Məhkəmə qərarları › İş №1(101)-721/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-721/2022

05.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-721/2022 05.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Nəbiyev Mahmud Yusif oğlunun sədrliyi ilə, Hacıyev Əfqan Niyətulla oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı Şəhər 13 Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamışdır. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 430,362 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 06 sentyabr 2021-ci il tarixdə, saat 03:50 radələrində Sabunçu RPİ-nin cinayət-axtarış şöbəsinin və narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılıb Sabunçu RPİ-nə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əlində gəzdirdiyi bir ədəd ağ rəngli sellofan torbadan bir ədəd polietilen bağlamada saxladığı təmiz çəkisi 429 qram və əynindəki idman şalvarının cibindən bir ədəd kibrit qutusunda saxladığı üç ədəd polietilen bükümlərdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri-0,8 qram, 0,302 qram, 0,260 qram-cəmi təmiz çəkisi 1,362 qram olmaqla, ümumilikdə külli miqdarda təmiz çəkisi 430,362 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, sentyabrın 6-da yaşadığı evdə qapının ağzında durduğu vaxt polis əməkdaşları maşınla ona yaxışlaşaraq üzərində narkotik vasitə olduğunu bildirmişlər. Həmin vaxt əynindəki idman şalvarının cibində 1 ədəd kibrit qutusunun içində bir bükümdə narkotik vasitə olmuşdur. Polis əməkdaşları onu polis maşınına əyləşdirəndə görmüşdür ki, maşında başqa şəxs də saxlanılıb. Polis əməkdaşı Şahid1 yerdən iki bükümdə narkotik vasitəni gətirərək ona məxsus olduğunu, onu qəsdən yerə atdığını demişdir. Polis bölməsinə gəldikdə orada da bir bükümdə, çəkisi təqribən 360 qram olan narkotik vasitənin də ona məxsus olduğunu deyərək video çəkiliş zamanı boynuna almağı üçün zor tətbiq edərək İran İslam Respublikasının vətəndaşı Əli adlı şəxsdən aldığını deməyini istəmişilər. Onu döyərək bütün bunları boynuna almağını istəmişlər, o da məcbur olub sənədləri imzalamışdır. Rəsmi müraciət edəndən sonra Kürdəxanıda ekspertlər gəlib onu müayinə edərək ekspertizanın nəticəsində yazmışlar ki, heç bir xəsarət almamışdır. İttiham aktında qeyd olunub ki, o, narkotik vasitələrin satışı ilə də məşğul olub, bu barədə telefonunda mesajlar tapılıb. Lakin heç vaxt narkotik vasitlərin satışı ilə məşğul olmamışdır. Ola bilər ki, istifadə edən tanışı kənddə narkotik vasitə olub-olmadığını soruşub, o da cavab verib. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2021-ci ilin sentyabr ayının beşində ünvan 4 ünvanında yaşayan X10 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və Sabunçu RPİ-nin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkilləri X6, Şahid3, Hacıyev İsrafil Hicran oğlu, Sabunçu RPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili, polis leytenantı X12 və Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı X8 iştirakı ilə əməliyyat qrupu təşkil etmişlər. 05 sentyabr 2021-ci il tarixində saat 21 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X2 Sabunçu RPİ-nə gətirilmişdir. X14 gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim emişlər. Raport üzrə araşdırmanın aparılması Sabunçu RPİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı Bəkir Eyvazova həvalə edilmişdir. Azər Cəfərovdan üzərində qanunla saxlanılmasına icazə verilməyən maddənin, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Bu zaman Azər Cəfərov əynində olan cins şalvarının cibindən bir ədəd kağız bükümünü təqdim etmiş və həmin bükümdən maddə aşkar edilmişdir. Azər Cəfərov həmin maddənin metamfetamin olduğunu, 05 sentyabr 2021-ci il tarixində saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində tanışı X3 öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmiş və tərəflərindən həmin protokolda imzalanmışdır. Daha sonra tədbirlərin davamı olaraq Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkilləri X11 və Hacıyev İsrafil Hicran oğlunun iştirakı ilə əməliyyat qrupu təşkil etmişlər. 06 sentyabr 2021-ci il tarixdə saat 00:50 radələrində tərəflərindən keçirilən əməliyyat-axyarış tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 112 saylı “Azəripoçt’un inzibati binasının yaxınlığında X7 və yanında olan X1 Sabunçu RPİ-nə gətirilmişdir. İdarədə təhqiqatçı tərəfindən Rəcəb Bağırovun və Ləman Abdullayevanın şübhəli şəxs qismində tutulduqdan sonra Ləman Abdullayevadan üzərində qanunla saxlanılmasına icazə verilməyən maddənin, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Ləman Abdullayeva da üzərində olan əşyaları təqdim etmiş, lakin şəxsi axtarış zamanı Ləman Abdullayevdan hər hansısa bir qadağan olunmuş qeyri qanuni əşya və predmet aşkar olumnamışdır. Bundan sonra X3 üzərində qanunla saxlanılmasına icazə verilməyən maddənin, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Rəcəb Bağırov əynində olan qara rəngli cins şalvarın cibindən bir ədəd tünd qara rəngli portmoneni təqdim etmişdir. Həmin portmoneyə baxış keçirilmiş baxış zamanı portmonedən bir ədəd elektron tərəzi, iyirmi beş ədəd polietilen büküm, üç ədəd qızılı rəngli kağız büküm və həmin bükümlərin içərisindən maddələr aşkar edilmişdir. Daha sonra Rəcəb Bağırovun üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən qanuna zidd əşya və ya dəlil aşkar edilməmişdir. Rəcəb Bağırov təqdim etdiyi portmonedə aşkar edilmiş iyirmi ədəd polietilen bükümün içərisindən aşkar olunmuş maddənin kakos kimi tanıdığı narkotik vasitə heroİn, beş ədəd polietilen bükümün içərisindən aşkar olunmuş maddənin psixotrop maddə metamfetamin və üç ədəd qızılı rəngli kağız bükümün içərisindən aşkar olunmuş maddənin isə narkotik vasitə marixuana olduğunu, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən tanışı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən qablaşdırılmış, müvafiq protokol tərtib edilmişdir. Bundan sonra tədbirlərin davamı olaraq 06 sentyabr 2021-ci il tarixdə saat 03:50 radələrində tərəflərindən keçirilən əməliyyat axyarış tədbirləri zamanı ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs piyada getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə Sabunçu RPİ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs ilk əvvəl idarəyə dəvət edilməsinin səbəbini soruşmuşdur. Onlar ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazaraq Növbətçi Hissəyə təqdim etmişlər. Raport üzrə araşdırmanın aparılması təhqiqatçı Bəkir Eyvazlıya həvalə edilmişdir. Bəkir Eyvazlı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edilmiş, ona şübhəli şəxs qismində tutulması ilə bağlı hüquq və vəzifələri izah edilərək dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Müdafiəçi gəldikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və barəsində şəxsi axtarış aparılacağı izah edilərək bununla bağlı qərar qəbul edilmişdir. Qərar qəbul edildikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarışın video çəkilişlə həyata keçiriləcəyi bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs video çəkilişlə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirdikdən sonra ondan vəkilinin iştirakı olmadan şəxsi axtarışın keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs şəxsi axtarışın vəkilinin iştirakı olmadan keçirilməsinə etirazının olmadığım bildirdikdən sonra üzərində qanunla saxlanılmasına icazə verilməyən maddənin, əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təklifə əsasən Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən Redmi markalı mobil telefonunu, həmin şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya, eləcə də kibrit qutusuna baxış keçirilmiş, baxış zamanı sellofan torbadan bir ədəd polietilen bağlama, kibrit qutusundan isə üç ədəd polietilen büküm və həmin bükümlərin içərisindən maddələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman onun üzərindən qanuna zidd əşya və ya dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən aşkar edilmiş maddələrin nə olduğu soruşulduqda o, bükümlərdə aşkar olunmuş maddələrin narkotik vasitə olduğunu deyərək həmin narkotik vasitəni İranlı Əli adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən qablaşdırılmış, daha sonra müvafiq protokol tərtib edilmiş və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini özünün deməsinə görə İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Əli adlı şəxsdən əldə etmişdir. Əli adlı şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilsə də hazırda müsbət nəticə yoxdur. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddə satması barədə əməliyyat məlumatları olsa da, lakin ondan narkotik vasitə və psixotrop maddə alan şəxsləri hələlik müəyyən edə bilməmişlər, həmin şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmədə dindirilmiş şahid X12 ifadəsində göstərdi ki, hadisə baş verən zaman Bakı şəhəri Sabunçu RPİ-nin NMB-nin əməliyyat müvəkkili idi. 05 sentyabr 2021-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması ilə bağlı məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmiş və CAŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu təşkil edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2021-ci il tarixdə saat 03:50 radələrində ünvan 1 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, üzərində saxlama və daşımada şübhəli olduğunu bildirib Sabunçu RPİ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə Sabunçu RPİ-nə gəlmişdir. İdarədə Təqsirləndirilən şəxsla bağlı araşdırmanın aparılması Sabunçu RPİ-nin TŞ-nin təhqiqatçısı Bəkir Eyvazlıya həvalə edilmişdir. Bəkir Eyvazlı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması ilə bağlı qərar qəbul edildikdən sonra video çəkilişlə onun üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılmasına icazə verilməyən maddə, əşya və predmetin olub-olmaması soruşularaq olduğu halda təqdim etməsi təklif edildikdə sonuncu əlində olan sellofan torbanı və əynində olan qara rəngli idman şalvarının cibindən “Redmi” markalı mobil telefonunu, həmin şalvarın digər cibindən bir ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan torbaya, eləcə də kibrit qutusuna təhqiqatçı tərəfindən baxış keçirildi, sellofan torbadan bir ədəd polietilen bağlama, kibrit qutusundan isə üç büküm və həmin bükümlərin içərisindən maddələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanuna zidd əşya və yа dəlil aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərdən aşkar edilmiş maddələrin nə olduğu soruşulduqda o, bükümlərdən aşkar olunmuş maddələrin narkotik vasitə olduğunu deyərək həmin narkotik vasitəni İİR-nın vətəndandaşı kimi tanıdığı “Əli” adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr təhqiqatçı tərəfindən qablaşdırılaraq müvafiq protokol tərtib edilməklə iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə dindirilmiş Şahid3 şahid X12 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 27-ci vərəqində olan protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş DVD diskdə olan video görüntülərə baxış keçirilərək müəyyən edilmişdir ki, video çəkliş zamanı Təqsirləndirilən şəxs polis əməkdaşının xidməti otağına daxil olur, əvvəlcə polis əməkdaşları özlərini təqdim edirlər, sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Bundan sonra Sabunçu RPİ-nin TŞ-nin təhqiqatçısı, polis leytenantı Bəkir Eyvazlı, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edir, daha sonra vəkilin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşur. Təqsirləndirilən şəxs da etiraz etmir. Bundan sonra təhqiqatçı X20 Kərimova üzərində qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş edir. Təqsirləndirilən şəxs əvvəlcə əlində olan sellofan torbanı masanın üzərinə qoyur, sonra isə əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu və həmin şalvarın sol yan cibindən bir ədəd mobil telefonu çıxardaraq onları da masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi sellofan torbaya və kibrit qutusuna təhqiqatçı Bəkir Eyvazlı tərəfindən baxış keçirilir, baxış zamanı sellofan torbanın içərisindən bir ədəd bağlama, kibrit qutusundan isə üç ədəd büküm aşkar olunur. Bundan sonra təhqiqatçı Bəkir Eyvazlı tərəfindən bükümlər açıldıqda içərisindən maddələr aşkar olunur. Təqsirləndirilən şəxs bükümlərdən aşkar edilmiş maddələrin narkotik vasitə olduğunu deyərək həmin narkotik vasitəni İranlı Əli adlı şəxsdən əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində maddə olan bir ədəd bağlama və üç ədəd büküm təhqiqatçı Bəkir Eyvazlı tərəfindən zərfə qoyularaq qablaşdırılır, qablaşdırılmış zərf möhürlənir, şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalanır və bununla da çəkiliş sona çatır. Cinayət işinin 174-184-cü vərəqlərində olan "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilərək müəyyən edilmişdir ki, diskdə müxtəlif SMS mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən SMS mətnlərinin məzmunu, tarixi, vaxtı və SMSi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir:

1. 29.06.2021-ci il tarixch, saat 18:15-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə - Nadir emi sen qr dasdar deyirdine alinar onnan bııtov? Pati 1 qr indiye.

2. 05.09.2021-ci il tarixdə, saat l4:58-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə - Çıxda tez kola var.

3. 31.08.2021-ci il tarixdə, saat 22:41-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə Koladan 30 a duzeler istesen.

4. 05.09.2021-ci il tarixdə, saat 14:53-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə - Pati 10 mat Yoxdu Təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-504-33- 32 saylı mobil nömrənin sonuncu anten əhatə dairəsində hərəkət etməsi aşağıdakı kimidir: ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə 05.09.2021-ci il tarixdə, saat 23:38:16-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İmam Rza məscidi yaxınlığında hərəkət etməsi müəyyən edilmişdir. Cinayət işinin 34-39-cu vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 06 sentyabr 2021-ci il tarixli, 6/3909 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №48” möhür əksi, Təqsirləndirilən şəxs üzərindən... ” və s. yazılar, imzalar olan 01 ədəd kağız paketdəki 01 ədəd bağlamada təmiz çəkisi 429 qram qəhvəyi rəngli maddə kütləsi, 01 ədəd kibrit qutusunda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,8 qram, 0,302 qram, 0,260 qram ümumi təmiz çəkiləri 430,362 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, bu heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin 187-188-ci vərəqlərində olan məhkəmə-narkoloji ekspertizasının 06.12.2021-ci il tarixli, 4899 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal- hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 189-193-cü vərəqlərində olan kompleks ambulator məhkəmə psixiatrik və pisixoloji ekspertizasının 15.11.2021 -ci il tarixli, 2684 saylı rəyində göstərilir ki, məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosseslərinin, dünyagörüşünün, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən zaman hər hansı psixi xəstəlik müəyyən edilməyib. Müdafiəçi cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Müdafiəçi törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs əməli CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Müdafiəçi barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Emosionallıq, məsuliyyətsizlik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onun fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik əlamətləri aşkar edilmədi. Təqsirləndirilən şəxs idrak prossesləri normaya uyğundur, o baş verən hadisələri adekvat olaraq qavramaq, dərk etmək və bu barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətin də olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı şüur və davranışlarına təsir göstərən psixi-emosional halda olmamış, emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək iqtidarında olmuşdur. Cinayət işinin 92-94 və 205-219-cü vərəqlərində olan qərardan görünür ki, təhqiqat zamanı Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd kağız paketin içərisində 01 ədəd bağlamada təmiz çəkisi 429 qram, 01 ədəd kibrit qutusunda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,8 qram, 0,302 qram, 0,260 qram ümumi təmiz çəkiləri 430,362 qram olmuş narkotik vasitə heroin maddi sübut kimi tanınaraq, tədqiqata 0,1 qram sərf edilməsi nəzərə alınmaqla 430,262 qram qalığı saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş, üzərində üzərində Verbatim DVD-R yazıları olan disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahının 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair ifadəsində göstərdiyi xüsusatlar onun videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri, mobil telefonunda olan sms mətnləri və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onun ifadəsi ilə yanaşı yuxarıda sadalananları ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitəni əldə etməklə daşımasından ibarət olan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CMnin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, o, bu maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 16 və 80-81-ci vərəqlərində olan protokol və qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 105-ci vərəqində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 150-152-ci vərəqlərində olan arayış və şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, himayəsinə 2009 və 2012-ci il təvəllülü uşaqları var. Məhkəməyə təqdim olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2009-cu il təvəllüdlü qızı “motor və vokal tiklər” diaqnozu ilə mütəmadi olaraq müalicə alır. Təqsirləndirilən şəxs CM-nin 61 -ci maddəsidə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal yoxdur. Himayəsində 2 nəfər azyaşlı uşağının olması, əvvəllər məhkum olmaması CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 06 sentyabr 2021-ci ildən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, məhkəmə-narkoloji ekspertizasının 06.12.2021-ci il tarixli, 4899 saylı rəyinə müvafiq olaraq ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi sübut – Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkisi 430,262 qram narkotik vasitə heroin CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 02 ədəd disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349,351-358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 06 sentyabr 2021-ci il tarixdən hesablansın və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Maddi sübut – Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsində saxlanılan tədqiqat zamanı sərf olunduqdan sonra ümumi qalıq çəkisi 430,262 qram narkotik vasitə heroin məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Mahmud Nəbiyev Hakimlər Əfqan Hacıyev Rasim Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar