Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-724/2021 30.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2 və İbadov Əli Akif oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, "AİM" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1998-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Şıxlar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan, 17 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 fevral 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 fevral 2020-ci il tarixdə, saat 22:00 radələrində anası X3 icarə əsasında işlətdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 48 ünvanda yerləşən “New York” kafesində olarkən həmin kafedə müştəri qismində olan Zərərçəkmiş şəxs içkili vəziyyətdə ona yaxınlaşıb musiqi səsləndirməsini istədikdə, Təqsirləndirilən şəxs telefonunda enerji yığımının az olması səbəbindən musiqi səsləndirə bilməyəcəsini bildirmişdir. Bundan sonra, Zərərçəkmiş şəxs istəyinin yerinə yetirməməsindən qəzəblənib mübahisə yaratmış, mübahisə zamanı yumuruq və təpiklə vuraraq Təqsirləndirilən şəxs sağ bazunun orta 1/3-nin iç səthinin, qarın nahiyəsinin sağ yarısının və sağ budun orta 1/3-nin ön səthinin qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirdiyinə görə Zərərçəkmiş şəxs təşəbbüsü ilə yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs kafenin mətbəxindən götürdüyü iti, deşici-kəsici xassəyə malik bıçaqla qəsdən Zərərçəkmiş şəxs qarın nahiyəsinin ön səthindən bir dəfə vuraraq ona qarın nahiyəsinin ön səthinin periton boşluğuna nüfuz edən, mədəni, on iki barmaq bağırsağı, mədəaltı vəzi və böyük piyliyi yaralayan, kəskin qanitirməyə səbəb olan 1 ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan, daxilə nüfuz edən, yetirildiyi andan həyat üçün təhlükəli olan qəsdən onun sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi tam təsdiq edilmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, anası X1 rayonunun Xırdalan şəhərində yerləşən “New York” kafesini icarə əsasında işlədir. Tək olduğundan arabir anasının işlətdiyi həmin kafeyə getmiş, sadə işlərdə anasına kömək etmişdir. Hadisənin baş verdiyi gün, yəni 16 fevral 2020-ci il tarixdə, axşam saatlarında dişi ağrıdığından anası ilə birlikdə Abşeron rayonunun Xırdalan şəhəriində yerləşən “Kristal Abşeron” yaşayış kompleksində fəaliyyət göstərən diş həkiminə getmişdir. Onlar həkim kabinetində olan zaman “New York” kafesində işləyən ofisiant qadın onun anasına zəng edərək kafedə olan müştərilərin problem yaratdıqlarını bildirmiş və imkan daxilində kafeyə gəlməsini istəmitşdir. Anası onu həkimin yanında qoyub özü kafeyə qayıtmışdır. Bu müddətdə həkim onun dişinin müalicəsi ilə məşğul olmuşdur. Bir qədər sonra anası yenidən həkim kabinetinə onun yanına gəlmiş, həkim müalicəni bitirmiş və o, anası ilə birlikdə kafeyə qayıtmışlar. Yolda anasının deməsinə görə İlkin adlı biri kafedə sərxoş vəziyyətdə özünü yaxşı aparmamış, narahatçılıq yaratmış və anası getdikdən sonra hər şeyi yoluna qoymuşdur. O, saat təxminən 22 radələrində anası ilə birlikdə kafedə oturub yemək yeyən zaman əvvəllər görmədiyi və tanımadığı, sonradan adının İlkin olmasını öyrəndiyi, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs açıq-aşkar sərxoş vəziyyətdə salonda həzin müsiqi ilə qeyri-adi hərəkətlərlə rəqs etmiş, ortalıqda şpaqat açmışdır. Bir-iki dəqiqə sonra Zərərçəkmiş şəxs onun anası ilə oturduqları masaya yaxınlaşmış və ondan “Qobustan qayaları” adlı mahnını səsləndirməyi istəmişdir. Telefonunun cərəyanı bitmək üzrə olduğundan o, İlkin adlı şəxsə telefonunda cərəyan olmadığını bildirmiş, ona görə də mahnı səsləndirə bilməyəcəyini demişdir. Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, əvvəllər müştərilərin xahişi və ya özlərinin təşəbbüsü ilə mobil telefondan istifadə etməklə internet şəbəkələrindən müxtəlif mahnılar seçmiş və səsgücldəndiricilər vasitəsi ilə kafenin salonunda səsləndirmişdir. Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, o, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə mahnı sifarişindən imtina etdiyindən İlkin ona hirslənmiş, ona “necə olur, başqa vaxt mahnı qoya bilirsən, indi mən dedim deyə, mahnı qoymursan?” sualını ünvanlamış və israrla mahnı səsləndirməyi tələb etmişdir. İlkin onun yekun cavabını gözləmədən təpiklə vurub onların oturduqları stolun üstünü dağıtmış, digər stolların üstündə olan çaynikləri, qənd-konfet qablarını yerə çırpmışdır. Yeməklər, servislər kafenin salonuna dağılmışdır. İlkin demək olar ki, kafeni dağıtmışdır. Həmin vaxt kafedə İlkinin ətrafında olmalarını təqribi bildiyi 3 nəfər, əlavə olaraq 3-4 nəfər müştəri və anket məlumatlarını bilmədiyi bir nəfər ofisiant olmuşdur. O, İlkinə hərəkətləri ilə bağlı iradlarını bildirdikdə İlkin onu yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vuraraq xəsarət yetirmiş, hətta saçından tutaraq onu itələyib divara çırpmışdır. Anası onu İlkinin əlindən almaq, onun xuliqanlığının qarşısını almaq istədikdə İlkin onun anası Gülnarəni də təpiklə vuraraq xəsarət yetirmişdir. İlkinin onlara daha da ağır xəsarətlər yetirə biləcəyindən, kafeni dağıda biləcəyindən qorxaraq onun hərəkətlərinin qarşısını almaq məqsədilə qaçaraq kafenin mətbəxinə keçmiş və hücum edəcəyi təqdirdə onu qorxutmaq üçün mətbəxdən bir ədəd bıçaq götürüb geri qayıtmışdır. İlkinin yenə də onun üstünə gəldiyini görüb ondan yaxın gəlməməsini tələb etmişdir. Lakin İlkin hərəktlərini davam etdirib yenə də onun üstünə gəldikdə və o, özünü qorumaq məqsədilə bıçaqla İlkini bir dəfə vurmuşdur. Elə həmin vaxt hadisə yerində olan şəxslərdən biri bıçağı onun əlindən alıb yerə atmışdır. Lakin İlkinin yetirdiyi xəsarətlərdən ağrılı olduğundan və son dərəcə həyəcanlı olduğundan bıçağı onun əlindən alan şəxsin kimliyini bilməmişdir. İlkin xəsarət aldıqdan sonra kafedə və İlkinin ətrafında olan şəxslər çıxıb getmişlər. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, hadisədən sonra hadisə barədə Abşeron polisinə məlumat verilsə də, hadisə yerinə gələn polislər çox başdansovdu hərəkətlər etmiş, demək olar ki, sənədləşmə aparmamışlar. Hadisədən sonra həm özü, həm də anası tibbi ekspertizadan keçmiş və onların hər ikisinin bədənində xəsarətlər aşkar edilmişdir. Buna baxmayaraq, o, Zərərçəkmiş şəxslə o, barışmış, onun müalicəsi üçün əlindən gələni etmişdir. Anası tərəfindən kafenin fəaliyyəti bərpa olunmuş, lakin kafenin fəaliyyətinin bərpası üçün İlkin və ya onun yaxınları tərəfindən heç bir təşəbbüs göstərilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadələri hadisə yerində yoxlanılmış və təqsirləndirilən şəxs sərbəst ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq edərək hadisə yerində əyani şəkildə göstərmiş, həmçinin hadisənin baş vermə səbəbləri, motivləri barədə məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə vermişdir (iş vərəqə: cild İ, səh. 150-151). Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 16 fevral 2020-ci il tarixdə, saat 19 radələrində dostu Ceyhunla birlikdə Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “New York” kafesinə yeyibiçməyə getmiş, sonradan isə qohumu Natiq ora gəlmiş, birlikdə yeyib-içmişlər. Az bir müddət sonra Ceyhun getmiş, o isə Natiqlə birlikdə kafedə qalmışdır. Kafedə yeyibiçdikdən sonra sərxoş vəziyyətə düşmüş, nə hərəkət etdiyini bilmsəmişdir. Yalnız baş vermiş hadisənin onun rəqs etməsi məqsədilə musiqi sifariş verməsi və sifarişinin yerinə yetirilməməsi səbəbindən kafenin içərisində baş verdiyini xatırlaya bilmişdir. Musiqiyə görə kafeni işlədən, adını Günay kimi bildiyi qadının qızı Ednarə ilə onun arasında mübahisə olmuş və nəticədə Elnarə onu kafenin içərisində bıçaqla vurmuşdur. Lakin sərxoş olduğundan mübahisənin məzmununu, özünün kafedə etdiyi konkret hərəkətləri, Elnarənin bıçağı haradan götürməsini, bıçağın əlamətlərini xatırlaya bilməmişdir. Hadisənin səbəbkarı o, özü olmuş, lazım olmayan hərəkətlərə yol verdiyini sonradan öyrənib bilmişdir. Onun Elnarəyə qarşı heç bir şikayəti və tələbi yoxdur. Hadisədən sonra hara getdiyini də dəqiq bilməmiş, lakin qohumları onu tapıb xəstəxanaya aparmışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsinin davamında göstərdi ki, ibtidai istintaq zamanı hadisənin səbəbkarının özü olduğunu müstəntiqə deməmiş, əsil həqiqəti gizlətməyə çalışmış, sərxoş olduğu üçün Günay adlı qadını öpdüyünü, tanımadığı, adını bilmədiyi ofisiant qızın ona çəngəl çıxartdığını, həmin qızı söyüb təhqir etdiyini, Elnarənin onun söyüşlərinə görə ona iradlar bildirdiyini, buna görə Elnarə ilə arasında mübahisə baş verdiyini və mübahisə zamanı Elnarənin gözlənilmədən onu bıçaqla qarın nahiyyəsindən bir dəfə vurduğunu göstərmiş, sonradan da bunu üzləşmə zamanı bir daha təsdiq etmək məcburiyyətində qalmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlə bağlı onun - zərərçəkmiş Zərərçəkmiş şəxs ibtidai istintaq mərhələsində vermiş olduğu həmin ifadələri məhkəmə istintaqında elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tədqiq olunan həmin ifadəsində 16 fevral 2020-ci il tarixdə, saat 19 radələrində dostu Ceyhunla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “New York” kafesində kabinetdə əyləşib çay içdiyini, bir qədər oturduqdan sonra Ceyhunun çıxıb getdiyini, özünün isə Natiqlə birlikdə orada qaldığını, həmin vaxt Günayın yanına getdiyini və onun üzündən öpdüyünü, həmin vaxtı orada olan adını bilmədiyi ofisiantın ona çəngəl çıxartdığını, ona çəngəl çıxaran qızı söyüb təhqir etdiyini, həmin vaxt Elnarənin ona “söyüş söymə, ayıbdır, mən çörək yeyirəm” sözlərini dediyini, çəngəl çıxaran ofisiant qızı tapa bilmədiyini və Elnarə ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Elnarənin gözləmədiyi anda onu bıçaqla qarın nahiyyəsindən bir dəfə vurduğunu göstərmiş, özünün sərxoş olması, qeyri-qanuni hərəkətlərə yol verdiyi, hadisənin əsil səbəbləri barədə istintaq orqanına heç bir məlumat verməmişdir (iş vərəqə: cild İ, səh. 88- 90). Məhkəmə istintaqı zamanı elan olunmaqla tədqiq edilən Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmədə dindirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs məhkəməyədək icraat mərhələsində və məhkəmə baxışı zamanı tədqiq olunan həmin ifadəsində göstərdiyi, təqsirləndirilən Təqsirləndirilən şəxs isə məhkəməyədək icraat mərhələsində verdiyi və məhkəmə baxışı zamanı bir daha təsdiq etdiyi ifadələrində göstərdiyi xüsusatları bir-birinin üzünə qarşı təsdiq etmişlər (iş vərəqə: cild İ, səh. 152-154). Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən, təqsirləndirilən Təqsirləndirilən şəxs anası X5 ifadəsində göstərdi ki, o, hadisədən bir müddət əvvəl Abşeron rayonunun Xırdalan şəhərində yerləşən “New York” kafesini icarə əsasında işlətməyə başlamışdır. Hadisə ərəfəsində karantin və ya komendant saatları tətbiq edilmədiyindən hər gün saat 13-də işə başlayıb, gecə saat 01 radələrinədək kafedə işləmişdir. Kafe yeni tikili binanın ikinci mərtəbəsində yerləşmiş, bara bitişik olan salon və kabinetlərdən ibarət olmuşdur. İşlətdiyi kafedə yemək-içmək üçün icazə və hər cür şərait olmuşdur. Hadisə günü, yəni 16 fevral 2020-ci il tarixdə, saat 21 radələrində qızı, hazırda baxılan iş üzrə təqsirləndirilən şəxs Elnarənin İsmayılovanın dişi ağrıdığı üçün o, qızını Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron” yaşayış kompleksində yerləşən diş həkiminə aparmışdır. Diş kabinetində olan zaman kafedə ofisiant işləyən Günel adlı qız ona zəng edərək tez kafeyə getməyi xahiş etmiş, hansısa müştərinin kafedə problem yaratdığı barədə məlumat vermişdir. Odur ki, o, Elnarəni həkimin yanında qoyub, qayıdacağını deyərək kafeyə getmiş və İlkin adlı şəxsin - baxılan iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs orada olan başqa bir müştəriyə sataşdığını və onlarla sözlə mübahisə etdiyini görmüşdür. O, sonuncuları bir təhər sakitləşdirmiş, İlkin bir daha təkrarlanmayacağına söz verdiyindən o, polisə məlumat verməmiş, oradan çıxıb qızı Elnarənin yanına qayıtmışdır. Təxminən 10 dəqiqə sonra Elnarəni də götürüb yenidən kafeyə getmiş, barın yanında, ac olduqlarından o, Elnarə kafedə ofisiant işləyən Şərahət adlı qız bir masa arxasında oturub yemək yemişlər. Həmin vaxt Zərərçəkmiş şəxs hələ də kafedə olmuş və sərxoş vəziyyətdə qızı Elnarəyə yaxınlaşaraq adını xatırlamadığı bir mahnı sifariş etmişdir. Elnarə isə mobil telefonuna işarə edib telefonunda enerji qalmadığını demiş, ona görə də mahnı səsləndirə bilməyəcəyini bildirmişdir. Elnarənin cavabından sonra Zərərçəkmiş şəxs sərxoş olduğu üçün onların yemək yediyi masanın üstünü dağıtmış, Elnarəni və onu nalayiq şöyüşlərlə söyüb təhqir etmiş, kafenin salonundakı digər masaların üzərində olan yemək naborlarını, çaynikləri dağıtmışdır. Gücü çatmayacağını başa düşüb polisə məlumat vermək məqsədilə birinci mərtəbəyə düşmüş, lakin bərk səs-küy eşitdiyi üçün yenidən ikinci mərtəbəyə kafeyə qalxmış və hadisənin qarşısını almaq məqsədilə müdaxilə etmək istədikdə Zərərçəkmiş şəxs onun ayağından təpiklə, Elnarəni sillə ilə vurmuş, sonuncunun saçından tutaraq itələmişdir. Bundan sonra Elnarə mətbəxə qaçmış, oradan əlinə bıçaq almış və İlkini sakitləşməsi üçün xəbərdar etmişdir. Lakin İlkin qızını və onu nalayiq söyüşlərlə söyə-söyə Elnarənin üstünə gəldiyindən Elnarə bıçaqla İlkinin qarın nahiyyəsindən bir dəfə vurmuşdur. Yalnız bundan sonra İlkin oradan qaçaraq getmişdir. Hadisədən sonra Elnarədən cinayət hadisəsi törədilmiş bıçağı kimin aldığını və ya Elnarənin həmin bıçağı harasa atdığını o, görməmiş, Elnarə özü isə baş vermiş hadisəyə görə şokda olduğundan ona izah verə bilməmişdir. Şahid Gülnarə Quliyeva ifadəsinin davamında göstərdi ki, Zərərçəkmiş şəxs çox sərxoş və aqressivləşmiş vəziyyətdə olmuş, heç kimi dinləmək istəməmişdir. Kafedə heç kəs onun üstünə çəngəl çıxarmamışdır. Hadisənin baş verməsinə səbəb Zərərçəkmiş şəxs özü olmuşdur. Hadisə zamanı kafenin fəaliyyəti dayanmış, bütün müştərilər çıxıb getmişdir. Baş vermiş hadisə barədə Abşeron polisinə məlumat verilsə də, hadisə yerinə gələn polislər heç bir tədbir görməmiş, hadisəni, kafenin vəziyyətini sənədləşdirməmişlər. Hadisədən sonra o, və qızı tibbi ekspertizadan keçmiş və onların hər ikisinin bədənində xəsarətlər aşkar edilmişdir. Şəxsən onun özü tərəfindən kafenin fəaliyyəti bərpa edilmiş, İlkin törətdiyi hadisəyə görə ondan üzr belə, istəməmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Etibar oğlu ilə onun qohumluq münasibəti var və onun atası ilə İlkinin atası əmoğludurlar. O, İlkinə əmioğlu kimi müraciət etmişdir. Şahid3 da qohumdur, Babək onun babasının qardaşı nəvəsidir. 16 fevral 2020-ci il tarixdə, axşam saat 23 radələrində Xırdalan şəhərində yerləşən «AYTAC» şadlıq evinin yanında olarkən əmoğlusu İlkinin ora gəlmişdir. O, İlkinin xəsarət almış vəziyyətdə olduğunu görüb ondan nə baş verməsi ilə maraqlanmış, sonuncu bıçaqla vurulduğunu demişdir. Həmin vaxt Babək yaxınlıqda olduğundan onu da çağırmış və Babəklə köməkləşib İlkini əvvəlcə Xırdalan şəhrində yerləşn təcili tibbi yardım xəstəxanasına, oradan isə təcili yardım avtomobili ilə İlkini Bakı şəhər X10 aparmışlar. Yolboyu İlkin ona nə baş verməsi barədə heç bir məlumat verməmiş, yalnız əlini böyrünə basıb ağrıdığını demişdir. Onlar İlkini X10 çatdırdıqdan sonra onu xəstəxananın reanimasiya şöbəsinə yerləşdirmişlər. Lakin İlkinin bıçaqla vurulduğunu sonradan eşitmişdir. Şahid Natiq Cəfərov ifadəsinin davamında göstərdi ki, o, hadisə vaxtı İlkinlə birlikdə “New York” kafesinində olmamış, hadisənin necə baş verdiyini, necə davam etdiyini görməmişdir. İlkinin kim tərəfindən vurulması barədə onun heç bir məlumatı olmamışdır. Amma hadisədən sonra Abşeron rayon Polis İdarəsində olarkən İlkinin Elnarə adlı qız tərəfindən bıçaqla vurulduğunu öyrənmişdir. Elnarə adlı qızı hadisədən əvvəl tanımamış, onunla heç bir münasibəti olmamışdır. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs onun və iş üzrə şahid qismində dindirilmiş Şahid2 qohumudur. İlkinlə qohum olsa da, sonuncu ilə onun yaxın münasibəti olmamışdır. 16 fevral 2020-ci il tarixdə axşam saat 23 radələrində Xırdalan şəhərində yerləşən «AYTAC» şadlıq evinin yanında yerləşən bərbərxanada saçını düzəltdirərkən Şahid2 onu bərbərxanadan çölə çağırmış, Natik ona İlkinin vəziyyətinin yaxşı olmadığını bildirmişdir. O, İlkinə yaxınlaşıb əynindəki köynəyi yuxarı qaldırdıqda İlkinin qarnında yara olduğunu və yaradan onun bağırsağının göründüyünü görmüşdür. Odur ki, taksi saxlatdırmış və Natiqlə köməkləşib İlkini əvvəlcə Xırdalan şəhrində yerləşən təcili tibbi yardım xəstəxanasına, oradan isə İlkini tez bir anda təcili yardım avtomobilinə əyləşdirmiş və Bakı şəhər X10 aparmışlar. Yolboyu İlkin nə baş verməsi barədə onlar heç bir məlumat verməmiş, yalnız əlini böyrünə tutub ağrıdığını bildirirmiş və vurulduğunu demişdir. Lakin İlkin kim tərəfindən vurulması barədə onlara heç bir söz deməmişdir. İlkin X10 çatdırıldıqdan sonra o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Şahid3 ifadəsinin davamında göstərdi ki, İlkinin bədəni üzərində olan xəsarətdən onun bıçaqla vurulduğu aydın görünmüşdür. İlkin xəstəxanada müalicə olunduğu müddətdə o, İlkinin Elnarə adlı qız tərəfindən bıçaqla vurulduğunu öyrənmişdir. Elnarə adlı qızı hadisədən əvvəl tanımamış, onunla heç bir münasibəti olmamış, Elnarəni yalnız xəstəxanada İlkinə baş çəkmək üçün gələrkən görüb tanımışdır. İş üzrə məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilmiş Şahid4 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid4 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 16 fevral 2020-ci il tarixdə, saat 19 radələrində dostu İlkin ona zəng edərək ona kafeyə gedib çay, pivə içməyi təklif etmiş, o, İlkinlə razılaşmış və onlar Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “New York” kafesində görüşmüşlər. Həmin vaxtı İlkinin əmisi oğlu Natiq də orada olmuş, onlar həmin kafeyə daxil olub kabinetdə oturmuşlar. İlkinlə Natiq pivə sifariş etmiş, o isə çay içmişdir. O, təxminən iki saat İlkin və Natiqlə birlikdə oturmuş, daha sonra isə oradan çıxaraq Abşeron rayonu, Xırdalan şəhərində olan qohumugilə qonaqlığa getmişdir. Təxminən 40 dəqiqə sonra yenidən kafeyə qayıtmış və həmin vaxt kafedə İlkinlə Elnarənin mübahisə etdiklərini görmüşdür. Elnarə kafedə olan barın yanında dayanmış, onun əlində bıçaq olduğunu görüb Elnarəyə yaxınlaşmış və bıçağı onun əlindən alaraq yerə atmış, lakin bıçağın üzərində qan izi görməmişdir. Bunan sonra o, İlkin və Natiqlə birlikdə kafedən çıxmış və o, taksiyə minərək yaşadığı evə getmişdir. O, evdə olan zaman İlkinin bibisi oğlu Babək ona zəng edərək İlkinin bıçaqlandığını demiş və X10 gəlməyi tapşırmışdır. O, evdən çıxıb X10 getmiş və həmin vaxt İlkinin cərrahi əməliyyat olunduğunu öyrənmişdir. Şahid4 tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, o, İlkinin bıçaqlanmasını görməmiş, həm hava qaranlıq olduğundan və həm də İlkinin əynində qara rəngli gödəkçə olduğundan o, sonuncunun xəsarət almasını bilməmiş, İlkin özü isə həmin vaxtı içkili vəziyyətdə olduğundan ki, bıçaqlanmasını bəlkə özü də bilməmişdir(iş vərəqə: cild İ, səh. 24-26). Məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibb ekspertizasının 19 iyun 2020-ci il tarixli, 1129 saylı rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı baxılan iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bədəni üzərində qarın nahiyəsinin ön səthinin periton boşluğuna nüfuz edən, mədənin, on iki barmaq bağırsağın, mədəaltı vəzin və böyük piyliyin yaralanması və kəskin qanitirmə ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Müəyyən olunan xəsarət iti deşici-kəsici alətin təsirindən törənmişdir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir və hadisənin baş verdiyi 16 fevral 2020-ci il tarixə uygun gəlir (iş vərəqə: cild İ, səh. 127- 129). Bundan başqa, işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan baxış və götürmə haqqında 17 fevral 2020-ci il tarixli protokoldan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli qolu qısa kofta və bir ədəd qara rəngli mayka tədqiqat aparılması məqsədilə qablaşdırılaraq Bakı şəhər X9 götürülmüşdür(iş vərəqə: cild İ, səh. 12-15). Məhkəmə baxışı zamanı tədqiq olunan «Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» Publik Hüquqi şəxs tərəfindən verilmiş 192/2020-MTBŞ nömrəli, 16 mart 2020-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, ABO sistemi üzrə A (İİ)-dir. Tədqiq olunan həmin rəydən daha sonra görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynək və mayka üzərində insan qanı ləkəlri aşkar olunmuşdur. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq edildikdə yalnız A antigeni alınmışdır. Qeyd olunanlarla əlaqədar ekspertlər belə nəticəyə gəlmişdir ki, aşkar olunan qan ləkələri A-beta /İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsusluğu mümkündür(iş vərəqə: cild İ, səh. 98-101). Daha sonra məhkəmə baxışı zamanı tədqiq olunan «Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi» Publik Hüquqi şəxs tərəfindən verilmiş 106/2020-MTKŞ nömrəli, 01 aprel 2020-ci il tarixli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus maykanın ön orta səthində bir ədəd və köynəyin ön orta səthində bir ədəd (cəmi bir ədəd) dəlib keçən zədə aşkar edilmişdir. Qeyd olunan zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Tədqiq olunan həmin rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində tikilmiş üç ədəd düymədən 03 saylı düymənin öz yerində olmaması aşkar olunmuşdur ki, qeyd olunan hal köynəyin müvafiq nahiyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir. Ən nəhayət, tədqiq olunan rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus gödəkçə üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə, həmçinin həmin görəkçə üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır(iş vərəqə: cild İ, səh. 145-147). Qeyd olunanlardan başqa, məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 02 mart 2020-ci il tarixli, 375 saylı rəyindən görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində sağ bazunun orta 1/3-nin iç səthinin, qarın nahiyəsinin sağ yarısının və sağ budun orta 1/3-nin ön səthinin qançırları kimi bədən xəsarətləri aşkar edilmişdir ki, qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərə rvurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Aşkar olunan xəsarətlərin qərarda qeyd olunan qaydada dava-dalaş nəticəsində əmələ gəlməsi, həmçinin qərarda qeyd olunan 17 fevral 2020-ci il tarixə uygun gəlir (iş vərəqə: cild İ, səh. 90). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş və iş üzrə tədqiqat məqsədilə istintaq orqanı tərəfindən götürülmüş bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli, qısa qol kofta və bir ədəd qara rəngli mayka iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs özünə qaytarılmışdır (iş vərəqə: cild İ, səh. 171-172). Beləliklə, məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirməsi mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə özünü qismən təqsirli bilmiş, baş vermiş cinayət hadisəsini zərərçəkmş şəxsin qanuna zidd hərəkətlərinin təsiri nəticəsində törətdiyini bildirmişdir. Həmçinin son sözlə məhkəməyə müraciət edən Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən son dərəcə peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirmiş və barəsində olan bütün yüngülləşdirici halların cəza təyin edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 78). Həmçinin məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs araşdırılan cinayət hadisəsini zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuna zidd hərəkətlərinin təsiri altında törətmişdir. Belə ki, məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə günü Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 48 ünvanda yerləşən “New York” kafesində musiqi sifarişi ilə bağlı sifarişinin yerinə yetirilməməsi səbəbilə mübahisə yaratması, mübahisə zamanı yumuruq və təpiklə Təqsirləndirilən şəxs vuraraq ona sağ bazunun orta 1/3-nin iç səthinin, qarın nahiyəsinin sağ yarısının və sağ budun orta 1/3-nin ön səthinin qançırları ilə nəticələnən, sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməsi, yəni cinayət hadisəsinin məhz zərər çəkmiş şəxsin qanuna zidd hərəkətlərindən sonra törənməsi tam təsdiq olunmuşdur. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı ərizə ilə müraciət edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir (iş vərəqə: səh. 162, iş materialları). Məhkəmə baş vermiş cinayət hadisəsini zərər çəkmiş şəxs Rəşad Məmmədovun qanuna zidd hərəkətlərinin təsiri altında törətməsini Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əvvəllər məhkum olunmamasını və tutduğu əməldən səmimi peşmanlığını isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərər çəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi; 59.1.12-ci maddəsinə əsasən isə zərər çəkmiş şəxslə barışıq əldə edilməsi cəza təyin olunarkən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində, Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən halları nəzərə almaqla, cəza təyinetmənin ümumi prinsiplərinə və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun, ədalətli azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Lakin məhkəmə kollegiyası Təqsirləndirilən şəxs haqqında olan yüngülləşdirici halları nəzərə alaraq, onun cəza çəkmədən də islah oluna biləcəyinin mümkünlüyünü qeyd edir və barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunaraq şərti məhkum edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərkən Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə, həmçinin vəzifə qoyulmalı, həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən isə onun üzərində nəzarət müvafiq dövlət orqanlarına, bu halda onun daimi qeydiyyatda olduğu və yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində 17 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19 fevral 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş və həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edildiyindən onun həbsdə saxlanıldığı 2 (iki) gün Təqsirləndirilən şəxs təyin olunan əsas cəza müddətinə hesablanmaqla çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1-ci maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsində görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunan azadlıqdan məhrum etmə cəzasının əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində şərti məhkum etmə tətbiq edildiyindən qanunun bu müddəası istisna təşkil edəcəkdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş və məhkəmənin hazırlıq iclasının müvafiq qərarına əsasən dəyişdirilmədən saxlanılmış “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə ilə əlaqədar onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Abşeron RPİ-nin saxlanc yerində saxlanılan maddi sübut - Zərərçəkmiş şəxs əynində olmuş və iş üzrə tədqiqat məqsədilə istintaq orqanı tərəfindən götürülmüş və ekspertiza tədqiqatlarından sonra saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs özünə qaytarılmış bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli, qısa qol kofta və bir ədəd qara rəngli mayka Zərərçəkmiş şəxs özünün sərəncamına verilməlidir. İş üzrə məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 fevral 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulub 19 fevral 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün ona təyin olunan azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilsin və ona 1 (bir) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Abşeron RPİ-nin saxlanc yerində saxlanılan maddi sübut - Zərərçəkmiş şəxs əynində olmuş, iş üzrə tədqiqat məqsədilə istintaq orqanı tərəfindən götürülmüş və ekspertiza tədqiqatlarından sonra saxlanması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs özünə qaytarılmış bir ədəd qara rəngli gödəkçə, bir ədəd göy rəngli, qısa qol kofta və bir ədəd qara rəngli mayka Zərərçəkmiş şəxs özünün sərəncamına verilsin. İş üzrə məhkəmə məhkəmə məsrəfləri yoxdur, qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir və əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-724/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-724/2021
30.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver