Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-723/2023 31.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Quliyev Əhməd Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda ümumi təmiz çəkisi 14,528 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1024,73 qram (1 kq 24,73 qr) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib daşımaqla üzərində və yaşadığı evdə saxlamış, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 23 sentyabr 2022ci il tarixdə saat 19:20-də ünvan 1 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb ünvan 2 ünvanında yerləşən Suraxanı RPİnin 31-ci PB-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,36 qram, 2,54 qram və 2,37 qram olmaqla, ümumi təmiz çəkisi 7,27 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, öz aralarında tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,39 qram, 2,22 qram və 2,36 qram olmaqla, ümumi təmiz çəkisi 6,97 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, öz aralarında və əynində olan şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana və əynində olan mavi rəngli köynəyin sol sinə cibindən 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 2,114 qram, 1,007 qram və 1,799 qram olmaqla, ümumi təmiz çəkisi 5,920 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış, öz aralarında xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüş və əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı həmin evdə çarpayının altında olan üzərində “Bravo’’ yazısı yazılmış sellofanın içərisindən 1 ədəd paketdə təmiz çəkisi 1000 qram və 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,57 qram, 2,62 qram, 2,45 qram və 2,85 qram olmaqla, ümumi təmiz çəkisi 10,49 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, öz aralarında tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana və 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,001 qram, 2,145 qram, 2,695 qram və 1,767 qram olmaqla, ümumi təmiz çəkisi 8,608 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik xasilə heroin və 1 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddət narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Narkotik vasitəni Bakı şəhərində müxtəlif şəxslərdən və bir neçə dəfə isə İran vətəndaşında alıb həm istifadə etmiş, həm də satmışdır. Sonuncu dəfə tutulmazdan bir neçə gün əvvəl internet vasitəsilə tanış olduğu İran vətəndaşı olan tanımadığı şəxsdən “onlayn” qaydada 3000 manat ödəniş etməklə narkotik vasitə marixuana və 100 manata isə heroin almışdır. Onun məqsədi həmin narkotik vasitələrdən həm istifadə etmək, həm də sataraq qazanc əldə etmək olmuşdur. 23 sentyabr 2022-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu şübhəli şəxs qismində polis bölməsinə dəvət etmişlər. O, razı olduqdan sonra polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 31-ci PB-nə getmişdir. Orada xidməti otaqların birində ona hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət olunmuş, müdafiəçi ilə görüşdükdən sonra videoçəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq həmin əşyaları təqdim etməyini bildirmişlər. O da əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 3 ədəd kibrit qutusunu, şalvarın sağ yan cibindən 3 ədəd kibrit qutusunu və əynində olan mavi rəngli köynəyin sol sinə cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin kibrit qutuları və bükümlər açılaraq içərisinə baxıldıqdan sonra həmin əşyaları haradan əldə etməyini soruşmuşlar. O da həmin 6 ədəd kibrit qutusunun içərisində marixuana, 3 ədəd bükümün içərisində isə heroin olduğunu, yaşadığı evdə də narkotik vasitə olduğunu, üzərində və yaşadığı evdə olan narkotik vasitə marixuananı 3000 manata, üzərində və уaşadığı evdə olan heroinləri isə 100 manata “onlayn” qaydada ödəniş etməklə tanımadığı İran vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar edilmiş 6 ədəd kibrit qutusu və 3 ədəd büküm götürülərək qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib edilərək onunla birlikdə bütün iştirakçılar tərəfindən imzalanmışdır. Sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulduqda etirazının olmadığını bildirmişdir. Daha sonra yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsi, X.Ələkbərov küçəsi ev 55 ünvanında yerləşən evinə videoçəkiliş aparılmaqla vəkilin də iştirakı ilə baxış keçirilmiş, həmin evdə çarpayının altında olan üzərində “Bravo” yazılmış sellofanın içərisində 1 ədəd sellofanda olan 4 ədəd büküm və 4 ədəd kibrit qulusunu və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin 1 ədəd sellofan bükümün, 4 ədəd kibrit qutusunun və 4 ədəd bükümün içərisində əşyalarla bağlı sual verilən zaman o, həmin sellofan bükümün və 4 ədəd kibrit qutusunun içərisində marixuana, 3 ədəd bükümün içərisində isə heroin olduğunu, həmin narkotik vasitələri “onlayn” qaydada ödəniş etməklə tanımadığı İran vətəndaşı olan şəxsdən həm sataraq qazanc əldə etmək, həm də öz şəxsi istifadəsi üçün aldığını demişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmiş və ibtidai istintaq zamanı ona qarşı heç bir fiziki və psixoloji təsir göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması məhkəmə istintaq zamanı etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2022-ci ildə Eldar adlı şəxsin Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsində üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. Həmin şəxsin müəyyən olunması və onun bölməyə gətirilməsi zərurəti yarandığından, PB-nin rəisinə raportla müraciət edilmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi, eləcə də əməliyyat qrupunun təşkil edilməsi barədə qərar qəbul edilərək bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra 23 sentyabr 2022-ci il tarixdə saat 19 radələrində əməliyyat qrupunun üzvü, əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsinə getmişlər. Həmin küçədə məlumatda bildirilən əlamətlərə görə Eldar adlı şəxslə rastlaşaraq onu Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində həmin şəxsin Suraxanı rayonu, Suraxanı qəsəbəsi, X.Ələkbərov küçəsi ev 55-də yaşayan Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zərurəti yarandığından, prosessual hərəkətlərin keçirilməsi təhqiqatçıya həvalə edilmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə onun üzərində axtarış aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və qanunsuz əşyanın olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 3 ədəd içərisində yaşıl rəngli ot kütləsi olan kibrit qutularını, həmin şalvarın sağ yan cibindən 3 ədəd içərisində yaşıl rəngli ot kütləsi olan kibrit qutularını və mavi rəngli köynəyinin sol cibindən 3 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümləri çıxarıb təqdim edərək kibrit qutularının içərisində olan ot kütləsinin marixuana və sellofan bükümlərdə isə heroin olduğunu, həmin narkotik vasitələri internet vasitəsi ilə tanış olduğu İran vətəndaşından “onlayn” qaydada aldığını, ona 3000 manat marixuana üçün və 100 manat heroin üçün ödədiyini bildirmiş və həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitələri həm öz istifadəsi üçün, həm də satmaq məqsədi ilə əldə etdiyini demişdir. Onun təqdim etdiyi maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağındakı çarpayının altından 1 ədəd üzərində “Bravo” yazılmış içərisində yaşıl rəngli ot kütləsi olan sellofan paketi, 4 ədəd içərisində ot kütləsi olan kibrit qutularını, 4 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümləri və 1 ədəd gümüşü rəngli elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, konkret olaraq kimlərə satması və aşkar olunmuş narkotik vasitəni haradan və kimdən əldə etməsi barədə dəqiq məlumatı olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, onun yaşadığı evdən marixuana, heroin və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 110-112). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərək ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşva və ya predmet olması barədə sual verilmiş, sonuncu da könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 3 ədəd içərisində yaşıl rəngli ot kütləsi olan kibrit qutularını, həmin şalvarın sağ yan cibindən 3 ədəd içərisində yaşıl rəngli ot kütləsi olan kibrit qutularını və mavi rəngli köynəyinin sol cibindən 3 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümləri çıxarıb təqdim edərək kibrit qutularının içərisində olan ot kütləsinin marixuana olduğunu və sellofan bükümlərdə isə heroin olduğunu, həmin narkotik vasİtələri internet vasitəsi ilə taniş olduğu İran vətəndaşından “onlayn” qaydada aldığını, ona 3000 manat marixuana üçün və 100 manat heroin üçün ödədiyini bildirmiş, həmçinin yaşadığı evdə də narkotik vasitələr olduğunu, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını, aşkar edilmiş narkotik vasitələri həm özü istifadə etmək, həm də satmaq məqsədi ilə əldə etdiyini bildirmiş, sonra da Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqə 31-32). Cinayət işinin materiallarında olan “mənzilə baxış və götürülmə aparılması haqqında” 23 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvana baxış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı evdə yataq otağındakı çarpayının altından 1 ədəd üzərində “Bravo” vazılmış içərisində yaşıl rəngli ot kütləsi olan sellofan paketi, 1 ədəd içərisində ot kütləsi olan kibrit qutularını, 4 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümləri və 1 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim etmiş, həmin maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 38). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2022-ci il tarixə 6/5480 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №195 möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyadlar və imzalar olan 1 ədəd zərfdə 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,114 qram, 2,007 qram, 1,799 qram, ümumi təmiz təmiz çəkisi 5,920 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı - l) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 5,920 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram, qalıq 5,770 qram, cild 1, iş vərəqə 44-46). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli 6/5481 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №195” dairəvi möhür əksləri olan 2 ədəd kağız paketdə olan üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş bükümlər...” sözləri və imzalar qeyd edilmiş paketin içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,001 qram, 2,145 qram, 2,695 qram və 1,767 qram olmaqla, ümumi təmiz çəkisi 8,608 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş elektron tərəzi” sözləri, soyad və imzalar olan 1 ədəd paketin içərisində 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı - l) daxildir (Qeyd: heroinin ümumi təmiz çəkisi 8,608 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, qalıq 8,408 qram, cild 1, iş vərəqə 50-53). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli 7/1090 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-in “Zərllər üçün №195” möhür əksi olan “Təqsirləndirilən şəxs yaşıldığı evdən aşkar olunmuş” sözləri yazılmış bağlamada 1 ədəd üzərində “Bravo” sözləri olan torbada təmiz çəkisi 1000 qram və 4 ədəd kibrit qulusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,57 qram, 2,62 qram, 2,45 qram və 2,85 qram olmaqla, ümumi təmiz çəkisi 1010,49 qram (1 kq 10,49 qr) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 ədəd üzərində “Bravo” sözləri olan 1 ədəd sellofan torbada və 4 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuananın ümumi təmiz çəkisi 1010,49 qram, cəmi tədqiqata sərf edildi 0,25 qram, qalıq 1010,24 qram, cild 1, iş vərəqə 57-59). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2022-ci il tarixli 7/1094 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN-in “Zərllər üçün №105” möhür əksi olan “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş” sözləri yazılmış soyad və imzalar olan kağız paketdə 6 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,36 qram, 2,54 qram, 2,37 qram, 2,39 qram, 2,22 qram və 2,36 qram olmaqla, ümumi təmiz çəkisi 14,24 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 6 ədəd kibrit qutusunda olan marixuanalar tərkiblərinə görə eynidir (Qeyd: marixuananın ümumi təmiz çəkisi 14,24 qram, cəmi tədqiqata sərf edildi 0,18 qram, qalıq 14,06 qram, cild 1, iş vərəqə 63-64). Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, polis əməkdaşlarının iştirakı ilə Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin inzibati binasının xidməti otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilir, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir, sonuncu könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 3 ədəd içərisində yaşıl rəngli ot kütləsi olan kibrit qutularını, həmin şalvarın sağ yan cibindən 3 ədəd içərisində yaşıl rəngli ot kütləsi olan kibrit qutularını və mavi rəngli köynəyinin sol cibindən 3 ədəd içərisində qəhvəyi rəngli maddə olan şəffaf sellofan bükümləri çıxarıb təqdim edərək kibrit qutularının içərisində olan ot kütləsinin marixuana olduğunu və sellofan bükümlərdə isə heroin olduğunu bildirir və həmin narkotik vəsitələri internet vasitəsi ilə tanış olduğu İran vətəndaşından “onlayn” qaydada aldığını, ona 3000 manat marixuana üçün və 100 manat heroin üçün ödədiyini bildirir və həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu, yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını, həmçinin aşkar edilmiş narkotik vasitələri həm özü istifadə etmək, həm də satmaq məqsədi ilə əldə eldiyini bildirir, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür, ərizə və şikayət daxil olmur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana baxış keçirilən zaman qeydə alınmış videogrüntüyə baxış keçirilir, Eldar Əlivev yaşadığı evdə yataq otağındakı çarpayının altından 1 ədəd üzərində “Bravo” yazılmış içərisində yaşıl rəngli ot kütləsi olan sellofan paketi, 4 ədəd içərisində ot kütləsi olan kibrit qulularını, 4 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümləri və 1 ədəd gümüşü rəngli elektron tərəzini çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb möhürlənərək götürülür, bu barədə protokol tərtib edilir və iştirakçılar tərəfindən imzalanır (cild 1, iş vərəqə 109). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 15 oktyabr 2022-ci il tarixli 6091 nömrəli rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranın asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 126-127). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 15 oktyabr 2022-ci il tarixli 2749 nömrəli rəyinə əsasən yoxlanılan zaman Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür (cild 1, iş vərəqə 129-131). Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 29 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 5,770 qram və 8,408 qram olan narkotik vasitə heroin, 1010,24 qram və 14,06 qram olan narkotik vasitə marixuana və 1 ədəd tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, 2 ədəd DVD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 133-138). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 14 may 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 20 may 2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (cild 1, iş vərəqə 123-125). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki cinayətə görə cəzasını çəkib qurtardıqdan 2 il keçdikdən sonra törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən onun məhkumluğu ödənilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 sentyabr 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 26). Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 25 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 107-108). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 23 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 288 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 5,770 qram və 8,408 qram olan narkotik vasitə heroin, 1010,24 qram və 14,06 qram olan narkotik vasitə marixuana və 1 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -2 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 288 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkiləri 5,770 qram və 8,408 qram olan narkotik vasitə heroin, 1010,24 qram və 14,06 qram olan narkotik vasitə marixuana və 1 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-723/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-723/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver