Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-724/2024 13.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X7 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi “Leqal” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, orta təhsilli, işləməyən, evli, iki azyaşlı uşağı olan, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən külli miqdarda tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 15,75 qram olan 7 ədəd blisterdə 70 ədəd həb - narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredici maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 24 aprel 2023-cü il tarixdə saat 19 radələrində Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti 117 ünvanında yerləşən “Koroğlu” metrostansiyasının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol yan cibindən 7 ədəd üzərində “Royal-225” göstəriciləri olan blisterdə 70 ədəd qırmızı rəngli dairəvi formalı, tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 15,75 qram təşkil edən, külli miqdarda narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsiredən maddələr aşkar edilərək götürülmüşdür. Bununla da o, Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində bildirmişdir ki, hadisə vaxtı Post Patrul əməkdaşları tərəfindən Koroğlu metrostansiyası tərəfində üzərindəki həblərlə saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqda Eltun adlı şəxs də onun yanında olmuşdur. Üzərindən aşkar olunan maddələrdən 2 ildir istifadə edir. Saxlanılan zaman qanunsuz maddənin təsirində olmuşdur. Saxlanılarkən üzərində 2 telefon nömrəsi olmuş və “Whatsapp” isitifadə etmişdir. Polis bölməsində üzərinə videoçəkilişlə baxış keçirilmiş və videoçəkiliş zamanı ifadəsində qanunsuz maddəni şəxsi istifadəsi üçün aldığını demişdir. Saxlanılan zaman dərmanın təsirində olduğundan tanışı Əfsanənin adını çəkmişdir, lakin üzərindən aşkar olunan qanunsuz dərmanı Əfsanə adlı şəxsdən almamışdır. Saxlanılrakən polis əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqlərə məruz qalmışdır. Lakin döyülməsi ilə bağlı heç kimə bir şey bildirməmişdir. Üzərindən aşkar olunan qanunsuz dərman pereparatının miqdarı polis idarəsində yazılandan az olmuşdur. Əslində isə polis əməkdaşları onun üzərinə baxış keçirən zaman üzərində 6 list olmaqla, ümumilikdə 15 həb olmuşdur. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, üzərindən aşkar edilmiş 07 listdə olan 70 ədəd tramadol həbini Əfsanə adlı qadından Şahid5 çatdırmaq məqsədi ilə almışdır, Şahid5 də həmin həbləri Qulu adlı şəxsə verməli imiş. O, həmin həbləri 24 aprel 2023-cü il tarixə Şahid5 ilə Bakı şəhəri, Nizami rayonu, Koroğlu metrostanisayasının yaxınlığında görüşüb Eltuna çatdırmış, Eltun həmin həbləri alıb baxdıqdan sonra ona geri qaytararaq bildirmişdir ki, Qulu adlı şəxs həmin həbləri almaq üçün gələcəkdir, o, gələnə qədər bu həbləri özündə saxlasın. O, Eltundan bunun səbəbini soruşduqda Eltun bildirmişdir ki, həmin şəxsə tam etibar etmir, birdən polisə məlumat versə onun üzərində heçnə tapılmasın, onu isə tanımadıqları üçün belə bir problem olmayacaqdır. Həmin vaxt o, heç nəyi fikirləşmədən Şahid5 həmin həbləri saxlamaq üçün almışdır. Həmin vaxt iki nəfər post-patrul geyimində polis əməkdaşının onlara tərəf yaxınlaşdığını görmüşlər, bu zaman onlar həyəcanlanmış, dayandıqları yeri dəyişməyə başlamışlar. Buna diqqət edən polislər onlara yaxınlaşmış, onlar özlərini şübhəli kimi aparmağa davam etdiklərindən onları 25-ci Polis şöbəsinə aparmışlar. Şöbədə onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sol yan cibində saxladığı həmin içində 70 ədəd tramadol həbi olan 7 ədəd listi və üzərində olan telefon və bank kartını da vermişdir. Həmin həblər qablaşdırılmış və götürülmüş, bu barədə protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Dindirmə zamanı ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin həbləri Əfsanədən alıb Eltuna çatdırmaqda marağı ondan ibarət olmuşdur ki, həmin həblər satıldıqdan sonra ona da pul veriləcəkmiş, bu barədə Eltun və Əfsanə ona söz vermişdir. O, əvvəllər də Eltun və Əfsanədən həblər almışdır. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixli ifadəsində bildirmişdir ki, ilkin ifadəsində qeyd etdiklərini qismən təsdiq edir. Belə ki, üzərindən aşkar edilmiş 7 ədəd listdə tramadol həbi aşkar edilmişdir. Hər bir listdə 10 ədəd həb nəzərdə tutulmasına baxmayaraq onun üzərindən aşkar edilmiş 7 ədəd listin hər birindən 10 ədəd həb deyil, daha az sayda həb var imiş. Belə ki, həmin üstləri aldıqda da listdə 10 ədəd deyil bir qədər az həb var imiş. O, bu həbləri atası X6 vermək məqsədi ilə almışdır. Lakin, atası Şamil Babayev keçirdiyi ağır xəstəlik səbəbindən ətraf mühiti tam dərk etmədiyindən ona bu kimi dərmanlar verməyini bilmir. Lakin, onun bu kimi dərmanlar qəbul etməsi barədə resepti vardır. O, həmin respetləri və atasının xəstəliyi ilə bağlı sənədləri istintaqa təqdim edə bilər. O, Şamil Babayevin xəstəliyi ilə bağlı ona lazım olan bu kimi dərmanları tapmasında kömək edirmiş. Onun özü də bu kimi güclü təsiredici maddələrdən istifadə edir. Dindirmə zamanı ona verilən “Siz ilkin ifadənizdə üzərinizdən aşkar edilmiş güclü təsiredici maddələri Əfsanə adlı şəxsdən Elton Alıyevə çatdırmaq məqsədi ilə aldığınızı, bunu müqabilində onların sizə pul verəcəyini bildirmisiniz. Əməliyyat yolu ilə müəyyən edilmidşir ki, Əfsanə adlı şəxs X4r. Lakin, Əfsanə Lətifova ailə üzləşdirmə istintaq hərəkəti zamanı həmin maddələri ondan almadığınızı dəmisiniz, həmçinin hazırkı ifadənizdə də bir qədər fərqli ifadə verirsiniz, bunları nə ilə izah edirsiniz?” sualına cavab olaraq bildirmişdir ki, o, tutulmazdan bir qədər əvvəl tramadol qəbul etmiş, onun təsiri altında olduğundan, bu səbəbdən də ifadəsini o cür vermişdir, lakin hadisələr bu ifadəsində qeyd etdiyi kimi olmuşdur, onun üzləşdiyi şəxs Əfsanə Lətifovadır, onu tanıyır, lakin, onun güclü təsiredici maddələr aldığı Əfsanə o, deyildir. Həmin Əfsanə adlı şəxsin haqqında başqa heçnə bilmir. O, bildirmişdir ki, Elton Alıyevin onun üzərində güclü təsiredici maddələr olmasından məlumatı var imiş. Elton onları onun əlində görmüşdür, o, həmin maddələri Eltona göstərərək onları atası üçün aldığını bildirmişdir. Dindirmə zamanı ona verilən “Sizin müdafiəçiniz "Leqal" vəkil bürosunun vəkili Müdafiəçi2 30 may 2023-cü il tarixli vəsatətindən görünür ki, sizin 3 saylı İstintaq təcridxanasında olan konfedensial söhbətiniz zamanı 22 aprel tarixində tutulan zaman üzərinizdə tramadol adlı güclütəsiredici maddə olmadığını bildirmisniz, bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq bildirmişdir ki, o, 22 apreldə deyil, 24 aprel 2023-cü il tarixdə tutulmuşdur, o, Müdafiəçi2 bu cür demişdir, bu onun müdafiə taktikasıdır, lakin hadisələr hazırkı qeyd etdiyi ifadəsində bildirdiyi kimi olmuşdur. Onun üzərində 7 list tramdol aşkar edilmişdir, amma 7 listdə 70 ədəd həb deyil, təqribən 45 ədəd həb olmuşdur, nə səbəbə ekspertiza rəyində 70 ədəd həb qeyd olunmağı ona məlum deyildir. Bundan başqa, təqsirləndirilən şəxs əlavə dindirilməsi zamanı ifadəsində bildirmişdir ki, 26 aprel 2023cü il tarixdə verdiyi ifadəni qismən, 19 iyun 2023-cü il tarixdə verdiyi ifadəni isə tam şəkildə təsdiq edir. 19 iyun 2023-cü il tarixli ifadəsinin əsas götürülməsini xahiş edir. Dindirmə zamanı ona verilən “Siz ifadənizdə üzərinizdən aşkar edilmiş həbləri atanız Şamil Babayev üçün aldığınızı bildirmişdiniz, lakin istintaq zamanı müəyyən edilmişdir ki, atanız Şamil Babayevin sizin həmin həbləri almanızdan məlumatı olmamışdır, ümumiyyətlə sizdən bu həbləri almağınızla bağlı xahiş etməmiş və ya təlimat verməmişdir, bu barədə nə deyə bilərsiniz?” sualına cavab olaraq, həbləri atası Şamil Babayevə vermək üçün və öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Ona verilən “Sizin istifadənizdə olmuş ********** mobil nömrəsi vasitəsi ilə həyata keçirilmiş SMS yazışmalarına dair əldə edilmiş məlumatlara baxış zamanı həmin nömrədən xx.xx.2023cü il tarixdə saat 16:00-da ********** nömrəsinə “Ceyhunnan danış gör lili var”, xx.xx.2023-cü il tarixdə saat 09:53-də ********** nömrəsinə “Salam qaqa necəsən salamatçılqıdı mənə Muxtar”, xx.xx.2023-cü il tarixdə saat 18:37-də ***-***-**-** nömrəsinə “Bacı Ceyhun nə verer de lis lili adelni versin pulu nağdı bir lisdə”, xx.xx.2023cü il tarixdə saat 18:37-də ***-***-**-** nömrəsinə “Mənə versin tt 3 karpoka versin”, xx.xx.2023-cü il tarixdə saat 19:55-də ***-***-**-** nömrəsinə “Lili” , xx.xx.2023-cü il tarixdə saat 20:35-də ***-***-**-** nömrəsinə “Qaqa lilini 110 alirsan tt nide 22 den elton doruşsa”, xx.xx.2023-cü il tarixdə saat 22:17 radələrində ***-***-**-** nömrəsinə “Mehemmed gor elseverde pul varsa eyer 100 manat da atsın menim kartıma sabah ona 1 qram das verərəm isdemese de pulu vererem alınırsa alınmırsa eybi yox”, xx.xx.2023cü il tarixdə saat 23:03-də ***-***-**-** nömrəsinə “Yaxsı qardaşım Allah komeyin olsun sabah de ondadi, 4 dene dermani yadima sal versin”, xx.xx.2023-cü il tarixdə saat 16:20 -də ***-***-**-** nömrəsinə “De 1 karopka lili 300 m varimdi onuz 320 demişdide sene” məzmunlu mesajların yazılıdığı müəyyən edilmişdir, həmin mesajlarda “lili”, “daş”, “tt” dedikdə nəyi nəzərdə tutursunuz, həmin nömrələrin kimlərin istifadəsində olduğu barədə nə deyə bilərsiniz, həmin mesajlarda adlarını qeyd etdiyiniz Ceyhun, Məhəmməd, Elton adlı şəxslər və Bacı kimi müraciət etdiyiniz şəxslər barəsində nə deyə bilərsiniz?” sualına cavab olaraq həmin nömrələrin kimin istifadəsində olduğunu xatırlamadığını, onun həmin şəxslər ilə arasında olan söhbət hazırda konkret xatırlamadığım mövzularla bağlı olduğunu, “lili” və “daş” dedikdə hər-hansı bir qanunsuz maddəni və ya əşyanı nəzərdə tutmadığını, Ceyhun, Məhəmməd, Elton və ya Bacı kimi qeyd edilən şəxslər barəsində heçnə bilmədiyini bildirmişdir. Ona verilən “Sizin üzərinizdən aşkar edilmiş mobil telefona tərfimdən keçirlən baxış zamanı müəyyən edilmişdir ki, siz həmin telefonda olan vatsap ani mesajlaşma tətbiqi ili bir neçə şəxslə yazışmalar etmisiniz. Məsələn, telefonunuzda “Fikret” adı ilə qeyd edilmiş ***-***-**-** mobil nörməsi ilə aşağıdakı məzmunda yazışmalar aşkar edilmişdir: -Fikret: 4de koroğluda olum?, yoxsa telesmiyim -Siz: Telesme, yarisi vatsin deyirem gel, belke tez oldu -Fikret: yaxsı -Siz: sənə qədər lazımdı -Fikret: 4 -Siz: Heri seni vehşi -Fikret- “Liri var da he?, Dostuma yigim gorum isi yoxudsa masini goturub gelim ora, varsa gelimde ama -Siz: gozde bidr dq -Fikret:yaxsı -Siz: Fikret - Fikret: He -Siz; Sen pulu ata bilersen yolusdu mene at gel Koroğluya yavaşyavaş -Fikret: He, yavaş-yavaş yox, yarım saata orda olarsan? -Siz : Çatır bu yarısı deyir yanındayam, men 2 dq çıxıram o çatan kimi -Fikret: yaxsi men də çıxıram burdan atıram pulu 5 dq, sen kartı at -Siz: 4169 7388 1629 2878 -Fikret: 20 atdım qalanımda gonderirem aparata çatım -Siz: Oldu brat -Fikret: Atdım Muxdar men metrodan dala qayıdıram eve Semed gelir qardaşımsan yubanma -Siz: Brat 4 dene verecem ona -Fikret Heri” Bundan başqa həmin telefonda “Vüsalın qardaşı” kimi qeyd edilmiş (***-***-**-**) nömrəsi ilə aşağıdakı yazışmalar aşkar edilmişdir: -Vüsalın qardaşı : Necesen, qaqas, ezizbeyovdasan? -Siz:yox evde -Vüsalın qardaşı: hacan kecersen -Siz: 4de yazarsan mene -Vüsalın qardaşı: qaqa evdesen hele -Siz: he -Vüsalın qardaşı: Nece eliyek gorusum senle -Siz: gorusek deyende -Vüsalın qardaşı: səsli mesaj ( səs başa düşülmür, sonda kartın at deyir) -Siz: Men çıxıram qaqa, 4169 7388 1629 2878 -Vüsalın qardaşı: atdım -Siz: 20 m? Sen ne istirdin? -Vüsalın qardaşı: 10, 300düy -Sİz: yaxsı -Vüsalın qardaşı: Saat 5de inşallah olarsan ezizbeyovda geyinim çıxım mende - Siz: he -Vüsalın qardaşı: yaxsı” Yuxanda qeyd edilən yazışmalar, o cümlədən “Fikret” və “Vüsalın qardaşı”, “Semed” kimi qeyd etdiyiniz şəxslər barədə nə deyə bilərsiniz? Həmin mesajlarda Fikret adlı şəxs sizə “Liri i/ar?” məzmununda sual verir və siz bunun qarşılığında ondan pul tələb edirsiniz və öz (stifadənizdə olan 4169 7388 1629 287 nörməli bank kartının rekvizitlərini göndəririsiniz, o da sizə 20 manat göndərdiyini bildirir, bundan sonra siz “Semed” adlı şəxsə “4 dene” verceyenizi bildirirsiniz, qeyd edilən mesajlarda söhbət nədən gedir, “Liri” dedikdə nə nəzərdə tutulur?” sualına savab olaraq “Fikret” və “Vüsalın qardaşı” adlı şəxslərin kim olduğunu bilmədiyini, onlarla etdiyi DU məzmunlu yazışmada nədən söhbət getdiyini xatarılamadığını bildirmişdir. Dindirmə zamanı □na verilən digər suallara cavab olaraq Şahid5 və ya digər başqa bir şəxs ilə güclü təsiredici maddələrin satışını həyata kieçirmədiyini və ya digər cinayət əlaqəsinə girmədiyini, güclü təsiredici maddələrin satışını həyata keçirmədiyini bildirmişdir. Ona verilən “Siz Şahid5 ilə üzləşdirmə zamanı bildirmisiniz ki, 24 aprel 2023-cü il tarixdə Şahid5 də üzərində tramadol adlı güclü təsiredici maddə olmuşdur, lakin o, sizin ifadənizə qarşı sizin yalan dediyinizi bildirmişdir. Həmçinin, Şahid5 üzərinə keçirilən şəxsi axtarış zamanı onun üzərindən qeyd etdiyiniz ğüclü təsiredici maddə aşkar edilməmişdir. Bu barədə nə deyə bilərsiniz?" sualına cavab olaraq bildirmişdir ki, ola bilsin ki, Eltun üzərində olan tramadolu polis şöbəsinə çatanadək üzərindən atmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində bildirmişdir ki, aprel ayı Koroğlu metrostansiyası tərəfdə Muxtarı görmüş. Bir müddət sonra isə onlara polis əməkdaşları yaxınlaşmış və onları bölməyə dəvət etmişlər. Bölmədə üzərlərini yoxlamışlar ondan heç nə aşkar edilməmiş, Muxtarın üzərindən isə narkotik çıxmışdır. Əlavə olaraq bildirmişdir ki, Muxtarı 2-3 il olar tanıyır. Həmin gün Muxtarla təsadüfən görüşmüşdür. Muxtardan narkotik vasitə almamışam, nə də ona narkotik vasitə verməmişdir. İstintaq zamanı Muxtarın onun əleyhinə ifadə verməsindən xəbərsiz olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi saxlayaraq 25-ci polis şöbəsinə gətirərək inzibati otaqların birində üzərinə baxış keçirilən zaman ondan həblər, bir bank kartı və mobil telefon aşkar olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. Üzərindən həblər 7 listdə çıxmışdır. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, ərazidə xidmətdə olduğuqları zaman, Koroğlu metrosunun yaxınlıında iki nəfər şəxsin özlərini şübhəli apardıqları üçün onları 25-ci polis bölməsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs qarşı hər hansı zor və ya təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid3 və Şahid4 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə uyğun ifadə vermişlər. Bundan əlavə, məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş şahidlər Şahid2 və Şahid1 ibtidai araşdırma zamanı verdikləri ifadələrindən görünür ki, onlar şahid qismində dindirilmiş Şahid3 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdirlər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportdan” və “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli jiletin cibindən 07 ədəd listdə, hər birində 10 ədəd olmaqla, listlərin üzərində “Travmadol Royal 225” sözləri yazılmış həblər təqdim etmiş, bundan başqa 01 ədəd bank kartı, əynində olan şalvarın sağ yan cibindən “Samsung” markaklı mobil telefon aşkar edilərək götürülmüşdür. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/2394 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində '”...Vət, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki 7 ədəd üzərində “Royal-225” göstəriciləri olan blisterdə 70 ədəd qırmızı rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi tramadol hidroxloriddir və həmin həblərin tərkibində tramadol hidroxloridin təsir maddəsinin ümumi miqdarı 15,75 qram təşkil edir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş qalıq qalan 69 ədəd həb 1 ədəd mobil telefon maddi sübut kimi saxlanmasından ötrü Nizami RPİ-nin saxlanc anbarına kamerasına (maddi sübutların saxlanılma yerinə) təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş foto şəkillərdən) görünür ki, həmin telefonun giriş kodu olan T1234 simvolları daxil edilmiş. Telefonun təhlükəsizlik kilidi açıldıqdan sonra telefonda *#06# kodu yığılaraq telefonun İmei kodu müəyyən edilmişdir. Belə ki, telefonun imei kodu **********62047 və **********62045-dir. Daha sonra həmin telefonun üzərindəki mobil nömrələri müəyyən etmək üçün ilk olaraq *137#Yes kodu, daha sonra isə *666#Yes kodu tətbiq edilmiş və telefonun üzərində olan mobil nömərələrin ***-***-**-** və ***-***-**-** nömrələri olduğu müəyyən edilmişdir. Daha sonra telefonun daxili yaddaşında “galereya” qovluğuna daxil olduqda orada iş üçün əhəmiyyətli hər-hansı məlumat aşkar edilməmişdir. Həmin telefonda olan “Whatsap” ani mesajlaşma tətbiqinə daxil olarkən isə orada iş üzrə əhəmiyyətli olan aşağıdakı məlumatlar əldə edilmişdir: 1)-Fikret: 4de koroğluda olum?, yoxsa telesmiyim -Muxtar: Telesme, yarisi vatsin deyirem gel, belke tez oldu ldu -Fikret: yaxsı -Muxtar: sənə qədər lazımdı -Fikret: 4 -Muxtar: Heri seni vehşi -Fikret (***-***-**-**) - “Liri var da he?, Dostuma yigim gorum isi yoxudsa masini goturub gelim ora, varsa gelimde ama -Muxtar: gozde bidr dq -Fikret:yaxsı -Muxtar: Fikret -Fikret: He -Muxtar: Sen pulu ata bilersen yolusdu mene at gel Koroğluya yavaş-yavaş -Fikret:He, yavaş-yavaş yox, yarım saata orda olarsan? -Muxtar: Çatır bu yarısı deyir yanındayam, men 2 dq çıxıram o çatan kimi -Fikret: yaxsi men də çıxıram burdan atıram pulu 5 dq, sen kartı at -Muxtar; 4169 7388 1629 2878 -Fikret: 20 atdım qalanımda gonderirem aparata çatım -Muxtar: Oldu brat -Fikret: Atdım Muxdar men metrodan dala qayıdram eve Semed gelir qardaşımsan yubanma -Muxtar: Brat 4 dene verecem ona -Fikret Heri 2)-Vusalm qardaşı (***-***-**-**): Necesen, qaqas, ezizbeyovdasan? -Muxtaryox evde -Vüsalın qardaşı: hacan kecersen -Muxtar: 4de yazarsan mene -Vüsalın qardaşı: qaqa evdesen hele -Muxtar: he -Vüsalın qardaşı: Nece eliyek gorusum senle -Muxtar: gorusek deyende -Vüsalın qardaşı: səsli mesaj ( səs başa düşülmür, sonda kartın at deyir) -Muxtar: Men çıxıram qaqa, 4169 7388 1629 2878 -Vüsalın qardaşı: atdım -Muxtar: 20 m? Sen ne istirdin? -Vüsalın qardaşı: 10, 300düy -Muxtar: yaxsı -Vüsalın qardaşı; Saat 5de inşallah olarsan ezizbeyovda geyinim çıxım mende -Muxtar: he -Vüsalın qardaşı; yaxsı xx.xx.2023-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan (protokola əlavə olunmuş Azercell Telecom MMC-dən təqdim olunmuş diskdən) görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 050 *** ** ** mobil nömrəsi vasitəsi ilə həyata keçirilmiş iş üzrə əhəmiyyətli olan aşağıdakı yazışmalar müəyyən edilmişdir: Tarix, vaxt Nömrədən Nömrəyə Sms Mətni xx.xx.2023,16:00 ********** ********** Ceyhunnan danış gör lili var xx.xx.2023,09:53 ********** ********** Salam qaqa necəsən salamatçılqıdı mənə Muxtar xx.xx.2023,18:37 ********** ********** Bacı Ceyhun nə verer de lis lili adelni versin pulu nağdı bir lisdə xx.xx.2023,18:37 ********** ********** Mənə versin tt 3 karpoka versin xx.xx.2023,19:55 ********** ********** Lili xx.xx.2023,22:17 ********** ********** Mehemmed gor elseverde pul varsa eyer 100 manat da atsın menim kartıma sabah ona 1 qram das verərəm isdemese de puilu vererem alınırsa alınmırsa eybi yox xx.xx.2023,23:03 ********** ********** Yaxsı qardaşım Allah komeyin olsun sabah de ondadi, 4 dene dermani yadima sal versin xx.xx.2023,16:20 ********** ********** De 1 karopka lili 300 m varimdi onuz 320 demişdide sene Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 4645 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə, psixotrop maddələrə aid olmayan güclü təsiredici dərman peraparatı olan tramadolun qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş güclü təsir edən maddənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, güclü təsir edən maddəni satmaq fikrinin (məqsədinin) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıbqalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı müvafiq İstintaq Təcridxanasından və müvəqqəti saxlama yerindən onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına və müvəqqəti saxlama yerinə daxil olarkən müayinəsi zamanı yeni xəsarətinin olmadığı müəyyən edilmişdir. Bundan başqa, iş materiallarında olan Nizami Rayon Prokurorluğunun xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq müvafiq tibbi sənədlər və ekspert rəyi də nəzərə alınmaqla cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş güclü təsir edən maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, güclü təsir edən maddəni satmaq fikrinin (məqsədinin) olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirdiklərini (hazırkı ittihama aid hissədə) səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı hazırkı ittihama aid hissədə verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, aşkar olunmuş güclü təsir edən maddənin külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş güclü təsir edən maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, həmin güclü təsir edən maddəni üzərində saxlayaraq daşımasını, ondan aşkar edilmiş mobil telefondan və nömrədən əldə edilmiş SMS (whatsapp) mətnlərin məzmununu və digər məlumatları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X9rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.1, 1772.3. və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixinə cərimə məbləği tam ödənilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlinə münasibədə məhkumluğu ödənilmişdir. Cinayət işinin materiallarından və elektron məhkəmə informasiya sistemindən görünür ki, təqsirləndirilən şəxsin iki azyaşlı uşağı var. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini, iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş güclü təsir edən maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halın olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini, cəza təyin edilmənin ümumi prinsiplərini, həmçinin cəzanın həddinin differensasiyalaşdırılmasını, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nizami RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq qalmış 69 ədəd həb (tramadol) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Samsung (Duos) markalı 1 ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına qaytarılmalı (verilməli), təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Bununla yanaşı məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nizami RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan qalıq qalmış 69 ədəd həb (tramadol) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd Samsung (Duos) markalı mobil telefon təqsirləndirilən şəxsin özünə və ya yaxın qohumlarına qaytarılsın (verilsin). Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD), mobil operatordan ("xxxx" MMC) təqdim edilmiş sms mətnləri və digər məlumatları özündə əks etdirən 01 ədəd disk (CD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 81 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 38 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-724/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-724/2024
13.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver