Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-723/2022 28.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 16:40-da Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Ağdam rayonunun Sofulu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olan, ünvan 9-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə xx xxxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, döngə 9, ev 27-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsi, döngə 4, ev 27-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz əldə edib, ünvan 1 ünvanında yerləşən kirayədə yaşadığı evə daşıyaraq orada saxladığı ümumi təmiz çəkisi 94,857 qram olan külli miqdarda narkotik vasitə heroindən və ümumi təmiz çəkisi 0,343 qram psixotrop maddə metamfetamindən sonuncunun ayrı-ayrı hissələrə ayırmaqla aralarındakı razılaşmaya görə Sumqayıt şəhəri və yaxın ətrafda olan adlarını deyəcəyi şəxslərə satıb müştərək gəlir götürmək üçün ona verdiyi 3 büküm ümumi təmiz çəkisi 53,166 qram külli miqdarda narkotik vasitə heroini, 1 büküm ümumi təmiz çəkisi 0,137 qram psixotrop maddə metamfetamini 10 iyul 2021-ci il tarixdə, saat 23 radələrində ünvan 1 ünvanındakı evin qarşısında Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Sumqayıt şəhərinə daşımış, 11 iyul 2021ci il tarixdə, saat 11:45 radələrində, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,137 qram psixotrop maddə metamfetamin və 1(bir) ədəd sellofan bükülünün içərisində 3(üç) ədəd bükümdə qablaşdırılmış külli miqdarda, ümumi təmiz çəkisi 53,166 qram narkotik vasitə heroin aşkar edilib götürülmüş və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair mötəbər mənbədən əldə edilmiş, habelə Təqsirləndirilən şəxs1 səmimi etirafı ilə təsdiqlənmiş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər polis idarəsinin cinayətaxtarış şöbəsinin əməkdaşları tərəfindən ifşa edilərək həmin tarixdə, saat 14:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə saxladığı 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,990 qram və 0,155 qram ümumi təmiz çəkisi 1,145 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram, 0,040 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,206 qram pisxotrop maddə metamfetamin onun üzərindən aşkar edilərək götürülmüş, 0,137 qram habelə Təqsirləndirilən şəxs1 aşkar edilmiş psixotrop maddə metamfetaminlə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 1(bir) ədəd elektron tərəzi habelə yaşadığı ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə baxış keçirilərkən otaqda yerləşən dolabda satış məqsədi ilə üzərinə “Shokki Mokki” sözləri yazılmış plastik qabın içərisində saxladığı 1 (bir) ədəd sellofan şəffaf rəngli sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 40,636 qram olan qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş heroinlə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq döyüş sursatı olan 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (PM), “PA-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı patron əldə edib ünvan 1 ünvanında yerləşən kirayədə yaşadığı evə daşıyaraq, orada saxlamış və narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair mötəbər mənbədən əldə edilmiş məlumat əsasında 11 iyul 2021-ci il tarixdə, Sumqayıt şəhər polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə baxış keçirilərkən otaqda yerləşən dolabda üzərinə “Shokki Mokki” sözləri yazılmış plastik qabın içərisində saxladığı 01 (bir) ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (PM), “PA-63”, “P64”, “RK59”,“P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstuksiyalı avtomatik tapançalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, istifadəyə (atəşə) yararlı patron aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, saxlanması və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşib istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 94,857 qram olan külli miqdarda narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,343 qram psixotrop maddə metamfetamini əldə edib, ünvan 1 ünvanında yerləşən kirayədə yaşadığı evə daşıyaraq, saxlayıb satış üçün ayrı-ayrı hissələrə ayırmaqla aralarındakı razılaşmaya görə Sumqayıt şəhəri və yaxın ətrafda olan adlarını deyəcəyi şəxslərə satıb müştərək gəlir götürmək üçün 10 iyul 2021-ci il tarixdə, saat 23 radələrində həmin narkotik vasitə və psixotrop maddədən 3 büküm ümumi təmiz çəkisi 53,166 qram külli miqdarda narkotik vasitə heroini, 1 büküm ümumi təmiz çəkisi 0,137 qram psixotrop maddə metamfetamini ünvan 1 ünvanındakı evin qarşısında qrupun üzvü Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə həmin narkotik vasitəni və psixotrop maddəni üzərində saxlayaraq Sumqayıt şəhərinə daşımış,11 iyul 2021-ci il tarixdə, saat 11:45 radələrində, Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlanılaraq polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə saxladığı 1(bir) ədəd bükümdə, təmiz çəkisi 0,137 qram psixotrop maddə metamfetamin və 1(bir) ədəd sellofan bükülünün içərisində 3(üç) ədəd bükümdə qablaşdırılmış külli miqdarda, ümumi təmiz çəkisi 53,166 qram narkotik vasitə heroin aşkar edilib götürülmüş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair mötəbər mənbədən əldə edilmiş, habelə Təqsirləndirilən şəxs1 səmimi etirafı ilə təsdiqlənmiş məlumat əsasında əməliyyataxtarış tədbirlərinin davamı olaraq, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər polis idarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları tərəfindən ifşa edilərək həmin tarixdə, saat 14:25 radələrində Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi ilə saxladığı 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,990 qram və 0,155 qram ümumi təmiz çəkisi 1,145 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,095 qram, 0,040 qram, 0,071 qram, ümumi təmiz çəkisi 0,206 qram psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 1(bir) ədəd elektron tərəzi, habelə yaşadığı ünvan 2 ünvanında yerləşən bir otaqlı fərdi yaşayış evinə baxış keçirilərkən otaqda yerləşən dolabda satış məqsədi ilə üzərinə “Shokki Mokki” sözləri yazılmış plastik qabın içərisində saxladığı 1 (bir) ədəd sellofan şəffaf rəngli sellofan bükümdə qablaşdırılmış təmiz çəkisi 40,636 qram olan qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə üzərindən aşkar edilmiş heroinlə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, rəsmi olaraq heç yerdə işləməmişdir. Fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, 11 iyul gecə saat 1-2 radələrində Sumqayıt şəhərində “Sevgilim” şadlıq sarayının yanında dörd yoldan müştərini gedib götürən zaman sonuncunun qeyd edilən ünvanda olmadığını görmüşdür. Bu zaman qarşıdan qaça-qaça maşına tərəf bir nəfər yaxınlaşmış və maşının sağ yan pəncərəsini yumruqlamağa başlamışdır. Qarşıdan “Priora”, arxadan “Chevrolet Niva” markalı, soldan isə markasını xatırlamadığı avtomobillər onun yolunu kəsmiş, şəxslərdən birinin polis formasında olduğunu görüb qapını açmışdır. Polis əməkdaşları tərəfindən zor tətbiq edilərək onların maşınına əyləşdirilmiş və 1-ci Polis bölməsinə gətirilmişdir. Bölmənin həyətində təxminən 10-12 nəfər polis əməkdaşı onu döyərək israrla onda olan malı, yəni narkotik vasitələri onlara təqdim etməsini tələb etmişlər. Təqsirləndirilən şəxs1 onda narkotik vasitə olmadığını bildirməsinə baxmayaraq, onun üzərində və maşınında axtarış keçirmişlər. Heç bir şey tapa bilməyən polis əməkdaşları onu xidməti otağa gətirərək yenidən ona zor tətbiq etmişlər. Sonradan həmin otağa müştəri kimi götürməli olduğu şəxsi gətirmiş, səhəri gün iki nəfər əməkdaş əllərində iki sellofan bükümdə, bir ədəd xırda bükümdə narkotiki göstərib onun maşınından çıxdığını qeyd etmişlər. Onu Sumqayıt Baş Polis İdarəsinə gətirdikləri zaman Xaləddini orada görmüşdür. Ona dövlət hesabına müdafiəçi təyin olunsa da, həmin müdafiəçisinin yanında olmadığı zamanlarda polis əməkdaşları ona qarşı zor tətbiq etmişlər. İfadə verən zaman Xaləddinin adını ümumiyyətlə çəkməmiş, lakin, ona yazılıb verilmiş ifadəyə imza etməyə məcbur qalmışdır. O, narkotik vasitə istifadəçisidir, saxlanılan zaman üzərində yalnız kiçik bir bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə olmuş, polis əməkdaşlarının onun avtomobilindən aşkar edilməsini bildirdikləri narkotik vasitədən və psixotrop maddədən ümumiyyətlə məlumatı olmamışdır. Maşınında şəxsi əşyaları o cümlədən qızıl saatı olmuş, həmin əşyalar maşınından götürülmüş və ona geri qaytarılmamışdır. Ona qarşı irəli sürülmüş ittihamda avtomobildə deyil, küçədə piyada hərəkətdə olduğu zaman saxlanılması qeyd edilsə də, o, bir dəfə də olsun Sumqayıtda piyada hərəkət etməmiş, o cümlədən, polis əməkdaşları da ona piyada hərəkətdə olarkən yaxınlaşmamışlar. Təqsirləndirilən şəxs2 isə təxminən 2 il əvvəl, birlikdə Bakı şəhəri, Qara Qayevdə taksi dayanacağında taksi fəaliyyəti ilə məşğul olarkən tanımış və aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Heç bir zaman narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, həmçinin, Xaləddinlə aralarında heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə hər hansı söhbət, sövdələşmə olmamışdır. Qeyd edilənləri və Ağdam rayonundan məcburi köçkün olmasını, eyni zamanda səhhətində problemlər olmasını, bir gözünün şikəst olmasını nəzərə alaraq, onun barəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair ittiham üzrə cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5nında ailə üzvləri ilə birlikdə kirayədə yaşamış, rəsmi olaraq heç yerdə işləməmişdir. Taksi fəaliyyəti və zibilliklərdə kapron və dəmir mallar yığıb satmaqla özünü və ailəsini dolandırmışdır. Təxminən 2-3 il əvvəl narkotik vasitə heroindən çəkməklə istifadə etmişdir. Təqsirləndirilən şəxs1 təxminən 2 il əvvəl Bakı şəhəri, Qara Qarayevdə taksi fəaliyyəti ilə məşğul olarkən tanımış, sonuncu da taksi fəaliyyəti ilə məşğul olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 ondan kirayə yaşamağa ev tapmasını xahiş etmiş, o isə lazımi köməkliyi ona göstərmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 kirayə qaldığı evin aylıq ödənişini ödəyə bilmədiyindən həmin evi boşaltmışdır. O, təxminən saat 14 radələrində sözügedən kirayə mənzildə olarkən polis əməkdaşları qəflətən evə daxil olmuş, ona zor tətbiq etməklə evdən çıxarmış və onu polis bölməsinə aparmışlar. Sonra yenidən evə daxil olmuş, evdən narkotik vasitələrin və psixotrop maddələrin aşkar edildiyini bildirərək, ona zor tətbiq edərək göstərilən narkotik vasitələirin ona aid olmasını etiraf etməsini tələb etmişlər. O, 12-13 nəfər polis əməkdaşı tərəfindən göstərilən təzyiqə dözməyərək narkotik vasitələrin ona aid olmasını boynuna almışdır. Qeyd edilən narkotik vasilərin həmin evdə olubolmaması barədə əvvəlcədən bilməmiş, polis əməkdaşları tərəfindən ona təqdim olunan qırmızı qabı öncədən görmədiyindən bu barədə məlumatı olmamışdır. Ümumiyyətlə o, heç vaxtı narkotik vasitədən istifadə etməmiş, narkotik vasitənin satışı ilə məşğul olmamış, evdən aşkar edilən patronu isə zibillikdən tapıp saxlamış, onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ifadəsində göstərdi ki, o, Sumqayıt Şəhər Polis idarəsinin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, rütbəsi polis leytenantıdır. 11.07.2021-ci il tarixdə Elçin və Xaləddin adlı şəxslərin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə bir sıra əməliyyat məlumatları daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nın kiçik inspektoru, polis serjantı Şahid1, polis sahə rəisi, polis baş leytenantı Şahid3 və KTB-nin inspektor-kriminalisti, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil etmişlər. 11.07.2021-cu il tarixdə, saat 11:45-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlayıb onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O da heç bir müqavimət göstərmədən onlarla Sumqayıt ŞPİ-nin 1-cü PB-nə getmiş, həmin bölmədə xidməti otaqların birində Elçinə hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Bundan sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş və o, bildirişlə tanış olmuşdur. Sonra təhqiqatçı Pərvin Allahverdiyev müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, o da etiraz etməmiş və həmin vaxtı Şahid4 tərəfindən videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış 02 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim etmişdir. Həmin bükümlərdən biri təhqiqatçı tərəfindən açılmış, həmin sellofan bükümün içərisində 02 ədəd şəffaf sellofan bükümlərinin, həmin bükümlərin birinin 02 ədəd şəffaf rəngli sellofana, digərinin isə 01 ədəd şəffaf rəngli sellofana büküldüyü müəyyən edilmişdir. Aşkar edilmiş bükümlərin birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, digər şəffaf rəngli sellofanda ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddələrin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirməsi soruşulmuşdur. Həmin vaxtı Elçin ondan aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli maddənin isə narkotik vasitə olan şüşə olduğunu bildirmişdir. O, həmin maddələri Bakı şəhəri, Sabunçu ərazisində Xaləddin adlı şəxsdən Sumqayıt şəhərində olan tanımadığı şəxsə çatdırması üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı Pərvin Allahverdiyev tərəfindən şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Elçinin üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin şəffaf rəngli sellofan paket ilə birlikdə 47,26 qram, 2,90 qram, 3,14 qram ümumi çəkisinin 53,30 qram olduğu, aşkar olunmuş digər ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən bükümdəki çəkisinin şəffaf sellofan paket ilə birlikdə 0,18 qram olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılmış və DİNnin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni aldığı Xaləddin adlı şəxsin şəxsiyyəti müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 oğlu Sumqayıt ŞPİ-nin CAŞ-ın keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış, üzərinə və evinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin maddələri Bakı şəhəri, Sabunçu ərazisində Xaləddin adlı şəxsdən Sumqayıt şəhərində olan tanımadığı şəxsə çatdırması üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara bir neçə dəfə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin kiçik inspektoru Şahid1 da Şahid7 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin inspektor-kriminalisti, polis kapitanı Şahid4 ifadəsində göstərdi ki, 11.07.2021-ci il tarixdə Elçin və Xaləddin adlı şəxslərin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə bir sıra əməliyyat məlumatları daxil olmuşdur. Əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə ondan, Sumqayıt ŞPİ-nin 1-ci PB-nın kiçik inspektoru, polis serjantı Şahid1, polis sahə rəisi, əməliyyat müvəkkili, polis leytenantı Şahid7 ibarət əməliyyat qrupu təşkil edilmişdir. 11.07.2021-cu il tarixdə, saat 11:45-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlayıb Sumqayıt ŞPİnin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 da heç bir müqavimət göstərmədən onlarla Sumqayıt ŞPİ-nin 1-cü PB-nə getmişdir. Həmin bölmədə xidməti otaqların birində Elçinə hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Bundan sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş və o, bildirişlə tanış olmuşdur. Həmin vaxt təhqiqatçı Pərvin Allahverdiyev müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, o, etiraz etməmiş və həmin vaxtı Şahid4 tərəfindən videoçəkiliş də aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim etmişdir. Həmin bükümlərdən biri təhqiqatçı tərəfindən açılmış, həmin sellofan bükümün içərisində 02 ədəd şəffaf sellofan bükümlərinin, həmin bükümlərinin birinin 02 ədəd şəffaf rəngli sellofana, digərinin isə 01 ədəd şəffaf rəngli sellofana büküldüyü müəyyən edilmişdir. Aşkar edilmiş bükümlərin birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, digər şəffaf rəngli sellofanda ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddələrin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirməsi soruşulmuşdur. Elçin ondan aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli maddənin isə narkotik vasitə olan şüşə olduğunu, həmin maddələri Bakı şəhəri, Sabunçu ərazisində Xaləddin adlı şəxsdən Sumqayıt şəhərində olan tanımadığı şəxsə çatdırması üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı Pərvin Allahverdiyev tərəfindən şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Elçinin üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin şəffaf rəngli sellofan paket ilə birlikdə 47,26 qram, 2,90 qram, 3,14 qram ümumi çəkisinin 53,30 qram olduğu, aşkar olunmuş digər ağ rəngli kristalşəkilli maddə tərəziyə qoyulub çəkilən bükümdəki çəkisinin şəffaf sellofan paket ilə birlikdə 0,18 qram olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni aldığı Xaləddin adlı şəxsin şəxsiyyəti müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 oğlu Sumqayıt ŞPİ-nin CAŞ-ın keçirtdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış, üzərinə və evinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin maddələri Bakı şəhəri, Sabunçu ərazisində Xaləddin adlı şəxsdən Sumqayıt şəhərində olan tanımadığı şəxsə çatdırması üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı məşğul olması ilə bağlı onlara bir neçə dəfə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid6 ifadəsində göstərdi ki, 11.07.2021-ci il tarixdə Elçin və Xaləddin adlı şəxslərin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə bir sıra əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə ondan, Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində işləyən, polis mayoru Şahid5, polis serjantı Şahid2 və KTB-nin rəisi, polis mayoru Xalid Quliyevdən ibarət əməliyyat qrupu təşkil edilmişdir. 11.07.2021-cu il tarixdə, saat 14:25-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində saxlamışlar. Sonuncuya özlərini təqdim edərək Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş, sonuncu da bildirişlə tanış olmuş, həmin vaxt baş təhqiqatçı Elsevər Quliyev müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. O da buna etiraz etməmiş, X3 tərəfindən aparılmış, Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuşdur. Xaləddin özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu “Wincester” markalı siqareti, 02 ədəd şəffaf rəngli sellofan bükümlərini, 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini və 01 ədəd markası olmayan elektron tərəzini təqdim etmişdir. Təqdim edilmiş şəffaf rəngli sellofan bükümlər baş təhqiqatçı tərəfindən açılmış, həmin bükümlərdə qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin, gümüşü rəngli siqaret kağızı bükümlərdə isə ağ rəngli kristalşəkilli maddələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddələrin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda sonuncu aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli kristalşəkilli maddənin isə narkotik vasitə olan şüşə olduğunu, həmin maddələri və tərəzini təxminən 3 ay bundan əvvəl zibilxanadan tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Xaləddin narkotik vasitənin bir qismini yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baş təhqiqatçı Elsevər Quliyev tərəfindən şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Xaləddinin üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman qəhvəyi rəngli maddələrin çəkisinin 1,31 qram, 0,36 qram, ağ rəngli kristalşəkilli maddələrin 0,27 qram, 0,12 qram, 0,17 qram olduğu müəyyən olunmuş, Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırılmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Wincester” markalı siqaretlər əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman o, üzərindən aşkar olunmuş narkotik maddənin bir qismini yaşadığı ünvan 6 ünvanında saxladığını bildirmiş və onun evinə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs2, vəkili və onlar birlikdə ünvan 6 ünvanına getmiş, videoçəkiliş orada davam etdirilmişdir. Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev yenidən özünü təqdim etmiş, baş təhqiqatçı, Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini yaşadığı evdə, yəni ünvan 6 ünvanında saxladığını bildirdiyini söyləmişdir. Təqsirləndirilən şəxs2 da bu xüsusatı təsdiq etmiş, həmin evdə kirayə yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs2, baş təhqiqatçı tərəfindən yaşadığı evdə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 özü yaşadığı 01 otaqlı mənzildə olan dolabda saxlamış olduğu 01 ədəd qırmızı rəngli üzərində “Shokki Mokki” yazıları olan plastik qutunu təqdim etmişdir. Həmin qutu baş təhqiqatçı tərəfindən açılmış, qutunun içərisində 01 ədəd sellofan torbanın, həmin torbanın içərisində isə spesifik iyə malik olan qəhvəyi rəngli maddənin, 01 ədəd patronun və 01 ədəd patron formalı alışqanın olduğu müəyyən edilmişdir. Baş təhqiqatçı aşkar olunmuş sellofan torbanın və əşyaların nə olduğunu soruşduqda o, şəffaf rəngli sellofan torbada olan qəhvəyi rəngli maddənin “kakos” olduğunu, həmin maddəni və patronu təxminən 03 ay bundan əvvəl zibilxanadan tapdığını və şəxsi istifadəsi üçün yaşadığı ünvana gətirdiyini bildirmişdir. Həmin sellofan torba tərəziyə qoyulub çəkilən zaman çəkisinin 43,79 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Həmin 01 ədəd sellofan torba və 01 ədəd patron Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün baş təhqiqatçı tərəfindən orada şərait olmadığından götürülmüş və Sumqayıt ŞPİ-də qablaşdırılmışdır. Bundan əlavə narkotik vasitələrin dövriyyəsində şübhəli olan digər şəxs Təqsirləndirilən şəxs1 da Sumqayıt ŞPİ-nin 1-ci PB-nın əməkdaşları tərəfindən saxlanılmış və üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinin sahə rəisi, polis baş leytenantı Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 11.07.2021-ci il tarixdə Elçin və Xaləddin adlı şəxslərin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə bir sıra əməliyyat məlumatları daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə ondan, Sumqayıt ŞPİnin 1-ci PB-nın kiçik inspektoru, polis serjantı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid7 və KTB-nin inspektor-kriminalisti, polis kapitanı Şahid4 ibarət əməliyyat qrupu təşkil etmişlər. 11.07.2021-cu il tarixdə, saat 11:45-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlayıb onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər sonuncu da heç bir müqavimət göstərmədən onlarla Sumqayıt ŞPİ-nin 1-cü PB-nə gəlməyə razı olmuşdur. Həmin bölmədə xidməti otaqların birində Elçinə hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuş, daha sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş və bildirişlə tanış olmuşdur. Həmin vaxt təhqiqatçı Pərvin Allahverdiyev müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçiricəyini bildirmiş, etiraz etməmiş və Şahid4 tərəfindən videoçəkiliş aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuş, sonuncu əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 02 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim etmişdir. Həmin bükümlərdən biri təhqiqatçı tərəfindən açılmış, həmin sellofan bükümün içərisində 02 ədəd şəffaf sellofan bükümlərinin, həmin bükümlərinin birinin 02 ədəd şəffaf rəngli sellofana, digərinin isə 01 ədəd şəffaf rəngli sellofana büküldüyü müəyyən edilmişdir. Aşkar edilmiş bükümlərin birinin içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələr, aşkar olunmuş digər şəffaf rəngli sellofanda ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin maddələrin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda Elçin ondan aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli maddənin isə narkotik vasitə olan şüşə olduğunu, həmin maddələri Bakı şəhəri, Sabunçu ərazisində Xaləddin adlı şəxsdən Sumqayıt şəhərində olan tanımadığı şəxsə çatdırması üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərinə təhqiqatçı Pərvin Allahverdiyev tərəfindən şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Elçinin üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin şəffaf rəngli sellofan paket ilə birlikdə 47,26 qram, 2,90 qram, 3,14 qram ümumi çəkisinin 53,30 qram olduğu, aşkar olunmuş digər ağ rəngli kristalşəkilli maddə tərəziyə qoyulub çəkilən bükümdəki çəkisinin şəffaf sellofan paket ilə birlikdə 0,18 qram olduğu müəyyən olunmuş və Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitəni aldığı Xaləddin adlı şəxsin şəxsiyyəti müəyyən olunmuş, Təqsirləndirilən şəxs2 oğlu Sumqayıt ŞPİ-nin CAŞ-ın keçirtdikləri əməliyyat tədbiri nəticəsində saxlanılmış, üzərinə və evinə baxış keçirilən zaman külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin maddələri Bakı şəhəri, Sabunçu ərazisində Xaləddin adlı şəxsdən Sumqayıt şəhərində olan tanımadığı şəxsə çatdırması üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı məşğul olması ilə bağlı onlara bir neçə dəfə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin rəis müavini, polis mayoru Şahid5 Zəqrulla oğlu ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin rəis müavini vəzifəsində, polis mayoru rütbəsində xidmət aparır. 11.07.2021-ci il tarixdə Elçin və Xaləddin adlı şəxslərin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə bir sıra əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis baş serjantı Şahid6, polis serjantı Şahid2 və KTB-nin rəisi, polis mayoru Xalid Quliyevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. 11.07.2021-cu il tarixdə, saat 14:25-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində saxlamışlar, sonuncuya özlərini təqdim edərək Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş, sonuncu da bildirişlə tanış olmuşdur. Həmin vaxt baş təhqiqatçı Elsevər Quliyev müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdi. O da buna etiraz etməmişdir. X3 tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuş, Xaləddin özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu “Wincester” markalı siqareti, 02 ədəd şəffaf rəngli sellofan bükümlərini, 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini və 01 ədəd markası olmayan elektron tərəzini təqdim etmişdir. Təqdim edilmiş şəffaf rəngli sellofan bükümlər baş təhqiqatçı tərəfindən açılmış, həmin bükümlərdə qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin, gümüşü rəngli siqaret kağızı bükümlərdə isə ağ rəngli kristalşəkilli maddələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddələrin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda sonuncu aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli kristalşəkilli maddənin isə narkotik vasitə olan şüşə olduğunu, həmin maddələri və tərəzini təxminən 3 ay bundan əvvəl zibilxanadan tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Xaləddin əlavə olaraq narkotik vasitənin bir qismini yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baş təhqiqatçı Elsevər Quliyev tərəfindən şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Xaləddinin üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman qəhvəyi rəngli maddələrin çəkisinin 1,31 qram, 0,36 qram, ağ rəngli kristalşəkilli maddələrin 0,27 qram, 0,12 qram, 0,17 qram olduğu müəyyən olunmuş, Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Wincester” markalı siqaretlər əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman o, üzərindən aşkar olunmuş narkotik maddənin bir qismini yaşadığı ünvan 6 ünvanında saxladığını bildirmiş və onun evinə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs2, vəkili Anar Qasımlı və onlar birlikdə ünvan 6 ünvanına getmişlər və videoçəkiliş orada davam etdirilmişdir. Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev yenidən özünü təqdim etmiş, baş təhqiqatçı, Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini yaşadığı evdə, yəni ünvan 6 ünvanında saxladığını bildirdiyini söyləmişdir. Təqsirləndirilən şəxs2 da bu xüsusatı təsdiq etmiş, həmin evdə kirayə yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs2, baş təhqiqatçı tərəfindən yaşadığı evdə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 özü yaşadığı 01 otaqlı mənzildə olan dolabda saxlamış olduğu 01 ədəd qırmızı rəngli üzərində “Shokki Mokki” yazıları olan plastik qutunu təqdim etmişdir. Həmin qutu baş təhqiqatçı tərəfindən açılmış, qutunun içərisində 01 ədəd sellofan torbanın, həmin torbanın içərisində isə spesifik iyə malik olan qəhvəyi rəngli maddənin, 01 ədəd patronun və 01 ədəd patron formalı alışqanın olduğu müəyyən edilmişdir. Baş təhqiqatçı aşkar olunmuş sellofan torbanın və əşyaların nə olduğunu soruşduqda o, şəffaf rəngli sellofan torbada olan qəhvəyi rəngli maddənin “kakos” olduğunu, həmin maddəni və patronu təxminən 03 ay bundan əvvəl zibilxanadan tapdığını və şəxsi istifadəsi üçün yaşadığı ünvana gətirdiyini bildirmişdir. Həmin sellofan torba tərəziyə qoyulub çəkilən zaman çəkisinin 43,79 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Həmin 01 ədəd sellofan torba və 01 ədəd patron Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün baş təhqiqatçı tərəfindən orada şərait olmadığından götürülmüş və Sumqayıt ŞPİ-də qablaşdırılmışdır. Bundan əlavə qeyd etmiş ki, narkotik vasitələrin dövriyyəsində şübhəli olan digər şəxs Təqsirləndirilən şəxs1 da Sumqayıt ŞPİ-nin 1-ci PBnın əməkdaşları tərəfindən saxlanılmış və üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin CAŞın kiçik inspektoru polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, 11.07.2021-ci il tarixdə Elçin və Xaləddin adlı şəxslərin Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olmaları barədə bir sıra əməliyyat məlumatları daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə müvafiq əmrlə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorları, polis baş serjantı Şahid6, polis mayoru Şahid5 Zəqrulla oğlundan və KTB-nin rəisi, polis mayoru Xalid Quliyevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. 11.07.2021-cu il tarixdə, saat 14:25-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Sabunçu rayonu, Anaşkin küçəsində saxlamışlar, sonuncuya özlərini təqdim edərək Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş verilmiş, sonuncu da bildirişlə tanış olmuşdur. Həmin vaxt baş təhqiqatçı Elsevər Quliyev müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirdi. O da buna etiraz etməmişdir. X3 tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs2 üzərində qeyri-qanuni nə varsa, təqdim etmək təklif olunmuş, Xaləddin özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu “Wincester” markalı siqareti, 02 ədəd şəffaf rəngli sellofan bükümlərini, 03 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərini və 01 ədəd markası olmayan elektron tərəzini təqdim etmişdir. Təqdim edilmiş şəffaf rəngli sellofan bükümlər baş təhqiqatçı tərəfindən açılmış, həmin bükümlərdə qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin, gümüşü rəngli siqaret kağızı bükümlərdə isə ağ rəngli kristalşəkilli maddələrin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 həmin maddələrin nə olduğu, haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirməsi soruşulduqda sonuncu aşkar olunmuş qəhvəyi rəngli maddənin narkotik vasitə olan heroin, ağ rəngli kristalşəkilli maddənin isə narkotik vasitə olan şüşə olduğunu, həmin maddələri və tərəzini təxminən 3 ay bundan əvvəl zibilxanadan tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Xaləddin əlavə olaraq narkotik vasitənin bir qismini yaşadığı ünvanda saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərinə baş təhqiqatçı Elsevər Quliyev tərəfindən şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Xaləddinin üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman qəhvəyi rəngli maddələrin çəkisinin 1,31 qram, 0,36 qram, ağ rəngli kristalşəkilli maddələrin 0,27 qram, 0,12 qram, 0,17 qram olduğu müəyyən olunmuş, Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün təhqiqatçı tərəfindən xüsusi qaydada qablaşdırmış və DİN-nin 125 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş “Wincester” markalı siqaretlər əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman o, üzərindən aşkar olunmuş narkotik maddənin bir qismini yaşadığı ünvan 6 ünvanında saxladığını bildirmiş və onun evinə baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs2, vəkili Anar Qasımlı və onlar birlikdə ünvan 6 ünvanına getmişlər və videoçəkiliş orada davam etdirilmişdir. Sumqayıt ŞPİ-nin baş təhqiqatçısı, polis mayoru Elsevər Quliyev yenidən özünü təqdim etmiş, baş təhqiqatçı, Təqsirləndirilən şəxs2 Sumqayıt ŞPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş narkotik vasitənin bir qismini yaşadığı evdə, yəni ünvan 6 ünvanında saxladığını bildirdiyini söyləmişdir. Təqsirləndirilən şəxs2 da bu xüsusatı təsdiq etmiş, həmin evdə kirayə yaşadığını bildirmişdir. Təqsirləndirilən şəxs2, baş təhqiqatçı tərəfindən yaşadığı evdə hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 özü yaşadığı 01 otaqlı mənzildə olan dolabda saxlamış olduğu 01 ədəd qırmızı rəngli üzərində “Shokki Mokki” yazıları olan plastik qutunu təqdim etmişdir. Həmin qutu baş təhqiqatçı tərəfindən açılmış, qutunun içərisində 01 ədəd sellofan torbanın, həmin torbanın içərisində isə spesifik iyə malik olan qəhvəyi rəngli maddənin, 01 ədəd patronun və 01 ədəd patron formalı alışqanın olduğu müəyyən edilmişdir. Baş təhqiqatçı aşkar olunmuş sellofan torbanın və əşyaların nə olduğunu soruşduqda o, şəffaf rəngli sellofan torbada olan qəhvəyi rəngli maddənin “kakos” olduğunu, həmin maddəni və patronu təxminən 03 ay bundan əvvəl zibilxanadan tapdığını və şəxsi istifadəsi üçün yaşadığı ünvana gətirdiyini bildirmişdir. Həmin sellofan torba tərəziyə qoyulub çəkilən zaman çəkisinin 43,79 qram olması müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş və qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Həmin 01 ədəd sellofan torba və 01 ədəd patron Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün baş təhqiqatçı tərəfindən orada şərait olmadığından götürülmüş və Sumqayıt ŞPİ-də qablaşdırılmışdır. Bundan əlavə qeyd etmiş ki, narkotik vasitələrin dövriyyəsində şübhəli olan digər şəxs Təqsirləndirilən şəxs1 da Sumqayıt ŞPİ-nin 1-ci PBnın əməkdaşları tərəfindən saxlanılmış və üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən külli miqdarda narkotik vasitə aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2021-ci il tarixli 6/2793 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «şübhəli şəxs Bəşirov E” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə içərisindən bir ədəd bükümdə təmiz çəkisi 53,166 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - digər bir ədəd bükümdə təmiz çəkisi 0,137 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 34-38) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2021-ci il tarixli 6/2791 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs2 üzərindən ” sözləri olan zərfdəki 3 ədəd (bir ədəd plastik qabdakı büküm+2 ədəd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 40, 636 q, 0, 990 qram, 0, 155 qram, ümumi təmiz çəkisi 41, 781 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 095 qr, 0, 040 qr, 0,071 qram ümumi təmiz çəkisi 0, 206 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 78-82) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” əlavə məhkəmə-kimyəvi ekspertizasının 14 yanvar 2022-ci il tarixli 6/22 nömrəli rəyindən görünür ki, 1 nömrəli paketdə üzərində tədqiqata təqdim edilmiş, üzərində «vət. Təqsirləndirilən şəxs2 üzərindən ” sözləri olan zərfdəki 3 ədəd (bir ədəd plastik qabdakı büküm+2 ədəd) bükümdə ümumi təmiz çəkisi 41,691 qram olan narkotik vasitə heroinlə, 2 nömrəli paketdəki üzərində Təqsirləndirilən şəxs1 Sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 53,066 qrm olan narkotik vasitə heroinlərin kimyəvi komponent tərkiblərinin fərqli olması, 1 nömrəli paketdə üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərindən” sözləri olan zərfdəki 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,146 qram olan psixotrop maddə metamfetaminlə 2 nömrəli paketdəki üzərində “Şübhəli şəxs Bəşirov .E” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0, 087 qram olan psixotrop maddə metamfetaminin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidir. 1 №-li paketdəki heroinin ümumi təmiz çəkisi-41,691 qr, tədqiqata sərf edildi-0,090 qr, qalıq -41,601 qr 1 №-li paketdəki metamfetaminin təmiz çəkisi-0,146 qr, tədqiqata sərf edildi-0,060 qr, qalıq -0,086 qr 2 №-li paketdəki heroinin ümumi təmiz çəkisi-53,066 qr, tədqiqata sərf edildi-0,100 qr, qalıq -52,966 qr 2 №-li paketdəki metamfetaminin təmiz çəkisi-0,087 qr, tədqiqata sərf edildi-0,050 qr, qalıq -0,037 qr. (cild 02, iş vərəqə 165-169) İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-balistik ekspertizasının 26 iyul 2021-ci il tarixli 3/1224 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonu mərkəzdən alışan, 9 mm kalibirli olmaqla, həmin kalibrə malik “Makarov” (PM), “Pa-63”, “P64”, “RK59”, “P61” konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstuksiyalı avtomatik tapançalarda və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş patrondur-döyüş sursatıdır və istifadəyə (atəşə) yararlıdır. (cild 02, iş vərəqə 64-67) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 dair 17 iyul 2021-ci il tarixli 2388 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 02, iş vərəqə 92-93) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi ” X8 Ambulator X1 dair 17 iyul 2021-ci il tarixli 2387 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 90-91) İş materiallarında olan 11.07.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan və 06.11.2021-ci il tarixli “şəxsi axtarış prosesini əks etdirən videogörüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs1 polis idarəsinin inzibati binasının otaqlarının birində hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduqdan sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli selofan bükümləri çıxarıb təqdim etmişdir. Həmin bükümlərin biri açıldıqda içərisində 2 ədəd şəffaf bükümlər aşkar olunmuş. Həmin bükümlərinin biri 2 ədəd şəffaf rəngli sellofan digərinin isə 1 ədəd şəffaf rəngli sellefona büküldüyü, həmin bükümlərin birində narkotik vasitə heroinə bənzər kütlələr var idi. Şəffaf bükümdə isə ağ rəngli kristal şəkilli psixotrop maddə “metamfetaminə” -ə bənzər maddə olması müəyyən edilmişdir. Həmin kütlələrləri Sabunçu rayonu ərazisində Xaləddin adlı şəxsdən aldığını bildirmişdir. Bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi maddələr təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış protokoluna əlavə olunmuş 01 ədəd DVD diskə baxış keçirildikdə yuxarıda qeyd olunanlar yaddaş daşıyıcısında öz əksini tapmışdır. (cild 1, iş vərəqə 24-25, cild 2, iş vərəqə 82-83) İş materiallarında olan 11.07.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs2 kirayə yaşadığı ev olan küçədə hüquq və vəzifələri izah olunduqdan sonra, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olubolmaması soruşulduqdan sonra Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli şalvarın sağ yan cibindən iki ədəd şəffaf rəngli selofan bükümləri, 3 ədəd gümüşü rəngli siqaret kağız bükümləri və 1 ədəd markası bilinməyən elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmin maddələri və elektron tərəzini 3 ay əvvəl zibillik xanadan tapdığını və bir hissəsini də yaşadığı evdə saxladığını, həmin maddələrin “kakos” kimi tanıdığı narkotik vasitə və “şüşə” kimi tanıdığı psixotrop maddə olduğunu bildirdi. Daha sonra həmin maddələrin çəkilməsi üçün şərait olmadığından videoçəkiliş dayandırılmış və Təqsirləndirilən şəxs2 yaşadığı evdə videoçəkiliş davam etdirilmişdir. Bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi maddələr təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 1, iş vərəqə 59-60) İş materiallarında olan 11.07.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokoldan və 06.11.2021-ci il tarixli “şəxsi axtarış prosesini əks etdirən videogörüntülərə baxış keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə saat 15:23-də şübhəli şəxs Təqsirləndirilən şəxs2 kirayə yaşadığı evə onun özünün və ev sahibin razılığı ilə baxış keçirilən zaman hüquq və vəzifələri izah olunduqdan sonra, evdə baxış keçiriləcəyi bildirilmiş və evində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulduqdan sonra Təqsirləndirilən şəxs2 otaqda olan dolabdakı 1 ədəd qırmızı rəngli üzərinə “Shokki Mokki” sözləri yazılmış plastik qutunu təqdim etmiş, həmin qutunun içərisində 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində spesifik iyə malik olan qəhvəyi rəngli maddə, 1 ədəd patron və 1 ədəd patron formalı alışqan var idi. Təqsirləndirilən şəxs2 həmin maddəni və patronu 3 ay əvvəl zibillikxanadan tapdığını bildirmişdir. Həmin maddənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu bildirdi. Həmin bükümə və patrona, eləcə də şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bükümlərə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, lakin baxış zamanı evdən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 şəxsi axtarış zamanı və təqdim etdiyi maddələr və 1 ədəd patron təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “Baxış keçirilməsi və götürmə” protokoluna əlavə edilmiş, “şəxsi axtarışın keçirilməsi” və “baxış keçirilməsi və götürmə” zamanı çəkilmiş 01 ədəd DVD diskə baxış keçirildikdə yuxarıda qeyd olunanlar yaddaş daşıyıcısında öz əksini tapmışdır. (cild 1, iş vərəqə 63- 65, cild 2, iş vərəqə 80-81) İş materiallarında olan 23.01.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Azercell MMC»-nin 21 yanvar 2022-ci il tarixli 1065 nömrəli məktubuna əlavə olunmuş, özündə Təqsirləndirilən şəxs1 istifadəsində olan 50-388-94-75 saylı mobil telefon nömrəsinə 01.05.2021-ci il tarixindən 12.07.2021-ci il tarixinədək aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD diskə baxış keçirdikdə 50-388-94-75 saylı nömrənin Ağdam rayonu, Boləhmədli kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 adına qeydiyyata alındığı, həmin nömrə ilə günün müxtəlif saatlarında, müxtəlif mobil nömrələrlə danışıqların və SMS yazışmaların aparıldığı, «SMS» mesajların məzmunundan Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməsə də, 10 iyul 2021-ci il tarixdə sat 14:42-46 radələrindən etibarən Bakı şəhəri Sabunçu rayonu, Sabunçu və Bakıxanov qəsəbələri ərazisində, saat 21:30-da isə Maştağa qəsəbəsi ərazisində olması müəyyən edilmişdir. (cild 2, iş vərəqə 187-189) İş materiallarında olan 31.01.2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, «Bakcell MMC»-nin 26 yanvar 2022-ci il tarixli BKC/LGL-1439/22 nömrəli məktubuna əlavə olunmuş, özündə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə aparılan danışıqların, rabitə və digər texniki vasitələrinə ötürülən məlumatlarını əks etdirən 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı nömrənin ,BAKİ ŞƏHƏRİ, NİZAMİ RAYONU, R.RÜSTƏMOV KÜÇƏSİ, EV 13 YAT-NA ünvanında qeydiyyatda olan Rəşad Məmmədovun adına qeydiyyata alındığı, həmin nömrə ilə günün müxtəlif saatlarında, müxtəlif mobil nömrələrlə danışıqların və SMS yazışmaların aparıldığı, «SMS» mesajların məzmunundan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməsə də, Təqsirləndirilən şəxs1 adına qeydiyyata alınmış 55- 342-49-45 mobil nömrə ilə 57 dəfə əlaqə saxladığı müəyyən edilmişdir. 10.07.2021-ci il, sat 20:51-də Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə 55-342- 49-45 mobil nömrə arasında 114 saniyə müddətində danışıq əlaqəsi olduqda həmin nömrələrin anten dairəsi “UBBK6016F/UBBK6016 Bakixanov Senaye zavodu/"ünvan 8 ünvanını göstərmişdir. Eyni zamanda həmin nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında müxtəlif vaxtlarda danışıqlar olmuşdur. (cild 2, iş vərəqə 190-191) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təsvir edilmiş cinayət əməllərini törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməmələri barədə verdikləri ifadələrinə qiymət verərək belə hesab edir ki, onların bu ifadələri işin faktiki hallarına uyğun deyil və məsuliyyətdən boyun qaçırmağa yönəlmişdir. Onların məhkəmədə verdikləri ifadələri özlərinin ibtidai istintaq zamanı verdikləri etirafedici ifadələri, iş üzrə dindirilmiş şahidlərin ifadələri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” əlavə məhkəməkimyəvi ekspertizasının 14 yanvar 2022-ci il tarixli 6/22 nömrəli, 12 iyul 2021-ci il tarixli 6/2791 nömrəli, 12 iyul 2021-ci il tarixli 6/2793 nömrəli rəyləri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Məhkəmə Ekspertizası Mərkəzi” məhkəmə-balistik ekspertizasının 26 iyul 2021-ci il tarixli 3/1224 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 dair 17 iyul 2021-ci il tarixli 2387 və 2388 nömrəli rəyləri, 11.07.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə”, 06.11.2021-ci il tarixli “şəxsi axtarış prosesini əks etdirən videogörüntülərə baxış keçirilməsi barədə”, 11.07.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokollar, «Azercell MMC»-nin 21 yanvar 2022-ci il tarixli 1065 nömrəli və «Bakcell MMC»-nin 26 yanvar 2022-ci il tarixli BKC/LGL-1439/22 nömrəli məktubuna əlavə olunmuş məlumatlar və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olmaqla ünvan 9 ünvanında yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs2 təxminən 2 il əvvəl, birlikdə Bakı şəhəri, Qara Qayevdə taksi dayanacağında taksi fəaliyyəti ilə məşğul olarkən tanımış və aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. Təxminən 2-3 ay əvvəl o, Xaləddinlə Bakı şəhəri, Sabunçu qəsəbəsində görüşərkən sonuncu ona Bakı şəhəri, Sabunçu qəsəbəsi, İ.Anaşkin küçəsində zibillikdən kapron və dəmir materialları yığarkən bir ədəd sellofan büküm, həmin bükümün içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin tapdığını, həmin bükümdən bir sellofan bükümdə narkotik vasitə heroin ayırdığını, qalan hissəsini evində saxladığını bildirib bükümü ona verməyi təklif etmişdir. Xaləddin ona həmçinin verdiyi narkotik vasitəni narkomanlardan kiməsə verib pul əldə edəcəyimi bildirmiş, o, da Xaləddinlə razılaşıb bir bükümdə təxminən 20-25 qrama yaxın narkotik vasitə heroini sonuncudan almış, sonra həmin narkotik vasitəni Xaləddinin tapşırdığı tanımadığı şəxsə Sumqayıt şəhəri ərazisində satmış və 200 manat pul əldə etmişdir, Xaləddin həmin pulun 100 manatını ona vermiş, qalan 100 manatı da özü götürmüşdür. Bundan sonra Xaləddin yenidən bir dəfə də ona həmin qaydada narkotik vasitə heroin vermiş, o, da həmin narkotik vasitəni Xaləddinin tapşırdığı tanımadığı narkomana verib təkrar 200 manat pul əldə etmiş və 100 manatını Xaləddinə vermiş, 100 manatı da özü götürmüşdür. Sonuncu dəfə 10 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs2 istifadəsində olan ********* mobil nömrəsinə istifadəsində olan 55-342-49-45 mobil nömrə ilə zəng edib, Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində görüşmüş, sonuncu ona içərisində 3 ədəd sellofan bükümlərdə narkotik vasitə heroin olan, ümumilikdə təxminən 40 qramdan bir qədər artıq çəkidə olan bir ədəd sellofan torbanı və bir ədəd kiçik sellofan bükümdə psixotrop maddə metamfetamini verib demişdir ki, “ondan kim istəsə mənə xəbər edəcək, həmin narkotik vasitəni ona verəcəm”. Lakin onunla Xaləddin arasında pul söhbəti olmamış, nə qazanc qalsa Xaləddin ona da pul verəcəkdir. O, Xaləddinin verdiyi 3 ədəd sellofan bükümdə narkotik vasitə heroin olan bir ədəd sellofan bükümü və bir ədəd kiçik sellofan bükümdə psixotrop maddə metamfetamini qara rəngli cins şalvarımın sağ yan cibinə qoymuş və bundan sonra yaşadığı evə getmişdir. Həmin günün səhəri, yəni 11 iyul 2021-ci il tarixdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin bükümlərini cibində saxlamışdır ki, Xaləddin Sumqayıt şəhərində kimə desə həmin şəxsə versin. Bu məqsədlə yaşadığı evdən çıxıb Sumqayıt şəhərinə getmiş, təxminən saat 11:45 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində piyada olarkən polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərimdə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını bildirmiş və onu polis əməkdaşları Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə dəvət etmişlər. O, da getməkdən imtina etməmiş, polis bölməsində polis əməkdaşı ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o, da buna etiraz etməmişdir. Polis bölməsində ona xidməti otaqda vəkilinin iştirakı ilə videoçəklişlə şəxsi axtarış keçiriləcəyi bildirib, üzərində hər hansı əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş və belə bir əşya olduğu halda həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 ədəd şəffaf rəngli sellofan bükümləri təqdim etmişdir. Həmin sellofan bükümlərdən biri polis əməkdaşı tərəfindən açılmış, həmin sellofan bükümdə bükümün özü ilə birlikdə ümumilikdə 3 ədəd şəffaf rəngli sellofan bükümlərin, birinin 2 ədəd şəffaf rəngli sellofana, digərinin isə 1 ədəd şəffaf rəngli sellofana büküldüyü, aşkar edilmiş bükümlərin içərisində isə spesifik iyə malik qəhvəyi rəngli maddələr, digər şəffaf rəngli sellofanda isə ağ rəngli kristal şəkilli maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddənin narkotik vasitə olan “heroin”, ağ rəngli maddənin isə narkotik vasitə olan “şüşə” olduğunu, həmin maddələri Bakı şəhəri, Sabunçu rayonu ərazisində Xaləddin adlı şəxsdən Sumqayıt şəhərində tanımadığı şəxsə çatdırmaqdan ötrü əldə edib üzərində saxladığı bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin şəffaf rəngli salofan paket ilə birlikdə 47,26 qram, 2,90 qram, 3,14 qram, ümumi çəkisinin isə 53,30 qram olduğu, aşkar edilmiş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisinin şəffaf rəngli salofan paket ilə birlikdə 0,18 qram olması müəyyən olunmuş və aşkar olunmuş həmin maddələr götürülərək qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra müvafiq sənədləşdirilmə aparılmış, o, da həmin sənədlərə imza etmişdir. Bundan başqa o, vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs2 ona verdiyi narkotik vasitələri kim və ya kimlərə verdiyini, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan bükümləri kimə və ya kimlərə verəcəyi şəxsləri tanımadığını, həmin şəxslərin kim olmasını Xaləddinin ona dediyini və deyəcəyini bildirmişdir. (cild 02, iş vərəqə 230-232) Eləcə də, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı ifadə verərkən, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, o, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5nında ailə üzvləri ilə birlikdə kirayədə yaşamış, rəsmi olaraq heç yerdə işləmir. Taksi fəaliyyəti və zibilliklərdə kapron və dəmir mallar yığıb satmaqla özünü və ailəsini dolandırmışdır. Təxminən 2-3 il əvvəl narkotik vasitə heroindən zərdə çəkməklə istifadə etmişdir. Təqsirləndirilən şəxs1 təxminən 2 əvvəl Bakı şəhəri, Qara Qarayevdə taksi fəaliyyəti ilə məşğul olarkən tanımış, sonuncu da taksi fəaliyyəti ilə məşğul olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Tutulmamışdan təxminən 3 ay əvvəl Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində yol kənarında qoyulmuş zibil qutusundan kapron və dəmir mallar yığarkən zibil qutusunun içərisində bir ədəd böyük ölçülü sellofan torba və həmin torbanın yanında kiçik ölçülü sellofan büküm və markası bilinməyən elektron tərəzi görmüşdür. O, əvvəlcə böyük ölçülü torbanın içərisini açdıqda həmin torbanın içərisində başqa bir kiçik ölçülü sellofan büküm olmasını görmüş, həmin böyük sellefon torbanın özündə və içərisində olan sellofan bükümün içərisində isə “kakos” kimi tanıdığım narkotik vasitə olan “heroin” olmuşdur. Digər kiçik sellofan bükümü açıb baxdıqda isə içərisində “şüşə” kimi deyilən psixotrop maddə metamfetamin olmuşdur. O, həmin sellofan bükümü götürüb ünvan 10 ünvanında yerləşən kirayədə yaşadığı evə aparıb orada dolabda gizlətmiş, sonra bir ədəd narkotik vasitə heroin və bir ədəd psixotrop maddə metamfetamin bükümlərindən əlavə olaraq çoxlu sayda kiçik bükümlər ayıraraq şəffaf sellofana və siqaretin gümüşü kağızına qoymuç ki. satıb pul əldə etsin. O, bu barədə narkotik istifadə edən bir neçə nəfərə də məlumat vermiş, təxminən 2 dəfə olub ki, o həmin böyük bükümlərdən hər dəfə təxminən 20-25 qrama yaxın narkotik vasitə heroin ayırıb tanışı Təqsirləndirilən şəxs1 vermişdir ki, onun dediyi şəxslərə satsın. O, sonuncu dəfə 10 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs1la Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsində yerləşən kirayədə yaşadığı evin yanında görüşmüş və ona tapdığı böyük torbadakı və onun içərisindəki kiçik torbadakı “kakos”-dan ayırıb 2 ədəd sellofan bükümlərdə qablaşdırdığı heroin və 1 ədəd bükümdə qablaşdırdığı “şüşə” vermişdir. Həmin bükümün birində digərinə nisbətən daha çox narkotik vasitə olan heroin olmuşdur. Həmin böyük bükümdə təxminən 40 qramdan bir qədər artıq olmuşdur. O, Təqsirləndirilən şəxs1 demiş ki, “məndən narkotik vasitə kim istəsə sənə xəbər edəcəyəm ona satarsan, qazancı da bölərik”. Lakin aralarında qiymətlə bağlı razılaşma olmamışdır. Həmin narkotik vasitə heroindən əlavə plastik qabda qoyduğu bir bükümdə narkotik vasitə heroin, bir ədəd patron formasında olan alışqan və təxminən 3 ay əvvəl zibilxanada tapdığı parton dolabda qalmışdır. O, həmin patronun atəş vəziyyətində olub-olmamasını bilməmiş, həmin günün sabahı, saat 13 radələrində tapdığı narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən ayırdığı bükümlərdən qalan 2 ədəd selofan bükümdə narkotik vasitə heroin, 3 ədəd siqaretin gümüşü kağızında psixotrop maddə metamfetamin və narkotik vasitələrin miqdarını müəyyən etmək üçün yaşadığı evdə saxladığı bir ədəd elektron tərəzini əynindəki göy rəngli cins şalvarımın sağ yan cinində qoymuş və fikirləşmiş ki, narkomanlardan kim istəsə tərəzi ilə çəkisini müəyyən edib satır. O, kirayədə yaşadığı evdən çıxıb ətraf məhəllələrdə bir qədər gəzmiş, lakin heç kimə heroin və metamfetamin sata bilməmişdir. O, təxminən saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsi ilə piyada gedərkən kirayədə yaşadığı evə çatmağa az qalmış polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını, üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilib, üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman, əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı 2 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroini, 3 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş psixotrop maddə metamfetamini və 1 ədəd markası olmayan elektron tərəzini təqdim etdim. Təqdim edilmiş şəffaf rəngli sellofan bükümlər açılmış, həmin bükümlərdə qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin, gümüşü rəngli siqaret kağızı bükümlərində isə ağ rəngli kristal şəkilli maddələrin olması müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunan qəhvəyi rəngli maddələrin "kakos”, yəni narkotik vasitə heroin, ağ rəngli kristal şəkilndə olan maddələrin “şüşə”, yəni psixotrop maddə metamfetamin olduğunu, aşkar olunmuş maddələri və tərəzini təxminən 3 ay bundan əvvəl zibilxanadan tapdığını bildirmişdir. Polis əməkdaşları tərəzindən evində narkotik vasitə heroin olması ilə bağlı soruşularkən kirayədə yaşadığı evdə də əlavə olaraq narkotik vasitə heroin saxladığını bildirmiş, üzərindən aşkar olunmuş maddələr yaşadığı ünvanda tərəziyə qoyulub çəkilən zaman qəhvəyi rəngli maddələrin, yəni narkotik vasitə heroinin çəkisinin 1,31 qram, 0,36 qram, ağ rəngli kristal şəkilli maddələrin, yəni psixotrop maddə metamfetaminin çəkisinin 0,27 qram, 0,12 qram, 0,17 qram olması müəyyən olunmuş, aşkar olunmuş həmin maddələr götürülüb zərfdə qablaşdırılmışdır. Sonra polis əməkdaşları tərəfindən ünvan 10 ünvanında yerləşən kirayədə yaşadığı evə baxış zamanı özü yaşadığı 1 otaqlı mənzildə olan dolabda saxlamış olduğu 1 ədəd qırmızı rəngli üzərində “ Shokki Mokki” yazıları olan plastik qutunu təqdim etmişdir. Həmin plastik qutu açılmış, qutuda 1 ədəd şəffaf rəngli sellofan torbanın içərisində spesifik iyə malik olan qəhvəyi rəngli narkotik vasitə heroinin, 1 ədəd patron formalı alışqanın və 1 ədəd patronun olması müəyyən edilmişdir. Onun kirayədə yaşadığı ünvandan aşkar olunmuş qəhvəyi rəngli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 43.79 qram olması müəyyən olunmuş, aşkar olunmuş narkotik vasitə heroin, 1 ədəd patron və 1 ədəd alışqan formalı patron götürülmüşdür. Bundan sonra müvafiq sənədləşdirmə aparılmış, o, da həmin sənədlərə imza etmişdir. (cild 02, iş vərəqə 241-244) Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli Qərarının 9-cu abzasında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. X9 11-ci bəndinin 2-ci abzasına əsasən, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. X9 11-ci bəndinin 3-cü abzasına əsasən, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228, 229 və 232-ci maddələrində nəzərdə tutulan cinayət işlərinə baxarkən nəzərə almalıdırlar ki, bu cinayətlərin predmetini silah, onun komplekt hissələri, döyüş sursatı (yivsiz silah və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular təşkil edir. X9 9-cu bəndinin 3 və 4-cü abzasına əsasən, bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. «Xidməti və mülki silah haqqında» Qanunun 2-ci maddəsinin 5-ci bəndinə əsasən – döyüş sursatı-müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstuktiv qurğu və ya əşyadır. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 53,166 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və digər bir ədəd bükümdə təmiz çəkisi 0,137 qram olan ağ rəngli kristalik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə, Təqsirləndirilən şəxs2 götürülmüş 3 ədəd (bir ədəd plastik qabdakı büküm+2 ədəd) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 40, 636 q, 0, 990 qram, 0, 155 qram, ümumi təmiz çəkisi 41, 781 qram olan qəhvəyi rəngli tozşəkilli hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə-heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0, 095 qr, 0, 040 qr, 0,071 qram ümumi təmiz çəkisi 0, 206 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdar təşkil edir, digər tərəfdən, narkotikin bir yerdən başqa yerə daşınması, ayrı-ayrı bükümlərdə olması da təsdiq edir ki, onlar, qeyd olunan miqdarda olan narkotik vasitələri qanunsuz olaraq məhz satış məqsədi ilə əldə edib özlərində saxlamış və daşımışlar. Odur ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdırlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 12.08.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 229-230) İş materiallarında olan AA seriyalı 324007 nömrəli “Məcburi köçkün vəsiqəsinin” surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonundan məcburi köçkündür. İş materiallarında olan X6 adına Milli Oftalmologiya Mərkəzinin 30.12.2015-ci il tarixli, 6833 nömrəli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 “Buynuz qişanın dəlib-keçən yaralanması, travmatik katarakta” diaqnozu qoyulmuşdur. Məhkəmə AR CM-in 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs1 məcburi köçkün olmasını, onun səhhətini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 12.08.2021ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vərəqə 231-232) Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah edilmələri mümkün olmadığından onlara təqsirli bilindikləri maddələrin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olduğundan, ona təyin olunmuş cəzalar qismən toplanılmalı və Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməlidir. İş materiallarında olan 11.07.2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Sumqayıt şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli 4(060)-323/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 18-19, 150-152) Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan 11.07.2021-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Sumqayıt şəhər Məhkəməsinin 13.07.2021-ci il tarixli 4(060)-324/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 53-54, 153-154) Odur ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 17 iyul 2021-ci il tarixli 2388 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş 17 iyul 2021-ci il tarixli 2387 saylı rəyinə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 cinayət əməlləri nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakları müəyyən edilmədiyindən, onların barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq ümumilikdə cinayət işi üzrə aparılmış ekspertiza xərcinin ümumi dəyərini təşkil edən 308,64 (üç yüz səkkiz manat altmış dörd qəpik) manat pul vəsaitindən, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlləri nəticəsində aparılmış ekspertiza tədqiqatlarının dəyəri ayrıca hesablanmaqla, Təqsirləndirilən şəxs1 122 manat, 32 qəpik, Təqsirləndirilən şəxs2 isə 186 manat, 32 qəpik tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübutlar – hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 53,166 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0,137 qram psixotrop maddə metamfetamin, həmçinin Təqsirləndirilən şəxs2 üzərindən şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,145 qram, yaşadığı evdən baxış zamanı aşkar edilərək götürülmüş 40,636 qram narkotik vasitə heroin və ümumi təmiz çəkisi 0, 206 qram psixotrop maddə-metamfetaminin, ekspert tədqiqatlarından sonra ümumilikdə qalıq çəkiləri – 0,123 qram metamfetamin və 94,567 qram heroin, 01 ədəd markası bilinməyən elektron tərəzi məhv edilməli, 01 ədəd atəşə yaralı patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, şəxsi axtarış, baxış və götürmə zamanı qeydə alınmış, yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 02 ədəd DVD disk, «Bakcell» və "xxxx" MMC-dən alınmış 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Nümayəndə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən,Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 07 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – ekspert tədqiqatlarından sonra ümumilikdə qalıq çəkiləri – 0,123 qram olan metamfetamin və 94,567 qram olan heroin, 01 ədəd markası bilinməyən elektron tərəzi məhv edilsin, 01 ədəd atəşə yaralı patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, 02 ədəd DVD disk, 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsınlar. İş üzrə məhkəmə xərcləri – ekspertiza xərcinin dəyərini təşkil edən 308,64 (üç yüz səkkiz manat altmış dörd qəpik) manat pul vəsaitindən Təqsirləndirilən şəxs1 122 manat, 32 qəpik, Təqsirləndirilən şəxs2 isə 186 manat, 32 qəpik tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş müdafiəçi Nümayəndə təqsirləndirilən şəxsə göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına 150 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-723/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-723/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver