Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-723/2025 01.09.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bak Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və onların nümayəndəsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsi ünvanında müvəqqəti qeydiyyatda olmaqla, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171.2.4-cü və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə on altı yaşına çatmayan şəxsi fahişəliyə cəlb etmiş, həmçinin tamah niyyəti və gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb etmişdir. Belə ki,o, 2023-cü ilin dekabr ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan xx.xx.2008-ci il təvəllüdlü on altı yaşına çatmayan Zərərçəkmiş şəxs2 ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAF” park yaşayış komplesində yerləşən ev 5, mənzil 42 ünvanındakı evdə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 150-200 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 200-250 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin dekabr ayının sonlarından 2024-cü ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində on altı yaşına çatmayan Zərərçəkmiş şəxs2 təxminən 4-5 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yerləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Bundan başqa, o, təkrarən 2023-cü ilin dekabr ayının sonlarında Goranboy rayonu, Qızılhacılı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 ilə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “AAF” park yaşayış kompleksində yerləşən ev 5, mənzil 42 ünvanındakı evdə danışıb onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürərək özü üçün 150-200 manat məbləğində tamah niyyəti ilə gəlir əldə etmək məqsədi ilə müvafiq olaraq 200-250 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, 2023-cü ilin dekabr ayının sonlarından 2024-cü ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 təxminən 9-10 dəfə müxtəlif kişi müştərilərlə Bakı şəhəri ərazisində yerləşən müxtəlif otellərdə cinsi əlaqədə olmasını təşkil edərək fahişəliyə cəlb etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs2 “TikTok” sosial şəbəkəsindən tanımışdır. O, Arzunu ilk dəfə onun anası ilə görüntülü danışan zaman görmüşdür. Arzunun anası xəngəl verilən yer kimi tanınan kafedə işləmişdir. O, həmin yerə yemək üçün gedəndə Arzunu da orada görmüşdür. Arzu orada sevgilisi ilə olduğunu, anasının mətbəxdən çıxan zaman ona xəbər verməyini ondan xahiş etmişdir. Arzu ilə tanış olmamışdan 2-3 ay əvvəl Zərərçəkmiş şəxs1 ilə “Tik Tok” sosial şəbəkəsində tanış olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb etməmişdir. Zərərçəkmiş şəxs1 isə özü gecə klublarında fahişəliklə məşğul olmuş, sonuncu özü ona fahişəliklə məşğul olmağı təklif etmişdir. Aydanın nə qədər pul əldə etdiyini bilmir. Hətta Aydan öz şəkillərini oğlanlara atmışdır. O, Aydanla tez-tez dalaşmışdır. Arzunu Aydan və onun arasını daha da qızışdırdığı üçün evdən qovmuşdur. Son zamanlar Arzunu çölə çıxmağa qoymaması səbəbindən sonuncu ilə arasındakı münasibətlər pisləşmişdir. Zərərçəkmiş şəxslərin valideynləri ondan övladlarını icazəsiz çölə buraxmamağını xahiş etmiş, o da zərərçəkmiş şəxsləri çölə buraxmamışdır.Arzu onun sevgilisi ilə cinsi əlaqədə olduğu üçün onun xalasına zəng edib Arzunun etdiyi hərəkət barədə məlumat vermişdir. Bundan sonra Arzu sanitar qovşaqda öz qolunu doğramışdır. Aydan və Arzu ikisi də onun evində qalmışlar. Aydanı onun yanına atası gətirmişdir. Arzu əvvəl anasının, sonra isə bibisinin yanında qalmaqdan imtina etmişdir. Bundan sonra Arzunun xalası ona zəng edərək Arzunu öz evinə qəbul etməyini onda xahiş etmişdir. Bir dəfə o, oğlan dostu ilə rayona gedən zaman Aydan da onunla birlikdə rayona istirahətə getmək istəmiş, o da Aydanı özü ilə rayona aparmışdır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, hazırda Bakı şəhəri Neftçilər metrostansiyasının yaxınlığında yerləşən geyim mağazasında satıcı kimi fəaliyyət göstərdiyini, arada maddi ehtiyaclarını ödəmək üçün təxminən 3-4 ildir ki, pul müqabilində müxtəlif kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Öz tanışları ilə nəyinsə müqabilində görüşüb cinsi əlaqədə olmuş və bu yolla maddi ehtiyaclarını ödəmişdir. 2023cü ilin əvvəllərində Tiktok sosial şəbəkəsində Nahidə adlı qadınla tanış olmuşdur. Tanışlıqdan sonra onunla aralarında münasibət yaranmış və görüşməyə başlamışlar. Birbirlərinin yaşadıqları evlərinə gedib-gəlməyə başlamışlar. Nahidənin Arzu adlı yetkinlik yaşına çatmayan qızı var idi. Arzunu 2-3 dəfə onun yanında görmüşdür. Hətta bir neçə dəfə onların yaşadığı evdə qaldıqda Arzu ilə də münasibəti yaranmağa başlamışdır. 2023cü ilin dekabr ayının sonunda Arzu zəng edərək yaşadığı evi tərk etdiyini hazırda qalmağa yeri olmadığını demişdir. Ona öz yaşadığı evdə yer verəcəyini demişdir. O razılaşmışdır. X7 metro stansiyasının qarşısına gəlməyini bildirmişdir. Dediyi yerə gəldikdən sonra onu onu kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAF park yaşayış kompleksində yerləşən ev 5, mənzil 42 saylı evə aparmışdır. Evdə “Tiktok” sosial şəbəkəsindən tanıdığı Aydanla birlikdə üçü də bir müddət birlikdə yaşamışlar. Aydanı Arzudan da əvvəl tanıdığını qeyd etmişdir. Onu da Tiktok sosial şəbəkəsindən tanıyaraq dost olub evinə dəvət etmişdir. Bir müddət qaldıqdan sonra artıq atasının da qızının onunla birlikdə qalmasını istədiyini görmüşdür. Onların birgə yaşadığı müddətdə həm özü, həm də onların hər ikisi pul müqabilində tapdığı şəxslərlə cinsi əlaqədə olmuşlar. Onu demişdir ki, maddi cəhətdən sıxıntıda olduğu üçün Arzu ilə Aydana belə bir iş təklif etmiş və dediyi kişi müştəriləri ilə görüşərək yaxşı pul qazana biləcəyəklərini onlara demişdir. Sonradan onlar özləri də razı olmuşlar. Həmin vaxt 2023-cü ilin dekabr ayının sonları idi. İlk əvvəl Tiktok sosial şəbəkəsindən tanıdığı Vüsal adlı şəxslə Arzunu Bakı şəhərində yerləşən ünvanı və adını xatırlamadığı otellərin birinə aparmışdır. Orada Vüsalın verdiyi 250 manat pul müqabilində Arzunu onunla görüşdürmüşdür. Vüsal Arzu ilə həmin oteldə otağa keçərək qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Otaqdan çıxmışlar və Vüsal 250 manat pul vermişdir. Həmin puldan 50 manat Arzuya vermişdir. Bundan sonra Arzunu digər Elnur adlı şəxslə Bakı şəhərində yerləşən ünvanı və adını xatırlamadığı otellərin birində 200 manat pul müqabilində görüşdürmüşdür. Elnura Arzunun adının Aysel olduğunu və 21 yaşının olduğunu bildirmişdir. Görüşdükləri zaman otelin otağında olarkən Elnur 200 manatı çıxararaq vermişdir. Daha sonra Arzunu çağırmış və bundan bir neçə dəqiqə keçdikdən sonra Elnur mobil telefonla kiməsə zəng etmiş və təcili işinin çıxdığını bildirmişdir. Verdiyi pulu geri istədikdə taksi ilə uzun yol gəldiklərini və evə bazarlıq etməy üçün pullarının olmadığına görə müəyyən miqdarda pul verməsini ondan xahiş etmişdir. O da heç bir pul lazım olmadığını bildirərək qalmağını demişdir. Sonra Arzunu bundan sonra da adlarını hal- hazırda xatırlamadığı 4-5 nəfər müştəri ilə də görüşdürmüşdür. Bir neçə dəfə Arzunu Aydanla birlikdə də otelə göndərmişdir. Sonuncu dəfə Arzunu Elnur adlı şəxsə pul müqabilində təqdim etmişdir. Elnur nömrəsini ortaq tanışları vasitəsilə əldə etdiyini bildirmişdir. Elnur istirahət etmək məqsədilə tanıdığı qadının olub olmamasını sual vermişdir. Ona hal hazırda iki nəfər qadının olduğunu demişdir. Ona ən yaxşısının Aysel adlı qadın olduğunu bildirmişdir. Daha sonra Bakı şəhərində yerləşən ünvanı və adını xatırlamadığı otellərin birində Arzunu da oraya apararaq Elnurla görüşmüşlər. Elnur 200 manat pul vermişdir. Sonda həmin puldan 50 manatını Arzuya vermişdir. Elnur Arzunun neçə yaşı olmasını sual verdikdə ona 21 yaşının olduğunu demişdir. Eyni zamanda adının Aysel olduğunu bildirmişdir. Daha sonra Elnur Arzunu görüb otağa keçməmiş və işinin çıxdığını deyib geri qayıtmaq istədiyini bildirərək və verdiyi 200 manat pulu geri istəmişdir, ona taksi ilə gəldiklərini nəzərə almağını demişdir. O 50 manat pul vermiş və qalan 150 manatı isə özünə götürərək getmişdir. Aydanın mobil nömrəsini Aqil adlı şəxsə göndərmişdir. Aqillə “Tiktok” sosial şəbəkəsindən tanış olmuşdur. Həmin zaman onunla söhbətləri səmimi alınmışdır. Hətta onunla bir neçə dəfə də görüşüb çay içmişlər. Daha sonra bir dəfə ona Aydan adlı tanıdığı qadının olduğunu onunla cinsi əlaqədə olmaq istəməsini ona sual vermişdir. O bu təkliflə razı olmuşdur. Aydanın fotoşəkilini ona göndərmişdir. Daha sonra ona Aydanın mobil nömrəsini verməyi üçün və həmçinin də onunla cinsi əlaqədə olmağına şərait yaratdığı üçün Tiktok hesabına 200 manat pul göndərməsini demişdir. O da Tiktok sosial şəbəkəsində olan hesabına 200 manat pul göndərmişdir. Daha sonra Aydanla Aqil Bakı şəhərində hazırda adını və ünvanını xatırlamadığı oteldə görüşüb cinsi əlaqədə olmuşlar. X6 göndərdiyi 200 manat puldan 50 manat pulu ona vermişdir. Əlavə olaraq onu da bildirmişdir ki, 2024-cü ilin yanvar ayının əvvəllərində Aydana “Tiktok” sosial şəbəkəsindən tanış olduğu Afiq adlı şəxsin olduğunu onunla birlikdə rayona getməli olduğunu bildirmişdir. Aydan rayonun uzaq olduğunu və getmək istəmədiyini bildirmişdir. Aydana birlikdə gedəcəyini və həmin şəxsin çox pul verəcəyi ilə onu aldadaraq aparmışdır. Daha sonra Afiq adlı şəxsin avtomobili ilə Aydanla birlikdə Qəbələ şəhərinə getmişlər. Orada Afiq adlı şəxsin kirayə tutduğu evdə qalmışlar. Hal-hazırda həmin ünvanı dəqiq xatırlamadığını bildirmişdir. Orada Aydan və özü Afiqlə cinsi əlaqədə olmuşlar. İki gün orada qaldıqdan sonra Afiq adlı şəxsin avtomobili ilə Aydanla birlikdə Bakı şəhərinə qayıtmışlar. Afiqdən hər hansısa məbləğdə pul almamışdır. Sadəcə orada olan xərcləri Afiq çəkmişdir. Daha sonra Aydanı 2024-cü ilin yanvar ayının müxtəlif günlərində ilk əvvəl Nadir bir neçə gün sonra isə Rəfail adlı şəxslərlə Bakı şəhərində hazırda adını və ünvanını xatırlamadığı müxtəlif otellərdə pul müqabilində görüşdürərək onlarla cinsi əlaqədə olmağını təşkil etmişdir. Aydan həmin şəxslərlə cinsi əlaqədə olmuşdur. Bunun müqabilində həmin şəxslər ayrı-ayrılıqda 200 manat pul vermişlər. Hər 200 manatdan 50 manat Aydana vermişdir. Qalan 150 manatlar isə özünə qalmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, gəlir əldə etmək məqsədilə adlarını qeyd etdiyi qadınlardan başqa hər hansı digər qadını fahişəliyə cəlb etmədiyini, həmin qadınlarla pul müqabilində görüşdürdüyü müştərilərin adlarını anket məlumatlarını xatırlamadığını, həmin şəxslərlə telefon və yaxuddaki sosial şəbəkələr vasitəsilə əlaqə saxladığını, hal- hazırda isə həmin mobil telefonu itirdiyini, Zərərçəkmiş şəxs1m və Zərərçəkmiş şəxs2 2023-ci ilin dekabr ayının sonlarından 2024-cü ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində fahişəliyə cəlb etdiyini, hər dəfə müştərilərə Arzu və Aydanı 200-250 manat məbləğində qiymətə təklif etdiyini, həmin məbləğdən həmişə hər müştəriyə görə ona 150-200 manat pulun qaldığını, 40-50 manat isə qızlara verdiyini, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1m müştərilərlə cinsi əlaqədə olmaq üçün heç vaxt məcbur etmədiyini, özlərinin də razılığı ilə müştərilərlə görüşüb pul müqabilində cinsi əlaqədə olduqlarını, Zərərçəkmiş şəxs2 yetkinlik yaşına çatmadığını və 15 yaşı olduğunu bildiyini, müştərilərə Arzunun adını Aysel kimi, yaşının isə 20-21 yaş aralığında olduğunu dediyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından zərərçəkmiş şəxsin, şahidin ifadələrini də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bidirmişdir ki, 2023-cü ilin sentyabr ayında təqsirləndirilən şəxslə “Tik tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. O, Elnura ilə sosial şəbəkədə görüntülü oyunlar keçirmişlər. Goranboyda qaldığı vaxtlarda Elnura ona Bakıya gələndə qonağı olmağını təklif etmişdir. Anası Bakıda yaşasa da sonuncu ilə danışmadığı üçün Bakıya gələrkən onun yanına getməmiş, Elnuranın yanında qalmaq qərarına gəlmişdir. Atası onu özü Elnuranın yanına gətirib qoymuşdur. Elnura ona kirayə qaldığı evin pulunu yarı-yarıya verməli olduğunu demişdir. Bir müddət sonra o, Elnura ilə spirtli içki qəbul etməyə başlamışdır. Bundan sonra Elnura onu başqa-başqa şəxslərlə görüşdürməyə başlamışdır. Elnura Arzunun və onun hamamda çimən yerdə video və şəkillərini çəkmiş, onun dediklərini etməyəcəyi təqdirdə şəkillərini işlədiyi yerə və anasına göndərməklə hədələmişdir. Elnura həmin videoları sonradan anasına atmışdır. Zərərçəkmiş şəxs1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, o, 18 il sonra 2023-cü ilin oktyabr ayında atasını tapmış, lakin atasının arvadı ilə yola getmədiyi üçün onun yanından Bakıya gəlmişdir. Elnura onu Afiq adlı şəxslə tanış etmişdir, onlar Qubaya və Qəbələyə getmişlər. Afiq yanında onunla cinsi əlaqədə olması üçün başqa bir nəfər də gətirmişdir. Həmin şəxs onunla cinsi əlaqədə olmuşdur. Elnura ona müştəri ilə görüşdüyünü bildirərək sonuncudan kirayə pulu almadığını qeyd etmişdir. O, ümumilikdə 5-6 dəfə başqa-başqa şəxslərlə görüşmüşdür. Onlar insan alverinə qarşı mübarizə idarəsinin olduğunu bildikdə oraya müraciət etmişlər. Elnura onu başqa şəxslərlə görüşdürən vaxt 17 yaşı olmasından xəbəri olmuşdur. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi var. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bidirmişdir ki, anası spirtli içki içdiyi üçün onu döymüşdür. O, buna görə ögey bibisinin yanına getmişdir. Həmin vaxt ögey atası narkotik vasitə ilə tutulmuşdur. Ögey bibisi ona “məhkəmədə ögey atanın xeyrinə ifadə versən səni oxutduracağıq” demişdir. O, sonradan təsadüfən ögey bibisinin telefon danışıqlarından eşitmişdir ki, onlar ondan məhkəmədə istifadə edib evdən qovacaqlar. Həmin gün o, sosial şəbəkədən tanış olduğu Təqsirləndirilən şəxs ilə telefonda danışmış, Elnura Məmmədova onunla birlikdə qalmağı təklif etmişdir. O, Elnura ilə Xırdalan ərazisində kirayədə qalmağa başlamışdır. Elnura ona evin kirayə pulunun verilməli olduğunu, bu səbəbdən maddi cəhətdən ona kömək etməli olduğunu bildirmişdir. O, Elnuraya aşpazlıq kursuna yazılıb sonra işləyə biləcəyini bildirmişdir. Elnura ona iş tapacağını qeyd etmişdir. Bir müddət sonra Aydan adlı şəxs də yaşamaq üçün onların yanına gəlmişdir. Elnura onlara spirtli içki qəbul etməyi təklif etmiş, onlar həmin günü spirtli içki qəbul etmişlər. Elnura onlara cinsi əlaqədə olmaq müqabilində pul qazana biləcəklərini bildirmişdir. Elnura onun qeyri-təbii yolla cinsi əlaqədə olacağını da qeyd etmişdir. Elnura onu təxminən 5 nəfər şəxslə görüşdürsə də həmin şəxslərdən 3 nəfəri onunla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxs həmişə onları gecə saat 2 radələrində görüşdürmüşdür. Elnura ona pul verməmişdir. Onun yanında Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslər 150 manat və 200 manat pul vermişdir. Təqsirləndirilən şəxs onunla görüşməmişdən təxminən 1 ay əvvəl tanımışdır. Elnura onunla mobil telefonda yaxşı danışmış, ona yalandan onlayn kosmetika məhsulları satdığını demişdir. Birinci dəfə cinsi əlaqədə olduqdan sonra o, qollarını da doğramışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Qəbələ rayonuna gedən zaman Təqsirləndirilən şəxs zəng edib onunla getməsini təklif etmişdir. Elnura ona Aydan adlı rəfiqəsinin olduğunu, onun da gələ biləcəyini bildirmişdir. O da bu təklifə etiraz etməmişdir. Onlar Qəbələyə gedib iki gün qaldıqdan sonra geri qayıtmışlar. O, Elnura və Aydanla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə müqabilində qarşı tərəfə pul verməmişdir. Aydanın hadisə zamanı 19-20 yaşı olmuşdur.O, ancaq qarşı tərəfin maddi ehtiyaclarını qarşılamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Tiktok” sosial şəbəkəsindən tanımışdır. Daha sonra Elnuranın evinə getmiş və Aydanla tanış olmuşdur. Aydan ona Elnuranın onunla pul məbləği haqqında danışıb-danışmadığını soruşduqda o, Aydana Elnurayla bu haqda danışmadığını demişdir. Aydan isə onunla görüşməyin qiymətinin 200 manat olduğunu demişdir. Şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, onun Aydan adlı qızla görüşünü Təqsirləndirilən şəxs təşkil etmişdir. Aydanla Elnuranın evində görüşmüşdür. Elnurayla nə dost, nə sevgili olmamışlar .Bir dəfə evinə getmiş və sonuncunun evində Aydanla görüşmüşdür. Elnurayla Aydan bir evdə yaşamışlar. Elnuranın evinə gedəndə yemək üçün ərzaq məhsulları almışdır. Elnurayla Aydanla görüşmək üçün pul haqqında danışmamışlar. Elnura qızın onunla pulla görüşdürəcəyini deməmişdir. Elnura “tiktok”da münasibət qurmaqla bağlı hər hansı bir paylaşım etməmişdir. Raqif onun sinif yoldaşı olmuşdur Məhkəmə iclasında Şahid4 elan edilərək tədqiq edilmiş ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2024-cü ilin yanvar ayında “Tik-tok” sosial şəbəkəsindən Elnura adlı qadınla tanış olmuşdur. Daha sonra o, öz nömrəsini vermişdir. Beləcə “WhatsAapp” sosial şəbəkəsində yazışmağa başlamışlar. Elnuraya “Tik-tok” sosial şəbəkəsində pul atmışdır. 2024-cü ilin yanvar ayında söhbət əsnasında Elnurə cinsi əlaqədə olmağı üçün pul müqabilində Aydan adlı xanım təşkil edə biləcəyini təklif etmişdir. Bunun qiymətinin nə qədər olacağını ondan soruşmuşdur. O, 200 manat olacağını bildirmişdir. Daha sonra Bakı şəhəri ərazisində hal-hazırda ünvanını və adını xatırlamadığı otellərin birində Elnura və onun gətirdiyi Aydan adlı qadınla görüşmüşdür. Həmin vaxt Elnuraya 200 manat pul vermişdir. Otelin otağına daxil olub Aydanla cinsi əlaqədə olmuşdur. Daha sonra həmin oteli tərk etmişdir. Bundan sonra isə Elnura ilə olan əlaqəsi kəsilmiş və bir daha ona yazmamışdır.(cild 1, iş vərəqə 158-161). İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən Şahid4 bildirmişdir ki, Elnura aşağı mərtəbədə olmuşdur. 200 manat pul məbləğini masanın üzərinə qoymuş, masanın üzərindən pulu kimin götürdüyünü bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs “Tiktok” sosial şəbəkəsindən tanımışdır. “Tiktok”da Təqsirləndirilən şəxs mesaj yazmış və yazışmağa başlamışlar. Oteldə bir qadınla görüşmüş və görüşməyin müqabilində həmin xanıma 200 manat pul vermişdir. Otelə həmin xanım Elnurayla birlikdə gəlməmişdir. Şahid1 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, Elnura ona görüş müqabilində veriləcək pulun miqdarını otelə gələn xanımın deyəcəyini söyləmişdir. Həmin qadınla onun görüşünü Elnura təşkil etmişdir. Əvvəllər Elnuranı tanımamışdır. Elnuranın “Tiktok” sosial şəbəkəsində onun sosial şəbəkə hesabına baxması ilə bağlı ona bildiriş gəlmiş və o da buna görə Elnuranın səhifəsinə baxış keçirib ona mesaj yazmışdır . Elnurayla ancaq telefonda danışmışdır. Elnura “tiktok”da münasibət qurmaqla bağlı hər hansı bir paylaşım etməmişdir. Məhkəmə iclasında Şahid1 elan edilərək tədqiq edilmiş ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2024-cü ilin yanvar ayında “Tik-tok” sosial şəbəkəsindən Elnura adlı qadınla tanış olmuşdur. Tanışlıq əsnasında o, öz nömrəsini vermiş, beləcə “WhatsApp” sosial şəbəkəsində yazışmağa başlamışlar. 2024-cü ilin yanvar ayında söhbət zamanı Elnura ona cinsi əlaqədə olmaq üçün pul müqabilində Aydan adlı xanımla görüş təşkil edə biləcəyini təklif etmişdir. Bunun qiymətinin nə qədər olacağını ondan soruşmuşdur. O, 200 manat olacağını bildirmişdir. Daha sonra Bakı şəhəri ərazisində halhazırda ünvanını və adını xatırlamadığı otellərin birində Elnura və onun gətirdiyi Aydan adlı qadınla görüşmüşdür. Həmin vaxt Elnuraya 200 manat pul vermişdir. Otelin otağına daxil olub Aydanla cinsi əlaqədə olmuşdur. Daha sonra həmin oteli tərk etmişdir. Bundan sonra isə Elnura ilə olan əlaqəsi kəsilmiş və bir daha ona yazmamışdır (cild 1, iş vərəqə 162-165). İbtidai istintaq dövründə və məhkəmədə verdiyi ifadələr arasındakı ziddiyyətləri izah edərkən Şahid1 bildirmişdir ki, otel Biləcəri ərazisində olmuşdur. Otelə gələn xanımın adını bilmir. 200 manat pul məbləğini otelə gələn həmin xanıma vermişdir. İbtidai istintaq dövründə verdiyi ifadələr ilə məhkəmə iclasında verdiyi ifadələr arasındakı ziddiyyəti həyat yoldaşınən vəfat etməsi ilə əlaqələndirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin qış aylarında “Tik-tok” sosial şəbəkəsindən Elnura adlı qadınla tanış olmuşdur. Daha sonra o öz nömrəsini vermişdir. Beləcə “Whatsapp” sosial şəbəkəsində yazışmağa başlamışlar. Ona “Tik-tok” sosial şəbəkəsindən pul atmışdır. 2023-cü ilin qış aylarında Elnura ilə Bakı şəhəri Neftçilər prospekti ünvanında yerləşən adını xatırlamadığı restoranda yemək yemişlər. Bu hadisədən sonra 2024-cü ilin əvvəllərində Elnuranın vasitəsilə Aydan adlı qadınla tanış olmuşdur. Elnura onun nömrəsini vermişdir. Elnura Aydanla cinsi əlaqədə olmağı təklif etmişdir. Bunun müqabilində Elnuraya “Tik-tok” sosial şəbəkəsində 200 manat pul göndərmişdir. Beləcə Aydanla da “Whatsapp” sosial şəbəkəsində yazışmağa başlamışlar. Beləcə Bakı şəhəri ərazisində hal-hazırda ünvanı və adını xatırlamadığı otelde görüşmüşdür. Amma həmin vaxtı işi çıxdığı üçün görüşə bilməmişdir. Orada Aydanla cinsi əlaqədə olmuşdur. Bundan sonra isə nə Aydan, nə də ki Elnura ilə hər hansı bir əlaqəsi olmamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Elnuraya “Tik-tok” sosial şəbəkəsində onun dediyi Aydan adlı qadınla cinsi əlaqədə olmaq üçün 200 manat pul göndərdiyini, Elnura ona Aydandan başqa cinsi əlaqədə olmaq üçün digər qadın təşkil etmədiyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Şahid6 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin fevral ayında ortaq tanışı vasitəsi ilə Elnura adlı qadınla tanış olmuşdur. Elnuranı cinsi əlaqədə olmaq üçün qadın təşkil edən şəxs kimi tanımışdır, istirahət etmək məqsədilə Elnura ilə əlaqə saxlamaq qərarına gəlmişdir. Elnuranın nömrəsini ortaq tanışından almışdır. Elnuraya zəng vuraraq nömrəsini ortaq tanışından götürdüyünü bildirib ondan cinsi əlaqədə olmaq üçün qadın təşkil etməsini demişdir. O, əlində bir neçə qadının olduğunu bildirmişdir. Aysel adlı qadını məsləhət görmüşdür. Ona həmin Aysel adlı şəxs ilə cinsi əlaqədə olmaq üçün nə qədər pul verəcəyini soruşduqda o 200 manat pul verməli olduğunu bildirmişdir. Onunla razılaşmışdır. Həmin günü Bakı şəhərində yerləşən ünvanı və adını xatırlamadığı oteldə Elnurə və onunla birlikdə gələn Aysel adlı qadınla görüşmüşdür. Elnura balacaboy, yumru sifətli, qaraşın, kök qadın imiş. Aysel isə sarısaçlı, ortaboylu qadın imiş. Sonradan Elnuranın ona Arzu deyə müraciət etdiyini eşitmişdir. Onun adının Arzu olduğunu bilmişdir. 200 manat pulu Elnuraya vermişdir. Amma sonradan Arzunun vizual görünüşündən yaşının az olduğunu görmüşdür. Ona görə də azyaşlı olduğunu hiss edib hətta Elnurəyə bunu sual vermişdir. O Arzu adlı qadının 21 yaşı olduğunu bildirərək narahat olmamağını bildirmişdir. Bundan qorxaraq onunla cinsi əlaqədə olmayıb oteli tərk etmişdir. Sonra Elnurədən 200 manatını geri istəmişdir. O pulunu geri vermişdir. Gəldikləri üçün 200 manatın 50 manatını Elnurəyə taksi pulu olaraq vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Elnuranın cinsi əlaqədə olmaq üçün yalnız Arzu adlı qadını təşkil etdiyini, lakin Arzunun yaşının az olduğunu hiss edib onunla heç bir ünsiyyət qurmadan otelin otağını tərk etdiyini, Elnuranı tapdığı ortaq tanışını xatırlamadığını bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin sentyabr-oktyabr aylarında “Tik-tok” sosial şəbəkəsindən Elnura adlı qadınla tanış olmuşdur. Daha sonra o, öz nömrəsini vermişdir. Beləcə “Whatsapp” sosial şəbəkəsində yazışmağa başlamışlar. Bir-biriləri ilə söhbətləri səmimi alınmışdır. Həmin vaxt Elnura cinsi əlaqədə olmaq üçün qız təşkil edə biləcəyini bildirmişdir. Bir gün görüşməklərini ona məsləhət görmüşdür. 2024-cü ilin yanvar ayında Elnura cinsi əlaqədə olmaq üçün qadın gətirəcəyini bunun üçün ona 200 manat pul verməli olduğunu bildirmişdir. Onunla razılaşmışdır. Bir neçə gün sonra Elnura ilə Bakı şəhərində ünvanını və adını xatırlamadığı otellərin birində görüşmüşdür. Orada Elnura dediyi qadını da özü ilə gətirmişdir. Elnura onun adının Aysel olduğunu bildirmişdir. Elnuraya cinsi əlaqədə olmaq üçün qadın gətirdiyinə görə 200 manat pul vermişdir. Üçü birlikdə otelin otağına daxil olmuşlar. Elnura Ayselin 21 yaşının olduğunu amma bakirə olduğunu yalnız arxa nahiyədən cinsi əlaqədə ola biləcəyini bildirmişdir. X3 Arzu deyərək çağırdığını eşitmişdir. Daha sonra Arzunun xarici görünüş cəhətdən yaşının az olduğunu düşünərək və bakirə olduğunu bilərək Elnuraya bəhanə gətirərək təcili işinin çıxdığını getməli olduğunu bildirmişdir. Elnuraya verdiyi pulu geri istədikdə o bazarlıq üçün pul lazım olduğunu və uzaqda qaldıqları üçün taksinin baha olduğunu bildirib pulun müəyyən hissəsini verməyini xahiş etmişdir. Pulun lazım olmadığını ümumiyyətlə qalmasını bildirərək oradan ayrılmışdır. Bundan sonra isə 2024-cü ilin fevral ayında Elnura yığaraq Arzunun tutulduğunu həmin vaxt adını verdiyini demiş və əgər polisə çağırsalar onun adını çəkməməyini xahiş etmişdir. Ona səs ataraq hər şeyi olduğu kimi deyəcəyini bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, ekspert rəylərini, habelə digər sənədləri də sübut növü kimi qəbul edir. 07 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 fahişəliyə cəlb edilmələri faktı barədə Daxili İşlər Nazirliyinin İsan Alverinə qarşı mübarizə Baş İdarəsinə müraciətləri əsasında cinayət işi başlanılmışdır. (Cild 1, iş vərəqə 1). 27 fevral 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcək nahiyəsində qeyri-təbi yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Vizual olaraq arxa keçəcək dəliyi və ətrafında hər hansı xəsarət və ya xəsarət izi, eləcə də patoloji hal (babasil düyünü və s. xəstəlik) aşkar edilməmişdir (cild 1, iş vərəqə 42-44). 27 fevral 2024-cü il tarixli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. Zərərçəkmiş şəxs1 arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Vizual olaraq, arxa keçəcək dəliyi və ətrafında hər hansı xəsarət və ya xəsarət izi, eləcə də hər hansı patoloji hal (babasil düyünü və s. xəstəlik) aşkar edilməmişdir (Cild 1, iş vərəqə 46-48). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 02 may 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (Cild 1, iş vərəqə 106). Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayonu İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 31 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 25 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 5-ci mikrorayon, A.Məhərrəmov küçəsi , 15 saylı evin 47 nömrəli mənzilindən müvəqqəti olaraq qeydiyyatsız yaşayır (Cild 1, iş vərəqə 54-55). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.2.4-cü maddəsində on altı yaşına çatmayan şəxsi fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara-zərərçəkmiş şəxslərin və şahidlərin ifadəsi, ekspertiza rəylərinə əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 171.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən həmin Məcəllənin 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır, 171.2.4-cü maddəsində göstərilən cinayət əməli isə ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxs tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243.1 və 171.2.4-cü maddələrinin sanksiyası həddində, həmin Məcəllənin 66.3-cü maddəsinin tələblərinə riayət etməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halalrın olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 171.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs əcnəbi statusuna malik olduğundan Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə ona həmçinin Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, onun haqqında həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulma prosessual məcburiyyət tədbiri tətbiq edilməmiş, 29 may 2024-cü il tarixli barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 134-135). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı hökm çıxarıldığı, yəni barəsində hökmlə həbs qətimkan tədbirinin seçildiyi 01 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 40(qırx) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 340 (üç yüz qırx) (120+220) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 171.2.4-cü və 243.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 171.2.4-cü maddəsi ilə 2(iki) il müddətinə təlim və tərbiyə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplanmaqla ona 2 il müddətinə təlim və tərbiyə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə qəti olaraq 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Onun haqqında həbs qətimkan tədbiri seçilsin. O, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Məhkəmə mərhələsində göstərilmiş 40(qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Bakı şəhəri 18 Saylı Vəkil Bürosunun hesabına 340 (üç yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-723/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-723/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver