Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-723/2021 22.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X8 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X11 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1977-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası Bolnisi rayonu, Naxiduri kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1; xx xxxxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, ev 11-də qeydiyyatda olmaqla, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa yeni yaşayış massivində kirayədə yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə metafetamin əldə edib saxlamış, daşımış və satmışdır. Belə ki, o, tamah niyyəti ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan «Əlvan» adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq sonuncudan 2.000 (iki min) manat müqabilində istintaqa məlum olmayan vaxtda və yerdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qram, 0,910 qram və 5,749 qram olmaqla, ümumi təmiz çəkisi 7,557 qram kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin, təmiz çəkisi 41,954 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, ayrı-ayrılıqda təmiz çəkiləri 148,643 qram, 2,668 qram, 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram, ümumi təmiz çəkisi 151,906 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 isə 2.000 (iki min) manat müqabilində ayrı-ayrılıqda təmiz çəkiləri 230,0 qram, 60 qram, 45 qram, 35 qram, 18,903 qram, ümumi çəkisi 388,903 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib kirayədə yaşadığı ünvan 1 ünvanına daşıyaraq orada saxlayıb, əldə etdiyi narkotik vasitələrdən «Kent» markalı siqaret qutusunda səkkiz ədəd bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,595 qram narkotik vasitə olan heroini 06 mart 2020-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Nərimanov rayonu, «Gənclik» metrostansiyasının yaxınlığında 180 (yüz səksən) manat müqabilində tanışı Şahid1 satmış və 08 mart 2020-ci il tarixdə, saat 00:15 radələrində Şahid1 Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq 16-cı X6 rayonu, F.X.Xoyski prospekti, 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi olmadan Təqsirləndirilən şəxs1 qanunsuz olaraq əldə edib üstündə saxladığı «Kent» markalı siqaret qutusunda səkkiz ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,070 qram, 0,060 qram, 0,062 qram, 0,095 qram, 0,078 qram, 0,065 qram, 0,085 qram, 0,080 qram, ümumi təmiz çəkisi 0,595 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bundan sonra, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 08 mart 2020-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanılaraq 16-cı X6 rayonu, F.X.Xoyski prospekti, 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əynindəki gödəkçənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsindən şəxsiyyəti istintaqa məlum olmayan «Əlvan» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üstündə saxlayaraq daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 2,668 qram olan külli miqdarda narkotik vasitə heroin, habelə həmin gün saat 18 radələrində kirayədə yaşadığı ünvan 3 ünvanında axtarış aparılarkən oradan şəxsiyyəti istintaqa məlum olmayan «Əlvan» adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı iki ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qram, 0,910 qram və qutunun içərisinə dağılmış halda təmiz çəkisi 5,749 qram olmaqla ümumi təmiz çəkisi 7,557 qram olan kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metafetamin, bir ədəd şüşə qabın içərisində təmiz çəkisi 41,954 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək, bir ədəd plastik qabda təmiz çəkisi 148,643 qram olan kustar hazırlanmış külli miqdarda narkotik vasitə heroin, eləcə də Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı üzərində «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda təmiz çəkisi 230,0 qram, iki ədəd üzərində «Bostan» yazısı olan, bir ədəd üzərində yazısı olmayan şüşə qablarda və bir ədəd sarı qapaqlı şüşə bankada ayrıayrılıqda təmiz çəkiləri 60 qram, 45 qram, 35 qram, 18,903 qram, ümumi çəkisi - 388,903 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana, həmçinin bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında sonuncudan 2.000 (iki min) manat müqabilində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmək məqsədi ilə onunla qabaqcadan ümumi razılığa gəlmiş və Təqsirləndirilən şəxs2 bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən ümumi çəkisi 515,413 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlayaraq daşıyan zaman 08 mart 2020-ci il tarixdə, saat 21 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanılaraq 16-cı X6 rayonu, F.X.Xoyski prospekti, 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əlində tutduğu bir ədəd polietilen torbanın içərisindəki iki ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 225,0 qram, 290,0 qram, habelə əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi 0,413 qram, ümumi çəkisi 515,413 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuana əldə edib saxlamış, daşımış və satmışdır. Belə ki, o, tamah niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 230,0 qram, 60 qram, 45 qram, 35 qram, 18,903 qram, ümumi çəkisi 388,903 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı 2.000 (iki min) manat müqabilində Təqsirləndirilən şəxs1 satmış və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən 08 mart 2020-ci il tarixdə, saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 3 ünvanında axtarış aparılarkən sonuncunun satış məqsədi ilə ondan qanunsuz olaraq əldə edib saxladığı üzərində «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda təmiz çəkisi 230,0 qram, iki ədəd üzərində «Bostan» yazısı olan, bir ədəd üzərində yazısı olmayan şüşə qablarda və bir ədəd sarı qapaqlı şüşə bankada ayrıayrılıqda təmiz çəkiləri 60 qram, 45 qram, 35 qram, 18,903 qram, ümumi çəkisi- 388,903 qram olan tərkibində narkotik maddələr - çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda həmin qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə külli miqdarda narkotik vasitə əldə edib sataraq mənfəət əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etməklə sonuncuya 2.000 (iki min) manat müqabilində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib satacağı barədə onunla qabaqcadan ümumi razılığa gəlmiş və bu məqsədlə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 515,413 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə edib özündə saxlayaraq daşıyan zaman 08 mart 2020ci il tarixdə, saat 21 radələrində Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində şübhəli şəxs qismində saxlanılaraq 16-cı X6 rayonu, F.X.Xoyski prospekti, 83A ünvanında yerləşən inzibati binasına gətirilib orada üstündə şəxsi axtarış aparılarkən əlində tutduğu bir ədəd polietilen torbanın içərisindəki iki ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 225,0 qram, 290,0 qram, habelə əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi 0,413 qram, ümumi çəkisi 515,413 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gürcüstan Respublikasında anadan olmuşdur, milliyyətcə azərbaycanlıdır. 2020-ci ilin yanvar ayının əvvəllərindən arvadı X9 və azyaşlı oğlu Ruslan Mustafayevlə birlikdə ünvan 1 ünvanda kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs2 2019-cu ilin mart ayından tanıyır, aralarında qohumluq, ədavət və ya düşmənçilik olmamışdır. Onunla 2019-cu ilin mart ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən fərdi yaşayış evində işləyərkən tanış olmuşdur. Azad rəngsaz, o isə qəlib ustasıdır. Aralarında dostluq münasibəti yaranmışdır. İki ildir qurudulmuş marixuanadan arabir, adətən siqaretə doldurub yandırıb, tüstüstünü udmaqla istifadə etmişdir. Qurudulmuş marixuananı kimdən və ya haradan əldə etdiyini hazırda xatırlamır. 2020-ci il 07 mart tarixində, günorta saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olan zaman Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin təxminən on beş nəfər əməkdaşı qəflətən yaxınlaşıb onu tutmuşlar. Həmin vaxt üzərində özünə məxsus təxminən bir qram qurudulmuş marixuana olmuşdur. Polis əməkdaşları onu avtomobilə mindirib yaşadığı ünvana aparmışlar. Həmin ünvanda bir neçə polis əməkdaşı onunla birlikdə həyətdə gözləmiş, digər polis əməkdaşları isə yaşadığı mənzilin açarını ondan alaraq mənzilinə daxil olmuşlar. Təxminən on-on beş dəqiqədən sonra polis əməkdaşları mənzili tərk edib onu 16-cı Polis Bölməsinə gətirmişlər və həmin gün bölmədə saxlanılmışdır. Növbəti gün vəkilin iştirakı ilə üstündə axtarış aparılmışdır. Axtarış aparmamışdan əvvəl polis əməkdaşları əynindəki gödəkçənin sol qolunun bilək nahiyəsinə yaxın içəri hissəsinə bir büküm heroin qoyaraq tələb etmişlər ki, videoçəkilişdən istifadə olunmaqla üstündə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitəni çıxarıb onlara təqdim edərək özünə məxsus olduğunu bildirsin. Onların tələbini yerinə yetirmişdir. Üzərində şəxsi axtarış aparıldıqdan sonra polis əməkdaşları özləri ilə bir torba götürərək onu kirayədə yaşadığı ünvana aparmışlar. Mənzildə polis əməkdaşları özlərində olan torbadakı müxtəlif narkotik vasitələri və psixotrop maddələri mənzilin müxtəlif yerlərinə qoyub, tələb etmişlər ki, videoçəkilişdən istifadə olunmaqla mənzildə axtarış aparılan zaman həmin narkotik vasitələri və psixotrop maddələri çıxarıb onlara təqdim etsin. Bu dəfə də onların dediyini etmişdir. 07 mart 2020-ci il tarixdə polis əməkdaşları onu saxlayıb evinə aparan zaman evdə axtarış aparmayaraq həmin mənzilin ünvanını öyrənmişlər. 07 mart 2020-ci il tarixdə polis əməkdaşları kirayədə yaşadığı həmin mənzilə baxış keçirdikdə heç nə tapa bilməmişlər. 08 mart 2020-ci il tarixdə isə təkrarən həmin mənzilə gələrək axtarış aparmışlar. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində yalnız şəxsi istifadəsi üçün bir qram qurudulmuş marixuana olmuşdur. Həmin qurudulmuş marixuananı tutulmamışdan bir müddət əvvəl Əlvan adlı şəxsdən alıb şəxsi istifadəsi üçün üzərində gizləyib saxlamışdır. Polis əməkdaşları həmin narkotik vasitəni aşkar edib götürsələr də, bununla bağlı heç bir rəsmiləşdirmə amparmamışlar. O, Şahid1 narkotik vasitə satmamışdır və sonuncunun üzərindən aşkar olunmuş 0,595 qram heroin ona məxsus deyildir. Azərbaycan dilində tam danışa, başa düşmədiyi üçün, həmçinin tərcüməçi təqdim olunmadığına görə mahiyyətini anlamadan 08 mart 2020-ci il tarixli şəxsi axtarış və götürmə, eləcə də yaşadığı mənzildə axtarış və götürmə aparılmasına dair protokolları imzalamışdır. Polis əməkdaşları onlara əlavə şəxslər təqdim etdiyi təqdirdə onu döyüb-incitməyəcəklərini, buraxacaqlarını bildirmişlər. Buna görə 07 mart 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra elə həmin gün öz istifadəsində olan 055 ***-**-** nömrəli mobil telefonu ilə Azada zəng edərək Bakıxanov qəsəbəsində «Sərham» marketin yanında olan paketi götürüb ona gətirməyi demişdir. Azad həmin paketdə nə olduğunu bilməmiş, sadəcə olaraq onun tanışı olduğu üçün xahişini yerinə yetirmişdir. Həmin paketi 16-cı Polis Bölməsinin əməkdaşları oraya yerləşdirərək Azadın həmin paketi oradan götürə biləcəyini bildirmişlər. Beləliklə Azad sözügedən paketi götürüb onun yaşadığı ünvana gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadələrlə məhkəmə iclasında verdiyi ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar onun ilkin ifadələri elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilir. Belə ki, Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin mart ayında Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən hazırda ünvanını xatırlamadığı fərdi yaşayış evində işləyərkən tanış olmuşlar. Azad həmin evdə rəngsaz, o isə qəlib ustası işləmişdir. Həmin vaxtdan Azadla aralarında dostluq münasibətləri yaranmışdır. 2019-cu ilin mart ayında Azadla tanış olduqdan bir müddət sonra bir neçə dəfə onun asudə vaxtlarında el arasında «nəşə» adlanan narkotik vasitə qurudulmuş marixuananı siqaretə doldurub yandıraraq çəkdiyini görmüş və onda maraq oyandığı üçün qəmqüssədən uzaq olmaqdan ötrü Azada çəkmək üçün ona da «nəşə» təşkil etməsini xahiş etmişdir. Azad bir neçə gün tərəddüd etdikdən sonra həmin ərəfələrdə ona Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində bir çəkimlik qurudulmuş marixuana vermişdir. Qurudulmuş marixuananı siqaretə doldurub yandıraraq çəkmişdir. Beləcə, «nəşə» çəkməyə başlamış və bundan xoşlandığı üçün bir-iki gün sonra Azaddan yenidən çəkmək üçün qurudulmuş marixuana təşkil etməyi xahiş etmişdir. Azad bir qədər düşündükdən sonra çəkmək üçün «nəşə»ni pulla aldığını, 10 (on) manat verəcəyi təqdirdə bir çəkimlik nəşə təşkil edə biləcəyini demişdir. Etiraz etməyib Azada 10 (on) manat pul vermiş və Azad pulu alan kimi cibindən siqaret kağızı bükümündə bir çəkimlik, təxminən 0,3 qram qurudulmuş marixuana çıxarıb ona satmışdır. Həmin marixuananı siqaretə doldurub yandıraraq çəkmişdir. Beləliklə hər dəfə 10 (on) manat verməklə Azaddan bir neçə dəfə qurudulmuş marixuana alıb çəkmişdir. Azadın marixuana satışından yaxşı qazanc əldə etdiyini düşünərək 2020-ci ilin yanvar ayının əvvəllərində belə qərara gəlmişdir ki, Azadla danışıb razılaşaraq marixuana alveri ilə məşğul olub pul qazansın. Bu məqsədlə 2020-ci ilin yanvar ayının əvvəllərində Azadla söhbət əsasında danışıb belə qərara gəlmişlər ki, pul qazanmaq üçün birlikdə «nəşə», yəni qurudulmuş marixuana alveri ilə məşğul olsunlar. Aralarında olan razılaşmaya əsasən Azad onun üçün pul müqabilində bir-iki kiloqram «nəşə», yəni qurudulmuş marixuana təşkil etməli, o isə həmin marixuananı özündə saxlayıb xırda bükümlərdə qablaşdırmaqla satmalı, satışdan əldə olunan qazancın bir qismini Azada verməli imiş. Bu söhbətdən bir neçə gün sonra, yəni 2020-ci ilin yanvar ayının əvvəlləri gecə saatlarında Azad Suraxanı rayonu, Bakıxanov qəsəbəsi ərazisində, hazırda xatırlamadığı ünvanda ona bir ədəd sellofan bağlamanın içərisində ayrı-ayrı bükümlərdə təxminən 400 (dörd yüz) qram «nəşə», yəni qurudulmuş mariuxana verib əvəzində ondan 2.000 (iki min) manat pul istəmişdir. Etiraz etməyərək Azada həmin məbləğdə pul sayıb vermiş, sonuncu pulu cibinə qoyub getmişdir. Bundan sonra içərisində qurudulmuş marixuana olan həmin sellofan torbanı kirayədə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1, ev 8, mənzil 72-yə aparıb orada ailə üzvlərindən gizlincə diqqət çəkməsin deyə ayaqqabı qutusunda, habelə şüşə qablarda qablaşdıraraq mənzildə gizlətmişdir. Arabir gizlincə həmin qurudulmuş marixuanadan götürüb siqaretə dolduraraq yandırıb çəkmiş, həmçinin tanışlarından kimsə «nəşə» çəkmək istədikdə özündə olan elektron tərəzi vasitəsilə çəkib ölçüsünü dəqiqləşdirməklə mənzildə gizlətdiyi marixunanın bir qramını 20 (iyirmi) manatdan hesablayıb tanışlarına satmışdır. 2020-ci ilin fevral ayının əvvəlləri axşam saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində təsadüfən Əlvan adlı şəxslə tanış olmuş, bir qədər söhbətləşdikdən sonra Əlvan pul qazanmaq üçün birlikdə narkotik vasitə satıb qazanc əldə etməyi təklif etmişdir. Əvvəlcə Əlvandan şübhələnib «nəşə» satmasından Əlvanın xəbərdar olduğunu və onu ifşa etmək üçün söhbətə tutduğunu ehtimal edərək qorxub bir neçə dəqiqə konkret cavab verməkdə tərəddüd etmiş, lakin onun şübhəli davranmadığını görüb, inanaraq birlikdə narkotik vasitə satıb qazancı onunla bölməyə razılaşmışdır. Əlvandan onun üçün nə qədər və hansı məbləğ müqabilində narkotik vasitə təşkil edəcəyini soruşduqda Əlvan 2.000 (iki min) manat verəcəyi təqdirdə onun üçün narkomanlar arasında «şüşə» kimi tanınan 10 (on) qrama yaxın metafetamin, bir qramı 18 (on səkkiz) manata olmaqla 160 (yüz altmış) qrama yaxın «kakos»- narkotik vasitə heroin və 50 (əlli) qrama yaxın tiryək təşkil edə biləcəyini demişdir. Əlvan söhbət əsnasında həmçinin həmin narkotik vasitələri ona dəyərindən bir neçə dəfə ucuz qiymətə satdığını söyləyib sonradan satışdan əldə edəcəyi qazancın da bir qismini onunla bölüşməyi tələb etmişdir. Əlvanın təklifi ilə razılaşaraq, növbəti gün axşam saatlarında qabaqcadan razılaşdıqları kimi zəngləşərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində, hazırda xatırlamadığı ünvanda görüşmüşlər və Əlvan bir gün qabaq ona vəd etdiyi narkotik vasitələri bir ədəd sellofan bağlamada ayrıayrı qablaşdırmalarda ona vermişdir. Sellofan torbanı diqqətlə gözdən keçirib Əlvanın vəd etdiyi narkotik vasitələri gətirdiyinə tam əmin olduqdan sonra özü ilə götürdüyü 2.000 (iki min) manat pulu danışdıqları kimi ona vermişdir. Əlvan pulu ahb saydıqdan sonra sağollaşıb ayrılmışlar. Yaşadığı mənzilə gedib Əlvandan aldığı ayrı-ayrı qablarda olan tiryək, metafetamin və heroini ailə üzvlərindən gizlin elektron tərəzidə çəkmiş və narkotik vasitələrin miqdarının həqiqətən də Əlvanın söylədiyi çəkilərə uyğun olduğunu görmüşdür. Narkotik vasitələri çəkdikdən sonra onları mənzildə gizlətmişdir. Növbəti gündən başlayaraq artıq tanışlarına marixuana ilə yanaşı heroin, metafetamin və tiryək də təklif edib satmağa başlamışdır. 2020-ci ilin mart ayının əvvəllərində söhbət əsnasında Azad birlikdə satıb qazanc əldə etmək üçün üç-dörd gün ərzində onun üçün yenidən 2.000 (iki min) manat müqabilində yarım kiloqrama yaxın «nəşə», yəni qurudulmuş marixuana təşkil edə biləcəyini demişdir. Azadla ətraflı danışıb belə razılaşmışlar ki, onun üçün təşkil edəcəyi yarım kiloqrama yaxın həmin marixunanı tədricən satdıqca Azadın da hörmətini edəcəkdir, yəni əldə etdiyi qazancdan Azada da pay verəcəkdir. Azadla aralarında olan bu söhbətdən təxminən bir-iki gün sonra, 06 mart 2020-ci il tarixdə axşam saatlarında tanışı Şahid1 mobil telefonuna zəng edərək öz istifadəsi üçün ondan bir neçə büküm narkotik vasitə heroin almaq istədiyini, lakin uzun müddətdən bəri heroin qəbul etmədiyinə görə ağrılarının şiddətlənməsi səbəbindən Bakıxanov qəsəbəsinə gələ bilməyəcəyini demişdir. Narkoman kimi tanıdığı Mayis əvvəllər də ondan bir neçə dəfə öz istifadəsi üçün bir neçə büküm heroin aldığından etiraz etməyərək Mayisə Nərimanov rayonu «Gənclik» metrostansiyasmın yaxınlığında görüşməyi təklif edərək konkret nə qədər pulunun olduğunu soruşmuşdur. Mayis cavabında cəmi 180 (yüz səksən) manat pulu olduğunu söyləmiş, ona bükümü 20 (iyirmi) manatdan 180 (yüz səksən) manat müqabilində doqquz büküm «kakos», yəni heroin təşkil edə biləcəyini demişdir. Mayis razılaşmış və o, mənzildə gizlətdiyi heroindən elektron tərəzi ilə çəkib doqquz büküm ayıraraq ayrı-ayrı bükümlərdə qablaşdırmaqla cibinə qoyub Mayislə görüşmək üçün mənzili tərk edib, «Gənclik» metrostansiyasına yola düşmüşdür. «Gənclik» metrostansiyasının yaxınlığında Mayisin onu gözlədiyini görüb bir-iki dəqiqə ətrafı diqqətlə müşahidə edərək ətrafda polis əməkdaşlarının olmadığını yəqin etdikdən sonra Mayisə yaxınlaşıb cibindəki ayrı-ayrı bükümlərdə qablaşdırdığı doqquz büküm heroini ona verərək əvəzində 180 (yüz səksən) manat pul alıb cəld oradan uzaqlaşaraq yaşadığı mənzilə qayıtmışdır. 08 mart 2020-ci il tarixdə günorta saatlarında bir qədər gəzişmək qərarına gəlib istəyən olacağı təqdirdə satmaq məqsədi ilə mənzildə gizlətdiyi heroindən elektron tərəzi ilə üç qrama yaxın çəkib ayırmaqla sellofan kağızı kəsiyinə bükərək gödəkçəsinin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsində gizlədib mənzili tərk etmişdir. Mənzili tərk etdikdən təxminən on-on beş dəqiqə sonra yaşadığı evin yaxınlığında olarkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etməklə onu bölməyə dəvət etmişlər. Bu zaman bir anlıq satmaq üçün gödəkçəsinin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsində gizlədib saxladığı narkotik vasitə heroinə görə həbs olunacağını fikirləşib bərk həyəcanlanmış, lakin polis əməkdaşlarının onu diqqətlə müşahidə etdiklərini görüb imkan tapıb həmin narkotik vasitəni kənara ata bilməmiş və etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə bölməyə getmişdir. 16-cı polis bölməsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra həmin vəkilin, habelə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Axtarış zamanı polis əməkdaşları ona üstündə qanunsuz əşya varsa, təqdim etməyi təklif etdikdə əynindəki gödəkçənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsində gizlədib saxladığı içərisində heroin olan bir ədəd sellofan kəsiyindən hazırladığı bükümü çıxarıb polis əməkdaşlarına təqdim edərək «kakos» olduğunu bildirmişdir. Polis əməkdaşları həmin maddəni haradan və nə məqsədlə əldə etdiyini soruşduqda səmimi etiraf edərək həmin narkotik vasitənin bir qramını 18 (on səkkiz) manata olmaqla Əlvan adlı tanışından satış məqsədi ilə alıb əldə edərək üzərində daşıdığını, eləcə də kirayədə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1, ev 8, mənzil 71-də satış məqsədi ilə bir neçə növdə narkotik vasitə saxladığını bildirmişdir. Polis əməkdaşları üstündə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə aparıb protokol tərtib etmişlər və üstündən aşkar olunmuş həmin bir büküm heroini zərfə qoyub qablaşdırmışlar. Protokolu və zərfi imzalamışdır. Şəxsi axtarış və götürmə yekunlaşdıqdan sonra öz təşəbbüsü ilə ərizə yazaraq kirayədə yaşadığı mənzildə axtarış və götürmə aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və vəkilinin müşayiəti ilə kirayədə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1, ev 8, mənzil 71 ünvanına getmişlər. Yaşadığı mənzildə təhqiqatçı tərəfindən ona vəkilinin iştirakı ilə bir daha hüquq və vəzifələri izah olunduqdan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla mənzildə axtarışa başlayaraq ona mənzildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı maddə varsa, təqdim etməyi təklif etmişlər. Etiraz etməyib mənzilin mətbəx otağındakı dolabın siyirmələrində, yataq otağında, eləcə də mətbəx otağındakı soyuducunun arxasında divardakı saxlanc yerində gizləyib saxladığı ayrı-ayrı qablaşdırmalarda olan narkotik vasitələri- heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan, narkomanlar arasında «şüşə» kimi tanınan metafetmini, həmçinin narkotik vasitələri satmaq məqsədi ilə çəkərkən istifadə etdiyi bir ədəd elektron tərəzini çıxarıb stolun üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin narkotik vasitələr barədə ondan soruşduqda təqdim etdiyi şüşə qablarda və ayaqqabı qutusunda olan təxminən 300 (üç yüz) qram çəkidə yaşıl rəngli bitki mənşəli kütlənin marixuana olmasını və həmin marixuana kütləsini öz istifadəsi üçün, habelə satış məqsədi ilə bir müddət əvvəl 2.000 (iki min) manat müqabilində Azad adlı tanışından aldığını etiraf etmişdir. Polis əməkdaşlarının verdikləri suallara cavab olaraq həmçinin təqdim etdiyi bir ədəd plastik qabda iki ədəd sellofan kəsiyi bükümlərində olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin narkomanlar arasında «şüşə» adı ilə tanınan psixotrop maddə metafetamin, bir ədəd şüşə qabın içərisində olan tünd qəhvəyi rəngli qətranabənzər maddənin «qara» kimi tanınan narkotik vasitə tiryək, bir ədəd plastik qabın içərisində açıq-qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddənin «kakos» kimi tanınan narkotik vasitə heroin olmasını və həmin narkotik vasitələri və psixotrop maddəni bir müddət əvvəl 1.800 (min səkkiz yüz) manat müqabilində Əlvan adlı tanışından alıb əldə etdiyini, elektron tərəzini də adətən narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Sonra polis əməkdaşları yaşadığı həmin mənzildə axtarış aparılması ilə əlaqədar sənədləşdirmə aparıb protokol tərtib etmişlər və aşkar olunmuş həmin narkotik vasitələri, psixotrop maddəni, habelə bir ədəd elektron tərəzini qablaşdırmışlar. Protokolu və qablaşdırmaları imzalamışdır. Həmin gün 16-cı Polis Bölməsinə qayıtdıqdan sonra ona məlum olmuşdur ki, 08 mart 2020-ci il tarixdə gecə saatlarında tanışı Mayis həmin bölmənin əməkdaşları tərəfindən Nərimanov rayonu ərazisində şübhəli şəxs qismində saxlanılaraq həmin bölməyə gətirilmiş və üzərində axtarış aparılan zaman 06 mart 2020-ci il tarixdə 180 (yüz səksən) manat müqabilində Mayisə satmış olduğu ayrı-ayrı bükümlərdə olan narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Başa düşmüşdür ki, polis əməkdaşları məhz Mayisi ifşa etdikdən sonra onun izinə düşmüşlər. 09 mart 2020-ci il tarixdə səhər satlarında ona məlum olmuşdur ki, 08 mart 2020-ci il tarixdə axşam 16-cı Polis Bölməsinin əməkdaşları tanışı Azadı da saxlayaraq həmin bölməyə gətirmiş və axtarış zaman Azadın ona satmaq üçün təşkil etdiyi yarım kiloqrama yaxın «nəşə», yəni marixuana ondan aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin əvvəllərindən qurudulmuş marixuananı siqaretə doldurub yandıraraq çəkməklə narkotikdən istifadə etmişdir. Təqsirləndirilən şəxs1 ilə 2019-cu ilin yay aylarında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən el arasında «fəhlə bazarı» kimi tanınan ərazidə birlikdə işləyib çörək pulu qazanmaq üçün işçi axtararkən təsadüfən tanış olmuşdur. Mustafa əslən Gürcüstan Respublikasındandır. Söhbət əsnasında onun qəlib ustası olduğunu və uzun müddətdən bəri Bakı şəhərində müxtəlif inşaat obyektlərinə günəmuzd usta kimi işlədiyini bilmişdir. Öz növbəsində Mustafaya rəngsaz olduğunu söyləyib birlikdə işləməyi təklif etmiş və razılaşaraq birlikdə işləməyə başlamışlar. 2020-ci ilin yanvar ayında Mustafanın dəvəti ilə onun kirayədə yaşadığı mənzilin dəhlizindəki divar üzlüklərini təmannasız dəyişərək yenisi ilə əvəzlədikdən sonra münasibətləri daha da yaxşılaşmış, tez-tez onun evinə gedib-gəlmişdir. 2020-ci ilin fevral ayında növbəti dəfə Mustafanın mənzilində olanda Mustafa ona «nəşə», yəni qurudulmuş marixuana çəkməyi təklif etmiş, o da razılaşmışdır. Bundan başqa, heç vaxt Mustafa ilə birlikdə «nəşə» çəkməmişdir. 08 mart 2020-ci il tarixdə axşam saatlarında kirayədə yaşadığı evdə olan zaman Mustafa özünə məxsus 055 ***-**-** mobil telefon nömrəsindən ona zəng vurub Kərim adlı tanışının onun üçün Bakıxanov qəsəbəsində kirayədə yaşadığı evin yaxınlığında yerləşən «Sərxan» marketin arxa tərəfindəki zibil yeşiklərinin yanına bir ədəd sellofan torbada 400 (dörd yüz) qrama yaxın «nəşə», yəni qurudulmuş marixuana qoyub gizlətdiyini bildirərək içərisinədə «nəşə» olan həmin sellofan torbanı oradan gizlincə götürüb yaşadığı mənzilə apararaq ona çatdırmağı xahiş etmiş, bu işin müqabilində ona nə qədər pul verəcəyini soruşduqda 200 (iki yüz) manat əldə edəcəyini öyrənib, həmin ərəfələrdə yaşadığı evin aylıq kirayə haqqını ödəməkdə çətinlik çəkdiyi üçün pula görə Mustafa ilə razılaşmışdır. Bundan sonra tanımadığı taksi ilə Bakıxanov qəsəbəsinə gələrək «Akkord» inşaat şirkəti tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış evlərinin yaxınlığında taksidən düşmüş və «nəşə»ni götürüb Mustafaya çatdırmaq üçün onun dediyi «Sərxan» marketə tərəf getmişdir. «Sərxan» marketə çatıb ətrafı bir-iki dəqiqə müşahidə edərək ətrafda polis əməkdaşlarının olmadığını yəqin etdikdən sonra marketin arxa tərəfinə keçmiş, bu zaman marketin arxa tərəfindən zibil qutusunun yanında həqiqətən də bir ədəd sellofan torbanın qoyulduğunu görmüşdür. Torbanı götürüb açaraq içərisinə baxdıqda içərisində iki ədəd sellofan paketdə yaşılımtıl rəngli qurudulmuş bitki kütləsi olduğunu görüb onların «nəşə», yəni marixuana olduğunu başa düşmüşdür. Paketlərdən birini açıb özü istifadə etmək üçün bir çimdik marixuana götürərək cibindəki siqaret qutusunun gümüşü kağızına büküb əynindəki cins şalvarının sağ yan cibində gizlətdikdən sonra sellofan torbanı əlində tutaraq cəld Mustafanın yaşadığı evə tərəf getməyə başlamışdır. Mustafanın yaşadığı evin yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim edərək onu həmin bölməyə dəvət etmişlər. Polis əməkdaşları onu diqqətlə müşahidə etdiklərindən imkan tapıb əlindəki sellofan torbada olan narkotik vasitəni kənara ata bilməmiş və etiraz etməyərək polis əməkdaşlarının müşayiəti ilə 16-cı Polis Bölməsinə getmişdir. Bölmədə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə aparılmış axtarış zamanı polis əməkdaşları ona üzərində qanunsuz əşya olduğu halda təqdim etməyi təklif etmişlər. Əlindəki sellofan torbanı polis əməkdaşlarına təqdim edib içərisindəki kütlənin «nəşə», yəni qurudulmuş marixuana olduğunu demiş, bundan başqa əynindəki cins şalvarın sağ yan cibində gizlədib saxladığı gümüşü rəngli kağız bükümdəki marixuananı da vermişdir. Polis əməkdaşları həmin kütləni haradan və nə məqsədlə əldə etdiyini soruşduqda səmimi cavab verərək pul müqabilində tanışı Mustafaya apardığını bildirmişdir. Bundan sonra polis əməkdaşları üstündə axtarış aparılması ilə əlaqədar protokol tərtib etmiş və ondan aşkar olunmuş marixuananı qablaşdırmışlar. Protokolu və zərfi imzalamışdır. Mustafa ilə narkotik vasitə satmaq barədə razılığa gəlməmiş, ona və ya bir başqasına marixuana satmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, təxminən beş ilə yaxındır narkotik vasitə aludəçisidir, 2019-cu ildən şprislə damarına yeritməklə narkotik vasitə- heroin qəbul edir. Əvvəllər heroini Bakı şəhərində «Papanin» adlanan yerdə tanımadığı şəxsdən almış, sonralar isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «AKKORD» binaları adlanan yerdə yaşayan əslən Gürcüstandan olan Təqsirləndirilən şəxs1 almağa başlamışdır. 2020-ci ilin mart ayının 06-sı axşam saatlarında şəxsi istifadəsi üçün Mustafadan həmişə olduğu kimi bir neçə büküm narkotik vasitə heroin almaq üçün aralarında olan telefon danışığa əsasən «Gənclik» metrostansiyasının yaxınlığında görüşmüş və orada Mustafanın təklifi ilə hər biri 20 (iyirmi) manat olmaqla, ümumilikdə 180 (yüz səksən) manat müqabilində doqquz bükümdə narkotik vasitə olan, narkomanlar arasında «kakos» adı ilə tanınan heroin almışdır. Aldığı bükümlər «Kent» markalı siqaret qutusunun içərisində olduğundan görünməsin deyə əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. 07 mart 2020-ci il tarixdə günorta saatlarında evdən çıxıb şəhərə getmiş, gediş-gəliş olmayan kimsəsiz bir yer tapıb bükümlərdən birinin içərisindəki heroini şprislə damarına yeritməklə qəbul etmiş, gecə saatlarınadək həmin ərazidə oturub özünə gəldikdən sonra piyada yaşadığı evə yola düşmüşdür. 08 mart 2020-ci il tarixdə, gecə saat 00:15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanının qarşısından piyada evə getmək istəyərkən polis əməkdaşları ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim edib, onu həmin bölməyə dəvət etmişlər. Həmin vaxt polis əməkdaşlarının onu diqqətlə müşahidə etdiklərini görüb gödəkçəsinin sağ yan cibində olan narkotik vasitə heroini kənara ata bilməmişdir. 16-cı Polis Bölməsində təhqiqatçı tərəfindən ona vəkil təqdim olunmaqla şübhəli şəxs qismində hüquq və vəzifələri izah ediləndən sonra, həmin vəkilin, habelə polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üstündə axtarış aparılmışdır. Bu zaman polis əməkdaşları ona üstündə qanunsuz əşya varsa, təqdim etməyi təklif etmişlər və o, əynindəki gödəkçənin sağ yan cibində gizləyib saxladığı «Kent» markalı siqaret qutusundakı içərisində heroin olan səkkiz ədəd bükümü çıxardıb polis əməkdaşlarına təqdim edərək «kakos» kimi tanınan həmin narkotik vasitələri 06 mart 2020-ci il tarixdə axşam saatlarında «Gənclik» metrostansiyasının yaxınlığında tanışı Mustafadan 180 (yüz səksən) manata aldığını və öz istifadəsi üçün qəbul etmək məqsədi ilə gödəkçəsinin cibində gizlədib saxladığını, digər bir büküm «kakosu» isə artıq istifadə etdiyini bildirmişdir. Üzərində axtarış aparılması ilə əlaqədar sənədləşdirmə aparılaraq protokol tərtib edilmiş və cibindən aşkar olunmuş həmin səkkiz büküm heroin zərfə qoyularaq qablaşdırılmışdır. Həmin protokolu və zərfi imzalamışdır. Mustafadan aldığı narkotikə görə ödədiyi 180 (yüz səksən) manatı bundan bir müddət əvvəl arvadı Kamalədən özünə təzə paltar almaq adı ilə almış, lakin ağrıları şiddətləndiyindən həmin pula özü üçün heroin alıb istifadə etmək qərarına gəlmişdir. Heç vaxt heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Təqsirləndirilən şəxs2 tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 08 mart 2020-ci il tarixdə, gecə saat 00:15 radələrində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə Nərimanov rayonu, Atatürk prospekti, 2A ünvanının qarşısında xidməti vəzifələrini icra edən zaman yaxınlıqdan keçən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edərək şəxsiyyətini müəyyənləşdirmək üçün ona müxtəlif suallar ünvanlamışlar. Həmin şəxs suallara adekvat cavab verməyərək rabitəsiz danışdığından, həmçinin ərazidən uzaqlaşmağa çalışdığından onun narkotik vasitələrin təsiri altında olduğunu ehtimal edib üzərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Şahid1 olması müəyyən edildikdən sonra raportla rəhbərliyə məruzə edilmiş və müdafiə hüququ təmin edilməklə şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, ona dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet varsa, təqdim etməsi təklif olunmuş, o da əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd «Kent» siqaret qutusunda kağız kəsiyindən hazırlanmış səkkiz ədəd büküm çıxarıb təqdim edərək həmin bükümlərdəki maddənin «kakos» adı ilə tanınan heroin olduğunu bildirmişdir. Həmin kağız kəsiyi bükümlərinə baxış keçirilərkən hər birinin içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik, toz şəkilli narkotik vasitə heroinə oxşar maddə aşkar olunmuşdur. Şahid1 narkotik vasitələr qəbul etdiyini, üzərindən aşkar olunmuş heroini «Gənclik» metrostansiyasının yaxınlığında tanışı Təqsirləndirilən şəxs1 qəbul etmək üçün hər biri 20 (iyirmi) manata olmaqla cəmi 180 (yüz səksən) manat müqabilində ümumilikdə doqquz bükümdə aldığını, bükümlərdən birində olan kütləni qəbul etdiyini bildirmişdir. Bundan başqa Şahid1 üzərindən başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. İçərisində narkotik vasitə heroinə oxşar kütlə olan həmin səkkiz ədəd büküm zərfə qoyulub qablaşdırılıb möhürlənərək götürülmüş, tərtib olunmuş protokol və zərfi şəxsi axtarışda iştirak edən hər bir şəxs imzalamışlar. Daha sonra keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 08 mart 2020-ci il tarixdə, saat 13 radələrində Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1, ev 8 ünvanının qarşısında müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq 16-cı Polis Bölməsinə gətirilmiş, vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə varsa, təqdim etməsi təklif olunmuş, o da əynindəki qara rəngli gödəkçənin sağ qolunun bilək nahiyəsinə yaxın içəri hissəsindən sellofan kəsiyindən hazırlanmış bir ədəd büküm çıxardıb təqdim edərək həmin sellofan kəsiyi bükümündəki kütlənin «kakos» adı ilə tanınan heroin olduğunu bildirmişdir. Həmin sellofan kəsiyi bükümünə baxış keçirilərkən içərisində açıq qəhvəyi rəngli, spesifik qoxuya malik toz şəkilli hissəciklərdən ibarət heroinə oxşar maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitənin bir qramını 18 (on səkkiz) manata Əlvan adlı tanışından satış məqsədi ilə alıb, üzərində daşıdığını, həmçinin kirayədə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1, ev 8, mənzil 71-də satış məqsədi ilə bir neçə növdə narkotik vasitə saxladığını bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs1 üzərindən başqa heç bir qanunsuz maddə, yaxud predmet aşkar olunmamışdır. İçərisində narkotik vasitə heroinə oxşar kütlə olan sellofan kəsiyindən hazırlanmış həmin büküm zərfə qoyulub qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protocol və zərfi şəxsi axtarışda iştirak edən hər bir şəxs imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 ərizə yazaraq kirayədə yaşadığı mənzildə axtarış və götürmə aparılmasına heç bir etirazının olmadığını bildirmiş və onun göstərməsinə əsasən kirayədə yaşadığı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 1, ev 8, mənzil 71 ünvanına getmişlər. Həmin mənzildə videoçəkilişdən istifadə olunmaqla axtarış aparılmışdır. Axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs1 mənzildə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya, yaxud predmet varsa, təqdim etməsi təklif olunmuş, o da mənzilin mətbəx otağındakı dolabın birinci siyirməsindən içərisində yaşıl rəngli, spesifik iyə malik bitki mənşəli kütlə olan bir ədəd üzərində yazısı olmayan qapaqlı şüşə qabı, həmin dolabın ikinci siyirməsindən içərisində yaşıl rəngli, spesifik iyə malik bitki mənşəli kütlə olan bir ədəd sarı qapaqlı şüşə bankanı, bir ədəd «MH» markalı elektron tərəzini, içərisində açıq-qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə olan bir ədəd plastik qabı, içərisində tünd qəhvəyi rəngli qətranabənzər maddə olan bir ədəd şüşə qabı, bir ədəd plastik qabda iki ədəd sellofan kəsiyi bükümlərində və həmin qabın içərisində dağılmış halda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələri, yataq otağından içərisində yaşıl rəngli, spesifik iyə malik bitki mənşəli kütlə olan bir ədəd üzərində «Türkoğlu» yazısı əks olunmuş ayaqqabı qutusunu, mətbəx otağındakı soyuducunun arxasından divardakı saxlanc yerindən isə bir ədəd sellofan torbada içərisində yaşıl rəngli, spesifik iyə malik bitki mənşəli kütlə olan iki ədəd üzərində «Bostan» yazısı əks olunmuş şüşə qabı çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs1 yaşıl rəngli bitki mənşəli kütlələrin marixuana olmasını və 300 qram həcmində marixuana kütləsini öz istifadəsi üçün, eyni zamanda satış məqsədi ilə 2.000 (iki min) manat müqabilində Təqsirləndirilən şəxs2 aldığını, bir ədəd plastik qabda iki ədəd sellofan kəsiyi bükümlərində ağ rəngli kristallik hissəciklərdən ibarət maddələrin «şüşə» adı ilə tanınan narkotik vasitə, bir ədəd şüşə qabın içərisində olan tünd qəhvəyi rəngli qətranabənzər maddənin «qara» kimi tanınan narkotik vasitə tiryək, bir ədəd plastik qabın içərisində olan açıq- qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddənin «kakos» kimi tanınan narkotik vasitə olmasını və həmin narkotik vasitələri 1.800 (bir min səkkiz yüz) manat müqabilində Əlvan adlı şəxsdən almaqla əldə etdiyini, elektron tərəzini isə narkotik vasitələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Qeyd olunanlardan başqa mənzildə digər heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. Aşkar olunmuş narkotik vasitələr və maddələr qablaşdırılaraq möhürlənib götürülmüş, bütün bunlar barədə tərtib olunmuş müvafiq protocol və qablaşdırmanın üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 müəyyən edilərək 16-cı Polis Bölməsinə gətirilməsi ilə əlaqədar əməliyyat tədbiri keçirilmiş və o, elə həmin gün saat 21 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilib şübhəli şəxs qismində saxlanılaraq bölməyə gətirilmişdir. Bölmədə Təqsirləndirilən şəxs2 bütün hüquqları təmin olunmaqla və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, bundan əvvəl ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya, yaxud maddə varsa, təqdim etməsi təklif olunmuş, o da əlində tutduğu üzərində «Newyorker» yazısı olan sellofan torbada iki ədəd sellofan paketin içərisində, həmçinin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən çıxardığı bir ədəd gümüşü rəngli kağız bükümdə yaşılımtıl rəngli, spesifik qoxuya malik bitki mənşəli kütlələri, eləcə də əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən çıxardığı bir ədəd «Nokia» markalı mobil telefonu təqdim edib həmin bitki mənşəli kütlələrin narkotik vasitə marixuana olduğunu, marixuananı Təqsirləndirilən şəxs1 çatdırmaq məqsədi ilə tanımadığı şəxsdən aldığını və qeyd olunan narkotik vasitənin müqabilində Mustafanın ona 2.000 (iki min) manat verməli olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən digər heç bir qanunsuz maddə və predmet aşkar olunmamışdır. İçərisində narkotik vasitə marixuanaya oxşar bitki mənşəli kütlə olan iki ədəd sellofan paket, habelə gümüşü rəngli kağız büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənərək götürülmüş, bu barədə tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs2 imza etmişdir. Qeyd etdiyi hər üç əməliyyat tədbirlərində iştirak etmiş və aparılmış sənədləşmələri imzalamışdır. Məhkəmə iclasında dindirilmiş şahidlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməliyyat müvəkkilləri- polis kapitanı Şahid3, polis baş leytenantı Şahid4, polis leytenantı Şahid5 və polis leytenantı Şahid6 Şahid2 ifadəsinə oxşar ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində rəis müavini vəzifəsində işləyir. Hər iki təqsirləndirilən şəxsi tanıyır. Ötən ilin əvvəllərində Şahid1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlama, daşıma maddəsi ilə saxlanılmış, ifadəsində ondan aşkarlanan narkotiki Təqsirləndirilən şəxs1 aldığını bildirmiş və bu məlumat rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat-axtarış tədbiri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mustafa tərəflərindən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində saxlanılmışdır. Mustafanın saat neçədə saxlanıldığını xatırlamır. Mustafa saxlanılanda qolunda nəşə olmuş, nəşəni kənara atmaq istəmiş, əməliyyat müvəkkiləri onun hərəkətlərindən şübhələndikləri üçün buna imkan verməmişlər. Mustafa saxlanılarkən keçirilmiş əməliyyat tədbirində rəis müavini kimi kənardan nəzarət etməklə iştirak etmişdir və buna səlahiyyəti var, çünki, rəis müavini bölmənin keçirdiyi bütün əməliyyat tədbirlərində iştirak edə bilər. Lakin həmin vaxt Mustafanın mənzilinin açarını götürüb əməliyyat qrupundan əvvəl mənzilə daxil olmamışdır. Mustafa onlar tərəfindən saxlanıldığı üçün onu şərləyir. Mustafa üzərində olan narkotik vasitə olan heroini, marixuananı bölmədə özü təqdim edərək, Əlvan, marixuananı isə Azad adlı şəxslərdən aldığını demiş, bundan sonra Azad da həmin gün Mustafanın evinin yaxınlığında saxlanılmış, Əlvan isə yaxın vaxtlarda bölmənin əməkdaşları tərəfindən tutulmuşdur. Mustafa saxlanılarkən üzərində nə qədər pul olduğunu bilmir. Bildiyi qədər Mustafanın narkotik satdığı dostları onun avtomobilindən narkotik və 30.000 manata yaxın pul oğurlamışlar. Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmasında iştirak etməmişdir. İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08.03.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün narkotik vasitələrin qeyri-qanuni satışında şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqi 117-118). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 08.03.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə təmiz çəkisi 2,668 qram narkotik vasitə heroin, yaşadığı ünvan 7 ünvanından isə bir ədəd kağız paketdə iki ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qram, 0,910 qram, qutunun içərisində dağılmış halda təmiz çəkisi 5,749 qram olmaqla, ümumi təmiz çəkiləri 7,557 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, bir ədəd şüşə qabın içərisində təmiz çəkisi 41,594 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, bir ədəd plastik qabda təmiz çəkisi 148,643 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd ədəd üzərində «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda təmiz çəkisi 230,0 qram, iki ədəd üzərində «Bostan» yazısı olan, bir ədəd üzərində yazısı olmayan şüşə qablarda və bir ədəd sarı qapaqlı şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri 60 qram, 45 qram, 35 qram, 18,903 qram olmaqla ümumi təmiz çəkisi 388,903 qram olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, habelə bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür (cild 01, iş vərəqi 126-127; 134-135). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.03.2020-ci il tarixli 6/99 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «... Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs1...» və sözləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,668 qram olan açıq-qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə- heroindir. Heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir; ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpikdir (cild 01, iş vərəqi 150-153). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.03.2020-ci il tarixli 6/100 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində «...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs1...» sözləri olan bir ədəd kağız paketdəki iki ədəd sellofan kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,898 qr., 0,910 qr. və qutunun içərisinə dağılmış halda təmiz çəkisi 5,749 qr. olmaqla ümumi təmiz çəkiləri 7,557 qr. olan ağ rəngli kristallardan ibarət olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metafetamindir, bir ədəd şüşə qabın içərisində təmiz çəkisi 41,954 qr. olan tünd qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, bir ədəd plastik qabda təmiz çəkisi 148,643 qr. olan açıq-qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Bir ədəd zərfdəki elektron tərəzinin səthində narkotik vasitə və psixotrop maddə izləri yoxdur. Metafetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına (Siyahı İ) daxildir. Heroin və tiryək «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ) daxildir; ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpikdir (cild 01, iş vərəqi 156-161). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.03.2020-ci il tarixli 7/31 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1...» yazısı və imzalar olan kağız bağlamadakı 01 (bir) ədəd üzərində «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda təmiz çəkisi - 230,0 qram və üzərində «Şübhəli şəxs Təqsirləndirilən şəxs1...» yazısı və imzalar olan polietilen torbadakı sellofan torbada iki ədəd üzərində «Bostan» yazısı olan, bir ədəd üzərində yazısı olmayan şüşə qablarda və bir ədəd sarı qapaqlı şüşə bankada ayrı-ayrılıqda təmiz çəkiləri: 60 qram, 45 qram, 35 qram, 18,903 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 388,903 qramdır; ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpikdir (cild 01, iş vərəqi 164-166). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin tutma haqqında 08.03.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqi 191-192). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 08.03.2020-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 iki ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri 225,0 qram, 290,0 qram olmaqla ümumi çəkisi 515,413 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür (cild 01, iş vərəqi 199-200). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.03.2020-ci il tarixli 7/32 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Şübhəli şəxs Əliyev.A...» yazıları və imzalar olan kağız paketdəki bir ədəd «gümüşü» rəngli kağız bükümdə təmiz çəkisi- 0,413 qram və üzərində «Şübhəli şəxs Əliyev.A...» yazıları və imzalar olan kağız paketdəki iki ədəd sellofan paketdə ayrı-ayrılıqda təmiz çəkiləri: 225,0 qram; 290,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, ümumi çəkisi- 515,413 qramdır, təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər; ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpikdir (cild 01, iş vərəqi 207-208). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-286/2020 nömrəli 10.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli tutulduğu - 08 mart 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vərəqi 277-280). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-289/2020 nömrəli 10.03.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli tutulduğu - 08 mart 2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 02, iş vərəqi 24-26). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11.03.2020-ci il tarixli protokolundan görünür ki, şəxsi axtarış və götürmə protokoluna əlavə olunmuş diskə keçirilmiş baxış zamanı həmin diskdə 16-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən 08.03.2019-cu il tarixdə, saat 14:45-dən-15:20 radələrinədək bölmədə yerləşən xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş bir ədəd bükümdə narkotik vasitə heroinin qablaşdırılmasına dair videgörüntünün olması müəyyən edilmişdir (cild 02, iş vərəqi 44). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11.03.2020-ci il tarixli protokolundan görünür ki, axtarış və götürmə protokoluna əlavə olunmuş diskə keçirilmiş baxış zamanı həmin diskdə 16-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən 08.03.2019-cu il tarixdə, saat 18:40-dan-19:15 radələrinədək şübhəli şəxs Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı ünvan 1 ünvanında axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və həmin ünvandan aşkar olunmuş içərisində yaşıl rəngli, spesifik iyə malik bitki mənşəli kütlə olan bir ədəd üzərində yazısı olmayan qapaqlı şüşə qab, içərisində yaşıl rəngli, spesifik iyə malik bitki mənşəli kütlə olan bir ədəd sarı qapaqlı şüşə banka, bir ədəd «MH» 25 markalı elektron tərəzi, içərisində açıq-qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddə olan bir ədəd plastik qab, içərisində tünd qəhvəyi rəngli qətranabənzər maddə olan bir ədəd şüşə qab, bir ədəd plastik qabda iki ədəd sellofan kəsiyi bükümlərində və həmin qabın içərisində dağılmış halda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr, içərisində yaşıl rəngli, spesifik iyə malik bitki mənşəli kütlə olan bir ədəd üzərində «Türkoğlu» yazısı əks olunmuş ayaqqabı qutusu, bir ədəd sellofan torbada içərisində yaşıl rəngli, spesifik iyə malik bitki mənşəli kütlə olan iki ədəd üzərində «Bostan» yazısı əks olunmuş şüşə qabın qablaşdırılmasına dair videgörüntünün olması müəyyən edilmişdir (cild 02, iş vərəqi 45). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 11.03.2020-ci il tarixli protokolundan görünür ki, axtarış və götürmə protokoluna əlavə olunmuş diskə keçirilmiş baxış zamanı həmin diskdə 16-cı Polis Bölməsinin təhqiqatçısı tərəfindən 08.03.2019-cu il tarixdə, saat 22:35-dən-23:05 radələrinədək bölmədə yerləşən xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdırılması və sonuncudan aşkar olunmuş bir ədəd gümüşü rəngli kağız bükümdə, habelə iki ədəd sellofan paketdə narkotik vasitə qurudulmuş marixuananın qablaşdırılmasına dair videgörüntünün olması müəyyən edilmişdir (cild 02, iş vərəqi 46). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin tərtib etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar (cild 02, iş vərəqi 92-95). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin 29.04.2020-ci il tarixli 079-2428- 1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələri verən Əlvan adlı şəxsi və Təqsirləndirilən şəxs2 zəng edərək narkotik vasitələri məlum yerdən götürüb Təqsirləndirilən şəxs1 aparmasını həvalə etmiş şəxsi müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, maraq doğuran məlumat əldə etmək mümkün olmamışdır, əməliyyat-axtarış tədbirləri davam etdirilir (cild 02, iş vərəqi 150). İş materiallarındakı «xxxx» MMC-nin BKC/LGL-6319/20 nömrəli 30.04.2020-ci il tarixli məktubundan görünür ki, Şahid1 məxsus 055 ***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus 055 ***-**-** mobil telefon nömrəsi arasında «xxxx» şəbəkəsində 06.03.2020-ci il tarixdə «Bakı şəhəri, Nərimanov rayonu, X19, ev 82» anten dairəsi üzrə saat 01:35:45-də 38 saniyə, saat 02:18:15-də 8 saniyə, saat 22:32:58-də isə 41 saniyə danışıq qeydə ahnması müəyyən edilmişdir. 01.01.2020-ci il tarixdən 07.03.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 məxsus 055 ***-**-** mobil telefon nömrəsi ilə digər Təqsirləndirilən şəxs2 məxsus 070 ***-**-** telefon nömrəsi arasında «xxxx» şəbəkəsində Bakı şəhəri üzrə müxtəlif ərazilərdə yerləşən anten dairələrində qarşılıqlı olaraq mütəmadi şəkildə- ümumilikdə 321 (üç yüz iyirmi bir) dəfə rabitə əlaqəsi saxlanılmaqla danışıq aparılması müəyyən edilmişdir (cild 02, iş vərəqi 155- 219). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.04.2020-ci il tarixli 7/55 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər; ekspertiza tədqiqatının dəyəri 69 (altmış doqquz) manat 82 (səksən iki) qəpikdir (cild 02, iş vərəqi 223-224). İş materiallarındakı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.04.2020-ci il tarixli 06/169 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş AR ƏN MEM-nin «Tədqiqat Obyekti N266» və «Tədqiqat Obyekti N°67» ştamp əksləri olan paketlərdəki:- Şahid1 götürülmüş səkkiz ədəd bükümdə olan narkotik vasitə heroinlər (08.03.2020-ci tarixli 6/97 saylı ekspert rəyi) vət. Təqsirləndirilən şəxs1 götürülmüş heroinlərlə (08.03.2020-ci il tarixli 6/99 və 6/100 saylı ekspert rəyləri) xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə müxtəlifdirlər; Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasitə heroinlər (08.03.2020-ci il tarixli 6/99 və 08.03.2020-ci il tarixli 9/100 saylı ekspert rəyləri) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; Təqsirləndirilən şəxs1 götürülmüş üç ədəd bükümdə olan psixotrop maddə metafetaminlər (08.03.2020-ci il tarixli 9/100 saylı ekspert rəyi) xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər; ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manatdır (cild 02, iş vərəqi 229-232). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkloji Mərkəzi» Publik X15 X1 10.04.2020-ci il tarixli 944 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vərəqi 241-242). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkloji Mərkəzi» Publik X15 X1 10.04.2020-ci il tarixli 955 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarından istifadə etmə halları olmuşdur, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vərəqi 246-247). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X15 Məhkəmə Psixiatrik Ekspertizasının 03.04.2020-ci il tarixli 667 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır, həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 02, iş vərəqi 258-259). İş materiallarındakı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X15 Məhkəmə Psixiatrik Ekspertizasının 03.04.2020-ci il tarixli 661 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, hadisədən əvvəl və hazırda ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır, həmin dövrdə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur, buna görə də törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür (cild 02, iş vərəqi 264-265). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 13.05.2020-ci il və 04.01.2021-ci il tarixli qərarlarından görünür ki, Şahid1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış «Kent» siqaret qutusunda səkkiz ədəd bükümdə ümumi təmiz çəkisi 0,465 qram narkotik vasitə heroin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəkisi 2,598 qram heroin, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd plastik qabda təmiz çəkisi 148,573 qram heroin, iki ədəd sellofan kəsiyi bükümündə və qutuda ümumi təmiz çəkisi 7,407 qram metafetamin, bir ədəd şüşə qabda təmiz çəkisi 41,904 qram tiryək, bir ədəd üzərində «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda, iki ədəd üzərində «Bostan» yazısı olan, bir ədəd üzərində yazısı olmayan şüşə qablarda və bir ədəd sarı qapaqlı şüşə bankada olmaqla ümumi təmiz çəkisi 388,553 qram qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd gümüşü rəngli kağız bükümdə, iki ədəd sellofan paketdə olmaqla ümumi təmiz çəkisi 515,203 qram qurudulmuş marixuana maddi sübut hesab edilərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində saxlanışa verilmişdir (cild 02, iş vərəqi 269-287; cild 05, iş vərəqi 59-89). İş materiallarındakı doğum haqqında şəhadətnamələrin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs2 29.08.2014-cü il təvəllüdlü Amin və 24.06.2017-ci il tarixdə dünyaya gəlmiş Nisə adlı iki azyaşlı uşağı var (cild 03, iş vərəqi 14-15). İş materiallarındakı «xxxx» MMC-nin AZF/LGL-5270/20 nömrəli 29.06.2020-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məxsus 070 ***-**- ** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus 070 854-46-49, 077 ***-**-** mobil telefon nömrələri arasında sonuncu dəfə 07.03.2020-ci il tarixdə, saat 23:04:34-dən etibarən 16 saniyə olmaqla; 01.01.2020-ci il tarixdən 07.03.2020-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 məxsus 070 ***-**-** telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus 055 ***-**-** mobil telefon nömrəsi arasında «xxxx» şəbəkəsində Bakı şəhəri üzrə müxtəlif ərazilərdə yerləşən anten dairələrində qarşılıqlı olaraq mütəmadi şəkildə- ümumilikdə 261 (iki yüz altmış bir) dəfə; habelə Təqsirləndirilən şəxs1 məxsus 070 ***-**-** mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs2 məxsus 070 ***-**-** mobil telefon nömrəsi arasında «xxxx» şəbəkəsində Bakı şəhəri üzrə «Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi» anten dairəsində 06.03.2020-ci il tarixdə, saat 21:04:11-dən etibarən 52 saniyə rabitə əlaqəsi saxlanılmaqla danışıq aparılması müəyyən edilmişdir (cild 03. İş vərəqi 83-110). İş materiallarındakı Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 1/134 nömrəli 09.07.2020-ci il tarixli məktubundan görünür ki, Əliyev X14 qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi, 11 saylı ünvanda qeydiyyatda olduğu müddətdə onun barəsində qəsəbə nümayəndəliyinə şikayət daxil olmamışdır (cild 03, iş vərəqi 113). İş materiallarındakı doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs1 26.03.2018-ci il təvəllüdlü Ruslan adlı azyaşlı uşağı var (cild 03, iş vərəqi 136). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi İstintaq Şöbəsinin 26.07.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir (cild 03, iş vərəqi 171-177). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin sübutların qiymətləndirilməsi haqqında 27.07.2020-ci il və 04.01.2021-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə prosesini, habelə sonuncunun yaşadığı ünvan 7-də axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu üç ədəd disk; Təqsirləndirilən şəxs2 məxsus 070 987-78-88 və Təqsirləndirilən şəxs1 məxsus 070 854-46-49; 077 ***-**-** mobil telefon nömrələri ilə ötürülən məlumatlara dair «xxxx» MMC-dən daxil olmuş 29.06.2020-ci il tarixli AZF/LGL-5270/20 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD formatlı disk, Şahid1 məxsus 055 483-03-63; Təqsirləndirilən şəxs1 məxsus 055 ***-**-** mobil telefon nömrəsi ilə ötürülən məlumatlara dair «xxxx» MMC-dən daxil olmuş 30.04.2020-ci il tarixli BKC/LGL-6319/20 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD formatlı disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 03, iş vərəqi 178-207; cild 05, iş vərəqi 59-89). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 28.07.2020-ci il tarixli qərarından görünür ki, cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmadığından və xarakterinə görə ayrıca baxılması mümkün olduğundan, cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan «Əlvan» adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli başqa cinayət işi ayrıca icraata ayrılmışdır (cild 03, iş vərəqi 211-215). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 28.07.2020-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 03, iş vərəqi 231-233; 252-253). İş materiallarındakı Azərbaycan Respublikası Prokurorluğu Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun 10.08.2020-ci il tarixli ********* nömrəli məktubu ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4,2, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 04, iş vərəqi 01). İş materiallarındakı Bakı Ağır Cinayətlər Məhkəməsinin 06.10.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə hazırlıq iclasında ibtidai istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqlarının pozularaq mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilməsi müəyyən edildiyindən Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır (cild 04, iş vərəqi 53-55). İş materiallarındakı 23.11.2020-ci il tarixli 078-28580 nömrəli məktub və X16 Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin 30.11.2020-ci il tarixli MİA 7 20 02784261 nömrəli arayışından görünür ki, Bolnisi bələdiyyəsinin Naxiduri kənd ictimai məktəbindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs1 (xx.xx.1977-ci il təvəllüdlü, ş/n **********0) həmin orta məktəbi 1994-cü ildə bitirmiş və orta məktəbdə azərbaycan dilində təhsil almışdır (cild 04, iş vərəqi 145; 217). İş materiallarındakı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-218/2020 nömrəli 06.08.2020-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, saxlanılarkən üzərindən aşkar olunaraq götürülüb, maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış «Kent» siqaret qutusunda səkkiz ədəd bükümdə ümumi təmiz çəkisi 0,465 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır (cild 04, iş vərəqi 219-222). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 29.12.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (cild 05, iş vərəqi 36-38). İş materiallarındakı dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi haqqının ödənilməsinə dair hesabatdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı hüquqları Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 80 iş saatı; Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqları Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 70 iş saatı müddətində müdafiə olunmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri, əməllərində cinayət tərkibinin olması, bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onların əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ittiham olunduğu maddəllər üzrə özünü təqsirli bilməməsi, Təqsirləndirilən şəxs2 isə qismən təqsirli bilməsinə dair verdikləri ifadələrə tənqidi yanaşaraq hesab edir ki, onların göstərdikləri işin faktiki hallarına uyğun deyildir, digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onların bu ifadələrini özünü müdafiə xarakteri daşıyıb, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdən ifadələr kimi qiymətləndirir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasıtələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri cinayət əməllərini törətmələri məhkəmə istintaqında hərtərəfli araşdırılmış, Təqsirləndirilən şəxs1 ilkin izahat və ifadələri, Təqsirləndirilən şəxs2 özünü qismən təqsirli bilməsi barədə, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutların mövcudluğu və iş üzrə digər mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və onlar törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2, 58.3-cü maddələrinə və «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı Qərarının 13-cü bəndinə əsaslanaraq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində bir azyaşlı uşağın olmasıdır. Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülmədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağın olması və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Cinayət işi üzrə verilmiş ekspertiza rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, lakin ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 15.4 və 56.1.2-ci maddələrini əsas tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduqları üçün onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07.03.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Bu mənada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə münasibətdə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlakları müəyyən edilmədiyindən barələrində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəkisi 2,598 qram heroin, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd plastik qabda təmiz çəkisi 148,573 qram heroin, iki ədəd sellofan kəsiyi bükümündə və qutuda ümumi təmiz çəkisi 7,407 qram metafetamin, bir ədəd şüşə qabda təmiz çəkisi 41,904 qram tiryək, bir ədəd üzərində «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda, iki ədəd üzərində «Bostan» yazısı olan, bir ədəd üzərində yazısı olmayan şüşə qablarda və bir ədəd sarı qapaqlı şüşə bankada olmaqla ümumi təmiz çəkisi 388,553 qram qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd gümüşü rəngli kağız bükümdə, iki ədəd sellofan paketdə olmaqla ümumi təmiz çəkisi 515,203 qram qurudulmuş marixuana məhv edilməli; Şahid1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış «Kent» siqaret qutusunda səkkiz ədəd bükümdə ümumi təmiz çəkisi 0,465 qram narkotik vasitə heroinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin onun barəsində olan 1(005)-218/2020 nömrəli 06.08.2020-ci il tarixli hökmü ilə məhv edilməli olması nəzərə alınmalı; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə prosesini, habelə sonuncunun yaşadığı ünvan 7-də axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu üç ədəd disk; Təqsirləndirilən şəxs2 məxsus 070 987-78- 88 və Təqsirləndirilən şəxs1 məxsus 070 854-46-49; 077 ***-**-** mobil telefon nömrələri ilə ötürülən məlumatlara dair «xxxx» MMC-dən daxil olmuş 29.06.2020-ci il tarixli AZF/LGL-5270/20 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD formatlı disk, Şahid1 məxsus 055 483-03-63; Təqsirləndirilən şəxs1 məxsus 055 ***-**-** mobil telefon nömrəsi ilə ötürülən məlumatlara dair «xxxx» MMC-dən daxil olmuş 30.04.2020-ci il tarixli BKC/LGL-6319/20 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır (cild 03, iş vərəqi 178-207; cild 05, iş vərəqi 59-89). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 487 (dörd yüz səksən yeddi) manat 10 (on) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 243 (iki yüz qırx üç) manat 55 (əlli beş) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 nömrəli Qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 06 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci və 193.4-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə 480 (dörd yüz səksən) manat; Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X10ün vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə 420 (dörd yüz iyirmi) manat pul köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının 18-ci bəndində göstərilir ki, müttəhimə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablanması məsələsi heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa müttəhimin şübhəli şəxs qismində saxlandığı, onun təhqiqat ibtidai istintaq dövründə, yaxud məhkəmənin qərardadı əsasında məhkəmə-tibb müəssisələrində müayinədə olduğu müddət, həmçinin hərbi qulluqçunun, daxili işlər nazirliyi əməkdaşının həmin işlə əlaqədar intizam qaydasında qauptvaxtda saxlandığı müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.03.2006-cı il tarixli 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27.12.1996-cı il tarixli 4 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikası CPM-nin 158.2ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulduqları- 08 mart 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193, 344- 347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz il) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 08 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə 480 (dörd yüz səksən) manat; Təqsirləndirilən şəxs2 məhkəmədə göstərilən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X10ün vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun nəfinə 420 (dörd yüz iyirmi) manat pul köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 487 (dörd yüz səksən yeddi) manat 10 (on) qəpik məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 243 (iki yüz qırx üç) manat 55 (əlli beş) qəpik tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd bükümdə təmiz çəkisi 2,598 qram heroin, Təqsirləndirilən şəxs1 yaşadığı mənzildən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd plastik qabda təmiz çəkisi 148,573 qram heroin, iki ədəd sellofan kəsiyi bükümündə və qutuda ümumi təmiz çəkisi 7,407 qram metafetamin, bir ədəd şüşə qabda təmiz çəkisi 41,904 qram tiryək, bir ədəd üzərində «Türkoğlu» yazısı olan ayaqqabı qutusunda, iki ədəd üzərində «Bostan» yazısı olan, bir ədəd üzərində yazısı olmayan şüşə qablarda və bir ədəd sarı qapaqlı şüşə bankada olmaqla ümumi təmiz çəkisi 388,553 qram qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış bir ədəd gümüşü rəngli kağız bükümdə, iki ədəd sellofan paketdə olmaqla ümumi təmiz çəkisi 515,203 qram qurudulmuş marixuana məhv edilsin; Şahid1 aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış «Kent» siqaret qutusunda səkkiz ədəd bükümdə ümumi təmiz çəkisi 0,465 qram narkotik vasitə heroinin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin onun barəsində olan 1(005)- 218/2020 nömrəli 06.08.2020-ci il tarixli hökmü ilə məhv edilməli olması nəzərə alınsın; Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə prosesini, habelə sonuncunun yaşadığı ünvan 7-də axtarış və götürmə prosesini əks etdirən videogörüntülərin olduğu üç ədəd disk; Təqsirləndirilən şəxs2 məxsus 070 987-78- 88 və Təqsirləndirilən şəxs1 məxsus 070 854-46-49; 077 ***-**-** mobil telefon nömrələri ilə ötürülən məlumatlara dair «xxxx» MMC-dən daxil olmuş 29.06.2020-ci il tarixli AZF/LGL-5270/20 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD formatlı disk, Şahid1 məxsus 055 483-03-63; Təqsirləndirilən şəxs1 məxsus 055 ***-**-** mobil telefon nömrəsi ilə ötürülən məlumatlara dair «xxxx» MMC-dən daxil olmuş 30.04.2020-ci il tarixli BKC/LGL-6319/20 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azər oğluna hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-723/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-723/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver