Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-721/2021 02.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçi – Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, ailəli, 1 azyaşlı uşağı olan, orta təhsilli, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, C.Cabbarlı küçəsi, mənzil 22 də qeydiyyatda olmaqla yaşamış, hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Məzahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq zamanı müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, səkkiz ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,126qram, 0,321qram, 0,254qram, 0,330qram 0,254qram 0,385qram, 0,330qram və 0,331qram kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ümumilikdə cəmi təmiz çəkisi 2,331qram olan qəhvəyi rəngli toz şəklində kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroini əldə etmiş,həmin bükümlərdən bir ədəd 0,126 qram olan qəhvəyi rəngli toz şəklindəki narkotik vasitəni ineksiya yolu ilə qəbul etməsi üçün maye halında hazırlayıb bir ədəd 2 ml-lik sprisə dolduraraq digər yeddi ədəd bükümlə birlikdə əynindəki qara rəngli cins şalvarın qabaq sağ cibində daşıyaraq üzərində saxlamış,xx xxxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində,Bakı şəhəri, Səbal RPİ-nin 9-cu Polis bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri,Səbail rayonu,“İçəri-şəhər” ərazisində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb, ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı əynindəki qara rəngli şalvarın qabaq sağ cibində həmin bir ədəd 2 ml-lik spristə təmiz çəkisi 0,126qram olan və yeddi ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,321 qram, 0,254 qram, 0,330 qram 0,254 qram 0,385qram, 0,330 qram və 0,331 qram ümumi təmiz çəkisi 2,205 qram olan kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən ümumilikdə cəmi təmiz çəkisi 2,331qram olan qəhvəyi rəngli tozşəkilli külli miqdarda olan maddə,kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Yevlax şəhərində yaşayır, əvvəllər məhkum olmamış və heç bir cinayət əməli törətməmişdir. Təxminən 1 həftə olar ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan qardaşının evində yaşayır. O, narkotik vasitənin alüdəçisi olduğu üçün təxminən 4 il olar ki, müxtəlif yerlərdən tanımadığı şəxslərdən aldığı narkotik vasitə olan heroini əldə edib ineksiya yolu ilə qəbul edir. xx xxxxxxx 2020-ci il tarixdə səhər saatlarında orqanizmi narkotik vasitə tələb etdiyindən, bədənində ağrılar başlamış və Bakı şəhərinin “Sovetski” adlanan məhəlləsində narkotik vasitə əldə etmək mükün olmasını eşitdiyi üçün həmin günü saat 11 radələrində, Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Sovetski” adlanan əraziyə gəlmiş, orada gəzərkən bir nəfər üzdən tanıdığı şəxsdən narkotik vasitə ilə maraqlanmış, həmin şəxs 150 manata 8 ədəd büküm “kakos” adlanan narkotik vasitə heroin olmasını demiş, o,da razılaşıb həmin məbləği verib 8 büküm heroini almış, həmin bükümlərdən birini aptekdən aldığı bir ədəd iki millilik şprisə ineksiya suyu ilə qarışdırıb doldurmuş ki, imkan olduqda venasına vursun. Həmin bir ədəd içərisində mayə şəklində heroin olan şprisi üstündə saxlamışdır. Sonra o, həmin günü günortadan sonra saat 16:30 radələrində, Bakı şəhəri “İçəri şəhər” adlanan əraziyə gəlmiş, orada dostu Rövşən İmamquliyevlə görüşüb küçədə dayanıb təqribən 10-15 dəqiqə söhbət etmiş, sonra Rövşəndən ayrılıb gedərkən ona bir neçə mülki geyimdə şəxslər yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olmalarını bildirərək, onu Səbail RPİ-nin 9-cu PB-nə dəvət etdikdə, o, etiraz etmədən PB-nə gəlmiş, orada ona üzərində narkotik vasitələrin saxlayaraq daşımasında şübhəli bilindiyini bildirilməklə, hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilib ona təqdim etdilmiş, sonra ona hüquq və vəzifələri izah edilərək, üzərində narkotik vasitə saxlamasında şübhə edildiyindən şübhəli şəxs qismində tutulmasına dair qərar və protokolla tanış edilmiş, sonra isə vəkilin iştirakı ilə üzərində axtarış aparılmasına dair qərarla tanış edilmiş, həmin qərara əsasən video çəkiliş aparılaraq ona hüquq vəzifələri izah edilmiş, ona üzərində və paltarında narkotik vasitələr, qanunsuz əşya və ya predmetlər varsa təqdim etməsi polis əməkdaşı tərəfindən təklif olunmuş, o, artıq yaxalandığını görüb əynindəki qara rəngli şalvarın sağ qabaq cibindən saxladığı 07 ədəd ayrı-ayrı şəffaf selofana bükümlərə bükülmüş narkotik vasitə olan “heroin” kütlələrini və bir ədəd içərisində heroinlə qarışdırılmış məhlul olan 2 mllilik şprisi çıxarıb masa üzərinə qoyaraq özünə məxsus olmasını,özü qəbul etmək üçün üzərində gəzdirdiyi narkotik vasitə heroin bükümləri olmasını bildirmişdir. Polis əməkdaşı onun təqdim etdiyi 07 ədəd bükümü və bir ədəd şprisi zərfə qoyub möhürləyib qablaşdıraraq götürmüş,bu barədə müvafiq protokol tərtib edərək ucadan oxunduqdan sonra həmin protokol o,axtarışda iştirak edən vəkili və orada olan polis əməkdaşları imza etmişdilər. Sorğular zamanı o, polis əməkdaşına həmin narkotik vasitənin bükümlərini həmin günü səhər saatlarında, Bakı şəhəri, Yasamal rayonu “Sovetski” adlanan məhəlləsindən tanımadığı şəxsdən almasını, bir ədəd şiprisdəki mayə narkotik vasitənin məhlunun olmasını və venasına vurmaq üçün hazırlamasını, lakin vurmağa imkanı olmamasını, narkotik vasitəni aldığı tanımadığı şəxslə Yasamal rayonu, “Sovetski” adlanan məhəlləsinin ara küçəsində təsadüfən tanış olmasını, həmin yeri hazırda xatırlamadığını, həmin şəxsin anket məlumatlarını, yaşadığı ünvanı və əlaqə nömrəsini bilməməsini, həmin şəxsin adını və ya əlaqə nömrəsini soruşmamasını, cəmi bir dəfə gördüyündən zahiri görünüşünü və sifətini xatırlamamasını, əvvəllər heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamasını, üzərindən aşkar edilmiş narkotik vasitələrin bükümlərini özü qəbul etmək üçün almasını bildirmişdir. Etmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ailəsi birlikdə Yevlaxda yaşayır. Hadisədən 1 həftə əvvəl Xırdalana qardaşının evinə qonaq gedib. 4 il olar ki, heroinsən istifadə edir, iynə ilə damara vurur. x xxxxxxx 2020-ci ildə ağrıları başlamış və saat 11 də “Sovetski”yə getmişdir. Üzdən tanıdığı şəxsdən 20 manat verib 1 ədəd büküm heroin almış, ordan çıxıb yarım saata təxminən 12 nin yarısında “İçəri şəhər”də yaşayan dostu Rövşənin evinə qonaq getmişdir. Evdə Rövşənin anası və əmisi oğlu da olub, onlar Rövşənlə birlikdə arxa otağa keçib qapını örtmüşlər. Bükülünün içindəki heroinin yarı yarı bölüb su ilə qarışdırıb iki şprisə doldurmuşdur ki, Rövşənlə birlikdə damara vursunlar. Rövşən şprisi damarına vurmuş, onun şprisi isə qarşısında mda stolun üstündə olanda qapı açılmış, 8-9 nəfər mülki geyimdə polis işçiləri evə doluşmuşlar. Onları Səbail RPİ-nin 9-cu PB-nə apardılar. Bölmədə üzərini axtardıqları zaman heç nə çıxmamışdır. Bölmədə ona təzyiq göstərib üstünə guya onda 8 büküm olması, guya onu küçədə tutmaları barədə ifadəyə imza etdirmişlər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində satış məqsədinin olmaması və üzərinnən cəmi bir büküm narkotik vasitənin çıxması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur və məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. Məhkəmədə cinayət işi üzrə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Bakı şəhəri,Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, ona xidmət apardığı Bakı şəhəri,Səbail rayonu,“İçərişəhər” ərazidən “Nicat” adlı şəxsin İ.Əfəndiyev küçəsinə mütəmadi olaraq gəlməsi,narkotik vasitələrin qanunsuz olaraq oraya daşıyaraq qəbulu və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə o, Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nin rəisinə raportla məruzə edib müvafiq razılıq alıb, tərəfindən şəxsiyyəti Təqsirləndirilən şəxs olması müəyyən edilmiş şəxsi ifşa etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün xx xxxxxxx 2020-ci il tarixdə, əməliyyataxtarış tədbirinin keçirilməsinə dair qərar qəbul etmiş və həmin qərar 9-cu PB-nin rəisi tərərfindən təsdiq edilmişdir. Sonra əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair qərar əsasında tərəfindən Səbail RPİ-in 9-cu PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantları Şahid6 və Orxan Səlimzadə, kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu təşkil edilmiş, bu barədə müvafiq protokol tərtib etmiş, əməliyyat qrupu xx xxxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində, Bakı şəhəri, Səbail rayonu,“İçərişəhər” ərazisinə, İ.Əfəndiyev küçəsinə gəlib mövqe tutaraq gözləmiş,müəyyən vaxtdan oraya əvvəlcədən əldə olunmuş məlumata əsasən zahiri görünüşü Təqsirləndirilən şəxs oxşar şəxs gəldikdə, əməliyyat qrupunun üzvləri həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olmalarını bildirib vəsiqələrini təqdim edərək, həmin şəxsə özünü təqdim etməsi təklif etdikdə, həmin şəxs özünü Yevlax şəhər sakini xx.xx.1986-cı il təvəllü-dlü Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhə edildiyini, bununla bağlı əməliyyat tədbiri keçirilməsini bildirərək, Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasına dəvət etmiş, sonuncu etiraz etmədən onlarla birlikdə 9-cu PB-nin inzibati binası yerləşdiyi Səbail rayonu, ünvan 2 ünvana gəlmişdir. Polis bölməsində o, və əməliyyat qrupunun üzvləri keçirilmiş əməliyyat tədbirinin nəticəsində Təqsirləndirilən şəxs saxlanılması barədə Bölmə rəisinə raportla məruzə etmiş, 9-cu PB-nin rəisi fakla bağlı müvafiq araşdırma və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına dair müvafiq qərar qəbul edilməsini PB-in baş təhqiqatçısı polis mayoru Şahid5 həvalə etmişdir. Bundan sonra baş təhqiqatçı Şahid5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkillə təmin etmiş,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutmaqla,hüquq və vəzifələri izah etmişdir.Bundan sonra baş təhqiqatçı Şahid5 qəbul etdiyi şəxsi axtarış və götürülmə aparılmasına dair qərar əsasında,əməliyyat-axtarış tədbirinin iştirakçıla-rının yəni onun, əməliyyat müvəkkilləri Şahid6 və O.Səlimzadə,kiçik əməliyyat müvəkkili Şahid4, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Səyyarə Əliyevanın iştirakları ilə videoçəkiliş aparılmaqla,şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına başlamaz-dan öncə,şübhəli şəxsə təkrarən hüquq və vəzifələrini izah etmiş,sonra da Təqsirləndirilən şəxs paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif etmişdir.Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin qabaq sağ yan cibindən bir ədəd siqaret qutusu,əynindəki qara rəngli cins şalvarın arxa cibindən özünə aid şəxsiyyət vəsiqəsini, əynindəki qara rəngli cins şalva-rın sağ qabaq cibindən bir ədəd içərisində qəhvəyi rəngi mayə olan 02 milliqramlık şprisi və yeddi ədəd şəffaf selofan bükümün içərisində qəhvəyi rəngli,toz şəklində olan kütləni çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və həmin bükümlərdəki maddənin özünə məxsus narkotik vasitə olan heroin olmasını,bir ədəd şpristəki məhlulunda eyni bükümdəki maddədən ineksiya yolu ilə damarına vuraraq qəbul etməsi üçün hazırladığı narkotik vasitə olmasını,həmin narkotik vasitələri həmin günü,günün gündüz saatlarında Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adlanan məhəlləsindən üzdən tanıdığı təsadüfən tanış olduğu şəxsdən cəmi 08 ədəd büküm şəklində cəmi 150 manata özü üçün almasını bildirmişdir. Sonra baş təhqiqatçı Şahid5 tərə-findən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirdikdə başqa hər hansı bir əşya aşkar edilmə-mişdir.Sonra aşkar edilmiş bir ədəd içərisində mayə olan şpris və içərisində narkotik vasitə heroinə oxşar kütlə olan yeddi ədəd şəffaf sellofan bükümləri baş təhqiqatçı tərəfindən zərfə qoyulub möhürlənmiş,həmin zərf onun və digər iştirakçılar tərəfindən imzalanmışdır.Bundan sonra N.Oru-covun üzərində şəxsi axtarış aparılmasına və üzərindən içərisində narkotik vasitəyə oxşar mayə olan bir ədəd şpris, içərisində narkotik vasitəyə oxşar kütlələr olan yeddi ədəd bükümün aşkar edilib götürülməsi barədə baş təhqiqatçı Şahid5 tərəfindən protokol tərtib edildi,həmin proto-kol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs özü, vəkili, axtarışda iştirak etmiş onun və digər polis əməkdaşları tərəfindən imzalanmışdır.Bundan sonra faktla bağlı toplanmış material aidiyyətı üzrə istintaqa göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları Şahid6, Şahid4 ifadələrində Şahid3 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunda ifadələr vermişdilər. Məhkəmə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nin baş təhqiqatçısı Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci il tarixdə, saat 18 radələrində,o,Bakı şəhəri,Səbail RPİ-nin 9-cu PB-də xidmətdə olarkən,PB-nin əməkdaşları əməliy-yat müvəkkilləri Şahid3,Orxan Səlimzadə,Şahid6 və polis serjantı Şahid4 tərəfindən Yevlax şəhər sakini,xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs mütəmadi olaraq Bakı şəhəri,Səbail rayonu,“İçərişəhər” ərazisində İ.Əfəndiyev küçəsinə gələrək orada narkotik vasitələrin qəbulu və satışı ilə məşğul olması barədə əldə etdikləri əməliyyat məlumatı əsasında,Polis bölməsinin rəisi tərəfindən təsdiq edilmiş qərar əsasında yaradılmış qeyd edilən əməkdaşlardan ibarət əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin ərazidə saxlanılıb Səbail RPİ-nin 9-cu PB-nə gətirilərək raportla rəhbəliyə məruzə edilmiş,PB-nin rəisi tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması,faktla bağlı müvafiq material toplanaraq qərar qəbul edilməsi ona həvalə edilmişdir. Xidməti otaqların birində onun tərəfindən orada şəxsiyyəti-xx xxxxxxx 1986-cı ildə Yevlax şəhərin-də anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı,azərbaycanlı,evli,orta təhsilli,işləməyən, əvvəllər məhkum olunmamış,Yevlax şəhəri,C.Cabbarlı küçəsi, mənzil 22-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmiş şəxsin hüquqlarını müdafiə etməsi üçün Bakı şəhəri, 03 saylı Vəkil Bürosundan növbətçi vəkil Səyyarə Əliyeva müvafiq qərarla dəvət edilərək təqdim edilmişdir.Sonra onun tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir.Sonra o,“İphone7” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparmaqla Təqsirləndirilən şəxs,vəkilinin,əməliyyat müvəkkilləri Şahid3 Şahid6, O.Səlimzadə və kiçik əməliyyat müvəkkili Şahid4 iştirakları ilə hüquq və vəzifələri izah etməklə, üzərində şəxsi axtarış aparılmasına dair onun tərəfindən qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs və vəkilini tanış etmiş, şəxsi axtarışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr,qanunla dövriyyəsi qadağan edilmiş əşyaların və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir.Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçə-nin qabaq sağ yan cibindən bir ədəd siqaret qutusu,əynindəki qara rəngli cins şalvarın arxa cibindən özünə aid şəxsiyyət vəsiqəsini,əynindəki qara rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd içərisində qəhvəyi rəngi mayə olan 02 milliqramlık şprisi və yeddi ədəd şəffaf selofan bükü-mün içərisində olan qəhvəyi rəngli toz şəklində olan kütləni çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş və həmin bükümlərdəki maddənin özünə məxsus narkotik vasitə olan heroin olması-nı,bir ədəd spristəki məhlulunda eyni bükümdəki maddədən ineksiya yolu ilə damarına vuraraq qəbul etməsi üçün hazırladığı narkotik vasitə olmasını,həmin narkotik vasitələri həmin günü günün gündüz saatlarında Bakı şəhəri,Yasamal rayonu ərazisində yerləşən “Sovetski” adla-nan məhəllə-sindən üzdən tanıdığı təsadüfən tanış olduğu şəxsdən cəmi 08 ədəd büküm şəklində cəmi 150 manata özü üçün almasını bildirmişdir.Sonra o,Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı davam etmiş, lakin üzərindən başqa hər hansı bir əşya aşkar edilməmişdir.Sonra o, aşkar edilmiş bir ədəd içərisində mayə olan şpris və içərisində narkotik vasitə heroinə oxşar kütlə olan yeddi ədəd şəffaf sellofan bükümləri zərfə qoyulub möhürləmiş, həmin zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına və üzərindən içərisində narkotik vasitəyə oxşar mayə olan bir ədəd şpris,içərisində narkotik vasitəyə oxşar kütlələr olan yeddi ədəd bükümün aşkar edilib götürülməsi barədə onun tərəfindən tərtib edilmiş protokol ucadan oxunduq-dan sonra Təqsirləndirilən şəxs, vəkili və axtarışda iştirak etmiş polis əməkdaşları tərəfindən imzalanmış-dır.Sonra onun tərəfindən götürülmüş maddələr üzrə müvafiq məhkəmə-kimyəvi ekspertizası təyin edilmiş, sprisdəki mayə narkotik tərkibli,bükümlərdəki maddənin narkotik vasitə heroin olmasına dair müvafiq rəy alındıqdan sonra,küllü miqdarda narkotik tərkibli maddənin saxlnaması və gəzdiril-məsi faktına görə tərəfindən cinayət işi başlanmış və iş üzrə ibtidai istintaq davam etdirilməsi üçün cinayət işi aidiyyəti Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. Məhkəmə iclasinda ifadəsi elan edilərək tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, 1986-cı il təvəllüdlü qardaşı X4 rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-cu maddəsi ilə təqsirli bilinib 01 il 06 müddətinə həbs cəzasına məhkum edilməklə həbsdədir. O,əslən Yevlax şəhərindən olan Təqsirləndirilən şəxs təxminən bir ildir ki,tanıyır,Nicatla yaşadığı “İçəri şəhər”-də tanış olmuş, Nicatın qardaşı Alının qaynatası qonşuluğunda yaşadığından, Alı Orucov əvvəllər bir müddət qayn-atası gildə yaşamış, Nicat da qardaşı Alının yanına gəlib-gedərkən məhəllədə onunla tanış olaraq münasibəti yaranmışdır.O,istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə hərdən əlaqə saxlayıb hal əhval tutmuşdur.xx xxxxxxx 2020-ci il tarixdə saat 16:30 radələrində,o,məhəlləsində evinin tinində dayanarkən oraya təsadüfən Təqsirləndirilən şəxs gəlib çıxmış,həmin günü o, Nicatla telefon ilə əlaqə saxlamamış, görüşmək üçün razılaşmamış və məhəlləyə gələcəyini bilməmişdir.O,məhəllədə dayanıb Nicatla təxminən 10-15 dəqiqə söhbət etmiş,Təqsirləndirilən şəxs onun həbsdə olan qardaşı Nicatın işi ilə maraqlanmış, o,da qardaşının həbs cəzası almasını demiş,sonra Nicat onunla sağollaşıb çıxıb gedərkən,Nicata bir neçə mülki geyimdə şəxslər yaxınlaşıb polis əməkdaşları olmalarını bildirərək 9-cu PB-nə dəvət etmişlər,eyni zamanda onu da də Nicatla söhbət etdiyi üçün polisə dəvət etdilər. Polis bölməsində o, Nicatla tanışlığı olduğu üçün dayanıb söhbət etməsinə dair izahat vermişdir.Sonra o, PB-də olarkən,polis əməkdaşları tərəfindən Nicatın üzərinə baxış keçirərkən narkotik vasitə aşkar etmələ-rini bilmişdir.O, Nicatdan heç bir zaman narkotik vasitə almamasını,birlikdə narkotik vasitə istifa etməmələrini və ya satmalarını,həmin günü də Nicatın üzərində narkotik vasitə olmasını bilməmə-sini və Nicat ona narkotik vasitə qəbul etməyi təklif etməməsini,o, Nicatın qardaşının narkotiklə tutulmasını eşitsə də,Nicatın bu işlə məşğul olmasını bilməməsini,Nicatın üzərində gəzdirdiyi narkotik vasitəni haradan əldə etməsini bilməməsini və həmin günü Nicatla onun arasında narkotiklə bağlı heç bir söhbət olmamasını,o,əvvəllər bir neçə dəfə narkotik tərkibli dərman udaraq qəbul etsədə,uzun müddət ərzində qəbul etməməsini,əvvəllər qəbul etdiyi psixotrop dərmanı Bakı şəhərinin “Sovetski” adlanan məhəlləsindən tanımadığı şəxsdən almsını, hazırda “Sovetski”-nin həmin ərazinisi sökülməsini,orada yaşayan əhalini də köçürülməsini, psixotrop maddə aldığı şəxsin əlaqə nömrəsini və ya anket məlumatlarını hazırda xatırlamasını, Təqsirləndirilən şəxs və ya qardaşı Alıdan heç bir zaman narkotik vasitə almamasını, sonuncularla birlikdə hər hansı bir narkotik vasitə qəbul etməməsini göstərmişdir. İş materiallarındakı məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 6/2120 №-li rəydən görünür ki,tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №166” dairəvi möhür əksi olan və “Vətəndaş Təqsirləndirilən şəxs ...”sözləri,soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə qablaşdırılmış 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,321 qram, 0,254qram, 0,330qram 0,254qram 0,385qram, 0,330qram və 0,331qram ümumi təmiz çəkisi 2,205qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Bir ədəd 2 ml-lik şprisdə təmiz çəkisi 0,126 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Təqdim edilmiş 7 ədəd bükümdə olan heroinlər ilə və 2 ml-lik şprisdə olan heroin kimyəvi komponentlərnə görə eynilik təşkil edir.Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Res-publikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarındakı ambulator məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 2317 №-li rəyindən görünür ki,Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəy-yən edilir.Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur.Buna görə də,Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür.Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarındakı məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3547 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan mad-dələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi)aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertin rəyi istintaqda təhlil edilmiş, düzgün və obyektiv verildiyi üçün sübut növü kimi qəbul edilərək cinayət işinə əlavə edilmişdir. Cinayət işini materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli “CD” diskə baxış protokolunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən sonuncu əynindəki qara rəngli cins şalvarın sağ qabaq cibindən bir ədəd içərisində qəhvəyi rəngi mayə olan 02 milliqramlık şprisi və yeddi ədəd şəffaf selofan bükümün içərisində olan qəhvəyi rəngli toz şək-lində olan kütləni təqdim etmiş,Təqsirləndirilən şəxs həmin 07(yeddi)ədəd şəffaf selofan bükümün içərisin-də narkotik vasitə heroin olmasını,bir ədəd şprisin içərisindəki mayənin isə eyni bükümlərdən olan bir ədəd bükümdən ineksiya yolu ilə qəbul etməsi üçün hazırladığı narkotik vasitə heroin məhlulu olmasını bildirmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs məhkum olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü təqsirli bilməməsinə dair ibtidai istintaqda və məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş yalan ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, şahidlərin ifadələri, baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu, habelə iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda Şahid1 ilə ailəlidir. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, onların bu nikahdan 2012-ci il 05 may təvəllüdlü X8 adlı azyaşlı uşağı vardır. Məhkəməyə təqdim edilmiş tibbi sənədin məzmunundan görünür ki, təqsirləndirilən şəxsin övladı X8 uşaq serebral iflicindən əziyyət şəkir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında AZ-İİ 170906 saylı ölüm haqqında şəhadətnaməyə əsasən təqsirləndirilən şəxsin atası X5 xx xxxxxx 2021-ci tarixdə vəfat etmişdir. Ailəyə yeganə qazanc gətirən şəxsin rəhmətə getməsi ilə də ailənin vəziyyəti biraz da çətinləşmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx xxxxxxx 2020-ci il tarixli arayışa(tələbnamə) əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cəza təyin edərkən məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində xəstəlikdən əziyyət çəkən azyaşlı uşağının olmasını, ailəsində yeganə qazanc gətirən atasının vəfat etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. İş üzrə mülki iddia yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, saxlanılmaq üçün Bakı şəhəri, Səbail RPİ-nin saxlanc yerinə təhvil verilməklə maddi sübut kimi tanınan, Təqsirləndirilən şəxs aşkar edilib protokolla götürülmüş- 07(yeddi) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,321 qram, 0,254qram, 0,330qram 0,254qram 0,385qram, 0,330qram və 0,331qram ümumi təmiz çəkisi 2,205qram narkotik vasitə-heroin,bir ədəd 2 ml-lik şprisdə təmiz çəkisi 0,126 qram narkotik vasitə heroin, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 07(yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 1,995qram və bir ədəd 2 ml-lik şprisdə 0,076 qram narkotik vasitə heroin olan bir ədəd zərf hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə “xxxx” MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı nömrəyə daxil olan və çıxan zənglər,“sms” mesajlarının siyahıları köçürülmüş bir ədəd “CD” disklər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunu vəkili X2 hesabına 360 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətində başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri- 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından ibtidai istintaqdakı müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunu vəkili X2 hesabına 360 manat köçürülsün. Səbail RPİ-nin saxlanc yerinə təhvil verilməklə maddi sübut kimi tanınan, Təqsirləndirilən şəxs aşkar edilib protokolla götürülmüş- 07(yeddi) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,321 qram, 0,254qram, 0,330qram 0,254qram 0,385qram, 0,330qram və 0,331qram ümumi təmiz çəkisi 2,205qram narkotik vasitə-heroin,bir ədəd 2 ml-lik şprisdə təmiz çəkisi 0,126 qram narkotik vasitə heroin, məhkəmə-kimyəvi ekspertizası keçirildikdən sonra qalıq qalmış 07(yeddi) ədəd bükümdə ümumi təmiz çəkisi 1,995qram və bir ədəd 2 ml-lik şprisdə 0,076 qram narkotik vasitə heroin olan bir ədəd zərf hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə “xxxx” MMC-dən alınmış Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə daxil olan və çıxan zənglər,“sms” mesajlarının siyahıları köçürülmüş bir ədəd “CD” disklər və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı çəkilmiş video görüntülər əks olunmuş bir ədəd “DVD” formatlı “CD” disk cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-721/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-721/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver