Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-725/2023 15.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X7-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq başqa mənbədən külli miqdarda psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 04 senyabr 2022-ci il tarixdə Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saat 12:30-da Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E,Bəkirov küçəsi ev 15-in yaxınlığında saxlanılıb, Suraxanı RPİ-nin 32-ci PB- nin inzibati binasına aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki şalvarın cibindən bir ədəd polietilen bükümündə təmiz çəkisi 5,951 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ifadələrində özünü qismən təqsirli bilib göstərdi ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. Sentyabr ayının ya üçü, ya da dördü Qaraçuxur qəsəbəsi, Dərə deyilən yerdə, təxminən günorta saat 14:00-da onu polislər saxlayıb, bölmədə üzərinə axtarış keçirilib. Üzərinə axtarış keçiriləndə heç nə aşkar olunmayıb. İttiham aktında yazılan miqdar düzgün deyildir. Onun üzərinə axtarış video çəkilişlə keçirilib. O, axtarış keçirilərkən video çəkiliş olanda orada demişdir ki, narkotik vasitələr özünündür. Ona polis əməkdaşları təzyiq göstərdiklərinə görə, məcbur olub elə demişdir. Ona təzyiq göstərərək döyüblər. Sanksiya verilən zaman məhkəmədə demişdir ki, onu döyüblər. Polis əməkdaşlarının onunla heç bir ədavəti yoxdur. Sanksiya verilən zaman məhkəmədə özünün döyülməsini demişdir. O, istintaq təcridxanasına daxil olanda onu müayinə ediblər, onun üzərində həmin vaxt heç bir xəsarət olmayıb. Polis əməkdaşları ilə heç bir ədavəti olmayıb. Onu saxlayan polis əməkdaşları onu tutulumamışdan qabaq tanımışlar. Onun polis əməkdaşları ilə heç bir qohumluğu, iş birliyi olmamışdır. Ərazidə oğurluq olan kimi onu bölməyə çağırıb aparmışlar. Onun boynuna oğurluq əməli qoymadılar. Onun üzərində narkotik vasitə olmamışdır.Tutulmamışdan əvvəl hər gün narkotik vasitə istifadə etmişdir. Polislər tərəfindən tutulduğu gün də narkotik vasitə istifadə etmişdir. O, heroindən istifadə etmişdir. O, metamfetamin istifadə etməmişdir. O, özünü tam təqsirli bilir. İstintaq zamanı verdiyi ifadələri tam təsdiq edir.Məhkəmədə verdiyi ifadələrini nəzərə almamağı xahiş edir. Onun həmin ifadələri doğru deyildir. İş üzrə şahidlərin dindirilməsinə ehtiyacı yoxdur. İttihamı təsdiq edən sübutları tam qəbul edir. Həmin sübutların araşdırılmasına ehtiyac yoxdur. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlini törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində müxtəlif ərazilərdən adlarını, ünvanlarını bilmədiyi şəxslərdən alır. Sonuncu dəfə Qaraçuxur qəsəbəsində yaşayan Zaur adlı şəxsdən bir bükümdə psixotrop maddə olan metamfetamini 100 manata almış və istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanının yaxınlığından keçən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin, psixortop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, ona görə də üzərində şəxsi axtarış aparılması üçün onlarla birlikdə Suraxanı RPİ-nin 32-ci PB-nə getməli olduğunu bildirmişlər. 32-ci PB-nə getdikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularkən, ona hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil-müdafiəçi ilə təmin edilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, narkotik maddə, vasitə, əşya olduğu halda təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan boz rəngli idman şalvarın sağ yan cibində saxlamaqla daşıdığı Zaur adlı şəxsdən özünün istifadəsi üçün 100 manata aldığı içərisində metamfetamin olan həmin bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi bir ədəd şəffaf büküm açıldıqda içərisində ağ rəngli kristallardan ibarət kütlə olduğu görünmüşdür. Sorğu zamanı həmin kütlənin “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu özünün istifadəsi üçün Zaur adlı şəxsdən 100 manata aldığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı bir maddə, əşya aşkar edilməmişdir. Təqdim etdiyi, içərisində “şüşə” olan bir ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Daha sonra özünün razılığı ilə yaşadığı ünvana baxış keçirilmiş və hər hansı bir kütlə, əşya aşkar edilməmişdir. Şahid2 ifadələrində göstərdi ki, Suraxanı RPİ-nin 32-ci PB-nin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyət məlumatı daxil oldu. Məlumat yoxlamaq məqsədi ilə ondan və bölmənin əməliyyat müvəkkili Şahid1 Ağa oğlundan ibarət əməliyyat qrupu yaradıldı. 04 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 12:30 radəsində Bakı şəhəri, ünvan 4-nin yaxınlığında Təqsirləndirilən şəxs müəyyən edib ona narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, üzərində saxlanılmasında, daşımasında və istifadəsində şübhəli olduğunu, üzərində şəxsi axtarış keçirilməsi zərurətinin yarandığını bildirib onu Suraxanı RPİ-nin 32-ci PB-nə aparmışlar. Onlar bölməyə getdikdən sonra Təqsirləndirilən şəxs Suraxanı RPİ-nin 32-ci PB-nin təhqiqatçı tərəfindən xidməti otaqda şübhəli şəxs qismində tutularaq videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. Əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, narkotik vasitə-maddə olduğu təqdirdə təqdim etməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki idman şalvarın cibindən içərisində ağ kristallardan ibarət kütlə olduğu görünən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoydu. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Zaur adlı şəxsdən 100 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də başqa predmet aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin büküm zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri imzalanaraq möhürləndi və bu barədə müvafiq protokol tərtib olundu. Daha sonra Təqsirləndirilən şəxs özünün və anası X5 razılığı və dəvəti ilə onun yaşadığı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli küçəsi ev 40/2 ünvanına baxış keçirilmiş və hər hansı bir narkotik vasitə-maddə aşkar edilmədi. Təqsirləndirilən şəxs saxlanılarkən və o, Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı fiziki güc və ya psixi təsir olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun ifadələrində göstərdiyi halları təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş 04 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb, masanın üstünə qoyaraq təqdim edərək, bükümün içərisində olan kütlənin “şüşə” adı ilə tanınan psixotrop maddə metamfetamin olduğunu, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yaşayan Zəfər adlı şəxsdən 100 manata özünün istifadəsi üçün aldığını, üzərində saxlamaqla daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir büküm zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri onun və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. Məhkəmədə elan olunub araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 6/4771 saylı 05 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N? 196” dairəvi möhür əksi olan, “ vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 5,951 qram olan ağımtıl- çəhrayı rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən bir ədəd DVD diski maddi sübut qismində tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir bükümdə təmiz çəkisi 5,951 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınıb ekspertiza tədqiqatına sərf edilən miqdar 0,05 qram nəzərə alınmaqla, qalığını təşkil edən 5,901 qram psixortop maddə metamfetamin saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməlinin onun tərəfindən anlaqlı vəziyyətdə qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə yuxarıda təsvir olunan sübutlar əsasında Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onu cinayət məsuliyyətindən azad etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin tərkib hissəsinin olduğu qənaətinə gəlir və onun əməllərini həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə hazırkı iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 55 (əlli beş) manat xərclənməsi, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) saat hüquqi yardım göstərilməsi və bu səbəbdən də ona 180 (yüz səksən) manat ödənilməli olması müəyyən olundu. Məhkəmə bu məbləğləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 55 (əlli beş) manat pulun Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılmasını, müdafiəçiyə ödənilən hüquqi yardımdan azad olunmasını əsaslı sayır. Çünki onun həmin məbləği ödəmək üçün maddi imkanının olmaması müəyyən olundu. Məhkəmə, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri, Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış, bir ədəd bükümdə təmiz çəkisi 5,951 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ekspertiza tədqiqatına sonra qalıq hissəsiını təşkil 5,901 qram psixortop maddə metamfetaminin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilməsini, axtarış və götürmə aparılması zamanı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət işinin predmetini təşkil edən və iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitələrin və psixotrop maddənin miqdarları arasında yaranmış fərqi onların ekspertiza tədqiqatı zamanı istifadə edilib aşınmasının nəticəsi kimi qəbul edir. Məhkəmə, narkotik xassəli vasitələrin məhv edilməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, yaradılmış komissiya tərəfindən həyata keçirilməsini nəzərə alır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası DİN-nin Əməliyyat və X2 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Həsənov X8 rayon məhkəməsinin 21 iyun 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin 22 fevral 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası MM-nin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 30 iyun 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi törətdiyi əməldən peşman olub ətraflı ifadələr verməsi, onun barəsində ittiham orqanı tərəfindən məkəməyə təqdim olunmuş ittihamı təsdiq edən sübutları araşdırmadan qəbul edərək, ittiham tərəfi ilə əməkdaşlıq etməsi müəyyən olundu. Məhkəmədə X6 məsuliyyətini ağırlaşdıran hal müəyyən olounmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğunu nəzərə alıb təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işnin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu iş üzrə 04 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, 06 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində həbs qətimkan tədbiri seçilib hazırkı vaxta qədər həbsdə saxlanılması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halı nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 6649 saylı 05 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin başlanğıcı 04 sentyabr 2022-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunmuş 55 (əlli beş) manat Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, 180 (yüz səksən) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, 22 saylı Vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinin hesabına ödənilsin. Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilmiş 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə qaytarılsın, müdafiəçiyə ödənilən məbləği ödəməkdən isə azad olunsun. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş məhkəmə-kimyəvi ekspertizasından sonra qalıq qalmış bir bükümdə 5,901 qram psixotrop maddə metamfetamin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi məhv edilsin, axtarış və götürmə aparılmasının videoçəkilişi əks olunan bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova
Məhkəmə qərarları › İş №1(101)-725/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-725/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver