Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-724/2025 14.01.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Nümayəndə və partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Faiq Nağıyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1962-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qadınları aldatma yolu ilə zəiflik vəziyyətindən sui-istifadə etməklə, həmçinin zor tətbiqetmə hədəsi və hədə-qorxu məcburetmə vasitəsindən istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edib təkrarən tamah niyyəti ilə iki şəxs barəsində insan alveri cinayətini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə 2023-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan tanışı X3 ilə telefonla danışaraq onu Qətər dövlətinin Doha şəhərində şəhərində gözəllik salonunda dırnaq ustası kimi işə düzəldəcəyini vəd edib aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən suiistifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Mənsurə Abdullayevə razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 09 mart 2023-cü il tarixdə saat 11:18-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X9 yerləşən nəzarət-buraxılış məntəqəsindən keçirməklə Qətər dövlətinin Doha şəhərinə aparıb orada tutduğu otelə yerləşdirməklə zor tətbiq etmək hədəsi, hədə-qorxu gəlmə, məcburetmə yolu ilə 09 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək olan müddət ərzində həmin oteldə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə insan alveri cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə 2023-cü ilin fevral ayının sonlarında Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan tanışı Zərərçəkmiş şəxs2 ilə telefonla danışaraq onu Qətər dövlətinin Doha şəhərində şəhərində gözəllik salonunda saç ustası kimi işə düzəldəcəyini vəd edib aldatma yolu ilə təsir imkanlarından və zərərçəkmiş şəxsin zəiflik vəziyyətindən sui-istifadə etməklə cinsi istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş, Zərərçəkmiş şəxs2 razılıq verdikdən sonra bütün yol xərclərini ödəyərək onu 09 mart 2023-cü il tarixdə saat 11:18-də Azərbaycan Respublikasının dövlət sərhədinin Heydər Əliyev adına X9 yerləşən nəzarət-buraxılış məntəqəsindən keçirməklə Qətər dövlətinin Doha şəhərinə aparıb, orada tutduğu otelə yerləşdirməklə zor tətbiq etmək hədəsi, hədə-qorxu gəlmə, məcburetmə yolu ilə 09 mart 2023-cü il tarixdən 22 mart 2023-cü il tarixədək həmin oteldə kişi müştəriləri ilə pul ödənişləri müqabilində görüşdürüb cinsi əlaqədə olmasını təşkil edərək cinsi istismar etməklə iki şəxs barəsində təkrarən insan alveri cinayətini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144- 1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1999-cu ildən etibarən Pakistan İslam Respublikasının Karaçi şəhərinə getməklə orada yaşamağa başlamışdır. Belə ki, orada qadınları fahişəliyə cəlb etmişdir. Məhz buna görə də, 2004-cü ildə qadınları fahişəliyə cəlb etdiyimə görə ictimai işlər cəzasına məhkum olunmuşdur. Bundan sonra yenidən Pakistan İslam Respublikasının Karaçi şəhərinə qayıdıb orada restoran işlətməyə başlamışdır. 2018-ci ildə yenidən Bakı şəhərinə qayıtmış, lakin burada maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. Belə olan halda Türkiyə Respublikasının İzmir şəhərinə gedib orada müxtəlif restoranlarda inzibatçı işləməyə başlamış, bir müddət orada işlədikdən sonra 2022-ci ildə Bakı şəhərinə geri qayıtmışdır, həmin vaxtlarda maddi cəhətdən sıxıntıları olduğundan Qətərə gedib orada işləmək qərarına gəlmişdir. Zəminənin gecə klubunda işləmiş, belə olan halda sonuncu ilə əlaqə saxlayıb birlikdə Qətər dövlətinə gedib orada gözəllik salonunda işləməyi təklif etmişdir. Pakistan İslam Respublikasında yaşadığından Qətər dövlətinə gedib, gəlmiş, ona görə də Qətəri yaxşı tanımışdır, Zəminə onunla razılaşdıqdan sonra rəfiqəsi Mənsurə adlı qadının da Qətər dövlətinə gedərək orada işləmək istədiyini demişdir. Mənsurə ilə danışıb ona da, iş tapacağını demiş, Zəminə və Mənsurə bilet almağa pullarının olmadığını dedikdə onlara bilet alacağını bildirmişdir, bundan sonra özünə və onlara xx.xx.2023-cü il tarixinə Qətər dövlətinə getmək üçün bilet almışdır. Həmin tarixdə Zəminə və Mənsurə ilə birlikdə Heydər Əliyev adına X7 Qətər dövlətinin Doha şəhərinə getmişlər, orada onları Doha şəhərində yerləşən “Saffir” otelə yerləşdirmiş və onlarla birlikdə qalmışdır, bir-iki gün sonra Zəminə və Mənsurəyə gözəllik salonunda işləməyin mümkün olmayacağını, pul qazanmaq üçün fahişəliklə məşğul olacaqlarını bildirmişdir. Mənsurə və Zəminə borcları olduğundan onun dedikləri ilə razılaşmışlar. Təxminən 10 gün ərzində onları qaldıqları oteldə kişi müştərilərlə cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim etmiş, müştərilərlə özü danışmış və qızları onlara 100 ABŞ dolları müqabilində cinsi əlaqədə olmaları üçün təqdim etmişdir. Keçən müddət ərzində yaxşı pul qazana bilməyəcəyini gördüyündən geri qayıtmağa qərar vermiş, belə olan halda Zəminə geri dönüş üçün öz biletini alsa da, Mənsurənin biletini o, almışdır, bundan sonra xx.xx.2023-cü ildə Bakı şəhərinə geri qayıtmışlar. Zəminə və Mənsurənin biletləri əvvəlki tarixə olduğundan onlar öncə qayıtmışdır. Bakı şəhərinə geri qayıtdıqdan sonra onlarla əlaqəsi kəsilmiş, həmin vaxtdan etibarən onlarla hər hansı münasibəti olmamışdır. Bakı şəhərinə qayıtdıqdan sonra yenidən işləmək üçün İzmir şəhərinə getmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ona verilən suallara cavablandıraraq göstərmişdir ki, Mənsurə və Zəminə Doha şəhərini tanımamış, onlar ilk dəfə idi ki, işləmək üçün Qətərə getmişlər. O, Pakistanın Karaçi şəhərində yaşamış, orada ingilis dilində danışmışdır. Əvvəllər bir dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Dohada bir yerdə qalmışlar. Qızlar Bakıya onda əvvəl gəlmişlər. Bakıya qayıtdıqdan sonra qızlarla görüşməmişlər. Qızlar qazandıqları puldan ona verməmişlər. Pasportlar və telefonlar qızların özlərində olmuşdur. Dohada cəmi 8 gün qalmışlar. Qızlar oteldə sərbəst idilər. Tutulmağına qədər hadisədən keçmiş 1 il yarım müddətində həmin zərərçəkmiş şəxslərlə münasibəti olmamışdır. İbtidai istintaq zamanı adından yazılan ifadəyə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, subaydır. 1981-ci ildə ailə həyatı qurmuş, 1986-cı ildə isə boşanmışdır. 1993-cü ildə isə Vaqif adlı şəxslə ailə həyatı qurmuş, həmin evlilikdən bir qızı dünyaya gəlmiş, 1998-ci ildə Vaqif vəfat etmişdir. Keçən müddət ərzində maddi cəhətdən sıxıntıları yaranmağa başlamış, məhz buna görə də, 1999-cu ildən etibarən Pakistan İslam Respublikasının Karaçi şəhərinə getməklə orada yaşamağa başlamış, belə ki, orada qadınları fahişəliyə cəlb etmişdir. Məhz buna görə də, 2004-cü ildə qadınları fahişəliyə cəlb etdiyinə görə ictimai işlər cəzasına məhkum olunmuşdur. Bundan sonra yenidən Pakistan İslam Respublikasının Karaçi şəhərinə qayıdıb orada restoran işlətməyə başlamış, 2018-ci ildə yenidən Bakı şəhərinə qayıtmış, lakin burada maddi cəhətdən sıxıntı çəkməyə başlamışdır. Belə olan halda Türkiyə Respublikasının İzmir şəhərinə gedib orada müxtəlif restoranlarda inzibatçı işləməyə başlamış, bir müddət orada işlədikdən sonra 2022-ci ildə Bakı şəhərinə geri qayıtmış, həmin vaxtlarda maddi cəhətdən sıxıntıları olduğundan yenidən qadınları fahişəliyə cəlb etməyə qərar vermiş, lakin ətrafında əvvəlki kimi qadınlar olmamışdır. İzmir şəhərində yaşayan zaman insan alveri ilə məşğul olan müxtəlif şəxsləri tanısa da, onlarla hər hansı əlaqəsi olmamış, orada yaşadığı müddət ərzində Məsi adlı qadının qızı Zəminənin gecə klubunda işlədiyini bilmiş, belə olan halda Zəminə ilə əlaqə saxlayıb birlikdə Qətər dövlətinə gedib orada gözəllik salonunda işləməyi təklif etmişdir. Pakistan İslam Respublikasında yaşadığından Qətər dövlətinə gedib gəlmiş, ona görə də Qətər dövlətini yaxşı tanımış, Zəminə onunla razılaşdıqdan sonra rəfiqəsi Mənsurə adlı qadının da Qətər dövlətinə gedərək orada işləmək istədiyini demişdir. Mənsurə ilə danışıb ona da, iş tapacağını demiş, Zəminə və Mənsurə bilet almağa pullarının olmadığını dedikdə onlara bilet alacağını demiş, bundan sonra özünə və onlara xx.xx.2023-cü il tarixinə Qətər dövlətinə getmək üçün bilet almışdır. Həmin tarixdə Zəminə və Mənsurə ilə birlikdə Heydər Əliyev adına X7 Qətər dövlətinin Doha şəhərinə getmiş, orada onları Doha şəhərində yerləşən “Saffir” otelə yerləşdirmiş və onlarla birlikdə qalmış, bir-iki gün sonra Zəminə və Mənsurəyə gözəllik salonunda işləməyin mümkün olmayacağını, pul qazanmaq üçün fahişəliklə məşğul olacaqlarını bildirmişdir. Mənsurə və Zəminə borcları olduğundan onun dedikləri ilə razılaşmış, belə ki, onların biletinin və oteldə qalmaqlarının pulunu o, vermişdir. Təxminən 10 gün ərzində onları qaldıqları oteldə kişi müştərilərlə cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim etmiş, müştərilərlə özü danışmış və qızları onlara 100 ABŞ dolları müqabilində cinsi əlaqədə olmaları üçün təqdim etmiş, Mənsurə və Zəminə hər dəfə cinsi əlaqədə olduqdan sonra ona 50 ABŞ dolları pul qalmışdır. Keçən müddət ərzində yaxşı pul qazana bilməyəcəyini gördüyümdən geri qayıtmağa qərar vermiş, belə olan halda Zəminə geri dönüş üçün öz biletini alsa da, Mənsurənin biletini o, almış, bundan sonra xx.xx.2023-cü ildə Bakı şəhərinə geri qayıtmışdır. Zəminə və Mənsurənin biletləri əvvəlki tarixə olduğundan onlar öncə qayıtmış, Bakı şəhərinə geri qayıtdıqdan sonra onlarla əlaqələri kəsilmiş, həmin vaxtdan etibarən onlarla hər hansı münasibəti olmamış, Bakı şəhərinə qayıtdıqdan sonra yenidən işləmək üçün İzmir şəhərinə getmişdir (cild 1, iş vərəqə 135- 138). Həmin ifadənin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, anası xəstə olduğu müddət ərzində borclarının çox olması və maddi çətinliklər yaşadığı üçün işləmək məqsədilə Türkiyə Respublikasına gedərək orada gözəllik salonlarında işləyərək maddi gəlir əldə edib maddi ehtiyaclarım qarşılamışdır. Türkiyə Respublikasında yaşadığı müddətdə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Belə ki, Zəminə işlədiyi gözəllik salonuna gəlib-gedən zaman onunla tanış olmuş, həmin vaxtdan etibarən aralarında yaxşı münasibət yaranmışdır. 2023-cü ilin əvvəllərində Zəminə Bakı şəhərində yerləşən restoranların birində olan zaman Zəminənin tanıdığı Əliyyə adlı qadın da onların yanına gəlmiş, Əliyyəni ilk dəfə orada tanımış, həmin gün onunla bir-birlərinin nömrələrini götürərək əlaqə saxlamağa başlamış və aralarında yaxın münasibət yaranmışdır. 2023-cü ilin fevral ayının ortalarında Əliyyə onunla və Zəminə ilə görüşmək istədiyini bildirmişdir, belə olan halda onunla görüşmüş, belə ki, Əliyyə Zəminəyə zəng edərək bu barədə demiş, görüş zamanı Əliyyə onlara Qətər dövlətinə gedəcəyini və onların maddi çətinliklər çəkdiyini bildiyi üçün onunla birlikdə gedəcəkləri təqdirdə orada gözəllik salonlarının birində onları işə düzəldə biləcəyini demişdir. Həmçinin Qətərin islam dövləti olduğunu, orada çoxlu tanışlarının olduğunu və təhlükəsiz ölkə olduğundan orada rahat işləyə biləcəklərini demişdir. 2023-cü ilin fevral ayının sonlarında Zəminə ilə birlikdə yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən nömrəsiz evdə olan zaman Əliyyə ilə yenidən əlaqə saxlamış, Əliyyə yenidən onlara Qətər dövlətinə getməyi təklif etdikdə, hər ikisi borclarının çox olduğundan və maddi çətinliklər çəkdiyindən Əliyyənin etdiyi təkliflə razılaşmış, bundan sonra ümumvətəndaş pasportlarının şəkillərini Əliyyəyə göndərmiş, Əliyyə bilet aldıqdan sonra birlikdə gedəcəklərini demişdir. 9 mart 2023-cü il tarixdə Əliyyə və Zəminə ilə birlikdə Bakı hava limanından ilk öncə X5 oradan da, Qətər dövlətinin Doha şəhərinə getmişlər, Əliyyə onları öncədən tutduğu otelə aparmış, otelə yerləşib bir qədər istirahət etdikdən sonra Əliyyə onların otağına gəlmiş, bir qədər söhbət etdikdən sonra ondan harada işləyəcəkləri barədə soruşmuş, Əliyyə onları burada rahat pul qazanmaq üçün kişi müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olacaqlarını və bunun qarşılığında qazanc əldə edəcəklərini bildirmişdir. Onlar Əliyyəyə etiraz edərək bura o səbəbdən gəlmədiklərini, işləmək üçün gəldiklərini, geri qayıtmaq istədiklərini bildirmişlər, Əliyyə dediklərini etməyəcəyi təqdirdə problemlər yaradacağını, orada çoxlu tanışlarının olduğunu və onların vasitəsi ilə polislər tərəfindən onları tutduracağı ilə hədələmişdir. O və Zəminə ilk dəfə Qətər dövlətində olduqlarından və oranı tanımadıqlarından qorxduqları üçün təzyiqlər qarşısında Əliyyənin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmışlar. Həmin vaxtan etibarən Əliyyə onu gün ərzində 1-2 kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüş, bunun qarşılığında qazanc əldə etmiş və həmin pulun bir hissəsini də Əliyyəyə vermişdir. Əliyyəyə işləmək istəmədiyini bildirib çıxıb getmək istədiyini dedikdə sonuncu üstünə qışqıraraq nalayiq ifadələrlə onu təhqir edib işləməyə məcbur olduğunu bildirmiş, əks halda isə onun dediklərini etməsə, ailəsinə və yaxınlarına burada olanlar barədə hər şeyi açıb deyəcəyi ilə hədələmişdir. Olanların heç kimin bilməməsi üçün onun təzyiqləri qarşısında susub və onun dediklərini etməyə davam etmişdir. Əliyyəyə hər dəfə işləyə bilmədiyini dedikdə, dediklərini ciddiyə almayaraq təhqir etmiş, yenidən işləməyə məcbur olmuşdur. Hər dəfəsində Zəminə ilə söhbət edərək oradan qaçmaq barədə düşünmüşlər, lakin, Əliyyə onları çölə çıxmağa qoymamış, çıxdıqda isə özü ilə birlikdə aparıb daha sonra geri qaytarmışdır. Olanlar qarşısında nə edəcəklərini bilməmiş, Əliyyənin etdiyi zülmlərə məcburiyyət qarşısında qalaraq dözmüşlər. Bunun əsas səbəblərindən biri də ilk dəfə Qətər dövlətində olmaqları, xarici dil bilməməkləri və heç bir yeri tanımamaqları olmuşdur. Əliyyənin nəzarəti alrtında təxminən 14 gün Qətər dövlətinin Doha şəhərində onun tapdığı kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmuşdur, nəhayət 22 mart 2023-cü il tarixdə Zəminə ilə birlikdə qaldığımız oteldən gizlincə qaçaraq hava limanına getmiş və oradan Azərbaycana geri qayıtmışlar. Zərərçəkmiş şəxs1 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Əliyyəni Zəminənin vasitəsilə tanımışdır. Qətərə getməyi Əliyyə təklif etmiş, ora işləmək üçün getmişlər. Qətərə 9 mart 2023-cü il gedib 22 mart 2023-cü il tarixdə qayıtmışlar. Qətərə Əliyyə də getmişdir. Sənədləri özlərində olmuşdur. Getdikləri yerdə görəcəkləri işin başqa iş olduğunu gördükdə Əliyyəyə etiraz etmişlər. Qətərdən qayıtdıqdan sonra polisə şikayət etmişdik. Onlar Qətərdə oteldə qalmışlar. Əliyyə, Zəminə və o, bir otaqda qalmışlar. Orada ailəsilə əlaqə saxlaya bilməmişdir. Dohada pul qarşılığında kişilər ilə görüşmüşdür. Aldığı pul çox şeyə bəs etməmişdir. Həmin puldan otelin pulunu ödəmək üçün və qidalanmaq üçün istifadə etmişdir. Baş verən hadisədən 1 il 2 ay sonra polisə şikayət etmişdir. Zəminə ilə Qətərdən birlikdə qayıtmışlar. O, ailəsi ilə yaşamışdır. Zəminə ilə Qətərdən qayıtdıqdan sonra da münasibətləri davam etmişdir. Ailəsində baş verənlərə görə gec şikayət etmişdir. Digər insanların da başına gəlməməsi üçün şikayət etmişlər. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsm Türkiyə Respublikasının İzmir şəhərində işlədiyi illərdə tanımış və həmin illərdən yaxın münasibətləri yaranmışdır. Mənsurə Abdullayevə onun rəfiqəsidir. Onunla İzmir şəhərində olan zaman tanış olmuş, Mənsurə orada dırnaq ustası kimi fəaliyyət göstərmiş, həmin vaxtdan onunla aralarında yaxşı münasibətləri olmuşdur. 2023-cü ilin əvvəllərində Mənsurə ilə Bakı şəhərində yerləşən restoranların birində olan zaman Əliyyə ona zəng edərək yanlarına gəlmiş, həmin vaxt Mənsurə və Əliyə tanış olmuşlar. Onunla yanaşı Əliyyə Mənsurənin də nömrəsini götürərək onunla əlaqə saxlamağa başlamış, 2023-cü ilin təxminən fevral ayının ortalarında Əliyyə onunla mobil telefon vasitəsilə əlaqə saxlayaraq Mənsurə və onunla görüşmək istədiyini bildirmişdir. Belə olan halda onunla Bakı şəhəri ərazisində yerləşən restoranların birində görüşmüş, Əliyyə onlara Qətər dövlətinə gedəcəyini və onların maddi çətinliklər çəkdiklərini bildiyi üçün onunla gedə biləcəklərini, orada gözəllik salonlarının birində işə düzəldə biləcəyini bildirmişdir. Həmçinin o, Qətərin islam dövləti olduğunu, orada çoxlu tanışlarının olduğunu və təhlükəsiz ölkə olduğundan orada rahat işləyə biləcəklərini demiş, onlar isə bu barədə düşünüb daha sonra qərar verə biləcəklərini demişlər. 2024-cü ilin fevral ayının sonlarında Mənsurənin ailəsinin yaşadığı Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən nömrəsiz evdə olan zaman Əliyyə ilə yenidən əlaqə saxlamış, həmin ərəfələrdə Mənsurəgildə qalmış, Əliyyə yenidən onlara Qətər dövlətinə getməyi təklif etdikdə, hər ikisi borclarının çox olduğundan və maddi çətinliklər çəkdiklərindən Əliyyənin etdiyi təkliflə razılaşmışlar. Bundan sonra ümumvətəndaş pasportlarının şəkillərini Əliyyəyə göndərmiş, bilet aldıqdan sonra birlikdə gedəcəklərini demişdir. 9 mart 2023-cü il tarixdə Əliyyə və Mənsurə ilə birlikdə Bakı hava limanından ilk öncə X5 oradan da, Qətər dövlətinin Doha şəhərinə getmişlər. Əliyyə onları öncədən tutduğu hotelə aparmış, hotelə yerləşib bir qədər istirahət etdikdən sonra Əliyyə onların otağına gəlmiş, bir qədər söhbət etdikdən sonra ondan harada işləyəcəkləri barədə soruşmuş, Əliyyə ona burada rahat pul qazanmaq üçün kişi müştərilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olacaqlarını və bunun qarşılığında qazanc əldə edəcəklərini bildirmişdir. Onlar Əliyəyə etiraz edərək bura o səbəbdən gəlmədiklərini, işləmək üçün gəldiklərini və geri qayıtmaq istədiklərini bildirmişlər. Əliyyə onun dediklərini etməyəcəkləri təqdirdə onlara problemlər yaradacaqlarını, orada çoxlu tanışlarının olduğunu və onların vasitəsi ilə polislər tərəfindən tutduracağı ilə hədələmişdir. İlk dəfə Qətər dövlətində olduğundan və oranı tanımadığından qorxduğu üçün təzyiqlər qarşısında Əliyyənin dedikləri ilə razılaşmaq məcburiyyətində qalmış, eyni zamanda Mənsurə də onun kimi məcbur qalaraq Əliyyənin dedikləri ilə razılaşmağa məcbur olmuşdur. Həmin vaxtan etibarən Əliyyə onu gün ərzində 2-3 kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürmüş, bunun qarşılığında qazanc əldə etmiş və həmin pulun bir hissəsini də ona vermişdir. Əliyyəyə işləmək istəmədiyini bildirib çıxıb getmək istədiyini dedikdə Əliyyə onun üstünə qışqıraraq nalayiq ifadələrlə onu təhqir edib işləməyə məcbur olduğunu bildirmiş, onun dediklərini etməsə ailəsinə və yaxınlarına burada olanlar barədə hər şeyi açıb deyəcəyi ilə hədələmişdir. Olanları heç kimin bilməməsi üçün onun təzyiqləri qarşısında susub və onun dediklərini etməyə davam etmişdir. Əliyyəyə hər dəfə işləyə bilmədiyini dedikdə, sonuncu onun dediklərini ciddiyə almayaraq onu təhqir etmiş, yenidən onun dediyi kimi işləməyə məcbur olmuş, hər dəfəsində Mənsurə ilə söhbət edərək oradan qaçmaq barədə düşünmüş, lakin Əliyyə onları çölə çıxmağa qoymamış, çıxdıqda isə özü ilə birlikdə aparıb daha sonra geri qaytarmış, olanlar qarşısında nə edəcəklərini bilməmiş, Əliyyənin etdiyi zülmlərə məcburiyyət qarşısında qalaraq dözmüş, bunun əsas səbəblərindən biri də yuxarıda qeyd etdiyi kimi ilk dəfə Qətər dövlətində olmağı, xarici dil bilməməyi və heç bir yeri tanımamağı olmuşdur. Təxminən 10 gündən artıq müddət ərzində Əliyyənin dediklərini etdikdən sonra ona geri qayıtmağa məcbur olmuş, artıq işləyə bilmədiyi bədənində ağrıların olduğunu bilmiş, eyni zamanda getməyəcəyi təqdirdə özünə xəsarət yetirəcəyini demişdir. Çünki olanlara artıq dözə bilməmiş, lakin, buna baxmayaraq Əliyyə yenə öz bildiyini etmişdir. Hər zaman olduğu kimi yenə ona əsəbləşərək qışqırmış və ona problemlər yaradacağı ilə hədələmişdir. Əliyyənin nəzarəti altında 14 gün Qətər dövlətində onun tapdığı kişi müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmuş, nəhayət 22 mart 2023-cü il tarixdə Mənsurə ilə birlikdə qaldıqları oteldən gizlincə qaçaraq hava limanına getmiş və oradan Azərbaycana geri qayıtmışlar. Zərərçəkmiş şəxs2 məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Əliyyəni Türkiyədə olanda tanımışdır. Dohaya iş tapmaq üçün getmişlər. Sənədləri özlərində olmuşdur. Əliyyə onlara müştərilər tapmış və onlar də həmin müştərilərlə görüşmüşlər. Polisə özləri şikayət etmişlər. Oteldə sərbəst şəkildə hərəkət edə bilmişlər. Sənədləri və telefonu üzərində olmuşdur. Görüşlərdən əldə etdikləri pulları otelə və qidalanmağa xərcləmişlər. Əliyyə həmin pulları onlardan istəməmişdir. Müştəriləri Əliyyə tapmışdır. O, müştərilərlə ingilis dilində danışmışdır. Görüşün pulunu Əliyyə müəyyən etmiş və pulu da sonuncu almışdır. Əliyyə həmin pulun yarısını onlara vermişdir. Gün ərzində 5-6 müştəri ilə görüşmüşdür. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Əliyyə ilə barışması üçün heç kim onlara təzyiq göstərməmişdir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid ifadəsindən görünür ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 22 iyun 2024-cü il tarixdə X3 və Zərərçəkmiş şəxs2 qeyd olunan Baş İdarəyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən Qətər dövlətinin Doha şəhərinə aparılaraq, həmin şəhərdə cinsi istismara məruz qaldıqlarını, sonuncunun barəsində qanunla müəyyən edilmiş qaydada tədbir görülməsini xahiş etmişlər. Baş idarə rəhbərliyi tərəfindən ərizələr üzrə araşdırmanın aparılması ona həvalə edildiyindən tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 mahiyyəti üzrə izahatı alınmış, bundan sonra Təqsirləndirilən şəxs xx.xx.1962-ci ildə Yevlax rayonunda anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilərək onun tərəfindən Baş İdarəyə dəvət edilməklə qeyd edilənlərlə bağlı izahatı alınmışdır. Daha sonra toplanmış material prosessual qərar qəbul olunması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinə göndərilmişdir (cild 1, iş vərəqi 74-76). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2065 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs2 hadisə dövründə də psixi xəstəlik qeyd olunmamışdır. Zərərçəkmiş şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Zərərçəkmiş şəxs2 ünisyyətçilik, emosionallıq, çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək, aktivlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq Zərərçəkmiş şəxs2 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 cinayətə məruz qaldığı dövrdə əqli-intellektual imkanlarına, fərdipsixoloji xüsusiyyətlərinə, həmçinin emosional halına görə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin məruz qaldığı digər psixoloji təsir və təzyiqlə əlaqədar (Təqsirləndirilən şəxs dediklərini etməyəcəyi təqdirdə ona problemlər yaradacağını söyləməsi, orada olan tanışları vasitəsilə onları polis tərəfindən tutduracağı ilə hədələməsi, olduğu şəhərdə heç kəsi tanımaması səbəbindən qorxması, işləmək istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs onu ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid etməsi və s.) Zərərçəkmiş şəxs2 müqaviməti psixoloji cəhətdən sındırılmış, tabe olmağa məcbur buraxılmışdır. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olsa da, həmin dövrdə məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. Zərərçəkmiş şəxs2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təzyiq və təsirinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs2 məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxsin təsiri altında hərəkət etməsi mümkündür. Zərərçəkmiş şəxs2 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olmuşdur (cild 1, iş vərəqi 77-80). Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2066 nömrəli rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: X1 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. X3 hadisə dövründə də psixi xəstəlik qeyd olunmamışdır. X3 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: X3 etiraz etməyi bacarmaq, çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək, inadkarlıq, emosionallıq, diqqət mərkəzində olmağa can atmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Emosional halından asılı olaraq X3 öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. X3 cinayətə məruz qaldığı dövrdə əqli-intellektual imkanlarına, fərdi-psixoloji xüsusiyyətlərinə, həmçinin emosional halına görə Təqsirləndirilən şəxs müqavimət göstərə bilərdi. Lakin məruz qaldığı digər psixoloji təsir və təzyiqlə əlaqədar (Təqsirləndirilən şəxs dediklərini etməyəcəyi təqdirdə ona problemlər yaradacağını söyləməsi, orada olan tanışları vasitəsilə onları polis tərəfindən tutduracağı ilə hədələməsi, olduğu şəhərdə heç kəsi tanımaması səbəbindən qorxması, işləmək istəmədiyini bildirdikdə Təqsirləndirilən şəxs onu ailəsinin yanında rüsvay ediləcəyi ilə təhdid etməsi və s.) X2 müqaviməti psixoloji cəhətdən sındırılmış, tabe olmağa məcbur buraxılmışdır. X3 fərdi-psixi xüsusiyyətlərinə görə insan alveri törədilən yeri tərk etmək qabiliyyətinə malik olsa da, həmin dövrdə məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar insan alveri törədilən yeri tərk etməyə bilərdi. X2 əqli-intellektual imkanları, fərdi-psixi xüsusiyyətləri kənar şəxslərin təzyiq və təsirinə qarşı müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. X2 məruz qaldığı psixoloji təsir və təzyiqlə əlaqədar həmin şəxsin təsiri altında hərəkət etməsi mümkündür. X3 qeyd edilən dövr ərzində azadlığının məhdudlaşdırılması ilə nəticələnən psixi və məcburiyyət təsiri altında olmuşdur (cild 1, iş vərəqi 81-83). Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin İAMAS xidmətindən götürülmüş sərhəd keçidinə dair sənədlərdən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 11:18 dəqiqədə «C00000885» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X7 keçməklə X8 istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 15:46 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev X7 keçməklə X8 istiqamətindən ölkəyə daxil olmuşdur. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 11:18 dəqiqədə «C03174789» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X7 keçməklə X8 istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 15:46 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev X7 keçməklə X8 istiqamətindən ölkəyə daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:18 dəqiqədə «C02000336» nömrəli sənəddən istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev adına X7 keçməklə X8 istiqamətində tərk etmiş, xx.xx.2023-cü il tarixdə saat 10:59 dəqiqədə həmin pasportdan istifadə etməklə Azərbaycan Respublikasının dövlət sərhədini Heydər Əliyev X7 keçməklə X8 istiqamətindən ölkəyə daxil olmuşdur (cild 1, iş vərəqi 153). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinib 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 72-73). Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən ödənilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur (cild 2). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 144-149). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı qismən etirafedici ifadə verməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən digər hal kimi nəzərə alır. Məhkəmə həmin cinayətin tamah məqsədilə törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun yaşlı qadın olmasını, cəzanı yüngülləşdirən halları - zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və ibtidai istintaq zamanı qismən etirafedici ifadə verməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunması mümkündür, onun barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun olaraq şərti olaraq tətbiq edilməsi ədalətli, qanuni və əsaslıdır. Odur ki, Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməli, sınaq müddəti müəyyən edilməklə üzərinə müəyyən vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışlarına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərcləri və maddi sübutların olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.3, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilməklə ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia, ekspertiza xərcləri və maddi sübutların olmadığı nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-724/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-724/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver