Məhkəmə qərarları › İş №1(101)-722/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-722/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-722/2024 15.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci Astara rayonunun Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədilə külli miqdarda ümumi təmiz çəkisi 64,832 qram narkotik vasitə olan tiryəki, ümumi təmiz çəkisi 23,759 qram narkotik vasitə qurudulmuş marixuananı və 02 (iki) ədəd tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,5 qram olan həbləri qanunsuz olaraq əldə edib həmin narkotik vasitə və psixotrop maddənin bir hissəsini üzərində, qalan hissəsini isə müvəqqəti yaşadığı ünvan 1 və Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 372, mənzil 59 ünvanına daşıyaraq saxlamış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 20 aprel 2023-cü il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsində yerləşən “Yelo Bank”ın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, idarədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 6,951 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 21 radələrində onun iştirakı ilə müvəqqəti yaşadığı ünvan 1 ünvanına baxış keçirilən zaman mənzilin mətbəx otağında olan taxta konstruksiyalı dolabın içərisindən 2 (iki) ədəd açıq-yaşıl rəngli, tərkibində psixotrop maddə MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,5 qram olan həblər, üzərində heroin izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, bundan sonra 20 aprel 2023-cü il tarixdə saat 21:45 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onun iştirakı ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid4 məxsus ünvan 3 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağında olan oturacağın sağ tərəfində onun tərəfindən gizlədilmiş 4 (dörd) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 6,308 qram, 1,023 qram, 4,488 qram, 4,989 qram olmaqla ümumi təmiz çəkisi 16,808 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd bükümdə təmiz çəkisi 64,832 qram, külli miqdarda qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, Bakı şəhərində qəlyan satışı ilə məşğul olmuşdur. O, narkotik vasitə marixuana istifadəçisi olmuşdur. Aprelin 20-si səhər işə çıxmış, Sumqayıt şəhərinə elektron qəlyan verməyə getmiş, mağazalara malı paylayan vaxt polis əməkdaşları gəlib onu tutmuşlar. Onun üzərində heç nə olmamışdır. Onu birbaşa yaşadığı evə apararaq, maşında saxlamışlar. Evdən heç nə çıxmamış, polislər ona təzyiq göstərmişlər. Polis əməkdaşları yenidən evə qalxaraq evə tərəzi qoymuş, sonra tərəzinin evindən çıxdığını demişlər. Sonra onu o biri evə, yəni 8-ci kilometr ərazisindəki evə aparmışlar və həmin evdən narkotik çıxdığını demişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş narkotiklərdən yalnız marixuananın ona məxsus olduğunu, marixuananın evdə sumkanın içində olduğunu, çəkisinin təxminən 2 qram oduğunu, onu Yasamaldan tapdığını, 2 il olar ki, marixuana istifadə etdiyini, ayda 1-2 dəfə tək çəkdiyini, narkotiklə bağlı heç kimlə əlaqəsinin olmadığını, birlikdə yaşadığı Aytəkin xanımın evindən çıxan bir bükümün ona aidiyyəti olduğunu, xanımın onun narkotik vasitələrdən istifadə etdiyini bilmədiyini, polislərin onu idarədə döyüb təhqir etdiklərini, nəticədə xəsarət aldığını və hər şeyi boynuna aldığını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 20 aprel 2023-cü il tarixdə saat 17:30 dəqiqədə Sumqayıt şəhəri, 1-ci mikrorayon, Nəriman Nərimanov küçəsində yerləşən “Yelo bankı”n yaxınlığında piyada hərəkət edən zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olmasını bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdib onu BNMİ-nin inzibati binasına dəvət etmiş, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmiş, sonra onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olub-olmaması və təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuş, sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd birində nömrə olmayan, digərində isə içərisində 051 ***-**-** simkart nömrəsi olan “İphone” markalı mobil telefonlar, 2 (iki) ədəd açar, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 50 (əlli) manat pul aşkar edilmiş, sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 nömrəli möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd “İphone” markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə ona izah verildikdən sonra götürülmüş, 2 (iki) ədəd açar və 50 (əlli) manat pul özünə qaytarılmış, o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olmasını, həmin kütləni 2 (iki) ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxlamasını, heç kimə narkotik vasitə satmamasını, bundan başqa Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə, həmçinin qeyri-rəsmi münasibətdə yaşadığı Aytəkin adlı şəxsin Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzilində ona məxsus narkotik maddə olmasını, həmin mənzillərə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməməsini bildirmiş və yaşadığı mənzilə getmiş, orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmasına görə o, mənzildə mətbəxdə olan taxta konstruksiyalı dolabın içərisindən 2 (iki) ədəd ekstazi həblərini və 2 (iki) ədəd elektron tərəzini təqdim etmiş, sonra həmin kütlələr və elektron tərəzi qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, sonra yaşadığı mənzilin digər otaqlarına baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmiş, o, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə məxsus olmasını, həmin kütləni 2 (iki) ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxlamasını, heç kimə narkotik vasitə satmamasını bildirmiş, sonra onlar Aytəkinin yaşadığı Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzilinə getmiş, orada ona mənzildə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmasına görə o, mənzildə yataq otağında olan oturacağın sağ tərəfindən gizlətdiyi yerdən 4 (dörd) ədəd bükümdə qurudulmuş marixuanam və 1 (bir) ədəd bükümdə tiryəki təqdim etmiş, sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi, Aytəkin və təhqiqatçı tərəfindən imzalanmış, sonra mənzilin digər otaqlarına baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmiş, o, aşkar olunmuş kütlənin özünə məxsus olmasını, həmin kütləni 2 (iki) ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxlamasını, heç kimə narkotik vasitə satmamasını, mənzildə narkotik vasitə saxlaması barədə heç kimin məlumatının olmamasını, həmin narkotik vasitələri onun yaşadığı evin yaxınlığında, yəni Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zibil qutusunda idman çantasında aşkar etməsini, həmin maddələrin narkotik vasitə olmasını bildiyi üçün istifadə üçün saxlamasını, ona şəxsi istifadə üçün həmin maddələri əldə etməsi və nə üçün onları ayrı-ayrılıqda saxlaması barədə sual olunduqda heç bir səbəb olmadan onları ayıraraq, ayrı-ayrı saxlamasını, gələcəkdə həmin maddələri zibil qutusuna atmaq istəməsini bildirmişdir (cild 1, iş vərəqi 80-82). İfadəsi elan olunduqdan sonra Təqsirləndirilən şəxs dindirmə protokolunda olan imzaların ona məxsus olduğunu, lakin məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində saxlanılmış, saxlanılan zaman yanında 2 qadın olmuşdur. O, Baş Narkotiklərlə Mübarizə idarəsinə dəvət olunub idarəyə gətirilmiş və idarədə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən bir büküm narkotik vasitə marixuana aşkarlanmışdır. Cavid Sabunçu rayonu ərazisində özünün kirayə tutduğu evdə və xanımlardan biri ilə birgə yaşadığı Nizami rayonu ərazisindəki mənzildə narkotik vasitələr saxlamış, Sabunçu rayonu ərazisindəki evə baxış keçirilmiş, oradan ekstazi həbləri və 2 ədəd tərəzi aşkar olunmuşdur. Daha sonra xanımla yaşadığı Nizami rayonu ərazisindəki evdən 4 büküm marixuna və tiryək aşkar olunmuşdur. Sənədləşdirilib götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Cavidə heç bir fiziki və psixi zorakılıq olunmadığını, Cavidi tutandan sonra birbaşa Baş Narkotiklərlə Mübarizə İdarəsinə getdiklərini, Cavidin saxlanan zaman iki mənzildə narkotik saxladığını dediyini, şəxsi axtarış başa çatdıqdan sonra mənzillərə getdiklərini, onun Sabunçudakı mənzildə yaşamadığını, evi narkotik saxlamaq üçün kirayə tutduğunu, orda 2 ədəd ekstazi və 2 ədəd tərəzi aşkar olunduğunu, Cavidə heç nə “yükləmədiklərini”, bununla bağlı təqsirləndirilən şəxsin yalan dediyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdi. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxsə fiziki və psixi təzyiq olunmadığını, Cavidi saxladıqdan sonra birbaşa Baş idarəyə gəldiklərini, Sumqayıtda şəxsi axtarış keçirməyə imkan olmadığını, şəxsi axtarışı Baş idarədə keçirdiklərini bildirdi. İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilmiş ifadəsində digər polis əməkdaşı X4 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etmişdir (cild 1, iş vərəqi 112-114). Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Cavidlə bir yerdə elektron qəlyan satışı ilə məşğul olmuş, Cavid sürücü olmuş, o isə mağazaları gəzib hesabat aparmışdır. Hadisə günü Sumqayıta yollanmışlar. Onlar 1-ci dükanın hesabatını apardıqdan sonra 2-ci dükanda hesabatı aparıb çıxandan sonra Cavidi tapa bilməmişlər. Birdən 2 nəfər mülki geyimdə adam onu çağırmış, həmin an onu tutub yanındakı xanımla maşına aparmışlar. Sonra Cavidin də həmin 2 nəfər tərəfindən tutulub başqa maşına aparıldığını görmüşlər. Sonra onları Novxanıda saxyıb Cavidi olduğu maşından düşürüb onların maşına keçirmişlər, onları isə başqa maşına aparmışlar, sonra Bakıxanov qəsəbəsinə - Cavidin evinə gətirmişlər. Onları 2 saat binanın çölündə gözlətmişlər, özləri Cavidi də götürüb içəri keçmişlər. Onlar maşında gözləyəndə burda nə üçün gözlədiklərini soruşduqdan onlar tələsməməsini, biləcəklərini demişlər. Sonra onlar Baş İdarəyə getmişlər. Sonra onları zirzəmi kimi bir yerə aparmışlar, yanındakı xanımla onu orada saxlamışlar, heç bir sorğu-sual, söhbət olmamışdır. Sonra onlar burda nə işləri olduqlarını soruşmuş, onlar da onunla heç bir işlərinin olmadığını, işlərini Cavidlə olduqlarını bildirmişdir. O da evdə körpə uşağının olduğunu, uşağına məlumat verməsini xahiş etmişdir. Onlar isə özləri əlaqə saxlayacaqlarını, narahat olmamalarını bildirmişlər. Sonra 2 nəfər şəxsin də onun evində qızı ilə bərabər olduqlarını öyrənmişdir. Daha sonra 2-ci dəfə onunla birlikdə evinə yollanmışlar. Həmin vaxt stolun üstündə bəzi əşyalar görmüşdür, onların nə olduğunu bilməmişdir. Sadəcə ondan əşyaları görüb-görməməsini soruşmuşlar. O da görmədiyini bildirmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 həmin hadisəyə qədər Cavidi 7-8 ay ərzində tanıdığını, Cavidin onun yanında heç vaxt narkotik vasitədən istifadə etmədiyini, polis idarəsində Cavidə digər otaqdan eşitdiyi səslərdən sonuncuya fiziki işgəncə verildiyini başa düşdüyünü, daha sonra onu Cavidin olduğu otağa aparan zaman Cavidin üzü-gözünün pis halda olduğunu gördüyünü, polislərin Cavidə hər şeylə razılaşarsa, onu evinə göndərəcəklərini bildirdiklərini, Cavid də razı olduğunu bildirdiyini, Cavidin onun evində sadəcə bəzi geyim əşyalarının olduğunu, idarədə ondan Caviddə belə əşyalar görüb-görmədiyini soruşduqlarını, onun da ilk dəfə gördüyünü, başqa söhbət olmadığını, Cavidin tapılmış əşyalarla bağlı nə dediyini xatırlamadığını, polis əməkdaşlarının onun iştirakı olmadan evinə baxış keçirtdiklərini, orada çox sənədə imza atdığını, lakin imza atdığı sənədləri oxumadığını, çünki ona oxumağı üçün icazə verilmədiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, hadisə olan gün o, Cavid və Aytəkinlə birlikdə Sumqayıta gedərək hesabat aparmışlar. O, ayaqqabı almaq üçün Aytəkinlə mağazaya girmiş, Cavid isə maşında olmuşdur. Onlar mağazada olanda 2 nəfər kişi onu çağırmış, onu məcbur qolundan tutub aparmış, bir nəfər də Aytəkini tutub çölə çıxarmışdır. Çıxanda Cavidi də qolundan tutub apardıqlarını görmüşlər. O da qorxaraq kim olduqlarını soruşmuş, həmin şəxslər də gedib görəcəklərini bildirmişlər. Onun telefonunu da əlindən almışlar. Həmin şəxslər Cavidi öz maşını ilə, onları da başqa maşınla aparmışlar. Novxanıda düşdükdən sonra Cavidi onun maşına gətirmişlər, onları da başqa maşınla Bakıxanova aparmışlar. Onlar Cavidin evinə getdiklərini bildirmişlər. Təxminən 2 saat orda qalmışlar. Sonra onları İdarəyə aparmışlar. O, baxış və axtarışda iştirak etməmişdir. Ona narkotik vasitələrlə bağlı heç nə məlum olmamışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1988-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2023-cü il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1988-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunan, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 20 aprel 2023-cü il tarixdə saat 17:30 dəqiqədə Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsində yerləşən “Yelo Bnk”ın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, həmçinin X2 və Şahid5 dəvət edilmişdir (cild 1, iş vərəqi 9). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra şübhəli şəxsin üzərinə şəxsı axtarış keçirilmiş və əynində olan həmin şalvarın sol yan cibindən 2 (iki) ədəd birində nömrə olmayan, digərində isə içərisində 051 ***-**-** simkart nömrəsi olan "İphone" markalı mobil telefonlar, 2 (iki) ədəd açar, 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi və 50 (əlli) manat pul aşkar edilmişdir. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd "İphone" markalı mobil telefon və 1 (bir) ədəd şəxsiyyət vəsiqəsi bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 2 (iki) ədəd açar və 50 (əlli) manat pul isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni 2 (iki) ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxladığını, heç kimə narkotik vasitə satmadığını, bundan başqa Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə, həmçinin qeyri-rəsmi münasibətdə yaşadığı Aytəkin adlı şəxsin Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzilində də ona məxsus narkotik maddə olduğunu, həmin mənzillərə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 30-32). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanınıda narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 20 aprel 2023-cü il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə mətbəxdə olan taxta konstruksiyalı dolabın içərisindən 2 (iki) ədəd ekstazi həblərinə bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin kütlələr və elektron qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütləni 2(iki) ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədı ilə saxladığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir (cild 1, iş vərəqi 35-36). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mənzilə baxış keçirilməsi və götürmə haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 372, mənzil 59 ünvanında narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Baxış və götürmə aparılması haqqında” 20 aprel 2023-cü il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözügedən mənzildə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs mənzildə yataq otağında olan oturacağın sağ tərəfində gizlətdiyi yerdən 4 (dörd) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1 (bir) ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 2 (iki) ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxladığını, heç kimə narkotik vasitə satmadığını, mənzildə narkotik vasitə saxlamsından heç kimin məlumatı olmadığını bildirmişdir. Şahid4 ona verilən suallara cavab olaraq yaşadığı mənzildə narkotik vasitə olmasından məlumatı olmadığını, Təqsirləndirilən şəxs ona mənzildə narkotik vasitə saxlamasını demədiyini bildirmişdir (cild 1, iş vərəqi 40-41) İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7/575 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 4 (dörd) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 6,308 qram; 1,023 qram; 4,488 qram; 4,989 qram və üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 6,951 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 23,759 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” yazısı və imzalar olan kağız paketdəki 2 (iki) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Aparılmış tədqiqatın dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir (cild 1, iş vərəqi 49-53). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2354 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün N7” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: Üzərində “Təqsirləndirilən şəxs...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 64,832 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd açıq-yaşıl rəngli həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,5 qram olduğu müəyyən edildi. 2 (iki) elektron tərəzidə narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. MDMA 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 54-59). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs "şəxsi axtarış və götürmə barədə" qərarla tanış edildikdən, sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükülünü təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən baxış zamanı əynində olan şalvarın sol yan cibindən 2 (iki) ədəd, birində nömrə olmayan, digərində ***- ***-**-** "xxxx" mobil nömrə olan “İphone” markalı mobil telefonlar, 2 (iki) ədəd kilid açarı, bir ədəd 50 manatlıq pul əskinası aşkar edilmiş, lakin qanunla dövriyyəsi qadağan olunmuş heç bir maddə, əşya və predmet aşkar olunmamışdır. Həmin bükülü barədə Təqsirləndirilən şəxs soruşduqda bükülüdə narkotik vasitə olmasını, təxminən 2 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmiş, aşkar olunmuş kütlə və mobil telefonlar zərfə qoyularaq, qablaşdırılmış və imzalarla təsdiq olunmuşdur, 2 (iki) ədəd kilid açarı, bir ədəd 50 manatlıq pul əskinası isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sonra müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs sual edilərək, polis əməkdaşları tərəfindən inzibati binaya gətirilən vaxtı ona qarşı hər hansı bir fiziki və psixi zor tətbiq olunub-olunmaması soruşulduqda ona qarşı belə bir hərəkətin edilmədiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzildə, həmçinin qeyri-rəsmi münasibətdə yaşadığı Aytəkin adlı şəxsin Bakı şəhəri, Nizami rayonunda yerləşən mənzilində özünə məxsus narkotik vasitə olmasını, həmin mənzillərə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməməsini bildirmişdir (cild 1, iş vərəqi 68). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs mənzildə mətbəxdə olan taxta konstruksiyalı dolabın içərisindən 2 (iki) ədəd ekstazi həblərinə bənzər kütləni və 2 (iki) ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra həmin kütlələr və elektron qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzilərin özünə məxsus olduğunu, həmin kütləni 2(iki) ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxladığını, heç kimə narkotik vasitə satmadığını bildirmişdir (cild 1, iş vərəqi 69). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli Təqsirləndirilən şəxs mənzildə yataq otağında olan oturacağın sağ tərəfində gizlətdiyi yerdən 4 (dörd) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1(bir) ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan tiryəkə bənzər kütləni təqdim etmişdir. Daha sonra həmin kütlələr qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçı və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri 2 (iki) ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisindən taparaq istifadə etmək məqsədi ilə saxladığını, heç kimə narkotik vasitə satmadığını, mənzildə narkotik vasitə saxlamsından heç kimin məlumatı olmadığını bildirmişdir. Şahid4 ona verilən suallara cavab olaraq yaşadığı mənzildə narkotik vasitə olmasından məlumatı olmadığını, Təqsirləndirilən şəxs ona mənzildə narkotik vasitə saxlamasını demədiyini bildirmişdir (cild 1, iş vərəqi 70). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (cild 1, iş vərəqi 71-72). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 5(060)-294/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1988-ci Astara rayonu, Ərçivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, işləməyən, Astara rayonu, Ərçivan qəsəbə ərazi dairəsi, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 tərərfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqi 116-117). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami rayon Polis İdarəsinin NMB-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ********* saylı cınayət işi üzrə əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi şəxsin şəxsiyyətini, eləcə də hardan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 118). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı üzərindən aşkar olunmuş 1 (bir) ədəd “İphone” markalı, “14 Pro” modelli və 1 (bir) ədəd “İphone” markalı, “7” modelli mobil telefonlara baxış keçirdilmişdir. Baxış zamanı 1 (bir) ədəd “İphone” markalı, “14 Pro” modelli mobil telefonun üzərində ***-***-**-** "xxxx" mobil nömrə aşkar olunmuşdur. Lakin baxış zamanı mobil telefonun yaddaş kitabçasında ümumiyyətlə heç bir mobil və ya digər ev(stasionar) nömrələrin qeydiyyata alınması, həmçinin hər hansı bir nömrəyə zəng(lər) olunması, eləcə də heç bir fotoşəklin olması müəyyən olunmamışdır. Baxış zamanı 1 (bir) ədəd “İphone” markalı, “7” modelli mobil telefonun üzərində mobil nömrə aşkar olunmamışdır. Həmçinin baxış zamanı mobil telefonun yaddaş kitabçasında ümumiyyətlə heç bir mobil və ya digər ev(stasionar) nömrələrin qeydiyyata alınması, həmçinin hər hansı bir nömrəyə zəng(lər) olunması, eləcə də heç bir fotoşəklin olması müəyyən olunmamışdır (cild 1, iş vərəqi 128). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 165/3 N-li məktub ilə daxil olmuş CD diskə baxış keçirilməsi haqqında xx.xx.2023cü il tarixli protokoldan görünür ki, diskin içərisində 4 (dörd) ədəd, yəni 1 ədəd “514505040_SMS” yazılmış mətn sənədi, 1 ədəd “**********40” yazılmış mətn sənədi, 1 ədəd “abuneciler 12825” yazılmış “Excel” sənədi, 1 ədəd “antena!2825” yazılmış “Excel” sənədi vardır. Baxış zamanı “514505040JSMS” yazılmış mətn sənədinin içərisində “xx/xx/2023, 17:04:12, **********40, 7575, G9; xx/xx/2023, 17:04:12, **********40, 7575, G9; xx/xx/2023, 14:23:55, **********40, 7575, G9; xx/xx/2023, 14:23:55, **********40, 7575, G9” məlumatlar qeyd olunmuşdur. Baxış zamanı “abuneciler 12825” yazılmış “Excel” sənədinin içərisində 45 (qırx beş) nəfər abunəçi qeyd olunmuşdur. Baxış zamanı “antenal2825” yazılmış “Excel” sənədinin içərisində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi **********40 mobil telefon nömrəsinin Bakı şəhərinin müxtəlif ərazilərindəki anten dairələrində telefon danışıqları aparılması göstərilmişdir. Həmçinin anten məlumatlarına dair siyahıda hadisə baş verən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 14:24:10-da +**********40 mobil nömrənin Bakı şəhəri, Həsən Əliyev küçəsi ərazisində olması müəyyən edilmişdir. Baxış zamanı +**********40 mobil nömrənin Təqsirləndirilən şəxs adına qeydiyyatdan keçməsi, həmçinin digər şəxslərin adlarına qeydiyyatdan keçmiş mobil telefon nömrələri qeyd olunmuşdur (cild 1, iş vərəqi 131-136). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 9217 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 137). İşdə olan maddi sübutun tanınması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,951 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulumuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, ev 4-də yerləşən 13 nömrəli mənzilə baxış zamanı aşkar edilərək götürülmüş 2 (iki) ədəd həbin tərkibindəki MDMA-nın təsir maddəsinin ümumi miqdarı 0,5 qram psixotrop maddə və üzərində heroin izləri olan 2 (iki) ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanması üçün Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid4 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 372-də yerləşən 59 nömrəli mənzilə baxış zamanı aşkar edilərək götürülmüş 4 (dörd) ədəd bükümdə hər biri ayrı-ayrılıqda təmiz çəkisi 6,308 qram, 1,023 qram, 4,488 qram, 4,989 qram, ümumilikdə 16,808 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və külli miqdarda 1 (bir) ədəd bükümdə təmiz çəkisi 64,832 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və saxlanması üçün Nizami RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasına dair videoçəkiliş aparılaraq, bir ədəd “DVD”-yə köçürülmüş disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, ev 4-də yerləşən 13 nömrəli mənzildə axtarış və götürmə aparılmasına dair videoçəkiliş aparılaraq, bir ədəd DVD-yə köçürülmüş disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində raşadığı Şahid4 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 372-də yerləşən 59 nömrəli mənzildə axtarış və götürmə aparılmasına dair videoçəkiliş aparılaraq, bir ədəd DVD-yə köçürülmüş disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** "xxxx" mobil nömrə ilə əlaqədar bütün anket məlumatların verilməsinə dair "Azercell” MMC-yə sorğu verilmiş və MMC-dən bir ədəd üzərində “Verbatim CD-R 700 mb 52x80 min” sözləri həkk olunmuş disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 138-140, 141). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4625 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliynin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profiaktik qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 142-143). İşdə olan cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqı davam etdirilmişdir (cild 1, iş vərəqi 162-164). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuananın təmiz halda 5 qrama qədəri şəxsi istehlak miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar, tiryəkin 0,5 qrama qədəri şəxsi istehlak miqdarı, 50 qramdan artıq miqdarı külli miqdar, MDMA-nın 0,03 qrama qədəri şəxsi istehlak miqdarı, 5 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik olmaması, öz evində aşkar edilənlərin, o cümlədən tərəzilərin ona aidiyyətinin olmaması, birlikdə yaşadığı qadının evindən çıxan narkotiklərdən yalnız marixuananın ona məxsus olması, digər narkotiklərin ona aid olmaması, narkotiklərin satışı ilə məşğul olmaması, yalnız marixuana istifadəçisi olması, saxlanılarkən polislərin onu döyərək təhqir etmələri, döyülməsi nəticəsində xəsarət alması, buna görə narkotikləri boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, polis bölməsində tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və yaşadığı mənzillərə baxış keçirilmiş və o, əynində olan şalvarın cibindən narkotik vasitə olan marixuana kütləsini, yaşadığı mənzilin mətbəxindəki dolabdan 2 ədəd ekstazi həbini və 2 ədəd elektron tərəzini, digər mənzildən yataq otağında olan oturacağın sağ tərəfində gizlətdiyi yerdən 4 bükümdə marixuana kütləsini və bir bükümdə tiryək kütləsini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışın və baxışın nəticəsinə dair müvafiq protokollar tərtib edilmiş və həmin protokollar təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarış aparılan zaman, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə ifadələr verərkən üzərindən və mənzillərdən aşkar edilmiş maddələrin ona aid olduğunu etiraf etmişdir. Lakin məhkəmədə ifadəsində və ona verilən suallara cavab olaraq polis bölməsində polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq edildiyi və onun həmin təzyiq altında etirafedici ifadələr verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs kimi ifadə verərkən, ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq, məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı 3 saylı İstintaq təcridxanasından onun tibbi kitabçasının surətini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə İstintaq təcridxanasına daxil olarkən təlimata uyğun olaraq tibbi müayinədən keçirilmiş, baxış zamanı onun bədən səthində yeni xəsarət izləri aşkar edilməmiş, həmçinin o, zədə almadığını bildirmişdir. Bütün bunlar onu göstərir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə məhkəmədə deyilənlər uydurmadan başqa bir şey deyil və məhkəmə həmin halı həqiqətə uyğun hal kimi qəbul edə bilməz. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə, məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxslə yaxın münasibətlərdə olan Şahid4 və Şahid5 Sumqayıt şəhərində polislər tərəfindən saxlanıldıqdan sonra birbaşa Bakıxanov qəsəbəsinə getmələri, daha sonra Baş İdarəyə aparılmaları, Şahid4 Baş İdarədə Cavidin başqa otaqda döyülməsini onun səsindən başa düşməsi barədə təqsirləndirilən şəxsin lehinə məhkəmədə verdikləri ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahidlər məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişlər. Bu səbəbdən məhkəmə həmin şahidlərin məhkəmədə vedikləri ifadələrini inandırıcı və ağlabatan hesab etmir Məhkəmə Təqsirləndirilən şəxs ondan aşkar edilmiş narkotik vasitələrin növ müxtəlifliyini, onların şəxsi istehlak miqdarından dəfələrlə artıq olmasını, bükümlərə bükülməsini, habelə iş üzrə toplanmış bütün sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, aşkar edilmiş narkotikləri məhz satış məqsədilə əldə etmişdir. Məhkəmə həmin nəticəyə gələrkən eyni zamanda təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi narkotiklərin əldə edilib saxlanması ilə bağlı etirafedici ifadələrini, həmin ifadələr müvafiq hissələrdə cinayət işinin digər materialları ilə tam uzlaşdığından sübut kimi qəbul etmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib üzərində saxlayaraq daşıması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancıın 15 (on beş) faizi dövlət nəfiə tutulmaqla 2 (iki) il müddətə islah işi cəzası təyin edilmişdir (cild 1, iş vərəqi 126-127). Məhkəmənin sorğusuna əsasən daxil olmuş Astara Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(018)-28/2012 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həmin cinayət işi məhkəmənin arxivindən çıxarıldıqda məlum olmuşdur ki, Astara Rayon Məhkəməsinin 1(018)-28/2012 saylı, 06 mart 2012-ci il tarixli hökmü 26 mart 2012-ci ildə qanuni qüvvəsini almış və icra edilməkdən ötrü Astara rayon İcra şöbəsinə göndərilmişdir. Həmin hökmdən 02 aprel 2012-ci il tarixdə zərərçəkmiş şəxs X5 tərəfindən apelyasiya şikayəti verilmiş, buna əsasən hökmün icra edilmədən məhkəməyə qaytarılması barədə Astara rayon İcra şöbəsinə müraciət olunmuş və hökm və göstəriş icra olunmadan məhkəməyə geri qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilən apelyasiya şikayəti 04 aprel 2012-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılmış, lakin hökm icrasız qalmışdır. Hökm 20 fevral 2024-cü il tarixdə icra olunmasından ötrü Astara rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Astara rayon İcra və Probasiya şöbəsinin həmin rayon məhkəməsi vasitəsilə məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əliyev X6 Rayon Məhkəməsinin 06 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib ona aylıq qazancıın 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işi cəzası təyin edilmişdir. Hökm 26.03.202-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra olunması üçün xx.xx.2024-cü il tarixdə Astara rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Göründüyü kimi, hökmün qanuni qüvvəyə mindiyi gündən 11 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsində məhkəmənin ittiham hökmünün icrası müddətləri müəyyən edilmişdir. Belə ki, həmin məcəllənin 80.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətə görə məhkum edilərkən hökmün qanuni qüvvəyə mindiyi gündən iki il keçdikdə icra edilməmişdirsə məhkum edilmiş şəxs cəza çəkməkdən azad olunur. Göstərilənlərə əsasən hökm icra olunmadan geri qaytarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri, habelə Cinayət Məcəlləsinin 80.1.1-ci maddəsində göstərilən müddətlərin məhkum Təqsirləndirilən şəxs təqsiri olmadan keçdiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilmiş və o, məhkumluğu olmayan şəxsdir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə X7 ilə nikaha daxil olmuş, onların birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Zəhra Əlieva adlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 22 aprel 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 21, 92-95). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 20 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və Təqsirləndirilən şəxs qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid4 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 372-də yerləşən 59 nömrəli mənzildən baxış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 23,509 qram ümumi çəkidə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi, ev 4-də yerləşən 13 nömrəli mənzilə baxış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1 (bir) ədəd MDMA həbi və üzərində heroin izləri olan 2 (iki) ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq qalan 64,782 qram çəkidə narkotik vasitə tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı mənzilə, Şahid4 yaşadığı mənzilə aparılmış baxış və götürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 3 ədəd DVD disk, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd üzərində “Verbatim CD-R 700 mb 52x 80 min” sözləri həkk olunmuş disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizaları ilə əlaqədar cəmi 143 (yüz qırx üç) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən və Şahid4 mənzilindən baxış zamanı aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 23,509 qram ümumi çəkidə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 1 (bir) ədəd MDMA həbi və üzərində heroin izləri olan 2 (iki) ədəd elektron tərəzi, ekspertiza tədqiqatından sonra qalıq qalan 64,782 qram çəkidə narkotik vasitə tiryək məhv edilsin. Digər maddi sübutlar – Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə, yaşadığı mənzilə, Şahid4 yaşadığı mənzilə aparılmış baxış və götürmə aparılmasına dair videogörüntüləri özündə əks etdirən 3 ədəd DVD disk, "xxxx" MMC-dən əldə edilmiş bir ədəd üzərində “Verbatim CD-R 700 mb 52x80 min” sözləri həkk olunmuş disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 143 (yüz qırx üç) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar