikdən təxminən bir ay müddət keçəndən sonra, yəni təxminən 2009-cu ilin yanvar-fevral aylarında, o, silahlı qruplaşmanın üzvləri Ramil Məmmədov və Elçin Camalovla, sonuncunun idarə etdiyi ** SN *** dövlət qeydiyyat nişanlı «Toyota Prado» markalı avtomaşınında Qəbələ rayonuna səfər etmiş və həmin rayonun ərazisində olan meşə massivində gizli saxlanc yeri axtarmışlar ki, Tərtər rayonundakı hərbi hissədən əldə etdikləri silahları və basqın zamanı istifadə etdikləri hərbi geyim formalarını hündürlüyü təxminən bir metr, eni isə təxminən 40 sm olmuş həmin göy rəngli çəlləkdə qablaşdıraraq torpaq altında gizlətsinlər. Təqdim edilmiş çəlləyi tanıyaraq Şahid7 göstərmişdir ki, həmin çəlləyin ağzı qapaqla kip örtülmüşdür və bu çəllək Ramil Məmmədov tərəfindən hazırlanmışdır. Qəbələ rayonunun ərazisində yerləşən meşə massivində o, Elçin Camalov və Ramil Məmmədov bir qədər, yəni təxminən 30 dəqiqə, gəzib gizli saxlanc yeri üçün münasib yer axtaran zaman üç nəfər polis əməkdaşı onları görmüş və yaxınlaşaraq burada nə etdikləri barədə maraqlanmışlar. Həmin vaxt o və digərləri polis əməkdaşlarına bildirmişlər ki, meşədə istirahət etmişlər. Şahid7 sözlərinə görə üzlərini və rütbələrini xatırlamadığı həmin polis əməkdaşları onu, Ramil Məmmədovu və Elçin Camalovu DİN Qəbələ rayon şöbəsinə aparmış və üstlərini və Elçin Camalovun avtomaşınını yoxlamışlar. Üzərlərində və avtomaşında qanunla dövriyyəsi qadağan olan heç bir əşya tapılmadığı üçün polislər onları sərbəst buraxmışlar. Cəllək barədə maraqlandıqda isə Ramil Məmmədov polis əməkdaşlarına bildirmişdir ki, bu çəlləyi rayon camaatına satmaq üçün gətirmişdir. Bundan sonra o, Ramil Məmmədov və X79 rayonunun meşə massivində gizli saxlanc yeri axtarmağa ehtiyyvat etmiş Bakı şəhəri, Qaradağ rayonunun Ümid qəsəbəsinə qayıtmışlar. Həmin çəlləyi məcburən özləri ilə geriyə gətirmiş və Ramil Məmmədovun evində qoymuşlar. Çəlləyin içərisində aşkar edilmiş hərbi səhra geyimləri onun və dəstə üzvləri tərəfindən hərbi hissənin müşahidə postuna basqın zamanı istifadə etdikləri həmin hərbi geyim əşyaları olmuşdur. Həmin hərbi geyim əşyalarından zabit rütbəsi əks olunmuş poqonlarla olan hərbi səhra geyim formasını və kokardalı hərbi baş geyimini basqın zamanı Şahid4, poqonlarında baş leytenant rütbəsi bərkidilmiş hərbi parad formasını Elçin Camalov geyinmişdir. Dəstə üzvlərindən Ramil Məmmədov, Təqsirləndirilən şəxs, Elçin Camalov, Şahid8, Şahid6, Şahid3, Şahid7 və Şahid4 başqa iştirak etdiyi basqından heç kəsin xəbəri və iştirakı olmamışdır. O, Şahid4 narkoman olduğunu bilərək sonuncu ilə birlikdə hər hansı bir əməliyyatda iştirak etmək istəməmiş, lakin sonradan Ramil Məmmədov həmin əməliyyatı, yəni basqını tək Şahid4la həyata keçirəcəyini ona bildirdikdə o, Ramil Məmmədov və digərləri tərəfindən qorxaq kimi tanınmasın deyə bu basqında iştirak etməyə razılığını vermişdir. Basqın nəticəsində əldə edilmiş silahlarla «Sahil camaatı»nın üzvləri arasında, o cümlədən Sahil qəsəbə sakini X25 hərbi təlimlər keçirilməmişdir. xx xxxxx xxx9-cu il tarixdə isə o, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilmiş və bu səbəbdən də «Sahil camaatı»nın üzvləri arasında hərbi təlimlərin keçirilib-keçirilməməsi barədə məlumatsız olmuşdur. Ramin Mirzəyevi o, bir dindar şəxs kimi tanımış, Ramin Mirzəyev onunla və camaat üzvləri ilə ünsiyyət saxlasa da onun və digərləri tərəfindən törədilmiş cinayətlər barədə xəbəri və iştirakı olmamışdır. Basqın nəticəsində əldə etdikləri silahların Ramin Mirzəyevə göstərilməsini o, bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərdi ki, o, 2002-ci ilin dekabr ayında İslam dinini qəbul edib namaz qılmağa başlamışdır. İslam dininə onu Vitaliy Ağaməmmədov adlı Sahil qəsəbə sakini dəvət etmişdir. Təxminən 2003-cü ilin əvvəllərində o, Vitaliy Ağaməmmədov vasitəsi ilə Emin Cami adlı Sahil qəsəbə sakini ilə tanış olmuşdur. Təxminən 2006-cı ilin əvvəllərində Sahil qəsəbəsində yaşayan dindarlar, o cümlədən o, «Sahil camaatı» adlı dini icma yaratmaq üçün birləşmiş və aralarında Emin Camini özlərinə əmir, yəni rəhbər seçmişlər. Hamı kimi o, da özünə Osman dini ləqəbi seçib Emin Camiyə itayət edəcəyi barədə biyət etmişdir. Həmin ərəfədə daxil olduğu icma üzvləri, o cümlədən o, ancaq dini kitabların oxumuş və idmanla məşğul olmuşlar. Həmin ərəfədə camaatın əmiri Emin Cami, sonuncunun naibi, yəni müavini isə Şahid7, Şahid5 və Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşayan Azər Misirxanov tərəfindən rəhbərlik edilən «Sumqayıt» adlı dini camaatın üzvləri ilə əlaqə yaratmış və Azər Misirxanovu ümumi rəhbər seçmişlər. Şahid8 sözlərinə görə o, həmin ərəfədə camaatın passiv üzvü kimi bilmişdir ki, Emin Cami və camaatın aktiv üzvləri, yəni yuxarıda adlarını sadaladığı şəxslər tez-tez Azər Misirxanovla əlaqə saxlayıb onun göstərişlərini yerinə yetirmişlər. 2007-ci ilin yay aylarından etibarən üzv olduğu «Sahil camaatı»nın üzvləri, o cümlədən əmiri olan X80 və İnquşetiya Respublikaları ərazilərində rus qoşunlarına qarşı cihad etmək üçün yollar axtarmağa başlamış və «Sumqayıt camaatı»nın əmiri Azər Misirxanov tərəfindən ona məlum olmayan yollarla həmin respublikalara göndərilmiş, Emin Cami, Şahid7, Elnur Qaziyev, Ramil Məmmədov və Abdulrauf dini adlı Rafael İnquşetiya Respublikası ərazisində ruslara qarşı döyüşlərdə iştirak etmişlər. Təxminən 2008-ci ilin ortalarında əmirləri Emin Cami ərəb məşəli mücaidin hüquq mühafizə orqanlarından gizlədilməsinə kömək etdiyinə görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilmişdir. Həmin vaxtdan etibarən «Sahil camaatı»nın əmiri Şahid7 olmuşdur. Həmin ərəfədə Şahid7 və qruplaşmanın üzvləri olan, Şahid5, Ramil Məmmədov və Təqsirləndirilən şəxs ona məlum olmayan mənbədən tapança silahları əldə etmişlər. Həmin tapança silahları «Makarov» konstruksiyalı tapança silahları olmuşdur. Təqsirləndirilən şəxs olan tapança silahı səsboğucu ilə təchiz edilmişdir. Şahid8 sözlərinə görə həmin vaxt «Sahil camaatı» tərkibində şəxsən ona həmin camaatın tərkibinə yeni üzvlər dəvət etmək və qruplaşma üzvlərinin dini təhsilini artırmaq tapşırılmışdır. 2008-ci ilin dekabr ayında Ramil Məmmədov onu öz evinə çağırmış və orada olan «Sahil camaatı»nın üzvləri Şahid6, Şahid4, Şahid7, Şahid5, Şahid3 və Təqsirləndirilən şəxs öz aralarında Tər-Tər rayonunda dislokasiya olmuş N saylı hərbi hissənin postuna basqın edərək silah əldə etmək barədə söhbətlər aparmışlar. Şahid8 sözlərinə görə dəstə üzvləri Azərbaycanda “cihad” etmək məqsədi ilə silah əldə etmək istəmişlər. Söhbətlərindən o, eşitmişdir ki, həmin posta yaxınlaşmaq üçün Şahid4 hərbiçilərin parolunu bilmiş və Şahid4 həmin hərbi hissədə qulluq etmişdir. Ramil Məmmədov həmin basqını həyata keçirmək üçün artıq altı dəst hərbi geyim formalarını hazırlamış, özü isə «Komandos» tipli hərbi səhra geyimində olmuşdur. Həmin vaxt Ramil Məmmədovun başında göy rəngli biretka baş geyimi olmuşdur. Dəstə üzvləri razılaşandan sonra Ramil Məmmədov, Şahid7, Şahid3, Təqsirləndirilən şəxs, Şahid5 və Şahid4 həmin vaxt ora gələn Elçin Camalovun «Prado» markalı avtomaşınında, o, isə Şahid6 VAZ-2109 markalı qırmızı rəngli avtomaşınında saat təxminən 22 radələrində Tərtər rayonu istiqamətində hərəkət etmişlər. Şahid8 sözlərinə görə həmin vaxt Şahid3 avtomat ştık-noju ilə, Təqsirləndirilən şəxs qluşiteli olan tapança silahı ilə, Ramil Məmmədov isə «Makarov» tipli tapança silahı ilə silahlanmışlar. Şahid8 sözlərinə görə Ramil Məmmədovun tapşırığı ilə o və Şahid6 sonuncunun idarə etdiyi avtomaşınında Bərdə rayonuna çatmış və həmin rayonun girəcəyində dayanmış və Şahid6 Ramil Məmmədovdan zəng gözləməyə başlamışdır. Şahid6 sözlərindən ona məlum olmuşdur ki, Ramil Məmmədov zəng edərsə o və Şahid6 əldə edilmiş silahları daşımaq üçün Tərtər rayonuna getməlidirlər. Daha sonra Şahid8 öz ifadələrində göstərmişdir ki, gecə saat təxminən 3-4 radələrində Elçin Camalovun idarə etdiyi ağ rəngli «Prado» markalı avtomaşını yanlarından Bakı şəhəri istiqamətində keçmiş, bundan sonra o və Şahid6 həmin avtomaşının arxası ilə Bakı şəhərinə qayıtmışlar. Saat təxminən səhər 07 radələrində o və Şahid6 Ramil Məmmədovun evinə çatmışdır. Orada ona məlum olmuşdur ki, Şahid3lə Təqsirləndirilən şəxs iki nəfə əsgərə bıçaqla və tapança silahı ilə xəsarət yetirərək birini öldürmüş, digərini isə yaralamışlar və iki ədəd Kalaşnikov avtomatı və bir ədəd snayper tüfəngi əldə etmişlər. Söhbət əsnasında ona həmçinin məlum olmuşdur ki, Təqsirləndirilən şəxs hadisə zamanı özünü itirmiş, Şahid3 isə qluşitelli tapança silahı ilə atəş açaraq hər iki əsgəri vurmuşdur. Şahid8 sözlərinə görə həmin silahları Ramil Məmmədov sellofana bürümüş və öz evində gizlətmişdir. Daha sonra isə həmin silahları Ramil Məmmədov, Saley Adilov və Sadiq Həşimovla birlikdə onun həyətinin arxasında torpaq altında basdırmış və ona bu barədə məlumat vermişlər. Şahid8 ilkin ifadələrinə görə Ramil Məmmədov, Saley Adilov və Sadiq Həşimov əldə edilmiş silahları ona məxsus evin arxa tərəfində yerləşən torpaq sahəsində basdıracaqlarını ona bildirmiş, həmin vaxt özləri ilə yalnız yeri qazmaq üçün 3 ədəd bel gətirmiş və torpağı qazmağa başladıqda onun köməyinə ehtiyac olmadığını bildirərək oradan getməyini təklif etmişlər. Bundan sonra o, “işa” namazını qılmaq üçün qonşuluqda yaşayan tanışının evinə getmişdir. Sübh namazına az qalmış Təqsirləndirilən şəxs, Sadiq Həşimov və Ramil Məmmədov onun yanına gəlmiş və onunla birlikdə sübh namazını qıldıqdan sonra bir az istirahət etdikdən sonra öz evlərinə getmişlər. Yalnız qazıntıya başladıqda Təqsirləndirilən şəxs, Sadiq Həşimov və Ramil Məmmədovun yanında olduğunu və həmin vaxt hansı silahların orada basdırılacağını görmədiyini vurğulayan Şahid8 ilkin ifadələrinə görə o, dəstə üzvlərinin Tərtər rayonunda yerləşən hərbi hissəyə basqın nəticəsində N ədəd “SVD” snayper tüfənginin və 2 (iki) ədəd “Kalaşnikov” avtomatının əldə edilməsini bilmişdir. Bundan başqa dəstə üzvlərində 3 (üç) ədəd “Makarov” tipli tapançanın, N ədəd səsboğuculu başqa tapançanın və 2 (iki) ədəd əl qumbarasının olduğu barədə onun məlumatı olmuşdur. Həmin tapançaları və qumbaraları dəstə üzvləri öz üzərində gəzdirmişlər. Qumbaralardan birini Ramil Məmmədovun, digərini isə Şahid5 üzərində qalmışdır. Yaşadığı evin arxasında yerləşən torpaq sahəsindən istintaq zamanı aşkar edilmiş çəlləkdəki hərbi geyim əşyaları basqın zamanı dəstə üzvləri tərəfindən istifadə edilmiş hərbi səhra geyimləri olmuşdur. Evinin arxa tərəfindəki torpaq sahəsində basdırılmış hərbi geyimlərin onun daxil olduğu qruplaşma üzvlərinə məxsus olmuşdur, həmin hərbi səhra geyimlərinin də onun evinin arxasında olan torpaq sahəsində basdırılaraq gizlədilməsini o, əvvəlcədən bilməmiş və bu barədə Ramil Məmmədov ona məlumat verməmişdir. 2009-cu ilin yay aylarında Ramil Məmmədov Azərbaycanın dövlət sərhədini qanunsuz keçmək istəyərkən sərhədçilər tərəfindən məhv edilmiş və həmin ərəfədə də Təqsirləndirilən şəxs Əfqanıstana köçmüşdür. Təqsirləndirilən şəxs yerinə əmir, yəni başçı Fuad Drusnar seçilmişdir. Təxminən 2009-cu ilin son aylarında və ya 2010-cu ilin əvvəllərində Fuad Drusnar onu yanına çağırmış, həmin silahlar və N saylı hərbi hissəyə basqın barədə məlumatı olduğunu bildirmiş və silahların saxlanma yerini ondan soruşmuş, o isə Fuad Drusnara bu barədə məlumatının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, o, 2002-ci ildə Sanqaçal terminalında bərbər işləyərkən türk milliyyətindən olan Turan adlı şəxs namazın insan üçün vacib olduğunu söyləyərək onu namaza dəvət etmişdir. Lakin o, həmin Turanın sözünə elə də əhəmiyyət verməmişdir. 2008-ci ildə X48 onu namaza dəvət etmiş və o, namaz qılmağa başlamışdır. 2008-ci ilin sonlarında o, X48un dəvəti ilə «Sahil camaatı» adlı dini icmaya daxil olmuşdur. Həmin vaxt dini icmanın əmiri, yəni başçısı Əbdüləziz ləqəbli Şahid7 olmuşdur və o, Şahid7 beyət etmiş, yəni sədaqətli olduğu barədə and içmişdir. Şahid6 sözlərinə görə Şahid7 həbs edildikdən sonra onun yerinə əmir Təqsirləndirilən şəxs seçilmişdir və camaat üzvləri Təqsirləndirilən şəxs beyət etmişlər. Ondan başqa camaatın üzvləri Şahid5, Osman ləqəbli Şahid8, Sadiq Həşimov, X48, Elçin Camalov, Şahid3, Fuad Drusnar, hal-hazırda Əfqanıstanda olan Əbdülrauf ləqəbli Rauf və Əbdülrəşid ləqəbli Elşən olmuşlar. Həmin vaxt ona Şahid5 və X48un sözlərindən məlum olmuşdur ki, onların camaatı Al-Qayda terror təşkilatına tabe olmuşdur. Bu terror təşkilatının tələbi respublikada partlayışlar və basqınlar həyata keçirmək olmuşdur. Bunu da Şahid5la X48 həyata keçirmişlər. Daha sonra o, Təqsirləndirilən şəxs beyət etmişdir. Təqsirləndirilən şəxs «Sumqayıt camaatı»nın rəhbərləri ilə sıx əlaqəli olmuşdur. Konkret kimlərlə əlaqə saxladığını o, bilməmişdir. Onun qruplaşmada vəzifəsi sürücü olmuşdur. Təxminən 2008-ci ilin dekabr ayında X48un Ümid qəsəbəsində yerləşən evində Ramil Məmmədov və Təqsirləndirilən şəxs olmuşlar. Şahid6 sözlərinə görə o, şübhələnmişdir ki, X48 ondan gizli nəsə «iş» görməyə hazırlaşır. Şahid6 sözlərinə görə X48 Rusiya Federasiyanın İnquşetiya Respublikasında rus qoşunlarına qarşı döyüşlərdə iştirak etmiş və oradan Azərbaycana sərhəddən qanunsuz yol ilə keçirməklə 2 ədəd tapança silahını, 2 ədəd «limonka» tipli əl qumbaralarını və bir ədəd bıçaq gətirmişdir. Tapançanın birini Şahid7, digərini isə Təqsirləndirilən şəxs vermişdir. Ramil Məmmədovun üzərində daimi 2 ədəd «limonka» tipli əl qumbarası olmuşdur. Şahid6 sözlərinə görə özü də daxil olduğu «Sahil camaatı» silahlı qruplaşmaya məxsus bu silahlardan X48un Şahid7 verdiyi «Makarov» markalı tapança silahını Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şahid7ı həbs edərkən sonuncudan götürmüşlər. X54 Adilova verdiyi tapança silahının səsboğücü ilə təchiz edildiyini vurğulayan Şahid6 sözlərinə görə 2008-ci ilin dekabr ayında X48 ondan Allah eşqinə Bərdə rayonuna gedib həmin rayonunun girişində onun göstərişlərini gözləməyi və həmin yerə gələn «qardaşları» idarə etdiyi qırmızı rəngli VAZ-2109 markalı avtomaşınında X48un Ümid qəsəbəsindəki evinə gətirməyi xahiş etmişdir. Şahid6 sözlərinə görə həmin vaxt Ramil Məmmədov ona 050 ***-**-** saylı mobil telefon nömrəsini vermişdir. Bundan sonra Şahid6 həmin günü Şahid8la birlikdə Bərdə rayonuna yola düşmüş və Bərdə rayonunun girişində özünün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Ramil Məmmədovun ona verdiyi 050 ***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Həmin vaxt saat təxminən gecə saat 2 olmuş və göstərilən telefon nömrəsinə zəng çatmamışdır. Daha sonra o və Şahid8 avtomaşını yaxınlıqda olan restoranın həyətinə sürmüş və həmin restoranda oturub çörək yeməyə başlamışlar. Şahid6 ilkin ifadələrində göstərmişdir ki, bir qədər sonra onun mobil telefonuna Ramil Məmmədov zəng etmiş və ağ rəngli «Prado» markalı avtomaşınında geri qayıtdığını bildirərək arxası ilə geri qayıtmaqlarını ona tapşırmışdır. Sonrakı ifadələrində isə Şahid6 göstərmişdir ki, restoranda olduqları vaxt Vüqar Rəhimolv çölə çıxmış və Ramil Məmmədovun «Prado» markalı avtomaşınında geri qayıtdığını görərək ona bu barədə məlumat vermiş və o, Şahid8la birlikdə onun idarə etdiyi qırmızı rəngli VAZ-2109 markalı avtomaşınında Ümid qəsəbəsinə qayıtmışlar. Daha sonra Şahid6 ifadələrində göstərmişdir ki, həmin günün səhəri günü o, Ramil Məmmədovu qucağında sellofana bükülmüş və yapışkan lentlə bağlanmış topa bükülü və bükülünün içərisində bir ədəd ov tüfənginin, iki ədəd «Kalaşnikov» markalı avtomatların və bir ədəd «SVD» markalı snayper tüfənginin olduğunu görmüş, Təqsirləndirilən şəxs belində isə bir ədəd göy rəngli çəlləyi daşıdığını görmüşdür. X47 Adilov çəlləklə silahlar qablaşdırılmış bükülünü Ramil Məmmədovun evinin qarşısındakı tikilinin içərisinə qoymuşlar. Daha sonra o, Ramil Məmmədova həmin silahları Şahid8 yaşadığı evinin arxasında basdırmağını məsləhət etmişdir. Şahid6 sözlərinə görə səhəri gün Ramil Məmmədov silahları Şahid8 evinin həyətində basdırdığını ona bildirmişdir. Təqsirləndirilən şəxs Əfqanıstana gedəndən sonra yerinə Ramil Məmmədov əmir olmuşdur. Ramil Məmmədov təxminən 2009-cu ildə Əfqanıstana gedərkən sərhəddə vurulmuşdur. Ramil Məmmədovdan sonra əmir Fuad Drusnar olmuşdur. Fuad Drusnarın əmir olduğu vaxtında da qrupdakı vəzifəsi sürücülük olmuşdur. X48 Əfqanıstana gedərkən ona bildirmişdir ki, hərbi hissəyə basqın edib əldə etdiyi iki ədəd «Kalaşnikov» markalı avtomat silahlarının və bir ədəd «SVD» markalı snayper tüfənginin nömrələrini özündə olan laqun qurğusu ilə pozmuş və Təqsirləndirilən şəxs ilə birgə Osman ləqəbli Şahid8 evinin arxasında 1,5 metr dərinlikdə basdıraraq gizlədilmişdir. Ramil Məmmədovun sözlərindən ona həmçinin məlum olmuşdur ki, Şahid8 evinin arxasında torpaq altında basdıraraq gizlədilmiş həmin avtomat silahları və snayper tüfəngi dəstə üzvləri tərəfindən Tərtər rayonunun ərazisində ermənilərlə üzbəüz pozisiyada yerləşən hərbi hissənin əsgərlərindən götürmüşlər. Həmin vaxt o və Şahid8 Ramil Məmmədovun tapşırığı ilə Bərdə rayonunda olduqları üçün basqında iştirak edən dəstə üzvlərinin hansı geyimdə olduqlarını görməmişlər və hadisə barədə basqında iştirak edən dəstə üzvlərinin sözlərindən xəbərdar olmuşlar. Ramil Məmmədovun sözlərindən ona həmçinin məlum olmuşdur ki, həmin vaxt Təqsirləndirilən şəxs və Şahid3 bir əsgəri yaralamış, digərini isə öldürmüşlər. Bundan başqa Şahid6 ifadələrində göstərmişdir ki, xx xxxxxx 2008-ci il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi bərbərxanaya gəlmiş və həmin vaxt o, sonuncunun sağ əlinin barmaqlarının sarıldığını görərək harada yaralandığı barədə maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlinə sarıdığı dəsmalı açmış və dörd barmağının iç hissəsinin kəsildiyini ona göstərərək bildirmişdir ki, Tərtər rayonunda yerləşən hərbi hissənin müşahidə postuna basqın zamanı X43 Məmmədov səngərdəki əsgərləri blindaja salmış, Təqsirləndirilən şəxsla Şahid3 isə iki nəfər əsgərin başını qatmaq üçün blindajdan kənara aparmışlar. Təqsirləndirilən şəxs bir nəfər əsgərlə birlikdə qabaqda, onlardan 15-20 metr ara məsafədə isə Şahid3lə digər əsgər hərəkət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs yanında olan əsgəri əl ilə itələyərək səngərin divarına sıxmış və sağ əlində olan bıçağı arxadan əsgərin boyun nahiyəsinə soxmuşdur. Şahid6 sözlərinə görə daha sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, bıçaq əsgərin boyun nahiyəsinə girsə də əsgər özünü itirməmiş və Təqsirləndirilən şəxs ayaqlarından yapışaraq sonuncunu yerə yıxmışdır. Təqsirləndirilən şəxsla əlbəyaxa olan əsgər Salehin əlində olan bıçağı əlindən alarkən sonuncunun barmaqlarını kəsmişdir. Təqsirləndirilən şəxs daha sonra nə baş verdiyi barədə maraqlandığını vurğulayan Şahid6 sözlərinə görə Təqsirləndirilən şəxs ona bildirmişdir ki, az qala əsgər onu öldürsün, lakin özü ölmüşdür. Hərbi hissənin əsgərini konkret Kim öldürmüşdür o, bilməmiş və Təqsirləndirilən şəxs bu barədə maraqlanmamış və əsgərin aldığı bıçaq yarasından öldüyünü guman etmişdir. Basqında istifadə edilmiş bıçaq və səsboğucu ilə təchiz edilmiş tapança silahını o, basqından sonra Təqsirləndirilən şəxs üzərində görmüş və həmin vaxt tapança silahında cəmi bir ədəd patron qalmışdır. Təqsirləndirilən şəxs həmin bıçağı daha sonra X48da olmuş və Ramil Məmmədov həmin bıçağı yonmaqla formasını dəyişdirdiyini ona bildirmişdir. Basqın zamanı həmin bıçağın dəstəyi dəri iplə sarılmış, sonradan isə Ramil Məmmədov həmin bıçaq üçün yeni dəstək düzəltmişdir. Şahid6 sözlərinə görə Ramil Məmmədov həmin bıçağı məişətdə istifadə edilməsi üçün ona vermişdir. Şahid6 sözlərinə görə həmin bıçağın kəsən hissəsi ülgüc kimi iti olmuşdur. Həmin bıçaq onun evində olmuş və o bu barədə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına məlumat verdikdən sonra sonuncular həmin bıçağı onun evindən götürmüşlər. Təqsirləndirilən şəxs olan qluşitelli tapança silahının sonrakı taleyi barədə məlumatsızdır. Basqın günü Ramil Məmmədovun göstərişinə əsasən Şahid8la birlikdə Bərdə rayonuna özünün idarə etdiyi VAZ-2109 markalı qırmızı rəngli avtomaşınında getmiş, həmin avtomaşını basqından bir neçə ay əvvəl X6 vasitəsi ilə baş etibarnamə ilə tanımadığı şəxsdən almış və həmin avtomaşına dair baş etibarnaməni dövlət yol polisində müvafiq qeydiyyata salmamışdır. Dövlət yol polisində etibarnaməni qeydiyyata almamağının vaxtının olmamağı ilə izah edən Şahid6 sözlərinə görə o, avtomaşını basqından sonra, yəni təxminən 2009-cu ilin əvvəllərində satmış və satanda da baş etibarnamə ilə tanımadığı şəxsə satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 oğlu göstərdi ki, o, xx xxxxxxx 2007-ci il tarixdə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün Tərtər rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. xx xxxxxx 2008-ci il tarixdən o, N saylı hərbi hissənin 3-cü tabor 8-ci bölük 1-ci pulemyot manqasının əsgəri vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi pulemyot manqası cəmi 3 əsgər və 1 manqa komandirindən ibarət şəxsi heyəti taborun qərargah bölüyünün kəşfiyyat taqımının şəxsi heyəti ilə birlikdə daim hərbi hissənin düşmənlə üzbəüz mövqedə yerləşən N saylı postunda döyüş növbətçiliyin aparılmasına təyin olunmuşdur. xx xxxxxx 2008-ci il tarixdə o, əsgər Elçin Məmmədov və manqa komandiri kiçik çavuş Fazil Uruxov, kəşfiyyat tağımının əsgərləri ilə birlikdə həmin postda döyüş növbətçiliyini aparmış, həmin vaxt post başçısı kəşfiyyat tağımının 2-ci manqasının komandiri, kiçik çavuş Zərərçəkmiş şəxs2 olmuşdur. Kəşfiyyat tağımının komandiri, leytenant Anar Mürsəlov isə həmin gün postda olmamışdır. Anar Mürsəlovun hansı səbəblərdən postda olmadığı barədə heç bir məlumatının olmadığını vurğulayan Şahid1 daha sonra ifadələrində bildirmişdir ki, həmin gün saat 17:00-dan saat 19:00-dək o, əsgər Elçin Məmmədov ilə postda döyüş növbəsində olduqdan sonra döyüş növbəsini təhvil vermiş postda ayıq növbədə durmuşdur. xx xxxxxx 2008-ci il tarixdən xx xxxxxx 2008-ci il tarixə keçən gecə saat 01 radələrində isə onun istirahət vaxtı olduğundan o, postun qazmasında öz yerində uzanıb yatmışdır. Həmin vaxtadək o, postda heç bir qeyri adı hal ilə rastlaşmamış və postda xidmət öz axarı ilə getmişdir. xx xxxxxx 2008-ci il tarixdə saat təqribən 03:25 radələrində o, postun qazmasında çaxnaşma yarandığını eşitmiş və qəfil yuxudan oyanaraq qazmada hərbi geyimdə olan əvvəllər tanımadığı iki nəfər şəxsin olduğunu görmüşdür. Həmin vaxt qazmada ondan başqa əsgər Elçin Məmmədov, əsgər Zərərçəkmiş şəxs3, əsgər Şahid2 və əsgər Fuad Heydərovolmuşlar. Əsgər Zərərçəkmiş şəxs1 və kiçik çavuş Zərərçəkmiş şəxs2 döyüş növbəsində olmuşlar. Qazmaya daxil olan şəxslərdən birinin rütbəsi səhv etmirəmsə kapitan, digər şəxs isə rütbəsiz olmuşdur. Rütbəsiz şəxs qarayanız, hündürboy, idmançı bədən quruluşuna malik olmuş, əynində «komandos» adlanan xarici hərbi geyim forması və başında göy rəngli «beretka» tipli papaq olmuşdur. Qazmada olan kapitan rütbəli digər şəxs isə orta boylu, çox və qıvrım saçları olan şəxs idi və əynində adi qış hərbi geyimi olmuşdur. Həmin şəxsi o, ilk baxışdan hərbiçiyə bənzətməmiş, çünki həmin şəxsin saç düzümü həddindən artıq səliqəsiz olmuşdur. Qazmada işıqlanma zəif olduğundan onlardan yalnız birinin sifətini aydın görmüş və yadında saxlaya bilmişdir. Həmin şəxslərin üzərilərində hər hansı bir silahın olub olmamasını o, görməmişdir. Yuxudan qalxdıqdan sonra qazmada istirahət edən digər əsgərlər də oyanmış, daha sonra həmin şəxslərdən biri qışqıraraq «Biz korpusdan gəlmişik və sizin xidmətinizi yoxlayırıq. Bizdə kəşfiyyatçıyıq. Heç belə də döyüş növbətçiliyi apararlar...» və sair bu kimi sözlər deyərək postdakı döyüş növbətçilərini tənqid etməyə başlamışdır. Qazmaya daxil olan həmin şəxslər döyüş növbəsində olan Fuad Heydərov, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 əyinlərindəki olan zirehli gödəkcələrini və kaskalarını çıxarmağa, habelə silahlarını yerə qoyub qazmadan çölə çıxıb sıraya düzəlməyə göstəriş vermişlər. Bir müddət sonra postun rabitə telefonuna zəng gəldi və qazmada olan əsgər Zərərçəkmiş şəxs3 telefona tərəf əlini uzadıb dəstəyi götürmək istəmiş, lakin «kommandos» formasında olan şəxs əsgər Məhərrəmova telefon dəstəyini götürməyə imkan verməmiş və özü telefonu götürmüşdür. Həmin şəxs telefon dəstəyini götürdükdə o, rabitə xəttindən hansısa postun «Polad. Polad. Polad» deyə taborun qərargahını çağırdığını eşitmişdir. «Polad» taborun çağırış adı olduğunu vurğulayan Şahid1 sözlərinə görə həmin şəxs «Polad qəbul. Polad qəbul» sözlərini deyərək telefon dəstəyini yerinə qoymuş və əsgərləri hədələyərək icazəsiz telefonun dəstəyini götürəcək əsgərin ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra həmin şəxslər qazmadan çölə çıxmışlar. Çöldə həmin şəxslər əsgər Heydərovla əsgər Xaşayevə 44-cü postun köhnə qazmasını onlara göstərməyini tapşırmışlar. Sonradan fikirlərini dəyişib əsgər Heydərovun əvəzinə kiçik çavuş Şeyubova onlarla getməyi tapşırmışlar. Bir neçə dəqiqədən sonra həmin şəxslərdən biri qazmaya tələsik daxil olmuş əsgər Heydərovun «SVD» markalı snayper tüfəngini, əsgər Məhərrəmovun və ya Xaşayevin ya da ki Şeyubovun «AKMS» markalı avtomat silahlarını götürmüş və qazmada olan əsgərlərə «bunları aparıb sizin tabor komandirinizə verəcəyik və onu pazlayacağıq. Sonra isə sizi də gəlib pazlayacağıq. Biz gəlməyincə isə heç kəs qazmadan şölə çıxmasın» deyərək çıxıb getmişdir. Təxminən bir neçə dəqiqədən sonra o, postun digər əsgərləri ilə çölə çıxmış və müşahidə postundan ətrafa baxmağa başlamışdır. Həmin vaxt 45-ci postun əsgərləri X4çaraq onların yanına gəlmiş və kiçik çavuş Şeyubovun sifəti qan içində olduğunu demişlər. Daha sonra isə posta 7-ci bölük komandiri baş leytenant Seymur Məmmədov və kəşfiyyat tağım komandiri leytenant Anar Mürsəlov gəlmiş və onlardan baş vermiş hadisə barədə soruşmuşlar. Əsgərlər komandirlərə hadisənin necə baş verdiyini danışmış, sonra isə silahlarını götürüb ətrafı axtarmağa başlamışlar. Bir az postdan aralıda səngərdə əsgər Xaşayevi can verdiyini görmüşlər. Xaşayevi xərəyə uzadıb sanitar-tibb maşınına tərəf aparmışlar. Əsgər Xaşayevi sanitar-tibb maşınına qoyarkən o, 45-ci postun əsgərlərinin kiçik çavuş Şeyubovu da xərəkdə həmin sanitar-tibb maşınına tərəf gətirdiklərini görmüşdür. Həmin an hər ikisi yaralı olmuş, Şeyubov huşunu itirməmiş və bir qədər yüngül yaralanmışdır. Daha sonra o və digər əsgərlər posta qayıtmışlar. Daha sonra ona məlum olmuşdur ki, əsgər Xaşayev hərbi hissənin tibb məntəqəsinə çatdırılarkən yolda dünyasını dəyişmişdir. xx xxxxxx 2008-ci il tarixdə hadisə baş verən zaman xidmət etdiyi 44-cü postun ərazisinə daxil olan cəmi iki nəfəri gördüyünü vurğulayan Şahid1 sözlərinə görə posta daxil olan şəxslər özlərini çox sərbəst şəkildə aparmış və hərəkətləri ilə heç bir şübhə yaratmamışlar. Həmin şəxslər özlərini korpusun zabitləri kimi təqdim etmiş və tabor komandirlərinin və postlarının parollarını dəqiq bilmişlər. Həmin şəxslər özləri ilə 1 (bir) ədəd «SVD» markalı snayper tüfəngi və 2 (iki) ədəd «AKMS» tipli avtomat silahlarını götürmüşlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid2 göstərmişdir ki, o, xx xxxxx 2008-ci il tarixdə Abşeron rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış və xidmət etmək üçün N saylı hərbi hissəyə göndərilmişdir. xx xxxx 2008-ci il tarixdən xidmətini həmin hərbi hissənin 3-cü taborunun qərargah bölüyünün kəşfiyyat tağımında davam etdirmişdir. Kiçik çavuş Zərərçəkmiş şəxs2 və əsgər Zərərçəkmiş şəxs1 birgə xidmət dövründə tanımışdır. Zərərçəkmiş şəxs2 onun manqa komandiri, Zərərçəkmiş şəxs1 isə əsgər yoldaşı olmuş və hər ikisi ilə münasibəti xidməti olmuşdur. Aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Xidmət dövründə manqaları həmişə bir həftə N saylı müşahidə postunda döyüş növbəsində olmuş, bir həftə isə bölükdə dincəlmişlər. xx xxxxxx 2008-ci il tarixdə xidmət etdiyi manqa 44-cü müşahidə postunu təhvil almış və xidmətə çıxmışdır. Postda manqa komandiri Zərərçəkmiş şəxs2, əsgərlər o, Zərərçəkmiş şəxs1, X38, Zərərçəkmiş şəxs3, pulemyot manqasının komandiri kiçik çavuş X31, həmin manqanın əsgərləri Şahid1 və X14 xidmət aparmışlar. Postda post başçısı tağım komandiri leytenant Anar Mürsəlov olmuşdur. N saylı hərbi hissənin N saylı müşahidə postunda gecə vaxtlarında xidmət bir saatdan bir təşkil edilmişdir. 25-xx xxxxxx 2008-ci il tarixdə post başçısı tağım komandiri leytenant Anar Mürsəlov postda olmamış və həmin gecə saat 00-N radələrində kiçik çavuş Zərərçəkmiş şəxs2 əmrinə əsasən o, əsgər Zərərçəkmiş şəxs3 ilə döyüş növbəsinə çıxmış və döyüş növbəsini qazmanın qarşısında qapının ağzında dayanmaqla aparmışdır. Zərərçəkmiş şəxs1lə Fuad Heydərov isə istirahət etmək üçün qazmaya daxil olmuş və istirahət etmişlər. xx xxxxxx 2008-ci il tarixdə saat 01-N radələrində Üzeyir X18 və Zərərçəkmiş şəxs3 dəyişmişlər. Saat 02-N radələrində yenidən o və əsgər Zərərçəkmiş şəxs3 növbəni X44 Xaşayevdən təhvil almış, saat 03-N radələrində isə növbəni sonunculara təhvil verərək qazmaya daxil olub istirahət etmək üçün naralara uzanıb yatmışlar. Şahid2 sözlərinə görə saat təxminən 03-30 radələrində o, qazmada danışıq səsinə yuxudan oyanmış və qazmanın içərisində bir nəfər əynində «kommandos» forması, başında göy rəngdə üzərində Azərbaycan Respublikasının gerbi və bayrağı olan beretka olan, orta boylu, idmançı bədən quruluşlu şəxsin və içəri tərəfdən qazmanın qapısının ağzında hündürboy, idmançı bədən quruluşlu, qarayanız şəxsin durduqlarını görmüşdür. Həmin vaxt əsgər Heydərov qazmada ayaq üstə dürmüşdür. Şahid2 sözlərinə görə o, ayağa qalmağa istəyərkən başında göy rəngli beretka olan şəxs yumruqla onun sinəsinə zərbə vuraraq ayağa qalxmağa icazə verməmiş və istirahət etməyi tapşırmışdır. Bundan sonra o, yerinə uzanmış və yataq kisəsini üstünə çəkmişdir. Yerində uzandığı zaman o, həmin şəxslərdən birinin kimdənsə RPK barədə soruşduğunu eşitmişdir. Bir müddət sonra əsgər Fuad Heydərov onu durğuzmuş və o, ayağa qalxdıqda qazmada kiçik çavuş Zərərçəkmiş şəxs2la əsgər Zərərçəkmiş şəxs1 tabora aparıldığı barədə söhbətləri eşitmişdir. Həmin vaxt əsgər Fuad Heydərov ona silahı götürüb müşahidəyə çıxmağı tapşırmışdır. Qazmadan çıxandan sonra o və Heydərov gələn naməlum şəxslərin getdiqləri istiqaməti müəyyən edə bilməmiş və geri qayıtmışlar. Təxminən 4-5 dəqiqə sonra 45 döyüş postundan əsgərlər Ağayev və Ələsgərov posta gələrək kiçik çavuş Zərərçəkmiş şəxs2 sifətinin qan içində 45 döyüş postuna gəldiyini Zərərçəkmiş şəxs1 isə yoxa çıxdığını bildirmişlər. Bundan təxminən 5 dəqiqə sonra tağım komandiri leytenant Anar Mürsəlov qaçaraq posta gəlmiş və 45 postuna tərəf qaçmışdır. Bir neçə dəqiqədən sonra Anar Mürsəlov posta qayıtmış və 43 postu istiqamətində qaçmış, dalınca Fuad Heydərov, Zöhrabov və baş leytenant Məmmədov qaçmışlar. 1-2 dəqiqədən sonra havaya güllə atılmışdır. Bir qədər sonra baş leytenant Məmmədov 44 postuna qayıtmış və xərək götürüb dalınca gəlməyi tapşırmışdır. Bundan sonra o və digər əsgərlər xərək götürüb Məmmədovun dalınca getmiş və qazmadan 40-50 metr aralıda səngərin içində hüşsüz vəziyyətdə və qan içində Zərərçəkmiş şəxs1 uzandığını görmüşlər. Bundan sonra Zərərçəkmiş şəxs1 birinci qazmaya, daha sonra isə taborun tibb məntəqəsinə göndərilmişdir. Şahid2 sözlərinə görə o, qazmaya qayıdanda kiçik çavuş Zərərçəkmiş şəxs2 qan içində narada uzandığını görmüş, bir müddət sonra sonuncu da xərəkdə taborun tibb məntəqəsinə göndərilmişdir. Bundan sonra xidməti istifadələrində olan silahların tamlığı yoxlanılmış və müəyyən edilmişdir ki, basqınçılar tərəfindən iki ədəd «AKMS» markalı avtomat silahları, onlara aid iki ədəd daraqda olan cəmi 60 ədəd patronlar, bir ədəd «SVD» markalı tüfəng və həmin tüfəngə aid üç ədəd daraq və 30 ədəd patronlar talanmışdır. Şahid2 sözlərinə görə həmin silah və döyüş sursatlarının texniki vəziyyəti saz və istifadəyə yararlı olmuşdur (cild 1, iş vərəq 103-106). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İş üzrə Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs2 fotoşəkil üzrə tanınmaya verilmiş, sonuncu tanınma istintaq hərəkəti zamanı N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımının N saylı müşahidə postuna digər şəxslərlə birlikdə basqında iştirak edən Təqsirləndirilən şəxs tanımışdır (cild 4, iş vərəq 37-40). X62 Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxx 2016-cı il tarixli hökmü ilə on dörd il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Qaragözov Aydın Nadir oğlu ibtidai istintaq zamanı verdiyi ifadələrində “Həsən” ləqəbli Təqsirləndirilən şəxs 2011-ci ildən 2013-cü ilə qədər qanunsuz silahlı birləşmə olan, Paksitan İslam Respublikasının ərazisində fəaliyyət göstərən “Taliban” adlı silahlı birləşmənin fəaliyyətində iş üzrə digər təqsirləndirilən şəxs Məmmədli Rövşən Rasim oğlu və onunla birlikdə iştirak etdiyini, lakin Təqsirləndirilən şəxs ayağı xəstə olduğu üçün koalisiya qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etmədiyini bildirmişdir (cild 3, iş vərəq 142-146). xx xxxxxx 2020-ci il tarixdə iş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin doğruluğunu və dəqiqliyini yoxlamaq məqsədi ilə onun iştirakı ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs bir daha ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək törətdiyi cinayət əməllərini tam etiraf etmişdir (cild 3, iş vərəq 69-75). İş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqı aparılmış 1248 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Qaragözov Aydın Nadir oğluna fotoşəkil üzrə tanınmaya verilmiş, sonuncu tanınma istintaq hərəkəti zamanı onunla birlikdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş Təqsirləndirilən şəxs tanımışdır (cild 3, iş vərəq 163-166). İbtidai istintaqı aparılmış 1248 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Qaragözov Aydın Nadir oğlu hazırkı iş üzrə Təqsirləndirilən şəxs oğluna fotoşəkil üzrə tanınmaya verilmiş, sonuncu tanınma istintaq hərəkəti zamanı onunla birlikdə qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etmiş Aydın Qaragözovu tanımışdır (cild 4, iş vərəq 3-6). İş üzrə Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə iş üzrə Zərərçəkmiş şəxs3 Məmmədəli oğluna tanınmaya verilmiş, sonuncu tanınma istintaq hərəkəti zamanı N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımının N saylı müşahidə postuna digər şəxslərlə birlikdə basqında iştirak edən Təqsirləndirilən şəxs tanımışdır (cild 3, iş vərəq 106-107). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X81 ekspertləri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 594 saylı ekspertiza rəyindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması ələmatləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəq 108-110). İbtidai istintaq zamanı müəyyən edilmişdir ki, xidməti vəzifəsini yerinə yetirən Tərtər rayonunda dislokasiya olunmuş N saylı hərbi hissənin əsgəri mərhum X32 xüsusi amansızlıqla qəsdən öldürülən zaman özünü müdafiə məqsədilə iş üzrə Təqsirləndirilən şəxs alın nahiyəsinə bıçaqla xəsarət yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X21” X81 ekspertləri tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 582 saylı ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol qaşüstü nahiyəsinin bir ədəd kəsilmiş yara izi olan çapığı aşkar edilmişdir. Qeyd olunan xəsarət iti əşyanın kəsici və ya deşici təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2008ci il tarixi və şəraiti inkar etmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir (cild 3, iş vərəq 112-114). Hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2008-ci il tarixli protokolun məzmunundan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, xx xxxxxx 2008-ci il tarixdə saat 06:N radələrində N saylı hərbi hissədən Tərtər hərbi prokurorluğuna həmin hərbi hissənin 3-cü taborunun qərərgah bölüyünün kəşfiyyat tağımının «44» saylı müşahidə postuna düşmən tərəfindən basqın olunaraq 2-ci kəşfiyyat manqasının komandiri, kiçik çavuş Zərərçəkmiş şəxs2 güllə ilə yaralanması və əsgər Zərərçəkmiş şəxs1 öldürülməsi barədə daxil olmuş məlumat əsasında saat 06:45 radələrində hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Tərtər rayonunun Qapanlı kəndindən cənub qərb istiqamətində təxminən 1000 metr məsafədədir. Hadisə yerinə getmək üçün Qapanlı kəndinin qurtaracağında səngərə girildi. Səngərlə təxminən 600 metr piyada gedəndən sonra qarşıya N saylı hərbi hissənin 3-cü taborunun qərərgah bölüyünün kəşfiyyat tağımının «44» saylı müşahidə postu çıxmışdır. Müşahidə postunun qarşısından səngərin içərisi ilə sağa və sola aparan yollar vardır. Sağa tərəf 30 metr məsafədə səngərin divarında borunun üzərində qan ləkəsi aşkar edilmişdir. Həmin qan ləkəsindən sağ tərəfdə səngərin içərisində 10 metr məsafədə 2-ci qan ləkəsi, həmin qan ləkəsindən 10 metr məsafədə 3cü qan ləkəsi aşkar olunmuşdur. Sonuncu qan ləkəsindən şərq tərəfdə 1 metr məsafədə torpağın içərisindən bir ədəd güllə aşkar edilmiş və müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan başqa həmin protoklda qeyd edilmişdir ki, hadisə yerindən «44» saylı döyüş postuna və «45» saylı döyüş postuna aparan yolda səngərin divarında qan ləkələri aşkar edilmişdir. Hadisə yerinə baxış keçirilən zaman «Sony» markalı videokameradan istifadə etməklə istintaq hərəkətinin videoçəkilişi, «Nokia» markalı telefondan istifadə etməklə fotoçəkilişi aparılmış, fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur (cild 3, iş vərəq 8-15). Zərərçəkmiş şəxs1 meyitinə baxış keçirilməsi haqqında xx xxxxxx 2008-ci il tarixli baxış protokolu və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 başının arxa ənsə nahiyyəsində orta xətt üzrə ənsə qabarlarını birləşdirən xətt boyunca düzğün dairəvi formalı, kənarları nahamar, qansızmalı, toxuma çatmamazlığı ilə müşayiət olunan 0,9x0,8 sm ölçüdə bir ədəd yara vardır. Meyitin sol alt və üst göz qapaqları həddindən artıq şişkin və hemotomalı, tünd göy rəngli qancırlıdır, göz alması irəliyə doğru sintopiya olunmuşdur, qansızmalıdır, bəbəklər bərabər genişlənmişdir, diametri 0,6 sm-dir. Sifətin sol yarısında sol burun qanadından 1,0 sm sola kənarları nahamar, qansızmalı, kənarlarını yaxınlaşdırdıqda toxuma defekti qeyd edilməyən, tam qapanan, mənfəzindən sınmış sümük fraqmenti bayıra çıxmış 1,0x0,9 sm ölçüdə bir ədəd yara vardır. Sifətin sol yarısı və üst dodaq şişkindir, hemotomalıdır, üst dodaq üzərində orta xətt üzrə 1,0x0,2 sm ölçüdə ətraf sağlam dəri səviyyəsindən aşağıda yerləşən, səthi nəm və qan hissəcikləri ilə örtülü bir ədəd sıyrıq sahəsi vardır. Boynun arxa səthində orta xətt üzrə, boynun başın tüklü hissəsinə keçən yerində köndələn istiqamətdə yerləşmiş, kənarları hamar, ucları sivri 1,3x0,3 sm ölçüdə bir ədəd yara vardır. Bədənin sağ arxa səthində kürək xətti üzrə 1-2-ci bel fəqərəsi səviyyəsində düzğün dairəvi formalı, kənarları nahamar, qansızmalı, toxuma çatmamazlığı ilə müşayiət olunan, kənarları nahamar, qansızmalı, toxuma çatmamazlığı ilə müşaüiət olunan, kənarlarında 0,2 sm enində sıyrıq həlqəsi qeyd edilən 0,9x0,9 sm ölçüdə bir ədəd yara vardır. Yaranın yuxarı-arxa kənarında sıyrıq həlqəsi bir qədər enlidir. Sol saidin orta 3/1-nin arxa-içəri səthində bir-birindən 2,0 sm aralı yerləşmiş 0,9x0,8 sm və ondan səviyyəcə bir qədər aşağıda isə 1,0x0,9 sm ölçüdə yaralar vardır, kənarları nahamar, qansızmalıdır, yuxarıda olan yarada toxuma defekti qeyd edilir. Sol baldırın yuxarı 3/1-nin ön səthində düzgün dairəvi formalı, kənarları nahamar, qansızmalı toxuma defekti ilə müşayiət olunan, kənarlarında 0,2 sm enində tünd qırmızı rəngli sıyrıqlaşma zolağı olan bir ədəd yara vardır. Qeyd edilən yaradan 7,0 sm aşağı baldırın orta 3/1-nin içəri səthində 2,9x0,2 sm ölçüdə kənarları nahamar, qansızmalı, kənarlarını yaxınlaşdırdıqda tam qapanan yara vardır (cild 1, iş vərəq 16-23). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Məhkəmə-X17 Tərtər-Qarabağ regional MTL-nın ekspertləri tərəfindən verilmiş xx xxxxxx 2008-ci il tarixli 05 saylı ekspert rəyi ilə. Həmin rəyin nəticə hissəndə olan qeydlərdən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: a) Giriş yarası başın arxa ənsə nahiyəsində, çıxış yarası isə sifətin sol yarısında olan yara kanalı boyunca kəllə tağı və əsası sümüklərinin, sol orbitanın damını təşkil edən sümüklərin və sol almacıq sümüyünün sınığı. Sol periorbital nahiyənin qançırı. Baş beyin toxumasının əzilib-dağılması, beyin toxumasına və beyin qişalarına qansızma. Qeyd edilən xəsarətlər başı bir ədəd dəlib-keçən odlu silah güllə yaralanması nəticəsində əmələ gəlmişlər, həyatidirlər, mərhumun ölümündən bir qədər əvvəl yetirilmişdir, hazırda ölümlə nəticələnmiş, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurma kimi qiymətləndirillir. Yara kanalının istiqaməti arxadan – önə, yuxarıdan – aşağı və bir qədər sağdan-sola doğrudur. b) Giriş yarası bədənin sağ arxa səthində kürək xətti üzrə 1-2-ci bel fəqərəsi səviyyəsində yerləşən, periton boşluğuna daxil olaraq nazik və yoğun bağırsaq ilgəklərinin, müsariqənin yaralanması ilə müşayiət olunan və sol qalça çuxurunda kor olaraq qurtaran yara kanalı. Yara kanalının sonunda bir ədəd üzərində yiv izləri olan örtüyü şafranı sarı rəngdə güllənin varlığı. Qeyd edilən xəsarət qarın boşluğuna (periton boşluğuna) nüfuz edən bir ədəd kor odlu silah güllə yaralanması nəticəsində əmələ gəlmişlər, həyatidirlər, mərhumun ölümündən bir qədər əvvəl yetirilmişdir, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurma kimi qiymətləndirilir, yara kanalının istiqaməti arxadan – önə, yuxarıdan – aşağı və sağdan – sola doğrudur. c) Giriş yarası və çıxış yarası sol saidin orta 3/1 –nin arxa-içəri səthində olmaqla birbirindən 2, 0 sm aralı yerləşmiş dəri və dərialtı toxumanın yaralanması ilə müşayiət olunan sol saidin orta 3/1-ni bir ədəd dəlib-keçən odlu silah güllə yaralanması. Qeyd edilən xəsarət sol saidin orta 3/1-nin yumşaq toxumalarını bir ədəd dəlib-keçən odlu silah güllə yaralanması nəticəsində əmələ gəlmişlər, həyatidirlər, mərhumun ölümündəm qədər əvvəl yetirilmişdir, canlı şəxslərdə yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilir. Yara kanalının istiqaməti arxadan – önə, yuxarıdan aşağıya doğrudur. ç) Giriş yarası sol baldırın yuxarı 3/1-nin ön səthində, çıxış yarası isə ondan 7,0 sm aşağı baldırın orta 3/1-nin içəri səthində yerləşən, sol qamış sümüyünün sınığı ilə müşayiət olunansol baldırın yuxarı 3/1-nibir ədəd dəlib keçən odlu silah güllə yaralanması. Qeyd edilən xəsarətlər baldırın yuxarı 3/1-ni bir ədəd dəlib- keçən odlu silah güllə yaralanması nəticəsində əmələ gəlmiş, həyatidirlər, mərhumun ölümündən bir qədər əvvəl yetirilmişdir, həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurma kimi qiymətləndirilir, yara kanalının istiqaməti öndən-arxaya, soldan-sağa və yuxarıdan-aşağıya doğrudur. d) Boyun arxasında kənarları hamar və hər iki bucaqları iti, yara kanalının dərinliyi 4- 5 sm olan, dəri və dərialtı yumşaq toxumanın yaralanması ilə müşayiət olunan yara kanalı. Qeyd edilən xəsarət ikitərəfli ülgücə malik kəsici-deşici xarakterə malik əşya ilə yetirilmişdir, bıçaq və buna bənzər digər əşyalarla yetirilə bilər, həyatidir, mərhumun ölümündən bir qədər əvvəl yetirilmişdir, canlı şəxslərdə Yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilir, yara kanalının istiqaməti arxadan – önə və bir qədər yuxarıdan – aşağıya doğrudur. Mərhum Zərərçəkmiş şəxs1 bədəni üzərində qeyd edilmiş odlu silah yaralarının ətrafında atəşin əlavə faktorlarının əlamətləri aşkar edilməmişdir, odur ki, xəsarətlərin əksəriyyəti paltarla örtülü nahiyyədən olduğundan, atəşin məsafəsinin daha dəqiq və iş üçün əhəmiyyətli digər xüsusatların təyin edilməsində mərhumun hadisə vaxtı əynində olmuş paltarlarının kriminalistik müayinəsinin keçirilməsi əhəmiyyət kəsb edir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin, sol almacıq sümüyünün sınığı ilə müşayiət olunan başı bir ədəd dəlib-keçən odlu silah güllə yaralanması nəticəsində baş beyin toxumasının əzilib-dağılması olmuşdur. İlkin meyit əlamətlərinin dinamikasına görə ölüm meyitin məhkəmə-tibbi müayinəsindən 4-6 saat əvvəl baş vermişdir (cild 1, iş vərəq 65-71). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin “Məhkəmə Tibbi Ekspertiza Mərkəzi”nin ekspertləri tərəfindən verilmiş xx xxxxxx 2009-cu il tarixli 290 saylı rəyi ilə. Həmin rəyin nəticə hissəndə olan qeydlərdən görünür ki, Zərərçəkmiş şəxs2 almış olduğu xəsarət – giriş dəliyi sol almacıq nahiyəsində yara kanalı boyunca sol gözaltı nahiyyənin qançırı və şişkinkliyi, almacıq və əng sümüklərinin sınığı və yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunmuş bir ədəd kor yarası – soldan - sağa, öndən - arxaya və yuxarıdan - aşağı istiqamətdə, atəşin əlavə faktorlarının (651 saylı xəstəlik tarixinə əsasən – yanıq həlqəsi) təsir etdiyi yaxın məsafədən, patronu güllə (mərmi) ilə doldurulmuş, odlu silahdan atılmış bir atəş nəticəsində törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2008-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2la atəş açanın qarşılıqlı vəziyyəti müxtəlif ola bilərdi, o şərtlə ki, odlu silahın lülə kəsiyinin sonluğu yara kanalının istiqamətinə uyğun yaranan sol almacıq nahiyəsində yerləşən giriş dəliyinə müvafiq yönəlmiş vəziyyətdə olsun. Bundan başqa, 651 saylı xəstəlik tarixinin qeydiyyatlarına əsasən, Zərərçəkmiş şəxs2 sol saidinin arxa səthində və hər iki diz oynağının ön səthində səthi sıyrılmış yaralar da olmuşdur. Hansılar ki, bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2008 ci il tarixə uyğun gələ bilər və həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin olunmamışdır (cild 1, iş vərəq 72-77). xx xxxx 2010-cu il tarixli baxış protokolun məzmunundan görünür ki, xx xxxx 2010-cu il tarixdə qanunvericiliklə nəzərdə tutulmayan «Sahil camaatı» adlı silahlı qruplaşmanın üzvü Şahid8 yaşadığı ünvan 3 ünvandakı evin arxa tərəfində yerləşən torpaq sahəsinə baxış keçirilərkən Tərtər rayonunun Qapanlı kəndi ərazisində düşmənlə təmas xəttində yerləşən N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımının N saylı müşahidə postuna basqın nəticəsində talanmış odlu silah və döyüş sursatı hesab olunan bir ədəd çaxmaq dabanının arxa hissəsində zavod nömrəsinin son üç rəqəmi 010 olan SVD markalı snayper tüfəngi, üç ədəd həmin silahın daraqları və həmin daraqlarda yığılmış 25 (iyirmi beş) ədəd 7,62 mm çaplı patronlar, iki ədəd çaxmaq dabanlarının arxa hissəsində zavod nömrələrinin son üç rəqəmləri 030 və 018 nömrəli olan AKMS markalı avtomat silahları, həmin avtomat silahlarına aid 2 ədəd daraqları və həmin daraqlarda yığılmış cəmi 59 ədəd 7,62 mm çaplı patronlar, soyuq silah hesab olunan bir ədəd süngü bıçağı və bir ədəd tapança qabı torpağın altında basdırılaraq gizlədilmiş halda aşkar edilərək götürülmüşdür. Baxış zamanı odlu silah və döyüş sursatları “Hyundai” markalı ekskovatorun çilovu ilə torpaq altından çıxarılan zaman çilovun torpağa basma nəticəsində bir ədəd “SVD” markalı snayper tüfənginin lülə hissəsi əyilmiş, qundağı çatlayaraq sınmış, üç ədəd sandıqça isə zədələnmişdir (cild 1, iş vərəq 81-85). xx xxxxxx 2010-cu il tarixli götürülmənin aparılması haqqında protokolun məzmunundan görünür ki, xx xxxxxx 2010-cu il tarixdə iş üzrə təqsirləndirilən şəxs Şahid6 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 1-ci massiv, 56 saylı evində götürmə aparılmış və digər bıçaqlarla yanaşı qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmənin üzvü Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 boyun nahiyəsindən zərbə vuraraq, sonuncunu qəsdən öldürmək üçün dərinliyi 4-5 sm olan, dəri və dərialtı yumşaq toxumanın yaralanması ilə müşayiət olunan «yüngül» dərəcəli bədən xəsarəti yetirdiyi soyuq silah hesab olunan bir ədəd kustar üsulla hazırlanmış xəncər, habelə bir ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəq 90-92). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11085/86/87/88 saylı xx xxxxxxxx 2010-cu il tarixli ekspert rəyi ilə. Belə ki, həmin rəyin məzmunundan görünür ki, xx xxxx 2010-cu il tarixdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən evin arxasında olan sahəyə baxış keçirilərkən torpaq altında basdırılaraq gizlədilmiş «Sahil camaat»ı adlı silahlı qruplaşma üzvləri tərəfindən Tərtər rayonunun Qapanlı kəndi ərazisində düşmənlə təmas xəttində yerləşən N saylı hərbi hissənin 3-cü taborunun kəşfiyyat tağımının N saylı müşahidə postuna basqın nəticəsində talanmış və tədqiqata təqdim edilmiş predmetlər zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli olmaqla, nömrəsi silinmiş silahlardır, iki ədədi “AKMS” konstruksiyalı avtomat, digər bir ədədi isə “SVD” konstruksiyalı, snayper tüfəngidir – yivli, odlu döyüş silahlarıdır. Həmin silahların çaxmaq dabanının arxa hissəsində onların zavod nömrələrinin son üç rəqəmini göstərən (“a” hərfi ilə işarələnmiş) silahda “030” №-li, (“b” hərfi ilə işarələnmiş) silahda “018” №-li və (“c” hərfi ilə işarələnmiş) “010” №-li rəqəmlər həkk olumuşdur. Həmin silahlardan “a” və “b” “AKMS” konstruksiyalı avtomat silahlar texniki cəhətdən saz, atəş açmaq üçün yararlıdır, digər “c” silahı lüləsi əyildiyindən atəş açmaq üçün yararsızdır və bu silahların üzərlərində onların təyinatını dəyişdirən hər hansı bir dəyişikliklər edilməmişdir. - Tədqiqata təqdim edilmiş beş ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, iki ədədi “AK-47”, “AKMS” və s. konstruksiyalı avtomat silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş, otuz ədəd 7,62x39 mm kalibrli tutumuna malik digər iki ədədi isə “SVD” kontruksiyalı snayper tüfəngində istifadə edilmək üçün nəzərdə tutulmuş, on ədəd 7,62x54 mm kalibrli, 1891-ci il nümunəli patron tutumuna malik funksional əhəmiyyət daşımayan komplekt hissəsidir – sandıqçadırlar. - Tədqiqata təqdim edilmiş 25 (iyirmi beş) ədəd patron 7,62 mm kalibrli 1891-ci il nümunəli olmaqla, həmin kalibrə malik “PK”, “PKC” əl pulemyotlarında və “SVD” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, 15 ədədi 1979-cu il, 05 ədədi 1985ci il, 0N ədədi 1983-cü il, 04 ədədi isə 1982-ci ildə zavod üsulu ilə istehsal edilmiş döyüş sursatlarıdır – patronlardır, təyinatı üzrə istifadəyə yararlıdırlar. - Tədqiqata təqdim edilmiş 59 (əlli doqquz) ədəd patron 7,62 mm kalibrli olmaqla həmin kalibrə malik “AKM”, “AKMS” avtomatlarda, “RPK”, “RPKC” əl pulemyotlarında və “CKC” karabinlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş, 0N ədədi 1964, 15 ədədi 1987, 07 ədədi 1974, 0N ədədi 1974, 15 ədədi 1973, 03 ədədi1973, 07 ədədi 1973, 03 ədədi 1983, 0N ədədi 1979-cu illərdə zavod üsulu ilə istehsal edilmiş döyüş sursatlarıdır – patronlardır, təyinatı üzrə istifadəyə yararlıdırlar, 03 ədəd dib hissəsində “3-D” patronunun nə vaxt istehsal edildiyini müəyyən etmək mümkün olmadı. - Tədqiqata təqdim edilmiş iki ədəd “AKMS” konstruksiyalı avtomat və bir ədəd “SVD” konstruksiyalı tüfəngdən atəş (atəşlər) açılmışdır. Lakin hazırlanmış elmi metodika olmadığından həmin silahlardan sonuncu dəfə nə vaxt atəş (atəşlər) açıldırğınıl müəyyən etmək mümkün deyil. - Təqdim edilmiş iki ədəd “AKMS” konstruksiyalı avtomat silahın və bir ədəd “SVD” konstruksiyalı tüfəngin qəlblərinin sol yan səthləri çox silindiyindən həmin silahların zavod işarələrini müəyyən etmək mümkün olmadı. - Tədqiqata təqdim edilmiş bir ədəd bıçaq istifadəyə yararlı olub, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olub, funksional əhəmiyyət daşımayan, odlu silahın komplekt hissəsi olan süngü bıçağıdır və soyuq silah hesab edilir. - Təqdim edilmiş bıçağın üzərində zavod nişanının ümumi əlamətləri olmadığından hansı dövlətdə istehsal olunmasını müəyyən etmək mümkün deyil. - Tədqiqata təqdim edilmiş obyektlərin səthləri korroziyaya uğradığından və onların səthləri tamamilə çirkli oluğuna görə həmin obyektlərin səthlərində hər hansı bir əl-barmaq və papilyar naxış izlərini aşkar etmək mümkün olmadı (cild 1, iş vərəq 116-121). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli 3592/93 saylı ekspert rəyi ilə. Belə ki, həmin rəyin məzmunundan görünür ki, təqdim edilmiş “SVD” markalı snayper tüfəngi, iki ədəd “AKMS” markalı avtomat və bir ədəd “PM” markalı tapança silahlarının zavod nişanları qeyd olunan metal təbəqənin səthi kustar üsulla hər-hansı yonucu predmetlə (alətlə), o cümlədən sumbata kağızı vasitəsilə silinməsi mümkündür. Lakin həmin silahların zavod nişanları qeyd olunan metal təbəqənin səthində hər hansı predmetə (alətə) məxsus xüsusi əlamət olmadığından konkret olaraq hansı predmetin (alətin) və neçə predmetin təsirindən silinməsini müəyyən etmək mümkün deyil. Müvafiq elmi metodika olmadığından silahların üzərində olan zavod nişanlarının nə vaxt silinməsini müəyyən etmək mümkün deyil. Tədqiqata təqdim edilmiş “SVD” markalı snayper tüfənginin, iki ədəd “AKMS” markalı avtomat silahının və bir ədəd “PM” markalı tapança silahının silinmiş zavod işarələrinin yerləşdiyi sahədə heç bir kənar metal izləri və mikrohissəcikləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli 2882/83 saylı ekspert rəyi ilə. Belə ki, həmin rəyin məzmunundan görünür ki, təqdim edilmiş “3” rəqəmi ilə nömrələnmiş bağlamada olan hərbçi papağının, “4” rəqəmi ilə nömrələnmiş bağlamada olan kitelin, hərbçi şalvarının, “6” rəqəmi ilə nömrələnmiş bağlamada olan kitelin üzərində olan zədələr öz formasına, quruluşuna, istiqamətinə, xarakterinə, ölçüsünə və s. əlamətlərinə görə hərhansı bərk (küt) predmetlə kontaktda olması, işləməsi, o cümlədən fiziki qüvvənin təsiri nəticəsində dartılaraq yarana bilən qopma zədələridir. Təqdim edilmiş çantanın üzərində olan zədələr öz formasına, quruluşuna, istiqamətinə, xarakterinə, ölçüsünə və s. əlamətlərinə görə kəsicilik xassəsinə malik olan predmetin təsirindən yarana bilən kəsilmə zədəsidir (cild 1, iş vərəq 152-154). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş xx xxxx 2011-ci il tarixli 2882/83 saylı ekspert rəyi ilə. Belə ki, həmin rəyin məzmunundan görünür ki, təqdim edilmiş “3” rəqəmi ilə nömrələnmiş bağlamada olan hərbçi papağının, “4” rəqəmi ilə nömrələnmiş bağlamada olan kitelin, hərbçi şalvarının, “6” rəqəmi ilə nömrələnmiş bağlamada olan kitelin üzərində olan zədələr öz formasına, quruluşuna, istiqamətinə, xarakterinə, ölçüsünə və s. əlamətlərinə görə hərhansı bərk (küt) predmetlə kontaktda olması, işləməsi, o cümlədən fiziki qüvvənin təsiri nəticəsində dartılaraq yarana bilən qopma zədələridir. Təqdim edilmiş çantanın üzərində olan zədələr öz formasına, quruluşuna, istiqamətinə, xarakterinə, ölçüsünə və s. əlamətlərinə görə kəsicilik xassəsinə malik olan predmetin təsirindən yarana bilən kəsilmə zədəsidir (cild 1, iş vərəq 140-151). X63 İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmündən görünür ki, Şahid3 Füzuli oğlu Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 29,120.2.7, 282.3, 282.4, 232.3.1, 232.3.2, 279.3 və 310-cu maddələri ilə təqsirli bilinərək ömürlük, X26 Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 29,120.2.7, 282.3, 282.4, 232.3.1, 232.3.2, 279.3 və 310-cu maddələri ilə təqsirli bilinərək ömürlük, Şahid5 Məhəmmməd oğlu Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 29,120.2.7, 282.3, 282.4, 232.3.1, 232.3.2, 279.3 və 310-cu maddələri ilə təqsirli bilinərək 11 il 11 ay 5 gün müddətinə, X29 Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 29,120.2.7, 282.3, 282.4, 232.3.1, 232.3.2, 279.3 və 310-cu maddələri ilə təqsirli bilinərək 12 il 1 ay 25 gün müddətinə, Şahid8 Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 29,120.2.7, 282.3, 282.4, 232.3.1, 232.3.2, 279.3 və 310-cu maddələri ilə təqsirli bilinərək 15 il müddətinə, Şahid6 Azərbaycan Respublikasının CM-nin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 29,120.2.7, 282.3, 282.4, 232.3.1, 232.3.2, 279.3 və 310-cu maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. xx xxxx 2011-ci il tarixdə 818 saylı cinayət işi çərçivəsində Azərbaycan Respublikası vətəndaşı X13 Azərbaycan Respublikası CM-nin 279.3, 120.2.1, 120.2.3, 120.4, 120.2.6, 120.2.11, 29, 120.2.7, 228.2.3, 228.4, 229.4-cü, 232.3.1, 232.3.2 və 310-cu maddələri ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən, yəni şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətdikdən sonra ölməsi ilə əlaqədar xitam verilmişdir (cild 2, iş vərəq 134-224). Azərbaycan Respublikasının üzv olduğu X7 Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş xx xxxx 2011-ci il tarixli 1988 (2011) saylı qətnaməyə əsasən “Taliban”, eləcə də ona daxil olan qrup və təşkilatlar terrorçu təşkilat kimi tanınmışdır (cild 3, iş vərəq 194- 205). Pakistan İslam Respublikasının xx xxxxxx 1997-ci il tarixdə qəbul etdiyi antiterror haqqında qanunda müvafiq olaraq qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur (cild 3, iş vərəq 210-213). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum edilməmişdir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, bir epizod üzrə cinayət etməyə cəhd etmək olmaqla digərləri başa çatmış cinayətlərdir, təsnifata görə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır, xüsusilə ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.6-cı, 120.2.11-ci, 29, 120.2.7-ci, 228.3-cü, 228.4-cü, 12.1,218.2-ci, 232.3.1-ci, 232.3.2-ci, 12.1, 279.1-ci, 279.3-cü və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqların olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən isə özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, məhkumluğunun olmamasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3cü maddəsinə əsasən, cinayətin mütəşəkkil dəstə tərəfindən törədilməsini, cinayətin ağır nəticələrə səbəb olmasını və cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimindən istifadə etməklə törədilməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır (cilld 4, iş vərəq 88-103). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq həbsxanada çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57.1-ci maddəsində nəzərdə tutulmuş xüsusatları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2-ci və 279.3-cü maddələri üzrə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.3-cü maddəsində müəyyən edilmiş əmələ görə cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsinin olması ilə bağlı müddəanı nəzərdə saxlayır və bununla belə hər iki maddə üzrə sanksiyalarda müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları ağırlaşdırılmadan əvvəllki redaksiyalarda da ömürlük azadlıqdan məhrum etmə növündə cəzaların olmasını qeyd edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2010-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixli qərarla barəsində axtarış elan edilmiş və barəsində Səbail rayon məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli qərarı ilə tutulduğu gündən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorçuluğa qarşı mübarizə baş idarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 279.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.6, 120.2.11, 228.3-cü və 232.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs saxlanılmış və istintaq orqanına təhvil verilmişdir (cld 2, iş vərəq 113- 114, 115-116, 124-125; cild 3, iş vərəq 16-19). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla, məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş 45 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun hesabına 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxxxx 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.6-cı, 120.2.11-ci, 29,120.2.7-ci, 228.3-cü, 228.4-cü, 12.1,218.2-ci, 232.3.1-ci, 232.3.2-ci, 12.1, 279.1-ci, 279.3-cü və 310-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.1-ci, 120.2.3-cü, 120.2.4-cü, 120.2.6-cı, 120.2.11-ci, 29, 120.2.7-ci maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1,218.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 232.3.1-ci və 232.3.2-ci maddələri ilə 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 12.1, 279.1-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 279.3-cü maddəsi ilə ömürlük azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı həbsxanada çəksin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Pro Bono” Vəkil Bürosuna Müdafiəçi üçün 270 (iki yüz yetmiş) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar