Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-722/2022 16.03.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Əfqan Niyətulla oğlunun sədrliyi ilə, Məmmədov Əli İrfan oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru- Dövlət ittihamçısı, müdafiəçilər: Bakı şəhər 33 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə 07 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Azərbaycan Dəmir Yolları QSC-nin Məhəmmədi stansiyasında kassir vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsbəsində fərdi tikilmiş nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın şəhər 2 saylı uşaq musiqi məktəbində tar müəllimi işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib satmaqla qazanc əldə etmək məqsədi İlə tanışı X6 və «Ramin» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 08 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində Sənubər Vəliyevə ilə birlikdə idarə etdiyi “Hyundai Н1 markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonunun Qızıldaş qəsəbəsinin giriş hissəsinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Ramin» adlı şəxs tərəfindən gizlədilmiş qaz borusunun alt hissəsindən külli miqdarda 1092,106 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 114,983 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə, qanunsuz olaraq Təqsirləndirilən şəxs1 əldə edib üzərində saxlayaraq onunla birlikdə idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq daşımış, həmin tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən Xəzər marketin yaxınlığında o, Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi avtomobilində saxlanılaraq Binəqədi RPİ-nin 43cü PB-nin inzibati binasına gətirilmiş və orada Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 05 (beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 840 qram, 216 qram, 2,900 qram, 29,507 qram, 3,699 qram olmaqla ümumi təmiz çəkisi 1092,106 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 06 (altı) ədəd bükümdə ayrı ayrılıqda 102,466 qram, 3,955 qram, 2,041 qram, 3,785 qram, 0,857 qram, 1,879 qram olmaqla ümumi təmiz çəkisi 114,983 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib satmaqla qazanc əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və «Ramin» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 08 oktyabr 2021-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi “Hyundai H1” markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonunun Qızıldaş qəsəbəsinin giriş hissəsinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Ramin» adlı şəxs tərəfindən gizlədilmiş qaz borusunun alt hissəsindən külli miqdarda 1092,106 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 114,983 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə, qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq daşımış, həmin tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi- Xırdalan şosesində yerləşən Xəzər marketin yaxınlığında o, Təqsirləndirilən şəxs2lə birlikdə sonuncunun idarə etdiyi avtomobilində saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada üzərinə keçirilən şəxsi axtarış zamanı əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 05 (beş) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 840 qram, 216 qram, 2,900 qram, 29,507 qram, 3,699 qram olmaqla ümumi təmiz çəkisi 1092,106 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 06 (altı) ədəd bükümdə ayrı ayrılıqda 102,466 qram, 3,955 qram, 2,041 qram, 3,785 qram, 0,857 qram, 1,879 qram olmaqla ümumi təmiz çəkisi 114,983 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2021-ci ilin avqust ayının axırlarında Hövsan qəsəbəsində yaşayan müştəri Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Həmin vaxtdan Sənubər bir neçə dəfə onun idarə etdiyi avtomobillə müxtəlif yerlərə pulun ödəmək şərti ilə aparmağı xahiş etmişdir. 08 oktyabr 2021-ci il tarixdə Sənubər onun idarə etdiyi avtomobillə “28” May metrostansiyasının yanına gəlmişdir. Sərnişinlər düşdükdən sonra Sənubər onu Qızıldaşa aparmasını xahiş etmiş, o da Sənubəri dediyi ünvana aparmış, həmin yerdə məscidin yanında maşını saxlamış və Sənubər düşüb getdikdən bir neçə dəqiqə sonra qayıdaraq avtomobilə minmiş və Xırdalan-Binəqədi yolundan keçib evə getməli olduğunu bildirmişdir. Bakı şəhəri Binəqədi rayonu Binəqədi-Xırdalan şosesində yerləşən Xəzər marketin yaxınlığında olan zaman polis əməkdaşları onun idarə etdiyi “Hyundai markalı, **-SR-*** dövlət nömrə nişanlı avtomobili saxladaraq onları Binəqədi RPİ-nin 43-cü PB-nə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Orada üzərinə şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Onun üzərindən və avtomobildən qanunsuz heç bir şey aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı və istifadə etməsi barədə məlumatı olmamışdır. Hadisə baş verən günü Sənubərin əlində hər hansı torba görməmişdir. Təqsirləndirilən şəxs1 Qızıldaşa, Xırdalana, Hövsana apardığına görə ondan 30 manat ödəniş almışdır. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitələrdən istifadə edir. Orxan Məmmədov adlı tanışı vasitəsi ilə təxminən iki ay bundan əvvəl İran İslam Respublikasının vətəndaşı olan Ramin adlı şəxslə tanış olmuşdur. Raminlə onun +98-***-***-**-** saylı mobil nömrə ilə istifadəsində olan ***-***-**-** saylı nömrədə olan “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. Öz istifadəsi üçün narkotik vasitəni Ramin vasitəsilə əldə etmişdir. Saxlanıldığı gün üzərində 30 qram narktoik vasitə olmuşdur. Talehi qonşuluğundan tanımış, taksi şoferi kimi fəaliyyət göstərdiyini bilmişdir. Saxlanıldığı gün dəmiryolu tərəfdə Talehin maşınına minmiş, maşında ondan başqa 5-6 nəfərdə müştəri olmuşdur. 28 mayda Səməd Vurğun parkının qarşısında digər müştərilər düşmüş, o, Talehə Qızıldaşda işi olduğunu demiş və maşını əvvəlcə ora, oradan isə Xırdalana sürməsini, daha sonra isə evə qayıdacağını bildirmişdir. Ramin ona 30 manat ödəniş etməli olacağını demiş, o da razılaşmışdır. Qızıldaşa getmişlər, yolun qırağındakı boş sahədəTaleh maşını saxlamış, o, düşərək ona deyilən yerdən-qaz borusunun yanından narkotik vasitəni götürmüş, həmin narkotik vasitə 30 qram olmuşdur. Həmin narkotik vasitənin 10 qramını öz istifadəsi üçün götürmüş, qalanını isə ona deyilən ünvana çatdırmalı olmuşdur. Talehdən Xırdalana sürməsini xahiş etmiş və deyilən yerə çatdıqda narkotik vaistəni yerləşdirmək üçün maşından düşmüş, bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq onları İdarəyə aparmışlar. 30 qram narkotik vasitənin 10 qramı metamfetamin, 20 qramı heroin olmuşdur. İki ildir ki, narkotik vasitə istifadəçisidir. Vatsapp sosial şəbəkəsi vasitəsi ilə narkotik vasitə aldığı şəxslə əlaqə saxlamış, narkotik vasitəni hər hansı ünvana qoymuşlar, o da ona deyilən ünvandan götürmüşdür. Narkoitk vasitənin ödənişini kart vasitəsilə ödəmişdir. Narkotik vasitəni kiməsə satmamışdır. Pul əvəzinə dedikləri ünvana atmışdır. Onun mal götürməyə imkanı olmamış, deyilən ünvana narkotik vasitəni atması əvəzində narkotik vasitəni götürməyi təklif etmişlər. Təqsirləndirilən şəxs2 onun narkotik vasitə götürməyə getdiyi barədə məlumatı olmayıb. İstintaq zamanı verdiyi ifadə narktoik vasitə isfadə etmədiyi üçün özündə olmadığı vaxt alınmış ifadədir. Həmin ifadə ilə razı deyil. Narkotik vasitə istifadə etmədiyinə görə 1 ay ərzində özündə olmamışdır..Üzərində aşkar olunmuş tərəzi ona məxsus olmuş, narkotik vaistənin qramını ölçmək üçün istifadə etmişdir. Məhkəmədə dindirilmiş şahid Kəngərli X4 bildirdi ki, 08 oktyabr 2021-ci il tarixdə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib saxlamışlar. Müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ondan və Binəqədi RPİ 43-cü PB-nin sahə rəisi, polis kapitanı Şahid2, Binəqədi RPİ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 08 noyabr 2021-ci il tarixdə saat 13:30 tarixdə Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində “Xəzər” marketin yaxınlığında Təqsirləndirilən şəxs2 idarə etdiyi ağ rəngli “Hyundai НГ markalı **- SR-*** dövlət nömrə nişanlı avtomobil saxlanılaraq 43-cü BP-yə dəvət edilmişdir. Avtomobil saxlanıldıqda Təqsirləndirilən şəxs1 əlində ağ rəngli selofan torba olmuşdur. Binəqədi RPİ-nin 43-cü PB-nin təhqiqatçısı onun və Şahid2 iştirakı ilə şübhəli şəxslərin üzərinə video çəklişdən istifadə edilməklə baxış keçirmişdir. Təqsirləndirilən şəxs1 üstündə, paltarında, paltarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaların təqdim olunması təklif olunmuş, sonuncu videoçəkilişlə əlində olan selofan torbanı masanın üstünə qoyaraq, içərisindən bir ədəd gümüşü rəngdə plasmas altlığı olan elektron tərəzini, bir ədəd yanmış və qaralmış vəziyyətdə dəftər, 06 (altı) ədəd xırda şəffaf rəngli selofan, bir ədəd gümüşü rəngli kağız bükülü şəffaf rəngli bükülü, içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf rəngli bükülünü, içində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf rəngli selofan kütlə, bir ədəd yarıaçıq vəziyyətdə olan bərk halda iri qəhvəyi kütləni çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiklərinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli dəri gödəkçənin cibindən bir ağ rəngli “Samsunq” markalı telefon, digər əşyaları və üç ədəd bir manatlıq əskinası, bir ədəd RF-nın 10 rublu, iki ədəd 5, iki ədəd 10, bir ədəd 20 Ukrayna qrivini və qəbzlər təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etditi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İsiam Respublikasının vətəndaşı Ramin adlı şəxsdən eldə etmişdir. Qeyd olunan məddələr məkhəməkimyəvi ekspertiza keçirilməsi üçün qabiaşdırılaraq möhürlənmişdir. Həmçinin onların iştirakı ilə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Möhürlənmiş zərfi və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Polis bölməsinə dəvət olunmuş iki nəfər hal şahidinə təhqiqatçı polis baş leytenantı Sənan Quliyev tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 da üzərinə və idarə etdiyi ağ rəngli “Hyundai НГ markalı **-SR-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Lakin iş üzrə əhəmiyyətli olacaq qanunsuz heç bir şey aşkar edilməmişdir. Bunula da əlaqədar protokol tərtib edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə əldə olunmuş məlumatlara əsasən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 onunla bir yerdə saxlanılan Təqsirləndirilən şəxs2lə əlbir olub, İran İslam Respublikasının vətəndaşı Ramin adlı şəxsdən bir neçə dəfə narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə etmək üçün Təqsirləndirilən şəxs1 WhatsApp proqramı vasitəsi ilə Raminə sfariş vermiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 də öz növbəsində həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Bakı şəhərində müxtəlif ünvanlardan götürərərk satışını təşkil etmişlər. Məhkəmədə ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o da eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Binəqədi RPİ-nin 43-cü Polis bölməsi əməkdaşlarının 08 oktyabr 2021-ci il tarixdə keçirdikləri əməliyyat tədbirinində polis nəfəri Şahid4 ilə birlikdə o da iştirak etmişdir. Əməliyyat qrupu 08 noyabr 2021-ci il tarixdə saat 13:30 olardı Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində “Xəzər” marketin yaxınlığında Təqsirləndirilən şəxs2 oğunun idarə etdiyi ağ rəngli “Hyundai НГ markalı **-SR-*** dövlət nömrə nişanlı avtomobil saxlanılaraq 43-cü BP-yə dəvət et etmişlər. Avtomobil saxlanıldıqda Təqsirləndirilən şəxs1 əlində ağ rəngli selofan torba olmuş, onların üzəri keçirilən baxışda iştirak etməmiş, lakin sonradan həmin şəxslərdən külü midarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyünü bilmişdir. Məhkəmədə dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etdi. Cinayət işinin 1-ci cildinin 31-33-cü vərəqlərində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs X1 bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs1 əlində olan ağ rəngli sellofanı masanın üzərinə qoydu. Həmin sellofanın içərisindən 1 ədəd gümüşü rəngli plastmas altlığı olan elektron tərəzini, 1 ədəd qatlanan hissəsi yanmış və qaralmış vəziyyətdə olan dəftəri, içərisində 6 ədəd xırda şəffaf rəngli sellofan və bir ədəd gümüşü rəngli kağız bükülü olan şəffaf rəngli sellofan bükülünü, içərisində ağ rənglli kütlə olan 1 ədəd şəffaf rəngli sellofan bükülünü, içərisində qəhvəyi rəngli kütlə olan 1 ədəd şəffaf rəngli sellofan bükülünü, 1 ədəd yarıaçıq vəziyyətdə olan bərk halda olan, iri qəhvəyi kütləni çıxarıb masanın üzərinə qoydu. Təqdim etdiyi maddələrin metamfetamin və heroin olduğunu bildirdi. Bundan sonra vətəndaş X7ma üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Ondan sonra X2, əynindəki qara rəngli dəri gödəkçənin ciblərini açması tələb olundu, gödəkçənin sağ cibindən arxası ağ rəngli Samsung markalı telefon, sol cibindən isə| qırmızı rəngli pul kisəsini çıxarıb masanın üzərində qoydu. Əynindəki göy rəngli şalvarın ciblərindən heç bir şey aşkar olunmadı. Pul kisəsinin içərisindən Kapital banka məxsus olan Südabə Vəliyevanın adına olan bank kartı, Acces banka məxsus olan Orxan Məmmədovun adına olan bank kartı, özünə məxsus olan sığorta kartı, metro kartı, sərnişin daşımaları departamentinə məxsus vəsiqə və 4 ədəd mağaza kartı (vizitka), 3 ədəd 1 AZN-lik əskinas, 1 ədəd 10 rubl (rus pulu), 2 ədəd 5 qrivin, 2 ədəd 10 qrivin, 1 ədəd 20 qrivin ( ukranya pulu) və qəbzlər aşkar edilərək götürüldü. X6 təqim etdiyi maddələrin bir hissəsinin psixotrop maddə olan metamfetamin, qəhvəyi rəngli maddələrin (kütlənin) narkotik vasitə olan heroin olduğunu bildirdi. X6 həmin narkotik vasitələri Ramin adlı İran İslam Respublikası vətəndaşından mobil telefon vasitəsilə onun qabaqcadan Whatsapp mobil tədbiqi vasitəsilə şəkil formatında göndərdiyi bank kart hesabına pulu göndərməklə həmin Ramin adlı şəxsin hər dəfəsində ona qabaqcadan təyin etdiyi müxtəlif yerlərdən götürdüyünü, həmin narkotik vasitədən həm istifadə etdiyini, həm də satdığını bildirmişdir, üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini qramı 30 manatdan aldığını, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin qramı 10 manatdan aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin maddələri deyilən yerlərə çatdırdığını və satdığını bildirdi. Sonuncu dəfə 08.10.2021-ci il tarixdə saat 02.00 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsindən qaz borusunun dibindən götürdüyünü bildirdi. Taleh adlı şəxsin sürdüyü taksi ilə gedib götürdüklərini bildirdi.Bundan sonra həmin maddələrin içərisində olan narkotik vasitəyə bənzər maddələrin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərildi və həmin zərfin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitə olan dörd ədəd bükülülər zərfə qoyularaq zərfin ağzı Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 243 nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandı. Cinayət işinin 1-ci cildinin 146-147-ci vərəqlərində olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 12 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı 01 ədəd 2,10 GB yaddaşlı CD diskdə 2.10 GB həcmdə nömrəli video faylların olduğu, 00872 nömrəli video faylda 24 dəqiqə 46 saniyəlik video kadrın olduğu müəyyən edilmişdir. Baxış zamanı istintaq üçün sübut əhəmiyyəti kəsb edən aşağıdakı hallar müəyyən olunmuşdur: Bakı şəhəri, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən saxlanılan Təqsirləndirilən şəxs1 qızma hüquq və vəzifələri izah edildikdən sonra sonuncunun üzərində şəxsi axtarış aparılmasından əvvəl ona qanunla qadağan edilmiş əşyaların təqdim edilməsi təklif edilmiş, o, əlində olan selofan torbanı masanın üstünə qoyaraq, içərisindən bir ədəd gümüşü rəngdə plasmas altlığı olan elektron tərəzini, bir ədəd yanmış və qaralmış vəziyyətdə dəftər, 06 (altı) ədəd xırda şəffaf rəngli selofan bir ədəd gümüşü rəngli kağız bükülü şəffaf rəngli bükülü, içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf rəngli bükülünü, içərisində ağ rəngli kütlə olan bir ədəd şəffaf rəngli bükülünü,içərisində qəhvəyi rəngli kütlə olan bir ədəd şəffaf rəngli selofan kütlə, bir ədəd yarıaçıq vəziyyətdə olan bərk halda iri qəhvəyi kütləni çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs1 təqdim etdiklərinin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ağ rəngli “Samsunq” markalı telefonu təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin sellofan qablaşdırılmış və üzəri DİN-in müvafiq möhürü ilə möhürlənmişdir. Bundan sonra verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini İran İslam Respublikasının vətəndaşı Ramin adlı şəxsdən eldə etmişdir. Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd CD diskin isə cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 67-71-ci vərəqlərində olan 09 oktyabr 2021-ci il tarixli, 6/4495 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “zərflər üçün №243” Möhür əksi, “vətəndaş X3 üzərindən... “ və.s yazılar olan bir ədəd bağlamadakı 05 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 840 qram, 216 qram, 2,900 qram, 29,507 qram, 3,699 qram, ümumi təmiz çəkiləri 1092,106 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitəheroindir; 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 102,466 qram, 3,955 qram, 2,041 qram, 3,785 qram, 0,857 qram, 1,879 qram, ümumi təmiz çəkiləri 114,983 qram ağ rəngli, kristal şəkili kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Bir ədəd gümüşü korpuslu elektron tərəzinin səthində heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroinin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatların aparılması mümkün olmadı. Cinayət işinin 2-ci cildinin 22-23-cü vərəqində olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 noyabr 2021-ci il tarixli, 4595 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 halhazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 20-21-ci vərəqində olan ambulator məcburi-markoloji tibbi yoxlamanın 15 dekabr 2021-ci il tarixli, 5121 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 32-35-ci vərəqində olan ambulator məhkəmə psixiatrik ekspertizasının 13 dekabr 2021-ci il tarixli, 2964 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2da ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırda ifadə vermək və vaş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Onun CM-nin 21-ci maddəsinin təsiri altına yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cildinin 36-39-cu vərəqində olan ambulator məhkəmə psixiatrik ekspertizasının 20 dekabr 2021-ci il tarixli, 3042 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və sair sübut edur. Belə ki, Təqsirləndirilən şəxs1 əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki mayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir, əziyyət çəkmir. Cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin 1-ci cildinin 149-cu vərəqində olan “mobil telefona baxış keçirilməsi haqqında” 12 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı bir ədəd mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonun Samsung markalı olmaqla arxa tərəfi ağ rəngli olduğu, üzərində “Samsung” və “Duos” sözlərinin yazıldığı telefona baxış keçirilməsi üçün telefonun sağ tərəfindən olan və telefonu aktiv vəziyyətə gətirmiş, telefona baxış keşirilərkən Təqsirləndirilən şəxs1 mobil telefonun “Whatsapp” proqramda adı “Dadaş" kimi qeyd edilən +98-***-***-**-** saylı mobil nömrənin sahibi İran İslan Respublikasının vətəndaşı Ramin olduğunu bildirmiş, “Whatsapp” proqramda Təqsirləndirilən şəxs1 +98-***-***-**-** saylı mobil nömrənin sahibi ilə yazışması 19 sentyabr 2021-ci il tarixdən başlamış, 08 oktyabr 2021-ci il tarixə kimi olan müddət ərzində olan səs yazılarından və Təqsirləndirilən şəxs1nm “Dadaş” adlı şəxsə göndərdiyi foto şəkillərdən məlum olur ki, sonuncunun tapşırığı ilə Təqsirləndirilən şəxs1 narkotik vasitələri onun dediyi yerdən götürərək qablaşdıraraq, müxtəlif ünvanlara qoymuş və səsli mesajla “Dadaş” adlı şəxsə həmin ünvanları bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin ilə Təqsirləndirilən şəxs1 səsli mesajları, narkotik vasitəsinin qoyulduğu yerlər barədə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məlumatlandırdığı məlum olmuşdur. Təqsirləndirilən şəxs1 məxsus “Samsung” markalı 01 ədəd mobil telefon, telefonun “Whatsapp” proqramda olan qeydlər CD-R diskinə köçürülmüşdür. Cinayət işinin 1-ci cildinin 148-ci vərəqində olan “Dəftərə baxış keçirilməsi haqqında” 12 oktyabr 2021ci il tarixli protokoldan görünür ki, 12 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində axtarış və götürmə hərəkətlərininin həyata keçirilməsi prossesinidə onun üzərindən aşkar edilərək götürülmüş 35 (otuz beş) vərəqədən ibarət dəftərə baxış keçirilmiş və baxış zamanı dəftərin səkkiz vərəqində müxtəlif qeydlər aparılmış, belə ki, 20K, ЮК, 70K, 6K, 8K, 3K və sairə qeyd olunmuşdur. Təqsirləndirilən şəxs1 tanışı İran İslam Respublikasının vətəndaşı Ramin adlı şəxsin göndərdiyi narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini elektron tərəzidə çəkib xırda bükümlərdə büküb çəlikəri dəftərində qeyd etmiş, Raminin tapşırığı ilə həmin bükülüləri onun dediyi yerlərə qoyduqdan sonra üzərini xətləmiş, “K” hərifi heroinin şərti işarəsi olan “kola”, “P” hərfi metamfetaminin şərti işarəsi olan “patı” və ya “porpires” adlanır, rəqəmlər də həmin malların neçə ədəd olmasına işarədir. Cinayət işinin 1-ci cildinin 249-cu vərəqində olan “mobil telefon məlumatlarına baxış keçirmək haqqında 26 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 26 noyabr 2021-ci il tarixdə cinayət işi üzrə "xxxx" MMC-nin 18 noyabr 2021- ci il tarixli, AZF/LGL-28331/21 saylı məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** və Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrələri ilə bağlı məlumatlara tərəfimdəm keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin nömrələrdən çıxan zənglərin zəng, sms, o cümlədən anten məlumatları olan 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 24 dəfə sms yazışmaıarı olmuşdur ki, bəzi yazışmalarda “kola” kimi tanınan narkotik vasitədən söhbət gedir. Həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrə cinayət işi üzrə llR-nın vətəndaşı olan “Ramin” adlı şəxsin +98-***-***-**-** mobil nömrə ilə 28 dəfə sms yazışmaıarı olmuşdur ki, bəzi yazışmalarda “kola” kimi tanınan narkotik vasitədən söhbətin getdiyi məlum oluşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş 5-ci bəndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar, İİ siyahının 67-ci bəndinə görə 2 qram narkotik vasitə olan metamfetamin külli miqdar hesab edilmişdir. Təqsirləndirilən şəxslərin psixotrop maddələrin satışı ilə məşğul olmamalarına dair məhkəmədəki ifadələrində göstərdikləri xüsusatlar videoçəkiliş aparılmaqla baxış keçirilməsinə dair protokollar, şahid ifadələri, mobil telefonunda olan SMS mətnləri, özlərinin ibtidai istintaqda verdikləri və məhkəmədə tədqiq edilən etirafedici ifadələri və hökmün təsviri-əsaslandırıcı hissəsində sadalanan sübutların məcmusu ilə təkzib olunduğundan məhkəmə onların ifadəsi ilə yanaşı yuxarıda sadalananları ittihamın həlli üçün kifayət edən sübut qismində qəbul edir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin hər birinin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddə və narkotik vasitə əldə etməklə daşımasından ibarət olan əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, hər biri bu maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət işinin 1-ci cildinin 206-207-ci vərəqlərində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər. Cinayət işinin 1-ci cildinin 19-20 və 48-49-cu vərəqlərində olan protokollardan görünür ki, 08 oktyabr 2021-ci il tarixdə X6 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 93-94 və 98-100-cü vərəqlərində olan qərardan görünür ki, 10 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 saxlanıldığı Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 170-174-cü vərəqlərində olan qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 98-100-cü vərəqlərində olan qərardan görünür ki, 10 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, lakin cinayət işinin 1-ci cildinin 181-186-cı vərəqlərində olan qərardan görünür ki, Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 10 oktyabr 2021-ci il tarixdə saxlandığı yerdən azad olunmamışdır, ona görə də onun barəsində həbs qətimkan tədbiri seçilərkən həbs etmənin əvvəli 08 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Əvvəllər məhkum olunmamaları CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxslərin əməllərində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, hər bir təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də onlara təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. CPM-in 158.2 və 158.6-cı maddəsinə əsasən «təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır. Tutulduğu, həbsdə və ya ev dustaqlığında saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxil edilir. Cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunan cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 08 oktyabr 2021-ci il tarixdən 10 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı müddət təyin olunacaq cəzaya daxil edilməli, ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin başlanğıcı 08 oktyabr 20121-ci il tarixdən hesablanmalı, hər biri barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 5121 saylı rəyinə müvafiq olaraq və CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməli nəticəsində iş üzrə CM-nin 99-1.1.1-99-1.1.4 maddəsində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlak müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik pulun 54 (əlli dörd) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs2, 54 (əlli dörd) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd bağlamadaki 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 840 qram, 216 qram, 2,900 qram, 29,507 qram və 3,699 qram olmaqla, ümumi təmiz çəkisi 1092,106 qram, tədqiqatdan sonra təmiz çəkisi 1091,956 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 102,466 qram, 3,955 qram, 2,041 qram, 3,785 qram, 0,857 qram və 1,879 qram olmaqla, ümumi təmiz çəkisi 114,83 qram, tədqiqatdan sonra təmiz çəkisi 114,863 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, eləcə də səthində heroin izləri aşkar edilmiş tərəzi CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhv edilməli və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilməli, 01 ədəd CD disk CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmədə təyinatla Bakı Şəhər 33 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 müdafiə etmişdir. Cinayət işinə əlavə olunmuş hesabatlardan görünür ki, müdafiəçilərin dövlət hesabına göstərdikləri hüquqi yardım üzrə iş saatları 65 (altmış beş) saat, iş saatları üzrə vəkillərin hər birinə ödənilməli haqq 390 (üç yüz doxsan) manat təşkil edir. CPM-nin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 780 (yeddi yüz səksən) manat fəaliyyət göstərdikləri Bakı Şəhər 33 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351- 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin, 08 oktyabr 2021-ci il tarixdən 10 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla üzərin də qəti olaraq 7 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən hesablansın, ona narkomaniydan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 109 (bir yüz doqquz) manat 90 (doxsan) qəpik pulun 54(əlli dörd) manat 95 (doxsan beş) qəpiyi Təqsirləndirilən şəxs2, 54(əlli dörd) manat 95 (doxsan beş) qəpiyi Təqsirləndirilən şəxs1 tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Binəqədi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd bağlamadaki 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 840 qram, 216 qram, 2,900 qram, 29,507 qram və 3,699 qram olmaqla, ümumi təmiz çəkisi 1092,106 qram, tədqiqatdan sonra təmiz çəkisi 1091,956 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 102,466 qram, 3,955 qram, 2,041 qram, 3,785 qram, 0,857 qram və 1,879 qram olmaqla, ümumi təmiz çəkisi 114,83 qram, tədqiqatdan sonra təmiz çəkisi 114,863 qram ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, eləcə də səthində heroin izləri aşkar edilmiş tərəzi məhv edilsin və onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası» tərəfindən həyata keçirilsin, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 hər biri üçün 390 (üç yüz doxsan) manat olmaqla ümumilikdə 780 (yeddi yüz səksən) manat fəaliyyət göstərdikləri Bakı Şəhər 33 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əfqan Hacıyev Hakimlər Əli Məmmədov Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-722/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-722/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver